Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-297/2023 30.08.2023 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Hafiz Samir oğlu (sədrlik edən), Rzayeva Aynur Tapdıq qızı və Hümbətov Fəhmin Zaur oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi– Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1984-cü il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan vaxtda və mənbədən öz istifadəsi üçün külli miqdarda 01 ədəd üzəri yapışqan lentlə sarılmış sellofan bükümdə təmiz çəkisi -3,972 qram qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroin və şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd siqaret kağızı bükümündə təmiz çəkisi -0,263 qram kustar üsulla hazırlanmış ağ rəngli kristallik psixotrop maddə metafetamin əldə edib üzərində saxlayaraq daşımış, Sumqayıt ŞPİ-nin əməkdaşları tərəfindən 12 avqust 2022-ci il tarixdə saat 02:50 dəqiqədə keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri, Çerekassi küçəsi, 42-ci məhəllə, 107-111 saylı binanın yaxınlığında yerləşən “052” avtoyuma məntəqəsinin qarşısında piyada olduğu zaman saxlanılaraq həmin idarənin inzibati binasına gətirilmiş, üzərinə şəxsi axtarış keçirilərkən həmin çəkidə və bükümdə olan narkotik vasitə heroin əynindəki şalvarın sol yan cibindən və psixotrop maddə metafetamin isə əynindəki şalvarın sağ yan iç cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ittiham olunduğu əməllər üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, bir il yarım müddətdir ki, narkotik vasitə marixuana istifadə etmişdir. Heroin və metamfetamin istifadə etməmiş, aşkar olunan həmin narkotik vasitələr ona məxsus olmamışdır. Avtoyuma məntəqəsində işləmiş, gecə saat 00:30 radələrində işdən çıxmış, evə getmək üçün taksi sifariş etmişdir. Yolun qırağında dayanaraq taksinin gəlməsini gözləyərkən avtoyumada işləyən şəxslə söhbət etmiş, bu zaman Opel markalı maşın gələrək işləyib-işləmədiklərini soruşmuşdur. Bir nəfər maşın yuduzdurmaq üçün dayanmış, digər iki nəfərin isə hərəsi onun bir yanında durmuşdur. O, siqaret çıxardaraq onlara da təklif etmiş, birinə vermiş, digərinə vermək üçün çönəndə onu tutmuşlar. O, polis idarəsinə gətirilmiş, cibindən ona məxsus olmayan bir büküm çıxmışdır. Üstünə 1 kq narkotik vasitə qoyulmaqla təhdid edildiyi üçün videoçəkilişdə həmin bükümlərin ona məxsus olduğunu demişdir. İstintaq zamanı verdiyi ifadəsini təsdiq etməmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi, məhkəmədə elan olunaraq araşdırılmış ifadəsində özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 1984-cü il tarixdə Sumqayıt şəhərində anadan olmuşdur, evlidir, Sumqayıt şəhəri, 18-ci mikrorayon, ev 6, mənzil 62 ünvanında qeydiyyatda olmaqla hal-hazırda həmin ünvanda yaşayır. Sumqayıt şəhəri, Çerekassi küçəsində yerləşən “Uğur” avtoyuma sexində avtoyuyucu işləyib qazanc əldə edir. Narkotik vasitə alüdəçisidir. Ağrılarına görə narkotik vasitə heroindən və psixotrop maddə metafetamindən istifadə edir. Narkotik vasitələri və psixotrop maddələri Sumqayıt şəhər ərazisində tanımadığı şəxslərdən əldə etmişdir. Son vaxtlar istifadəsi üçün narkotik vasitə və ya psixotrop maddə əldə etməkdə çətinlik çəkmişdir, satışı ilə məşğul olan şəxs tapdıqda isə yüksək qiymətə satdığından narkotik vasitə və psixotrop maddə ala bilməmişdir. Belə ki, işlədiyi, Sumqayıt şəhəri, Çerekassi küçəsində yerləşən “Uğur” avtoyuma sexində olduğu zaman şəxsiyyəti barədə məlumatı olmasa da, narkotik vasitələrdən istifadə etdiyini bildiyi şəxslə aralarındakı söhbət zamanı narkotik vasitələri və ya psixotrop maddələri İran İslam Respublikası vətəndaşlarından ucuz qiymətə ala biləcəyini ona demiş və həmin şəxsin hal- hazırda xatırlamadığı mobil nömrəsini Təqsirləndirilən şəxs vermişdir. Həmin şəxslə “whatsapp” ani mesajlaşma mübadiləsi sistemində telefon əlaqəsi yaratdığı zamanı o, Təqsirləndirilən şəxs şəxsiyyəti barədə adının Nadir olmasından başqa məlumat verməsə də, İran İslam Respublikası vətəndaşı olduğunu və hal-hazırda həmin ərazisində yaşadığını, Azərbaycan Respublikası ərazisində tanışlarının olduğunu, narkotik vasitə və ya psixotrop maddə istəyəcəyi təqdirdə onun göndərəcəyi bank kart hesabına alacağı narkotik vasitənin və ya psixotrop maddənin qarşılığında ödəməli olduğu pulu köçürdükdən sonra, ona narkotik vasitəni və ya psixotrop maddəni əldə edəcəyi ünvanın yerləşdiyi məkanı göndərəcəyini demişdir. Bu barədə aralarında razıhq əldə olunmuş və o ümumilikdə iki dəfə həmin şəxsdən bu formada narkotik vasitə və psixotrop maddə almışdır. Son olaraq isə 10 avqust 2022-ci il tarixdə axşam saatlarında o həmin şəxslə “whatsapp” ani mesajlaşma mübadiləsi sistemində istifadəsində olan ***-***-**-** saylı mobil nömrə vasitəsi ilə əlaqə saxlayaraq Təqsirləndirilən şəxs narkotik vasitə heroin və psixotrop maddə metafetamin satmasını istəmişdir, həmin İran İslam Respublikası vətəndaşı Nadir adlı şəxs 01 ədəd bükümdə narkotik vasitə heroin üçün 90 manat, 01 ədəd bükümdə psixotrop maddə metafetamin üçün isə 10 manat olmaqla hər ikisini ümumilikdə 100 manata ona satacağını demişdir və aralarındakı razılıq əsasında Təqsirləndirilən şəxs göndərmiş olduğu bank kart hesabına 100 manat köçürdükdən sonra, buna qarşılıq olaraq narkotik vasitəni heroini və psixotrop maddə metafetamini əldə edəcəyi ünvanın yerləşdiyi məkanı ona “whatsapp”da göndərmişdir. Narkotik vasitəni və psixotrop maddəni əldə edəcəyi yer Bakı şəhəri, Xətai rayonu ərazisində “Raboçi” adlanan Nobel prospektikdə olduğunu bilib 11 avqust 2022-ci il tarixdə saat 02-03 radələrində taksi ilə həmin yerə getmişdir və yol kənarında, reklam dirəyinin altından 01 ədəd üzəri yapışqan lentlə sarılmış sellofan bükümdə narkotik vasitə heroin və 01 ədəd siqaret kağızı bükümündə psixotrop maddə metafetamini götürüb əynindəki şalvarın ciblərinə qoyaraq yenidən taksiyə əyləşərək Sumqayıt şəhərinə, yaşadığı ünvana geri qayıtmışdır. Yolda olarkən istifadəsində olan “Xioami Mİ A2 lite” markalı mobil telefonun daxilində olan İran İslam Respublikası vətəndaşı kimi tanıdığı şəxsin mobil nömrəsini, onunla “whatsapp” ani mesajlaşma mübadiləsi sistemindəki yazışmalarını, ona göndərdiyi bank kartının və narkotik vasitəni götürdüyü yerin fotoşəkillərini silmişdir. Bədənində ağrılar olduğundan əldə etdiyi narkotik vasitə heroininin bir hissəsindən istifadə edib, yenidən heroin bükümünün üzərini yapışqan lentlə sarıyıb əynindəki şalvarın cibinə qoymuşdur. Evdəkilər narkotik vasitədən və ya psixotrop maddədən istifadə etdiyini bilmədiyindən həmin kütlələri həmişə üzərində gəzdirib yaşadığı ünvanda qoymurdur. Belə ki, 11 avqust 2022-ci il tarixdə işlədiyi “Uğur” avtoyuma sexinə getdikdə əldə etdiyi narkotik vasitə heroin bükümünü əynindəki şalvarın sol yan cibinə, psixotrop maddə metafetamin bükümünü isə əynindəki şalvarın sağ yan iç cibinə qoymuşdur. 12 avqust 2022-ci il tarixdə saat 02 radələrində avtoyuma sexində işlərini yekunlaşdırdıqdan sonra yaşadığı ünvana getmək üçün istifadəsində olan mobil nömrənin balansında pul olmadığından sonuncu müştərinin mobil nömrəsi ilə taksi sifariş vermişdir. Taksi olduğu yeri tapmaqda çətinlik çəkəcəyini fikirləşib işlədiyi yerdən çıxıb yol kənarı ilə piyada hərəkət etmişdir və yaxınlıqdakı “052” avtoyuma sexinin hələdə fəaliyyət göstərdiyini görüb orada işləyən X5 yaxınlaşıb orada dayanıb taksini gözləməyinin mümkün olub- olmadığını soruşmuşdur. Həmin şəxs İcazə verdiyindən orada taksini gözlədiyi zaman mülki geyimdə olan şəxslər Təqsirləndirilən şəxs yaxınlaşıblar və özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirərək barəsində narkotik vasitələrin dövriyyəsində şübhələr olduğunu deyib, Sumqayıt ŞPİ-nin inzibati binasına dəvət ediblər, o qarşıhq vermədən onlarla birlikdə polis idarəsinin inzibati binasına gəlmişdir. Polis əməkdaşları tərəfindən saxlanıldıqda əynindəki şalvarın sol və sağ yan ciblərində saxladığı narkotik vasitə heroini və psixotrop maddə metafetamini özündən kənara atmağa fürsət tapa bilməmişdir. Polis idarəsinin inzibati binasının xidməti otaqlarının birində ona hüquq və vəzifələri izah olunmuşdur və ona dövlət hesabına vəkil təyin olunmuşdur. Daha sonra videoçəkiliş vasitəsi ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı onun üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet vardırsa təqdim etməyi təklif olunmuşdur və o ilk əvvəl əynindəki şalvarın sol yan cibindən 01 ədəd üzəri yapışqan lentlə sarılmış sellofan büküm, şalvarının sağ yan iç cibindən isə 01 ədəd siqaret kağızı bükümü, həmçinin şalvarının sağ yan cibindən ona məxsus 01 ədəd “Xioami Mi A2 lite” markalı mobil telefon və 01 ədəd yaşadığı ünvanın giriş qapısının açarını, şalvarının sol yan cibindən ümumilikdə 302 manat pul təqdim etmişdir. Təqdim etdiyi 01 ədəd sellofan bükümün içində “kakos”, yəni narkotik vasitə heroin, 01 ədəd siqaret kağızı bükümünün içində isə “patı”, yəni psixotrop maddə metafetamin olduğunu demişdir, Aşkar olunaraq götürülmüş 01 ədəd sellofan bükümdə narkotik vasitə heroin və 01 ədəd siqaret kağızı bükümündə psixotrop maddə metafetamin kütləsi elektron tərəzidə ayrı-ayrılıqda çəkilmişdir və 01 ədəd bükümdə narkotik vasitə heroinin çəkisi 4,22 qram, 01 ədəd bükümdə psixotrop maddə metafetaminin çəkisi isə 0,51 qram olmuşdur. Həmin kütlələr ekspertizaya təqdim olunması üçün qablaşdırılaraq möhürlənib Təqsirləndirilən şəxs və müdafiəçisi tərəfindən İmzalanmışdır. Şəxsi axtarış zamanı təqdim etdiyi mobil telefon və pullar araşdırma üzrə əhəmiyyət kəsb etdiyindən, 01 ədəd açar İsə kəsici-deşici əlamətləri nəzərə alınaraq götürülmüşdür. Üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroin və psixotrop maddə metafetamin ona məxsusdur, ağrılarına görə öz şəxsi istifadəsi üçün İran İslam Respublikası vətəndaşı kimi tanıdığı Nadir adlı şəxsdən qanunsuz olaraq əldə etmişdir. O narkotik vasitələrin və pisoxotrop maddələrin istifadəçisidir, satışı ilə məşğul olmamışdır. Təqdim etdiyi 302 manat pul ona məxsusdur, avtoyuma sexindəki iş fəaliyyəti qarşılığında əldə etmişdir. Azər Əsədov saxlanıldığı zaman üzərində narkotik vasitə və psixotrop maddə olmasından məlumatlı olmamışdır. Ümumilikdə həmin şəxslə yaxın tanışlığı olmamışdır, həmçinin onun narkotik vasitə alüdəçisi olub-olmamasını da bilmirdir. Sadəcə olaraq işlədiyi yerin yaxınlığında “052” avtoyuma sexində işlədiyini bilir və taksi gözlədiyi üçün orada dayanmışdır. Aralarında həmin zaman və əwəllki müddətlərdə heç vaxt narkotik vasitələr və ya psixotrop maddələr barədə danışıq olmamışdır. Üzərindən aşkar olunmuş narkotik vasitə heroini və psixotrop maddə metafetamini əldə etmək üçün Bakı şəhəri, Xətai rayonu, Nobel prospektinə getdiyi taksi sürücüsünün isə şəxsin şəxsiyyəti ona məlum deyildir, həmin tarixdə narkotik vasitəni və psixotrop maddəni əldə etməkdən ötrü yaşadığı ünvanı tərk edib Bakı şəhərinə getmək üçün taksi axtararkən şəhər ərazisində həmin taksi İlə qarşılaşıb müştəri qismində Təqsirləndirilən şəxs Bakı şəhəri, Xətai rayonu, Nobel prospektinə aparmasını istəmişdir və həmin şəxslə də oraya gedib, daha sonra geri qayıtmışdır. Həmin şəxs onun narkotik vasitə və psixotrop maddə əldə etməyindən ötrü həmin ünvana getdiyindən məlumatsız olmuşdur. Saxlanıldığı zaman və daha sonra ona polis əməkdaşları tərəfindən nə fiziki, nə də ki, psixi zor tətbiq edilməmişdir. (cild 1, iş vərəqə 64-67) Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlini ibtidai istintaq zamanı etiraf edərək göstərdiyi xüsusatları, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt Şəhər Polis İdarəsinin NMB-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin dövriyyəsində şübhəli olması barədə əməliyyat məlumatları daxil olmuşdur. Məlumat əsasında12 avqust 2022-ci il tarixdə, saat 02 radələrində Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, Çerekassi küçəsində piyada hərəkət edərkən ona yaxınlaşaraq özlərini təqdim edərək Sumqayıt ŞPİ-nə dəvət etmişlər. Polis idarəsində xidməti otaqların birində müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs əynindəki şalvarın cibindən 02 ədəd bükümü çıxardaraq təqdim etmiş və təqdim etdiyi bükümlərin birində narkotik vasitə heroin, digərində isə psixotrop maddə metafetamin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitələrin özünə məxsus olduğunu, şəxsi isifadəsi üçün İran İslam Respublikası vətəndaşı kimi tanıdığı Nadir adlı şəxslə “whatsapp” vasitəsi ilə əlaqə saxlayaraq həmin şəxsin dediyi yerdən götürdüyünü, narkotik vasitəni, psixotrop maddəni satış məqsədi ilə əldə etmədiyini və narkotik vasitələrin satışı ilə məşğul olmadığını bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin CAŞ-nin kiçik inspektoru Şahid2 digər polis əməkdaşı Şahid1 ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş 12 avqust 2022-ci il tarixli “əməliyyat tədbirlərinin keçirilməsi barədə” qərardan görünür ki, Sumqayıt şəhəri, 18-ci mikrorayon, ev 6, mənzil 62 ünvanında qeydiyyatda olam və yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda müxtəlif növ narkotik vasitələri üzərində gəzdirməsi, saxlaması və satması barədə Sumqayıt ŞPİ-nin NMB-nə əməliyyat məlumatı daxil olmuşdur. (cild 1, iş vərəqə 5) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş 12 avqust 2022-ci il tarixli “şəxsi axtarışın keçirilməsi barədə” protokoldan və protokola əlavə edilmiş 01 ədəd DVD diskdə videogörüntüdən görünür ki, vətəndaş Təqsirləndirilən şəxs 12 avqust 2022-ci il tarixdə saat 02:50 dəqiqədə Sumqayıt şəhəri, Çerekassi küçəsində yerləşən “052” avtoyuma məntəqəsinin qarşısında saxlanılaraq üzərinə Sumqayıt ŞPİ-nin inzibati binasındakı xidməti otaqların birində təhqiqatçı, polis polkovnik-leytenantı Səadət Qənbərov tərəfindən dövlət hesabma hüquqlarını müdafiə edən Sumqayıt şəhər 1 saylı vəkil bürosunun vəkili X2 və Sumqayıt ŞPİ-nin əməkdaşlarının iştirakı ilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs ilk əvvəl əynindəki şalvarın sol yan cibindən 01 ədəd üzəri yapışqan lentlə sarılmış sellofan büküm, şalvarının sağ yan iç cibindən isə 01 ədəd siqaret kağızı bükümü, həmçinin şalvarının sağ yan cibindən 01 ədəd “Xioami Mi A2 lite” markalı mobil telefon və 01 ədəd açar, şalvarının sol yan cibindən ümumilikdə 302 manat pul təqdim etmiş, təqdim etdiyi 01 ədəd sellofan bükümün içində “kakos”, yəni narkotik vasitə heroin, 01 ədəd siqaret kağızı bükümünün içində isə “patı”, yəni psixotrop maddə metafetamin olduğunu demişdir. Bükümlərin içinə baxıldıqda narkotik vasitə heroin və psixotrop maddə metafetamin təhqiqatçı tərəfindən aşkar olunaraq götürülmüş, aşkar olunaraq götürülmüş kütlələr bükümləri ilə birlikdə elektron tərəzidə ayrı- ayrıhqda çekilmiş, 01 ədəd bükümdə narkotik vasitə heroinin çəkisinin 4,22 qram, 01 ədəd bükümdə psixotrop maddə metafetaminin çəkisinin isə 0,51 qram olduğu müəyyən edilmişdir. Həmin kütlələr ekspertizaya təqdim olunmasından ötrü zərf qoyularaq möhürlənib Təqsirləndirilən şəxs və onun müdafiəçisi tərəfindən imzalanmışdır. Şəxsi axtarış keçirilərkən şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bükümlərdə narkotik vasitə heroin və psixotrop maddə metafetamin kütlələrinin özünə məxsus olduğunu, şəxsi isifadəsi üçün İran İslam Respublikası vətəndaşı kimi tanıdığı Nadir adlı şəxslə “whatsapp” ani mesajlaşma mübadiləsində əlaqə saxladıqdan sonra həmin şəxsin Bakı şəhəri, "Raboçi”, yəni Nobel prospektində dediyi yerdən götürdüyünü, narkotik vasitəni, psixotrop maddəni satış məqsədi ilə əldə etmədiyini və ümumiyyətlə satışı ilə məşğul olmadığını, təqdim etdiyi 01 ədəd “Xioami Mi A2 lite” markalı mobil telefonun özünə məxsus olduğunu, 01 ədəd açarın isə yaşadığı evin giriş qapısının açarı olduğunu, ona qarşı heç bir fiziki zor tətbiq olunmadığını bildirmişdir.( cild 1, iş vərəqə 28- 30; 54) Şəxsi axtarışın keçirilməsi barədə”, diskə baxış keçirilməsi haqqında protokollarda qeyd olunan xüsusatların həqiqiliyi həmin istintaq hərəkətinin qeydə alındığı videogörüntülərin əks olunduğu diskə məhkəmədə baxış keçirilərkən öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə fizİkikimyəvi ekspertizasının 12 avqust 2022-ci il tarixli 6/4292 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Vətəndaş Təqsirləndirilən şəxs aşkar edilmiş ..” sözləri, soyad və imzalar qeyd edilmiş zərfin İçərisində 01 ədəd bükümdə təmiz çəkisi -3,972 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Digər 01 ədəd bükümdə təmiz çəkisi - 0,263 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metafetamindir. (cild 1, iş vərəqə 40-45) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş 24 avqust 2022-ci il tarixli 4702 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyi ilə müəyyən edilmişdir kİ, Təqsirləndirilən şəxs psixostimulyatorların qəbulu nəticəsində yaranan aslılıq sindiromu (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (cild 1, iş vərəqə 111-112) Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş ekspertiza təhqiqatından sonra qalıq qalmış – ,3922 qram narkotik vasitə heroin, 0,213 qram psixotrop maddə metamfetamin iş üzrə maddi sübut kimi tanınaraq Sumqayıt şəhər polis idarəsinin saxlanc anbarına təhvil verilmişdir. Maddi sübut kimi tanınmış 01 ədəd disk isə cinayət işinin materiallarına əlavə edilmişdir. (cild 1, iş vərəqə 100) Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nə və Sumqayıt şəhər probasiya şöbəsinə edilmiş sorğuların cavablarından görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 263.1, 264-cü maddələri ilə 02 il 26 gün azadlığın məhdudlaşdırılması, 02 il nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2009-cu il tarixli amnistiya qərarına əsasən xx.xx.2009-cu il tarixdə cəzadan azad olunmuşdur. Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. (cild 1, iş vərəqə 105-106) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 19 saylı MKS tərəfindən verilən arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 18-ci mikrorayon, ev 6, mənzil 62 ünvanında qeydiyyatdadır. Qeydiyyatda olduğu vaxtdan barəsində MKS -nə heç bir yazılı və şifahi şikayət daxil olmamışdır. (cild 1, iş vərəqə 116- 118) “Elektron məhkəmə sistemi”ndən əldə olunmuş məlumata əsasən müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2011-ci il təvəllüdlü X7 oğlu və xx.xx.2014-cü il təvəllüdlü X3 adlı 02 azyaşlı uşağı vardır. Məhkəmə, Təqsirləndirilən şəxs üzərindən aşkar olunan külli miqdarda narkotik vasitə və psixotrop maddələrin ona məxsus olmaması, polis əməkdaşları tərəfindən ona təzyiq olunması ilə bağlı məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, Təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla – cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmədə öz müdafiəsi üçün gətirdiyi dəlillər əsasızdır və özünü müdafiə xarakteri daşıyır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə bağlı ibtidai istintaq zamanı dindirilərkən verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş etiraf ifadəsi iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadəni də sübut kimi qəbul edir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətmələri məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən bu əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayətlər olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilirlər. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməllərinin cinayət olmasını aradan qaldıran hallar və onların bu əməllərə görə cinayət məsuliyyətindən və cəzadan azad edilmələri üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə yekun qərar ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli qərarının izah və tələblərini də rəhbər tutur. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən «heroin» narkotik vasitəsinin və “metamfetamin” psixotrop maddənin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram müəyyən edilmişdir. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Himayəsində iki azyaşlı uşağının olması Azərbaycan Respublikası CM-nin 59.1.4cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirən hal kimi müəyyən olunmuşdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar CM-nin 9.2-ci maddəsində isə deyilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 12 avqust 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Sumqayıt şəhər məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 12 avqust 2022-ci il tarixdən hesablanmışdır. Məhkəməyə qədər icraat dövründə təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış, məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 12 avqust 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, cinayət işində olan olan ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs psixostimulyatorların qəbulu nəticəsində yaranan aslılıq sindiromu (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmiş 3,922 qram narkotik vasitə heroin, 0,213 qram psixotrop maddə metamfetamin məhv edilməli, 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və o, 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 12 avqust 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülsün. Hökm qanuni qüvvəsini aldıqdan sonra Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmiş iş üzrə maddi sübut olan 3,922 qram narkotik vasitə heroin, 0,213 qram psixotrop maddə metamfetamin məhv edilsin, 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-297/2023
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-297/2023
30.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver