Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-30/2023 22.02.2023 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Əliyev Hafiz Samir oğlu (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Rzayeva Aynur Tapdıq qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X4 , Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı və kiçik ədliyyə müşaviri X10 , Müdafiəçi– Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt şəhər 1 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, xx xxxxxx 1969-cu il tarixdə Füzuli şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, lakin ünvan 2nvanında yaşamış, barəsində Abşeron rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs telefon vasitəsi ilə tanış olduğu şəxsiyyəti istintaqa məlum olmayan “Baba" adlı şəxslə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, sonuncunun satış məqsədi ilə qanunsuz əldə etdiyi külli miqdarda psixotrop maddənin hissələrə bölüb tapşıracağı yerə qoymaqla satışını həyata keçirməkdə köməklik etməsi barədə ümumi razılığa gəlmiş, 07 oktyabr 2021-ci il tarixdə bir qrup şəxs halında "Baba” adlı şəxsin Bakı şəhəri Sabunçu rayonu Pirşağı qəsəbəsində qoyduğu bir ədəd bağlamada 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövrüyyəsi qadağan edilmiş psixotrop maddələrin siyahısı»na daxil olan 386,400 qram külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini götürüb qanunsuz əldə edərək, əvvəlcədən razılaşdıqları kimi psixotrop maddə metamfetamini hissələrə bölüb ayrı-ayrı yerlərə qoymaqla öz növbəsində birgə satışını təmin etmək üçün öz yaşadığı Abşeron rayonu Xırdalan şəhəri X13 küçəsi, 41 nömrəli evə gətirməklə daşımış, həmin psixotrop maddə metamfetaminin 365 qram çokidə olan hissəsini bir ədod bükümdə yaşadığı evin qonaq otağındakı taxta şkafın aşağı siyirməsində 21,400 qram çəkidə hissəsini isə bir bükümdə əynində olan göy rəngli cins şalvarının sol yan cibində saxlamış, 19 oktyabr 2021-ci il tarixdə saat 18:15 radələrində Əzizov X3 Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Abşeron rayonu, Xırdalan şəhəri, X13 küçəsi, ev 41 ünvanının yaxınlığında piyada gəzərkən saxlanılaraq Abşeron rayon polis idarəsinin inzibati binasına gətirilərək üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarının sol yan cibindən bir bükümdə 21,400 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, həmin gün saat 21:45 radələrində DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən onun yaşadığı Xırdalan şəhəri, X13 küçəsi 41 nömrəli evə keçirilmiş baxış zamanı qonaq otağındakı taxta şkafın aşağı siyirməsində sellofan torbanın içərisində bir ədəd sellofan bükümdə 365 qram çəkidə psixotrop maddə metamfetamin və üzərində psixotrop maddə metamfetamin izləri olan bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ittiham olunduğu əməllər üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, evdə olmamış, bazardan evə gəldiyi vaxt, evə daxil olub işığı yandıran zaman polis əməkdaşları onu yerə yıxıb əllərini bağlamışdırlar. Həmin vaxt ailə üzvləri evdə olmuş, polis əməkdaşları ailə üzvlərinin də əllərini bağlamışdırlar. Ondan narkotik vasitələrin yerini soruşmuş, o da şkafın üzərində olan 22 qram metamfetamini onlara vermişdir. O, İran İslam Respublikası vətəndaşından narkotik vasitə almamış, həmin 22 qram metamfetamini tapmışdır. Sonra polis əməkdaşları 366 qram metamfetamini şkafın alt siyirməsinə qoyub, onu döymüşdürlər ki, 366 qram metamfetaminində ona məxsus olmasını desin. O, 366 qram metanfetaminin onun olmadığını bildirmiş, 3 dəfə çəkilişi dayandırmış, sonra onu təhdid etmişdirlər. O da məcbur razılaşmışdır. O, verilən suallara cavab olaraq bildirmişdir ki, ancaq marixuana istifadə etmişdir. İstifadəsində ***-***-**-** mobil nömrəsi olmuşdur. “Whatsapp” proqramı işlətmiş, lakin proqramdan Baba adlı şəxslə yazışmamışdır. Yaşadığı evin qabağında köşk olmuş, bir qadının 22 qram psixotrop maddəni köşkün arxasına qoyduğunu görmüş və gedib götürmüşdür. Evində elektron tərəzi olmuş, amma istifadə etməmişdir. Tapdığı 22 qram psixotrop maddə 1 bükümdə bütöv vəziyyətdə olmuşdur. 1991-ci ildə 143-cü maddə ilə məhkum olunmuşdur. Onu saxlayan polis əməkdaşları ilə heç bir ədavəti olmamışdır. Çəkilişi evində aparmışdırlar. 22 qram psixotrop maddə şkafın üstündə olmuşdur. 366 qram psixotrop maddə ona məxsus olmamışdır. Elektron tərəzini elə belə 8-ci km bazarından almışdır. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi, məhkəmədə araşdırılmış, ifadəsində göstərmişdir ki, 19 oktyabr 2021 -ci il tarixdə axşam saat təxminən 18:00 radələrındə yaşadığı ünvan 6 ünvanının yaxınlığında piyada herəkət eden zaman 2 nefer mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim etmişlər Onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmişlər. Barəsində əməliyyat axtarış tədbırlənnın keçirilməsi haqqında qərarla tanış etdikdən sonra onu Abşeron RPİ-nə dəvət etmişlər Burada onun hüquqlarının müdafiə edilməsi məqsədilə vəkil dəvət edilmiş və ona hüquq və vəzifələri izah edilməklə buna dair bildiriş təqdim edilmişdir. Müdafiəçisinin iştirakı ilə onun üzənndə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona üzərində qanunla qadağan olan hər hansı əşya var isə təqdim etməyi xahiş edilmişdir. Bundan sonra o, əynində olan göy rəngli cins şalvarının sol yan cibindən 1 ədəd sellofan bükümü, sağ yan cibindən 64 manat pulunu, yaşadığı evin açarını arxa sağ cibindən 1 ədəd içərisində ona məxsus ***-***-**-** GSM nömrəsi olduğunu bildirdiyi “Samsung" markalı mobil telefonunu, tünd göy rəngli uzun qol gödəkcəsinin sol yan cibindən içərisində 10 ədəd siqaret olan siqaret qutusunu, 1 ədəd alışqanı, sol iç döş cibindən isə ona məxsus şəxsiyyət vəsiqəsini təqdim edərək masanın üzərinə qoymuşdur. Bundan sonra üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı əynində olan göy rəngli, uzun qol gödəkcəsinin sol iç döş cibindən ona məxsus 60 qəpik pul aşkar edildikdən sonra üzərindən başqa heç nə aşkar edilməmişdir. Təqdim etdiyi 64 manat 60 qəpik məbləğində pulu yaşadığı evinin açarı, siqaret qutusu özünə qaytarılsa da özünə məxsus 1 ədəd “Samsung" markalı mobil telefon və şəxsiyyət vəsiqəsi ona izah edilərək götürülmüşdür. Təqdim etdiyi sellofan bükümə baxış keçirilən zaman içərisində ağ rəngli kristal şəkilli, psixotrop maddə metamfetaminə bənzər kütlə olması müəyyən edilmişdir. Həmin sellofan bükümdə aşkar edilmiş kütlənin təxmini çəkisinin müəyyən edilməsi məqsədilə sıfırlanmış halda olan elektron tərəzi ilə çəkilmiş və çəkisinin 22 qram (iyirmi iki qram) olması müəyyən edilmişdir. Həmin sellofan büküm 1 ədəd içərisi boş olan ağ rəngli zərfə qoyularaq qablaşdırılmış və götürülmüşdür. Bundan sonra o, həmin maddənin qalan hissəsəsınin yaşadığı evində də olduğunu, həmin maddəni təqdim edə biləcəyini və yaşadığı evinə baxış keçirilməsinə heç bir etirazının olmadığını bildirmişdir. Bundan sonra onun iştirakı ilə yaşadığı eve baxış keçirilmişdir. Baxış zamanı o, qonaq otağında yerləşən dolabda saxladığı 1 ədəd sellofan torbanı təqdim etmişdir. Həmin sellofan torbaya baxış keçirilən zaman içərisində 1 ədəd sellofan bağlama və 1 ədəd elektron tərəzi olması müəyyən edilmişdir Həmin sellofan torbanın da içərisində metamfetamin olmuşdur. O da elektron tərəzi ilə çəkilmiş və təxmini çəkisinin 366 qram olması müəyyən edilmiş və bundan sonra qablaşdırılaraq götürülmüşdür Verilən suallara cavab olaraq bildirmiş ki, üzərindən və yaşadığı ünvandan aşkar edilmiş maddənin psixotrop maddə metamfetamindir, həmin maddəni satış məqsədilə İran İslam Respublikasının vətəndaşı kimi təqdim edən “Baba” adh şəxsin vasitəsilə Pirşağı kəndindən 07 oktyabr 2021-ci il tarixdə götürmüş, bu fəaliyyətinə görə pul əldə etmək niyyəti olmuşdur Belə ki, o, Baba adlı şəxsi təxminən 1 ay olar ki, tanıyır. Baba adlı şəxslə internetdə sosial şəbəkə vasitəsi ilə tanış olmuş və aralarında səmimi ümnasibət yaranmışdır Tanış olandan bır neçə gün sonra Baba adlı şəxslə sosial şəbəkə vasitəsi ilə danışan zaman Baba ona demiş ki. ona psixotrop maddə olan metamfetamin göndərəcək o, da həmin metamfetamınlən Babanın dediyi yerlərə qoyub şəklini Babaya göndərəcək bu qaydada onun vasitəsi ilə Baba narkotik satacaq Buna görə də Baba ona pul göndərəcək Lakin nə qədər pul verəcəyini danışıb razılaşmamışlar. Baba ilə danışandan təxminən 15-20 dəqiqə sonra Baba onunla sosial şəbəkə vasitəsi ilə bır daha əlaqə saxlayaraq bildirmiş kı, həmin psixotrop maddə olan metamfetamin Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi ərazisində bır yerdə gizlədib gedim ordan həmin metamfetaminı götürsün Baba metamfetaminı qoyduğu yerin şəklim çəkib ona göndərmiş, o, da Babanın dediyi qaydada gedib Babanın gizlətdiyi yeri tapıb metamfetamini oradan götürmüşdür Metamfetamıni isə götürəndən sonra hələ satmağa başlamamış, polis əməkdaşları tərəfindən yaxalanmışdı O, bəzən narkotik maddələrdən istifadə edir. Bu işlə məşğul olmağı ilə bağlı heç kimin xəbəri yoxdur. Şəxsi axtarış keçirilmədən öncə onun üzənnə heç bir polis əməkdaşı qeyri rəsmi olaraq baxış və ya şəxsi axtarış keçirilməmişdir. Onun yaşadığı ünvanda və ya üzərində hər hansı yüksək maddi dəyəri olan əşya olmamışdır. O, polis əməkdaşları tərəfindən saxlanılan zaman və idarəyə gətirildikdən sonra polis əməkdaşları tərəfindən ona qarşı hər-hansı bır fiziki və psı/ı, həmçinin hər hansı bır diger formada tosır olunmamışdır Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlini ibtidai istintaq zamanı etiraf edərək göstərdiyi xüsusatları, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş BNMİ-nin əməliyyat müvəkkili X14 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda psixotrop maddələri satış məqsədi ilə əldə edərək Abşeron rayonu ərazisində dövriyyəsi ile məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur Məlumat DİN-nin Baş Narkotiklərlə Mübarizə idarəsinin rəisinə məruzə edildikdən sonra ondan DİN-nın Baş Narkotiklərlə Mübarizə idarəsinin əməliyyat müvəkkili Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun üzvləri ilə Abşeron rayonu Xırdalan şəhərində əməliyyat axtarış tədbirləri keçirmişlər və 19 oktyabr 2021-ci il tarixdə keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində saat 18:15-də ünvan 7 ünvanının yaxınlığında piyada hərəkət edən zaman saxlanılaraq Abşeron rayon polis İdarəsinin inzibati binasına gətirilmişdir. DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasında həmin şəxsin şəxsiyyəti müəyyən edilərkən məlum olmuşdur ki, baş idarəyə gətirdikləri şəxs Təqsirləndirilən şəxs Fıdayə oğludur. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi dəvət edilmişdir Təqsirləndirilən şəxs hüquqlarını müdafiə edilməsi üçün dəvət edilmiş müdafiəçinin, onun, DİN-nin Baş Narkotiklərlə Mübarizə idarəsinin əməliyyat müvəkkili Şahid2 iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş aparmaqla şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman sonuncu əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 1 bükümdə ağ rəngli kristall şəkilli, psixotrop maddə olan metamfetaminə bənzər kütləni təqdim etmişdir. Başqa şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən qanunla qadağan edilmiş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi psixotrop maddə metamfetaminə bənzər kütlənin çəkisi isə 22,00 qram olmuşdur Sonra təhqiqatçı tərəfindən aşkar edilmiş kütlələr ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmışdır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş kütlələrin özünə məxsus olduğunu, həmin kütlələri 15 gün bundan oncə təxminən 2 aydır ki sosial şəbəkədə tanış olduğu, İran İslam Respublikası vətəndaşı olan "Baba" adlı şəxsin vasitəsi ile Sabunçu rayonu Pirşağı kəndi ərazisində əvvəlcədən təyin edilmiş yerdən satış məqsədi və sonuncunun göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini, bu əməli törətməkdə məqsədinin pul əldə etmək niyyətinin olması və götürdüyü maddənin qalan hissəsinin yaşadığı evində gizlətdiyini, yaşadığı ünvana polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etirazının olmadığını, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. Daha sonra 19 oktyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs Fıdayə oğlunun yaşadığı ünvan 9 ünvanına getmişlər və evə baxış keçirmişlər. Baxış apanlmazdan əvvəl Təqsirləndirilən şəxs yaşadığı mənzildə dövrüyəsi qanunla qadağan edilmiş hər hansı bir əşya, maddə və ya predmet varsa təqdim etmək təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs mənzilin qonaq otağına daxil olaraq girişdən sağ tərəfdə yerləşən qəhvəyi rəngli taxta şkafın aşağı hissəsində yerləşən siyirməsini açaraq orada gizlətdiyi 01 ədəd ağ rəngli sellofan torbanı təqdim etmişdir. Təqdim edilmiş sellofan torba baxış keçirilməsi məqsədi ilə götürülmüşdür. Həmin sellofan torbaya baxış keçirilən zaman içərisindən 01 ədəd elektron tərəzi və 01 ədəd sellofan bağlama olması müəyyən edilmişdir. Həmin sellofan bağlamaya baxış keçirilərkən içərisində ağ rəngli kristall şəkilli psixotrop maddə metamfetaminə bənzər kütlə olması müəyyən edilmişdir. Həmin kütlə elektron tərəzidə çəkilmiş və metamfetaminə bənzər kütlənin çəkisi 366 qram olmuşdur. Daha sonra həmin kütlə və 1 ədəd elektron tərəzi içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmışdır. Məhkəmədə şahid qismində dindirilmiş BNMİ-nin əməliyyat müvəkkili Şahid2 digər polis əməkdaşı BNMİ-nin əməliyyat müvəkkili X14 ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 19 oktyabr 2021-ci il tarixli “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda psixotrop maddələri satış məqsədi ilə əldə edərək Abşeron rayonu, Xırdalan şəhəri ərazisində dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş və həmin məlumatın yoxlanması üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır. Abşeron rayon Məhkəməsinin 21 oktyabr 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs ətrafında keçirilmiş əməliyyat axtarış tədbirləri barədə Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili, polis kapitanı X6 xx.xx.2021-ci il tarixli qərarı qanuna uyğun hesab edilmişdir. (cild 1, vərəqə 161-162 ) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş şəxsi axtarış və götürmə aparılması haqqında 19 oktyabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 19 oktyabr 2021-ci il tarixdə BNMİ-nin əməkdaşları tərəfindən saxlanılaraq Abşeron RPİ-yə gətirilib üzərində şəxsi axtarış keçirilərkən əynində olan göy rəngli cins şalvarının sol yan cibindən bir ədəd sellofan bükümdə psixotrop maddə metamfetaminə bənzər maddə aşkar olunaraq götürülmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş baxış keçirilməsi və götürmə aparılması haqqında 19 oktyabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, X13 küçəsi, ev 41 ünvanında yerləşən evinin qonaq otağındakı taxta şkafın aşağı siyirməsindən bir ədəd sellofanda bir ədəd işlək vəziyyətdə olan elektron tərəzi və bir edəd içərisində psixotrop maddə metamfetaminə bənzər maddə olan sellofan bağlama aşkar olunaraq götürülmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş diskə baxış keçirilməsi haqqında 30 noyabr 2021-ci il tarixli protokoldan görünür kı, DİN- nin BNMİ-nın Təhqiqat Qrupu tərəfindən təqdim edilmiş bir ədəd boz rəngli DVD formatlı diskə baxış zamanı müəyyən edilmişdir ki, həmin DVD diskdə əks edilmiş “şəxsi axtarış" adlı /ıdeo faylda olan görüntülər, Abşeron rayon polis idarəsinin inzibati binasında qeydə alınaraq DİN- nin BNMİ-nın əməliyyat müvəkkili Şahid2, DİN-nın BNMİ-nın əməliyyat müvəkkili X6, və «Yusif Allahverdiyev və partnyorları» vəkil bürosunun vəkili X5 iştirakları ilə DİN-nin BNMİ-nin Təhqiqat Qrupunun təhqiqatçısı, polis kapitanı X2 tərəfindən özünü Təqsirləndirilən şəxs kimi təqdim edən şəxsin üzərinə şəxsi axtarış keçirildiyi müşahidə olunur Görüntüdə Təqsirləndirilən şəxs hüquq vəzifələri izah olunur, axtarış keçirilməzdən əvvəl üstündə qanunsuz saxlanılan və gəzdirilən əşya və ya maddənin könüllü təqdim olunması ona təklif edilir. Təklifdən sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman o əynində olan göy rəngli cins şalvarın sol yan cibindən bir bükümdə ağ rəngli kristal şəkilli, psixotrop maddə olan metamfetaminə bənzər kütləni təqdim edərək masanın üzərinə qoyur, daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılır, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 64 manat pul, 1 ədəd açar, 1 ədəd Samsung markalı mobil telefon və 64 manat pul aşkar edilərək götürüldü. Daha sonra Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli uzun qol gödəkçəsinin sol yan cibindən içərisində 10 ədəd siqaret olan siqaret qutusu, 1 ədəd alışqan, həmin gödəkcənin sol iç döş cibindən isə özünə məxsus şəxsiyyət vəsiqəsini təqdim edərək masanın üzərinə qoyur Təqsirləndirilən şəxs təqdim etdiyi metamfetaminə bənzər kütlələr elektron tərəzidə çəkildi, metamfetaminə bənzər maddənin çəkisi 22 qram oldu. Sonra aşkar edilmiş kütlələr boş olan ağ kağız konvertə təhqiqatçı tərəfindən qoyularaq qablaşdırılır, üzəri Təqsirləndirilən şəxs, müdafiəçi və təhqiqatçı tərəfindən imzalanır. Əhəmiyyət kəsb etdiyi üçün 1 ədəd “Samsung" markalı mobil telefon və şəxsiyyət vəsiqəsi, bu barədə sonuncuya izah verildikdən sonra təhqiqatçı tərəfindən götürülür, 1 ədəd açar, pullar, siqaret və alışqan Təqsirləndirilən şəxs özünə geri qaytarıldı. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş kütlələrin özünə məxsus olduğunu, həmin kütlələri 15 gün bundan öncə təxminən 2 aydır ki sosial şəbəkədə tanış olduğu, İran İslam Respublikası vətəndaşı olan “Baba" adlı şəxsin vasitəsi ilə Sabunçu rayonu Pişağı kəndi ərazisində əvvəlcədən təyin edilmiş yerdən satış məqsədi və sonuncunun göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini, bu əmoli törətməkdə məqsədinin pul əldə etmək niyyətinin olması və götürdüyü maddənin qalan hissəsinin yaşadığı evində gizlətdiyini, yaşadığı ünvana polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etirazının olmadığını, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildinr. Şəxsi axtarış və götürmə Abşeron rayon polis idarəsinin inzibati binasında iş otaqlarının birində keçirildiyi və şəxsi axtarış və götürmə zamanı «Sony» markalı video kameradan istifadə etməklə DİN-nin Baş Narkotiklərlə Mübarizə idarəsinin əməliyyat müvəkkili X14 tərəfindən videoçəkiliş aparıldığı müşahidə olunur. (cild 1 iş vərəqə 173-174) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş diskə baxış keçirilməsi haqqında 10 dekabr 2021 -ci il tarixli protokoldan görünür ki, DİN- nin BNMİ-nin Təhqiqat Qrupu tərəfindən təqdim edilmiş bir ədəd boz rəngli DVD formatlı diskə baxış zamanı müəyyən edilmişdir ki, həmin DVD diskdə əks edilmiş "ünvana baxış" adlı video faylda olan görüntülər, Abşeron rayonu Xırdalan şəhəri H Z. Tağıyev küçəsi 41 nömrəli Təqsirləndirilən şəxs məxsus mənzildə qeydə alınaraq, DİN-nin BNMİ-nin əməliyyat müvəkkili Şahid2, DİN-nin BNMİ-nin əməliyyat müvəkkili X6 və «Yusif Allahverdiyev və partnyorları» vəkil bürosunun vəkili X5 iştirakları ilə DİN-nin BNMİ-nin Təhqiqat Qrupunun təhqiqatçısı, polis kapitanı X2 tərəfindən özünü Təqsirləndirilən şəxs kimi təqdim edən şəxsin mənzilinə baxış keçirildiyi müşahidə olunur. Görüntüdə Təqsirləndirilən şəxs hüquq vəzifələri izah olunur, baxış keçirilməzdən əvvəl mənzildə qanunsuz saxlanılan və gəzdirilən əşya ve ya maddənin könüllü təqdim olunması ona təhqiqatçı tərəfindən təklif edilir Bu təklifdən sonra Təqsirləndirilən şəxs mənzilin qonaq otağına daxıl olaraq girişdən sağ tərəfdə yerləşən qəhvəyi rəngli taxta şkafın aşağı hissəsində yerləşən siyirməsini açaraq orada gizlətdiyi 01 ədəd ağ rəngli sellofan torbanı təqdim etdi. Təqdim edilmiş sellofan torba baxış keçirilməsi məqsədi ilə götürüldü. Həmin sellofan torbaya baxış keçirilən zaman içərisindən 01 ədəd elektron tərəzi və 01 ədəd sellofan bağlama olması müəyyən edildi Həmin sellofan bağlamaya baxış keçirilərkən içərisində ağ rəngli kristal şəkilli psixotrop maddə metamfetaminə bənzər kütlə olması müəyyən edildi. Həmin kütlə elektron tərəzidə çəkildi və metamfetaminə bənzər kütlənin çəkisi 366 qram oldu. Daha sonra həmin kütlə və 1 ədəd elektron tərəzi içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılır və üzən Təqsirləndirilən şəxs, müdafiəçi və təhqiqatçı tərəfindən imzalanır. Sonra Təqsirləndirilən şəxs yaşadığı mənzilin digər hissələrinə baxış keçirilir və narkotik vasitə, psixotrop maddə, qanunla dövrüyəsi qadağan edilmiş, yaxıd iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar aşkar edilmir. (cild 1 iş vərəqə 175-176) Protokollarda qeyd olunan xüsusatların həqiqiliyi, həmin istintaq hərəkətinin qeydə alındığı videogörüntülərin əks olunduğu diskə məhkəmədə baxış keçirilərkən öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 20 oktyabr 2021-ci il tarixli 6/4656 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində «Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №7» dairəvi möhür əksləri olan iki ədəd zərfdə üzərində «Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...» sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd sellofan bükümdə təmiz çəkisi 21,400 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Üzərində «Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar edilmiş. ..» sözləri, soyad və imzalar qeyd edilmiş bır ədəd zərfdə bir ədəd sellofan torbada təmiz çəkisi 365 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Üzərində «Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...» sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə olan bir ədəd sellofan bükümdə və üzərində «Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar edilmiş...» sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə olan bir ədəd sellofan torbada olan metamfetaminlər xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynidirlər ümumi təmiz çəkisi 386,400 qram təşkil edir. Tədqiqata təqdim edilmiş bir ədəd elektron tərəzinin üzərində psixotrop maddə metamfetaminə məxsus izlər vardır. İz mikrohıssəcıkləri cüzi miqdarda olduğu üçün onların maddə nümunələri ilə müqayisəli tədqiqatı aparılmadı. (cild 1 iş vərəqə 42-45) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmənarkoloji ekspertizasının 22 dekabr 2021-ci il tarixli 5236 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetaminin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. ( cild 1, iş vərəq 177-178) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş ambulator məhkəməpsixiatrik ekspertizasının 27 dekabr 2021-ci il tarixli 3088 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində göstərilən cinayət əməlini törətdiyi zaman və ona qədər hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik qeyd olunmayıb. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur Təqsirləndirilən şəxs öz hərəkətlərinə cavab vermək və onlara rəhbərlik etmək iqtidarındadır. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs əməli Azerbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. ( cild 1, iş vərəq 179-181) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Təqsirləndirilən şəxs üzərindən və evindən aşkar olunaraq götürülmüş və tədqiqatdan sonra qalıq qalmış 386,300 qram psixotrop maddə olan metamfetamin və bir ədəd elektron tərəzi saxlanılması üçün Abşeron RPİ-nin maddi sübutların saxlanması otağına təhvil verilmişdir. Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Əzizov X8 rayon xalq məhkəməsinin xx.xx.1992-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 143-cü maddəsinin 4-cü hissəsi ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və həmin cəza 03 il şərti sınaq müddəti ilə əvəz edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs Füzuli rayon xalq məhkəməsinin xx.xx.1993-cü i! tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 143-cü maddəsinin 3-cü hissəsi və 215-ci maddəsi ilə təqsirli bilinərək 04 il əmlakın müsadirə olunması cəzasına məhkum edilmiş və Bakı şəhər Nərimanov rayon xalq məhkəməsinin xx.xx.1995-ci il tarixli qərarı ilə 02 il 01 ay 06 gün vaxtından əvvəl şərti azad olunmuşdur. ( cild 1, iş vərəqə 118-120) İş materiallarına əlavə edilmiş sənədlərin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs qardaşı X1 ikinci qrup əlildir, digər qardaşı X11 Azərbaycan torpaqlarının azad olunması uğrunda 18 iyun 1993-cü ildə Füzuli rayonu ərazisində şəhid olmuş, qayınatası X12 Cəbrayıl rayon xalq məhkəməinin 23 sentyabr 1996-cı il tarixlı qərarı ilə 23 sentyabr 1993-cu il tarixdə Cəbrayıl rayonu, Mərcanlı kəndi erməni təcavüzkarları tərəfindən işğal olunan zaman itkin düşdüyü müəyyən olunmuşdur. Məhkəmə, Təqsirləndirilən şəxs evindən aşkar olunmuş psixotrop maddənin ona məxsus olması və satmaq məqsədinin olmaması barədə məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, Təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla – cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Bundan başqa təqsirləndirilən şəxsin əldə edərək, saxladığı psixotrop maddənin külli miqdarda olması və evindən elektron tərəzinin aşkar edilməsi, Təqsirləndirilən şəxs məqsədinin məhz psixotrop maddələrin satışı ilə bağlı olduğunun bilavasitə təzahürüdür. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmədə öz müdafiəsi üçün gətirdiyi dəlillər, yəni evindən aşkar olunmuş psixotrop maddəni satmaq məqsədinin olmaması kimi gətirdiyi dəlillər əsasızdır və özünü müdafiə xarakteri daşıyır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə bağlı ibtidai istintaq zamanı dindirilərkən verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş etiraf ifadəsi iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadəni də sübut kimi qəbul edir. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli qərarının izah və tələblərini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanuna əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli Qərarının 9-cu bəndinə əsasən, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən «heroin» narkotik vasitəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram, psixotrop maddə metamfetmainin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram müəyyən edilmişdir. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs CM-nin 59.2 maddəsinə əsasən qardaşının əlil olması, digər qardaşının şəhid olması və qayınatasının 1-ci Qarabağ müharibəsində itkin düşməsi onun cəzasını yüngülləşdirən hallardır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar CM-nin 9.2-ci maddəsində isə deyilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 19 oktyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Abşeron rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 19 oktyabr 2021-ci il tarixdən hesablanmışdır. Məhkəməyə qədər icraat dövründə təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış, məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 19 oktaybr 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, məhkəmə cinayət işində olan məhkəmə narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırki hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub Abşeron RPİ -də saxlanılan təhqiqatdan sonrakı qalıq çəkisi 386,300 qram psixotrop maddə olan metamfetamin və bir ədəd elektron tərəzi məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 91,76 ( doxsan bir manat yetmiş altı qəpik) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. (cild 1, iş vərəqə 62). Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-cı il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 7 (yeddi) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, 19 oktyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, qeydiyyatda olduğu ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülsün. Hökm qanuni qüvvəyə mindikdən sonra maddi sübut kimi tanınmış Abşeron RPİ -də saxlanılan təhqiqatdan sonrakı qalıq çəkisi 386,300 qram psixotrop maddə olan metamfetamin və bir ədəd elektron tərəzi məhv edilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 91,76 ( doxsan bir manat yetmiş altı qəpik) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu Təqsirləndirilən şəxs isə hökmün surəti ona verildiyi andan 20 (iyirmi) gün müddətdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-30/2023
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-30/2023
22.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver