Məhkəmə qərarları › İş №1(124)-297/2022

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-297/2022

22.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-297/2022 22.12.2022 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Hümbətov Fəhmin Zaur oğlu (sədrlik edən), Əliyev Hafiz Samir oğlu, Rzayeva Aynur Tapdıq qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X1 iştirakı ilə, dövlət ittihamçısı – müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Təqsirləndirilən şəxs1 müdafiəçisi, “Verdiktum” Vəkil Bürosunun vəkili X4, Təqsirləndirilən şəxs2 müdafiəçisi, Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 və təqsirləndirilən şəxslərin iştirakları ilə,

1. 09 avqust 1994-cü il tarixdə Zəngilan rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, natamam orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Zəngilan rayonu Yenikənd ərazi dairəsi, Rəbənd kəndində qeydiyyatda olan, Sabirabad rayonu, Yeni ünvan 1 ünvanında faktiki yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə,

2. xx xxxxxxx 1977-ci il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1 istintaqla muəyyən edilməyən vaxtda və mənbədən satış məqsədilə ilə qanunsuz olaraq təmiz çəkisi 11,237 qram olmaqla külli miqdarda psixotrop maddə olan metametamin, ümumi təmiz çəkisi 5,021 qram olmaqla külli miqdarda narkotik vasitə heroin və çətənə bitkisindən (kannabis) kustar üsulla hazırlanmış, ümumi təmiz çəkisi 2,024 qram olan qurudulmuş marixuananı əldə edib bir qismini daşıyaraq üzərində saxlamış, həmin narkotik vasitələrdən ümumi təmiz çəkisi 5,021 qram olmaqla külli miqdarda heroini və çətənə bitkisindən (kannabis) kustar üsulla hazırlanmış, ümumi təmiz çəkisi 0,962 qram olan qurudulmuş marixuananı xx.xx.2021-ci il tarixda saat 19 radələrində ünvan 3 ünvanın yaxınlığında Təqsirləndirilən şəxs2 pulunu sonradan ödəmək şərti ilə ümumilikdə 300 manata nisyə satmış, 03 sentyabr 2021-ci il tarixdə, saat 21:35-da Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs2 ünvan 4 ünvanının qarşısında saxlanaraq, Sumqayıt ŞPİ-nin 3-cü PB-nə gətirilib üzərində şəxsi axtarış aparılarkən əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd şəffaf rəngli bükümlərdə təmiz çəkisi 0,708 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüş, Təqsirləndirilən şəxs2 özünün razılığı və iştirakı ilə yaşadığı ünvan 4, mənzil 36 ünvanına baxış keçirilən zaman mətbəxdə yerləşən şkafın içərisindən “Note 4” telefon qutusunda 9 ədəd şəffaf rəngli sellofan bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,437 qram, 0,984 qram, 0,453 qram, 0,427 qram, 0,362 qram, 0,351 qram, 0,274 qram, 0,415 qram, 0,610 qram ümumi təmiz çəkisi 4,313 qram külli miqdar təşkil edən, qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 4 ədəd siqaretin göy rəngli kağızına 1 ədəd isə ağ rəngli kağıza bükülmüş ayrı-ayrılıqda təmiz çəkiləri 0,198 qram, 0,202 qram, 0,200 qram, 0,141 qram, 0,221 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə bitkisindən (kannabis) kustar üsulla hazırlanmış, ümumi təmiz çəkisi 0,962 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüş, özü isə xx.xx.2021-ci il tarixdə saat 02:25-də Sumqayıt şəhəri 36-ci məhəllə ərazisində yerləşən Avtovağzalın yaxınlığında Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməkdaşları tərəfindən saxlanılaraq, həmin bölmənin inzibati binasına gətirilib, orada xidməti otaqların birində üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli cins şalvarın sağ yan cibindəki qara rəngli eynək qabından 03 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,704 qram, 0,892 qram və 9,641 qram, ümumi təmiz çəkisi 11,237 qram ağ rəngli kristallardan ibarət maddələr kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub, kustar üsulla hazırlanmiş psixotrop maddə metamfetamin, 04 ədəd sellofan bükülüdə və 01 ədəd kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,261 qram, 0,220 qram, 0,235 qram, 0,264 qram və 0,082 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə bitkisindən (kannabis) kustar üsulla hazırlanmış, ümumi təmiz çəkisi 1,062 qram narkotik vasitə olan qurudulmuş marixuana və üzərində psixotrop maddə metamfetamin izləri olan 01 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 satış məqsədi ilə qanunsuz olaraq ümumi təmiz çəkisi 5,021 qram olmaqla külli miqdarda heroini və çətənə bitkisindən (kannabis) kustar üsulla hazırlanmış, ümumi təmiz çəkisi 0,962 qram olan qurudulmuş marixuananı xx.xx.2021-ci il tarixdə saat 19 radələrində ünvan 3 ünvanının yaxınlığında tanışı Təqsirləndirilən şəxs1 pulunu sonradan ödəmək şərti ilə ümumilikdə 300 manata əldə edib, bir qismini üzərində saxlayaraq daşımış, qalan hissəsini isə yaşadığı mənzildə saxlamış, 03 sentyabr 2021-ci il tarixdə, saat 21:35-də ünvan 4 ünvanının qarşısında Sumqayıt şəhər Pl-nin 3-cü PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq, Sumqayıt şəhər Pl-nin 3-cü PB-nə gətirilmiş və bölmənin inzibati binasındakı xidməti otaqlardan birində üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd şəffaf rəngli bükümlərdə təmiz çəkisi 0,708 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüş, şəxsi axtarış istintaq hərəkəti keçirilərkən, yaşadığı ünvan 4, mənzil 36 ünvanında da narkotik vasitələr saxladığın etiraf etdiyinə görə, həmin tarixdə sözügedən mənzilə baxış keçirilən zaman mətbəxdə yerləşən şkafın içərisindən “Note 4” telefon qutusunda 9 ədəd şəffaf rəngli selofan bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,437 qram, 0,984 qram, 0,453 qram, 0,427 qram, 0,362 qram, 0,351 qram, 0,274 qram, 0,415 qram, 0,610 qram ümumi təmiz çəkisi 4,313 qram külli miqdar təşkil edən, qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 4 ədəd siqaretin göy rəngli kağızına 1 ədəd isə ağ rəngli kağıza bükülmüş ayrı-ayrılıqda təmiz çəkiləri 0,198 qram, 0,202 qram, 0,200 qram, 0,141 qram, 0,221 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə bitkisindən (kannabis) kustar üsulla hazırlanmış, ümumi təmiz çəkisi 0,962 qram narkotik vasitə olan qurudulmuş marixuana və üzərində heroin izləri olan 01 ədəd “AOSAİ" markalı elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 özünü elan edilmiş ittihamda təqsirli bilməyərək göstərdi ki, ona 3 sentyabr 2020-ci ildə saat 18:30 radələrində işlədiyi sexin rəisi X2 zəng gəlmiş, ona zavodda problem olduğunu demişdir. 2-3 gün qabaq soba partlamışdı. Köməyə ehtiyac olduğunu soruşanda ehtiyac olmadığını dediyi üçün sentyabrın 2-də rayona çıxıb getmişdir. Sentyabrın 3-də Rəşad zəng edib zavoda çağırmış, o da sabah gedə biləcəyini demişdir. O isə israrla “indi gəl, kömək lazımdır” demişdir. Getməyə pulu olmadığını, maşın olmadığını deyəndə isə taksi tutmağını, taksinin pulunu özünün verəcəyini bildirmişdir. Qonşusu Sənanla gələ biləcəyini demişdir. Sənanla birlikdə üzü Müşfiqabad qəsəbəsinə getmişlər. Yolda gələndə Rəşad bir neçə dəfə zəng edib harada olduğunu, çatıb çatmadığını soruşmuş, sonra ona Sumqayıt şəhərində “Dədə Qorqud” restoranının yanına gəlməyini demişdir. Sənanla Sumqayıta həmin yerə gəlmiş, maşından düşəndə Rəşadın yanında başqa adam olduğunu görmüş, sexdən kiminsə onunla gəldiyini düşünmüşdür. Həmin vaxt üzərində pulqabı, telefon, nauşnik, tibbi maska olmuşdur. Pulqabını arxa cibinə qoymaq istəyəndə arxadan ona nəsə dəydiyini hiss etmiş, sonra onu yerə yıxmışlar. İlk olaraq Samid adlı polis əməkdaşı ona yaxınlaşmış, onu maşına mindirmişdir. Faiq adlı polis də yolun digər tərəfində ağ rəngli maşında dayanmışdı. Rusal adlı polis də orda olmuşdur. Rəşadın ** BH *** dövlət qeydiyyat nişanlı, ağ “KİA Optima” markalı maşını ilə qabaqda gedirdi. X15 aparmışlar. Ruslanla onun narkotik almaq barədə mesajlaşması olmamışdır. Saat 3-4 radələrində Samid adlı polis əməkdaşı ona Ruslanın adından ona mesaj yazıb bildirmişdir ki, arxasınca polislər düşmüşdür. Həmin vaxt Samidin ünvanına nalayiq söyüşlər söydüyü üçün həmin polis əməkdaşı onun qərəzli olmuşdur. Polis bölməsində onu Samidin otağına aparmışlar. Samid şkafı açmış, ordan narkotik və tərəzini çıxarıb stolun üstünə qoymuş və ona “bunlar sənindir” demişdir. Onu birinci vuran Rusal olmuşdur. Həmçinin Təqsirləndirilən şəxs1 ifadəsində göstərdi ki, psixotrop maddə metamfetamin istifadəçisidir. Metamfetamini “İnstagram” sosial şəbəkəsi vasitəsilə tanımadığı şəxsdən alırdı. İş yoldaşı Ruslanla birlikdə narkotik vasitə istifadə edirdi. Ruslan narkotik vasitə olan heroin istifadəçisidir. Bir müddətdir ki, narkotik vasitədən uzaqlaşmışdır. Saxlanılarkən üzərində narkotik vasitə olmamışdır, çantasından yanıq falqa çıxmışdır. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 özünü elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək göstərdi ki, onu 03 sentyabr 2020-ci il tarixdə saat 9-10 radələrində yaşadığı evin blokunda Şahid2 adlı polis əməkdaşı saxlamış və 3-cü PB-ə aparmışdır. Saxlanılanda onun üzərində 01 qram heroin olmuşdur. Evdə isə metamfetamin olmuşdur, evə baxış keçirilmiş, evdə olan metamfetamini də götürmüşdür. Evində ümumilikdə 3-4 qram narkotik olmuşdur. O, evdə narkotik olmasını özü könüllü şəkildə bildirmişdir. Evdə 5 büküm marixuana, 4 büküm də heroin olmuşdur. Narkotik vasitələri hissələrə bölünmüş vəziyyətdə almışdır. Narkotik vasitəni İlqar adlı şəxsdən almışdır. Özü narkotik vasitə istifadəçisi olsa da, narkotik vasitə satmamışdır. Təqsirləndirilən şəxs1la iş yoldaşıdır, birlikdə narkotik vasitə istifadə etmişlər. Təqsirləndirilən şəxs həmçinin bildirmişdir ki, ittihamda göstərilən narkotik vasitələrin çəkisi ilə razıdır. İttihamda üzərindən çəkilişlə aşkar edildiyi göstərilən narkotik vasitələr həqiqətən üzərində olmuşdur. Məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cu maddəsi ila ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, tutulmamışdan bir il öncədən narkotik vasitə olan heroin və qurudulmuş marixuanadan istifadə edirmiş. xx.xx.2021-ci il tarixdə, təxminən saat 09- 10 radələrində yaşadığı ünvan 8 ünvanının blokunda, olan zaman 1 (bir) nəfər müİki geyimdə olan şəxs ona yaxınlaşıb özünü təqdim edib Sumqayıt şəhər Pl-nin 3-cü PB-nin əməkdaşları olduqlarını, onu narkotik vasitələrin qəbulunda, ticarətində, gəzdirməyində, satmağında şübhəli bilindiyi üçün saxladıqlarını bildirib, üzərinə şəxsi axtarış keçirilməsi üçün onu Sumqayıt şəhəri Pi-nin 3-cü PB-nə aparacağın deyib həyətə düşürdərək xidməti avtomobilə əyləşdirib Sumqayıt şəhər P-nin 3-cu PB-nə aparmışdır. Həmin gün axşam saatlarına qədər orada qalmışdır. PB-nə gəldikdən sonra, xidməti otaqların birində təhqiqatçı tərəfindən hansı səbəbdən saxlanılmağı ona bir daha bildirilməklə yanaşı hüquq və vəzifələri barədə bildiriş, protokol və hüquqlarının müdafiəsi üçün onun siyahıdan seçmiş olduğu Sumqayıt Regional Vəkil Bürosunun vəkili X5 təqdim olunmuşdur. Etiraz etmədiyi üçün video çəkiliş vasitəsi ilə üzərinə şəxsi axtarış aparılmış və şəxsi axtarış zamanı əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən 1 (bir) ədəd şəffaf rəngli sellofana bükülmüş büküm aşkar olunmuşdur. Təhqiqatçı ondan həmin maddənin nə olduğu və haradan əldə etdiyini soruşan zaman o, üzərindən aşkar olunmuş maddənin “KAKOS" olduğunu, həmin maddəni təxminən 3 (üç) gün bundan əvvəl hazırda yaşadığı ünvanda olan təxminən 5 qrama yaxın narkotik vasitə olan “kakos”u və qramı dəqiq bilmədiyi qədər qurudulmuş marixuana ilə birlikdə tanımadığı şəxsdən nisyə razılaşıb, bir qramına 40 manat ödəmək şərtilə aldığını bildirmişdir. Daha sonra üzərinə şəxsi axtarış keçirilən zamanı aşkar olunmuş qəhvəyi rəngli, spesifik iyə malik maddə tərəziyə qoyulub çəkilən zaman həmin maddə sellofan ilə birlikdə 0,82 qram olduğu müəyyən olunmuşdur. Həmin maddə ekspertiziya təqdim olunması məqsədi ilə ağ rəngli zərfə qoyularaq qablaşdınlmış və möhürlənmişdir. Bundan əlavə şəxsi axtarış zamanı onun üzərindən ***-***-**-**, ***-***-**-** mobil nömrələri olan “HUAVEİ” markalı mobil telefon və 1 qutu “MAQNA” adlanan siqaret aşkar olunmuşdur. Siqaret əhəmiyyət kəsb etmədiyindən özünə qaytarılsada mobil telefon qaytanlmayaraq əhəmiyyət kəsb etdiyindən təhqiqatçı tərəfindən götürülmüşdür. O, şəxsi axtarış zamanı təxminən 3 gün əvvəl Kənan adlı şəxsə marixuana verdiyini bildirmişdir. Belə ki, Kənan onunla birlikdə məhlədə yaşayırmış, Kənan arabir vaxtlarda qəbul etməsi üçün narkotik vasitə olmayanda ondan istəyirmiş. tutulmamışdan təxminən 3 gün öncə o, yaşadığı məhəllədə narkotik vasitə olan qurudulmuş marixuana siqaretə doldurub çəkərkən Kənan da onunla birgə gəlmək istəyini dediyi üçün onunla həmin narkotik vasitə olan qurudulmuş marixuananın olduğu, adi siqaret kimi çəkib bir- birlərinə ötürmüşdülər. Qarşılığında Kənandan hər hansı məvacibdə pul və ya digər qiymətli əşya almamışdır. O, şəxsi axtarış zamanı yaşadığı mənzildə narkotik vasitə olan "KAKOS” və marixuana olduğunu, yaşadığı mənzilə baxış keçirilməsinə etiraz etmədiyini, baxış keçirilməsinə icazə verdiyini bildirmiş, bir neçə saniyədən sonra video çəkiliş dayandırılmış daha sonra onun, müdafiəçinin və digər iştirakçıların iştirakı ilə yaşadığı, hazırda təmir olunan ünvan 9 ünvanına video çəkiliş vasitəsi ilə baxış keçirilməsinə getmişdirlər. Onun icazəsi ilə mənzilə daxil olmuşdurlar və özü yaşadığı mənzilin mətbəxinə tərəf edərək orada olan şkafı açıb içəridən “NOTE 4” adlanan mobil telefon aparatının qutusunu çıxarıb polis əmakdaşlarına təqdim etmiş, içərisində narkotik vasitə olan "kakos" və marixuana olduğunu bildirmiş, həmin qutu açılan zaman oradan 9 ədəd şəffaf rəngli sellofana bükülmüş, 4 ədəd siqaretin göy rəngli kağızlarına, 1 ədədi isə ağ rəngli kağıza bükülmüş bükümlər(ümumilikdə 14 büküm) aşkar olunmuşdur. Sorğu zamanı ondan aşkar olunan həmin bükümlərdə nə olduğu soruşulan zaman o, 9 ədəd şəffaf rəngli sellofanda olanlardan “KAKOS”, digər 5 bükümdə isə marixuana olduğunu, bir daha tanımadığı şəxsdən şəxsi istifadəsi üçün aldığın təsdiq etmişdir. Bundan əlavə baxış zamanı narkotik vasitəyə bənzər maddələr aşkar olunan şkafdan, uzərində “AOSAl" sözü yazılmış, markası bilinməyən, qara rəngli elektron tərəzi aşkar olunmuşdur. Həmin tərəzi onun bacısı Elmira Ağayevaya məxsus imiş. Lakin o, tərəzini bacısından xəbərsiz götürmüşdür. Tərəzini narkotik vasitə alarkən qramda aldanmamaq üçün istifadə etmiş və yaşadığı evdə saxlayırmış. Sonra isə yaşadığı mənzilə baxış zamanı aşkar olunmuş qəhvəyi rəngli, spesifik iyə malik maddələr, yəni 9 büküm tərəziyə qoyulub çəkilən zaman həmin maddələr sellofan ilə birlikdə, ümumilikdə 4,70 qram, 5 bükümdə olan, yağlı rəngli, spesifik iyə malik bitki kütləsi isə 1,44 qram olduğu müəyyən olunmuşdur. Sonra isə aşkar olunmuş maddələr, bitki kütləsi və 1 ədəd elektron tərəzi ekspertiziya təqdim olunması məqsədi ilə ağ rəngli zərfə qoyularaq qablaşdırılmış, DlN-nin 127 saylı möhürü ilə möhürlənmiş, üzərində qeydlər apanlaraq imzalanmışdır. Yaşadığı mənzilin digər otaqlarına baxış keçirilən zaman oradan əhəmiyyət kəsb edən digər maddi sübut aşkar olunmamışdır. ilkin ifadəsində xx.xx.2021-ci il tarixdə saat 21:35 radələrində yaşadığı evin yaxınlığında ona 3 nəfər mülki, 1 nəfər isə polis geyim formasında olan şəxslər yaxınlaşıb onu saxladığımı bildirsə də, sonuncu ifadəsinin daha düzgün olduğunu, onu saxlayan polis əməkdaşın tanımadığını, adını da bilmədiyini, ilkin ifadəsində saat 21:35 radələrini polislər oyrətdikləri gün dediyini, ilkin ifadəsində üzərindən və yaşadığı evdən aşkarlanaraq gotürülmüş narkotik vasitə olan heroin və qurudulmuş marixuananı Sabirabad rayon sakini Nemət adlı şəxsdən 300 manata nisyə razılaşıb almasını bildirsə də. sonuncu ifadəsinin düzgün olduğunu, Nemət adlı şəxsin onunla birgə Bakı şəhəri Müşfiq qəsəbəsində yerləşən metal əritmə zavodunda işlədiyini, həmin şəxsdən narkotik vasitə olan heroin və qurudulmuş marixuananı almadığı, göstərilən xüsusatı ilkin izahatında təhqiqatın özündən yazdığını, o, da oxumadan imza etdiyini, Nemət adlı şəxsin narkotik vasitələrin satışı ilə məşğul olmasını da bilmədiyini göstərmişdir. (Cild 2, iş vərəqləri 145-148) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növü kimi qəbul edilməsindən ötrü tədqiq edərək qiymətləndirir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 3-cü PB-in təhqiqatçısı Şahid5 ifadəsində göstərdi ki, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Təqsirləndirilən şəxs2 2021-ci il sentyabr ayının 3-də saat 21 radələrində yaşadığı binanın qarşısında saxlanılaraq Sumqayıt ŞPİ-nın 3-cü PB-nə aparılmışdır. Müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılmış, axtarış zamanı onun üzərindən içərisində narkotik vasitə “kakos” olan 1 ədəd şəffaf sellofan aşkar edilmişdir. Sorğu zamanı həmin narkotik vasitəni saxlanılmamışdan 3 gün öncə Nemətdən aldığını demişdir. Daha sonra Təqsirləndirilən şəxs2 evində narkotik vasitə heroin olduğunu bildirdiyi üçün onun yaşadığı ünvan 10 ünvanına baxış keçirilmişdir. Evdən aşkar edilmiş NOTE 4X markalı telefon qutusunun içərisində bükümlər və bir ədəd elektron tərəzi aşkar edilmişdir. Təqsirləndirilən şəxs1 04 sentyabr 2021-ci il tarixdə müdafiəçi təyin edilməsi haqqında qərar qəbul olunmuşdur. Onun da üzərində şəxsi axtarış aparılmışdır. Hər iki təqsirləndirilən şəxsi tutulduqdan sonra özü sənədləşdirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, 2021-ci il sentyabr ayının 3-də Təqsirləndirilən şəxs2 barəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı daxil olmuş məlumat əsasında sonuncu həmin gün saat 21 radələrində yaşadığı binanın qarşısında saxlanılaraq Sumqayıt ŞPİ-nın 3-cü PB-nə gətirilmişdir. Müdafiəçinin iştirakı ilə onun üzərində şəxsi axtarış aparılarkən üzərindən içərisində narkotik vasitə heroin olan 1 ədəd şəffaf sellofan aşkar edilmişdir. Sorğuda narkotik maddəni Nemətdən aldığını bildirmişdir. Daha sonra, evində narkotik vasitə heroin olduğunu bildirdiyinə görə yaşadığı ünvan 10 ünvanına baxış keçirilmişdir. Baxış zamanı evdən telefon qutusundan içərisində narkotik vasitə olan bükümlər və bir ədəd elektron tərəzi aşkar edilmişdir. Təqsirləndirilən şəxs1 barəsində narkotik vasitələrin qanunsuz dövriyyəsinə dair daxil olan məlumat əsasında əməliyyat qrupu yaradılmış, əməliyyat qrupunun üzvləri ilə birlikdə Təqsirləndirilən şəxs1 4 sentyabr 2021-ci il tarixdə, gecə saat 2 radələrində Sumqayıt şəhəri 36-cı məhəllədə saxlayaraq Sumqayıt ŞPİ-nin 3-cü PB-nə aparmışlar. Sumqayıt ŞPİ-nin 3-cü PB-də müdafiəçinin iştirakı ilə onun üzərində şəxsi axtarış aparılarkən üzərində olan eynək qabının içərisindən 08 ədəd bükümdə narkotik vasitənin marixuana və psixatrop maddə metamfetamin, həmçinin elektron tərəzi aşkar edilmişdir. Təqsirləndirilən şəxs1 Sumqayıt şəhəri “Dədə Qorqud” parkı yaxınlığında saxlamışlar. 3-cü PB-də onun üzərində şəxsi axtarış aparılmışdır. Üzərindən narkotik vasitə, elektron tərəzi, telefon aşkar edilmişdir. Elektron tərəzi onun əynində olan şalvarının cibində idi. Ondan başqa kimisə saxlamamışdır. Nemət narkotik vasitəni tanımadığı şəxsin kartına 200 manat ödəniş etməklə Masazır ərazisindən götürdüyünü demişdir. Nemətin üzərindən maaş kartı aşkar edilmişdir. Maaş kartını yoxlamadıqlarına görə içərisində nə qədər pul olduğunu bilməmişdir. Nemətin üzərində olan paltar yadında deyildir. Əynində olan şalvarın rəngini xatırlamamışdır. Təqsirləndirilən şəxslərə polis əməkdaşları tərəfindən təzyiq olmamışdır. Əməliyyat qrupuna Şahid1 rəhbərlik etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-in 3-cü PB-in kiçik əməliyyat müvəkkili Şahid3 ifadəsində göstərdi ki, 03 sentyabr 2021-ci ildə əməliyyat müvəkkili Şahid1 bir nəfər şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasına dair məlumat daxil olmuş, məlumat əsasında əməliyyat qrupu yaradılmış və həmin şəxsin Təqsirləndirilən şəxs2 olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs2 həmin gün saat 21 radələrində yaşadığı binanın yaxınlığında saxlanılaraq Sumqayıt ŞPİ-nın 3-cü PB-nə gətirilmişdir. Müdafiəçinin iştirakı təmin edilməklə onun üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış keçirilərkən üzərindən narkotik vasitə heroin aşkar edilmişdir. Təhqiqatçının sualına cavab olaraq narkotik maddəni Nemətdən aldığını və evində narkotik vasitə heroin saxladığını bildirdiyi üçün yaşadığı Sumqayıt şəhəri, 5-ci mikrorayonda yerləşən evinə baxış keçirilmişdir. Baxış zamanı evdən içərisində narkotik vasitə olan bükümlər və bir ədəd elektron tərəzi aşkar edilmişdir. Təqsirləndirilən şəxs2 marixuananın qramın 10 manata, heroinin qramını 40 manatdan Nemətdən aldığını demişdir. Təqsirləndirilən şəxs1 barəsində daxil olan məlumat əsasında əməliyyat qrupunun üzvləri ilə birlikdə Təqsirləndirilən şəxs1 4 sentyabr 2021-ci il tarixdə Sumqayıt şəhəri 36-cı məhəllədə Avtovağzalın yaxınlığında saxlayıb 3-cü PB-nə gətirmişlər. 3-cü PB-də onun üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı üzərindən narkotik vasitənin marixuana və psixatrop maddə metamfetamin, həmçinin elektron tərəzi aşkar edilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-in 3-cü PB-in kiçik əməliyyat müvəkkili Şahid4 ifadəsində göstərdi ki, təqsirləndirilən şəxslərə onun tərəfindən təzyiq göstərilməmişdir. O, əməliyyat tədbirində olduğunu, lakin hadisədən uzun müddət keçdiyi üçün tam təfərrüatı ilə xatırlamadığını, ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiqlədiyini bildirmişdir. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunan Şahid4 ifadəsindən görünür ki, o öz ifadəsində digər şahidlər Şahid2 və Şahid3 ifadəsinə oxşar məzmunlu ifadə verərək onların göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 03 sentyabr 2021-ci il tarixdə PB-nə etibarlı və qərəzsiz mənbədən Ruslan adlı Sumqayıt şəhər sakininin qanunsuz olaraq narkotik vasitə əldə edərək üzərində saxlaması, istifadə etməsi, satışını təşkil etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. İlkin əməliyyat tədbirləri nəticəsində həmin şəxsin ünvan 2 ünvanında yaşayan xx xxxxxxx 1977-ci il təvəllüdlü Təqsirləndirilən şəxs2 olduğu müəyyən edilmişdir. Bununla bağlı Sumqayıt ŞPi-nin 3-cü PB-nin sahə rəisi Şahid3, cinayət axtarışı üzrə kiçik inspektorları X14 oglunun və Şahid4 iştirakları və özünün rəhbərliyi ilə əməliyyat qrupu yaradılmışdır. Bundan sonra isə əməliyyat qrupunun üzvləri ilə birlikdə keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs2 yaşadığı binadan çıxarkən ona yaxınlaşıb özlərini təqdim etmişlər. Üzərində qanunla qadağan olunan hər hansı əşya olub-olmadığını soruşmuşlar, o da üzərində narkotik vasitə marixuana və heroin olduğunu bildirmişdir. Sumqayıt ŞPİ-nin 3-cü PB-də üzərində şəxsi axtarış aparılmışdır. O, üzərindən aşkar olunmuş kakos adlanan narkotik vasitəni Nemət adlı şəxsdən 40 manata aldığını bildirmişdir. Daha sonra, təhqiqatçı xx.xx.2021-ci il tarixdə şübhəli şəxs qismində saxlanılan “Kənan” adlı şəxsin üzərindən aşkar edilmiş “metamfetamin” və “marixuana”nı ondan aldığını bildirilməsilə bağlı soruşduqda saxlanılan şəxs Təqsirləndirilən şəxs2 bildirmişdir ki, o, narkotik vasitəni Nemətdən qramı 35 manata almış, Kənan adlı şəxsə istifadə üçün vermiş, Kənan isə ona pul verməmişdir. Daha sonra, vəkil Günay Cəfərova ondan saxlanılarkən hər hansı fiziki zor tətbiq olunması, Kənan adlı şəxsə satmasını etiraf edirsənmi deyə soruşduqda o, heç bir fiziki zor tətbiq olunmadığını, aşkar olunmuş narkotik vasitənin özünə məxsus olduğunu, Kənan adlı şəxsə narkotik satmadığını, ona istifadə etmək üçün verdiyini bildirmişdir. Təqsirləndirilən şəxs2 yaşadığı mənzilə yəni, ünvan 11 ünvanına da baxış keçirilmişdir. Təqsirləndirilən şəxs2 mətbəxdə olan şkafın sağ aşağı hissəsində “NOTE 4X” telefon qutusunu götürərək təhqiqatçıya təqdim etmişdır. Həmin qutunun içərisində 9 ədəd şəffaf rəngli sellofana bükülmüş büküm, 4 ədəd göy rəngli kağıza bükülmüş və 1 ədəd ağ kağıza bükülmüş büküm aşkar edilmişdir. Daha sonra həmin şkafın içəsirində olan qutunun içərisindən 01 ədəd qara rəngli “AOSAİ” markalı elektron tərəzi aşkarlanmışdır. Hansı məqsədlə istifadə etdiyi soruşulduqda narkotik vasitəni istifadə etdikdə ölçməkçün saxladığını bildirmişdir. Bundan sonra, əməliyyat qrupunun üzvləri ilə birlikdə keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 olduğu yer müəyyən edilərək Sumqayıt şəhəri 36-cı məhəllə və ətraf ərazilər müşahidəyə götürülmüşdür. 04 sentyabr 2021-ci il tarixdə təxminən saat 02:25 radələrində Təqsirləndirilən şəxs1 Sumqayıt şəhəri 36-ci məhəllə Avtovağzalın giriş hissəsi “Dədə Qorqud” restoranının yaxınlığında gördükdə sonuncuya yaxınlaşaraq özlərini təqdim edib qanunsuz olaraq narkotik vasitə əldə edib üzərində saxlamaqda, istifadə etməkdə və narkotik vasitələrin satışı ilə məşğul olmaqda şübhəli olduğunu bildirmişdilər. Bundan sonra Təqsirləndirilən şəxs1 üzərində narkotik vasitə və ya qanunla qadağan olunmuş hər hansı bir əşya olub-olmadığın soruşmuşdurlar. Təqsirləndirilən şəxs1 isə üzərində narkotik vasitə olan qurudulmuş marixuana və psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Həmin yerdə müvafiq sənədlərin tərtib olunması mümkün olmadığından, insanların intensivliyini və hər hansı bir müdaxilə ola biləcəyini nəzərə alıb Təqsirləndirilən şəxs1 müvafiq araşdırma apanlması məqsədi ilə Sumqayıt ŞPl-nin 3-cu PB-nə dəvət etmişdirlər. Təqsirləndirilən şəxs1 da onlara etiraz etməyərək onlarla birlikdə Sumqayıt ŞPİ-nin 3-cü PB-nə gəlmişdir. Sumqayıt Pi-nin 3-cu PB-nə gəldikdən sonra Təqsirləndirilən şəxs1 vəkil dəvət edilərək Təqsirləndirilən şəxs1 təqdim edilmişdir. Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutularaq hüquq və vəzifələri izah edildikdən sonra onun üzərində şəxsi axtarış keçirilmiş, bu zaman Təqsirləndirilən şəxs1 özü əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən bir ədəd qara rəngli eynək qabın çıxardıb təhqiqatçıya təqdim etmişdir. Təhqiqatçı tərəfindən həmin qabı açdıqda içərisində 08 ədəd bükümlər aşkar olunmuşdur. Təhqiqatçı Təqsirləndirilən şəxs1 həmin bükümlərin nə olduğunu, nə vaxt, haradan, kimdən və həmin kütlələrin müqabilində nə qədər ödəniş etdiyi, hansı məqsədlə üzərində gəzdirdiyini soruşduqda Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş narkotik vasitənin şüşə və marixuana olduğunu, sosial şəbəkədə may ayından tanış olduğu İran vətəndaşından istifadəsi və Ruslan adlı bir şəxsə satması uçun aldığını, İran vətəndaşının dediyi karta ödəniş etdiyi halda deyilən ünvana gedərək oradan göturdüyünü, üzərindən aşkar olunmuş narkotik vasitələri təxminən 4-5 gün bundan əvvəl tanımadığı karta 200 manat ödəniş edərək Masazır ərazisində yerləşən qırmızı yanacaq doldurma məntəqəsinin yaxınlığında olan dayanacağın yanından götürdüyünü bildirmişdir. 03 ədəd bükümlər tərəziyə qoyulub çəkildikdə həmin bükümlərin polietilen sellofan və siqaret kağızı ilə birlikdə ümumi çəkisinin 11,98 qram olduğu, 05 ədəd bükümdə, narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlələr tərəziyə qoyulub çəkilən zaman ümumi çəkisinin 1,54 qram olduğu müəyyən olunmuşdur. Daha sonra, Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış davam etdirilərkən əynində olan qara rəngli cins şalvarın sağ arxa cibindən bir ədəd elektron tərəzi aşkar edilmişdir. Həmin tərəzinin kimə məxsus olduğunu və nə üçün üzərində gəzdirdiyini soruşulduqda Təqsirləndirilən şəxs1 bildirmişdir ki, həmin tərəzi özünə məxsusdur və satdığı malın miqdarını çəkmək üçün üzərində gəzdirdiyini demişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 bildirmişdir ki, narkotik vasitə və psixotrop maddələrin hamısını eyni vaxtda almış, sonradan satmaq və istifadə etmək üçün bükümlərə ayrmışdır. Həmçinin Təqsirləndirilən şəxs1 bildirmişdir ki, Ruslan adlı şəxsə şüşə, kakos və marixuana satmışdır. Bundan sonra Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş elektron tərəzi və narkotik vasitəyə bənzər bükümlər xüsusi qaydada qablaşdırılaraq möhürlənmişdir. Tərtib olunmuş protokollar iştirakçılar tərəfindən imzalanmışdir. (Cild 1, iş vərəqləri 103-106, Cild 2, iş vərəqləri 27-31, 251-253) Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunan X8 öz ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 ifadəsində göstərdiyi xüsusatlar həqiqətə uyğun deyildir. Belə ki, o Təqsirləndirilən şəxs1 04 sentyabr 2021-ci il tarixdə saat 02-03 radələrində zəng edəndə o, 20-25 dəqiqə sonra Sumqayıta çatacağını demişdir. Danışıq zamanı harada görüşəcəklərini dəqiqləşdirməmişlər. 20-25 dəqiqə sonra ona zəng edəndə telefona cavab verməmişdir. Saat 04 radələrində ona polis cavab vermiş və Nemətin bölmədə olduğunu bildirmişdir. Bundan sonra o, 3-cü Polis Bölməsinə getmişdir. O, “KİA Optima” markalı avtomobillə yolun kənarında sükan arxasında dayanmamışdır. Nemətin taksidən düşməsi və avtomobilə mindirilməsi anını görməmişdir. Rəşad Quliyev həmçinin Təqsirləndirilən şəxs1 narkotik vasitə və psixotrop maddə istifadə etməsi və satması barədə məlumatlı olmadığını bildirmişdir. (Cild 3, iş vərəqləri 38-41) Məhkəmədə şahid qismində dindirilmiş X6 ifadəsində göstərdi ki, Nemətlə birlikdə Sumqayıt şəhərinə gecə saat 22 radələrində qayıtmışlar. Nemət onu məhlədə görüb metaləritmədə peçin xarab olduğunu və onun Müşfiqabad qəsəbəsində yerləşən zavoda aparmasını xahiş etmişdir. X17 danışmış və Rəşad ona zavodda peçin xarab olduğunu demişdir. X13 çağırmışlar. Sumqayıtda Avtovağzala yaxınlaşdıqda nömrəsini xatırlamadığı ağ maşın onlara yaxınlaşmış, həmin maşından 2 nəfər düşmüş və onlar Neməti yerə yıxıb aparmışlar. Həmin vaxt Rəşad orada olmamış və Rəşadı o, görməmişdir. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş “Şəxsi axtarışın keçirilməsi barədə” 04 sentyabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilmiş, axtarış zamanı onun əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən qara rəngli eynək qabının içərisində psixotrop maddə metamfetaminə və narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələr olan 08 ədəd büküm, həmçinin sağ arxa cibindən tərəzi aşkar olunmuşdur. Həmin predmetlər prosessual qaydada qablaşdırılaraq götürülmüşdür. (Cild 1, iş vərəqləri 27-28) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş “Şəxsi axtarışın keçirilməsi” haqqında 03 sentyabr 2021-ci il tarixli protokoldan görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 üzərində olan göy rəngli cins şalvarın sağ yan cibindən içərisində “kakos” adlandırılan narkotik vasitə olan 01 ədəd şəffaf rəngli sellofana bükülmüş büküm aşkar olunmuş, prosessual qaydada qablaşdırılaraq götürülmüşdür. (Cild 1, iş vərəqləri 185-186) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş “Mənzilə baxış keçirilməsi” haqqında 04 sentyabr 2021-ci il tarixli protokoldan görünür ki, R. Ağayevin yaşadığı ünvan 2 ünvanındakı evə baxış keçirilmiş və içərisində narkotik vasitə marixuanaya bənzə kütlə olan 09 ədəd şəffaf rəngli sellofana bükülmüş, 04 ədəd göy rəngli kağıza bükülmüş və 01 ədəd ağ rəngli kağıza bükülmüş bükümlər, o cümlədən elektron tərəzi aşkar olunaraq götürülmüşdür. (Cild 1, iş vərəqləri 188-190) “Şəxsi axtarışın keçirilməsi barədə” və “Mənzilə baxış keçirilməsi” haqqında 03 və 04 sentyabr 2021-ci il tarixli protokollarda əks olunan əməliyyat-istintaq hərəkətləri videoçəkilişlə aparılmış və bununla bağlı iki ədəd disk istintaq materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən həmin videogörüntülərin əks olunduğu disklərə həm ibtidai istintaq zamanı, həm də məhkəmədə təqsirləndirilən şəxslərin və digər proses iştirakçılarının iştirakları ilə baxılarkən müəyyən edildi ki, təqsirləndirilən şəxslərin şəxsi axtarışı və mənzilə baxış zamanı protokolda qeyd olunan hallar və aşkar olunmuş dəlillər tam olaraq videogörüntülərdə öz təsdiqini tapmışdır. (Cild 1, iş vərəqləri 148-149; Cild 2, iş vərəqləri 5-7) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş məhkəmə-bioloji ekspertizasının 04 sentyabr 2021-ci il tarixli, 7/889 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş 04(dörd) ədəd sellofan bükülüdə ayrı-ayrılıqda təmiz çəkiləri: 1) 0,261 qram, 2) 0,220 qram, 3) 0,235 qram, 4) 0,264 qram və bir ədəd kağız bükülüdə tütündən ayrıldıqdan sonra təmiz çəkisi 0,082 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Ümumi çəkisi - 1,062 qramdır. Tədqiqata təqdim olunmuş 04(dörd) ədəd sellofan bükülüdə və bir ədəd ağ rəngli kağız bükülüdə olan marixuanalar tərkiblərinə görə eynidirlər. Tədqiqata təqdim olunmuş bir ədəd elektron tərəzinin üzərində bitki mənşəli narkotik vasitələrin hissəcikləri yoxdur. Tədqiqata təqdim olunmuş birinci kağız paketdə və üzərində “Təqsirləndirilən şəxs2 yaşadığı mənzildən aşkar olunan...” sözləri yazılmış kağız paketdə olan marixuanalar tərkiblərinə görə eynidirlər. (Cild 1, iş vərəqləri 46-49) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 04 sentyabr 2021-ci il tarixli, 6/3870 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində: “şübhəli şəxs(imza) Təqsirləndirilən şəxs1.” yazısı olan zərfdəki 3(üç) ədəd bükümdə ayn-ayrılıqda təmiz çəkisi 0,704 qr, 0,892 qr, 9,641 qr, ümumi təmiz çəkisi 11,237 qram ağ rəngli kristallardan ibarət maddələr kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Tədqiqata təqdim edilmiş üzərində: "Təqsirləndirilən şəxs1 aşkar olunmuş 1 ədəd elektron tərəzi” yazısı olan zərfdəki bir ədəd “gümüş" rəngli elektron tərəzinin üzərində metamfetamin izləri vardır. İz şəklində olduğu üçün, metamfetaminin çəkisini müəyyən etmək mümkün deyildir. (Cild 1, iş vərəqləri 39- 44) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş məhkəmə-bioloji ekspertizasının 04 sentyabr 2021-ci il tarixli, 7/888 nomrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində "Təqsirləndirilən şəxs2 yaşadığı mənzildən aşkar olunan...” sözləri yazılmış birinci kağız paketdə 04(dörd) ədəd göy rəngli kağız bükülüdə və bir ədəd ağ rəngli kağız bükülüdə ayrı-ayrılıqda təmiz çəkiləri: 1) 0,198 qram, 2) 0,202 qram, 3) 0,200 qram, 4) 0,141 qram, 5) 0,221 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Ümumi çəkisi - 0,962 qramdır. Tədqiqata təqdim olunmuş 04(dörd) ədəd göy rəngli kağız bükülüdə və bir ədəd ağ rəngli kağız bükülüdə olan marixuanalar tərkiblərinə görə eynidirlər. Tədqiqata təqdim olunmuş bir ədəd elektron tərəzinin üzərində bitki mənşəli narkotik vasitələrin hissəcikləri yoxdur. (Cild 1, iş vərəqləri 201-204) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 04 sentyabr 2021-ci il tarixli, 6/3869 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində "Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunmuş..." yazısı və imzalar olan zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,708 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə- heroindir. Tədqiqata təqdim edilmiş üzərində “"Təqsirləndirilən şəxs2 yaşadığı mənzildən aşkar edilərək götürülmüş ..." yazısı və imzalar olan zərfdəki 9 (doqquz) ədəd bükümdə ümumi təmiz çəkisi 4,313 qram qəhvəyi rəngli tozşəkilli maddələr kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə- heroindir. Təqsirləndirilən şəxs2 yaşadığı mənzildən aşkar edilərək götürülmüş üzərində “AOSAl” yazısı olan elektron tərəzinin üzərində heroin izləri vardır. İz şəklində olduğu üçün, heroinin çəkisini müəyyən etmək mümkün deyildir. Vət. Təqsirləndirilən şəxs2 üzərindən və yaşadığı mənzildən götürülmüş heroinin ümumi təmiz çəkisi 5,021 qramdır və həmin heroinlər kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidirlər. (Cild 1, iş vərəqləri 206-212) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş ambulator məcburi-narkoloji tibbi yoxlamanın xx.xx.2021-ci il tarixli 4747 saylı ekspertiza rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs1 psixotrop maddə olan metamfetaminin qəbulu nəticəsində yaranan asıllıq sindromu, narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür.(Cild 1, iş vərəqləri 145-146) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş ambulator məcburi-narkoloji tibbi yoxlamanın xx.xx.2021-ci il tarixli 5044 saylı ekspertiza rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs2 opoidlərin və kannabioidlərin birgə qəbulu nəticəsində yaranan asıllıq sindromu, narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (Cild 1, iş vərəqləri 59-60) Cinayət işi materiallarına əlavə edilmiş Sumqayıt şəhər məhkəməsinin hakimi Rövşən Xəlilovun 09 sentyabr 2021-ci il tarixli qərarında göstərilmişdir ki, Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası CPM-nin 445.2-ci maddəsinə müvafiq olaraq əməliyyat-axtarış tədbirinin aparılması barədə qərar və həmin qərarla bağlı aparılan prosessual hərəkətlərin insan hüquq və azadlıqların təmin edilməsi baxımından qanuni hesab edilmişdir. (Cild 1, iş vərəq 250) Cinayət işinin materiallarında olan ”Sübutların qiymətləndirilməsi haqqında” 22 mart 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunaraq götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,962 qram narkotik vasitə qurudulmuş marixuana, tədqiqatdan sonra qalıq çəkisi 11,087 qram psixotrop maddə metamfetamin, həmçinin Təqsirləndirilən şəxs2 qanunsuz olaraq əldə etdiyi ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,862 qram narkotik vasitə qurudulmuş marixuana, ekspertiza tədqiqatından sonra qalıq qalmış 4,821 qram narkotik vasitə heroin maddi sübut kimi tanınaraq Sumqayıt ŞPİ-in saxlama otağına təhvil verilmişdir. Şəxsi axtarış və mənzilə baxış istintaq hərəkətlərinin videogörüntülərini özündə əks etdirən 02 ədəd “CD” formatlı disk maddi sübut kimi tanınmış, cinayət işi materiallarına əlavə edilmişdir. (Cild 3, iş vərəqləri 94-142) Məhkəmə, təqsirləndirilən şəxslərin narkotik vasitələrin satışı ilə məşğul olmaması, polis əməkdaşları tərəfindən onlara təzyiq göstərilməsi və digər qanunsuz hərəkətlərə məruz qalması ilə bağlı ifadələrində göstərdikləri xüsusatları və gətirdiyi dəlilləri onların müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun ittiham olunduğu cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab edir və qeyd edir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş Siyahıların İ və İİ siyahılarının müvafiq olaraq 5 və 67-ci bəndinlərində şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla aşağı həddi isə 2 qram müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs1 əldə edərək, saxladığı və daşıdığı ümumilikdə 11,237 qram metamfetaminin şəxsi istehlak miqdarından 74 dəfə, külli miqdardan isə təxminən 5 dəfə, Təqsirləndirilən şəxs2 əldə edərək, saxladığı və daşıdığı ümumilikdə 5,021 qram narkotik vasitə heroinin şəxsi istehlak miqdarından təxminən 33 dəfə, külli miqdardan isə təxminən 2 dəfə artıq olması, onların məqsədinin satışla bağlı olduğunun aşkar göstəricisidir. Məhkəmə Təqsirləndirilən şəxs2 məhkəmyədək icraat zamanı verdiyi ifadəsinin məhkəmədə özünü müdafiə xarakterli ifadəsindən fərqli olaraq işin hallarına uyğun olan, obyektiv həqiqəti əks etdirən ifadə kimi qəbul edərək, həmin ifadəni mötəbər sübut kimi qəbul edir. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1la tanışlıq münasibətlərində olan X3 onun mənafeyinə uyğun verdiyi ifadəsi Təqsirləndirilən şəxs1 məsuliyyətdən yayınmasına yönəlmiş ifadə kimi qiymətləndirilməli və mötəbər sübut kimi qəbul edilməməlidir. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli Qərarının izah və tövsiyyələrini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən, isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin törətdikləri əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayətlər olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslərin qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam sübuta yetirilmişdir. Onlar qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. Onların cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxslərə qanunla müəyyən edilmiş qaydada, Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxslərin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59 və 61ci maddələrinə əsasən məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İnformatika və Statistika İdarəsindən daxil olan tibbi çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs1 “Qapalı kəllə-beyin travması. baş beynin əzilməsi. Bel nahiyəsinin yumşaq toxumalarının əzilməsi diaqnozu qoyulmuş xəstəlikdən əziyyət çəkir. İş materiallarına əlavə edilmiş yaşayış yeri üzrə xasiyyətnamədən və müvafiq sənədlərin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs2 Xəlilova Qızqayıt dəmir qızı ilə faktiki nikah münasibətlərindədir, iki övladı vardır. (Cild 2, iş vərəqləri 93-98) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən həmin Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə cinayət qanununun bu tələbi baxımından qeyd edir ki, Təqsirləndirilən şəxs1 xəstəlikdən əziyyət çəkməsi, Təqsirləndirilən şəxs2 isə faktiki nikah münasibətlərində olaraq 2 övladının olması, təqsirləndirilən şəxslərin hər ikisinin ilk dəfə cinayət məsuliyyətinə cəlb edilmələri onların cəzalarını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxslərə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onların barələrində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs1 04 sentyabr 2021-ci il tarixdə, Təqsirləndirilən şəxs2 isə 03 sentyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşlar, Sumqayıt şəhər Məhkəməsinin 05 sentyabr 2021-ci il tarixli qərarları ilə təqsirləndirilən şəxslər barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli tutulduqları tarixdən hesablanmışdır. Həmin məhkəmənin qərarları ilə təqsirləndirilən şəxslərin barələrində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxslərin barələrində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (Cild 1, iş vərəqləri 85-86, 244-246) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslərə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı Təqsirləndirilən şəxs2 barəsində 03 sentyabr 2021-ci il tarixdən, Təqsirləndirilən şəxs1 barəsində 04 sentyabr 2021-ci il tarixdən hesablanmalıdır. Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən təqsirləndirilən şəxslərdə narkomaniya xəstəliyi aşkar olunur, onların məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslər barəsində narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər tətbiq olunmalı, onlar ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdırlar. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə həmin Məcəlləsinin 99-1.1ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Qeyd edilənlərə əsasən məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub Sumqayıt ŞPİ-də saxlanılan Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunaraq götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,962 qram narkotik vasitə qurudulmuş marixuana, tədqiqatdan sonra qalıq çəkisi 11,087 qram psixotrop maddə metamfetamin, həmçinin Təqsirləndirilən şəxs2 qanunsuz olaraq əldə etdiyi, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,862 qram narkotik vasitə qurudulmuş marixuana, ekspertiza tədqiqatından sonra qalıq qalmış 4,821 qram narkotik vasitə heroin məhv edilməli, 02 ədəd elektron tərəzi xüsusi müsadirə olunaraq əvəzsiz olaraq dövlət nəfinə alınmalıdır. İş materiallarında olan 02 ədəd “CD” formatlı disk cinayət işi materiallarında salxanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 203 (iki yüz üç) manat məbləğində, Təqsirləndirilən şəxs2 203 (iki yüz üç) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxslərin hüquqlarının müdafiəsi üçün müdafiəçilər ilə müqavilə bağlandığından, həmin müdafiəçilərin hüquqi yardımı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 05 (beş) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı 04 sentyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 barəsində narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı 03 sentyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 barəsində narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olub Sumqayıt ŞPİ-də saxlanılan: 0,962 və 0,862 qram çəkilərdə narkotik vasitə qurudulmuş marixuana, 4,821 qram çəkidə narkotik vasitə heroin, 11,087 qram çəkidə psixotrop maddə metamfetamin məhv edilsin, 02 ədəd elektron tərəzi xüsusi müsadirə olunaraq əvəzsiz olaraq dövlət nəfinə alınsın. İş materiallarında olan 02 ədəd “CD” formatlı disk cinayət işi materiallarında salxanılsın. Təqsirləndirilən şəxs1 203 (iki yüz üç) manat məbləğində, Təqsirləndirilən şəxs2 203 (iki yüz üç) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surətinin onlara verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.hmin

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar