Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-298/2025 16.10.2025 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Hümbətov Fəhmin Zaur oğlu (sədrlik edən), X3, Rzayeva Aynur Tapdıq qızından ibarət tərkib, məhkəmə iclasının katibi - X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və təqsirləndirilən şəxsin iştirakları ilə, xx xxxx 1993-cü ildə Şəki şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və Abşeron rayonu, Xırdalan şəhəri, Nizami Gəncəvi küçəsində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddə əldə edib daşımış və üzərində saxlamış, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və xeyli miqdarda psixotrop maddə əldə edərək daşımış və saxlamışdır. Belə ki, o, 2024-cü ilin mart ayının axırlarında Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 1,477 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib Biləsuvar rayonuna daşıyaraq üzərində saxlamış, 14 aprel 2024-cü il tarixdə saat 19:10 radələrində Biləsuvar rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Biləsuvar rayonu, Xırmandalı kəndi ərazisindən keçən Ələt- Astara yolunun sağ tərəfində yerləşən “Turist-5” kafesinin yaxınlığında “Toyota Corolla” markalı **-FR-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən saxlanılaraq Biləsuvar şəhəri, M.İbrahimov küçəsində yerləşən Biləsuvar rayon polis şöbəsinə gətirilmiş, orada həmin gün saat 19:55-dən 20:15-dək üzərinə keçirilən şəxsi axtarış zaman əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən bir ədəd sellofan və siqaretin gümüşü kağızı bükümdə təmiz çəkisi 1,477 qram olan xeyli miqdarda psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs telefon vasitəsilə tanış olduğu şəxsiyyəti istintaqa məlum olmayan Maho adlı İran İslam Respublikasının vətəndaşı ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək sonuncunun qanunsuz olaraq əldə etdiyi külli miqdarda narkotik vasitəni deyəcəyi yerdən götürüb başqa şəxslərə verməklə satışda vasitəçilik etməsi barədə ümumi razılığa gəlmiş, 04 sentyabr 2024-cü il tarixdə bir qrup şəxs halında həmin şəxsin Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi ərazisinə qoyduğu külli miqdarda 3,319 qram çəkidə narkotik vasitə heroini və xeyli miqdarda 1,753 qram çəkidə psixotrop maddə metamfetamini götürüb, satış məqsədi ilə qanunsuz əldə edərək Abşeron rayonu, Xırdalan şəhərinə daşımaqla saxlamış, 05 sentyabr 2024-cü il tarixdə saat 17:50-də Abşeron rayon polis idarəsinin Cinayət axtarış şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Abşeron rayonu, Xırdalan şəhəri, Nizami Gəncəvi küçəsində yerləşən «RR» marketin arxasında saxlanılaraq, həmin ərazidə insanların sıx olması və avtomobillərin intensiv hərəkət etməsi ilə bağlı həmin ərazidən 300 metr kənarda Abşeron rayonu, Xırdalan şəhəri, Qəzənfər Musabəyov küçəsində yerləşən “Günay” mərasim evinin arxasında həmin günü saat 18:00-dan 18:12ə kimi üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki açıq rəngli cins şalvarın sol yan cibindən 02 ədəd şəffaf sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,874 qram və 0,879 qram, ümumi təmiz çəkisi 1,753 qram olan xeyli miqdarda kimyəvi komponent tərkibinə görə öz aralarında eynilik təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 04 ədəd şəffaf sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 2,909 qram, 0,153 qram, 0,082 qram, 0,175 qram, ümumi təmiz çəkisi 3,319 qram olan külli miqdarda kimyəvi komponent tərkibinə görə öz aralarında eynilik təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroin, əynindəki açıq rəngli cins şalvarın sağ yan cibindən səthində narkotik vasitə heroinin izləri olan 01 ədəd gümüşü rəngli elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü elan edilmiş ittiham üzrə təqsirli bilməyərək göstərdi ki, 14 aprel 2024-cü il tarixdə Biləsuvar rayonunda taksi sürücüsü kimi fəaliyyət göstərirdi. Biləsuvar rayonuna müştəri aparmışdır. Taksi fəaliyyəti göstərirdi. Həmin müştəri ilə 40 manat müqabilində razılaşmışdır. “Toyota” markalı avtomobillə müştəri gətirirdi. Bu zaman polis əməkdaşları maşını saxlamış, ona narkotik vasitədən istifadə etdiyini bildirmişlər və bu əsasla onu Biləsuvar PB-nə aparmışlar. Polis bölməsində qarnına təpik vurmuşlar və ona təzyiq göstərərək bildirmişlər ki, çəkisi 10 kq olan narkotik vasitə üzərindən aşkar olunmuşdur. Həmin epizodda onu buraxmaq üçün 30.000 manat pul istəmişlər. Onda o qədər pulunun olmadığını bildirmişdir. Daha sonra anasının nömrəsini yığmışlar. Anasına telefonda Biləsuvar PB-nə gəlməsini bildirdiyi an telefonu söndürmüşlər. Daha sonra klokda daha az çəkidə narkotik vasitəni götürməyini və bunun müqabilində onu buraxacaqlarını bildirmişlər. Bundan sonra analiz üçün onu Lənkəran rayonuna ekspertizaya göndərmişlər, lakin o getməmişdir. Digər epizod üzrə 20 avqust 2024-cü il tarixdə Abşeron rayon Polis İdarəsinin əməliyyatçıları tərəfindən saxlanılmışdır. Yanında Pərviz adlı dostu olmuşdur. Onlar heç bir səbəb göstərmədən onu maşına mindirib yenidən tutub saxlamışlar. Bu dəfə buraxılmağı üçün anasından 1500 manat pul almışlar. Həmçinin ona etdikləri fiziki təzyiq və döyülməklə bağlı heç yerə şikayət etməməli olduğunu bildirmişlər. Bu epizodla barəsində inzibati xəta haqqında icraat aparılmışdır. 05 sentyabr 2024-cü il tarixdə anası polis əməkdaşlarına zəng edərək ona qarşı edilən haqsızlıq və fiziki təzyiqlə əlaqədar şikayət edəcəyini bildirmişdir. Bu zaman üzündə və bədənində 20 avqust 2024-cü il tarixdə olan epizodla əlaqədar xəsarət izləri qalmışdı. Polis əməkdaşları evə gəlmişdir. Anasını mətbəxə keçirmişlər. Sonra ondan taksi fəaliyyəti göstərdiyi maşını satıb satmadığını soruşmuşlar. Pulu tapmaq üçün evi axtarmış və hər yeri dağıtmışlar. 05 sentyabr 2024-cü il tarixdə isə evdə saxlanılmışdır. Azad adlı şəxsi tanımır. Ümumiyyətlə narkotik vasitədən istifadə etməmişdir. ********** saylı mobil telefon nömrəsi onun istifadəsində olmuşdur. 20 avqust 2024-cü il tarixdə marketin qabağında saxlanılan zaman - onun telefonu Pərvizdə olmuş, daxil olan zənglər barədə onun məlumatı olmuşdur.Ona polis əməkdaşları tərəfindən fiziki təzyiq göstərilmişdir. Ona qarşı qanunsuz hərəkətlər edən əməliyyatçıların adlarını tam bilmir. Döyülməyində İntiqam və Məhəmmədəli adlı əməliyyatçılar iştirak etmişdir. 05 sentyabr 2024-cü il tarixdə olan epizodda fiziki təzyiqə məruz qalmamışdır. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərdi ki, özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 -ci maddəsi ilə ona elan edilmiş ittihamda təqsirli bilərək göstərmişdir ki, Şəki şəhəri, 20 Yanvar küçəsi, ev 15-də qeydiyyatda olmaqla Abşeron rayonu, Xırdalan şəhəri, Nizami küçəsi ev 60-da ailə üzvlərilə birlikdə yaşayır. Subaydır, **-FR-*** dövlət qeydiyyat nişanlı Toyota Corolla markalı avtomobili vardır. Həmin avtomobillə Bakı şəhərində taksi fəaliyyəti ilə məşğul olur. 2023-cü ilin əvvəllərindən narkotik vasitə heroin və psixotrop maddə metamfetamindən istifadə edir. Təxminən 20 gün əvvəl Bakı şəhərində taksi fəaliyyəti ilə məşğul olarkən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində küçədə yerdən bir ədəd şəffaf rəngli sellofana bükülümüşü bükülü tapmışdır. Həmin şəffaf rəngli sellofan bükülünü açdıqda bükülünün içərisində siqaretin gümüşü kağızında psixotrop maddə metamfetamin olmasını görmüşdür. O, həmin psixotrop maddə metamfetamini istifadə etmək üçün cibinə qoymuşdur. 16 aprel 2024-cü il tarixdə saat 17 radələrində Biləsuvar şəhər sakini dostu Azadla görüşmək üçün Biləsuvar rayonuna yaşadığı Abşeron rayonu, Xırdalan şəhərindən yola düşmüşdür. Ələt-Astara yolunun Biləsuvar rayonu Xırmandah kəndindən keçən hissəsində “Turist 5” kafesinin yaxınlığında Yol Patrul avtomobili saxla işarəsi vermişdir. O, da avtomobili yolun kənarına çəkərək saxlamışdır. Bundan sonra polis əməkdaşları ona yaxınlaşaraq narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu deyərək onu Biləsuvar Rayon Polis şöbəsinə gətirmişlər. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli kimi saxlanıldığı üçün öz istəyilə hüquqlarının müdafiə etmək üçün müdafiəçi X2 dəvət olunmuşdur. Bundan sonra üzərinə video çəkiliş aparılmaqla şəxsi axtarış keçirilməyə başlanılmışdır. Ona təklif olunmuş ki, üzərində hər hansı bir narkotik maddə, psixotrop maddə və qanunla qadağan olunmuş əşya varsa könüllü təqdim etsin. O da əynindəki gödəkcənin sağ yan cibində bir ədəd içərisində psixotrop maddə metamfetamin olan bükülünü masanın üstünə qoymuş və bildirmiş ki, təqdim etdiyi bükülüdəki psixotrop maddə metamfetamindir, özünə məxsusdur, həmin psixotrop maddə metamfetamini 20 gün əvvəl Bakı şəhərində yerdən tapmış və şəxsi istifadə üçün üzərində saxlamışdır. Bundan sonra həmin bükülüyə iştirakı ilə açılaraq baxış keçirilmiş və bükülünün içərisində psixotrop maddə metamfetaminə bənzər maddə olması müəyyən olunmuşdur. Daha sonra həmin bükülü ekspertizaya göndərilməsi üçün müvafiq qaydada qablaşdırılmışdır. Zərfin üzərini o, müdafiəçi Əli Hüseynov və digər iştirakçılar imzalamışlar. Üzərinə keçirilən şəxsi axtarış zamanı əlavə heç bir əşya aşkar olunub götürülməmişdir. Bundan sonra özünə məxsus **-FR-*** dövlət qeydiyyat nişanlı Toyota Corolla markalı avtomobilə baxış keçrilmişdir. Avtomobildən narkotik vasitə, psixotrop maddə, qanunla qadağan edilmiş heç bir əşya və predmet aşkar olunmamışdır. Üzərinə şəxsi axtarış və özünə məxsus avtomobilə baxış keçirilməsi ilə əlaqədar protokol tərtib edilmiş, müdafiəçi Əli Hüseynovla birlikdə həmin protokolla tanış olub onu imzalamışdır.Təqsirləndirilən şəxs qismində əlavə dindirilmiş Təqsirləndirilən şəxs göstərmişdir ki, 16 aprel 2024-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1 -ci maddəsi ilə təqsirləndirilən şəxs qismindən cəlb edilmiş və barəsində polsin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilən zaman, tədbirin bütün şərtləri ona elan edilmişdir. Biləsuvar RPŞ-nin İstintaq Bölməsinin müstəntiqi Nicat İbayev tərəfindən Biləsuvar RPŞ-nə çağırlsa da, qorxduğu üçün istintaqa gəlməmişdir. 05 sentyabr 2024-cü il tarixdə Abşeron Rayon polis idarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat axtarış tədbirləri zamanı Abşeron rayonu, Xırdalan şəhəri, “RR” marketin arxa tərəfində saxlanılmış, üzərinə keçirilən şəxsi axtarış zamanı üzərində olan 02 ədəd bükümdə psixotrop maddə metamfetamin və 04 ədəd bükümdə narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. 06 sentyabr 2024-cü il tarixdə Abşeron Rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi Cəfər Nəzərov tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1 -1 -ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur. 07 sentyabr 2024-cü il tarixdə Abşeron Rayon Məhkəməsinin qərarı ilə barəsində 4 ay müddətində həbs qətimkan tədbiri seçilmişdir. Törətdiyi əməllərə görə səmimi peşmandır. Bundan başqa, Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 -1 -ci maddəsi ilə ona elan edilmiş ittihamda təqsirli bilərək göstərmişdir ki, 1 ildir ki, müxtəlif narkotik və psixotrop maddələr istifadə edir. 2024-cü ilin avqust ayında “İnstagram” sosial şəbəkəsində əvvələr tanımadığı özünü İran İslam Respublikasının vətəndaşı kimi təqdim edən Maho adlı şəxslə tanış olmuşdur. Maho onun narkotik vasitə aludəçisi olduğunu bilirmiş. Bu səbəbdən ona ucuz qiymətə müxtəlif növdə narkotik və psixotrop maddələr sata biləcəyini bildirmişdir. Mahonun təklifi ilə razılaşmış bir neçə dəfə ondan şəxsi istifadəsi üçün narkotik vasitə heroin və psixotrop maddə almışdır. xx.xx.2024-cü il tarixdə «Whatsapp» ünsiyyət proqramı vasitəsi Mahonun istifadəsində olan +98-***-***-**-** nömrəsi ilə əlaqə saxlamış və şəxsi istifadə üçün narkotik vasitə və psixotrop maddə almaq istədiyini bildirmişdir. Hal hazırda dəqiq xatırlamadığı mobil nömrəyə Maho pul vəsaiti göndərməyini bildirmişdir. Abşeron rayonu, Xırdalan şəhərində yerləşən Araz marketdə Mahonun ona göndərmiş olduğu nömrənin M10 hesabına 18 manat pul vəsaiti göndərmişdir. Maho ona «Whatsapp» ünsiyyət proqramı vasitəsi ilə konum atmış və ona göndərmiş olduğu konuma əsasən Xəzər rayonu, Binə qəsəbəsinə getmiş və xx.xx.2024-cü il tarixdə saat 19 radələrində gizlədilmiş bükümləri götürmüşdür. Həmin bükümlərin içərisində 04 ədəd sellofan bükümlərdə psixotrop maddə metamfetamin və 02 ədəd sellofan bükümlərdə narkotik vasitə heroin olduğunu aşkar etmişdir. Həmin bükümləri əynimdə olan şalvarın cibinə yerləşdirmişdir. Həmin günü yaşadığı evə getmişdir. xx.xx.2024-cü il tarixdə saat 17:50 radələrində yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, Nizami küçəsində piyada gəzən zaman polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmişlər və onu qanunsuz olaraq üzərində narkotik vasitə və psixotrop maddə saxlamaqda şübhəli bilindiyi üçün üzərinə baxış keçiriləcəyini bildirmişlər. O onların təklifləri ilə razlıaşmışdır. Həmin vaxtı ətrafda çox sayda insan və avtomobil olduğuna görə saxlandığı yerdən təxminən 200-300 metr uzaqlıqda Abşeron rayonu, Xırdalan şəhəri, Qəzənfər Musabəyov küçəsində yerləşən Günay marketin yaxınlığında, vəzifələri izah olundu, videoçəkiliş altında baxış keçirilərkən əynində olan göy rəngli şalvarın sol yan cibindən içərilərində psixotrop maddə metamfetamin olan 04 ədəd sellofan bükümlər və içərilərində narkotik vasitə heroin olan 02 ədəd sellofan bükümləri və əynində olan göy rəngli şalvarın sağ yan cibindən elektron tərəzini çıxarıb təqdim etmişdir. Sorğu-sual zamanı həmin sellofan bükümün içərisində narkotik vasitə heroin və psixotrop maddə olduğunu bildirmişdir. Üzərindən aşkar olunmuş ümumilikdə 06 ədəd sellofan bükümlər və elektron tərəzi zərfə qoyularaq qablaşdırılmış, möhürlənmişdir. Bu barədə tərtib olunmuş protokolun doğruluğunu və zərfi imzası ilə təsdiq etmişdir. (Cild 1, iş vərəqləri 53-55; 166-169; 247-249, Cild 2, iş vərəqləri 125-126) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növü kimi qəbul etmək üçün tədqiq edir. Məhkəmədə şahid qismində dindirilmiş Abşeron RPİ-nin CAŞ kiçik əməliyyat müvəkkili, polis baş serjantı Şahid2 ifadəsində göstərdi ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. 05 sentyabr 2024-cü il tarixdə saat 17:00-18:00 radələrində Abşeron rayonunda Təqsirləndirilən şəxs saxlamış, özlərini ona təqdim etmişdirlər. Əməliyyat qrupu o, Şahid3 və Şahid1 ibarət idi. Təqsirləndirilən şəxsin üzərinə şəxsi axtarış keçirilmiş, aşkar olunmuş narkotik vasitələr qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs heç bir təzyiq göstərilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Abşeron RPİ-nin CAŞ kiçik inspektoru, polis baş serjantı Şahid3 ifadəsində göstərdi ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. 05 sentyabr 2024-cü il tarixdə Abşeron rayonunda Təqsirləndirilən şəxs saxlamış, özlərini ona təqdim etmişdirlər. Əməliyyat qrupu o, Şahid1 və Şahid2 daxil idi. Təqsirləndirilən şəxsin üzərinə Abşeron rayonunda saxlanıldığı yerdən bir qədər aralıda avtomobillərin sıxlığı ilə bağlı şəxsi axtarış keçirilmişdir. Aşkar olunmuş narkotik vasitələr qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs heç bir təzyiq göstərilməmişdir. 20 avqust 2024-cü ildə təqsirləndirilənin tutulmamsında iştirak etməmişdir. Təqsirləndirilən şəxs evinin dağıdılması halı baş verməmiş, orada iştirak etməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Biləsuvar rayon polis şöbəsinin CAB-nın əməliyyat müvəkkili, polis leytenantı Şahid5 ifadəsində göstərdi ki, 14 aprel 2024-cü il tarixdə Təqsirləndirilən şəxs Biləsuvar rayonunda saxlanılnışdır. Əməliyyat qrupunun digər üzvləri ilə birlikdə avtomobilə yaxınlaşaraq özlərini təqdim etmişdirlər. Onun idarə etdiyi avtomobildə narkotik vasitə və psixotrop maddə olma əsası ilə şübhəli bilindiyini izah etmişdirlər. Daha sonra hüquq və vəzifələri izah olunmuş, müdafiəçinin, təhqiqatçının iştirakı ilə nəqliyyata baxış keçirilmişdir. Üzərinə keçirilmiş şəxsi axtarış nəticəsində psixotrop maddə metamfetamin aşkar olunmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Biləsuvar rayon PŞ-nin KCMQ-nin baş əməliyyat müvəkkili Şahid4 ifadəsində göstərdi ki, 14 aprel 2024-cü il tarixdə saat 19:00 radələrində təqsirləndirilən şəxs barəsində daxil olmuş əməliyyat məlumatına əsasən Biləsuvar rayonunda saxlanılmışdır. Həmin gün təqsirləndirilən şəxsin anası ilə əlaqə saxlanılmışdır. Əməliyyat məlumatı narkotik vasitənin qanunsuz dövriyyəsi ilə bağlı olmuşdur. Həmin zaman Təqsirləndirilən şəxs “Toyota Corolla” markalı avtomobili idarə edirdi. Rayon üzrə polis idarəsinə dəvət olunmuş və üzrəindən psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Polis idarəsində videoçəkiliş aparıldı. Məhkəmədə şahid qismində dindirilmiş Abşeron RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid1 ifadəsində göstərdi ki, 05 sentyabr 2024-cü il tarixdə saat 17:00-18:00 radələrində Təqsirləndirilən şəxs barəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. Abşeron rayonunda Təqsirləndirilən şəxs saxlanılmışdır. Əməliyyat qrupuna o, Şahid3 və Şahid2 daxil idi. Təqsirləndirilən şəxsin saxlanıldığı yer ilə üzərinə baxış keçirib sənədləşdirmə aparılan yer ayrıdır. Günay mərasim evinin arxasında sənədləşdirmə aparıldı. Təqsirləndirilən şəxsin üzərinə şəxsi axtarış keçirildi. Üzərində mobil telefon və narkotik vasitələr aşkar olunmuş, qablaşdırılaraq götürülmüşdür. Üzərindən 4 bükümdə narkotik vasitə olan heroin və 2 bükümdə psixotrop maddə olan metamfetamin aşkar olunmuşdu. Təqsirləndirilən şəxs narkotik vasitədən istifadə etdiyini etiraf etmişdir. Təqsirləndirilən şəxs heç bir təzyiq göstərilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərdi ki, 14 aprel 2024-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi və üzərində daşınması ilə bağlı əməliyyat məlumatı olmuşdur. Biləsuvar rayonu, Xırmandalı kəndində olarkən saat 18:00-19:00 radələrində Toyota Corolla markalı “**-FR-***” dövlət qeydiyyat nişanlı avtomobil Biləsuvar rayon polis əməkdaşları tərəfindən saxlanılmış və baxış keçirilmişdi. O, yol post patrul xidmətinin əməkdaşı olmuş, baxışda iştirak etməmişdir. Təqsirləndirilən şəxs narkotik vasitə ilə bağlı heç bir məlumat verməmişdir. Videoçəkilişdən isə heç bir xəbəri yoxdur. Həmin an ********** saylı mobil nömrə istifadəsində idi. Təqsirləndirilən şəxsin saxlanıldığı yerlə polis şöbəsi arasında 5 km məsafə olmuşdur. Avtomobili əməliyyatçılar aparmışdır. Yanında kömək üçün iş yoldaşı Anar Rzayev əyləşmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Biləsuvar rayon polis şöbəsinin KTQ-nun baş inspektoru Şahid6 ifadəsində göstərdi ki, o Təqsirləndirilən şəxs saxlanılan zaman videoçəkiliş üçün çağırılmışdır. Üzərindən psixotrop maddə metamfetamin aşkar olunmuşdur. Dediyinə görə 20 gün əvvəl narkotik vasitəni Bakıdan tapmışdır. Avtomobilə baxış keçirilmiş və videoçəkiliş aparılmışdır. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunan Biləsuvar RPŞ-nin PPXB-nin polis nəfəri Şahid7 ifadəsində göstərmişdir ki, Şəki şəhəri, 20 Yanvar küçəsi, ev 15-də qeydiyyatda olmaqla Abşeron rayonu, Xırdalan şəhəri, Nizami küçəsi, döngə 2, ev 60-da yaşayan Təqsirləndirilən şəxs Biləsuvar rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə Biləsuvar rayon polis şöbəsinin Kibercinayətkarlıqia mübarizə qrupunun baş əməliyyat müvəkkili Şahid4 əməliyyat məlumatı daxil olmuşdur. Həmin əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs cinayət əməlini ifşa edilməsi üçün Şahid4 tərəfindən 14 aprel 2024-cü il tarixdə əməliyyat-axtarış tədbirləri keçirilməsi haqqında qərar qəbul edilmiş və həmin qərar əsasında əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun tərkibinə onunla yanaşı RPŞ-nin CAB-nın əməliyyat müvəkkili polis leytenantı Şahid5 və rayon polis şöbəsinin X7 bölməsinin inspektoru, polis serjantı Şahid8 daxil edilmişdir. Əməliyyat-axtarış tədbirləri keçirilməsi haqqında qərara uyğun olaraq 14 aprel 2024-cü il tarixdə saat 19:10 radələrində Təqsirləndirilən şəxs idarə etdiyi “Toyota Corolla” markalı **-FR-*** dövlət qeydiyyat nişanlı avtomobilə RPŞ-nin DYP-nin əməkdaşı Babək Əzimzadə tərəfindən Ələt-Astara yolunun Biləsuvar rayonu, Xırmandah kəndindən keçən hissəsində “Turist 5” kafesinin yaxınlığında “saxla” işarəsi verilmiş və saxlanılmışdır. Bundan sonra əməliyyat qrupunun digər üzvləri ilə birlikdə həmin avtomobilə yaxınlaşaraq özlərini təqdim edib gəlişlərinin səbəbini izah etmişlər və Təqsirləndirilən şəxs rayon polis şöbəsinə gətirmişlər. Təqsirləndirilən şəxs üzərində və idarə etdiyi avtomobildə narkotik vasitə və psixotrop maddə olması şübhəsi olduğundan bu barədə Şahid4 raportla şöbənin rəhbərliyinə məruzə etmişdir. O, bundan sonra xidməti vəzifələrinin icrasına davam etmişdir. (Cild 1, iş vərəqləri 205-207) Məhkəmədə şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərdi ki, 2024-cü ilin aprel ayında oğlu Təqsirləndirilən şəxs Biləsuvar Polis İdarəsində saxlanması barədə ona zəng gəlib. Zəng edən polis əməkdaşı ona yanında bir kişi ilə gəlməsini tələb etmişdir. O isə tək qadın olduğunu bildirib. Orxan ona gəlməməli olduğunu bildirmişdir. Bir müddət sonra Təqsirləndirilən şəxs ona zəng etmiş və ondan “102” xidmətinə zəng etməyini istəmişdir. Həmin an Təqsirləndirilən şəxs arxadan zərbə dəydiyini və telefonun yerə düşdüyünü hiss etmişdir. Müstəntiq telefonda ona oğlunu buraxacağını demişdir. O, 20 avqust 2024-cü ildə qonşusu ilə həkimə getmiş, daha sonra qonşunun qızı ona zəng etmiş, Orxanın polis əməkdaşları tərəfindən döyülərək avtomobilə mindirildiyini bildirmişdir. Evin yaxınlığında olan mağazanın qarşısından oğlunu tutub aparmışdılar. Bu hadisədən sonra polis əməkdaşı İntiqam adlı polis əməkdaşı ona zəng edib çağırmış, daha sonra narkotik vasitəni göstərərək oğlunun üzərində aşkar olunduğunu bildirmiş və 5000 manat pul istəmişdir. O qədər pulunun olmadığını bildirdikdə polis əməkdaşı 2500 manat pul istəmişdir. Daha sonra o, pulunun olmadığını və oğlunu tutmağını istəmişdir. Evə gəldikdən sonra qapı döyülmüş, həmin polis əməkdaşı 900 manat pul istəmişdir. O, 250 manat pul vermiş, polis əməkdaşları isə Orxandan 400 manat pul almışdırlar. Bu hadisədən sonra oğlunu məhkəmədə görmüşdür. 5 sentyabr 2024-cü il tarixdə İntiqam, Məhəmmədəli adlı və 2 nəfər digər polis əməkdaşı Orxanı gəlib evdən götürmüşlər. 5 sentyabr 2024-cü il tarixdə 8 nəfər polis əməkdaşı evə gəlmiş, evi dağıtmış, mebeli qırıbtökmüşdür. Polis əməkdaşları gələn zaman onu mətbəxə keçirmişdirlər. Məhəmmədəli adlı polis əməkdaşı əlində narkotik vasitə göstərib onun evindən aşkar olunduğunu bildirdi. Daha sonra evdən çıxıb gedən zaman ondan bir ədəd papaq və bir ədəd köynək istədilər. Bundan başqa Orxan maşınını satmış və pulu evə qoymuşdur. İntiqam evdəki pulu götürmüşdür. Bu hallar barədə prokurorluq orqanına müraciət etmiş, lakin nəticəsini görməmişdir. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş «şəxsi axtarış və götürmə haqqında» 14 aprel 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi zamanı əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən bir ədəd sellofana və siqaretin gümüşü kağızına bükülmüş bükülü və 1 ədəd “Redmi” markalı mobil telefonu təqdim etmişdir. Büküm açıldıqda içərisində psixotrop maddə metamfetaminə bənzər ağ kristal maddə aşkar olunmuşdur. (Cild 1, iş vərəqləri 124-125) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş «əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair» 05 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynində olan açıq rəngli cins şalvarının sol yan cibindən 02 ədəd şəffaf sellofan bükümdə metamfetaminə bənzər kütlərini, 04 ədəd şəffaf sellofan bükümdə heroinə bənzər kütləni, 01 ədəd «Rhotmans» markalı siqareti, tərəzini, şəxsiyyət vəsiqəsini, 01 ədəd Redmi markalı mobil telefonu təqdim etmişdir. (Cild 1, iş vərəqləri 6-7) «Şəxsi axtarış və götürmə haqqında» 14 aprel 2024-cü il tarixli və «əməliyyataxtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair» 05 sentyabr 2024-cü il tarixli protokollarda əks olunan əməliyyat-istintaq hərəkətləri videoçəkilişlə aparılmış və bununla bağlı disklər istintaq materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən həmin videogörüntülərin əks olunduğu disklərə məhkəmədə təqsirləndirilən şəxsin və digər proses iştirakçılarının iştirakları ilə baxılarkən müəyyən edildi ki, protokolda qeyd olunan hallar və aşkar olunmuş dəlillər tam olaraq videogörüntülərdə öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən 27 yanvar 2025-ci il tarixli «mobil telefona baxış keçirilməsi barədə» protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus 01 ədəd “Redmi Note 9 Pro” markalı mobil telefonunda olan məlumatlara baxış keçirilmiş, baxış zamanı «Whatsapp» proqramında olan yazışmalarından və səs yazılarından görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin, psixotrop maddələrin satışı və dövriyyəsi ilə məşğul olur. Bələ ki, həmin yazışma və səs yazılarında naməlum şəxs tərəfindən narkotik vasitələrin satışı ilə bağlı Təqsirləndirilən şəxs konkret tapşırıqlar verilir, o, isə bununla razılaşaraq narkotik vasitələrin satışında iştirak edəcəyini təsdiqləyir. (Cild 2, iş vərəqləri 67-77) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən "xxxx" MMC-dən daxil olan 01 ədəd diskdə Təqsirləndirilən şəxs məxsus mobil nömrəyə gələn və gedən “sms” mətnləri tədqiq edilərkən, narkotik vasitələrin qanunsuz dövriyyəsinə aid mətnlərin olması müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən məhkəmə-kimyəvi ekspertizasının 06 sentyabr 2024-cü il tarixli 3-16-16/2- 6/4479 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün № 56” möhür əksi, “Vət. Təqsirləndirilən şəxs götürülmüş maddi sübut” yazısı və s. soyadlar, imzalar olan zərfdəki 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,874qram; 0,879qram; ümumi təmiz çəkiləri 1,753qram ağ rəngli, kristal şəkilli maddə kütlələri kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir, 02 bükümdəki metamfetamin kütlələri kimyəvi komponent tərkibinə görə öz aralarında eynilik təşkil edirlər; 04 ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri 2,909 qram; 0,153 qram; 0,082 qram; 0,175 qram; ümumi təmiz çəkiləri 3,319 qram qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. 04 bükümdəki heroin kütlələri kimyəvi komponent tərkibinə görə öz aralarında eynilik təşkil edirlər. 01 ədəd gümüşü rəngli elektron tərəzinin səthində narkotik vasitə - heroinin izləri müəyyən edildi. Tərəzinin səthində heroin iz şəklində olduğundan təmiz çəkisinin müəyyən edilməsi və eyniləşdirmə üzrə tədqiqatın aparılması mümkün olmadı. (Cild 1, iş vərəqləri 34-38) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən məhkəmə-kimyəvi ekspertizasının 15 aprel 2024-cü il tarixli 3-16-16/2- 19/329 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bükülü....” sözlər və imzalar olan zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi: -1,447 qram olan ağ rəngli kristallardan ibarət maddə metamfetamindir. (Cild 1, iş vərəqləri 135- 138) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən məhkəmə narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 355 №-li rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və stimulyatorların qəbulundan yaranan asılılıq sindromu (polinarkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. (Cild 1, iş vərəq 220) Cinayət işi materiallarında olan “Maddi sübut kimi tanınma haqqında” 27 fevral 2025-ci il tarixli və “Sübutların qiymətləndirilməsi haqqında” 27 fevral 2025-ci il tarixli qərarlardan görünür ki, ekspertiza tədqiqatından sonra qalıq qalan 3,05 qram psixotrop maddə metamfetamin, 3,199 qram heroin 01 ədəd elektron tərəzi, 01 ədəd “Redmi Note 9 Pro” markalı mobil telefon maddi sübut kimi tanınaraq Abşeron RPİ-nin maddi sübutları saxlanc anbarına təhvil verilmişdir. 05 ədəd disk maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilmişdir. (Cild 2, iş vərəqləri 91-109) Məhkəmə, Təqsirləndirilən şəxs ümumiyyətlə narkotik vasitə istifadə etməməsi, polis əməkdaşları tərəfindən ona fiziki təzyiq göstərilməsi ilə bağlı ifadəsində göstərdiyi xüsusatları və gətirdiyi dəlilləri onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun ittiham olunduğu cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab etməklə belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Belə ki, cinayət işinin materiallarına əlavə edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasından 11 iyun 2025ci il tarixdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə daxil olmuş məktubdan və ona əlavə edilmiş tibbi kitabçanın surətindən görünür ki, Təqsirləndirilən şəxs adına açılmış tibbi kitabçasında olan məlumatlara əsasən, adı çəkilən şəxs xx.xx.2024-cü il tarixdə Bakı İstintaq təcridxanasına daxil olmuşdur. Təlimata uyğun olaraq ilkin tibbi müayinədən keçirilərkən, təqsirləndirilən şəxs həbs olunan zaman xəsarət aldığını bildirmiş, bədən baxışı zamanı yeni zədə və xəsarət izləri aşkar edilməmişdir. Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə 3 saylı İstintaq təcridxanasına daxil olmuş, saxlanıldığı müddətdə hər hansı bir zədə və xəsarət ilə bağlı TSH-nə müraciət etməmişdir. Bundan başqa, iş materiallarına əlavə edilən səs yazıları və yazışmalarla Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması konkret sübutlarla təsdiq olunmuşdur. Odur ki, verilmiş ittihamın tarixlərinə uyğun tutulan zamanı Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyülməsi və sair qanunsuz hərəkətlərə məruz qalması ilə bağlı iddiaları öz təsdiqini tapmamışdır. Məhkəmə müdafiə tərəfinin Təqsirləndirilən şəxs 20 avqust 2024-cü il tarixdə polislər tərəfindən tutularaq döyülməsi, ona xəsarət yetirilməsi və sair qanunsuz davranışa məruz qalması ilə bağlı iddialara münasibət bildirməklə qeyd edir ki, məhkəmə yalnız verilmiş ittiham daxilində təqsirləndirilən şəxs barəsində olan cinayət təqibinə mahiyyəti üzrə baxır. Təqsirləndirilən şəxsin əvvəlki tarixlərdə tutulması və ona qarşı qanunsuz hərəkətlərin edilməsi iddiası hazırkı ittihamla bağlı deyil və bununla bağlı şikayətlərlə bağlı hüquq mühafizə orqanlarına müraciət olunmalıdır. Məhkəmə həmçinin təqsirləndirilən şəxsin anasının ifadəsinə də tənqidi yanaşır və hesab edir ki, bu ifadə yaxın qohumun təqsirləndirilən şəxsin xeyrinə verdiyi ifadə kimi qiymətləndirilməlidir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin ibtidai istintaqın ilkin mərhələsində verdiyi ifadələr işin hallarına uyğun obyektiv ifadələr olduğu üçün sübut növü kimi qəbul edilməli, onun məhkəmədə verdiyi ifadələri isə özünü müdafiə vasitəsi kimi qiymətləndirilməlidir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin ittiham olunduğu cinayət əməllərini törətməsini tam sübuta yetirilmiş hesab edir. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» xx.xx.2024-cü il tarixli Qərarının izah və tövsiyyələrini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən, isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» xx.xx.2024-cü il tarixli, 8 №-li Qərarının 9-cu bəndində göstərilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayətlər olmaqla, təsnifata görə müvafiq olaraq az ağır və ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxsə qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayətlərin təkrar törədilməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi qəbul edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, cinayət işi materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış tələbnamədən və iş materiallarında olan, Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsindən daxil olmuş 10 oktyabr 2025-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. (Cild 1, iş vərəqləri 202- 203) Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 14 aprel 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 16 aprel 2024-cü il tarixli qərarı ilə barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmiş, 05 sentyabr 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Abşeron rayon məhkəməsinin 07 sentyabr 2024-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs müddətinin əvvəli tutulduğu tarixdən hesablanmışdır. Daha sonra həmin məhkəmənin 03 yanvar 2025-ci il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır.(Cild 1, iş vərəqləri Cild 2, iş vərəqləri 62- 66) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin tutulduğu 2 (iki) gün müddət ona təyin edilən cəza müddətinə hesablanmaqla çıxılmalı, təyin edilən azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı isə 05 sentyabr 2024-cü il tarixdən hesablanmalıdır. Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən təqsirləndirilən şəxsdə opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Odur ki, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edərək qeyd edir ki, iş üzrə bir ədəd elektron tərəzi xüsusi müsadirə edilməklə əvəzsiz olaraq dövlət nəfinə alınmalıdır. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, Abşeron RPİ-də saxlanılan 3,05 qram psixotrop maddə metamfetamin, 3,199 qram heroin məhv edilməli, 01 ədəd mobil telefon Təqsirləndirilən şəxs yaxın qohumlarından birinə qaytarılmalıdır. 05 ədəd disk iş materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 175 manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsin məhkəmədə müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun məhkəmədə hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin etdilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» xx.xx.2001ci il tarixli, 31 nömrəli Qərarına və həmin Qərara dəyişiklik edilməsi haqqında Nazirlər Kabinetinin 19 noyabr 2020-ci il tarixli, 452 nömrəli Qərarına görə müdafiəçinin (vəkilin) hüquqi yardımın göstərilməsi ilə bağlı təqdim etdiyi hesabata uyğun olaraq ödənilməli məbləğ cinayət prosesini həyata keçirən orqanın əsaslandırılmış qərarı əsasında dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Odur ki, məhkəmə mərhələsində təqsirləndirilən şəxsə göstərilən hüquqi yardımla bağlı müdafiəçiyə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» xx.xx.2024-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ona 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu Təqsirləndirilən şəxs qəti olaraq 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 14 aprel 2024-cü il tarixdən 16 aprel 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün ona təyin edilən azadlıqdan məhrum etmə müddətinə hesablanmaqla cəzadan çıxılsın və o, qəti olaraq 06 (altı) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 05 sentyabr 2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut olub Abşeron RPİ-də saxlanılan 3,05 qram çəkidə psixotrop maddə metamfetamin, 3,199 qram çəkidə heroin məhv edilsin, 01 ədəd elektron tərəzi xüsusi müsadirə edilərək əvəzsiz olaraq dövlət nəfinə alınsın. 01 ədəd mobil telefon Təqsirləndirilən şəxs yaxın qohumlarından birinə qaytarılsın. 05 ədəd disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 175 (yüz yetmiş beş) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-298/2025
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-298/2025
16.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver