Məhkəmə qərarları › İş №1(124)-299/2024

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-299/2024

02.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-299/2024 02.08.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: X5 (sədrlik edən), X1 və X2 ibarət tərkibdə, məhkəmə iclasının katibi X3 katibliyilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər – Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2, təqsirləndirilən şəxslər - Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, xx.xx.2005-ci ildə Şamaxı rayonu, Quşçu kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, Şamaxı rayonu, Quşçu kəndində qeydiyyatda olmaqla Şamaxı rayonu, Şəhriyar qəsəbəsində yaşayan və barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 və xx.xx.1995-ci ildə Şamaxı rayonu, Şəhriyar qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, işsiz, Şamaxı rayonu, Şəhriyar qəsəbəsində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmiş, saxlamış və daşımışlar. Belə ki, Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs2 və şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, sonuncunun satdığı külli miqdarda narkotik vasitələrin Təqsirləndirilən şəxs2lə birlikdə şəxsiyyəti istintaqa məlum olmayan şəxslərə çatdırılması xidmətini həyata keçirmək və bunun müqabilində satılacaq narkotik vasitədən müəyyən miqdarda mənfəət qismində gəlir əldə edəcəkləri barədə razılaşaraq, bununla bağlı satış məqsədilə külli miqdarda narkotik vasitəni qanunsuz olaraq əldə edib, saxlamaqla Şamaxı rayonu ərazisində Təqsirləndirilən şəxs2 vasitəsi ilə daşımış, 18 may 2023-cü il tarixdə, saat 18:20 radələrində Şamaxı rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Şamaxı rayonu, Sabir qəsəbə inzibati ərazisində yerləşən fəaliyyəti dayandırılmış çaxır zavodunun həyətindən tutularkən Təqsirləndirilən şəxs2 narkotik vasitəni atıb qaçsa da, özü narkotik vasitəni götürdükdən sonra saxlanılaraq rayon polis şöbəsinə gətirilməklə, həmin gün saat 19:40 radələrində rayon polis şöbəsinin inzibati binasında üzərində şəxsi axtarış aparılan zaman üzərində olan sellofan torbanın içərisindəki bükümdən külli miqdarda - 1003,7 (min üç tam onda yeddi) qram çəkidə qəhvəyi rəngli maddə - kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı ilə mobil telefon vasitəsilə əlaqə saxlayıb 18 may 2023-cü il tarixdə saat 18:20 radələrində sonuncu tərəfindən narkotik vasitənin qoyulduğu əraziyə Şamaxı rayonu, Sabir qəsəbə inzibati ərazisində yerləşən fəaliyyəti dayandırılmış şərab zavodunun ərazisinə gəldikdən sonra aralarında olan şifahi razılıq əsasında müəyyən edilmiş vəzifə bölgüsünə əsasən Təqsirləndirilən şəxs1 mobil telefonuna «WhatsApp» mobil tətbiqi vasitəsilə göndərilmiş narkotik vasitənin olduğu yerin dəqiq parametrlərini ona verib götürməsini bildirməklə bir ədəd sellofan paketdə olan bükümdə narkotik vasitə olan heroini götürüb əldə edib saxlayaraq daşımış, həmin ərazidə Şamaxı rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat axtarış tədbirləri zamanı qeyd olunan ərazidə, yəni Şamaxı rayonu, Sabir qəsəbəsində yerləşən fəaliyyəti dayandırılmış şərab zavodunun ərazisində saxlanılarkən, əlindəki narkotik vasitəni yerə ataraq ərazidən uzaqlaşıb Şamaxı rayonu, Şəhriyar qəsəbəsinə qayıtmış, Təqsirləndirilən şəxs1 Şamaxı rayon polis şöbəsinə gətirilməklə 18 may 2023-cü il tarixdə saat 19:40 radələrində rayon polis şöbəsinin inzibati binasında üzərində şəxsi axtarış aparılan zaman üzərində olan sellofan torbanın içərisindəki bükümdən külli miqdarda - 1003,7 (min üç tam onda yeddi) qram çəkidə qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 özünü Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilərək sərbəst ifadəsində bildirdi ki, tanımadığı İran İR vətəndaşı ona telefon vasitəsilə narkotik verib, onun həmin narkotiki satmağını təklif etmişdir. O da razılaşmışdır. Buna görə də 18 may 2023-cü ildə İranlı ilə olan söhbətini “Baba” adı ilə çağırdığı Təqsirləndirilən şəxs2lə görüşüb ona demişdir. Məhəmməd də bu təklifi qəbul etdiyindən onlar birlikdə həmin narkotiki götürməyə getmişdirlər. İranlının “WhatsApp” proqramı vasitəsilə göndərdiyi ünvana getmiş və ora qoyulan paketi götürmüşdür. Təqsirləndirilən şəxs2lə həmin yerdən çölə çıxarkən polis əməkdaşları gəlmiş və bu zaman Təqsirləndirilən şəxs2 onu qoyub qaçmış və o isə polis əməkdaşları ilə birlikdə şöbəyə getmişdir. Polis şöbəsində onun üzərinə vəkilin iştirakı ilə baxış keçirilərkən İranlının göndərdiyi 1 kq heroin aşkar olunub götürülmüşdür. O polisdə izahat verərək hər şeyi olduğu kimi danışmışdır. Bir gün sonra da “Baba” dediyi Təqsirləndirilən şəxs2 də polislər tutub şöbəyə gətirmişdilər. Təqsirləndirilən şəxs1 ona verilən sualları cavablandırarkən göstərdi ki, Təqsirləndirilən şəxs2lə bir qəsəbədə yaşamışdir və heç vaxt onunla birlikdə narkotik qəbul etməmişdir. İranlı ilk dəfə ona “WhatsApp”da yazmış və dəfələrlə ona narkotik satması ilə bağlı təkliflər etmişdir, lakin o, həmin təklifləri qəbul etməmiş, ilk dəfə tutulduğu gün narkotiki götürməyə getmişdir. Əslində 30 qram narkotiki özlərinə götürməli, 1 kq narkotiki isə iranlının dediyi yerə atmalı idilər. 30 qram narkotikin hamısı Təqsirləndirilən şəxs2 çatası idi. 30 qramdan nə qədərinin ona çatacağını əvvəlcədən danışmamışdırlar. İranlı “WhatsApp”da onunla yazışırmış, amma zənglə Təqsirləndirilən şəxs2lə danışmışdır. O, patı və otdan istifadə edirmiş. Polis əməkdaşları qaça-qaça gəlirmiş, bu vaxt Təqsirləndirilən şəxs2 “polislər” deyərək əlindəki paketi onun yanına atıb qaçmışdır. Əməlindən peşmandır, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir, Təqsirləndirilən şəxs2 də bu işdə əli olmuşdur. Təqsirləndirilən Təqsirləndirilən şəxs1 əməlindən peşman olduğunu bildirərək, məhkəmədən barəsində ədalətli qərar qəbul etməsini xahiş etdi. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 özünü Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə qismən təqsirli bilərək sərbəst ifadəsində göstərdi ki, 18 may 2023-cü il tarixində məhəllələrində oturduğu zaman Təqsirləndirilən şəxs1 ona yaxınlaşaraq demişdir ki, “iranlı mənə mal atıb, gedək onu götürək.” O da malın pulunu kimin verəcəyini soruşduqda Təqsirləndirilən şəxs1 iranlının onun tanışı olduğunu və pulu sonra verəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs1 ona demişdir ki, iranlı ona 30 qram əlavə də mal atıb, oradan ona istifadə üçün verəcək və onlar razılaşmışdırlar ki, həmin narkotikin pulunu Təqsirləndirilən şəxs1 sonra verəcək. Onlar sadəcə yolda maşında gedəndə Babalıyev Məhəmməd telefonu mikrofona qoymuş və iranlıya sadəcə “çatırıq” deməyini istəmiş, o da iranlı ilə sadəcə 7 saniyə danışmışdır. “WhatsApp”da Babalıyev Məhəmmədə 30 qram narkotikin şəkli atılsa da, göndərilən ünvana çatdıqda orada böyük bir bükümün olduğunu görmüş və Təqsirləndirilən şəxs1 30 qram mal atılacığını, lakin bu bükümün niyə böyük olduğunu soruşduqda, Təqsirləndirilən şəxs1 malın bu olduğunu demiş, o isə razılaşmadığını və həmin malı istəmədiyini bildirmişdir. Bir az mübahisə etdikdən sonra o başqa haqq-hesab olduğunu başa düşmüş və oradan çıxıb evinə getmişdir. 1 gün sonra Təqsirləndirilən şəxs1 tutulduğunu eşitmiş, sonra onu da polis əməkdaşları tutub Şamaxı RPŞ-nə aparmışdırlar. Təqsirləndirilən şəxs2 ona verilən sualları cavablandırarkən bildirdi ki, əslində həmin yerə 30 qram narkotik üçün getmişdilər. Babalıyev ona deyibmiş ki, həmin 30 qramdan ona 1 qram istifadə üçün verəcək, o da pulunu sonra verəcəkmiş. Yük maşını sürücüsü işləyir, təqribi ***-**** manat qazanırmış, anasıgillə yaşayırmış. Tutulana qədər təqribi iki il olarmış ki, həm metamfetamin, həm də heroin istifadə edirmiş. Günə 0.2 və ya 0.3, aya 5 qram istifadə edir, 1 qramın 60 manata alırmış. “WhatsApp”da Babalıyev Məhəmmədə göndərilən ünvana getdikdə o, həmin bükümü görməmiş, harda olduğunu Babalıyev demişdir. Başa düşmüşdür ki, ona yalan danışılıb, polis gəlməmiş çıxıb getmişdir. O, çox olan narkotik paketini gördükdə ağzı açıq imiş, amma heç əlini vurmadan çıxıb getmişdir, ümumiyyətlə, həmin gün polis görməmişdir. Babalıyev Məhəmməd düzgün ifadə verməmişdir, aralarında heç bir ədavət olmamışdır. Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmə istintaqı zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, sonuncunun məhkəməyədək icraat dövründə müdafiəçinin də iştirakı ilə verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş, Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsində ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək istintaq zamanı verdiyi ifadəsində törətdiyi cinayət əməlini qismən etiraf edərək göstərmişdir ki, o, əvvəllər narkotik vasitə istifadə etmişdir. 18 may 2023-cü il tarixdə, təxminən saat 17:00 radələrində Şamaxı rayonu, Şəhriyar qəsəbəsi ərazisində yerləşən orta məktəbin yaxınlığında olan zaman Səid adı ilə tanıdığı Təqsirləndirilən şəxs1 onu görüb yaxınlaşmış, salamlaşıb söhbətləşmiş, söhbət zamanı Təqsirləndirilən şəxs1 ona İranlı tanışı olduğunu və “Whatsapp” ani mesajlaşma proqramı vasitəsilə danışdıqlarını demişdir. İranlı şəxs Məhəmmədə 30 qram narkotik vasitə olan heroin göndərəcəyini demiş, həmin vaxt Məhəmməd ona narkotik vasitəni gedib götürməyi təklif etmişdir. O, Təqsirləndirilən şəxs1 həmin 30 qramdan nə qədərinin ona çatacağını soruşmuş, Məhəmməd də cavabında 30 qram heroinin hamısını ona verəcəyini demişdir. Bundan sonra o, Məhəmmədlə razılaşmış və Təqsirləndirilən şəxs1 “Whatsapp” vasitəsilə tanışı kimi qələmə verdiyi İran İslam Respublikası vətəndaşı ilə yazışmağa başlamışdır. Həmin vaxt o da həmin şəxsə səs göndərmişdir. Danışdıqdan sonra onlar İran İslam Respublikası vətəndaşına məkan məlumatlarını göndərməsini demiş, həmin şəxs də məkanı göndərmişdir. Həmin vaxt onlar məkan məlumatlarına baxan zaman həmin yerin Şamaxı rayonu, M.Ə.Sabir qəsəbəsi ərazisində yerləşən fəaliyyətini dayandırmış şərab zavodunun həyəti olduğunu görmüşlər. Buna görə də, həmin tarixdə təxminən saat 18:00 radələrində narkotik vasitə olan heroini götürməyə getmək məqsədilə taksi tapmaq üçün qəsəbənin çıxış hissəsinə getmiş və təxminən bir neçə dəqiqə keçdikdən sonra Şəhriyar qəsəbə sakini olan Şahid6 idarə etdiyi “Vaz 2107 markalı, **-CC-*** dövlət qeydiyyat nömrəli maşınla gəldiyini görmüş və Rəşada avtomobili dayandırması üçün əl ilə İşarə etmiş sonra isə Rəşad avtomobili dayandırmışdır. Həmin vaxt o, Rəşada yaxınlaşmış və onları Şamaxı rayonu, Sabir qəsəbəsi yaxınlığında yerləşən “Qayalı” marketin yanına aparmasını xahiş etmiş və Rəşadla qeyd etdiyi yerə onları aparması qarşılığında 04 (dörd) manata razılaşmışdır. Bundan sonra onlar avtomobilə minib yola düşmüş, Şamaxı rayonu Sabir qəsəbəsi istiqamətində “Qayalı” marketi keçdikdən sonra hazırda fəaliyyətini dayandırmış şərab zavoduna gedən yoldan bir qədər keçdikdən sonra o, Rəşada avtomobili dayandırmasını demişdir. Rəşad avtomobili dayandırdıqdan sonra o, Rəşada 04 (dörd) manat vermiş və avtomobildən düşmüşlər. Təxminən saat 18:20 radələrində Rəşad oradan uzaqlaşıb ona məlum olmayan istiqamətə getmişdir. Bundan sonra o və Məhəmməd piyada şəkildə zavodun həyətinə daxil olmuş, sonra şəkildə göstərilən fəaliyyətini dayandırmış şərab zavodunun həyətində yerləşən tikiliyə tərəf getmişlər. Tikilinin qarşısına çatdıqdan sonra o, tikiliyə daxil olub taxtaların altına qoyulmuş 01 (bir) ədəd sellofan paketi götürmüş, sellofan paketi götürdükdən sonra paketin ağır olduğunu hiss etmiş və Məhəmmədə, burada 30 qramdan çox olduğunu demişdir. Məhəmməd isə cavabında bildiyini, göndərilən paketin həmin paket olduğunu demişdir. Bundan sonra onlar birlikdə tikilidən uzaqlaşıb zavodun həyəti ilə yol kənarına doğru getməyə başlamış, həmin vaxt onlara mülkü geyimdə polis əməkdaşları yaxınlaşmışdır. O, həmin şəxsləri görən kimi onların polis əməkdaşları olduğunu hiss etmiş və əlindəki sellofan paketi yerə atıb, qaçaraq uzaqlaşıb yaşadığı evə getmişdir. Bir gün gözlədikdən sonra polis əməkdaşlarının onu axtarmadığını düşünüb 19 may 2023-cü il tarixdə saat 12:30 radələrində Şamaxı rayonu, Şəhriyar qəsəbəsi ərazisində yerləşən yaşadığı evdən küçəyə çıxmış, həmin vaxt mülki geyimdə olan polis əməkdaşları ona yaxınlaşıb Şamaxı rayon polis şöbəsinə dəvət etmiş və o, Şamaxı rayon polis şöbəsinə getmişdir. Şamaxı rayon polis şöbəsinin inzibati binasında mobil telefonla video görüntüyə çəkilməklə onun üzərinə baxış keçirilmiş, üzərinə baxış keçirilərkən üzərində hər hansı narkotik vasitə aşkar olunmamışdır. Həmin vaxt o, 18 may 2023-cü il tarixdə Səid adı ilə tanıdığı Təqsirləndirilən şəxs1 ilə birlikdə narkotik vasitə olan heroini götürmək üçün Şamaxı rayonu, M.Ə. Sabir qəsəbəsi ərazisində yerləşən fəaliyyətini dayandırmış şərab zavodunun həyətinə getdiyini və narkotik vasitə olan heroini götürdüyünü və polis əməkdaşlarını gördüyü üçün heroini yerə atıb qaçdığını etiraf etmişdir. Bununla əlaqədar protokol tərtib edilmiş, həmin protokolu o, vəkil və baxışda iştirak edən polis əməkdaşları imzalamışdır. Onun istifadəsində bir neçə mobil nömrə vardır, lakin həmin mobil nömrələrdən istifadə etmir. Həmin şəxsin isə Təqsirləndirilən şəxs1 mobil nömrəsini sonuncunun deməsinə görə İran vətəndaşı Məhəmmədin nömrəsini “İnstagram” sosial şəbəkəsi vasitəsilə tapmışdır. Onun həmin İran İslam Respublikası vətəndaşı ilə narkotik vasitənin satışı barədə birbaşa razılıqları olmamışdır, ona Təqsirləndirilən şəxs1 narkotik vasitəni götürməyi təklif etmişdir. Bundan sonra həmin narkotik vasitəni İran vətəndaşının göndərəcəyindən məlumatı olmuş, aralarındakı razılaşmaya görə o və Təqsirləndirilən şəxs1 həmin şəxsin narkotik vasitəni qoyduğu yerdən götürəcəkdilər. Buna görə də, Təqsirləndirilən şəxs1 ona 30 qram heroin verəcəkdi. O və Təqsirləndirilən şəxs1 əldə etdikləri narkotik vasitə ilə bağlı İran İslam Respublikası vətəndaşına pul verməyəcəkdilər, onlar sadəcə İran vətəndaşının dediyi narkotik vasitəni götürəcəkdilər. Bunun müqabilində həmin şəxsə onlar heç bir pul verməyi öhdələrinə götürməmişlər, nə ona, nə də Məhəmmədi Babaliyevə ödəniş üçün hər hansı kart göndərilməmişdir. Onun narkotik vasitəni götürməkdə qazancı narkotik vasitəni götürdükdən sonra Məhəmməd ona 30 qram heroin verəcək idi. Eyni zamanda, o özü həmin şəxsə kart nömrəsi bildirməmişdir. Məhkəməyədək icraat zamanı verdiyi ifadəsi elan olunduqdan sonra təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq bildirdi ki, o, polislərin gəldiyini görməmişdir, paketə əl vurmamışdır, həmin yerdən qaçmamış, normal çıxıb getmişdir. Elan edilən ifadəni təzyiqlərə məruz qaldığından vermişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə tədqiq edib qiymətləndirməklə sübut növü kimi qəbul edir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsini müdafiə edərək göstərdi ki, 18 may 2023-cü il tarixdə Şamaxı rayonu, Şəhriyar qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs1 qanunsuz olaraq üzərində narkotik vasitənin saxlaması ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında həmin gün axşamüstü təxminən saat 6-7 radələrində əvvəllər Şamaxı RPŞ-də əməliyyat müvəkkili vəzifəsində çalışan Şahid1lə birlikdə Şamaxı rayonunda yerləşən fəaliyyəti dayandırılmış şərab zavodunun həyətində piyada gedən Təqsirləndirilən şəxs1 yaxınlaşmışlar. Həmin vaxt Təqsirləndirilən şəxs1 yanında şəxsiyyəti daha sonra məlum olan Təqsirləndirilən şəxs2 da olmasını və sonuncunun əlində 01 (bir) ədəd sellofan paketə bükülmüş büküm olduğunu görmüşlər. Onlar həmin şəxslərə yaxınlaşan zaman Təqsirləndirilən şəxs2 əlindəki sellofan paketi yerə atıb qaçmış, Təqsirləndirilən şəxs1 isə hadisə yerindən qaçmağa çalışsa da, qaça bilməmişdir. Təqsirləndirilən şəxs1 saxladıqdan sonra özlərini təqdim etmişlər və Təqsirləndirilən şəxs1 suala cavab olaraq Təqsirləndirilən şəxs2 yerə atdığı sellofan paketin onlara məxsus olduğunu bildirmişdir. Daha sonra ona üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirmişlər və Təqsirləndirilən şəxs1lə birlikdə Şamaxı RPŞ-nə getmişlər. Şamaxı RPŞ-nin inzibati binasında mobil telefonla videogörüntüyə çəkilməklə Təqsirləndirilən şəxs1 üzərinə və əlindəki 01 (bir) ədəd sellofan paketə bükülmüş bükümə baxış keçirilmiş, baxış keçirilən zaman Təqsirləndirilən şəxs1 üzərindən hər hansı narkotik vasitə aşkar olunmasa da, onun əlindəki 01 (bir) ədəd sellofan paketin içərisindən, 1 kiloqramdan artıq narkotik vasitə olan heroinə oxşar kütlə aşkar edilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsini müdafiə edərək ifadəsində göstərdi ki, 18 may 2023-cü il tarixdə Təqsirləndirilən şəxs1 ilə birlikdə Şamaxı rayonu, M.Ə.Sabir qəsəbəsi ərazisində yerləşən fəaliyyətini dayandırmış şərab zavodunun həyətindəki tikilidən narkotik vasitə olan heroin əldə etmiş, lakin həmin vaxt polis əməkdaşlarını gördüyü üçün hadisə yerindən qaçmış Təqsirləndirilən şəxs2 saxlanılıb Şamaxı rayon polis şöbəsinə gətirilməsi üçün o və əməliyyat müvəkkili Şahid1 Hüseyn oğlu tərəfindən 19 may 2023-cü il tarixdə əməliyyat axtarış tədbirləri keçirilmiş və həmin tarixdə saat 13 radələrində Təqsirləndirilən şəxs2 Şamaxı rayonu, Şəhriyar qəsəbəsi ərazisində saxlanılaraq, hadisə ilə bağlı Şamaxı rayon polis şöbəsinə dəvət etmişdirlər. Təqsirləndirilən şəxs2 etiraz etməyib onlarla birlikdə rayon polis şöbəsinə gəlmişdir. Bundan sonra RPŞ-nin inzibati binasında mobil telefonla videogörüntüyə çəkilməklə Təqsirləndirilən şəxs2 üzərinə baxış keçirilmişdir. Baxış keçirilən zaman Təqsirləndirilən şəxs2 üzərindən hər hansı narkotik vasitə aşkar olunmamışdır. Baxış zamanı Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 tanıdığını və sonuncu ilə birlikdə narkotik vasitə olan heroini götürmək məqsədilə 18 may 2023- cü il tarixdə hadisə yerinə getdiklərini etiraf etmişdir. Təqsirləndirilən şəxs2 heç bir təzyiq və təsir olunmamışdır. Məhkəmə iclasında iştirak etməyən Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmiş və onun həmin ifadəsi ilə Şahid2 və Şahid3 ifadələrində göstərdikləri xüsusatlar bir daha öz təsdiqini tapmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsini müdafiə edərək göstərdi ki, 18 may 2023-cü il tarixdə təxminən saat 19:00 radələrində Şamaxı rayon polis şöbəsinin inzibati binasında postda olmuş, ona Şamaxı rayonu, Şəhriyar qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs1 üzərində qanunsuz narkotik vasitə gəzdirməsi ilə bağlı həmin şəxsin rayon polis şöbəsinə gətirilməsi ilə bağlı üzərinə baxış keçiriləcəyini və baxış zamanı mobil telefon vasitəsilə videogörüntüyə almağı ondan xahiş etmişlər, o, da buna görə RPŞ-nin inzibati binasında Təqsirləndirilən şəxs1 üzərinə baxış keçirilmə anını mobil telefonla videogörüntüyə çəkməyə başlamışdır. Baxış keçirilən zaman Təqsirləndirilən şəxs1 üzərindən hər hansı narkotik vasitə aşkar olunmasa da, sonuncunun əlindəki 01 (bir) ədəd sellofan paketin içərisindən açıq qəhvəyi rəngli, narkotik vasitə olan heroinə oxşar kütlə aşkar edilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs1 həmin narkotik vasitəni “Whatsapp" vasitəsilə özünü İran İslam Respublikası vətəndaşı kimi təqdim edən tanımadığı şəxs tərəfindən məkan göndərilməsi yolu ilə Şamaxı rayonu, Şəhriyar qəsəbə sakini tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə tapıb əldə etdiklərini, sonuncuları hadisə yerinə hadisədən xəbərsiz olan Şamaxı rayonu, Şəhriyar qəsəbə sakini, taksi fəaliyyəti ilə məşğul olan Şahid6 idarə etdiyi avtomobil ilə gətirdiyini bildirmişdir. O, əməliyyat tədbirində iştirak etməmiş, yalnız şəxsi axtarışda olmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadəsini müdafiə edərək göstərdi ki, 19 may 2023-cü il tarixdə təxminən saat 13:00 radələrində Şamaxı rayon polis şöbəsinin inzibati binasında postda olmuş, həmin vaxt ona Şamaxı rayonu, Şəhriyar qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs2 üzərində qanunsuz narkotik vasitə gəzdirməsi ilə bağlı həmin şəxsin rayon polis şöbəsinə gətirilməsi ilə bağlı üzərinə baxış keçiriləcəyini və baxış zamanı mobil telefon vasitəsilə videogörüntüyə almağı ondan xahiş edilmiş, o, da buna görə RPŞ-nin inzibati binasında Təqsirləndirilən şəxs2 üzərinə baxış keçirilə anını mobil telefonla videogörüntüyə çəkməyə başlamışdır. Baxış keçirilən zaman Təqsirləndirilən şəxs2 üzərindən hər hansı narkotik vasitə aşkar olunmamışdır. Baxış zamanı Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 tanıdığını və sonuncu ilə birlikdə narkotik vasitə olan heroini götürmək məqsədilə 18 may 2023-cü il tarixdə hadisə yerinə getdiklərini etiraf etmişdir. O, əməliyyat tədbirində iştirak etməmişdir. Məhkəmədə ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmiş Şahid6 həmin ifadəsində göstərmişdir ki, o, rayon ərazisində taksi fəaliyyəti ilə məşğul olmaqla ailəsini dolandırır. O, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Şamaxı rayonu, Şəhriyar qəsəbə sakinləri kimi tanımaqla, həmin şəxslərlə bir qəsəbə sakini kimi normal münasibətlərinin olduğunu bildirmişdir. 18 may 2023-cü il tarixdə təxminən saat 18:00 radələrində Şamaxı şəhəri, S.Ə.Şirvani küçəsində yerləşən “VİP” marketə getmək məqsədilə özünə məxsus olan “Vaz 2107" markalı, **-CC-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərək Şəhriyar qəsəbəsi ərazisində hərəkət edərkən Təqsirləndirilən şəxs2 ilə Təqsirləndirilən şəxs1 yol kənarında olmalarını görmüş, həmin vaxt Təqsirləndirilən şəxs2 ona əl ilə işarə etmişdir. O da həmin şəxslərin Şamaxı şəhərinə getdiklərini düşünüb avtomobili dayandırmış, Təqsirləndirilən şəxs2 ona yaxınlaşıb, onları Şamaxı rayonu, Sabir qəsəbəsi yaxınlığında yerləşən “Qayalı” marketin yaxınlığına aparmalarını xahiş etmiş, o da Təqsirləndirilən şəxs2 ilə dediyi istiqamətə aparmaq üçün 04 (dörd) manata razılaşmışdır. Hər ikisi avtomobilə mindikdən sonra onları “Qayalı" marketin qarşısında yolun Sabir qəsəbəsi istiqamətində hazırda fəaliyyətini dayandırmış şərab zavodunun qarşısından bir qədər keçdikdən sonra onları düşürdüb 04 (dörd) manat pulunu almış və oradan uzaqlaşmışdır. O, onları düşürdükdən az sonra polis əməkdaşları yaxınlaşaraq Təqsirləndirilən şəxs2 ilə Təqsirləndirilən şəxs1 qanunsuz narkotik vasitələrin dövriyyəsi ilə məşğul olduqlarını bildirmiş və onu da rayon polis şöbəsinə dəvət etmişlər. Rayon polis şöbəsində onun üzərinə və avtomobilinə baxış keçrilmiş, nə üzərində, nə də avtomobilində hər hansı bir qanunsuz vasitə və ya əşya aşkar olunmamışdır. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən xx.xx.2023-cü il tarixli raportdan görünür ki, xx.xx.2005-ci ildə Şamaxı rayonu, Quşçu kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, Şamaxı rayonu, Quşçu kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs1 qanunsuz olaraq narkotik vasitə saxlaması və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən xx.xx.2023-cü il tarixli raportdan görünür ki, üzərində qanunsuz olaraq narkotik vasitələrin saxlamasında və narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün Şamaxı rayonu, Quşçu kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs1 keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Şamaxı RPŞ-nə xx.xx.2023-cü il tarixdə gətirilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən xx.xx.2023-cü il tarixdə tərtib edilmiş “şəxsi axtarış və götürmə haqqında” protokoldan görünür ki, 18 may 2023-cü il tarixdə saat, 19:40-dan başlayaraq Təqsirləndirilən şəxs1 üzərində videoçəkilişdən istifadə edilməklə vəkilin və polis əməkdaşlarının iştirakları ilə şəxsi axtarış aparılmış və sellofan torbaya bükülmüş 01 (bir) ədəd büküm müəyyən edilərək götürülmüş, həmin sellofan torbada olan kütlə müvafiq qaydada qablaşdırılaraq möhürlənmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən 19 may 2023-cü il tarixdə tərtib edilmiş şəxsi axtarış və götürmə aparılması barədə protokoldan görünür ki, 19 may 2023-cü il tarixdə saat 13:20-dən başlayaraq Təqsirləndirilən şəxs2 üzərində videoçəkilişdən istifadə edilməklə vəkilin və polis əməkdaşlarının iştirakları ilə şəxsi axtarış aparılmış, baxış zamanı onun üzərindən narkotik vasitə, qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Şəxsi axtarış keçirilməsi zamanı qeydə alınmış video görüntünü özündə əks etdirən disk məhkəmə iclasında nümayiş etdirilərkən yuxarıda protokolda qeyd edilənlər və cinayət işi üzrə şahid qismində dindirilmiş polis əməkdaşlarının məhkəmədə ifadələrində göstərdikləri xüsusatlar bir daha öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş xx.xx.2023-cü il tarixli raportdan görünür ki, keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs2 Şamaxı RPŞ-nə gətirilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş xx.xx.2023-cü il tarixdə tərtib edilmiş “şəxsi axtarış və götürmə haqqında” protokoldan görünür ki, 19 may 2023-cü il tarixdə, saat 13:20-dən başlayaraq Təqsirləndirilən şəxs2 üzərində videoçəkilişdən istifadə edilməklə vəkilin və polis əməkdaşlarının iştirakları ilə şəxsi axtarış aparılmış, baxış zamanı onun üzərindən narkotik vasitə, qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Şəxsi axtarış keçirilməsi zamanı qeydə alınmış video görüntünü özündə əks etdirən disk məhkəmə iclasında nümayiş etdirilərkən yuxarıda protokolda qeyd edilənlər və cinayət işi üzrə şahid qismində dindirilmiş polis əməkdaşlarının məhkəmədə ifadələrində göstərdikləri xüsusatlar bir daha öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “üzləşdirmə aparılması haqqında” protokoldan görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzləşdirilmiş və üzləşdirmə zamanı hər ikisi ifadələrində dediklərini bir-birlərinin üzünə qarşı söyləmişdirlər. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş 20 may 2023-cü il tarixdə tərtib edilmiş mobil telefona baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 məxsus olan “Samsung Galaxy E3” markalı mobil telefonun qara rəngli olması, “smartfon” funksiyalı, sensorlu (ekrana toxunuşla işləyən) mobil telefon olması müəyyən edildi. Mobil telefon işə salınaraq funksiyalarına baxıldıqda, zənglər siyahısının və mesajlar siyahısında iş üzrə əhəmiyyət kəsb edən hər hansısa bir məlumat müəyyən edilmədi. Eləcə də, telefondakı “WhatsApp" sosial mesajlaşma proqramına baxıldıqda həmin proqramda Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarxində saat 14:56dan etibarən İran İslam Respublikası vətəndaşına məxsus adı qeyd olunmayan +98-***- ***-**-** mobil nömrəsinə yazışdığı və bir-birinə səs, yazılı mesaj göndərdiyi müəyyən edilir. Həmçinin Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 mobil nömrəsi ilə İran vətəndaşına səs yazısı göndərməsi müəyyən edilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs1 bildirmişdir ki, ona məxsus olan mobil telefon vasitəsilə “WhatsApp" sosial mesajlaşma proqramı ilə tanımadığı İran İslam Respublikası vətəndaşı ilə mesajlaşmanı və 47, 06, 02, 06, 09, 04, 01, 12, 21,02 saniyəlik səs yazılarını onun göndərdiyini, qalan 07 saniyəlik səs yazısını isə Təqsirləndirilən şəxs2 göndərdiyini bildirmişdir. Təqsirləndirilən şəxs2 həmin vaxt Təqsirləndirilən şəxs1 dediklərini təstiq edərək 07 saniyəlik səs yazısını İran vətəndaşına onun göndərdiyini bildirmişdir. Həmçinin mobil telefonun «Vatsap» mobil tətbiqinə baxıldıqda həmin tətbiqdə narkotik vasitələrin satışı ilə bağlı yazışmaların olması müşahidə edilir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 istifadəsində olan «**********52» mobil nömrəsinə aid “Yer dəyişdirmə” adlı fayl açıldıqda içərisində səhifələr və anten dairələri müəyyən edilmiş, xx.xx.2023-cü il tarixli anten dairələrinə baxış keçirən zaman müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 məxsus anten dairələri müxtəlif ünvanlarda əks edilmişdir: Həmin anten məlumatlarında Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs2 18 may 2023-cü il tarixdə saat 18:23 radələrində Şamaxı rayonu, Sabir qəsəbə ərazisində olmaları öz əksini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş “təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsini hadisə yerində göstərərək təsdiq etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş “təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsini hadisə yerində göstərərək təsdiq etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş məhkəmə fiziki-kimyəvi ekspertizasının 19 may-2023-cü il tarixli “6/2910” nömrəli rəyində göstərilmişdir ki, “Tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş .... sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 1003,7 (min üç tam onda yeddi) qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi tərəfindən verilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli “3766” nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs1 OPİOİDLƏRİN və Psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının tətbiq edilməsi barədə” Qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəslərə məcburi müalicə qaydalarının 3.1 bəndinə uyğun olaraq hal-hazırda Təqsirləndirilən şəxs1 18 yaşına çatmamış şəxs kimi narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi tərəfindən verilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli “4271” nömrəli rəyində göstərilmişdir ki, Müayinə zamanı Təqsirləndirilən şəxs2 OPİOİDLƏRİN və Psixostimulyatorların qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X6 Hüquqi Şəxs tərəfindən verilmiş məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2023-cü il tarixli, 1654 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 hazırda hər hansı bir Psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs1 həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs1 ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs1 hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs1 məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs1 təlqinə qapılmağa və özündən uydurmağa meyillilik halları müşahidə edilmədi. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X6 Hüquqi Şəxs tərəfindən verilmiş məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2023-cü il tarixli, 1849 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 hazırda hər hansı bir Psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs2 həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs2 ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs2 hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs2 məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs2 təlqinə qapılmağa və özündən uydurmağa meyillilik halları müşahidə edilmədi. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əldə etdikləri narkotik vasitə olan heroini kimdən və nə məqsədlə alması, həmin şəxslərin hazırki vaxtadək kimlərəsə narkotik vasitə satıbsatmamasını və digər halların müəyyən edilməsi üçün iş üzrə verilmiş əməliyyat tapşırığına Şamaxı RPŞ-nin CAB-dan daxil olmuş cavab məktubundan göstərilmişdir ki, “Şamaxı RPŞ-nin əməkdaşları tərəfindən əməliyyat tapşırığında göstərilən xüsusatlarla bağlı bir sıra istiqamətlərdə əməliyyat-axtarış tədbirləri keçirilmiş və müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs2 aşkar olunmuş narkotik vasitəni satış məqsədi ilə əldə etmişdirlər. Həmçinin, əlavə əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə baxmayaraq, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əldə etdikləri narkotik vasitənin mənbəsi 18 may 2023-cü il tarixdə konkret olaraq harada olmaları, kimlərlə görüşmələri, kimlərlə əlaqə saxlamaları, Şamaxı rayonu, Sabir qəsəbəsi ərazisində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əldə etdikləri fəaliyyətini dayandırmış şərab zavodunun həyətində və həmin ərazinin ətrafında müşahidə kameralarının olması, aşkar edilmiş narkotik vasitənin əldə edilmə mənbəyi, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin narkotik vasitəni istintaqa məlum olmayan.. İran İslam Respublikası vətəndaşından xx.xx.2023-cü il tarixində əldə etmələrindən kimlərin məlumatı olması, həmin narkotik vasitənin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əldə etmələri və üzərlərində saxlamaları ilə bağlı əvvəlcədən məlumatlı şəxslərin olması, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Şamaxı rayonu və ətraf ərazilərdə, narkotik vasitələrdən istifadə edən hər hansı şəxslərlə əlaqə saxlamaları müəyyən edilməmişdir. Həmçinin Təqsirləndirilən şəxs1 "xxxx" MMC-yə aid ***-***-**-**, Təqsirləndirilən şəxs2 "xxxx" MMC-yə aid 050- 839-84-65, ***-***-**-**, "xxxx" MMC-yə aid ***-***-**-**, ***-***-**-** saylı mobil telefon nömrələrindən istifadə etmələri müəyyən edilmişdir”. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 üzərindən götürülmüş narkotik vasitə olan heroinin əldə edilmə mənbəyinin müəyyən edilməsi və təqsirləndirilən şəxslərin ifadələrində həmin narkotik vasitəni həmin yerə adını bilmədikləri İran İslam Respublikası vətəndaşının qoymasını bildirməsilə əlaqədar olaraq həmin şəxsin şəxsiyyəti və digər məlumatlarının müəyyən edilməsi ilə əlaqədar olaraq cinayət işinin materiallarından ayrıca cinayət işi ayrılaraq həmin cinayət işinə ********* nömrəsi qoyularaq icraata qəbul edilməklə ibtidai istintaqı aparılır. Cinayət işinin materiallarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilib götürülmüş qalıq çəkisi - 1003,6 qram olan narkotik vasitə heroin maddi sübut kimi tanınmaqla Şamaxı RPŞ-nin maddi sübutların saxlanılması anbarında saxlanılır. Cinayət işinin materiallarında olan Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər Nəsimi Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 185.2.1-ci maddəsi ilə təqsirli bilinib 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına, Şamaxı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsi ilə təqsirli bilinib aylıq qazancının 10 faizi dövlət gəlirlərinə tutulmaqla 01 il 05 ay 24 gün islah işləri cəzasına məhkum edilmiş və sonuncu dəfə o, Şamaxı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nİn 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 07 (yeddi) ay 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Şamaxı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs2 cəzası 01 (bir) il 02 (iki) ay 21 (iyirmi bir) gün azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmişdir. Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya qərarının 4-cü bəndinə əsasən Təqsirləndirilən şəxs2 cəzası 06 (altı) ay azaldılmışdır. Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci ildə cəzasının sonu ilə azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.2.-ci maddəsinə əsasən, azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 məhkumluğu xx.xx.2023-cü il tarixdə ödənildiyindən, hazırkı cinayət əməlini törədərkən o məhkumluğu olmayan şəxs hesab olunur. Yuxarıda göstərilən sübutların məcmusuna və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilirlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışı dəqiq və birmənalı şəkildə müəyyənləşdirilmişdir. Qeyd olunan Qanunun həmin maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Məhkəmə təqsirləndirilən şəxslərin əməlinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli qərarının, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahıları”nın konkret müddəalarını rəhbər tutmuşdur. İstintaq orqanı təqsirləndirilən şəxslərin əməlinə hüquqi qiymət verərkən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli Qərarının 9-cu bəndinə istinad edərək göstərmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onların törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətlərini, cəzanı yüngülləşdirən halların olmasını, cəzanı ağırlaşdıran halların olmamasını, o cümlədən onları səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onların islah olunmalarına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 cinayət əməlini törədərkən yetkinlik yaşına çatmamasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.2-ci maddəsinə əsasən, törətdiyi cinayət əməlini səmimi etiraf etməsini və peşmançılığını isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır və onun cəzasını ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı bildirdiklərinə gəldikdə isə məhkəmə kollegiyası təqsirləndirilən şəxs tərəfindən göstərilənlərə tənqidi yanaşır və qeyd edir ki, həmin xüsusatlar iş materialları ilə öz təsdiqini tapmamışdır. Belə ki, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı, sadəcə 30 qram narkotik götürmək məqsədilə hadisə yerinə getməsi, hadisə yerində heroinin 30 qramdan artıq olduğunu bildikdə polislər gəlmədən öncə hadisə yerindən çıxıb getməsi ilə bağlı bildirdiklərinə gəldikdə isə məhkəmə kollegiyası təqsirləndirilən şəxs tərəfindən göstərilənlərə tənqidi yanaşır və qeyd edir ki, həmin xüsusatlar iş materialları ilə öz təsdiqini tapmamışdır. Belə ki, Təqsirləndirilən şəxs2 bildirdikləri digər təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, həmçinin üzləşdirmə protokolu, ifadələrin yerində yoxlanılması protokolu və digər biri digərinə uyğun gələn mötəbər sübutlarla təkzib edilmişdir. Odur ki, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı dövründə qeyd etdiklərinə müdafiə xarakterli ifadə kimi yanaşır, onun cinayət işi üzrə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilməsinə dair verdiyi ifadəsini cinayət məsuliyyətindən yaxa qurtarmaq, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirir və onun törətdiyi cinayət əməlinin şahid ifadələri və iş materiallarında olan digər sübutlarla öz təsdiqini tapdığını qeyd edir. Təqsirləndirilən şəxslər Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidirlər, cinayət məsuliyyətindən və cəzadan azad olunmaları üçün əsaslar yoxdur. Onların əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Odur ki, onlara qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxslər barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs1 əməlində cəzanı yüngülləşdirən halların olmasını, həmçinin cəzanı ağırlaşdıran halların olmamasını, Təqsirləndirilən şəxs2 əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, o cümlədən törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq təqsirləndirilən şəxslərə təqsirli bilindikləri maddələrin (CM-nin 234.4.1 və 234.4.3) sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs1 18 may 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 20 may 2023-cü il tarixdə barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” növündə qətimkan tədbiri seçilmiş, məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxs barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı 02 (iki) gün müddət ona təyin edilən cəza müddətinə hesablanmaqla çıxılmalı, təyin edilən azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı isə hökmün elan olunduğu və təqsirləndirilən şəxsin məhkəmə iclas zalında həbsə alındığı tarixdən hesablanmalıdır. Məhkəmə təqsirləndirilən şəxsin barəsində məhkəməyədək icraat zamanı seçilmiş və məhkəmənin hazırlıq iclasının müvafiq qərarına əsasən dəyişdirilmədən saxlanılmış “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” növündə qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 barəsində azadlıqdan məhrum etmə ilə əlaqədar cəza təyin edildiyindən və təyin olunan cəza çəkilməli olduğundan qeyd olunan qətimkan tədbiri dəyişdirilib “həbs” qətimkan tədbiri ilə əvəz olunmalı, Təqsirləndirilən şəxs1 məhkəmə iclas zalından dərhal həbsə alınmalı və cəza çəkməsinin əvvəli hökmün elan olunduğu tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs2 19 may 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Şamaxı Rayon Məhkəməsinin 20 may 2023-cü il tarixli qərarı ilə barəsində 04 (dörd) ay müddətinə “həbs” növündə qətimkan tədbiri seçilmiş, məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 19 may 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkomaniya xəstəliyinin əlamətləri aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacları vardır. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmaları məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi, təqsirləndiirlən şəxs Təqsirləndirilən şəxs1 artıq yetkinlik yaşına çatdığını və təqsirləndirilən şəxslərə narkomaniyadan məcburi müalicəyə ehtiyacının olmasını və təqsirləndirilən şəxslərin ərazi narkoloji dispanserində qeydiyyata alınmalı olduğunu nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza çəkdikləri müddət ərzində barələrində Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və onlar ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdırlar. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edərək qeyd edir ki, iş üzrə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, Şamaxı RPŞ-nin maddi sübutların saxlanılması anbarında saxlanılan ekspertiza tədqiqatından sonra qalan 1003,6 qram olan narkotik vasitə heroin məhv edilməli və iş materiallarında olan 06 (altı) ədəd “DVD” formatlı disk hazırki cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 40,5 (qırx manat əlli qəpik) manat və Təqsirləndirilən şəxs2 40,5 (qırx manat əlli qəpik) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, HÖKMETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs1 18 may 2023-cü il tarixdən 20 may 2023-cü il tarixədək tutulduğu 02 (iki) gün müddət cəzasına hesablanmaqla çıxılsın və üzərində 06 (altı il) 05 (beş) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və onun cəzaçəkmə müddətinin başlanğıcı hökmün elan olunduğu 02 avqust 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından həbsə alınsın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasına yerləşdirilməsi üçün Sumqayıt Şəhər Polis İdarəsinin Müvəqqəti Saxlama Yerinin məhkəmədə xidmət aparan polis əməkdaşlarına təhvil verilsin. Təqsirləndirilən şəxs1 barəsində narkomaniyadan məcburi müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər tətbiq olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və onun cəzaçəkmə müddətinin başlanğıcı 19 may 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 barəsində narkomaniyadan məcburi müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər tətbiq olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olub Şamaxı RPŞ-də saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1003,6 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan 06 ədəd diskin iş materiallarında saxlanılması nəzərə alınsın. Təqsirləndirilən şəxs1 40,5 (qırx manat əlli qəpik) manat və Təqsirləndirilən şəxs2 40,5 (qırx manat əlli qəpik) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surətinin onlara verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar