Məhkəmə qərarları › İş №1(124)-3/2024

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-3/2024

14.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-3/2024 14.02.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər, Əliyev Hafiz Samir oğlu (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Rzayeva Aynur Tapdıq qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçilər – Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsi məqsədi ilə dəvət olunmuş Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2, təqsirləndirilən şəxs X5 hüquqlarının müdafiəsi məqsədi ilə dəvət olunmuş Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxslər - Təqsirləndirilən şəxs1 və X5 iştirakları ilə, xx xxxx 1989-cu ildə Sumqayıt şəhərində doğulmuş, evli, Azərbaycan Respublikası vətəndaşı, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx.xx.2022-ci tarixli hökmü ilə məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Sumqayıt şəhəri, Sumqayıt qəsəbəsi, fərdi evdə yaşayan, barəsində “həbs'’ qətimkan tədbiri seçilmiş X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 240.1-ci maddələri, xx.xx.1988-ci ildə Cəbrayıl rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 3 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində "polisin nəzarəti altına verinə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X10 istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədilə şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd narkotik vasitə metadon həbi və 03 ədəd narkotik vasitə və psixotrop maddələrə aid olmayan, güclü təsir edən tramadol həbini əldə edərək həmin narkotik vasitə və güclü təsir edən tramadol həbini istintaqa məlum olmayan vaxtda tanışı Təqsirləndirilən şəxs1 11 manat müqabilində satmış, Sumqayıt ŞPİ-nin, CAŞ-nin əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixdə saat 04:00-da Sumqayıt şəhəri, M.Əsədov küçəsində keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 saxlanılaraq Sumqayıt ŞPİ-nə gətirilib üzərinə şəxsi axtarış keçirilən zaman, əynində olan qara rəngli gödəkçəsinin sol iç cibində olan sarı rəngli pul kisəsinin içərisindən ümumi çəkisi 0,04 qram 01 ədəd narkotik vasitə metadon həbi və ümumi çəkisi 0,150 qram 03 ədəd narkotik vasitə və psixotrop maddələrə aid olmayan, güclü təsir edən tramadol həbi aşkar olunaraq götürülmüşdür. Bundan başqa, o, satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddə əldə edilməsi, saxlanması və daşınması barədə şəxsiyyəti istintaqla müəyən edilməyən İİR vətəndaşı ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşib razılığa gəldikdən sonra sonuncunun istintaqla müəyyən edilməyən vaxtda və şəraitdə Sumqayıt şəhəri, M.Əsədov küçəsində gizlətdiyi 01 ədəd qara rəngli torbada olan 01 ədəd bükümdə ümumi çəkisi 750,0 qram narkotik vasitə heroin və 01 ədəd bükümdə ümumi çəkisi 99,212 qram psixotrop maddə metamfetamin əldə edərək əynində olan qara rəngli gödəkçənin sol iç tərəfində gizlədərək saxlamış, 29 yanvar 2022ci il tarixdə, saat 04:00-da Sumqayıt ŞPİ-nin CAŞ-nin əməkdaşlarının Sumqayıt şəhəri, Məmməd Əsədov küçəsində yerləşən “Daş Bazarı” adlanan ərazidə keçirdikləri əməliyyataxtarış tədbirləri nəticəsində saxlanılaraq Sumqayıt ŞPİ-nə gətirilib üzərində şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli gödəkçənin sol iç tərəfində olan qara rəngli sellofan torbanın içərisindən 01 ədəd şəffaf sellofan bükümdə, ümumi çəkisi 750 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 01 ədəd şəffaf rəngli sellofan bükümdə ümumi çəkisi 99,212 qram psixoptrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs1 istintaqa məlum olmayan vaxtda tanışı X1 məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 1 (bir) ədəd konvalitin içərisində təmiz çəkisi 0,04 qram çəkidə narkotik vasitə olan metadon həbini əldə edib daşımaqla üzərində saxlamış, Sumqayıt ŞPİ-nin CAŞ-nin əməkdaşları tərəfindən 29 yanvar 2022-ci il tarixdə, saat 04:00-da Sumqayıt şəhəri, Məmməd Əsədov küçəsində yerləşən “Daş Bazarı” adlanan ərazidə keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq Sumqayıt ŞPİ-nə gətirilmiş və onun üzərində şəxsi axtarış aparılan zaman həmin narkotik vasitə olan metadon həbi əynindəki qara rəngli gödəkçəsinin sol iç cibində olan sarı rəngli pul kisəsinin içərisindən aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş X10 oğlu ittiham olunduğu əməllər üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, tanımadığı İran vətəndaşına 3 qram narkotik vasitə əldə etmək üçün 50 manat pul vermiş, həmin narkotik vasitəni götürməyə getmiş, deyilən yerə çatanda torbada kartof püresi olduğunu görmüş, qayıdanda yol polisi saxlamış, onun Vüqar olub-olmadığını soruşmuşdur. Narkotik vasitəni tərgitmək istəmiş, 2 ədəd metadon həbinin birini Daşqına vermişdir. Metadon həbini də həmin adamdan almışdır. Onun istifadə etdiyi nömrədə kiminsə ondan narkotik vasitə istəməsi ilə bağlı mesaj olmamışdır. Daşqın ona narkotik vasitə əldə etməklə bağlı müraciət etməmişdir. O, satışla məşğul olmamış, metadon həbini Daşqına pul qarşılığında verməmişdir. O, gecə saat 3-4 radələrində saxlanılmış, ona qarşı zor tətbiq olunmamışdır. İdarədə onu müdafiə etmək üçün xanım vəkil təqdim olunmuş, konfidensial görüş istəmiş, vəkil qəbul etməmiş, o da həmin vəkildən imtina edərək vəkil Fariz müəllimi tələb etmişdir. Vəkilə evə girərək onu çölə çıxartdıqlarını demiş, polislər onu ata-anasını idarəyə gətirməklə hədələmişdir. Təqsirləndirilən şəxs X10 oğlu ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunaraq araşdırılmış ifadəsində ona elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 3-4 ay bundan əvvəl instagram sosial şəbəkəsində İİR vətəndaşı ilə tanış olmuş və həmin şəxsdən müxtəlif vaxtlarda şəxsi istifadəsi üçün narkotik vasitə, psixotrop maddə və güclü təsir edən həblər almışdır. Sonuncu dəfə ondan aldığı həblərdən tanışı Daşqın adlı şəxsə 11 manat müqabilində 01 ədəd metadon həbi və 03 ədəd tramadol həbi satmışdır. Daşqın əvvəllər narkotik vasitə heroindən istifadə etsədə, son vaxtlar narkotik vasitəni tərgitmək üçün ancaq dərmanlardan istifadə edirmiş. xx.xx.2022-ci il tarixdə saat 04 radələrində Sumqayıt şəhəri, M.Əsədov küçəsində yerləşən “Daş Bazarı” adlanan ərazidə Seymur adlı şəxsin avtomobilində Daşqın adlı tanışı ilə olan zaman polis əməkdaşları yaxınlaşaraq onlardan avtomobildən düşmələrini xahiş etmişdir. Onlar avtomobildən düşdükdən sonra polis əməkdaşları özlərini təqdim edib onlardan da özlərini təqdim etmələrini xahiş etmişlər. Onlar özlərini təqdim etdikdən sonra polis əməkdaşları onlara narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduqlarını bildirib onlarla birlikdə polis idarəsinə getməyi təklif etmişlər. Onlar polis əməkdaşlarına etiraz etməyərək onlarla birlikdə polis idarəsinə gəlmişlər. Polis idarəsində xidməti otaqların birində təhqiqatçı ona hüquq və vəzifələri haqda bildiriş təqdim etmişdir. Bundan sonra ona növbədə olan vəkillərin siyahısı təqdim edilmiş və o həmin siyahını nəzərdən keçirib hüquqlarınının vəkil X18 tərəfindən müdafiə olunmasını xahiş etmişdir. Orxan Əliyev ona müdafiəçi qismində təyin oldunduqdan sonra təhqiqatçı üzərinə şəxsi axtarış keçirəcəyini bildirmiş və ondan etirazının olub-olmadığını soruşmuşdur. O heç bir etirazının olmadığını bildirmişdir. Bundan sonra təhqiqatçı ona təklif etmişdir ki, üzərində narkotik vasitə, psixotrop maddə və ya qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet varsa təqdim etsin. O həmin vaxt əynində olan qara rəngli gödəkçənin sol iç tərəfində saxladığı qara rəngli sellofan torbanı təqdim etmişdir. Həmin torbanın içərisinə baxış keçirilən zaman orada 02 ədəd şəffaf rəngli sellofan paketlərin olduğu müəyyən edilmişdir. Təhqiqatçı ondan sellofan paketlərin içərisində nə olduğunu soruşduqda o paketin birinin içərisində narkotik vasitə heroin, digərinin içərisində isə psixotrop maddə metamfetamin olduğunu, həmin maddələri saxlanılmamışdan 2-3 saat əvvəl əvvəldən tanıdığı İİR vətəndaşının dediyi yerdən götürüb özündə saxladığını və onun deyəcəyi yerə qoymalı olduğunu bildirmişdir. Bundan sonra təhqiqatçı üzərinə şəxsi atxarış keçirmiş, lakin üzərindən qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet aşkar olunmamışdır. Təqdim etdiyi narkotik vasitə heroinə bənzər və psixotrop maddə metamfetaminə bənzər maddələr ekspertizaya göndərilməsi üçün qablaşdırılmışdır. Seymur və Daşqın adlı şəxslərin onun narkotik vasitə və psixotrop maddə götürməsindən xəbərləri olmamışdır. (İ cild iş vərəqə 49-52) Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ittiham olunduğu əməl üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, təxminən 2 il olar ki, narkotik vasitələrdən istifadə etmişdir. Vüqarla əvvəllər iş yoldaşı olmuş, onun narkotik vasitə istifadə etdiyini bilmişdir. Özü Sumqayıt şəhər Narkoloji Dispanserində müalicəyə başlamış, orada onlara tramadol suyu verilmişdir. Bir müddət tramadol suyunun verilməsi dayanmış, həmin vaxt o, Vüqardan cəmi bir ədəd metadon, 2 ədəd tramadol həbi götürmüşdür. Metadonu 4 yerə bölərək vəziyyətdən çıxmaq üçün bir hissəsini içmişdir. Vüqar tramadolu ona pul ilə verməmişdir. Vüqarın həbi kimdənsə pul qarşılığında alması səbəbi ilə ona 11 manat pul vermişdir. O, saat 2 radələrində saxlanılmışdır. Həbləri tutulduğu gün almışdır. ***-**-** mobil nömrəsi ona məxsus olmuşdur. Ona qarşı hər hansı bir təzyiq olmamışdır. Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunaraq araşdırılmış ifadəsində ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə, təxminən saat 04:00 radələrində Sumqayıt şəhəri M. Əsədov küçəsi «Daş Bazarı» deyilən yerdə Seymur adlı şəxsin avtomobilində Daşqın adlı tanışı ilə olan zaman polis əməkdaşları yaxınlaşaraq özlərini təqdim edib onlardan da özlərini təqdim etmələrini xahiş etmişlər. Onlar özlərini polis əməkdaşlarına təqdim etmişlər. Polis əməkdaşları onlara qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama va gəzdirməkdə şübhəli olduqları üçün saxladıqlarını izah etmişlər. Daha sonra saxlanıldıqları yerdə müvafiq şərait olmadığından sənədləşməni davam etdirmək və üzərilərinə şəxsi axtarış keçirmək üçün onları Sumqayıt ŞPİ-nə dəvət etmişlər. Onlar polis əməkdaşlarına etiraz etməyərək onlarla bilrikdə Sumqayıt ŞPİ-nə gəlmişlər. Pİ-də üzərinə şəxsi axtarış keçirmək istədiklərini bildirən zaman o buna etiraz etməmişdir. Ona hüquq və vəzifələri barədə bildiriş təqdim edilmişdir. Bundan sonra ona hüquqlarınının müdafiə olunması üçün Sumqayıt Regional Vəkil Bürosunun vəkillərinin siyahısı təqdim olunmuşdur. O həmin siyahını nəzərdən keçirib hüquqlarınının vəkil Könül Qədimalıyeva tərəfindən müdafiə olunmasını xahiş etmişdir. Könül Qədimalıyeva ona müdafiəçi qismində təyin olunduqdan sonra üzərinə şəxsi axtarış aparılacağı barədə məlumat verilmiş və o buna bir daha etiraz etməmişdir. Bundan sonra müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış aparılmazdan əvvəl ona təklif olunmuşdur ki, üzərində narkotik vasitə, o cümlədən qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet varsa təqdim etsin. O həmin vaxt əynində olan qara rəngli gödəkçənin sol iç cibində olan sarı rəngli pul kisəsinin içərisində saxlamış olduğu 3 ədəd tramadol və bir ədəd metadon həbini təqdim etmişdir. Həmin tramadol həblərinin güclü təsiredici maddə, metadon həbinin isə narkotik maddə olduğu müəyyən olunmuşdur. Həmin həbləri polis əməkdaşları tərəfindən saxlanılmamışdan 3 gün öncə Vüqar Şixəliyevdən 11 manata şəxsi istifadəsi üçün alıb üzərində gəzdirdiyini bildirmişdir. Üzərindən aşkar olunmuş həblər Azərbaycan Respublikası ƏN-nin MEM-nə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq Azərbaycan Respublikasının DİN-nin 124 saylı möhürü ilə möhürlənmişdir. (İ cild iş vərəqə 86-87) Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin CAŞ-ni rəis müavini, polis mayoru Şahid1 ifadəsində göstərdi ki, xx.xx.2022-ci il tarixdə etibarlı və qərəzsiz mənbədən X10 və Təqsirləndirilən şəxs1 narkotik vasitələrin qanunsuz olaraq əldə edilməsi, saxlaması, istifadəsi, satması barədə məlumat daxil olmuşdur. Məlumat əsasında həmin gün saat 04 radələrində Sumqayıt şəhəri, Məmməd Əsədov küçəsində yerləşən Daş Bazarı yaxınlığında X10 və Təqsirləndirilən şəxs1 “Mercedes” markalı avtomobildə əyləşdiklərini görmüşdür. Onlar həmin şəxslərə yaxınlaşıb avtomobildən enmələrini xahiş etmişlər. Həmin şəxslər avtomobildən endikdən sonra onlar özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirərək həmin şəxslərdən özlərini təqdim etmələrini xahiş etmişlər. Həmin şəxslər özlərini təqdim edərək X10, Təqsirləndirilən şəxs1 və avtomobilin sürücüsü Orucov Seymur olduqlarını bildirmişdirlər. Onlar həmin şəxslərə narkotik vasitələrin istifadəsində, satışında və üzərində gəzdirməsində şübhəli olduqlarını bildirib, Sumqayıt ŞPİ-nə dəvət etmişlər. Sumqayıt şəhər Pİ-də xidməti otaqlarının birində videoçəkilişlə şəxsi axtarış keçirilmişdir. Vüqar Şixəliyev əynində olan gödəkçənin iç tərəfində saxlamış olduğu qara rəngli sellofan torbanı təqdim etmişdir. Həmin sellofan torba açıldıqda 02 ədəd şəffaf sellofana bükülmüş maddə aşkar olunmuşdur. Şəffaf sellofanlar təhqiqatçı tərəfindən açıldıqda bağlamanın birində psixotrop maddə“metamfetaminə”ə bənzər, digər bağlamanın içərisində isə narkotik vasitə “heroin”ə bənzər kütlənin olduğu müəyyən olunmuşdur. X9 həmin bağlamanın nə olduğunu və bükümləri hansı məqsədlə üzərində gəzdirdiyni soruşduqda Vüqar Şixəliyev üzərindən aşkar olunmuş bağlamanın birinin içərisində narkotik vasitə heroin, digərinin içərisində isə metamfetamin olduğunu, polis əməkdaşları tərəfindən saxlanılmamışdan 2-3 saat öncə köhnə tanışı olan İran İslam Respublikasının vətəndaşından zəng edərək digər yerə qoymaq məqsədi ilə əldə etdiyini, bunun müqabilində isə həmin İran vətəndaşından öz istifadəsi üçün narkotik vasitə əldə edəcəyini bildirmişdir. Həmçinin, Vüqar Şixəliyevin üzərinə şəxsi axtarış keçirilərkən əynində olan gödəkcənin cibindən narkotik vasitə istifadə etmək üçün kağız borucuq və bir ədəd “Samsung” markalı mobil telefon da aşkar edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs1 əynində olan gödəkçənin iç cibində saxlamış olduğu qara rəngli pul kisəsinin içərisindən konvalitinin üzərində tramadol 50 yazısı olan 03 ədəd həbi və metadon həbinə bənzər həbi təqdim etmişdir. Təhqiqatçı Təqsirləndirilən şəxs1 həmin maddənin nə olduğunu, haradan əldə etdiyini və hansı məqsədlə üzərində gəzdirdiyni soruşduqda Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş maddənin metadon olduğunu, digərinin isə tramadol olduğunu, Vüqar Şixəliyevdən ağrıları olduğu üçün 11 manat müqabilində öz istifadəsi üçün təxminən 3 gün əvvəl əldə etdiyini bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin CAŞ-nin polis əməkdaşları Şahid2 və Şahid3 məhkəmədə ifadəsi alınmış polis əməkdaşı Şahid1 ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişlər. Şahid polis əməkdaşı Şahid4 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, sonuncu məhkəmədə ifadəsi alınmış polis əməkdaşları Şahid2, Şahid3 və Şahid1 ilə oxşar məzmunlu ifadə verərək onların göstərdiyi xüsusatları təsdiq etmişdir. ( cild 1, iş vərəqə 65-68) Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 29 yanvar 2022-ci il tarixli “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair” qərardan görünür ki, X10 və Təqsirləndirilən şəxs1 üzərində qanunsuz külli miqdarda narkotik vasitə saxlaması, satması, üzərində gəzdirməsi və istifadə etməsi barədə əməliyyat məlumatı daxil olmuş və həmin məlumatın yoxlanması üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır. (İ cild, iş vərəqə 07) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş 29 yanvar 2022-ci il tarixli şəxsi axtarış keçirilməsi haqqında protokoldan və istintaq hərəkətinin videoçəkilişi əks etdirilmiş 1 ədəd “DVD” formatlı diskdən görünür ki, görüntülənən video görüntünün 01-ci saniyəsində Sumqayıt ŞPİ-nin TŞ-də təhqiqatçı Səadət Qənbərov xidməti otaqlarının birində özünü təqdim edərək saxlanılan şəxdən özünü təqdim etməsini tələb etdi. Saxlanılan şəxs X10 olduğunu bildirdi. Təhqiqatçı saxlanılan şəxsə narkotik vasitələrin dövriyyəsi, üzərində saxlanılmasında və istifadəsində şübhəli şəxs qismində saxlanıldığını və Sumqayıt ŞPİ-nin TŞ-nə gətirildiyini dedi. Daha sonra təhqiqatçının göstərişi ilə mülki geyimdə olan polis əməkdaşları özlərini təqdim etdi. X9 hüquqlarını müdafiə etməsi üçün sonuncunun seçdiyi Sumqayıt şəhər Regional Vəkil Bürosunun vəkili X11 təyin olunduğunu bildirdi. Təhqiqatçı Azərbaycan Respublikası CPM-nin 90-cı maddəsində nəzərdə tutulan hüquq və vəzifələri haqqında olan bildirişi Vüqar Şixəliyevə təqdim etdi, Vüqar Şixəliyev oxuyaraq etirazının olmadığını bildirdi. Təhqiqatçı saxlanılan şəxsdən üzərində qanunla qadağan edilmiş hər hansı bir predmet varsa təqdim etməsini bildirdi. Görüntünün 01:52-ci saniyəsində Vüqar Şixəliyev özü əynində olan qara rəngli gödəkçənin sol iç tərəfindən saxlamış olduğu qara rəngli sellofan torbanı təqdim etdi. Təhqiqatçı tərəfindən həmin sellofan torba açıldıqda 02 ədəd şəffaf sellofana bükülmüş maddə aşkar olundu. Həmin bağlama təhqiqatçı tərəfindən açıldıqda bağlamanın birində ağ rəngli kristal halda psixotrop maddə “metamfetaminə”ə bənzər olan və digər bağlamanın içərisində isə narkotik vasitə “heroin”ə bənzər kütlənin olduğu müəyyən olundu. X9 həmin bağlamanın nə olduğunu və bükümü hansı məqsədlə üzərində gəzdirdiyni soruşduqda Vüqar Şixəliyev üzərindən aşkar olunmuş bağlamanın birinin narkotik vasitə “kokos” (heroin) olduğunu, digərinin isə “şüşə” (metamfetamin) olduğunu, polis əməkdaşları tərəfindən saxlanılmamışdan 2-3 saat öncə köhnə tanışı olan İran İslam Respublikasının vətəndaşından zəng edərək digər yerə qoymaq məqsədi ilə əldə etdiyini, bunun müqabilində isə həmin İran vətəndaşından öz istifadəsin üçün narkotik vasitə əldə edəcəyini bildirdi. Daha sonra X8 üzərinə şəxsi axtarış keçirdi, əynində olan qara gödəkçənin sağ yan cibindən alışqan, narkotik vasitə istifadə etmək üçün kağız borucuğ, gödəkçənin sol yan cibindən dəmir 50 qəpik, həmin gödəkçənin sol iç cibindən bir ədəd “Samsung” markalı qara rəngli mobil telefon və pul kisəsi aşkar edildi. Təhqiqatçı aşkar edilmiş “Samsung” markalı mobil telefonu gələcəkdə sübut əhəmiyyət kəsb edə biləcəyindən müvafiq olaraq götürüldü. Digər aşkar olunan əşyalar isə sübut növü kimi əhəmiyyət kəsb etmədiyindən Vüqar Şixəliyevə qaytarıldı. Görüntünün 14:20-ci saniyəsində Vüqar Şixəliyevin üzərindən aşkar olunmuş bağlamalar təhqiqatçı tərəfindən ilk öncə “heroinə” bənzər maddə tərəziyə qoyulub çəkilən zaman həmin bükümün şəffaf sellofan ilə birlikdə çəkisinin 756 qram olduğu və görüntünün 19:39-cu saniyəsində digər psixotrop “metamfetaminə” bənzər maddə tərəziyə qoyulub çəkilən zaman həmin bükümün şəffaf sellofan ilə birlikdə çəkisinin 101 qram olduğu müəyyən olundu. Daha sonra təhqiqatçı, X5 üzərindən aşkar olunmuş narkotik vasitəyə bənzər bükümlər Azərbaycan Respublikası ƏN-nin MEM-nə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq Azərbaycan Respublikasının DİN-nin 124 saylı möhürü ilə möhürləndi. Tərtib olunmuş protokollar iştirakçılar tərəfindən imzalandı. Görüntünün 21:34-cü saniyəsində çəkiliş təhqiqatçının məruzəsi ilə yekunlaşdırıldı. ( İ cild, iş vərəqə 91-92) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş 29 yanvar 2022-ci il tarixli şəxsi axtarış keçirilməsi haqqında protokoldan və istintaq hərəkətinin videoçəkilişi əks etdirilmiş 1 ədəd “DVD” formatlı diskdən görünür ki, Görüntülənən video görüntünün 01-ci saniyəsində Sumqayıt ŞPİ-nin TŞ-dətəhqiqatçıSəadət Qənbərov xidməti otaqlarının birindəözünütəqdim edərək saxlanılan şəxsdən özünü təqdim etməsini tələb etdi. Saxlanılan şəxs Təqsirləndirilən şəxs1 olduğunu bildirdi.Təhqiqatçı saxlanılan şəxsə narkotik vasitələrin dövriyyəsi, üzərində saxlanılmasında və istifadəsindəşübhəli şəxs qismində saxlanıldığını vəSumqayıt ŞPİ-nin TŞ-nəgətirildiyini dedi.Daha sonra təhqiqatçının göstərişi ilə mülki geyimdə olan polis əməkdaşlarıözlərini təqdim etdi. TəhqiqatçıTəqsirləndirilən şəxs1 hüquqlarını müdafiə etməsi üçün sonuncunun seçdiyi Sumqayıt şəhər Regional Vəkil Bürosunun vəkili X3 təyin olunduğunu bildirdi. Təhqiqatçı Azərbaycan Respublikası CPM-nin 90-cı maddəsində nəzərdə tutulan hüquq və vəzifələri haqqında olan bildirişi Təqsirləndirilən şəxs1 təqdim etdi, Təqsirləndirilən şəxs1 oxuyaraq etirazının olmadığını bildirdi. Təhqiqatçı saxlanılan şəxsdən üzərində qanunla qadağan edilmiş hər hansı bir predmet varsa təqdim etməsini bildirdi.Görüntünün 01:35-ci saniyəsindəTəqsirləndirilən şəxs1özüəynində olan qararəngli gödəkçəninsoliç cibində saxlamış olduğu qara rəngli pul kisəsinin içərisindən konvalitinin üzərində tramadol 50 yazısı olan 03 ədəd və metadon həbinə bənzər həbi təqdim etdi. Təhqiqatçı Təqsirləndirilən şəxs1 həmin maddənin nə olduğunu, haradan əldə etdiyini və hansı məqsədləüzərində gəzdirdiyni soruşduqda Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş maddənin metadon olduğunu, digərinin isətramadol olduğunu, Vüqar Şixəliyevdən ağrılarının olduğu üçün 11 manat müqabilində öz istifadəsi üçün təxminən 3 gün əvvəl əldə etdiyini bildirdi. Daha sonra təhqiqatçıTəqsirləndirilən şəxs1üzərinəşəxsi axtarış keçirdi, əhəmiyyət kəsb edən hər hansı əşya aşkar edilmədi. Təhqiqatçı şübhəli şəxs Təqsirləndirilən şəxs1 vəkili Könül Qədimalıyevadan sualının olması ilə bağlı soruşduqda Könül Qədimalıyeva sonuncudan harada tutulduğunu, həmin maddələrin ona məxsus olduğunu bildirdi, Sumqayıt şəhərində Daş Bazarını keçəndən sonra Saraya gedən yolda körpünün yanındakı işıqforun yanında saxlanıldığını, həmin həblərin özünən məxsus olduğunu, heç bir fiziki, zor tətbiq olunmadığını bildirdi. Daha sonra təhqiqatçı, Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş həblər Azərbaycan RespublikasıƏN-nin MEM-nə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq Azərbaycan Respublikasının DİN-nin 124 saylı möhürü ilə möhürləndi. Tərtib olunmuş protokollar iştirakçılar tərəfindən imzalandı. Görüntünün 09:55-ci saniyəsində çəkiliş təhqiqatçının məruzəsi ilə yekunlaşdırıldı. ( İ cild, iş vərəqə 183-184) Şəxsi axtarışın keçirilməsi barədə, diskə baxış keçirilməsi barədə protokollarda qeyd olunan xüsusatların həqiqiliyi, həmin istintaq hərəkətinin qeydə alındığı videogörüntülərin əks olunduğu diskə məhkəmədə baxış keçirilərkən öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli, 6/583 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “vət. X4 ....” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 99,212 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Bir ədəd bükümdə təmiz çəkisi 750 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Qeyd: heroinin təmiz çəkisi-750 qr, tədqiqata sərf edildi -0,100 qr, qalıq- 749,9 qr. Metamfetaminin təmiz çəkisi- 99,212 qr, tədqiqata sərf edildi-0,100 qr, qalıq -99,112 qr. (İ cild, iş vərəqə: 44-51) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş məhkəmə-kimyəvi ekspertizasının 29 yanvar 2022-ci il tarixli, 6/582 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs1....” sözləri olan zərfdəki bir ədəd üzərində “F/M40” göstəricili açıq-qəhvəyi rəngli dərman həbinin əsas təsiredici maddəsi metadondur və həmin həbin tərkibində metadonun təsir maddəsinin ümumi miqdarı 0,040 qram təşkil edir. Bir ədəd üzərində “TRAMADOL 50 mq” göstəriciləri olan blister kəsiyində 3 ədəd ağgöy rəngli dərman kapsulunun əsas təsiredici maddəsi tramadoldur və həmin kapsulun tərkibində tramadolun təsir maddəsinin ümumi miqdarı 0,150 qram təşkil edir. Qeyd: Metadon həbinin sayı- 1 ədəd həb, tədqiqata sərf edildi-1/2 hissə həb, qalıq-1/2 hissə həb. Tramadol kapsullarının ümumi sayı -3 ədəd kapsul, tədqiqata sərf edildi -1 ədəd kapsul, qalıq -2 ədəd kapsul. ( İ cild, iş vərəqə 140-147) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş "xxxx" MMC-dən daxil olmuş diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, X5 istifadəsində olan ***- ***-**-** mobil nömrənin sms bölməsinə narkotik vasitələrin alqı-satqısı məzmununda çoxsaylı smslər daxil olmuşdur. (cild 1, iş vərəqə 171) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 1262 saylı rəyində göstərilmişdir ki, müayinə zamanı X6 opioidlərin və psixostimlyatorların birgə qəbulu nəticəsində yaranan ASLİLİQ SİNDİROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. ( İİ cild, iş vərəqə 35-36) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 1254 saylı rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 Məhəmədəli oğlunda opioidlərin və psixostimlyatorların birgə qəbulu nəticəsində yaranan ASLİLİQ SİNDİROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. ( İİ cild, iş vərəqə 31-32) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş “maddi sübutun tanınması haqqında” qərardan görünür ki, X4 götürülmüş təmiz çəkisi 750,00 qram narkotik vasitə heroin, 99,212 qram metamfetamin, Təqsirləndirilən şəxs1 götürülmüş təmiz çəkisi 0,040 qram üzərində “F/M40” göstəricili açıq-qəhvəyi rəngli narkotik vasitə metadon həbi və ümumi çəkisi 0,150 qram olan üzərində “TRAMADOL 50 mq” göstəriciləri olan blister kəsiyində 3 ədəd ağ-göy rəngli güclü təsir edən tramadol həbi cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və tədqiqatdan sonrakı müvafiq təmiz qalıq çəkiləri 749,9 qram narkotik vasitə heroin, 99,112 qram psixotrop maddə metamfetamin, 1/2 hissə (yəni 0,02 qram) üzərində “F/M40” göstəricili açıq-qəhvəyi rəngli narkotik vasitə metadon həbi və 02 ədəd üzərində “TRAMADOL 50 mq” göstəriciləri olan blister kəsiyində 3 ədəd ağ-göy rəngli güclü təsir edən tramadol həbi saxlanılmasından ötrü Sumqayıt ŞPİ-nin maddi sübutların saxlanc otağına təhvil verilmişdir. Həmçinin həmin qərardan görünür ki, “Şəxsi axtarış keçirilməsi və götürmə” haqqında 29 yanvar 2022-ci il tarixli istintaq hərkətinin videoçəkilişi əks etdirilmiş 02 ədəd “DVD” disk, həmçinin “SMS yazışmaları” özündə əks etdirən "xxxx"MMC-dən daxil olmuş xx.xx.2022-ci il tarixli, AZFC/LGL-5386/22 saylı məktuba əlavə edilmiş 01 ədəd CD disk üçün əhəmiyyət kəsb etdiyindən 06 aprel 2022-ci il tarixli qərarla maddi sübut hesab edilmiş və cinayət işinin istintaq materiallarına əlavə edilmişdir. ( İİ cild, 127-130) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistika İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, X10 xx.xx.2021-ci il tarixdə Qaradağ RPİnin İŞ tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunaraq barəsində olan ********* saylı cinayət işi baxılması üçün xx.xx.2021-ci il tarixə aidiyyəti üzrə Qaradağ rayon Məhkəməsinə göndərilmişdir.( İ cild, iş vərəqə 189-190) Elektron məhkəmə-informasiya sistemində olan məlumatlardan və iş materiallarına əlavə edilmiş məhkəmə hökmünün surətindən görünür ki, X10 Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 1(002)-29/2022 saylı xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən X5 şübhəli şəxs kimi tutulduğu 02 (iki) gün müddət ona təyin edilən cəzadan çıxılmış və onun üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. Cinayət işinin istintaqı zamanı Azərbaycan Respublikası Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistika İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 29,177.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmiş, xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası CPM-nin 40.2-ci maddəsinin tələblərinə əsasən cinayət işinin başlanması rədd edilmişdir.( İ cild, 195-196) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Sumqayıt şəhər İcra hakimiyyəti MKTİB-nin 1 saylı MKS tərəfindən verilən xasiyyətnamədən görünür ki, X10 barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. ( İİ cild, iş vərəqə 42) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Sumqayıt şəhər İcra hakimiyyəti MKTİB-nin 1 saylı MKS tərəfindən verilən xasiyyətnamədən görünür ki, yaşadığı müddət ərzində Təqsirləndirilən şəxs1 barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamışdır.( İ cild, iş vərəqə 182) Elektron məhkəmə-informasiya sistemindən əldə edilmiş məlumata əsasən, X5 himayəsində xx.xx.2014-cü il təvəllüdlü X12, xx.xx.2017-ci il təvəllüdlü X15 adlı 02 iki azyaşlı uşağı vardır. Elektron məhkəmə-informasiya sistemindən əldə edilmiş məlumata əsasən, Təqsirləndirilən şəxs1 himayəsində xx.xx.2012-ci il təvəllüdlü X13, xx.xx.2015-ci il təvəllüdlü X14 adlı 02 iki azyaşlı uşağı vardır. Məhkəmə, təqsirləndirilən şəxs X5 Təqsirləndirilən şəxs1 narkotik vasitə satmaması, aşkar ounan narkotik vasitənin və psixotrop maddənin ona məxsus olmaması, polis əməkdaşları tərəfindən ona təzyiq olunması, həmçinin narkotik vasitənin satışı ilə məşğul olmaması barədə məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Bundan başqa təqsirləndirilən şəxs X5 əldə edərək saxladığı narkotik vasitə və psixotrop maddənin külli miqdarda və müxtəlif növlərdə olması, narkotik vasitə satışını ehtiva edən yazışmaların mövcudluğu təqsirləndirilən şəxs X5 məqsədinin məhz narkotik vasitələrin satışı ilə bağlı olduğunun bilavasitə təzahürüdür. Belə ki, təqsirləndirilən şəxs X5 öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla – cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X5 öz müdafiəsi üçün gətirdiyi dəlillər əsasızdır və özünü müdafiə xarakteri daşıyır. Məhkəmədə Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməlini məhkəmə istintaqı zamanı səmimi olaraq etiraf etmişdir. Təqsirləndirilən şəxslər törətdiyi cinayət əməli ilə bağlı ibtidai istintaq zamanı dindirilərkən verdikləri və məhkəmə istintaqında tədqiq edilmiş ilkin etiraf ifadələri iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadələri də sübut kimi qəbul edir. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ağır cinayətlər kateqoriyasına, CMnin 240.1-ci və 234.1-ci maddəsi isə az ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli qərarının izah və tələblərini də rəhbər tutur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununun 10.0.11-ci maddəsində göstərilir ki, «narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir». Azərbaycan Respublikası Ali Məhkəməsinin «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» olan 4 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, «Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanuna əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir.Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən narkotik vasitə olan heroinin və psixotrop maddə olan metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla aşağı həddi isə 2 qram müəyyən edilmişdir. Beləliklə məhkəmə, gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs X5 qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 240.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini, Təqsirləndirilən şəxs1 isə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmələri tam sübuta yetirilmişdir. X10 və Təqsirləndirilən şəxs1 qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidirlər, cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs X7 qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 240.1-ci maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs1 isə qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən X5 himayəsində bir azyaşlı uşağının olması onun cəzasını yüngülləşdirən hal kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 himayəsində bir azyaşlı uşağının olması onun cəzasını yüngülləşdirən hal kimi müəyyən edilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxs X5 cəzanı ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzanı ağırlaşdıran hallar yoxdur. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar CM-nin 9.2-ci maddəsində isə deyilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Cinayət işinin materiallarından görünür ki, 29 yanvar 2022-ci il tarixdə X10 şübhəli şəxs qismində tutulmuş, 30 yanvar 2022-ci il tarixdə Sumqayıt şəhər Məhkəməsinin həmin tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 29 yanvar 2022-ci il tarixdən hesablanmışdır. Məhkəməyə qədər icraat dövründə təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış, məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. ( cild İ, iş vərəqə 19-20, 61, 79-80) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 1(002)-29/2022 saylı xx.xx.2022-ci il tarixli hökmü ilə X7 təyin edilmiş 01 il müddətə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin ediləcək azadlıqdan məhrum etmə cəzası ilə tam toplanılmaqla, həmin cəza çəkildiyindən tam çıxılmalı və X7 azadlıqdan məhrum etmə növündə qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən X5 digər iş üzrə şübhəli şəxs kimi tutulduğu 02 (iki) gün müddət ona təyin edilən azadlıqdan məhrumetmə növündə cəzadan çıxılmalıdır. İbtidai həbs müddəti cəza çəkmə müddətinə daxil edilməklə X5 cəza çəkmə müddətinin əvvəli 29 yanvar 2022-ci il tarixdən başlanmalı, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. CM-nin 56.1.2-ci maddəsinə müvafiq olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işinin materiallarından görünür ki, 29 yanvar 2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutulmuş, 30 yanvar 2022-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri qətimkan tədbiri seçilməklə saxlanıldığı MSY-dən azad edilmişdir. Məhkəməyə qədər icraat dövründə təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. ( İ cild, iş vərəqə 121-122, 157, 174-175) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddəti Cinayət Məcəlləsinin 69.3cü maddəsinə görə azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı, təqsirləndirilən Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət, azadlığın məhdudlaşdırılması cəzasının 04 (dörd) gün müddətinə bərabər tutulmaqla, həmin müddət təyin olunan cəzadan çıxılaraq qəti cəza təyin edilməlidir. Təqsirləndirilən Təqsirləndirilən şəxs1 oğluna təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı və o, həmin cəzanı yaşayış yeri üzrə çəkməlidir. Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yerini saat 00:00-dan 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayon ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələ qoyulmalıdır. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmə cinayət işində olan olan məhkəmə-narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs X7 narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə cinayət işində olan olan məhkəmə-narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, həmçinin, Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub Sumqayıt ŞPİ-nin sübutların saxlama otağına təhvil verilmiş tədqiqatdan sonrakı müvafiq təmiz qalıq çəkiləri 749,9 qram narkotik vasitə heroin, 99,112 qram psixotrop maddə metamfetamin, 1/2 hissə (yəni 0,02 qram) narkotik vasitə metadon həbi və 02 ədəd güclü təsir edən tramadol həbi məhv edilməli, 03 (üç) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 162 ( yüz altmış iki) manat təqsirləndirilən şəxslərin hər birindən ayrı-ayrılıqda 81 (səksən bir) manat məbləğində tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmə hökmü haqqında" 24 dekabr 2021-ci il tarixli 15 nömrəli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökmetdi: X10 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 240.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddəlləri üzrə 09 ( doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 240.1-ci maddəsi üzrə 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə X10 qəti olaraq 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş cəzaya, X7 Bakı şəhər Qaradağ rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(002)-29/2022-cü il tarixli hökmü ilə təyin edilmiş 01 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzası tam toplanılmaqla, həmin cəza çəkildiyindən tam çıxılsın və o, qəti olaraq 10 (on) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən X5 şübhəli şəxs qismində tutularaq həbsdə saxlandığı 02 (iki) gün müddət ona təyin olunan cəzadan çıxılsın və üzərində qəti olaraq 09 il (doqquz) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. X10 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə X5 cəzaçəkmə müddətinin başlanğıcı 29 yanvar 2022-ci il tarixdən hesablansın. X10 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. X7 narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülsün. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 06 ( altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutulduğu və həbsdə saxlandığı 02 gün müddət, azadlığın məhdudlaşdırılması cəzasının 04 gün müddətinə bərabər tutulmaqla, həmin müddət təyin olunan cəzadan çıxılsın və onun üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın və o, həmin cəzanı yaşayış yeri üzrə çəksin. Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yerini saat 00:00-dan 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayon ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olub Sumqayıt ŞPİ-nin sübutların saxlama otağına təhvil verilmiş tədqiqatdan sonrakı müvafiq təmiz qalıq çəkiləri 749,9 qram narkotik vasitə heroin, 99,112 qram psixotrop maddə metamfetamin, 1/2 hissə (yəni 0,02 qram) narkotik vasitə metadon həbi və 02 ədəd güclü təsir edən tramadol həbi məhv edilsin, 03 (üç) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 162 (yüz altmış iki) manat təqsirləndirilən şəxslərin hər birindən ayrı-ayrılıqda 81 (səksən bir) manat məbləğində tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, X7 isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar