Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-299/2025 07.01.2026 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X13 Nizami oğlunun sədrliyi, X9 və X3 ibarət tərkibdə, Məhkəmə iclas katibi - Feyzullazadə Əli Elşən oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxx 1996-cı ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Ağdam rayonu Tərneft kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşamış, barəsində Ağdam rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilməklə hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 5 saylı məhkəmə iclas zalında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 2024-cü ilin may ayının sonlarında şəxsiyyəti istintaqa məlum olmayan Rza adlı İran İslam Respublikası vətəndaşının 300 manat müqabilində Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən “Lake” adlı otelin yaxınlığında qoydurduğu 3,809 qram çəkidə, külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini götürüb satış məqsədilə qanunsuz əldə edərək daşımış və saxlamış, həmin psixotrop maddə metamfetaminin 1,467 qram çəkidə hissəsini 100 manat müqabilində 2024-cü ilin may ayının sonlarında Ağdam rayonu, İmamqulubəyli kəndində yaşayan tanışı Şahid1 taksi fəaliyyəti ilə məşğul olan istintaqla müəyyən edilməmiş şəxs vasitəsilə göndərməklə, qalan 2,342 qram çəkidə hissəsini isə 100 manat müqabilində 07 iyun 2024-cü il tarixdə Ağdam rayonu, Quzanlı qəsəbəsində yerləşən “Mədəniyyət evi”nin qarşısında Şahid1 satmış, 08 iyun 2024-cü il tarixdə Şahid1 Ağdam RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Ağdam rayonu, Quzanlı qəsəbəsi ərazisində saxlanılaraq rayon polis şöbəsinin inzibati binasına gətirilib, orada həmin gün saat 20:35-dən 20:57-yə kimi onun üzərində şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən “Sobranie” adlı siqaret qutusunun içərisində üzəri qırmızı rəngli yapışqanlı lentlə sarınmış həmin 2 (iki) ədəd şəffaf polietilen kəsiyi bükümlərində ayrı-ayrılıqda çəkiləri 1,467 qram və 2,342 qram olmaqla, ümumilikdə 3,809 qram çəkidə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən 2024-cü ilin iyun ayının əvvəllərində şəxsiyyəti istintaqa məlum olmayan Rza adlı İran İslam Respublikasının vətəndaşının 500 manat müqabilində Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi ərazisində qoydurduğu 41,787 qram çəkidə, külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini, 246,19 qram çəkidə bitki mənşəli, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı, 1,292 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini və 09 ədəd qəhvəyi rəngli dairəvi formalı üzərlərində "F/M 40” yazısı həkk olunmuş metadon təsiredici maddəsinin ümumi miqdarı 0,36 qram təşkil edən dərman həblərini götürüb satış məqsədilə qanunsuz əldə edərək, yaşadığı ünvan 4-ə daşıyıb hissələrə ayıraraq, 28 ədəd bükümlərdə ayrı-ayrılıqda çəkiləri 0,374 qram, 2,204 qram, 9,183 qram, 1,552 qram, 0,644 qram, 1,555 qram, 1,636 qram, 0,753 qram, 0,576 qram, 1,597 qram, 0,599 qram, 1,653 qram, 0,697 qram, 1,756 qram, 0,623 qram, 0,726 qram, 1,615 qram, 0,716 qram, 1,663 qram, 1,563 qram, 1,022 qram, 1,552 qram, 0,763 qram, 0,630 qram, 0,735 qram, 0,633 qram, 0,617 qram 0,742 qram, ümumilikdə 38,379 qram psixotrop maddə metamfetamini, 05 ədəd bükümlərdə ayrı-ayrılıqda çəkiləri 232,70 qram, 3,51 qram, 0,78 qram, 0,23 qram, 8,97 qram, ümumilikdə 246,19 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı, 01 ədəd bükümdə 1,292 qram çəkidə narkotik vasitə heroini, 8 ədəd bütöv və bir ədəd iki hissəyə bölünmüş, ümumilikdə 09 ədəd qəhvəyi rəngli dairəvi formalı üzərlərində “F/M 40” yazısı həkk olunmuş metadon təsiredici maddəsinin ümumi miqdarı 0,36 qram təşkil edən dərman həblərini yaşadığı mənzildə saxlamış, psixotrop maddə metamfetaminin 3,408 qram çəkidə hissəsini isə istifadəsində olan “Khazar LX” markalı ** LE *** dövlət qeydiyyat nişanlı avtomobilin qol altında olan saxlanc yerində saxlamış və Ağdam rayonuna daşımış, 08 iyun 2024-cü il tarixdə Ağdam RPŞ-nin əməkdaşları tərəfindən rayon polis şöbəsinin həyətində olan Təqsirləndirilən şəxs istifadəsindəki “Khazar LX” markalı ** LE *** dövlət qeydiyyat nişanlı avtomobilə saat 19:13-dən 19:38-ə kimi baxış keçirilən zaman avtomobilin qol altında olan saxlanc yerindən həmin 3,408 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, əməliyyat tədbirinin davamı kimi 09 iyun 2024-cü il tarixdə saat 03:16-dan 04:33-ə kimi onun yaşadığı qeyd edilən Abşeron rayonu, Masazır qəsəbəsi, "Yeni Bakı” yaşayış kompleksi, bina 27, mənzil 24-ə keçirilmiş baxış zamanı mənzilin qonaq otağındakı divanın alt hissəsində həmin 28 ədəd bükümlərdə ümumilikdə 38,379 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 05 ədəd bükümlərdə ümumilikdə 246,19 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, 01 ədəd bükümdə 1,292 qram çəkidə narkotik vasitə heroin, təsiredici maddəsinin ümumi miqdarı 0,36 qram təşkil edən 8 ədəd bütöv və bir ədəd iki hissəyə bölünmüş, ümumilikdə 09 ədəd narkotik vasitə metadon həbləri, üzərində narkotik vasitə heroin izləri olan 01 ədəd qara rəngli plastik qaşıq, 01 ədəd yaşıl rəngli kəsici alət, 02 ədəd burulmuş şəkildə bir manat pul əskinazları, 01 ədəd burulmuş şəkildə yarıya bölünmüş 100 dollar pul əskinazına oxşar kağız kəsiyi, 02 ədəd üzərində qəhvəyi rəngli izləri olan “gümüşü” rəngli falqa kəsikləri, 01 ədəd burulmuş şəkildə üzərində sarımtıl izlər olan ağ rəngli kağız parçası və 01 ədəd gümüşü rəngli tərəzi aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.2 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək sərbəst ifadəsində və ona verilən sualları cavablandırarkən bildirdi ki, o, özü Masazırda yaşamış və Sədərəkdə işləmişdir. Onun atası da sənətkardır. Həmin günə münasibətdə anten məlumatları çıxarılsa dediklərinin həqiqət olduğunu bilinəcəkdir. Həmin günü iki dəfə ailə üzvlərilə danışmışdır. Ağdama gedəcəkmiş. Orada xırda bir söz-söhbət olmuşdur. Qardaşının arxasınca Ağdam rayon Polis Şöbəsinə getmişdir. O, qardaşı ilə nə üçün belə danışdıqlarını soruşanda onu Növbətçi Hissənin arxasına söhbətə çağırmışlar. Rəisin müavini də orada olmuşdur. Deyəsən, orada Rəşad adlı şəxs də olmuşdur. Orada olanda atasının gözü qarşısında ona təzyiq etmişlər. Onun dişini də qırmışlar. Hazırda dişini də düzəltdirə bilməmişdir. Elə qırıq vəziyyətdə qalmışdır. Gəncə şəhərində ekspertizada olmuşdur. Ekspertizada heç onun xəsarətlərinə baxmamışlar. Ondan “sən filankəsin bacısı oğlu deyilsən” deyə soruşanda ona “nə olsun ki, mən həmin şəxsin bacısı oğluyam” demişdir. Həmin dediyi şəxslə həmin əməkdaş bir yerdə kurs yoldaşı olmuşlar. Onun qarşısına imza çəkməsi üçün kağız gətirmişlər. İmza çəkmədiyi təqdirdə onun atasını da, qardaşını da onunla birgə yükləyəcəklərini demişlər. Ona “buna imza çək və burada söhbət bağlansın” demişdir. Onlara “qardaşım ilə atamı” burax demişdir. Ona “onda səni 234.1-ci maddəsi ilə rəsmiləşdirəcəyik” demişlər. O, özü narkotik vasitələrdən istifadə etmişdir. O, üzərində narkotik ola-ola avtomobilini idarə edərək Ağdam rayon Polis Şöbəsinə getməmişdir. Daha sonra onu Masazıra gətirmişlər. Evə qoyduqlarından onun heç bir xəbəri yoxdur. Narkotik vasitələrdən istifadə etsə də, üzərində narkotik olmamışdır. Onun həmin gün ailə üzvlərilə danışığı olmuşdur. Özü dördyol adlanan yerdən avtomobili idarə edərək Ağdam rayon Polis Şöbəsinə getmişdir. Şahid1la bir yerdə narkotik qəbul etmişlər. Bir yerdə alaraq bir yerdə istifadə etmişlər. O, Şahid1 narkotik satmamışdır. O saxlanılmamışdan əvvəl narkotik vasitələrdən istifadə etmişdir. Heroindən və marixuanadan istifadə etmişdir. Əvvəllər onun məhkumluğum olmamışdır. Saxlanıldığı tarix dəqiq yadında deyildir. 2024-cü ilin iyun ayında saxlanılmışdır. Onu kimsə saxlamamışdır. Özü Ağdam rayon Polis İdarəsinə gəlmişdir. O, qardaşını Ağdam rayon Polis İdarəsindən çıxarmaq üçün oraya getmişdir. Onun qardaşını Ağdam rayon Polis İdarəsinin əməkdaşları tutmuşlar. Nişanlısı da yanında olmuşdur. Qardaşının arxasınca getmişlər. 50 manat cərimə yazaraq qardaşını buraxmışlar. Onun qardaşına “atana get denən ki, 102 xidmətinə etmiş olduğu müraciəti geri çəksin və 2 min manat gətirsin məni buraxsınlar”. Özü orada qalmışdır. Səhəri günü saat doqquza yaxın rəisin ikinci müavini Rəşad onu yanına çağırmışdır. Telefonunun kodunu açmağını istəmişdir. Telefonunda şəxsi şəkillər olduğunu demişdir. Ona “sənin şəxsi heç bir şeyinə baxmayacağıq” demişlər. Telefonun kilidini açmışdır. Daha sonra ona “narkomansan” deyə şillə vurmuşdur. Ona “sənin qardaşın da buradadır. Sənin arxanca gəlmişdi. Ona sənin yoldaşın da, atan da buradadır” demişdir. Ona “əlində bir büküm göstərərək bura imza çəkirsən. İmza çəkdiyin təqdirdə yoldaşının üniversitetinə də problem yaratmayacağıq” demişlər. Onun qardaşına da problem yaratmayacaqlarını demişlər. O “imza çəkirəm və onları buraxın getsinlər” demişdir. Onun telefonunda narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı heç bir mesaj olmamışdır. Onun telefonuna nə etdiklərini bilməmişdir. Onun narkotiklə bağlı mesajları olmamışdır. Bir dənə dostu ilə bir yerdə çəkməkləri ilə bağlı sms olmuşdur. Həmin mesajları da silmişdir. Dostu ilə “görüşək bir yerdə narkotikdən istifadə edək” deyə sms olmuşdur. Onun əmisi Rizvan müəllimlə kurs yoldaşı olmuşdur. Yəqin ki, onların arasında ədavət olduğu üçün onunla bu formada münasibət olmuşdur. Rizvan müəllim ondan “Əvəzin bacısı oğlusan” deyə soruşmuşdur. O da bacısı oğlu olduğunu demişdir. Qolunu sıxmışlar. Üzərinə çıxmışlar. Ona alçaldıcı sözlər demişlər. O, dayısı Əvəzlə ədavətinin olmasına görə onu narkotiklə yüklədiklərini düşünmüşdür. O, şöbəyə gedəndə atasına zəng edib qardaşını polislərin tutduğunu bildirmişdir. Atasına ora gəldiyini bildirmişdir. Oraya gedəndə atasının polislərlə söhbət etdiyini görmüşdür. Ona atasına münasibətdə ağsaqqal kişidi deyə təzyiq etmişdir. Onun avtomobilində, ümumiyyətlə, narkotik vasitə olmamışdır. Onunla ilk olaraq 234.1-ci maddəsi ilə rəsmiləşdirmək barədə danışmışlar. Ona bükümü göstərərək xırda bir şeydir demişlər. Onlar narkotiki onun avtomobilindən çıxarmışlar. Ondan əvvəl oraya iki avtomobil getmişdir. İkinci avtomobildə evə onu aparmışlar. Sonradan götürüb onu evə aparmışlar ki, guya onun evində narkotik vardır. Onun nə evindən, nə də avtomobilindən aşkar edilən narkotik ona aid olmuşdur. Özü narkotikdən istifadə etdiyini boynuna almışdır. Həmin günü də narkotikdən istifadə etmişdir. Sanksiya məhkəməsində narkotikin ona aid olmadığını demişdir. Ondan sonra məsələni məhkəmədə aydınlaşdıracağını demişdir. O, ikinci dəfə sanksiya məhkəməsində narkotikin ona aid olmadığını demişdir. Ağdamda olarkən narkotikin ona məxsus olmadığını deməmişdir. Gəncə MSY-dən Abşeron MSY-yə onu keçirdəndə belə narkotikin ona məxsus olmadığını demişdir. Ona hədə-qorxu gəldiklərinə görə birinci sanksiya məhkəməsində avtomobilindən və evindən aşkar edilən narkotikin ona məxsus olmadığını deməmişdir. Onun nişanlısı BDU-da oxuyurmuş. Onu nişanlısı ilə hədələmişlər. Ona görə deməmişdir. 7 iyun tarixdə Ağdam rayon Polis Şöbəsinə getmişdir. O, Ağdam rayon Polis Şöbəsində sərxoşluğunun müəyyən edilməsi məqsədi ilə təcili tibbi yardım çağırmışlar. Spirtli içki içməyini yoxlamışlar və sıfır çıxmışdır. Gəncədə olarkən narkotikdən istifadə etməyini yoxlamışlar. Ağdamda olarkən heç bir akt tərtib olunmamışdır. Ağdam rayon Polis İdarəsinə girmişdir. Daha sonra sola dönmüşdür. Həmin günün səhəri onu MSY-yə salmışlar. Həmin günü onunla birgə qardaşını da MSY-yə salmışlar. Qardaşını da sonradan buraxmışlar. Yeddisi axşam saatlarında MSY-də olmuşdur. Səkkizi çəkiliş olmuşdur. Avtomobilə baxış keçirilmişdir. Günorta saatları baxış keçirmişlər. Videoçəkilişdə iştirak edən şəxslərin adlarını bilməmişdir. İki serjant, bir vəkil və bir də çəkilişi aparan şəxs olmuşdur. Başqa şəxs olub-olmamasını, Rizvan müəllimin orada olub-olmamasını xatırlamamışdır. Onun başı avtomobildə nəsə axtarıb tapa biləcəklərmi deyə qarışıq olmuşdur. Birinci demişlər ki, “avtomobildə narkotik yoxdur”. Sonradan narkotik sürətlər qutusunun yanında çıxmışdır. Ona birinci avtomobilin saxlanc yerində narkotik olduğunu demişdir. Avtomobilin saxlanc yerində narkotik olmamışdır. Narkotiki özləri aşkar etmişlər. Avtomobildə aşkar edilən narkotik vasitə ona məxsus olmamışdır. O, narkotikdən istifadə edən biri olmuşdur. Çəkdiyinə görə hazırda da peşmandır. Amma ona verilən ittiham üzrə özünü təqsirli hesab etməmişdir. Onun qardaşını da, onu da polis idarəsində saxladılarına görə atası 102 xidmətinə müraciət etmişdir. Atasını döymüşlər. 102 xidməti də Ağdam rayon Polis İdarəsinin əməkdaşlarını narahat etmişdir. Ondan sonra “qardaşına 50 manat cərimə yazaraq buraxırıq” demişlər. Qardaşına “sən çıx get və atana denən ki, 102 xidmətinə etdikləri müraciətləri dayandırsın” demişlər. Onu da buraxacaqlarını demişlər. Onun atası 102 xidmətinə zəng etməkdən imtina etməmişdir. Deyəsən, imtina etməmişdir. Onun sağında bir nəfər oturmuşdur. Solunda bir adam oturmuşdur. Qoluna qandal vurulmuşdur. O, ortada oturmuşdur. O, vəziyyətdə onu Masazıra gətirmişlər. Müvəqqəti kirayədə yaşadığı evə gətirmişlər. Onu oraya gətirmişlər. Orada olarkən Rizvan müəllim orada olmuşdur. Eyni zamanda müdafiəçi orada olmuşdur. Orada olarkən də yoldaşının səsini eşitmişdir. Ona “orada aşkar edilən narkotiklər sənindir” demişlər. Onun evinin açarı avtomobildə olmuşdur. Avtomobilin açarının üzərində evinin açarı olmuşdur. Avtomobilin açarı da avtomobildə olmuşdur. Oradan kim və necə açarı götürməsini o bilməmişdir. Deyəsən, kirayədə yaşadığı mənzilin qapısını Rizvan müəllim açmışdır. Mənzilin açarı polis əməkdaşlarında olmuşdur. X25 xanımla mübahisə etmişdir. Ola bilsin ki, mübahisə zamanı yüksək səslə danışmışdır. Qardaşını isə sonradan gələrək aparmışlar. Çəkilşi Şahid5 özü aparmışdır. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, təxminən bir ildən artıqdır ki, Bakı şəhərində və Abşeron rayonunda müxtəlif ünvanlarda kirayənişin yaşamışdır. Sonuncu yaşayış yeri isə ünvan 4 ünvanı olmuşdur. O, təxminən 2021-ci ildən başlayaraq narkotik vasitələrin və psixotrop maddələrin qəbuluyla məşğul olur. Təxminən 2023-cü ilin ortalarında Bakı şəhərində taksi fəaliyyəti ilə məşğul olduğu zaman avtomobilində sərnişin qismində əyləşmiş özünü 2 saylı psixatrik xəstəxananın işçisi kimi təqdim edən və Bakı şəhəri, Binəqədi rayonu ərazisində yaşadığını bildirən, təxminən 27-28 yaşlarında olan Rauf adlı şəxslə söhbət zamanı sonuncu ona İran vətəndaşına aid olduğunu bildirdiyi +**********70 saylı mobil nömrə söyləyərək həmin mobil nömrə ilə "WhatsApp” ani mesajlaşma sistemi vasitəsilə əlaqə saxlaya biləcəyini və həmin şəxsin söyləyəcəyi kart hesabına pul köçürməklə həmin şəxsdən narkotik maddələr əldə edə biləcəyini bildirmişdir. O, bundan sonra özünü İran İslam Respublikası vətəndaşı kimi təqdim edən “Rza” adlı şəxslə +**********70 saylı mobil nömrəylə “WhatsApp” ani mesajlaşma sistemi vasitəsilə əlaqə saxlayaraq müxtəlif vaxtlarda həmin şəxsin ona söylədiyi kart hesabına müxtəlif məbləğdə pullar köçürərək həmin şəxsin “WhatsApp” ani mesajlaşma sistemi vasitəsilə göndərdiyi məkana gedib həmin yerdən sifariş etdiyi narkotik vasitələri və psixotrop maddələri götürmüşdür. Təxminən 2024-cü ilin may ayının sonlarında tanımadığı İran vətəndaşına aid +**********70 saylı mobil nömrəylə özünün istifadəsində olan 051 *** ** ** saylı mobil nömrədən istifadə etməklə “WhatsApp” ani mesajlaşma sistemi vasitəsilə mesajlaşarkən həmin şəxs ona məkan göndərərək həmin məkanda 05 qram çəkisində psixotrop maddə metamfetamin və yanında bir miqdar, təxminən 3-4 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana olmasını bildirmiş, həmin məkana daxil olan zaman məkanda göstərilən ərazinin Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən “Lake” adlı otelin yaxınlığında olmasını görmüş, bundan sonra həmin məkana gedib orada olan psixotrop maddə metamfetamini və narkotik vasitə qurudulmuş marixuananı götürmüş, bunun müqabilində həmin şəxsin kart hesabına 300 manat pul göndərmişdir. Həmin ərəfədə Ağdam rayonu Quzanlı qəsəbəsində yaşayan “Cəbi” ləqəbli tanışım Şahid1 mobil telefonla zəng edərək ondan təxminən 5 qram ölçüdə “patı” adıyla tanınan metamfetamin, digər bir tanışı üçün 60 manat dəyərində qurudulmuş marixuana verməsini xahiş etmiş, o, Ələmdara təxminən 2 qram metamfetamin göndərə biləcəyini, qalanını isə sonradan verə biləcəyini bildirmişdir. Belə ki, əldə etdiyi 05 qram psixotrop maddə metamfetamindən 02 qramını Ələmdara verməyi, qalanını isə özü istifadə etməyi fikirləşmişdir. Həmin vaxt Şahid1 onun Leo banka aid 5411 2498 0138 3808 seriya nömrəli kartımn 100 manat pul köçürmüş, o, bunun qarşılığında ertəsi gün Ələmdara tanımadığı taksi sürücüsü vasitəsiylə dovşan yeminin arasında 01 ədəd qırmızı bükümdə psixotrop maddə olan metamfetamin göndərmişdir. 2024- cü ilin iyun ayının əvvəllərində İran İslam Respublikası vətəndaşı kimi təqdim edən “Rza” adlı şəxsin ona söylədiyi kart hesabına təxminən 500 manat pul köçürmüş, həmin mobil nömrədən “WhatsApp” ani mesajlaşma sistemi vasitəsilə göndərilən məkana gedib oradan, yəni Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində dəqiq xatırlamadığı ünvana gedib oradan bir ədəd sellofan torbanı götürmüşdür. Həmin sellofan torbanın içərisinə baxdıqda sellofan torbanın içərisində “nəşə” adıyla tanıdığı qurudulmuş marixuana olduğunu, eləcə də, həmin qurudulmuş marixuananın arasında digər bir ədəd sellofan bükülü olduğunu, həmin bükülünün içərisində isə “patı” adıyla tanıdığım metamfetamin olduğunu, bundan başqa orada üzərində “Methadon40” yazılan konvolyutda metadon həbləri və bir bükümdə “kokos” adlanan tanıdığı heroin olduğunu görmüşdür. O, həmin bükülüləri götürüb ünvan 4 ünvanında yaşadığı evə aparmış, həmin qurudulmuş marixuananı və metamfetamini üzərində aparmışdır. xx.xx.2024-cü il tarixdə günorta saatlarında istifadəsində olan 051 *** ** ** mobil nömrədən Şahid1 istifadəsində olan 050 *** ** ** saylı mobil nömrəyə zəng edərək həmin gün Bakı şəhərindən Ağdam rayonuna gələcəyini, Ələmdara əvvəlcədən istəmiş olduğu “patı” adıyla tanınan metamfetamin və “nəşə” adlanan qurudulmuş marixuana gətirə biləcəyini bildirib bunun üçün Leo banka aid 5411 2498 0138 3808 seriya nömrəli kartıma 100 manat pul köçürməli olduğunu bildirmişdir. Ələmdar həmin gün günortadan sonra dəqiq xatırlamadığı vaxtda onun Leo banka aid 5411 2498 0138 3808 nömrəli kart hesabına 100 manat pul köçürmüş, o, daha sonra Şahid1 zəng edərək pulun çatdığını və narkotik maddələri həmin gün çatdıracağını bildirmişdir. O, bundan sonra xx.xx.2024-cü il tarixdə günorta saatlarında valideynlərini ziyarət etmək məqsədi ilə Ağdam rayonu Quzanlı qəsəbəsi ərazisinə gəlmişdir. xx.xx.2024-cü il tarixdə saat 22:30 radələrində Ağdam rayonu Quzanlı qəsəbəsində “Mədəniyyət evi”nin qarşısında Şahid1la görüşüb 2024-cü ilin may ayının sonlarında əldə etdiyi 05 qram psixotrop maddə metamfetamindən qalıq qalan 01 ədəd qırmızı bükümdə olan metamfetamini və 01 ədəd sellofan bükümdə olan qurudulmuş marixuananı Ələmdara vermişdir. Həmin vaxt Ələmdara 01 büküm metamfetamin üçün kartına köçürdüyü 100 manatdan əlavə 60 manat da qurudulmuş marixuana üçün pul verməli olduğunu bildirmiş və Ələmdardan nağd şəkildə 60 manat da almışdır. Şahid1 satdığı metamfetamin təxminən 03 qram çəkidə və marixuana isə təxminən 3-4 qram çəkidə olmuşdur. Belə ki, Şahid1 ondan ümumilikdə təxminən 5 qram metamfetamin istəmiş, o isə həmin metamfetaminin bir qismini may ayının sonlarında tanımadığı taksi sürücüsü vasitəsiylə dovşan yeminin arasında göndərmiş, digər qismini isə xx.xx.2024-cü il tarixdə saat 22:30 radələrində Ağdam rayonu Quzanlı qəsəbəsində “Mədəniyyət evi”nin qarşısında Şahid1 vermişdir. xx.xx.2024-cü il tarixdə saat 23 radələrində şifahi icarə əsasında və sürücülük etibarnaməsi ilə idarə etdiyi “Khazar” markalı, **-LE-*** dövlət qeydiyyat nişanlı avtomobillə Ağdam rayonu Quzanlı qəsəbəsi ərazisində qardaşı Şahid10 və arvadı X14 ilə gəzərkən Ağdam rayonu Quzanlı qəsəbəsi ərazisində arvadı Sevincin onu qısqanmasından əsəbləşərək uca səslə mübahisə edən zaman qardaşı Vüqara irad bildirmişdir. Həmin vaxt kənardan bir nəfər cavan oğlan ona yaxınlaşaraq mübahisəni başqa yerdə gedib etməyi tələb etmişdir. Daha sonra bir nəfər yaşlı kişi oraya gəlib sakitləşdirməyə çalışmışdır. Bundan sonra o, oradan aralanaraq arvadı Sevinclə birlikdə Ağdam rayonu Quzanlı qəsəbəsində atası X10 yaşadığı ünvana getmişdir. Həmin vaxt qardaşı Şahid10 da idarə etdiyi avtomobillə arxalarınca gəlmişdir. Onlar Ağdam rayonu Quzanlı qəsəbəsində atasıgilin yaşadığı ünvanın giriş qapısında qardaşı Şahid10 idarə etdiyi avtomobili icarəyə vermiş şəxs zəng edərək avtomobili idarə etməsiylə bağlı şikayət daxil olduğunu bildirmişdir. Bundan sonra o, qardaşı Vüqara arvadı Sevinclə birlikdə Bakı şəhərinə gedəcəyini bildirib idarə etdiyi “Khazar” markalı, **-LE-*** dövlət qeydiyyat nişanlı avtomobillə Ağdam rayonu Quzanlı qəsəbəsindən çıxmışdır. Bundan sonra o, yolda Ağdam rayonu İmamqulubəyli kəndində olarkən özünün istifadəmdə olan 051 *** ** ** saylı mobil nömrədən X27un istifadəsində olan 051 *** ** ** saylı mobil nömrəyə zəng edib Vüqardan olan şikayətin nəticəsiylə maraqlandıqda atası ona Vüqarın Ağdam rayon Polis Şöbəsinə getdiyini, özünün də, Vüqarla birlikdə getdiyini bildirmişdir. O, özü ilə bağlı hansısa problem olub- olmamasını maraqlandıqda atası ona heç bir problem olmadığını bildirmişdir. Bundan sonra o, qardaşı Vüqarın istifadəsində olan 051 *** ** ** saylı mobil nömrəyə zəng edib vəziyyəti soruşduqda Vüqar ona özünün də, Ağdam rayon Polis Şöbəsinə getdiyini bildirmişdir. Bundan sonra o da, idarə etdiyi avtomobillə Ağdam rayon Polis Şöbəsinə getmişdir. O, avtomobilini Ağdam rayon Polis Şöbəsinin inzibati binasından çöldə saxlayaraq Ağdam rayon Polis Şöbəsinin binasına daxil olmuşdur. X27 polis əməkdaşlarından qardaşını niyə şöbəyə gətirdiklərini soruşduqda X27un qolunu burub şöbənin inzibati binasından çölə çıxarmışlar. Onu isə Ağdam rayon Polis Şöbəsinin inzibati binasında X20 salmışlar. O, X20 salınarkən üzərində olan mobil telefon, pul qabı və avtomobilin açarı ondan götürülmüşdür. Bundan sonra qardaşı Şahid10 izahat alınmışdır. Həmin vaxt ona məlum olmuşdur ki, atası şöbədən çölə çıxdıqdan sonra qardaşının və onun Ağdam rayon Polis Şöbəsində saxlanılmağı barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat vermişdir. Bundan sonra qardaşı Şahid10 inzibati cərimə yazılaraq sərbəst buraxılmışdır. Bundan sonra Ağdam rayon Polis Şöbəsinin əməkdaşı “Rəşad” adlı şəxs ondan mobil telefonunun kodunu açmağı tələb etdikdə o, Rəşada mobil telefonunda şəxsi məlumatlar olduğunu bildirmiş və Rəşad da əsəbləşərək onun sifət nahiyəsinə yumruqla vurmuş, daha sonra onu yerdə təpiklə vurmuşdur. Həmin vaxt onun üst çənəsində olan ön tərəfdəki dişlərindən biri qırılmışdır. Həmin vaxt onu “Rizvan” adlı polis əməkdaşı da, vurmuşdur. Daha sonra polis əməkdaşları ona narkotik maddələrin qanunsuz satışı və dövriyyəsi ilə məşğul olduğunu bildirdikdə o, “Cəbi” adıyla tanıdığı həmkəndlisi Şahid1 narkotik maddə satdığını bildirmişdir. Bundan sonra onun üzərinə şəxsi axtarış istintaq hərəkəti keçirilmiş və üzərində heç bir qanunsuz əşya və predmet aşkar olunmamışdır. Daha sonra onun icarə əsasında idarə etdiyi “Khazar” markalı, **-LE-*** dövlət qeydiyyat nişanlı avtomobilə polis əməkdaşlarının iştirakı ilə baxış keçirilmişdir. Baxışdan öncə “Rizvan” adıyla tanıdığı polis əməkdaşı ona avtomobildən çıxacaq qanunsuz əşya və predmeti onun öz üzərinə götürməli olduğunu bildirmişdir. Avtomobilinə baxış keçirilərkən orada ön tərəfdə sürücü oturacağından sağda yerləşən saxlanc yerində saxladığı 01 ədəd şəffaf sellofana bükülmüş narkotik maddə olan metamfetamini Ağdam rayon Polis Şöbəsinin əməkdaşlarına təqdim etmişdir. O, bükümü təqdim etdikdən sonra həmin büküm elektron tərəzidə çəkilmişdir. Həmin bükümün 3.79 qram olması müəyyən edilmişdir. Daha sonra həmin bükülü qablaşdırılaraq polis əməkdaşları tərəfindən götürülmüşdür. Onun idarə etdiyi “Khazar” markalı, **-LE-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilərkən götürülmüş narkotik maddənin kim tərəfindən oraya yerləşdirilməsini bilməmişdir. Bundan sonra onun ünvan 1 ünvanında yaşadığı evə baxış keçirilməsi üçün Ağdam rayon Polis Şöbəsinin əməkdaşları ilə birlikdə ünvan 1 ünvanına getmişlər. Onlar oraya çatdıqda polis əməkdaşları ilə birlikdə yaşadığı mənzilə qalxmışlar. Oraya çatdıqda Ağdam rayon Polis Şöbəsinin əməkdaşı “Rizvan” adlı şəxsin idarə etdiyi “Prado” markalı avtomobil həmin binanın önündə dayanmışdır. Həmin vaxt qapını polis əməkdaşları açmış, belə ki, yaşadığı mənzilin açarı da, avtomobilinin açarıyla eyni yerdə olduğundan polis əməkdaşları yaşadığı evin açarını özləri götürmüşlər. Yaşadığı evə baxış keçirilən zaman yaşadığı mənzildə qonaq otağında divanın altında müxtəlif bükümlərə bölüb ayırdığı narkotik vasitələr və psixotrop maddələr aşkar olunmuşdur. Bundan başqa həmin yerdə elektron tərəzi, qaşıq, falqa və digər əşyalar aşkar olunmuşdur. Daha sonra həmin bükümlər, eləcə də, yuxarıda qeyd etdiyi əşyalar qablaşdırılaraq polis əməkdaşları tərəfindən götürülmüşdür. Yaşadığı evdən aşkar olunmuş narkotik maddələrin az bir qismi, yəni təxminən 2 qram “kokos” adıyla tanıdığı heroin, ağ rəngli bükümdə olan təxminən 2 qram “patı” adıyla tanıdığı metamfetamin, təxminən 10 qram “nəşə” adıyla tanıdığı marixuana ona aid olmuşdur. Bundan başqa orada üzərində “Methadone” yazılan 8 ədəd həb və iki ədəd qırıq vəziyyətdə olan yarımhəblər ona məxsus olmuşdur. Həmçinin orada olan üzərində “kokos” olan falqa ona məxsus olmuşdur. Orada olan digər narkotik vasitələr və psiotrop maddələrin eləcə də, elektron tərəzi və qaşıq ona məxsus olmamışdır. Həmçinin kim tərəfindən oraya yerləşdirilməsini bilməmişdir. O, həmin narkotik vasitə və psixotrop maddələri müxtəlif vaxtlarda tanımadığı İran vətəndaşından öz istifadə etməyi üçün əldə etmişdir. Bundan başqa 2024-cü ilin may ayının sonlarında Şahid1 kartına yüklədiyi 100 manat pul müqabilində dovşan yeminin arasında tanımadığı taksi sürücüsüylə 01 ədəd bükümdə metamfetamin göndərmişdir. Bundan başqa xx.xx.2024- cü il tarixdə kartına yüklədiyi 100 manat pul müqabilində Ağdam rayonu Quzanlı qəsəbəsində “Mədəniyyət evi”nin qarşısında 01 ədəd bükümdə metamfetamin vermişdir. O həmin bükümləri tanımadığı İran vətəndaşından hər birini ayrılıqda 100 manat olmaqla ümumilikdə 200 manat müqabilində almış və orada ona hansısa qazanc çatmamışdır. Yaşadığı evdən aşkar olunaraq götürülmüş narkotik vasitələri və psixotrop maddələri özü istifadə etmək üçün saxlamışdır. O, Məhkəmə Ekspertizası Mərkəzinin X15 xx.xx.2024-cü il tarixli 16/672 nömrəli rəyi və Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16-16/2-6/3437 nömrəli rəyi ilə tanış olmuş və həmin rəylərdə göstərilənlərlə razılaşmışdır. Avtomobilində aşkar olunmuş psixotrop maddənin və yaşadığı mənzildə aşkar olunmuş ona aid olmadığını bildirdiyi narkotik vasitə və psixotrop maddələrin oraya Rizvan adlı polis əməkdaşı və ya digər polis əməkdaşları tərəfindən avtomobilinə və mənzilinə qoyulduğunu güman etmişdir. Avtomobilinə və mənzilinə baxışdan öncə polis əməkdaşları ona bildirmişlər ki, orada aşkar olunan narkotik vasitələri və psixotrop maddələrin ona məxsus olduğunu etiraf etməsə qardaşı Şahid10 “ANAMA” dövlət agentliyində işləməsinə və arvadı Sevinc Abbasovanın Sumqayıt Dövlət Universitetində təhsil almasına problem yaradacaqlar. Buna görə də o, həmin vaxt arvadı və qardaşına problem yaranmasından qorxub həmin narkotik vasitələrin və psixotrop maddələrin hamısının özünə məxsus olmasını bildirmişdir. Şahid1 2024- cü ilin may ayının sonlarında ondan ümumilikdə təxminən 5 qram metamfetamin və 60 manat dəyərində qurudulmuş marixuana istəmiş, bunun üçün onun kartına 2024-cü ilin may ayının sonlarında və 2024-cü ilin iyun ayının 7-də hərəsində 100 manat olmaqla 200 manat pul göndərmişdir. O da Ələmdara bunun qarşılığında 2024-cü ilin may ayının sonlarında və 2024- cü ilin iyun ayının 7-də hərəsində bir büküm olmaqla ümumilikdə iki büküm metamfetamin vermişdir. O, qurudulmuş marixuananı Ələmdara 60 manat pul qarşılığında vermişdir. O, İran vətəndaşı ilə ancaq “Whatsapp” ani mesajlaşma sistemi vasitəsiylə əlaqə saxlamış, həmin şəxs də ona narkotik maddənin yerinin “məkan”ını göndərmiş və o da, narkotik maddələrin müqabilində həmin şəxsin M10 hesabına pulları göndərmişdir. O, özünü narkotik maddələri külli miqdarda saxlamaqda təqsirli bilsə də, həmin narkotik maddələri satış məqsədi ilə yox, şəxsi istifadəsi üçün saxlamışdır. Odur ki, özünü həmin narkotik maddələri satış məqsədi ilə üzərində saxlamaqda təqsirli bilməmişdir. O, törətdiyi əməlin cinayət xarakterli olduğunu bilmiş və törətdiyi əməldən peşman olmuşdur. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid1 sərbəst ifadəsində və ona verilmiş sualları cavablandırarkən göstərdi ki, o, özü Azərbaycan Respublikasının cinayət məcəlləsinin 234.1-1-ci maddəsi ilə məhkum olunmuşdur. Təqsirləndirilən şəxs tanımışdır. O, ibtidai istintaq zamanı bu işlə bağlı ifadə vermişdir. İfadəsində dediklərinin hamısını təsdiq etmişdir. Təqsirləndirilən şəxs onun yaşadığı kəndin sakini olmuşdur. Daha sonra Təqsirləndirilən şəxs Bakı şəhərində yaşamışdır. Daha sonra onların tanışlıqları olmuşdur. O, özü narkoman olmamışdır. Metamfetamin adı ilə ona narkotik verilmişdir. Bir müddət Təqsirləndirilən şəxs yanında olmuşdur. Təqsirləndirilən şəxs ona “narkotik lazım olanda mənə pul göndər və sənin üçün təşkil edim” demişdir. Ona narkotik lazım olanda onunla əlaqə saxlamışdır. Onun kartına pul göndərmiş və lazım olanda taksi ilə Faiq ona narkotik göndərmişdir. O da götürdüyü narkotiki istifadə etmişdir. Bir gün təxminən ayın səkkizində Faiq ona “sənə narkotik gətirim” demişdir. O da ona pul göndərmişdir. 100 manat pul göndərmişdir. Sonradan da onu polis əməkdaşları saxlamışdır. Həmin günü Təqsirləndirilən şəxs kartına 100 manat pul atmışdır. Əvvəlcədən narkotiki haradan götürməkləri ilə bağlı aralarında danışıq olmamışdır. Ağdam rayonunda olan Mədəniyyət evinin qarşısında Faiqdən narkotiki götürmüşdür. Ondan sonra o getmişdir. Həmin narkotiki Təqsirləndirilən şəxs götürmüşdür. Ondan sonra da həmin narkotiklə tutulmuşdur. 100 manat müqabilində ona 3-5 qram metamfetamin gətirməli olmuşdur. 3 qram metamfetamini Təqsirləndirilən şəxs özü ona gətirmişdir. O, Təqsirləndirilən şəxslə Bakı şəhərində görüşməmişdir. Dörd qrama yaxın olan hissə onun cibindən aşkar edilmişdir. Cibində iki büküm olmuşdur. Bükümün birindən bir az istifadə etmişdir. Ona görə təxminən ona beş qram narkotik gətirmişdir. Qramını bilmədiyi üçün Təqsirləndirilən şəxs 100 manat pul ödəmişdir. Quzanlıda götürmüş olduğu metamfetaminlə Mədəniyyət evinin qarşısında ona vermiş olduğu metamfetaminin qramı arasında fərq olub-olmamasını xatırlamamışdır. Hər yerdə qramı fərqli qiymətdir. O, 100 manatın müqabilində ona nə qədər göndərəcəyini bilməmişdir. Bir bükümü ona əvvəlcədən göndərmişdir. Ondan istifadə etmişdir. Ağdama gələndən sonra da ona narkotik vermişdir. İkisi bir yerdə beş qrama yaxın olmuşdur. Təqsirləndirilən şəxs üç və ya dörd ay müddətinə tanımışdır. Aralarında düşmənçilik və ya narazılıq olmamışdır. Az bir vaxt olarmış ki, Təqsirləndirilən şəxs narkotik almışdır. İstintaq zamanı vermiş olduğu ifadəni təsdiq etmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid2 sərbəst ifadəsində və ona verilmiş sualları cavablandırarkən göstərdi ki, təqsirləndirilən şəxsi hadisə ilə bağlı tanımışdır. İzahatında qeyd etdiyi xüsusiyyətlərin hər birini təsdiqləmişdir. Həmin tarixdə əməliyyat-istintaq qrupunda xidmət etmiş və sahə rəisi vəzifəsini icra etmişdir. Ağdam rayonunun Quzanlı qəsəbəsi ərazisində xidmət göstərmişdir. Post-patrul xidməti əməkdaşları tərəfindən gətirilmiş şəxs olmuşdur. Həmin şəxs uca səslə nalayiq ifadələr işlətmiş və polisin qanuni tələblərinə tabe olmamışdır. Məhz bu səbəbdən rayon polis şöbəsinə dəvət olunmuşdur. Bu barədə raportla məruzə edilmişdir. Buna görə də o, İXM-in 535 və 510-cu maddələrinə əsasən icraata başlamışdır. Təqsirləndirilən şəxs polisin qanuni tələbinə tabe olmadığı üçün raport yazılmışdır. Onun qardaşı isə 510-cu maddəyə əsasən məsuliyyətə cəlb olunmuşdur. Onunla bağlı araşdırma aparılmışdır. Profilaktik söhbətlər zamanı şəxs əməlini etiraf etmişdir. Videogörüntüdə əks olunduğu kimi, baxış keçirilmişdir. Polis şöbəsində onun üzərindən heç nə aşkar edilməmişdir. Lakin idarə etdiyi avtomobildən aşkar edilərək götürülmüşdür. Vəkilin və müəyyən əməkdaşların iştirakı ilə videoçəkiliş aparılmışdır. Təqsirləndirilən şəxsin ayın neçəsi və kim tərəfindən gətirildiyini o dəqiq xatırlamamışdır. İfadəsində həmin tarix göstərilmişdir, sənədlərdə də tarixlər qeyd olunmuşdur. O, inzibati qaydada tutma haqqında protokol tərtib etmişdir. Protokol xırda xuliqanlıq və polisin qanuni tələbinə tabe olmamaqla bağlıdır. Nə üçün şəxsi gətirdikləri barədə sualları daha dəqiq, şəxsi gətirən polis əməkdaşları cavablandıra bilərlər. O, sənədləşdirməni aparan şəxs olmuş və raport əsasında hərəkət etmişdir. Şəxs şəxsən ona tabesizlik göstərməmişdir, ona görə də onunla bağlı bir cavab verə bilməmişdir. Şahid8 adlı şəxsə tabesizlik göstərməsi yadındadır. Başqa şəxslər yadında qalmamışdır. Tutma haqqında protokol tərtib edilərkən vəkil dəvət olunmuş, adı və soyadı qeyd edilmişdir. O, şəxs barəsində inzibati tənbeh tətbiq etməmişdir. İşin əlavə araşdırılması zərurəti yaranmışdır. O, əlavə raportla materialı təhqiqat bölməsinə təqdim etmişdir. Protokol yazılana qədər şəxs barəsində onun məlumatı yoxdur. Şəxs ona raportla təqdim edilmişdir. Həmin raportda məlumatlar öz əksini tapmış, hansı əməli törətdiyi göstərilmişdir. O, məlumat əsasında tutma protokolu tərtib etmiş, daha sonra raportla təhqiqat bölməsinə təqdim etmişdir. Təqsirləndirilən şəxs barəsində yoxlamanı o aparmamışdır. O, istintaq qrupunda olarkən şəxs gətirilmişdir. Daha sonra aparılmış söhbətlər əsasında məlum olmuşdur. Üzərinə baxışda iştirak etmişdir, nə aşkar edildiyi yadında deyil, ifadəsində qeyd olunmuşdur. Videogörüntüdə şəxs özü qeyd edir ki, avtomobildə narkotik vasitə vardır. O, videoya daha sonra baxmamış, amma videoçəkilişdə iştirak etmişdir. Avtomobilin qoltuq yerində narkotik aşkar edilmişdir. Təqsirləndirilən şəxs onu götürərək təhqiqatçıya təqdim etmişdir. Aşkar edilən narkotik ölçülmüş və möhürlənmişdir. Baxış keçirilən yerə avtomobili kimin gətirdiyini o bilməmişdir. Avtomobil şöbəyə yaxın ərazidə olmuş, dəqiq ünvanı bilməmişdir. Avtomobilə baxış keçirilmə tarixi ifadəsində qeyd olunmuşdur, dəqiq yadında qalmamışdır. Faiqin etirafı əsasında o, raportla əlavə araşdırma aparılması üçün işi təhqiqat bölməsinə təqdim etmişdir. Şəxsin nəyi etiraf etdiyi raportda əks olunmuşdur. Narkotiki adını xatırlamadığı şəxsə satmasını etiraf etmişdir. Əvvəllər Faiqi tanımamışdır. Protokol ayın səkkizində tərtib edilmiş, Faiq isə səhəri gün ona etiraf etmişdir. Təqsirləndirilən şəxs ifadə verərkən Şahid1 barəsində danışmış, onun ona narkotik satdığını bildirmişdir. Təqsirləndirilən şəxs etirafından sonra o, raportla toplanmış materialı təhqiqat bölməsinə təqdim etmişdir. Təhqiqat özü araşdırmanı aparmışdır. O, istintaqa verdiyi ifadəni təsdiq etmişdir. İnzibati qaydada tutma protokolunda vəkildən başqa hal şahidləri də iştirak etmişdir. Hal şahidlərini kimin dəvət etməsi yadında qalmamışdır. İşin hallarına əsasən şəxsi 24 və 48 saat saxlamaq qanunla mümkündür. Təkcə raport əsasında saxlamamışdır. Hal şahidləri və vəkilin iştirakı ilə tutma protokolu tərtib edilmişdir. Bütün sənədlər əsasında polis şöbəsində saxlanılmışdır. Polisin qanuni tələbinə tabe olmamaqla şəxs gətirilmişdir. Bütün sənədlər iş materiallarında mövcuddur. Xuliqanlıq səbəbindən şəxs gətirilməmişdir. 510 və 535-ci maddələrə əsasən tutma protokolu tərtib edilmişdir. Vəkildən şəxs imtina etmiş, hal şahidlərinin iştirakı ilə protokol hazırlanmışdır. Sonradan raportla o müraciət etmişdir. Ayın yeddisi axşam şəxs gətirilmiş və tutma protokolu tərtib edilmişdir. O, istintaq ifadəsinin əsas götürülməsini xahiş etmişdir. Hadisənin üzərindən çox vaxt keçmişdir. Avtomobili saxlanc yerinə kimin yerləşdirdiyini bilməmişdir. Şəxsi bir gecə saxlayaraq raportla təhqiqat bölməsinə təqdim etmişdir. Bir gecəni polis şöbəsində saxlamışdır. Tutma protokolu və toplanmış sənədlər əsasında saxlamışdır. Şahid2 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, 2009-cu ildən DlO-da, 2019-cu ildən isə hazırki vəzifəsində xidmət edir. Təqsirləndirilən şəxs və Şahid1 əvvəlcədən tanımamış, aralarında ədavət və ya düşmənçilik olmamışdır. xx.xx.2024-cü il tarixdə Ağdam rayon Polis Şöbəsinin sutkalıq əməliyyat-istintaq qrupunda növbədə olarkən əvvəllər tanımadığı, lakin sonradan adını bildiyi Ağdam rayon sakinləri Təqsirləndirilən şəxs və Şahid10 xx.xx.2024-cü il tarixdə saat 23 radələrində Ağdam rayonu, Quzanlı qəsəbəsində uca səslə ünvansız nalayiq ifadələr işlətməsi, yanlarında olan X1 çalışması, polis əməkdaşlarının intizama dəvət edərkən Təqsirləndirilən şəxs tabesizlik göstərərək idarə etdiyi avtomobillə oradan uzaqlaşmağa çalışarkən polis əməkdaşları tərəfindən saxlanılaraq Ağdam rayon Polis Şöbəsinə gətirilməsi barədə Ağdam rayon X31 Patrul Xidməti Bölüyünün polis nəfəri, polis serjantı Şahid8 xx.xx.2024-cü il tarixli raportu icraatına daxil olmuşdur. Araşdırma zamanı Təqsirləndirilən şəxs izahatını almaq istəsə də, Faiq izahat verməkdən imtina edərək aqressiv davranışlar göstərməyə başlamışdır. Tərəfindən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1ci və 510-cu maddələrinin tərkib əlaməti olduğu üçün həmin maddələrə uyğun olaraq barəsində tutma protokolu tərtib olunmuşdur. Bundan sonra xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs ilə tərəfindən aparılan profilaktik söhbətlər zamanı Faiq narkotik maddələrin dövriyyəsi ilə məşğul olması və tanışı Şahid1 narkotik maddə satmasını bildirmişdir. O, dərhal bu barədə raportla şöbə rəhbərliyinə məruzə etmişdir. Həmin gün saat 18:55 radələrində Ağdam rayon polis şöbəsinin inzibati binasında təhqiqat bölməsində təhqiqatçı, polis kapitanı Orxan Əkbərzadənin xidməti iş otağında müdafiəçisinin və digər polis əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs üzərindən hər hansısa bir qanunsuz əşya və predmet aşkar olunmamışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, tanımadığı bir nəfər İran vətəndaşından əldə etdiyi narkotik maddəni xx.xx.2024-cü il tarixdə Ağdam rayonu Quzanlı qəsəbəsində “Mədəniyyət evi”nin qarşısında tanışı Şahid1 100 manatını kartına köçürməklə, 70 manatını isə nağd almaqla cəmi 170 manat qarşılığında satmış, həmin narkotik maddənin bir bükümünü də idarə etdiyi avtomobildə saxlamışdır. Daha sonra Təqsirləndirilən şəxs, müdafiəçisinin və digər polis əməkdaşlarının iştirakı ilə “Khazar LX" markalı, **-LE-*** dövlət qeydiyyat nişanlı avtomobilə videoçəkilişdən istifadə edilməklə baxış keçirilərkən Təqsirləndirilən şəxs avtomobilin ön oturacaqları arasında saxlanc yeri kimi istifadə olunması məqsədilə düzəldilmiş “qoltuqaltı” adlandırılan yerdən içərisində ağ rəngli kristalabənzər kütlə olan 01 ədəd şəffaf rəngli polietilen bükümü götürüb təqdim edərək həmin bükümdə olan kütlənin psixotrop maddə olan metamfetamin olduğunu bildirmişdir. Həmin bükülü içərisində olan kütlə ilə birlikdə tərəzidə çəkilmiş və çəkisinin 3.79 qram olması müəyyən edilmişdir. Daha sonra həmin bükülü içərisindəki kütlə ilə birlikdə qablaşdırılmış, imzalarla təsdiq edilmiş və möhürlənərək götürülmüşdür. Avtomobilə baxış davam etdirilərkən Təqsirləndirilən şəxs avtomobilin sol ön qapısını açaraq ayaqaltı hissədən şəffaf rəngli sellofanın içərisindən sınmış vəziyyətdə lampa və bükülərək lampaya daxil edilmiş etibarsız 100 dollarlıq əskinasın yarı hissəsini təqdim edərək narkotik maddəni həmin əşya vasitəsilə qəbul etdiyini bildirmişdir. Həmin əşya da, iş üçün əhəmiyyət kəsb etdiyindən qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman Faiq Şahid1 narkotik maddə satmasını bildirmiş və sonradan ona məlum olmuşdur ki, Şahid1 üzərinə şəxsi axtarış keçirilən zaman sonuncu üzərindən aşkar olunmuş narkotik maddəyə bənzər kütləni Təqsirləndirilən şəxs aldığını bildirmişdir. Amma Şahid1 narkotik maddə satmasına dair hər hansı bir məlumatı olmamışdır. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid3 sərbəst ifadəsində və ona verilmiş sualları cavablandırarkən göstərdi ki, təqsirləndirilən şəxsi keçirilmiş əməliyyat tədbiri ilə əlaqədar tanıyır. Təxminən il yarım bundan əvvəl hadisə olmuşdur. Həmin müddətdə o, Ağdam rayon polis şöbəsində işləmişdir. Şəxslə bağlı material gəlmişdir. Baxışda iştirak etmişdir. Baxış zamanı şəxsin üzərindən heç bir şey aşkar edilməmişdir. Azsamand və ya Xəzər markalı avtomobil olmuşdur. Həmin avtomobil şəxsə məxsus olmuşdur. Həmin avtomobilə baxış keçirmişlər. Şəxsin avtomobilindən narkotikin çəkilməsi zamanı istifadə olunan şüşə lampa, pul və metamfetaminə bənzər narkotik maddə aşkar edilmişdir. Daha sonra şəxsin ifadəsi alınmışdır. Baxışdan sonra narkotiki kiməsə verməyi ilə bağlı etiraf etmişdir. Həmin şəxsin adını xatırlamamışdır. Deyəsən, Ağdam rayonunun Quzanlı qəsəbəsinin sakini olmuşdur. Ələmdar və ya Elmdar adlı şəxs olmasını xatırlamışdır. Onlara narkotiki həmin şəxsə verdiyini demişdir. Ələmdar adlı şəxsi şöbəyə gətirmişlər. Həmin şəxsin üzərinə şöbədə baxış keçirilmişdir. Ələmdarın üzərindən bir və ya iki büküm narkotik aşkar edilmişdir. Ələmdar narkotiki aldığını demişdir. Təqsirləndirilən şəxs isə narkotiki satdığını demişdir. Ələmdarın avtomobilindən və ya üzərindən narkotik həqiqətən aşkar edilmişdir. Daha sonra Ələmdarın evinə baxış keçirmişlər. Şəxsin evindən narkotik aşkar edilməmişdir. Bundan sonra onlar şöbəyə gəlmişlər. Yay olmasına baxmayaraq hava qaranlıq olmuşdur. Ondan sonra onlar Bakı şəhərinə getmişlər. Birinci onlara şəxs narkotikin aşkar edildiyi evi deyil, başqa bir evin ünvanını demişdir. Yolda olarkən həmin dediyi ev olmadığını dəqiqləşdirmişlər. Onların şübhələndiyi evi onlara deməmişdi. Başqa bir evi demişdir. Elə olmuşdur ki, onlar şəxsin öz yaşadığı evə gedib baxmışlar. Evə baxış keçirilən zaman divanın altından narkotik aşkar edilmişdir. Zal kimi bir otaq olmuşdur. Zala giriş edəndə sol tərəfdə divan olmuşdur. Evin sağ pəncərənin tərəfində tərəzi olmuşdur. Tərəzini görəndən sonra onlar evdə narkotik olmasından şübhələnmişlər. Bir ədəd balaca çəki dərəcəsi olmuşdur. Divanı qaldıranda alt tərəfindən bükümlər aşkar edilmişdir. Bir büküm böyük paket olmuşdur. Qurudulmuş marixuanaya bənzəyən kütlə olmuşdur. Balaca paketlərdə hazır bükümlər olmuşdur. İçərisində deyəsən metamfetamin olmuşdur. Divanın və ya pəncərənin yanından bir list dərman aşkar edilmişdir. Yatağın altında isə hazır paketlərə bölünmüş bükümlər olmuşdur. Təqsirləndirilən şəxs onlar Ağdam rayon Polis Şöbəsindən götürüb evinə getmişlər. Ağdamda avtomobilə baxış keçirdikdən sonra evinə getmişlər. Ağdamdan Bakıya getmişlər. Ardıcıllıq bu formada olmuşdur. Evə açarla giriş etmişlər. Açarı kimin əldə etdiyini xatırlamamışdır. Evi açarla açmışlar. Qapını qırmaq kimi bir hal olmamışdır. Hadisə zamanı o, Ağdamda işləmişdir. CAŞ-nin əməliyyat müvəkkili olmuşdur. Evinə baxış keçirmək üçün o, və sürücü kimi Cahangir adlı şəxs olmuşdur. Başqa kiminsə onlarla birgə getməsini xatırlamamışdır. Cahangir adlı şəxsi gecə o, yolu görmədiyi üçün sürücü kimi götürmüşlər. Digər kiminsə olmasını ciddən xatırlamamışdır. Rizvan adlı şəxsin və bir xanımın ora gəlməsindən xəbəri yoxdur. Rizvan müəllim onların idarəsinin rəis müavinidir. Onun gəlməsi onun yadında deyildir. Rizvan Rüstəmovu Bakı şəhərində görüb və ya görmədiyini xatırlamamışdır. Təqsirləndirilən şəxsin qeyri-rəsmi münasibətdə olduğu qızı o, evə baxışda görməmişdir. Mənzilin qapısı bağlı olmuşdur. Hər hansı bir qız görsəymiş, yadına düşərmiş. Balaca bir ev olmuşdur. X12 Bölməsi gətirmişdir. Onlara qədər olan məsələlərdən onun xəbəri yoxdur. Yazılı ifadəsi ilə danışıqları arasında uyğunsuzluq varsa, yazılı ifadəsinin əsas götürülməsini xahiş etmişdir. O, təhqiqat bölməsində olmuşdur. Şəxsin hər hansı bir cinayəti törətməsini etiraf etməsində iştirak etməsini xatırlamamışdır. Şəxsin avtomobilində aşkar edilənləri o, əvvəl qeyd etmişdir. İki oturacağın arasından narkotik aşkar edilmişdir. Avtomobilin arasına da şəxs tərəfindən cavansayağı görünüş verilmişdir. Avtomobil şöbənin arasında dayanacaqda saxlanılmışdır. Avtomobilə baxışda kimlərin iştirak etməsi yadına düşməmişdir. İl yarım ərzində 50 baxışda iştirak etmişdir. Yadında qalmaması normaldır. Əvvəl adlarını sadaladığı şəxslər onunla birgə yol yoldaşı olmuşlar. Cahangir adlı şəxs onlarla sürücü qismində gəlmişdir. Masazıra hansı avtomobillə getmələri yadında deyildir. Cahangir adlı şəxsi prosesin iştirakçısı kimi qeyd etməmişdir. Bəlkə də, tamam başqa bir şəxsin avtomobili ilə ora getmişlər. Sürücü kimi məhz Cahangir adlı şəxsi götürmüşdür. 350 km-lik yolu gecə özü sürə bilmədiyi üçün Cahangir onlarla gəlmişdir. Baxışda kimlərin iştirak etməsi onun hazırda yadında deyildir. İfadəsində yazılan şəxslər iştirak etmişdir. Evin açarının haradan götürülməsi onun yadında deyildir. Evdə tərəzi və balaca daş olmuşdur. Dəhlizi keçdikdən sonra zal kimi otaq olmuşdur. Divan və kreslonun sağ tərəfində pəncərə olmuşdur. Sellofan və tərəzi onlarda evdə narkotik olması ilə bağlı şübhə yaratmışdır. Evdə say baxımından çox olan hazır formada bükümlər aşkar edilmişdir. Bükümlər formada olan zənnincə elə metamfetamin olmuşdur. Yolda olarkən ünvanın onlara yanlış olduğu deyilmiş və onlar Masazırda yerləşən ünvana getmişlər. Kimin onlara belə bir məlumat verdiyini xatırlamamışdır. Hadisə zamanı o, CAB-də əməliyyat müvəkkili vəzifəsində işləmişdir. Ələmdar onlara narkotiki Təqsirləndirilən şəxs əldə etdiyini demiş və ya Faiq onlara Ələmdara narkotik vasitə verdiyini demişdir. Həmin yer yaşayış olan bir sahədir. Orada müxtəlif avtomobillər ola bilər. Evin açarının harada olması məhz təqsirləndirilən şəxsin dediyi kimi olmuşdur. O, Rizvan müəllimi orada görməmişdir. Evin qapısını Rizvan müəllim açmamışdır. Evin açarı, ümumiyyətlə, onun üzərində olmamışdır. Evə gələndə qapı kilidli olmuşdur. O, Ağ şəhərdə yaşamışdır. O, Abşeronda yaşamadığı üçün, oranı da yaxşı tanımamışdır. Evin ünvanının harada yerləşməsini bilməmişdir. Mənzilin qapısını Rizvanın açmasını görməmişdir. Sürücü avtomobili sürəndə yatmışdır. Ünvana çatandan sonra oyanmışdır. O, şəxsin Şöbədən getməsini görmüşdür. Şöbəyə gələnə qədər haraları gəzməsindən onun məlumatı yoxdur. O, MSY-nin əməkdaşı deyildir. Şəxsi Şöbədən götürmüşlər. Başqa bir şeydən xəbəri yoxdur. Müdafiəçinin iştirak etməsini və ya kim olmasını xatırlamamışdır. Çəkilişin məhz haradan başlamasını xatırlamamışdır. Çəkilişi, deyəsən, kriminalist Şahruz adlı şəxs aparmışdır. Dəqiq xatırlamamışdır. İstintaqa vermiş olduğu ifadəni təsdiq etmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid4 sərbəst ifadəsində və ona verilmiş sualları cavablandırarkən göstərdi ki, təqsirləndirilən şəxsi hadisə ilə bağlı tanımışdır. Həmin günü xidmətdə olmuşdur. MSY-nin əməkdaşıdır. Şəxsi onun yanına gətirmişlər. Daha sonra şəxsin yaşadığı mənzilə yollanmışlar. Ağdam rayon Polis Şöbəsindən şəxsin yaşadığı mənzilə yollanmışlar. Əvvəlcə şəxsin avtomobilinə baxış keçirmişlər. Baxış şöbədə keçirilmişdir. Avtomobil şöbədə olmuşdur. Şəxsi MSY-yə təhvil verildiyi üçün onun da iştirak etməyini bildirmişlər. Ona görə də avtomobilə baxış keçiriləndə şəxsin yanında olmuşdur. Ondan sonra, deyəsən, doqquzu altıncı ay tarixdə şəxsin yaşadığı mənzilə baxmışlar. Bina evi olmuşdur. Deyəsən, 27-ci bina olmuşdur. Təxminən dörd radələri olmuşdur. Mənzilə baxış keçirmişlər. Mənzili özü göstərmişdir. Mənzildə kimsə olmamışdır. Şəxsin qolunda qandal olmuşdur. Divanın altından yaşıl, qırmızı və qara rəngli sellofanlar çıxmışdır. 26 ədəd qırmızı rəngli sellofana bükülmüş marixuana aşkar edilmişdir. Qablaşdırılmış və sonradan onlar getmişlər. Şöbədə olan avtomobilə baxış keçirəndə o, təhqiqatçı Orxan, müdafiəçi, çəkilişi aparan şəxs və şəxsin özü iştirak etmişdir. Bakı şəhərinə bir avtomobildə getmişlər. Təhqiqatçı, şəxsin özü, vəkil və o olmuşdur. Mənzilin qapısını özü göstərmişdir. Deyəsən mənzilin qapısını özü açmışdır. Açar özündə olmuşdur. Rizvan adlı şəxs onların şöbəsində işləmişdir. Mənzilə baxışda Rizvan adlı polis əməkdaşını görməmişdir. Rizvan müəllim rəis müavinidir. Vəkil onlarla birlikdə getmişdir. Şəxsin üzərində hər hansı bir xəsarətin olmasını görməmişdir. Kiminsə şöbədə və ya yolda olarkən Təqsirləndirilən şəxs xəsarət yetirməsini görməmişdir. MSY Bərdə şəhərində yerləşmişdir. Şəxsi hansı tarixdə və saat neçədə gətirməklərini xatırlamamışdır. xx.xx.2024-cü il tarixində şəxs gətirilmişdir. Həmin günü şöbədə olmuşdur. Avtomobili nə vaxt gətirilməsi barədə onda məlumat yoxdur. Avtomobilə baxış keçirilməsində iştirak etmişdir. Şöbənin duracağında dayanmışdır. Şöbənin daxili ərazisində şöbənin arxasınca dayanacaq vardır. Avtomobilə baxış zamanı Faiqi MSY-dən gətirmişlər. Daha doğrusu təhqiqatçının otağından qoluna qandal vurularaq avtomobilin yanına aparılmışdır. Müvəqqəti saxlanma yeri növbətçinin arxasında yerləşən otaqdır. Şöbənin öz MSY-si yoxdur. Yarım saatlıq yoldur. Avtomobildən şüşənin içərisində narkotik maddə aşkar edilmişdir. Şəxsin özü olduğu yeri göstərmişdir. Təhqiqatçı avtomobildən götürərək baxmışdır. Videogörüntüdə vardır. Hər bir şey çəkilişdə öz əksini tapmışdır. Təhqiqatçı şöbənin peçatı ilə möhürləmişdir. İştirakçılar da imzalamışdır. Ayın tarixini xatırlamamışdır. Deyəsən, şəxsin gətirildiyi gün avtomobilə baxış keçirilmişdir. Dəqiq xatırlamamışdır. MSY-yə şəxsi kimin gətirməsini bilməmişdir. Saatı və tarix yadında deyildir. Şəxsin kirayədə yaşadığı mənzilə getmişdir. Deyəsən, ayın doqquzu olmuşdur. Rəis müavininin avtomobilini görməmişdir. Prado markalı avtomobili şəxsin evinin qarşısında görməmişdir. Mənzilin açarı şəxsin cibində olmuşdur. MSY-dən şəxsi onlar polis idarəsinə gətirəndə xidməti otaqda mənzilin açarını təhqiqatçı təqsirləndirilən şəxsə vermişdir. Deyəsən, onun dediyi kimi olmuşdur. Dəqiq xatırlamamışdır. Çəkilişi qapıdan içəri girəndə başlamışlar. Deyəsən, birinci mətbəxə keçid etmişlər. Video çəkilişdə hər şey vardır. Dəqiq yadında deyildir. Dəqiq olaraq videogörüntünün haradan başlandığını xatırlamamışdır. Narkotik, deyəsən, divanı qaldıranda aşkar edilmişdir. Divanı kimin qaldırdığını xatırlamamışdır. Videogörüntüdə vardır. Aşkar edilən narkotik videogörüntü ilə qablaşdırılmışdır. Vəkilin iştirakı ilə imzalanılmış və götürülmüşdür. Həmin vaxtı təqsirləndirilən şəxsin nə dedikləri yadında deyildir. Çəkilişdən sonra şəxsi Bərdə MSY-yə aparmışlar. Narkotikin çəkisini çəkməmişdir. İstintaq zamanı vermiş olduğu ifadəni təsdiq etmişdir. Aşkar edilən narkotikin çəkilib-çəkilməməsini bilməmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid5 sərbəst ifadəsində və ona verilmiş sualları cavablandırarkən göstərdi ki, həmin istintaq hərəkəti onun tərəfindən lentə alınmışdır. Videogörüntünün lentə alınması ona həvalə olunmuşdur. Təqsirləndirilən şəxs narkotik vasitəsi ilə tutulması ilə əlaqədar videogörüntünün qeydə alınması ona həvalə olunmuşdur. Ümumiyyətlə, bütün istintaq hərəkətlərinin videogörüntüləri onun tərəfindən lentə alınmışdır. 8 iyun 2024-cü il tarixində Təqsirləndirilən şəxs və onun yanında olan Ələmdar adlı şəxs ilə birlikdə narkotik vasitələrin saxlamasında şübhəli olması barədə rayon polis şöbəsinin rəhbərliyi tərəfindən ona həvalə olunmuşdur. Vətəndaş Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman onun üzərindən qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Şəxs özü yanındakı Ələmdar adlı şəxsə Quzanlı qəsəbəsində yerləşən Mədəniyyət evinin qarşısında 170 manat dəyərində bir büküm narkotik vasitə satmışdır. Digər bir büküm isə onun özünə məxsus olan avtomobildə olduğunu demişdir. Özünə məxsus olan avtomobilə baxış keçirilmiş və dediyi yerdən narkotiki çıxararaq təqdim etmişdir. Avtomobilin ayaqaltı hissəsində, narkotiki istifadə etməsi üçün lazım olan, lampa kimi xarakterizə olunan əşya da təqdim edilmişdir. Digər bir vətəndaşın avtomobilinə baxış keçirilmiş, həmin şəxsin evinə də baxış aparılmış və heç bir şey aşkar edilməmişdir. Sobarine qutusunun içərisində iki büküm narkotik vasitə aşkar edilmişdir. Həmin şəxs həmin bükümləri müxtəlif vaxtlarda Təqsirləndirilən şəxs ona satdığını demişdir. Daha sonra Faiqin yaşadığı Masazır ərazisindəki evinə yollanmış və oraya baxış keçirmişlər. Divan və ya kreslonun altından narkotik aşkar edilmişdir. 26 büküm olmuşdur. Əlavə olaraq elektron tərəzi də aşkar edilmişdir. Aşkar edilən miqdar yadında deyildir. Masazırda yerləşən mənzilə o, Təqsirləndirilən şəxs özü və Şahid3 birlikdə getmişdir. Rizvan adlı şəxs onların getdiyi avtomobildə olmamış və Masazırda da görülməmişdir. Masazırdakı evdə o, qız görməmişdir. Rizvan müəllimi isə polis şöbəsində görülmüşdür. Orada onun tək işi videogörüntünü qeyd almaq olmuşdur. O, Bakı şəhərindən Masazıra getmiş və həmin günü axşamı Bakı şəhərinə qayıtmışdır. Bakı şəhərinə Kriminalistik İdarəsinə dəvət olunduğuna görə getmişdir. Orada ona məlumat verildi ki, Masazıra istintaq hərəkətinin aparılması üçün getməlidir. Təqsirləndirilən şəxs hansı gün, hansı səbəbdən və kim tərəfindən tutularaq rayon polis şöbəsinə gətirilməsi barədə onun məlumatı yoxdur. Ayın səkkizində videokamerası ilə çəkilişi aparması üçün çağırılmış və saat 18:00-dan sonra çəkilişi başlamışdır. Avtomobil rayon polis şöbəsinin həyətində saxlanılmışdır. Avtomobilin açarının kimdə olduğunu o, xatırlamamış, lakin videogörüntüdə bu qeyd olunmuşdur. Üzərinə, avtomobilinə, mənzilinə və digər şəxsin üzərinə baxış keçirilməsində iştirak etmişdir. Şəxsin etirafı videoçəkilişdə olmuşdur. Çəkilişdən başqa proseslərdə o, iştirak etməmişdir. Şəxs özü Masazırda yerləşən evində narkotik olmasını dediyini xatırlamamış, lakin çəkiliş zamanı narkotiki Ələmdara satdığını demişdir. Mədəniyyət evinin qarşısında bir gün əvvəl 170 manat dəyərində satdığını bildirmişdir. Xəzər Lada markalı avtomobil olmuşdur. Mənzilin qapısını Təqsirləndirilən şəxs özü açmışdır. Mənzilin açarı şəxsin özündə olmuşdur. Şəxsin MSY-dən gətirildiyini o, deməmişdir. Bakı şəhərində kimlərin olduğunu soruşmuşlar və o, cavab vermişdir. Həmin şəxslərdən biri MSY-nin əməkdaşı olmuşdur. Baxış keçirilən əraziyə şəxsin haradan və hansı avtomobillə gətirildiyini bilməmişdir. Ağdam rayonunda MSY yoxdur, Bərdə rayon Polis Şöbəsində şəxslər saxlanılmışdır. İstintaqa verdiyi ifadə tam olaraq yadında qalmamışdır. Narkotikin hansı növünün tapıldığını xatırlamamışdır. Yataq otağında və ya qonaq otağında yerləşən divan və ya kreslonun altından narkotik aşkar edilmişdir. Metamfetamin, tabletkalar, elektron tərəzi və yaşıl rəngli narkotik vasitəyə bənzər digər kütlələr olduğunu xatırlamışdır. Şəxs özünə məxsus olduğunu və İranlıdan aldığını demişdir. Masazırda olarkən polis şöbəsində olmamışdır. Təqsirləndirilən şəxsi kimin avtomobillə gətirməsini o, görməmişdir. O, əraziyə onlardan sonra taksi ilə çatmışdır. İşilə əlaqədar onlardan tez getmiş, çünki taksi həmin müddət ərzində onu orada gözləmişdir. İstintaqa verdiyi ifadəni təsdiq etmişdir. Şəxsə qarşı zor tətbiq edilməsinin və işgəncə verilməsinin şahidi olmamışdır. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid6 sərbəst ifadəsində və ona verilmiş sualları cavablandırarkən göstərdi ki, təqsirləndirilən şəxsi əməliyyatla bağlı tanımışdır. Onlar Quzanlı qəsəbəsində xidmətdə olan zaman xx.xx.2024-cü il tarixində məlumat gəlmişdir ki, Lider kafenin qarşısında məişət səs-küyü vardır. Həmin əraziyə yaxınlaşmışlar. Həmin ərazidə Təqsirləndirilən şəxs və Şahid10 görmüşlər. İki qardaş yüksək səslə nalayiq ifadələr işlətmişlər. Orada da Abbasova Sevinc adında bir xanım olmuşdur. Onları sakitləşdirməyə çalışmışlar. Onları nizam və intizama tabe etməyə çalışsalar da, onlar qanuni tələblərinə tabe olmamağa çalışmışlar. Rabitə vasitəsi ilə DYP əməkdaşlarını onlar oraya dəvət etmişlər. Ağdam rayon Polis Şöbəsinə dəvət etmişlər. Onların işləri bu formada olmuşdur. Şəxsin idarə etdiyi avtomobili isə DYP əməkdaşları aparmışdır. Onlar aparmamışlar. Təqsirləndirilən şəxs həmin ərazidən öz avtomobili ilə qaçmışdır. Sonradan şəxsin şöbəyə gətirilməsi təmin edilmişdir. Şöbəyə gətiriləndən sonra onun avtomobilinə baxışda iştirak etməmişdir. Həmin günün səhəri günü avtomobilində və evində narkotik olması barədə məlumat almışlar. İstintaq hərəkətlərində iştirak etməmişdir. Mübahisə olan yerdən şəxsi gətirmişlər. ***-***-**-** saylı mobil nömrədən istifadə etmişdir. Rabitə vasitəsi ilə DYP əməkdaşlarına məlumat vermişlər. DYP əməkdaşlarının şəxsi İdarəyə gətirməsini görməmişlər. Xəzər markalı ** LY *** nömrəli avtomobil olmuşdur. Şöbənin qarşısında həmin avtomobili görməmişdir. Sonradan da xidmət etdiyi əraziyə qayıtmışdır. Şəxsin yanında qardaşı və bir xanım olmuşdur. Araşdırmalar nəticəsində həmin xanımın onun həyat yoldaşı olmadığını bilmişdir. Qardaşı və xanımı polis bölməsinə dəvət ediləndə Təqsirləndirilən şəxs öz avtomobili ilə oradan uzaqlaşmışdır. Şəxslər özləri arasında mübahisə yaratmışlar. Kiminləsə mübahisə etməmişlər. Yüksəs səslə mübahisə etmişlər. Həmin avtomobil rentacar avtomobili olmuşdur. xx.xx.2024-cü il tarixi olmuşdur. Təqsirləndirilən şəxsin atasına məxsus olan evdə olmamışdır. Xanımla birlikdə yüksək səslə danışmışlar. Nalayiq ifadələr işlətmişlər. Onlara verilən məlumat əsasında onlar ora getmişlər. Onlara verilən məlumat olmuşdur. Onlara verilən məlumatın kim tərəfindən verildiyini xatırlamamışdır. Həmin vətəndaşı xatırlamamışdır. Necə bir formada məlumat verildiyini bilməmişdir. Təqsirləndirilən şəxs onların yanlarından avtomobili ilə gedərkən “gözləyin beş dəqiqəyə gəlirəm” demişdir. Onunla da çıxıb getmiş və geri gəlməmişdir. Vətəndaş onlara efir vasitəsi ilə məlumat verməmişdir. Ümumiyyətlə məlumat onlara efir vasitəsi ilə daxil olmuşdur. Qardaşını aparmışlar.İstintaqa vermiş olduğu ifadəni təsdiq etmişdir. Şahid6 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, 2020-ci ildən DlO-da, həmin vaxtdan hazırki vəzifəsində işləyir. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, aralarında heç bir düşmənçilik və ədavət olmamışdır. xx.xx.2024- cü il tarixdə saat 23 radələrində o, “FİAT” markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı avtomobildə Ağdam rayon X31 Patrul Xidməti Bölüyünün sürücü polis nəfəri, polis serjantı Şahid8 ilə Ağdam rayonu Quzanlı qəsəbəsində xidmətdə olarkən Ağdam rayonu, Quzanlı qəsəbəsində yerləşən “Lider” kafenin qarşısında səs-küy olması barədə məlumat daxil olmuşdur. Onlar oraya çatdıqda Təqsirləndirilən şəxs və Şahid10 uca səslə ünvansız nalayiq ifadələr işlətdiyini və yanlarında olan X1 çalışdığını müəyyən etmişlər. Onlar həmin şəxsləri nizam-intizama dəvət edərkən Təqsirləndirilən şəxs tabesizlik göstərərək idarə etdiyi avtomobil ilə oradan uzaqlaşmağa çalışmışdır. Həmin vaxt onlar dərhal növbədə olan X35 Bölməsinin əməkdaşlarına məlumat vermişlər. Onlar Şahid10 Ağdam rayon Polis Şöbəsinə dəvət etmişlər. Şahid10 şöbəyə dəvət edərkən sonradan oraya çatmış atası X16 da, Ağdam rayon Polis Şöbəsinə gəlmişdir. Bundan sonra Təqsirləndirilən şəxs da, rayon polis şöbəsinə gəlməsi Ağdam rayon DYPB-nin əməkdaşlarının köməyi ilə təmin edilmiş və idarə etdiyi “Khazar LX” markalı, **-LE-*** dövlət qeydiyyat nişanlı avtomobil özünün də iştirakı ilə DYPB-nin əməkdaşları tərəfindən Ağdam rayon Polis Şöbəsinin müvəqqəti saxlama duracağına yerləşdirilmişdir. Onlar Təqsirləndirilən şəxs və Şahid10 yol vermiş olduqları inzibati qanun pozuntusu barədə Ağdam rayon Polis Şöbəsinin rəhbərliyinə raportla məruzə etmişlər. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid7 sərbəst ifadəsində və ona verilmiş sualları cavablandırarkən göstərdi ki, o, Ağdam rayon Polis İdarəsinin Yol Patrul Xidmətinin inspektoru vəzifəsində işləmişdir. Həmin günü xidmətdə olmuşdur. Quzanlı istiqamətində xidmətdə olmuşdur. Onlara bir nəfər şəxsin tabesizlik göstərməsi barədə məlumat daxil olmuşdur. Əraziyə getmişlər. Xındırıstan ərazisində şəxsi saxlamış və polis idarəsinə dəvət etmişlər. Şəxsin yəni Təqsirləndirilən şəxs yanında bir nəfər xanım olmuşdur. Deyəsən, iyun ayı olmuşdur. ***-***-**-** saylı nömrədən istifadə etmişdir. İstintaq zamanı vermiş olduğu ifadəni təsdiq etmişdir. Məscidi keçdikdən sonra yerləşən yerdə saxlamışlar. Şahid7 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, 2016-cı ildən DlO-da, 2020-ci ildən isə hazırki vəzifəsində işləyir. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, aralarında heç bir düşmənçilik və ədavət olmamışdır. xx.xx.2024- cü il tarixdə saat 23 radələrində o, sürücüsü olduğu “Mercedes C300” markalı, **-YP-*** dövlət qeydiyyat nişanlı avtomobillə Ağdam rayonu ərazisində xidmətdə olarkən ona “Khazar LX” markalı, **-LE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün Ağdam rayon Post Patrul Xidməti Bölüyünün əməkdaşlarının qanuni tələbinə məhəl qoymayaraq yuxanda qeyd olunan avtomobillə inzibati xəta yerindən yayınması barədə məlumat daxil olmuşdur. O, daxil olmuş məlumatla əlaqədar Ağdam rayonu Quzanlı-Əfətli yolu üzrə hərəkətdə olarkən Ağdam rayonu, Xındırıstan kəndi ərazisində “Khazar LX” markalı, **-LE-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkətdə olması müəyyən edilmiş və həmin avtomobil digər polis əməkdaşlarının da, köməyi ilə saxlanılmışdır. Bundan sonra “Khazar LX” markalı, **-LE-*** dövlət qeydiyyat nişanlı avtomobil sürücü Təqsirləndirilən şəxs iştirakı ilə Ağdam rayon Polis Şöbəsinin mühafizə olunan duracağına yerləşdirilmişdir. O, həmin avtonəqliyyat vasitəsinin saxlanca qəbul barədə aktını yazmaq üçün sürücü Təqsirləndirilən şəxs avtomobilində olan əşyalar barədə məlumat verməsini xahiş edərkən Təqsirləndirilən şəxs özünü aqressiv apararaq məlumat vermək istəmədiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs özünün iştirakı ilə avtomobilin qapılarının bağlı olması yoxlanmış və açar sürücü Təqsirləndirilən şəxs təqdim olunmuşdur. Sürücü Təqsirləndirilən şəxs özünü çox aqressiv aparması onda həmin avtomobildə qanunsuz əşya və predmetlərin olması şübhəsini yaratdığından o, bu barədə Ağdam rayon Polis Şöbəsinin rəhbərliyinə raportla məruzə etmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid8 sərbəst ifadəsində və ona verilmiş sualları cavablandırarkən göstərdi ki, təqsirləndirilən şəxsi Ağdam rayon sakini kimi tanımışdır. Həmin günü onlar Quzanlı ərazisində xidmətdə olmuşlar. Onlara səs-küy olması barədə məlumat daxil olmuşdur. Məişət səs-küyü olduğunu demişlər. Həmin əraziyə yaxınlaşmışlar. Lider kafe adlanan ərazi olmuşdur. Onlar ora yaxınlaşanda Təqsirləndirilən şəxs orada görməmişdir. Faiqin qardaşı Şahid10 orada olmuşdur. Sonradan Təqsirləndirilən şəxs atası, yəni Hüseynov Şahmar oraya gəlmişdir. “Mənim oğlumdur” deyərək gəlmişdir. Həqiqətən, orada səs-küy olmuşdur. Deyəsən, yoldaşı kimi xarakterizə etdiyi X11 döymüşdür. Şahid10 və atası Hüseynov Şahmarı şöbəyə aparmışlar. Təqsirləndirilən şəxs avtomobili ilə oradan qaçdığına görə DYP əməkdaşlarına məlumat vermişlər. DYP əməkdaşları isə şəxsin iştirakını sonradan təmin etmişdir. Təqsirləndirilən şəxs atasını Lider kafenin qarşısından polisə aparmışlar. Şəxsin atası Lider kafenin yanına sonradan gəlmişdir. Lider kafenin qarşısında xanım olmamışdır. Xanım aparmamışlar. Ayın yeddisi olmuşdur. Doblo markalı polis avtomobili ilə aparmışlar. Şahid10 avtomobilini kimin aparmasını bilməmişdir. Onlar şəxsləri məişət səs-küyü ilə bağlı şöbəyə dəvət etmişlər. Təqsirləndirilən şəxs isə onlar aparmamışlar. Onun xatırlamağına əsasən Faiqlə yoldaşı kimi xarakterizə etdiyi Sevinc xanım ilə birgə gətirilmişdir. Faiqin qardaşı ilə atasını onlar şöbəyə aparmışlar. Hansısa birini onlar aparmışlar. Avtomobilin kimə məxsus olduğunu xatırlamamışdır. ***-***- **-** nömrəsindən istifadə etmişdir. Heç bir istintaq hərəkətində iştirak etməmişdir. Faiqin gətirilməsini görməmişdir. O, təqsirləndirilən şəxsin atasının evini görməmişdir. O, postpatrul xidmətinin sürücüsüdür. Hadisə yerinə getdikləri avtomobili idarə etmişdir. Avtomobilə daxil olmuş məlumatları başqa bir əməkdaş qəbul etmişdir. Rabitə vasitəsi ilə məlumat daxil olmuşdur. Bəlkə də, şəxsin atası şöbəyə özü gəlmişdir. Yanlış xatırlamışdır. Sonradan atasını şöbədən çıxarmışlar. Atasına şöbədə olarkən “sənlik bir iş yoxdur” demişlər. Atası bir şey etməmişdir. İstintaq vermiş olduğu ifadəni təsdiq etmişdir. Şahid8 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, 2019- cu ildən DlO-da, 2021-ci ildən isə hazırki vəzifəsində işləyir. Təqsirləndirilən şəxs soyuducu təmir ustası kimi tanımış, aralarında heç bir düşmənçilik və ədavət olmamışdır. xx.xx.2024cü il tarixdə saat 23 radələrində o, sürücüsü olduğu “FİAT” markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı avtomobildə Ağdam rayon X31 Patrul Xidməti Bölüyünün polis nəfəri, polis serjantı Şahid6 ilə Ağdam rayonu Quzanlı qəsəbəsində xidmətdə olarkən Ağdam rayonu Quzanlı qəsəbəsində yerləşən “Lider” kafenin qarşısında səs-küy olması barədə məlumat daxil olmuşdur. Onlar oraya çatdıqda Təqsirləndirilən şəxs və Şahid10 uca səslə ünvansız nalayiq ifadələr işlətdiyini və yanlarında olan X1 çalışdığını müəyyən etmişlər. Onlar həmin şəxsləri nizam-intizama dəvət edərkən Təqsirləndirilən şəxs tabesizlik göstərərək idarə etdiyi avtomobil ilə oradan uzaqlaşmağa çalışmışdır. Həmin vaxt onlar dərhal növbədə olan X35 Bölməsinin əməkdaşlarına məlumat vermişlər. Şahid10 Ağdam rayon Polis Şöbəsinə dəvət etmişlər. Onlar Şahid10 şöbəyə dəvət edərkən sonradan oraya çatmış atası X16 da, Ağdam rayon Polis Şöbəsinə gəlmişdir. Bundan sonra Təqsirləndirilən şəxs da, rayon polis şöbəsinə gəlməsi Ağdam rayon DYPB-nin əməkdaşlarının köməyi ilə təmin edilmiş və idarə etdiyi “Khazar LX” markalı, **-LE-*** dövlət qeydiyyat nişanlı avtomobil özünün də iştirakı ilə DYPB-nin əməkdaşları tərəfindən Ağdam rayon Polis Şöbəsinin müvəqqəti saxlama duracağına yerləşdirilmişdir. Onlar Təqsirləndirilən şəxs və Şahid10 yol vermiş olduqları inzibati qanun pozuntusu barədə Ağdam rayon Polis Şöbəsinin rəhbərliyinə raportla məruzə etmişlər. Məhkəmə baxışında şahid qismində dindirilmiş Abbasova Sevinc (Emma) Yaşar qızı sərbəst ifadəsində və ona verilmiş sualları cavablandırarkən göstərdi ki, təqsirləndirilən şəxsi əvvəldən tanımışdır. Təqsirləndirilən şəxs onun keçmiş sevgilisi olmuşdur. Bir müddət bir yerdə yaşamışlar. Hazırda onunla onun heç bir əlaqəsi yoxdur. Təqsirləndirilən şəxs tutulduqdan sonra onunla əlaqəsi kəsilmişdir. Hadisənin üzərindən bir ildən çox müddət keçdiyinə görə bəzi məqamlar onun yadından çıxa bilər. O, Faiqlə bir müddət bir evdə yaşamışdır. Onunla ailə münasibətləri olmamışdır. Faiqin narkotik vasitələrdən istifadə etməsini həm o, həm də onun ailə üzvləri bilmişdir. Şəxsin narkotik satmasından onun heç bir məlumatı olmamışdır. İfadəsində də heç bir məlumatının olmadığını qeyd etmişdir. Həmin gün Faiqlə onlar rayona getmişdir. Ailələrinin yanına getmişdir. Onların ailə üzvləri orada yaşamışdır. Ailələri sevgili olaraq bir yerdə yaşamaqlarını bilmişdir. Yolda olarkən öz aralarında balaca bir mübahisə yaşamışlar. Ona görə də polis Faiqi aparmışdır. Davaya görə aparmışdır. Ağdam rayonunda yerləşən adını xatırlamadığı kafenin qarşısında mübahisələri olmuşdur. Şikayət olunmuşdur. Faiqi apardıqdan sonra onlardan da ifadə götürmüşlər. Başqa bir şey olmamışdır. Ağdama getdikləri tarix dəqiq yadında deyildir. Ailələrini görməyə getmişlər. Kafenin qarşısında mübahisələri yaranmışdır. Dörd yol adlanan ərazidə polislər onları saxlamışdır. Polislər onları aparanda ona “səni aparıb evə qoyum” demişdir. Həmin sözü polisə də demişdir. Bu məzmunda söhbət olmuşdur. O, Faiqin avtomobili sürətli sürdüyünə görə polisin onu saxladığını düşünmüşdür. Polislər onu aparmaq istəyəndə o, polislərə “gözlə xanımı evə qoyub gəlirəm” demişdir. Faiqi avtoxuliqan kimi evdən götürməyə gəlmişlər. Onlar evə getmişlər. Faiq ona “gəl birlikdə şöbəyə gedək və nə olduğunu bilək” demişdir. Faiqin hadisə yerindən qaçmaq məsələsi olmamışdır. Onlar evə, ümumiyyətlə, girməmişlər. Mənzilin qapısının ağzında olmuşlar. İfadələrini vermək üçün getmişlər. Mübahisədə o da iştirak etmişdir. Mübahisədə Faiqin qardaşı da olmuşdur. Faiqin qardaşı həmin vaxt kafedən nəsə almışdır. Polislərə mübahisələri haqqında ifadə yazmışlar. İlk ifadələri bu olmuşdur. Həmin günü axşama Faiqi buraxacaqlarını demişlər. Mübahisələrinə görə Faiqi bir müddət içəridə saxlamışlar. Səhəri günü gedəndə Faiq burada qalmalı olduğunu və telefonundan nə isə aşkar edildiyini demişdir. Ondan da ikinci dəfə ifadə almışlar. Telefonundan narkotikə aid mesajlar çıxdığını, onun məlumatının olubolmamasını soruşmuşlar. Məlumatı olmadığını demişdir. Marixuanadan istifadə etmişdir. Onun yanında istifadə etməmişdir. Evdə narkotik olmasını bilməmişdir. Sonradan polis əməkdaşları ona evdə narkotik olduğunu demişdir. Səhəri günü polislər ona “gəl gedək Faiqin yaşadığı evə baxaq” demişlər. O da ünvanı göstərmişdir. Həmin müddətdə avtomobildə oturmuşdur. Evə girməmişdir. Evin ünvanını demişdir. Həmin avtomobildə olduğu müddətdə onun yanında polis əməkdaşı olmuşdur. Ondan sonrasını bilməmişdir. Gecəni yolda olmuş və polis əməkdaşları ilə birlikdə Ağdama qayıtmışlar. Avtomobildə narkotik olmasından onun xəbəri olmamışdır. Üzərində narkotik olmasını bilməmişdir. İki ilə yaxın Faiqlə münasibəti olmuşdur. Onun xatırlamağına əsasən onlar ayın yeddisi tutulmuşlar. Ayın yeddisində onlar Faiqlə tanış olmuşlar. Ona görə həmin tarixi xatırlamışdır. Günortadan sonra Faiqlə Sumqayıt şəhərindən çıxmışlar. Ağdama çatanda axşam saatları olmuşdur. Təxmini saatı deyə bilməmişdir. Ağdama çatanda ilk olaraq Faiqin qardaşını götürmüşlər. Ondan sonra kafeyə getmişlər. Qardaşını haradan götürməkləri yadında deyildir. Qardaşı ilə birlikdə Faiqin icarəyə götürdüyü avtomobillə kafeyə getmişlər. Kafenin adı yadında deyildir. Kafeyə yemək almaq üçün qardaşı getmişdir. Onlar qısqanclıq səbəbindən dalaşmışlar. Qardaşı nə isə alıb yanlarına gəlmişdir. Onlar dava edəndə kənardakı şəxslər onlara irad bildirmişdir. Ucadan dalaşdıqlarına görə irad bildirmişdir. Quzanlı ərazisində dörd yolda polislər onlara yaxınlaşmış və onlar barədə şikayət olunduğunu demişlər. Post Patrul xidmətinin əməkdaşları olmuşdur. Neçə nəfər olduqlarını xatırlamamışdır. Birinci Faiqə yaxınlaşmış və şöbəyə dəvət etmişlər. Qardaşı da avtomobildə olmuşdur. Faiqin qardaşı sonradan hara getməsini xatırlamamışdır. Bir ildən çox müddət keçmişdir. Şəxsin qardaşı haqqında epizod yadında deyildir. İfadəsində bildiklərini demişdir. Evə gedəndə axşam saatları olmuşdur. Saatı dəqiq deyə bilməmişdir. Qaranlıq olmuşdur. Post patrul xidmətinin əməkdaşlarından başqa bir polis nəfəri onları saxlamamışdır. Faiqin valideynləri ilə Faiq tutulandan sonra görüşmüşdür. Faiqin avtomobili ilə polisə yaxınlaşmışlar. Faiq avtomobili şöbə ilə üzbəüz saxlamışdır. Şöbənin qarşısında market olmuşdur. Adını xatırlamamışdır. Ondan sonra ifadə vermək üçün şöbəyə girmişlər. DYP onları şöbənin qarşısında saxlamışdır. Faiq özü onlara “onsuz da bizi şöbəyə çağırıblar və içəriyə giririk” demişdir. DYP onları marketin qarşısında saxlamışdır. İki hərəkətli bir yoldur. Yolun bir tərəfi polis idarəsi, bir tərəfində də market olmuşdur. Polis İdarəsinin həyətində adlarını bilmədiyi polis əməkdaşları olmuşlar. Faiqin atası polis idarəsinin həyətində olmuşdur. Onlar içəri girmişlər. Atası da gəlmək istəyəndə polislər icazə verməmişdir. Onlar içəri girəndə polislər atasının da içəri girməməsi üçün əlləri ilə müqavimət göstərmişdir. İfadə verməkləri üçün atasını içəriyə buraxmamışlar. Faiqlə onun ifadələrini ayrı-ayrılıqda götürmüşlər. Həmin günü xüsusi heç bir şey olmamışdır. Faiqi avtoxuliqan kimi saxlayacaqlarını demişlər. Onlara isə “səhər səkkizdə burada olun və Faiqi buraxacağıq” demişlər. Onlar da saat səkkizdə orada olmuşlar. Saat 12-yə kimi heç bir xəbər çıxmamışdır. Günorta saatlarında onu çağırmış və narkotik barədə məlumatının olubolmamasını soruşmuşlar. Məlumatının olmadığını demişdir. Onun yanında narkotik istifadə edib-etməməyini soruşmuşlar. İstifadə etdiyini bildiyini, amma onun yanında çəkmədiyini demişdir. Daha sonra avtoobilində və evində filan narkotiklərin tapıldığını demişlər. Ayın yeddisi gecəsi Faiqi polisdə saxlamışlar. Faiqin qardaşından da izahat götürmüşlər. Faiqin qardaşı onlarla polis idarəsinə getməmişdir. Faiqlə onlar ikisi birlikdə polisə getmişlər. Faiqin qardaşının polisə necə gəldiyini o bilməmişdir. Daha sonra o Faiqin qardaşı ilə birlikdə evə getmişdir. Faiqi polisə müqavimətə görə gecəni saxlamışlar. Səhəri günü günorta saatlarında polis idarəsinə giriş edəndə narkotik aşkar edilməsi barədə məlumat vermişlər. Faiqin satışla da məşğul olmasını demişlər. Səhəri günü avtomobil orada olmamışdır. Faiqin avtomobilin açarını götürüb-götürməməsi yadında deyildir. Tutulan günü dava ilə bağlı izahat vermişlər. Səhəri günü narkotiklə bağlı suallar vermiş və bildiyini demişdir. Şifahi və ya yazılı şəkildə olub-olmamasını xatırlamamışdır. Kiminlə söhbət etməyini dəqiq xatırlamamışdır. Deyəsən, Babək adlı şəxs olmuşdur. Rizvan adlı polis əməkdaşı həmin idarənin rəis müavini olmuşdur. Ağdamdan Xırdalana gələndə avtomobili idarə edən Rizvan olmuşdur. Cip markalı avtomobillə getmişlər. Ağdamdan saat neçədə getməklərini xatırlamamışdır. Avromobildə tək olmamışdır. Başqa polis əməkdaşları olmuşdur. Avtomobildə ondan əlavə üç polis əməkdaşı da olmuşdur. Hansı geyimdə olduqlarını xatırlamamışdır. Faiqlə birgə yaşadıqları evi polislərə göstərmişdir. Kirayədə yaşadıqları mənzilə Faiqdən əvvəl onlar getmişlər. Faiqi gətirdikləri zaman onlar evdən çıxmışlar. Polis əməkdaşları evə qalxanda ona “siz zəhmət olmasa avtomobildə qalın” demişlər. Onlar avtomobilə əyləşib çıxandan sonra, deyəsən, Faiqi evə gətirmişlər. Faiqi hansı avtomobildə gətirdiklərini görməmişdir. Onu şöbədən götürmüşlər. Həmin vaxtı şöbədə Faiqi gözləmişdir. O, özü şöbədə Faiqi gözləmişdir. Onu Bərdə rayonundan yox, Ağdamdan götürmüşlər. Faiq Bərdədən gəlmişdir. Axşam tərəfi onu Ağdamdan götürmüşlər. Faiqə paltar aparmışdır. Tarixi dəqiq xatırlamamışdır. Yağış yağdığı üçün Faiqə paltar aparmışdır. Deyəsən, ayın səkkizi olmuşdur. Həmin günü onları axşama kimi gözlətmişlər. Ondan sonra Bakıya gəlmişlər. Həmin gün Faiqin qardaşı ilə şöbədə gözləmişlər. Masazırda olanda o, təkcə Faiqin səsini eşitmişdir. Kimlərlə gəldiyini görməmişdir. Faiqin narkotik satması ilə bağlı polisə məlumat verməmişdir. İfadəsini oxumağı yadında deyildir. Faiqi Bərdə rayonuna nə vaxt aparmaqlarını onlara deməmişlər. Faiqinin barəsində protokol tərtib edilməsini o bilməmişdir. Faiqin narkotikdən istifadə etməsini bildiyini demişdir. Telefonundan müəyyən şeylər aşkar edildiyini demişlər. Nə tapıldığını soruşanda ona deməmişlər. Faiqin anası ilə yazışmaları yadında deyildir. O, ibtidai istintaq zamanı Faiqin kiminləsə görüşüb ona narkotik verməsi barədə məlumat verməmişdir. Ələddin adlı şəxsi tanımamışdır. Adın xatırlamadığı polis əməkdaşı ona “yalan məlumat versəniz saçlarınızı kəsəcəyik” demişdir. “Yalan danışsaz və məlumatlı olduğunuz şeyləri deməsəniz saçlarınızı kəsəcəyik” demişlər. Onlar ünvandan geri qayıdandan sonra polislər ona evdən və avtomobildən narkotik aşkar edildiyini demişdir. Onlar Ağdam rayonuna səhərə yaxın çatmışlar. Ona “siz evə gedin və günorta saatlarında geri gələrsiz” demişlər. Ondan nə tapdıqlarını soruşmanda məlumatının olmadığını demişdir. Polisdə ona fiziki və mənəvi təzyiq etməmişlər. Verilən suallara cavab vermişdir. O, avtomobilə minəndə Faiqin səsini eşitmişdir. Onların avtomobilin arxasında Faiqin olduğu avtomobil dayanmışdır. Polislərin əllərində nəsə görməsi yadında deyildir. Mənzilin açarı Faiqin avtomobilində olmuşdur. Mənzilin açarı onda olmamışdır. Mənzil bir açarla açılırmış. Polislər ona düz danışmağını söyləmişlər. İfadə verəndə köməklik etmişlər. Ümumiyyətlə, ifadə vermək istəməmişdir. Davaları ilə bağlı onsuz ifadə vermişdir. O, özü Faiqə “Ağdam rayon Polis Şöbəsinə gedək” demişdir. Polislər ona Faiqin avtomobilində və evində narkotik aşkar olunması barədə məlumat verdikdən sonra bilmiş və sonra ifadə vermişdir. O, heç bir zaman narkotik maddələrindən istifadə etməmişdir. Quzanlıda olarkən Faiq öz dostu ilə görüşmüşdür. O, Faiqin narkotik satdığını bilsəymiş, onu bildirərmiş. O, ifadə verərkən bildiklərini demişdir. Bilmədiklərini ona yazdırmamışlar. Şahid X14 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun keçmiş əridir, aralarında heç bir düşmənçilik və ədavət olmamışdır. 2022-ci ilin avqust ayından Təqsirləndirilən şəxsla qeyri-rəsmi ər-arvad münasibətində yaşamışlar. Təxminən 2024-cü ilin aprel ayından Təqsirləndirilən şəxsla ünvan 4 ünvanında kirayənişin kimi yaşamağa başlamışlar. xx.xx.2024-cü il tarixdə gündüz saatlarında dəqiq xatırlamadığı vaxtda Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin kondisionerinin nasaz olduğunu, kondisioneri Ağdam rayonu Quzanlı qəsəbəsində yaşayan X27a təmir etdirmək istədiyini, buna görə də, Ağdam rayonuna getməli olduğunu bildirmiş və ona da, Ağdam rayonuna getməyi təklif etmişdir. O razılaşmış və Təqsirləndirilən şəxs idarə etdiyi “Khazar LX” markalı, **-LE-*** dövlət qeydiyyat nişanlı avtomobillə Ağdam rayonu Quzanlı qəsəbəsinə getmişlər. Ağdam rayonu, Quzanlı qəsəbəsində olarkən birlikdə “Lider” kafe adlı kafeyə getmişlər. Həmin vaxt Faiqin qardaşı Şahid10 orada pivə almaq üçün gözləmişdir. Faiq kafeyə girib pivə almaq üçün gözləmiş, daha sonra Vüqar çölə çıxıb yanına gəlmiş və onunla söhbət etməyə başlamışdır. Bir qədər sonra Faiq içəridən çıxdıqda o, Faiqdən pivə içməməyi tələb etmişdir. Həmin vaxt Faiq uca səslə ona qışqırdığından o, Faiqə öz iradını bildirib o tərzdə danışmamağı tələb etmişdir. Bu zaman ətrafdan əvvəllər tanımadığı bir neçə nəfər şəxs onlara yaxınlaşıb Faiqdən sakit danışmasını tələb etmişlər. Həmin vaxt Faiq mübahisənin öz aralarında olduğunu, bu məsələnin həmin şəxslərə heç bir aidiyyəti olmadığını bildirmişdir. Bundan sonra o, Faiqlə idarə etdiyi Khazar LX” markalı, **- LE-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşib oradan bir qədər uzaqlaşmaq istəmişdir. Daha sonra Ağdam rayon Polis Şöbəsinin əməkdaşları onlara yaxınlaşmış, Faiqin səs-küy salaraq ətrafdakıları narahat etdiyini bildirmiş və Ağdam rayon Polis Şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs idarə etdiyi “Khazar LX” markalı, **-LE-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşərək oradan uzaqlaşmaq istəsə də, o, Faiqə polisin qanuni tələbinə tabe olmalı olduğunu bildirmiş və bundan sonra Faiqin idarə etdiyi avtomobillə Ağdam rayon Polis Şöbəsinə getmişlər. Orada onun izahatı alınmış və sərbəst buraxılmışdır. Faiqin isə barəsində inzibati protokol tərtib olunacağı bildirilmiş və Ağdam rayon Polis Şöbəsində saxlanılmışdır. Sonradan o, Təqsirləndirilən şəxsla Ağdam rayon Polis Şöbəsində aparılan profilaktik söhbətlər zamanı hazırda adını xatırlamadığı bir nəfər şəxsə narkotik maddələr satmasını etiraf etməsini, həmçinin idarə etdiyi avtomobildən və ünvan 4 ünvanında yaşadıqları evin qonaq otağında divanın içərisindən narkotik maddələr aşkar olunaraq götürülməsini bilmişdir. Onun Təqsirləndirilən şəxs narkotik maddələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olması barədə heç bir məlumatı olmamışdır. Təqsirləndirilən şəxs ona əvvəllər narkotik maddə satmamış və ya təmənnasız olaraq verməmişdir. Keçmiş əri Təqsirləndirilən şəxs idarə etdiyi “Khazar LX” markalı, **-LE-*** dövlət qeydiyyat nişanlı avtomobildə və ünvan 4 ünvanında yaşadıqları evin qonaq otağında divanın içərisində narkotik maddələr saxlaması barədə əvvəlcədən məlumatı olmamışdır. xx.xx.2024-cü il tarixdə Ağdam rayonu Quzanlı qəsəbəsinə gəldikdən sonra həmin gün saat 22:30 radələrində o, Faiqlə birlikdə sonuncunun idarə etdiyi “Khazar LX” markalı, **-LE-*** dövlət qeydiyyat nişanlı avtomobildə olarkən Faiq, Ağdam rayonu Quzanlı qəsəbəsində “Mədəniyyət evi”nin qarşısında avtomobili saxlayaraq həmin vaxt oraya Ağdam rayon Mərkəzi Xəstəxanası istiqamətindən gələn yaşıl rəngli “Vaz- 2107” markalı avtomobilə əyləşmiş, bir qədər sonra gəlib öz avtomobilinə əyləşmiş və oradan uzaqlaşmışlar. Həmin vaxt Faiq həmin avtomobildə tanışıyla görüşdüyünün bildirmiş və o, Faiqin hansı məqsədlə həmin şəxslə görüşməsini bilməmişdir. Onun Təqsirləndirilən şəxs başqa şəxslərə narkotik maddə satması barədə məlumatı olmamışdır. O, özünün istifadəsində olan 051 *** ** ** saylı mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan 051 *** ** ** saylı mobil nömrəylə mobil telefon əlaqəsi saxlamaqla şəxsi mövzularda söhbətlər etmişdir. Təqsirləndirilən şəxs cinayət əməli törətməsindən xəbəri olmamışdır. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid10 sərbəst ifadəsində və ona verilmiş sualları cavablandırarkən göstərdi ki, Şahid10 təqsirləndirilən şəxsin qardaşı olduğunu bildirmişdir. İyun ayının yeddisi olmuşdur. Axşam üstü qardaşı ona zəng etmişdir. Ağdam rayonuna qonaq gələcəyini demişdir. Qardaşı Bakı şəhərində yaşamışdır. Ona “pivə al içək” demişdir. Onlar yaşadıqları evin yaxınlığında Elçin adlı şəxsin yanına getmişlər. Həmin şəxsdə pivə olmamışdır. Lider kafe adlanan yerə getmişdir. İdman kompleksinin yaxınlığında yerləşmişdir. Oraya pivə almağa getmişdir. Orada müştərilər çox olduğu üçün bir az ləngimişdir. Həmin ərəfədə qardaşı zəng edərək çatmış olduğunu demişdir. O, müştərinin çox olduğunu bir az ləngiyəcəyini demişdir. O, qardaşının təklifinə əsasən Sevincin yanına getmişdir. Sevinc ona “yəqin Faiq orada qız görmüş və onu görmək üçün getmişdir” demişdir. Ona bir söz deməmişdir. Faiq gələndən sonra ondan soruşmuşdur. Orada bir az səs-küy yaranmışdır. Kənarda üç nəfər tanımadığı şəxs olmuşdur. Həmin şəxslər onlara münasibətdə “gedib evinizdə səs-küy edin” demişdir. “Bura səs-küy yeri deyildir” demişlər. Həmin şəxslər daha sonra 102 xidmətinə məlumat vermişlər. Qardaşı da həmin şəxslərə “bizi üzrlü sayın və biz gedirik” demişdir. Qardaşı avtomobili sürüb getdikdən sonra o da getmişdir. Daha sonra o, Cipsi almağa getmişdir. Brend marketə getmişdir. Oradan cipsi almışdır. Orada olarkən post-patrulun əməkdaşları ona yaxınlaşaraq “sizdən şikayət vardır. Ağdam rayon Polis Şöbəsinə yaxınlaşın” demişlər. Qardaşı yoldaşı avtomobildə olduğu üçün onlara “mənimlə birgə gəlin ailəmi evə qoyum” demişdir. Avtomobildəkiləri evə düşürməyə polis əməkdaşları da onunla birgə gəlmişdir. Qardaşı guya avtomobilin şüşəsini qırmışdır. O da məsələni olduğu kimi atasına demişdir. O, polis əməkdaşlarına “gəlin bir yerdə gedək və mənə göstərin ki, avtomobilin şüşəsini harda qırmışam” demişdir. Həmin kafedə kamera olduğunu ona demişlər. “Kameraya gedək baxaq” demişdir. Həmin videonu ona göstərə bilməmişlər. Samir adlı şəxs olmuşdur. Ağdam rayonunda polis kimi işləmişdir. Samir ona “mən oradan bura gəlmişəm və yerlilərimə kömək edim və sən də deyirsən ki, mən sındırmamışam” demişdir. Bu sözü atası ilə ona deyəndə o, şüşənin qırılmasından xəbərsiz olduğunu bildirmişdir. Orada atası “nəsə xərci varsa ödəyə bilərəm” demişdir. Ondan sonra ona “yaxınlaşın polis şöbəsinə” demişdir. Daha sonra ona münasibətdə “bunu polis bölməsinə basın” demişlər. Ondan sonra o, 102 xidmətinə zəng edib “məni günahsız yerə tuturlar” demişdir. Üç və ya dörd nəfər olmuş və məcburi formada onu tutmuşlar. Sonradan qardaşının ağlaya-ağlaya yanına gəlmişdiryini görmüşdür. Onlardan “nə üçün ağlayırsan” deyə soruşmuşdur. Daha sonra ona qardaşını döydüklərini demişlər. Ondan sonra onu MSY-yə salmışlar. Səhəri günü onu buraxmışlar. Babək adlı şəxs orada işləmişdir. Balaca boylu kök adam olmuşdur. Sevinc ilə ikisi içəridə olmuşdur. Babək adlı şəxs ona “get iki min manat pul gətir və qardaşını buraxaq” demişdir. Ona “sənə kişi kimi söz verirəm ki, 2000 manat gətir və qardaşını buraxaq” demişdir. Daha sonra yenidən onu MSY-yə salmışlar. İnzibati xətaya görə məsuliyyətə cəlb edilmişdir. 51 manat cərimə olunmuşdur. E-polis proqramı vasitəsi ilə ödəmişdir. Səhəri günü ona qardaşının üşüdüyünü və ona gödəkcə gətirməsini demişlər. Səhəri günü gödəkcəni gətirmişdir. Səhəri günü ona gödəkcənin içərisindən nəsə yazı çıxması ilə bağlı çağırmışlar. Kağızı cibindən çıxararaq “bu xətt sənin deyil mi” demişlər. Yazılan xətti oxuya bilməmiş və öz xətti olmadığını demişdir. “İzahatları gətirin və xəttin onun olub-olmadığını yoxlayın” demişdir. Sonradan ona “sənlik bir iş yoxdur demişlər və get” demişlər. Daha sonra gecəni onu MSYdə saxlamış və ayın doqquzu onu buraxmışlar. Qardaşı polis idarəsinə tək gəlmişdir. Sevinc onunla birgə getmişdir. Qardaşı sonradan polis idarəsinə özü gəlmişdir. Kimsə onu gətirməmişdir. O, birinci idarəyə getmişdir. Ondan sonra qardaşı ağlaya-ağlaya polis idarəsinə gəlmişdir. O, Şöbəyə gedəndə Sevinc Faiqlə bir yerdə olmuşdur. Atası ilə bir yerdə polis idarəsinə getmişdir. X24 gəlmişdir. Sevinci buraxmışlar. İlk olaraq atası ilə polis idarəsinə getmişdir. Ona “qardaşı polis idarəsinə gəlməsə səni buraxmayacağıq” demişlər. Faiqə zəng edərək özü çağırmışdır. Ona da gəldiyini demişdir. Sonradan Sevinclə bir yerdə gəlmişdir. Faiqin narkotikdən istifadə etməsindən xəbərsiz olmuşdur. Əvvəllər istifadə etmişdir. Müalicə alandan sonra istifadə etməsini bilməmişdir. İyun ayının yeddisi Faiq Şöbəyə gəlmişdir. Onu saxladığı zaman burada niyə saxlanıldığını soruşmuş və ona “səhər rəis gələndə deyəcəyik” demişlər. Səhəri günü doqquzdan sonra buraxmışlar. Faiqin həmin vaxtı harasa aparmaqlarını bilməmişdir. Səhəri günü isə Bakı şəhərinə apardıqlarını demişlər. Ev yoxlanışı üçün apardıqlarını bilmişdir. Evi yoxladıqlarından sonra narkotik çıxdığını demişlər. Ayın səkkizi axşam Faiqi Bakı şəhərinə aparmışlar. O, həmin zaman MSY-də olmuşdur. Sevinclə Faiqi birgə Bakı şəhərinə aparmışlar. Dəqiq formada Faiqi Ağdamdan harasa aparmalarını bilməmişdir. Onu orada saxlamış və səhəri günü buraxmışlar. Lider kafenin qarşısından 102 xidmətinə zəng etmişdir. Hansı nömrə ilə zəng etdiyini xatırlamamışdır. ***-***-**-** nömrəsindən istifadə etmişdir. Digər nömrəsi isə 010- 252 olmuşdur. Sonrakı rəqəmlərini xatırlamamışdır. Atası ilə bir polis əməkdaşı arxada əyləşmişdir. Avtomobili idarə edən özü olmuşdur. Yan tərəfində də bir polis əməkdaşı əyləşmişdir. Dörd nəfər polis idarəsinə getmişdir. Birinci evə getmişlər. Evə getmiş və Sevinci düşürmüşlər. Polislərlə daha sonra polis idarəsinə getmişlər. Evə gedəndə atası evdə olmuşdur. Arxalarınca evə polis əməkdaşları gələrək “kafenin qarşısından sürətli keçmisən və şüşəni qırmısan” demişlər. Bir nəfər əməkdaş olmuşdur. Adını bilməmişdir. Samir adlı şəxsi tanımışdır. Atası ilə birgə Ağdam polis şöbəsinə öz avtomobili ilə gəlmişdir. İki nəfər polis avtomobilində olmuşdur. Həmin vaxtı qardaşı Faiq orada olmamışdır. Ona şöbəyə gələcəyini demişdir. Qardaşı ona saat altı və ya yeddi radələrində zəng etmişdir. Ayın doqquzu MSY-dən buraxmışlar. Gödəkcəni saat neçədə gətirməsini xatırlamamışdır. On bir radələri olmuşdur. Gödəkcədə yazılan kağıza nə yazıldığını bilməmişdir. Ondan bu kağızda yazılanı “sən yazmamısan mı” deyə soruşmuşlar. O da yazmadığını demişdir. Sonradan ona yazının onun yazdığını, amma Vüqar adlı şəxsin onu öyrətdiyini demişdir. Kağızda nə yazıldığını, həqiqətən, bilməmişdir. İnzibati xəta haqqında protokol tərtib ediləndə yanında vəkil olmamışdır. Protokolun surətini vermişlər. Amma onun yadında qalmamışdır. Faiq barəsində də protokol yazılmışdır. Faiqin cəriməsini kimin ödəməsini bilməmişdir. Atası dəfələrlə 102 xidmətinə zəng etmişdir. Babək adlı şəxs ona “atana de ki, 102 xidmətinə müraciətləri dayandırsın və səni də, qardaşını da buraxacağıq” demişdir. Həmin vaxt onu buraxmışlar. Oradaca ona “2000 manat da pul gətir qardaşını buraxaq” demişdir. Bu sözləri Babək müəllim demişdir. Qardaşı evindən narkotik aşkar edilməsini internetdə görmüşdür. Youtubda olan kanal paylaşmışdır. Orada görmüşdür. Faiqin avtomobilini Faiq özü duracağa qoymuşdur. Onun özü şəxsən görmüşdür. Həmin vaxt 102 xidmətinə məlumat vermişdir. Avtomobilin pəncərələri açıq vəziyyətdə olmuşdur. Avtomobillərin saxlanılması üçün nəzərdə tutulan duracaq şöbənin arxasında yerləşmişdir. İfadəni oxumadan imza atmışdır. O, demiş onlar da yazmışlar. Ondan hadisənin necə olduğunu soruşmuş və o da necə olubsa demişdir. Polis əməkdaşlarının qardaşını döyməsi barədə məlumatı vardır. Daha sonra onu və qardaşını alkotest etmişlər. İkisini də yoxlamışlar. Həmin zaman orada olan əməkdaşlar qardaşını vurmuşlar. Növbətçi hissənin qarşısında qardaşının sinəsindən vurmuşlar, yerə yıxmışlar və iki nəfər qardaşını təpikləmişdir. Ayağından və kürəyindən vurmuşlar. Rayon polis şöbəsinin əməkdaşlarını görəcəyi təqdirdə onları tanıyacaqdır. Daha sonra qardaşı ağlaya-ağlaya gələrək “atamı vurdular” demişdir. O, həmin vaxt MSY-də olmuşdur. Qardaşını test edəndən sonra yenə də vurmuşlar. Daha sonra Sevinc xanımla onun əlaqəsi olmamışdır. Ona zəng çatmamışdır. Sonradan da görməmişdir. Babayev Rizvanı tanımışdır. Sonradan onu öz yanına çağırmışdır. Səkkizi yanına çağıraraq “bilirsən də qardaşın nə ilə tutulmuşdur” demişdir. Ona “qardaşın barondur” demişdir. Ondan qardaşının narkotik istifadə etməsi barədə məlumatın olub-olmadığını soruşmuşlar. Bilmədiyini demişdir. Daha sonra “bilirəm sən ANAMA da işləmisən. Bilirsən də sənin işinə problem edə bilərəm” demişdir. Ona “mən öz işimi qanunla görürəm və kimsə mənə problem yarada bilməz” demişdir. İdarəetdiyi avtomobil rentacar avtomobili olmuşdur. MSY-dən buraxıldıqdan sonra atası ona zəng etmiş və Ağcabədiyə gedərək avtomobilin sahibinə “gəlsin avtomobili aparsın” demişdir. Daha sonra avtomobili Ağcabədiyə aparıb təhvil vermişdir. Qardaşının avtomobilində narkotik olub-olmadığını bilməmişdir. Elə bir şey görməmişdir. Avtomobildə narkotik olmasını etiraf etməsini Rizvan müəllim demişdir. Yanında qardaşı polisə müqavimət göstərməmişdir. Özü könüllü şəkildə polis idarəsinə gəlmişdir. Onu həmin günü saxlamışlar. Səkkizi buraxmışlar. Qardaşına gödəkcə gətirdikdən sonra onu yenə saxlamışlar. Ayın doqquzu buraxmışlar. Onu saat neçədə buraxdıqlarını xatırlamamışdır. Səhər saatları olmuşdur. Babək müəllim ona demişdir: “sənə kişi kimi söz verirəm ki, atana de şikayətləri dayandırsın və 2 min manat gətir qardaşınla səni buraxacam.” Onunla atası birinci şöbəyə gəlmişdir. X24 birlikdə şöbəyə gəlmişdir. İstintaqa vermiş olduğu ifadəni deyil, məhkəmədə verdiyi ifadəni təsdiq etmişdir. Sevinclə qardaşı bir avtomobildə getmişdir. Qardaşı ilə arxa-arxaya getmişdir. Polislər onun yanına gələndə qardaşı ilə Sevinc orada olmamışdır. O, cips almağa getmişdir. Sonradan polis gəlmişdir və polislərlə şöbəyə getmişlər. Şahid10 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qardaşıdır, aralarında heç bir düşmənçilik və ədavət yoxdur. xx.xx.2024-cü il tarixdə saat 22:40 radələrində qardaşı Təqsirləndirilən şəxs ona özünün istifadəsində olan hazırda xatırlamadığı mobil nömrədən onun 010 *** ** ** saylı və 051 *** ** ** saylı mobil nömrələrinə WhatsApp ani mesajlaşma sistemi vasitəsilə zəng edərək qeyri rəsmi ər-arvad münasibətində yaşadığı X14 ilə birlikdə yaşadıqları Ağdam rayonu Quzanlı qəsəbəsinə gəldiyini bildirmiş və ondan oturub birlikdə içməyi üçün pivə almağı xahiş etmişdir. Bundan sonra o, Ağdam rayonu, Quzanlı qəsəbəsi ərazisində yerləşən “Lider kafe” adlı restorana gedərək orada ona plastik qablara doldurub evə aparmağı üçün pivə vermələrini xahiş etmişdir. Həmin vaxt kafedə müştərilər çox olduğundan ona bir qədər gözləməyi bildirmişlər. Bir qədər sonra Faiq onunla WhatsApp ani mesajlaşma sistemi vasitəsilə əlaqə saxlayarkən o, Faiqə “Lider kafe”də pivə almaq üçün gözlədiyini bildirmişdir. Daha sonra qardaşı Təqsirləndirilən şəxs Sevinc Abbasova ilə birlikdə özünün idarə etdiyi “Khazar LX” markalı, **-LE-*** dövlət qeydiyyat nişanlı avtomobillə oraya gəlmişdir. Faiq kafeyə girib pivə almaq üçün gözləmiş, o isə çölə çıxıb Sevinclə söhbət etmişdir. Həmin vaxt Sevinc içəridə qızlar olduğunu və Faiqin qızlara baxmaq üçün oraya girdiyini bildirib narazılıq etməyə başlamışdır. Bir qədər sonra Faiq içəridən çıxıb Sevincin narazı olduğundan əsəbləşib uca səslə Sevincə qışqıraraq qısqanmamasını tələb etdiyini eşitmişdir. Bu zaman ətrafdan əvvəllər tanımadığı bir neçə nəfər şəxs onlara yaxınlaşıb Faiqdən sakit danışmasını tələb etmişlər. Həmin vaxt Faiq həmin şəxslərə öz həyat yoldaşına qışqırdığını, bu məsələnin həmin şəxslərə heç bir aidiyyəti olmadığını bildirmişdir. Bir nəfər əvvəllər tanımadığı yaşlı kişi isə onun səs-küy salaraq ətrafdakıları narahat etdiyini bildirmiş, o həmin şəxsə öz işiylə məşğul olmasını bildirib oradan uzaqlaşmışdır. Bir qədər sonra Ağdam rayon Polis Şöbəsinin əməkdaşları onlara yaxınlaşmış, onların səs-küy salaraq ətrafdakıları narahat etdiklərini bildirmiş və onları Ağdam rayon Polis Şöbəsinə dəvət etmişlər. O, polis əməkdaşlarının tələbi ilə Ağdam rayon Polis Şöbəsinə gəlsə də, qardaşı Təqsirləndirilən şəxs idarə etdiyi “Khazar LX” markalı, **-LE-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşərək oradan uzaqlaşmışdır. Lakin sonradan polis əməkdaşları Faiqi saxladaraq Ağdam rayon Polis Şöbəsinə aparmışlar. Ağdam rayon Polis Şöbəsində ona səs-küy salaraq inzibati qayda pozuntusuna yol verdiyini bildirmişlər və barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati protokol tərtib olunaraq inzibati cərimə cəzası tətbiq olunmuşdur. Sonradan o, qardaşı Təqsirləndirilən şəxsla Ağdam rayon Polis Şöbəsində aparılan profilaktik söhbətlər zamanı hazırda adını xatırlamadığı bir nəfər şəxsə narkotik maddələr satmasını etiraf etməsini, həmçinin idarə etdiyi avtomobildən və Abşeron rayonu, Masazır qəsəbəsi, “Yeni Bakı yaşayış kompleksində yaşadığı evdən narkotik maddələr aşkar olunaraq götürülməsini bilmişdir. Onun qardaşı Təqsirləndirilən şəxs narkotik maddələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olması barədə heç bir məlumatı olmamışdır. Təqsirləndirilən şəxs ona əvvəllər narkotik maddə satmamış və ya təmənnasız olaraq verməmişdir. O, özünün istifadəsində olan 051 *** ** ** saylı mobil nömrədən qardaşı Təqsirləndirilən şəxs istifadəsində olan 051 *** ** ** saylı mobil nömrəylə mobil telefon əlaqəsi saxlamaqla şəxsi mövzularda söhbətlər etmişdir. Qardaşı Təqsirləndirilən şəxs cinayət əməli törətməsindən xəbəri olmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli “Raport”dan görünür ki, həmin tarixdə saat 23 radələrində Ağdam rayon Quzanlı qəsəbəsində Lider kafenin işçisi zəng edərək üç nəfər şəxsin mübahisə etdiyini bildirmişdir. Polis əməkdaşlarə ** PT *** dövlət qeydiyyat nişanlı avtomobil ilə ora yaxınlaşan zaman kafedə mübahisə edən şəxslərin Quzanlı ərazisində Təqsirləndirilən şəxs və Şahid10 uca səslə ünvansız nəlayiq ifadələr işlətdiyini və yanlarında olan bir nəfər xanım X7 onları sakitləşdirməyə çalışdığını müəyyən etmişlər. Həmin şəxsləri nizam-intizama dəvət edərkən Təqsirləndirilən şəxs tabesizlik göstərərək idarə etdiyi avtomobil ilə oradan uzaqlaşmağa çalışmışdır. Polis əməkdaşları, DYPB-nin əməkdaşlarının köməkliyi ilə həmin şəxsi saxlayaraq RPŞ-nə gətirilməsini təmin etmişlər. xx.xx.2024-cü il tarixli “Raport”dan görünür ki, həmin tarixdə Ağdam rayonu ərazisində sutkalıq xidmətdə olarkən saat 23 radələrində "Khazar LX” markalı, **-LE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün Ağdam rayon X31 Patrul Xidməti Bölüyünün əməkdaşlarının qanuni tələbinə məhəl qoymaraq inzibati xəta yerindən yayınması barədə məlumat daxil olmuşdur. Həmin avtomaşın Ağdam rayonu Xındırıstan kəndi ərazisində tərəfimdən saxlanılaraq Ağdam rayon Polis Şöbəsinin mühafizə olunan duracağına yerləşdirildi. Həmin avtonəqliyyat vasitəsinin saxlanca qəbul barədə aktının yazılması üçün sürücü Təqsirləndirilən şəxs tərəfimizdən avtomobilində olan əşyalar barədə məlumat verməsi bildirilərkən o, özünü aqressiv apararaq avtomobilində olan əşyalar barədə məlumat verməkdən imtina etmişdir. Bu səbəbdən “Khazar LXn markalı, 77- LE-301 dövlət qeydiyyat nişanlı avtomobildə qanunsuz əşya və predmetlərin olması barədə şübhə yaranmışdır. xx.xx.2024-cü il tarixli “Raport”dan görünür ki, xx.xx.2024-cü il tarixdə, saat 23 radələrində rayon Quzanlı qəsəbəsində yerləşən Lider kafenin qarşısında baş verən mübahisə ilə bağlı Ağdam RPŞ-nin PPXB-nin polis nəfərləri polis serjantı Şahid6 və polis serjantı Şahid8 tərəfindən Ağdam RPŞ-ya gətirilən Təqsirləndirilən şəxs barəsində araşdırma aparılan zaman aparılmış profilaktiki söhbətlər nəticəsində bir miqdar narkotik vasitəni xx.xx.2024-cü il tarixdə təxminən saat 21:00 radələrində Ağdam rayonu Quzanlı kəndi Mədəniyyət evinin qarşısında Ağdam rayon sakini Şahid1 satmasını etiraf etmişdir. xx.xx.2024-cü il tarixli “Raport”dan görünür ki, Ağdam RPŞ İTB-nin polis sahə rəisi, polis kapitanı Şahid2 xx.xx.2024-cü il tarixli raportunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs aparılan profilaktiki söhbətlər zamanı Ağdam rayon sakini Şahid1 narkotik vasitə satmasını bildirmişdir. Araşdırmanın hər tərəfli, tam və obyektiv aparılması məqsədilə Şahid1 olduğu yer müəyyən olunmalı və izahatının alınması məqsədilə rayon polis şöbəsinə gətirilməli olduğu göstərilmişdir. xx.xx.2024-cü il tarixli “Raport”dan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 23 radələrində Ağdam rayon Quzanlı qəsəbəsində yerləşən Lider kafenin işçilərinin zəng edərək üç nəfər şəxsin mübahisə etdiklərini, fiat markalı ** PT *** dövlət qeydiyyat nişanlı xidməti avtomobil ilə həmin əraziyə yaxınlaşan zaman kafedə mübahisə edən şəxslərin Quzanlı qəsəbəsi ərazisində avtomobili saxlayaraq adlarının sonradan məlum olduğu Təqsirləndirilən şəxs və Şahid10 uca səslə ünvansız ,nalayiq ifadələr işlətdiyini və yanlarında olan X7 onları sakitləşdirməyə çalışdığını, həmin şəxsləri nizam intizama dəvət edən zaman Təqsirləndirilən şəxs tabesizlik göstərərək idarə etdiyi avtomobil ilə oradan uzaqlaşmağa çalışdığı, bundan sonra DYPB-nin əməkdaşlarının köməkliyi ilə həmin şəxsin RPŞ-nə təmin olunduğu qeyd olunmuşdur. Avtonəqliyyat vasitəsinin saxlanca qəbulu barədə aktdan müəyyən olunur ki, **-LE-*** nömrə nişanlı Khazar LX markalı avtomobil saxlanılması üçün qəbul edilmişdir. İnzibati qaydada tutuma haqqında xx.xx.2024-cü il tarixli protokola əsasən müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində inzibati qaydada tutma haqqında xx.xx.2024-cü il tarixdə 00:15-də protokol tərtib olunmuşdur. Tutma zamanı üzərindən şəxsiyyət vəsiqəsi, 2 ədəd plastik kart, 109 manat 20 qəpik pul, 1 ədəd qara pul qabı, 2 ədəd alışqan, 2 ədəd Honor 5 və 1 ədəd Redmi Xnot 7 telefonlar, qara kəmər, ağ rəngli idman ayyaqqabıları, göy cins şalvar və ağ köynək aşkar edilmişdir. Araşdırma zamanı Təqsirləndirilən şəxs ilkin olaraq izahat verməkdən imtina etmiş, bununla bağlı protokol tərtib olunmuşdur. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə izahat verərək əsəbi olduğu və ağrılarının olması səbəbi ilə hadisə baş verən vaxt izahat verməkdən imtina etdiyini, ağrılarının səbəbinin narkotik aludəsi olduğu, özü istifadə etməklə yanaşı xx.xx.2024-cü il tarixdə təxminən saat 21:00 radələrində Ağdam rayon Quzanlı kəndi Mədəniyyət evinin qarşısında həmin kəntdə yaşayan Şahid1 narkotik vasitə satmasını qeyd etmişdir. xx.xx.2024-cü il tarixli “Raport”dan görünür ki, xx.xx.2024 və xx.xx.2024-cü il tarixlərdə Ağdam rayon Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs idarə etdiyi “Khazar” markalı, **-LE-*** dövlət qeydiyyat nişanlı avtomaşından 01 ədəd şəffaf rəngli sellofan bükümdə ağ rəngli narkotik vasitəyə bənzər kütlə, Şahid1 əynindəki qara rəngli şalvarın sağ yan cibindən “Sobranie” markalı siqaret qutusunun içərisində 02 ədəd qırmızı rəngli örtüklə örtülmüş şəffaf rəngli sellofanın içərisində narkotik vasitəyə bənzər kütlələr və Təqsirləndirilən şəxs yaşadığı ünvan 11 ünvanından içərisində 9 ədəd həb olan “Methadone” preparatı, ümumilikdə 4 ədəd bükümdə tünd yaşıl rəngli kəskin iyə malik narkotik vasitəyə bənzər kütlələr, 01 ədəd bükümdə heroin, 03 ədəd bükümdə metafetamin maddəsinə bənzər kütlələr, 26 ədəd bükümdə narkotik vasitəyə bənzər kütlələr aşkar edilərək götürülmüşdür. Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Şəxsi axtarış və götürmə aparılması haqqında 08 iyun 2024-cü il tarixli protokoldan və ona əlavə edilmiş DVD diskdən görünür ki, Təqsirləndirilən şəxs 08 iyun 2024-cü il tarixdə Ağdam RPŞ-də üzərində şəxsi axtarış keçirilən zaman üzərindən iş üçün əhəmiyyət kəsb edəcək əşya, predmet və ya maddə aşkar olunmamışdır. Şəxsi axtarış və götürmə aparılması haqqında 08 iyun 2024-cü il tarixli protokoldan və ona əlavə edilmiş DVD diskdən görünür ki, Şahid1 08 iyun 2024-cü il tarixdə saxlanılaraq Ağdam RPŞ- nə gətirilib üzərində şəxsi axtarış keçirilən zaman əynindəki qara rəngli şalvarının sağ yan cibindəki “Sobranie” markalı siqaret qutusunun içərisindən 02 ədəd qırmızı üzlüklü şəffaf sellofan bükümdə qəhvəyi rəngli, toz şəkilli, narkotik vasitəyə bənzər kütlələr aşkar olunaraq götürülmüşdür. Baxış keçirilməsi haqqında 08 iyun 2024-cü il tarixli protokoldan və ona əlavə edilmiş DVD diskdən görünür ki, Ağdam RPŞ- nin inzibati binasının həyətində olan duracaqda Təqsirləndirilən şəxs idarə etdiyi “Khazar” markalı, **-LE-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilən zaman avtomobilin qolaltı hissəsindən şəffaf rəngli sellofan bükümdə ağ rəngli kristalvari, psixotrop maddə metamfetaminə bənzər maddə aşkar olunaraq götürülmüşdür. Baxış keçirilməsi haqqında 09 iyun 2024-cü il tarixli protokoldan və ona əlavə edilmiş DVD diskdən görünür ki, Ağdam RPŞ- nin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanına baxış keçirilən zaman mənzilin qonaq otağında yerləşən künc divanının aşağı saxlanc yerindən şəffaf sellofanda kütlə, yaşıl rəngli büküm, salfetlərin içərisində qırmızı rəngli bükümlər, yaşıl rəngli sellofan büküm, elektron tərəzi, ağ rəngli maddə, qara rəngli qutunun içərisindən bir manatlıq əskinas, 1 ədəd 100 dollar əskinasının yarısı, bir tərəfi şəffaf olan ağ rəngli bağlama, qara rəngli sellofanda büküm, hər biri 05 ədəd olmaqla 2 boş vəziyyətdə “methadon” həbinin paketi, ağ rəngli salfet, falqa büküm, qəhvəyi rəngli “Methadone” preparatının içərisində 08 ədəd tamlığı pozulmamış həbləri və 02 ədəd yarım həblər aşkar olundu. Həmçinin bundan başqa həmin hissədən şəffaf rəngli içərisində ağ rəngli kütlə olan sellofan, qara rəngli üzərində izlər olan qaşıq, yaşıl rəngli paket, yaşıl rəngli məişətdə və təmir işlərisində istifadə edilən kəsici alət aşkar olunmuşdur. Daha sonra həmin kütlələr və digər əşyalar içərisi boş olan ağ rəngli kağız zərflərə qoyularaq götürülmüşdür. 08 iyun 2024-cü il tarixdə Ağdam RPŞ-nin xidməti otaqlarından birində Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarış və götürmə zamanı qeydə alınmış video görüntülərin olduğu 01 ədəd DVD diskə baxış zamanı müəyyən edilmişdir ki, həmin DVD diskdə əks edilmiş görüntülər 08 iyun 2024-cü il tarixdə qeydə alınır. Süni işıqlandırma ilə işıqlandırılmış otaq Ağdam rayon X19 Bölməsinin təhqiqatçısı, polis baş leytenantı Orxan Əkbərzadənin əyləşdiyi xidməti otaqdır. Videogörüntüdən müəyyən edilir ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman üzərindən iş üçün əhəmiyyət kəsb edəcək əşya, predmet və ya maddə aşkar olunmadı. 08 iyun 2024-cü il tarixdə Ağdam RPŞ-nin inzibati binasının həyətində Təqsirləndirilən şəxs avtomobilində aparılmış axtarış və götürmə zamanı qeydə alınmış video görüntülərin olduğu 01 ədəd DVD diskə baxış zamanı müəyyən edilmişdir ki, həmin DVD diskdə əks edilmiş görüntülər 08 iyun 2024-cü il tarixdə qeydə alınır. Videogörüntünün qeydə alındığı yer Ağdam RPŞ-nin inzibati binasının həyətində olan duracağıdır otaqdır. Videogörüntüdən müəyyən edilir ki, həmin duracaqda Təqsirləndirilən şəxs idarə etdiyi “Khazar” markalı, **-LE-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilir. Baxış zamanı Təqsirləndirilən şəxs avtomobilində olan iş üçün əhəmiyyət kəsb edəcək əşya, predmet və ya maddə varsa təqdim etməsi təklif edilir. Bundan sonra Təqsirləndirilən şəxs avtomobilin qolaltı hissəsindən şəffaf rəngli sellofan büküm çıxararaq təqdim edir. Həmin sellofan büküm açıldıqda içərisində ağ rəngli kristalvari, psixotrop maddə metamfetaminə bənzər kütlə olduğu müəyyən edilir. Bundan sonra Təqsirləndirilən şəxs avtomobilin digər hissəsindən sınmış lampa və lampaya daxil edilmiş etibarsız 100 dollar əskinası təqdim edərək narkotik vasitə və psixotrop maddə qəbulu zamanı həmin əşyalardan istifadə etdiyini bildirir. Daha sonra götürülmüş kütlələr və əşyalar içərisi boş olan ağ rəngli kağız zərflərə qoyularaq qablaşdırılır və üzəri Təqsirləndirilən şəxs, müdafiəçi və digərləri tərəfindən imzalanır. 09 iyun 2024-cü il tarixdə Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanında yerləşən mənzilindi aparılmış axtarış və götürmə zamanı qeydə alınmış video görüntülərin olduğu 01 ədəd DVD diskə baxış zamanı müəyyən edilmişdir ki, həmin DVD diskdə əks edilmiş görüntülər, 09 iyun 2024-cü il tarixdə ünvan 1 ünvanında yerləşən Təqsirləndirilən şəxs məxsus mənzildə qeydə alınaraq, Təqsirləndirilən şəxs, müdafiəçisinin və digər polis əməkdaşlarının iştirakları ilə Ağdam rayon X19 Bölməsinin təhqiqatçısı, polis baş leytenantı Orxan Əkbərzadə tərəfindən özünü Təqsirləndirilən şəxs kimi təqdim edən şəxsin mənzilinə baxış keçirildiyi müşahidə olunur. Görüntüdə Təqsirləndirilən şəxs və digər polis əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs məxsus mənzilə daxil olunur. Mənzilə daxil olunduqdan sonra Təqsirləndirilən şəxs mənzilin mətbəxinə və hamamına baxış keçirilsə də, qanunla qadağan edilmiş hər hansı predmet aşkar edilmir. Bundan sonra mənzilin qonaq otağına daxil olunur və həmin otaqda yerləşən künc divanının aşağı saxlanc yeri açıldıqda orada sağ tərəfdə olan hissənin altından şəffaf sellofanda kütlə, yaşıl rəngli büküm, salfetlərin içərisində qırmızı rəngli bükümlər, yaşıl rəngli sellofan büküm, elektron tərəzi, ağ rəngli maddə, qara rəngli qutunun içərisindən bir manatlıq əskinas, 1 ədəd 100 dollar əskinasının yarısı, bir tərəfi şəffaf olan ağ rəngli bağlama, qara rəngli sellofanda büküm, hər biri 05 ədəd olmaqla 2 boş vəziyyətdə “methadon” həbinin paketi, ağ rəngli salfet, falqa büküm, qəhvəyi rəngli “Methadone” preparatının içərisində 08 ədəd tamlığı pozulmamış həbləri və 02 ədəd yarım həblər aşkar olundu. Həmçinin bundan başqa həmin hissədən şəffaf rəngli içərisində ağ rəngli kütlə olan sellofan, qara rəngli üzərində izlər olan qaşıq, yaşıl rəngli paket, yaşıl rəngli məişətdə və təmir işlərisində istifadə edilən kəsici alət aşkar olundu. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirdi ki, şəffaf sellofanda olan kütlə nəşədir, tanımadığı İran İslam Respublikası vətəndaşının ona göndərdiyi məkanlardan götürmüşdür. Yaşıl rəngli bağlamanının içərisində olan maddələrin növünü dəqiq bilmədiyi narkotik vasitə olduğunu, ağ rəngli bükümün içərisindəki qəhvəyi maddə də. Digər bir tərəfi mat olan paketdəki külənin nəşə və tütün qarışığı olduğunu bildirdi. Bundan başqa Təqsirləndirilən şəxs qara rəngli, ağ rəngli və şəffaf rəngli paketlərdə olan tünd yaşıl rəngli kəskik qoxulu kütlələrin eyni olduğunu, ağ rəngli paketin içərisində olan kütlənin tütün ilə qarışıq olduğunu bildirdi. Daha sonra həmin kütlələr və digər əşyalar içərisi boş olan ağ rəngli kağız zərflərə qoyularaq qablaşdırılır və üzəri Təqsirləndirilən şəxs, müdafiəçi və digərləri tərəfindən imzalanır. Bundan başqa növbəti diskə baxış keçirdikdə video görüntünün davam etdirildiyi və həmin videogörüntüdə evdən tapılaraq götürülmüş digər daşınması, saxlanılması, gəzdirilməsi və istifadə edilməsi qanunsuz olan maddələrin elektron tərəzidə çəkilərək tapılan əşyalarla birlikdə içərisi boş olan ağ rəngli kağız zərflərə qoyularaq qablaşdırıldığı müəyyən edilir. 08 iyun 2024-cü il tarixdə Ağdam RPŞ-nin xidməti otaqlarından birində təqsirləndirilən şəxs Şahid1 üzərində aparılmış şəxsi axtarış və götürmə zamanı qeydə alınmış video görüntülərin olduğu 01 ədəd DVD diskə baxış zamanı müəyyən edilmişdir ki, həmin DVD diskdə əks edilmiş görüntülər 08 iyun 2024-cü il tarixdə qeydə alınır. Süni işıqlandırma ilə işıqlandırılmış otaq Ağdam rayon X19 Bölməsinin təhqiqatçısı, polis baş leytenantı Orxan Əkbərzadənin əyləşdiyi xidməti otaqdır. Videogörüntüdən müəyyən edilir ki, Şahid1 üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki qara rəngli şalvarının sağ yan cibindən içərisində bükümlər olan “Sobranie” markalı siqaret qutusunun çıxarıldığı görünür. Siqaret qutusunun içərisindəki bükülülərə baxdıqda onların narkotik vasitə heroinə bənzər kütlə olduğu müəyyən edilir. Sorğu zamanı Şahid1 bildirdi ki, öz istifadəsi üçün əldə etdiyi 02 ədəd şəffaf sellofan bükümdə qəhvəyi rəngli, toz şəkilli, narkotik vasitə heroini Təqsirləndirilən şəxs 100 manat müqabilində almışdır. İş üzrə "xxxx" MMC-dən daxil olmuş xx.xx.2024-ci il tarixli, məktuba əlavə edilmiş 01 ədəd CD diskə baxış keçirilən zaman həmin diskdə 1 ədəd “502477605_SMS.txt” adlı, 01 ədəd “507731675_SMS.txt” adlı, 1 ədəd “508569700_SMS.txt” adlı, 01 ədəd ” 513210249_SMS.txt” adlı, 1 ədəd “513974383_SMS.txt” adlı, 01 ədəd ’’**********05.txt” adlı, 01 ədəd “**********49.txt” adlı, 01 ədəd ”**********83.txt” adlı, 01 ədəd “abuneciler8751.xls” adlı, 01 ədəd ’’antena8751.xls” adlı və 01 ədəd ’’Təqsirləndirilən şəxs Shahmar oglu-8751 .xlsx” adlı fayllar aşkar olundu. “502477605_SMS.txt” adlı, 01 ədəd “507731675_SMS.txt" adlı, 1 ədəd “508569700_SMS.txt” adlı, 01 ədəd ” 513210249_SMS.txt” adlı və 1 ədəd “513974383_SMS.txt” adlı, fayllar açıldıqda ekranda Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil nömrələrə müxtəlif tarixlərdə daxil olan və çıxan mesajların siyahısı və mətinləri göstərilmişdir. Həmin siyahıya baxış keçirilsə də, iş üçün əhəmiyyət kəsb edən hallar aşkar olunmadı. “**********05.txt” adlı, 01 ədəd “**********49.txt” adlı və 01 ədəd ’’**********83.txt” adlı fayllar açıldıqda ekranda Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil nömrələrə müxtəlif vaxtlarda daxil olan və çıxan zənglərin siyahısı, həmin zəng etmiş müxtəlif operatorlara məxsus abonenetlərlə aparılmış danışıqların müddətləri göstərilmişdir. Bundan başqa həmin faylda iş üçün əhəmiyyətli heç bir hal müəyyən edilməmişdir. “abuneciler8751.xls” adlı fayl açıldıqda ekranda Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil nömrələrə daxil olan və çıxan Azercell MMC-yə məxsus nömrələrin sahiblərinin anket məlumatları göstərilmişdir. Bundan başqa həmin faylda iş üçün əhəmiyyətli heç bir hal müəyyən edilməmişdir. “antena8751.xls” adlı fayl açıldıqda ekranda Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil nömrələrə ayrı-ayrı operatorlara məxsus mobil nömrələrdən daxil olan və çıxan zənglərin anten dairələri barədə məlumatlar göstərilmişdir. Bundan başqa həmin faylda iş üçün əhəmiyyətli heç bir hal müəyyən edilməmişdir. “Təqsirləndirilən şəxs Shahmar oglu-8751 .xlsx" adlı fayl açıldıqda ekranda Təqsirləndirilən şəxs adına olan mobil nömrələrin siyahısının göstərildiyi müəyyən edildi. Bundan başqa həmin faylda iş üçün əhəmiyyətli heç bir hal müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması zamanı qeydə alınmış video görüntülərin olduğu 01 ədəd DVD diskə baxış zamanı müəyyən edilmişdir ki, həmin DVD diskdə iki ədəd videogörüntü vardır. Videogörüntülərdən birincisi açıldıqda Ağdam RPŞ-nin İB-nin baş müstəntiqi, polis mayoru X8 xidməti otaqda Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilərək ifadəsinin yerində yoxlanacağı bildirilir. Növbəti videogörüntüyə daxil olduqda həmin videogörüntünün 13 avqust 2024-cü il tarixdə Ağdam rayonu, Quzanlı qəsəbəsində yerləşən “Mədəniyyət evi”nin qarşısından keçən asfalt yolun kənarında qeydə alındığı görünür. Həmin vaxt Təqsirləndirilən şəxs yol kənarını göstərərək 04 iyun 2024-cü il tarixdə axşam saatlarında tanışı Şahid1 ümumlikdə 160 manat pul müqabilində metamfetamin və marixuana verməsini etiraf edir. Diskə baxış zamanı iş üçün əhəmiyyət kəsb edən digər hallar müəyyən edilmədi. Məhkəmə-psixiatrik ekspertizasının 02 iyul 2024-cü il tarixli, 447 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs cinayət hadisəsi törədərkən öz hərəkətlərini ölçüb biçmək və onları idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiqinə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs əvvəllər hər hansı psixi xəstəliklər keçirməmişdir. Onda əqli cəhətdən geri qalma və ləngimə halları müşahidə olunmur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə Şəhər Narkoloji dispanserinin 09 avqust 2024-cü il tarixli, 1333 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs psixotrop maddələrdən istifadə edir. Psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Məhkəmə kimyəvi ekspertizası üzrə 16 iyul 2024-cü il tarixli, 3-16-16/2-6/3437 nömrəli rəyin nəticə hissəsində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində: "Azərbaycan Respublikası DİN Zərflər üçün N133" dairəvi və "Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi Gəncə regional bölməsi №1" möhür əksləri, "Vət. Təqsirləndirilən şəxs ünvan 12 ünvanında aşkar edilmiş içərisində 9 ədəd həb olan "Metadon" preparatı imza Təqsirləndirilən şəxs "yazısı və imzalar olan zərfdəki, üzərində "Methadone 40" markalanma göstəricisi olan zavod üsulu ilə qablaşdırılmaya uyğun konvalyutdaki 8 ədəd bütöv və bir ədəd iki hissəyə bölünmüş, ümumilikdə 9 ədəd üzərlərində "F/M40" yazısı həkk olunmuş qəhvəyi rəngli dairəvi formalı həblər metadon tərkibli həblərdir. Tədqiqata təqdim edimiş ümumilikdə 9 ədəd həbdə metadonun təsiredici maddəsinin ümumi miqdarı 0,36 qram təşkli edir (üzərindəki göstəriciyə əsasən bir həbdə 0,04qr metadon olmaqla). Məhkəmə kimyəvi və bioloji ekspertizası üzrə 09 iyun 2024-cü il tarixli, 16/672 nömrəli rəyin nəticə hissəsindən görünür ki, - tədqiqata təqdim olunmuş üzərində "Vət. Təqsirləndirilən şəxs yaşadığı ünvan 13 Ünvanından aşkar edilmiş " yazılar və imzalar olan kağız paketdəki; -1 (bir) ədəd şəffaf polietilen torbada, 1 (bir) ədəd yaşıl rəngli polietilen kəsiyi bükümündə, 1 (bir) ədəd qara rəngli polietilen kəsiyi bükümündə ayrı-ayrılıqda təmiz çəkiləri 232,70 qram, 3,51 qram, 0,78 qram, ümumi təmiz çəkisi 236,99 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. -1 (bir) ədəd şəffaf sellofan torbacıqda tütün hissəcikləri və təmiz çəkisi 0,23 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır Tədqiqata təqdim olunmuş üzərində "Vət. Təqsirləndirilən şəxs yaşadığı ünvan 13 ünvanından aşkar edilmiş ” sözləri və imzalar olan kağız paketdəki, -1 (bir) ədəd şəffaf polietilen kəsiyi bükümündə təmiz çəkisi 1,292 qram maddə, kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. -1 (bir) ədəd qızılı rəngli kağız bükümdə, 1 (bir) ədəd yaşıl rəngli polietilen kəsiyi bükümündə və 1 (bir) ədəd şəffaf polietilen kəsiyi bükümündə ayrı-ayrılıqda təmiz çəkiləri 0,374 qram, 2,204 qram, 9,183 qram ümumi təmiz çəkisi 11,761 qram maddələr, kustarüsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Tədqiqata təqdim olunmuş üzərində "Vət Təqsirləndirilən şəxs yaşadığı ünvan 13 ünvanından aşkar edilmiş 26 ədəd qırmızı rəngli bükümlərdə "sözləri və imzalar olan kağız paketdəki, -1 (bir) ədəd üzəri qırmızı rəngli yapışqanlı lentiə sarınmış qara rəngli polietilen kəsiyi bükümündə təmiz çəkisi 8,97 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. -25 (iyirmi beş) ədəd üzəri qırmızı rəngli yapışqanlı lentlə sarınmış polietilen kəsiyi bükümlərində ayrı-ayrılıqda təmiz çəkiləri 1,552 qram, 0,664 qram, 1,555 qram, 1,636qram, 0,753 qram, 0,576 qram, 1,597 qram, 0,599 qram, 1,653 qram, 0,697 qram, 1,756 qram, 0,623 qram, 0,726 qram, 1,615 qram, 0,716 qram, 1,663 qram, 1,563 qram, 1,022 qram, 1,552 qram, 0,763 qram, 0,630 qram, 0,735 qram, 0,633 qram, 0,617 qram, 0,742 qram ümumi təmiz çəkisi 26,618 qram maddələr, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata təqdim olunmuş üzərində "Vət. Təqsirləndirilən şəxs yaşadığı ünvan 13 ünvanından aşkar edilmiş " sözləri və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd şəffaf polietilen torbanın içərisində olan 1 (bir) ədəd qara rəngli plastik qaşığın, 1 (bir) ədəd yaşıl rəngli kəsici alətin, 2 (iki) ədəd burulmuş şəkildə bir manat pul əskinazlarının, 1 (bir) ədəd burulmuş şəkildə yarıya bölünmüş 100 dollar pul əskinazına oxşar kağız kəsiyinin, 2 (iki) ədəd üzərində qəhvəyi rəngli izləri olan "gümüşü" rəngli falqa kəsiklərinin, 1 (bir) ədəd burulmuş şəkildə üzərində sarımtıl izlər olan ağ rəngli kağız parçasının, 1 (bir) ədəd gümüşü rəngli tərəzinin üzərində heroin izləri vardır, heroin iz şəkilində olduğu üçün quru maddəsinin miqdarını hesablamaq və müqaisəli təqdiqatlarını aparmaq mümkün olmadı. Tədqiqata təqdim olunmuş üzərində "Vət. Təqsirləndirilən şəxs Khazar markalı **-LE- *** dövlət qeydiyyat nişanlı avtomobilindən aşkar edilmiş " sözləri və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd şəffaf polietilen kəsiyi bükümündə təmiz çəkisi 3,408 qram maddə, kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Tədqiqata təqdim olunmuş üzərində "Vət. Şahid1 şalvarının sağ yan cibindən aşkar olumuş " sözləri və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd "Sobranie" adlı siqaret qutusunun içərisində üzəri qırmızı rəngli yapışqanlı lentlə sarınmış 2 (iki) ədəd şəfaff polietilen kəsiyi bükümlərində ayrı-ayrılıqda təmiz çəkiləri 1,467 qram, 2,342 qram ümumi təmiz çəkisi 3,809 qram maddə, kustar üsulla hazırlanmış psixotrop maddə- metamfetamindir. Tədqiqata təqdim edilmiş 4 (dörd) ədəd kağız paketlərdə olan metamfetaminlər xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə eynidirlər. Tədqiqata təqdim edilmiş 2 (iki) ədəd kağız paketlərdə olan marixuanalar tərkiblərinə görə eynidirlər. Heroin, "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr"-in siyahısına (Siyahı 1) daxildir. Metamfetamin "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr in 1-ci siyahısının İİ bəndinə daxildir. Məhkəmə ekspertizası mərkəzinin X15 labaratoriyasında texniki avadanlıq olmadığından, təqdim olunan dərman preparatlarının tədqiqatını aparmaq mümkün olmadı. Ağdam rayon məhkəməsinin 12 iyul 2024-cü il tarixli, 5(013)-79/2024 nömrəli qərarına əsasən Təqsirləndirilən şəxs məxsus "xxxx" ASC-nə aid 5411 2498 0138 3808 nömrəli kart hesabından 01,02.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək mədaxil və məxaric olunan pul vəsaitləri, kart vasitəsilə və ya onlayn vasitə ilə edilmiş ödənişlərin ünvanı, hər hansı mobil operatora məxsus mobil nömrələrə edilmiş balans artırma əməliyyatları, əgər edilmişdirsə həmin mobil nömrələr, mobil nömrələrin məxsus olduğu şəxsin şəxsiyyəti barədə məlumatlar, qeyd olunan tarixlərdə həmin kartdan pul vəsaitlərinin məxaric olunduğu bank terminallarının yerləşdiyi ünvanlar və pul vəsaitini məxaric etməklə nağdlaşdıran şəxs(lər)in foto və video görüntülərin ələ keçirilməsinə dair məlumatların əks olunduğu "xxxx" ASC-dən daxil olmuş və üzərində “Ağdam Məhkəmə” sözləri olan 01 ədəd “CD-R” diskə baxış keçirilən zaman həmin “CD-R" diskdə "xxxx" ASC-nə aid 5411 2498 0138 3808 nömrəli kart hesabının Təqsirləndirilən şəxs məxsus olması, həmin kart hesabı ilə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddət ərzində müxtəlif günlərdə və müxtəlif məbləğlərdə maliyyə əməliyyatlarının aparılması, həmçinin Təqsirləndirilən şəxs özünə məxsus "xxxx" ASC-nə aid 5411 2498 0138 3808 nömrəli kart hesabına köçürülmüş pulların bir hissəsini müxtəlif vaxtlarda bankomatdan nağdlaşdırmasına dair fotoşəkillərinin olması müəyyən edildi. xx.xx.2024-cü il tarixli əməliyyat tapşırığından görünür ki, həmin əməliyyat tapşırığında aşağıda göstərilənlər həyata keçirilmişdir:
1. Təqsirləndirilən şəxs ifadəsində özünü İran vətəndaşı kimi təqdim edən şəxsə aid olduğunu bildirdiyi və "WhatsApp* ani mesajlaşma sistemi vasitəsilə əlaqə saxlayaraq narkotik maddələr aldığı +**********70 saylı mobil nömrənin sahibinin şəxsiyyəti müəyyən edilməklə həmin şəxsin narkotiklərin qanunsuz dövriyyəsində iştirakı əməliyyat yolu ilə yoxlanılmaqla istintaqda dindirilməsi üçün gəlməsi təmin edilsin.
2. Təqsirləndirilən şəxs iran vətəndaşının “WhatsApp" nömrəsini verməklə onların əlaqə yaratmasını təmin etmiş özünü 2 saylı psixatrik xəstəxananın işçisi kimi təqdim edən və Bakı şəhəri, Binəqədi rayonu ərazisində yaşadığını bildirən, təxminən 27-28 yaşlarında olan Rauf adlı şəxsin şəxsiyyəti müəyyən edilməklə həmin şəxsin narkotiklərin qanunsuz dövriyyəsində iştirakı əməliyyat yolu ilə yoxlanılmaqla istintaqda dindirilməsi üçün gəlməsi təmin edilsin.
3. Təqsirləndirilən şəxs qardaşı Şahid10 və arvadı X14 ilə cinayətkar əlbirliklərinin olub- olmaması əməliyyat yolu ilə yoxlanılmaqla həmin şəxslərin dindirilmələri üçün Ağdam rayon Polis Şöbəsinin istintaq bölməsinə gəlmələri təmin edilsin.
4. Təqsirləndirilən şəxs digər təqsirləndirilən şəxs X6 2024-cü ilin may ayının sonlarında dovşan yeminin arasında göndərdiyi və sonuncunun Ağdam rayonu imamaqulubəyli kəndi ərazisində qarşılayaraq götürdüyü narkotik maddəni daşıyan taksi sürücüsünün şəxsiyyəti müəyyən edilərək həmin şəxsin narkotiklərin qanunsuz dövriyyəsində iştirakı əməliyyat yolu ilə yoxlanılmaqla istintaqda dindirilməsi üçün gəlməsi təmin edilsin.
5. Təqsirləndirilən şəxs X4 digər Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə narkotik vasitə olan qurudulmuş marixuana alaraq həmin gün axşam saatlarında Ağdam rayonu Quzanlı qəsəbəsində çatdırdığı “Nizi” adlı şəxsin şəxsiyyəti müəyyən edilərək həmin şəxsin narkotik maddələrin qanunsuz dövriyyəsində iştirakı əməliyyat yolu ilə yoxlanılmaqla istintaqda dindirilməsi üçün gəlməsi təmin edilsin.
6. Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilə və yaşadığı ünvana baxış zamanı aşkar edilib götürülmüş narkotik vasitələri və psixotrop maddələri nə zaman, harada, kimdən, hansı yolla və hansı məqsədlə əldə etməsinin müəyyən edilməsi ilə bağlı əməliyyataxtarış tədbirləri keçirilib nəticəsindən asılı olmayaraq istintaqa məlumat verilsin. 5(013)-69/2024 saylı, 13 iyun 2024-cü il tarixli Ağdam Rayon Məhkəməsinin qərarından görünür ki, Ağdam rayon polis şöbəsinin istintaq bölməsinin müstəntiqi, baş müstəntiqi, polis mayoru Cabir Məmmədovun icraatında Azərbaycan Respublikası CM-nın 234.4.2 və 234.4.3-cü maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs (şəxsiyyət vəsiqəsi AA*******; Fin nömrəsi: xxxxxxx) adına “Azercell”, “Bakcell” və "xxxx" Telekom MMC-də hər hansı mobil telefon nömrə qeydiyyatda olubolmaması, müsbət halda həmin mobil nömrələrə, eləcədə istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddət ərzində daxil olan və çıxan zənglər sms cədvəlinin, zəng və smslərin mətninin, sms və zəng daxil olan mobil nömrələrin sahiblərinin anket məlumatları, nömrələrin hansı anten dairəsi altında istifadə edilməsi barədə məlumatların müvafiq olaraq “Azercell”, “Bakcell” və "xxxx" Telekom MMC-yə məxsus rabitə vasitələrindən əldə edilməsi qərara alınmışdır. 22 iyun 2024-cü il tarixli Azərbaycan Respublikası "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" PHŞ "Ağdam Rayon Mərkəzi Xəstəxanası" PHŞ-dən daxil olmuş məktubdan görünür ki, Ağdam rayonu, Tərneft kəndində qeydiyyatda olan xx.xx.1996-cı il təvəllüdlü Təqsirləndirilən şəxs “Ağdam Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin Poliklinika şöbəsinin Narkoloji kabinetində qeydiyyatda yoxdur. 30 oktyabr 2024-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsi, yəni cinayət hadisəsinin olmaması əsası ilə cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Bərdə RPŞ-dən daxil olmuş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Bərdə RPŞ-nin X20 xx.xx.2025-xx.xx.2025-ci il tarixlərdə Təqsirləndirilən şəxs gətirilməmişdir. Ağdam RPŞ-dən daxil olmuş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Ağdam rayon Tərneft kənd sakini Təqsirləndirilən şəxs barəsindəki cinayət işi üzrə Ağdam rayon polis şöbəsində əməliyyat-qeydiyyat işi açılmamışdır. Ağdam RPŞ-dən daxil olmuş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs saat 18:46da təhqiqat orqanından təhvil alınmış, saat 19:40-da isə Ağdam RPŞ-nin MSY-nin polis nəfərləri X21, sürücü X17, Şahid4 və X18 tərəfindən Bərdə RPŞ-nin MSY-nə təhvil verilmişdir. Ağdam RPŞ-dən daxil olmuş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs xx.xx.2024- cü il tarixdə Bərdə RPŞ-nin MSY-də olmuşdur. Şübhəli şəxsin tutulması haqqında protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs 08 iyun 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Ağdam rayon Məhkəməsinin 11 iyun 2024-cü il tarixli qərarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 08 iyun 2024-cü il tarixdən hesablanmaqla 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarından görünür ki, Ağdam Rayon Polis Şöbəsinə xx.xx.2024-cü il tarixdə saat 23 radələrində "Khazar LX” markalı, **-LE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün Ağdam rayon X31 Patrul Xidməti Bölüyünün əməkdaşlarının qanuni tələbinə məhəl qoymaraq inzibati xəta yerindən yayınması barədə məlumat daxil olmuşdur. Bundan sonra həmin avtomaşın Ağdam rayonu Xındırıstan kəndi ərazisində saxlanılaraq Ağdam rayon Polis Şöbəsinin mühafizə olunan duracağına yerləşdirilmişdir. Həmin avtonəqliyyat vasitəsinin saxlanca qəbul barədə aktının yazılması üçün sürücü Təqsirləndirilən şəxs avtomobilində olan əşyalar barədə məlumat verməsi bildirilərkən o, özünü aqressiv apararaq avtomobilində olan əşyalar barədə məlumat verməkdən imtina etmiş və bu səbəbdən “Khazar LXn markalı, 77- LE-301 dövlət qeydiyyat nişanlı avtomobildə qanunsuz əşya və predmetlərin olması barədə şübhə yaranmışdır. Ağdam RPŞ-ya gətirilən Təqsirləndirilən şəxs barəsində araşdırma aparılan zaman şəxs özü bir miqdar narkotik vasitəni xx.xx.2024-cü il tarixdə təxminən saat 21:00 radələrində Ağdam rayonu Quzanlı kəndi Mədəniyyət evinin qarşısında Ağdam rayon sakini Şahid1 satmasını etiraf etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs müdafiəçi ilə təmin edilməklə onun üzərinə, avtomobilinə və yaşadığı mənzilə video çəkilişlə şəxsi axtarış və baxış keçirilmiş, şəxsi axtarış, avtomobil və yaşadığı mənzilə baxış zamanı avtomobilindən və yaşadığı mənzildən psixotrop maddə metamfetaminə bənzər kütlə, narkotik vasitə heroinə bənzər kütlə, narkotik vasitə marixuanaya bənzər kütlə, 07 ədəd metadon həbi, həmçinin 01 ədəd qara rəngli plastik qaşıq, 01 ədəd gümüşü rəngli tərəzi və 02 ədəd üzərində qəhvəyi rəngli izləri olan falqa kəsikləri aşkar olunmuş, bundan sonra həmin narkotik vasitə və psixotrop maddələr məhkəmə ekspertizasına təqdim olunaraq müvafiq rəy alınmışdır. Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə tərkibi hesab edir ki, cinayət işi başlamamışdan əvvəl xx.xx.2024 və xx.xx.2024-cü il tarixlərdə Təqsirləndirilən şəxs üzərinə, avtomobilinə və yaşadığı mənzilə video çəkilişlə şəxsi axtarış və baxış keçirilərək narkotik vasitənin və psixotrop maddənin aşkar edilməsi zamanı cinayətprosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs bütün məhkəmə istintaqı müddətində ona qarşı elan olunmuş ittihamlar üzrə özünü təqsirli bilməyərək avtomobilində və evindən aşkar edilmiş narkotik vasitələrin ona məxsus olmadığını və polis əməkdaşlarının onunla ədavətləri olduğu üçün ona qarşı bu cür davrandıqlarını bildirmişidir. Məhkəmə əvvəlcə qeyd edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs Ağdam rayonu Quzanlı kəndi ərazisində mübahisə yaratdığına görə polis əməkdaşları tərəfindən Ağdam RPŞ-yə dəvət edilməsi həm onun özünün, həm qardaşının, həm qeyri rəsmi ər arvad münsaibətlərində yaşadığı şahid Emma (Sevinc) Abbasovanın, həm də polis əməkdaşlarının verdikləri ifadələrə əsasən öz təsdiqini tapır. Yəni məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin hər hansı bir süni səbəblərlə deyil, məhz ictimai qaydanı pozduğuna görə polis şöbəsinə dəvət edilməsi heç bir şübhə yaratmır. Bundan başqa məhkəmə qeyd edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs narkotik vasitələrin yalnız istifadəçisi olduğunu və heç vaxt narkotik vasitələri satmadığını bildirsə də, məhkəmə istintaqı zamanı dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsinə uyğun ifadə verərək, onda aşkar edilmiş psixotrop maddəni məhz Təqsirləndirilən şəxs aldığını təsdiqləmişdir. Həmçinin məhkəmə qeyd edir ki, Şahid1 ifadə verərkən sərbəst, səlis, heç bir tərəddüdsüz fikirlərini izah etmişdir. Həmçinin şahid təqsirləndirilən şəxslə heç bir ədavətinin və düşmənçiliyini olmadığını bildirmişdir. Müdafiə tərəfindən Şahid1 təqsirləndirilən şəxsə qarşı hər hansı bir qərəzinin olmasına dair sübut təqdim olunmamışdır. Həmçinin məhkəmə qeyd edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində ifadə (İ cild səh. 125) verərkən, xx.xx.2024cü il tarixdə təqsirləndirilən şəxs qismində ifadə (İ cild səh.145) verərkən Şahid1 2024-cü ilin may ayında və 2024-cü ilin iyun ayının 7-də narkotik vasitə və psixotrop maddəni pul qarşılığında sözü gedən şahidə verdiyini etiraf etmişdir. Həmçinin təqsirləndirilən Təqsirləndirilən şəxs ona məxsus avtomobildən aşkar edilmiş psixotrop maddənin onun olmadığını, polis əməkdaşları tərəfindən avtomobilinə qoyulduğunu bildirmişidir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin üzərinə və avtomobilinə baxış keçirilməsi haqqında protokollara dair video görüntülər araşdırılarkən təqsirləndirilən şəxsin üzərindən heç nə aşkar edilməməsi müəyyən olunur. Lakin təqsirləndirilən şəxsin avtomobilinə baxış keçirilərkən onun sərbəst şəkildə hərəkət etdiyi, avtomobilində olan narkotik vasitəni axtarıb təqdim etdiyi, avtomobilindən aşkar edilmiş digər ləvazimatın nə olduğunu nə üçün istifadə etdiyini dəqiqliklə göstərdiyi aşkar görünür. Bundan başqa məhkəmə istintaqı zamanı tətqiq edilmiş məhkəmə bioloji ekspertizanın xx.xx.2024-cü il tarixli 16/672 saylı rəyinə (İ cild səh 107 ) əsasən müəyyən olunur ki, təqsirləndirilən şəxsin avtomobilindən və Şahid1 üzərindən aşkar olunmuş psixotrop maddələr kimyəvi tərkibinə görə eynidir. Bundan başqa təqsirləndirilən Təqsirləndirilən şəxs evindən aşkar edilmiş narkotik vasitə, həblər və psixotrop maddələrin ona məxsus olmadığı bilirmişdir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin evinə baxış video görüntü vasitəsilə keçirilmiş və həmin video görüntülər məhkəmə istintaq zamanı tətqiq edilmişdir. Məhkəmə qeyd edir ki, sözü gedən istintaq hərəkətinə dair qeydə alınmış video görüntülərdə təqsirləndirilən şəxsin özünün sərbəst şəkildə narkotik vasitə, həblər və psixotrop maddələr barədə ətraflı məlumat verdiyi, hətta dördkünc formalı şəffav qablaşdırmanın içində siqaretlə nəşənin qarşığı olduğunu bildirdiyi aşkar görünür. Həmçinin video görüntünün qadağan olunmuş vasitələrin aşkar edilməsi zamanı, həmin vasitələrin aşkar olunduğu yeri əhatə etdiyi və heç bir şübhə yaratmadığı müəyyən olunur. Bundan başqa məhkəmə bioloji ekspertizanın xx.xx.2024-cü il tarixli 16/672 saylı rəyinə (İ cild səh 107 ) əsasən müəyyən olunur ki, təqsirləndirilən şəxsin evindən avtomobilindən və Şahid1 üzərindən aşkar olunmuş psixotrop maddələr kimyəvi tərkibinə görə eynidirlər. Bundan başqa məhkəmə qeyd edir ki, Şahid1 üzərinə baxış keçirilməsi haqqında protokoldan və buna dair görüntülərin əks olunduğu DVD diskdən (İ cild səh.74 ) müəyyən olunur ki, şahidin üzərindən aşkar edilmiş psixotrop maddə ilə təqsirləndirilən Təqsirləndirilən şəxs evindən aşkar olunmuş psixotrop maddələr eynilə qırmızı yapışqanlı lentlə əhatə olunmuşdur. Həmçinin təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsinə dair qərara (İ cild səh 207) əsasən müəyyən olunur ki, o, özünü tam təqsirli bilmiş, aşkar edilmiş qanunsuz vasitələrin hər birinin onda mövcud oluğunu və ona qarşı hər hansı bir təzyiq və təsirin olmadığını bildirmişdir. Bundan təqsirləndirilən şəxs fiziki və psixi təsirə məruz qaldığı üçün ibtidai istibtaqın əvvəlində etirafedici ifadələr verdiyini bildirmişdir. Məhkəmə əvvəlcə qeyd edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs fiziki təsirə məruz qalması xüsusatı üzrə araşdırma aparılmış və xx.xx.2024-cü il tarixdə cinayət işinin başlanmasının rədd ediməsi barədə qərar qəbul edilmişdir. Həmçinin məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin qardaşının polis idarəsinə gətirilməsi və atasının polis idarəsinə gəlməsi müdafiə tərəfindən Təqsirləndirilən şəxs göstərilən psixi təsir kimi təqdim edilsə də, məhkəmə bunu müdafiə tərəfinin müdafiə taktikasından irəli gələn hərəkətləri kimi qiymətləndirir. Çünki yuxarıda tətqiq edilmiş şahid ifadlərindən təqsirləndirilən şəxsin və onun qardaşının polis idarəsinə gətirilmələrinin məhz obyektiv səbəbdən baş verməsi öz təsdiqini tapır. Həmçinin təqsirləndirilən şəxsin atasının polis idarədinə övladlarının ardınca gəlməsi onun şəxsi iradəsi ilə verilmiş qərarıdır. Həmçinin təqsirləndirilən şəxs ona qarşı fiziki və psixi təsir olduğu üçün etirafedici ifadələr verdiyini bildirsə də, məhkəmə istintaqı zamanı tətqiq edilmiş təqsirləndirilən şəxsin müqavilə vəkili ilə ilə birlikdə verdiyi xx.xx.2024-cü il tarixli (İİ cild səh.135) və xx.xx.2024-cü il tarixli (İİ cild səh.170) ifadələrindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs Şahid1 narkotik vasitə və psixotrop maddəni satdığı və evindən aşkar edilmiş heroin, metanfetamin və həblərin bir qisminin özünə məxsus olduğunu etiraf etmişdir. Həmçinin təqsirləndirilən Təqsirləndirilən şəxs müqavilə üzrə vəkilinin iştirakı ilə xx.xx.2024-cü il tarixdə Şahid1la üzləşdirilərkən sonuncuya narkotik vasitə və psixotrop maddə satdığını etiraf etmişdir. Bundan başqa məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixli müavilə üzrə vəkilinin iştirakı ilə verdiyi ifadəsindəndə müəyyən olunur ki, o qismən etirafedici ifadələr verməklə bir daha narkotik vasitələri satdığını və evindən aşkar edilmiş heroin, metanfetamin, marixuana və həblərin bir qisminin özünə məxsus olduğunu bildirmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs müqavilə üzrə vəkili Zabil Qəhrəmanovun onu ibtidai istintaq zamanı yaxşı müdafiə etmədiyini, əslində ibtidai istintaq müddətində vəkilindən narazı olduğunu bildirərək ibtidai istintaq zamanı verdiyi qismən etirafedici ifadələrini qəbul etməmişdir. Lakin cinayət işinin materiallarına əlavə edilmiş (cild İİİ, səh 69) təqsirləndirilən şəxs tərəfindən yuxarıda qeyd olunan ifadələr verildikdən 2 ay sonra yəni xx.xx.2025-ci il tarixdə yazılmış ərizədən müəyyən olunur ki, Təqsirləndirilən şəxs hüquqlarının vəkili Zabil Qəhrəməmanov tərəfindən müdafiə olunmasını xahiş etmişdir. Məhkəmə göstərilənlərə əsasən bir məslənidə qeyd edir ki, təqsirləndirilən şəxs bütün ibtidai istintaq müddətində Şahid1 pul qarşılığında psixotrop maddə verdiyini bildirmişdir. Təqsirləndirilən şəxsin pul qarşılığında verdiyini etiraf etdiyi psixotrop maddənin miqdarı küllü miqdarı əhatə edir və satış niyyətini əhatə edir. Yəni göstərilənlər təqsirləndirilən şəxsə qarşı ağır cinayət törətməklə əlaqədar itihamın irəli sürülməsi üçün kifayət edən haldır. Belə olan halda, istintaq orqanının Ağdam rayonundan kifayət qədər uzaqlıqda yerləşən Abşeron rayonuna gəlməsi orada əməliyyatın davamını həyata keçirərək əlavə qanunla qadağan olunmuş vasitələr aşkar etməsini məhkəmə, istintaq orqanın əldə etdiyi əməliyyat məlumatını icra etməsi kimi qiymətləndirir. Göstərilən vəziyyətin istintaq orqanının təqsirləndirilən şəxsə qərəzli yanaşması kimi qiymətləndirilməsini ağlabatan hesab etmir. Həmçinin hər hansı bir qərəzli davranışın olması məhkəmə istintaqı zamanı öz təsdiqini tapmamışdır. Məhkəmə şahid Abbasova Sevinc (Emma) Yaşar qızının məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin avtomobilini Ağdam Rayon Polis Şöbəsindən kənarda saxlaması və polis əməkdaşlarının təqsirləndirilən şəxsin evinə baxış keçirilməzdən əvvəl oraya getməkləri barədə bildirdiklərinə dair qeyd edir ki, şahid Sevinc Abbasova təqsirləndirilən Təqsirləndirilən şəxs qeyri rəsmi ər arvad münsaibətlərində yaşadığı şəxs olduğu üçün onun mövqeyini müdafiə etmək məqsədilə verdiyi ifadələr kimi qiymətləndirir. Həmçinin məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin qardaşı ona ünvanlanan sualları cavablandırarkən, qardaşı Təqsirləndirilən şəxs avtomobilini Ağdam RPİ-nin həyətində saxladığını təsdiq etmişdir. Həmçinin qeyd olunan hal məhkəmə istintaqı zamanı ifadə vermiş polis əməkdaşlarının ifadələri ilə öz təsdiqini tapmışdır. Məhkəmə Şahid10 olunun məhkəmə istintaqı zamanı ifadə verərkən qardaşının polis əməkdaşları tərəfindən fiziki təsirə məruz qalması barədə bildirdiklərini onun qardaşını müdafiə etmək məqsədilə verdiyi ifadələr kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışında və ibtidai araşdırma zamanı verdiyi ifadələri təhlil edərək təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı özünü ona elan edilmiş ittihamlar üzrə təqsirli bilməməsi ilə bağlı verdiyi ifadəsinə tənqidi yanaşır və həmin ifadələri məsuliyyətdən yaxa qurtarmaq məqsədi ilə verilən ifadə kimi qiymətləndirməklə yanaşı, onun bu ittihamlarla bağlı məhkəmə baxışı zamanı verdiyi ifadələrində göstərdiyi xüsusatları işin faktiki hallarına uyğun gəlmədiyindən və təkzib edilməz sübutlarla ziddiyyət təşkil etdiyindən inandırıcı hesab etmir və həmin ifadələri qeyri-səmimi verilmiş ifadələr kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs özünü təqsirli bilməsinə dair xx.xx.2024-cü il tarixli ibtidai araşdırma zamanı vermiş olduğu ifadəsini isə işin faktiki hallarına uyğun gəldiyindən və digər təkzibedilməz sübutlarla təsdiq olunduğundan daha obyektiv və səmimi verilmiş ifadə kimi qiymətləndirir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsilə (xx.xx.2024/ İ cild səh 145) yanaşı, şahidlərin məhkəmə baxışı zamanı vermiş olduqları ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-in 234.2-ci maddəsinə əsasən satış məqsədilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq nakotik vasitələri və ya psixotrop maddələri satma cinayət əməli sayılır və həmin əmələ görə təqsirli bilinən şəxslər üç ilədən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılırlar. Eyni zamanda, həmin Məcəllənin 234.4.2 və 234.4.3-cü maddələrində göstərilmişdir ki, bu Məcəllənin 234.2-ci maddəsində nəzərdə tutulmuş əməllər təkrarən satış məqsədi ilə külli miqdarda törədildikdə həmin əməllərə görə təqsirli bilinən şəxslər beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Onun törətdiyi əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 17.3-cü maddəsinə əsasən şəxs bu Məcəllənin müvafiq maddələrinə uyğun olaraq cinayətlərin məcmusunu yaradan hər cinayətə görə cinayət məsuliyyətinə cəlb edilir; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 №li Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onların şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən (müəyyən olunmamışdır) və ağırlaşdıran (müəyyən olunmamışdır) hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə, qanunun yuxarıda qeyd edilən müddəalarına, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarını və işin faktiki hallarını eyni zamanda Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini nəzərə alaraq ona təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələrinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni, əsaslı və eləcə də ədalətli hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs həmin cəzanı yalnız real olaraq çəkməklə islah oluna bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 08 iyun 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Ağdam rayon Məhkəməsinin 11 iyun 2024-cü il tarixli qərarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 08 iyun 2024-cü il tarixdən hesablanmaqla 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Odur ki, Təqsirləndirilən şəxs cəzasını əvvəli 08 iyun 2024-cü il tarixdən hesablanmalı, barələrində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunmalı və o, yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Məhkəmə ekspertizalarına sərf olunmuş 178 (yüz yetmiş səkkiz) manat 80 (səksən) qəpik məhkəmə məsrəfi Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Az.MEM, VÖEN **********, Hesab № Az. 34 CTRE ******************** Büdcə təsnifatının kodu 142319 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X5, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944SWİFT BİK CTREAZ22) hesabına keçirilməldir. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınıb, Təqsirləndirilən şəxs avtomobilindən və yaşadığı mənzildən götürülmüş, Abşeron Rayon Polis İdarəsinin maddi sübutların saxlanılması otağında saxlanılan qalıq çəkisi - 40,337 qram metamfetamin, 1,242 qram heroin, 245,94 qram qurudulmuş marixuana, 07 ədəd metadon həbi həmçinin 01 ədəd qara rəngli plastik qaşıq, 01 ədəd gümüşü rəngli tərəzi və 02 ədəd üzərində qəhvəyi rəngli izləri olan falqa kəsikləri məhv edilməli, 02 ədəd CD disk və 06 ədəd DVD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. Məhkəmə hazırki iş üzrə «xüsusi müsadirə» ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən edilməmişdir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə
HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələri ilə 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 08 iyun 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunsun və o, yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Məhkəmə ekspertizalarına sərf olunmuş 178 (yüz yetmiş səkkiz) manat 80 (səksən) qəpik məhkəmə məsrəfi Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Az.MEM, VÖEN **********, Hesab № Az. 34 CTRE ******************** Büdcə təsnifatının kodu 142319 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X5, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944SWİFT BİK CTREAZ22) hesabına keçirilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınıb, Təqsirləndirilən şəxs avtomobilindən və yaşadığı mənzildən götürülmüş, Abşeron Rayon Polis İdarəsinin maddi sübutların saxlanılması otağında saxlanılan qalıq çəkisi - 40,337 qram metamfetamin, 1,242 qram heroin, 245,94 qram qurudulmuş marixuana, 07 ədəd metadon həbi həmçinin 01 ədəd qara rəngli plastik qaşıq, 01 ədəd gümüşü rəngli tərəzi və 02 ədəd üzərində qəhvəyi rəngli izləri olan falqa kəsikləri məhv edilsin, 02 ədəd CD disk və 06 ədəd DVD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.