Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-296/2025 08.08.2025 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Əliyev Rəşad Şəmşir oğlu (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Rzayeva Aynur Tapdıq qızından ibarət tərkibdə, Məhkəmə iclasının katibi - X3, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı2, Müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, xx xxxxxxx 1985-ci ildə Lənkəran rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (hökmün təsviri-əsaslandırıcı hissəsində CM) 234.4-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq qabaqcadan əlbir olan bir qrup şəxs halında xüsusi ilə külli miqdarda psixotrop maddə olan metamfetamin, külli miqdarda narkotik vasitə olan heroin və qurudulmuş marixuananı əldə edərək, üzərində saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs telefon vasitəsilə tanış olduğu - özünü “Hacı” adı ilə təqdim etsə də, şəxsiyyəti müəyyən olunmamış İran İslam Respublikasının vətəndaşı ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək sonuncunun verəcəyi xüsusilə külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin dəyərini ödəmək müqabilində deyəcəyi yerlərə çatdırmaqla satışını həyata keçirmək barədə ümumi razılığa gəlmiş, bu məqsədlə “Hacı’’ adı ilə özünü təqdim etmiş şəxsin bir qrup şəxs halında 05 noyabr 2024cü il tarixdə axşam saatlarında Bakı şəhəri Nərimanov rayonu ərazisində “Yaşıl Bazar” adlanan yerdə yol kənarında qoydurduğu, 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısına” (Siyahı İ) daxil olan 6 ədəd bükümdə, ayrı-ayrılıqda çəkiləri 4,814 qram, 11,334 qram, 4,345 qram, 12,520 qram, 26,218 qram və 470 qram, ümumi çəkisi 529,231 qram olan narkotik vasitə heroin, 5 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 96,44 qram, 280 qram, 185 qram, 1800 qram və 145 qram, ümumi təmiz çəkisi 2506,44 qram olan narkotik vasitə qurudulmuş marixuana və 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısına” (Siyahı İİ) daxil olan 5 ədəd bükümdə ayrı- ayrılıqda təmiz çəkiləri 195 qram, 28,505 qram, 158,176 qram, 103,190 qram və 985 qram, ümumi təmiz çəkisi 1469, 871 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini götürməklə satış məqsədi ilə qanunsuz olaraq əldə edib, yaşadığı Abşeron rayonu, Görədil qəsəbəsində yerləşən evinə daşımaqla qeyd edilən evdə saxlamış, 07 noyabr 2024-cü il tarixdə saat 06:30 dəqiqədə Abşeron RPİ-nin X1 əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində Abşeron rayonu, Görədil qəsəbəsi ərazisində piyada hərəkət edərkən saxlanılaraq həmin gün saat 06:30-dan saat 06:38-dək üzəri yoxlanılan zaman əynində olan qırmızı rəngli gödəkçənin sağ yan cibindən həmin psixotrop maddə olan metamfetamindən 195 qramı, yaşadığı evdən isə masa üzərində olan 1 ədəd bankanın içərisindən ayrı-ayrılıqda təmiz çəkiləri 4,814 qram, 11,334 qram, 4,345 qram, 12,520 qram, 26,218 qram olmaqla 5 ədəd şəffaf sellofana bükülmüş və evdən aşkar edilmiş çemodandan 1 ədəd şəffaf sellofandan ibarət bükümdə təmiz çəkisi 470 qram olmaqla ümumilikdə 529,231 qram təmiz çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin, həmin çemodandan 4 ədəd şəffaf sellofana bükülmüş ümumi təmiz çəkisi 1274,871 qram, ayrı-ayrılıqda təmiz çəkiləri 28,505 qram, 158,176 qram, 103,190 qram və 985 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, habelə eyni çemodandan 5 ədəd şəffaf sellofana bükülmüş ümumi təmiz çəkisi - 2506,44 qram, ayrıayrılıqda təmiz çəkiləri 96,44 qram, 280 qram, 185 qram, 1800 qram və 145 qram çəkidə külli miqdarda bitki mənşəli tərkibində narkotik maddələr olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs bu hərəkətləri ilə CM-in 234.4-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsiləndirilən şəxs Təqsirləndirilən şəxs məhkəmə iclasında irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək verdiyi ifadəsində göstərdi ki, tutulmamışdan bir müddət əvvəl, o sosial şəbəkələrdən birində narkotik əldə etmək üçün “Hacı” kimi özünü təqdim edən tanımadığı bir şəxslə əlaqə yaratmaqla ondan şəxsi istifadəsi üçün az miqdarda narkotik əldə edib istifadə etmişdir. Hadisədən əvvəl həmin şəxs elə sosial şəbəkə vasitəsilə ona tanışında əmanəti olduğunu deyərək, 4.000 manat müqabilində götürüb özündə saxlamağı xahiş etmişdir. O, “Hacı” ilə razılaşıb sonuncudan aldığı tapşırıqla Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən “Yaşıl bazar” yaxınlığına gedib, orada elə “Hacı”nın yönləndirdiyi yerdən içərisində narkotik vasitələr olan bükümü aşkar edib aparıb Görədildə kirayə götürdüyü evdə saxlamışdır. O, büküm içərisində ayrı-ayrı bükümlərdə marixuana, heroin və metamfetamin olduğunu müəyyən etmişdir. Bununla belə onun həmin narkotik vasitələri satmaq fikri olmamışdır. O, götürdüyü çantanın içərisində dövriyyəsi qadağan edilmiş maddələr olduğunu bilsə də, etdiyi əməlin sanksiyasının belə ağır olacağını bilməmişdir. Bununla belə ona qarşı irəli sürülmüş ittihamda göstərilənlərdən fərqli olaraq polis əməkdaşları tərəfindən 6 noyabr 2025-ci il saat 17-18 radələrində Xırdalan Daş Bazarının yaxınlığındakı yanacaq doldurma məntəqəsinin qarşısında, barəsində əlavə heç bir məlumata malik olmadığı Rüfət adlı dostu ilə birlikdə Xırdalan Polis İdarəsindən 200 metr məsafədə gedərkən saxlanılmış, Rüfət isə qaçıb getmişdir. O, saxlanıldıqdan sonra kirayə götürdüyü evdə 12 saat ərzində polis əməkdaşları tərəfindən göstərilmiş fiziki zor, qeyriinsani və ləyaqəti alçaldan rəftar nəticəsində videoçəkilişə razılıq vermişdir. Yalnız bundan sonra guya ilkin saxlanılması səhnəsi yaradılmaqla videoçəkiliş aparılmış, bu zaman onun faktiki üzərində olmayan metamfetamin məcburi şəkildə onun cibinə yerləşdirilmişdir. Habelə evində olan masanın üzərindəki bankadakı heroin, dəftər və digər əşyalar ona məxsus olmamışdır. O, polislər tərəfindən ona göstərilmiş qanunsuz hərəkətlər nəticəsində videoçəkiliş zamanı hər şeyi etiraf etmişdir. Telefonunda olan narkotik vasitə və psixotrop maddələrin elektron tərəzidə çəkilməsini göstərən videolar onun tərəfindən çəkilməmiş, telefon onu saxlayan əməliyyatçılarda olmuş və həmin videolar telefonuna əməliyyatçılar tərəfindən göndərilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə iclasında verdiyi ifadəsində göstərdiklərindən ona qarşı irəli sürülmüş ittihamla uyğunsuzluq təşkil edən xüsusatlara tənqidi yanaşır və hesab edir ki, bu xüsusatlar həqiqəti əks etdirmir və təqsirləndirilən şəxs özünü müdafiə məqsədi ilə məsuliyyətdən yayınmaq üçün həqiqəti təhrif etməklə bu cür ifadələr vermişdir. Çünki, təqsirləndirilən şəxsin ittiham olunduğu cinayət əməlini təqsirli olaraq törətməsi onun özünün qismən etirafı ilə yanaşı, şahid ifadələri, ekspertiza rəyi, habelə digər mötəbər dəlillərlə tam sübuta yetmişdir. Belə ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs ona qarşı CM-nin 234.4- 1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə özünü təqsirli bildiyini qeyd edərək göstərmişdir ki, o, Lənkəran şəhəri, H.Əliyev prospekti ev 4/8-də qeydiyyatda olmaqla Abşeron rayonu Görədil qəsəbəsi, Bakıxanov küçəsi, nömrəsiz fərdi yaşayış evində yaşayır. Təxminən 6 ay narkotik vasitə və psixotrop maddə istifadə etmişdir. xx.xx.2024-cü il tarixdə Abşeron rayonu Görədil qəsəbəsi Bakıxanov küçəsində, yaşadığı evin yaxınlığında polis əməkdaşları tərəfindən saxlanılmış və polis əməkdaşları özlərini təqdim etdikdən sonra üzərinə videoçəkilişlə baxış keçirilmişdir. Şəxsi axtarış keçirilərkən ondan üzərində saxlanılması və ya gəzdirilməsi qadağan edilmiş hər hansı əşya və ya predmet olubolmadığı soruşulmuşdur. O da, əynində olan gödəkçədən 1 ədəd qara rəngli sellofana bükülmüş psixotrop maddə olan metamfetamini təqdim etmişdir. Həmin psixotrop maddəni şəxsi axtarış zamanı kağız zərfdə qablaşdırıldıqdan sonra həmin zərf üzərində iştirakçılar və onun tərəfindən imzalarla təsdiq olunaraq polis əməkdaşı tərəfindən götürülmüş, bu barədə polis əməkdaşı tərəfindən protokol tərtib edilərək ucadan oxunmuşdur. Heç bir şikayət, ərizə və ya vəsatət daxil olmamışdır. Protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Həmçinin şəxsi axtarış zamanı yaşadığı evdə narkotik vasitə və psixotrop maddələr saxladığını bildirmişdir. Buna görə yaşadığı Abşeron rayonu, Görədil qəsəbəsi, Bakıxanov küçəsində yerləşən fərdi yaşayış evinə baxış keçirilmiş, baxış zamanı çantanın içərisində saxladığı 5 ədəd şəffaf rəngli sellofana bükülmüş marixuana, 4 ədəd şəffaf rəngli sellofana bükülmüş metamfetamin, 1 ədəd şüşə qabda heroin və 1 ədəd şəffaf rəngli sellofana bükülmüş heroin, həmçinin 2 ədəd elektron tərəzi və 1 ədəd dəftər aşkar edilərək götürülmüşdür. Maddi sübutlar çanta ilə birlikdə qablaşdırıldıqdan sonra üzərində iştirakçılar və onun tərəfindən imzalarla təsdiq olunaraq polis əməkdaşı tərəfindən götürülmüşdür. Bu barədə polis əməkdaşı tərəfindən protokol tərtib edilərək ucadan oxunmuş, heç bir şikayət, ərizə və ya vəsatət daxil olmamışdır. Protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Həmin narkotik vasitəni və psixotrop maddəni iki gün əvvəl, yəni 05 noyabr 2024-cü il tarixdə axşam vaxtı Bakı şəhəri Nərimanov rayonu Yaşıl Bazar yaxınlığında yol kənarından İran İslam Respublikası vətəndaşı Hacı adlı şəxs tərəfindən təyin olunmuş yerdən götürmüş və həmin şəxsin göstərişi ilə ünvanlara çatdıracaqmış. Daha sonra polis əməkdaşları onu Abşeron RPİ-nə aparmışlar. Burada ona hüquq və vəzifələri izah olunaraq, müdafiəçi ilə təmin olunmuşdur. Həmin narkotik vasitə heroin, marixuana və psixotrop maddə metamfetamini sosial şəbəkə vasitəsi ilə tapdığı, şəxsiyyətini bilmədiyi adını “Hacı” bildiyi şəxsdən almışdır. Həmin narkotik vasitələri və psixotrop maddələri evdə saxlamışdır. “Hacı” adlı şəxs ona həmin narkotik vasitə və psixotrop maddələri saxlamağını bildirmiş, daha sonra nə edəcəyini deyəcəyini demişdir. xx.xx.2024-cü il tarixdə polis əməkdaşları onu saxlayarkən və bundan sonra da ona qarşı hər hansı fiziki zorakılıq hərəkətlərinə yol verilməmişdir. O, 1 gün əvvəl yaşadığı evdə ehtiyatsızlıqdan yıxılaraq xəsarət almışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Abşeron rayon Polis idarəsinin X1 baş əməliyyat müvəkkili Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, 07 noyabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs İran İslam Respublikasının vətəndaşı ilə əlaqədə olduğu iran vətəndaşının rəhbərliyi ilə, narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edib, Abşeron rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumat əsasında onun rəhbərliyi ilə yaradılmış əməliyyat qrupu tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs 7 noyabr 2024-cü il tarixdə, səhər saat 6 radələrində Abşeron rayonu, Görədil qəsəbəsi Bakıxanov küçəsində özünün yaşadığı fərdi yaşayış evlərinin yaxınlığında saxlanılaraq üzərinə baxış keçirilməklə bir ədəd qara selofanda metamfetamin və mobil telefon aşkar edilərək götürülmüşdür. Daha sonra sonuncunun yaşadığı evə baxış keçirilməklə oradan heroin, metamfetamin, marixuanaya bənzər kütlə və iki ədəd işlək vəziyyətdə olan tərəzi, bir ədəd narkotik vasitənin hesabatı aparılan dəftər aşkar edilərək qablaşdırılmaqla götürülmüşdür. Baxışın keçirilməsinin videoqeydiyyatı aparılmışdır. Bu əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs fiziki zor tətbiq edən olmamış, qanunsuz hərəkətlər edilməmiş, onun saxlanılmasında Samir adlı polis əməkdaşı iştirak etməmişdir. İş üzrə şahid qismində dindirilmiş Abşeron Rayon Polis İdarəsinin əməkdaşları Şahid1 və İmanov X4 Fərid Elçin oğlu ilə oxşar məzmunlu ifadələr verərək onun göstərmiş olduğu xüsusatları təsdiq etdilər. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Abşeron RPİ-nin NMB-nin baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs Abşeron rayonu və Bakı şəhəri ərazisində narkotik vasitəni və psixotrop maddəni üzərində gəzdirməsi, istifadəsi və satışı ilə məşğul olması barədə əməliyyat məlumatları daxil olmuşdur. Qeyd olunan məlumatlar yoxlanılmış və xx.xx.2024-cü il tarixdə saat 06:30-da Təqsirləndirilən şəxs Abşeron rayonu Görədil qəsəbəsi Bakixanov küçəsində fərdi yaşayış evlərinin qarşısında saxlanılaraq Abşeron RPİ-nə gətirilmişdir. Cinayət işinin materiallarında olmaqla məhkəmə iclasında tədqiq edilmiş 7 noyabr 2024cü il tarixli “Əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üzərinə və yaşadığı mənzilə baxış keçirilməsinə dair” protokoldan və DVD diskdə qeydiyyata alınmış videogörüntülərdən görünür ki, Lənkəran şəhəri, H.Əliyev prospekti,ev 4/8 qeydiyyatda olan və Abşeron rayonu Görədil qəsəbəsi Bakixanov küçəsi nömrəsiz fərdi yaşayış evində kirayə yaşayan Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə və psixotrop maddələrin satış məqsədi ilə əldə edib Abşeron rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı sonuncu 7 noyabr 2024-cü il tarixdə saat 6:30-da Abşeron rayonu, Görədil qəsəbəsi Bakixanov küçəsi fərdi yaşayış evlərinin yaxınlığında saxlanılaraq hüquqları izah olunmuş, üzəri yoxlanılmış və üzərindən 1 ədəd qara sellofanda metamfetaminə bənzər kütlə, 1 ədəd “Redmi” markalı telefon aşkar edilərək götürülmüşdür. Baxış zamanı Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsinə etirazı olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq aşkar olunmuş narkotik vasitəni Nərimanov rayonunda yerləşən “Yaşıl Bazar” yaxınlığında təxminən iki gün əvvəl yol kənarından İran İslam Respublikasının vətəndaşı “Hacı” adlı şəxs tərəfindən təyin olunmuş yerdən götürdüyünü və onun göstərişi ilə ünvanlara çatdıracağını bildirmişdir. Daha sonra Görədil qəsəbəsi ünvan 3ş evinə keçirilən baxış zamanı həmin mənzildə 1 (bir) ədəd bankada heroinə bənzər kütlə, 1 (bir) ədəd selofanda heroinə bənzər kütlə, 4 (dörd) ədəd selofanda metamfetaminə bənzər kütlə, 5 (beş) ədəd selofanda marixuanaya bənzər kütlə, 2 (iki) ədəd işlək vəziyyətdə olan tərəzi və 1(bir) ədəd narkotik vasitənin hesabatı aparılan dəftər aşkar edilərək götürülmüşdür. Cinayət işinin materiallarında olmaqla məhkəmə iclasında tədqiq edilmiş 07 noyabr 2024-cü il tarixli “Təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 7 noyabr 2024-cü il tarixdə, saat 06:30 dəqiqədə Abşeron rayonu Görədil qəsəbəsi Bakıxanov küçəsində piyada hərəkət edən zaman saxlanılaraq üstü yoxlanılması, üzərindən 1 bükümdə metamfetaminə bənzər kütlə aşkar edilərək qablaşdırılması və Təqsirləndirilən şəxs Abşeron rayonu Görədil qəsəbəsi Bakıxanov küçəsi, nömrəsiz fərdi yaşayış evindən narkotik vasitə olan marixuanaya bənzər bitki kütləsi, heroinə bənzər maddə və psixotrop maddə olan metamfetaminə bənzər maddələr, həmçinin 2 ədəd elektron tərəzi, 1 ədəd narkotik vasitənin hesabatı aparılan dəftər aşkar olunaraq götürülmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2025ci il tarixli “mobil telefona baxış keçirilməsi haqqında” protokoldan və mobil telefonda olan məlumatlardan edilmiş fotocədvəldən görünür ki, müdafiəçisi X6 və Təqsirləndirilən şəxs iştirakı ilə “Redmi Galaxy” markalı mobil smartfonun yaddaşında olan məlumatlara baxış keçirilmiş və baxış zamanı “whatsapp” sosial şəbəkəsində +**********8 mobil nömrəsi ilə narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması barədə yazışmalar olduğu, həmçinin çoxlu sayda narkotik vasitə və psixotrop maddələrin kilolarla elektron tərəzidə çəkilməsini göstərən videolar olması müəyyən edilmişdir. Bundan başqa həmin mobil telefonun “qalereya” bölməsində narkotik vasitələrin və psixotrop maddələrin kilolarla elektron tərəzidə çəkilməsinin videoları olması aşkar edilmişdir. Baxışda iştirak edən Təqsirləndirilən şəxs baxış zamanı vatsapda olan yazışmaların, eləcə də qeyd olunan narkotik vasitələrin və psixotrop maddələrin videolarını ona göndərən İran İslam Respublikası vətəndaşı olan “Hacı” adlı şəxsə məxsus olduğunu və həmin narkotik vasitələri satmaq üçün ona göndərdiyini bildirmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2025ci il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs və müdafiəçisi X6 iştirakları ilə Təqsirləndirilən şəxs yaşadığı mənzildən aşkar edilmiş üzərində “60 vərəq”, “Prenium” və “üzərində maşın şəkili olmaqla Super Car” sözləri yazılmış dəftərə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, dəftərin ilk vərəqində torpaq - 230 qram (sellofanda), 1 qr kola verdim, 2 qr prob üçün, patı - 1003 qram (sellofanda) 500 qram, 2 qram prob üçün, gül - 1.180 qram (sellofanda) sözləri yazılmış, bundan başqa dəftərin ikinci vərəqində 20.07.24 tarixi qeyd olunmuş, 1-dən 18dək sıra sayı ilə müxtəlif çəkilərdə “DAŞ” sözləri qeyd olunmuş, kolaların müxtəlif qramlarda satışı qeyd olunmuşdur. Bundan başqa dəftərin üçüncü vərəqində 1-dən 6-ya qədər bir, 1-dən 6-ya qədərdə bir daş sözləri yazılmışdır. Dəftərin dördüncü, beşinci, altıncı, yeddinci və səkkizinci vərəqlərində sxem halında müxtəlif qramlarda patı, kola və gülün satılmaları qeyd olunmuşdur. Baxışda iştirak edən Təqsirləndirilən şəxs baxış zamanı həmin dəftərdə qeyd olunan xüsusatların narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə bağlı yazılmış qeydlər olduğunu bildirmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin materialların məhkəmə ekspertizasının 07 noyabr 2024-cü il tarixli, 6/5181 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs (imza)” yazısı və imzalar olan kağız paketdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 195 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün 56 nömrəli dairəvi möhür əksi, “Təqsirləndirilən şəxs mənzilindən aşkar edilmiş....Təqsirləndirilən şəxs (imza)” yazısı və imzalar olan çemodandaki, -bir ədəd şüşə bankada olan 5 (beş) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 4,814 qram, 11,334 qram, 4,345 qram, 12,520 qram, 26,218 qram və 1 (bir) ədəd bükümdə təmiz çəkisi 470 qram, ümumi təmiz çəkisi 529,231 qram tünd qəhvəyi rəngli maddələr xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. -4(dörd) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 28,505 qram, 158,176 qram, 103,190 qram, 985 qram, ümumi təmiz çəkisi 1274,871 qram ağ rəngli kristalşəkilli maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. -iki ədəd tərəzinin və bir ədəd plastik qabın üzərində metamfetamin və heroinin izləri vardır. İz şəkilində olduğu üçün, heroinin və metamfetaminin təmiz çəkisini və bükümlərdəki metamfetminlə və heroinlə eyni kimyəvi tərkibli olub-olmamasını müəyyən etmək mümkün deyildir. Təqsirləndirilən şəxs üzərindən və mənzilindən aşkar edilərək götürülmüş metamfetaminin ümumi təmiz çəkisi 1469,871 (1 kq 469, 871 qr) təşkil edir və həmin metamfetaminlər xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eynidirlər. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-bioloji ekspertizasının 07 noyabr 2024-cü il tarixli, 7/1840 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “vətəndaş Təqsirləndirilən şəxs mənzilindən aşkar olunmuş....” yazılar və imzalar olan 1 (bir) ədəd çemodanda 5 (beş) ədəd üzəri skoçlu sellofanda hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 96,44 qram, 280 qram, 185 qram, 1800 qram və 145 qram olmaqla, ümumi çəkisi 2506,44 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Həmin çamadanın içərisində olan iki ədəd elektron tərəzinin və bir ədəd plastik qabın üzərində bitki mənşəli narkotik vasitə hissəcikləri yoxdur. Təqdim edilmiş marixuanalar tərkiblərinə görə eynidir. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” Publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 7743 saylı ambulator məcburi-narkoloji tibbi yoxlamaya dair rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərdən istifadə etmə halları olub, lakin hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2024cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan və Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(012)-778/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmaqla barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş əməliyyat statistik informasiya idarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmasına dair məlumat mövcud deyildir. Məhkəmə kollegiyası yuxarıda sadalanan sübutlara məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin məhkəmə istintaqı mərhələsində qeyd etdiyi, ona qarşı irəli sürülmüş ittihamla uyğunsuzluq təşkil edən dəlilləri əvvəlcədən düşünülmüş müdafiə taktikasıdır və hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamı təkzib edən dəlillər kimi qəbul olunmaqla onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas ola bilməz. Çünki, təqsirləndirilən şəxsin göstərdiyi xüsusatlar işin faktiki halları ilə uyğunsuzluq təşkil etməklə yanaşı, öz təsdiqini tapmamışdır. Belə ki, Təqsirləndirilən şəxs tutulduğu yeri mübahisələndirməsi, onu Xırdalan Daş Bazarı tərəfdə saxlayıb, sonradan Görədil qəsəbəsində kirəyə tutduğu evə aparıb, orada saxlaması və bir müddət sonra tutulmasının səhnələşdirilməsinə dair göstərdiyi xüsusatları təsdiq edən, eyni zamanda ittihamda qeyd edilmiş vaxtda, yerdə və şaraitdə tutulmasını – saxlanılmasını təkzib edən dəlillərin mövcud olmadığı müəyyən edilmişdir. Məhkəmə kollegiyası bu qənaətə gələrkən təqsirləndirilən şəxsin ilkin saxlanması zamanı aparılan videoçəkilişdə bu hadisənin səhnələşdirilməsinə dəlalət edən halların müəyyən edilmədiyini və bununla da, təqsirləndirilən şəxsin göstərdiyi bu xüsusatın inandırıcı olmadığını nəzərə alır. Həmçinin, təqsirləndirilən şəxsin polis əməkdaşları tərəfindən fiziki zorakılığa, təsir və təzyiqə məruz qalması barədə göstərdiyi xüsusatları da inandırıcı hesab etmir. Belə ki, təqsirləndirilən şəxsin faktiki olaraq ondan aşkar edilmiş xüsusilə külli miqdarda psixotrop maddənin və digər narkotik vasitənin onda olduğunu saxlanıldığı andan etiraf etdiyi halda ona fiziki zorakılıq etməklə polis əməkdaşlarının nəyə nail olmaq istədiklərini ehtimal belə etmək olmur ki, bu da, həmin polislərin bu kimi hərəkətlərin yol verilməsinə dair onun göstərdiyi xüsusatların inandırıcı olmadığını göstərir. Məhkəmə kollegiyası qeyd edir ki, ittiham tam olaraq, təqsirləndirilən şəxsin qismən etirafı ilə yanaşı iş üzrə digər sübutların məcmusu ilə tam təsdiq olunduğuna görə onun polis əməkdaşlarının qanunsuz hərəkətlərinə dair göstərdiyi xüsusat yoxlanılmaqla hüquqi qiymət verilməsi tələb edilən hal olsa da, irəli sürülmüş ittihamda şəxsin təqsirinin istisna edilməsinə gətirib çıxaran amil kimi qəbul edilə bilməz. Bununla yanaşı məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxsin göz nahiyyəsində müşahidə olunan qançırla bağlı istər saxlanılan vaxt, istər videoçəkiliş aparılarkən, istərsə də, Abşeron RPİ-nin X5 daxil olarkən, habelə barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə nəticələnən Abşeron rayon Məhkəməsində keçirilmiş prosesdə şikayət etməməsi, əksinə bu xəsarəti saxlanılmazdan əvvəl alması təqsirləndirilən şəxsə məhz fiziki zorakılıq, təsir və təzyiq etməklə işin nəticəsinə təsir edə biləcək ifadələrin alınmasının inandırıcı olmadığını göstərir. Məhkəmə kollegiyası qeyd edir ki, bununla belə təqsirləndirilən şəxsin göstərdiyi bu xüsusatla əlaqədar olaraq məhkəmənin qərarı ilə cinayət haqqında məlumat araşdırılması üçün ibtidai istintaqa prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilmiş və Azərbaycan Respublikası Baş prokurorluğunun, Xidməti araşdırmalar idarəsinin prokurorunun 28 aprel 2025-ci il tarixli qərarı ilə cinayət işinin başlanması Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə əsasən cinayət hadisəsinin olmaması əsası ilə rədd edilmiş, hazırda həmin qərar qüvvədədir müdafiə tərəfinin, o cümlədən təqsirləndirilən şəxsin bu qərardan şikayət etmək hüququ vardır. Bundan əlavə məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxs onun əldə etdiyi narkotik vasitə və psixotrop maddələri saxladığı evdən aşkar edilmiş şüşə bankada olan heroinin ona məxsus olmadığını, polis əməkdaşları tərəfindən evə qoyulduğuna dair göstərdiyi xüsusat da, inandırıcı olmamaqla yanaşı işin faktiki halları ilə uyğunsuzluq təşkil edir. Çünki, bir tərəfdən evə keçirilən baxış təqsirləndirilən şəxsin saxlanılmasından dərhal sonra və videoçəkiliş aparılaraq keçirilmiş, məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxs bu halı da, tam təsdiq etmiş və bununla bağlı etirafedici izahat və ifadələrini vermiş, habelə evində xüsusilə külli miqdarda psixotrop maddə - metamfetamin, narkotik vasitə heroin və narkotik vasitə - marixuana olduğu halda, polis əməkdaşlarının əlavə olaraq heroinin yerləşdirilməsi ilə bağlı nəyə nail olması barədə müdafiə tərəfi də, heç bir inandırıcı əsaslandırma belə, təqdim edə bilməmişdir. Odur ki, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin göstərdiyi bu xüsusatın da, məsuliyyətdən yayınmaq üçün ittihamın bir hissəsini zəiflətməklə, ittihamın əsaslılığına dair şübhələr yaratmağa yönəlmiş özünü müdafiə hərəkətləri kimi qiymətləndirir. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri işin faktiki halları, habelə yuxarıda göstərilən sübutların məcmusu ilə təkzib olunur. Beləliklə, məhkəmə kollegiyası məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini təqsirli olaraq törətməsi məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu ilə tam sübuta yetmişdir. Bu isə ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq, Təqsirləndirilən şəxs əməlinin CM-nin 234.4-1-ci maddəsi ilə tövsif olunduğunu təsdiq edir. Məhkəmə kollegiyası hesab edir ki, belə olan halda təqsirləndirilən şəxs ittiham olunduğu CM-nin 234.4-1-ci maddəsi ilə təqsirli bilinib həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən və ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, ittiham aktında təqsirləndirilən şəxsin himayəsində bir azyaşlı uşaq olduğu, özü isə məhkəmə iclasında 2 azyaşlı uşağının olduğunu göstərsə də, həmin uşaqların olması və təqsirləndirilən şəxsin himayəsində saxlanılmasına dair heç bir sənəd müəyyən edilməmişdir ki, belə olan halda bu xüsusat təqsirləndirilən şəxsin məsuliyyətini yüngülləşdirən hal kimi qəbul edilə bilməz. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsə cəza təyin edərkən və cəzanın həddini müəyyən edərkən, CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Sadalananlara əsasən məhkəmə kollegiyası təqsirləndirilən şəxsə cəza təyini ilə bağlı məsələni müzakirə edərək bu qənaətə gəlir ki, ona təqsirli bilindiyi CM-nin 234.4-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi qanuni, əsaslı və ədalətlidir. Məhkəmə kollegiyası qeyd edir ki, belə olan halda təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalı, CM-nin 56.1.3-cü maddəsinə əsasən ona təyin olunan azadlıqdan məhrumetmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməli, həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməli və cəzanın əvvəli onun tutulduğu vaxtdan hesablanmalıdır. Bundan əlavə, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs xx.xx.2024cü il tarixli 7743 saylı ambulator məcburi-narkoloji tibbi yoxlamaya dair rəyə əsasən ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata götürülməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət işində cəmi 3 ədəd DVD-disk vardır ki, onlardan birində təqsirləndirilən şəxsin saxlanılması ilə üzərinə və evinə keçirilmiş baxış zamanı qeydə alınmış videogörüntülər, digərlərində təhqiqat orqanı tərəfindən maddi sübutlara baxış keçirilməsi və mobil telefonda olan məlumatlar əks olunmuşdur. Son iki diskdə olan məlumatlar da, iş üçün əhəmiyyətli olduğuna görə məhkəmə onları da, maddi sübut kimi tanıyır və hesab edir ki, işdə olan hər 3 ədəd DVD disk hökm qanuni qüvvəsini aldıqdan sonra, cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə kollegiyası maddi sübutlarla bağlı məsələni həll edərkən həmçinin belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut qismində tanınaraq, Abşeron RPİ-nin anbarında saxlanılan, Təqsirləndirilən şəxs götürülmüş 2506,19 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, 194,8 qram və 1274,071 qram çəkidə psixotrop maddə metamfetamin, 58,981 qram və 469,8 qram çəkidə narkotik vasitə heroin, 2 ədəd elektron tərəzi məhv edilməli, 1 ədəd “Redmi” markalı mobil telefon cihazı təqsirləndirilən şəxsin yaxın qohumlarına qaytarılmalı, 1 ədəd içərisində əlyazma ilə qeydlər aparılmış dəftər və 3 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Qeyd olunanlarla yanaşı, məhkəmə kollegiyası hesab edir ki, iş üzrə məhkəmə məsrəfini təşkil edən ekspertiza tədqiqatına sərf olunmuş 184 (yüz səksən dörd) manat Təqsirləndirilən şəxs tutulmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318, 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və 10(on) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 7 noyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs qeydiyyatda olduğu yer üzrə ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata götürülsün. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut qismində tanınaraq, Abşeron RPİ-nin anbarında saxlanılan Təqsirləndirilən şəxs götürülmüş 2506,19 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, 194,8 qram və 1274,071 qram çəkidə psixotrop maddə metamfetamin, 58,981 qram və 469,8 qram çəkidə narkotik vasitə heroin, 2 ədəd elektron tərəzi məhv edilsin, 1 ədəd “Redmi” markalı mobil telefon cihazı təqsirləndirilən şəxsin yaxın qohumlarına qaytarılsın, 1 ədəd içərisində əlyazma ilə qeydlər aparılmış dəftər və 3 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə məhkəmə məsrəfini təşkil edən ekspertiza tədqiqatına sərf olunmuş 184 (yüz səksən dörd) manat Təqsirləndirilən şəxs tutulmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti ona verildiyi) andan 20 (iyirmi) gün müddətdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-296/2025
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-296/2025
08.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver