Məhkəmə qərarları › İş №1(124)-30/2022

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-30/2022

22.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-30/2022 22.09.2022 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Hümbətov Fəhmin Zaur oğlu (sədrlik edən), X16, Əliyev Hafiz Samir oğlundan ibarət tərkib, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri olan müdafiəçilər: Təqsirləndirilən şəxs1 müdafiəçisi - Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi7, Təqsirləndirilən şəxs2 müdafiəçisi - Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi4, Təqsirləndirilən şəxs3 müdafiəçisi - Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3, Təqsirləndirilən şəxs4 müdafiəçisi - Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs5 müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi8, Təqsirləndirilən şəxs7 müdafiəçisi - Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs6 müdafiəçisi - Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi5, Təqsirləndirilən şəxs8 müdafiəçisi - Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi6, zərərçəkmiş şəxslər: Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6, X4, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs10, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs12 və Zərərçəkmiş şəxs11 iştirakları ilə, xx xxxx 1985-ci ildə Ucar şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, natamam orta təhsilli, subay, işləməyən, məhkumluğu olan, Ucar şəhəri, 20 Yanvar küçəsi, döngə 5, ev 1-də qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 232.2.1 və 234.1-ci, xx xxxxxxx 1995-ci ildə Xaçmaz şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, natamam orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, Xaçmaz şəhəri, Həzi Aslanov küçəsi, dalan 3, ev 4-də qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4 və 232.2.1-ci, xx xxxxxx 1980-ci ildə Ağdam rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, natamam orta təhsilli, evli, işləməyən, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2ə həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4-cü, xx xxxxxx 1995-ci ildə Xaçmaz rayonu, Armudpadar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, Xaçmaz rayonu, Armudpadar kəndində qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 232.2.1-ci, xx xxxxxx 1998-ci ildə Xaçmaz rayonu, Fərzəlioba kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, Xaçmaz rayonu, Fərzəlioba kəndində qeydiyyatda olan və Xaçmaz rayonu, Xudat şəhəri, 3-cü şöbədə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü, xx xxxxxxxx 1999-cu ildə Xaçmaz şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, natamam orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, Xaçmaz rayonu, Yergüc kəndində qeydiyyatda olan və Xaçmaz şəhəri, Dərbənd küçəsi, ev 8-də yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü, xx xxx 1994-cü ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, natamam orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, Xaçmaz şəhəri, Dadaş Bünyadzadə küçəsi, ev 7-də qeydiyyatda olan və yaşayan barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü, xx xxxxxx 1997-ci ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, natamam orta təhsilli, evli, işləməyən, məhkumluğu ödənilmiş, Xaçmaz şəhəri, 1 May küçəsi, ev 9-da qeydiyyatda olan və Xaçmaz şəhəri, Dərbənd küçəsi, ev 8-də yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, hökmetdi: Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında, yaşayış sahəsinə qanunsuz daxil olmaqla, özgənin əmlakını və odlu silahı gizli olaraq talamaqla oğurluq etmişdir Belə ki, o, 2019-cu ilin dekabr ayının axırlarında Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 ilə birlikdə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında hasardan keçməklə Zərərçəkmiş şəxs2 məxsus Xaçmaz şəhəri, X.Şükürov küçəsində yerləşən evin həyətinə daxil olmuş, bundan sonra Təqsirləndirilən şəxs4 həyətdə pusquda dayanıb gözləmiş, onunla Təqsirləndirilən şəxs2 isə pəncərəni açmaqla evə qanunsuz daxil olaraq ikinci mərtəbədəki yataq otağında olan dolabın üstündən 1100 manat dəyərində bir ədəd zavod üsülu ilə istehsal olunmuş 12 kalibrli, «15-1815» nömrəli, «DRAGON MAGNUM» modelli, tək hamarlüləli (yivsiz) pompalı ov tüfəngini, qonaq otağından 700 manat dəyərində bir ədəd «Samsung» markalı televizoru, 1500 manat dəyərində bir ədəd gümüş xəncəri, hər biri 170 manat dəyərində iki ədəd bir litrlik «Beluqa» markalı arağı, 100 manat dəyərində bir ədəd bir litrlik Fransa istehsalı olan «XSO» markalı konyakı, 50 manat dəyərində bir ədəd bir litrlik «Cack Danles» markalı viskini oğurlamaqla zərər çəkmiş şəxsə ümumilikdə 3790 manat məbləğində maddi ziyan vurmuşdur. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında, təkrarən, yaşayış sahəsinə qanunsuz daxil olmaqla, xeyli miqdarda ziyan vurmaqla, özgənin əmlakını və odlu silahı gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, o, 2019-cu ilin dekabr ayının axırlarında Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs4 ilə birlikdə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında hasardan keçməklə Zərərçəkmiş şəxs2 məxsus Xaçmaz şəhəri, X.Şükürov küçəsində yerləşən evin həyətinə daxil olmuş, bundan sonra Təqsirləndirilən şəxs4 həyətdə pusquda dayanıb gözləmiş, onunla Təqsirləndirilən şəxs1 isə pəncərəni açmaqla evə qanunsuz daxil olaraq ikinci mərtəbədəki yataq otağında olan dolabın üstündən 1100 manat dəyərində bir ədəd zavod üsülu ilə istehsal olunmuş 12 kalibrli, «15-1815» nömrəli, «DRAGON MAGNUM» modelli, tək hamarlüləli (yivsiz) pompalı ov tüfəngini, qonaq otağından 700 manat dəyərində bir ədəd «Samsung» markalı televizoru, 1500 manat dəyərində bir ədəd gümüş xəncəri, hər biri 170 manat dəyərində iki ədəd bir litrlik «Beluqa» markalı arağı, 100 manat dəyərində bir ədəd bir litrlik Fransa istehsalı olan «XSO» markalı konyakı, 50 manat dəyərində bir ədəd bir litrlik «Cack Danles» markalı viskini oğurlamaqla zərər çəkmiş şəxsə ümumilikdə 3790 manat məbləğində maddi ziyan vurmuşdur. Bundan başqa o, təkrarən 23 mart 2020-ci il tarixdə saat 01 radələrində, sərxoş vəziyyətdə Təqsirləndirilən şəxs7 ilə birlikdə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Xaçmaz şəhəri, H.Z.Tağıyev küçəsində «Kapital» bankın Xaçmaz rayon filialının yaxınlığında yerləşən Zərərçəkmiş şəxs3 icarə əsasında işlətdiyi mağazanın yaxınlığına gələrək pusquda dayanıb gözləmiş, Təqsirləndirilən şəxs7 isə mağazanın plastik materialdan olan qapısının alt hissəsində olan plasması təpiklə vurmaqla yerindən çıxarıb içəri qanunsuz daxil olaraq şüşə balonun içərisindən 50 qəpiklərdən ibarət 100 manat, piştaxtanın rəfində olan plasmas qabın içərisindən isə 20 manat məbləğində qəpik pullar olmaqla ümumilikdə 120 manat pul vəsaitini, hər bloku 33 manat dəyərində olan 4 blok «Kent», hər bloku 37 manat dəyərində olan 3 blok «Sobranıe», hər bloku 31 manat dəyərində olan 4 blok «Winston», hər bloku 17 manat dəyərində olan 4 blok «Winchester» compact, hər bloku 17 manat dəyərində olan 3 blok «Winchester» nazik, hər bloku 26 manat dəyərində olan 3 blok «LD» nazik, hər bloku 33 manat dəyərində olan 4 blok «Davidoff», hər bloku 20 manat dəyərində olan 5 blok «Want», hər bloku 23 manat dəyərində olan 7 blok «Pallmall» nazik, hər bloku 20 manat dəyərində olan 3 blok «Classic» compact, hər bloku 26 manat dəyərində olan 3 blok «LD» compact, hər bloku 33 manat dəyərində olan 3 blok «Kent» nazik, hər bloku 24 manat dəyərində olan 3 blok «Rothmans» boz, hər bloku 15 manat dəyərində olan 3 blok «Argo» compact, hər bloku 15 manat dəyərində olan 3 blok «Argo» qalın, hər bloku 18 manat dəyərində olan 4 blok «Vıceroy», hər bloku 15 manat dəyərində olan 3 blok «Vegas», hər bloku 15 manat dəyərində olan 4 blok «Prima», hər bloku 16 manat dəyərində olan 4 blok «Bakı» siqaretlərini oğurlamaqla zərər çəkmiş şəxsə ümumilikdə 1717 manat məbləğində maddi ziyan vurmuşdur. Bundan başqa o, təkrarən 07 iyul 2020-ci il tarixdə saat 02 radələrində Təqsirləndirilən şəxs7 və Təqsirləndirilən şəxs5 ilə birlikdə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Xaçmaz şəhəri, H.Z.Tağıyev küçəsində «Kapital» bankın Xaçmaz rayon filialının yaxınlığında yerləşən Zərərçəkmiş şəxs3 icarə əsasında işlətdiyi mağazanın yaxınlığına gəlmiş, bundan sonra Təqsirləndirilən şəxs5 mağazanın yaxınlığında pusquda dayanıb gözləmiş, Təqsirləndirilən şəxs7 yerdən götürdüyü taxta parçasını mağazanın plastik materialdan olan qapsının arasına salıb açdıqdan sonra onlar içəri qanunsuz daxil olaraq hər biri 2 manat dəyərində olan 24 ədəd 0,45 litrlik «Baltika 9» pivəsini, hər biri 1 manat 80 qəpik dəyərində olan 24 ədəd 0,5 litrlik «Kuler» pivəsini, hər biri 1 manat 60 qəpik dəfərində olan 24 ədəd 0,45 litrlik «Xırdalan» pivəsini, hər biri 1 manat dəyərində olan 24 ədəd 0,45 litrlik «GO» enerji içkisini, hər biri 1 manat dəyərində olan 24 ədəd 0,45 litrlik «Bizon» enerji içkisini, hər bloku 37 manat dəyərində olan 2 blok «Sobranıe», hər bloku 33 manat dəyərində olan 5 blok «Kent», hər bloku 23 manat dəyərində olan 3 blok «Pallmall», hər bloku 24 manat dəyərində olan 4 blok «Rothmans» göy, hər bloku 17 manat dəyərində olan 3 blok «Winchester» nazik, hər bloku 17 manat dəyərində olan 3 blok «Winchester» compact, hər bloku 26 manat dəyərində olan 3 blok «LD» nazik, hər bloku 20 manat dəyərində olan 6 blok «Classic» compact, hər bloku 17 manat dəyərində olan 3 blok «Magna» nazik, hər bloku 17 manat dəyərində olan 2 blok «Magna» compact, hər bloku 28 manat dəyərində olan 2 blok «West», hər bloku 33 manat dəyərində olan 2 blok «Davidoff», hər bloku 20 manat dəyərində olan 2 blok «Want», hər bloku 15 manat dəyərində olan 2 blok «Argo» compact, hər bloku 15 manat dəyərində olan 2 blok «Argo» qalın, 15 manat dəyərində olan 1 blok «Prima», 16 manat dəyərində olan 1 blok «Bakı», hər bloku 18 manat dəyərində olan 6 blok «Viceroy», hər bloku 18 manat dəyərində olan 2 blok «Kingston», hər bloku 15 manat dəyərində olan 2 blok «Vegas» siqaretlərini və 15 manat dəyərində Çin istehsalı olan «Nokia» markalı, «X2-02» modelli, 3519xx/xx/268616/1 İMEİ kodlu klassik dizayınlı mobil telefonu oğurlamaqla zərər çəkmiş şəxsə ümumilikdə 1408 manat 60 qəpik məbləğində maddi ziyan vurmuşdur. Bundan başqa o, təkrarən 2020-ci ilin avqust ayının əvvəllərində saat 20 radələrində Təqsirləndirilən şəxs7 və Təqsirləndirilən şəxs5 ilə birlikdə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs4 yaşadığı Xaçmaz şəhəri, Yeni yaşayış massivində yerləşən evin yaxınlığına gəlmiş, bundan sonra Təqsirləndirilən şəxs7 evin yaxınlığında pusquda dayanıb gözləmiş, onunla Oxan Həsənov isə hasardan keçməklə evin həyətinə, daha sonra isə pəncərəni açmaqla evə qanunsuz daxil olaraq yataq otağından hər biri 170 manat dəyərində iki ədəd “Super Madonna” markalı 2,5X3,5 metr ölçülü xalçanı, 150 manat dəyərində bir ədəd Türkiyə istehsalı olan “Suvari” markalı 2x3 metr ölçülü xalçanı, 150 manat dəyərində bir ədəd Türkiyə istehsalı olan “Deniz kızı” markalı 2x3 metr ölçülü xalçanı, hər biri 180 manat dəyərində iki ədəd 1,2X2 metr ölçülü Təbriz xalçasını, 10 manat dəyərində bir ədəd Çin istehsalı olan dairəvi formalı divar saatını, 5 manat dəyərində bir ədəd yun parça materialdan olan 80X40 sm ölçülü pələng formalı oyuncağı, 15 manat dəyərində bir ədəd "SİNBO" markalı paltar ütüsünü, 10 manat dəyərində bir ədəd ventilyatoru, 15 manat dəyərində “TOPFİELD” markalı “TF6100F” modelli tüneri, 20 manat dəyərində bir ədəd «GEEPAS» markalı “GDVD6290” modelli tüneri, 5 manat dəyərində bir cüt Türkiyə istehsalı olan dəri materialdan kənarları açıq qadın yay ayaqqabısını, 10 manat dəyərində bir ədəd Çin istehsalı olan dördkünc formalı divar saatını, 5 manat dəyərində bir ədəd Rusiya istehsalı olan 3 litrlik dəmir çaydanı, 30 manat dəyərində bir ədəd "Eurolux" markalı çörək bişirən sobanı, 15 manat dəyərində bir ədəd "GLORYTEC" markalı, “GTHB-719” modelli 150 W-luq mikseri, 10 manat dəyərində bir ədəd Çin istehsalı olan əllə işləyən ləpəçəkəni, 25 manat dəyərində bir ədəd "Texnolux" markalı ətçəkəni oğurlamaqla zərər çəkmiş şəxsə ümumilikdə 1175 məbləğində maddi ziyan vurmuşdur. Bundan başqa o, təkrarən 2020-ci ilin oktyabr ayının axırlarında saat 02 radələrində Təqsirləndirilən şəxs8 və Təqsirləndirilən şəxs6 ilə birlikdə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında hasardan keçməklə Zərərçəkmiş şəxs5 məxsus Xaçmaz şəhəri, Yeni yaşayış massivində yerləşən evin həyətinə, daha sonra isə özündə olan bıçağın tiyəsini evin ön tərəfində plastik materialdan olan pəncərənin dəstəy olan hissədən arasına salıb açmaqla evə qanunsuz daxil olaraq dəhlizdən 1000 manat dəyərində İtaliya istehsalı olan “İmmergas” markalı, “Mini Eolo” modelli 28 KW-lıq kombi aparatını, 55 manat dəyərində bir ədəd Türkiyə istehsalı olan «Baysallar» markalı kombi üçün stablizatoru, 120 manat dəyərində bir ədəd 12 seksiyalı, hər biri 130 manat dəyərində iki ədəd 13 seksiyalı, hər biri 150 manat dəyərində iki ədəd 15 seksiyalı, 170 manat dəyərində bir ədəd 17 seksiyalı təzə vəziyyətdə olan radiatorları oğurlamaqla zərər çəkmiş şəxsə ümumilikdə 1905 manat məbləğində maddi ziyan vurmuşdur. Bundan başqa o, təkrarən 05 dekabr 2020-ci il tarixdə saat 12:30 radələrində Təqsirləndirilən şəxs3 ilə birlikdə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs6 yaşadığı Xaçmaz şəhəri, Ş.Şamil küçəsi, 7 nömrəli evin yaxınlığına gələrək pusquda dayanıb gözləmiş, Təqsirləndirilən şəxs3 isə hasardan keçməklə evin həyətinə daha sonra isə qapını üzərində olan açarla açmaqla evə qanunsuz daxil olaraq yataq otağındakı şkafın üst rəfində olan qutunun içərisindən 3500 manat dəyərində 20 qram çəkidə 750 əyarlı, üst hissələri və klonu yarpaq formasında olmaqla üzərində xırda ağ brilliant qaşlar olan qızıl qolbağı, boyunbağı, sırğa cütü və üzük dəstini, 550 manat dəyərində 6 qram çəkidə 750 əyarlı, kvadrat formasında olmaqla üzərində xırda ağ brilliant qaşlar olan qızıl qadın üzüyünü, 360 manat dəyərində 6 qram çəkidə 583 əyarlı, kvadrat formasında qızıl qadın üzüyünü, 300 manat dəyərində 5 qram çəkidə 583 əyarlı, üst hissəsi paxlava formasında olan qızıl qadın üzüyünü, 270 manat dəyərində 4,5 qram çəkidə 583 əyarlı qaşsız qızıl qadın üzüyünü, şkafda olan dəmir qutunun içərisindən isə 2 ədəd bir manatlıq əskinasları və 100 manat məbləğində qəpik pulları oğurlamaqla zərər çəkmiş şəxsə ümumilikdə 5082 manat məbləğində maddi ziyan vurmuşdur. Bundan başqa o, təkrarən 26 dekabr 2020-ci il tarixdə saat 20 radələrində Təqsirləndirilən şəxs3 ilə birlikdə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs7 yaşadığı Xaçmaz şəhəri, Mehmandarov küçəsi, 49 nömrəli evin yaxınlığına gələrək pusquda dayanıb gözləmiş, Təqsirləndirilən şəxs3 isə hasardan keçməklə evin həyətinə daha sonra isə yataq otağının pəncərəsini açmaqla evə qanunsuz daxil olaraq qonaq otağında olan mebelin üst gözündən 900 manat dəyərində 15 qram çəkidə 585 əyarlı fantaziya adlanan sırğa cütü-üzük dəstini, 240 manat dəyərində 4 qram çəkidə 585 əyarlı kitab formasında qızıl qadın üzüyünü, 300 manat dəyərində 5 qram çəkidə 585 əyarlı qızıl qadın üzüyünü, 373 manat dəyərində 5,81 qram çəkidə 585 əyarlı brilliant qaşlı qızıl kişi üzüyünü və 540 manat dəyərində 9 qram çəkidə 585 əyarlı qızıl qolbağını oğurlamaqla zərər çəkmiş şəxsə ümumilikdə 2353 manat məbləğində maddi ziyan vurmuşdur. Bundan başqa o, təkrarən 2021-ci ilin yanvar ayının əvvəllərində saat 01 radələrində Təqsirləndirilən şəxs5 ilə birlikdə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında hasardan keçməklə Zərərçəkmiş şəxs8 məxsus ünvan 5 evin həyətinə, daha sonra isə özündə olan bıçağın tiyəsini evin ön tərəfində plastik materialdan olan pəncərənin dəstəy olan hissədən arasına salıb açmaqla evə qanunsuz daxil olaraq yataq otağından 800 manat dəyərində bir ədəd «Samsung» markalı «UE32N4500AU» modelli, 32 düymlü, 81 dioqanallı televizoru gizli olaraq talamaqla oğurlamışdır. Bundan başqa o, təkrarən 19 yanvar 2021-ci il tarixdə saat 16 radələrində Təqsirləndirilən şəxs3 ilə birlikdə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs9 yaşadığı Xaçmaz şəhəri, 21-ci məhəllədəki evin yaxınlığına gələrək pusquda dayanıb gözləmiş, Təqsirləndirilən şəxs3 isə hasardan keçməklə evin həyətinə daha sonra isə mətbəxin pəncərəsini açmaqla evə qanunsuz daxil olaraq yataq otağında yastıqların arasında olan pul kisəsindən 2500 manat pul vəsaitini gizli olaraq talamaqla oğurlamışdır. Bundan başqa o, təkrarən 01 fevral 2021-ci il tarixdə saat 19 radələrində Təqsirləndirilən şəxs3 ilə birlikdə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs10 yaşadığı Xaçmaz şəhəri, İ.Rəsulov küçəsi, 16 nömrəli evin yaxınlığına gələrək pusquda dayanıb gözləmiş, Təqsirləndirilən şəxs3 isə açarla qapını açmaqla evin həyətinə, daha sonra isə evə qanunsuz daxil olaraq birinci mərtəbədə, yataq otağında olan şkafdakı pul kisəsindən 42 manat pul vəsaitini, həmin otaqdakı şkafın üstündə olan qabın içərisindən 420 manat dəyərində 7 qram çəkidə 583 əyarlı, yarpaq formasında bir cüt qaşsız qızıl sırğanı, ikinci mərtəbədə yataq otağında olan sandığın içərisindən isə 600 manat pul vəsaitini və 600 manat dəyərində 10 qram çəkidə 583 əyarlı qaşsız qızıl boyunbağını oğurlamaqla zərər çəkmiş şəxsə ümumilikdə 1662 manat məbləğində maddi ziyan vurmuşdur. Bundan başqa o, təkrarən12 fevral 2021-ci il tarixdə saat 18 radələrində Təqsirləndirilən şəxs3 ilə birlikdə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs1 yaşadığı Xaçmaz şəhəri, Tomris küçəsi, 01 nömrəli evin yaxınlığına gələrək pusquda dayanıb gözləmiş, Təqsirləndirilən şəxs3 isə həyət qapsının üstündən keçməklə evin həyətinə, daha sonra isə vintaçanla yataq otağının pəncərəsini açmaqla evə qanunsuz daxil olaraq yataq otağında olan termonun alt siyirməsindən 40 manat dəyərində Çin istehsalı olan «LEAGOO» markalı, «M8» modelli, **********37214 İMEİ kodlu mobil telefonu, 10 manat dəyərində «Micromax» markalı, «X088» modelli, **********11249 İMEİ kodlu mobil telefonu, qonaq otağında olan termonun üstündən isə 1386 manat məbləğində 60000 rus rublunu, 20 manat dəyərində Çin istehsalı olan «Nokia» markalı, «TA-1029» modelli, **********2325 İMEİ kodlu mobil telefonu və 10 manat dəyərində «Vertex» markalı, «M105» modelli, **********83990 İMEİ kodlu mobil telefonu oğurlamaqla zərər çəkmiş şəxsə ümumilikdə 1466 manat məbləğində maddi ziyan vurmuşdur. Bundan başqa o, təkrarən 12 fevral 2021-ci il tarixdə saat 18:40 radələrində Təqsirləndirilən şəxs3 ilə birlikdə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs12 yaşadığı Xaçmaz şəhəri, Dilarə Əliyeva küçəsi, 7 nömrəli evin yaxınlığına gələrək pusquda dayanıb gözləmiş, Təqsirləndirilən şəxs3 isə hasardan keçməklə evin həyətinə, daha sonra isə vintaçanla dəhlizin pəncərəsini açmaqla evə qanunsuz daxil olaraq ikinci mərtəbədə yataq otağında olan şkafdakı pul kisəsindən 30 manat dəyərində bir ədəd iç tərəfində «ROLEX» yazısı olan qadın qol saatını, 25 manat dəyərində bir ədəd iç tərəfində «MİCHAEL KORS» yazısı olan qadın qol saatını, 70 manat dəyərində bir ədəd iç tərəfində «CURREN BLANCHE» yazısı olan qadın qol saatını, 14 manat 20 qəpik məbləğində 355000 İran rialını, 2,9004 manat məbləğində 12 Türk lirəsini, həmin şkafın üst rəfindən hər biri 3 manat dəyərində iki ədəd titan diş qapaqlarını, digər yataq otağında olan güzgülü termonun üst rəfindən isə 10 manat dəyərində üzərində şəffaf qaşlar olan yarpaq formasında qırmızımtıl rəngli qadın üzüyünü, 7 manat dəyərində üzərində şəffaf qaşlar olan gümüşü rəngli qadın üzüyünü, 4 manat dəyərində üzərində şəffaf qaşlar olan gümüşü rəngli qadın üzüyünü, 6 manat dəyərində üzərində şəffaf qaşlar olan gümüşü rəngli qadın üzüyünü, 5 manat dəyərində üzərində şəffaf qaşlar olan gümüşü rəngli qadın üzüyünü, 15 manat dəyərində üzərində şəffaf qaşlar olan tac formalı gümüşü rəngli qadın üzüyünü, hər birini 8 manat dəyərində olan iki ədəd qırmızımtıl rəngli qaşsız üzükləri, 15 manat dəyərində üzərində ağ rəngli muncuq və şəffaf qaşlar olan sırğa cütünü, 12 manat dəyərində gümüşü rəngli kulonlu boyunbağını, 10 manat dəyərində üzərində şəffaf qaşlar və müxtəlif rəngli göz muncuqları olan qolbağını, 50 manat dəyərində üzük, sırğa və kulondan ibarət bujiteriya dəstini oğurlamaqla zərər çəkmiş şəxsə ümumilikdə 298,1004 manat məbləğində maddi ziyan vurmuşdur. Bundan başqa o, təkrarən 12 fevral 2021-ci il tarixdə saat 19:50 radələrində Təqsirləndirilən şəxs3 ilə birlikdə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs11 yaşadığı ünvan 6 evin yaxınlığına gələrək pusquda dayanıb gözləmiş, Təqsirləndirilən şəxs3 isə hasardan keçməklə evin həyətinə, daha sonra isə qapını açmaqla evə qanunsuz daxil olaraq qonaq otağında olan servantın rəfindəki qabların içərisindən 20 və 50 qəpiklərdən ibarət 70 manat məbləğində pul vəsaitini, yataq otağında olan güzgülü termonun rəfindən isə 30 manat dəyərində Vyetnam istehsalı olan «Samsung J8» markalı **********79943 İMEİ kodlu mobil telefonu və 10 manat dəyərində Vyetnam istehsalı olan «Bilayn A100» markalı **********8519 İMEİ kodlu mobil telefonu oğurlamaqla zərər çəkmiş şəxsə ümumilikdə 110 manat məbləğində maddi ziyan vurmuşdur. Təqsirləndirilən şəxs4 qabaqcadan əlbir olan bir qrup şəxs halında, yaşayış sahəsinə qanunsuz daxil olmaqla, özgənin əmlakını və odlu silahı gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, o, 2019-cu ilin dekabr ayının axırlarında Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə birlikdə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında hasardan keçməklə Zərərçəkmiş şəxs2 məxsus Xaçmaz şəhəri, X.Şükürov küçəsində yerləşən evin həyətinə daxil olaraq pusquda dayanıb gözləmiş, Təqsirləndirilən şəxs2la Təqsirləndirilən şəxs1 isə pəncərəni açmaqla evə qanunsuz daxil olaraq ikinci mərtəbədəki yataq otağında olan dolabın üstündən 1100 manat dəyərində bir ədəd zavod üsülu ilə istehsal olunmuş 12 kalibrli, «15-1815» nömrəli, «DRAGON MAGNUM» modelli, tək hamarlüləli (yivsiz) pompalı ov tüfəngini, qonaq otağından 700 manat dəyərində bir ədəd «Samsung» markalı televizoru, 1500 manat dəyərində bir ədəd gümüş xəncəri, hər biri 170 manat dəyərində iki ədəd bir litrlik «Beluqa» markalı arağı, 100 manat dəyərində bir ədəd bir litrlik Fransa istehsalı olan «XSO» markalı konyakı, 50 manat dəyərində bir ədəd bir litrlik «Cack Danles» markalı viskini oğurlamaqla zərər çəkmiş şəxsə ümumilikdə 3790 manat məbləğində maddi ziyan vurmuş, bununla da o, qabaqcadan əlbir olan bir qrup şəxs halında, yaşayış sahəsinə qanunsuz daxil olmaqla, özgənin əmlakını və odlu silahı gizli olaraq talamaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs3 qabaqcadan əlbir olan bir qrup şəxs halında, təkrarən, yaşayış sahəsinə qanunsuz daxil olmaqla, xeyli miqdarda ziyan vurmaqla, özgənin əmlakını gizli olaraq talamaqla, oğurluq etmişdir. Belə ki, o, Binəqədi rayon məhkəməsinin 30 may 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsi ilə təqsirli bilinib CM-nin 67-ci maddəsinə əsasən 03 il 04 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə baxmayaraq məhkumluğu ödənilmədiyi və götürülmədiyi halda 05 dekabr 2020-ci il tarixdə saat 12:30 radələrində Təqsirləndirilən şəxs2 ilə birlikdə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs6 yaşadığı Xaçmaz şəhəri, Ş.Şamil küçəsi, 7 nömrəli evin yaxınlığına gəlmiş, bundan sonra Təqsirləndirilən şəxs2 evin yaxınlığında pusquda dayanıb gözləmiş, o, özü isə hasardan keçməklə evin həyətinə, daha sonra isə qapını üzərində olan açarla açmaqla evə qanunsuz daxil olaraq yataq otağındakı şkafın üst rəfində olan qutunun içərisindən 3500 manat dəyərində 20 qram çəkidə 750 əyarlı, üst hissələri və klonu yarpaq formasında olmaqla üzərində xırda ağ brilliant qaşlar olan qızıl qolbağı, boyunbağı, sırğa cütü və üzük dəstini, 550 manat dəyərində 6 qram çəkidə 750 əyarlı, kvadrat formasında olmaqla üzərində xırda ağ brilliant qaşlar olan qızıl qadın üzüyünü, 360 manat dəyərində 6 qram çəkidə 583 əyarlı, kvadrat formasında qızıl qadın üzüyünü, 300 manat dəyərində 5 qram çəkidə 583 əyarlı, üst hissəsi paxlava formasında olan qızıl qadın üzüyünü, 270 manat dəyərində 4,5 qram çəkidə 583 əyarlı qaşsız qızıl qadın üzüyünü, şkafda olan dəmir qutunun içərisindən isə 2 ədəd bir manatlıq əskinasları və 100 manat məbləğində qəpik pulları oğurlamaqla zərər çəkmiş şəxsə ümumilikdə 5082 manat məbləğində maddi ziyan vurmuşdur. Bundan başqa o, təkrarən 26 dekabr 2020-ci il tarixdə saat 20 radələrində Təqsirləndirilən şəxs2 ilə birlikdə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs7 yaşadığı Xaçmaz şəhəri, Mehmandarov küçəsi, 49 nömrəli evin yaxınlığına gəlmiş, bundan sonra Təqsirləndirilən şəxs2 evin yaxınlığında pusquda dayanıb gözləmiş, o, özü isə hasardan keçməklə evin həyətinə, daha sonra isə yataq otağının pəncərəsini açmaqla evə qanunsuz daxil olaraq qonaq otağında olan mebelin üst gözündən 900 manat dəyərində 15 qram çəkidə 585 əyarlı fantaziya adlanan sırğa cütü-üzük dəstini, 240 manat dəyərində 4 qram çəkidə 585 əyarlı kitab formasında qızıl qadın üzüyünü, 300 manat dəyərində 5 qram çəkidə 585 əyarlı qızıl qadın üzüyünü, 373 manat dəyərində 5,81 qram çəkidə 585 əyarlı brilliant qaşlı qızıl kişi üzüyünü və 540 manat dəyərində 9 qram çəkidə 585 əyarlı qızıl qolbağını oğurlamaqla zərər çəkmiş şəxsə ümumilikdə 2353 manat məbləğində maddi ziyan vurmuşdur. Bundan başqa o, təkrarən 19 yanvar 2021-ci il tarixdə saat 16 radələrində Təqsirləndirilən şəxs2 ilə birlikdə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs9 yaşadığı Xaçmaz şəhəri, 21-ci məhəllədəki evin yaxınlığına gəlmiş, bundan sonra Təqsirləndirilən şəxs2 evin yaxınlığında pusquda dayanıb gözləmiş, o, özü isə hasardan keçməklə evin həyətinə, daha sonra isə mətbəxin pəncərəsini açmaqla evə qanunsuz daxil olaraq yataq otağında yastıqların arasında olan pul kisəsindən 2500 manat pul vəsaitini gizli olaraq talamaqla oğurlamışdır. Bundan başqa o, təkrarən 01 fevral 2021-ci il tarixdə saat 19 radələrində Təqsirləndirilən şəxs2 ilə birlikdə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs10 yaşadığı Xaçmaz şəhəri, İ.Rəsulov küçəsi, 16 nömrəli evin yaxınlığına gəlmiş, bundan sonra Təqsirləndirilən şəxs2 evin yaxınlığında pusquda dayanıb gözləmiş, o, özü isə açarla qapını açmaqla evin həyətinə, daha sonra isə evə qanunsuz daxil olaraq birinci mərtəbədə, yataq otağında olan şkafdakı pul kisəsindən 42 manat pul vəsaitini, həmin otaqdakı şkafın üstündə olan qabın içərisindən 420 manat dəyərində 7 qram çəkidə 583 əyarlı, yarpaq formasında bir cüt qaşsız qızıl sırğanı, ikinci mərtəbədə yataq otağında olan sandığın içərisindən isə 600 manat pul vəsaitini və 600 manat dəyərində 10 qram çəkidə 583 əyarlı qaşsız qızıl boyunbağını oğurlamaqla zərər çəkmiş şəxsə ümumilikdə 1662 manat məbləğində maddi ziyan vurmuşdur. Bundan başqa o, təkrarən12 fevral 2021-ci il tarixdə saat 18 radələrində Təqsirləndirilən şəxs2 ilə birlikdə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs1 yaşadığı Xaçmaz şəhəri, Tomris küçəsi, 01 nömrəli evin yaxınlığına gəlmiş, bundan sonra Təqsirləndirilən şəxs2 evin yaxınlığında pusquda dayanıb gözləmiş, o, özü isə həyət qapsının üstündən keçməklə evin həyətinə, daha sonra isə vintaçanla yataq otağının pəncərəsini açmaqla evə qanunsuz daxil olaraq yataq otağında olan termonun alt siyirməsindən 40 manat dəyərində Çin istehsalı olan «LEAGOO» markalı, «M8» modelli, **********37214 İMEİ kodlu mobil telefonu, 10 manat dəyərində «Micromax» markalı, «X088» modelli, **********11249 İMEİ kodlu mobil telefonu, qonaq otağında olan termonun üstündən isə 1386 manat məbləğində 60000 rus rublunu, 20 manat dəyərində Çin istehsalı olan «Nokia» markalı, «TA-1029» modelli, **********2325 İMEİ kodlu mobil telefonu və 10 manat dəyərində «Vertex» markalı, «M105» modelli, **********83990 İMEİ kodlu mobil telefonu oğurlamaqla zərər çəkmiş şəxsə ümumilikdə 1466 manat məbləğində maddi ziyan vurmuşdur. Bundan başqa o, təkrarən 12 fevral 2021-ci il tarixdə saat 18:40 radələrində Təqsirləndirilən şəxs2 ilə birlikdə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs12 yaşadığı Xaçmaz şəhəri, Dilarə Əliyeva küçəsi, 7 nömrəli evin yaxınlığına gəlmiş, bundan sonra Təqsirləndirilən şəxs2 evin yaxınlığında pusquda dayanıb gözləmiş, o, özü isə hasardan keçməklə evin həyətinə, daha sonra isə vintaçanla dəhlizin pəncərəsini açmaqla evə qanunsuz daxil olaraq ikinci mərtəbədə yataq otağında olan şkafdakı pul kisəsindən 30 manat dəyərində bir ədəd iç tərəfində «ROLEX» yazısı olan qadın qol saatını, 25 manat dəyərində bir ədəd iç tərəfində «MİCHAEL KORS» yazısı olan qadın qol saatını, 70 manat dəyərində bir ədəd iç tərəfində «CURREN BLANCHE» yazısı olan qadın qol saatını, 14 manat 20 qəpik məbləğində 355000 İran rialını, 2,9004 manat məbləğində 12 Türk lirəsini, hər biri 3 manat dəyərində iki ədəd titan diş qapaqlarını, digər yataq otağında olan güzgülü termonun üst rəfindən isə 10 manat dəyərində üzərində şəffaf qaşlar olan yarpaq formasında qırmızımtıl rəngli qadın üzüyünü, 7 manat dəyərində üzərində şəffaf qaşlar olan gümüşü rəngli qadın üzüyünü, 4 manat dəyərində üzərində şəffaf qaşlar olan gümüşü rəngli qadın üzüyünü, 6 manat dəyərində üzərində şəffaf qaşlar olan gümüşü rəngli qadın üzüyünü, 5 manat dəyərində üzərində şəffaf qaşlar olan gümüşü rəngli qadın üzüyünü, 15 manat dəyərində üzərində şəffaf qaşlar olan tac formalı gümüşü rəngli qadın üzüyünü, hər birini 8 manat dəyərində olan iki ədəd qırmızımtıl rəngli qaşsız üzükləri, 15 manat dəyərində üzərində ağ rəngli muncuq və şəffaf qaşlar olan sırğa cütünü, 12 manat dəyərində gümüşü rəngli kulonlu boyunbağını, 10 manat dəyərində üzərində şəffaf qaşlar və müxtəlif rəngli göz muncuqları olan qolbağını, 50 manat dəyərində üzük, sırğa və kulondan ibarət bujiteriya dəstini oğurlamaqla zərər çəkmiş şəxsə ümumilikdə 298,1004 manat məbləğində maddi ziyan vurmuşdur. Bundan başqa o, təkrarən 12 fevral 2021-ci il tarixdə saat 19:50 radələrində Təqsirləndirilən şəxs2 ilə birlikdə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs11 yaşadığı ünvan 6 evin yaxınlığına gəlmiş, bundan sonra Təqsirləndirilən şəxs2 evin yaxınlığında pusquda dayanıb gözləmiş, o, özü isə hasardan keçməklə evin həyətinə, daha sonra isə qapını açmaqla evə qanunsuz daxil olaraq qonaq otağında olan servantın rəfindəki qabların içərisindən 20 və 50 qəpiklərdən ibarət 70 manat məbləğində pul vəsaitini, yataq otağında olan güzgülü termonun rəfindən isə 30 manat dəyərində Vyetnam istehsalı olan «Samsung J8» markalı **********79943 İMEİ kodlu mobil telefonu və 10 manat dəyərində Vyetnam istehsalı olan «Bilayn A100» markalı **********8519 İMEİ kodlu mobil telefonu oğurlamaqla zərər çəkmiş şəxsə ümumilikdə 110 manat məbləğində maddi ziyan vurmuşdur. Təqsirləndirilən şəxs5 qabaqcadan əlbir olan bir qrup şəxs halında, təkrarən, yaşayış sahəsinə qanunsuz daxil olmaqla, özgənin əmlakını gizli olaraq talamaqla, oğurluq etmişdir. Belə ki, o, 07 iyul 2020-ci il tarixdə saat 02 radələrində Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs7 ilə birlikdə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Xaçmaz şəhəri, H.Z.Tağıyev küçəsində «Kapital» bankın Xaçmaz rayon filialının yaxınlığında yerləşən Zərərçəkmiş şəxs3 icarə əsasında işlətdiyi mağazanın yaxınlığına gələrək pusquda dayanıb gözləmiş, Təqsirləndirilən şəxs7 yerdən götürdüyü taxta parçasını mağazanın plastik materialdan olan qapsının arasına salıb açdıqdan sonra Təqsirləndirilən şəxs2la birlikdə içəri qanunsuz daxil olaraq hər biri 2 manat dəyərində olan 24 ədəd 0,45 litrlik «Baltika 9» pivəsini, hər biri 1 manat 80 qəpik dəyərində olan 24 ədəd 0,5 litrlik «Kuler» pivəsini, hər biri 1 manat 60 qəpik dəfərində olan 24 ədəd 0,45 litrlik «Xırdalan» pivəsini, hər biri 1 manat dəyərində olan 24 ədəd 0,45 litrlik «GO» enerji içkisini, hər biri 1 manat dəyərində olan 24 ədəd 0,45 litrlik «Bizon» enerji içkisini, hər bloku 37 manat dəyərində olan 2 blok «Sobranıe», hər bloku 33 manat dəyərində olan 5 blok «Kent», hər bloku 23 manat dəyərində olan 3 blok «Pallmall», hər bloku 24 manat dəyərində olan 4 blok «Rothmans» göy, hər bloku 17 manat dəyərində olan 3 blok «Winchester» nazik, hər bloku 17 manat dəyərində olan 3 blok «Winchester» compact, hər bloku 26 manat dəyərində olan 3 blok «LD» nazik, hər bloku 20 manat dəyərində olan 6 blok «Classic» compact, hər bloku 17 manat dəyərində olan 3 blok «Magna» nazik, hər bloku 17 manat dəyərində olan 2 blok «Magna» compact, hər bloku 28 manat dəyərində olan 2 blok «West», hər bloku 33 manat dəyərində olan 2 blok «Davidoff», hər bloku 20 manat dəyərində olan 2 blok «Want», hər bloku 15 manat dəyərində olan 2 blok «Argo» compact, hər bloku 15 manat dəyərində olan 2 blok «Argo» qalın, 15 manat dəyərində olan 1 blok «Prima», 16 manat dəyərində olan 1 blok «Bakı», hər bloku 18 manat dəyərində olan 6 blok «Viceroy», hər bloku 18 manat dəyərində olan 2 blok «Kingston», hər bloku 15 manat dəyərində olan 2 blok «Vegas» siqaretlərini və 15 manat dəyərində Çin istehsalı olan «Nokia» markalı, «X2-02» modelli, 3519xx/xx/268616/1 İMEİ kodlu klassik dizayınlı mobil telefonu oğurlamaqla zərər çəkmiş şəxsə ümumilikdə 1408 manat 60 qəpik məbləğində maddi ziyan vurmuşdur. Bundan başqa o, təkrarən 2020-ci ilin avqust ayının əvvəllərində saat 20 radələrində Təqsirləndirilən şəxs2 ilə birlikdə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs4 yaşadığı Xaçmaz şəhəri, Yeni yaşayış massivində yerləşən evin yaxınlığına gəlmiş, bundan sonra Təqsirləndirilən şəxs7 evin yaxınlığında pusquda dayanıb gözləmiş, onunla Təqsirləndirilən şəxs2 isə hasardan keçməklə evin həyətinə, daha sonra isə pəncərəni açmaqla evə qanunsuz daxil olaraq yataq otağından hər biri 170 manat dəyərində iki ədəd “Super Madonna” markalı 2,5X3,5 metr ölçülü xalçanı, 150 manat dəyərində bir ədəd Türkiyə istehsalı olan “Suvari” markalı 2x3 metr ölçülü xalçanı, 150 manat dəyərində bir ədəd Türkiyə istehsalı olan “Deniz kızı” markalı 2x3 metr ölçülü xalçanı, hər biri 180 manat dəyərində iki ədəd 1,2X2 metr ölçülü Təbriz xalçasını, 10 manat dəyərində bir ədəd Çin istehsalı olan dairəvi formalı divar saatını, 5 manat dəyərində bir ədəd yun parça materialdan olan 80X40 sm ölçülü pələng formalı oyuncağı, 15 manat dəyərində bir ədəd "SİNBO" markalı paltar ütüsünü, 10 manat dəyərində bir ədəd ventilyatoru, 15 manat dəyərində “TOPFİELD” markalı “TF6100F” modelli tüneri, 20 manat dəyərində bir ədəd «GEEPAS» markalı “GDVD6290” modelli tüneri, 5 manat dəyərində bir cüt Türkiyə istehsalı olan dəri materialdan kənarları açıq qadın yay ayaqqabısını, 10 manat dəyərində bir ədəd Çin istehsalı olan dördkünc formalı divar saatını, 5 manat dəyərində bir ədəd Rusiya istehsalı olan 3 litrlik dəmir çaydanı, 30 manat dəyərində bir ədəd "Eurolux" markalı çörək bişirən sobanı, 15 manat dəyərində bir ədəd "GLORYTEC" markalı, “GTHB-719” modelli 150 W-luq mikseri, 10 manat dəyərində bir ədəd Çin istehsalı olan əllə işləyən ləpəçəkəni, 25 manat dəyərində bir ədəd "Texnolux" markalı ətçəkəni oğurlamaqla zərər çəkmiş şəxsə ümumilikdə 1175 məbləğində maddi ziyan vurmuşdur. Bundan başqa o, təkrarən 2021-ci ilin yanvar ayının əvvəllərində saat 01 radələrində Təqsirləndirilən şəxs2 ilə birlikdə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında hasardan keçməklə Zərərçəkmiş şəxs8 məxsus ünvan 5 evin həyətinə, daha sonra isə Təqsirləndirilən şəxs2 özündə olan bıçağın tiyəsini evin ön tərəfində plastik materialdan olan pəncərənin dəstəy olan hissədən arasına salıb açdıqdan sonra evə qanunsuz daxil olaraq yataq otağından 800 manat dəyərində bir ədəd «Samsung» markalı «UE32N4500AU» modelli, 32 düymlü, 81 dioqanallı televizoru gizli olaraq talamaqla oğurlamışdır. Təqsirləndirilən şəxs7 qabaqcadan əlbir olan bir qrup şəxs halında, təkrarən, yaşayış sahəsinə qanunsuz daxil olmaqla, özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, o, 23 mart 2020-ci il tarixdə saat 01 radələrində, sərxoş vəziyyətdə Təqsirləndirilən şəxs2 ilə birlikdə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Xaçmaz şəhəri, H.Z.Tağıyev küçəsində «Kapital» bankın Xaçmaz rayon filialının yaxınlığında yerləşən Zərərçəkmiş şəxs3 icarə əsasında işlətdiyi mağazanın yaxınlığına gəlmiş, bundan sonra Təqsirləndirilən şəxs2 mağazanın yaxınlığında pusquda dayanıb gözləmiş, o, özü isə mağazanın plastik materialdan olan qapısının alt hissəsində olan plasması təpiklə vurmaqla yerindən çıxarıb içəri qanunsuz daxil olaraq 50 qəpiklərdən ibarət 120 manat pul vəsaitini, hər bloku 33 manat dəyərində olan 4 blok «Kent», hər bloku 37 manat dəyərində olan 3 blok «Sobranıe», hər bloku 31 manat dəyərində olan 4 blok «Winston», hər bloku 17 manat dəyərində olan 4 blok «Winchester» compact, hər bloku 17 manat dəyərində olan 3 blok «Winchester» nazik, hər bloku 26 manat dəyərində olan 3 blok «LD» nazik, hər bloku 33 manat dəyərində olan 4 blok «Davidoff», hər bloku 20 manat dəyərində olan 5 blok «Want», hər bloku 23 manat dəyərində olan 7 blok «Pallmall» nazik, hər bloku 20 manat dəyərində olan 3 blok «Classic» compact, hər bloku 26 manat dəyərində olan 3 blok «LD» compact, hər bloku 33 manat dəyərində olan 3 blok «Kent» nazik, hər bloku 24 manat dəyərində olan 3 blok «Rothmans» boz, hər bloku 15 manat dəyərində olan 3 blok «Argo» compact, hər bloku 15 manat dəyərində olan 3 blok «Argo» qalın, hər bloku 18 manat dəyərində olan 4 blok «Vıceroy», hər bloku 15 manat dəyərində olan 3 blok «Vegas», hər bloku 15 manat dəyərində olan 4 blok «Prima», hər bloku 16 manat dəyərində olan 4 blok «Bakı» siqaretləri oğurlamaqla zərər çəkmiş şəxsə ümumilikdə 1717 manat məbləğində maddi ziyan vurmuşdur. Bundan başqa o, təkrarən 07 iyul 2020-ci il tarixdə saat 02 radələrində Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs5 ilə birlikdə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Xaçmaz şəhəri, H.Z.Tağıyev küçəsində «Kapital» bankın Xaçmaz rayon filialının yaxınlığında yerləşən Zərərçəkmiş şəxs3 icarə əsasında işlətdiyi mağazanın yaxınlığına gəlmiş, bundan sonra Təqsirləndirilən şəxs5 mağazanın yaxınlığında pusquda dayanıb gözləmiş, o, özü yerdən götürdüyü taxta parçasını mağazanın plastik materialdan olan qapsının arasına salıb açdıqdan sonra Təqsirləndirilən şəxs2la birlikdə içəri qanunsuz daxil olaraq hər biri 2 manat dəyərində olan 24 ədəd 0,45 litrlik «Baltika 9» pivəsini, hər biri 1 manat 80 qəpik dəyərində olan 24 ədəd 0,5 litrlik «Kuler» pivəsini, hər biri 1 manat 60 qəpik dəfərində olan 24 ədəd 0,45 litrlik «Xırdalan» pivəsini, hər biri 1 manat dəyərində olan 24 ədəd 0,45 litrlik «GO» enerji içkisini, hər biri 1 manat dəyərində olan 24 ədəd 0,45 litrlik «Bizon» enerji içkisini, hər bloku 37 manat dəyərində olan 2 blok «Sobranıe», hər bloku 33 manat dəyərində olan 5 blok «Kent», hər bloku 23 manat dəyərində olan 3 blok «Pallmall», hər bloku 24 manat dəyərində olan 4 blok «Rothmans» göy, hər bloku 17 manat dəyərində olan 3 blok «Winchester» nazik, hər bloku 17 manat dəyərində olan 3 blok «Winchester» compact, hər bloku 26 manat dəyərində olan 3 blok «LD» nazik, hər bloku 20 manat dəyərində olan 6 blok «Classic» compact, hər bloku 17 manat dəyərində olan 3 blok «Magna» nazik, hər bloku 17 manat dəyərində olan 2 blok «Magna» compact, hər bloku 28 manat dəyərində olan 2 blok «West», hər bloku 33 manat dəyərində olan 2 blok «Davidoff», hər bloku 20 manat dəyərində olan 2 blok «Want», hər bloku 15 manat dəyərində olan 2 blok «Argo» compact, hər bloku 15 manat dəyərində olan 2 blok «Argo» qalın, 15 manat dəyərində olan 1 blok «Prima», 16 manat dəyərində olan 1 blok «Bakı», hər bloku 18 manat dəyərində olan 6 blok «Viceroy», hər bloku 18 manat dəyərində olan 2 blok «Kingston», hər bloku 15 manat dəyərində olan 2 blok «Vegas» siqaretlərini və 15 manat dəyərində Çin istehsalı olan «Nokia» markalı, «X2-02» modelli, 3519xx/xx/268616/1 İMEİ kodlu klassik dizayınlı mobil telefonu oğurlamaqla zərər çəkmiş şəxsə ümumilikdə 1408 manat 60 qəpik məbləğində maddi ziyan vurmuşdur. Bundan başqa o, təkrarən 2020-ci ilin avqust ayının əvvəllərində saat 20 radələrində Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs5 ilə birlikdə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs4 yaşadığı Xaçmaz şəhəri, Yeni yaşayış massivində yerləşən evin yaxınlığına gələrək pusquda dayanıb gözləmiş, Təqsirləndirilən şəxs2la Təqsirləndirilən şəxs5 isə hasardan keçməklə evin həyətinə, daha sonra isə pəncərəni açmaqla evə qanunsuz daxil olaraq yataq otağından hər biri 170 manat dəyərində iki ədəd “Super Madonna” markalı 2,5X3,5 metr ölçülü xalçanı, 150 manat dəyərində bir ədəd Türkiyə istehsalı olan “Suvari” markalı 2x3 metr ölçülü xalçanı, 150 manat dəyərində bir ədəd Türkiyə istehsalı olan “Deniz kızı” markalı 2x3 metr ölçülü xalçanı, hər biri 180 manat dəyərində iki ədəd 1,2X2 metr ölçülü Təbriz xalçasını, 10 manat dəyərində bir ədəd Çin istehsalı olan dairəvi formalı divar saatını, 5 manat dəyərində bir ədəd yun parça materialdan olan 80X40 sm ölçülü pələng formalı oyuncağı, 15 manat dəyərində bir ədəd "SİNBO" markalı paltar ütüsünü, 10 manat dəyərində bir ədəd ventilyatoru, 15 manat dəyərində “TOPFİELD” markalı “TF6100F” modelli tüneri, 20 manat dəyərində bir ədəd «GEEPAS» markalı “GDVD6290” modelli tüneri, 5 manat dəyərində bir cüt Türkiyə istehsalı olan dəri materialdan kənarları açıq qadın yay ayaqqabısını, 10 manat dəyərində bir ədəd Çin istehsalı olan dördkünc formalı divar saatını, 5 manat dəyərində bir ədəd Rusiya istehsalı olan 3 litrlik dəmir çaydanı, 30 manat dəyərində bir ədəd "Eurolux" markalı çörək bişirən sobanı, 15 manat dəyərində bir ədəd "GLORYTEC" markalı, “GTHB-719” modelli 150 W-luq mikseri, 10 manat dəyərində bir ədəd Çin istehsalı olan əllə işləyən ləpəçəkəni, 25 manat dəyərində bir ədəd "Texnolux" markalı ətçəkəni oğurlamaqla zərər çəkmiş şəxsə ümumilikdə 1175 məbləğində maddi ziyan vurmuşdur. Təqsirləndirilən şəxs6 qabaqcadan əlbir olan bir qrup şəxs halında, yaşayış sahəsinə qanunsuz daxil olmaqla, özgənin əmlakını gizli olaraq talamaqla, oğurluq etmişdir. Belə ki, o, 2020-ci ilin oktyabr ayının axırlarında saat 02 radələrində Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs8 ilə birlikdə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında hasardan keçməklə Zərərçəkmiş şəxs5 məxsus Xaçmaz şəhəri, Yeni yaşayış massivində yerləşən evin həyətinə, daha sonra isə Təqsirləndirilən şəxs2 özündə olan bıçağın tiyəsini evin ön tərəfində plastik materialdan olan pəncərənin dəstəy olan hissədən arasına salıb açdıqdan sonra birlikdə evə qanunsuz daxil olaraq dəhlizdən 1000 manat dəyərində İtaliya istehsalı olan “İmmergas” markalı, “Mini Eolo” modelli 28 KW-lıq kombi aparatını, 55 manat dəyərində bir ədəd Türkiyə istehsalı olan «Baysallar» markalı kombi üçün stablizatoru, 120 manat dəyərində bir ədəd 12 seksiyalı, hər biri 130 manat dəyərində iki ədəd 13 seksiyalı, hər biri 150 manat dəyərində iki ədəd 15 seksiyalı, 170 manat dəyərində bir ədəd 17 seksiyalı təzə vəziyyətdə olan radiatorları oğurlamaqla zərər çəkmiş şəxsə ümumilikdə 1905 manat məbləğində maddi ziyan vurmuş, bununla da o, qabaqcadan əlbir olan bir qrup şəxs halında, yaşayış sahəsinə qanunsuz daxil olmaqla, özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs8 qabaqcadan əlbir olan bir qrup şəxs halında, yaşayış sahəsinə qanunsuz daxil olmaqla, özgənin əmlakını gizli olaraq talamaqla, oğurluq etmişdir. Belə ki, o, 2020-ci ilin oktyabr ayının axırlarında saat 02 radələrində Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs6 ilə birlikdə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında hasardan keçməklə Zərərçəkmiş şəxs5 məxsus Xaçmaz şəhəri, Yeni yaşayış massivində yerləşən evin həyətinə, daha sonra isə Təqsirləndirilən şəxs2 özündə olan bıçağın tiyəsini evin ön tərəfində plastik materialdan olan pəncərənin dəstəy olan hissədən arasına salıb açdıqdan sonra birlikdə evə qanunsuz daxil olaraq dəhlizdən 1000 manat dəyərində İtaliya istehsalı olan “İmmergas” markalı, “Mini Eolo” modelli 28 KW-lıq kombi aparatını, 55 manat dəyərində bir ədəd Türkiyə istehsalı olan «Baysallar» markalı kombi üçün stablizatoru, 120 manat dəyərində bir ədəd 12 seksiyalı, hər biri 130 manat dəyərində iki ədəd 13 seksiyalı, hər biri 150 manat dəyərində iki ədəd 15 seksiyalı, 170 manat dəyərində bir ədəd 17 seksiyalı təzə vəziyyətdə olan radiatorları oğurlamaqla zərər çəkmiş şəxsə ümumilikdə 1905 manat məbləğində maddi ziyan vurmuş, bununla da o, qabaqcadan əlbir olan bir qrup şəxs halında, yaşayış sahəsinə qanunsuz daxil olmaqla, özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 232.2.1 və 234.1-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, Məhəmmdəd Sultanovu “Dostlar” kafesində birlikdə işlədiyi Şəməsddin Almasov vasitəsi ilə tanımış və münasibətləri yaranmışdır. X10 Xaçmaza rayonuna qonaq gələrkən ov etməkdən barədə söhbət etmişlər Məhəmməd isə ona odlu ov silahı hədiyyə etmiş və sənədini sonra verəcəyini demişdir. Həmin silahın oğurlanmış silah olmasından onun məlumatı olmamışdır. Daha sonra o, bildirmişdir ki, Məhəmməd Sultanov və Təqsirləndirilən şəxs4la birlikdə Xaçmaz rayonunda yerləşən Zərərçəkmiş şəxs2 evinə daxil olaraq oradan televizor, xəncər və digər əşyaları o, oğurlamamışdır. İstintaq zamanı oğurluq etməsi və üzərində narkotik vasitə olması barədə ifadəni isə o, təzyiq altında vermişdir. Məhkəmədə elan olunaraq tədqiq edilən Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsində görünür ki, o, anası Minayə ilə birlikdə Ucar şəhəri, 20 Yanvar küçəsi, döngə 5, ev 1-də yaşamışdır. O, Xaçmaz rayonu, Armudpadar kəndində yaşayan Təqsirləndirilən şəxs4 2018-ci ilin axırlarından tanıyır. 2018-ci ildə o, Bakı şəhəri, Yasamal rayonu ərazisində olan xəstəxananın yaxınlığındakı kafeni icarəyə götürüb işlətmiş, Şəmsəddin də tez-tez işlətdiyi kafeyə gəlib-getmişdir. Hətta bir dəfə Şəmsəddin kafeyə gəlib qalmağa yeri olmadığını demiş, o, da kafenin açarını Şəmsəddinə vermişdir ki, gecəni kafedə qalsın. Şəmsəddindən harada yaşadığını soruşduqda demişdir ki, Xaçmaz rayonunda yaşayır. Şəmsəddin 10 günə yaxın gecəni kafedə qalmış və onun Şəmsəddinlə yaxın münasibəti yaranmışdır. Sonra Şəmsəddin qayıdıb Xaçmaz rayonuna yaşadığı evə gəlmişdir. 2019-cu ilin dekabr ayının axırlarında Şəmsəddin onu Xaçmaz rayonuna qonaq çağırmış və o, Xaçmaz rayonuna gəlib Şəmsəddinlə görüşmüşdür. Şəmsəddin onu yaşadığı evə aparmış və o, iki gün Şəmsəddinin yaşadığı evdə qalmışdır. Xaçmaz rayonunda olduğu iki gün ərzində Şəmsəddin onu Xaçmaz şəhərinə «Muğan» bankın arxa tərəfində yerləşən çayxanaya gətirmiş və həmin çayxanada o, Şəmsəddinin vasitəsi ilə Məmməd adlı oğlanla tanış olmuşdur. İlk görüşlərində onun Məmmədlə yaxın ünsiyyəti yaranmamış, ancaq sonradan tədricən onun Məmmədlə münasibəti yaranmışdır. Xaçmaz rayonunda olduğu ikinci gündə Şəmsəddinlə birlikdə çayxanaya gəlib Məmmədlə görüşmüşlər. Çayxanada oturub söhbət edərkən Şəmsəddin Məmmədə demişdir ki, ona pul lazımdır, yaşayış olmayan ev yeri bilirsə daxil olub oğurluq etsinlər. Məmməddə Şəmsəddinə demişdir ki, Xaçmaz şəhəri, X.Şükürov küçəsi ilə gəlib-gedərkən həmin küçədə yerləşən iki mərtəbəli evin işıqlarının yanmadığını görmüşdür, deyəsən həmin evdə yaşayış yoxdur, evin görkəmindən sahibinin imkanlı olduğu hiss olunur, həmin evdə çoxlu pul və ya qızıl-zinyət əşyaları ola bilər, həmin evə daxil olub oğurluq etsinlər. O, Məmməddən dediyi evdə yaşayanları tanıyıb-tanımadığını, həmin evdə pul olması barədə məlumatı olub-olmadığını soruşmuş, Məmməddə ona demişdir ki, Xaçmaz şəhəri, X.Şükürov küçəsində yerləşən evin kimə məxsus olmasını bilmir, həmin evdə pul olmasada yəqinki başqa qiymətli əşya vardır. Onlar Məmmədlə razılaşmışlar və təxminən saat 21 radələrində üçü bir yerdə çayxanadan çıxıb Məmmədin dediyi küçə istiqamətində getmişlər. Yolda o, Şəmsəddinlə Məmmədə demişdir ki, oğurluq etmək məqsədilə evə daxil olarkən əlcəkdən istifadə etmək lazımdır ki, toxunduqları əşyalarda əl izləri qalmasın. Şəmsəddn işlədiyi sexdə əlcəklər olduğunu bildirmiş və onlar əvvəlcə Şəmsəddinin işlədiyi mebel sexinə getmişlər. Şəmsəddin özündə olan açarla işlədiyi sexin qapısını açıb içəri daxil olmuş və qayıdıb gələndə görmüşdür ki, Şəmsəddin üç cüt əlcək gətirib. Təxminən saat 22 radələrində onlar Xaçmaz şəhərində olan küçələrdən birinə gəlmişlər və Məmməd gəldikləri küçənin X.Şükürov küçəsi olduğunu bildirərək həmin küçədə daş hasarla əhatə olunmuş iki mərtəbəli evi onlara göstərib demişdir ki, oğurluq edəcəkləri ev bu evdir. Yenə də evin işıqları yanmamış və onlar əvvəlcə ətrafa nəzər yetirmişlər və tamamilə sakitçilik olduğunu görüb Məmmədlə razılaşmışlar ki, onunla Məmməd içəri daxil olsunlar, Şəmsəddin isə gələn olsa onlara xəbər verməsi üçün küçədə dayanıb gözləsin. Şəmsəddin əvvəlcə onlarla razılaşmış, sonra isə onlara demişdir ki, oğurluq edəcəkləri evin ətrafı açıq sahədir, kənar adam gəlsə onun küçədə tək daynadığını görüb şübhələnər, o, da onlarla evin həyətinə daxil olsun və onlar evin içərisinə daxil olanda o, həyətdə dayanıb ətrafa nəzarət etsin. Onlar etiraz etməmişlər və hər üçü evin sağ yan tərəfinə gəlib mişar daşından olan hasarın üstündən keçməklə həyətə daxil olmuşlar. Həyətə daxil olduqdan sonra evin ön tərəfinə gəlmişlər, o, evin ön tərəfində birinci mərtəbədə olan pəncərəni açdıqdan sonra Məmmədlə birlikdə pəncərədən içəri daxil olmuş, Şəmsəddin isə həyətdə dayanıb gözləmişdir ki, gələn olsa evin damına daş atıb səs salaraq onlara bildirsin. İçəri daxil olduqdan sonra özləri ilə gətirdikləri alışqanın fənərini yandırıb əvvəlcə birinci mərtəbədə olan mətbəxi və otaqları axtarsalarda pul və ya qiymətli əşya tapa bilməyib evin ikinci mərtəbəsinə qalxmışlar. İkinci mərtəbədə olan otaqları axtararkən o, yataq otağında olan şkafın üstündə bir ədəd ov tüfəngi olduğunu görüb götürmüşdür. Ov tüfəngi parçadan olan üzlüyün içərisində olmuşdur. O, qonaq otağına gəlib baxanda divarda televizor olduğunu görüb Məmmədə demişdir ki, gəl bu televizoruda aparaq. Sonra o, qonaq otağının divarında olan «Samsung» markalı televizoru yerindən çıxarmış, Məmməd isə qonaq otağında olan 3-4 ədəd bir litrlik şüşə qablarda olan içkiləri həmin otaqda olan qara rəngli polietilen torbanın içərisinə qoyduqdan sonra torba ilə televizoru götürüb birinci mərtəbəyə düşərək içəri daxil olduqları pəncərədən həyətə çıxmışdır. O, da tüfəngi götürüb pəncərədən həyətə çıxaraq Şəmsəddinə demişdir ki, hasarın üstündən digər tərəfə keçsin, onlar oğurladıqları əşyaları hasarın üstündən keçirib ona versinlər. Şəmsəddin hasarın üstündən tullanmaqla digər tərəfə keçib küçədə dayanmış, Məmməd hasarın üstünə çıxmış, o, isə həyətdə dayanıb oğurladıqları ov tüfəngini, televizoru, torbada olan içkiləri Məmmədə vermiş, sonuncuda götürüb hasarın üstündən keçirməklə digər tərfdə dayanmış Şəmsəddinə vermişdir. İçkiləri hasarın üstündən keçirərkən Məmməd əlindən yerə salıb ikisini sındırmışdır. Sonra o, özüdə hasarın üstündən keçməklə küçəyə çıxmış və onlar oğurladıqları içkiləri, ov tüfəngini, televizoru götürüb oradan uzaqlaşmışlar. Bir qədər getdikdən sonra Şəmsəddinlə Məmmədə demişdir ki, oğurladıqları ov tüfəngini və televizoru əlllərində aparsalar görən olar, onlar tutula bilərlər, oğurladıqları televizoru və ov tüfəngini başqa nəyinsə içərisinə qoyub qablaşdırsınlar ki, görən olsa şübhə doğurmasın. Həmin vaxt Şəmsəddin onlara demişdir ki, onun işlədiyi sexdə lazım olan əşyalar vardır, onun işlədiyi sexə gedib oğurladıqları əşyaları qablaşdırsınlar. Onlar etiraz etməmişlər və birlikdə Şəmsəddinin işlədiyi sexə gəlmişlər. Şəmsəddin özündə olan açarla sexin qapısını açmış və onlar birlikdə sexin içərisinə daxil olmuşlar. Sexdə olarkən ov tüfəngini və televizoru orada olan qara rəngli parçanın içərisinə qoyub bükərək üstdən yapışqanlı lentlə sarımışlar, qalan içkilərdən birini Məmməd, birini Şəmsəddin götürmüş, o, özü isə içki götürməmişdir. O, Şəmsəddinlə Məmmədə demişdir ki, oğurladıqları ov tüfəngi ilə televizoru Xaçmaz rayonunda satmaq təhlükəlidir, o, ov tüfəngi ilə televizoru Bakı şəhərinə aparıb satmaq istəyir. Məmmədlə Şəmsəddin onunla razılaşmışlar və o, onlara demişdir ki, narahat olmasın ov tüfəngi ilə televizoru satdıqdan sonra onlara çatacaq pulu göndərəcəkdir. Onlar bir qədər piyada gəlmişlər, sonra isə həmin küçə ilə hərəkətdə olan markasını və qeydiyyat nömrə nişanını xatırlamadığı taksi avtomobili saxlatdırıb onunla Xaçmaz şəhəri, Bakı prospektində olan avtomobil dairəsinin yaxınlığına getmişlər. Şəmsəddin onunla getmək istədiyini bildirmiş, o, da Şəmsəddinin onunla gəlməsinə narazılıq etməmişdir. Yol pulu az olduğu üçün Şəmsəddin oğurladıqları içkini tanmadığı şəxsə satıb 20 manat pul almış və onlar markasını və qeydiyyat nömrə nişanını xatırlamadığı taksi avtomobilinin sürücüsü ilə danışıb razılaşdıqdan sonra oğurladıqları ov tüfəngini və televizoru həmin avtomobilin yük yerinə qoyub Bakı şəhər avtovağzalına, orada isə başqa taksi avtomobilinə əyləşib Ucar rayonuna getmişlər. Şəmsəddin iki-üç gün Ucar rayonunda onların evində qalmış və həmin müddətdə o, oğurladıqları ov tüfəngini sata bilməmişdir. Şəmsəddin ov tüfəngini baha sata biləcəklərini fikirləşmiş, ancaq onlar bir neçə nəfərdən tüfəngi neçəyə sata biləcəklərini soruşmuşlar və Şəmsəddin görmüşdür ki, oğurladıqları ov tüfəngini 500 manatdan baha qiymətə sata bilməyəcəklər. Bu səbədn də Şəmsəddin ona demişdir ki, qayıdıb Xaçmaz rayonuna gedir, ov tüfəngini satıb ona çatacaq pulu onun ona olan 250 manat borcunun əvəzinə özünə götürər. O, Şəmsəddinlə razılaşmış və 80 manat pul verib onu Xaçmaz rayonuna yola salmışdır. Bir aya yaxın ov tüfəngi onda qalmış, sonradan isə o, oğurladıqları ov tüfəngini Ucar şəhərində yaşayan Bəhruz adlı oğlana satıb 300 manat pul almışdır. Oğurladıqları televizor isə yolda nəyəsə dəydiyinə görə ekranı sınmışdır, ona görə də o, televizoru sata bilməyib tullamışdır. O, oğurladıqları ov tüfəngini Bəhruza satarkən ona ov tüfənginin özünə məxsus olduğunu demişdir. Bəhruz ondan ov tüfənginin sənədlərini istəmiş, o, da ona demişdir ki, tüfəngin sənədini itirmişdir, tapan kimi gətirib ona verəcəkdir. Bəhruzda ona inanıb ov tüfəngini almışdır. Bəhruza ov tüfəngini oğurluq yolu ilə əldə etdiyini deysədi o, heç vaxt onunla razılaşıb ov tüfəngini almazdı. Ona görə də o, Bəhruza ov tüfəngini oğurluq yolu ilə əldə etdiyini deməmişdir. Bundan başqa, həmin ifadəsində o, göstərmişdir ki, təxminən bir il olarkı narkotik vasitə olan qurudulmuş marixuananı papirosa doldurmaq yolu ilə çəkir. Xalası oğlu Elnur Bakı şəhəri, Yasamal rayonu, Zərdabi küçəsi, 27 nömrəli evdə kirayə qalmış, o, özü də aradabir xalası oğlunun kirayədə qaldığı evə gəlib-getmişdir. 30 aprel 2021-ci il tarixdə o, Bakı şəhəri, Yasamal rayonuna gəlmişdir ki, xalası oğlu Elnurla görüşsün. Xalası oğlu Elnurun kirayə qaldığı evin həyətinə gələndə yerdə bir ədəd sellofan büküm olduğunu görmüş və həmin sellofan bükümü əlinə götürüb açanda görmüşdür ki, içərisində narkotik vasitə hesab edilən qurudulmuş marixuana var. Özüdə də narkotik vasitədən istifadə etdiyi üçün tapdığı qurudulmuş marixuananı atmamış və əynində olan gödəkçənin sol yan cibində saxladığı «Pall-Mall» siqaret qutusunun içərisinə qoyub saxlamışdır ki, sonradan özü istifadə etsin. Həmin gün o, xalası oğlu Elnurun yanında qalmış, 01 may 2021-ci il tarixdə təxminən saat 11 radələrində Elnurun kirayədə qaldığı mənzildən çıxıb gedərkən binanın qarşısında ona mülki geyimdə polis əməkdaşları yaxınlaşmışlar və özlərini təqdim etdikdən sonra Xaçmaz şəhərində olan evdən oğurluq etməkdə şübhəli olduğunu bildirərək onu Xaçmaz RPŞ-nə dəvət etmişlər. O, da polis əməkdaşlarına bildirmişdir ki, 2019-cu ilin dekabr ayında Şəmsəddin və Məmməd adlı şəxslərlə birlikdə Xaçmaz şəhərində olan evlərin birinə daxil olub bir ədəd televizor, bir ədəd ov tüfəngi və 3-4 ədəd bir litrlik içkilər oğurlamışlar. Bundan sonra polis əməkdaşları onu gəldikləri avtomobilə əyləşdirib Xaçmaz RPŞ-nə gətirmişlər. Yolboyu polis əməkdaşları ona ciddi nəzarət etdikləri üçün o, cibində saxladığı narkotik vasitəni çıxarıb ata bilməmişdir. Xaçmaz RPŞdə olarkən ona hüquq və vəzifələri izah olunaraq təqdim olunan vəkilin iştirakı ilə narkotik vasitələri əldə edib saxlamaqda şübhəli şəxs qismində tutulmuş, sonra isə polis əməkdaşları ona bildirmişlər ki, video çəkilişlə üstünə şəxsi axtarış keçiriləcəkdir. Sonra polis əməkdaşları ona təklif etmişlər ki, üzərində olan əşyaları çıxarıb təqdim etsin. O, da əynində olan gödəkçənin sol yan cibində saxladığı «Pall-Mall» siqaret qutusunu, gödəkçəsinin sağ yan cibindən iki ədəd alışqanı, bir ədəd 50 qəpik pulu, bir ədəd açarı, bir ədəd qənd parçasını, şalvarının sağ yan cibindən bir ədəd «Xinova» markalı mobil telefonu, şalvarının arxa sağ cibindən isə bir ədəd pul kisəsini çıxarıb masanın üstünə qoymuşdur. Polis əməkdaşları siqaret qutusunu açıb baxanda içərisində saxladığı sellofan torbacıqdakı qurudulmuş marixuananı görmüşlər və ondan həmin marixuananı haradan aldığını soruşduqda o, hər şeyi könüllü olaraq etiraf edərək bildirmişdir ki, həmin narkotik onundur, xalası oğlu Elnurun kirayədə yaşadığı Bakı şəhəri, Yasamal rayonu, Zərdabi küçəsi, 27 nömrəli evin həyətində yerdən tapmışdır və üzərində saxlamışdır ki, sonradan özü istifadə etsin. Bundan sonra polis əməkdaşları onun üstündə aşkar olunmuş sellofan torbacıqda olan marixuananı qablaşdıraraq protokol tərtib etmişlər, o, da üstündə aşkar olunmuş qurudulmuş marixuananın qablaşdırıldığı paketin üstünə və bununla bağlı yazılmış protokola imza etmişdir. (Cild 5, iş vərəqləri 228-229) Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4 və 232.2.1-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, Zərərçəkmiş şəxs2 məxsus yaşayış evindən 12 kalibrli, “Dragon Magnum” modelli yivsiz pompalı ov tüfəngi, bir ədəd Samsung markalı televizor, iki ədəd “Beluqa” markalı araq, bir litrlik “XSO” markalı konyak, bir ədəd “Jack Daniels” markalı viskini, Zərərçəkmiş şəxs3 icarə əsasında işlətdiyi mağazadan qəpik pulları və siqaretləri, X3 evindən iki ədəd “Super Madonna” markalı xalçanı, bir ədəd “Suvari” markalı xalçanı, bir ədəd “Deniz kızı” markalı xalçanı, Təbriz xalçasını, bir ədəd divar saatını, bir ədəd oyuncağı, bir ədəd paltar ütüsünü, bir ədəd ventilyatoru və ittihamda qeyd edilən digər əşyaları, Zərərçəkmiş şəxs5 məxsus yaşayış evindən “İmmergas” markalı kombi aparatını, bir ədəd stablizator, bir ədəd 12 seksiyalı, iki ədəd 13 seksiyalı, iki ədəd 15 seksiyalı, bir ədəd 17 seksiyalı radiatorları, Zərərçəkmiş şəxs6 və Zərərçəkmiş şəxs7 evindən qızılları, Zərərçəkmiş şəxs10 evindən pul vəsaitini, qızıl-zinət əşyalarını o, tək oğurlamışdır. Cinayət törədərkən ona heç kəs köməklik etməmişdir. Daha sonra, o, göstərdi ki, hasarın üzərindən keçərək Zərərçəkmiş şəxs2 məxsus yaşayış evinin pəncərəsini bıçaqla açıb evə daxil olaraq oradan zavod üsulu ilə hazırlanmış 12 kalibrli, Dragon Magnum modelli yivsiz pompalı ov tüfəngini, 700 manat dəyərində bir ədəd Samsung markalı televizoru, iki ədəd “Beluqa” markalı araq, bir litrlik “XSO” markalı konyak, bir ədəd “Jack Daniels” markalı viskini tək oğurlamış, oğurladığım konyakları adını xatırlamadığım mağazaya satmış, odlu silahı isə Təqsirləndirilən şəxs1 vermişdir. Bundan başqa, o, göstərdi ki, gecə vaxtı tək halda Zərərçəkmiş şəxs3 işlətdiyi mağazanın plastik qapısının aşağı hissəsini təpiklə vurub sındırdıqdan sonra içəri daxil olaraq oradan qəpik pulları və siqaretləri götürmüş, lakin həmin mağazada 70 blok siqaret olmamış, daha az sayda olmuş, sonradan həmin siqaretləri Elbrus adlı şəxsə satmışdır. X3 evindən tək halda iki ədəd “Super Madonna” markalı xalçanı, bir ədəd Türkiyə istehsalı olan “Suvari” markalı xalçanı, bir ədəd Türkiyə istehsalı olan “Deniz kızı” markalı xalçanı, iki ədəd Təbriz xalçasını, bir ədəd Çin istehsalı olan dairəvi formalı divar saatını, bir ədəd yun parça materialdan olan pələng formalı oyuncağı, bir ədəd "SİNBO" markalı paltar ütüsünü, bir ədəd ventilyatoru, “TOPFİELD” markalı tüneri, bir ədəd «GEEPAS» markalı tüneri, bir cüt Türkiyə istehsalı olan dəri materialdan olan qadın yay ayaqqabısını, bir ədəd Çin istehsalı olan dördkünc formalı divar saatını, bir ədəd Rusiya istehsalı olan 3 litrlik dəmir çaydanı, bir ədəd "Eurolux" markalı çörək bişirən sobanı, bir ədəd "GLORYTEC" markalı mikseri, bir ədəd Çin istehsalı olan əllə işləyən ləpəçəkəni, bir ədəd "Texnolux" markalı ətçəkəni oğurlayaraq aparıb evin ətrafında meşəyə bənzər əraziyə yığmışdır. Xalçaları, oyuncaqları, divan saatları və s. əşyaları Xaçmaz şəhəri 1 saylı məktəbdə mühafizəçi vəzifəsində çalışan Qılman adlı şəxsə 200 manata satmışdır. Zərərçəkmiş şəxs5 məxsus yaşayış evindən İtaliya istehsalı olan “İmmergas” markalı kombi aparatını, bir ədəd Türkiyə istehsalı olan «Baysallar» markalı kombi üçün stablizatoru, bir ədəd 12 seksiyalı, iki ədəd 13 seksiyalı, iki ədəd 15 seksiyalı, bir ədəd 17 seksiyalı radiatorları çıxarıb bayıra yığdıqdan sonra bir maşın çağırıb hamısını ona yığaraq aparmış, sonra onları fərdi təsərrüfatla məşğul olan Zülfüqar adlı şəxsə satmışdır. Zərərçəkmiş şəxs6 evindən apardığı qızılları öz şəxsiyyət vəsiqə ilə 1700 manat pul qarşılığında Bakı şəhəri 20 Yanvar ərazisində Alov zavodunun qarşısında yerləşən adını bilmədiyim “Lombard”-a girov qoymuş, Zərərçəkmiş şəxs7 evindən oğurladığım qızılları öz şəxsiyyət vəsiqəmlə 1700 manat pul qarşılığında Bakı şəhərində 28 May metrostansiyası yaxınlarında yerləşən adını bilmədiyim lombarda qoymuş, Zərərçəkmiş şəxs8 evindən oğurladığı televizoru Xaçmaz şəhər sakini Seymur adlı şəxsə 80 manata satmış, Zərərçəkmiş şəxs9 evindən 2.500 manat pul əsaitini oğurlamamış, Zərərçəkmiş şəxs10 evindən oğurladığım 42 manat pul vəsaitini, yarpaq formasında bir cüt qaşsız qızıl sırğanı, 600 manat pul vəsaitini və 600 manat dəyərində 10 qram çəkidə 583 əyarlı qaşsız qızıl boyunbağını oğurladıqdan sonra həmin qızıl-zinət əşyalarını 700-800 manat pul müqabilində Bakı şəhərində yerləşən adını bilmədiyi “Lombard”-a girov qoymuş, Zərərçəkmiş şəxs1 evindən «LEAGOO» markalı mobil telefonu, «Micromax» markalı mobil telefonu, Çin istehsalı olan «Nokia» markalı mobil telefonu və «Vertex» markalı mobil telefonu istintaq zamanı sübut qismində götürülmüşdür. Zərərçəkmiş şəxs12 evindən «ROLEX» yazısı olan qadın qol saatını, bir ədəd iç tərəfində «MİCHAEL KORS» yazısı olan qadın qol saatını, bir ədəd iç tərəfində «CURREN BLANCHE» yazısı olan qadın qol saatını, 355000 İran rialını, 2,9004 manat məbləğində 12 Türk lirəsini, iki ədəd titan və s. əşyaların oğurladığı əşyaların hamısı geri qaytarılmışdır. Zərərçəkmiş şəxs11 evindən 70 manat məbləğində pul vəsaitini, Vyetnam istehsalı olan «Samsung J8» markalı mobil telefonu və Vyetnam istehsalı olan «Bilayn A100» markalı mobil telefonu oğurlamış, mobil telefonları şəxsin özünə qaytarmış, qəpik pulları isə şəxsi ehtiyacları üçün xərcləmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs2 ifadəsində bir daha qeyd etmişdir ki, bütün oğurluq əməllərini tək etmiş, onunla ittihamda adları qeyd olunan digər şəxslərin heç biri iştirak etməmişdir. Məhkəmədə elan olunaraq tədqiq edilən Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsində görünür ki, o, valideyinləri ilə birlikdə Xaçmaz şəhəri, Həzi Aslanov küçəsi, dalan 3, ev 4-də yaşamışdır. O, Xaçmaz rayonu, Armudpadar kəndində yaşayan Təqsirləndirilən şəxs4 təxminən 2-3 il olarkı tanıyır. Dəqiq tarixi xatırlamır, 2019-cu ilin payız aylarında o, Xaçmaz şəhəri, N.Nərimanov küçəsində «Muğan» bankın arxa tərəfində yerləşən çayxanada masa xidmətçisi işləmiş, həmin ərəfələrdə Şəmsəddin özüdə «Almas» şadlıq sarayının yaxınlığında olan evin həyətində mebel düzəltmiş və tez-tez çay içmək üçün onun işlədiyi çayxanaya gəlmişdir. Şəmsəddin çayxanaya gəlib onunla söhbət etmiş və tədricən onların yaxın münasibəti yaranmışdır. Aradabir o, özüdə Şəmsəddinin işlədiyi sexə getmişdir. 2019-cu ilin dekabr ayının ortalarında Şəmsəddin tanımadığı bir nəfərlə onun işlədiyi çayxanaya gəlmiş və həmin vaxt Şəmsəddin yanında olan şəxslə onu tanış edərək demişdir ki, dostudur, adı Rüstəmdir, Ucar rayonundan gəlib. İlk görüşlərində onun Rüstəmlə yaxın ünsiyyəti yaranmamış və sonradan yenədə Şəmsəddinlə Rüstəm onun işlədiyi çayxanaya gəlmişlər və tədricən onun Rüstəmlə münasibəti yaranmışdır. Söhbət edərkən Rüstəm onunla Şəmsəddinə demişdir ki, qayıdıb Ucar rayonuna getmək üçün ona pul lazımdır, Xaçmaz şəhərində olan evlərdən birinə daxil olub oğurluq etsinlər. Rüstəmin sözlərindən sonra o, ona demişdir ki, Xaçmaz şəhəri, X.Şükürov küçəsi ilə gəlib-gedərkən həmin küçədə yerləşən iki mərtəbəli evin işıqlarının yanmadığını görmüşdür, deyəsən həmin evdə yaşayış yoxdur, evin görkəmindən sahibinin imkanlı olduğu hiss olunur, həmin evdə çoxlu pul və ya qızıl-zinyət əşyaları ola bilər, həmin evə daxil olub oğurluq etsinlər. Rüstəm onun dediyi evdə yaşayanları tanıyıb-tanımadığını, həmin evdə pul olması barədə məlumatı olub-olmadığını soruşduqda ona demişdir ki, Xaçmaz şəhəri, X.Şükürov küçəsində yerləşən evin kimə məxsus olmasını bilmir, həmin evdə pul olmasada yəqinki başqa qiymətli əşya vardır. Şəmsəddinlə Rüstəm onunla razılaşmışlar və təxminən saat 21 radələrində üçü bir yerdə onun işlədiyi çayxanadan çıxıb Xaçmaz şəhəri, X.Şükürov istiqamətində getmişlər. Yolda Rüstəm onunla Şəmsəddinə demişdir ki, oğurluq etmək məqsədilə evə daxi olarkən əlcəkdən istifadə etmək lazımdır ki, toxunduqları əşyalarda əl izləri qalmasın. Şəmsəddn işlədiyi sexdə əlcəklər olduğunu bildirmiş və onlar əvvəlcə Şəmsəddinin işlədiyi mebel sexinə getmişlər. Şəmsəddin özündə olan açarla işlədiyi sexin qapısını açıb içəri daxil olmuş və qayıdıb gələndə görmüşdür ki, Şəmsəddin üç cüt əlcək gətirib. Bundan sonra onlar X.Şükürov küçəsinə getmişlər və o, oğurluq edəcəkləri evi Rüstəmlə Şəmsəddinə göstərmişdir. Həmin vaxt təxminən saat 22 radələri olardı. Yenədə evin işıqları yanmamış, onlar əvvəlcə ətrafa nəzər yetirmişlər və tamamilə sakitçilik olduğunu görüb Rüstəmlə razılaşmışlar ki, onunla Rüstəm içəri daxil olsunlar, Şəmsəddin isə gələn olsa onlara xəbər verməsi üçün bayırda dayanıb gözləsin. Şəmsəddin əvvəlcə onlarla razılaşmış, sonra isə onlara demişdir ki, oğurluq edəcəkləri evin ətrafı açıq sahədir, kənar adam gəlsə onun küçədə tək daynadığını görüb şübhələnər, o, da onlarla evin həyətinə daxil olsun və onlar evin içərisinə daxil olanda o, həyətdə dayanıb ətrafa nəzarət etsin. Onlar etiraz etməmişlər və hər üçü evin sağ yan tərəfinə gəlib mişar daşından olan hasarın üstündən keçməklə həyətə daxil olmuşlar. Həyətə daxil olduqdan sonra evin ön tərəfinə gəlmişlər, Rüstəm evin ön tərəfində birinci mərtəbədə olan pəncərəni açdıqdan sonra onunla Rüstəm həmin pəncərədən içəri daxil olmuşlar, Şəmsəddin isə həyətdə dayanıb gözləmişdir ki, gələn olsa evin damına daş atıb səs salaraq onlara bildirsin. Rüstəmlə içəri daxil olduqdan sonra özləri ilə gətirdikləri alışqanın fənərini yandırıb əvvəlcə birinci mərtəbədə olan mətbəxi və otaqları axtarsalarda pul və ya qiymətli əşya tapa bilməyib evin ikinci mərtəbəsinə qalxmışlar. İkinci mərtəbədə olan otaqları axtararkən Rüstəm yataq otağında olan şkafın üstündə bir ədəd ov tüfəngi olduğunu görüb götürmüşdür. Ov tüfəngi parçadan olan üzlüyün içərisində olmuşdur. Sonra isə Rüstəm ona demişdir ki, qonaq otağında olan televizoruda aparsınlar. O, Rüstəmə ov tüfəngini oğurlamaları onları çətin vəziyyətə salacağını, tüfəngi yerinə qoymasını bildirdikdə Rüstəm demişdir ki, narahat olmasın, tüfəngi özü aparıb satacaqdır. Sonra Rüstəm qonaq otağının divarında olan «Samsung» markalı televizoru yerindən çıxarmış, o, isə qonaq otağında olan iki ədəd bir litrlik «Beluqa» markalı arağı, bir ədəd bir litrlik «XSO» markalı konyakı və bir ədəd bir litrlik «Jack Daniels» markalı vsikini həmin otaqda olan qara rəngli polietilen torbanın içərisinə qoymuş və torba ilə televizoru götürüb birinci mərtəbəyə düşərək içəri daxil olduqları pəncərədən həyətə çıxmışdır. Rüstəmdə tüfəngi götürüb həyətə gəlmiş və onlar Şəmsəddinə demişlər ki, hasarın üstündən digər tərəfə keçsin, onlar oğurladıqları əşyaları hasarın üstündən keçirib ona versinlər. Şəmsəddin hasarın üstündən tullanmaqla digər tərəfə keçib küçədə dayanmış, o, özü isə hasarın üstünə çıxmış, Rüstəm oğurladıqları ov tüfəngini, televizoru, torbada olan içkiləri ona vermiş, o, da onları hasarın üstündən keçirib digər tərəfdə dayanmış Şəmsəddinə vermişdir. İçkiləri hasarın üstündən keçirərkən əlindən yerə salıb ikisini sındırmışdır. Sonra Rüstəmdə hasarın üstündən keçməklə küçəyə çıxmış və onlar oğurladıqları içkiləri, ov tüfəngini, televizoru götürüb oradan uzaqlaşmışlar. Bir qədər getdikdən sonra Rüstəm onlara demişdir ki, oğurladıqları ov tüfəngini və televizoru əllərində aparsalar görən olar, tutula bilərlər, oğurladıqları televizoru və ov tüfəngini başqa nəyinsə içərisinə qoyub qablaşdırsınlar ki, görən olsa şübhə doğurmasın. Həmin vaxt Şəmsəddin onlara demişdir ki, onun işlədiyi sexdə lazım olan əşyalar vardır, onun işlədiyi sexə gedib oğurladıqları əşyaları qablaşdırsınlar. Onlar etiraz etməmişlər və birlikdə Şəmsəddinin işlədiyi sexə gəlmişlər. Şəmsəddin özündə olan açarla sexin qapısını açmış və onlar birlikdə sexin içərisinə daxil olmuşlar. Sexdə olarkən ov tüfəngini və televizoru sexdə olan qara rəngli parçanın içərisinə qoyub bükərək üstdən yapışqanlı lentlə sarımışlar, qalan içkilərdən birini o, özü, birini isə Şəmsəddin götürmüşdür. Həmin vaxt Rüstəm onlara demişdir ki, oğurladıqları ov tüfəngi ilə televizoru Xaçmaz rayonunda satmaq təhlükəlidir, o, ov tüfəngi ilə televizoru Bakı şəhərinə aparıb satmaq istəyir. X14 razılaşmışlar, sonuncu onlara demişdir ki, narahat olmasınlar ov tüfəngi ilə televizoru satdıqdan sonra onlara çatacaq pulu göndərəcəkdir. Onlar bir qədər piyada gəlmişlər, sonra isə həmin küçə ilə hərəkətdə olan markasını və qeydiyyat nömrə nişanını xatırlamadığı taksi avtomobilini saxlatdırıb onunla Xaçmaz şəhəri, Bakı prospektində olan avtomobil dairəsinin yaxınlığına gəlmişlər. Həmin yerdə Rüstəm Bakı şəhərinə getməsi üçün markasını və qeydiyyat nömrə nişanını xatırlamadığı taksi avtomobilinin sürücüsü ilə danışıb razılaşdıqdan sonra onlar oğurladıqları ov tüfəngini və televizoru gətirib həmin avtomobilin yük yerinə qoymuşlar. Bundan sonra Rüstəm həmin taksi avtomobilinə əyləşib Bakı şəhəri istiqamətində getmiş, o, isə öz payına düşən spirtli içkini götürüb yaşadığı küçəyə gəlmiş və oğurladığı içkini yaşadığı evin yaxınlığında olan kolların arasında gizlədib evə getmişdir. Səhəri gün evdən çıxıb kolların arasında gizlətdiyi içkini götürüb qapağını açaraq bir qədər içmiş, lakin içki xoşuna gəlmədiyinə görə qalan hissəsini yerə töküb qabınıda atmışdır. Təxminən bir həftə keçdikdən sonra Şəmsəddinə zəng vurub oğurladıqları ov tüfəngini və televizoru Rüstəmin satıbsatmadığını soruşmuş, Şəmsəddində ona demişdir ki, özü də Rüstəmi axtarır, ancaq Rüstəm onun etdiyi zənglərə cavab vermir, ona görə də oğurladıqları ov tüfəngini və televizoru Rüstəmin satıbsatmamasından məlumatı yoxdur. Sonra Rüstəmin istifadəsində olan mobil telefon nömrəsini Şəmsəddindən öyrənib özüdə ona zəng vurmuş, ancaq Rüstəm onunda etdiyi zənglərə cavab verməmişdir. Sonrakı aylarda da nə qədər cəhd etsədə Rüstəmlə əlaqə saxlaya bilməmiş və oğurladıqları ov tüfəngi ilə televizor Rüstəmdə qalmışdır. Xaçmaz şəhəri, X.Şükürov küçəsində olan evdən oğurladıqları ov tüfəngi ilə televizoru Rüstəmin nə etməsini və ya kimə satmasını o, bilməmişdir. Çünki oğurluq etdikləri gündən sonra o, heç vaxt Rüstəmlə danışmamış və onu görməmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs2 göstərmişdir ki, o, Xaçmaz şəhər sakinləri Orxan və Turalı təxminən 3-4 il əvvəl tanımışdır. Turalın nənəsi əvvəllər Xaçmaz şəhəri, 1 May küçəsində yaşamış, Turalda nənəsinin evinə gəlib-gedərkən onu görüb tanış olmuşdur. Sonradan isə Tural vasitəsi ilə Orxanla tanış olmuşdur. Orxan Turalın qardaşı Cəlalla bacanaqdır. 22 mart 2020-ci il tarixdə təxminən saat 19 radələrində o, Xaçmaz şəhəri, N.Nərimanov küçəsində Turalla görüşmüş və onlar söhbət edə-edə bir qədər piyada gəzmişlər, sonra isə Xaçmaz şəhər bazarı yaxınlığında olan kafedə yemək yeyərək ikisinə bir ədəd 0,7 litrlik araq içmişlər. Təxminən saat 24 radələrində kfedən çıxıb piyada gəzə-gəzə Xaçmaz şəhəri, H.Z.Tağıyev küçəsinə gəlmişlər. 23 mart 2020-ci il tarixdə təxminən saat 01 radələrində H.Z.Tağıyev küçəsində yerləşən «Kapital» bankın Xaçmaz rayon filialının yaxınlığına çatanda Tural bankın yaxınlığında olan mağazanı ona göstərib demişdir ki, gəl bu mağazadan oğurluq edək. Sərxoş vəziyyətdə olduğu üçün o, Turalla razılaşmış və onlar birlikdə həmin mağazanın qarşısına gəlmişlər. Tural mağazanın giriş qapısına yaxınlaşıb təpiklə vuraraq qapının aşağı hissəsində olan olan plastiki yerindən çıxarıb əyilərək həmin yerdən mağazanın içərisinə daxil olmuş, o, özü isə mağazanın qarşısında dayanıb gözləmişdir. Təxminən 15-20 dəqiqə keçdikdən sonra Tural mağazadan bayıra çıxanda görmüşdür ki, onun əlində iki ədəd göy rəngli polietilen torba var. Tural onun yanına gəlmiş və o, polietilen torbaları açıb baxanda görmüşdür ki, hər iki torbanın içərisində müxtəlif markalı siqaretlər var. Sonra Tural torbanın içərisindən qəpik pullar çıxarıb saymış və 30 manat olduğunu, mağazadan oğurladığını bildirərək 15 manatını ona vermiş, qalan 15 manatı isə özünə götürmüşdür. Bundan sonra onlar piyada Qudyalçayın sahilinə gəlib orada oturaraq oğurladıqları siqaretləri öz aralarında bölmüşlər və hərəsinə müxtəlif markadan 35 blok siqaret düşmüşdür. O, öz payına düşən siqaretləri götürüb yaşadığı evə gəlmiş və valideyinlərinin görməməsi üçün polietilen torbada olan siqaretləri həyətdə olan mətbəxin damında gizlədib içəri getmişdir. Səhəri gün Elbrus adlı tanışı ilə görüşərkən ona demişdir ki, Bakı şəhərində olarkən firmadan ucuz qiymətə siqaret alıb gətirmişdir, indi satır. Elbrus almaq istədiyini bildirmiş, o, da evə gedib siqaretləri gizlətdiyi yerdən götürərək Elbrusun yanına gəlmişdir. Elbrus siqaretlərə baxdıqdan sonra razılaşıb payına düşən bütün siqaretləri Elbrusa satıb 60 manat pul almışdır. Sonradan o, bu barədə Turala bildirmiş, Turalda ona demişdir ki, onunda payına düşən siqaretləri aparıb Elbrusa satsın. O, etiraz etməmiş və Tural öz payına düşən siqaretləri gətirib ona vermiş, o, Turalın verdiyi siqaretləri aparıb 60 manata Elbrusa satmış, aldığı 60 manat puluda gətirib Turala vermişdir. Elbrusdan aldığı 60 manat pulu isə sonrakı günlərdə şəxsi ehtiyacları üçün xərcləmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs2 qeyd etmişdir ki, 06 iyul 2020-ci il tarixdə təxminən saat 22 radələrində evdən çıxıb Xaçmaz şəhəri, N.Nərimanov küçəsinə, Mərkəzi Poçtun qarşısında olan parka gəlib Orxan və Turalla görüşmüşdür. Söhbət edərkən Orxan maddi vəziyyətinin yaxşı olmadığını, oğurluq etmək istədiyini bildirmiş, o, da onunla razılaşmışdır. Sonra Tural onlara təklif etmişdir ki, yenidən «Kapital» bankın Xaçmaz rayon filialının yaxınlığında olan mağazaya daxil olub oğurluq etsinlər. X29 razılaşmışlar və onlar parkda gəzərək gözləmişlər ki, bir qədər də vaxt keçsin, küçədə olan insanlar evlərinə yığışsınlar. 07 iyul 2020-ci il tarixdə təxminən saat 02 radələrində o, Orxan, Tural birlikdə «Kapital» bankın Xaçmaz rayon filialının yaxınlığında olan mağazanın qarşısına gəlmişlər və orada öz aralarında razılaşmışlar ki, onunla Tural içəri daxil olsunlar, Orxan isə gələn olsa qışqırıb onlara xəbər verməsi üçün mağazanın yaxınlığında dayanıb ətrafa nəzarət etsin. Bundan sonra Orxan mağazanın yaxınlığında dayanıb gözləmiş, Tural isə yerdən götürdüyü taxta parçasını mağazanın plastik materialdan olan qapsının arasına salıb açmış və onlar mağazanın içərisinə daxil olmuşlar. Mağazanın içərisinə daxil olduqdan sonra o, özündə olan alışqanın fənərini yandırmış və onlar mağazada olan polietilen torbalardan birinin içərisinə müxtəlif markalı siqaretlər, digərinin içərisinə isə «Baltika 9», «Kuler», «Xırdalan» pivələri yığdıqdan sonra sellofan paketdə olan 24 ədəd «GO», 24 ədəd «Bizon» enerji içkilərini və bir ədəd istifadə olunmuş «Nokia» markalı mobil telefonu götürüb mağazadan bayıra çıxaraq Orxanın yanına gəlmişlər. Sonra onlar öz aralarında razılaşmışlar ki, Qudyalçayın sahilinə gedib oğurladıqları siqaretləri və içkiləri öz aralarında bölsünlər. Qudyalçayın sahilinə gedərkən oğurladıqları içkilərin bir hissəsini içmişlər. Qudyalçayın sahilinə gəldikdən sonra oğurladıqları siqaretləri, enerji içkilərini və pivələri öz aralarında bölmüşlər və hərəsinə 18-19 bloka yaxın müxtəlif markalı siqaretlər düşmüş, «Nokia» markalı mobil telefonu isə Orxan özünə götürmüşdür. Qudyalçayın sahilində olduqları müddətdə də içkilərdən bir hissəsini içmişlər, bir hissəsi çayın kənarında qalmış, 12 ədədini isə o, özü ilə aparmışdır. O, öz payına düşən siqaretləri və içkiləri götürüb yaşadığı evə gəlmiş, valideyinlərinin görməməsi üçün yenədə polietilen torbada olan siqaretləri və içkiləri həyətdə olan mətbəxin damında gizlədib içəri getmiş, səhəri gün isə Elbrusun yanına gedib ona demişdir ki, Bakı şəhərinə gedib firmadan ucuz qiymətə siqaret alıb gətirmişdir, istəyirsə gətirib ona satsın. Elbrus almaq istədiyini bildirmiş, o, da bu barədə Orxanla Turala demişdir. Orxanla Tural paylarına düşən siqaretləri gətirib ona vermişlər, o, da oğurladıqları bütün siqaretləri aparıb 80 manata Elbrusa satmışdır. Sonra o, qayıdıb Orxan və Turalla görüşmüş və onlar Elbrusdan aldığı 80 manat pulu öz aralarında bölmüşlər. O, öz payına düşən pulu xərcləmiş, içkiləri isə sonrakı günlərdə özü içmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs2 göstərmişdir ki, 2020-ci ilin avqust ayının əvvəllərində günorta saatlarında Xaçmaz şəhəri, Dağıstan küçəsində Orxan və Turalla görüşüb söhbət edərkən ona demişlər ki, maddi vəziyyətləri yaxşı deyildir, Xaçmaz şəhəri, Yeni yaşayış massivində yeni evlər tikilmişdir, həmin yer sakitçilikdir, oranı gəzib yaşayış olmayan evlərdən oğurluq etsinlər. O, Orxan və Turalla razılaşmış, ancaq həmin gün onlar oğurluq etmək məqsədi ilə heç bir yerə getməmişlər. Səhəri gün axşam saatlarında o, Xaçmaz şəhəri, Dağıstan küçəsinə gəlib Orxan və Turalla görüşmüş və onlar piyada gəzə-gəzə Xaçmaz rayonu, Niyazabad kənd yolunun kənarında yerləşən Xaçmaz şəhəri, Yeni yaşayış massivinə getmişlər. Təxminən saat 20 radələrində Yeni yaşayış massivində gəzərkən ətrafı daş hasarla əhatə olunmuş bir mərtəbəli evin həyət qapısının çöl tərəfdən asma qıfılla bağlandığını görüb başa düşmüşlər ki, həmin evdə adam yoxdur. Sonra o, hasarın üstünə çıxıb evin həyətinə baxanda görmüşdür ki, həyətdə və evdə işıqlar yanmır. Həmin evdə adam olmadığına əmin olduqdan sonra öz aralarında razılaşmışlar ki, onunla Orxan oğurluq etmək məqsədi ilə evə daxil olsunlar, Tural isə gələn olsa xəbər verməsi üçün küçədə dayanıb ətrafa nəzarət etsin. Onlar əvvəlcə ətrafa nəzər yetirmişlər və ətrafda tamamilə sakitçilik olduğuna və başqa kənar adam olmadığına əmin olduqdan sonra o, əvvəlcə yerdən daş götürüb həyət qapısında olan asma qıfılın üstünə vuraraq açmağa çalışmış, nə qədər cəht etsədə qıfılı aça bilməmiş və onunla Orxan hasarın üstündən keçməklə evin həyətinə daxil olmuşlar, Tural isə küçədə dayanıb gözləmişdir. Həyətə daxil olduqdan sonra onlar evlə üzbəüz dayandıqda evin sağ yan tərəfinə gələndə görmüşlər ki, həmin tərəfdə palastik materialdan pəncərə var. O, yaxınlaşıb əli ilə pəncərəni itələdikdə pəncərə açılmış və onlar birlikdə pəncərədən içəri daxil olub özləri ilə gətirdikləri alışqanın fənərini yandırıb otaqlara baxmışlar. Bütün otaqları axtarsalarda pul, qızıl və ya başqa qiymətli əşya tapa bilməyib razılaşmışlar ki, evdə olan xalçaları və digər əşyaları oğurlayıb aparsınlar. O, gəlib evin giriş qapısını içəri tərəfdən açmış və onlar əvvəlcə qonaq otağına daxil olub döşəməyə sərilmiş iki ədəd xalçanı, çarpayının üzərindəki döşəyin altında olan iki ədəd xalçanı, divarda asılmış bir ədəd divar saatını, bir ədəd pələng formalı parçadan oyuncağı, bir ədəd ütünü, bir ədəd ventilyatoru, peyk antenasının aparatını, bir ədəd DVD-ni götürüb qapıdan çıxararaq həyətə qoymuşlar və qayıdıb yataq otağına getmişlər. Yataq otağında olan iki ədəd xalçanı, bir cüt qadın ayaqqabısını, divarda asılmış bir ədəd divar saatını götürüb həyətə yığdıqları digər əşyaların yanına qoyduqdan sonra qayıdıb digər yataq otağına daxil olmuşlar və həmin otaqdanda bir ədəd çaydanı, bir ədəd «Eurolux» markalı elektrik çörək bişirən sobanı, bir ədəd ət çəkən maşını götürüb həyətə çıxmışlar. Həyətdə Orxan çörək bişirən sobanın qapağını açanda görmüşdür ki, içərisində bir ədəd mikser və bir ədəd ləpə çəkən var. Sonra Orxan qonşuluqdakı yaşayış olmayan evin həyətinə keçmiş, o, oğurladıqları əşyaları gətirib Orxana vermiş, Orxanda həmin əşyaları görürüb bir yerə yığmışdır. Oğurladıqları əşyaların hamısını qonşuluqdakı yaşayış olmayan evin həyətinə yığdıqdan sonra Turalda onların yanına gəlib ona demişdir ki, oğurladıqları əşyaların bir hissəsini aparıb onun Xaçmaz rayonu, Yergüc kəndində yaşayan bibisinin əri Qılmana satmaq olar. O, Turaldan Qılmanın mobil telefon nömrəsini öyrənmiş və özü Qılmana zəng vurub demişdir ki, yaşadığı evdə xalçalar, çörək bişirən soba, mikser, ləpəçəkən var, pula ehtiyacı olduğu üçün satmaq istəyir, almaq istəyirsə ucuz qiymətə ona satsın. Qılman neçə ədəd xalça olduğunu və neçəyə satdığını soruşduqda böyük ölçüdə olan xalçaları ona satmaq istədiyi üçün demişdir ki, dörd ədəd xalçanı, bir ədəd çörək bişirən sobanı, bir ədəd mikseri və bir ədəd ləpəçəkəni ona 300 manata satar. Qılman baha satdığını, onun ancaq 100 manat pulu olduğunu bildirdikdə demişdir ki, razıdır, gətirib xalçaları, çörək bişirən sobanı, mikseri və ləpəçəkəni həmin qiymətə ona satacaqdır. Qılmanla danışdıqdan sonra Turala demişdir ki, oğurladıqları əşyaların bir hissəsini Qılmana satacaqlar, gedib taksi gətirsin, oğurladıqları əşyaları yığıb aparsınlar. Tural öz mobil telefonu ilə dostu Elminə zəng vurub ona olduqları yeri bildirərək demişdir ki, qohumunun evindədir, qohumuna aid əşyaları çıxarıb küçəyə yıxmışdır, həmin əşyaları Xaçmaz rayonu, Yergüc kəndində yaşayan qohumunun evinə aparmaq lazımdır. Bir qədər keçdikdən sonra Elmin idarə etdiyi «Opel» markalı avtomobillə onların olduğu yerə gəlmiş və onlar oğurladıqları əşyaları Elminin idarə etdiyi avtomobilin arxa yük yerinə yığdıqdan sonra özləridə avtomobilə əyləşmişlər. Elmin avtomobili hərəkətə gətirib Xaçmaz rayonu, Yergüc kəndi istiqamətində getmişdir. Yolda da Tural Elminə demişdir ki, apardığı əşyalar onun bibisinə aiddir, bibisi ondan həmin əşyaları Yergüc kəndinə gətirməsini xahiş etmişdir, ona görə də o, bibisinə aid əşyaları Yergüc kəndinə bibisinin evinə aparır. Yergüc kəndinə çatanda Tural Elminə yol göstərmiş və o, da onları Turalın bibisinin yaşadığı evin qarşısına gətirmişdir. Tural avtomobildən düşüb içəri gedərək bibisi əri Qılmanı küçəyə çağırmış və o, Qalmanla danışıb razılaşaraq oğurladıqları dörd ədəd xalçanı, bir ədəd çörək bişirən sobanı, bir ədəd mikseri və bir ədəd ləpəçəkəni 100 manata Qılmana satmışdır. Qılmanın xalçaları, çörək bişirən sobanı, mikseri və ləpəçəkəni onların başqa evdən oğurladıqlarından məlumatı olmamışdır. Bundan sonra onlar qayıdıb Xaçmaz şəhəri, H.Z.Tağıyev küçəsinə Orxanın kirayədə yaşadığı evin qarşısına gəlmişlər. Orxan avtomobildə qalmış iki ədəd kiçik ölçülü xalçanı, iki ədəd divar saatını, bir ədəd pələng formalı oyuncağı, bir ədəd paltar ütüsünü, bir ədəd ventilyatoru, bir ədəd peyk antenasının aparatını, bir ədəd DVD aparatını, bir cüt qadın yay ayaqqabısını, bir ədəd dəmir çaydanı, bir ədəd ətçəkəni götürüb kirayədə yaşadığı evə aparmış və qayıdıb geri onların yanına gəlmişdir. O, Qılmandan aldığı 100 manat pulun 20 manatını onları Yergüc kəndinə aparıb-gətirdiyinə görə Elminə vermiş, qalan 80 manatı isə o, Tural və Orxan öz aralarında bölmüşlər. O, 26 manat Turala, 26 manat Orxana vermiş, qalan 28 manatı isə özünə götürmüşdür. O, öz payına düşən 28 manat pulu sonrakı günlərdə xərcləmişdir. Sonradan bilmişdir ki, oğurluq etdikləri ev Sumuzər adlı qadına məxsusdur. Bundan başqa, Təqsirləndirilən şəxs2 qeyd etmişdir ki, 2020-ci ilin oktyabr ayının axırlarında təxminən saat 19 radələrində Mərkəzi poçtun qarşısında olan paka gəlib Calalla görüşmüş və onlar birlikdə parkda olan çayxanaya getmişlər. Bir saata yaxın vaxt keçdikdən sonra Talehdə çayxanaya gəlib onlarla bir stol arxasında oturmuşdur. Öz aralarında söhbət edərkən Calal maddi vəziyyətinin yaxşı olmadığını bildirmiş, o, da ona demişdir ki, Xaçmaz şəhəri, Yeni yaşayış massivi adlanan ərazidə təzə tikilmiş evlər var, gedib həmin evlərdən oğurluq etsinlər. Calal onunla razılaşmış və o, Talehə təklif etmişdir ki, o, da onlarla gəlsin. Taleh onlarla gəlmək istədiyini bildirmiş və onlar çayxanada oturmaqla və parkda gəzməklə vaxt keçirmişlər ki, qaranlıq olsun, oğurluq edəcəkləri evə daxil olarkən onları heç kim görməsin. Onlar təxminən saat 23 radələrinədək Mərkəzi poçtun qarşısında olan parkda gəzmişlər, sonra isə piyada gəzə-gəzə Xaçmaz rayonu, Niyazabad kənd yolunun kənarında yerləşən Xaçmaz şəhəri, Yeni yaşayış massivinə getmişlər. Yeni yaşayış massivində gəzərkən ətrafı daş hasarla əhatə olunmuş bir mərtəbəli evin işıqlarının yanmadığını görüb başa düşmüşlər ki, həmin evdə yaşayış yoxdur. Həmin evin təzə tikildiyi aydın hiss olunmuş və onlar həmin evə daxil olub oğurluq etmək qərarına gələrək əvvəlcə evin yaxınlığında dayanıb ətrafa nəzər yetirmişlər. Ətrafda tamamilə sakitçilik olduğuna və başqa kənar adam olmadığına əmin olduqdan sonra təxminən saat 02 radələrində o, Calal və Taleh hasarın üstündən keçməklə evin həyətinə daxil olmuşlar. Həyətə daxil olduqdan sonra onlar evin ön tərəfinə gəlmişlər və o, özündə olan cib bıçağını çıxarıb tiyəsini açaraq evin ön tərəfindəki bir mərtəbəli kiçik tikilinin plastik materialdan olan qapsının arasına salaraq yuxarı qaldırıb petlədən çıxarmış və baxanda görmüşdür ki, həmin tikili hamamdır. Hamamda heç bir əşya olmadığına görə o, özündə olan bıçağın tiyəsini evin ön tərəfində plastik materialdan olan pəncərənin dəstəy olan hissədən arasına salıb sıxaraq açmış və hər üçü həmin pəncərədən içəri daxil olmuşlar. İçəri daxil olub baxanda görmüşdür ki, ev təzə tikildiyi üçün tam təmir olunmamışdır, evdə istilik sistemi quraşdırılsada mətbəxdə və otaqlarda başqa heç bir əşya yoxdur. Dəhlizə gələndə görmüşlər ki, divarda ağ rəngli, üzərinə qırmızı rənglə «İmmergas» yazılmış kombi aparatı var. O, özündə olan alışqanla kombinin plasmas materialdan olan su borusunu qızdırıb yumşaltmış, sonra isə özündə olan bıçaqla borunu kəsmiş və üçü birlikdə kombini divardın çıxarıb yerə qoymuşlar. Sonra onlar otaqlarda quraşdırılmış radiatorların bir hissəsini boruları qızdırıb kəsməklə, bir hissəsini isə açmaqla yerlərindən çıxarıb içəri daxil olduqları pəncərədən bayıra çıxarmışlar. Kombini, 6 ədəd radiatorları və kombiyə qoşulmuş elektrik tənzimləyicini (stablizatoru) pəncərədən keçirməklə həyətə çıxardıqdan sonra özləridə həyətə çıxmışlar. Bundan sonra o, hasarın üstündan keçməklə küçə tərəfə keçmiş, Calal hasarın üstünə çıxıb orada dayanmış, Taleh isə həyətdə dayanıb kobini, radiatorları və elektrik tənzimləyicini (stablizatoru) tək-tək qaldırıb Calala vermiş, Calalda kobini, radiatorları və elektrik tənzimləyicini (stablizatoru) hasarın üstündən digər tərəfə keçirərək ona vermiş, o, da onları aparıb yaxınlıqda olan kolların arasına yığmışdır. X33 həyətdən çıxıb onun yanına gəlmişlər və o, öz mobil telefonu ilə Calalın Xaçmaz rayonu, Arzu kəndində yaşayan qohumu Zülfüqara zəng vurub demişdir ki, qohumunun evində kombi istilik sistemi və radiatorlar var, qohumuna pul lazım olduğu üçün ucuz qiymətə satır, istəyirsə gətirib ona satsın. Zülfüqar ona kobi lazım olmadığını, radiatorların isə neçə ədəd olduğunu və neçəyə satdığını soruşduqda demişdir ki, qohumu 6 ədəd radiatorları 400 manata satır. Zülfüqar 400 manat pulu olmadığını bildirdikdə demişdir ki, 300 manat versə radiatorları gətirib ona satar. Zülfüqar onunla razılaşaraq demişdir ki, radiatorları Arzu kəndinə onun evinə gətirsin. Zülfüqarla danışdıqdan X33ə demişdir ki, Zülfüqar radiatorları almaq istəyir. Oğurladıqları kombini, radiatorları və elektrik tənzimləyicini (stablizatoru) aparmaq üçün Calal qaynı Seymura zəng vurub demişdir ki, fermada işləyən oğlandan qohumu Zülfüqar üçün kombi, radiatorlar və elektrik tənzimləyici (stablizator) almışdır, avtomobili ilə gəlib onları təzə tikdirdikləri evə aparsınlar, sonra özü aparıb Zülfüqara verəcəkdir. Təxminən 30-35 dəqiqə keçdikdən sonra Seymur idarə etdiyi qırmızı rəngli Vaz-2107 markalı avtomobillə onların olduğu yerə gəlmiş və onlar əvvəlcə oğurladıqları kombini və elektrik tənzimləyicini Seymurun idarə etdiyi avtomobilin arxa yük yerinə qoymuşlar. Calal Seymurun avtomobilinə əlyəşib getmiş, onunla Taleh isə radiatorların olduğu yerdə dayanıb gözləmişlər. Bir qədər keçdikdən sonra Seymurla Calal qayıdıb gəlmişlər və onlar radiatorlarıda Seymurun avtomobilinin arxa yük yerinə yığdıqdan sonra Calal avtomobilə əyləşib getmiş, o, isə Talehdən ayrılıb piyada yaşadığı evə gəlmişdir. Səhəri gün Calal ona demişdir ki, radiatorları Xaçmaz rayonu, Arzu kəndinə aparıb Zülfüqarın həyətinə qoymuşdur, Zülfüqar gətirib pulunu verəcəkdir. Səhəri gün Calalla birlikdə Xaçmaz şəhəri, N.Nərimanov küçəsinə gəlib Zülfüqarla görüşmüşlər və sonuncu ona satdıqları radiatorlara görə onlara 300 manat pul vermişdir. Zülfüqardan aldıqları 300 manat pulun 100 manatını Calal özünə götürmüş, 100 manatını ona, 100 manatını isə Talehə vermişdir. Bir neçə gün keçdikdən sonra Calalla görüşərkən ona 123 manat pul verib demişdir ki, kombi ilə elektrik tənzimləyicini Zülfüqarın qohumuna 400 manata satmışdır, aldığı pulun 30 manatını isə oğurladıqları kombini, radiatorları və elektrik tənzimləyicini (stablizatoru) gətirdiyinə görə Seymura vermişdir. O, öz payına düşən 123 manat pulu sonrakı günlərdə xərcləmişdir. Sonradan bilmişdir ki, oğurluq etdikləri ev Hikmət adlı şəxsə məxsusdur. Zülfüqarın və Elçinin kombini, radiatorları və elektrik tənzimləyicini (stablizatoru) onların başqa evdən oğurladıqlarından məlumatları olmamışdır. Bundan əlavə, Təqsirləndirilən şəxs2 qeyd etmişdir ki, Xaçmaz şəhəri, Dağıstan küçəsində yaşayan Təqsirləndirilən şəxs3 2020-ci ilin noyabr ayının əvvəllərindən tanımışdır. Oktay adlı tanışı Xaçmaz şəhəri, Dağıstan küçəsində yaşayır və o, Oktayın yanına gəlib-gedərkən Eyvazıda Oktayın yanında görüb tanış olmuşdur. Eyvaz Oktayla qonşuluqda yaşamışdır. Sonrakı günlərdə Eyvazla görüşüb söhbət edərkən sonuncu ona cəzaçəkmə müəssisəsindən təzə çıxdığını demiş, o, Eyvazdan tutulmasının səbəbini soruşduqda isə evlərdən oğurluq etdiyinə görə həbs olunduğunu bildirmişdir. Bir müddət keçdikdən sonra isə Eyvazla görüşərkən sonuncu ona demişdir ki, birlikdə gəzib yaşayış olmayan evlərdən oğurluq etsinlər. O, Eyvazıfn təklifi ilə razılaşmadıqda sonuncu ona demişdir ki, qorxmasın, evlərə özü daxil olub oğurluq edəcəkdir, o, ancaq gələn olsa ona xəbər verməsi üçün küçədə dayanıb gözləyər. O, Eyvazın təklifi ilə razılaşmış və 05 dekabr 2020-ci il tarixdə saat 12 radələrində Xaçmaz şəhər Dəmiryol vağzalının yaxınlığında Eyvazla görüşüb piyada Xaçmaz şəhərində küçələri gəzmişlər. Onlar yaşayış olmayan evləri axtarmışlar ki, gecə gəlib həmin evlərə daxil olaraq oğurluq etsinlər. Təxminən saat 12:30 radələrində Xaçmaz şəhəri, Ş.Şamil küçəsinə gələndə görmüşlər ki, həmin küçədə yerləşən bir mərtəbəli evin mavi rəngli həyət qapısının üzərində asma qıfıl var. Həmin evdə adam olmadığını bilmişlər və Eyvaz ona demişdir ki, həmin evə daxil olub oğurluq etsinlər. Eyvaza havanın işıqlı olduğunu, axşam gəlib həmin evdən oğurluq etmələrini bildirdikdə sonuncu onunla razılaşmamış və ətrafda kənar adam olmadığını, indi həmin evə daxil olub oğurluq edəcəyini bildirərək demişdir ki, özü içəri daxil olacaq, o, küçədə dayanıb ətrafa nəzər yetirər, gələn olsa evin damına daş atıb ona bildirər, o, evdən çıxıb qaçar. O, Eyvazla razılaşıb oğurluq edəcəkləri evin yaxınlığında küçədə dayanıb gözləmiş, Eyvaz isə həyət qapsının yaxınlığında olan taxta oturacağın üstünə çıxıb hasarın üstündən tullanıb keçməklə həyətə daxil olmuşdur. Evin ətrafına mişar daşından hasar çəkildiyi üçün o, Eyvazın həyətdə nə etdiyini görə bilməmişdir. Təxminən 15 dəqiqəyə yaxın vaxt keçdikdən sonra Eyvaz hasarın üstünə çıxıb küçə tərəfə tullanaraq onun yanına gəlmiş və cibindən çıxardığı qəpik pulları, iki ədəd bir manatlıq əskinasları, üç ədəd qızıl qadın üzüyünü, bir cüt qızıl sırğanı, bir ədəd qızıl boyunbağını və bir ədəd qızıl qolabağını ona göstərərək demişdir ki, evdən bunları oğurlamışdır. Sonra Eyvaz qəpik pulları sayıb 100 manat olduğunu bildirərək qəpik pulların 50 manatını və bir manatlıq əskinaslardan birini ona vermiş, qalan 51 manatı isə özünə götürmüşdür. Eyvaz qızıl üzükləri, sırğanı, boyunbağını və qolbağını ona verib demişdir ki, onda qalsın, səhər Bakı şəhərinə gedib satarlar. O, etiraz etməyib oğurladıqları qızıl üzükləri, sırğanı, boyunbağını və qolbağını Eyvazdan alıb cibinə qoymuşdur. Həmin gün oğurladıqları qızıl-zinyət əşyalarını başqa yerə qoymayaraq cibində saxlamış, səhəri tezdən isə Dağıstan küçəsinə gəlib Eyvazla görüşmüşdür. Həmin vaxt Eyvaz ona demişdir ki, birlikdə Bakı şəhərinə gedib oğurladıqları qızıl-zinyət əşyalarını onun şəxsiyyət vəsiqəsini təqdim edərək satsınlar, əldə etdikləri puluda öz aralarında bölsünlər. Eyvazdan oğurladıqları qızılları nəyə görə öz şəxiyyət vəsiqəsinin surətini təqdim etməklə satmaq istəmədiyini soruşduqda isə demişdir ki, nə fərqi var, qızılları alan adama onun şəxsiyyət vəsiqəsinin surətini verərlər, bir problem çıxsa özü cavab verəcəkdir. O, Eyvazla razılaşmış və onlar Xaçmaz şəhəri, Bakı prospektində olan avtomobil dairəsinin yaxınlığına gələrək orada dayanmış taksi avtomobillərindən birinə əyləşib Bakı şəhərinə getmişlər. Bakı şəhərində olarkən 20 Yanvar metrostansiyasının yağınlığında yolun kənarında olan tikilinin ön tərəfinə lombard yazıldığını görmüşlər və Eyvaz ona demişdir ki, gedib oğurladıqları qızılları həmin lombarda satsınlar. Onlar birlikdə həmin yerə gəlib içəri daxil olmuşlar və onları qarşılayan şəxsdən qızılın bir qramını neçə manata aldıqlarını soruşmuşlar, həmin şəxsdə onlara demişdir ki, bir qram qızılı 57 manatdan alırlar. O, cibindən çıxarıb oğurladıqları bir ədəd qızıl qadın üzüyünü lombardın işçisinə vermiş, lombardın işçisi qızıl qadın üzüyünü almaq üçün ondan şəxsiyyət vəsiqəsi istəmiş, o, öz şəxsiyyət vəsiqəsini çıxarıb lombardın işçisinə vermiş, o, da şəxsiyyət vəsiqəsinin kserosurətini götürdükdən sonra vəsiqəni qaytarıb onun özünə vermişdir. Sonra lombardın işçisi onun verdiyi bir ədəd qızıl qadın üzüyünü tərəzinin üstünə qoyub çəkmiş və gətirib ona 370 manat pul vermişdir. Lombardın binasından çıxdıqdan sonra aldıqları pulun yarısını Eyvaza vermək istəmiş, ancaq o, pulu götürməyib demişdir ki, pul onda qalsın birlikdə xərcləyərlər. Onlar həmin gün Xaçmaz şəhərinə gəlməyib Bakı şəhərində qalmışlar və əldə etdikləri pulu Bakı şəhərində birlikdə xərcləmişlər. Beş-altı gün keçdikdən sonra onlar yenidən 20 Yanvar metrostansiyasının yaxınlığında olan lombarda gəlmişlər və o, iki ədəd qızıl qadın üzüyünü, bir cüt qızıl sırğanı, bir ədəd qızıl boyunbağını və bir ədəd qızıl qolabağını lombardın işçisinə göstərib özünə məxsus olduğunu, satmaq istədiyini bildirmiş, lombardın işçisi üzükləri, sırğanı, boyunbağını və qolabağını ondan alıb yoxladıqdan sonra demişdir ki, verdiyi qızıllara görə ona 1750 manat pul verə bilər. Lombardın işçisi ilə razılaşması üçün Eyvaz başı ilə ona işarə etmiş, o, da lombardın işçisi ilə razılaşmışdır. Lombardın işçisi gətirib ona 1750 manat pul vermiş və onlar lombardın binasından çıxıb getmişlər. Onlar yenədə Xaçmaz şəhərinə gəlməyib Bakı şəhərində qalmışlar və oğurladıqları qızıl-zinyət əşyalarını satıb əldə etdikləri pulu birlikdə xərcləmişlər. Sonradan bilmişdir ki, oğurluq etdikləri ev Eyvaz adlı şəxsə məxsusdur. Bundan başqa, Təqsirləndirilən şəxs2 göstərmişdir ki, 26 dekabr 2020-ci il tarixdə təxminən saat 19 radələrində yaşadığı küçədə tanış uşaqlarla dayanıb söhbət edərkən Eyvaz yanlarına gəlib görüşdükdən sonra ona demişdir ki, onunla işi vardır, o, onun yaşadığı küçəyə gələr. Eyvaz onlardan ayrılıb getmiş, bir neçə dəqiqə keçdikdən sonra o, da Eyvazın yaşadığı Dağıstan küçəsinə gedib onunla görüşmüşdür. Eyvazdan nə lazım olduğunu soruşduqda demişdir ki, evə gələrkən Xaçmaz şəhəri, Mehmandarov küçəsində olan evlərdən birinin üstündə asma qıfıl görmüşdür, gedib həmin evdən oğurluq etsinlər. O, Eyvazla razılaşmış və təxminən saat 20 radələrində onlar Mehmandarov küçəsinə gəlmişlər. Eyvaz həmin küçədə olan fasad hissəsi qırmızı rənglə rənglənmiş bir mərtəbəli evi göstərib ona demişdir ki, görürsən həmin evin həyət qapısı asma qıfılla bağlanıb, evdə adam yoxdur, o, küçədə dayanıb ətrafa nəzər yetirsin, gələn olsa evin damına daş atar, o, özü içəri daxil olub oğurluq edəcəkdir. O, Eyvazla razılaşraq küçədə evin yaxınlığında dayanıb ətrafa baxmış, Eyvaz isə evin sağ yan tərəfinə gəlib küçədə sakitçilik olmasından istifadə edərək hasarın üstündən tullanıb keçməklə evin həyətinə daxil olmuşdur. Evin ətrafına mişar daşından çəkilmiş hasar hündür olduğuna görə o, Eyvazın həyətdə nə etdiyini və evin içərisinə haradan daxil olduğunu görə bilməmiş və təxminən 15-20 dəqiqə keçdikdən sonra Eyvaz hasarın üstünə çıxıb küçə tərəfə tullanaraq onun yanına gəlmişdir. Eyvaz cibindən çıxarıb ona bir ədəd qızıl kişi üzüyü, iki ədəd qızıl qadın üzüyü, bir cüt qızıl sırğa və bir ədəd boyunbağı göstərərək demişdir ki, həmin evdən oğurlamışdır. Onlar birlikdə Dağıstan küçəsinə gəlmişlər və Eyvaz oğurladığı qızıl kişi üzüyünü, qızıl qadın üzüklərini, bir cüt qızıl sırğanı ona verib demişdir ki, onda qalsın səhər görüşüb satarlar. O, etiraz etməyib oğurladıqları qızıl üzükləri və sırğaları Eyvazdan alıb cibinə qoymuşdur, boyunbağı isə Eyvazın özündə qalmışdır. Həmin gün oğurladıqları qızıl-zinyət əşyalarını başqa yerə qoymayaraq cibində saxlamış, səhəri tezdən isə Dağıstan küçəsinə gəlib Eyvazla görüşmüşdür. Həmin vaxt Eyvaz ona demişdir ki, oğurladıqları qızıl-zinyət əşyalarını Xaçmazda satsalar tutula bilərlər, birlikdə Bakı şəhərinə gedib oğurladıqları qızıl-zinyət əşyalarını orada satsınlar. O, Eyvazla razılaşmış və Bakı şəhərinə getmələri üçün yol pulu olmadığına görə Eyvaz ona demişdir ki, oğurladıqları üzüklərdən birini Xaçmaz şəhərində satıb yol pulu əldə etsinlər, qalan üzükləri və sırğaları isə aparıb Bakı şəhərində satsınlar. Onlar piyada Xaçmaz şəhəri, N.Nərimanov küçəsinə Mərkəzi poçtun qarşısına gəlmişlər və o, çayxanada onunla işləmiş Xalidəxanın evinə gedib qızıl kişi üzüyü ilə qadın üzüklərindən birini Xalidəxana satıb 200 manat pul almışdır. Sonra o, qayıdıb Eyvazın yanına gəlmiş və onlar birlikdə Xaçmaz şəhəri, Bakı prospektində olan avtomobil dairəsinin yaxınlığına gələrək orada dayanmış taksi avtomobillərindən birinə əyləşib Bakı şəhərinə getmişlər. Bakı şəhərində olarkən Eyvaz onu 20 Yanvar metrostansiyasının yaxınlığında olan başqa lombarda aparmış və onlar içəri daxil olub oğurladıqları bir ədəd qızıl qadın üzüyünü və bir cüt qızıl sırğanı onun şəxsiyyət vəsiqəsinin surətini verərək lombardın işçisinə satıb 380 manat pul almışlar. Onlar yenədə Xaçmaz şəhərinə gəlməyib Bakı şəhərində qalmışlar və oğurladıqları qızıl-zinyət əşyalarını satıb əldə etdikləri pulu birlikdə xərcləmişlər. Boyunbağını isə Eyvazın nə etdiyini və ya kimə satdığını o, bilməmiş, Eyvaz özü də bu barədə ona heç bir söz deməmişdir. Bundan başqa Təqsirləndirilən şəxs2 göstərmişdir ki, 2021-ci ilin yanvar ayının əvvəllərində Xaçmaz şəhəri, Dağıstan küçəsində Orxanla görüşmüş və söhbət edərkən öz aralarında razılaşmışlar ki, Xaçmaz şəhərində küçələri gəzib baxsınlar, yaşayış olmayan evə olarsa daxil olub oğurluq etsinlər. Orxanla birlikdə piyada gəzə-gəzə Xaçmaz şəhəri, Vidadi küçəsinə gəlmişlər. Təxminən saat 01 radələrində Vidadi küçəsi ilə gedərkən görmüşlər ki, həmin küçədə yerləşən bir mərtəbəli evin işıqları yanmır. O, yaxınlaşıb əli ilə evin həyət qapsının dəstəyindən tutub aşağı sıxaraq qapının açıq olub-olmamasını yoxlamış, qapı bağlı olduğuna görə aça bilməmiş və evlə üzbəüz dayandıqda sağ tərəfdə olan evin hasarının üstünə çıxaraq həmin evin həyətinə baxmışdır. Evin həyətində işıq yandığını, ancaq içəridə işıq yanmadığını görüb başa düşmüşdür ki, həmin evdə adam yoxdur. Orxanla həmin evə daxil olub oğurluq etmək qərarına gəlmişlər və onlar əvvəlcə ətrafa nəzər yetirib gələn olub-olmamasına baxmışlar. Ətrafda kənar adam olmadığına əmin olduqdan sonra hər ikisi hasardan keçməklə evin həyətinə daxil olmuşlar. Əvvəlcə evin ön tərəfinə gəlib evin giriş qapsını açmaq istəmiş, lakin evin giriş qapısını aça bilməmiş və cibindən qatlanan cib bıçağını çıxarıb evin ön tərəfində plastik materialdan olan pəncərənin dəstəy hissəsinə yaxın yerdən arasına salıb sıxaraq açıb içəri daxil olmuşdur. Onun arxasınca Orxanda pəncərədən içəri daxil olmuş və onlar bütün otaqları axtarsalarda pul və ya başqa qiymətli əşya tapa bilməmişlər. O, Orxana bu evdə pul və ya qızıl olmadığını, evdən çıxıb getmələrini bildirdikdə sonuncu ona demişdir ki, əziyyət çəkib evə daxil olmuşlar, əliboş geri qayıtmasınlar, yataq otağında olan televizoru özləri ilə götürüb getsinlər. O, da Orxana demişdir ki, götürürsən götür, ancaq televizoru özün daşıyacaqsan. Orxan etiraz etməmiş və yataq otağında olan termonun üzərindəki qara rəngli «Samsung» markalı televizoru qucağına götürüb içəri daxil olduqları pəncərənin qarşısına gətirmişdir. O, pəncərədən keçməklə həyətə çıxmış, Orxan televizoru pənçərədən keçirib ona verdikdən sonra özüdə pəncərədən həyətə çıxmış və onlar həyətə daxil olduqları hasarın kənarına gəlmişlər. Yenədə o, hasarın üstünə çıxmış, Orxan televizoru ona verdikdən sonra özü də hasarın üstündən keçərək küçəyə çıxıb ona demişdir ki, televizoru özü aparıb satacaqdır, səhər isə gətirib ona çatacaq pulu özünə verəcəkdir. Səhəri gün Orxanın qaynı Seymur yanına gələrək ona 40 manat pul verib demişdir ki, həmin pulu Orxan göndərib. O, da 40 manat pulu Seymurdan alıb sonrakı günlərdə xərcləmişdir. Bir neçə gün keçdikdən sonra Orxanla görüşərkən sonuncu ona televizoru 80 manata satıb 40 manatını qaynı Seymurla ona göndərdiyini demiş, o, da Orxana Seymurun gətirib ona 40 manat pul verdiyini bildirmişdir. Ancaq Orxan televizoru kimə satması barədə ona heç bir söz deməmiş, o, özüdə bu barədə ondan soruşmamışdır. Bundan əlavə, o, qeyd etmişdir ki, 19 yanvar 2021-ci il tarixdə təxminən saat 15 radələrində o, Xaçmaz şəhəri, Dağıstan küçəsinə gəlib Eyvazla görüşmüşdür. Həmin vaxt Eyvaz ona demişdir ki, pulu yoxdur, gəzib baxsınlar, yaşayış olmayan ev olarsa özü daxil olub oğurluq edəcəkdir. O, Eyvazla razılaşmış və onlar piyada gəzə-gəzə Xaçmaz şəhəri, 21-ci məhəllə adlanan əraziyə gəlmişlər. Təxminən saat 16 radələrində 21-ci mhəllədə gəzərkən evlərdən birinin həyət qapsının asma qıfılla bağlandığını görüb başa düşmüşlər ki, həmin evdə adam yoxdur. Eyvaz ona demişdir ki, o, küçədə dayanıb ətrafa baxsın, gələn olsa evin damına daş atıb ona bildirər, özü evə daxil olub oğurluq edəcəkdir. Bundan sonra Eyvaz evin arxa tərəfinə gəlib hasarın üstünə çıxaraq həyətə tullanmış, o, isə bir qədər kənarda dayanıb ətrafa baxmışdır ki, gələn olsa evin damına daş atıb səs salmaqla Eyvaza bildirsin. Həmin evin də ətrafı hündür daş hasarla əhatə olduğuna görə o, Eyvazın həyətdə nə etdiyini və evin içərisinə haradan daxil olduğunu görə bilməmiş və təxminən 20 dəqiqə keçdikdən sonra Eyvaz hasarın üstünə çıxıb küçə tərəfə tullanaraq onun yanına gəlmişdir. Eyvazdan nə götürdüyünü soruşduqda demişdir ki, evə daxil olub bütün otaqları axtarsada pul və ya başqa qiymətli əşya tapa bilməmişdir. O, Eyvaza inanmış və onlar qayıdıb Dağıstan küçəsinə gəlmişlər. Sonra isə o, Eyvazdan ayrılıb yaşadığı evə getmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs2 bildirmişdir ki, 01 fevral 2021-ci il tarixdə təxminən saat 18 radələrində o, Xaçmaz şəhəri, Dağıstan küçəsinə gəlib Eyvazla görüşmüşdür. Eyvaz pulu olmadığını bildirərək ona demişdir ki, gəzib yaşayış olmayan evləri müəyyənləşdirsinlər və həmin evlərə daxil olub oğurluq etsinlər. O, Eyvazla razılaşmış və onlar piyada Xaçmaz şəhəri, İ.Rəsulov küçəsinə gəlmişlər. Təxminən saat 19 radələrində Xaçmaz şəhəri, İ.Rəsulov küçəsi ilə gedərkən görmüşlər ki, həmin küçədə yerləşən iki mərtəbəli evin həyət qapısının üzərində asma qıfıl var. Həmin evdə adam olmadığını bilmişlər və Eyvazla razılaşmışlar ki, həmin evə daxil olub oğurluq etsinlər. Eyvaz ona demişdir ki, özü içəri daxil olacaq, o, küçədə dayanıb ətrafa nəzər yetirər, gələn olsa evin damına daş atıb ona bildirər, o, evdən çıxıb qaçar. O, oğurluq edəcəkləri evin yaxınlığında küçədə dayanıb gözləmiş, Eyvaz isə həyət qapısının aşağı hissəsində olan daşın arasından açar götürüb həyət qapısının üstündə olan qıfılı açıb həyətə daxil olmuşdur. Eyvazın açarın yerini haradan bilməsini o, bilməmiş və Eyvaz özüdə ona heç bir söz deməmişdir. Təxminən 25-30 dəqiqəyə yaxın vaxt keçdikdən sonra Eyvaz həyət qapısını açıb küçəyə çıxmış və qapını asma qıfılla bağlayıb açarı götürdüyü yerə qoyaraq yanına gəlib ona demişdir ki, daxil olduğu evdən bir cüt sırğa və 130 manat götürmüşdür. Sonra Eyvaz ona 50 manat pul verib demişdir ki, sırğanıda özü satacaqdır. Onlar qayıdıb Dağıstan küçəsinə gəlmişlər və o, Eyvazdan ayrılıb evə getmişdir. Eyvazın sırğaları nə etdiyini o, bilməmiş və sonrakı günlərdə Eyvaz özüdə sırğaları satıb-satmaması barədə ona heç bir söz deməmişdir. Həmin evdən oğurladıqları bir cüt sırğa Eyvazda qalmışdır və sırğa ilə bağlı Eyvaz ona pul verməmişdir. Bundan əlavə, o, göstərmişdir ki, 12 fevral 2021-ci il tarixdə təxminən saat 17:30 radələrində evdən çıxıb Xaçmaz şəhəri, Dağıstan küçəsinə gələrək Eyvazla görüşmüş və onlar öz aralarında razılaşmışlar ki, gəzib yaşayış olmayan evləri müəyyənləşdirsinlər və həmin evlərə daxil olub oğurluq etsinlər. Bundan sonra onlar piyada Xaçmaz şəhəri, Tomris küçəsinə gəlmişlər. Təxminən saat 18 radələrində Tomris küçəsində yaşayan tanıdığı Zərərçəkmiş şəxs1 yaşadığı evin qarşısından keçərkən evin həyət qapsının asma qıfılla bağlandığını görmüşlər. Eyvaz ona demişdir ki, bu evdə adam yoxdur, həmin evə daxil olub oğurluq etsinlər. O, Eyvazın təklifi ilə razılaşmayaraq ona demişdir ki, bu evdə Habil adlı oğlan yaşayır, onu tanıyır, o, tezdən çıxıb işə gedir, axşamda qayıdıb evə gəlir, gəzib başqa yaşayış olmayan evə daxil olsunlar. Eyvaz onunla razılaşmayaraq demişdir ki, Habilin yaşadığı evə daxil olub baxacaqdır, pul və ya qiymətli bir əşya tapsa götürüb gələcəkdir, o, küçədə dayanıb ətrafa baxsın, gələn olsa evin damına daş atıb səs salmaqla ona bildirər. Bundan sonra Eyvaz həyət qapsının üstünə çıxıb həyətə tullanmış, o, isə bir qədər kənara gedərək dayanıb ətrafa baxmışdır ki, gələn olsa evin damına daş atıb səs salmaqla Eyvaza bildirsin. Təxminən 20-25 dəqiqə keçdikdən sonra Eyvaz həyətə daxil olduğu yerdən, yəni həyət qapsının üstünə çıxmaqla küçə tərəfə tullanmış və yanına gəlib ona demişdir ki, Habilin yaşadığı evdən dörd ədəd istifadə olunmuş mabil telefon götürmüşdür. Sonra Eyvaz cibindən çıxarıb ona bir ədəd ağ rəngli «Nokia», bir ədəd qara rəngli «Vertex», bir ədəd «LEAGOO M8» və bir ədəd «Mcromax» markalı mobil telefonları verib demişdir ki, özündə saxlasın. Bundan sonra onlar piyada Xaçmaz şəhəri, Dilarə Əliyeva küçəsinə gəlmişlər. Təxminən saat 18:40 radələrində Dilarə Əliyeva küçəsində yaşayan tanıdığı Feyruzun yaşadığı evin qarşısından keçərkən evin həyət qapsının asma qıfılla bağlandığını görmüşlər. Eyvaz ona demişdir ki, görürsən bu evində həyət qapısı asma qıfılla bağlanıb, bu evdə adam yoxdur, həmin evədə daxil olub oğurluq etsinlər. Eyvazın sözlərindən sonra ona demişdir ki, bu evdə Feyruz adlı şəxs yaşayır, Feyruzu tanıyır, o, Feyruzun evinə daxil olmasın. Eyvaz Feyruzun evində pul və qızıl ola biləcəyini, Feyruzun evinə daxil olub baxacağını, pul və ya qiymətli bir əşya tapsa götürüb gələcəyini bildirərək ona demişdir ki, o, küçədə dayanıb ətrafa baxsın, gələn olsa evin damına daş atıb səs salmaqla ona bildirər. Bundan sonra Eyvaz hasarın üstünə çıxıb həyətə tullanmış, o, isə evin yaxınlığında dayanıb ətrafa baxmışdır ki, gələn olsa evin damına daş atıb səs salmaqla Eyvaza bildirsin. Təxminən 15 dəqiqə keçdikdən sonra Eyvaz həyətə daxil olduğu yerdən, yəni hasarın üstünə çıxmaqla küçə tərəfə tullanmış və yanına gəlib ona demişdir ki, Feyruzun yaşadığı evdən üzük, İran rialı, Türk lirəsi və başqa əşyalar oğurlamışdır. Sonra Eyvaz oğurladığı əşyalar çıxarıb ona göstərəndə görmüşdür ki, o, Feyruzun evindən bir ədəd üzük, üç ədəd qol saatı, üzük, sırğa və klondan ibarət bujiteriya dəsti, gümüşü və qızılı rəngdə qadın bəzək əşyaları, İran rialı, Türk lirəsi, iki ədəd qırmızımtıl rəngli taxma dişlər oğurlayıb. Həmin vaxt Eyvaz ona təklif etmişdir ki, onun yaşadığı evdə adam yoxdur, onun yaşadığı evə gedib oğurladıqları əşyaların qızıl olub-olmamasını yoxlasınlar. O, etiraz etməmiş və onlar birlikdə Eyvazın yaşadığı evin həyətinə gəlmişlər. Həyətdə o, üzərində olan naqil kəsəni (kusaçki) çıxarıb Feyruzun evindən oğurladıqları qızılı rəngdə əşyaların üstünə sürtdükdən sonra Eyvaza demişdir ki, bunlar qızıl deyillər. Eyvazda ona demişdir ki, qızıl deyillərsə özlərində saxlamayıb atsınlar. Eyvaz İran rialını və Habilin evindən oğurladıqları bir ədəd mobil telefonu özünə götürmüş, Türk lirəsini və qalan mobil telefonları isə ona vermişdir. O, özündə olan mobil telefonları isə istintaqa təqdim etmişdir. Bundan sonra onlar Eyvazın yaşadığı evin həyətindən çıxıb Xaçmaz şəhəri, N.Rəfibəyli küçəsi istiqamətində getmişlər və Eyvaz Feyruzun evindən oğurladıqları əşyaları ondan alıb yolun kənarında olan yarımçıq tikilinin damına atmışdır. Tikilinin üstünə atdıqları əşyalar isə onun iştirakı ilə həmin yerdən götürülmüşdür. Təxminən saat 19:50 radələrində Rəfibəyli küçəsinə çatmışlar və həmin küçədə yerləşən iki mərtəbəli evin qarşısından keçib gedərkən həyət qapısının asma qıfılla bğalandığını görüb başa düşmüşlər ki, həmin evdə də adam yoxdur. Eyvaz ona demişdir ki, özü bu evə daxil olub oğurluq edəcəkdir, o, yenədə küçədə dayanıb ətrafa baxsın, gələn olsa evin damına daş atıb səs salmaqla ona bildirər. Eyvazla razılaşıb küçədə evin yaxınlığında dayanıb gözləmiş, Eyvaz isə hasarın üstünə çıxıb həyətdə tullanmışdır. Evin hasarı hündür olduğu üçün o, Eyvazın içəri necə daxil olduğunu görə bilməmiş və təxminən 15 dəqiqəyə yaxın vaxt keçdikdən sonra Eyvaz hasarın üstündən tullanmaqla küçə tərəfə keçib yanına gələrək ona demişdir ki, evdən iki ədəd mobil telefon və qəpik pullar götürmüşdür. Eyvaz bir ədəd «Samsnung» markalı və bir ədəd «Bilayn» markalı mobil telefonları ona vermiş, özü isə qəpik pulları saydıqdan sonra ona demişdir ki, qəpik pullar ümumilikdə 37 manatdır. Eyvaz qəpik pulların 18 manatını ona verib qalan 19 manatını özünə götürmüşdür. Oğurladıqları mobil telefonlar işləməmiş, ancaq o, həmin mobil telefonları özündə saxlayıb Eyvaza demişdir ki, cəhd edib baxar, alan olsa satar. Həmin mobil telefonlarıda istintaqa təqdim etmişdir. (Cild 5, iş vərəqləri 198-204) Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilməyərək göstərmişdir ki, həmin oğurlanmış əşyalardan Təqsirləndirilən şəxs2 ona bir sırğa, bir qolbaq və bir boyunbağı vermişdir. İstintaq zamanı Təqsirləndirilən şəxs2 təzyiq olunduğundan o, birgə cinayət əməllərinin törədilməsində iştirak etməkləri barədə vermişdir. Əslində isə o, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs10, Zərərçəkmiş şəxs12 və Zərərçəkmiş şəxs11 evindən edilmiş oğurluq cinayətlərinin törədilməsində iştirak etməmişdir. Məhkəmədə elan olunaraq tədqiq olunmuş Təqsirləndirilən şəxs3 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, ailəsi ilə birlikdə Xaçmaz şəhəri, Dağıstan küçəsi, ev 51-də yaşamışdır. Əvvəllər bir neçə dəfə məhkum olunmuşdur. Sonuncu dəfə Xaçmaz rayon məhkəməsinin 16 mart 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib 5 il adzadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. 2017-ci ilin aprel ayında Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 1 saylı cəzaçəkmə müəssisəsində cəza çəkərkən üzərində mobil telefon aşkar olunmuş və bununla bağlı onun barəsində Ədliyyə Nazirliyinin İstintaq İdarəsində Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsi ilə cinayət işi başlanıb istintaq aparılmış və barəsində olan cinayət işi baxılması üçün Binəqədi rayon məhkəməsinə göndərilmişdir. Binəqədi rayon məhkəməsinin 30 may 2017-ci il tarixldi hökmü ilə o, Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsi ilə təqsirli bilinib CM-nin 67-ci maddəsinə əsasən 3 il 4 ay azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 11 sentyabr 2020-ci il tarixdə cəzasını çəkib qutardığı üçün cəzaçəkmə müəssisəsindən buraxılmış və həmin tarixdə Xaçmaz şəhərinə gəlib ailəsi ilə birlikdə yaşamışdır. Cəzaçəkmə müəssisəsindən buraxıldıqdan sonra heç bir yerdə işləməmişdir. O, Xaçmaz şəhəri, Həzi Aslanov küçəsi, dalan 3, ev 4-də yaşayan Təqsirləndirilən şəxs2 2020-ci ilin noyabr ayının əvvəllərindən tanımışdır. Məmməd onunla qonşuluqda yaşayan Oktayın yanına gəlib-getmiş, o, da Məmmədi Oktayın yanında görüb tanış olmuşdur. Sonrakı günlərdə Məmmədlə görüşüb söhbət edərkən ona demişdir ki, cəzaçəkmə müəssisəsindən təzə çıxmışdır, işləmək üçün iş axtarır. Məmməd ondan tutulmasının səbəbin soruşmuş, o, ona evlərdən oğurluq etdiyinə görə tutulduğunu bildirdikdə Məmməd demişdir ki, o, özüdə yaşayış olmayan evlərə daxil olub oğurluq edir, razıdırsa birlikdə Xaçmaz şəhərində küçələri gəzib baxsınlar, yaşayış olmayan evlər olarsa daxil olub oğurluq etsinlər. İşləmədiyi və maddi çətinlikləri olduğu üçün Məmmədin təklifi ilə razılaşmışdır. O, 05 dekabr 2020-ci il tarixdə saat 12 radələrində Xaçmaz şəhər Dəmiryol vağzalının yaxınlığında Məmmədlə görüşmüş və onlar piyada Xaçmaz şəhərində küçələri gəzmişlər. Onlar yaşayış olmayan evləri axtarmışlar ki, gecə gəlib həmin evlərə daxil olub oğurluq etsinlər. Təxminən saat 12:30 radələrində Xaçmaz şəhəri, Ş.Şamil küçəsinə gələndə görmüşlər ki, həmin küçədə yerləşən bir mərtəbəli evin mavi rəngli həyət qapısının üzərində asma qıfıl var. Həmin evdə adam olmadığını bilmişlər və o, Məmmədə demişdir ki, həmin evə daxil olub oğurluq etsinlər. Məmməd havanın işıqlı olduğunu və axşam gəlib həmin evdən oğurluq etmələrini bildirdikdə ona demişdir ki, ətrafda kənar adam yoxdur, indi həmin evə daxil olub oğurluq etsinlər, özü içəri daxil olacaq, o, isə küçədə dayanıb ətrafa nəzər yetirər, gələn olsa evin damına daş atıb ona bildirər, o, da evdən çıxıb qaçar. Məmməd onunla razılaşıb oğurluq edəcəkləri evin yaxınlığında küçədə dayanıb gözləmiş, o, özü isə həyət qapsının yaxınlığında olan taxta oturacağın üstünə çıxıb hasarın üstündən tullanıb keçməklə həyətə daxil olmuşdur. Həyətə daxil olduqdan sonra evin giriş qapısına yaxınlaşıb baxanda görmüşdür ki, qapı bağlı olsada açarı üstündə qalıb. O, açarla qapını açıb içəri daxil olmuş və baxanda görmüşdür ki, giriş qapısı ilə üzbəüz və sağ tərəfdə otaqlar yerləşir. O, giriş qapısı ilə üzbəüz olan taxta qapını açıb içəri daxil olanda görmüşdür ki, daxil olduğu otaq yataq otağıdır. Yataq otağında olan şkafın sağ tərəfdə olan qapısını açıb baxanda üst rəfdə bir ədəd qutu olduğunu gömüş və açıb baxanda qutunun içərisində üç ədəd qızıl qadın üzüyü, bir cüt qızıl sırğa, bir ədəd qızıl boyunbağı və bir ədəd qızıl qolbağı olduğunu görüb götürərək cibinə qoymuşdur. Sonra şkafın digər qapağını açıb baxanda görmüşdür ki, orada da bir ədəd dəmir qutu var. Dəmir qutunu açıb baxanda içərisində qəpik pullar və iki ədəd bir manatlıq əskinaslar olduğunu görüb onlarıda götürmüş və digər otaqlara baxmadan evə daxil olduğu pəncərədən həyətə, daha sonra isə hasarın üstündən keçməklə küçəyə çıxıb Məmmədin yanına gəlmişdir. Məmməd evdən nə oğurlaya bildiyini soruşduqda üç ədəd qızıl qadın üzüyünü, bir cüt qızıl sırğanı, bir ədəd qızıl boyunbağını, bir ədəd qızıl qolabağını və qəpik pulları cibindən çıxarıb Məmmədə göstərərək demişdir ki, evdən bunları oğurlamışdır. Sonra o, oğurladığı qəpik pulları cibindən çıxarıb saymış və qəpik pulların 100 manat olduğunu bilib 50 manatını və bir manatlıq əskinaslardan birini Məmmədə vermiş, qalan 51 manatı isə özünə götürmüşdür. Qızıl üzükləri, sırğanı, boyunbağını və qolbağını Məmmədə verib demişdir ki, onda qalsın, səhər Bakı şəhərinə gedib satarlar. Məmməd etiraz etməyərək oğurladıqları qızıl üzükləri, sırğanı, boyunbağını və qolbağını ondan alıb cibinə qoymuşdur. Oğurladıqları qızıl üzüklər, sırğalar, qolbağı və boyunbağı həmin gün Məmməddə qalmış, səhəri tezdən isə Məmməd onun yaşadığı Dağıstan küçəsinə gəlib onunla görüşmüşdür. Həmin vaxt Məmməd ona demişdir ki, birlikdə Bakı şəhərinə gedib oğurladıqları qızıl-zinyət əşyalarını onun şəxsiyyət vəsiqəsini təqdim etməklə satsınlar, əldə etdikləri puluda öz aralarında bölsünlər. O, Məmmədlə razılaşmış və onlar Xaçmaz şəhəri, Bakı prospektində olan avtomobil dairəsinin yaxınlığına gələrək orada dayanmış taksi avtomobillərindən birinə əyləşib Bakı şəhərinə getmişlər. Bakı şəhərində olarkən 20 Yanvar metrostansiyasının yağınlığında yolun kənarında olan tikilinin ön tərəfinə lombard yazıldığını görmüşlər və Məmməd ona demişdir ki, oğurladıqları qızılları həmin lombarda girov qoyub pul götürsünlər. Onlar birlikdə həmin yerə gəlib içəri daxil olmuşlar və onları qarşılayan şəxsdən qızılın bir qramını neçə manata aldıqlarını soruşmuşlar, o, da onlara demişdir ki, bir qram qızılı 57 manata alırlar. Məmməd cibindən çıxarıb oğurladıqları bir ədəd qızıl qadın üzüyünü lombardın işçisinə vermiş, lombardın işçisi qızıl qadın üzüyünü Məmməddən almaq üçün şəxsiyyət vəsiqəsi istəmiş, Məmməd öz şəxsiyyət vəsiqəsini çıxarıb lombardın işçisinə vermiş, o, da Məmmədin şəxsiyyət vəsiqəsinin kserosurətini götürdükdən sonra vəsiqəni qaytarıb Məmmədin özünə vermişdir. Sonra lombardın işçisi Məmmədin ona verdiyi bir ədəd qızıl qadın üzüyünü tərəzinin üstünə qoyub çəkmiş və gətirib Məmmədə 370 manat pul vermişdir. Lombardın binasından çıxdıqdan sonra Məmməd aldıqları pulun yarısını ona vermək istəyəndə götürməyib demişdir ki, pul onda qalsın birlikdə xərcləyərlər. Onlar həmin gün Xaçmaz şəhərinə gəlməyib Bakı şəhərində qalmışlar və əldə etdikləri pulu Bakı şəhərində birlikdə xərcləmişlər. İki-üç gün keçdikdən sonra onlar yenidən 20 Yanvar metrostansiyasının yaxınlığında olan lombardın qarşısına gəlmişlər, o, küçədə dayanıb gözləmiş, Məmməd isə özündə saxladığı iki ədəd qızıl qadın üzüyünü, bir cüt qızıl sırğanı, bir ədəd qızıl boyunbağını və bir ədəd qızıl qolabağını satmaq üçün lombardın binasına daxil olmuşdur. Məmməd qayıdıb gəlmədiyi üçün o, içəri daxil olanda görmüşdür ki, lombardın işçisi Məmmədlə söhbət edə-edə qızılları yoxlayır. O, onlara yaxınlaşmış və lombardın işçisi Məmmədə verdiyi qızılların dəyərinin 1750 manat olduğunu bildirdikdə o, başı ilə Məmməddə işarə etmişdir ki, pulu alıb getsinlər. Onun işarəsindən sonra Məmməd lombardın işçisi ilə razılaşmış və lombardın işçisi gətirib 1750 manat pulu Məmmədə verdikdən sonra onlar lombardın binasından çıxıb getmişlər. Onlar yenədə Xaçmaz şəhərinə gəlməyib Bakı şəhərində qalmışlar və oğurladıqları qızıl-zinyət əşyalarını satıb əldə etdikləri pulu birlikdə xərcləmişlər. Sonradan bilmişdir ki, oğurluq etdikləri ev Eyvaz adlı şəxsə məxsusdur. Eyvazın yaşadığı Xaçmaz şəhəri, Şeyx Şamil küçəsi, 7 nömrəli evə 05 dekabr 2020-ci il tarixdə o, özü daxil olmuşdur və yataq otağında olan şkafın sağ tərəfdə olan qapısını açıb üst rəfdə olan qutunun içərisindən üç ədəd qızıl qadın üzüyü, bir cüt qızıl sırğa, bir ədəd qızıl boyunbağı və bir ədəd qızıl qolbağı, həmin şkafın digər rəfində olan dəmir qutunun içərisindən isə 100 manat qəpik pullar və iki ədəd bir manatlıq əskinaslar olmaqla ümumilikdə 102 manat pul oğurlamışdır. Bundan başqa, Təqsirləndirilən şəxs3 göstərmişdir ki, o, 26 dekabr 2020-ci il tarixdə təxminən saat 19 radələrində Xaçmaz şəhəri, Axundov küçəsində yaşayan bacanağı Akifin evindən gələrkən yaşadığı Dağıstan küçəsində Məmmədlə rastlaşmışdır. Görüşdükdən sonra Məmməd ona demişdir ki, Xaçmaz şəhəri, Mehmandarov küçəsində olan evlərdən birinin üstündə asma qıfıl görmüşdür, gedib həmin evdən oğurluq etsinlər. O, Məmmədlə razılaşmış və təxminən saat 20 radələrində onlar birlikdə Mehmandarov küçəsinə gəlmişlər. Məmməd həmin küçədə fasad hissəsi qırmızı rənglə rənglənmiş bir mərtəbəli evi ona göstərib demişdir ki, həmin evin həyət qapısı asma qıfılla bağlanıb, evdə adam yoxdur, o, küçədə dayanıb ətrafa nəzər yetirsin, gələn olsa evin damına daş atar, özü içəri daxil olub oğurluq edəcəkdir. O, Məmmədlə razılaşraq küçədə evin yaxınlığında dayanıb ətrafa baxmış, Məmməd isə evin sağ yan tərəfinə gəlib küçədə sakitçilik olmasından istifadə edərək hasarın üstündən tullanıb keçməklə evin həyətinə daxil olmuşdur. Evin ətrafına mişar daşından çəkilmiş hasar hündür olduğuna görə o, Məmmədin həyətdə nə etdiyini və evin içərisinə haradan daxil olduğunu görə bilməmiş və təxminən 15-20 dəqiqə keçdikdən sonra Məmməd hasarın üstünə çıxıb küçə tərəfə tullanaraq onun yanına gəlmişdir. Məmməd cibindən çıxarıb ona bir ədəd qızıl kişi üzüyü, bir ədəd qızıl qadın üzüyü, bir cüt qızıl sırğa-üzük dəsti və bir ədəd qızıl qolbağı göstərərək demişdir ki, həmin evdən oğurlamışdır. Onlar birlikdə Dağıstan küçəsinə gəlmişlər və Məmməd oğurladıqları qızıl kişi üzüyünü, qızıl qadın üzüyünü, qızıl sırğaüzük dəstini özündə saxlamış, qolbağını isə ona verib demişdir ki, səhər görüşüb satarlar. O, etiraz etməmiş və səhəri tezdən Məmməd Dağıstan küçəsinə gəlib onunla görüşərək demişdir ki, oğurladıqları qızıl-zinyət əşyalarını Xaçmazda satsalar tutula bilərlər, birlikdə Bakı şəhərinə gedib oğurladıqları qızıl-zinyət əşyalarını orada satsınlar. O, Məmmədlə razılaşmış və Bakı şəhərinə getmələri üçün yol pulu olmadığına görə Məmməd demişdir ki, oğurladıqları üzüklərdən birini Xaçmaz şəhərində satacaqdır. O, etiraz etməmiş və Məmməd ondan ayrılıb getmişdir. Bir qədər keçdikdən sonra Məmməd gəlib ona demişdir ki, oğurladıqları qızıl kişi üzüyü ilə qızıl qadın üzüyünü 200 manata satmışdır. O, Məmməddən pul götürməmiş və onlar taksi avtomobili ilə Xaçmaz şəhəri, Bakı prospektində olan avtomobil dairəsinin yaxınlığına gələrək orada dayanmış taksi avtomobillərindən birinə əyləşib Bakı şəhərinə getmişlər. Bakı şəhərində olarkən 20 Yanvar metrostansiyasının yaxınlığında olan lombardın qarşısına gəlmişlər, o, küçədə dayanıb gözləmiş, Məmməd isə özündə saxladığı bir ədəd qızıl qadın üzüyünü və bir cüt qızıl sırğanı satmaq üçün lombardın binasına daxil olmuşdur. Bir qədər keçdikdən sonra Məmməd lombardın binasından bayıra çıxıb ona demişdir ki, oğurladıqları bir ədəd qızıl qadın üzüyünü və bir cüt qızıl sırğanı satmışdır. Məmməd lombarddan nə qədər pul aldığını ona deməmiş, o, özüdə bu barədə ondan heç bir söz soruşmamışdır. Onlar üç günə yaxın Bakı şəhərində qalmışlar və oğurladıqları qızılzinyət əşyalarını satıb əldə etdikləri pulu birlikdə xərcləmişlər. Bir neçə gün keçdikdən sonra özü tək Bakı şəhərinə getmiş və Xaçmaz şəhəri, Mehmandarov küçəsində yerləşən evdən oğurladıqları qızıl qolbağını tanımadığı şəxsə satıb 400 manat pul almışdır. Qolbağını satıb əldə etdiyi pulu isə özü tək xərcləmişdir. Sonradan bilmişdir ki, oğurluq etdikləri həmin ev Elnur adlı şəxsə məxsusdur. 26 dekabr 2020-ci il tarixdə Məmmədlə birlikdə Elnurun yaşadığı Xaçmaz şəhəri, Mehmandarov küçəsi, 49 nömrəli evdən bir ədəd qızıl kişi üzüyü, bir ədəd qızıl qadın üzüyü, bir cüt qızıl sırğa-üzük dəsti və bir ədəd qızıl qolbağı oğurlamışlar. Bundan əlavə, Təqsirləndirilən şəxs3 qeyd etmişdir ki, 19 yanvar 2021-ci il tarixdə təxminən saat 15 radələrində Xaçmaz şəhəri, Dağıstan küçəsində Məmmədlə görüşərkən sonuncu ona demişdir ki, gəzib baxsınlar, yaşayış olmayan ev olarsa daxil olub oğurluq etsinlər. O, Məmmədlə razılaşmış və onlar piyada gəzə-gəzə Xaçmaz şəhəri, 21-ci məhəllə adlanan əraziyə gəlmişlər. Təxminən saat 16 radələrində 21-ci məhəllədə gəzərkən evlərdən birinin həyət qapsının asma qıfılla bağlandığını görüb başa düşmüşlər ki, həmin evdə adam yoxdur. Məmmədə demişdir ki, o, küçədə dayanıb ətrafa baxsın, gələn olsa evin damına daş atıb ona bildirər, özü evə daxil olub oğurluq edəcəkdir. Bundan sonra o, evin arxa tərəfinə gəlib hasarın üstünə çıxaraq həyətə tullanmış, Məmməd isə küçədə dayanıb ətrafa baxmışdır ki, gələn olsa evin damına daş atıb səs salmaqla ona xəbər versin. Həyətə daxil olduqdan sonra o, evin ön tərəfinə gəlmiş və özü ilə gətirdiyi vintaçanı evin ön tərəfində plastik materialdan olan pəncərənin arasına salıb açaraq həmin yerdən içəri daxil olmuşdur. İçəri daxil olduqdan sonra otaqları axtarsada pul və ya qiymətli əşya tapa bilməyib içəri daxil olduğum pəncərdən həyətə, daha sonra isə hasarın üstündən keçməklə küçəyə çıxıb Məmmədin yanına gəlmişdir. Məmməd ondan nə götürdüyünü soruşduqda demişdir ki, evə daxil olub bütün otaqları axtarsada pul və ya başqa qiymətli əşya tapa bilməmişdir. Onlar birlikdə Dağıstan küçəsinə gəlmişlər, sonra isə o, Məmməddən ayrılıb yaşadığı evə getmişdir. Xaçmaz şəhəri, 21-ci məhəllədə yerləşən evə 19 yanvar 2021-ci il tarixdə o, özü daxil olmuşdur, ancaq həmin evdən pul və ya başqa qiymətli əşya oğurlamamışdır. Ev sahibi Kamranın 19 yanvar 2021-ci il tarixdə evindən 2500 manat pul oğurlanması ilə bağlı göstərdikləri yalandır. Bundan başqa, Təqsirləndirilən şəxs3 bildirmişdir ki, 01 fevral 2021-ci il tarixdə təxminən saat 18 radələrində Xaçmaz şəhəri, Dağıstan küçəsində Məmmədlə görüşüb söhbət edərkən sonuncu ona demişdir ki, gəzib yaşayış olmayan evləri müəyyənləşdirsinlər və həmin evlərə daxil olub oğurluq etsinlər. O, Məmmədlə razılaşmış və onlar piyada Xaçmaz şəhəri, İ.Rəsulov küçəsinə gəlmişlər. Təxminən saat 19 radələrində Xaçmaz şəhəri, İ.Rəsulov küçəsi ilə gedərkən görmüşlər ki, həmin küçədə yerləşən iki mərtəbəli evin həyət qapısının üzərində asma qıfıl var. Həmin evdə adam olmadığını bilmişlər və Məmmədlə razılaşmışlar ki, həmin evə daxil olub oğurluq etsinlər. Məmməd ona demişdir ki, özü içəri daxil olacaq, o, küçədə dayanıb ətrafa nəzər yetirər, gələn olsa evin damına daş atıb ona bildirər, o, da evdən çıxıb qaçar. O, oğurluq edəcəkləri evin yaxınlığında küçədə dayanıb gözləmiş, Məmməd isə həyət qapısının aşağı hissəsində olan daşın arasından açar götürüb həyət qapısının üstündə olan qıfılı açaraq həyətə daxil olmuşdur. Məmmədin açarın yerini haradan bildiyini o, bilməmiş və Məmməd özüdə bu barədə ona heç bir söz deməmişdir. Təxminən 25-30 dəqiqəyə yaxın vaxt keçdikdən sonra Məmməd həyət qapısını açıb küçəyə çıxmış və qapını asma qıfılla bağlayıb açarı götürdüyü yerə qoyaraq yanına gəlib ona demişdir ki, daxil olduğu evdən bir cüt sırğa və 130 manat götürmüşdür. Sonra Məmməd ona 50 manat pul və bir cüt qızıl sırğa verib demişdir ki, sırğa onda qalsın, sonra satarlar. O, 50 manat pulu və sırğaları Məmməddən alıb cibinə qoymuş və onlar qayıdıb Dağıstan küçəsinə gəlmişlər. Dağıstan küçəsində Məmməd ondan ayrılıb getmiş, o, da yaşadığı evə gəlmişdir. Bir neçə gün keçdikdən sonra özü tək Bakı şəhərinə getmiş və Xaçmaz şəhəri, İ.Rəsulov küçəsində yerləşən evdən oğurladıqları bir cüt qızıl sırğanı tanımadığı şəxsə satıb 300 manat pul almışdır. Sırğanı satıb əldə etdiyi pulu isə özü tək xərcləmişdir. Sonradan bilmişdir ki, oğurluq etdikləri həmin ev Mileyhə adlı qadına məxsusdur. Bundan əlavə, Təqsirləndirilən şəxs3 qeyd etmişdir ki, 12 fevral 2021-ci il tarixdə təxminən saat 17:30 radələrində Məmməd Xaçmaz şəhəri, Dağıstan küçəsinə gəlib onunla görüşmüş və onlar öz aralarında razılaşmışlar ki, gəzib yaşayış olmayan evləri müəyyənləşdirsinlər və həmin evlərə daxil olub oğurluq etsinlər. Bundan sonra onlar piyada Xaçmaz şəhəri, Tomris küçəsinə gəlmişlər. Təxminən saat 18 radələrində Tomris küçəsində yaşayan tanıdığı Zərərçəkmiş şəxs1 yaşadığı evin qarşısından keçərkən evin həyət qapsının asma qıfılla bağlandığını görmüşlər. Məmməd ona demişdir ki, bu evdə adam yoxdur, həmin evə daxil olub oğurluq etsinlər. O, Məmmədin təklifi ilə razılaşaraq ona demişdir ki, Habilin yaşadığı evə daxil olub baxacaqdır, pul və ya qiymətli bir əşya tapsa götürüb gələcəkdir, o, küçədə dayanıb ətrafa baxsın, gələn olsa evin damına daş atıb səs salmaqla ona bildirər. Məmməd onunla razılaşmış və o, həyət qapsının üstünə çıxıb həyətə tullanmış, Məmməd isə küçədə dayanıb ətrafa baxmışdır ki, gələn olsa evin damına daş atıb səs salmaqla ona bildirsin. Həyətə daxil olduqdan sonra evin ön tərəfinə gəlmiş və Məmmədin verdiyi vintaçanı evin ön tərəfində olan plastik pəncərənin arasına salıb açaraq həmin yerdən içəri daxil olmuşdur. O, əvvəlcə qonaq otağını axtarsada pul və ya başqa qiymətli əşya tapa bilməmiş və həmin otaqda termonun üstündə olan bir ədəd ağ rəngli «Nokia» markalı və bir ədəd qara rəngli «Vertex» markalı mobil telefonları götürüb cibinə qoyaraq yataq otağına gəlmişdir. Yataq otağınıda axtarsada pul və ya başqa qiymətli əşya tapa bilməmiş və həmin otaqda olan termonun alt siyirməsini açıb baxanda görmüşdür ki, orada da bir ədəd «LEAGOO M8» markalı və bir ədəd «Mcromax» markalı mobil telefonlar var. Həmin mobil telefonlarıda götürüb cibinə qoyduqdan sonra içəri daxil olduğu pəncərədən həyətə, daha sonra isə hasarın üstündən keçməklə küçəyə çıxıb Məmmədin yanına gəlmişdir. Məmmədə Habilin yaşadığı evdən 4 ədəd mobil telefon oğurladığını deyərək oğurladığı mobil telefonları cibindən çıxarıb saxlaması üçün Məmmədə vermişdir. Bundan sonra onlar piyada Xaçmaz şəhəri, Dilarə Əliyeva küçəsinə gəlmişlər. Təxminən saat 18:40 radələrində Dilarə Əliyeva küçəsində yaşayan tanıdığı Feyruzun yaşadığı evin qarşısından keçərkən evin həyət qapsının asma qıfılla bağlandığını görmüşlər. Məmməd ona demişdir ki, «görürsən Feyruzun evinin həyət qapsı asma qıfılla bağlanıb, bu evdə adam yoxdur, Feyruz imkanlıdır, gəl Feyruzun evinə daxil olub oğurluq edək». Məmmədin sözlərindən sonra ona demişdir ki, Feyruzun evinə daxil olub baxacaqdır, pul və ya qiymətli bir əşya tapsa götürüb gələcəkdir, o, küçədə dayanıb ətrafa baxar, gələn olsa evin damına daş atıb səs salmaqla ona bildirər. Bundan sonra o, hasarın üstünə çıxıb həyətə tullanmış, Məmməd isə evin yaxınlığında dayanıb ətrafa baxmışdır ki, gələn olsa evin damına daş atıb səs salmaqla ona bildirsin. O, həyətə daxil olduqdan sonra evin ön tərəfinə gəlmiş və Məmmədin verdiyi vintaçanı evin ön tərəfində birinci mərtəbədə plastik materialdan olan pəncərənin arasına salıb açaraq həmin yerdən içəri daxil olmuş və özü ilə gətirdiyi alışqanın fənərini yandırıb baxanda görmüşdür ki, daxil olduğu yer dəhlizdir. O, dəhlizdə olan pilləkənlə ikinci mərtəbəyə qalxıb yataq otağına daxil olmuşdur. Yataq otağını axtarsada pul tapa bilməmiş və həmin otaqda olan güzgülü termonun üst rəfini açıb baxanda orada bir ədəd üzüyün, üzük, sırğa və klondan ibarət bujiteriya dəstinin olduğunu görmüş və götürüb cibinə qoyaraq həmin otaqdan çıxıb ikinci mərtəbədə olan digər yataq otağına gəlmişdir. Daxil olduğu yataq otağını axtarsada pul tapa bilməmiş və həmin otaqda olan şkafın sağ tərəfdə olan qapısını açanda paltarlar asıldığını, alt hissədə olan rəfin üstündə isə bir ədəd pul kisəsinin olduğunu görmüş və pul kisəsini götürüb açanda görmüşdür ki, içrisində gümüşü rəngli sırğa cütü, gümüşü rəngli boyunbağı, qolbağı, gümüşü rəngli və qırmızımtıl rəngli üzüklər, 3 ədəd qol saatı, İran rialı, 5 Türk lirəsi və 7 ədəd metaldan olan bir Türk lirələri var. O, pul kisəsində olan üzükləri, boyunbağını, qolbağını, sırğa cütünü, İran rialını, Türk lirələrini götürüb cibinə, kisəni isə yerinə qoymuş və şkafın digər qapısını açıb baxanda yuxarıdan ikinci rəfin üstündə iki ədəd qırmızımtıl rəngli taxma dişlər olduğunu görüb götürərək cibinə qoyub pilləkənlə birinci mərtəbəyə düşüb içəri daxil olduğu pəncərədən həyətə, daha sonra isə hasarın üstündən keçməklə küçəyə çıxıb Məmmədin yanına gəlmişdir. Feyruzun evindən oğurladığı gümüşü və qızılı rəngdə olan üzükləri, sırğa cütünü, qol saatlarını, bujiteriya dəstini, taxma dişləri, İran rialını və Türk lirəsini cibindən çıxarıb saxlaması üçün Məmmədə verərək demişdir ki, yaşadığı evdə adam yoxdur, onun evinə gedib oğurladıqları əşyaların qızıl olub-olmadığını yoxlasınlar. Məmməd onunla razılaşmış və onlar birlikdə onun yaşadığı evin həyətinə gəlmişlər. Həyətdə Məmməd özündə olan naqil kəsəni (kusaçki) çıxarıb Feyruzun evindən oğurladıqları qızılı rəngdə olan əşyaların üstünə sürtdükdən sonra ona həmin əşyaların qızıl olmadığını bildirmiş, o, da Məmmədə demişdir ki, qızıl deyillərsə özlərində saxlamayıb atsınlar. O, İran rialını və Habilin evindən oğurladığı bir ədəd mobil telefonu özünə götürmüş, Türk lirəsini və qalan üç ədəd mobil telefonları isə Məmmədə vermişdir. Özünə götürdüyü İran rialını və mobil telefonu isə istintaqa təqdim etmişdir. Bundan sonra onlar onun yaşadığı evin həyətindən çıxıb Xaçmaz şəhəri, N.Rəfibəyli küçəsi istiqamətində getmişlər və o, Feyruzun evindən oğurladığı qızılı və gümüşü rəngdə olan qadın bəzək əşyalarını və qol saatlarını Məmməddən alıb yolun kənarında olan yarımçıq tikilinin damına atmışdır. Təxminən saat 19:50 radələrində onlar Rəfibəyli küçəsinə çatmışlar və həmin küçədə yerləşən iki mərtəbəli evin qarşısından keçib gedərkən həyət qapısının asma qıfılla bğalandığını görüb başa düşmüşlər ki, həmin evdə də adam yoxdur. Məmmədə demişdir ki, özü bu evə daxil olub oğurluq edəcəkdir, o, isə yenədə küçədə dayanıb ətrafa baxar, gələn olsa evin damına daş atıb səs salmaqla ona bildirər. Məmməd onunla razılaşaraq küçədə evin yaxınlığında dayanıb gözləmiş, o, isə hasarın üstünə çıxıb həyətə tullanmışdır. Həyətə daxil olduqdan sonra evin giriş qapısına yaxınlaşıb çəkəndə evin taxtadan olan qapısı açılmış və o, qapıdan içəri daxil olanda görmüşdür ki, üzbəüz taxta pilləkən var. O, taxta pilləkənlə qalxmış və sağ tərəfdə olan iki laylı taxta qapını açıb içəri daxil olanda görmüşdür ki, sol tərəfdə də başqa bir taxta qapı var. Həmin taxta qapını açıb içəri daxil olanda isə görmüşdür ki, daxil olduğu otaq qonaq otağıdır. O, qonaq otağında olan servantın orta hissəsindəki rəfin üstündə olan göy rəngli qabın içərisində 50 qəpiklər, ondan aşağı hissədə olan rəfin üstündəki plasmas qabın içərisində 20 qəpiklər olduğunu görüb götürdükdən sonra yataq otağına gəlib güzgülü termonun rəfini açıb baxanda orada bir ədəd «Samsung» markalı və bir ədəd «Bilayn» markalı mobil telefonlar olduğunu görüb onlarıda götürdükdən sonra başqa otaqlara baxmadan həyətə, daha sonra isə hasarın üstündən keçməklə küçəyə çıxıb Məmmədin yanına gələrək ona demişdir ki, evdən iki ədəd mobil telefon və qəpik pullar götürmüşdür. O, mobil telefonları Məmmədə vermiş, sonra isə qəpik pulları sayıb 37 manat olduğunu bilmişdir. O, qəpik pulların 18 manatını Məmmədə vermiş, 19 manatını isə özünə götürmüşdür. Oğurladıqları mobil telefonlar işləməmiş, Məmməd mobil telefonları özündə saxlayaraq demişdir ki, alan olsa satacaqdır. O, Zərərçəkmiş şəxs1 yaşadığı evdən pul oğurlamamışdır. Habilin yaşadığı evə o, özü daxil olmuşdur və oradan 4 ədəd mobil telefon oğurlamışdır. (Cild 5, iş vərəqləri 215-218) Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs4 ona Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 232.2.1-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, istintaq zamanı təzyiq altında məcburi şəkildə ittiham olunduğu əməllərin onun tərəfindən törədilməsini demişdir. Əslində isə həmin cinayətlər onun tərəfindən törədilməmiş və o, bunların heç birinin törədilməsində iştirak etməmişdir. Belə ki, Təqsirləndirilən şəxs2la Təqsirləndirilən şəxs1 onun vasitəsi ilə tanış olsalar da, o, Məmmədin Rüstəmə silah verdiyini sonradan öyrənmişdir. Belə ki, Məmmədi o, 2006-cı ildən tanımışdılr. Rüstəmlə isə bir yerdə bir yerdə işləmişlər. Baş vermiş oğurluq hadisələrinin heç birində o, i.tirak etməmiş və bu hadisələrin baş vermısindın məlumatı olmamışdır. Məhkəmədə elan olunaraq tədqiq olunmuş Təqsirləndirilən şəxs4 ibtidai istintaq zamanı verdiyi ifadəsində görünür ki, o, valideyinləri ilə birlikdə Xaçmaz rayonu, Armudpadar kəndində yaşayır. 2019-cu ilin əvvəllərindən Xaçmaz şəhərində «Almaz» şadlıq sarayının yaxınlığında yerləşən Nizami adlı şəxsə məxsus mebel sexində usta işləyir. O, Ucar şəhərində yaşayan Təqsirləndirilən şəxs1 2018-ci ilin yay aylarından tanıyır. 2018-ci ilin yay aylarında o, Bakı şəhəri, Dərnəgül qəsəbəsi ərazisində yerləşən mebel sexində usta işləmiş, Yasamal rayonunda isə kirayədə qalmışdır. Kirayədə qaldığı evin yaxınlığında yerləşən kafeni Rüstəm işlətmiş və o, özü də aradabir Rüstəmin işlətdiyi kafeyə gedib çay içmişdir. Hətta bir dəfə axşam Rüstəmin işlətdiyi kafedə olarkən pivə içmiş və gecəni evə getməyib kafedə qalmışdır. Tədricən onun Rüstəmlə yaxın münasibəti yaranmış və onlar yoldaşlıq etmişlər. 2018-cu ilin axırlarında o, Bakı şəhərində işlərini yekunlaşdırıb Xaçmaz rayonu, Armudpadar kəndinə yaşadığı evə gəlmiş və sonrakı ayları başqa yerə getməyib Armudpadar kəndində qalmışdır. Həmin vaxtdan sonra Rüstəm aradabir Xaçmaz rayonuna gəlib onunla görüşmüş və gəldiyi gündə qayıdıb Bakı şəhərinə getmişdir. Xaçmaz şəhərində olan mebel sexində işləyərkən isə o, tez-tez çay içmək üçün Xaçmaz şəhəri, N.Nərimanov küçəsində «Muğan» bankın arxa tərəfində yerləşən çayxanaya gəlmişdir. Həmin ərəfədə Xaçmaz şəhərində yaşayan Təqsirləndirilən şəxs2 «Muğan» bankın arxa tərəfində yerləşən çayxanada masa xidmətçisi işləmişdir. Çayxanada olarkən bəzən Məmmədlə söhbət etmiş və tədricən onların yaxın münasibəti yaranmışdır. Aradabir Məmməd özü də işlədiyi sexə gəlib onunla görüşmüşdür. 2019-cu ilin dekabr ayının axırlarında zəng vurub Rüstəmlə danışarkən sonuncu Xaçmaz rayonuna qonaq gəlmək istədiyini bildirdikdə o, onu yaşadığı evə qonaq çağırmışdır. Səhəri gün Rüstəm Xaçmaz şəhərinə gəlmiş və o, Xaçmaz şəhərinə gəlib onu qarşılayaraq Armudpadar kəndinə yaşadığı evə aparmış, evdə yemək yedikdən sonra isə Rüstəmlə birlikdə evdən çıxıb Xaçmaz şəhəri, N.Nərimanov küçəsinə Məmmədin işlədiyi çayxanaya gəlmişlər. Çayxanada olarkən o, Rüstəmi Məmmədlə tanış etmiş və onlar bir masa arxasında oturub çay içə-içə söhbət etmişlər. Çayxanada olarkən tədricən Rüstəmində Məmmədlə münasibəti yaranmış və axşam Rüstəmlə birlikdə çayxanadan çıxıb Armudpadar kəndinə onun yaşadığı evə getmişlər. Rüstəm gəldiyi gün gecəni onların evində qalmış, səhəri gün axşam saatlarında yenədə Rüstəmlə birlikdə evdən çıxıb Xaçmaz şəhəri, N.Nərimanov küçəsinə Məmmədin işlədiyi çayxanaya gəlmişlər. Çayxanada olarkən Məmməddə gəlib onların yanında oturmuş və onlar öz aralarında söhbət etmişlər. Söhbət əsnasında Rüstəm onunla Məmmədə demişdir ki, qayıdıb Ucar rayonuna getmək üçün ona pul lazımdır, Xaçmaz şəhərində olan evlərdən birinə daxil olub oğurluq etsinlər. Rüstəmin sözlərindən sonra Məmməd demişdir ki, Xaçmaz şəhəri, X.Şükürov küçəsi ilə gəlib-gedərkən həmin küçədə yerləşən iki mərtəbəli evin işıqlarının yanmadığını görmüşdür, deyəsən həmin evdə yaşayış yoxdur, evin görkəmindən sahibinin imkanlı olduğu hiss olunur, həmin evdə çoxlu pul və ya qızıl-zinyət əşyaları ola bilər, həmin evə daxil olub oğurluq etsinlər. Rüstəm Məmməddən dediyi evdə yaşayanları tanıyıbtanımadığını, həmin evdə pul olması barədə məlumatı olub-olmadığını soruşmuş, Məmməddə Rüstəmə demişdir ki, Xaçmaz şəhəri, X.Şükürov küçəsində yerləşən evin kimə məxsus olmasını bilmir, həmin evdə pul olmasada yəqin ki, başqa qiymətli əşya vardır. Onlar Məmmədlə razılaşmışlar və təxminən saat 21 radələrində üçü bir yerdə çayxanadan çıxıb Məmmədin dediyi küçə istiqamətində getmişlər. X30 demişdir ki, oğurluq etmək məqsədilə evə daxil olarkən əlcəkdən istifadə etmək lazımdır ki, toxunduqları əşyalarda əl izləri qalmasın. O, işlədiyi sexdə əlcəklər olduğunu bildirmiş və onlar əvvəlcə onun işlədiyi mebel sexinə getmişlər. Sexdə gözətçi və ya başqa adam olmadığı üçün o, özündə olan açarla işlədiyi mebel sexinin qapısını açıb içəri daxil olmuş, Məmmədlə Rüstəm isə küçədə dayanıb onu gözləmişlər. O, sexdən üç cüt əlcək götürmüş və qayıdıb mebel sexinin qapısını bağlayaraq Məmmədlə Rüstəmin yanına gəlmişdir. Təxminən saat 22 radələrində onlar Xaçmaz şəhərində olan küçələrdən birinə gəlmişlər və Məmməd gəldikləri küçənin X.Şükürov küçəsi olduğunu bildirərək həmin küçədə daş hasarla əhatə olunmuş iki mərtəbəli evi onlara göstərib demişdir ki, oğurluq edəcəkləri ev bu evdir. Yenədə evin işıqları yanmamış və onlar əvvəlcə ətrafa nəzər yetirmişlər və tamamilə sakitçilik olduğunu görüb öz aralarında razılaşmışlar ki, Məmmədlə Rüstəm içəri daxil olsunlar, o, isə gələn olsa onlara xəbər verməsi üçün küçədə dayanıb gözləsin. O, Məmməd və Rüstəmlə razılaşmışdır. Oğurluq edəcəkləri evin ətrafı açıqlıq olduğu üçün küçədən keçən adamların onu görə biləcəklərini fikirləşib Məmmədlə Rüstəmə demişdir ki, oğurluq edəcəkləri evin ətrafı açıq sahədir, kənar adam gəlsə küçədə tək daynadığını görüb şübhələnər, o, da evin həyətinə daxil olsun, onlar evin içərisinə daxil olanda o, həyətdə dayanıb ətrafa nəzarət edər. Məmmədlə Rüstəm etiraz etməmişlər və hər üçü evin sağ yan tərəfinə gəlib mişar daşından olan hasarın üstündən keçməklə həyətə daxil olmuşlar. Həyətə daxil olduqdan sonra o, evin sağ yan tərəfində dayanıb gözləmişdir ki, gələn olsa evin damına daş atıb səs salmaqla Məmmədlə Rüstəmə bildirsin. Məmmədlə Rüstəm evin ön tərəfinə getmişlər və təxminən 30-40 dəqiqə keçdikdən sonra qayıdıb yanına gələndə görmüşdür ki, Rüstəmin əlində parçadan olan üzlüyün içərisində bir ədəd ov tüfəngi, Məmmədin əlində isə bir ədəd televizor və bir ədəd qara rəngli polietilen torba var. Rüstəm ona demişdir ki, hasarın üstündən digər tərəfə keçsin, onlar oğurladıqları əşyaları hasarın üstündən keçirib ona versinlər. O, hasarın üstündən tullanmaqla digər tərəfə keçib küçədə dayanmış, Məmməd hasarın üstünə çıxmış, Rüstəm isə həyətdə dayanıb oğurladıqları ov tüfəngini, televizoru, torbanı Məmmədə vermiş, Məmməddə onları götürüb hasarın üstündən keçirməklə ona vermişdir. Məmməd torbanı hasarın üstündən keçirib ona vermək istəyərkən iki ədəd bir litrlik şüşə butulka yerə düşərək sınmış və o, baxanda görmüşdür ki, torbanın içərisində olanlar müxtəlif markalı içkilərdir. X24 hasarın üstündən keçməklə küçəyə çıxmışlar və onlar oğurladıqları içkiləri, ov tüfəngini, televizoru götürüb oradan uzaqlaşmışlar. Bir qədər getdikdən sonra Rüstəm onlara demişdir ki, oğurladıqları ov tüfəngini və televizoru əllərində aparsalar görən olar, onlar tutula bilərlər, oğurladıqları televizoru və ov tüfəngini başqa nəyinsə içərisinə qoyub qablaşdırsınlar ki, görən olsa şübhə doğurmasın. Rüstəmin sözlərindən sonra onlara demişdir ki, işlədiyi mebel sexində lazım olan əşyalar vardır, işlədiyi sexə gedib oğurladıqları əşyaları qablaşdırsınlar. Məmmədlə Rüstəm onunla razılaşmışlar və onlar birlikdə onun işlədiyi mebel sexinə gəlmişlər. O, yenədə özündə olan açarla işlədiyi mebel sexinin qapısını açmış və onlar birlikdə sexin içərisinə daxil olmuşlar. Sexdə olarkən ov tüfəngini və televizoru orada olan qara rəngli parçanın içərisinə qoyub bükərək üstdən yapışqanlı lentlə sarımışlar, içkilərdən «Jack Daniels» markalı vsikini o, götürmüş, markasını bilmədiyi bir ədəd içkini isə Məmməd götürmüşdür. Həmin vaxt Rüstəm onlara demişdir ki, oğurladıqları ov tüfəngi ilə televizoru Xaçmaz rayonunda satmaq təhlükəlidir, o, ov tüfəngi ilə televizoru Bakı şəhərinə aparıb satmaq istəyir. X22 razılaşmışlar, Rüstəmdə onlara demişdir ki, narahat olmasınlar ov tüfəngi ilə televizoru satdıqdan sonra onlara çatacaq pulu göndərəcəkdir. Onlar bir qədər piyada gəlmişlər, sonra isə həmin küçə ilə hərəkətdə olan markasını və qeydiyyat nömrə nişanını xatırlamadığı taksi avtomobilini saxlatdırıb onunla Xaçmaz şəhəri, Bakı prospektində olan avtomobil dairəsinin yaxınlığına gəlmişlər. Həmin yerdə Rüstəm Bakı şəhərinə getməsi üçün markasını və qeydiyyat nömrə nişanını xatırlamadığı taksi avtomobilinin sürücüsü ilə danışıb razılaşdıqdan sonra onlar oğurladıqları ov tüfəngini və televizoru gətirib həmin avtomobilin yük yerinə qoymuşlar. Həmin vaxt Rüstəm ona təklif etmişdir ki, o, da onunla Ucar rayonuna getsin. O, Rüstəmlə razılaşmış və onlar birlikdə taksi avtomobilinə əyləşib Bakı şəhər avtovağzalına, orada isə başqa taksi avtomobilinə əyləşib Ucar rayonuna getmişlər. O, həmin gün Ucar şəhərində Rüstəmin yaşadığı evdə qalmış, səhəri gün isə öz payına düşən viskinidə götürüb Xaçmaz rayonuna yaşadığı evə gəlmiş və valideyinlərinin görməməsi üçün viskini həyətdə gizlədib evə getmişdir. Səhəri gün axşam saatlarında evdən çıxıb gedərkən həyətdə gizlətdiyi viskini götürüb yaşadığı kənd ərazisində olan kafeyə gedərək özü üçün yemək sifariş vermiş və viskinidə kafedə yemək yeyərkən özü tək içmişdir. İki-üç gün keçdikdən sonra Rüstəmə zəng vurub ov tüfəngi ilə televizoru satıb-satmadığını soruşmuş, Rüstəmdə ona demişdir ki, ov tüfəngini və televizoru sata bilməmişdir. Bir neçə gün keçdikdən sonra yenidən Rüstəmə zəng vurmuş, ancaq sonuncu onun etdiyi zənglərə cavab verməmişdir. Bir müddət keçdikdən sonra Məmməd özü ona zəng vurub oğurladıqları ov tüfəngini və televizoru Rüstəmin satıb-satmadığını soruşmuş, o, da ona demişdir ki, özü də Rüstəmi axtarır, ancaq Rüstəm etdiyi zənglərə cavab vermir, ona görə də oğurladıqları ov tüfəngini və televizoru Rüstəmin satıb-satmamasından məlumatı yoxdur. Sonra o, Rüstəmin istifadəsində olan mobil telefon nömrəsini Məmmədə verib demişdir ki, “özün ona zəng vur, bəlkə sənin zənginə cavab verdi”. Məmmədin deməsinə görə Rüstəm onun etdiyi zənglərədə cavab verməmişdir. Sonrakı aylarda da nə qədər cəhd etsədə Rüstəmlə əlaqə saxlaya bilməmiş və oğurladıqları ov tüfəngi ilə televizor Rüstəmdə qalmışdır. Xaçmaz şəhəri, X.Şükürov küçəsində olan evdən oğurladıqları ov tüfəngi ilə televizoru Rüstəmin nə etməsini və ya kimə satmasını o, bilməmişdir. Çünki Ucar rayonundan qayıtdıqdan sonra o, heç vaxt Rüstəmlə danışmamış və onu görməmişdir. 2021-ci ilin fevral ayında Xaçmaz RPŞ-də olarkən bilmişdir ki, oğurluq etdikləri ev Bakı şəhərində yaşayan Emil adlı şəxsə məxsusdur. Emilə məxsus evin içərisinə Rüstəmlə Məmməd daxil olmuşlar, o, özü isə həyətda dayanıb ətrafa nəzarət etmişdir ki, gələn olsa evin damına daş atıb səs salmaqla Rüstəmlə Məmmədə bildirsin. Rüstəmlə Məmməd isə evdən çıxıb onun yanına gələndə o, onların oğurladıqları əşyaların içərisində gümüş xəncər olmasını görməmişdir. (Cild 5, iş vərəqlər 239-240) Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs5 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilmiş və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyi göstərmişdir. Təqsirləndirilən şəxs5 həm məhkəməyədək icraat zamanı, həm də məhkəmədə verdiyi ifadələrinə əsasən, o, Xaçmaz rayonu, Fərzəlioba kəndində qeydiyyatda olsada atası Fəxrəddin, anası Vəsilə və bacısı Fatimə ilə birlikdə Xaçmaz rayonu, Xudat şəhəri, 3-cü şöbədə yaşayır. 2018-ci ilin axırlarında o, Xaçmaz şəhərində yaşayan X12 ilə evlənmiş və onlar Xaçmaz şəhəri, H.Z.Tağıyev küçəsi, 22 nömrəli evdə kirayədə yaşamışlar. 2021-ci ilin mart ayının əvvəllərində Sevda onun Xaçmaz şəhərində olan evlərdən oğurluq etdiyini bilmiş və ondan ayrılıb valideyinlərinin yanına getmişdir. Hal-hazırda da Sevda valideyinlərinin yanında qalır. O, Xaçmaz şəhərində yaşayan Təqsirləndirilən şəxs8 Sevda ilə evləndikdən sonra tanımışdır. Calal Sevdanın bacısı Lətifənin əridir. Xaçmaz şəhərində yaşayan Təqsirləndirilən şəxs2 isə Calalın qardaşı Turalın yanında görüb tanmışdır. Turalla Məmməd arasında dosluq münasibətləri olmuşdur. O, teztez Xaçmaz şəhərinə gəlib Calal və Turalla görüşmüşdür. Calal və ya Turalla bir yerdə olduqları vaxtlarda Məmməd zəng vurub onları Xaçmaz şəhəri, N.Nərimanov küçəsinə, Mərkəzi poçtun qarşısında yerləşən çayxanaya çağırmış və onlar həmin çayxanaya gəlib Məmmədlə görüşmüşlər. Tez-tez Məmmədlə görüşdüyünə görə onun özünündə Məmmədlə yaxın münasibəti yaranmışdır. 06 iyul 2020-ci il tarixdə təxminən saat 18 radələrində o, Xaçmaz şəhərinə gəlib Turalla görüşmüş və onlar bir yerdə N.Nərimanov küçəsinə Mərkəzi poçtun qarşısında olan parka gəlmişlər. Bir qədər keçdikdən sonra onların yanına Məmməd gəlmiş və onlar əvvəlcə pakda gəzmişlər, sonra isə birlikdə çayxanaya gedib çay içmişlər. Çayxanada söhbət edərkən Məmmədə maddi vəziyyətinin yaxşı olmadığını bildirərək demişdir ki, gəzib baxsınlar, yaşayış olmayan evə olarsa daxil olub oğurluq etsinlər. Sözlərindən sonra Tural onlara demişdir ki, «Kapital» bankın Xaçmaz rayon filialının yaxınlığında mağaza var, birlikdə gedib həmin mağazadan oğurluq etsinlər. Onlar Turalla razılaşıb parkda gəzmişlər ki, bir qədər də vaxt keçsin, küçədə olan insanlar evlərinə yığışsınlar. 07 iyul 2020-ci il tarixdə təxminən saat 02 radələrində o, Tural, Məmməd birlikdə «Kapital» bankın Xaçmaz rayon filialının yaxınlığında olan mağazanın qarşısına gəlmişlər və orada Turalla Məmməd ona demişlər ki, özləri içəri daxil olacaqlar, o, isə gələn olsa qışqırıb onlara xəbər verməsi üçün mağazanın yaxınlığında dayanıb gözləsin. O, Məmməd və Turalla razılaşaraq mağazanın yaxınlığında dayanıb gözləmiş, Tural isə yerdən götürdüyü taxta parçasını mağazanın plastik materialdan olan qapsının arasına salıb açaraq Məmmədlə birlikdə içəri daxil olmuşdur. Təxminən 15-20 dəqiqə keçdikdən sonra Turalla Məmməd mağazadan bayıra çıxanda görmüşdür ki, hərəsinin əlində bir ədəd polietilen torba və sellofan paketdə olan enerji içkiləri var. Turalla Məmməd yanına gəlib ona demişlər ki, mağazadan siqaretlər, pivələr, enerji içkiləri və bir ədəd istifadə olunmuş «Nokia» markalı mobil telefon oğurlamışlar. Oğurladıqları əşyaları hara aparmaları barədə fikirləşərkən Məmməd Qudyalçayın sahilində sakitçilik olduğunu, həmin yerə gedib oğurladıqları siqaretləri və içkiləri öz aralarında bölmələrini təklif etmiş və onlar Məmmədlə razılaşıb Qudyalçayın sahilinə gedərkən mağazadan oğurladıqları içkilərin bir hissəsini içmişlər. Qudyalçayın sahilinə gəldikdən sonra oğurladıqları siqaretləri öz aralarında bölmüşlər və hərəsinə 18-19 bloka yaxın müxtəlif markalı siqaretlər düşmüş, «Nokia» markalı mobil telefonu isə o, özünə götürmüşdür. Həmin «Nokia» markalı mobil telefonu isə istintaqa təqdim etmişdir. Qudyalçayın sahilində olduqları müddətdə də içkilərdən bir hissəsini içmişlər, bir hissəsi çayın kənarında qalmış, bir hissəsini isə Məmməd özü ilə aparıb getmişdir. Məmmədin hansı içkilərdən nə qədər apardığını o, bilməmiş, Tural isə özü ilə içki aparmamışdır. O, Xudat şəhərinə yaşadığı evə getməmiş və Xaçmaz şəhərində yaşayan qayınanası Nargilənin evinə gəlib siqaretləri həyətdə olan hində gizlətmiş, sonra isə içəri gedib qayınanasına demişdir ki, işdən gec çıxdığı üçün evə gedə bilməyib onun evinə gəlmişdir. Qayınanası ona inanmış və o, gecəni qayınanasının evində qalmışdır. Səhəri gün Məmməd zəng vurub onu çağırmış və o, gələndə görmüşdür ki, Məmmədlə Tural bir yerdədirlər. Həmin vaxt Məmməd ona demişdir ki, mağazadan oğurladıqları siqaretləri aparıb Elbrus adlı şəxsə sata bilər. O, Elbrusu tanımadığı üçün Məmmədlə razılaşaraq gedib qayınanasının həyətində olan hində gizlətdiyi siqaretləri gətirib Məmmədə vermişdir. Məmməd onlardan ayrılıb getmiş və bir qədər keçdikdən sonra qayıdıb gələrək onlara demişdir ki, bütün siqaretləri 80 manata satmışdır. Onlar Məmmədə heç biz söz deməmişlər və 80 manatı öz aralarında bölmüşlər. Onun payına 26-27 manata yaxın pul düşmüş və o, payına düşən pulu sonrakı günlərdə şəxsi ehtiyacları üçün xərcləmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs5 göstərmişdir ki, o, 2020-ci ilin avqust ayının əvvəllərində günorta saatlarında Xaçmaz şəhəri, Dağıstan küçəsinə gəlib Tural və Məmmədlə görüşmüş və onlar öz aralarında razılaşmışlar ki, yaşayış olmayan evlərə daxil olub oğurluq etsinlər. Sonra Məmməd onlara demişdir ki, Xaçmaz şəhəri, Yeni yaşayış massivində yeni evlər tikilmişdir, həmin yer sakitçilikdir, oranı gəzib yaşayış olmayan evlərdən oğurluq etsinlər. Onlar Məmmədlə razılaşsalarda həmin gün oğurluq etmək məqsədi ilə heç bir yerə getməmişlər, səhəri gün axşam saatlarında o, yenidən Xaçmaz şəhəri, Dağıstan küçəsinə gəlib Tural və Məmmədlə görüşmüş və onlar piyada gəzə-gəzə Xaçmaz rayonu, Niyazabad kənd yolunun kənarında yerləşən Xaçmaz şəhəri, Yeni yaşayış massivinə gəlmişlər. Təxminən saat 20 radələrində Yeni yaşayış massivində gəzərkən ətrafı daş hasarla əhatə olunmuş bir mərtəbəli evin həyət qapısının çöl tərəfdən asma qıfılla bağlandığını görüb başa düşmüşlər ki, həmin evdə adam yoxdur. Məmməd hasarın üstünə çıxıb evin həyətinə baxdıqdan sonra onlara demişdir ki, həyətdə və evdə işıqlar yanmır. Həmin evdə adam olmadığına əmin olduqdan sonra öz aralarında razılaşmışlar ki, onunla Məmməd oğurluq etmək məqsədi ilə evə daxil olsunlar, Tural isə gələn olsa onlara xəbər verməsi üçün küçədə dayanıb ətrafa nəzarət etsin. Onlar əvvəlcə ətrafa nəzər yetirmişlər və ətrafda tamamilə sakitçilik olduğuna və başqa kənar adam olmadığına əmin olduqdan sonra Məmməd yerdən daş götürüb həyət qapısında olan asma qıfılın üstünə vuraraq açmağa çalışmışdır. Məmməd nə qədər cəht etsədə qıfılı aça bilməmiş və onunla Məmməd hasarın üstündən keçməklə evin həyətinə daxil olmuşlar, Tural isə küçədə dayanıb gözləmişdir. Həyətə daxil olduqdan sonra onlar evlə üzbəüz dayandıqda evin sağ yan tərəfinə gələndə görmüşlər ki, həmin tərəfdə palastik materialdan pəncərə var. Məmməd yaxınlaşıb əli ilə pəncərəni itələdikdə pəncərə açılmış və onlar birlikdə pəncərədən içəri daxil olub özləri ilə gətirdikləri alışqanın fənərini yandırıb otaqlara baxmışlar. Bütün otaqları axtarsalarda pul, qızıl və ya başqa qiymətli əşya tapa bilməyib razılaşmışlar ki, evdə olan xalçaları və digər əşyaları oğurlayıb aparsınlar. Məmməd gedib evin giriş qapısını içəri tərəfdən açmış və onlar əvvəlcə qonaq otağına daxil olub döşəməyə sərilmiş iki ədəd xalçanı, çarpayının üzərindəki döşəyin altında olan iki ədəd xalçanı, divarda asılmış bir ədəd divar saatını, bir ədəd pələng formalı parçadan oyuncağı, bir ədəd ütünü, bir ədəd ventilyatoru, peyk antenasının aparatını, bir ədəd DVD-ni götürüb qapıdan çıxararaq həyətə qoymuşlar və qayıdıb yataq otağına getmişlər. Yataq otağında olan iki ədəd xalçanı, bir cüt qadın ayaqqabısını, divarda asılmış bir ədəd divar saatını götürüb həyətə yığdıqları digər əşyaların yanına qoyduqdan sonra qayıdıb digər yataq otağına daxil olmuşlar və həmin otaqdanda da bir ədəd çaydanı, bir ədəd «Eurolux» markalı elektrik çörək bişirən sobanı, bir ədəd ət çəkən maşını götürüb həyətə çıxmışlar. Həyətdə çörək bişirən sobanın qapağını açıb baxanda görmüşdür ki, içərisində bir ədəd mikser və bir ədəd ləpə çəkən var. Sonra o, qonşuluqdakı yaşayış olmayan evin həyətinə keçmiş, Məmməd oğurladıqları əşyaları gətirib ona vermiş, o, da həmin əşyaları görürüb bir yerə yığmışdır. Oğurladıqları əşyaların hamısını qonşuluqdakı yaşayış olmayan evin həyətinə yığdıqdan sonra Turalda onların yanına gəlmiş və Məmmədlə Tural arasında olan söhbətdən başa düşmüşdür ki, onlar oğurladıqları əşyaları Xaçmaz rayonu, Yergüc kəndinə aparıb Turalın bibisi əri Qılmana satmaq istəyirlər. Sonra Tural öz mobil telefonu ilə kiməsə zəng vurub olduqları yeri bildirərək demişdir ki, qohumunun evindədir, qohumuna aid əşyaları çıxarıb küçəyə yıxmışdır, həmin əşyaları Xaçmaz rayonu, Yergüc kəndində yaşayan qohumunun evinə aparmaq lazımdır. Bir qədər keçdikdən sonra olduqları yerə «Opel» markalı avtomobillə bir cavan oğlan gəlmiş və Tural gələn oğlanın adını çəkərkən bilmişdir ki, avtomobilin sürücüsünün adı Elmindir. Tural oğurluq etdikləri evi Elminə göstərib demişdir ki, qohumunun evidir, əşyalarda qohumuna məxsusdur, həmin əşyaları qohumunun Xaçmaz rayonu, Yergüc kəndindəki evinə aparmaq lazımdır. Elmin Turala inanmış və onlar oğurladıqları altı ədəd xalçanı, iki ədəd divar saatını, bir ədəd pələng formalı oyuncağı, bir ədəd paltar ütüsünü, bir ədəd ventilyatoru, bir ədəd peyk antenasının aparatını, bir ədəd DVD aparatını, bir cüt qadın yay ayaqqabısını, bir ədəd dəmir çaydanı, bir ədəd çörək bişirən sobanı, bir ədəd mikseri, bir ədəd ləpəçəkəni, bir ədəd ətçəkəni Elminin idarə etdiyi avtomobilin arxa yük yerinə yığdıqdan sonra özləridə avtomobilə əyləşmişlər. Elmin avtomobili hərəkətə gətirib Xaçmaz rayonu, Yergüc kəndi istiqamətində getmiş, yolda da Tural Elminə demişdir ki, onun avtomobili ilə apardıqları əşyalar bibisinə aiddir, bibisinin Yergüc kəndində də evi var, bibisi ondan həmin əşyaları Yergüc kəndindəki evinə gətirməsini xahiş etmişdir, ona görə də o, bibisinə aid əşyaları Yergüc kəndinə bibisinin evinə aparır. Yergüc kəndinə çatanda Tural Elminə yol göstərmiş və o, onları Turalın bibisinin yaşadığı evin qarşısına aparmışdır. Tural avtomobildən düşüb içəri gedərək bibisi əri Qılmanı küçəyə çağırmış və Məmməd Qalmanla danışıb razılaşaraq oğurladıqları dörd ədəd xalçanı, bir ədəd çörək bişirən sobanı, bir ədəd mikseri və bir ədəd ləpəçəkəni 100 manata Qılmana satmışdır. Bundan sonra onlar qayıdıb Xaçmaz şəhəri, H.Z.Tağıyev küçəsinə onun kirayədə yaşadığı evin qarşısına gəlmişlər. O, avtomobildə qalmış iki ədəd kiçik ölçülü xalçanı, iki ədəd divar saatını, bir ədəd pələng formalı oyuncağı, bir ədəd paltar ütüsünü, bir ədəd ventilyatoru, bir ədəd peyk antenasının aparatını, bir ədəd DVD aparatını, bir cüt qadın yay ayaqqabısını, bir ədəd dəmir çaydanı, bir ədəd ətçəkəni götürüb yaşadığı evə aparmış və qayıdıb geri Məmmədgilin yanına gəlmişdir. Məmməd Qılmandan aldığı 100 manat pulun 20 manatını onları Yergüc kəndinə aparıb-gətirdiyinə görə Elminə vermiş, qalan 80 manatı isə o, Məmməd və Tural öz aralarında bölmüşlər. Məmməd 26 manat ona, 26 manat Turala vermiş, qalan 28 manatı isə özünə götürmüşdür. O, öz payına düşən 26 manat pulu sonrakı günlərdə xərcləmişdir. Sonradan bilmişdir ki, oğurluq etdikləri ev Sumuzər adlı qadına məxsusdur. Sumuzərin evindən oğurladıqları əşyaları kirayədə yaşadığı evdə istifadə etdiyi üçün iki ədəd divar saatı sınmış, qalan əşyaları, yəni iki ədəd kiçik ölçülü xalçanı, bir ədəd pələng formalı oyuncağı, bir ədəd paltar ütüsünü, bir ədəd ventilyatoru, bir ədəd peyk antenasının aparatını, bir ədəd DVD aparatını, bir cüt qadın yay ayaqqabısını, bir ədəd dəmir çaydanı, bir ədəd ətçəkəni isə istintaqa təqdim etmişdir. Sumuzərə məxsus evdən oğurladıqları əşyaları Qılmana Məmməd satmışdır. Məmmədin Qılmana nə deməsini o, bilməmiş, özü isə Qılmana satdıqları əşyaları oğurluq yolu ilə əldə etdiklərini deməmişdir. Bundan əlavə, o, qeyd etmişdir ki, 2021-ci ilin yanvar ayının əvvəllərində Xaçmaz şəhəri, Dağıstan küçəsinə gəlib Məmmədlə görüşmüş və söhbət edərkən öz aralarında razılaşmışlar ki, Xaçmaz şəhərində küçələri gəzib baxsınlar, yaşayış olmayan ev olarsa daxil olub oğurluq etsinlər. Məmmədlə birlikdə piyada gəzə-gəzə Xaçmaz şəhəri, Vidadi küçəsinə gəlmişlər. Təxminən saat 01 radələrində Vidadi küçəsi ilə gedərkən görmüşlər ki, həmin küçədə yerləşən bir mərtəbəli evin işıqları yanmır. Məmməd yaxınlaşıb əli ilə evin həyət qapsının dəstəyindən tutub aşağı sıxaraq qapının açıq olub-olmamasını yoxlamışdır. Məmməd qapını aça bilməmiş və evlə üzbəüz dayandıqda sağ tərəfdə olan evin hasarının üstünə çıxıb evin həyətinə baxdıqdan sonra ona demişdir ki, evin həyətində işıq yanır, ancaq evin içərisində işıq yanmır, bu evdə adam yoxdur. Məmmədlə həmin evə daxil olub oğurluq etmək qərarına gəlmişlər və onlar əvvəlcə ətrafa nəzər yetirib gələn olub-olmamasına baxmışlar. Ətrafda kənar adam olmadığına əmin olduqdan sonra hər ikisi hasardan keçməklə evin həyətinə daxil olmuşlar. Əvvəlcə evin ön tərəfinə gəlmişlər və Məmməd çalışmışdır ki, evin dəmirdən olan giriş qapısını açsın. Məmməd evin giriş qapısını aça bilməmiş və cibindən qatlanan cib bıçağı çıxarıb tiyəsini açaraq evin ön tərəfində plastik materialdan olan pəncərənin dəstəy hissəsinə yaxın yerdən arasına salıb sıxaraq açıb içəri daxil olmuşdur. Məmmədin arxasınca o, özüdə pəncərədən içəri daxil olmuş və onlar bütün otaqları axtarsalarda pul və ya başqa qiymətli əşya tapa bilməmişlər. Məmməd daxil olduqları evdə pul və ya qızıl olmadığını, evdən çıxıb getmələrini bildirdikdə o, ona demişdir ki, əziyyət çəkib evə daxil olmuşlar, əliboş geri qayıtmasınlar, yataq otağında olan televizoru özləri ilə götürüb getsinlər. Məmməd də ona demişdir ki, televizoru o, özü daşıyacaqsa aparsınlar. O, televizoru daşıyacağını bildirmiş və yataq otağında olan termonun üzərindəki qara rəngli «Samsung» markalı televizoru qucağına götürüb içəri daxil olduqları pəncərənin qarşısına gətirmiş, Məmməd pəncərədən keçməklə həyətə çıxdıqdan sonra o, televizoru pənçərədən keçirib Məmmədə vermiş, sonra özü də pəncərədən həyətə çıxmış və onlar həyətə daxil olduqları hasarın kənarına gəlmişlər. Məmməd hasarın üstünə çıxmış, o, televizoru Məmmədə verdikdən sonra özü də hasarın üstündən keçib küçəyə çıxaraq televizoru Məmmədən alıb ona demişdir ki, televizoru özü aparıb satacaqdır, ona çatacaq pulu isə səhər gətirib özünə verəcəkdir. Məmməd etiraz etməmiş və o, qayınanasının yaşadığı evin yaxınlığına gələrək zəng vurub qaynı Seymuru çağırmışdır. Bir qədər keçdikdən sonra Seymur onun yanına gəlmiş və o, Seymura demişdir ki, televizoru Məmməddən almışdır, onun avtomobili ilə kirayədə yaşadığı evə aparsınlar. Seymur etiraz etməmiş və o, televizoru Seymurun avtomobili ilə kirayədə yaşadığı evə aparmışdır. Evdə arvadı Sevdaya televizoru onunla işləyən oğlandan 50 manata aldığını bildirmiş və evdən 50 manat pul götürüb Seymura verərək demişdir ki, ona verdiyi 50 manat pulun 10 manatını onu gətirdiyinə görə yol pulu olaraq özünə götürər, 40 manatını isə aparıb Məmmədə verər. Sonrakı günlərdə Məmmədlə görüşəndə ona televizoru 80 manata satıb 40 manatını qaynı Seymurla ona göndərdiyini demiş, Məmməddə Seymurun gətirib ona 40 manat pul verdiyini bildirmişdir. 11 mart 2021-ci il tarixdə o, dəvət olunduğu üçün Xaçmaz RPŞ-nə gəlmişdir. Polis şöbəsində olarkən polis əməkdaşları ondan Xaçmaz şəhərində olan evlərdən oğurluq edib-etmədiyini soruşmuşlar, o, da etiraf edərək bildirmişdir ki, 07 iyul 2020-ci il tarixdə Məmməd və Turalla birlikdə «Kapital» bankın Xaçmaz rayon filialının yaxınlığında yerləşən mağazaya daxil olub müxtəlif markalı siqaretlər, pivələr və enerji içkiləri, 2020-ci ilin avqust ayının əvvəllərində yenədə Məmməd və Turalla birlikdə Xaçmaz şəhəri, Yeni yaşayış massivində olan evlərdən birinə daxil olub xalçalar və məişət əşyaları, 2021-ci ilin yanvar ayının əvvəllərində isə Məmmədlə birlikdə Xaçmaz şəhəri, Vidadi küçəsində olan evlərdən birinə daxil olub bir ədəd «Samsung» markalı televizor oğurlamışlar. Vidadi küçəsində olan evdən oğurladıqları «Samsung» markalı televizoru isə istintaqa təqdim etmişdir. O, ancaq ifadəsində göstərdiyi yerlərdən oğurluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs7 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilmiş və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyi göstərmişdir. Təqsirləndirilən şəxs7 həm məhkəməyədək icraat zamanı, həm də məhkəmədə verdiyi ifadələrinə əsasən, o, anası Təranə, qardaşı Calal və Calalın arvadı Lətifə ilə birlikdə Xaçmaz şəhəri, Dərbənd küçəsi, ev 8-də yaşayır. O, Xaçmaz rayonu, Qobuqıraq kənd orta məktəbində doqquzuncu sinfədək təhsil almış, sonra isə məktəbdən çıxıb təhsilini davam etdirməmişdir. 2017-cu ilin oktyabr ayında o, hərbi xidmətə çağrılmış, 2019-cu ilin aprel ayında isə hərbi xidmətini başa vurub Xaçmaz şəhərinə valideyinlərinin yanına gəlmişdir. O, Xaçmaz şəhərində yaşayan Məmmədi təxminən dörd il olarkı, Orxanı isə 2019-cu ilin may ayından tanıyır. Orxanla qardaşı Calal bacanaqdırlar. O, əvvəllər aradabir çay içmək üçün Xaçmaz şəhəri, N.Nərimanov küçəsinə, Mərkəzi poçtun qarşısında yerləşən çayxanaya gəlmiş, Məmməddə həmişə orada olmuş və onlar bir yerdə oturub çay içmişlər. 22 mart 2020-ci il tarixdə təxminən saat 19 radələrində Mərkəzi poçtun qarşısında olan çayxanaya gəlib Məmmədlə görüşmüş və onlar söhbət edə-edə bir qədər piyada gəzmişlər, sonra isə Xaçmaz şəhər bazarı yaxınlığında olan kafedə yemək yeyərək ikisinə bir ədəd 0,7 litrlik araq içmişlər. Təxminən saat 24 radələrində kfedən çıxıb piyada gəzə-gəzə Xaçmaz şəhəri, H.Z.Tağıyev küçəsinə gəlmişlər. H.Z.Tağıyev küçəsində yerləşən «Kapital» bankın Xaçmaz rayon filialının yaxınlığına çatanda o, bankın yaxınlığında olan mağazanın bağlı olduğunu görüb Məmmədə demişdir ki, gəl bu mağazadan oğurluq edək. Məmməd onunla razılaşmış və təxminən saat 01 radələrində onlar birlikdə həmin mağazanın qarşısına gəlmişlər. O, mağazanın giriş qapısına yağınlaşıb təpiklə vuraraq qapının aşağı hissəsində olan plastiki yerindən çıxarıb əyilərək həmin yerdən mağazanın içərisinə daxil olmuş, Məmməd isə mağazanın qarşısında dayanıb gözləmişdir ki, gələn olsa ona bildirsin. Mağazanın içərisinə daxil olduqdan sonra özündə olan alışqanın fənərini yandırıb baxanda görmüşdür ki, sol tərəfdə olan taxta taranın içərisinə xeyli sayda müxtəlif markalı siqaretlər yığılıb, taranın yanında olan şüşə balonun içərisində isə qəpik pullar var. O, mağazadan iki ədəd polietilen torba götürüb taranın içərisində olan siqaretləri torbaların içərisinə yığmış, sonra isə şüşə balonun içərisində olan qəpik pulları götürüb mağazadan bayıra çıxaraq Məmmədin yanına gəlmişdir. Məmmədə siqaret oğurladığını bildirərək polietilen torbaları açıb içərisinə yığdığı siqaretləri ona göstərmiş, sonra o, mağadan oğurladığı qəpik pulları çıxarıb sayanda görmüşdür ki, hamısı 50 qəpiklər olmaqla ümumilikdə 30 manatdır. O, həmin pulun 15 manatını Məmmədə vermiş, 15 manatını isə özünə götürmüşdür. Bundan sonra onlar piyada Qudyalçayın sahilinə gəlib orada oturaraq oğurladıqları siqaretləri öz aralarında bölmüşlər və hərəsinə müxtəlif markadan 35 blok siqaret düşmüşdür. O, öz payına düşən siqaretləri götürüb yaşadığı evə gəlmişdir. Valideyinlərinin görməməsi üçün polietilen torbada olan siqaretləri evin zirzəmisində gizlədib içəri getmişdir. Səhəri gün Məmmədlə görüşərkən sonuncu ona demişdir ki, o, öz payına düşən siqaretləri Elbrus adlı şəxsə satmışdır. Elbrusu tanımadığı üçün Məmmədə demişdir ki, onun payına düşən siqaretləridə aparıb Elbrusa satsın. Məmməd etiraz etməmiş və o, evə gedib zirzəmidə gizlətdiyi siqaretləri gətirib Məmmədə vermişdir. Məmməd ondan ayrılıb getmiş və bir qədər keçdikdən sonra qayıdıb gələrək ona demişdir ki, verdiyi siqaretləri aparıb Elbrusa satmışdır. Sonra Məmməd ona 60 manat pul vermiş, o, da 60 manatı Məmməddən alıb sonrakı günlərdə şəxsi ehtiyacları üçün xərcləmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs7 ifadəsində göstərmişdir ki, 07 iyul 2020-ci ildə saat 02 radələrində Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs5 ilə birlikdə Zərərçəkmiş şəxs3 mağazasına girmişlər, lakin oradan heç nə oğurlamadan çıxıb getmişlər. Halbuki, ibtidai istintaq zamanı verdiyi ifadəsində o, göstərmişdir ki, 06 iyul 2020-ci il tarixdə təxminən saat 22 radələrində Orxanla görüşüb Xaçmaz şəhəri, N.Nərimanov küçəsinə, Mərkəzi Poçtun qarşısında olan parka gəlmişdir. Sonra onların yanına Məmməd gəlmiş və söhbət edərkən Orxan Məmmədə maddi vəziyyətinin yaxşı olmadığını bildirərək demişdir ki, birlikdə gedib yaşayış olmayan evlərdən oğurluq etsinlər. Sonra Orxan onunda gəlməsini təklif etmiş, o, da Orxanla razılaşıb demişdir ki, «Kapital» bankın Xaçmaz rayon filialının yaxınlığında olan mağazaya daxil olub oğurluq etsinlər. Məmmədlə Orxan onunla razılaşmışlar və onlar parkda gəzmişlər ki, bir qədər də vaxt keçsin, küçədə olan insanlar evlərinə yığışsınlar. 07 iyul 2020-ci il tarixdə təxminən saat 02 radələrində o, Orxan, Məmməd birlikdə «Kapital» bankın Xaçmaz rayon filialının yaxınlığında olan mağazanın qarşısına gəlmişlər və orada öz aralarında razılaşmışlar ki, onunla Məmməd içəri daxil olsunlar, Orxan isə gələn olsa qışqırıb onlara xəbər verməsi üçün mağazanın yaxınlığında dayanıb ətrafa nəzarət etsin. Bundan sonra Orxan mağazanın yaxınlığında dayanıb gözləmiş, o, yerdən götürdüyü taxta parçasını mağazanın plastik materialdan olan qapsının arasına salıb açaraq Məmmədlə birlikdə içəri daxil olmuşdur. Mağazanın içərisinə daxil olduqdan sonra Məmməd özündə olan alışqanın fənərini yandırmış və onlar mağazada olan polietilen torbalardan birinin içərisinə müxtəlif markalı siqaretlər, digərinin içərisinə isə «Baltika 9», «Kuler», «Xırdalan» pivələri yığdıqdan sonra sellofan paketdə olan 24 ədəd «GO», 24 ədəd «Bizon» enerji içkilərini və bir ədəd istifadə olunmuş «Nokia» markalı mobil telefonu götürüb mağazadan bayıra çıxaraq Orxanın yanına gəlmişlər. Sonra onlar öz aralarında razılaşmışlar ki, Qudyalçayın sahilinə gedib oğurladıqları siqaretləri və içkiləri öz aralarında bölsünlər. Qudyalçayın sahilinə gedərkən oğurladıqları içkilərin bir hissəsini içmişlər. Qudyalçayın sahilinə gəldikdən sonra oğurladıqları siqaretləri, enerji içkilərini və pivələri öz aralarında bölmüşlər və hərəsinə 18-19 bloka yaxın müxtəlif markalı siqaretlər düşmüş, «Nokia» markalı mobil telefonu isə Orxan özünə götürmüşdür. Qudyalçayın sahilində olduqları müddətdə də içkilərdən bir hissəsini içmişlər, bir hissəsi çayın kənarında qalmış, bir hissəsini isə Məmməd özü ilə aparıb getmişdir. Məmmədin hansı içkilərdən nə qədər apardığını, Orxanın isə içki aparıb-aparmadığını o, bilməmişdir. O, öz payına düşən siqaretləri yaşadığı evə gətirib zirzəmidə gizlətmişdir. Səhəri gün Məmmədlə görüşərkən sonuncu ona demişdir ki, mağazadan oğurladıqları siqaretləri aparıb Elbrusa sata bilər. O, etiraz etməmiş və evə gedib zirzəmidə gizlətdiyi siqaretləri gətirib Məmmədə vermişdir. Məmməd Orxanı çağırıb söhbət etdikdən sonra Orxanda gedib payına düşən siqaretləri gətirib Məmmədə vermiş, Məmməd onlardan ayrılıb getmiş və bir qədər keçdikdən sonra qayıdıb gələrək onlara demişdir ki, bütün siqaretləri 80 manata satmışdır. Onlar Məmmədə heç biz söz deməmişlər və 80 manatı öz aralarında bölmüşlər. Onun payına 26 manata yaxın pul düşmüş və o, payına düşən 26 manat pulu sonrakı günlərdə şəxsi ehtiyacları üçün xərcləmişdir. Həmçinin Təqsirləndirilən şəxs7 qeyd etmişdir ki, o, 2020-ci ilin avqust ayının əvvəllərində günorta saatlarında Xaçmaz şəhəri, Dağıstan küçəsində Orxan və Məmmədlə görüşüb söhbət edərkən Orxanla Məmməd ona demişlər ki, maddi vəziyyətləri yaxşı deyildir, Xaçmaz şəhəri, Yeni yaşayış massivində yeni evlər tikilmişdir, həmin yer sakitçilikdir, oranı gəzib yaşayış olmayan evlərdən oğurluq etsinlər. O, Orxan və Məmmədlə razılaşmış, ancaq həmin gün onlar oğurluq etmək məqsədi ilə heç bir yerə getməmişlər. Səhəri gün axşam saatlarında o, Xaçmaz şəhəri, Dağıstan küçəsinə gəlib Orxan və Məmmədlə görüşmüş və onlar piyada gəzə-gəzə Xaçmaz rayonu, Niyazabad kənd yolunun kənarında yerləşən Xaçmaz şəhəri, Yeni yaşayış massivinə gəlmişlər. Təxminən saat 20 radələrində Yeni yaşayış massivində gəzərkən ətrafı daş hasarla əhatə olunmuş bir mərtəbəli evin həyət qapısının çöl tərəfdən asma qıfılla bağlandığını görüb başa düşmüşlər ki, həmin evdə adam yoxdur. Məmməd hasarın üstünə çıxıb evin həyətinə baxdıqdan sonra onlara demişdir ki, həyətdə və evdə işıqlar yanmır. Həmin evdə adam olmadığına əmin olduqdan sonra öz aralarında razılaşmışlar ki, Məmmədlə Orxan oğurluq etmək məqsədi ilə evə daxil olsunlar, o, isə gələn olsa onlara xəbər vermək üçün küçədə dayanıb ətrafa nəzarət etsin. Onlar əvvəlcə ətrafa nəzər yetirmişlər və ətrafda tamamilə sakitçilik olduğuna və başqa kənar adam olmadığına əmin olduqdan sonra Məmməd yerdən daş götürüb həyət qapısında olan asma qıfılın üstünə vuraraq açmağa çalışmışdır. Məmməd nə qədər cəht etsədə qıfılı aça bilməmiş və Məmmədlə Orxan hasarın üstündən keçməklə evin həyətinə daxil olmuşlar, o, isə küçədə dayanıb gözləmişdir. Bir qədər keçdikdən sonra görmüşdür ki, Məmmədlə Orxan girdikləri evdən xalçaları və digər əşyaları gətirib qonşuluqdakı yaşayış olmayan evin həyətinə yığırlar. Məmmədlə Orxan oğurladıqları əşyaları qonşuluqdakı yaşayış olmayan evin həyətinə yığdıqdan sonra Məmməd ona demişdir ki, zəng vurub onun bibisinin əri Qılmanla danışmışdır, oğurladıqları əşyaları aparıb Qılmana satacaqlar, o, gedib taksi gətirsin, oğurladıqları əşyaları yığıb aparsınlar. Məmmədin sözündən sonra o, Elmin adlı oğlanı zəng vurub olduqları yeri ona bildirərək demişdir ki, gəlib onu aparsın. Bir qədər keçdikdən sonra Elmin idarə etdiyi «Opel» markalı avtomobillə onların olduqları yerə gəlmiş və o, oğurluq etdikləri evi Elminə göstərib demişdir ki, qohumunun evidir, əşyalarda ona məxsusdur, həmin əşyaları qohumunun Xaçmaz rayonu, Yergüc kəndindəki evinə aparmaq lazımdır. Elmin onlara inanmış və onlar oğurladıqları altı ədəd xalçanı, iki ədəd divar saatını, bir ədəd pələng formalı oyuncağı, bir ədəd paltar ütüsünü, bir ədəd ventilyatoru, bir ədəd peyk antenasının aparatını, bir ədəd DVD aparatını, bir cüt qadın yay ayaqqabısını, bir ədəd dəmir çaydanı, bir ədəd çörək bişirən sobanı, bir ədəd mikseri, bir ədəd ləpəçəkəni, bir ədəd ətçəkəni Elminin idarə etdiyi avtomobilin arxa yük yerinə yığdıqdan sonra özləridə avtomobilə əyləşmişlər, Elmində avtomobili hərəkətə gətirib Xaçmaz rayonu, Yergüc kəndi istiqamətində getmişdir. Yolda da o, inanması üçün Elminə demişdir ki, onun avtomobili ilə apardıqları əşyalar bibisinə aiddir, bibisinin Yergüc kəndində də evi var, bibisi ondan həmin əşyaları Yergüc kəndindəki evinə gətirməsini xahiş etmişdir, ona görə də o, bibisinə aid əşyaları Yergüc kəndinə bibisinin evinə aparır. Yergüc kəndinə çatanda o, Elminə yol göstərmiş və sonuncu onları bibisinin yaşadığı evin qarşısına gətirmişdir. O, içəri gedib bibisinin əri Qılmanı küçəyə çağırmış və Məmməd Qalmanla danışıb razılaşaraq oğurladıqları dörd ədəd xalçanı, bir ədəd çörək bişirən sobanı, bir ədəd mikseri və bir ədəd ləpəçəkəni 100 manata Qılmana satmışdır. Bundan sonra onlar qayıdıb Xaçmaz şəhəri, H.Z.Tağıyev küçəsinə Orxanın kirayədə yaşadığı evin qarşısına gəlmişlər. Orxan avtomobildə qalmış iki ədəd kiçik ölçülü xalçanı, iki ədəd divar saatını, bir ədəd pələng formalı oyuncağı, bir ədəd paltar ütüsünü, bir ədəd ventilyatoru, bir ədəd peyk antenasının aparatını, bir ədəd DVD aparatını, bir cüt qadın yay ayaqqabısını, bir ədəd dəmir çaydanı, bir ədəd ətçəkəni götürüb kirayədə yaşadığı evə aparmış və qayıdıb geri onların yanına gəlmişdir. Məmməd Qılmandan aldığı 100 manat pulun 20 manatını onları Yergüc kəndinə aparıb-gətirdiyinə görə Elminə vermiş, qalan 80 manatı isə o, Məmməd və Orxan öz aralarında bölmüşlər. Məmməd 26 manat ona, 26 manat Orxana vermiş, qalan 28 manatı isə özünə götürmüşdür. O, öz payına düşən 26 manat pulu sonrakı günlərdə xərcləmişdir. Sonradan bilmişdir ki, oğurluq etdikləri ev Sumuzər adlı qadına məxsusdur. O, ancaq ifadəsində göstərdiyi yerlərdən oğurluq etmişdir. Sumuzərə məxsus evdən oğurladıqları əşyaları Qılmana Məmməd satmışdır. Məmmədin Qılmana nə deməsini o, bilməmiş, özü isə Qalmana ona satdıqları əşyaları oğurluq yolu ilə əldə etdiyini deməmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilmiş və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyi göstərmişdir. Təqsirləndirilən şəxs6 həm məhkəməyədək icraat zamanı, həm də məhkəmədə verdiyi ifadələrinə əsasən, o, anası Nailə ilə birlikdə Xaçmaz şəhəri, Dadaş Bünyadzadə küçəsi, ev 7-də yaşayır. Atası Yaşar o, uşaq olarkən ölmüşdür. O, rəsmi olaraq heç bir yerdə işləməmiş, aradabir Bakı şəhərinə gedib tikintilərdə fəhləlik etmişdir. O, Xaçmaz şəhərində yaşayan Calalı təxminən iki il olarkı, Məmmədi isə 2020-ci ilin iyul ayından tanıyır. X37 tanış etmişdir. O, əvvəllər aradabir çay içmək üçün Xaçmaz şəhəri, N.Nərimanov küçəsində, Mərkəzi poçtun qarşısında yerləşən çayxanaya gəlmiş, Məmməddə həmişə orada olmuş və onlar bir yerdə oturub çay içmişlər. Dəqiq tarixi xatırlamır, 2020-ci ilin oktyabr ayının axırlarında təxminən saat 20 radələrində Mərkəzi poçtun qarşısında olan çayxanaya gələndə görmüşdür ki, Calalla Məmməd bir stol arxasında oturub çay içirlər. O, da gəlib onların yanında oturanda görmüşdür ki, Məmmədlə Calal o, eşitməsin deyə öz aralarında sakit danışırlar. Məmmədlə Calalın nə baradə danışdıqlarını başa düşməmiş və onlardan nə barədə söhbət etdiklərini soruşduqda Məmməd ona demişdir ki, Xaçmaz şəhəri, Yeni yaşayış massivi adlanan yerdə olan evlərin çoxu yeni tikildiyi üçün yaşayış yoxdur, yaşayış olmayan evlərə daxil olub oğurluq etmək istəyirlər. Sonra Məmməd ona təklif etmişdir ki, istəyirsə o, da onlarla gəlsin. Pula ehtiyacı olduğu üçün o, Məmmədlə razılaşmış və onlar çayxanada oturmaqla və parkda gəzməklə vaxt keçirmişlər ki, qaranlıq olsun, oğurluq edəcəkləri evə daxil olarkən onları heç kim görməsin. Onlar təxminən saat 23 radələrinədək Mərkəzi poçtun qarşısında olan parkda gəzmişlər, sonra isə piyada gəzə-gəzə Xaçmaz rayonu, Niyazabad kənd yolunun kənarında yerləşən Xaçmaz şəhəri, Yeni yaşayış massivinə gəlmişlər. Yeni yaşayış massivində gəzərkən ətrafı daş hasarla əhatə olunmuş bir mərtəbəli evin işıqlarının yanmadığını görüb başa düşmüşlər ki, həmin evdə yaşayış yoxdur. Həmin evin təzə tikildiyi aydın hiss olunmuş və onlar həmin evə daxil olub oğurluq etmək qərarına gələrək əvvəlcə evin yaxınlığında dayanıb ətrafa nəzər yetirmişlər. Ətrafda tamamilə sakitçilik olduğuna və başqa kənar adam olmadığına əmin olduqdan sonra təxminən saat 02 radələrində o, Məmməd və Calal hasarın üstündən keçməklə evin həyətinə daxil olmuşlar. Həyətə daxil olduqdan sonra onlar evin ön tərəfinə gəlmişlər və Calal özündə olan cib bıçağının tiyəsini evin ön tərəfindəki bir mərtəbəli kiçik tikilinin plastik materialdan olan qapsının arasına salaraq yuxarı qaldırıb petlədən çıxarmış və baxanda görmüşlər ki, həmin tikili hamamdır. Hamamda heç bir əşya olmadığına görə Məmməd cibindən qatlanan cib bıçağını çıxarıb evin ön tərəfində plastik materialdan olan pəncərənin dəstəy olan hissədən arasına salıb sıxaraq açmış və hər üçü həmin pəncərədən içəri daxil olmuşlar. İçəri daxil olub baxanda görmüşdür ki, ev təzə tikildiyi üçün tam təmir olunmamışdır, evdə istilik sistemi quraşdırılsada mətbəxdə və otaqlarda başqa heç bir əşya yoxdur. Dəhlizə gələndə görmüşdür ki, divarda ağ rəngli, üzərinə qırmızı rənglə «İmmergas» yazılmış kombi aparatı var. Məmməd özündə olan alışqanla kombinin plasmas materialdan olan su borusunu qızdırıb yumşaltmış, sonra isə özündə olan bıçaqla borunu kəsmiş və üçü birlikdə kombini divardan çıxarıb yerə qoymuşlar. Sonra onlar otaqlarda quraşdırılmış radiatorların bir hissəsini boruları qızdırıb kəsməklə, bir hissəsini isə açmaqla yerlərindən çıxarıb içəri daxil olduqları pəncərədən bayıra çıxarmışlar. Kombini, 6 ədəd radiatorları və kombiyə qoşulmuş elektrik təncimləyicini (stablizatoru) pəncərədən keçirməklə həyətə çıxardıqdan sonra özləridə həyətə çıxmışlar. Bundan sonra Məmməd hasarın üstündən keçməklə küçə tərəfə keçmiş, Calal hasarın üstünə çıxıb orada dayanmış, o, isə həyətdə dayanıb kobini, radiatorları və elektrik tənzimləyicini (stablizatoru) tək-tək qaldırıb Calala vermiş, Calalda kobini, radiatorları və elektrik tənzimləyicini (stablizatoru) hasarın üstündən digər tərəfə keçirərək Məmmədə vermişdir. Sonra o, özüdə hasarın üstünə çıxmaqla küçə tərəfə keçib baxanda görmüşdür ki, Məmməd kobini, radiatorları və elektrik tənzimləyicini (stablizatoru) aparıb yaxınlıqda olan kolların arasına yığıb. Məmməd öz mobil telefonu ilə kiməsə zəng vurub danışdıqdan sonra onlara demişdir ki, Zülfüqar radiatorları almaq istəyir. Məmmədin sözlərindən sonra Calal özü zəng vurub Zülfüqarla danışaraq onlara demişdir ki, radiatorları aparıb Zülfüqara satacaqlar. Oğurladıqları kombini, radiatorları və elektrik tənzimləyicini (stablizatoru) aparmaq üçün Calal qaynı Seymura zəng vurub demişdir ki, fermada işləyən oğlandan qohumu Zülfüqar üçün kombi, radiatorlar və elektrik tənzimləyici (stablizator) almışdır, avtomobili ilə gəlib onları təzə tikdirdikləri evə aparsınlar, sonra özü aparıb Zülfüqara verəcəkdir. Təxminən 30-35 dəqiqə keçdikdən sonra Seymur idarə etdiyi qırmızı rəngli Vaz-2107 markalı avtomobillə onların olduqları yerə gəlmiş və onlar əvvəlcə oğurladıqları kombini və elektrik tənzimləyicini Seymurun idarə etdiyi avtomobilin arxa yük yerinə qoymuşlar. Calal Seymurun avtomobilinə əlyəşib getmiş, onunla Məmməd isə radiatorların olduğu yerdə dayanıb gözləmişlər. Bir qədər keçdikdən sonra Seymurla Calal qayıdıb gəlmişlər və onlar radiatorlarıda Seymurun avtomobilinin arxa yük yerinə yığdıqdan sonra Calal avtomobilə əyləşib getmiş, o, isə Məmməddən ayrılıb piyada yaşadığı evə gəlmişdir. İki-üç gün keçdikdən sonra Calal ona 100 manat verib demişdir ki, radiatorları Zülfüqara 300 manata satmışdır, kobini isə başqa adama satacaqdır. Bir neçə gün keçdikdən sonra Xaçmaz şəhərində Calalla görüşərkən ona 123 manat pul verib demişdir ki, kombi ilə elektrik tənzimləyicini Zülfüqarın qohumuna 400 manata satmışdır, aldığı pulun 30 manatını isə oğurladıqları kombini, radiatorları və elektrik tənzimləyicini (stablizatoru) gətirdiyinə görə Seymura vermişdir. O, öz payına düşən 123 manat pulu sonrakı günlərdə xərcləmişdir. Sonradan bilmişdir ki, oğurluq etdikləri ev Hikmət adlı şəxsə məxsusdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilmiş və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyi göstərmişdir. Təqsirləndirilən şəxs8 həm məhkəməyədək icraat zamanı, həm də məhkəmədə verdiyi ifadələrinə əsasən, o, Xaçmaz şəhəri, 1 May küçəsi, ev 9-da qeydiyyatda olsada atası İslam, anası Təranə, qardaşı Tural, arvadı Lətifə, azyaşlı oğlanları Hüseyn və İslamla birlikdə Xaçmaz şəhəri, Dərbənd küçəsi, ev 8-də yaşayır. O, Xaçmaz şəhərində yaşayan Təqsirləndirilən şəxs2 4-5 il, Təqsirləndirilən şəxs6 isə 2-3 il olarkı tanıyır. Məmmədlə aralarında dostluq münasibəti olmuşdur. O, əvvəllər tez-tez çay içmək üçün Xaçmaz şəhəri, N.Nərimanov küçəsinə, Mərkəzi poçtun qarşısında yerləşən çayxanaya gəlmiş, Məmməddə həmişə orada olmuş və onlar bir yerdə oturub çay içmişlər. Talehdə aradabir onunla çayxanaya getmiş və sonuncu Məmmədi onun yanında görüb tanımışdır. Dəqiq tarixi xatırlamır, 2020-ci ilin oktyabr ayının axırlarında təxminən saat 19 radələrində Mərkəzi poçtun qarşısında olan paka gəlib Məmmədlə görüşmüş və onlar birlikdə parkda olan çayxanaya getmişlər. Bir saata yaxın vaxt keçmişdir ki, Talehdə çayxanaya gəlib onlarla bir stol arxasında oturmuşdur. Öz aralarında söhbət edərkən o, maddi vəziyyətinin yaxşı olmadığını bildirmiş, Məmməddə ona demişdir ki, Xaçmaz şəhəri, Yeni yaşayış massivi adlanan ərazidə təzə tikilmiş evlər var, gedib həmin evlərdən oğurluq etsinlər. Pula ehtiyacı olduğu üçün o, Məmmədlə razılaşmışdır. X34 təklif etmişdir ki, o, da onlarda gəlsin. Taleh onlarla gəlmək istədiyini bildirmiş və onlar çayxanada oturmaqla və parkda gəzməklə vaxt keçirmişlər ki, qaranlıq olsun, oğurluq edəcəkləri evə daxil olarkən onları heç kim görməsin. Onlar təxminən saat 23 radələrinədək Mərkəzi poçtun qarşısında olan parkda gəzmişlər, sonra isə piyada gəzə-gəzə Xaçmaz rayonu, Niyazabad kənd yolunun kənarında yerləşən Xaçmaz şəhəri, Yeni yaşayış massivinə gəlmişlər. Yeni yaşayış massivində gəzərkən ətrafı daş hasarla əhatə olunmuş bir mərtəbəli evin işıqlarının yanmadığını görüb başa düşmüşlər ki, həmin evdə yaşayış yoxdur. Həmin evin təzə tikildiyi aydın hiss olunmuş və onlar həmin evə daxil olub oğurluq etmək qərarına gələrək əvvəlcə evin yaxınlığında dayanıb ətrafa nəzər yetirmişlər. Ətrafda tamamilə sakitçilik olduğuna və başqa kənar adam olmadığına əmin olduqdan sonra təxminən saat 02 radələrində o, Məmməd və Taleh hasarın üstündən keçməklə evin həyətinə daxil olmuşlar. Həyətə daxil olduqdan sonra onlar evin ön tərəfinə gəlmişlər və Məmməd özündə olan cib bıçağını çıxarıb tiyəsini açaraq evin ön tərəfindəki bir mərtəbəli kiçik tikilinin plastik materialdan olan qapsının arasına salaraq yuxarı qaldırıb petlədən çıxarmış və baxanda görmüşlər ki, həmin tikili hamamdır. Hamamda heç bir əşya olmadığına görə Məmməd özündə olan bıçağın tiyəsini evin ön tərəfində plastik materialdan olan pəncərənin dəstəy olan hissədən arasına salıb sıxaraq açmış və hər üçü həmin pəncərədən içəri daxil olmuşlar. İçəri daxil olub baxanda görmüşdür ki, ev təzə tikildiyi üçün tam təmir olunmamışdır, evdə istilik sistemi quraşdırılsada mətbəxdə və otaqlarda başqa heç bir əşya yoxdur. Dəhlizə gələndə görmüşlər ki, divarda ağ rəngli, üzərinə qırmızı rənglə «İmmergas» yazılmış kombi aparatı var. Məmməd özündə olan alışqanla kombinin plasmas materialdan olan su borusunu qızdırıb yumşaltmış, sonra isə özündə olan bıçaqla borunu kəsmiş və üçü birlikdə kombini divardan çıxarıb yerə qoymuşlar. Sonra onlar otaqlarda quraşdırılmış radiatorların bir hissəsini boruları qızdırıb kəsməklə, bir hissəsini isə açmaqla yerlərindən çıxarıb içəri daxil olduqları pəncərədən bayıra çıxarmışlar. Kombini, 6 ədəd radiatorları və kombiyə qoşulmuş elektrik tənzimləyicini (stablizatoru) pəncərədən keçirməklə həyətə çıxardıqdan sonra özləridə həyətə çıxmışlar. Bundan sonra Məmməd hasarın üstündən keçməklə küçə tərəfə keçmiş, o, hasarın üstünə çıxıb orada dayanmış, Taleh isə həyətdə dayanıb kobini, radiatorları və elektrik tənzimləyicini (stablizatoru) tək-tək qaldırıb ona vermiş, o, da kobini, radiatorları və elektrik tənzimləyicini (stablizatoru) hasarın üstündən digər tərəfə keçirərək Məmmədə vermiş, sonuncuda kombini, radiatorları və elektrik tənzimləyicini (stablizatoru) aparıb yaxınlıqda olan kolların arasına yığmışdır. Sonra o, özüdə küçə tərəfə keçib Məmmədin yanına gəlmiş və sonuncu öz mobil telefonu ilə onun anasının bibisi oğlu Zülfüqara zəng vurub demişdir ki, onun özündə kombi və radiatorlar var satmaq istəyir. Məmməd Zülfüqarla danışdıqdan sonra onlara demişdir ki, Zülfüqar radiatorları almaq istəyir. Məmmədin düz danışıb-danışmadığına əmin olmaq üçün o, özü Zülfüqara zəng vurub radiatorları alması ilə bağlı Məmmədlə razılaşıb-razılaşmadığını soruşmuş, Zülfüqarda ona demişdir ki, təzə ev tikdirib, Məmmədin satdığı radiatorları özü alıb evinə qoymaq istəyir, gətirib onun həyətinə qoyarlar. Oğurladıqları kombini, radiatorları və elektrik tənzimləyicini (stablizatoru) aparmaq üçün o, qaynı Seymura zəng vurub demişdir ki, fermada işləyən oğlandan qohumu Zülfüqar üçün kombi, radiatorlar və elektrik tənzimləyici (stablizator) almışdır, gəlsin onun avtomobili ilə onları təzə tikdirdikləri evə aparıb yığsınlar, sonra özü aparıb Zülfüqara verəcəkdir. Seymur gələcəyini bildirmiş və təxminən 30-35 dəqiqə keçdikdən sonra Seymur idarə etdiyi qırmızı rəngli Vaz-2107 markalı avtomobillə onların olduqları yerə gəlmiş və onlar əvvəlcə oğurladıqları kombini və elektrik tənzimləyicini (stablizatoru) Seymurun idarə etdiyi avtomobilin arxa yük yerinə qoymuşlar. Bundan sonra Məmmədlə Taleh radiatorların olduğu yerdə dayanıb gözləmişlər, o, isə Seymurun avtomobilinə əlyəşib Xaçmaz şəhəri, Dağıstan küçəsinə gələrək kombini və elektrik tənzimləyicini (stablizatoru) həmin küçədə təzə tikdirdikləri evə qoyduqdan sonra qayıdıb Məmmədgilin yanına getmiş və onlar radiatorlarıda Seymurun avtomobilinin arxa yük yerinə yığdıqdan sonra o, Seymurun avtomobilinə əyləşib Dağıstan küçəsinə gəlmiş, Məmmədlə Taleh isə piyada öz evlərinə getmişlər. Səhəri gün o, Seymuru çağırmış və radiatorları Seymurun avtomobilinin arxa yük yerinə yığıb Xaçmaz rayonu, Arzu kəndinə aparıb Zülfüqarın yaşadığı evin həyətinə qoyaraq zəng vurub sonuncuya demişdir ki, radiatorları gətirib onun həyətinə qoymuşdur. Zülfüqarda ona demişdir ki, evdə yoxdur, səhər Xaçmaz şəhərinə gəlib radiatorların pulunu verəcəkdir. Səhəri gün Zülfüqar ona zəng vurub Xaçmaz şəhəri, N.Nərimanov küçəsinə gəldiyini bildirmiş və o, Məmmədlə birlikdə N.Nərimanov küçəsinə gəlib Zülfüqarla görüşmüşdür. Zülfüqar cibindən çıxarıb ona 300 manat pul vermiş və onlardan ayrılıb getmişdir. O, Zülfüqardan aldığı 300 manat pulun 100 manatını özünə götürmüş, 100 manatını Məmmədə, 100 manatını isə Talehə vermişdir. İki-üç gün keçdikdən sonra Zülfüqarın Sumqayıt şəhərində yaşayan Elçin adlı qohumu ona zəng vurub onlarda olan kombini almaq istədiyini bildirmiş, o, da Elçinə demişdir ki, kombi dostu Məmmədə məxsusdur 400 manata satır. Həmin gün Elçin Xaçmaz şəhərinə gəlib onunla görüşmüş və o, kombini 400 manata Elçinə satmışdır. Elçindən aldığı 400 manat pulun 30 manatını oğurladıqları əşyaları idarə etdiyi avtomobillə gətirdiyinə görə qaynı Seymura vermiş, qalan 370 manatın 123 manatnı özümə götürmüş, 147 manatı isə öz aralarında bölmələri üçün Məmmədlə Talehə vermişdir. 17 mart 2021-ci il tarixdə o, Xaçmaz RPŞ-nə dəvət olunduğuna görə polis şöbəsinə gəlmişdir. Polis şöbəsində olarkən ondan Xaçmaz şəhərində olan evlərdən oğurluq edib-etmədiyini soruşmuşlar, o, da etiraf edərək bildirmişdir ki, 2020-ci ilin oktyabr ayının axırlarında Məmməd və Talehlə birlikdə Xaçmaz şəhəri, Yeni yaşayış massivində olan evlərdən birinə daxil olub kombi, radiatorlar və elektrik tənzimləyici (stablizator) oğurlayıb radiatorları qohumu Zülfüqara, kombi ilə elektrik tənzimləyicini (stablizatoru) isə Zülfüqarın Sumqayıt şəhərində yaşayan Elçin adlı qohumuna satmışlar. Polis şöbəsində olarkən bilmişdir ki, oğurluq etdikləri ev Hikmət adlı şəxsə məxsusdur. Xaçmaz şəhəri, Yeni yaşayış massivində yerləşən evdən oğurladıqları kombini, radiatorları və elektrik tənzimləyicini (stablizatoru) qaynı Seymurun idarə etdiyi avtomobillə gətirərkən o, Seymura kombini, radiatorları və elektrik tənzimləyicini (stablizatoru) başqa evdən oğurladıqlarını deməmişdir. O, Seymura kombini, radiatorları və elektrik tənzimləyicini (stablizatoru) başqa evdən oğurladıqlarını desəydi heç vaxt o, avtomobili ilə gəlib onları aparmazdı. Zülfüqarın və Elçinin də onlardan aldıqları kombini, radiatorları və elektrik tənzimləyicini (stablizatoru) onların başqa evdən oğurladıqlarından məlumatları olmamışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə tədqiq edərək sübut növü kimi qəbul edir. Belə ki, məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs10 ifadəsində göstərdi ki, mişdir ki, o, əri Şövkət və oğlu Akiflə birlikdə Xaçmaz şəhəri, İsmət Rəsulov küçəsi, ev 16-da yaşayır. Yaşadığı ev iki mərtəbəli olmaqla ətrafı daş hasarla əhatə olunmuşdur, evin giriş qapısı bir laylı, həyət qapısı isə iki laylı dəmir qapıdır. 01 fevral 2021-ci il tarixdə təxminən saat 09 radələrində əri Şövkətlə oğlu Akif evdən çıxıb işə getmişlər, o, özü isə evdə qalmışdır. Təxminən saat 11:30 radələrində o, özüdə evdən çıxmışdır ki, Xaçmaz şəhəri, Mehmandarov küçəsinə gedib qardaşı Şəmsəddinin yas mərasimində iştirak etsin. Evdən çıxarkən özündə olan açarla evin giriş qapısını bağlayıb açarı qapının qarşısına sərdiyi palazın altına, həyət qapısını isə asma qıfılla bağlayıb açarı qapının aşağı hissəsində olan daşın arasına qoymuşdur ki, Şövkət və ya Akif evə gəlsə qapını açıb içəri girə bilsinlər. Çünki evin giriş qapısının və həyət qapısına bağladıqları asma qıfılın açarı Şövkət və Akifdə olmamışdır. Bundan sonra o, Xaçmaz şəhəri, Mehmandarov küçəsinə gəlib qardaşı Şəmsəddinin yas mərasimində iştirak etmiş, təxminən saat 17 radələrində qardaşının evindən çıxıb həmin küçədə yaşayan qızının evinə getmiş, saat 23 radələrində isə qayıdıb yaşadığı evə gəlmişdir. Evə gələndə görmüşdür ki, Şövkətlə Akif evdədirlər, otaqların döşəməsində isə ayaqqabı izləri var. Şövkət və Akifdən evdə kimin ayaqqabı ilə gəzdiyini soruşduqda onlarda ona demişlər ki, özləridə evə gələndə döşəmədə həmin ayaqqabı izlərini görmüşlər. Sonra oğlu Akif ona demişdir ki, çarpayının üstündə olan əl çantasının içərisindəki əşyalar dağıdılmışdır, o, dağıdılmış əşyaları çantaya yığıb yerinə qoymuşdur. Akifin sözündən sonra o, tez birinci mərtəbədə olan yataq otağına gedib baxanda görmüşdür ki, asılqanda asıb getdiyi əl çantası çarpayının üstündədir, şkafda olan pul kisəsi isə stolun üstünə qoyulub. Əl çantasında pul və ya başqa qiymətli əşya saxlamadığı üçün əl çantasına baxmamış və pul kisəsini açıb baxanda görmüşdür ki, içərisində saxladığı 42 manat pul yoxdur. Sonra o, həmin otaqdakı şkafın üstündə olan qabın içərisinə baxmış və görmüşdür ki, qabın içində olan bir cüt qızıl sırğada yoxdur. Evdə olmadıqları müddətdə kiminsə evə daxil olduğunu başa düşmüş və tez ikinci mərtəbəyə qalxıb yataq otağına daxil olmuşdur ki, sandıqda saxladığı 600 manat pulun və qızıl boyunbağının yerində olub-olmadığına baxsın. Sandığın içərsində olan geyim əşyalarının və dəsmalların döşəməyə dağıdıldığını görüb başa düşmüşdür ki, sandığa da baxılmışdır. Sandığın qapağını qaldırıb içərisinə baxsada orada saxladığı 600 manat pulu və qızıl boyunbağını tapa bilməmiş və qayıdıb birinci mərtəbəyə düşərək bu barədə oğlu Akifə bildirmiş, sonuncuda Azərbaycan Respublikası DİN-in 102 xidmətinə zəng vurub yaşadığı evdən pul və qızıl-zinyət əşyalarının oğurlanması barədə məlumat vermişdir. Sonra yaşadığı evə polis əməkdaşları gəlib onun iştirakı ilə baxış keçirmişlər və o, ərizə yazıb yaşadığı evdən qızıl-zinyət əşyaları və pul oğurlanması barədə məlumat vermişdir. Yaşadığı evdən 420 manata aldığı 7 qram çəkidə 583 əyarlı, yarpaq formasında bir cüt qaşsız qızıl sırğa, 600 manata aldığı 10 qram çəkidə 583 əyarlı qaşsız qızıl boyunbağı, 642 manat pul oğurlanmışdır və bununla bağlı ona 1662 manat maddi ziyan dəymişdir. Sonradan bilmişdir ki, yaşadığı evdən qızıl-zinyət əşyalarını və pulları Eyvaz və Məmməd adlı şəxslər oğurlamışlar. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs9 ifadəsində göstərmişdir ki, o, Xaçmaz şəhəri, 1 May küçəsi, ev 18-də qeydiyyatda olsada arvadı Nabat və oğlu Hüseynəli ilə birlikdə Xaçmaz şəhəri, 21-ci məhəllədə yaşayır. İşləmədiyi üçün özünə məxsus Vaz-21099 markalı avtomobillə taksi fəaliyyəti göstərir. Xaçmaz şəhəri, 21-ci məhəllədə yerləşən evi bir mərtəbəli olmaqla ətrafı daş hasarla əhatə olunmuşdur, evin giriş qapısı bir laylı, həyət qapısı isə iki laylı dəmir qapıdır. 19 yanvar 2021-ci il tarixdə günorta saatlarında arvadı Nabat ona demişdir ki, anası Gülcöhrənin yanına getmək istəyir. O, Nabatla razılaşmış və həmin gün təxminən saat 14:50 radələrində arvadı Nabat və oğlu Hüseynəli ilə birlikdə evdən çıxmışlar ki, Xaçmaz şəhəri, S.Qurbanov küçəsində yaşayan qayınanası Gülcöhrənin evinə getsinlər. Evdən çıxarkən o, özündə olan açarla əvvəlcə evin giriş qapısını bağlamış, sonra isə həyət qapısını asma qıfılla bağlayıb açarı özü ilə götürmüşdür. Bundan sonra onlar ona məxsus Vaz-21099 markalı avtomobilə əyləşib qayınanası Gülcöhrənin yaşadığı evə getmişlər. Onlar təxminən saat 20 radələrinədək qayınanasının evində olmuşlar, sonra isə oradan çıxıb onun avtomobilinə əyləşərək yaşadıqları evə gəlmişlər. Təxminən saat 20:10 radələrində yaşadığı evin qarşısına çatmışlar və o, avtomobildən düşərək qapını açıb həyətə daxil olmuşdur. Həyətə daxil olarkən evin ön tərəfində olan mətbəxin pəncərəsinin açıq olduğunu görüb kiminsə evə daxil ola bilməsindən şübhələnmiş və tez evin qapısnı açıb içəri daxil olmuşdur. Otaqlarda olan əşyaların dağıdıldığını görüb başa düşmüşdür ki, evdə olmadıqları müddətdə kimsə evə daxil olmuşdur. Arvadı Nabat qonaq otağına daxil olub tezdə geri qayıdaraq demişdir ki, saxlaması üçün ona verdiyi 3050 manat pulu 1500, 1000 və 550 manat olmaqla üç hissəyə bölüb pul kisəsinə qoyaraq yataq otağında olan yastıqların arasında gizlətmişdir, pul kisəsini yastıqların arasından götürüb yerə atmışlar. Nabat pul kisəsini götürüb içinə baxdıqdan sonra ona demişdir ki, 1500 manat qoyduğu yerdə yoxdur. Nabatın sözündən sonra o, Azərbaycan Respublikası DİN-in 102 xidmətinə zəng vurub yaşadığı evdən 1500 manat pulun oğurlanması barədə məlumat vermişdir. Azərbaycan Respublikası DİN-in 102 xidmətinə zəng vurduqdan sonra Nabat ona demişdir ki, pul kisəsində olan digər 1550 manat pulda oğurlanıb. Sonra onlar döşəməyə dağıdılmış əşyalara baxanda Nabatın pul kisəsində olan 550 manat pulun döşəməyə dağıdılmış əşyaların arasında olduğunu görmüşlər. Bir qədər keçdikdən sonra yaşadığı evə polis əməkdaşları gəlib onun iştirakı ilə baxış keçirmişlər və o, ərizə yazıb yaşadığı evdən 2500 manat pulun oğurlanması barədə məlumat vermişdir. Yaşadığı evdən onun özünə məxsus 2500 manat pul oğurlanmışdır. Sonradan bilmişdir ki, yaşadığı evdən 2500 manat pulu Eyvaz və Məmməd adlı şəxslər oğurlamışlar. Yaşadığı evdən oğurlanmış 2500 manat pul onun özünə məxsus olmuşdur, o, həmin pulu saxlaması üçün arvadı Nabata vermişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə göstərdi ki, o, Xaçmaz rayonu, Köhnə-Xaçmaz kəndində qeydiyyatda olsada ailəsi ilə birlikdə Xaçmaz şəhəri, N.Nərimanov küçəsi, ev 80, mənzil 27-də yaşayır. ünvan 3 ünvanda yerləşən "xxxx" ASC-nin Xaçmaz rayon filialının yaxınlığındakı mağazanı şifahi razılaşma əsasında icarəyə götürüb işlədir. İcarə əsasında işlətdiyi mağaza Surə Yarəliyevaya məxsusdur və o, hər ay icarə haqqı olaraq Surəyə 100 manat pul verir. O, icarəyə götürüb işlətdiyi mağazada müxtəlif növ ərzaq məhsulları, enerji içkiləri, pivələr, meyvə-tərəvəz və müxtəlif markalı siqaretlər satır. Mağazada satdığı bütün mallar onun özünə məxsusdur. O, mağazada satıcı işlətmir və mağazanı özü tək işlədir. Bu səbəbdən də o, hər gün saat 09 radələrində gəlib mağazanın qapısını açmış, axşam saat 20 radələrində isə mağazanın giriş qapsını açarla bağlayıb evə getmişdir. Həmişə olduğu kimi 22 mart 2020-ci il tarixdə səhər saat 09 radələrində gəlib mağazanın qapısını açmış və mağazaya gələn alıcıları yola saldıqdan sonra saat 20 radələrində mağazanın giriş qapısını bağlayıb evə getmişdir. 23 mart 2020-ci il tarixdə təxminən saat 08:45 radələrində evdən çıxıb mağazaya gələrkən mobil telefonuna zəng gəlmiş və o, telefona cavab verdikdə görmüşdür ki, zəng vuran işlətdiyi mağazanın yaxınlığındakı çayxananı işlədən Cahangirdir. Həmin vaxt Cahangir ona demişdir ki, mağazanın giriş qapsının alt hissəsində olan plasmaslar yerindən çıxarılaraq mağazanın içərisinə qoyulmuşdur, mağazanın içərsində olan mallar isə dağıdılmışdır. O, bu barədə oğlu Elnura bildirmiş və onlar birlikdə evdən çıxıb mağazaya gəlmişlər. Mağazanın qarşısına gəlib baxanda görmüşdür ki, mağazanın plastik materialdan olan qapısının alt hissəsində olan plasmas çıxarılaraq içəridə yerə qoyulub. O, özündə olan açarla qapını açıb içəri daxil olmuş və mağazada piştaxtanın üzərinə düzdüyü siqaretlərin bəzilərinin yerə dağıldığını görüb başa düşmüşdür ki, kimsə gecə mağazaya daxil olub oğurluq etmişdir. O, heç nəyə toxunmadan Azərbaycan Respublikası DİN-in 102 xidmətinə zəng vurub icarə əsasında işlətdiyi mağazadan oğurluq olması barədə məlumat vermişdir. Bir qədər keçdikdən sonra mağazaya polis əməkdaşları gəlib onun iştirakı ilə baxış keçirmişlər. Bundan sonra o, mağazadan nəyin oğurlanmasını bilmək üçün piştaxtalara baxanda görmüşdür ki, sol tərəfdə olan taxta taranın içərisinə yığdığı müxtəlif markalı siqaretlər, taranın yaxınlığında olan şüşə balonun içərisinə yığdığı 50 qəpiklərdən ibarət 100 manat pul yerində yoxdur. Sonra o, piştaxtanın rəfini çəkib baxanda görmüşdür ki, rəfdə olan plasmas qutunun içərisinə yığdığı qəpik pullarda oğurlanıb. Plasmas qutunun içərisində isə hamısı qəpik pullar olmaqla 20 manat pul olmuşdur. Həmin vaxt o, ərizə ilə Xaçmaz RPŞ-nə müraciət edərək icarə əsasında işlətdiyi mağazadan müxtəlif markalı siqaretlərin oğurlanması barədə məlumat vermişdir. Ərizə ilə Xaçmaz RPŞ-nə müraciət etdikdən sonra o, hansı sayda siqaretlərin oğurlandığını bilmək üçün mağazada olan bütün siqaretləri saymış və görmüşdür ki, mağazadan onun özünə məxsus 4 blok «Kent», 3 blok «Sobranıe», 4 blok «Winston», 4 blok «Winchester» compact, 3 blok «Winchester» nazik, 3 blok «LD» nazik, 4 blok «Davidoff», 5 blok «Want», 7 blok «Pallmall» nazik, 3 blok «Classic» compact, 3 blok «LD» compact, 3 blok «Kent» nazik, 3 blok «Rothmans» boz, 3 blok «Argo» compact, 3 blok «Argo» qalın, 4 blok «Vıceroy», 3 blok «Vegas», 4 blok «Prima», 4 blok «Bakı» siqaretləri oğurlanıb. Mağazadan 120 manat pulun və 70 blok adlarını qeyd etdiyi siqaretlərin oğurlanması nəticəsində ona ümumilikdə 1520 manata yaxın maddi ziyan dəymişdir. Bundan başqa o, 06 iyul 2020-ci il tarixdə saat 09 radələrində gəlib mağazanın qapısını açmış və mağazaya gələn alıcıları yola saldıqdan sonra saat 20 radələrində mağazanın giriş qapısını bağlayıb evə getmişdir. 07 iyul 2020ci il tarixdə təxminən saat 08:45 radələrində mağazaya gələndə görmüşdür ki, mağazanın giriş qapısının sol yan tərəfində olan pəncərənin alt hissəsindəki plasmaslar yerindən çıxarılaraq mağazanın içərisinə qoyulub. O, mağazadan oğurluq olmasını fikirləşmiş və mağazaya daxil olmadan Azərbaycan Respublikası DİN-in 102 xidmətinə zəng vurub Xaçmaz şəhəri, H.Z.Tağıyev küçəsində olan ərzaq dükanından oğurluq olması barədə məlumat verib polis əməkdaşlarının gəlməsini gözləmiş, bir qədər keçdikdən sonra mağazanın qarşısına polis əməkdaşları gəlmişlər və o, mağazanın qapısını açıb polis əməkdaşları ilə birlikdə içəri daxil olmuşdur. Mağazadan nəyin oğurlanmasını bilmək üçün piştaxtalara nəzər yetirəndə görmüşdür ki, piştaxtaların üzərinə düzdüyü 24 ədəd 0,45 litrlik «Baltika 9», 24 ədəd 0,5 litrlik «Kuler», 24 ədəd 0,45 litrlik «Xırdalan» pivələri, 24 ədəd 0,45 litrlik «GO» və 24 ədəd 0,45 litrlik «Bizon» enerji içkiləri, hər blokda 10 qutu siqaret olmaqla 2 blok «Sobranıe», 5 blok «Kent», 3 blok «Pallmall», 4 blok «Rothmans» göy, 3 blok «Winchester» nazik, 3 blok «Winchester» compact, 3 blok «LD» nazik, 6 blok «Classic» compact, 3 blok «Magna» nazik, 2 blok «Magna» compact, 2 blok «West», 2 blok «Davidoff», 2 blok «Want», 2 blok «Argo» compact, 2 blok «Argo» qalın, 1 blok «Prima», 1 blok «Bakı», 6 blok «Viceroy», 2 blok «Kingston», 2 blok «Vegas» siqaretləri və bir ədəd istifadə olunmuş «Nokia» markalı mobil telefon oğurlanıb. Mağazadan oğurlanmış «Nokia» markalı mobil telefonun üzərində isə nömrə olmamışdır. Mağazadan pivələrin, enerji içkilərinin, siqaretlərin və «Nokia» markalı mobil telefonun oğurlanması nəticəsində ona ümumilikdə 1500 manata yaxın maddi ziyan dəymişdir. Sonradan bilmişdir ki, icarəyə götürüb işlətdiyi mağazaya Məmməd, Orxan və Tural adlı şəxslər daxil olaraq pivələri, enerji içkilərini, siqaretləri və «Nokia» markalı mobil telefonu oğurlamışlar. Daha sonra, o, göstərmişdir ki, Təqsirləndirilən şəxs5 tərəfindən ona 400 manat pul verilmiş, məhkəmənin yekununda isə ərizə verməklə Təqsirləndirilən şəxs7la barışdığını və onda şikayətinin olmadığını yazmışdır. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə göstərdi ki, o, ailəsi ilə birlikdə Xaçmaz şəhəri, Azərbaycan küçəsi, ev 22-də qeydiyyatda olsada atası Akif, anası Həqiqət, arvadı Bənövşə, azyaşlı qızı Ayan və oğlu Renatla birlikdə Xaçmaz şəhəri, Şeyx Şamil küçəsi, ev 7-də yaşayır. Xaçmaz şəhəri, N.Nərimanov küçəsində yerləşən mebel mağazasında usta işləyir. Yaşadığı ev bir mərtəbəli olmaqla ətrafı daş hasarla əhatə olunmuşdur, evin giriş qapısı plastik materialdan olmaqla bir laylıdır, həyət qapısı isə iki laylı dəmir qapıdır. 05 dekabr 2020-ci il tarixdə təxminən saat 09 radələrində atası Akif evdən çıxıb işə getmişdir. Atası işə getdikdən sonra anası Həqiqət ona demişdir ki, arvadı Bənövşənin Xudat şəhərində yaşayan bibisi Şahbacı xəstədir, gedib ona baş çəksinlər. O, etiraz etməmiş və həmin gün təxminən saat 11 radələrində anası Həqiqət, arvadı Bənövşə, azyaşlı qızı Ayan və oğlu Renatla birlikdə evdən çıxmışlar ki, Xudat şəhərinə getsinlər. Evdən çıxarkən o, özündə olan açarla evin giriş qapısını bağlayıb açarı qapının üstündə saxlamış, həyət qapısını isə asma qıfılla bağlayaraq açarı özü ilə götürmüşdür. Həyət qapısına bağladığı asma qıfılın açarı atasında olsada evin giriş qapısının açarı atasında olmamış, ona görə də o, evin giriş qapısının açarını qapının üstündə saxlamışdır ki, atası gələndə qapını açıb içəri girə bilsin. Bundan sonra onlar ona məxsus Vaz-2107 markalı avtomobilə əyləşib Xudat şəhərinə arvadı Bənövşənin bibisi Şahbacının evinə getmişlər. Onlar təxminən saat 15 radələrinədək Xudat şəhərində olmuşlar, sonra isə oradan çıxıb onun avtomobilinə əyləşərək yaşadıqları evə gəlmişlər. Təxminən saat 15:45 radələrində yaşadıqları evin qarşısına çatmışlar və o, evin qarşısında anasını, arvadını və uşaqlarını düşürdükdən sonra avtomobilini idarə edib Xaçmaz şəhəri, N.Nərimanov küçəsinə gedərkən arvadı Bənövşə ona zəng vurub demişdir ki, evin qapısı açıqdır, evə oğru girib. O, tez geri qayıtmış və içəri daxil olanda görmüşdür ki, yataq otağında olan yataq dəstləri dağıdılıb. Həmin vaxt arvadı Bənövşə ona demişdir ki, evdə olan qızıl-zinyət əşyalarını qutunun içərisinə yığaraq otaqda olan şkafın üst rəfinə qoymuşdur, qutu qoyduğu yerdə olsada içərisində olan qızıl-zinyət əşyaları yoxdur. Sonra Bənövşə şkafın digər qapısını açıb baxdıqdan sonra ona demişdir ki, dəmir qutunun içərisinə yığdığı qəpik pullarda oğurlanıb. Bənövşənin sözlərindən sonra o, Azərbaycan Respublikası DİN-in 102 xidmətinə zəng vurub yaşadığı evdən qızıl-zinyət əşyalarının oğurlanması barədə məlumat vermişdir. Sonra yaşadığı evə polis əməkdaşları gəlib onun iştirakı ilə baxış keçirmişlər və o, ərizə yazıb yaşadığı evdən qızıl-zinyət əşyalarının və dəmir qutunun içərisində olan qəpik pulların oğurlanması barədə məlumat vermişdir. Yaşadığı evdən 3500 manata aldığı 20 qram çəkidə 750 əyarlı, üst hissələri və klonu yarpaq formasında olmaqla üzərində xırda ağ brilliant qaşlar olan qızıl qolbağı, boyunbağı, sırğa cütü və üzük dəsti, 550 manata aldığı 6 qram çəkidə 750 əyarlı, kvadrat formasında olmaqla üzərində xırda ağ brilliant qaşlar olan qızıl qadın üzüyü, 360 manata aldığı 6 qram çəkidə 583 əyarlı, kvadrat formasında olan qızıl qadın üzüyü, 300 manata aldığı 5 qram çəkidə 583 əyarlı, üst hissəsi paxlava formasında olan qızıl qadın üzüyü, 270 manata aldığı 4,5 qram çəkidə 583 əyarlı qaşsız qızıl qadın üzüyü, dəmir qutunun içərisindən isə 2 ədəd bir manatlıq əskinaslar və 100 manat məbləğində qəpik pullar oğurlanmışdır və bununla bağlı ona təxminən 5082 manat maddi ziyan dəymişdir. Sonradan bilmişdir ki, yaşadığı evdən qızıl-zinyət əşyalarını və qəpik pulları Eyvaz və Məmməd adlı şəxslər oğurlamışlar. Yaşadığı evdən oğurlanmış iki ədəd bir manatlıq əskinaslar və qəpik pullar onun özünə məxsus olmuşdur, digər qızıl-zinyət əşyalarını isə o, özü öz pulu ilə almışdır ki, anası və ya arvadı istifadə etsinlər. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, o, Xaçmaz şəhəri, Ramin Sadıqov küçəsi, ev 132-də qeydiyyatda olsada anası Ziba ilə birlikdə Xaçmaz şəhəri, Tomris küçəsi, ev 1-də yaşayır. Yaşadığı ev bir mərtəbəli olmaqla üç tərəfdən daş hasarla, bir tərəfdən isə tor hasarla əhatə olunmuşdur. Yaşadığı evin giriş qapısı iki laylı taxta, həyət qapısı isə iki laylı dəmir qapıdır. O, özü 2020-ci ilin mart ayından Xaçmaz şəhəri, Bakı prospektində yerləşən "xxxx" MMC-də fəhlə işləyir. O, hər gün saat 10 radələrində evdən çıxıb işə gedir, axşam saat 22 radələrində isə işdən çıxıb evə gəlir. 2021-ci ilin yanvar ayının axırlarında anası Ziba işləmək üçün Bakı şəhərinə getmiş, ona görə də sonrakı müddətdə Xaçmaz şəhərində olan evlərində o, özü tək qalmışdır. Həmişə olduğu kimi, 12 fevral 2021-ci il tarixdə təxminən saat 10 radələrində evdən çıxarkən özündə olan açarla evin giriş qapısını və həyat qapısını bağlayıb iş yerinə gələrək sonrakı müddətdə iş yerində olmuş, təxminən saat 22 radələrində isə iş yerindən çıxıb yaşadığı evə getmişdir. Təxminən saat 22:30 radələrində yaşadığı evin qarşısına çatmış və özündə olan açarla həyət qapısını açıb həyətə, daha sonra isə evin giriş qapısını açıb içəri daxil olanda görmüşdür ki, yataq otağının ön tərəfdə olan pəncərəsi açıqdır. Sonra o, qonaq otağının qapsını açıb işığı yandıranda görmüşdür ki, qonaq otağınında pəncərəsi açıqdır, otaqda olan bütün əşyalar isə dağıdılıb. Başa düşmüşdür ki, evdə olmadığı müddətdə kimsə pəncərəni açıb içəri daxil olmuşdur. Sonra o, nələrin oğurlanmasını bilmək üçün qayıdıb yataq otağına gəlmiş və yataq otağında olan termonun alt siyirməsini açıb baxanda görmüşdür ki, orada saxladığı «LEAGOO M8» markalı və «Micromax» markalı mobil telefonlar yoxdur. Bundan sonra o, qonaq otağına gəlib baxmış və görmüşdür ki, həmin otaqda olan termonun üstünə qoyduğu 60000 rus rublu, bir ədəd ağ rəngli «Nokia» markalı mobil telefon, bir ədəd qara rəngli «Vertex» markalı mobil telefonlarda qoyduğu yerdə yoxdurlar. Mobil telefonların və 60000 rus rublunun oğurlandığını bilmiş və Azərbaycan Respublikası DİN-in 102 xidmətinə zəng vurub bu barədə məlumat vermişdir. Bir qədər keçdikdən sonra yaşadığı evə polis əməkdaşları gəlib onun iştirakı ilə baxış keçirmişlər və o, ərizə yazıb yaşadığı evdən dörd ədəd mobil telefonun və 60000 rus rublunun oğurlanması barədə məlumat vermişdir. Yaşadığı evdən oğurlanmış «Nokia» markalı mobil telefonu 2018-ci ilin əvvəllərində təzə vəziyyətdə 320 manata, «Mcromax» markalı mobil telefonu 2019-cu ilin yanvar ayında təzə vəziyyətdə 50 manata, «LEAGOO M8» markalı mobil telefonu 2019-cu ilin mart ayında təzə vəziyyətdə 200 manata, «Vertex» markalı mobil telefonu isə 2019-cu ilin may ayında 30 manata alıb sonrakı aylarda özü istifadə etmiş, istifadə nəticəsində də «Nokia» markalı və «Leago» markalı mobil telefonlar bir neçə dəfə əlindən yerə düşüb ekranları zədələnmişdir. «Noki» markalı mobil telefon işləməmiş, «Leago» markalı mobil telefon işə işlək vəziyyətdə olmuşdur. «Mcromax» markalı və «Vertex» markalı mobil telefonlarda istifadə nəticəsində zədələnmişdir. Evindən oğurluq olduğu günə, yəni 12 fevral 2021-ci il tarixə evindən oğurlanmış «Nokia» markalı mobil telefonun qiyməti 15-20 manat, «Leago» markalı mobil telefonun qiyməti 30-40 manat, «Mcromax» markalı və «Vertex» markalı mobil telefonların isə ayrı-ayrılıqda hər birinin qiyməti 10 manat olardı. Yaşadığı evdən 60000 rus rublunun və 4 ədəd mobil telefonun oğurlanması nəticəsində ona 1400 manatdan çox maddi ziyan dəymişdir. Sonradan bilmişdir ki, yaşadığı evdən 60000 rus rublunu və mobil telefonları Eyvaz və Məmməd adlı şəxslər oğurlamışlar. Yaşadığı evdən oğurlanmış rus rublu və mobil telefonlar onun özünə məxsus olmuşdur, mobil telefonların üzərində isə nömrə olmamışdır. Təqsirləndirilən şəxslərdən şikayəti və tələbi yoxdur, barışmışdır. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs12 ifadəsində göstərdi ki, o, Xaçmaz şəhəri, Vidadi küçəsi, ev 51-də qeydiyyatda olsada arvadı Zəminə və oğlu İmranla birlikdə Xaçmaz şəhəri, Dilarə Əliyeva küçəsi, ev 7-də yaşayır. Yaşadığı ev iki mərtəbəli olmaqla ətrafı daş hasarla əhatə olunmuşdur, evin giriş qapısı bir laylı, həyət qapısı isə iki laylı dəmir qapıdır. X31 şəhər bazarında geyim əşyaları satır, o, özüdə çox vaxt bazarda olub arvadı Zəminəyə köməklik göstərir. Oğlu İmran isə Xaçmaz şəhəri, H.Əliyev prospektində yerləşən mağazada meyvə-tərəvəz satmaqla məşğul olur. 12 fevral 2021-ci il tarixdə təxminən saat 09 radələrində onunla arvadı Zəminə evdən çıxıb Xaçmaz şəhər bazarına getmişlər, oğlu İmran isə onlarla birlikdə evdən çıxıb işlədiyi mağazaya getmişdir. Evdən çıxarkən evin giriş qapsını və həyət qapsını o, özündə olan açarla bağlamışdır. Sonrakı müddətdə o, evə gəlməyib arvadı Zəminə ilə birlikdə bazarda olmuş, təxminən saat 17 radələrində bazarda satdıqları geyim əşyalarını yığıb Xaçmaz rayonu, Qaraqurtlu kəndində yaşayan qohumu Alimin evə getmişlər, təxminən saat 20:30 radələrində isə Alimin evindən çıxıb yaşadıqları evə gəlmişlər. Təxminən saat 20:45 radələrində yaşadıqları evin qarşısına çatmışlar və o, özündə olan açarla həyət qapısını açıb həyətə, daha sonra isə evin giriş qapısını açıb içəri daxil olmuşdur. Arvadı Zəminədə onun arxasınca içəri daxil olub dəhlizə getmiş və tezdə geri qayıdaraq ondan birinci mərtəbədə dəhlizin pəncərəsini açıq qoyub-qoymadığını soruşmuş, o, ona dəhlizin pəncərəsini açmadığını demiş və ikinci mərtəbəyə qalxıb yataq otağına daxil olub baxanda otaqda olan bütün əşyaların dağıdıldığını görüb başa düşmüşdür ki, evdə olmadıqları müddətdə kimsə dəhlizin pəncərəsini açaraq içəri daxil olmuşdur. O, Zəminəni çağırmış və sonuncu yataq otağına gəlib baxdıqdan sonra həmin otaqda olan şkafın qapısını açıb baxmış və ona demişdir ki, bir ədəd qızıl qadın üzüyünü, üç ədəd qadın qol saatını, İran pullarını və Türk lirəsini pul kisəsinin içərisində şkafa qoymuşdur, pul kisəsi yerində olsada içərisində olan üzük, saatlar, pullar və digər əşyalar yerində yoxdur. Zəminən sözlərindən sonra o, özü şkafa baxanda görmüşdür ki, üst çənəsində olan dişlərinə taxdırdığı iki ədəd titan və iki ədəd qızıl taxma dişlərdə şkafda qoyduğu yerdə yoxdur. O, üst çənəsi üçün düzəltdirdiyi taxma dişləri sındığı üçün sonradan çıxartdırıb şkafın üst rəfinə qoymuşdur. Sonra Zəminə ilə birlikdə digər yataq otağına daxil olub baxanda görmüşlər ki, həmin otaqda olan əşyalarda dağıdılıb. Zəminə həmin otaqda olan güzgülü termonun üst rəfinə baxdıqdan sonra ona demişdir ki, orada saxladığı bujiteriya dəsti və digər üzüklər də oğurlanıb. O, bu barədə zəng vurub oğlu İmrana bildirmiş, bir qədər keçdikdən sonra İmran evə gəlib onlara demişdir ki, onunla danışdıqdan sonra Azərbaycan Respublikası DİN-nə 102 xidmətinə zəng vurub yaşadıqları evdən oğurluq olması barədə məlumat vermişdir. Sonra yaşadıqları evə polis əməkdaşları gəlib onun iştirakı ilə baxış keçirmişlər və o, ərizə yazıb yaşadığı evdən qol saatının, üzüyün, bujiteriya dəstinin oğurlanması barədə məlumat vermişdir. Polis əməkdaşları getdikdən sonra dağıdılmış əşyaları yığarkən qızıl qadın üzüyünü və iki ədəd qızıl diş qapaqlarını döşəməyə dağıdılmış əşyaların arasında tapmışlar. Yaşadığı evdən 10 manata aldığı üzərində şəffaf qaşlar olan yarpaq formasında qırmızımtıl rəngli qadın üzüyü, 70 manata aldığı iç tərəfində «CURREN BLANCHE» yazısı olan qadın qol saatı, 25 manata aldığı iç tərəfində «MİCHAEL KORS» yazısı olan qadın qol saatı, 30 manata aldığı iç tərəfində «ROLEX» yazısı olan qadın qol saatı, 7 manata aldığı üzərində şəffaf qaşlar olan gümüşü rəngli qadın üzüyü, 4 manata aldığı üzərində şəffaf qaşlar olan gümüşü rəngli qadın üzüyü, 6 manata aldığı üzərində şəffaf qaşlar olan gümüşü rəngli qadın üzüyü, 5 manata aldığı üzərində şəffaf qaşlar olan gümüşü rəngli qadın üzüyü, 15 manata aldığı üzərində şəffaf qaşlar olan tac formalı gümüşü rəngli qadın üzüyü, hər birini 8 manata aldığı iki ədəd qırmızımtıl rəngli qaşsız üzüklər, 15 manata aldığı üzərində ağ rəngli muncuq və şəffaf qaşlar olan sırğa cütü, 12 manata aldığı gümüşü rəngli kulonlu boyunbağı, 10 manata aldığı üzərində şəffaf qaşlar və müxtəlif rəngli göz muncuqları olan qolbağı, 50 manata aldığı üzük, sırğa və kulondan ibarət bujiteriya dəsti, hər biri 3 manat dəyərində iki ədəd titan diş qapaqları, 355000 İran rialı, 5 Türk lirəsi, 7 ədəd metaldan olan bir türk lirələri oğurlanmışdır. Evindən oğurlanmış qadın qol saatları, üzüklər, qolbağı, boyunbağı, sırğa cütü qızıldan və ya başqa qiymətli metaldan olmamışlar, ancaq hamısı istifadəyə yararlı olmuşdur. Sonradan bilmişdir ki, yaşadığı evdən üzükləri, qol saatlarını, İran Rialını, Türk lirəsini və digər əşyaları Eyvaz və Məmməd adlı şəxslər oğurlamışlar. Yaşadığı evdən oğurlanmış qadın üzüklərini, qol saatlarını, bujiteriya dəstini, qolbağını, boyunbağını, sırğa cütünü o, öz pulu ilə arvadı Zəminə üçün almışdır, İran rialı, Türk lirəsi, taxma dişlər isə onun özünə məxsus olmuşdur. Təqsirləndirilən şəxslərdən şikayəti və tələbi yoxdur, barışmışdır. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs8 ifadəsində göstərdi ki, o, ailəsi ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu, Ə.Ələkbərov küçəsi, məhəllə 510, ev 15A, mənzil 18-də yaşayır. Xaçmaz şəhəri, Vidadi küçəsində yerləşən 31 nömrəli ev onun özünə məxsusdur. O, həmin evi təxminən iki il əvvəl tikdirmişdir. ünvan 5 ünvanda yerləşən evi bir mərtəbəli olmaqla ətrafı daş hasarla əhatə olunmuşdur, həyət qapısı isə iki laylı dəmir qapıdır. O, Bakı şəhərində yaşasada yay aylarında gəlib Xaçmaz şəhərində olan evində yaşayır. Bakı şəhərində yaşadığı müddətdə isə ayda iki dəfə gəlib Xaçmaz şəhərində olan evinə baxıb gedir. Həmçinin Xaçmaz şəhəri, Vidadi küçəsində yerləşən evinin qonşuluğunda qardaşının evi var, o, olmayanda qardaşı uşaqlarıda onun evinə nəzarət edirlər. Sonuncu dəfə o, 2020-ci ilin oktyabr ayının axırlarında Xaçmaz şəhərinə gəlib evinə baxmış, həmin vaxt evində olan bütün əşyalar yerində olmuşdur. Həmin gün o, bir neçə saat evində qalmış, sonra isə qayıdıb Bakı şəhərinə getmişdir. X35 rayonunda işlədiyi üçün həmin rayonun Aşağı Cürəli kəndində olan evində qalmışdır. 31 dekabr 2020-ci il tarixdə Biləsuvar rayonunda əri Kamil xəstəlikdən vəfat etmiş, bu səbəbdən də o, həmin gün Biləsuvar raynuna gedib sonrakı günləri orada qalmışdır. 15 yanvar 2021-ci il tarixdə təxminən saat 23 radələrində Biləsuvar rayonunda olarkən qardaşı oğlu Ruslan ona zəng vurub demişdir ki, “bibi, sizin evə oğru girib, televizor yerində yoxdur”. Ruslanla danışdıqdan sonra o, Azərbaycan Respublikası DİN-in 102 xidmətinə zəng vurub ünvan 5 evindən bir ədəd televizorun oğurlanması barədə məlumat vermişdir. 16 yanvar 2021-ci il tarixdə səhər saatlarında o, Xaçmaz şəhərinə gəlib evinin giriş qapısını açıb içəri daxil olanda görmüşdür ki, otaqlarda olan bütün əşyalar dağıdılıb, yataq otağında olan bir ədəd «Samsung» markalı 81 dioqanallı televizor isə yerində yoxdur. O, bütün otaqlara nəzər yetirmiş və digər əşyaların yerində olduğunu görüb həyətə çıxaraq otaqların pəncərəsinə baxanda görmüşdür ki, qonaq otağının ön tərəfdə olan pəncərəsi açıqdır, pəncərənin kənarları isə zədələnib. Başa düşmüşdür ki, evinə daxil olmuş şəxs qonaq otağının pəncərəsini hansısa bir əşya ilə açıb içəri daxil olaraq yataq otağında olan televizoru oğurlamışdır. Sonra yaşadığı evə polis əməşdaşları gəlib onun iştirakı ilə baxış keçirmişlər və o, ərizə yazıb yaşadığı evdən bir ədəd “Samsung” markalı telefvizorun oğurlanması barədə məlumat vermişdir. Evindən oğurlanmış “Samsung” markalı 81 dioqanallı televizoru o, özü 2020-ci ilin avqust ayında Xaçmaz şəhəri, N.Nərimanov küçəsində yerləşən mağazadan 800 manata almışdır və demək olarkı həmin televizor iki-üç gün istifadə olunmuşdur. Evindən bir ədəd “Samsung” markalı 81 dioqanallı televizorun oğurlanması nəticəsində ona 800 manat maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxslərdən şikayəti və tələbi yoxdur, barışmışdır. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, o, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 2517/2518 məhəllə, ev 37B, mənzil 98də qeydiyyatda olsada ailəsi ilə birlikdə Bakı şəhəri, Nizami rayonu, Əliağa Kürçaylı küçəsi, ev 5B, mənzil 91-də yaşayır. Xaçmaz şəhəri, X.Şükürov küçəsində yerləşən ev onun özünə məxsusdur. O, həmin evi 2005-ci ildə tikdirmişdir. Xaçmaz şəhəri, X.Şükürov küçəsində yerləşən evi iki mərtəbəli olmaqla ətrafı daş hasarla əhatə olunmuşdur, həyət qapısı iki laylı, evin giriş qapısı isə bir laylı dəmir qapıdır. O, Bakı şəhərində yaşasada hər həftənin şənbə günü Xaçmaz şəhəri, X.Şükürov küçəsində olan evinə gəlmiş, bazar günü isə qayıdıb Bakı şəhərinə getmişdir. Bakı şəhərində olduğu müddətdə isə Xaçmaz şəhəri, X.Şükürov küçəsində olan evinə qonşu küçədə yaşayan X2 nəzarət etmişdir. Sonuncu dəfə 07 dekabr 2019-cu il tarixdə günorta saatlarında o, Xaçmaz şəhəri, X.Şükürov küçəsində yerləşən evinə gəlmiş, 08 dekabr 2019-cu il tarixdə günorta saatlarında isə Xaçmaz şəhəri, X.Şükürov küçəsində olan evindən çıxıb Bakı şəhərinə getmişdir. Sonrakı günlərdə o, Xaçmaz şəhərinə gələ bilməmiş və 25 dekabr 2019-cu il tarixdə Bakı şəhərində olduğu zaman evinə nəzarət edən Nurlan zəng vurub ona demişdir ki, X.Şükürov küçəsində olan evinin pəncərəsi açıqdır, deyəsən kimsə evə daxil olub. Həmin gün təxminən saat 14:30 radələrində o, Xaçmaz şəhərinə gəlib evinə gedərək həyət qapısını açıb həyətə daxil olmuş və evin sol yan tərəfinə gələndə görmüşdür ki, həmin tərəfdə birincə mərtəbədə olan plastik pəncərə və həyətdə olan yay mətbəxinin aliminiumdan olan qapısının kilidi yerindən çıxarılaraq açılıb. O, yay mətbəxinə daxil olub baxanda görmüşdür ki, mətbəxlə qaraj arasında olan nəfəslik açıqdır, içərilərinə boş şüşə balonar yığdıqları kağız qutular qarajdan götürülüb yay mətbəxinə gətirilərək açılıb. O, yay mətbəxində və qarajda olan əşyalara diqqətlə baxanda görmüşdür ki, yay mətbəxindən və qarajdan heç nə oğurlanmayıb. Bundan sonra o, giriş qapısını açıb içəri daxil olmuş və pilləkənlə ikinci mərtəbəyə qalxıb qonaq otağına daxil olanda qonaq otağı ilə mətbəx arasında düzəldilmiş rəfin üstünə düzdüyü içkilərin, qonaq otağında olan «Samsung» markalı televizorun və yataq otağında olan paltar dolabının üstünə qoyduğu özünə məxsus «Dragon» markalı ov tüfənginin yerində olmadıqlarını görüb başa düşmüşdür ki, kimsə evinə daxil olub oğurluq etmişdir. O, evdə olan əşyalara toxunmadan və başqa nələrin oğurlanmasına baxmadan Xaçmaz RPŞ-nə gəlib ərizə yazaraq evindən «Samsung» markalı televizorun, «Dragon» markalı ov tüfənginin və müxtəlif markalı içkilərin oğurlanması barədə məlmat vermişdir. Bundan sonra polis əməkdaşları onunla birlikdə Xaçmaz şəhəri, X.Şükürov küçəsində olan evinə gedib onun iştirakı ilə baxış keçirmişlər. Sonra o, evindən nələrin oğurlanmasını bilmək üçün qonaq və yataq otaqlarına baxanda görmüşdür ki, qonaq otağından əlavə olaraq anasının ona bağışladığı gümüş xəncərdə oğurlanıb. Həmin xəncərin üstünə «Sehran və Südabədən Emilə hədiyyə» sözləri yazılmışdır. Evindən oğurlanmış gümüş xəncəri isə təxminən 10 il əvvəl anası Südabə alıb ona bağışlamışdır və anasının özünün deməsinə görə ona bağışladığı gümüş xəncəri 1500 manata almışdır. Onun Xaçmaz şəhəri, X.Şükürov küçəsində olan evindən 2019-cu ilin dekabr ayının əvvəllərində 1100 manata aldığı Türkiyə istehsallı, 12 kalibirli, «Dragon» markallı ov tüfəngi, 2014cü ildə 700 manata aldığı «Samsung» markaıl 80 dioqanallı televizor, 10 il əvvəl anasının 1500 manata alıb ona bağışladığı bir ədəd gümüş xəncər, hər birini 170 manata aldığı iki ədəd bir litrlik Rusiya istehsalı olan «Beluqa» markalı araq, 100 manata aldığı bir ədəd bir litrlik Fransa istehsalı olan «XSO» markalı konyak, 50 manata aldığı bir ədəd bir litrlik «Cack Danles» markalı viski oğurlanmışdır. Xaçmaz şəhəri, X.Şükürov küçəsində olan evindən Türkiyə istehsallı, 12 kalibirli, «Dragon» markallı ov tüfənginin, bir ədəd «Samsung» markaıl 80 dioqanallı televizorun, bir ədəd gümüş xəncərin, iki ədəd bir litrlik Rusiya istehsalı olan «Beluqa» markalı arağın, bir ədəd bir litrlik Fransa istehsalı olan «XSO» markalı konyakın, bir ədəd bir litrlik «Cack Danles» markalı viskinin oğurlanması nəticəsində ona ümumilikdə 3000 manatdan çox maddi ziyan dəymişdir. Evindən oğurlanmış «Dragon» markallı ov tüfəngini 2019-cu ilin dekabr ayının əvvəllərində Bakı şəhərində olarkən 1100 manata alıb 07 dekabr 2019-cu il tarixdə Xaçmaz şəhəri, X.Şükürov küçəsində olan evinə gətirmişdir və pandemiya ilə əlaqədar həmin vaxt yaşadığı yer üzrə Nizami RPİ-nə müraciət edib adına rəsmiləşdirə bilməmişdir. Sonradan isə aldığı «Dragon» markallı ov tüfəngi oğurlanmışdır və o, həmin ov tüfəngini adına rəsmiləşdirə bilməmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs11 ifadəsində göstərdi ki, o, Xaçmaz şəhəri, Dağıstan küçəsi, ev 30, mənzil 2-də qeydiyyatda olsada arvadı Gülnar və 2009-cu il təvəllüdlü qızı Aysu ilə birlikdə Xaçmaz şəhəri, N.Rəfibəyli küçəsi, ev 12-də yaşayır. ünvan 6 ünvanda yerləşən evi iki mərtəbəli olmaqla ətrafı daş hasarla əhatə olunmuşdur, evin giriş qapısı iki lalyı taxta, həyət qapısı isə iki laylı dəmir qapıdır. O, aradabir cibində qalmış 50 və 20 qəpikləri arvadı Gülnara vermiş, sonuncuda 50 qəpikləri qonaq otağında olan servantın orta hissəsindəki göy rəngli qabın içərisinə, 20 qəpikləri isə ondan aşağı hissədə olan rəfin üstündəki plasmas qabın içərisinə yığmışdır. 12 fevral 2021-ci il tarixdə günorta saatlarında arvadı Gülnarın dayısı oğlu Yaşar onları yaşadığı evə qonaq çağırmış və həmin gün təxminən saat 18 radələrində o, arvadı Gülnar, qızı Aysu ilə birlikdə evdən çıxmışdır ki, arvadı Gülnarın Xaçmaz şəhəri, Bakı prospektində yaşayan dayısı oğlu Yaşarın evinə getsinlər. Evdən çıxarkən evin giriş qapısını bağlamamış, həyət qapısını isə özü asma qıfılla bağlayaraq açarı özü ilə götürmüşdür. Bundan sonra onlar yaşadıqları küçə ilə hərəkət olan tanımadığı şəxsin idarə etdiyi taksi avtomobilinə əyləşib Yaşarın evinə getmişlər. Onlar gecə saat 02 radələrinədək Yaşarın evində olmuşlar, sonra isə oradan çıxıb taksi avtomobili ilə yaşadıqları evə gəlmişlər. Yaşadıqları evin qarşısında avtomobildən düşdükdən sonra o, özündə olan açarla qapının açıb həyətə daxil olmuş və baxanda görmüşdür ki, evin giriş qapısı açıqdır. İçəri daxil olub baxanda qonaq otağında və yataq otağında olan əşyaların dağıdıldığını görüb başa düşmüşdür ki, evdə olmadıqları müddətdə kimsə evə daxil olmuşdur. Gülnar qonaq otağında olan servantın rəfinə baxdıqdan sonra ona demişdir ki, göy rəngli qabın və plasmas qabın içərisinə yığdığı 50 və 20 qəpiklər yoxdur. Gülnarın sözündən sonra o, yataq otağına gəlib güzgülü termonun rəfini açıb baxanda görmüşdür ki, orada saxladığı bir ədəd «Samsung J8» markalı və bir ədəd «Bilayn» markalı mobil telefonlar da oğurlanıb. Bundan sonra o, Azərbaycan Respublikası DİN-in 102 xidmətinə zəng vurub yaşadığı evdən «Samsung J8» markalı mobil telefonun və 50 manat pulun oğurlanması barədə məlumat vermişdir. Azərbaycan Respublikası DİN-in 102 xidmətinə zəng vurduqdan sonra Gülnar ona demişdir ki, servantın rəfində olan qabların içərisinə yığdığı qəpik pulları bir gün əvvəl saymışdır və qabların içərisində hamısı 50 və 20 qəpiklər olmaqla ümumilikdə 70 manat pul olmuşdur. Bir qədər keçdikdən sonra yaşadığı evə polis əməkdaşları gəlib onun iştirakı ilə baxış keçirmişlər və o, ərizə yazıb yaşadığı evdən bir ədəd «Samsung J8» markalı, bir ədəd «Bilayn» markalı mobil telefonların və 70 manat pulun oğurlanması barədə məlumat vermişdir. Yaşadığı evdən oğurlanmış «Samsung J8» markalı mobil telefonu 2019-cu ilin əvvəllərində təzə vəziyyətdə 100 manata, «Bilayn» markalı mobil telefonu isə 2014-cü ilin axırlarında təzə vəziyyətdə 40 manata almışdır. Sonrakı aylarda həmin mobil telefonları özü istifadə etmiş, istifadə nəticəsində də «Samsung J8» markalı və «Bilayn» markalı mobil telefonlar bir neçə dəfə əlindən yerə düşüb ekranları zədələnmişdir. Evindən oğurluq olduğu günə, yəni 12 fevral 2021-ci il tarixə evindən oğurlanmış «Samsung J8» markalı mobil telefonun qiyməti 30 manat, «Bilayn» markalı mobil telefonun qiyməti isə 10 manat olardı. Yaşadığı evdən bir ədəd «Samsung J8» markalı, bir ədəd «Bilayn» markalı mobil telefonların və 70 manat məbləğində qəpik pulların oğurlanması nəticəsində ona 110 manata yaxın maddi ziyan dəymişdir. Sonradan bilmişdir ki, yaşadığı evdən qəpik pulları və mobil telefonları Eyvaz və Məmməd adlı şəxslər oğurlamışlar. Yaşadığı evdən oğurlanmış iki ədəd mobil telefon və qəpik pullar onun özünə məxsus olmuşdur. Təqsirləndirilən şəxslərdən şikayəti və tələbi yoxdur. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərdi ki, o, ailəsi ilə birlikdə Xaçmaz rayonu, Əbilyataq kəndində yaşayır. İkinci qrup əlildir. Oğlu Emin 13 ildir ki, Azərbaycan Milli ordusunda müddətdən artıq hərbi xidmətdədir və o, ikinci Qarabağ müharibəsinin iştirakçısıdır. Oğlu Eminin evi olmadığına görə təxminən 8 il əvvəl o, Xaçmaz şəhəri, Yeni yaşayış massivinin Xaçmaz rayonu, Niyazabad kənd yoluna yaxın hissəsində 0,5 ha torpaq sahəsi almış və sonrakı müddət ərzində aldığı torpaq sahəsində oğlu Emin üçün bir mətrtəbəli fərdi yaşayış evi tikdirmişdir. Evin tikintisini başa çatdırsada təmir etdirə bilməmişdir. Evin ətrafı daş hasarla əhatə olunmuşdur, giriş qapısı bir laylı, həyət qapısı isə iki laylı dəmir qapıdır. 2020-ci ilin avqust ayında o, Xaçmaz şəhərində olan mağazadan öz puluna bir ədəd İtaliya istehsalı olan «İmmergas 28» markalı kombi aparatı, bir ədəd «Baysallar» markalı stablizator, bir ədədi 10, bir ədədi 12, 2 ədədi 13, 2 ədədi 15, 1 ədədi 17 seksiyadan ibarət İtaliya istehsalı olan radiatorlar və plasmas borular alıb oğlu Emin üçün tikdirdiyi evə gətirərək usta çağırıb quraşdırtdırmışdır. O, bir gündən bir Xaçmaz şəhərinə gəlib oğlu Emin üçün tikdirdiyi evə baxmışdır. 2020-ci ilin sentyabr ayının axırlarında oğlu Eminin Qarabağ döyüşlərində iştirak etdiyini bilmiş və 02 oktyabr 2020-ci il tarixdə Mingəçevir şəhərinə gedib bir aya yaxın oğlu Eminin ailəsinin yanında qalmışdır. 03 noyabr 2020-ci il tarixdə o, qayıdıb Xaçmaz rayonu, Əbilyataq kəndinə yaşadığı evə gəlmiş, 05 noyabr 2020-ci il tarixdə təxminən saat 14 radələrində isə Xaçmaz şəhərinə gəlmişdir ki, oğlu Emin üçün tikdirdiyi evə baxsın. O, həyət qapısını açıb həyətə daxil olanda görmüşdür ki, həyətdə olan hamamın plastik materialdan olan qapısı çıxarılaraq yerə qoyulub, ön tərəfdə olan mətbəxin plastik materialdan olan pəncərəsi isə açıqdır. Evdə oğurluq olmasından şübhlənmiş və evin giriş qapısını açıb içəri daxil olanda görmüşdür ki, dəhlizin divarına vurulmuş «İmmergas» kombi aparatı, bir ədəd «Baysallar» markalı stablizator yerindən çıxarılaraq aparılıb, 10 seksiyadan ibarət radiator isə yerindədir. Bundan sonra o, getib otaqlara baxanda görmüşdür ki, otaqlarda quraşdırılmış bir ədədi 12, 2 ədədi 13, 2 ədədi 15, 1 ədədi 17 seksiyalardan ibarət İtaliya istehsalı olan radiatorlarda yerlərindən çıxırılaraq aparılıb. Oğlu üçün tikdirdiyi evdən kombi aparatının, stablizatorun, radiatorların oğurlanmasını bilmiş və qayıdıb Xaçmaz rayonu, Əbilyataq kəndinə yaşadığı evə getmişdir. Evdə oğlu Elşada bu barədə bildirdikdə sonuncu demişdir ki, o, özü 16 oktyabr 2020-ci il tarixdə gedib Emin üçün tikdirdiyi evə baxmışdır və həmin vaxt kombi, stablizator, radiatorlar yerində olmuşdur. Həmin gün o, bu barədə heç bir yerə şikayət etməmiş, 06 noyabr 2020-ci il tarixdə isə Xaçmaz RPŞ-nə gəlib şikayət ərizəsi yazaraq Xaçmaz şəhəri, Yeni yaşayış massivində tikdirdiyi evdən 3500 manat dəyərində kombi istilik sisteminin oğurlanması barədə məlumat vermişdir. Polis şöbəsində ərizə yazıb izahat verdikdən sonra polis əməkdaşları onunla birlikdə oğlu Emin üçün tikdirdiyi evə gedib baxış keçirmişlər. Oğlu Emin üçün tikdirdiyi evdən bir ədəd İtaliya istehsalı olan «İmmergas 28» markalı kombi aparatı, bir ədəd «Baysallar» markalı stablizator, bir ədədi 12, 2 ədədi 13, 2 ədədi 15, 1 ədədi 17 seksiyalardan ibarət İtaliya istehsalı olan radiatorlar oğurlanmışdır, bir ədəd 10 seksiyalı radiator isə evdə yerində qalmışdır. Oğu Emin üçün tikdirdiyi evdə quraşdırılmış bir ədəd İtaliya istehsalı olan «İmmergas 28» markalı kombi aparatını 1000 manata, bir ədəd «Baysallar» markalı stablizatoru 55 manata, bir ədədi 10, bir ədədi 12, 2 ədədi 13, 2 ədədi 15, 1 ədədi 17 seksiyalardan ibarət İtaliya istehsalı olan radiatorları isə ümumilikdə 950 manata almışdır. 10 seksiyalı radiator yerində qalmışdır, digər radiatorların, «İmmergas 28» markalı kombi aparatını və «Baysallar» markalı stablizatorun oğurlanması nəticəsində ona ümumilikdə 1900 manata yaxın maddi ziyan dəymişdir. Aldığı plasmas boruların, kombinin, radiatorların qiymətlərini və quraşdırılma xərclərinidə nəzərə alaraq ərizə və izahatında ona dəymiş ziyanı 3500 manat göstərmişdir. Əşyalar ona qaytarılmışdır. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş X8 ifadəsində göstərdi ki, o, Xaçmaz şəhəri, İlxıçı kəndində qeydiyyatda olsada anası Mafizə və 2008-ci il təvəllüdlü qızı Gümüşlə birlikdə Xaçmaz şəhəri, Yeni yaşayış massivində yaşayır. X36 Respublikası vətəndaşıdır, sonuncu təxminən bir il olarkı işləmək üçün Ukrayna Respublikasına getmişdir və hal-hazırda da X36 Respublikasındadır. Onun Xaçmaz şəhəri, Yeni yaşayış massvində yerləşən evi bir mərtəbəli olmaqla ətrafı daş hasarla əhatə olunmuşdur, evin giriş qapısı bir laylı, həyət qapısı isə iki laylı dəmir qapıdır. 2020-ci ilin iyul ayının axırlarında Xaçmaz rayonu, İlxıçı kəndində yaşayan dayısı Fazil vəfat etmiş, bu səbəbdən də 26 iyul 2020-ci il tarixdə təxminən saai 11 radələrində o, anası Mafizə və qızı Gümüş birlikdə evdən çıxmışlar ki, Xaçmaz rayonu, İlxıçı kəndinə gedib dayısı Fazilin yas mərasimində iştirak etsinlər. Evdən çıxarkən o, özündə olan açarla evin giriş qapısını və həyət qapısını asma qıfılla bağlamış, sonra isə onlar xalası oğlu Cavidin avtomobili ilə Xaçmaz rayonu, İlxıçı kəndinə getmişlər. O, anası Mafizə və qızı Gümüş həmin günü və sonrakı günləri Xaçmaz şəhərinə gəlməyib İlxıçı kəndində ata evində qalmışlar. 31 iyul 2020-ci il tarixdə anası ərzaq almaq üçün Xaçmaz şəhərinə gəlmiş, o, özü isə İlxıçı kəndində qalmışdır. Həmin gün axşam anası İlxıçı kəndinə qaldıqları ata evinə gəlib ona demişdir ki, Xaçmaz şəhəri, Yeni yaşayış massivinə gedib onun evinə baxmışdır, evdə hər şey öz yerindədir. Sonrakı günləri onlar yenədə İlxıçı kəndində qalmışlar. 05 avqust 2020-ci il tarixdə anası Mafizə İlxıçı kəndində qalmış, o, isə qızı Gümüşlə birlikdə Xaçmaz şəhərində yaşayan baldızı Pərzadın evinə gəlib həmin günü baldızının evində qalmış, 06 avqust 2020-ci il tarixdə isə Xaçmaz şəhəri, Yeni yaşayış massivində yerləşən evinə getmişdir. O, özündə olan açarla həyət qapısına bağladığı asma qıfılı açmaq istəmiş, ancaq qıfıl zədələndiyi üçün aça bilməmiş, sonra o, həyət qapısının bir layının arxa tərəfdən açıldığını görmüş və qapının arasından keçməklə həyətə daxil olub arxadan qapını açmışdır. Sonra o, yaxınlaşıb evin giriş qapısını açmaq istədikdə qapının açıq olduğunu görüb başa düşmüşdür ki, evdə olmadıqları müddətdə kimsə evə daxil olmuşdur. O, qapını açıb qonaq otağına daxil olanda döşəməyə sərdiyi xalçaların yerində olmadığını görüb bilmişdir ki, evində olan əşyalar oğurlanıb. Bundan sonra o, digər otaqlara və mətbəxə baxanda görmüşdür ki, otaqlarda və mətbəxdə olan əşyalarda oğurlanıb. O, evdə heç nəyə toxunmadan Xaçmaz RPŞ-nə zəng vurub evində olan əşyaların oğurlanması barədə məlumat vermiş, sonra yaşadığı evə polis əməkdaşları gəlib onun iştirakı ilə baxış keçirmişlər və o, ərizə yazıb yaşadığı evdən 6 ədəd xalçanın, bir ədəd ət çəkən maşının, bir ədəd çörək bişirən sobanın, bir ədəd pələng formalı oyuncağın, bir ədəd ventilyatorun, bir ədəd peyk antenası aparatının, bir ədəd çaydanın və başqa məişət əşyalarının oğurlanması barədə məlumat vermişdir. Polis əməkdaşları gedəndən sonra o, evindən nələrin oğurlanmasını bilmək üçün otaqlara və mətbəxə baxanda görmüşdür ki, yataq otağında döşəməyə sərdiyi iki ədəd xalça, çarpayının üzərindəki döşəyin altında olan iki ədəd xalça, divarda asılmış bir ədəd divar saatı, bir ədəd pələng formalı parçadan oyuncaq, bir ədəd ütü, bir ədəd ventilyator, peyk antenasının aparatı, bir ədəd DVD, sağ tərəfdə olan yataq otağından iki ədəd xalça, qızı Gümüşə aldığı bir cüt qadın ayaqqabısı, divarda asılmış bir ədəd divar saatı, sol tərəfdə olan yataq otağından isə bir ədəd çaydan, bir ədəd çörək bişirən soba, bir ədəd ət çəkən, bir ədəd mikser və bir ədəd ləpə çəkən oğurlanıb. Yaşadığı evdən 2017-ci ildə 70 manata aldığı 2X3 metr ölçüdə 01 ədəd Azərbaycan xalçası, 2018-ci ilin sentyabr ayında hər birini 120 manata aldığı 2,5X3,5 metr ölçüdə 02 ədəd Azərbaycan xalçası, 2019-cu ilin sentyabr ayında 150 manata aldığı 01 ədəd 2x3 metr ölçüdə Azərbaycan xalçası, 2019-cu ilin dekabr ayında hər birini 30 manata aldığı 1,2X2 metr ölçüdə 02 ədəd Təbriz xalçası, 2016-cı ildə 30 manata aldığı Çin istehsalı olan dairəvi formalı 01 ədəd divar saatı, 2006-cı ildə 30 manat alınmış, 80X40 sm ölçüdə parçadan olan 01 ədəd pələng formalı oyuncaq, 2016-ci ildə 25 manata aldığı 01 ədəd "SİNBO" markalı paltar ütüsü, 2012-ci ilin iyul ayında 38 manata aldığı 01 ədəd ventilyator, 2012-ci ildə 30 manata aldığı 01 ədəd peyk antenasının «TOPFİELD» markalı aparatı, 2015-ci ildə 40 manata aldığı «GEEPAS» markalı 01 ədəd DVD aparatı, 2020-ci ilin may ayında 30 manata aldığı Türkiyə istehsalı olan dəri materialdan kənarları açıq 01 cüt qadın yay ayaqqabısı, 2018-ci ildə 25 manata aldığı Çin istehsalı olan dördkünc formalı 01 ədəd divar saatı, 2007-ci ildə 35 manata alınmış, Rusiya istehsalı olan 3 litrlik dəmir çaydan, 2016-cı ildə 95 manata aldığı «Eurolux» marklı 01 ədəd çörək bişirən soba, 2007-ci ildə 40 manata alınmış «Glorytec» marklı 01 ədəd mikser, 2019-cu ildə 7 manata aldığı Çin istehsalı olan əllə işləyən 01 ədəd ləpəçəkən, 2015-ci ildə 80 manata aldığı «Texnolux» markalı 01 ədəd ət çəkən oğurlamışdır və bununla bağlı ona 1000 manatdan çox maddi ziyan dəymişdir. Sonradan bilmişdir ki, evindən adlarını qeyd etdiyi əşyaları Məmməd, Orxan və Tural adlı şəxslər oğurlamışlar. Evindən oğurlanmış əşyaların hamısı istifadə olunmuşdur. Məhkəmədə həmçinin ona dəymiş ziyanın ödənildiyini şikayətinin və tələbinin olmadığını qeyd etmişdir. Təqsirləndirilən şəxslərdən şikayəti və tələbi yoxdur. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilən Zərərçəkmiş şəxs7 ibtidai istintaq zamanı verdiyi ifadəsində görünür ki, o, anası Pərvər, arvadı Xumarə, azyaşlı oğlanları Elşən və Qəribşahla birlikdə Xaçmaz şəhəri, Mehmandarov küçəsi, ev 49-da yaşayır. Yaşadığı ev bir mərtəbəli olmaqla ətrafı daş hasarla əhatə olunmuşdur, evin giriş qapısı bir laylı, həyət qapısı isə iki laylı dəmir qapıdır. 26 dekabr 2020-ci il tarixdə təxminən saat 18 radələrində o, anası Pərvər, arvadı Xümarə və azyaşlı oğlanları Elşən və Qəribşahla birlikdə evdən çıxmışdır ki, dayısı oğlu Davudun evinə qonaq getsinlər. Evdən çıxarkən o, özündə olan açarla evin giriş qapısını və həyət qapısını asma qıfılla bağlamış, sonra isə ona məxsus Vaz-21011 markalı avtomobilə əyləşib Xaçmaz şəhəri, Alı Mustafayev küçəsində yaşayan dayısı oğlu Davudun evinə getmişəlr. Onlar təxminən saat 20:15 radələrinədək dayısı oğlu Davudun evində olmuşlar, sonra isə oradan çıxıb onun avtomobilinə əyləşərək yaşadıqları evə gəlmişlər. Təxminən saat 21:30 radələrində o, yaşadığı evin qarşısına çatmış və yaşadığı evin qarşısında anasını, arvadını və uşaqlarını düşürdükdən sonra avtomobilini idarə edib Xaçmaz şəhəri, N.Nərimanov küçəsinə gedərkən arvadı Xumarə ona zənəg vurub demişdir ki, evin pəncərəsi açıqdır, evə oğru girib. O, tez geri qayıtmış və avtomobildən düşüb həyətə daxil olanda görmüşdür ki, yataq otağının arxa tərəfdə olan pəncərəsi açıqdır, pəncərənin qarşısında isə ayaqqabı izləri var. Sonra o, evə daxil olub baxanda otaqlarda olan əşyaların dağıdılmadığını, ancaq döşəmədə ayaqqabı izləri olduğunu görüb başa düşmüşdür ki, evdə olmadıqları müddətdə kimsə evə daxil olmuşdur. O, həyətə çıxıb ətrafa baxsada heç kimi görə bilməmiş və qayıdıb evə gələndə arvadı Xumarə gəlib ona demişdir ki, özlərinə məxsus qızıl-zinyət əşyalarını qonaq otağında olan mebelin üst gözünə qoymuşdur, qızıl-zinyət əşyaları qoyduğu yerdə yoxdurlar. Xumarənin sözlərindən sonra o, Azərbaycan Respublikası DİN-in 102 xidmətinə zəng vurub yaşadığı evdən qızıl-zinyət əşyalarının oğurlanması barədə məlumat vermişdir. Sonra yaşadığı evə polis əməkdaşları gəlib onun iştirakı ilə baxış keçirmişlər və o, ərizə yazıb yaşadığı evdən bir ədəd qızıl sırğa cütü-üzük dəstinin, iki ədəd qızıl qadın üzüyünün, bir ədəd qızıl kişi üzüyünün, bir ədəd qızıl qolbağının oğurlanması barədə məlumat vermişdir. Yaşadığı evdən 900 manata aldığı 15 qram çəkidə 585 əyarlı fantaziya adlanan sırğa cütü-üzük dəsti, 240 manata aldığı 4 qram çəkidə 585 əyarlı kitab formasında qızıl qadın üzüyü, 300 manata aldığı 5 qram çəkidə 585 əyarlı qızıl qadın üzüyü, 370 manata aldığı 5,81 qram çəkidə 585 əyarlı brilliant qaşlı qızıl kişi üzüyü və 540 manata aldığı 9 qram çəkidə 585 əyarlı qızıl qolbağı oğurlanmışdır və bununla bağlı ona 2350 manat maddi ziyan dəymişdir. Evindən oğurlanmış digər qızıl üzüklərin, sırğanın və qolbağının üzərində brilliant və ya başqa qiymətli metaldan qaşlar olmamışdır. Yaşadığı evdən oğurlanmış qızıl kişi üzüyü özünə məxsus olmuşdur, digər qızıl-zinyət əşyalarını isə o, özü öz pulu ilə almışdır ki, anası və ya arvadı istifadə etsinlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, ailəsi ilə birlikdə Xaçmaz rayonu, Yergüc kəndində yaşayır. Xaçmaz şəhər 1 saylı tam orta məktəbdə gözətçi işləyir. O, Xaçmaz şəhərində yaşayan Təqsirləndirilən şəxs7, Təqsirləndirilən şəxs2 və Xudat şəhərində yaşayan Təqsirləndirilən şəxs5 tanıyır. Təqsirləndirilən şəxs7 qaynı İslamın oğludur, Orxan Sultanov qaynı İslamın oğlu Calalın bacanağıdır, Təqsirləndirilən şəxs2 isə qaynı oğlu Turalın yanında görüb tanımışdır. O, aradabir Xaçmaz şəhəri, N.Nərimanov küçəsinə, Mərkəzi poçtun qarşısında olan çayxanaya gəlib çay içmiş, hər gəlişində də Turalla Məmmədi həmin çayxanada görüb söhbət etmişdir. Dəqiq tarixi xatırlamır, 2020-ci ilin avqust ayının əvvəlləri olardı axşam saatlarında mobil telefonuna zəng gəlmiş, cavab verdikdə görmüşdür ki, zəng vuran Məmməddir. Məmməddən nə lazım olduğunu soruşduqda demişdir ki, yaşadığı evdə xalçalar, çörək bişirən soba, mikser, ləpəçəkən var, pula ehtiyacı olduğu üçün satmaq istəyir, almaq istəyirsə ucuz qiymətə ona satsın. Məmməddən neçə ədəd xalça olduğunu və neçəyə satdığını soruşduqda demişdir ki, dörd ədəd xalçanı, bir ədəd çörək bişirən sobanı, bir ədəd mikseri və bir ədəd ləpəçəkəni 300 manata satır. Məmmədə baha satdığını, onun ancaq 100 manat pulu olduğunu bildirdikdə demişdir ki, razıdır, gətirib xalçaları, çörək bişirən sobanı, mikseri və ləpəçəkəni həmin qiymətə ona sata bilər. Bir saatdan çox vaxt keçdikdən sonra qaynı oğlu Tural yaşadığı evə gəlib ona demişdir ki, Məmməd xalçaları gətirmişdir. O, bayıra çıxıb baxanda görmüşdür ki, yaşadığı evin qarşısında «Opel» markalı avtomobil dayanıb, Məmmədlə Orxanda həmin avtomobilin yanındadırlar. Məmməd onu görən kimi yaxınlaşıb demişdir ki, xalçaları, çörək bişirən sobanı, mikseri və ləpəçəkəni gətirmişdir, özünə məxsusdur, pula ehtiyacı olduğu üçün satır. Bundan sonra Məmməd dörd ədəd xalçanı, bir ədəd «Eurolux» marklı çörək bişirən sobanı, bir ədəd «Glorytec» marklı mikseri və bir ədəd ləpəçəkəni avtomobildən götürüb onun yaşadığı evin həyətinə gətirmiş və o, xalçalara, çörək bişirən sobaya, mikserə, ləpəçəkənə baxdıqdan sonra çıxarıb Məmmədə 100 manat pul vermişdir. Bundan sonra Məmməd, Tural və Orxan gəlidikləri «Opel» markalı avtomobilə əyləşib getmişlər. «Opel» markalı avtomobili isə kimin idarə etdiyini o, görə bilməmişdir. Sonrakı günlərdə xalçalar, çörək bişirən soba, mikser və ləpəçəkən yaşadığı evdə qalmışdır. 12 mart 2021-ci il tarixdə o, dəvət olunduğu üçün Xaçmaz RPŞ-nə gəlmişdir. Polis şöbəsində olarkən polis əməkdaşları ondan Məmməd, Tural və Orxan adlı şəxslərdən xalça, çörək bişirən soba, mikser, ləpəçəkən alıb-almadığını soruşmuşlar, o, da bildirmişdir ki, 2020-ci ilin avqust ayının əvvəllərində Məmməd dörd ədəd xalçanı, bir ədəd «Eurolux» marklı çörək bişirən sobanı, bir ədəd «Glorytec» marklı mikseri və bir ədəd ləpəçəkəni gətirib ona 100 manata satmışdır, həmin xalçalar, çörək bişirən soba, mikser və ləpəçəkən isə hal-hazırda evindədir. Polis əməkdaşalrı Məmmədin satdığı xalçaların, çörək bişirən sobanın, mikserin, ləpəçəkənin oğurluq yolu ilə əldə edildiyini bildirdikdə o, evinə gedərək Məmməddən aldığım dörd ədəd xalçanı, bir ədəd çörək bişirən sobanı, bir ədəd mikseri və bir ədəd ləpəçəkəni polis şöbəsinə gətirib istintaqa təqdim etmişdir. Məmməd ona demişdir ki, satdığı xalçalar, «Eurolux» marklı çörək bişirən soba, mikser və ləpəçəkən özünə məxsusdur, pula ehtiyacı olduğu üçün satır. Məmmədi tanıdığı üçün inanıb xalçaları, çörək bişirən sobanı, mikseri və ləpəçəkəni ondan almışdır. Əgər Məmmədin ona satdığı xalçaların, çörək bişirən sobanın, mikserin və ləpəçəkənin oğurluq yolu ilə əldə edildiyini bilsəydi heç vaxt Məmmədlə razılaşıb onları almazdı. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, ailəsi ilə birlikdə Xaçmaz rayonu, Arzu kəndində yaşayır. O, Xaçmaz şəhərində yaşayan Təqsirləndirilən şəxs8, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs6 tanıyır. Calal dayısı nəvəsidir, Məmmədlə Talehi isə dayısı nəvəsi Calalın yanında görüb tanımışdır. Bir il əvvəl Callala birlikdə Xaçmaz şəhərində olan binaların fasad hissələrinə üzlük vurmuşlar, işdən sonra isə Xaçmaz şəhəri, N.Nərimanov küçəsinə, Mərkəzi poçtun qarşısında olan çayxanaya gəlib çay içmişlər. Çayxanada olarkən X17 yanına gəlmişlər və tədricən onunda onlarla münasibəti yaranmışdır. Dəqiq tarixi xatırlamır, 2020-ci ilin oktyabr ayının axırları olardı Sumqayıt şəhərində yaşayan əmisi oğlu Elçinlə Xaçmaz rayonu, Arzu kəndində onun yaşadığı evdə təmir işləri görərkən mobil telefonuna zəng gəlmiş, cavab verdikdə görmüşdür ki, zəng vuran Məmməddir. Məmməddən nə lazım olduğunu soruşduqda demişdir ki, qohumunun evində kombi istilik sistemi və radiatorlar var, qohumuna pul lazım olduğu üçün ucuz qiymətə satır, istəyirsə gətirib ona satsın. Məmmədə ona kobi lazım olmadığını, radiatorların isə neçə ədəd olduğunu və neçəyə satdığını soruşduqda demişdir ki, qohumunun satdığı radiatorların bir ədədi 12, 2 ədədi 13, 2 ədədi 15, 1 ədədi 17 seksiyalardan ibarətdir və 400 manata satır. Məmmədə 400 manat pulu olmadığını bildirdikdə demişdir ki, 300 manat versə radiatorları gətirib ona verər. O, Məmmədlə razılaşaraq demişdir ki, radiatorları Arzu kəndinə onun evinə gətirsin. Məmmədlə danışdıqdan sonra Elçin ondan kiminlə danışdığını soruşmuş, o, da ona demişdir ki, danışdığı Məmməd adlı oğlandır, deyir ki, qohumu pula ehtiyacı olduğu üçün ucuz qiymətə kobi istilik sistemi satır. Elçin kobi istilik sistemini almaq istədiyini bildirdikdə, o, Məmmədin mobil telefonunu ona verib demişdir ki, özü zəng vurub Məmmədlə danışsın. Elçində öz mobil telefonu ilə zəng vurub Məmmədlə danışdıqdan sonra demişdir ki, Məmmədlə razılaşmışdır, 400 manata kombi istilik sistemini alacaqdır. Bir qədər keçdikdən sonra Calal özü ona zəng vurub Məmməddən radiatorlar almaq istəyib-istəmədiyini soruşmuş, o, da ona təzə ev tikdirdiyini, Məmmədin satdığı radiatorları özü alıb təzə tikdirdiyi evə qoymaq istədiyini demişdir. Səhəri gün o, evdən çıxıb öz bağ sahəsinə getmiş, axşam qayıdıb evə gələndə görmüşdür ki, həyətdə bir ədədi 12, 2 ədədi 13, 2 ədədi 15, 1 ədədi 17 seksiyadan ibarət olmaqla 6 ədəd radiatorlar var. Radiatorları Məmmədin gətirdiyini bilmiş və səhəri gün Xaçmaz şəhəri, N.Nərimanov küçəsinə gəlib Məmməd və Callala görüşərək onlara 300 manat pul vermişdir. Sonra eşitmişdir ki, Məmmədin satdığı kombinidə Elçin 400 manata almışdır. 16 mart 2021-ci il tarixdə o, dəvət olunduğu üçün Xaçmaz RPŞ-nə gəlmişdir. Polis şöbəsində olarkən polis əməkdaşları Məmmədlə Calaldan radiatorlar alıb-almadığını soruşmuşlar, o, da bildirmişdir ki, 2020-ci ilin oktyabr ayının axırlarında Məmməd bir ədədi 12, 2 ədədi 13, 2 ədədi 15, 1 ədədi 17 seksiyalardan ibarət olmaqla 6 ədəd radiatorları ona 300 manata satmışdır, həmin radiatorlar isə hal-hazırda evindədir. Polis əməkdaşalrı Məmmədin ona satdığı radiatorların oğurluq yolu ilə əldə edildiyini bildirmişlər və o, evə gedərək Məmməddən aldığı 6 ədəd radiatorları polis şöbəsinə gətirib istintaqa təqdim etmişdir. Məmməd ona demişdir ki, satdığı radiatorlar qohumuna məxsusdur, pul lazım olduğu üçün ucuz qiymətə satır. Məmmədi tanıdığı üçün inanıb radiatorları ondan almışdır. Əgər Məmmədin ona satdığı radiatorların oğurluq yolu ilə əldə edildiyini bilsəydi heç vaxt Məmmədlə razılaşıb onları almazdı. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, o, ailəsi ilə birlikdə Xaçmaz şəhəri, Atatürk küçəsi, ev 128-də yaşayır. O, Xaçmaz şəhərində yaşayan Təqsirləndirilən şəxs2 2020-ci ilin mart ayından tanıyır. Əvvəllər Məmmədlə arasında ədavət və ya düşmənçilik olmamışdır. Dəqiq tarixi xatırlamır, 2020-ci ilin mart ayının arxırları olardı tanışı Mehman ona demişdir ki, qonşuluğunda Məmməd adlı oğlan yaşayır, Məmmədin özünün deməsinə görə firmada işləyir, əmək haqqının yerinə ona siqaret vermişlər, o, ucuz qiymətə siqaret satır. Mehman vasitəsi ilə Məmmədlə əlaqə saxlamış və Məmməd özü də ona demişdir ki, Bakı şəhərində firmada işləyir, əmək haqqının yerinə siqaret verilmişdir, ucuz qiymətə satır. Məmmədə almaq istədiyini bildirmiş və sonuncu Xaçmaz şəhəri, Bakı prospektinə gəlib onunla görüşmüşdür. Məmməd əlində olan polietilen torbada olan siqaretləri ona verib 60 manata satdığını bildirmiş, o, da siqaretlərə baxdıqdan sonra cibindən çıxarıb Məmmədə 60 manat pul verib onun gətirdiyi siqaretləri almışdır. Torbada müxətəlif markalı siqaretlər olmuşdur. Siqaretləri aldığı gündən xeyli vaxt keçdiyi üçün Məmməddən hansı sayda siqaret aldığını dəqiq xatırlamır. Məmməd 60 manat pulu ondan aldıqdan sonra çıxıb getmiş, səhəri gün Məmməd yenədə siqaret gətirmiş, o, onunla razılaşıb həmin siqaretləridə almışdır. Aldığı siqaretləri isə evə gətirib sonrakı müddətdə özü istifadə etmişdir. Həmin vaxtdan sonra Məmmədi görməmiş və 2020-ci ilin yay ayları olardı Məmməd onun yanına gəlib əlindəki torbada olan siqaretləri ona göstərərək demişdir ki, yenədə iş yerindən əmək haqqının yerinə ona siqaret vermişər, ucuz qiymətə satır, 80 manat versə siqaretlərin hamısını ona satar. O, torbada olan siqaretlərə baxanda görmüşdür ki, torbada müxtəlif markadan siqaretlər var. O, Məmmədə 80 manat pul verib onun gətirdiyi siqaretləri almışdır. Yenədə aldığı siqaretləri yaşadığı evə gətirib sonrakı günlərdə özü istifadə etmişdir. Məmməd ona demişdir ki, satdığı siqaretlər əmək haqqı əvəzinə verilmişdir, ona görə də ucuz qiymətə satır. Məmmədi tanıdığı üçün inanıb siqaretləri ondan almışdır. Əgər Məmmədin ona satdığı siqaretlərin oğurluq yolu ilə əldə edildiyini bilsəydi heç vaxt Məmmədlə razılaşıb onları almazdı. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilən Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsində görünür ki, o, ailəsi ilə birlikdə Sumqayıt şəhəri, 42-ci məhəllədə yaşayır. O, Xaçmaz şəhərində yaşayan Təqsirləndirilən şəxs8 və Təqsirləndirilən şəxs2 əvvəllər tanımamışdır. Dəqiq tarixi xatırlamır, 2020-ci ilin oktyabr ayının axırları olardı Xaçmaz rayonu, Arzu kəndində yaşayan əmisi oğlu Zülfüqarın evinə qonaq gəlmişdir. Həmin vaxt Zülfüqar evində təmir işləri görmüş və sonuncu ona demişdir ki, o, da ona köməklik göstərsin. O, etiraz etməmiş və onlar birlikdə Zülfüqarın evində təmir işləri görmüşlər. Təmir işləri gördükləri vaxt Zülfüqarın mobil telefonuna zəng gəlmiş və sonuncu telefona cavab verib danışdıqdan sonra o, ondan kiminlə danışdığını soruşmuş, Zülfüqarda ona demişdir ki, Məmməd adlı oğlandır, Məmməd deyir ki, qohumunun evində kombi istilik sistemi və radiatorlar var, qohumuna pul lazım olduğu üçün ucuz qiymətə satır, radiatorları özü alıb evinə qoymaq istəyir, kombini alması üçün isə pulu yoxdur. Zülfüqara həmin oğlanı tanıyıb tanımadığını, satdığı kombinin və radiatorların oğurluq yolu ilə əldə edilibedilmədiyini soruşduqda demişdir ki, Məmmədi tanıyır, oğurluq ola bilməz. O, kobini almaq istədiyini bildirdikdə Zülfüqar danışdığı oğlanın mobil telefonunu ona vermiş, o, zəng vurub ondan kombini neçəyə satdığını soruşmuş, danışdığı oğlanda ona demişdir ki, 400 manata satır, ondan aşağı qiymətə satmır. Bir neçə gün keçdikdən sonra o, taksi avtomobili ilə Xaçmaz şəhərinə gəlib Zülfüqarın verdiyi mobil telefon nömrəsinə zəng vurub danışmış və bir qədər keçdikdən sonra Calal adlı oğlan gəlib onunla görüşmüşdür. Calala kobini almaq istədiyini bildirərək ona 400 manat vermiş, Calalda onu Xaçmaz şəhərində tanımadığı evlərdən birinin qarşısına aparmış və bir ədəd «İMMERGAS» markalı kombini və bir ədəd «Baysallar» markalı elektrik tənzimləyicini (stablizatoru) gətirib avtomobilin yük yerinə qoymuşdur. O, da aldığı kombi ilə elektrik tənzimləyicini (stablizatoru) Sumqayıt şəhərinə yaşadığı evə aparmışdır. 18 mart 2021-ci il tarixdə yaşadığı evə mülki geyimdə olan şəxslər gəlmişlər və özlərini təqdim edib Xaçmaz RPŞ-nin əməkdaşları olduqlarını bildirərək Calal və Məmməd adlı şəxslərdən kombi və elektrik tənzimləyici (stablizator) alıb-almadığımı soruşmuşlar, o, da onlara demişdir ki, 2020-ci ilin oktyabr ayının axırlarında Calal ona bir ədəd kombini və bir ədəd elektrik tənzimləyicini (stablizatoru) 400 manata satmışdır, həmin kombi ilə elektrik tənzimləyici (stablizator) hal-hazırda yaşadığı evdədir. Xaçmaz RPŞ-nin əməkdaşları Calalın ona satdığı kombinin və elektrik tənzimləyicinin (stablizatorun) oğurluq yolu ilə əldə edildiyini bildirmişlər və o, içəri gedərək Calaldan aldığı kombi ilə elektrik tənzimləyicini (stablizatoru) götürüb Xaçmaz RPŞ-nin əməkdaşları ilə birlikdə Xaçmaz RPŞ-nə gəlmişdir. Calal ona demişdir ki, satdığı kombi və elektrik tənzimləyici (stablizator) qohumuna məxsusdur, pul lazım olduğu üçün ucuz qiymətə satır. O, da Calala inanıb kombini və elektrik tənzimləyicini (stablizatoru) ondan almışdır. Əgər Calalın ona satdığı kombinin və elektrik tənzimləyicinin (stablizatorun) oğurluq yolu ilə əldə edildiyini bilsəydi heç vaxt Calalla razılaşıb onları almazdı. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilən Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsində görünür ki, o, Xaçmaz şəhəri, N.Nərimanov küçəsi, ev 68-də tək yaşayır. 2018-ci ilin fevral ayından Xaçmaz şəhəri, N.Nərimanov küçəsində «Muğan» bankın arxa tərəfində yerləşən çayxananı icarəyə götürüb işlədir. O, Xaçmaz şəhərində yaşayan Təqsirləndirilən şəxs2 təxminən 5-6 il olarkı tanıyır. Məmməd onun icarəyə götürüb işlətdiyi çayxanada masa xidmətçisi işləmişdir və hər gün o, ona 8 manat pul vermişdir. Onun Məmmədlə münasibəti yaxşı olmuş, aralarında ədavət və ya düşmənçilik olmamışdır. Məmməd hər gün səhər saatlarında çayxanaya gəlmiş, axşamda çayxanadan çıxıb yaşadığı evə getmişdir. 2020-ci ilin əvvəllərindən başlayaraq Məmməd gah işə gəlmiş, gah da ki, işə gəlməmişdir. Məmməddən işə gəlməməsinin səbəbini soruşduqda isə demişdir ki, o, ona az pul verir, onunla çayxanada işləmək ona sərf etmir. Bir müddət keçdikdən sonra isə Məmməd ümumiyyətlə işə gəlməmiş və o, onun harada işləməsini və ya nə işlə məşğul olmasını bilməmişdir. 27 dekabr 2020-ci il tarixdə səhər saatlarında Məmməd yaşadığı evə gəlib ona bir ədəd qızıl kişi üzüyü və bir ədəd qızıl qadın üzüyü göstərib demişdir ki, özlərinə məxsusdur, pula ehtiyacı olduğu üçün valideyinlərinin razılığı ilə satır. Məmməddən qızıl kişi üzüyü ilə qızıl qadın üzüyünü neçəyə satdığını soruşduqda demişdir ki, 200 manat versə üzükləri ona satar. Məmmədi tanıdığı üçün ona inanmış və 200 manat pul verib qızıl kişi üzüyü ilə qızıl qadın üzüyünü Məmməddən almışdır. Məmməd 200 manat pulu ondan aldıqdan sonra çıxıb getmiş və sonrakı günlərdə o, Məmmədi görməmişdir. 2021-ci ilin yanvar ayının əvvəllərində o, Məmməddən aldığı qızıl qadın üzüyünü 100 manata tanımadığı bir kişiyə satmış, qızıl kişi üzüyünü isə özündə saxlamışdır. 01 aprel 2021-ci il tarixdə o, dəvət olunduğu üçün Xaçmaz RPŞ-nə gəlmişdir. Polis şöbəsində olarkən polis əməkdaşları Məmməddən qızıl üzük alıb-almadığını soruşmuşlar, o, da bildirmişdir ki, 27 dekabr 2020-ci il tarixdə Məmməd bir ədəd qızıl kişi üzüyünü və bir ədəd qızıl qadın üzüyünü ona 200 manata satmışdır, Məmməddən aldığı qızıl qadın üzüyünü sonradan özü başqa tanımadığı şəxsə satmış, qızıl kişi üzüyü isə yaşadığı evdədir. Polis əməkdaşları Məmmədin satdığı qızıl üzüklərin oğurluq yolu ilə əldə edildiyini bildirmişlər, o, da evinə gedərək Məmməddən aldığı bir ədəd qızıl kişi üzüyünü polis şöbəsinə gətirib istintaqa təqdim etmişdir. Məmməd ona demişdir ki, satdığı qızıl üzüklər özlərinə məxsusdur, pula ehtiyacı olduğu üçün valideyinlərinin razılığı ilə satır. Məmmədi tanıdığı üçün inanıb bir ədəd qızıl kişi üzüyünü və bir ədəd qızıl qadın üzüyünü ondan almışdır. Əgər Məmmədin ona satdığı qızıl üzüklərin oğurluq yolu ilə əldə edildiyini bilsəydi heç vaxt Məmmədlə razılaşıb onları almazdı. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilən Şahid6 ibtidai istintaq zamanı verdiyi ifadəsində görünür ki, o, valideyinləri ilə birlikdə Ucar şəhəri, 28 May küçəsi, Dəmiryolçular evində yaşayır. Ucar şəhərində yaşayan Təqsirləndirilən şəxs1 təxminən 15-20 il olarkı tanıyır. Rüstəmin əmisi oğlu Vüqar orta məktəbdə onunla bir sinifdə oxumuş, Vüqara görə də onun Rüstəmlə yaxın münasibəti yaranmışdır. Dəqiq tarixi xatırlamır, 2019-cu ilin dekabr ayının axırları və ya 2020-ci ilin yanvar ayının əvvəlləri olardı Ucar şəhərində Rüstəmlə görüşərkən ona demişdir ki, özündə bir ədəd ov tüfəngi var satır. Rüstəmdən ov tüfəngini neçəyə satdığını soruşduqda demişdir ki, 500 manata satır. O, Rüstəmə 300 manat pulu olduğunu bildirdikdə sonuncu onunla razılaşaraq demişdir ki, ov tüfəngini ona sata bilər. Sonra o, Rüstəmə tüfəngi gətir baxım demiş, sonuncu tüfəngin yaşadığı evdə olduğunu bildirmiş, o, Rüstəmlə birlikdə onun yaşadığı evə getmişdir. Rüstəm içəri gedib parçadan olan qabın içərisində ov tüfəngini gətirmiş və o, açıb baxanda görmüşdür ki, Rüstəmin gətirdiyi Türkiyə istehsalı olan «Dragon» markalı ov tüfəngidir. Rüstəmdən ov tüfənginin sənədinin harada olduğunu soruşduqda demişdir ki, tüfəng özlərinə məxsusdur, babasından qalmışdır, pula ehtiyacı olduğu üçün satır, sonra tüfəngin sənədini gətirib ona verəcəkdir. O, Rüstəmə inanmış və 300 manat pul verib «Dragon» markalı ov tüfəngini Rüstəmdən almışdır. Sonrakı günlərdə Rüstəmdən aldığı ov tüfəngini yaşadığı evdə saxlamış və nə vaxt Rüstəmi görürmüşdürsə ondan satdığı ov tüfənginin sənədini istəmiş, hər dəfə də Rüstəm demişdir ki, tüfəngin sənədini gətirib ona verəcəkdir. O, aldığı tüfəngin sənədini Rüstəmdən ala bilmədiyi üçün sonrakı müddətdə tüfəngi adına rəsmiləşdirə bilməyib evdə saxlamışdır. 03 may 2021-ci il tarixdə təxminən saat 19 radələrində Ucar şəhərində olduğu zaman yaşadığı yerin polis sahə rəisi zəng vurub onu Ucar RPŞ-nə dəvət etmiş, o, Ucar RPŞ-nə gələndə orada başqa mülki geyimdə şəxslərin olduğunu görmüş, mülki geyimdə olan şəxslər Xaçmaz RPŞ-nin əməkdaşları olduqlarını bildirərək Rüstəmin fotoşəkilini ona göstərib ondan ov tüfəngi alıb-almadığını soruşmuşlar, o, da onlara demişdir ki, 2019-cu ilin dekabr ayının axırları və ya 2020-ci ilin yanvar ayının əvvəlləri olardı Rüstəm ona bir ədəd «Dragon» markalı ov tüfəngini 300 manata satmışdır, həmin ov tüfəngi isə hal-hazırda yaşadığı evdədir. Xaçmaz RPŞ-nin əməkdaşları Rüstəmin ona satdığı ov tüfənginin oğurluq yolu ilə əldə edildiyini bildirmişlər və o, evə gedərək Rüstəmdən aldığı ov tüfəngini Ucar RPŞ-nə gətirmişdir. Bundan sonra o, ov tüfənginidə götürüb Xaçmaz RPŞ-nin əməkdaşları ilə birlikdə Xaçmaz RPŞ-nə gələrək Rüstəmdən aldığı ov tüfəngini istintaqa təqdim etmişdir. Rüstəm ona demişdir ki, satdığı ov tüfəngi özlərinə məxsusdur, babasından qalmışdır, pula ehtiyacı olduğu üçün satır. Rüstəm sinif yoldaşı Vüqarın əmisi oğlu olduğuna və Rüstəmin özünü yaxşı tanıdığına görə ona inanıb həmin ov tüfəngini ondan almışdır. Əgər Rüstəmin ona satdığı ov tüfənginin oğurluq yolu ilə əldə edildiyini bilsəydi heç vaxt Rüstəmlə razılaşıb onu almazdı. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilən Şahid7 ibtidai istintaq zamanı verdiyi ifadəsində görünür ki, o, valideyinləri ilə birlikdə Xaçmaz şəhəri, O.Mirzəyev küçəsi, ev 7-də yaşayır. Bakı Neft Energetika Kollecinin elektrik maşınları və avadanlıqları fakültəsinin ikinci kursunda təhsil alır. Onun özünə məxsus «Opel» markalı avtomobil var və o, özünə məxsus həmin avtomobillə aradabir taksi fəaliyyəti göstərir. O, Xaçmaz şəhərində yaşayan Təqsirləndirilən şəxs7 təxminən 3 il, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs5 isə bir il olarkı tanıyır. Tural əvvəllər Xaçmaz şəhəri, N.Nərimanov küçəsində yerləşən «Cırtdan» çayxanasında masa xidmətçisi işləmiş, o, özüdə aradabir həmin çayxanaya gedib çay içmişdir. Çayxanada olarkən bəzən Turalla söhbət etmiş və tədricən onların yaxın münasibəti yaranmışdır. X15 yanında görüb tanımışdır. Dəqiq tarixi xatırlamır, 2020-ci ilin avqust ayının əvvəlləri olardı təxminən saat 21 radələrində mobil telefonuna zəng gəlmiş və baxanda görmüşdür ki, zəng vuran Turaldır. Telefona cavab verib Turaldan nə lazım olduğunu soruşduqda demişdir ki, Xaçmaz rayonu, Niyazabad kənd yolunun kənarındadır, ev əşyaları var, həmin əşyaları Xaçmaz rayonu, Yergüc kəndində yaşayan bibisinin evinə aprmaq istəyir, yol pulunu verəcəkdir, o, idarə etdiyi «Opel» markalı avtomobillə gəlib onu Yergüc kəndinə aparsın. Turalı tanıdığı üçün onunla razılaşmış və özünə məxsus «Opel» markalı avtomobili idarə edib Turalın dediyi yerə gələndə görmüşdür ki, Tural, Məmməd, Orxan yolun kənarında dayanmışlar, yanlarında isə müxtəlif ölçülü xalçalar, divar saatları, pələng formalı oyuncaq, paltar ütüsü, ventilyator, peyk antenasının aparatı, DVD aparatı, dəmir çaydan, çörək bişirən soba, ət çəkən, qadın ayaqqabısı var. Tural yaxınlıqda olan evi ona göstərib demişdir ki, bibisinin evidir, əşyalarda bibisinə məxsusdur, həmin əşyaları bibisinin Xaçmaz rayonu, Yergüc kəndindəki evinə aparmaq lazımdır. Turalı tanıdığı üçün ona inanmış və Tural, Məmməd, Orxan xalçaları, divar saatlarını, pələng formalı oyuncağı, paltar ütüsünü, ventilyatoru, peyk antenasının aparatını, DVD aparatını, dəmir çaydanı, çörək bişirən sobanı, ət çəkəni, qadın ayaqqabısını gətirib onun idarə etdiyi avtomobilin arxa yük yerinə yığdıqdan sonra özləridə avtomobilə əyləşmişlər. O, avtomobili hərəkətə gətirib Xaçmaz rayonu, Yergüc kəndi istiqamətində getmiş, yolda da Tural ona demişdir ki, onun avtomobili ilə apardıqları əşyalar bibisinə aiddir, bibisinin Yergüc kəndində də evi var, bibisi ondan həmin əşyaları Yergüc kəndindəki evinə gətirməsini xahiş etmişdir, ona görə də o, bibisinə aid əşyaları Yergüc kəndinə bibisinin evinə aparır. Yergüc kəndinə çatanda Tural yol göstərmiş, o, da onları Yergüc kəndində olan evlərdən birinin qarşısına gətirmişdir. Tural avtomobildən düşüb içəri getmiş və bir neçə dəqiqə keçdikdən sonra tanımadığı bir kişi ilə qayıdıb küçəyə çıxmışdır. Məmmədlə Orxanda avtomobildən düşmüşlər və onlar öz aralarında söhbət etdikdən sonra dörd ədəd xalçanı, bir ədəd çörək bişirən sobanı Yergüc kəndində söhbət etdikləri kişiyə verdikdən sonra avtomobilə əyləşib ona demişlər ki, onları Xaçmaz şəhəri, H.Z.Tağıyev küçəsinə aparsın. O, avtomobili hərəkətə gətirib Xaçmaz şəhəri, H.Z.Tağıyev küçəsinə gəlmiş və həmin küçədə 1 saylı tam orta məktəbin yaxınlığında olan evlərdən birinin qarşısına çatanda Orxan avtomobili saxlamasını bildirmiş, o, avtomobili saxlamış, Orxan düşüb avtomobilin yük yerində qalmış əşyaları qarşısında dayandıqları evə aparmışdır. Məmmədlə Turalın arasında olan söhbətdən başa düşmüşdür ki, Orxan həmin evdə yaşayır. Orxan avtomobilin yük yerində olan əşyaları apardıqdan sonra Məmməd onları Xaçmaz rayonu, Yergüc kəndinə aparıb-gətirdiyinə görə ona 20 manat pul vermiş və o, onlardan ayrılıb yaşadığı evə getmişdir. O, idarə etdiyi avtomobillə Xaçmaz rayonu, Yergüc kəndinə apardığı əşyaları Turalın, Məmmədin və Orxanın başqa evdən oğurladıqlarını bilməmiş, onların özləridə bu barədə ona heç bir söz deməmişlər. Tural ona demişdir ki, onun avtomobili ilə apardıqları əşyalar bibisinə aiddir, bibisinin Yergüc kəndində də evi var, bibisi ondan həmin əşyaları Yergüc kəndindəki evinə gətirməsini xahiş etmişdir, ona görə də o, bibisinə aid əşyaları Yergüc kəndinə bibisinin evinə aparır. Turalı tanıdığı üçün ona inanmış və həmin əşyaları idarə etdiyi avtomobillə Xaçmaz rayonu, Yergüc kəndinə aparmışdır. Turalın, Məmmədin və Orxanın xalçaları, çörək bişirən sobanı və digər əşyaları başqa evdən oğurladıqlarını bilsəydi o, idarə etdiyi avtomobillə onları Xaçmaz rayonu, Yergüc kəndinə aparmazdı. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilən Şahid8 ibtidai istintaq zamanı verdiyi ifadəsində görünür ki, o, ailəsi ilə birlikdə Xaçmaz şəhəri, Ç.Abdullayev küçəsi, ev 36-da yaşayır. Onun özünə məxsus Vaz-2107 markalı avtomobil var və o, özünə məxsus həmin avtomobillə taksi fəaliyyəti göstərir. Təqsirləndirilən şəxs8 bacısı Lətifənin əridir, Xudat şəhərində yaşayan Təqsirləndirilən şəxs5 2018-ci ilin axırlarından, Xaçmaz şəhərində yaşayan Təqsirləndirilən şəxs2 2021-ci ilin əvvəllərindən tanımış, Təqsirləndirilən şəxs6 isə əvvəllər tanımamışdır. Orxan 2018-ci ilin axırlarında onun bacısı Sevda ilə evlənmişdir. 2021-ci ilin mart ayının əvvəllərində Sevda əri Orxanın Xaçmaz şəhərində olan evlərdən oğurluq etdiyini bilmiş və ondan ayrılıb anasının yanına gəlmişdir. Hal-hazırda da Sevda anası ilə bir evdə qalır. Əvvələr Calal və ya Orxan onu çağırmışlar, o, da idarə etdiyi avtomobillə gedib onları dedikləri yerlərə aparıb-gətirmiş, onlarda onun pulunu vermişlər. Dəqiq tarixi xatırlamır, 2020-ci ilin oktyabr ayının axırları olardı gecə saatlarında evdə olduğu zaman mobil telefonuna zəng gəlmiş və baxanda görmüşdür ki, zəng vuran Calaldır. Telefona cavab verib Calaldan nə lazım olduğunu soruşduqda demişdir ki, fermada işləyən oğlandan qohumu Zülfüqar üçün kombi, radiatorlar və elektrik tənzimləyici (stablizator) almışdır, avtomobillə gəlib onları təzə tikdirdikləri evə aparıb yığsınlar, sonra özü aparıb Zülfüqara verəcəkdir. Calaldan harada olduğunu soruşduqda demişdir ki, Xaçmaz şəhəri, Yeni yaşayış massivindədir. Calala inanmış və evdən çıxıb avtomobilinə əyləşərək idarə edib Xaçmaz şəhəri, Yeni yaşayış massivinə gələndə görmüşdür ki, Calal, Məmməd və sonradan adını bildiyi Taleh bir yerdə yolun kənarında dayanmışlar. O, avtomobili saxlamış və Calal yaxınlaşıb ona demişdir ki, aldığı kombini, radiatorları və elektrik tənzimləyicini (stablizatoru) aparıb onların təzə tikdirdikləri evə yığsınlar, səhər özü aparıb qohumu Zülfüqara verəcəkdir. O, avtomobildən düşməyib Calala demişdir ki, gətirin avtomobilin yük yerinə qoyun. Calal, Məmməd və Taleh əvvəlcə gətirib kombini və elektrik tənzimləyicini (stablizatoru) avtomobilin arxa yük yerinə qoymuşlar. Calal gəlib avtomobildə ön sağ oturacaqda əyləşmiş, Məmmədlə Taleh həmin yerdə qalmışlar və o, avtomobili hərəkətə gətirib Xaçmaz şəhəri, Dağıstan küçəsinə Calalgilin təzə tikdirdikləri evin qarşısına gəlmişdir. Calal avtomobildən düşüb kombi ilə elektrik tənzimləyicini (stablizatoru) götürərək təzə tikdirdikləri evin həyətinə aparmış və qayıdıb avtomobildə əyləşdikdən sonra o, avtomobili hərəkətə gətirib X5qları yerə gətirmişdir. Calal avtomobildən düşmüş və onlar gətirib radiatorları avtomobilin arxa yük yerinə yığdıqdan sonra yenədə Calal onun avtomobilində əyləşmiş, Məmmədlə Taleh isə piyada getmişlər. O, avtomobili hərəkətə gətirib Xaçmaz şəhəri, Dağıstan küçəsinə Calalgilin təzə tikdirdikləri evin qarşısına gəlmiş, yenədə Calal özü avtomobildən düşüb radiatorları götürərək təzə tikdirdikləri evin həyətinə aparmış, o, isə qayıdıb yaşadığı evə gəlmişdir. Səhəri gün Calal zəng vurub ona demişdir ki, pulunu verəcəkdir, o, avtomobili ilə radiatorları Xaçmaz rayonu, Arzu kəndinə aparsın. O, etiraz etməmiş və avtomobilini idarə edib Xaçmaz şəhəri, Dağıstan küçəsinə getmişdir. Calal gətirib radiatorları avtomobilin arxa yük yerinə yığdıqdan sonra özüdə avtomobilə əyləşmiş və o, avtomobili ilə radiatorları Xaçmaz rayonu, Arzu kəndinə aparmışdır. Arzu kəndində olan evlərdən birin qarşısında avtomobili saxlamış və Calal düşüb avtomobilin yük yerindən radiatorları götürərək həmin evin həyətinə yığmış və onlar qayıdıb Xaçmaz şəhərinə gəlmişlər. Xaçmaz şəhəri, H.Əliyev prospektində Calalı düşürdükdən sonra o, evə getmiş, bir neçə gün keçdikdən sonra Calalla görüşərkən sonuncu onu Xaçmaz rayonu, Arzu kəndinə aparıb-gətirdiyinə görə ona 30 manat pul vermişdir. Sonrakı günlərdə də o, Calalı və Orxanı görsədə onlar ona heç bir söz deməmişlər, özünündə onların oğurluq etməsindən məlumatı olmamışdır. Bundan başqa 2021-ci ilin yanvar ayının əvvəllərində gecə saatlarında evdə olduğu zaman mobil telefonuna zəng gəlmiş və cavab verdikdə görmüşdür ki, zəng vuran Orxandır. Orxandan nə lazım olduğunu soruşduqda demişdir ki, Xaçmaz şəhəri, Dağıstan küçəsində onun anasının yaşadığı evin yaxınlığındadır, gəlib onunla görüşsün. O, evdən çıxıb avtomobilini idarə edərək Dağıstan küçəsinə gələndə görmüşdür ki, Orxan tək dayanıb, yanında da bir ədəd televizor var. Orxan televizoru avtomobilin arxa oturcağının üstünə qoyduqdan sonra özüdə avtomobilə əyləşib ona demişdir ki, televizoru Məmməddən almışdır, onu kirayədə yaşadığı evə aparsın. O, etiraz etməmiş və avtomobilini hərəkətə gətirib Xaçmaz şəhəri, H.Z.Tağıyev küçəsinə Orxanın kirayədə yaşadığı evin qarşısına gəlib avtomobili saxlamış, Orxan avtomobildən düşərək televizoru götürüb kirayədə yaşadığı evə aparmış və tezdə geri qayıdıb ona 50 manat pul verərək demişdir ki, verdiyi pulun 10 manatını onu gətirdiyinə görə özünə götürər, 40 manatını isə səhər Məmmədə verər. O, da Orxandan 50 manat pulu alıb 10 manatını özünə götürmüş, 40 manatını isə səhəri gün Məmmədə verərək Orxanın göndərdiyini demişdir. 2021-ci ilin fevral ayının axırlarında bilmişdir ki, Calal, Taleh, Orxan və Məmməd Xaçmaz şəhərində ayrı-ayrı evlərdən oğurluq etmişlər. O, idarə etdiyi avtomobillə Xaçmaz şəhəri, Dağıstan küçəsinə gətirdiyi kombini, radiatorları, elektrik tənzimləyicini (stablizatoru) Calalın, Məmmədin və Talehin, Xaçmaz şəhəri, H.Z.Tağıyev küçəsinə gətirdiyi televizoru isə Orxanla Məmmədin başqa evlərdən oğurladıqlarını bilməmiş, onların özləridə bu barədə ona heç bir söz deməmişlər. Calal ona demişdir ki, onun avtomobili ilə apardığı kombini, radiatorları, elektrik tənzimləyicini (stablizatoru) fermada işləyən oğlandan qohumu Zülfüqar üçün almışdır, Orxanda ona demişdir ki, televizoru Məmməddən almışdır. Calala və Orxana inandığı üçün həmin əşyaları idarə etdiyi avtomobillə aparmışdır. Calalın, Məmmədin və Talehin kombini, radiatorları, elektrik tənzimləyicini (stablizatoru), Orxanla Məmmədin isə televizoru başqa evlərdən oğurladıqlarını bilsəydi idarə etdiyi avtomobillə onları aparmazdı. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi üzrə qiymətləndiriləndirməklə onları sübut kimi qəbul edir. Belə ki, baxış keçirilməsi haqqında 19 fevral 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 təqdim etdiyi səkkiz ədəd qadın üzüyü, bir ədəd qolbağı, bir ədəd kulonlu boyunbağı, üzük, sırğa və kulondan ibarət bujiteriya dəsti, bir cüt sırğa, iki ədəd diş qapaqları və üç ədəd qol saatları götürülərək maddi sübut hesab edilmiş və saxlanılmasından ötrü Zərərçəkmiş şəxs12 qaytarılaraq bu barədə qəbz alınmışdır. (Cild 2, iş vərəq 75; Cild 5, iş vərəqlər 26-34, 42) Baxış keçirilməsi haqqında 19 fevral 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 təqdim etdiyi bir ədəd «Nokia» markalı, bir ədəd «LEAGOO M8» markalı, bir ədəd «Vertex» markalı, bir ədəd Samsung J8» markalı və bir ədəd «Bilayn» markalı mobil telefonlar, bir ədəd 5 Türk lirəsi və 7 ədəd metaldan olan bir Türk lirələri götürülərək maddi sübut hesab edilmiş və saxlanılmasından ötrü bir ədəd «Nokia» markalı, bir ədəd «LEAGOO M8» markalı, bir ədəd «Vertex» markalı mobil telefonları Zərərçəkmiş şəxs1, bir ədəd Samsung J8» markalı və bir ədəd «Bilayn» markalı mobil telefonlar Zərərçəkmiş şəxs11, bir ədəd 5 Türk lirəsi və 7 ədəd metaldan olan bir Türk lirələri isə Zərərçəkmiş şəxs12 qaytarılaraq bu barədə qəbzlər alınmışdır. (Cild 2, iş vərəqlər 72-73; Cild 5, iş vərəqlər 26-34, 41-43) Baxış keçirilməsi haqqında 20 fevral 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 təqdim etdiyi bir ədəd «Micromax» markalı mobil telefon, 7 ədəd 50 və 2 ədəd 20 qəpik pullar, 1 ədəd 100000-lik, 4 ədəd 50000-lik, 2 ədəd 20000-lik, 1 ədəd 10000-lik və 1 ədəd 5000-lik əskinsalar olmaqla ümumilikdə 355000 İran rialı götürülərək maddi sübut hesab edilmiş və saxlanılmasından ötrü bir ədəd «Micromax» markalı mobil Zərərçəkmiş şəxs1, 7 ədəd 50 və 2 ədəd 20 qəpik pullar Zərərçəkmiş şəxs11, 1 ədəd 100000-lik, 4 ədəd 50000-lik, 2 ədəd 20000-lik, 1 ədəd 10000-lik və 1 ədəd 5000-lik əskinsalar olmaqla ümumilikdə 355000 İran rialı isə Zərərçəkmiş şəxs12 qaytarılaraq bu barədə qəbz alınmışdır. (Cild 1, iş vərəq 147; Cild 5, iş vərəqlər 26-34, 41- 43) Baxış keçirilməsi haqqında 11 mart 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs5 təqdim etdiyi bir ədəd «Nokia» markalı mobil telefon, iki ədəd xalça, bir ədəd pələng formalı oyuncaq, bir ədəd paltar ütüsü, bir ədəd ventilyator, bir ədəd peyk antenasının aparatı, bir ədəd DVD aparatı, bir cüt qadın yay ayaqqabısı, bir ədəd dəmir çaydan, bir ədəd ətçəkən və bir ədəd “Samsung” markalı televizor götürülərək maddi sübut hesab edilmiş və saxlanılmasından ötrü iki ədəd xalça, bir ədəd pələng formalı oyuncaq, bir ədəd paltar ütüsü, bir ədəd ventilyator, bir ədəd peyk antenasının aparatı, bir ədəd DVD aparatı, bir cüt qadın yay ayaqqabısı, bir ədəd dəmir çaydan, bir ədəd ətçəkən Zərərçəkmiş şəxs4, bir ədəd “Samsung” markalı televizor Zərərçəkmiş şəxs8 qaytarılaraq bu barədə qəbzlər alınmış, bir ədəd «Nokia» markalı mobil telefon isə Xaçmaz RPŞ-nə təhvil verilmişdir. (Cild 3, iş vərəqlər 106-107; Cild 5, iş vərəqlər 26-34, 37, 40) Baxış keçirilməsi haqqında 12 mart 2021-ci il tarixli protokoldan görünür ki, Şahid1 təqdim etdiyi dörd ədəd xalça, bir ədəd «Eurolux» marklı çörək bişirən soba, bir ədəd «GLORYTEC» markalı mikser və bir ədəd ləpəçəkən götürülərək maddi sübut hesab edilmiş və saxlanılmasından ötrü Zərərçəkmiş şəxs4 qaytarılaraq bu barədə qəbz alınmışdır. (Cild 3, iş vərəq 117; Cild 5, iş vərəqlər 26-34, 37) Baxış keçirilməsi haqqında 16 mart 2021-ci il tarixli protokoldan görünür ki, Şahid2 təqdim etdiyi bir ədədi 12, 2 ədədi 13, 2 ədədi 15, 1 ədədi 17 seksiyalı radiatorlar götürülərək maddi sübut hesab edilmiş və saxlanılmasından ötrü Zərərçəkmiş şəxs5 qaytarılaraq bu barədə qəbz alınmışdır. (Cild 3, iş vərəq 132; Cild 5, iş vərəqlər 26-34, 38) Baxış keçirilməsi haqqında 18 mart 2021-ci il tarixli protokoldan görünür ki, Şahid3 təqdim etdiyi bir ədəd «İMMERGAS» markalı kombi aparatı və bir ədəd «Baysallar» markalı elektrik tənzimləyici (stablizator) götürülərək maddi sübut hesab edilmiş və saxlanılmasından ötrü Zərərçəkmiş şəxs5 qaytarılaraq bu barədə qəbz alınmışdır. (Cild 3, iş vərəq 144; Cild 5, iş vərəqlər 26-34, 38) Baxış keçirilməsi haqqında 01 aprel 2021-ci il tarixli protokoldan görünür ki, Şahid4 təqdim etdiyi bir ədədi qızıl kişi üzüyü götürülərək maddi sübut hesab edilmiş və saxlanılmasından ötrü Zərərçəkmiş şəxs7 qaytarılaraq bu barədə qəbz alınmışdır. (Cild 3, iş vərəq 243; Cild 5, iş vərəqlər 26-34, 39) Baxış keçirilməsi haqqında 04 may 2021-ci il tarixli protokoldan görünür ki, Şahid6 təqdim etdiyi bir ədəd zavod üsulu ilə istehsal edilmiş, 12 kalibirli, «15-1815» nömrəli, «DRAGON MAGNUM» modelli, tək hamarlüləli (yivsiz) pompalı ov tüfəngi götürülərək maddi sübut hesab edilmiş və saxlanılmasından ötrü Xaçmaz RPŞ-nə təhvil verilmişdir. (Cild 4, iş vərəq 64; Cild 5, iş vərəqlər 26-34) Təqsirləndirilən şəxs1 ifadəsində göstərdiyi xüsusatları ifadəsi yerində yoxlanılarkən çətinlik çəkmədən göstərmiş və bu barədə protokol tərtib edilmişdir. (Cild 5, iş vərəqlər 90-92) İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs2 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs3 ilə üzləşmə zamanı bir daha təstiq etmişdir. (Cild 4, iş vərəqlər 125-133) Təqsirləndirilən şəxs2 ifadəsində göstərdiyi xüsusatları ifadəsi yerində yoxlanılarkən çətinlik çəkmədən göstərmiş və bu barədə protokol tərtib edilmişdir. (Cild 2, iş vərəqlər 114-125, 215-217; Cild 3, iş vərəqləri 16-21; Cild 4, iş vərəqlər 196-197, 206-220) Təqsirləndirilən şəxs3 ifadəsində göstərdiyi xüsusatları ifadəsi yerində yoxlanılarkən çətinlik çəkmədən göstərmiş və bu barədə protokol tərtib edilmişdir. (Cild 1, iş vərəqləri 150-164,234-239) Təqsirləndirilən şəxs4 ifadəsində göstərdiyi xüsusatları ifadəsi yerində yoxlanılarkən çətinlik çəkmədən göstərmiş və bu barədə protokol tərtib edilmişdir. (Cild 3, iş vərəqləri 79-82) Təqsirləndirilən şəxs5 ifadəsində göstərdiyi xüsusatları ifadəsi yerində yoxlanılarkən çətinlik çəkmədən göstərmiş və bu barədə protokol tərtib edilmişdir. (Cild 4, iş vərəqləri 91-101) Təqsirləndirilən şəxs6 ifadəsində göstərdiyi xüsusatları ifadəsi yerində yoxlanılarkən çətinlik çəkmədən göstərmiş və bu barədə protokol tərtib edilmişdir. (Cild 4, iş vərəqləri 236-241) Təqsirləndirilən şəxs7 ifadəsində göstərdiyi xüsusatları ifadəsi yerində yoxlanılarkən çətinlik çəkmədən göstərmiş və bu barədə protokol tərtib edilmişdir. (Cild 4, iş vərəqləri 221-227) Təqsirləndirilən şəxs8 ifadəsində göstərdiyi xüsusatları ifadəsi yerində yoxlanılarkən çətinlik çəkmədən göstərmiş və bu barədə protokol tərtib edilmişdir. Kompleks məhkəmə-kimyəvi və məhkəmə-əmtəəşünaslıq ekspertizasının 18 may 2021-ci il tarixli 6/1731-9/2764 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş məmulatlardan Cədvəl 1 üzrə sıra nömrələri-1 olan 583/583 əyarlı qızıldan hazırlanmışdır, qaşları qiymətli qaşlara aiddir, brilyantdır; 2,3,8-10,12,13 onlar mis və sink əsaslı ərintidən hazırlanmışdır; 4-7,11,16 olanlar mis əsaslı ərintidən hazırlanmışdır; 14 olan titan və sink əsaslı ərintidən hazırlanmışdır; 15 olan dəmir əsaslı ərintidən hazırlanmışdır; 17 olan mis və dəmir əsaslı ərintidən hazırlanmışdır; Məmulatlardan digərlərinin üzərlərindəki qaşlar qiymətli qaşlara aid deyildir. Təqdim edilmiş məmulatların ayrı-ayrılıqda tərkibi, əyarı və digər göstəriciləri (qaşlarının təbiəti, damğası, adları və s) Cədvəl 1-də qeyd edilmişdir. Aparılmış fiziki-kimyəvi tədqiqatın nəticələri nəzərə alınmaqla, tədqiqata təqdim olunmuş zərgərlik məmulatları və bujiteriyaların 2020-ci ilin dekabr və 2021-ci ilin fevral aylarına olan bazar qiyməti ilə ümumi dəyəri təxminən 437,0 manat müəyyən edilir. Həmin əşyaların ayrı-ayrılıqda adları və qiymətləri Cədvəl 1-də göstərilmişdir. Ekspertiza təyini haqqında qərarda nəzəri qaydada qiymətləndirilməsi göstərilən qızıl zinyət əşyalarının 2020-ci ilin dekabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 4990,0 manat müəyyən edilir. Həmin əşyaların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsinə əlavə edilmiş Cədvəl 2-də göstərilmişdir. (Cild 5, iş vərəqlər 1-8) Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 24 may 2021-ci il tarixli 9/2838 nömrəli ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 76 adda malların təzə vəziyyətdə və istifadədə olması nəzərə alınmaqla ayrı-ayrı tarixlərə olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən yuxarıdakı cədvəldə göstərilmişdir. Ekspertiza təyini haqqında qərarda göstərilən 2 adda malların 2019-cu ilin dekabr ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 1080,0 manat müəyyən edilir, digər 3 adda mallar haqqında ətraflı məlumat olmadığından qiymətləndirmə aparmaq mümkün olmadı. (Cild 5, iş vərəqlər 9-14) Kompleks məhkəmə-ballistik və məhkəmə-əmtəəşünaslıq ekspertizasının 02 iyun 2021-ci il tarixli 3/836-9/2921 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 (bir) ədəd predmet zavod üsulu ilə istehsal edilmiş, 12 kalibirli, «15-1815» nömrəli, «DRAGON MAGNUM» modeli, tək hamarlüləli (yivsiz) pompalı ov tüfəngidir, odlu silah hesab edilir, istifadəyə (atəşə) yararlıdır. Təqdim edilmiş bir ədəd təklüləli ov tüfənginin 2019-cu ilin dekabr ayına olan orta bazar qiyməti təxminən 800 manat müəyyən edilir. (Cild 5, iş vərəqlər 15-18) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X26 Şəxsin 03 iyun 2021ci il tarixli 1718 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 çətənə bitkisi preparatlarından sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (Cild 5, iş vərəqlər 70-71) Beləliklə məhkəmə istintaqı zamanı sübutları tədqiq edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 232.2.1-ci, Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4 və 232.2.1-ci, Təqsirləndirilən şəxs3 Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü, Təqsirləndirilən şəxs4 Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 232.2.1-ci, Təqsirləndirilən şəxs5 Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü, Təqsirləndirilən şəxs7 Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü, Təqsirləndirilən şəxs6 Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü, Təqsirləndirilən şəxs8 Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətmələri kifayət qədər öz təsdiqini tapmış, həmin cinayətlər ağır və az ağır cinayətlər kateqoriyasına aid edilməklə bitmiş cinayətlərdir, onların cinayət məsuliyyətindən və cəzadan azad olunmaları üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxslərə qanunla müəyyən edilmiş qaydada, həmin maddələrinin sanksiyaları həddindən və cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Bununla belə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirliliyi məhkəmə istintaqı zamanı sübuta yetirilməmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125.1-ci maddəsinin tələblərinə görə məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 125.2, 125.2.1-ci maddələrinə əsasən insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud həmin Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Cinayət-Prosessual Məcəlləsinin 125.3-cü maddəsinə əsasən həmin Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Belə ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə əsassız olaraq ittiham verilmişdir ondan ötrü ki, guya o, satış məqsədi olmadan şəxsi istifadəsi üçün istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı üzərində saxlamaqla daşımış və bu fakt 01 may 2021-ci il tarixdə Xaçmaz RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saat 11-də dəvət edilib Xaçmaz RPŞ-nin inzibati binasında onun üstünə saat 13:45-14:15 müddətində şəxsi axtarış keçirilərkən əynində olan gödəkçənin sol yan cibində saxladığı «Pall-Mall» siqaret qutusunun içərisində bir ədəd sellofan torbacıqda olmaqla ümumilikdə 11,938 qram çəkidə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Həmin epizodla bağlı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə özünü təqsirli bilməyərək göstərdi ki, 30 aprel 2021-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu ərazisində saxlanılmışdır. Əvvəllər narkotik vasitə qurudulmuş marixuanadan istifadə etməsinə baxmayaraq saxlanılarkən onun üzərində narkotik vasitə marixuana olmamışdır. Saxlanılarkən onun üzərinə Bakı şəhərində baxış keçirilmiş, lakin heç nə aşkar olunmamışdır. Daha sonra, polis əməkdaşları onu Xaçmaz RPŞ-nə təhvil vermişlər. Onu birbaşa Bakıdan Xaçmaza maşınla aparmışlar, 2 saata yaxın yol getmişlər. Adları ittiham aktında qeyd olunmuş polis əməkdaşları deyil, Qasım adlı və başqa polis əməkdaşı onu saxlamışdır. Polisdə ona təzyiq göstərilmiş, həmçinin polislər Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə qeydiyyata alınıb buraxalacağını vəd etdikləri üçün ona deyilənləri videoçəkilişdə təkrar etmiş, polislər tərəfindən ona verilən bir büküm narkotik vasitəni siqaret qutusunun içinə qoyub cibindən çıxarmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Xaşmaz rayon Polis Şöbəsinin əməliyyat müvəkkili Şahid10 ifadəsində göstərdi ki, verilmiş əməliyyat tapşırığına əsasən oğurluğa görə axtarılan və üzərində narkotik vasitə saxlaması barədə məlumat daxil olmuş Təqsirləndirilən şəxs1 tutulması üçün, 2021-ci il mayın 1-də əməliyyat müvəkkili Səxavət Abbasovla birlikdə Bakı şəhərinə ezam olunmuşdur. Keçirilmiş əməliyyat tədbiri nəticəsində həmin gün saat 11 radələrində Təqsirləndirilən şəxs1 Bakı şəhəri, Yasamal rayonu, Zərdabi küçəsi 27 saylı evin qarşısında saxlayaraq Xaçmaz RPŞ-nə aparmışlar. Xaçmaz RPŞ-yə gətirdikdən sonra vəkilin iştirakı ilə narkotik vasitə saxlamaqda şübhəli şəxs qismində tutulan Təqsirləndirilən şəxs1 üzərində videoçəkilişlə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı onun üzərində “Pall Mall siqaret qutusunun içərisində bir bükümdə narkotik vasitə qurudulmuş marixuana aşkar edilmiş və Təqsirləndirilən şəxs1 həmin narkotik vasitəni tapdığını demişdir. Daha sonra, Şahid10 bildirdi ki, Təqsirləndirilən şəxs1 Bakı şəhəri Yasamal rayonu ərazisində saxlayandan sonra həmin rayonun polis idaərsində onun üzərinə baxış keçirməmişlər, özləri ilə Xaçmaz RPŞ-nə gətirib orada üzərində şəxsi axtarış aparmışlar. Məhkəmədə şahid qismində dindirilmiş Xaşmaz rayon Polis Şöbəsinin əməliyyat müvəkkili X13 ifadəsində göstərdi ki, Xaçmaz RPŞ-nin İstintaq Bölməsində istintaq olunan cinayət işi üzrə verilmiş əməliyyat tapşırığına müvafiq olaraq 2021-ci ilin may ayının 1-də əməliyyat müvəkkili Şahid10la birlikdə Bakı şəhərinə ezam olunmuşlar və orada keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 Bakı şəhəri, Yasamal rayonu, Zərdabi küçəsi, 27 nömrəli evin qarşısında saxlayıb Xaçmaz RPŞ-nə aparmışlar. Həmçinin bundan əvvəl onun üzərində narkotik vasitə saxlaması barədə Xaçmaz RPŞ-nə etibarlı mənbədən əməliyyat məlumatı da daxil olmuşdur. Bakı şəhəri, Yasamal rayonu ərazisində Təqsirləndirilən şəxs1 saxlanıldıqdan sonra onu avtomaşınla birbaşa Xaçmaz RPŞ-nə gətirmişlər, yolda heç yerdə avtomaşını saxlamamışlar. Xaçmaz RPŞ-də videoçəkilişlə Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılmış, bu zaman onda «Pall-Mall» siqaret qutusunda bir bükümdə narkotik vasitə qurudulmuş marixuana aşkar edilmişdir. Hardan əldə etdiyini soruşduqda Təqsirləndirilən şəxs1 həmin narkotik vasitəni yaşadığı evin qarşısında tapdığını bildirmişdir. Bundan başqa, Səxavət Abbasov qeyd etdi ki, Təqsirləndirilən şəxs1 Bakı şəhəri Yasamal rayonu ərazisində saxladıqdan sonra Yasamal RPİ-nə məlumat verməklə orada onun üzərinə baxış keçirilməmiş və o, Xaçmaz RPŞ-nə gətirilmişdir. Şəxsi axtarış aparılması haqqında 01 may 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 hüquq və vəzifələri izah edilmədən onun üzərinə şəxsi axtarış keçirilərkən o, əynində olan gödəkçənin sol yan cibində saxladığı «Pal-Mall» siqaret qutusunu təqdim edir, və həmin qutunun içərisində bir ədəd sellofan torbacıqda narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülür. (Cild 1, iş vərəqlər 19-20) Məhkəmə-bioloji ekspertizasının 01 may 2021-ci il tarixli 7/414 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində «Abdullayev.…» yazısı və imzalar olan 01 (bir) ədəd kağız paketdəki 01 (bir) ədəd sellofan torbacıqda təmiz çəkisi-11,938 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. (Cild 1, iş vərəqlər 27-30) Aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalmış təmiz çəkisi 11,838 qram olan qurudulmuş marixuana maddi sübut hesab olunaraq saxlanılmasından ötrü Xaçmaz RPŞ-nə təhvil verilmişdir. Bundan əlavə, həmin epizod üzrə 01 ədəd “CD” formatlı disk də maddi sübut qismində tanınmaqla cinayət işinin materiallarına əlavə edilmişdir. (Cild 1, iş vərəqlər 35, 61- 62) Məhkəmə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirliliyinin sübuta yetirilməməsi ilə bağlı nəticəyə gələrkən qeyd edir ki, Təqsirləndirilən şəxs1 Xaçmaz rayon polis şöbəsində oğurluğa görə axtarışda olmasına və onun faktiki olaraq rayonda müəyyən müddət olmamasına baxmayaraq Təqsirləndirilən şəxs1 qanunsuz olaraq narkotik vasitə saxlaması və üzərində daşıması ilə bağlı əməliyyat məlumatının əməliyyat orqanına daxil olması barədə müvafiq sənədlər cinayət işinin materiallarına əlavə edilmişdir. (Cild 1, iş vərəq 3) İstintaqın təqsirləndirilən şəxsə verdiyi ittihamla gəldiyi nəticəyə görə Təqsirləndirilən şəxs1 Xaçmaz RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 01 may 2021-ci il tarixdə saat 11 radələrində müəyyən edilməyən ərazidə saxlanılaraq Xaçmaz RPŞ-yə dəvət edilmiş və “dəvət edildikdən” 2 saat 45 dəqiqədən sonra Xaçmaz RPŞ-də onun üzərində şəxsi axtarış keçirilmişdir. Halbuki, iş materiallarından, təqsirləndirilən şəxsin və polis əməkdaşları olan şahidlərin ifadələri ilə müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs1 Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi küçəsi 27 saylı evin qarşısında 01 may 2021-ci il tarixdə saat 11 radələrində saxlanılmışdır. Polis əməkdaşları nəinki Təqsirləndirilən şəxs1 tutulmasını və faktiki olaraq azadlığının məhdudlaşdırılmasını saxlanıldığı yerdə dərhal sənədləşdirilməmiş, onu vəkil ilə təmin etməmiş, hüquq və vəzifələri barədə məlumat verməmiş, hətta qanunla həyata keçirməli olduqları bu hərəkətləri Bakı şəhəri, Yasamal rayon Polis İdarəsi və ya yaxınlıqda olan müvafiq polis bölməsində də icra etməmişlər və onu 2 saat 45 dəqiqədən sonra Bakı şəhərindən Xaçmaz şəhərinə 160 km-dən artıq məsafəni qət edərək gətirilməsi zərurətini də əsaslandırmamışlar. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs1 tutulduğu yerdə üzərində şəxsi axtarış aparılmasını mümkünsüz edən hər hansı bir hal göstərməyən əməliyyat orqanının əməkdaşları, bu axtarışın yalnız 2 saat 45 dəqiqədən sonra Bakı şəhərindən Xaçmaz şəhərinə 160 km-dən artıq məsafəni qət etdikdən sonra aparılmasını qanuna uyğun hesab etmişdir. Məhkəmə xüsusi qeyd edir ki, saxlanıldıqdan sonra faktiki olaraq azadlığı məhdudlaşdırılmış, 2 saat 45 dəqiqə polis əməkdaşlarının sərəncamında olan Təqsirləndirilən şəxs1 üzərində narkotik vasitə saxlaya bilməsi və bu zaman ərzində polis əməkdaşlarının axtarışda olan şəxsin üzərini ən azından öz təhlükəsizlikləri üçün yoxlamaması məhkəmədə əsaslı şübhələr yaradır ki, bu şübhələr təqsirsizlik prezumpsiyasına müvafiq olaraq təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılması haqqında 01 may 2021-ci il tarixli protokolun mötəbərliyinə əsaslı şübhələr olduğundan, bu protokolun iş üzrə sübut kimi qəbul edilməsi və təqsirləndirilən şəxsin təqsirliliyinin sübuta yetirilməsində istifadə edilməsi yolverilməzdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs1 təqsirliliyinin sübuta yetirilmədiyinin qənaətinə gəlir. Məhkəmə, gəldiyi nəticələri həm prosessual normaların tələbləri baxımından, həm də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli qərarının izah və tövsiyələri baxımından əsaslı hesab edir. Belə ki, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli araşdırılması hüququna malikdir. Konvensiyanın həmin maddəsi çərçivəsində Avropa Məhkəməsi “Layıcov Azərbaycana qarşı” işində qeyd etmişdir ki, ərizəçinin üzərində və onun avtomobilində axtarışın onun həbsindən dərhal sonra həyata keçirilmədiyi tərəflər arasında mübahisə doğurmur. Bu axtarış onun həbs olunduğu yerin yaxınlığında deyil, Zaqatala Rayon Polis Şöbəsində aparılmışdır. Məhkəmə bununla bağlı qeyd edir ki, həbslə axtarış arasındakı təxminən otuz dəqiqəlik vaxt boşluğu sübutun “qoyulması” mümkünlüyü ilə bağlı qanuni narahatlıqlar ortaya çıxarır, belə ki, bu vaxt ərzində ərizəçi tamamilə polisin nəzarəti altında idi. Hər bir halda hazırkı işdə axtarışın ərizəçinin həbsindən birbaşa sonra həyata keçirilməsini mümkünsüz edən hər hansı xüsusi halın mövcud olmasını güman etməyə əsas verən heç bir dəlil yoxdur. Bundan əlavə, onun hansı səbəbə həbs yerindən təxminən beş-on dəqiqə aralıda yerləşən Balakən Rayon Polis Şöbəsinə deyil, Zaqatala Rayon Polis Şöbəsinə aparıldığı aydın deyil. § § 69-70 Məhkəmə həmçinin, təqsirləndirilən şəxslərin oğurluq və odlu silahın talanması cinayətləri ilə bağlı bir-birini müdafiə edərək istintaq zamanı verdikləri ifadələrdən fərqli ifadə vermələrini, eləcə də özlərini müdafiə ilə bağlı ifadələrində göstərdiyi digər xüsusatları və gətirdikləri dəlilləri onların müdafiə mövqelərinə söykənən subyektiv mülahizələri, törətdikləri cinayət əməllərinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətlərini yüngülləşdirməyə yönəlmiş cəhdləri kimi qiymətləndirərək, onların ittiham olunduqları cinayət əməllərini törətmələrini sübuta yetirilmiş hesab edir. Məhkəmə təqsirləndirilən şəxslərin bu epizodlar üzrə öz müdafiələri üçün gətirdikləri dəlilləri əsassız hesab edərək belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxslərin oğurluq və odlu silahın talanması cinayətləri ilə bağlı ibtidai istintaqın mərhələsində verdikləri ifadələr işin hallarına uyğun olduğundan iş üzrə mötəbər sübut kimi qiymətləndirilməlidir. Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs2 Xaçmaz RPŞ-nin əməkdaşları tərəfindən döyülməsi və fiziki zorakılığa məruz qalması faktı öz təsdiqini tapmamışdır. Qeyd olunanlarla bağlı məhkəmə Təqsirləndirilən şəxs1 əməllərinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 232.2.1-ci, Təqsirləndirilən şəxs2 əməllərinin Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4 və 232.2.1-ci, Təqsirləndirilən şəxs3 əməllərinin Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü, Təqsirləndirilən şəxs4 əməllərinin Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 232.2.1-ci, Təqsirləndirilən şəxs5 əməllərinin Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü, Təqsirləndirilən şəxs7 əməllərinin Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü, Təqsirləndirilən şəxs6 əməllərinin Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü və Təqsirləndirilən şəxs8 əməllərinin Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə tövsif edilməsini əsaslı və qanuni hesab edərək, belə nəticəyə gəlir ki, onlar Cinayət Məcəlləsinin həmin maddələri ilə təqsirli bilinməli və onlara həmin maddələrin sanksiyası hədlərində cəza təyin edilməlidir. Bundan başqa, məhkəmə, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə onun təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə bəraət verilməsini də əsaslı və qanuni hesab edir. Məhkəmə yekun qərar çıxararkən «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1, 229.1, 230, 231 və 232.1-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 21 iyun 2010-cu il tarixli Qərarını da rəhbər tutur. Belə ki, həmin Qərara əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində göstərilmiş yivsiz odlu ov silahının diqqətsiz saxlanması, eləcə də həmin silah və onun üçün döyüş sursatının mühafizəsi üzrə vəzifələrin lazımınca yerinə yetirilməməsi, habelə yivsiz odlu ov silahının, onun komplekt hissələrinin və onun üçün döyüş sursatının qanunsuz olaraq hazırlanması, talanması və ya hədə-qorxu ilə tələb edilməsi bu Məcəllənin müvafiq olaraq 230, 231, 229.1 və 232.1-ci maddələrində nəzərdə tutulan cinayətlərin tərkibini yaradır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.2 və 351.3.4-cü maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 42.1 və 42.1.4-cü maddələrinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü təqsirləndirilən şəxsin təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. Cinayət-Prosessual Məcəlləsinin 42.2 və 42.2.4-cü maddələrinə əsasən bəraət hökmü həmin Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə çıxarılır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 350.1-ci maddəsinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Həmin Məcəllənin 350.2ci maddəsinin tələblərinə görə bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Məhkəmə, təqsirləndirilən şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs3 himayəsində bir, Təqsirləndirilən şəxs8 isə himayəsində iki azyaşlı uşağının olması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən onların cəzasını yüngülləşdirən hal hesab edilməlidir. Bundan başqa, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs7, Təqsirləndirilən şəxs6 və Təqsirləndirilən şəxs8 ayrı-ayrı epizodlar üzrə zərərçəkmiş şəxslərin şikayət və tələblərinin olmamaları və onların barışıq əldə etmələri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən həmin təqsirləndirilən şəxslərin cəzalarını yüngülləşdirlən hal kimi qəbul edilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən həmin Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə cinayət qanunun həmin normasını rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs7 və Təqsirləndirilən şəxs8 ataları X6 Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda döyüşməsi və 10 sentyabr 1992-ci ildə yaralanması, islam Xalıqovun övladları Tural və Təqsirləndirilən şəxs8ların cəzalarını yüngülləşdirən hal kimi qəbul edilməlidir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs4 cəzalarını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs3 əməllərində cinayətlərin residivinin olması və cinayəti hərbi vəziyyət şəraitində törətməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1 və 61.1.11-ci maddələrinə əsasən onun cəzasını ağırlaşdıran hallar kimi qəbul edilməlidir. Təqsirləndirilən şəxs2 sərxoş vəziyyətdə olan şəxsi cinayət törətməyə cəlb etməsi və cinayəti hərbi vəziyyət şəraitində törətməsi Azərbaycan Respublikası CM-nin 61.1.5 və 61.1.11-ci maddələrinə əsasən onun cəzasını ağırlaşdıran hallar kimi qəbul edilməlidir. Təqsirləndirilən şəxs6 cinayəti hərbi vəziyyət şəraitində törətməsi Azərbaycan Respublikası CM-nin 61.1.11-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi qəbul ediməlidır. Təqsirləndirilən şəxs7 sərxoş vəziyyətdə olan şəxsi cinayət törətməyə cəlb etməsi Azərbaycan Respublikası CM-nin 61.1.5-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi qəbul ediməlidır. Təqsirləndirilən şəxs8 cinayəti hərbi vəziyyət şəraitində törətməsi Azərbaycan Respublikası CM-nin 61.1.11-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi qəbul ediməlidır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs5 cəzalarını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamələrin cavabından və müvafiq məhkəmə hökmünlərinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs1 Binəqədi rayon məhkəməsinin 12 noyabr 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3, 177.2.4-cü maddələri ilə təqsirli bilinərək qəti olaraq 01 il 10 ay azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Ucar rayon İcra və Probasiya şöbəsinin 20 sentyabr 2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 01 may 2021-ci il tarixdə tututlduğu günə çəkilməmiş cəzası 01 il 06 ay 25 gün təşkil edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzası ödənilməmişdir. Təqsirləndirilən şəxs3 Xaçmaz rayon məhkəməsinin 03 mart 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 5 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Binəqədi rayon məhkəməsinin 30 may 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi ilə təqsirli bilinib, həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən qəti olaraq 3 il 4 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3-cü maddəsinə əsasən onun məhkumluğu ödənilməmiş və həmin Məcəllənin 18.1-ci maddəsinə əsasən əməllərində cinayətlərin residivi vardır. Təqsirləndirilən şəxs8 Xaçmaz rayon məhkəməsinin 26 sentyabr 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə təqsirli bilinib 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, həmin Məcəllənin 70-ci maddəsi tətbiq ediməklə təyin olunmuş cəza şərti olaraq tətbiq edilməklə 01 il sınaq müddəti müəyyən edilmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddələsinə əsasən təqsirləndirilən şəxsin məhkumluğunun ödənildiyini əsas götürərək və həmin Məcəllənin 83.6-cı maddəsinə əsasən “məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir” tələbini rəhbər tutaraq Təqsirləndirilən şəxs8 hazırkı iş üzrə məhkumluğu olmayan şəxs qismində tanıyır. İşdə olan məhkumluq haqqında tələbnamələrin cavabından görünür ki, digər təqsirləndirilən şəxslərin məhkumluğu olmamışdır. Məhkəmə hər bir təqsirləndirilən şəxsin törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs5 ittiham olunduqları maddələrin sanksiyaları həddində azadlıqdan məhrum etmə növündə, Təqsirləndirilən şəxs7, Təqsirləndirilən şəxs6 və Təqsirləndirilən şəxs8 isə ittiham olunduqları maddələrin sanksiyaları həddində azadlığın məhdudlaşdırılması növündə cəzalar təyin edilməlidir. Bundan əlavə, Təqsirləndirilən şəxs1 cəza təyin edərkən məhkəmə qeyd edir ki, onun üzərində çəkilməmiş qalan azadlığın məhdudlaşdırılması cəzası ilə bağlı “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli qərarının 5-ci bəndi tətbiq edilərək çəkilməmiş qalan azadlığın məhdudlaşdırılması cəzasının müddəti 01 (bir) il azaldılmalı, Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş cəzaya, Təqsirləndirilən şəxs1 Binəqədi rayon məhkəməsinin 12 noyabr 2020-ci il tarixli hökmü ilə təyin edilmiş və amnistiya aktının tətbiqi nəticəsində çəkilməmiş qalan azadlığın məhdudlaşdırılması cəzası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulub birləşdirilməklə qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs5 onlara təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Təqsirləndirilən şəxs3 Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələblərinə əsasən təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə qyed edir ki, Təqsirləndirilən şəxs1 01 may 2021-ci il tarixdə tutularaq həmin müddətdən fasizləsiz olaraq həbsdə saxlanıldığından ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı həmin tarixdən hesablanmalıdır. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs1 barəsində narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs3 21 fevral 2021-ci il tarixdə tutularaq həmin müddətdən fasizləsiz olaraq həbsdə saxlanıldığından ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı həmin tarixdən hesablanmalıdır. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs2 21 fevral 2021-ci il tarixdə tutularaq həmin müddətdən fasizləsiz olaraq həbsdə saxlanıldığından ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı həmin tarixdən hesablanmalıdır. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs4 21 fevral 2021-ci il tarixdən 23 fevral 2021-ci il tarixədək iki gün tutulduğundan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həmin müddət ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzadan çıxılaraq qəti cəza təyin edilməlidir. Barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilməli və o, məhkəmə iclas zalından dərhal həbsə alınmalıdır. Həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs5 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilməli və o, məhkəmə iclas zalından dərhal həbsə alınmalıdır. Həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs7, Təqsirləndirilən şəxs6 və Təqsirləndirilən şəxs8 azadlığın məhdudlaşdırılması növündə cəza təyin edildiyindən onların barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Məhkəmə hazırki cinayət işi üzrə xüsusi müsadirə olunaraq əvəzsiz olaraq dövlət nəfinə alınmalı olan əmlakın olmadığını qeyd edir. Məhkəmə yekun qərar çıxararkən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub Xaçmaz RPŞ-də saxlanılan bir ədəd «Nokia» markalı, «X2-02» modelli mobil telefon Zərərçəkmiş şəxs3 Dərviş oğluna, bir ədəd 12 kalibrli, «15- 1815» nömrəli, «DRAGON MAGNUM» modelli, tək hamarlüləli (yivsiz) pompalı ov tüfəngi Zərərçəkmiş şəxs2 qaytarılmalı, Təqsirləndirilən şəxs1 tutulması görüntülərini özündə əks etdirən bir ədəd “CD” formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə maddi sübut qismində tanınmış bir ədəd «LEAGOO» markalı, «M8» modelli, bir ədəd «Micromax» markalı, «X088» modelli, bir ədəd «Nokia» markalı, «TA-1029» modelli, bir ədəd «Vertex» markalı, «M105» modelli mobil telefonlar Zərərçəkmiş şəxs1, bir ədəd «Samsung J8» markalı, bir ədəd «Bilayn A100» markalı mobil telefonlar, 7 ədəd 50 və 2 ədəd 20 qəpik pullar Zərərçəkmiş şəxs11, iki ədəd “Super Madonna” markalı 2,5X3,5 metr ölçülü xalça, bir ədəd Türkiyə istehsalı olan “Suvari” markalı 2x3 metr ölçülü xalça, bir ədəd Türkiyə istehsalı olan “Deniz kızı” markalı 2x3 metr ölçülü xalça, iki ədəd 1,2X2 metr ölçülü Təbriz xalçası, bir ədəd yun parça materialdan olan 80X40 sm ölçülü pələng formalı oyuncaq, bir ədəd "SİNBO" markalı paltar ütüsü, bir ədəd ventilyator, bir ədəd “TOPFİELD” markalı “TF6100F” modelli tüner, bir ədəd «GEEPAS» markalı “GDVD6290” modelli tüner, bir cüt Türkiyə istehsalı olan dəri materialdan kənarları açıq qadın yay ayaqqabısı, bir ədəd Rusiya istehsalı olan 3 litrlik dəmir çaydan, bir ədəd "Eurolux" markalı çörək bişirən soba, bir ədəd "GLORYTEC" markalı, “GTHB-719” modelli 150 W-luq mikser, bir ədəd Çin istehsalı olan əllə işləyən ləpəçəkən, bir ədəd "Texnolux" markalı ətçəkən Zərərçəkmiş şəxs4, bir ədəd İtaliya istehsalı olan “İmmergas” markalı, “Mini Eolo” modelli 28 KWlıq kombi aparatı, bir ədəd Türkiyə istehsalı olan «Baysallar» markalı kombi üçün stablizator, bir ədəd 12 seksiyalı, iki ədəd 13 seksiyalı, iki ədəd 15 seksiyalı, bir ədəd 17 seksiyalı radiatorlar Zərərçəkmiş şəxs5, bir ədəd «Samsung» markalı «UE32N4500AU» modelli, 32 düymlü, 81 dioqanallı televizor Zərərçəkmiş şəxs8, bir ədəd 5,81 qram çəkidə 585 əyarlı brilliant qaşlı qızıl kişi üzüyü Zərərçəkmiş şəxs7, bir ədəd iç tərəfində «ROLEX» yazısı olan qadın qol saatı, bir ədəd iç tərəfində «MİCHAEL KORS» yazısı olan qadın qol saatı, bir ədəd iç tərəfində «CURREN BLANCHE» yazısı olan qadın qol saatı, 355000 İran rialı, 12 Türk lirəsi, iki ədəd titan diş qapaqları, üzərində şəffaf qaşlar olan yarpaq formasında qırmızımtıl rəngli qadın üzüyü, üzərində şəffaf qaşlar olan gümüşü rəngli qadın üzüyü, üzərində şəffaf qaşlar olan gümüşü rəngli qadın üzüyü, üzərində şəffaf qaşlar olan gümüşü rəngli qadın üzüyü, üzərində şəffaf qaşlar olan gümüşü rəngli qadın üzüyü, üzərində şəffaf qaşlar olan tac formalı gümüşü rəngli qadın üzüyü, iki ədəd qırmızımtıl rəngli qaşsız üzüklər, üzərində ağ rəngli muncuq və şəffaf qaşlar olan sırğa cütü, gümüşü rəngli kulonlu boyunbağı, üzərində şəffaf qaşlar və müxtəlif rəngli göz muncuqları olan qolbağı, üzük, sırğa və kulondan ibarət bujiteriya dəsti Zərərçəkmiş şəxs12 təhvil verilməsi nəzərə alınmalıdır. Maddi sübut qismində Xaçmaz RPŞ-də saxlanılan ekspertiza tədqiqatından sonra qalmış təmiz çəkisi 11,838 qram olan qurudulmuş marixuana həmin narkotik vasitəni qanunsuz olaraq əldə etmiş, saxlamış, hazırlamış, istehsal etmiş, emal etmiş, daşımış, göndərmiş, yaxud qanunsuz olaraq narkotik vasitəni satmış şəxsin barəsində cinayət təqibi məsələsinin həll edilməsi üçün, cinayət işinin həmin hissədə materialları ilə birlikdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərməlidir. Belə ki, Cinayət-Prosessual Məcəlləsinin 350.4-cü maddəsinə əsasən bəraət hökmü çıxarılarkən cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldıqda, hökm qanuni qüvvəyə mindikdən sonra bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün məhkəmə baxılmış cinayət işi üzrə materialları və ya məhkəməyədək sadələşdirilmiş icraatın materiallarını ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən iş üzrə olan məhkəmə ekspertizalarının keçirilməsi ilə bağlı mövcud olan 278 manat dəyərində məhkəmə xərci hər bir təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli üzrə keçirilmiş məhkəmə ekspertizasının dəyərinə müvafiq olaraq hesablanmalı və Təqsirləndirilən şəxs1 42,7 manat, Təqsirləndirilən şəxs3 62,5 manat, Təqsirləndirilən şəxs2 105,2 manat, Təqsirləndirilən şəxs4 42,7 manat, Təqsirləndirilən şəxs5 12,5 manat və Təqsirləndirilən şəxs7 12,5 manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirliliyi sübuta yetirilmədiyindən narkotik vasitə ilə bağlı məhkəmə-bioloji ekspertizanın keçirilməsinə görə 78,82 manat ekspertiza xərci ona aid edilməməlidir. İş üzrə qanunvericiliyə uyğun qaydada verilmiş mülki iddia yoxdur. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxslərin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onların məhkəmədə hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçilər təyin etdilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» xx.xx.2001-ci il tarixli, 31 nömrəli Qərarına və həmin Qərara dəyişiklik edilməsi haqqında Nazirlər Kabinetinin 19 noyabr 2020-ci il tarixli, 452 nömrəli Qərarına görə müdafiəçinin (vəkilin) hüquqi yardımın göstərilməsi ilə bağlı təqdim etdiyi hesabata uyğun olaraq ödənilməli məbləğ cinayət prosesini həyata keçirən orqanın əsaslandırılmış qərarı əsasında dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Odur ki, məhkəmə mərhələsində təqsirləndirilən şəxslərə göstərilən hüquqi yardımla bağlı müdafiəçilərə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.2, 346-347, 349, 350, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 232.2.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3cü maddələri ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 232.2.1ci maddəsi ilə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə onun təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə bəraət verilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu Təqsirləndirilən şəxs1 5 (beş) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Binəqədi rayon məhkəməsinin 12 noyabr 2020-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs1 təyin edilmiş 01 (bir) il 10 (on) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 01 (bir) il 06 (altı) ay 25 (iyirmi beş) gün hissəsinə münasibətdə Təqsirləndirilən şəxs1 barəsində “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli qərarının 5-ci bəndi tətbiq edilsin və onun üzərində çəkilməmiş qalan azadlığın məhdudlaşdırılması cəzasının müddəti 01 (bir) il azaldılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş cəzaya, Təqsirləndirilən şəxs1 Binəqədi rayon məhkəməsinin 12 noyabr 2020-ci il tarixli hökmü ilə təyin edilmiş və amnistiya aktının tətbiqi nəticəsində çəkilməmiş qalan 06 (altı) ay 25 (iyirmi beş) gün azadlığın məhdudlaşdırılması cəzası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulub 03 (üç) ay 12 (on iki) gün müddətə azadlıqdan məhrum etmə cəzası müəyyən edilərək qismən birləşdirilsin və Təqsirləndirilən şəxs1 qəti olaraq 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı 01 may 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 barəsində narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4 və 232.2.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4 maddələri ilə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 232.2.1-ci maddəsi ilə 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu Təqsirləndirilən şəxs2 qəti olaraq 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı 21 fevral 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və o, 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs3 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs3 cəzaçəkmə müddətinin başlanğıcı 21 fevral 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 232.2.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-cü maddələri ilə 2 (iki) müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 232.2.1-ci maddəsi ilə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu Təqsirləndirilən şəxs4 qəti olaraq 05 (beş) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs4 21 fevral 2021-ci il tarixdən 23 fevral 2021-ci il tarixədək şübhəli şəxs kimi tutulduğu 02 (iki) gün ona təyin edilmiş cəza müddətinə hesablanmaqla çıxılsın və üzərində qəti olaraq 05 (beş) il 2 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətində azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs4 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs4 barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz olunsun və o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs4 cəzaçəkmə müddətinin başlanğıcı hökmün elan olunduğu 22 sentyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs5 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs5 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz olunsun və o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs5 cəzaçəkmə müddətinin başlanğıcı hökmün elan olunduğu 22 sentyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs7 təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın və o, həmin cəzanı yaşayış yeri üzrə çəksin. Təqsirləndirilən şəxs7 üzərinə yaşayış yerini saat 22:00-dan 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Xaçmaz rayonunun ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs6 təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın və o, həmin cəzanı yaşayış yeri üzrə çəksin. Təqsirləndirilən şəxs6 üzərinə yaşayış yerini saat 22:00-dan 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Xaçmaz rayonunun ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs8 təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın və o, həmin cəzanı yaşayış yeri üzrə çəksin. Təqsirləndirilən şəxs8 üzərinə yaşayış yerini saat 22:00-dan 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Xaçmaz rayonunun ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut olub Xaçmaz RPŞ-də saxlanılan: bir ədəd «Nokia» markalı, «X2-02» modelli mobil telefon Zərərçəkmiş şəxs3 Dərviş oğluna, bir ədəd 12 kalibrli, «15-1815» nömrəli, «DRAGON MAGNUM» modelli, tək hamarlüləli (yivsiz) pompalı ov tüfəngi Zərərçəkmiş şəxs2 qaytarılsın, bir ədəd “CD” formatlı disk cinayət işinin materiallarında saxlanılsın. Maddi sübut qismində Xaçmaz RPŞ-də saxlanılan 11,838 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana həmin narkotik vasitəni qanunsuz olaraq əldə etmiş, saxlamış, hazırlamış, istehsal etmiş, emal etmiş, daşımış, göndərmiş, yaxud qanunsuz olaraq narkotik vasitəni satmış şəxsin barəsində cinayət təqibi məsələsinin həll edilməsi üçün, cinayət işinin həmin hissədə materialları ilə birlikdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilsin. Təqsirləndirilən şəxs1 42,7 manat, Təqsirləndirilən şəxs3 62,5 manat, Təqsirləndirilən şəxs2 105,2 manat, Təqsirləndirilən şəxs4 42,7 manat, Təqsirləndirilən şəxs5 12,5 manat və Təqsirləndirilən şəxs7 12,5 manat məbləğində məhkəmə xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs5 isə hökmün surətinin onlara verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar