Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-296/2024 25.04.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X2 (sədrlik edən), X5 və X3 ibarət tərkibdə, Məhkəmə iclas katibi – X4, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs iştirakı ilə, xx xxxxxx 1979-cu il tarixdə Quba rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Quba rayonu, Möhüc kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri əsaslandırıcı hissədə CM) 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qeyri-rəsmi nikah münasibətində olmaqla birgə yaşadığı Şahid1 tanışı Zərərçəkmiş şəxs ilə intim münasibətdə olmasından şübhələnərək qısqanclıq zəmnində 26 noyabr 2022-ci il tarixdə saat 00:30 radələrində ünvan 2 ünvanın yaxınlığında Zərərçəkmiş şəxslə aralarında yaranmış mübahisə zamanı qisas almaq məqsədilə əvvəlcədən özü ilə götürüb gödəkçəsinin papaq hissəsində gizlətdiyi mətbəx bıçağı ilə qəsdən sonuncunun döş qəfəsinin ön səthinin sol yarısına bir zərbə vuraraq sol plevra boşluğuna nüfuz edən hemopnevmatoraksla (döş qəfəsinə qanın və havanın toplanması) nəticələnən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası xəsarəti yetirməklə qəsdən Zərərçəkmiş şəxs həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmuşdur. Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs CM-nin 126.1-ci maddəsi ilə ona elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Vəsalə Babayevə ilə onun arasında qeyri-rəsmi nikah münasibətləri olmuşdur. Zərərçəkmiş şəxs taksi sürücüsü kimi tanımış, bir gün onun taksisi ilə evə gedərkən 3 manat əvəzinə 10 manat verdikdən sonra Rüfət müştərisinin olmadığından və pul qazana bilmədiyindən şikayətlənmiş, o da yaxşılıq etmək məqsədiylə Rüfətin telefon nömrəsini almışdır ki, taksi lazım olduğu halda onu çağırsınlar. Həmin vaxtdan etibarən ona və Vəsaləyə taksi lazım olduğu halda Rüfətə zəng edirmişlər və Rüfət həm onu, həm də Vəsaləni gedəcəkləri ünvana aparırmış. Rüfət onları tez-tez istədikləri ünvana apardığından onunla aralarında yaxın münasibət yaranmış və Rüfət istədiyi vaxt onların evinə gəlib-getmişdir. Bir müddət keçdikdən sonra Rüfətin onlara gəlib-getməsindən narahat olmuş və Vəsalə ilə Rüfətin arasında səmimi münasibətin yarandığını hiss etmişdir. Bu barədə dəfələrlə Zərərçəkmiş şəxs xəbərdarlıq etməsinə baxmayaraq, Zərərçəkmiş şəxs ona məhəl qoymamış və onu hədələməyə başlamışdır. Onun Rüfətin evini tanımamasına baxmayaraq, Rüfət çox vaxt onların evinə girmiş və süfrələrində oturaraq yemək yemiş, ac-susuz olduğu zamanlarda Rüfətə kömək etmişdir. O, daima Rüfətə yaxşılıq etməyə çalışmış, dəfələrlə Rüfət onu işdən götürmək adı ilə gəldiyi zaman pula ehtiyacı olduğunu dedikdə o, borc edərək Rüfətə pul vermiş və pulu geri istəməmişdir. Vəsalənin qohumları da Rüfətlə Vəsalə arasında yaxın münasibətin olduğundan şübhələndikdə o hər zaman inkar edərək Rüfətlə Vəsaləni müdafiə etmiş, Rüfətin heç öz ailəsini belə saxlaya bilmədiyini bildirmişdir. Bir müddət keçdikdən sonra o, Rüfətin narkotik vasitə istifadəçisi olmasından şübhələnmiş, amma yetim olduğu üçün ona yazığı gələrək yola vermişdir. O, Rüfəti ilk tanıdığı vaxt Rüfətdən ailəsinin olub-olmadığını soruşduqda Rüfət ona ailəsi ilə ayrıldığını bildirmiş, o da Rüfətə əgər onunla çörək kəsəcəksə gedib ailəsini evinə gətirməsini, ona əlindən gələn köməkliyi edəcəyini söyləmişdir. Bir gün işdən evə gəlmiş və Vəsalənin evdə olmadığını, əşyalarını yığaraq getdiyini görmüş, harada olduğunu öyrənmək məqsədi ilə ona zəng etdikdə telefonunun sönülü olduğunu görmüş, həmçinin, Rüfətin də telefonu sönülü olduğu üçün onu bloka atdıqlarını düşünərək bir yerdə olduqları qənaətinə gəlmişdir. Daha sonra Rüfətin yaşadığı ünvana getmişdir. Həmin vaxt Rüfət evdə olmamış, lakin Rüfətin qaynı və dostu onun evində olmuşlar. Onlardan Rüfəti maraqlanmış və özünü tanıtmış, olanları danışmış və onlar Rüfətin evdə olmadığını, təqsiri onda deyil Rüfətdə gördüklərini bildirmişlər. Rüfətin qaynı və dostu ona Rüfətin Vəsalə ilə münasibətlərindən məlumatlarının olduqlarını və düzgün hərəkət etmədiklərini bildirmişlər. Qaynı Rüfətin evə bazarlıq etmədiyini, arada onun Rüfətə pul verdiyini bildirmişdir. Rüfətin qaynı və dostuyla bir neçə saat söhbət etdikdən sonra Rüfət gəlmiş və evə girərək çıxmış və birlikdə piyada olaraq hərəkət etməyə başlamışlar. Rüfətin qaynı ilə dostu isə onların arxasınca asta-asta piyada olaraq gəlmişlər. O, Rüfətdən Vəsalənin harada olduğunu soruşduqda Rüfət inkar edərək Vəsalədən xəbərinin olmadığını bildirmiş və ona hədə-qorxu gələrək onu tutduracağını söyləmişdir. Vəsalə yetim qız olmuş, onu tanıyana kimi küçələrdə qalmış, tanış olduqdan sonra o, xeyli xərc çəkərək Vəsaləni müalicə etdirmişdir. Rüfət Vəsalənin yerini inkar etdiyi üçün aralarında mübahisə yaranmış və o, bıçağı çıxararaq niyəti olmadan Rüfətə xəsarət yetirmişdir. Məhkəmədə verilən suallara cavab olaraq bıçağın hər zaman üzərində olduğunu, bıçaqdan işləyən zaman istifadə etdiyini, bıçaqla bir ədəd xəsarət yetirdiyini, Rüfətə ona hücum etdiyi zaman papağında bıçaq olduğunu düşündüyünü, xəsarət yetirdikdən sonra Rüfətin qaynı ilə dostunun onları araladıqlarını, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, əməlindən peşman olduğunu bildirmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Şahid1 ona zəng edərək taksi ilə onu işə aparmasını söyləmiş, Vəsaləni səhər tezdən işə aparmış və sonra özü də işə getmişdir. Həmin gün Vəsalə evdən qaçmış, Ramil isə ondan şübhələnmiş, o isə Vəsaləni səhər işə apardıqdan sonra görmədiyini, axşam tərəfi Vəsaləyə zəng edərək evə aparmağın lazım olubolmadığını soruşmuş, Vəsalə isə evə getməyəcəyini bildirmişdir. O, gecə evə gec saatda maşınsız gəlmiş, qapının ağzında Ramil onu görərək nalayiq sözlər deməyə başlamış, onun Vəsaləni otele apardığını söyləmişdir. Onlar arasında mübahisə yaranmış və Ramil ona bıçaq xəsarəti yetirərək qaçmışdır. O, xəsarətdən sonra yıxılmış amma, toparlanaraq ayağa qalxmış, qonşuları Ədalət adlı şəxsdən onu xəstəxanaya aparmasını istəmiş, Ədalət də onu xəstəxanaya aparmışdır. Məhkəmədə verilən suallara cavab olaraq hadisə vaxtı qaynı Şirxanın da onların yanında olduğunu, Ramilin ona bıçaqla xəsarət yetirdiyini, Vəsalə adlı xanımla münasibətlərinin olmadığını, istintaq zamanı onu dindirdiklərini, təqsirləndirilən şəxslə barışdıqlarını, ondan şikayətinin olmadığını, təqsirləndirilən şəxslə qonşu olduqlarını, Vəsaləni taksi sürücüsü kimi aparıb-gətirdiyini, Vəsalənin ona Ramildən bezdiyini söylədiyini, Vəsalənin çayxanada işlədiyini, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid2 ifadəsində göstərmişdir ki, hadisə olan gün bacısıgilə getmiş və Təqsirləndirilən şəxs hadisə günü tanımışdır. Rüfətin Vəsalə ilə münasibətləri olmuş, hadisə baş verdikdən sonra bacısı ilə Rüfət boşanmış, Vəsalə Rüfətin anası ilə bir yaşda olmuşdur. Bacısıgilin evinə bazarlığı və digər təminatları o etmiş, Rüfət öz ailəsinə baxmamış, bacısı boşanmaq istədiyi zaman o bacısına qarşı çıxmış, lakin sonradan Rüfətin yaxşı insan olmadığının fərqinə varmışdır. Bir gün bacısı onu çağırarq Rüfətin onlara baxmadığını, evə çörək almadığını, səhər çıxıb 3 gün, bir həftə sonra gəldiyini bildirmişdir. O, Rüfətlə danışmaq məqsədi ilə onlara getmiş, amma Rüfətə zəng etdikdə “o, 1 saata, yarım saata gəlirəm” deyərək onu yol vermişdir. Evdə Rüfəti gözləyən zaman qapı döyülmüş, gələn şəxsin Ramil olduğunu görmüş və Ramillə ilk dəfə orada tanış olmuşlar. Ramil Rüfətin harada olduğunu soruşduqda o da Rüfəti gözlədiyini, yerini bilmədiyini söyləmişdir. Ramil Rüfətlə işinin olduğunu, onunla danışmalı olduğunu bildirmişdir. O, Ramilə bildirmişdir ki, Rüfətə görə bacısıgilin qapısını döyməsin və Ramil onu başa düşmüşdür. Ramillə o biraz söhbət etdikdən sonra məsələnin nə olduğunu soruşmuş, Ramil isə olanları danışmışdır. Rüfət Şahid1 qaçıraraq başqa evə aparmış, Ramil isə qadının yerini öyrənmək istəmişdir. 1 saata yaxın Ramillə söhbət etmişlər və həmin vaxt yanlarında Ədalət adlı şəxs də olmuşdur. Bir müddətdən sonra onlar evə girmişlər, Ramil isə Rüfət gələn zaman ona xəbər verməsini söyləmiş və Rüfətin nömrəsini almışdır. Saat təxminən 01:00 radələrində Rüfət evə gəlmiş və o, Ramilə Rüfətin onu axtardığını bildirmiş, həmin vaxt Ramil ona zəng edərək Rüfəti gördüyünü, çölə çıxmasını söyləmişdir. Onlar birlikdə çölə çıxmış, Ramil Vəsalənin yerini soruşduqca Rüfət Vəsalənin yerini bildiyini inkar etmişdir. Rüfətlə Ramil biraz aralıda söhbət edəcəklərini söyləyərək aralanmış, o isə Ədalətlə birlikdə orada dayanmışlar. Bir az keçdikdən sonra Rüfət onu çağırmağa başlamış, onların yanına çatdıqda Rüfət ilə Ramilin sözlə mübahisə etdiyini görmüşdür. Ramil onun xatırlamadığı nəyi isə dedikdən sonra Ramil əynində olan gödəkçənin papağından bıçağı çıxardaraq Rüfətə bir bıçaq zərbəsi vurmuşdur. Sonra o, Ramilin qolundan tutaraq Rüfətə görə belə etməyinə dəymədiyini söyləmişdir. Rüfət özü “102” xidmətinə zəng etmiş, daha sonra o, Rüfəti Ədalətin avtomobilə əyləşdirərək Xırdalanda yerləşən xəstəxanaya aparmış, həkimlər Rüfəti müayinə etdikdən sonra evə aparmasını söyləmiş, o isə Rüfəti avtomobilə əyləşdirərək “Semaşko” xəstəxanasına aparmış, orada həkimlər müayinə edərək ağciyərinə hava və qanın dolduğunu bildirmişlər. Rüfət əməliyyat olunmuş, səhəri gün Ramil ona zəng edərək Rüfəti maraqlanmışdır. Ramil Vəsalənin status paylaşdığını və xəstəxanada olduğunu söyləmiş, baxmayaraq ki, Rüfəti xəstəxanaya aparan zaman yolda ona Vəsalə söhbətinin bağlandığını bildirmişdir. Məhkəmədə verilən suallara cavab olaraq qaranlıq olduğu üçün Ramilin bıçağı haradan çıxardığını bilmədiyini, onlar arasında söz mübahisəsinin olduğunu, hadisədən sonra Rüfəti görmədiyini, bacısı ilə Rüfətin boşandığını, hazırda da Rüfətin polis tərəfindən axtarışda olduğunu, onun düzgün adam olmadığını, tüfeyli həyat yaşadığını, Rüfətin aliment ödəmədiyini, boşanma zamanı da Rüfətin məhkəməyə gəlmədiyini, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı Şahid1 Mirabdi qızının ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və həmin ifadəsində şahid göstərmişdir ki, Lənkəran rayonu, İstisu qəsəbəsi ünvanında qeydiyyatda olsa da, Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yeni yaşayış massivində kirayədə yaşayır. Ad və soyadı Şahid1 olsa da, ona Şəlalə deyə müraciət edirlər. Təqsirləndirilən şəxs 2016-cı ildən tanıyır. Belə ki, onunla həmin il 20 yanvar metrostansiyasının yaxınlığındakı diş poliklinikasının yanında yerləşən kafedə ofisiant işləyən zaman tanış olmuşmuş və həmin vaxtdan etibarən də ev tutararaq birlikdə yaşamağa başlamışlar. Təxminən 1 il bundan əvvəl Ramil Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yeni yaşayış massivində kirayə ev tutduğundan orada yaşamağa başlamışlar. Həmin il Xırdalan şəhərində yerləşən “köhnə bazar” adlanan bazardan onun üçün paltar aldıqdan sonra evə getmək üçün taksiyə əyləşmişlər. Həmin vaxt taksini sürən şəxslə Ramil arasında səmimi münasibət yaranmış və taksi sürücüsünün ad və soyadının Zərərçəkmiş şəxs olduğu onlara məlum olmuşdur. Həmin vaxtdan etibarən onlara taksi lazım olduğu vaxtlarda Rüfətə zəng edərək onunla gedəcəkləri ünvanlara gedib-gəlirmişlər. Rüfət ilə gedəcəyi ünvanlara gedib-gəlmək rahat olduğundan tez-tez Rüfət onu aparıb-gətirmişdir. Lakin sonradan Ramil onun Rüfətlə gedib-gəlməyinə qadağa qoymağa başlamış və bu zəmində aralarında tez-tez mübahisələr olmuşdur. Sonuncu dəfə Ramillə 25 noyabr 2022-ci il tarixdə Rüfətlə münasibətini kəsmək üçün Ramil ilə aralarında sözlə mübahisə yaranmışdır. Bundan sonra Ramil işə getmiş və onun qısqanclıqlarından bezdiyi üçün artıq onunla yaşamaq istəmirmiş. Buna görə də, aralarında olan sonuncu mübahisədən sonra əsəbləşərək əşyalarım evlərinin yerləşdiyi həyətdəki qonşunun evinə yığmışdır ki, Ramil gələndə onun əşyalarını yığaraq getdiyini fikirləşsin. Əşyalarını qonşunun evinə yığdıqdan sonra Xırdalan şəhərində yaşayan bacısıgilə getmiş və orada qalmışdır. 26 noyabr 2022-ci il tarixdə bacısıgildə olduğu zaman Rüfət saat 02 radələrində istifadəsində olan mobil telefon nömrəsinə zəng edərək Ramil tərəfindən bıçaqlandığını bildirmişdir. Bundan sonra Rüfətin oldu xəstəxanaya getmişdir. Hadisə barədə onun sonradan məlumatı olsa da, Təqsirləndirilən şəxs onu Rüfətə qısqandığı üçün Rüfəti bıçaqlamışdır. Ramillə hər dəfə mübahisə edən zaman Ramil ona Rüfətdən uzaqlaşmağı barədə xəbərdarlıq etsə də, ona istədiyi ünvana Rüfətlə gedib-gəlmək rahat olduğu üçün ona Rüfətdən uzaqlaşmayacağını bildirmişdir. Lakin, ona Rüfəti vuracağı barədə hər hansı bir söz deməmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sonuncunun yaşadığı evin yaxınlığında bıçaqlamış, hadisəni isə Rüfətin deməsinə görə qaynı Şirxan və qonşusu Ədalət görmüşdür (cild 01, iş vər. 105-107). Məhkəmə istintaqı zamanı Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və həmin ifadəsində şahid göstərmişdir ki, ünvan 5 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs onun qonşusudur. 25 noyabr 2022-ci il tarixdə, saat 21 radələrində evdə olduğu zaman küçədən səs gəldiyini eşitmişdir. Çölə çıxdıqda Rüfətin qaynı Şirxan ilə bir nəfər şəxsin söhbət etdiyini eşitmişdir. Onlara yaxınlaşıb görüşmüş və məlum olmuşdur ki, Şirxanla söhbət edən şəxs Şirxanın qaynı Rüfəti axtarır. Belə ki, Şirxanla söhbət edən Ramil adlı şəxsin bir xanımla münasibəti olmuş, həmin xanımla isə Rüfətin sonradan münasibət yaranmışdır. Həmin məsələ ilə bağlı da Ramil Rüfəti axtarır. Təxminən bir saat söhbət etdikdən sonra Ramil mobil telefon nömrəsini Şirxana vermiş və Rüfət gələn zaman ona xəbər etməyini xahiş etmişdir. Təxminən saat 23:30 radələrində evdə olduqları zaman Rüfətin gəldiyini görmüşlər. Şirxan Rüfət ilə söhbətə etdikdən sonra birlikdə çölə çıxmışlar. Həmin vaxt küçədə Ramilin dayandığını görmüşlər. Ramil onlara yaxınlaşmış və Rüfətdən Şəlalənin yerini soruşmuşdur. Rüfət isə Şəlalənin harada olması barədə məlumatının olmadığını bildirmişdir. Bundan sonra onlar ikisi söhbət edə-edə piyada olaraq hərəkət etməyə başlamışlar. O, Şirxanla dayanıb söhbət edirmiş. Təxminən bir neçə dəqiqə sonra Rüfətin Şirxanı çağırdığını eşitmişdir. Şirxan ilə birlikdə onların yanına getmişdir. Onların yanına çatdıqda Rüfət ilə Ramilin sözlə mübahisə etdiyini görmüşdür. Bu zaman Ramil əynində olan gödəkçənin papağından bıçağı çıxardaraq Rüfətə bir bıçaq zərbəsi vurmuşdur. Şirxan dərhal Ramili arxa tərəfindən tutub kənara çəkmiş, o isə Rüfəti ayağa qaldırmış və Rüfəti öz avtomobili ilə Abşeron rayon xəstəxanasına aparmışlar. Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında mübahisə Şəlalə adlı xanıma görə yaranmışdır. Ona sonradan məlum olmuşdur ki, Təqsirləndirilən şəxs ilə Şəlalə adı ilə bildiyi, lakin əsl adı Vəsalə olan xanımın münasibəti olmuş, sonradan Zərərçəkmiş şəxs Vəsalə adlı xanımla münasibət qurmuş, Ramil isə onları qısqandığı üçün Rüfətlə mübahisə etmiş və mübahisə zamanı 26 noyabr 2022-ci il tarixdə, saat 00:15 radələrin Ramil Rüfəti bıçaqla vurmuşdur (cild 01, iş vər. 112-113). Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli “Ərizə”dən görünür ki, Zərərçəkmiş şəxs həmin tarixdə Abşeron Rayon Polis İdarəsinə yazılı ərizə ilə müraciət edərək xx.xx.2022-ci il tarixdə saat 00:00 radələrində 119 saylı marşrut xəttinin axırı adlandırılan yerdə Təqsirləndirilən şəxs onu bıçaqla vuraraq xəsarət yetirdiyini bildirmiş və onun barəsində qanuni tədbir görülməsini xahiş etmişdir (cild 01, iş vər. 06). Cinayət işinin materiallarında olan 26 noyabr 2022-ci il tarixli, “Hadisə yerinə baxış” istintaq hərəkətinin protokolundan görünür ki, hadisə yeri Zərərçəkmiş şəxs yaşadığı ünvan 2 ünvanın yaxınlığında yerləşən yerdir. Baxışda iştirak edən vətəndaş Zərərçəkmiş şəxs tanıdığı Təqsirləndirilən şəxs adlı şəxsin onu məhz həmin küçədə yaşadığı evin yaxınlığında iti alətlə vuraraq xəsarət yetirdiyini bildirmişdir. Baxış zamanı hadisə yerinə aid fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur (cild 01, iş vər. 09-10). Cinayət işinin materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli, 2825 nömrəli rəyindən görünür ki, R.A.Bbayevin bədəni üzərində olan xəsarətlər döş qəfəsinin ön səthinin sol yarısının sol plevra boşluğuna nüfuz edən hemopnevmatoraksla (döş qəfəsinə qanın və havanın toplanması) nəticələnən 1 (bir) ədəd kəsilmiş-deşilmiş yarası iti deşici kəsici alətin(əşyanm) təsirindən əmələ gəlmişdir, qərarda göstərilən müddətdə və şəriatdə, yəni xx.xx.2022-ci il tarixdə bıçağın tiyəsinin təsirindən əmələ gəlmişdir və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir (cild 01, iş vər. 17-18). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli, “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanması haqqında” protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs ifadəsi hadisə yerində bir daha yoxlanılmış və o, tanışı Zərərçəkmiş şəxs ilə mübahisə etdikləri yeri, həmçinin bıçaqla onu vuraraq xəsarət yetirdiyi yeri əyani şəkildə göstərmişdir (cild 01, iş vər. 80-82). Cinayət işinin materiallarında olan Respublika Psixiatriya Xəstəxanasından alınmış xx.xx.2023-cü il tarixli 9982 nömrəli məktubdan görünür ki, xx.xx.1979-cu il təvəllüdlü Təqsirləndirilən şəxs arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmayıb (cild 01, iş vər. 111). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-in 29,120.1, 126.2.3, 126.2.4, 131, 221.3 və 228-ci maddələri ilə cinayət işinin başlanması rədd edilmişdir (cild 01, iş vər. 117-130). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin başvermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Həmin Məcəllənin 143-145.1-ci maddələrinin tələblərindən isə görünür ki, sübutların toplanması ibtidai araşdırma və məhkəmə baxışı zamanı istintaq və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış həmin sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmçinin hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsinə əsasən insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərərvurma - qəsdən sağlamlığa ağır zərərvurma cinayətini ehtiva edir. Cinayət işinin materiallarından və işin faktiki hallarından müəyyən olunur ki, həqiqətən də, Təqsirləndirilən şəxs aralarında yaranmış mübahisə ilə bağlı qısqanclıq zəmnində, qisas almaq məqsədilə əvvəlcədən özü ilə götürüb gödəkçəsinin papaq hissəsində gizlətdiyi mətbəx bıçağı ilə qəsdən Zərərçəkmiş şəxs döş qəfəsinin ön səthinin sol yarısına bir zərbə vuraraq sonuncuya həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid (işdə olan məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən) olan bədən xəsarəti yetirmişdir. Odur ki, məhkəmə kollegiyası araşdırılmış sübutların cəminə obyektiv hüquqi qiymət verərək və Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, sonuncunun cinayət əməli məhkəmə istintaqı zamanı özünün verdiyi etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş zərərçəkmiş şəxs və şahidlərin ifadələri ilə, o cümlədən ekspertizanın rəyləri və işdə olan biri-digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir və onun törətmiş olduğu əməl ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq CM-nin 126.1-ci maddəsi ilə tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən isə cəza təyin edərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işinin materiallarında olan Quba RİHB-nin Tüləkərən kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyindən alınmış arayış və xasiyyatnamədən görünür ki, Təqsirləndirilən şəxs Quba rayon, Möhüc kəndində qeydiyyatdadır, yaşadığı müddət ərzində müsbət xarakterizə olunmuş, barəsində Quba RİHB-nin Tüləkərən kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır (cild 01, iş vər. 115- 116). Cinayət işinin materiallarında olan tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Quba Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinərək 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2010-cu il tarixli qərarı ilə xx.xx.2010-cu il tarixli hökm dəyişdirilmədən saxlanılmış, xx.xx.2013-cü il tarixdə cəzasının sonu ilə azad olunmuş, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilmişdir (cild 01, iş vər. 97-98). Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışması CM-in 59.1.12-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən halın olmasını, o cümlədən cəzasını ağırlaşdıran halların olmamasını, habelə törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, eyni zamanda təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, zərərçəkmiş şəxslə barışığın əldə olunmasını nəzərə alaraq təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş minimum həddə yaxın azadlıqdan məhrum etmə növündə cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli, “Axtarışda olan şəxsin tutulmasına dair” protokoldan görünür ki, ********* nömrəli cinayət işi üzrə CM-in 126.1-ci maddəsi ilə təqsirləndirilən, barəsində xx.xx.2023-cü il tarixli, 270722/23 nömrəli axtarış işi olan, xx.xx.1979-cu ildə Quba rayonunda anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, Quba rayonu, Möhüc kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Nəsimi rayonu ərazisində tutularaq Abşeron Rayon Polis İdarəsinə gətirilmişdir və MSY-sinə təhvil verilmişdir (cild 01, iş vər. 58). Cinayət işinin materiallarında olan Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(012)-410/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir (cild 01, iş vər. 89-90). Məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs CM-nin 56.1.2-ci maddəsinə əsasən təyin ediləcək cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, tutulduğu və həbsdə olduğu müddət cəzasına hesablanmaqla, cəza çəkməsinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxs xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. İş üzrə maddi sübutun, məhkəmə məsrəflərinin və mülki iddianın olmaması nəzərə alınmalıdır. Beləliklə, yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 346-347, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 03 iyun 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan) 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-296/2024
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-296/2024
25.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver