Məhkəmə qərarları › İş №1(124)-3/2023

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-3/2023

11.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-3/2023 11.05.2023 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Hümbətov Fəhmin Zaur oğlu (sədrlik edən), Əliyev Hafiz Samir oğlu və Rzayeva Aynur Tapdıq qızından ibarət tərkib, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxs – X4 və təqsirləndirilən şəxsin iştirakı ilə, xx xxxxxx 1993-cü il tarixdə Quba rayonu, Gültəpə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta ixtisas təhsilli, subay, əvvəllər məhkum olunmamış, işləməyən, Quba rayonu, Gültəpə kəndində qeydiyyatda olmaqla, Xaçmaz rayonu, Qaraqurtlu kəndində faktiki yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: Təqsirləndirilən şəxs 22 avqust 2021-ci il tarixdə təxminən saat 18:00-dan saat 24:00-a kimi olan müddət ərzində həmkəndlisi Şahid1 ilə birlikdə Quba rayonu, Gültəpə kəndi ərazisindən keçən Ağçay çayının sahilində yerləşən Şahid9 işlətdiyi kafedə spirtli içki olan pivə qəbul edib sərxoş vəziyyətə düşdükdən sonra, 23 avqust 2021-ci il tarixə keçən gecə saat 01 radələrində Şahid1la kafedən çıxıb evlərinə qayıdarkən, yolda onlarla eyni kafedə spirtli içki içib sərxoş vəziyyətə düşən digər həmkəndliləri Zərərçəkmiş şəxs ilə rastlaşıb yollarına birlikdə davam edərkən, Quba-Tüləkəran yolunun Gültəpə kəndindən keçən hissəsində Zərərçəkmiş şəxs onu evinə yola salmaq istəyən Təqsirləndirilən şəxs özünün və ailə üzvlərinin ünvanına heç bir səbəb olmadan nalayiq ifadələr işlətməklə təhqir edərək əli ilə boğazından tutub zor tətbiq etmişdir. Bu hərəkətlərdən hiddətələnən Təqsirləndirilən şəxslə Zərərçəkmiş şəxs arasında mübahisə yaranmış və sərxoş vəziyyətdə olan hər iki şəxs qarşılıqlı dava dalaş edərkən, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sifətinə yumruq və şillə zərbələri vurmuş, Zərərçəkmiş şəxs da ona qarşı zor tətbiq etməyi davam edərək bir-biri ilə yaxalaşdıqdan sonra, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs onun bədəninin sol tərəfi üstə daş parçaları olan nahamar yerə yıxaraq sol İV-Vİİİ qabırğalarına küt travma yetirməklə ümumilikdə Zərərçəkmiş şəxs sağ üst göz qapağında qançır, ağlı qişaya qansızma, almacıq və burun nahiyəsində sıyrıq izləri, alnın və hər iki gicgah nahiyəsində yumşaq toxumaya qansızma kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid, eləcə də döş qəfəsinin küt travmasından sol İV-Vİİİ qabırğaların ön qoltuqaltı xətt üzrə sınması, qabırğanın yerdəyişən sınığı nəticəsində plevranın zədələnməsi və sol ağciyərin yuxarı və aşağı payının didilib-cırılması ilə döş boşluğunda solda 300 ml. qan yığılması kimi həyat üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmaya aid xəsartlər yetirmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü elan olunmuş ittiham üzrə qismən təqsirli bilərək peçman olduğunu deməklə ifadə verməkdən imtina edərək ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi eyni məzmunlu ifadələrindən görünür ki, Zərərçəkmiş şəxs onun həmkəndlisi olmuş, onunla münasibəti çox yaxşı olmuş, Zeydulla onun atası ilə eyni orta məktəbdə oxumuşdur. Bacısı Təranə isə Zeydullanın qızı Esmira ilə sinif yoldaşı olmuşdur. Zeydullanın onun atası ilə münasibəti yaxşı olmuşdur. Ailəsi ilə Zeydullagilin ailəsi arasında hər hansı problem, ədavət və düşmənçilik olmamışdır. Zeydulla həddindən artıq çox spirtli içki qəbul edərək tüfeyli həyat tərzi keçirmişdir. Adətən spirtli içki içərək sərxoş vəziyyətə düşərək kənddə gəzmişdir. 22 avqust 2021-ci ildə öz evlərinin həyətində işlədikdən sonra saat 18 radələrində Gültəpə kəndindən keçən Ağçay çayının kənarında yerləşən Tülər kəndindən olan Araz adlı şəxsin işlətdiyi kafeyə getmişdir. Həmin kafenin adı olmamış, «Arazın kafesi» kimi tanınmışdır. Evdən çıxıb ora gedərkən qonşusu Şahid1la rastlaşmış və birlikdə kafeyə pivə içməyə getmişlər. Onlar kafedə Pərvizlə pivə içən zaman həmkəndliləri Babək, İsmayıl və Rahid də oraya gəlmiş və eyni masa arxasında əyləşmişlər. Bir müddət sonra oraya meyxanaçılar gəlmiş və musiqi səslənmişdir. Kafedə təxminən 15 bokal pivə içmiş və çox sərxoş vəziyyətə düşmüşdür. Saat 22 radələrində Zeydulla da kafeyə gəlmiş, tək olmuş və gələrkən artıq sərxoş vəziyyətdə olmuşdur. Zeydulla kafedə masa arxasında tək əyləşərək bir neçə bokal pivə içmişdir. Pivə içdikdən sonra özünü təlxək kimi aparmağa başlamış, biədəb formada rəqs etmişdir. Babək Zeydullanı onun hərəkətlərinə görə çölə çıxartmış, lakin Zeydulla yenidən geri dönərək qeyri-ciddi hərəkətlər etməyə davam etmişdir. Bu dəfə Zeydullanı kafedən çölə onun özü çıxartmış, bu zaman çöldə Zeydulla onu təhqir etmiş və ünvanına nalayiq sözlər demişdir. O, da buna əhəmiyyət vermədən kafeyə qayıtmış və pivə içməyə davam etmişdir. Kafedə oturanlar bir neçə dəfə Zeydullanı çölə çıxartsalar da, o yenidən geri qayıtmışdır. Kafe bağlanadan sonra evə gedərkən kafedə olan müştərilərdən biri ona Zeydullanın kafenin aşağısında yatıb qaldığını və onu götürüb aparmalarını demişdir. Pivənin hesabını verib çölə çıxan zaman Zeydullanın kafedən 20 metr aralıda kol-kosun içindən 2 nəfər tanımadığı, lakin Tülər kənd sakinləri olduqlarını bildiyi şəxslər tərəfindən çıxarıldığını görmüşdür. O da Pərvizlə köməkləşərək Zeydullanı yol ilə kəndə tərəf aparmış, həmin vaxt Zeydulla onun anası, atası və bacısının ünvanına təhqirlər işlətməyə başlamış, o da əsəbiləşərək Zeydullanın qolunu buraxaraq ondan aralanmış, özü qabaqda, Pərviz və Zeydulla isə arxada olmaqla kəndə tərəf getmişlər. Pərviz Zeydullanın qoluna girərək ona hərəkət etməyə köməklik göstərmiş, Zeydulla isə yenə də onun arxasınca atası, anası və bacısının ünvanına nalayiq sözlər işlətməyə davam etmişdir. Zeydullanın nalayiq ifadələrini eşitsə də, özünü güclə saxlayaraq ona cavab verməməyə çalışmış, bu zaman Zeydulla arxadan ona yaxınlaşaraq boğazına əl atmış, o da artıq əsəblərini cilovlaya bilməyərək Zeydullanın sağ göz nahiyəsindən bir dəfə yumruqla zərbə endirmiş, lakin Zeydulla onun boğazından buraxmayaraq əli ilə ona zərbə endirmişdir. O, da yenidən bir dəfə şillə ilə Zeydullanın sifətinin sol tərəfinə zərbə endirmişdir. Lakin Zeydulla yenə də onu buraxmamış, nəticə də yenidən Zeydullaya bir dəfə də şillə ilə zərbə endirərək onu itələmiş və ikisi də çiyni üstə yerə yıxılmışlar. Zeydulla onu yerdə də buraxmamış, nəticədə təpiklə bir dəfə Zeydullanın sol ayağının arxa hissəsindən zərbə endirmiş və kənara çəkilib dayanmış, 5-6 dəqiqə sonra Zeydulla yıxıldığı yerdə yuxuya gedib yatmışdır. Zeydullaya zərbə endirməkdə məqsədi onu özündən uzaqlaşdırmaq və valideynlərini təhqir etməsi səbəbindən onu cəzalandırmaq olmuşdur. Həmin vaxt yanlarında yalnız həmkəndlisi Şahid1 olmuşdur. Pərviz həmkəndliləri Zahidin evinin qabağına keçərək onu çağırmış və Zeydullanın sərxoş olduğunu deyərək onu oradan götürməsini xahiş etmişdir. Zahid Zeydullaya yaxınlaşaraq nə olduğunu soruşmuş, Zeydulla isə heç bir şey olmadığını, yıxıldığını və onu evə aparmamasını, arvadının bu barədə biləcəyi təqdirdə onu döyəcəyini demişdir. Səhər saat 5-ə kimi orada Zeydullanın evlərinə getməsini gözləmiş, lakin sonuncu yıxıldığı yerdə qalıb yatmış, gözləməkdən yorulduğu üçün çıxıb öz evinə getmişdir. Pərvizlə Zahid isə Zeydullanın yanında qalıb gözləmişlər. Bu müddət ərzində Zeydulla yatıb qalmışdır. 23 avqust 2021-ci il tarixdə günorta saat 12 radələrində bağlarında odun yığmaqla məşğul olmuş, başqa işi olmadığına görə çıxıb Xaçmazdakı evinə getmişdir. 2 gün sonra Zeydullanın qızı onun bacısı ilə söhbətləşərkən atasının vəziyyətinin pis olduğunu və xəstəxanaya yerləşdirildiyini bildirmişdir. X16 yanına tez-tez gedib baş çəkmişdir. 30 avqust 2021-ci ildə atasından Zeydullanın öldüyünü eşitmişdir. (Cild 2, iş vərəqləri 128- 132) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X7 ifadəsində göstərdi ki, baş vermiş hadisənin necə cərəyan etməsi barədə onun məlumatım olmamışdır. 23 avqust 2021-ci il saat 08 radələrində yuxudan oyanıb qapıdan çıxanda həmkəndlisi Rüstəmin əri Zeydullanı evə gətirdiyini görmüşdür. Onun yanında kənd sakini Zahid də olmuşdur. Onlardan nə baş verdiyini soruşduqda onlar bir şey bilmədiklərini demişlər. Sonra hadisə barədə ona Pərviz məlumat vermişdir. Pərviz ona Zeydulla ilə Şöhrətin mübahisə etdiyini demiş, lakin Şöhrətin Zeydullanı döydüyünü deməsini xatırlamır. Zeydullanı görəndə onun başında əzik olmuş, bu səbəbdən də təcili tibbi yardım maşını ilə onu Qusar RMX-ya aparmışdır. 2021-ci il avqustun 30-da Zeydulla vəfat etmişdir. Daha sonra, Fəridə Əzizova ifadəsində göstərmişdir ki, hazırda təqsirləndirilən şəxs Şöhrət Mursaliyevdən heç bir şikayəti və tələbim yoxdur. Onunla barışmışdır. Məhkəmədə şahid qismində dindirilmiş hadisənin yeganə bilavasitə şahidi olan Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə oxşar məzmunlu ifadə verməklə göstərdi ki, 22 avqust 2021-ci il tarixdə Şöhrətlə birlikdə Ağçay çayının sahilində yerləşən kafeyə getmişdir. Həmkəndliləri Babək, İsmayıl, Rahid və Fərid ilə birlikdə oturub pivə içmişlər. Özü 2 bakal, Şöhrət isə bir neçə bakal pivə içmişdir. Saat 20-21 radələrində həmkəndliləri Zeydulla içkili halda kafeyə gəlib başqa masada oturmuş və pivə içməyə başlamışdır. Bir qədər sonra Zeydulla meyxanaçıların qarşısında qeyri-ciddi və qəribə formada rəqs etməyə başladığı üçün əvvəlcə özü, sonra Şöhrət Zeydullanı meyxanaçıların qarşısından kənara çəkib bu cür rəqs etməməsini, masada əyləşməsini bildirmişdir. Zeydulla buna baxmayaraq yenidən ortalıqda gülməli rəqs etməyi davam etmişdir. Şöhrət hesabı verməyə getdiyi üçün onu gözləmiş, sonra X12 aparmalarını, özünün Şöhrətlə sonra gələcəyini demişdir. Rahid və Babək Zeydullanı yolla bir qədər aparmışlar. Şöhrətlə birlikdə cığırla kəndə tərəf gedərkən qonşu kənd sakinlərindən iki nəfər şəxsin Zeydullanın qoluna girərək onu aparmağa çalışdığını görmüşlər. Sonra həmin şəxslər öz evlərinə getmiş və Şöhrətlə Zeydullanın qoluna girib onu aparmaq istədikdə o, getmək istəməyərək pivə içmək istəmədiyini demişdir. Zeydulla Şöhrətə acıqlandığı üçün Şöhrət qarşıda getmiş, özü isə Zeydullanın qoluna girib bir qədər kəndə tərəf aparsa da, Zeydulla bir qədər sonra dayanmış və geri qayıdacağını demişdir. Bu zaman Şöhrət Zeydullaya kəndə tərəf gəlməsini, onları qonşu kənd sakinlərinin yanında biabır etməməsini dediyi üçün Zeydulla Şöhrəti nalayiq ifadələrlə təhqir etməyə, onun ünvanına söyüş söyməyə başlamışdır. Sonra onlar arasında mübahisə yaranmış və ikisi əlbəyaxa olmuşdur. Zeydulla Şöhrətin yaxasından yapışmış və onlar bir-birinə zərbələr endirmişlər. Sonra onların hər ikisi içkili olduğu üçün yerə yıxılmışlar. Zeydulla sol tərəfi üstə yıxılmış, Şöhrətdə onun yanına yıxılmışdı. Onların yıxıldığı yer asfaltın kənarı daşlı yer olmuşdur. Onların arasına girib Şöhrəti aralayıb onu bir az aralıya aparmışdır. Sonra Şöhrəti kitabxananın yanına aparmış, özü isə qaçaraq kəndin girişində yaşayan Şahid2 çağırmış və Zahidə Zeydullanın vəziyyətinin yaxşı olmadığını, içkili olduğu üçün yerdə uzandığını demişdir. Daha sonra, verilən suallara cavab olaraq Şahid1 göstərdi ki, Şöhrətlə Zeydullanın əvvəl mübahisəsi olmamışdır. Qaranlıqda Zeydullanın başının yerə dəydiyini, Şöhrətin ona zərbələr vurduğunu, Zeydullanın üzərində qan ləkələrinin olduğunu görməmişdir. Zeydulla sərxoş olduğu üçün səlis danışa bilməmişdir. Lakin Zahidin suallarına içkili də olsa cavablar vermişdir. Həmçinin Zeydullanın həmin hadisədən əvvəl kiminləsə mübahisə etməsi barədə məlumatı olmamışdır. Həmçinin o, göstərmişdir ki, Zeydulla evinə getmək istəmədiyindən Zahid evə gedib Zeydullanın üzərinə sərmək üçün paltar gətirmişdir. Səhər tezdən durandan sonra onu ayağa qaldırmış, səhhətinin necə olduğunu soruşmuş, o, isə bir az da yatacağı halda daha da yaxşı olacağını demişdir. Zeydulla yenidən yatmış, bu zaman evləri uzaq olduğu üçün özü çıxıb getmişdir. Həmçinin ibtidai istintaq zamanı verdiyi ifadəsində Şahid1 göstərmişdir ki, məhrum Zeydullanın arvadı Fəridəyə o, deməmişdir ki, Şöhrətlə Zeydullanı bir-biri ilə aralaşdıra bilmədiyi və Zeydullanı Şöhrətin əlindən ala bilmədiyi üçün həmkəndliləri Zahidi çağırmağa getmişdir. Bu haqda Fəridənin göstərdikləri yalandır. O sadəcə Fəridəyə demişdir ki, Şöhrət ilə Zeydulla dalaşmışlar və onlar biri-birinə qarşılıqlı zərbələr vurmuşlar. Fəridə isə onu Qurana and içirməklə bu haqda oğlu Nurullaya deməməyi xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X10 ifadəsində göstərdi ki, 23 avqust 2023cü il tarixdə gecə saat 03-04 radələrində evdə yatarkən qapısı döyülmüş və qapıya çıxdıqda həmkəndlisi Pərvizi görmüşdür. Pərviz ona Zeydullanın içib yolda qaldığını, onu evə aparmaq üçün kömək lazım olduğunu demişdir. Pərvizlə getdikdə Zeydulla yolun kənarında çiyni üstə uzanaraq yatdığını görmüşdür. Onun içkili olduğu hiss olunurdu. Qaranlıq olduğundan həmin vaxt onda xəsarət olub-olmadığını, sifətində qan ləkələrinin olub-olmadığını görməmişdir. Pərvizdən nə baş verdiyini soruşduqda o, Zeydullanın içkili olduğunu dedmişdir. Kənardan səs eşidib kim olduğunu soruşduqda Şöhrətin yaxına gəldiyini görmüşdür. Həmin vaxt Pərviz kənd sakini Şahid3 da çağırmağa getmişdir. Ruslan gələndən sonra Şahid5 çağırıb Zeydullanı avtomobillə aparmağı təklif etmişdir. Pərviz telefonla Rüstəmə zəng etmiş və sonuncu gələnədək Şahid3 Zeydullanın içkili olduğu üçün gec ayılacağını, gözləməyin mənasız olduğunu deyib getmişdir. Pərvizlə Zeydullanın yanında gözləmiş, Şöhrət isə bağ istiqamətində getmiş və aralıda oturub gözləmişdir. Saat 05-06 radələrində Şahid5 maşınını gətriməsini gözləyənədək Pərvizlə Zeydullanı bağa qaldıraraq ağacın dibinə qoymuşlar, hava soyuq olduğu üçün evə gedərək palto və xalça gətirib Zeydullanın üzərinə atmışlar. Zeydulla oyandıqdan sonra onu evə aparmamağı xahiş etmişdir. Həmin vaxt Şöhrət artıq evlərinə getmişdi. Hava işıqlanandan sonra Zeydullanın qulağında cızıq olduğunu, gözünün altının qaraldığını görmüşdür. Zeydulladan nə baş verdiyini soruşduqda o, sərxoş olduğunu, nə baş verdiyini xatırlamadığını demiş, lakin Şöhrətlə dalaşması barədə ona heç nə deməmişdir. Rüstəm avtomobillə gəldikdən sonra Zeydullanı apararaq arvadı Fəridəyə təhvil vermiş və hadisə barədə sonradan kənd camaatından eşitmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, 23 avqust 2021-ci il tarixdə saat 03-04 radələrində Şahid1 ona mobil telefonıa zəng etmişdir. Pərvizi geri yığdıqda telefonu Zahid götürmüş və Zeydullanın içkili olduğunu, vəziyyətinin yaxşı olmadığını deyib maşınla onu evə aparmağa köməklik etməyimi xahiş etmişdir. “UAZ” markalı avtomobili ilə Zahidin dediyi yerə gəlmiş və həmin yerdə Zeydullanın çiyni üstə uzanıqlı vəziyyətdə yatdığını görmüşdür. Onun yanında Zahid, Pərviz və Şöhrət olmuşdur. Zahiddən nə baş verdiyini soruşduqda o, Zeydullanın içkili olduğunu və yatdığını demişdir. Zeydullanı çağırsa da, o, xırıldayaraq cavab verdiyindən onun sərxoş olduğu hiss edilmişdir. Zeydullaya yaxından baxdıqda onun alın hissənin qızardığını görmüşdür. Lakin həmin vaxt Zeydullanın hər hansı şəxslə, xüsusilə də Şöhrətlə dalaşmasını görməmiş və bilməmişdir. Maşınında benzin olmadığı üçün benzin alıb səhər qayıdacağını demişdir. 23 avqust səhər saat 07 radələrində Zahid zəng edərək Zeydullanın ayıldığını, ayağa qalxdığını demişdir. Gecə Zeydullanın evinə gedərək arvadı Fəridəyə Zeydullanın yolda yatıb qaldığını demiş və birlikdə gedib gətirməyi təklif etmişdir. Lakin Fəridə getməmişdir. Zeydullanın yanına qayırdıqda Zahid orada olmuş, Şöhrət və Pərviz olmamışdır. Zeydulla ayağa qalxıb çətinliklə də olsa yerimişdir. Zeydullanı avtomobillə yaşadığı evə gətirmiş və arvadı Fəridəyə təhvil vermişdir. Daha sonra verilən suallara cavab olaraq Şahid5 ifadəsində göstərmişdir ki, Zeydullanın yıxılıb yatdığı yer kənddən təxminən 500 metr aralıqda olmaqla, daşlıq ərazi olmuşdur. Zeydullanın yıxıldığı yerin ətrafında daşlar olmuşdur. Zeydullanı gördükdə yalnız onun alnında qızartı görmüş, bədənində hər hansı digər xəsarət görməmiş, yerdə qan olmamışdır. Səhər onu evə apardıqda özü qalxıb getmişdir. Xəstəxanada olanda Zeydullanın özü ilə telefonla danışmış və o, yaxşı olduğunu, düzəldiyini demişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, 22 avqust 2021-ci il tarixdə Gültəpə kəndi ərazisində Ağçay çayının sahilində yerləşən həmkəndlisi Arazın işlətdiyi kafeyə getmiş, gecə saat 24 radələrinədək olmuşdur. Həmkəndlisi Şöhrət də digər masada oturub pivə içmişdir. Sonra içkili vəziyyətdə olan Zeydulla da kafeyə gəlmiş, qəribə hərəkətlər edib, meyxanaçıların qabağında qeyri-ciddi rəqs etmişdir. Həmkəndlisi Vasif ilə kafedən çıxıb gedən zaman Zeydullanın yolda ayaqqabısını geydiyi görüb ona köməklik etmiş, sonra onun qoluna girib getməyi köməklik etmişdir. Yola çıxmağa az qalmış Gültəpə kəndinin sakinləri Şöhrət və Pərviz görmüş və Zeydullanı həmkəndlisi Pərvizə təhvil verib evinə getmiş, Pərviz isə Zeydullanın qoluna girib aparmışdır. Gecə saat 03-04 radələrində evin qarşısında Pərviz onu çağırıb Zeydullanın yıxıldığını, onu xəstəxanaya apara bilib-bilməyəcəyini soruşmuşdur. İçkili olduğundan avtomobil sürə bilməyəcəyini demiş, lakin Pərvizin arxasınca Zeydullanın yanına getmişdir. Ora gəldikdə Zeydullanın yerdə çiyni üstə yatdığını görmüşdür. Həmin vaxt Zeydullanın yanında Şöhrət, Zahid və Pərviz olmuşdur. Alışqanın işığı ilə Zeydullanın üz nahiyəsinə baxmış və Zeydullanın gözünün altının qaralmasını, sifətində xəsarətlərin olmasını görmüşdür. Xəsarətlərin necə əmələ gəlməsini soruşduqda Şöhrətgil onun yıxılıb yerə dəydiyini demişlər. Həmin vaxt Zeydulla yerdən duraraq oturmuş, lakin danışa bilməmişdir. İçkili olduğum üçün onu xəstəxanaya apara bilməyəciyini deyib evinə getmişdir. Daha sonra verilən suallara cavab olaraq Şahid3 göstərdi ki, Zeydulla yolun kənarında iri daşların olduğu yolda yerdə yıxılıb qalmışdır. Həmin yerdə nəinki içkili adam, hətta ayıq adam da getsə yıxıla bilərdi. Səhəri gün saat 15 radələrində isə Zeydullanı evlərinin yanında yolun kənarında oturmuş vəziyyətdə olanda görmüşdür. Məhkəmədə şahid qismində dindirilmiş, hadisənin birbaşa şahidləri olmayan Şahid4, Şahid8, eləcə də ibtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilən Şahid6, Şahid7 və X11 hadisə baş verən günü Zərərçəkmiş şəxs kafedə içkili vəziyyətdə olduğunu və meyxanaçıların qarşısında qeyriciddi şəkildə rəqs etdiyini göstərmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Təqsirləndirilən şəxs atası X5 ifadəsində göstərdi ki, 23 avqust 2021-ci il tarixdə oğlu Şöhrət ona demişdir ki, həmkəndliləri Zeydulla ona ana-bacı söyüşü söydüyü və Pərvizin yanında onu nalayiq ifadələrlə təhqir etdiyi üçün Zeydullaya 2 dəfə şillə və 1 dəfə təpik zərbəsi vurmuşdur. Aralarında yaxşı münasibətləri olduğu üçün və Zeydulla ilə bir yerdə məktəbdə oxuduqlarından onun vəziyyəti ilə maraqlanması üçün Qusar xəstəxanasına gedib Zeydulladan nə baş verdiyini soruşmuş, lakin Zeydulla ona Şöhrətlə dalaşması barədə bir söz deməmiş, yıxıldığını bildirmişdir. Məhkəmə, iş üzrə məhkəmədə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən 07 sentyabr 2021-ci il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hadisə yeri Quba-Tüləkəran yolunun Gültəpə kəndindən keçən hissəsindəki torpaq yolun kənarıdır. Yolun eni 7,6 m-dir, üzəri asfaltlanmamışdır, daş-çınqıllı yoldur. Yolun kənarında ağaclar, kol-kos və müxtəlif ölçüdə daş parçaları vardır. Baxışda iştirak edən Şahid1 Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs dalaşdığı yeri göstərərək onların həmin ərazidə dalaşmalarını, daha sonra yerdə əlbəyaxa olmalarını göstərmişdir. Həmçinin, Şahid1 Zərərçəkmiş şəxs əlbəyaxa davadan sonra yatdığı yeri göstərmişdir. Baxış zamanı iş üzrə əhəmiyyət kəsb edə biləcək əlavə hala, üzərində qanabənzər ləkələr olan əşyalara və daş parçalarına rast gəlinməmişdir. (Cild 1, iş vərəqləri 25-26) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş komisyon ambulator məhkəmə-psixiatrik-psixoloji ekspertizasının 16 oktyabr 2021-ci il tarixli 2412 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar edilməmişdir. Təqsirləndirilən şəxs cinayət hadisəsi törədərkən və ondan sonra hər hansı psixi (ruhi) xəstəlik keçirməmişdir. Həmin dövrdə Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onu idarə edə bilmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Onun hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən patoloji və yaxud fizioloji affekt vəziyyətində olmamışdır. Emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək, hərəkət və davranışını tənzimləmək və onlara iradi nəzarət etmək iqtidarında olmuşdur. (Cild 2, iş vərəqləri 76-79) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş məhkəmə-trasoloji ekspertizasının 28 oktyabr 2021-ci il tarixli, 3/1655 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Zərərçəkmiş şəxs məxsus ...”yazıları olan bağlamada aşkar edilmiş şalvarın, “Təqsirləndirilən şəxs məxsus ...” yazıları olan bağlamadan aşkar edilmiş gödəkcənin, köynəyin maykanın, cins şalvarın, bir cüt ayaqqabının üzərində trasoloji zədə yoxdur. (Cild 2, iş vərəqləri 67-70) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş materialların məhkəmə ekspertizasının 28 oktyabr 2021-ci il tarixli, 6/4308 №-li rəyindən görünür ki, Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən 01 ədəd şalvarın səthi üzərindən aşkar edilən kənar lif mikrohissəcikləri arasında Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən 01 ədəd şalvarın, 01 ədəd köynəyin, 01 ədəd gödəkcənin, 01 ədəd maykanın və 01 cüt ayaqqabının tərkib liflərindən yoxdur. Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən 01 ədəd şalvarın, 01 ədəd köynəyin, 01 ədəd gödəkcənin, 01 ədəd maykanın və 01 cüt ayaqqabının üzərindən aşkar edilən kənar lif mikrohissəcikləri arasında Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən 01 ədəd şalvarın tərkib liflərindən yoxdur. (Cild 2, iş vərəqləri 71-75) Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır. Təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi ilə bağlı məsələlərinin təhlilindən öncə, məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarına istinad edərək qeyd edir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. İstintaq orqanının Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə verdiyi ittihama əsasən onun 23 avqust 2021-ci il tarixdə baş vermiş dalaşmə nəticəsində yetirdiyi xəsarətlər, Zərərçəkmiş şəxs 30 avqust 2021-ci il tarixdə müalicə aldığı xəstəxanada ölməsinə səbəb olmuşdur. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin törətdiyi ictimai təhlükəli əməllə baş vermiş ictimai təhlükəli nəticələrin arasında səbəbli əlaqənin olub-olmaması ilə bağlı tam, hərtərəfli və obyektiv istintaqın aparılması təmin edilməmiş, baş vermiş hadisənin hallarından irəli gələn zəruri məhkəmə-tibb ekspertizaları təyin edilmədən, təqsirləndirilən şəxsin əməli səhv olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə tövsif olunmuşdur. Məhkəmənin gəldiyi nəticəyə görə təqsirləndirilən şəxsin törətdiyi ictimai təhlükəli əməllə baş vermiş ictimai təhlükəli nəticənin arasında səbəbli əlaqə olmamış, bu səbəbdən də təqsirləndirilən şəxs yalnız törətdiyi əmələ görə məsuliyyət daşımalı, zərərçəkmiş şəxsin ölümündən ibarət baş vermiş ictimai təhlükəli nəticə Təqsirləndirilən şəxs təqsiri ilə əhatə olunmadığından, o, baş vermiş ölümdən ibarət nəticəyə görə məsuliyyətə cəlb edilə və cəzalandırıla bilməz. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının 30 avqust 2021-ci il tarixli 51 №-li rəyindən görünür ki, 1966-cı il təvəllüdlü Zərərçəkmiş şəxs meyitinin xarici müayinəsi zamanı sağ gözün üst göz qapağında qançır və ağlı qişasında qansızma, almacıq və burun sahəsində sağalmış sıyrıq yerləri, daxili müayinəsi zamanı başın yumşaq toxumalarının alt sahəsində alnında sağda və hər iki gicgahda məhdud qansızma sahələri, boyun, döş və qarın hissədə yumşaq toxumalar altında qansızma ocaqları, döş boşluğunda solda 300 ml-ə yaxın sərbəst qan, sol ağciyərin yuxarı və aşağı payının toxumasının didilib cırılması və plevra divarının zədələnməsi, qabırğaların sol tərəfdən çoxlu qapalı sınığı aşkar edilmişdir ki, bunlar da həyati olub ölümündən əvvəl yetirilməyə uyğundur, küt əşyanın təsirindən törənməklə yetirilmə müddəti qərarda göstərilən tarixə, yəni 23 avqust 2021-ci il tarixə uyğun gəlir, bu xəsarətlər qərarda göstərilən vəziyyətdə əmələ gələ bilər, dərəcəsinə görə canlı şəxslərdə birlikdə həyat üçün təhlükə törətmələrinə görə sağlamlığa ağır zərər vurma əlamətlərinə malikdir. Mərhum Zərərçəkmiş şəxs meyitindən götürülən qanın məhkəməkimyəvi müayinəsi zamanı etil spirti və narkotik maddələr aşkar edilməmişdir, onun adına olan xəstəlik tarixində həkim sorğusunda özünün deməsinə görə “hadisə vaxtı sərxoş olması” qeydiyyatı vardır. Mərhum Zərərçəkmiş şəxs meyitinin daxili müayinəsi zamanı onun daxili üzv və hissələrində ölümündən əvvəl hər hansı xəstəlikdən əzab çəkməsinə dəlalət edən üzvi dəyişikliklər aşkar olunmamışdır. Mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb baş beyinin ödemi fonunda döş qəfəsinin küt travmasından qabırğaların sol tərəfdən çoxlu sayda sınması, sol ağciyərin toxumasının əzilib cırılması və plevra divarının zədələnməsindən yaranan sol tərəfli geniş dərialtı emfizema və sol tərəfli hemopnevmotarks nəticəsində kəskin tənəffüs çatmamazlığı olmuşdur. Ölüm 30 avqust 2021-ci il tarixdə saat 16:30-da xəstəxanada baş vermişdir, meyitin təşrihi zamanı ölümün həmin vaxtda baş verməsi inkar olunmamışdır. (Cild 2. İş vərəqləri 64-66) Məhkəmə istintaqı zamanı müdafiə tərəfinin vəsatəti əsasında təyin edilmiş və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə tibb ekspertizası və patoloji anatomiya birliyi” PHŞ-in təkrari ekspertizalar şöbəsi tərəfindən verilmiş komisyon məhkəmə-tibb ekspertizasının 04 noyabr 2022-ci il tarixli, T495/2022 №-li ekspert rəyi ilə müəyyən edilmişdir ki, vətəndaş Zərərçəkmiş şəxs sağ üst göz qapağında qançır, ağlı qişaya qansızma, almacıq və burun nahiyəsində sıyrıq izləri, alnın və hər iki gicgah nahiyəsində yumşaq toxumaya qansızma, döş boşluğunda solda 300,0 ml qan, sol ağciyərin yuxarı və aşağı payının didilib-cırılması, plevranın zədələnməsi, sol İV-Vİİİ qabırğaların ön qoltuqaltı xətt üzrə sınıqları aşkar edilmişdir. Qeyd edilən xəsarətlər küt yaranma mexanizminə malik olmaqla, yetirilmə müddəti xx.xx.2021-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə döş boşluğunda solda 300,0 ml qan, sol ağciyərin yuxarı və aşağı payının didilib-cırılması, plevranın zədələnməsi, sol İV-Vİİİ qabırğaların ön qoltuqaltı xətt üzrə sınıqları canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya, digər xəsarətlər isə istər birlikdə, istərsə də ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Yetirilən xəsarətlərlə ölüm arasında birbaşa səbəbli əlaqəni inkar etmək olar. Belə ki, xəsarətlərin xarakterini nəzərə alaraq demək olar ki, zərərçəkmişin vaxtında ixtisaslaşmış tibb müəssisəsinə yerləşdirilməsi yarana biləcək ağırlaşmaların qarşısının alınmasına və onun sağ qalma şansının olmasını istisna etmir. Məhkəmədə ittiham tərəfinin vəsatəti təyin edilmiş və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə tibb ekspertizası və patoloji anatomiya birliyi” PHŞ tərədindən verilmiş komisyon məhkəmə-tibb ekspertizasının 20 dekabr 2022-ci il tarixli, 1040 №-li ekspert rəyi ilə müəyyən edilmişdir ki, zərərçəkmiş Zərərçəkmiş şəxs sağ üst göz qapağında qançır, ağlı qişaya qansızma, almacıq və burun nahiyəsində sıyrıq izləri, alnın və hər iki gicgah nahiyəsində yumşaq toxumaya qansızma, döş boşluğunda solda 300,0 ml qan, sol ağciyərin yuxarı və aşağı payının didilib-cırılması, plevranın zədələnməsi, sol İV-Vİİİ qabırğaların ön qoltuqaltı xətt üzrə sınıqları aşkar edilmişdir. Qeyd edilən xəsarətlər küt yaranma mexanizminə malik olmaqla, yetirilmə müddəti xx.xx.2021-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə döş boşluğunda solda 300,0 ml qan, sol ağciyərin yuxarı və aşağı payının didilib-cırılması, plevranın zədələnməsi, sol İV-Vİİİ qabırğaların ön qoltuqaltı xətt üzrə sınıqları canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya, digər xəsarətlər isə istər birlikdə, istərsə də ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Zərərçəkmiş şəxs meyiti müayinə olunmuş və onun ölümünə səbəb baş beyinin ödemi fonunda döş qəfəsinin küt travmasından qabırğaların sol tərəfdən çoxlu sayda sınması, sol ağciyərin toxumasının əzilib-cırılması və plevra divarının zədələnməsindən yaranan soltərəfli geniş dərialtı emfizema və soltərəfli hemopnevmotoraks nəticəsində kəskin tənəffüs çatmamazlığının olduğu müəyyən edilmişdir ki, bununla da yetirilən xəsarətlərlə ölüm arasında birbaşa səbəbli əlaqəni inkar etmək olar. Belə ki, xəsarətlərin xarakterini nəzərə alaraq demək olar ki, zərərçəkmişin vaxtında ixtisaslaşmış tibb müəssisəsinə yerləşdirilməsi yarana biləcək ağırlaşmaların qarşısının alınmasına və onun sağ qalma şansının olmasını istisna etmir. Məhkəmədə ittiham tərəfinin vəsatəti əsasında dindirilmiş təkrar komisyon məhkəmə-tibb ekspertiza rəyini vermiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə tibb ekspertizası və patoloji anatomiya birliyi” PHŞ-in eksperti X3 ifadəsində göstərdi ki, tərəfindən verilmiş 1040 saylı ekspert rəyini təsdiq edir. Zərərçəkmiş şəxs 23 avqust 2021-ci il tarixdə xəsarətlə Qusar rayon mərkəzi xəstəxanasına gətirilmişdir. Xəstəxanada onun ilkin müayinəsi, kompyuter tomoqrafiyası və digər müayinələri aparılmış, lakin bu zaman həkimlər onun ağciyərində olan fəsadı görməmişlər. Meyit müayinəsi zamanı da bu hal təsdiq olunmuşdur. İlkin müayinəsi zamanı ona diaqnoz düzgün qoyulsaydı və ixtisaslaşdırılmış mərkəzə aparılsaydı, misal üçün X1 İnstitutuna və ya Topçubaşov adına X15 aparılsaydı diaqnozu düzgün qoyub müvafiq müalicəni düzgün aparmaqla ölümün qarşısını almaq olardı. Həmçinin ekspert göstərmişdir ki, ilkin rəydə ixtisaslaşdırılmış mərkəzə aparılmamaqla, gecikmə ilə və ya yaranmış fəsadlarla bağlı istintaq orqanı tərəfindən ekspert qarşısında konkret suallar qoyulmadığından hesab edirəm ki, bu səbəbdən ekspert yetirilmiş xəsarətlərlə baş vermiş ölüm arasında birbaşa əlaqənin olmasını göstərmişdir. Bundan başqa, ekspertin fikrinə əsasən zərərçəkmiş şəxsin ağciyərində olan xəsarətlər müxtəlif səbəblərdən ola bilər, həmin xəsarətlər istintaq zamanı küt əşyanın təsiri nəticəsində yaranması göstərilmişdir. Daha sonra, ekspert ifadəsində göstərdi ki, xəstəlik tarixinə əsasən xəstənin ilkin müayinəsi zamanı kompyuter tomoqrafiyası aparılmış və qabırğaların sınması müəyyən edilmişdir. Lakin müayinə birtərəfli aparılmış və qabırğanın sınaraq ağciyəri zədələməsi müəyyən edilməmişdir. Çünki xəstədə baş vermiş qabırğaların yerdəyişən sınığı və ağciyəri zədələməsini kompyuter tomoqrafiyası müayinəsi görməyə bilər. Bunun üçün bu cür xəstələr mütləq qaydada Bakı şəhərinə ixtisaslaşdırılmış mərkəzə göndərilməli və onlara düzgün diaqnoz qoyulmaqla müvafiq müalicə tədbirləri aparılmalıydı. Daxili müayinədə plevra boşluğuna qan yığılması göstərilmiş, bu isə ağ ciyərin zədələnməsinin ilkin əlamətlərindən biridir. Başqa sözlə ağciyərin cırılmış hissəsi qabırğanın arxa hissəsində yerləşdiyi üçün KT müayinəsi bunu görməyə bilər, bunun üçün ixtisaslaşdırılmış mərkəzdə maqnit rezonans tomoqrafiyası aparılmalı idi və xəsarət müəyyən edilərək düzgün müalicə aparılıb ölümün qarşısı alına bilərdi. Xəstənin almış olduğu xəsarətlər elə bir xəsarətlərdi ki, praktikada 98-99% hallarda ölümlə nəticələnmir və xəstə yaşayır. Əgər xəstəyə vaxtında düzgün diaqnoz qoyulsaydı və ixtisaslaşdırılmış mərkəzdə düzgün müalicə aparılsaydı ölümün qarşısı alınardı. Göründyü kimi Təqsirləndirilən şəxs hərəkətləri nəticəsində yetirilmiş travma ilə baş vermiş ölüm arasında səbəbli əlaqənin olması, cinayət-prosessual qanunvericiliklə bu hissədə müstəsna sübut növü hesab edilən ekspert rəyi ilə təkzib edilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Həmin Məcəllənin 140.0 və 140.0.1-ci maddələrinin mütləq tələbinə əsasən ölümün səbəbi, bədən xəsarətinin ağırlıq dərəcəsi və xarakteri cinayət prosesi gedişində yalnız tibb sahəsində ekspertin rəyinin əvvəlcədən əldə edilməsi və tədqiqi şərti ilə müəyyən edilə bilər. Məhkəmə xüsusi qeyd edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin sağlamlığına ağır dərəcəli xəsarəti odlu silah, bıçaq, balta və ya digər kəsici-deşici alətlə, yəni ölümlə nəticələnə biləcəyi ehtimal edilən ələtlə yetiməmişdir. Hadisə zərərçəkmiş şəxsin özünün qanunsuz hərəkətlərindən doğan mübahisə zəminində yaranmaqla, sərxoş olmaları ehtimal edilən iki şəxs arasında baş vermiş davadalaşla nəticələnmişdir. Təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi bütün ifadələrindən, eləcə də hadisənin yeganə şahidi olan Şahid1 ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ona hücum etməsindən sonra onun sifətindən bir neçə yumruq və şillə zərbələri yetirmiş, daha sonra onların yaxalaşması nəticəsində hər ikisi yerə yıxılmış, bu zaman Zərərçəkmiş şəxs sol çiyni istiqamətində yerə yıxılmışdır. Məhkəmədə də hadisənin mexanizmi barədə ətraflı dindirilən Şahid1 göstərmişdir ki, Zərərçəkmiş şəxs bədəninin sol tərəfi ilə yerə yıxılmışdır. Hadisə yerinə baxış protokoluna əsasən həmin ərazi torpaq yolun kənarı olmaqla yerdə müxtəlif ölçülü daş parçaları olmuşdur. (Cild 1, iş vərəqləri 25-26) Meyitə baxış protokolunda olan mərhum Zərərçəkmiş şəxs meyitinin xarici müayinəsi zamanı çəkilmiş şəkillərdən də aydın görünür ki, Zərərçəkmiş şəxs üz nahiyəsində məhkəmə tibb ekspertizasının rəyində qeyd olunmuş sağlamlığa yüngül dərəcəli bədən xəsarətlərinə aid edilən qançır xəsarətlərinin olması aydın şəkildə müşahidə edilsə də, mərhum Zərərçəkmiş şəxs bədəni üzərində çox saylı zərbələr, o cümlədən təpik zərbələrinə uyğun xəsarətlər və ya qançırlar müəyyən edilməmişdir. Onun bədənində yalnız sol qoltuqaltı xətt üzrə 3-4-cü qabırğalar istiqamətində göyümtül rəngli qançır müəyyən olunmuşdur ki, bu da həmin nahiyənin nahamar yerdə olan daşlara dəyməsi nəticəsində qabırğa sınmasına uyğun gəlir. Başqa sözlə mərhum Zərərçəkmiş şəxs üz nahiyəsi istisna edilməklə, bədəni üzərində istintaqın gəldiyi nəticəyə görə ona çox saylı bədən xəsarətlərin yetirilməsi istər təqsirləndirilən şəxsin və hadisənin yeganə şahidi olan Şahid1 ifadələri, istər tibb ekspertizasının rəyləri, istərsə də meyitə baxış protokolu ilə öz təsdiqini tapmamışdır. (Cild 1, iş vərəqləri 4-13) Göründüyü kimi müstəntiq faktiki olaraq olmayan sübutlara istintaq etməklə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs “xüsusi amansızlıqla, o cümlədən ağır iztirablar verməklə onun bədənin müxtəlif nahiyələrinə qəsdən yumruq, şillə və təpiklə çoxsaylı zərbələr vurması” qənaətinə gəlmişdir. Belə ki, iş materiallarında olan materialların məhkəmə ekspertizasının rəyindən də görünür ki, Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən 01 ədəd şalvarın səthi üzərindən aşkar edilən kənar lif mikrohissəcikləri arasında Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən digər geyim əşyaları ilə yanaşı 01 cüt ayaqqabının da tərkib liflərindən yoxdur. Qeyd edilənlərə əsasən, Təqsirləndirilən şəxs əməli xüsusi amansızlıq kimi qiymətləndirilə bilməz. Bundan başqa, istintaq materiallarında Zərərçəkmiş şəxs hansı dərəcədə sərxoş olması barədə heç bir tibbi sənəd yoxdur. İstintaqın özünün topladığı sübutlara əsasən Zərərçəkmiş şəxs özü heç bir səbəb olmada ilkin olaraq Təqsirləndirilən şəxs hücum edərək ozun boğazından tutmuş və ona qarşı zor tətbiq etməyi davam etmişdir. Məhz bu hərəkətlərə cavab olaraq Təqsirləndirilən şəxs onu yumruq və şillə zərbələri ilə vurmuş, sonra isə yerə yıxmışdır. Belə olan halda, Zərərçəkmiş şəxs vəziyyəti bərk sərxoş halda olmaqla köməksiz vəziyyətdə olması kimi qiymətləndirilə bilməz. Məhkəmə hadisənin baş vermə mexanizmini və yetirilən xəsarətlərin lokalizasiyasını qiymətləndirərək hesab edir ki, ağır dərəcəli xəsarətə aid edilən sol ağciyərin yuxarı və aşağı payının didilib-cırılması və plevranın zədələnməsinə səbəb olan sol İV-Vİİİ qabırğaların ön qoltuqaltı xətt üzrə yerdəyişən sınıqları bir küt zərbə nəticəsində, o cümlədən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs yıxması və onun bədənin həmin nahiyəsi ilə yer səthinə, o cümlədən yerdə olan daşlara dəyməsi mümkündür. Məhz sol İV-Vİİİ qabırğaların ön qoltuqaltı xətt üzrə yerdəyişən sınıqları plevranın zədələnməsinə və sol ağciyərin yuxarı və aşağı payının didilib-cırılmasına səbəb olmuşdur ki, bu diaqnoz da Qusar rayon mərkəzi xəstəxanasında xəstəyə düzgün qoyulmamışdır. Nəticədə 7 gün ərzində Qusar rayon xəstəxanasında saxlanılan Zərərçəkmiş şəxs olan xəsarətin lokalizasiyasına və ağciyərin zədələnməsinə açıq-aşkar işarə edən əlamətlərin olmasına (sol ağciyərdə tənəffüs kəskinləşməsi, təngənəfəslik, boğulma və s.) əsasən onun ağciyərinin zədələnə bilməsinə səhlənkar yanaşılmış, xəstənin Bakı şəhərinə ixtisaslaşdırılmış tibb müəssisəsinə (X1 İnstitutuna və ya Topçubaşov adına X15) çatdırılması təmin edilməmiş, nəticədə Təqsirləndirilən şəxs tərəfindən yetirilmiş xəsarətlər deyil, düzgün qoyulmayan diaqnoz üzrə aparılan səhv müəalicə tədbirləri Zərərçəkmiş şəxs hadisədən bir həftə sonra 30 avqust 2021-ci il tarixdə ölümünə səbəb olmuşdur. Mərhum Zərərçəkmiş şəxs adına Qusar rayon mərkəzi xəstəxanasında tərtib olunmuş 21-2117 saylı xəstəlik tarixindən görünür ki, xəstə Zərərçəkmiş şəxs xx.xx.2021ci il tarixdə, saat 20:40-da TTY briqadası tərəfindən gətirilmişdir. Daxil olarkən xəstədə tənəffüs çatışmamazlığı olmuşdur. Müayinə zamanı xəstədə sol tərəfdə 7-8-9 qabırğaların sınığı, dərialtı emfizema müəyyən edilir. Ağciyərlər üzərində sərt tənəffüs, sol tərəfdə əzilmiş, sol ağciyərdə tənəffüs kəskinləşib. Qarnı yumşaq, palpasiya zamanı ağrısızdır. Sol qabırğaaltı sahəsi palpasiyada ağrılıdır. Pasternatski simptomu mənfidir. Diaqnoz: “döş qəfəsinin küt travması, sol tərəfli 7-9 qabırğaların sınığı, pnevmotoraks soldan, bədənin müxtəlif sahəsinin əzilməsi”. xx.xx.2021-ci il tarixdə travmatoloqun baxışı: xəstə ağır vəziyyətdə təngənəfəslik, boğulma, döş qəfəsinin sol payında sınıq, boyun və suprukvalikulyar nahiyədə dərialtı emfizema şikayətləri ilə daxil olub. Ağciyərlər üzərində sərt tənəffüs eşidilir. xx.xx.2021-ci il tarixli rentgenoqrammada: ağciyər sahələrinin tamlığının pozulması aşkarlanmır. xx.xx.2021-ci il tarixdə KT müayinəsi: Sol 3,6,7 və 8ci qabırğaların orta aksilyar xətt üzərində dislokasiya olunmuş sınıqları. Sol əsas bronxun mənfəzinin daralması, aşağı pay bronxunun daralması, sol ağciyərin aşağı payının subtotal atelektazı təyin edilir. xx.xx.2021-ci il tarixli KT müayinəsi: serebral KT müayinəsində intraparenximatoz ocaqlı həcmli və travmatik patoloji dəyişiklik aşkar edilmir. xx.xx.2021-ci il tarixli gündəlikdən görünür ki, xəstənin vəziyyəti ağırdır. xx.xx.2021-ci il tarixli gündəlikdən görünür ki, xəstənin vəziyyəti ağır olaraq qalır. Drenaj borudan maye xaric olur. xx.xx.2021-ci il tarixdə, saat 13:00-da xəstənin ümumi vəziyyəti çox ağırdır. Klinik diaqnoz: “döş qəfəsinin sol Vİİ-Vİİİ-İX qabırğaların sınığı, soltərəfli pnevmotoraks, dərialtı emfizema, pnevmo-mediastinum”. (Cild 2, iş vərəqləri 2-35 46) Məhkəmə qeyd edir ki, tibb sahəsində mütəxəssi olmadan da xəstəlik tarixinin təhlili onu göstərir ki, zərərçəkmiş Zərərçəkmiş şəxs sol 3,6,7 və 8-ci qabırğalarının sınması, sol ağciyərdə tənəffüs kəskinləşməsi, təngənəfəslik, boğulma və pnevmotoraks diaqnozu qoyulsa da, xəsatənin müalicəsini aparan həkimlər xəsətəyə sonadək ağciyər sahələrinin tamlığının pozulmaması diaqnozu qoymuşlar və buna uyğun müalicə aparmışlar. Məhz qeyd edilən xüsusatlarla əlaqədar məhkəmədə dindirilən ekspert göstərmişdir ki, Qusar rayon xəstəxanasında xəstənin ilkin müayinəsi zamanı kompyuter tomoqrafiyası aparılıb qabırğaların sınması müəyyən edilsə də, müayinə birtərəfli aparılmış və qabırğanın sınaraq ağciyəri zədələməsi müəyyən edilməmişdir. Çünki xəstədə baş vermiş qabırğaların yerdəyişən sınığı və ağciyəri zədələməsini kompyuter tomoqrafiyası müayinəsi görməyə bilər. Bunun üçün bu cür xəstələr mütləq qaydada Bakı şəhərinə ixtisaslaşdırılmış mərkəzə göndərilməli və onlara düzgün diaqnoz qoyulmaqla müvafiq müalicə tədbirləri aparılmalıydı. Başqa sözlə ağciyərin cırılmış hissəsi qabırğanın arxa hissəsində yerləşdiyi üçün KT müayinəsi bunu görməyə bilər, bunun üçün ixtisaslaşdırılmış mərkəzdə maqnit rezonans tomoqrafiyası aparılmalı idi və xəsarət müəyyən edilərək düzgün müalicə aparılıb ölümün qarşısı alına bilərdi. Xəstənin almış olduğu xəsarətlər elə bir xəsarətlərdi ki, praktikada 98-99% hallarda ölümlə nəticələnmir və xəstə yaşayır. Əgər xəstəyə vaxtında düzgün diaqnoz qoyulsaydı və ixtisaslaşdırılmış mərkəzdə düzgün müalicə aparılsaydı ölümün qarşısı alınardı. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.3-cü maddəsinin şərh edilməsinə dair” 07 yanvar 2021-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, cinayət hüquq nəzəriyyəsində müvafiq əməlin ictimai təhlükəlilik dərəcəsindən və xarakterindən asılı olaraq cinayət tərkibləri 2 qrupa bölünür: formal və maddi quruluşa malik tərkiblər. Formal quruluşa malik olan tərkiblərdə cinayət tərkibinin obyektiv cəhəti yalnız ictimai təhlükəli hərəkətdən (hərəkətsizlikdən) ibarət olur. Belə tərkibli cinayətlər qanunla qadağan edilən hərəkət (hərəkətsizlik) törədildiyi andan başa çatmış hesab edilir. Maddi quruluşa malik olan tərkiblərdə isə hərəkətlə (hərəkətsizliklə) yanaşı, həm də belə hərəkətdən (hərəkətsizlikdən) törəyən ictimai təhlükəli nəticə də cinayət tərkibinin obyektiv cəhətinə daxil edilir. Maddi tərkibli cinayətlər üzrə məsuliyyətin həlli üçün ictimai təhlükəli nəticənin baş verməsi tələb olunur və belə cinayət tərkiblərində hərəkət və ya hərəkətsizliklə nəticə arasında səbəbli əlaqə olmalıdır. Səbəbli əlaqə dedikdə, iki hadisə arasındakı əlaqəni başa düşmək lazımdır. Bu hadisələrdən biri — insanın hərəkəti (hərəkətsizliyi) daxili zərurət nəticəsində başqa bir hadisəni — nəticəni doğurur. Bunların arasında səbəbli əlaqənin olması о deməkdir ki, əgər əməl olmasaydı, nəticə də olmazdı. Bu zaman şəxsin hərəkəti (hərəkətsizliyi) qanunda göstərilmiş hərəkətin (hərəkətsizliyin) xarakterinə uyğun gəldiyi, zamana görə nəticədən əvvəl gəldiyi, nəticənin baş verməsi üçün zəruri şərt olduğu və onun baş verməşinin real imkanını təcəssüm etdirdiyi, qanunauyğun şəkildə, hadisələrin müəyyən axarı üçün kənar olan qüvvələrin təsiri olmadan ictimai təhlükəli nəticə doğurduğu hallarda nəticənin səbəbi kimi qəbul oluna bilər. Səbəb “Conditio sine quo non” – elə şəraitdir ki, bunsuz nəticə baş verə bilməz. Əməllə nəticə arasındakı əlaqə olmalı, əməl nəticəni labüd doğurmalıdır. Zəruri əlaqə ilə bağlı olan səbəbiyyətdə nəticə hadisənin bir istiqamətli daxili inkişafından doğurur. Adətən, təcrübədə belə əlaqə bilavasitə, bibaşa səbəbli əlaqə adlandırılır. Məhkəmə bir daha Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 140.0.1-ci maddəsinin “ölümün səbəbi yalnız tibb sahəsində ekspertin rəyinin əvvəlcədən əldə edilməsi və tədqiqi şərti ilə müəyyən edilə bilər” tələbini və hər iki məhkəmə komisyon ekspertizası ilə gəlinmiş nəticəni yetirilən xəsarətlərlə ölüm arasında birbaşa səbəbli əlaqənin inkar edilməsini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs ictimai təhlükləi əməli ilə baş vermiş ölüm kimi ictimai təhlükli nəticə arasında səbəbli əlaqə olmadığından Təqsirləndirilən şəxs yalnız öz əməli nəticəsində vurulmuş zərərə görə, yəni yetirdiyi ağır dərəcəli xəsarətə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1ci maddəsi ilə təqsirli bilinməli və cəzalandırılmalıdır. Məhkəmə həmçinin zərərçəkmiş şəxsin ölümündən ibarət ictimai təhlükəli nəticənin həkim səhlənkarlığı və etinasızlığı nəticəsində baş verə bilməsinə əsaslı şübhələrin olduğunu da qeyd edir və bununla bağlı cinayət haqqında məlumatın Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 207.6 və 208.0.5-ci maddələrinə əsasən ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsini zəruri hesab edir. Təsvir olunanlara əsasən, məhkəmə Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsindən, həmin Məcəllənin 126.1-ci maddəsinə tövsif edilməsini qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 145.3-cü maddəsinə müvafiq olaraq ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Eyni Məcəllənin 349.5.1-ci maddəsinin tələbinə görə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli araşdırılması hüququna malikdir. Konvensiyanın həmin maddəsi çərçivəsində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd edir ki, əsaslandırılmış qərarlar tərəflərə eşidildiklərini nümayiş etdirmək, beləliklə də onların verilmiş qərarı qəbul etməyə daha meylli olmasına töhfə vermək məqsədi daşıyır. Bundan əlavə, onlar hakimləri qərarlarını obyektiv arqumentlərlə əsaslandırmağa, həmçinin müdafiə tərəfinin hüquqlarını qorumağa vadar edir. (X14rşı, § 29). Kondraşinanın Rusiya Federasiyasına qarşı işində də Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayəti zərərçəkmiş şəxsin qanunsuz və əxlaqsız hərəkətlərinin təsiri altında törətməsi, eləcə də zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.8 və 59.1.12-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. (Cild 2, iş vərəqi 46) Bundan başqa, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən həmin Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə cinayət qanununun bu tələbi baxımdan hesab edir ki, təqsirləndirilən şəxsin əməlindən səmimi peşmanşılıq çəkməsi, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsi və yaşayış yeri üzrə müsbət xarakterizə olunması da onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. (Cild 1, iş vərəqi 84) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-ci maddəsində əsasən təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Cəzanı yüngülləşdirən qeyd olunan halların mövcud olduğunu, təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiq edilməsini qanuni hesab edir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 08 sentyabr 2021-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş, Quba rayon məhkəməsinin 08 sentyabr 2021-ci il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli tutulduğu tarixdən hesablanmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (Cild 1, iş vərəqləri 165-168) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 08 sentyabr 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edərək qeyd edir ki, iş üzrə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. İş üzrə maddi sübut yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsdən 218 (iki yüz on səkkiz) manat 16 (on altı) qəpik məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməmişdir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun məhkəmədə hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin etdilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» xx.xx.2001ci il tarixli, 31 nömrəli Qərarına və həmin Qərara dəyişiklik edilməsi haqqında Nazirlər Kabinetinin 19 noyabr 2020-ci il tarixli, 452 nömrəli Qərarına görə müdafiəçinin (vəkilin) hüquqi yardımın göstərilməsi ilə bağlı təqdim etdiyi hesabata uyğun olaraq ödənilməli məbləğ cinayət prosesini həyata keçirən orqanın əsaslandırılmış qərarı əsasında dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Odur ki, məhkəmə mərhələsində təqsirləndirilən şəxsə göstərilən hüquqi yardımla bağlı müdafiəçiyə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında» 12 dekabr 2002-ci il tarixli, «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 08 sentyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs 218 (iki yüz on səkkiz) manat 16 (on altı) qəpik məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar