Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-3/2022 30.06.2022 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Rəşad Şəmşir oğlu (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu (məruzəçi hakim) və Əliyev Hafiz Samir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1 iştirakı ilə, dövlət ittihamçısı – müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçilər – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi1 və fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 iştirakları ilə,
1. xx xxx 1980-ci il tarixdə Qubadlı rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, məhkumluğu olmayan, ali təhsilli, işləməyən, Qubadlı rayonu, Qayalı kəndində qeydiyyatda olmaqla Abşeron rayonu, Saray qəsəbəsi, E.Hüseynov küçəsi ev 15 ünvanında faktiki yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3cü maddələri ilə,
2. xx xxx 1987-ci il tarixdə Ermənistan Respublikasında doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, məhkumluğu olmayan, ali təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Sumqayıt şəhəri, 6-cı mikrorayon, “Kristal ünvan 2ları, ev 2, mənzil 14-də faktiki yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və külli miqdarda psixotrop maddələri Azərbaycan Respublikasının gömrük sərhədindən, gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilməsinə və satılmasına qabaqcadan vəd verməklə köməklik etmiş, habelə, qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və külli miqdarda psixotrop maddələri əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və külli miqdarda psixotrop maddələri əldə etmə, saxlama, daşıma və satma barədə tanışı Təqsirləndirilən şəxs2, şəxsiyyəti istintaqla müəyyən edilməmiş İran İslam Respublikasının vətəndaşı “Rəhim” adlı şəxs və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, aralarında olan cinayətkar razılaşmaya əsasən “Rəhim” adlı şəxs və qeyriləri tərəfindən Azərbaycan Respublikasının gömrük sərhədindən, gömrük nəzarətindən kənar və ya ondan gizli külli miqdarda narkotik vasitələri və külli miqdarda psixotrop maddələri İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə qaçaqmalçılıq yolu ilə keçirilməsinə və Azərbaycan Respublikası ərazisində satışının təşkil edilməsinə əvvəlcədən vəd verməklə razılığa gələrək köməklik etmiş, bu məqsədlə “Rəhim” adlı şəxsin və qeyrilərinin naməlum vaxtda və şəraitdə satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq əldə edib daşımaqla göndərdiyi külli miqdarda “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələr”in İ siyahısına daxil edilən ümumilikdə təmiz çəkisi 12305,753 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini və külli miqdarda “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in İ siyahısına daxil edilən ümumilikdə təmiz çəkisi 3042,269 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə qaçaqmalçılıq yolu ilə keçirdikdən və narkotik vasitə və psixotrop maddəni qoyduğu yer barədə Təqsirləndirilən şəxs1 əvvəlcədən məlumat verdikdən sonra “Rəhim” adlı şəxsin və qeyrilərinin göstərişinə əsasən Təqsirləndirilən şəxs1 22 avqust 2020-ci il tarixdə Yardımlı rayonu ərazisində yerləşən 15-ci kilometr yol nişanı dirəyinin altından satış məqsədi və tamah niyyəti əldə edib qeyd edilən çəkidə narkotik vasitə heroini ümumilikdə yeddi bükümdə qablaşdırıb bir bükümdə olan 45,753 qramını, həmçinin qeyd edilən çəkidə psixotrop maddə metamfetamini ümumilikdə beş bükümdə qablaşdırıb bir bükümdə olan 43,561 qramını qrupun digər üzvü olan Təqsirləndirilən şəxs2 saxlaması və satışının həyata keçirilməsi üçün vermiş, psixotrop maddə metamfetaminin digər bir bükümdə olan 3,708 qramını isə Təqsirləndirilən şəxs1 öz üzərində saxlamış, qalan beş ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri 1990 qram, 2080 qram, 2095 qram, 2035 qram, 2055 qram, 2005 qram olmaqla ümumi təmiz çəkisi külli miqdarda 12260,00 qram narkotik vasitə heroini və üç ədəd üzəriləri yapışqan lentlə dolanmış bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri 1025 qram, 995 qram, 975 qram olmaqla ümumi təmiz çəkisi külli miqdarda 2995 qram olan psixotrop maddə metamfetamini istifadəsində olan “Lada Priora” markalı **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobildə gizlətməklə saxlamış, onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs1 24 avqust 2020-ci il tarixdə saat 17:00-da ünvan 3 ünvanın yaxınlığında avtomobildən düşərkən saxlanılaraq qeyd olunan Baş İdarəyə gətirilmiş, orada həmin tarixdə saat 19:00-dan etibarən üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan göy rəngli cins şalvarın sağ yan cibindəki siqaret qutusunun içərisindən bir ədəd sellofan bükümdə təmiz çəkisi külli miqdarda 3,708 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilmiş, həmin tarixdə saat 20:00-dan etibarən öz razılığı ilə idarə etdiyi “Lada Priora” markalı ** BU *** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilərkən avtomobilin yük yerindən iki ədəd göy rəngli polietilen paketin içərisindən altı ədəd üzəriləri yapışqan lentlə dolanmış bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri 1990 qram, 2080 qram, 2095 qram, 2035 qram, 2055 qram, 2005 qram olmaqla ümumi təmiz çəkisi külli miqdarda 12260,00 qram olan eyni tərkibli narkotik vasitə heroin və üç ədəd üzəriləri yapışqan lentlə dolanmış bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri 1025 qram, 995 qram, 975 qram olmaqla ümumi təmiz çəkisi külli miqdarda 2995 qram olan kustar üsulla hazırlanmış, öz aralarında eyni tərkibli olmaqla, özünün üzərindən şəxsi axtarış zamanı aşkar edilmiş və Təqsirləndirilən şəxs2 üzərindən şəxsi axtarış zamanı aşkar edilmiş metamfetaminlə eyni tərkibli olan psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan sonra 26 avqust 2020-ci il tarixdə Təqsirləndirilən şəxs2 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs2 həmin tarixdə saat 20:00-da ünvan 4 ünvanın yaxınlığında piyada hərəkət edərkən saxlanılaraq qeyd olunan Baş İdarəyə gətirilmiş, orada saat 22:00-dan etibarən keçirilən şəxsi axtarış və götürmə zamanı əlində olan ağ rəngli polietilen torbanın içərisindən bir ədəd sellofan bükümdə təmiz çəkisi külli miqdarda 45,753 qram narkotik vasitə olan heroin, bir ədəd sellofan bükümdə qrupun digər üzvü olan Təqsirləndirilən şəxs1 üzərindən və idarə etdiyi “Lada Priora” markalı **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobildən aşkar edilmiş psixotrop maddə metamfetamin ilə kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynilik təşkil edən ümumi təmiz çəkisi külli miqdarda 43,561 qram olan psixotrop maddə metamfetamin, bir ədəd üzərində narkotik vasitə heroin izləri olan “200g/001g” markalı elektron tərəzi aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və külli miqdarda psixotrop maddəni əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və külli miqdarda psixotrop maddəni əldə etmə, saxlama, daşıma və satma barədə tanışı Təqsirləndirilən şəxs1 ilə razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə Təqsirləndirilən şəxs1 İran İslam Respublikasının vətəndaşı “Rəhim” adlı şəxsin və qeyrilərinin istintaqa məlum olmayan vaxtda və şəraitdə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirdiyi külli miqdarda “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələr”in İ siyahısına daxil edilən ümumilikdə təmiz çəkisi 12305,753 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini və külli miqdarda “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in İ siyahısına daxil edilən ümumilikdə təmiz çəkisi 3042,269 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini “Rəhim” adlı şəxsin və qeyrilərinin göstərişinə əsasən 22 avqust 2020-ci il tarixdə Yardımlı rayonu ərazisində yerləşən 15-ci kilometr yol nişanı dirəyinin altından satış məqsədi və tamah niyyəti əldə edib qeyd edilən çəkidə narkotik vasitə heroini ümumilikdə yeddi bükümdə qablaşdırıb bir bükümdə olan 45,753 qramını, həmçinin qeyd edilən çəkidə psixotrop maddə metamfetamini ümumilikdə beş bükümdə qablaşdırıb bir bükümdə olan 43,561 qramını qrupun digər üzvü olan Təqsirləndirilən şəxs2 saxlaması və satışının həyata keçirilməsi üçün vermiş, psixotrop maddə metamfetaminin digər bir bükümdə olan 3,708 qramını isə Təqsirləndirilən şəxs1 öz üzərində saxlamış, qalan beş ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri 1990 qram, 2080 qram, 2095 qram, 2035 qram, 2055 qram, 2005 qram olmaqla ümumi təmiz çəkisi külli miqdarda 12260,00 qram narkotik vasitə heroini və üç ədəd üzəriləri yapışqan lentlə dolanmış bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri 1025 qram, 995 qram, 975 qram olmaqla ümumi təmiz çəkisi külli miqdarda 2995 qram olan psixotrop maddə metamfetamini istifadəsində olan “Lada Priora” markalı **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobildə gizlətməklə saxlamış, onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs1 24 avqust 2020-ci il tarixdə saat 17:00-da ünvan 3 ünvanın yaxınlığında avtomobildən düşərkən saxlanılaraq qeyd olunan Baş İdarəyə gətirilmiş, orada həmin tarixdə saat 19:00-dan etibarən üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan göy rəngli cins şalvarın sağ yan cibindəki siqaret qutusunun içərisindən bir ədəd sellofan bükümdə təmiz çəkisi külli miqdarda 3,708 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilmiş, həmin tarixdə saat 20:00-dan etibarən öz razılığı ilə idarə etdiyi “Lada Priora” markalı ** BU *** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilərkən avtomobilin yük yerindən iki ədəd göy rəngli polietilen paketin içərisindən altı ədəd üzəriləri yapışqan lentlə dolanmış bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri 1990 qram, 2080 qram, 2095 qram, 2035 qram, 2055 qram, 2005 qram olmaqla ümumi təmiz çəkisi külli miqdarda 12260,00 qram olan eyni tərkibli narkotik vasitə heroin və üç ədəd üzəriləri yapışqan lentlə dolanmış bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri 1025 qram, 995 qram, 975 qram olmaqla ümumi təmiz çəkisi külli miqdarda 2995 qram olan kustar üsulla hazırlanmış, öz aralarında eyni tərkibli olmaqla, özünün üzərindən şəxsi axtarış zamanı aşkar edilmiş və Təqsirləndirilən şəxs2 üzərindən şəxsi axtarış zamanı aşkar edilmiş metamfetaminlə eyni tərkibli olan psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan sonra, 26 avqust 2020-ci il tarixdə Təqsirləndirilən şəxs2 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs2 həmin tarixdə saat 20:00-da ünvan 4 ünvanın yaxınlığında piyada hərəkət edərkən saxlanılaraq qeyd olunan Baş İdarəyə gətirilmiş, orada saat 22:00-dan etibarən keçirilən şəxsi axtarış və götürmə zamanı əlində olan ağ rəngli polietilen torbanın içərisindən bir ədəd sellofan bükümdə təmiz çəkisi külli miqdarda 45,753 qram narkotik vasitə olan heroin, bir ədəd sellofan bükümdə qrupun digər üzvü olan Təqsirləndirilən şəxs1 üzərindən və idarə etdiyi “Lada Priora” markalı **- BU-*** dövlət qeydiyyat nişanlı avtomobildən aşkar edilmiş psixotrop maddə metamfetamin ilə kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynilik təşkil edən ümumi təmiz çəkisi külli miqdarda 43,561 qram olan psixotrop maddə metamfetamin, bir ədəd üzərində narkotik vasitə heroin izləri olan “200g/001g” markalı elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs1 özünü ona qarşı irəli sürülmüş ittihamlar üzrə təqsirli bilməyərək göstərdi ki, 2020-ci ilin avqust ayında saat 12 radələrində takisi fəaliyyəti ilə məşğul olduğu “Lada Priora” markalı avtomobilini avtoyuma mərkəzində təmizləyiciyə aparmışdır. Avtoyuma mərkəzinin qarşısında olarkən polis əməkdaşları yaxınlaşmış və onu Baş Narkotiklərlə Mübarizə İdarəsinə idarəsinə aparmışlar, orada üzərinə baxış keçirmişlər, lakin onun üzərində narkotik vasitələr olmamış, 6-7 saat idarədə saxladıqdan sonra narkotik vasitə olan bağlamaları polislər onun avtomobilinə qoyub videoçəkiliş aparmışlar. Orada polis əməkdaşları tərəfində ona təzyiq göstərilmiş və bu təzyiq altına videoçəkiliş aparılmış, sonra onun ifadəsi alınmışdır. Təzyiq göstərildiyindən narkotik vasitələrin ona məxsus olmasını ifadəsində demiş və videoçəkiliş zamanı ona polislər tərəfindən deyilənləri çəkiliş zamanı təkrar etmişdir. Bu zaman narkotik vasitələrini Yadımlı rayonundan alığını demişdir. 7-8 ildi dostluq etdiyi Təqsirləndirilən şəxs2 isə ondan sonra tutulmuşdur. Təqsirləndirilən şəxs2 narkotik vasitə və psixotrop maddə nə verməmiş, nə də satmamışdır. Daha sonra o, verilən suallara cavab olaraq göstərmişdir ki, narkotik vasitələrdən istifadə edir, lakin ittihamda qeyd edilən İran vətəndaşı ilə onun heç bir əlaqəsi olmamış, 3 il əvvəl istirahət etmək məqsədi ilə İran İslam Respublikasında olmuş, lakin Rəhim adlı şəxsi tanımamış və ittihamda qeyd edilən İran vətəndaşı ilə münasibəti olmamış, İrandan narkotik almamışdır.
Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat zamanı verdiyi və məhkəmədə tədqiq edilmiş ifadəsindən görünür ki, o, Təxminən 20 ildir ki, narkotik vasitə marixuanadan istifadə etsə də, heroin və psixotrop maddə metamfetamindən 4-5 aydır ki, istifadə edir. Əvvəllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum olunmuşdur. 2019-cu ilin yay aylarından 2020-ci ilin yanvar ayınadək Rusiya Federasiyasında yaşamışdır. 2020-ci ilin yanvar ayında ölkəyə gəldikdən sonra pandemiya ilə əlaqədar olaraq geri qayıda bilməmiş, hazırda Sumqayıt şəhəri və Abşeron rayonu ərazisində ona məxsus “Lada Priora” markalı ** BU *** dövlət qeydiyyat nişanlı avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olmaqla ailəsini dolandırırır. İran İslam Respublikasının vətəndaşı Rəhim adlı şəxslə təxminən 2 il bundan öncə şəxsi işləri ilə əlaqədar İranda olan zaman tanış olmuş, sonradan əlaqə saxlamaq məqsədilə Rəhim ondan mobil telefon nömrəsini istəmiş, o da, istifadə etdiyi mobil telefon nömrəsini ona demiş, keçən müddət ərzində Rəhim bayramlarda və s. günlərdə müxtəlif nömrələrdən ona zəng etsə də, onunla görüşmüş, söhbət əsnasında Rəhim ona bir neçə dəfə narkotik vasitələr satıb gəlir əldə etməyi təklif etmişdir. Lakin onunla razılaşmamış, 2020-ci ildə ölkə ərazisində olan koronavirus pandemiyası ilə əlaqədar maddi cəhətdən sıxıntılarla üzləşmiş, təxminən 1-2 ay öncə Rəhimlə danışan zaman ona maddi cəhətdən köməklik etməsini xahiş etmiş, belə olan halda Rəhim ona narkotik vasitələrin satışı ilə məşğul olmağı və həmin işlə pul qazanmağı təklif etmiş, maddi vəziyyəti yaxşı olmadığından onunla razılaşmış, Rəhim özü ona xəbər edəcəyini demiş, tutulmamışdan beş gün öncə Rəhim onunla əlaqə saxlayan zaman ona yaxın günlərdə satmaq məqsədilə narkotik vasitə göndərəcəyini, həmin narkotik vasitəni satıb pul əldə edəcəyini demişdir. Eyni zamanda öz işləri ilə də, məşğul olmuş, 22 avqust 2020-ci il tarixdə Rəhim yenidən ona zəng vuraraq saat 22 radələrində Yardımlı rayonu ərazisində yerləşən 15-ci kilometr yol nişanının altında göy rəngli sellofan torbalarda narkotik vasitə heroin və psixotrop maddə metamfetamin qoyulacağını, həmin sellofanları götürüb özündə saxlamağını, kimə veriləcəyi barədə daha sonra ona məlumat verəcəyini, həmin sellofanı verdikdən sonra qazanc olaraq həmin şəxsdən 1000 manat pul alacağını bildirmişdir. Belə olan halda onunla razılaşmış, Rəhim sellofan torbanın içərisində olan narkotik vasitə və psixotrop maddəni “20 yanvar” metrostansiyasının yaxınlığında onun deyəcəyi şəxsə verəcəyini demiş, belə olan halda onunla razılaşıb Rəhimin dediyi sellofanı götürmək məqsədilə Yardımlı rayonuna gemək üçün yola düzəlmiş, Rəhimin ona dediyi Yardımlı rayonu ərazisində yerləşən dirəyin yanında avtomobili saxlayan zaman, orada Rəhimin qeyd etdiyi sellofanın olduğunu görmüş, narkotik vasitələrdən istifadə etdiyi üçün onları tanımış, avtomobildən düşüb həmin sellofanı götürərək geri qayıtmış, avtomobilin əyləşdikdən sonra sellofanın içərisinə nəzər yetirdikdə 6 bükümdə narkotik vasitə heroin, 3 bükümdə psixotrop maddə metamfetamin olduğunu görmüşdür. Bundan sonra sellofanı bağlayıb avtomobilin yük yerinə qoymuş, Abşeron rayonuna gəlmək üçün yoluna davam etmiş, yolda olan zaman Rəhim yenidən ona zəng vurmuş, ona dediyi sellofanları götürdüyünü və ona məxsus avtomobildə saxlayacağını bildirmiş, Rəhim isə həmin sellofanı onun deyəcəyi adama verəcəyini, ondan 1000 manat özü üçün pul alacağını bildirib ondan zəng gözləməyini demiş, onunla razılaşmış, Abşeron rayonuna qayıtdıqdan sonra öz istifadəsinə görə Rəhim satmaq üçün ona göndərdiyi psixotrop maddə metamfetamindən təxminən 5 qram götürmüşdür. 24 avqust 2020-ci il tarixdə saat 17 radələrində idarə etdiyi avtomobili təmizlətmək məqsədilə yaşadığı evdən çıxmış, həmin vaxt Rəhimin ona satmaq üçün göndərdiyi içərisində narkotik vasitə və psixotrop maddə olan sellofanlar avtomobilin yük hissəsində olmuş, öz istifadəsi üçün götürdüyü psixotrop maddə metamfetamini isə sellofan kəsiyinə büküb siqaret qutusunun içərisində olmaqla şalvarının cibində saxlamış, yaşadığı evin yaxınlığındakı yuyucunun qarşısında avtomobildən düşən zaman bir neçə mülki geyimli şəxslər ona yaxınlaşıb özlərini təqdim edərək Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirmiş, ondan özünü təqdim etməyini istəmiş, öz anket məlumatları barədə məlumat vermiş, bundan sonra polis əməkdaşları onun külli miqdarda narkotik vasitə və psixotrop maddəni saxlamaqla gəzdirməkdə şübhəli olduğumu bildirmiş və onu Baş İdarəyə dəvət etmişlər. Polis əməkdaşlarında onun barəsində olan məlumatın dəqiq olduğunu başa düşüb onlarla razılaşmış, bundan sonra polis əməkdaşları ilə birlikdə Baş Narkotiklərlə Mübarizə İdarəsinə gəlmiş, ona məxsus “Lada Priora” markalı ** BU *** dövlət qeydiyyat nişanlı avtomobil duracağa qoyulduqdan sonra inzibati binaya daxil olmuş, oradakı xidməti otaqların birində hüquqlarının müdafiəsi məqsədilə vəkil təqdim edilmiş, vəkillə söhbət edib ona etirazı olmadıqdan sonra onun barəsində tutma haqqında qərar qəbul olunmuş, bundan sonra ona qanunsuz olaraq külli miqdarda narkotik vasitə, psixotrop maddə əldə etmə, özümdə saxlayaraq daşıma, istifadə və satışı ilə məşğul olmaqda şübhəli bilindiyini və bununla bağlı ilkin olaraq videoçəkilişdən istifadə edilməklə üzərinə şəxsi axtarış və götürmə keçiriləcəyi bildirilmişdir. Etiraz etmədikdən sonra videoçəkilişlə üstünə şəxsi axtarış keçirilməyə başlanmış, ona təklif edilmişdir ki, üzərində qanunsuz əşya, maddə varsa könüllü olaraq təqdim etsin. Belə olan halda üzərində olan göy rəngli cins şalvarın sağ yan cibindəki siqaret qutusunun içindən bir ədəd, ağ rəngli sellofanda olan psixotrop maddə metamfetamini təqdim etmiş, sonra üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı əynində olan göy rəngli şalvarın sol yan cibindən bir ədəd “Samsung” markalı, bənövşəyi rəngli mobil telefon, bir ədəd avtomobil açarı, həmin şalvarın sağ yan cibindən bir ədəd, ağ rəngli alışqan aşkar olunmuş, şəxsi axtarış zamanı üzərindən əlavə olaraq hər hansı əşya, predmet aşkar olunmamış, daha sonra üzərindən aşkar edilmiş psixotrop madə metamfetamin elektron tərəzidə çəkilmiş və çəkisi beş qram olmuşdur. Həmin büküm içi boş olan, ağ rəngli zərfə qoyulmuş və zərf möhürlənərək üzərində müvafiq qeydlər aparıldıqdan sonra iştirakçılar tərəfindən imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün ona məxsus “Samsung” markalı, bənövşəyi rəngli, mobil telefon götürülsə də, ona məxsus avtomobilin açarı, alışqan və siqaret qutusu ona geri qaytarılmışdır. Polis əməkdaşları üzərindən aşkar edilmiş psixotrop maddəni haradan əldə etdiyini soruşduqda, həmin maddəni İran İslam Respublikası vətəndaşı “Rəhim” adlı şəxsin vasitəsi ilə Yardımlı rayonu ərazisindən götürdüyü psixotrop maddə metamfetaminin üzərindən götürdüyünü, əldə etdiyi maddələri Rəhimin “20 Yanvar” metrostansiyası ərazisində deyəcəyi şəxsə çatdıracağını, əvəzində 1000 manat pul qazanacağını demişdir. Həmçinin narkotik vasitələrin dövriyyəsi ilə məşğul olmağı barədə heç kimin məlumatı olmadığını, psixotrop maddə olan metamfetamindən və narkotik vasitələrdən özünün də, istifadə etdiyini, idarə etdiyi “Lada Priora” markalı, ** BU *** dövlət qeydiyyat nişanlı avtomobildə Yardımlı rayonu ərazisindən götürdüyüm maddələri saxladığını, onları təqdim edə biləcəyini, ona məxsus avtomobilə baxış keçirilməsinə etirazının olmadığını bildirmiş, şəxsi axtarış başa çatdıqdan sonra bununla bağlı protokol tərtib edilərək onlara ucadan oxunmuş, daha sonra digər iştirakçılarla birlikdə protokola imza etmişlər. Bundan sonra ona məxsus avtomobilə baxış keçirilməsinə dair etirazının olmaması barədə ərizə yazmış, belə olan halda onun, müdafiəçisinin və polis əməkdaşlarının iştirakı ilə videoçəkiliş aparılmaqla ona məxsus “Lada Priora” markalı, ** BU *** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilməyə başlanılmış, bxış keçirməyə başlamadan öncə polis əməkdaşı onu qərarla tanış edərək avtomobildə olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməyi təklif etmişdir. Belə olan halda avtomobilin yük hissəsində saxladığı iki ədəd göy rəngli polietilen paketi çıxarıb təqdim etmiş, həmin paketlərin içindən altı ədəd bükümdə narkotik vasitə heroin, üç ədəd bükümdə psixotrop maddə metamfetamin aşkar olunmuş, içərisində altı ədəd heroin və üç ədəd metamfetamin olan bükümlər elektron tərəzidə çəkilmiş, daha sonra bükümlər içi boş olan, ağ rəngli polietilen torbaya qoyulmuş, həmin torba möhürlənmiş, üzərində müvafiq qeydlər aparılmışdır. Bundan sonra torbanın üzərindəki kağızı digər iştirakçılarla birlikdə imzalamışlar. Baxış keçirilən zaman əlavə olaraq avtomobilin digər hissələrindən iş üzrə əhəmiyyət kəsb edən hər hansı əşya, predmet və maddə aşkar olunmamış, iş üzrə əhəmiyyət kəsb etdiyi üçün avtomobilə aid olan açarlar isə götürülmüşdür. Sorğu zamanı avtomobilin yük hissəsindən çıxarıb təqdim etdiyi narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamini “Rəhim” adlı İran İslam Respublikası vətəndaşının vasitəsi ilə Yardımlı rayonu ərazisindən satmaq məqsədilə götürdüyünü bir daha qeyd etmiş, baxış qurtardıqdan sonra bununla bağlı protokol tərtib edilmiş, tərtib edilmiş protokol ucadan oxunduqdan sonra digər iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 özünü ona qarşı irəli sürülmüş ittihamlar üzrə təqsirli bilməyərək göstərdi ki, 26 avqust 2020-ci il tarixdə “Kristall Abşeron” yaşayış kompleksində evdən mağazaya su almağa düşmüş və qayıdan zaman polislər qapını qırıb evə daxil olmuşlar və onu döyüb işgəncə vermişdirlər. Evdən heç nə tapmadıqdan sonra, onun maşınını axtarmışlar və oradan iki gümüşü bükülü folqada cəmi yarım qram çəkidə heroin tapıb özləri ilə götürmüşlər. Onun maşınından götürülmüş iki ədəd folqada olan heroninin çəkisi və tərkibi polisdə onun qarşısına qoyulmuş heroindən fərqli olmuşdur. Polisdə ona işgəncə verildiyindən onun qarşısına qoyulan artıq çəkidə olan narkotik vasitənin və psixotrop maddənin ona məxsus olmasını demişdir. Həmçinin işgəncə altında məcbur olub həmin narkotoklərin özünə məxsus olmasını və onları Ramindən aldığını demişdir. Lakin Ramin ona narkotik vasitə və ya psixotrop maddə göndərməmiş, narkotiklərin satışı ilə bağlı aralarında heç bir razılaşma olmamışdır. O, Ramini 2017-ci ildən tanımış, onunla birlikdə narkotik vasitələrdən istifadə etmişlər, lakin Ramin ona narkotik vasitə satmamışdır. Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat zamanı verdiyi və məhkəmədə tədqiq edilmiş ifadəsindən görünür ki, o, təxminən 1 ildir ki, narkotik vasitə heroindən istifadə edir. Əvvəllər məhkum olunmamışdır. 2011-2015-ci illər arasında Sumqayıt Apellyasiya Məhkəməsində hakim köməkçisi vəzifəsində işləmişdir. 2015-ci ildə işdən çıxdıqdan sonra götürdüyü pul kreditləri ilə bağlı borclanmağa başlamış, hazırda bu səbəbdən 18000 ABŞ dolları banka kredit borcu vardır. Təqsirləndirilən şəxs1 təxminən 4 ildir ki, tanıyır. Raminlə aralarında dostluq münasibətləri vardır. Raminlə bir neçə dəfə birlikdə narkotik vasitə qəbul etmişlər. 2019-cu ilin yay aylarından 2020-ci ilin yanvar ayınadək Ramin Rusiya Federasiyasında olmuşdur. 2020-ci ilin yanvar ayında ölkəyə gəldikdən sonra Raminlə görüşən zaman borcları barədə ona demişdir. Keçən müddət ərzində ölkə ərazisində olan koronavirus pandemiyası ilə əlaqədar maddi cəhətdən daha böyük sıxıntılarla üzləşmişdir. Təxminən 2020-ci ilin iyul ayının sonlarında Raminlə danışan zaman ona maddi cəhətdən köməklik etməsini xahiş etmiş, belə olan halda Ramin ona narkotik vasitələrin satışı ilə məşğul olmağı və həmin işlə pul qazanmağı təklif etmiş, maddi vəziyyətinin yaxşı olmadığından onunla razılaşmış və Ramin özü ona xəbər edəcəyini demişdir. Həmin vaxtdan bir neçə gün sonra Ramin ona zəng vuraraq Saray qəsəbəsi ərazisindəki konkret olaraq yerini xatırlamadığı yol nişanının altında qara rəngli sellofan torbada 55 qram narkotik vasitə heroin və 55 qram psixotrop maddə metamfetamin qoyulacağını, həmin sellofanları götürməyini bildirmiş, belə olan halda onunla razılaşmışdır. Həmin gün Raminin ona dediyi yerə gedən zaman dirəyin yanında qara sellofanın olduğunu görmüş, narkotik vasitələrdən istifadə etdiyi üçün onları tanımış, bundan sonra sellofanı götürərək dərhal oradan uzaqlaşmış, sellofanın içərisinə nəzər yetirdikdə bir bükümdə narkotik vasitə heroin, bir bükümdə isə psixotrop maddə metamfetamin olduğunu görmüş, sellofanı götürüb yaşadığı evə gələn zaman Ramin yenidən ona zəng vurmuş, ona dediyi sellofanları götürdüyünü bildirmişdir. Aralarında olan razılaşmaya əsasən sellofanda olan maddələri satıb Raminə 2000 (iki min) manat pul verməli olmuş, keçən müddət ərzində öz istifadəsi üçün narkotik vasitə heroinin üzərindən təxminən 3-4 qram götürmüş, həmçinin qiyməti 35 manat olmaqla bir neçə qram metamfetamin, qiyməti 25 manat olmaqla bir neçə qram heroini müxtəlif şəxslərə satmış, lakin həmin şəxslərin kim olmasını xatırlamır. 26 avqust 2020-ci il tarixdə tanışı Hüseynlə danışan zaman ona heroin və metamfetamin barədə məlumat vermiş, Hüseyn həmin metamfetamini və heroini öz tanışlarına sata biləcəyini demiş, bu məqsədlə həmin gün saat 19 radələrində yaşadığı evdə saxladığı narkotik vasitə və psixotrop maddə bükümlərini özü ilə götürüb evdən çıxmışdır. Evdən çıxan zaman heroin və metamfetaminlə birlikdə, tərəzi, onları bükümlərə ayırmaq üçün sellofan və Hüseynlə birlikdə narkotik vasitə qəbul etmək üçün gümüşü rəngli kağız götürmüş, yaşadığı evin yaxınlığında piyada hərəkətdə olan zaman bir neçə mülki geyimli şəxslər ona yaxınlaşıb özlərini təqdim edərək Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirmiş, ondan özünü təqdim etməyini istəmiş, öz anket məlumatları barədə məlumat vermiş, bundan sonra polis əməkdaşları onun külli miqdarda narkotik vasitə və psixotrop maddəni saxlamaqla gəzdirməkdə şübhəli olduğumu bildirmiş və onu Baş İdarəyə dəvət etmiş, polis əməkdaşlarında onun barəsində olan məlumatın dəqiq olduğunu başa düşüb onlarla razılaşmış, bundan sonra polis əməkdaşları ilə birlikdə Baş Narkotiklərlə Mübarizə İdarəsinə gəlmişdir. İdarəyə gəldikdən sonra inzibati binaya daxil olmuş, oradakı xidməti otaqların birində hüquqlarının müdafiəsi məqsədilə vəkil təqdim edilmiş, vəkillə söhbət edib ona etirazı olmadıqdan sonra onun barəsində tutma haqqında qərar qəbul olunmuş, bundan sonra ona qanunsuz olaraq külli miqdarda narkotik vasitə, psixotrop maddə əldə etmə, özündə saxlayaraq daşıma, istifadə və satışı ilə məşğul olmaqda şübhəli bilindiyini və bununla bağlı ilkin olaraq videoçəkilişdən istifadə edilməklə üzərinə şəxsi axtarış və götürmə keçiriləcəyi bildirilmişdir. Etiraz etmədikdən sonra videoçəkilişlə üstünə şəxsi axtarış keçirilməyə başlanmış, ona təklif edilmişdir ki, üzərində qanunsuz əşya, maddə varsa könüllü olaraq təqdim etsin. Belə olan halda əlində saxladığı ağ rəngli polietilen torbanın içindən bir bükümdə narkotik vasitə olan heroini, bir bükümdə psixotrop maddə olan metamfetamini kütlələri, bir ədəd elektron tərəzini, iki ədəd gümüşü rəngli kağızları, iki ədəd şəffaf rəngli sellofan paketləri təqdim etmiş, sonra onun üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı əynində olan şalvarın sol yan cibindən 126 manat pul, sağ yan cibindən isə ona məxsus bir ədəd “Redmi” markalı, bir ədəd “İphone” markalı mobil telefonlar aşkar olunmuş, sonra təqdim etdiyi heroin və metamfetamin elektron tərəzidə çəkilmiş, daha sonra həmin bükümlər, elektron tərəzi, gümüşü rəngli kağızlar və sellofan paketlər içi boş olan, ağ rəngli zərfə qoyulmuş, həmin zərf möhürlənmiş, üzərində müvafiq qeydlər aparılmış və tərəflərindən imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün ona məxsus mobil telefonlar ona izah verildikdən sonra götürülmüş, 126 manat pul isə ona geri qaytarılmışdır. Polis əməkdaşları üzərindən aşkar edilmiş psixotrop maddəni haradan əldə etdiyini soruşduqda, həmin maddəni tanışı Təqsirləndirilən şəxs1 satış məqsədilə aldığını, satdıqdan sonra Raminə 2000 manat pul verməli olduğunu demiş, şəxsi axtarış başa çatdıqdan sonra bununla bağlı protokol tərtib edilərək onlara ucadan oxunmuş, daha sonra digər iştirakçılarla birlikdə protokola imza etmişlər. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə göstərdi ki, 24 avqust 2020ci il tarixdə Abşeron rayonu, Saray qəsəbəsi, E.Hüseynov küçəsi ev 15 ünvanında yaşayan Təqsirləndirilən şəxs1 külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə edib qanunsuz dövriyyəsi ilə məşğul olması bərədə əməliyyat məlumatı daxil olmuşdur. Məlumat əsasında əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün qərar qəbul edilmiş, əməliyyat qrupu yaradılmış və qrupa rəhbərlik ona həvalə edilmiş, həmin qərarın icrası ilə bağlı olaraq 24 avqust 2020-ci il tarixdə o, baş əməliyyat müvəkkili Şahid5 və baş əməliyyat müvəkkili Şahid6 Təqsirləndirilən şəxs1 yaşadığı Abşeron rayonu, Saray qəsəbəsi ərazisinə getmiş, saat 17:00-da onu Saray qəsəbəsi, E.Hüseynov küçəsi ev 15 ünvanının yaxınlığında ona məxsus qara rəngli, “Lada Priora” markalı, ** BU *** dövlət nömrə nişanlı avtomobildən düşərkən saxlamış və Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət etmiş, o da etiraz etməmişdir. Baş İdarədə xidməti otaqda müdafiəçinin iştirakı ilə təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı videoçəkilişdən də, istifadə edilmişdir. Təqsirləndirilən şəxs1 üzərində qanunla dövriyyəsi qadağan edilmiş əşyaların təqdim edilməsi təklif olunduqdan sonra o, əynində olan göy rəngli cins şalvarın sağ yan cibindəki siqaret qutusunun içindən bir ədəd, ağ rəngli sellofanda, kristal şəkilli, psixotrop maddə metamfetaminə bənzər kütləni təqdim etmiş, daha sonra Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilmiş və bu zaman bir ədəd “Samsung” markalı mobil telefon, bir ədəd avtomobil açarı aşkar olunmuşdur. Aşkar olunmuş kütlə qablaşdırılaraq götürülmüş, telefon da iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüş, digər əşyalar isə özünə qaytarılmışdır. Təqsirləndirilən şəxs1 verilən suallara cavab olaraq, üzərində olan göy rəngli şalvarın sağ yan cibindən çıxarıb təqdim etdiyi, içində metamfetamin olan, bir ədəd bükümün özünə məxsus olduğunu, həmin bükümü İran İslam Respublikası vətəndaşı “Rəhim” adlı şəxsin vasitəsi ilə Yardımlı rayonu ərazisində qoyulan yerdən götürdüyünü, narkotik maddələri “Rəhim” adlı şəxsin Bakı şəhəri, 20 Yanvar dairəsi ərazisində deyəcəyi şəxsə çatdıracağını, əvəzində 1.000 AZN pul qazanacağını, narkotik maddələrin dövriyyəsi ilə məşğul olmasından heç kimin məlumatı olmadığını, özünün də psixotrop maddə olan metamfetamindən istifadə etdiyini, idarə etdiyi “Lada Priora” markalı, ** BU *** dövlət nömrə nişanlı avtomobildə narkotik maddə saxladığını, həmin kütlələri təqdim edə biləcəyini, avtomobilə baxış keçirilməsinə etirazının olmadığını bildirmiş, daha sonra şəxsi axtarış keçirilməsi barədə təhqiqatçı tərəfindən protokol tərtib edilmiş, protokol təhqiqatçı tərəfindən ucadan oxunduqdan sonra, iştirakçılar tərəfindən irad və təklif irəli sürülmədiyindən imzalarla təsdiq edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 məxsus “Lada Priora” markalı, ** BU *** dövlət nömrə nişanlı avtomobilə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs1 özü avtomobilin yük hissəsində saxladığı iki ədəd göy rəngli polietilen paketi çıxarıb təqdim etmiş, həmin paketlərin içindən altı ədəd bükümdə açıq qəhvəyi rəngli, spesifik iyə məxsus, narkotik vasitə heroinə bənzər, üç ədəd bükümdə, ağ rəngli, kristal şəkilli, psixotrop maddə olan metamfetaminə bənzər kütlələr aşkar olunmuşdur. Aşkar edilmiş altı ədəd içində heroinə bənzər kütlə olan bükümlər və üç ədəd içində metamfetaminə bənzər kütlə olan bükümlər elektron tərəzidə çəkilmiş, daha sonra aşkar edilmiş bükümlər içi boş olan, ağ rəngli polietilen torbaya qoyulmuş, həmin torba möhürlənmiş, üzərində müvafiq qeydlər aparılmış, şübhəli şəxs, müdafiəçi və onların tərəfindən imzalanmışdır. Baxış keçirilən zaman əlavə olaraq avtomobilin digər hissələrindən iş üzrə əhəmiyyət kəsb edən hər hansı əşya, predmet və maddə aşkar olunmamış, Təqsirləndirilən şəxs1 şifahi sorğu zamanı, idarə etdiyi “Lada Priora” markalı ** BU *** dövlət nömrə nişanlı avtomobilin yük hissəsindən çıxarıb təqdim etdiyi narkotik vasitə heroin və psixotrop maddə olan metamfetaminin özünə məxsus olduğunu, həmin bükümləri “Rəhim” adlı İran İslam Respublikası vətəndaşının vasitəsi ilə Yardımlı rayonu ərazisindən götürdüyünü, üzərindən və avtomobilindən çıxarıb təqdim etdiyi metamfetami eyni yerdən, eyni vaxtda götürdüyünü, həmin narkotik maddələri “Rəhim” adlı şəxsin deyəcəyi şəxsə çatdıracağını, əvəzində 1000 AZN pul əldə edəcəyini bildirmişdir. Daha sonra videoçəkiliş dayandırılmış və baxış keçirilməsi barədə təhqiqatçı tərəfindən protokol tərtib edilmiş, protokol iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmədə şahid qismində dindirilmiş DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı Şahid6 da Şahid4lə oxşar məzmunlu ifadələr verərək onun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmədə elan olunaraq tədqiq olunmuş DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı Şahid5 ifadəsindən görünür ki, o, da ibtidai istintaq zamanı Şahid4lə oxşar məzmunlu ifadə vermişdir. (Cild 1, iş vərəqi 172-175) Məhkəmədə şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili Şahid1 istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə göstərdi ki, 26 avqust 2020-ci il tarixdə Sumqayıt şəhəri Sülh küçəsi 30-cu məhəllə ev 5/8 mənzil 20-də qeydiyyatda olan Təqsirləndirilən şəxs2 külli miqdarda narkotik vasitə və psixotrop maddələrin qanunsuz olaraq dövriyyəsi ilə məşğul olması, istifadə etməsi bərədə əməliyyat məlumatı daxil olmuş, həmin əsasında əməliyyat qrupu yaradılmış və qrupa rəhbərlik ona həvalə edilmişdir. Bununla bağlı 26 avqust 2020-ci il tarixdə, əməliyyat müvəkkilləri Şahid3 Şahid2 ilə birlikdə Təqsirləndirilən şəxs2 yaşadığı Sumqayıt şəhəri ərazisinə getmiş və saat 20:00-da onu ünvan 5 ünvanının yaxınlığında saxlamaqla onu Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs2 Baş İdarəyə gətirdikdən sonra xidməti otaqda müdafiəçinin iştirakı ilə təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı videoçəkilişdən də, istifadə edilmiş və bu zaman ona təklif edilmişdir ki, üzərində qanunla dövriyyəsi qadağan edilmiş əşyaları təqdim etsin. Daha sonra, Təqsirləndirilən şəxs2 masaya yaxınlaşaraq əlində saxladığı ağ rəngli saxladığı ağ rəngli polietilen torbanın içindən 01 bükümdə narkotik vasitə olan heroinə bənzər, 01 bükümdə psixotrop maddə olan metamfetaminə bənzər kütlələri, 01 ədəd elektron tərəzini, 02 ədəd gümüşü rəngli falqa kağızlarını, 02 ədəd şəffaf rəngli sellofan paketləri təqdim etmiş, sonra Təqsirləndirilən şəxs2nın üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı ondan 126 manat pul, 01 ədəd “Redmi” markalı, 01 ədəd “İphone” markalı mobil telefonlar aşkar olunmuşdur. Aşkar olunmuş kütlələr, elektron tərəzi, falqa kağızları və şəffaf rəngli sellofan paketlər qablaşdırılaraq götürülmüş, iş üzrə əhəmiyyət kəsb etdiyi üçün həmin mobil telefonlar da götürülmüş, pul isə özünə qaytarılmışdır. Təqsirləndirilən şəxs2 verilən suallara cavab olaraq, əlində olan polietilen torbadan çıxarıb təqdim etdiyi heroin və metamfetaminin özünə məxsus olduğunu, təxminən 15 gün əvvəl Təqsirləndirilən şəxs1 Sumqayıt şəhəri ərazisindən satmaq məqsədi ilə əldə etdiyini, tərəzidən satdığı narkotik maddələrin qramını müəyyən etmək üçün istifadə etdiyini bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkilləri Şahid3 və Şahid2 da Şahid1 ilə oxşar məzmunlu ifadələr verməklə onun ifadəsində göstərdikləri xüsusatları bir daha təsdiq etmişlər. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan “Şəxsi axtarış və götürmə aparılması” haqqında 24 avqust 2020-ci il tarixli protokolundan görünür ki, BNMİ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs1 həmin tarixdə saat 17:00-da Abşeron rayonu, Saray qəsəbəsi, E.Hüseynov küçəsi ev 15 ünvanının yaxınlığında saxlanılaraq Baş Narkotiklərlə Mübarizə İdarəsinə gətirilmiş, orada üzərinə aparılan şəxsi axtarış zamanı ondan 01 (bir) ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər maddə aşkar edilərək götürülmüşdür. (Cild 1, iş vərəqləri 28-30). Cinayət işinin materiallarında olan “Baxış və götürmə aparılması” haqqında 24 avqust 2020-ci il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 idarə etdiyi “Lada Priora” markalı ** BU *** dövlət nömrə nişanlı avtomobilə baxış zamanı oradan oradan altı ədəd bükümdə narkotik vasitə olan heroinə bənzər və üç ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər maddələr aşkar edilərək götürülmüşdür. (Cild 1, iş vərəqləri 34- 36). Bundan əlavə, cinayət işinin materiallarında olan “Şəxsi axtarış və götürmə aparılması” haqqında 26 avqust 2020-ci il tarixli protokolundan görünür ki, BNMİ-nin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs2 həmin gün saat 20:00-da ünvan 6 ünvanının yaxınlığında saxlanılaraq Baş Narkotiklərlə Mübarizə İdarəsinə gətirilmiş, orada üzərinə aparılan şəxsi axtarış zamanı ondan bir ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər, bir ədəd bükümdə narkotik vasitə heroinə bənzər maddələr, bir ədəd elektron tərəzi, iki ədəd gümüşü rəngli falqa kağızları və iki ədəd şəffa rəngli sellofan paketlər aşkar edilərək götürülmüşdür. (Cild 1, iş vərəqləri 242-245). Hər üç istintaq hərəkəti video çəkilişlə aparılmış və müvafiq video görüntülər 3 (üç) ədəd “DVD” formatlı disklərə yazılaraq cinayət işinin materiallarına əlavə edilməklə maddi sübut qismində tanınmışdır. Həmin video görüntülərə məhkəmə prosesində tərəflərin iştirakı ilə baxış keçirilərkən müəyyən olundu ki, qeyd olunan protokollarda əks olunan hallar və aşkar edilən dəlillər bir daha öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə elan edilərək tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 25 avqust 2020-ci il tarixli 6/1654 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində “...Şübhəli şəxs Təqsirləndirilən şəxs1...” sözləri yazılmış sintetik parça torbadakı 3 ədəd üzəriləri yapışqan lentlə dolanmış bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri 1025 qr., 995 qr., 975 qr., ümumi təmiz çəkisi 2995 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə - metamfetamindir, 6 ədəd üzəriləri yapışqan lentlə dolanmış bağlamalarda ayrı- ayrılıqda təmiz çəkiləri 1990 qr., 2080 qr., 2095 qr., 2035 qr., 2055 qr., 2005 qr., ümumi təmiz çəkisi 12260,00 qram olan qəhvəyi rəngli tozşəkilli hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə - heroindir. Üzərində “....Şübhəli şəxs Təqsirləndirilən şəxs1 üzərindən...” sözləri yazılmış kağız paketdəki bir ədəd bükümdə təmiz çəkisi 3,708 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Torbadakı və kağız paketdəki psixotrop maddə metamfetaminlər kimyəvi komponent tərkiblərinə görə eynidirlər. (Cild 1, iş vərəqləri 45-51). Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 27 avqust 2020-ci il tarixli 6/1674 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində “şübhəli şəxs: Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunmuş.. ” yazısı olan kağız paketdəki, 1 (bir) ədəd bükümdə, təmiz çəkisi 45,753qr qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasltəheroindir, 1 (bir) ədəd əükümdə, təmiz çəkisi 43,561qram ağ rəngli kristallardan ibarət maddə kütləsi kustar üsulla alınmış psixotrop maddə-metamfetamindir. Həmin paketdə olan 2(iki) şəffaf polietilenin, bir ədəd “200g/0,01 g” markalı elektron tərəzinin üzərlərində və təqdim edilmiş 2 ədəd “gümüşü” rəngli falqa kağızdan yalnız birinin üzərində narkotik vasitə olan- heroinin izləri vardır. Heroin iz şəklində olduğu üçün, bükümdəki heroinlə eyni tərkibli olub-olmamasını müəyyən etmək mümkün olmadı. (Cild 1, iş vərəqləri 266-272). Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 02 oktyabr 2020-ci il tarixli 6/1768 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “...Şübhəli şəxs Təqsirləndirilən şəxs2 üzərindən...” sözləri olan kağız paketdəki bir ədəd bükümdə olan psixotrop maddə metamfetaminlə “...Şübhəli şəxs Təqsirləndirilən şəxs1...” sözləri olan kağız yapışdırılmış sintetik parça torbadakı 3 ədəd bağlamadakı və üzərində “...Şübhəli şəxs Təqsirləndirilən şəxs1 üzərindən...” sözləri yazılmış kağız paketdəki bir ədəd bükümdə olan psixotrop maddə metamfetaminlər kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidirlər. Üzərində “...Şübhəli şəxs Təqsirləndirilən şəxs2 üzərindən...” sözləri olan kağız paketdəki bir ədəd bükümdə olan narkotik vasitə heroinlə üzərində “...Şübhəli şəxs Təqsirləndirilən şəxs1...” sözləri olan kağız yapışdırılmış sintetik parça torbadakı 6 ədəd bağlamadakı narkotik vasitə heroinlər xarici əlamətlərinə və kimyəvi komponentlərinə görə fərqlidirlər. (Cild 2, iş vərəqləri 62-68). Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş ambulator məcburi-narkoloji tibbi yoxlamaya dair ekspertizanın keçirilməsinə dair 28 sentyabr 2020-ci il tarixli, 2679 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən, çətənə bitkisi preparatlarından və psixotrop maddə metamfetamindən sui-istifadə nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (Cild 1, iş vərəqləri 184-185). Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş ambulator məcburi-narkoloji tibbi yoxlamaya dair ekspertizanın keçirilməsinə dair 21 sentyabr 2020-ci il tarixli, 2601 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (Cild 2, iş vərəqləri 155-156). Cinayət işinin materiallarında olan və məhkəmədə elan edilərək tədqiq edilmiş "xxxx" MMC-dən daxil olmuş diskə baxış keçirilməsi haqqında xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 istifadəsində olmuş +**********10 saylı mobil telefon nömrəsindən müxtəlif mobil telefon nömrələrinə, habelə əks istiqamətdə müxtəlif vaxtlarda zənglər daxil olduğu, habelə onlar arasında əvvəllərdən olan yazışmaların sms mətnləri, eyni zamanda istintaq materiallarına uyğun gələn onların olduqları yer üzrə anten əhatə dairələri və aşağıdakılar müəyyən edilmişdir: Təqsirləndirilən şəxs1 istifadəsində olmuş +**********10 saylı mobil telefon nömrəsinə gələn və gedən ismariclərə baxış zamanı aşağıdakılar müəyyən edildi: 1. xx.xx.2020-ci il tarixdə saat 19:39-da +**********42 saylı mobil nömrəsindən “Qaqa falqa goturde ordan yoxdu” 2. xx.xx.2020-ci il tarixdə saat 20:33-də +**********11 mobil nömrəsindən “Parlament danisim?” 3. xx.xx.2020-ci il tarixdə saat 17:34-də +**********42 saylı mobil nömrəsinə “Qaqa sumqayitdayam 15 manatda pul nolar qaqanan 5 daiqalik gorusda” 4. xx.xx.2020-ci il tarixdə saat 19:27-də +**********11 saylı mobil nömrəsindən “buda sanin 10 cu yalanin. dunan qaytarana kimi kayf eladin dedin sabah komak edacam. san istifada edirsan sarait yaradiram ama ehmada uje deyandaki na siiram 7 manata nayi var kayf ediram o mana tasir edir ozumada az demamisan ki 10 manata 15 manata harda var e bela kayf bax ela bunlara gora deyiramki istifada edirsan. Ela ama kisi kimi ela qahba kimi yox mani aldatma sabah bela olacq ela olacaq. Ozuva edirsan mana yox. Bax indiki kimi. Gor indi hansi rahat idi? Mani taniyisan manda sani” 5. xx.xx.2020-ci il tarixdə saat 20:14-də +**********11 saylı mobil nömrəsindən “Na isa qaqaw isinda ol 3 saatdi sani gozduyurem... dunan dediklarina gore gozdadim tema dalinca gedirdim borcumda var idi ele bildim nasa komak edeceksen” 6. xx.xx.2020ci il tarixdə saat 01:02-də +**********42 saylı mobil nömrəsinə “Qardasim agar alinrsa man dedim gorsak bir iki tusdu alinmirsa manim sana canim qurban yat dincal saba gorsarik” 7. xx.xx.2020-ci il tarixdə saat 02:43-də +**********79 saylı mobil nömrəsindən “Qardasim nasosnudayam terezini goturdum adapdiriada puluda goturu seni yigiram” 8. xx.xx.2020-ci il tarixdə saat 14:49-da +**********62 saylı mobil nömrəsinə “Bidana 20 milik hall eda bilarsan taksidayam” 9. xx.xx.2020-ci il tarixdə saat 22:59-da +**********11 saylı mobil nömrəsinə “Oxdumda onun harasinan 05 verda mana usdumda na duzalir veracam qalaninda saba veraram olar mana bir cavab de kucadayam” 10. xx.xx.2020-ci il tarixdə saat 14:11-də +**********98 saylı mobil nömrəsinə “Galim 30 manat verim.yarim pati ver hec olmasa” 11. xx.xx.2020-ci il tarixdə saat 01:42-də +**********11 saylı mobil nömrəsinə “Yadinda bidana onu saxlaki indi mani bayanmirsan qrami almaq ucun nalar aziat cakirdin indi raminin sahasina klolar frliyirsan genada mani bayanmirsan onu bilki san bilmasanda goydaki bilir hamsi ramina goradi ama san bugun deirsan 20 noldu Vallah billah bela olmaz man onuda veracam lazimdi artigda olacaq ama san hamsa demalisan allah raminin onun balarnin canin sag elasin uc balam olsun man dabro vermasaydim bu indi is gorduyunda olmuyacaydi man sanan hecna isdamiram kisisan hec olmasa itirma amaymi”
12. xx.xx.2020-ci il tarixdə saat 17:13-də +**********11 saylı mobil nömrəsindən “Cannnn.. San bilirsan naya kima dabro vermisen. 2-ci da yadina sal manim masinimi suranda manda sana dedimki deyesen ikiniz bir ele vurursuz. Manda usaq deyilam Ramin. 3-cuda man itiren oqlan olsaydim bu gun biz danismaqzdiq Kin saxliyardim ki bu qadar aylar sana qardasliq eledim axirda bir cete gora mani bloka atdin Ozunde bilirsenki bu sohbat baslayan halam hayata kecen yox aaa baslayan gunnan san kurssan bir yerde gedib goturmusuk man sannan hecne gizlatmamisam” 13. xx.xx.2020-ci il tarixdə saat 14:55-də +**********11 saylı mobil nömrəsindən “Sani man oqlan bilirdim o qadar aziyativi cakdim Galib yaniva sana kakos pati cakdirirem qret edirem bunlardan sonra gedib elcinin yaninda deyirsen ki CİNDİR Arif bele Etdi ele etdi.. CİNDİR sansan e man yox.. Cahid daki hecne vermedi rahat ol hecne yoxumdu” Təqsirləndirilən şəxs1 istifadəsində olmuş +**********10 saylı mobil telefon nömrəsindən zəng edən və zəng edilən nömrələrin apardıqları telefon danışıqlarının hansı stansiyalardan ötürülməsi barədə anten məlumatlarına baxış zaman sonuncuya məxsus +**********10 saylı mobil telefon nömrəsinin anten dairəsi xx.xx.2020-ci il 06:36-dan xx.xx.2020-ci il saat 09:12-dək aşağıdakı kimi müəyyən edilmişdir: 2020/08/22 06:36:23 Masalli r-nu, Sixlar; 2020/08/22 09:48:21 Masalli r-u Dembelov kendi erazisi 2020/08/22 09:48:23 Masalli r-u Dembelov kendi erazisi; 2020/08/22 09:52:49 Masalli r-nu,Sixlar; 2020/08/22 09:55:25 Masalli r-u Dembelov kendi erazisi; 2020/08/22 17:18:56 Lenkeran r-nu,Vilvan; 2020/08/22 17:18:56 Lenkeran r-nu, Vilvan; 2020/08/22 23:16:37 Masalli r-nu, Sixlar; 2020/08/23 03:29:33 Masalli r-u Qeribler; 2020/08/23 07:12:29 Masalli ray., Luren-Goyecol kendi; 2020/08/23 07:54:54 Celilabad ray., Privolniy; 2020/08/23 09:12:49 Salyan r-u, Qirxcirag kendi erazisi; 2020/08/23 10:56:52 Abseron ray., Masazir qes. (Cild 1, iş vərəqləri 146- 163). Cinayət işinin materiallarında olan və məhkəmədə elan edilərək tədqiq edilmiş "xxxx" MMC-dən daxil olmuş diskə baxış keçirilməsi haqqında xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 istifadəsində olmuş +**********42 saylı mobil telefon nömrəsindən müxtəlif mobil telefon nömrələrinə, habelə əks istiqamətdə müxtəlif vaxtlarda zənglər daxil olduğu, habelə onlar arasında əvvəllərdən olan yazışmaların sms mətnləri, eyni zamanda istintaq materiallarına uyğun gələn onların olduqları yer üzrə anten əhatə dairələri və aşağıdakılar müəyyən edilmişdir: Təqsirləndirilən şəxs2 istifadəsində olmuş +**********42 saylı mobil telefon nömrəsinə gələn ismariclərə baxış zamanı aşağıdakılar müəyyən edildi: 1. xx.xx.2020-ci il tarixdə saat 17:37-də +.**********29 saylı mobil nömrəsindən Qaqaw birdene malbro birdene parlament lazimdi.alinirsa qaqava yig”
2. xx.xx.2020-ci il tarixdə saat 20:22-də +**********12 mobil nömrəsinə “heci gecgelersen sen agriyiriq ikimizde beyagdan gozduyuruy parlamentde gel sobet eliyeriy qaqamsan calisdigin qeder tez gelde” 3. xx.xx.2020-ci il tarixdə saat 21:41-də +**********19 saylı mobil nömrəsindən “Qaqaw parlamenti istiyirsen atmen ele uwag gedir uje gecikir evdekiler gozleyir.ama malbronu gelib men gotururem.harda goruwek bratka” 4. xx.xx.2020-ci il tarixdə saat 13:59-da +**********12 saylı mobil nömrəsindən “heci necesen salamatciliqdi heci mene 1cetis marbro ver mende seneb1cetis parlament verim yada bidene yari axsama kimi borc vere bilersen axsam verim agriyirdim” 5. xx.xx.2020-ci il tarixdə saat 12:42-də +**********39 saylı mobil nömrəsindən “60 man pul var yaxin uwaqdi parlament 1 denede malbro lazimdi.he yox dinen” 6. xx.xx.2020-ci il tarixdə saat 21:07-də +**********23 saylı mobil nömrəsindən “Kebleyi 20 koki bew pati zehmet olmasa” 7. xx.xx.2020-ci il tarixdə saat 17:27-də +**********32 saylı mobil nömrəsindən “qaqas sene 55 manat pul verecem mene yarm patı 1 temız kola,axsamda 5 manatvı verecem” Təqsirləndirilən şəxs2 istifadəsində olmuş +**********42 saylı mobil telefon nömrəsindən gələn ismariclərə baxış zamanı aşağıdakılar müəyyən edildi: 1. xx.xx.2020-ci il tarixdə saat 16:50-də +**********75 saylı mobil nömrəsinə “Qaqa Sani gozduyurem. Dunannandi. Dunan verdiyin temani patiynan dayismisam gic kimi. Uşaqlarda mani gozduyur e qaqa basiva dönüm” 2. xx.xx.2020-ci il tarixdə saat 18:32-də +**********12 saylı mobil nömrəsinə “Qaqa manda 35 Marlbro heç kimə vermirəm ozuda halam nisya. Nisya man 45-50 manat elemisam elə nagdida ehmed özün öldürür 40 heç vermirəm sana niya verdim patiya goraki sanada şarf manada öz mayalarina dayisirikda belə şarf elemirse nagdi edərik bundan sonra. İndi na deyirsən yarım parlament vereceksen ya necə pul vereceksen?” 3. xx.xx.2020-ci il tarixdə saat 20:36-da +**********12 saylı mobil nömrəsinə “Duşa bilmiyacam qalx bir iki tüstü pati cakim çıxaq başım pozulub asabiyam” 4. xx.xx.2020-ci il tarixdə saat 02:38-də +**********23 saylı mobil nömrəsinə “Qardaşım san onu 25 elə manda sana patini qret eliyim ama 25 lazımdi san cıxma halam man galanda deyacem” 5. xx.xx.2020-ci il tarixdə saat 02:38-də +**********23 saylı mobil nömrəsinə “Qardaşım san onu 25 elə manda sana patini qret eliyim ama 25 lazımdi san cıxma halam man galanda deyacem” 6. xx.xx.2020-ci il tarixdə saat 03:22-də +**********79 saylı mobil nömrəsinə “pati lazimdi san hall ede bilmirsense gotur onuda man hall edim” (Cild 2, iş vərəqləri 86-103). Cinayət işinin materiallarında olan və məhkəmədə elan edilərək tədqiq edilmiş "xxxx" MMC-dən daxil olmuş diskə baxış keçirilməsi haqqında xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 istifadəsində olmuş +**********77 saylı mobil telefon nömrəsindən müxtəlif mobil telefon nömrələrinə, habelə əks istiqamətdə müxtəlif vaxtlarda zənglər daxil olduğu, habelə onlar arasında əvvəllərdən olan yazışmaların sms mətnləri, eyni zamanda istintaq materiallarına uyğun gələn onların olduqları yer üzrə anten əhatə dairələri müəyyən edilmişdir. Təqsirləndirilən şəxs2 istifadəsində olmuş +**********77 saylı mobil telefon nömrəsinə gələn ismariclərə baxış zamanı aşağıdakılar müəyyən edildi:
1. xx.xx.2020-ci il tarixdə saat 21:47-də +**********32 saylı mobil nömrəsindən “Brat gedmede mene kola yarlm parlament temiz yarlm verersede 2 nefere divjeni edrik Brat tez olda kola isdeyen var telimde sonur tez gelde” 2. xx.xx.2020-ci il tarixdə saat 20:38-də +**********32 saylı mobil nömrəsindən “Sene 60 manat pul verrcem 20 borcden 40 patl 090 veresen yarlm mene kola verersen aramlzda. Dunen bukulu patlnl qret emisdin ya 10 idi.”
3. xx.xx.2020-ci il tarixdə saat 14:54-də +**********32 saylı mobil nömrəsindən “Ay qaqa men senin pulvu kesmedimki sen niye maldan kesmisen.gelib usagin terezisine atiram gorem 07 cola 3.8de pati geldi.dunenen gunortadan aytende mende lomkadan yata bilmemisiy.bir allah bilir neller cekib zulmnen qazanmisam o pulu.ay qaqa ozumkisende niye bele edirsen.halaliq olsunda en azindan” Təqsirləndirilən şəxs2 istifadəsində olmuş +**********77 saylı mobil telefon nömrəsindən gələn ismariclərə baxış zamanı aşağıdakılar müəyyən edildi: 1. xx.xx.2020-ci il tarixdə saat 19:26-da +**********32 saylı mobil nömrəsinə “Sana o gün verdiyim dunan verdiyim su idi? Varını yoxunu man su vurmuram, na isa pulu hazır ele 20 daqa yiqiram dunan belə danışmadıq” (Cild 2, iş vərəqləri 104- 108). Cinayət işinin materiallarında olan və məhkəmədə elan edilərək tədqiq edilmiş "xxxx" MMC-dən daxil olmuş diskə baxış keçirilməsi haqqında xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 istifadəsində olmuş +**********11 saylı mobil telefon nömrəsindən müxtəlif mobil telefon nömrələrinə, habelə əks istiqamətdə müxtəlif vaxtlarda zənglər daxil olduğu, habelə onlar arasında əvvəllərdən olan yazışmaların sms mətnləri, eyni zamanda istintaq materiallarına uyğun gələn onların olduqları yer üzrə anten əhatə dairələri və aşağıdakılar müəyyən edilmişdir: Təqsirləndirilən şəxs2 istifadəsində olmuş +**********11 saylı mobil telefon nömrəsinə gələn və gedən ismariclərə baxış zamanı aşağıdakılar müəyyən edildi: 1. xx.xx.2020-ci il tarixdə saat 10:20-də +**********5aylı mobil nömrəsinə “Ay xayal bele elemde qaqa lomkada saxlamisan mani na pulda var vermisem sana Yekä oqlansan man Sannan gozdamiram axi bele hormatsizlik Arifdi” 2. xx.xx.2020-ci il tarixdə saat 16:43-də +**********65 mobil nömrəsinə “Qaqa yollara gore hami qalib pis vaziyyatda gatirib cixarda bilmir. Kimdaki olan var e oda sixib saxliyib vermir.. nece yere yiqdim deyirler vaziyyat pisdi. Bilmirik sabah nece olacaq.. bir yerde var qurban olum basiva donum deye deye yola gatirmisam oda mana gore ancaq 5 blok vere bilir.. 3 deyirdi gucnan 5 razi salmisam.. ama qaqa super temadi qara tema lazatdidi.. 35 verecek gucnan razilasdirmisam 10 vermir hec kim.. 40 dan 5 da manim Dunan Ãrzum usaqlar istiyib 1 dana 1 dana 40 dan goturub 45 dan vermisem bomba temadi. Man birazdan cixacam ozum ucun dayacam lazim olsa denen deyim birazdan ola bilar ki hec o 5 danada tapilmasin” 3. xx.xx.2020-ci il tarixdə saat 10:44-də +**********83 saylı mobil nömrəsinə “Cox yox 7 azn verersen qaqan sana narmalnu parlament oturer” 4. xx.xx.2020-ci il tarixdə saat 00:30-da +**********13 saylı mobil nömrəsindən “Adil sene yigacag indi dedim 10 manati vermeye hemde kaki lazimdi ona.bawiva donerem nolar ele eleki qardawiva balaca cet kaki olsada qardawiva pas atda brat bawiva donerem.gece gedesi yerim var Adilnende rahat iw gore bilersende narahat olma seni narazi yola salmaz.Qiragci deyilde taniyirsanda” 5. xx.xx.2020-ci il tarixdə saat 19:16-da +**********77 saylı mobil nömrəsindən “Qaqaş 20 manat pul gətirirəm.Təmiz 02 verirsən?” 6. xx.xx.2020-ci il tarixdə saat 19:27-də +**********10 saylı mobil nömrəsinə “buda sanin 10 cu yalanin. dunan qaytarana kimi kayf eladin dedin sabah komak edacam. san istifada edirsan sarait yaradiram ama ehmada uje deyandaki na siiram 7 manata nayi var kayf ediram o mana tasir edir ozumada az demamisan ki 10 manata 15 manata harda var e bela kayf bax ela bunlara gora deyiramki istifada edirsan. Ela ama kisi kimi ela qahba kimi yox mani aldatma sabah bela olacq ela olacaq. Ozuva edirsan mana yox. Bax indiki kimi. Gor indi hansi rahat idi? Mani taniyisan manda sani” 7. xx.xx.2020-ci il tarixdə saat 09:21də +**********83 saylı mobil nömrəsindən “yetim taleh durub hele cixa bilmirem patidan bir yere qoy taleh gedende dusum goturum sen cani xeber ele mene” 8. xx.xx.2020-ci il tarixdə saat 18:28-də +**********83 saylı mobil nömrəsindən “yetim 10 luq parlament teskil elemek olar ?” 9. xx.xx.2020-ci il tarixdə saat 02:09-da +**********13 saylı mobil nömrəsindən “Tezden pula ehtiyac var,zaloqdan telefonu goturmeye.bir nefer var elinnen 30 manatlig patisini goturmuwem.birini elemiwem 2 qalib.dobrudu ozde yaxwi temadi,meslehetdi.nolar qardawiva hec olmasa 1 ini vermeye komeyliy elede Qaqa dobrudu,cox qeweydi.ilk baxiwdan sevessen.2 ne 15 man” 10. xx.xx.2020-ci il tarixdə saat 23:01-də +**********94 saylı mobil nömrəsinə “Qaqa bayaq Yezne yanimda idi deye bilmadim. Dunan gece parlament goturulub var Cox olub hala artiqdanda Qalib boynumuzda.. 35 nan Marlbronu elemek olar ordan inanki Maraq gudulmur sana qarsi. Gal get falan filan hamisi onun icindadi. Divijeniya kankret dayanib va dayandiqcada yeyilir cakilir uje ziyana gedir uzandiqca bele” 11. xx.xx.2020-ci il tarixdə saat 07:03-də +**********70 saylı mobil nömrəsinə “X9 wveccariyanin baha galib cixib bu dafa superdi 25 oz qiymatidi Sarf edecek sana” 12. xx.xx.2020-ci il tarixdə saat 02:06-da +**********83 saylı mobil nömrəsinə “Tema istiyan var qaqas cavab ver hall edim.. demediyim adam qalmiyib day.. Axirda bele eledinki tuxta malivi satim pulumu goturum .. bidana harakativa bax sam gor kima qarsi na edirsen ayibdi.. na isa cavab gozduyullar mannsn tez ele cavab gozduyuller” 13. xx.xx.2020-ci il tarixdə saat 09:18-də +**********83 saylı mobil nömrəsindən “ala vererem 5 birazdan 40 m var agriyiram yeke oglansan gelirsen gelmirsen bir soz de tez senol 40 m varda usdumde qanacagin olsun deyirem pusem nolub ala atacam sene 5 manati gelmirsense de bilim” 14. xx.xx.2020-ci il tarixdə saat 09:19-də +**********83 saylı mobil nömrəsinə “Azdi minimum 45 qara temadi bahadi bu birilarinnan olsaydi hardasa 260 manat odanilannan sonra odaki elemek olardi 40-a” 15. xx.xx.2020-ci il tarixdə saat 21:18-də +**********83 saylı mobil nömrəsindən “Qardasim menolum parlament varda 3 4 tustuluk parlementde ver mene urey” 16. xx.xx.2020-ci il tarixdə saat 21:56-da +**********39 saylı mobil nömrəsindən “sabaha 2 dene parlament 2 dene malbro.ver sataqda” 17. xx.xx.2020-ci il tarixdə saat 01:42-də +**********11 saylı mobil nömrəsindən “Yadinda bidana onu saxlaki indi mani bayanmirsan qrami almaq ucun nalar aziat cakirdin indi raminin sahasina klolar frliyirsan genada mani bayanmirsan onu bilki san bilmasanda goydaki bilir hamsi ramina goradi ama san bugun deirsan 20 noldu Vallah billah bela olmaz man onuda veracam lazimdi artigda olacaq ama san hamsa demalisan allah raminin onun balarnin canin sag elasin uc balam olsun man dabro vermasaydim bu indi is gorduyunda olmuyacaydi man sanan hecna isdamiram kisisan hec olmasa itirma amaymi” 18. xx.xx.2020-ci il tarixdə saat 17:13-də +**********11 saylı mobil nömrəsinə “Cannnn.. San bilirsan naya kima dabro vermisen. 2-ci da yadina sal manim masinimi suranda manda sana dedimki deyesen ikiniz bir ele vurursuz. Manda usaq deyilam Ramin. 3-cuda man itiren oqlan olsaydim bu gun biz danismaqzdiq Kin saxliyardim ki bu qadar aylar sana qardasliq eledim axirda bir cete gora mani bloka atdin Ozunde bilirsenki bu sohbat baslayan halam hayata kecen yox aaa baslayan gunnan san kurssan bir yerde gedib goturmusuk man sannan hecne gizlatmamisam” 19. xx.xx.2020-ci il tarixdə saat 14:55-də +**********11 saylı mobil nömrəsinə “Sani man oqlan bilirdim o qadar aziyativi cakdim Galib yaniva sana kakos pati cakdirirem qret edirem bunlardan sonra gedib elcinin yaninda deyirsen ki Arif bele Etdi ele etdi.. CDİR sansan e man yox.. Cahid daki hecne vermedi rahat ol hecne yoxumdu” (Cild 2, iş vərəqləri 119-135). Cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilərkən götürülmüş 01 ədəd “Samsung” markalı mobil telefon aparatına baxış keçirilməsinə dair protokoldan görünür ki, mobil telefonun kontaktına nəzər yetirdikdə Təqsirləndirilən şəxs2 məxsus +**********77 nömrəsi “Ar 31”, +**********42 nömrəsi “Ar 02”, +**********11 nömrəsi isə “Ariz” kimi qeyd edilmişdir. (Cild 2, iş vərəqləri 205-208). Cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilərkən götürülmüş 01 ədəd “Redmi” markalı və 01 ədəd İphone markalı mobil telefon aparatlarına baxış keçirilmiş və baxış zamanı aşağıdakılar müəyyən edilmişdir: İphone markalı Mobil telefonun kontaktına nəzər yetirdikdə Təqsirləndirilən şəxs1 məxsus +**********10 nömrəsi “Ramin DİLİ” kimi qeyd edilmişdir. Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilərkən götürülmüş 01 ədəd “Redmi” markalı və 01 ədəd İphone markalı mobil telefon aparatlarına baxış keçirilmiş və baxış zamanı aşağıdakılar müəyyən edilmişdir: Mobil telefonun qalereyasındakı albomlar bölməsindəki şəkillər və videolara daxil olduqda orada çoxsaylı videogörüntülər vardır. Mobil telefonun qalereyasındakı şəkillərə nəzər yetirdikdə sellofan kəsiyinin üzərində heroinəbənzər maddə olan şəkil, üzərində sellofan büküm olan elektron tərəzi olan şəkillər nəzərə çarpır. Bundan əlavə mobil telefonun qeydlər hissəsinə nəzər yetirdikdə orada “Marlboro”, “Parlament” yazıları olan hesablamaların olması müşahidə edilir. (Cild 2, iş vərəqləri 172-180). Cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin «Giriş-çıxış və qeydiyyat» İAMAS-nın «Sərhədkeçməyə məhdudiyyət» sistemi üzrə özünə məxsus C01772811 nömrəli ümumvətəndaş pasportundan istifadə etməklə xx.xx.2019-cu il tarixdə X7 ərazisinə keçməsi, həmin tarixdə geri qayıtması, xx.xx.2019-cu il tarixdə İran İslam Respublikası ərazisinə keçməsi və həmin tarixdə geri qayıtması, sonuncu dəfə xx.xx.2019-cu il tarixdə İİR ərazisinə Biləsuvar sərhəd nəzarətburaxılış məntəqəsindən keçməsi və xx.xx.2019-cu il tarixdə həmin məntəqədən keçməklə Azərbaycan Respublikası ərazisinə qayıtması müəyyən edilmişdir. (Cild 2, iş vərəqləri 181- 182). Cinayət işinin materiallarında olan “Maddi sübut hesab edilməsi haqqında” 15 oktyabr 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 oğlundan aşkar edilərək götürülmüş 12260 qram narkotik vasitə heroin və 2998,708 qram psixotrop maddə metamfetamin, Təqsirləndirilən şəxs2 aşkar edilərək götürülmüş 45,753 qram narkotik vasitə heroin, 43,561 qram psixotrop maddə metamfetamin və 01 ədəd elektron tərəzi sübut kimi tanınaraq, Təqsirləndirilən şəxs2 götürülmüş və ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq çəkisi 45,603 qram qalmış narkotik vasitə olan heroin, qalıq çəkisi 43,411 qram qalmış psixotrop maddə metamfetamin, 02 ədəd gümüşü kağız və bir ədəd elektron tərəzi, Təqsirləndirilən şəxs1 üzərindən və idarə etdiyi avtomobildən götürülmüş və ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq çəkisi-12259,76 qalmış narkotik vasitə heroin, qalıq çəkisi 2998,488 qram qalmış psixotrop maddə metamfetamin DİN-in BMCMİ-nin maddi sübutların saxlanma kamerasına təhvil verilməklə maddi sübut kimi tanınmışdır. (Cild 1, iş vərəqləri 105-106) Bundan başqa, "xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMC-dən götürülmüş mobil telefon nömrəsindən müxtəlif mobil telefon nömrələrinə, habelə əks istiqamətdə müxtəlif vaxtlarda zənglər daxil olduğu, habelə onlar arasında əvvəllərdən olan yazışmaların sms mətnləri, eyni zamanda istintaq materiallarına uyğun gələn onların olduqları yer üzrə anten əhatə dairələrinin əks olunduğu dörd ədəd “CD” formatlı disk maddi sübut kimi tanınmış və cinayət işi materiallarına əlavə edilmişdir. Həmçinin şəxsi axtarış və götürmə, eləcə də avtomaşına baxış istintaq hərəkətləri zamanı çəkilmiş 3 ədəd “DVD” formatlı disk maddi sübut kimi tanınmaqla cinayət işinin materiallarına əlavə edilmişdir. (Cild 1, iş vərəqləri 185-212) Abşeron Rayon Məhkəməsinin 31 avqust 2020-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid4 “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair” 24 avqust 2020-ci il tarixli qərarı qanuni hesab edilmişdir. (Cild 1, iş vərəqləri 124-125) Sumqayıt Şəhər Məhkəməsinin 17 sentyabr 2020-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1 “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair” 26 avqust 2020-ci il tarixli qərarı qanuni hesab edilmişdir. (Cild 2, iş vərəqi 56) İş materiallarından görünür ki, hazırki cinayət işindən, təqsirləndirilən şəxslərin külli miqdarda narkotik vasitələrin və psixotrop maddənin əldə etdiyi mənbənin müəyyən edilməsi məqsədi ilə ayrıca icraata Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə ********* nömrəli cinayət işi ayrılmışdır (Cild 2, iş vərəqləri 214-216) Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onlardan aşkar edilmiş narkotik vasitələr və psixotrop maddənin əldə etmə, daşıma və saxlamalarında satış məqsədlərinin olmaması, narkotik vasitələrin və psixotrop maddələrin ittihamda göstərilən həcmdə onlarda olmaması və polis əməkdaşları tərəfindən qoyulması, polis əməkdaşları tərəfindən döyülmə və işgəncə nəticəsində onlardan etiraf xarakterli ifadələrin alınması, Təqsirləndirilən şəxs1 İran vətəndaşı ilə əlaqəsinin olmaması, eləcə də özlərini müdafiə ilə bağlı ifadələrində göstərdiyi digər xüsusatları və gətirdikləri dəlilləri onların müdafiə mövqelərinə söykənən subyektiv mülahizələri, törətdikləri cinayət əməllərinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətlərini yüngülləşdirməyə yönəlmiş cəhdləri kimi qiymətləndirərək, onların ittiham olunduqları cinayət əməllərini törətmələrini sübuta yetirilmiş hesab edir. Məhkəmə təqsirləndirilən şəxslərin öz müdafiələri üçün gətirdikləri dəlilləri əsassız hesab edərək belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Belə ki, cinayət işinin materiallarına əlavə edilmiş “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” 01 iyun 2022-ci il tarixli qərarla müəyyən edilmişdir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 polis əməkdaşları tərəfindən döyülməsi və sair qanunsuz hərəkətlərə məruz qalması ilə bağlı iddiaları öz təsdiqini tapmamışdır. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxslərin ibtidai istintaqın ilkin mərhələsində verdikləri ifadələr işin hallarına uyğun olduğundan iş üzrə mötəbər sübut kimi qiymətləndirilməlidir. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli və “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 02 iyun 2016-cı il tarixli qərarlarının izah və tövsiyyələrini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən, isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli 2 №-li Qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. X8 11-ci bəndində göstərilmişdir ki, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci və 234.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl qeyd olunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 02 iyun 2016-cı il tarixli 10 №-li Qərarının 19-cu bəndinə əsasən qaçaqmalçılıq cinayətin törədilməsində iştirak edən şəxslərdən yalnız biri (bir neçəsi) malları və ya digər əşyaları Azərbaycan Respublikasının gömrük sərhədindən qeyri-qanuni üsullarla bilavasitə keçirdikdə və ya qaçaqmalçılığın bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması üçün başqa hərəkətlər etdikdə, digəri (digərləri) isə bu əməllərin törədilməsini təşkil etdikdə və ya həmin əməllərin törədilməsinə icraçını təhrik etdikdə, yaxud da CM-nin 32.5-ci maddəsində nəzərdə tutulmuş hərəkətləri etməklə cinayətin törədilməsinə köməklik göstərdikdə, icraçının (icraçıların) əməlləri qaçaqmalçılıq predmetinin mənsubiyyətindən və başqa tövsifedici əlamətlərdən asılı olaraq CM-nin 206.1 və ya 206.2, yaxud 206.3.1, 206.3.2 və ya 206.3.3-cü maddələri ilə, digər iştirakçıların əməlləri isə (onların eyni vaxtda birgə icraçı kimi cinayətin törədilməsində iştirak etdikləri hallar istisna olunmaqla) iştirakçılığın növündən asılı olaraq CM-nin 32.3, 32.4 və ya 32.5-ci maddələrinə istinad edilməklə icraçının (icraçıların) əməllərinə uyğun olaraq CM-nin 206.1, 206.2, 206.3.1, 206.3.2 və ya 206.3.3-cü maddələri ilə tövsif edilir. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin törətdikləri əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayətlər olmaqla, təsnifata görə ağır cinayətlərlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs1 qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü və təqsirləndirilən şəxs X4 qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətmələri tam sübuta yetirilmişdir. Onlar, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidirlər. Onların cinayət məsuliyyətindən və cəzadan azad olunmaları üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxslərə qanunla müəyyən edilmiş qaydada Cinayət Məcəlləsinin həmin maddələrinin sanksiyaları həddində və Təqsirləndirilən şəxs1 münasibətdə cinayətlərin məcmusu üzrə azadlıqdan məhrum etmə növündə qəti cəza təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamələrin cavabından və müvafiq məhkəmə hökmlərinin və qərarlarının surətlərindən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Qasımlı X2 rayon məhkəməsinin xx.xx.2017-cil tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 206.2-ci maddələri ilə təqsirli bilinərək 03 il 06 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2017-cil tarixli qərarı ilə hökm dəyişdirilərək 01 il 06 ay azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, və 08 may 2018-ci ildə cəzanın sonu ilə azad edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 məhkumluğu ödənildiyindən və həmin Məcəllənin 83.6-cı maddəsinin “məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir” tələbinə əsasən hazırki iş üzrə Təqsirləndirilən şəxs1 məhkumluğu olmayan şəxs hesab olunmalıdır. (Cild 1, iş vərəqi 119; Cild 2, iş vərəqi 60) Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.14-cü maddəsinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 himayəsində üç, Təqsirləndirilən şəxs2 isə himayəsində bir azyaşlı uşağının olmasını onların cəzalarını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxslərin cəzalarını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxslər təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzaları Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs1 24 avqust 2020-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş, Nərimanov rayon məhkəməsinin 26 avqust 2020-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli tutulduğu tarixdən hesablanmışdır. Həmçinin Təqsirləndirilən şəxs2 26 avqust 2020-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş, Nərimanov rayon məhkəməsinin 28 avqust 2020-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli tutulduğu tarixdən hesablanmışdır. Daha sonra, həmin məhkəmənin müvafiq qərarları ilə təqsirləndirilən şəxslərin həbsdə saxlanılma müddətləri uzadılmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxslərin barələrində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (Cild 1, iş vərəqləri 19, 99-101, 245; Cild 2, iş vərəqləri 80-84) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı hər birinə münasibətdə müvafiq olaraq 24 avqust 2020-ci və 26 avqust 2020-ci il tarixlərdən hesablanmalıdır. Təqsirləndirilən şəxslər barələrində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa, cinayət işində olan ekspert rəylərinə əsasən təqsirləndirilən şəxslərdə narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacları vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınmaları məsləhət görülür. Məhkəmə qeyd edilən rəyləri və təqsirləndirilən şəxslərə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1-ci maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və onlar, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdırlar. Bundan başqa, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Məhkəmə yekun qərar çıxararkən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub Azərbaycan Respublikası DİN-nin BMCMİ-də saxlanılan: Təqsirləndirilən şəxs2 götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 45,603 qram olan narkotik vasitə heroin, 43,411 qram olan psixotrop maddə metamfetamin, 02 (iki) ədəd gümüşü kağız, həmçinin Təqsirləndirilən şəxs1 üzərindən və idarə etdiyi avtomobildən götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 12.259,76 qram olan narkotik vasitə heroin, 2.998,488 qram olan psixotrop maddə metamfetamin məhv edilməli, 01 (bir) ədəd elektron tərəzi xüsusi müsadirə olunaraq əvəzsiz olaraq dövlət nəfinə alınmalıdır. İş materiallarında olan 03 (üç) ədəd “DVD” və 04 (dörd) ədəd “CD” formatlı disklər cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən ümumilikdə 277,64 manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxslərin hər birinə münasibətdə aparılmış tədqiqatın dəyərinə uyğun olaraq hesablanmaqla Təqsirləndirilən şəxs1 122 manat 73 qəpik məbləğində, Təqsirləndirilən şəxs2 isə 154 manat 91 qəpik məbləğində tutulmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxslər tərəfindən öz hüquqlarının müdafiəsi üçün müdafiəçilər ilə müqavilə bağlandığından, həmin müdafiəçilərin hüquqi yardımı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməməlidir. İş üzrə mülki iddia verilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli, “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 02 iyun 2016-cı il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2 maddəsi ilə 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 11(on bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu Təqsirləndirilən şəxs1 qəti olaraq 14 (on dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı 24 avqust 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 barəsində narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı 26 avqust 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 barəsində narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olub Azərbaycan Respublikası DİN-nin BMCMİ-də saxlanılan: Təqsirləndirilən şəxs2 götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 45,603 qram olan narkotik vasitə heroin, 43,411 qram olan psixotrop maddə metamfetamin, 02 (iki) ədəd gümüşü kağız, həmçinin Təqsirləndirilən şəxs1 üzərindən və idarə etdiyi avtomobildən götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 12.259,76 qram olan narkotik vasitə heroin, 2.998,488 qram olan psixotrop maddə metamfetamin məhv edilsin, 01 (bir) ədəd elektron tərəzi xüsusi müsadirə olunaraq əvəzsiz olaraq dövlət nəfinə alınsın. İş materiallarında olan 03 (üç) ədəd “DVD” və 04 (dörd) ədəd “CD” formatlı disklər cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs1 122 manat 73 qəpik məbləğində, Təqsirləndirilən şəxs2 isə 154 manat 91 qəpik məbləğində ekspertiza xərci tutularaq Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surətinin onlara verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.