Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-297/2024 13.03.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: X5 (sədrlik edən), X2 və X3 ibarət tərkibdə, məhkəmə iclasının katibi X4, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1987-ci ildə Abşeron rayonu, Hökməli qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 5 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 01 may 2023-cü il tarixdə saat 22-də arvadı Zərərçəkmiş şəxs kirayədə yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, B.Səfəroğlu 13 ünvanında ailə məişət zəminində aralarında baş vermiş mübahisə zamanı stolun üzərində olan bıçağı götürərək, Zərərçəkmiş şəxs döş qəfəsinin sol yan səthinə, qarın nahiyyəsinin ön səthinə, sol kürək, hər iki kürəkaltı, sol bud nahiyyəsinə bıçaqla qəsdən vuraraq, sol kürək, hər iki kürəkaltı, sol bud nahiyələrinin daxilə nüfuz etməyən deşilmiş-kəsilmiş yaraları ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran xəsarətlər, döş qəfəsinin sol yan səthinin plevra boşluğuna nüfuz edən və sol tərəfli hemopnevmatoraks (döş boşluğuna qanın və havanın toplanması) törədən 1 ədəd, qarın nahiyyəsinin ön səthinin qarın boşluğuna nüfüz edən nazik bağırsağı, onun müsariqəsini və böyük piyliyi yaralayan 2 ədəd deşilmiş kəsilmiş yaraları ilə nəticələnən, insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri yetirmiş və beləliklə, o, ailə-məişət zəminində qəsdən insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vurma cinayətini törətmişdir. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək sərbəst ifadəsində və ona verilən sualları cavablandırarkən bildirdi ki, Zərərçəkmiş şəxs ilə 14 ildir ki, ailə həyatı qurublar. Rəna həm də onun xalası qızıdır, 6 övladları vardır. Münasibətləri həmişə yaxşı olmuşdur. xx.xx.2023-cü il tarixdə saat 22 radələrində Rəna ilə ailə məişət zəmnində mübahisələri düşmüşdür. Rəna onun rəhmətə getmiş anasını söydüyünə görə o əsəbləşib Rənanı mətbəx bıçağı ilə vurmuşdur. Həmin vaxt Rənaya neçə bıçaq vurduğunu bilməmişdir. Rənanın qarın hissəsindən qan gəldiyini gördükdə, bir anlıq özünü itirmiş, nə edəcəyini bilməmiş və evdə bint axtarmağa başlamış, lakin bint tapa bilmədiyindən evdəki çexoldan cırıb onun yaralarını bağlamışdir. Rənadan özünü necə hiss etdiyini soruşduqda, o, “yaxşıyam, amma mənə su ver” dediyindən ona su vermişdir. Həkimə zəng etmək istədikdə, Rəna “lazım deyil, həkimə zəng etsən, biləcəklər, səni tutacaqlar, uşaqlar qalacaq başsız” dediyindən həkimə zəng etməmişdir. Rənanın paltarları qana bulaşdığından həmin paltarları və onu vurduğu mətbəx bıçağını götürüb həmin evdən aralıda olan zibil yeşiyinə tullamışdır. Hava işıqlanana qədər onun yanında gözləyib saat təxminən 13 radələrində qaynanası Saraya zəng edib hadisə barədə ona məlumat vermişdir. Sonra polis əməkdaşları yaşadığı mənzilə gələrək onu Abşeron RPİ-nin İŞ-nə aparmışlar. İstintaq vaxtı da həyat yoldaşı Rəna ondan şikayətçi olmamışdır, indi də şikayətçi deyil. O fəhləlik edib uşaqlarına baxır. Törətdiyi əmələ görə peşmandır. Zərərçəkmiş şəxslə barışmasını və himayəsində 06 azyaşlı uşağının olmasını nəzərə alaraq məhkəmədən barəsində yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxsin barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ibtidai istintaqdakı ifadəsini müdafiə edərək ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun xalası oğludur. Şahidlə 14 ildir ki, ailə həyatı qurublar, birgə nigahdan 6 övladları var. Münasibətləri ər-arvad kimi həmişə yaxşı olmuşdur. xx.xx.2023-cü il tarixdə o kirayə ev tutduğuna görə Şahidə məlumat vermiş, lakin bu Şahidin xoşuna gəlməmişdir, çünki Şahid deyirdi ki, bunu kənddə yaxşı qəbul etməzlər. xx.xx.2023-cü il tarixdə Şahid axşam 22 radələrində onun kirayə tutduğu evə gəlmiş, evin mətbəxində aralarında mübahisə yaranmışdır. O mübahisə vaxtı əsəbləşib Şahidin anasının goruna söymüşdür. Həmin vaxt Şahid mətbəxdəki stolun üstündə olan mətbəx bıçağını götürüb onun qarın və kürək nahiyələrindən vurmuşdur. Sonra Şahid onun qarın hissəsindən qan gəldiyini görüb qanı dayandırmaq üçün bint axtarmağa başlamış, lakin bint tapmadığından, evdəki çexolu cırıb yaralarını bağlamış, ondan necə olduğunu soruşduqda ona “yaxşı olduğunu, amma su verməsini” bildirdikdə Şahid ona su vermişdir. Şahid həkimə zəng etmək istədikdə, ona “həkimə zəng etsən biləcəklər, səni tutacaqlar, uşaqlar sahibsiz qalacaq” demişdir. Həmin vaxt üşüdüyü üçün Şahid ədyalla üstünü örtmüş və səhər açılana kimi ona yardım göstərmişdir. Günorta vaxtı Şahid onun anası Saraya zəng edib hadisə barədə məlumat vermiş, anası gəlimiş, Şahid hadisəni ona danışmış, həmin vaxt Sara da polisə zəng edib məlumat vermişdir. Hadisə vaxtı evdə kənar şəxs olmamışdır. Əgər o Şahidin anasını söyməsə idi Şahid onu vurmazdı, buna görə hadisənin baş verməsində günahkar özünü bilir. Onların 6 azyaşlı uşaqları var, hadisənin üstündən 1 ilə yaxın vaxt keçir, bu müddətdə Şahidlə heç bir problemi olmayıb, Şahid uşaqların ehtiyacını ödəyir, o özü də işləyib evə kömək edir. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs heç bir şikayət və tələbinin olmadığını, onunla barışdığını, 6 azyaşlı uşaqlarının olmasının nəzərə alınaraq Təqsirləndirilən şəxs yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid Mirzağa qızı ibtidai istintaqdakı ifadəsini müdafiə edərək məhkəmədəki ifadəsində göstərdi ki, Şahid bacısı oğlu, həm də qızı Rənanın əridir. Onlar 14 ildir ki, ailə qurublar, münasibətləri həmişə yaxşı olub və onların 6 uşaqları var. xx.xx.2023-cü il tarixdə saat 13 radələrində Şahid ona zəng edib xx.xx.2023- cü il tarixdə axşam saat 22 radələrində Rəna ilə dalaşdığını və onu bıçaqla vurduğunu bildirmişdir. O dərhal həmin evə getmiş, qızı Rənanın yataqda olduğunu görmüşdür. Onlardan niyə həkimə və polis əməkdaşlarına xəbər vermədiklərini soruşduqda qızı Rəna “polisə demə, yoxsa Şahidi tutarlar, balalarım qalar yiyəsiz” demişdir. Lakin sonradan polisə və TTYX-nə məlumat vermiş, həkimlərin müdaxiləsindən sonra Rənanın vəziyyəti yaxşılaşmışdır. Sonradan bilmişdir ki, Rəna kirayə ev tutub işləmək istədiyindən Şahid buna razı olmamış, buna görə mübahisələri düşmüş, Rəna da Şahidin rəhmətə getmiş anasını söydüyündən Şahid əsəbləşib Rənanı bıçaqla vurmuşdur. Qızı Rəna iş polisdə araşdırılanda da Şahiddən şikayətçi olmamış, indi də şakayətçi deyildir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidin ifadəsi ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “Raport”dan görünür ki, həmin tarixdə saat 15:47-də Şahid Mirzağa qızı DİN-in “102” zəng xidmətinə müraciət edərək bildirmişdir ki, kürəkəni Təqsirləndirilən şəxs qızı Rənaya bıçaqla xəsarət yetirmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “Hadisə yerinə baxış keçirilməsi haqqında” istintaq hərəkətinin protokolundan görünür ki, həmin tarixdə hal şahidlərinin iştirakı ilə hadisə yerinə baxış keçirilmiş, hadisə yerinin ünvan 3 ünvanında yerləşən fərdi ev olduğu müəyyən olunmuşdur. Hadisə yerinə baxış keçirilərkən iş üçün əhəmiyyət kəsb edən hər hansı qan izi və digər əşya aşkar edilməmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “Şübhəli şəxsin ifadəsinin yerində yoxlanması haqqında” istintaq hərəkətinin protokolundan görünür ki, həmin tarixdə şübhəli şəxs Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılmış, həmin yerdə və Təqsirləndirilən şəxs qanlı bıçaq və Zərərçəkmiş şəxs məxsus geyim əşyalarını atdığı zibil qutusunda iş üçün əhəmiyyət kəsb edən əşya aşkar edilməmiş və bu barədə fotoşəkillər çəkilib protokola əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «MTE və PA» X7 xx.xx.2023-cü il tarixli, 1362 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşağıdakı xəsarətlər vardır: Döş qəfəsinin sol yan səthinin plevra boşluğuna nüfuz edən və sol tərəfli hemopnevmatoraks (döş boşluğuna qanın və havanın toplanması) törədən 1 (bir) ədəd, qarın nahiyyəsinin ön səthinin qarın boşluğuna nüfuz edən nazik bağırsağı, onun müsariqəsini və böyük piyliyi yaralayan 2 (iki) ədəd deşilmiş-kəsilmiş yaraları dərəcəsinə görə həm ümumilikdə və həm də ayrı-ayrılıqda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir. Sol kürək, hər iki kürəkaltı, sol bud nahiyələrinin daxilə nüfuz etməyən deşilmiş-kəsilmiş yaraları həm ümumilikdə və həm də ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X11 “Abşeron rayon Mərkəzi Xəstəxanası” X7 xx.xx.2023-cü il tarixli, PHŞ-6-21/2-1403/2023 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Abşeron rayon X1 şöbəsinin ruhi-əsəb kabinetində dispanser qeydiyyatında yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət-hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət-hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hazırkı cinayət işinin materiallarına, mövcud sübutlara, habelə məhkəmə istintaqı zamanı gəlinən nəticəyə əsaslanan məhkəmə kollegiyası ibtidai istintaq orqanının əməlin tövsifi ilə bağlı gəldiyi qənaətlə razılaşır və Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın əsaslı olduğu nəticəsinə gəlir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsinə əsasən insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərərvurma - qəsdən sağlamlığa ağır zərərvurma cinayətini ehtiva edir. Cinayət işinin materiallarından və işin faktiki hallarından müəyyən olunur ki, həqiqətən də, Təqsirləndirilən şəxs aralarında ailə-məişət zəminində yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs mətbəx bıçağı ilə qəsdən vuraraq ağırlıq dərəcəsinə görə həyat üçün təhlükəli olan bədən xəsarəti yetirməklə Zərərçəkmiş şəxs sağlamlığına ağır zərər vurmuşdur. Odur ki, məhkəmə kollegiyası araşdırılmış sübutların cəminə obyektiv qiymət verərək və Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidin məhkəmədəki ifadələri, o cümlədən ekspertiza rəyi və biri digərinə uyğun gələn digər sübutlar vasitəsi ilə tam sübuta yetirilmişdir və onun törətmiş olduğu əməl ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq CM-nin 126.1-ci maddəsi ilə tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən isə cəza təyin edərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). Məhkəmə kollegiyası qeyd edir ki, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkumun islah edilməsi onun qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimaifaydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. CM-in 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Humanizmin anlamı əməlin kriminallaşdırılmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm – cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Qeyd olunanlara əsasən, belə nəticə hasil olur ki, bütün hallarda təqsirləndirilən şəxsə təyin edilən cəza heç bir mənada təqsirləndirilən şəxsin nə özünə, nə də onun ailəsinə, yaxınlarına sitəm vermək məqsədi daşımamalı, yalnız onun islah olunmasına xidmət etməlidir. Göründüyü kimi, əməllərin kriminallaşdırılmasında ədalətlilik prinsipi bir tərəfdən ziyan yetirən əməlin bağlı olduğu sosial proseslərin təhlilini, digər tərəfdən belə əməlin obyektiv xüsusiyyətlərini, əhatənin sosial qrupların həmrəy olduğu dəyərləri, normaları nəzərə almaqla zərər yetirən əmələ qiymət verməyi tələb edir. Burada ədalətliliyin əsası kimi həqiqət, obyektiv qərar qəbul etməyin, bu və ya başqa şəraiti qiymətləndirməyin zəruri şərti kimi çıxış edir. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsə cəza təyin edilməsi zamanı onun xarakteri, sosial-psixoloji vəziyyətinin bütün çalarları, şəxsiyyətinin xarakterik cəhətləri də nəzərə alınmalıdır. Yalnız bu halda cəzanın ədalətliliyinə və fərdiliyinə, həmçinin onun məqsədlərinə nail olmaq mümkün olar. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən şəxsin sosial və psixoloji kriteriyalarına xüsusi önəm vermək lazımdır. Şəxsin sosial kriteriyası onun qanunlara və digər sosial normalara, əməyə, ictimai vəzifələrə, ailəyə münasibətini, təhsilini, tərbiyəsini və sair sosial şərtləri özündə əks etdirir. Şəxsin psixoloji kriteriyası isə onun xarakterini, iradəsini, qabiliyyətini və digər şəxsiyyətə xas olan cəhətlərini özündə ehtiva edir. Bu cəhətlərin tədqiq olunması və qiymətləndirilməsi şəxsin mənəvi deqradasiyaya məruz qalıbqalmamasını, törətdiyi cinayətin onun anticəmiyyət yönümünün məntiqi nəticəsi olduğunu, yoxsa təsadüfi olaraq baş verdiyini, şəxsin islah olunması üçün hansı imkanların olması və bununla bağlı hansı qanuni vasitələrin seçilməsini müəyyənləşdirmək üçün çox vacibdir. Çünki insan sosiumun tərkib hissəsidir və onun fəaliyyətinin hansı yönümə istiqamətlənməsi cəmiyyət üçün əhəmiyyətlidir. Ancaq hər bir halda bu keyfiyyətlər şəxsin törətdiyi cinayətin xarakteri və ictimai təhlükəliliyi ilə vəhdətdə nəzərə alınmalıdır. Xüsusi ilə nəzərə alınmalıdır ki, cəzanın məqsədlərinə çatmaq üçün hansı yol seçilməlidir: təqsirləndirilən şəxsi azadlıqdan məhrum etməklə onu cəmiyyətdən təcrid etmək, fiziki cəhətdən imkanlarını məhdudlaşdırmaqla cəzanın məqsədlərinə nail olmaq, yoxsa, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza seçməklə şəxsə etimad göstərib, bu yolla onun islah olunmasına və cəzanın digər məqsədlərinə çatmaq. Məhkəmə kollegiyası hesab edir ki, azadlıqdan məhrum etməklə əlaqədar olmayan cəzanın tətbiq olunmasının mümkünlüyü müzakirə olunmalıdır. Cinayət işinin materiallarında olan Abşeron Rayon İcra Hakimiyyəti Başçısının Xırdalan şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 1071 nömrəli arayışdan və doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, xx.xx.2012-cü il təvəllüdlü Kərimova Gülnar Şahid qızı, xx.xx.2013-cü il təvəllüdlü Kərimov Daşdəmir Şahid oğlu, xx.xx.2014-cü il təvəllüdlü Kərimov Əli Şahid oğlu, xx.xx.2017-ci il təvəlüdlü Kərimov Yaqub Şahid oğlu, xx.xx.2018-ci il təvəlüdlü Kərimov Yusif Şahid oğlu və xx.xx.2021-ci il təvəllüdlü Kərimova Gözəl Şahid qızı Təqsirləndirilən şəxs himayəsindədirlər. Cinayət işinin materiallarında olan Abşeron Rayon İcra Hakimiyyəti Başçısının Xırdalan şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 79 nömrəli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə hər hansı şikayət daxil olmamışdır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin himayəsində 06 azyaşlı uşağın olmasını CM-in 59.1.4-cü maddəsinə əsasən, zərərçəkmiş şəxslə barışıq əldə etməsini 59.1.12-ci maddəsinə əsasən, yaşayış yeri üzrə müsbət səciyyələnməsini, etdiyi əmələ görə səmimi peşmançılıq hissi keçirməsini CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət qanunvericiliyinin normalarında göstərilənləri nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-nin 126.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan minimum həddə azadlıqdan məhrumetmə növündə cəzaya məhkum edilməli, lakin ona təyin olunan azadlıqdan məhrumetmə növündə cəza şərti olaraq tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci madəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəza təyin edən məhkəmə məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən isə məhkəmə şərti məhkumetmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin şəxsiyyətini, onun davranışlarını, hadisədən əvvəlki, hadisə vaxtı və hadisədən sonrakı hərəkətlərini ardıcıl şəkildə hərtərəfli müzakirə edərək hesab edir ki, hazırkı halda təqsirləndirilən şəxs ona təyin olunan azadlıqdan məhrum etmə növündə cəzanı real olaraq çəkmədən də islah oluna bilər. Mövcud sübutlar onu deməyə əsas verir ki, təqsirləndirilən şəxs heç də daim münaqişələrin mərkəzində olan, özü, ailəsi və kənar şəxslər üçün problemlər yaradan, cəmiyyət üçün təhlükəli və islah olunması mümkün olmayan şəxs deyildir. Məhkəmə kollegiyası bütün bu halları nəzərə alıb, cəzanı yüngülləşdirən halların çoxluğunu, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin ailəsinin və onun həyat şəraitinə təsirini, təqsirləndirilən şəxsin cinayət əməli törətdikdən sonrakı hərəkətlərini, zərərçəkmiş şəxslə barışmasını, əvvəllər hər hansı bir cinayət əməlinə yol verməməsini, eləcə də Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli sərəncamında qeyd edilən tövsiyələrini əsas götürərək, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə növündə cəza çəkmədən islah olunmasını mümkün sayaraq barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq etməklə ona təyin olunan cəzanın sınaq müddəti ilə şərti hesab edilməsini qanuni və əsaslı hesab edir. Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023 il tarixdə şübhəli şəxs qismində tutulmuş və Abşeron Rayon Prokurorluğunun xx.xx.2023-cü il tarixli qərarı ilə onun barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “30” aprel 2021-ci il tarixli qərarı ilə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli qərarında dəyişiklik edilmiş və məhkəmələrə tövsiyyə olunmuşdur ki, cəza şərti olaraq tətbiq edilərkən nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 70.1-ci maddəsi məhz təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsini təsbit etdiyindən, təqsirləndirilən şəxsin hökm çıxarılanadək həbsdə, ev dustaqlığında olduğu müddətlər təyin edilən cəza müddətinə hesablanmamalı və qərar çəkilməli olan deyil, təyin olunmuş cəzanın şərti olaraq tətbiq edildiyini əks etdirməlidir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq etməklə yanaşı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən onun üzərinə müəyyən vəzifələrin qoyulmasını məqsədə uyğun hesab edir. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs davranışı üzərində nəzarət onun daimi qeydiyyat yeri üzrə Abşeron rayon İcra və Probasiya şöbəsinə həvalə edilməli, onun davranışına nəzarət edən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək, habelə həmin orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq bir vəzifə olaraq qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş "polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut, maddi zərər, məhkəmə xərci, xüsusi müsadirə edilməli əmlak və üzərinə həbs qoyulmuş əmlak yoxdur, həmçinin mülki iddia verilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 03 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70ci maddəsi tətbiq edilməklə ona təyin olunmuş 03 (üç) il müddətə azadlıqdan məhrumetmə növündə cəza 01 (bir) il 06 (altı) ay sınaq müddəti ilə şərti hesab edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək, habelə həmin orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs davranışına nəzarət onun daimi qeydiyyatda olduğu yer üzrə Abşeron Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Sınaq müddətinin başlanğıcı hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-297/2024
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-297/2024
13.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver