Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-30/2025 01.05.2025 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X6 Nizami oğlunun sədrliyi, X3 və X2 ibarət tərkibdə, Məhkəmə iclas katibi Feyzullazadə Əli Elşən oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, Zərərçəkmiş şəxsin nümayəndəsi – Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Müdafiəçi – “Sirius” Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1996-cı il tarixdə Qobustan rayonu, Nərimankənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər Qobustan Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(026)-27/2022 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, 19 iyul 2022-ci il tarixdən 21 iyul 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı iki gün müddət Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən bir gün azadlıqdan məhrum etmə iki gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulub hesablanmaqla, ona təyin olunmuş cəzadan çıxılmış və üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, evli, Qobustan şəhərində qeydiyyatda olan və tutulanadək həmin ünvanda yaşamış, Qobustan rayon İcra Hakimiyyəti Başçısının Qobustan şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamədə mənfi xarakterizə olunan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.2.3-cü (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 27 dekabr 2022-ci il tarixədək qüvvədə olan redaksiyasında) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, qapalı məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 2021-ci ilin noyabr ayının sonlarında saat 11 radələrində bərbər işlədiyi Qobustan şəhəri, Beydulla Qəribov küçəsində yerləşən üzərinə “KİŞİ SALONU” sözləri yazılmış bərbərxanada olarkən həmin bərbərxanaya saçını kəsdirmək məqsədi ilə müştəri qismində gəlmiş yetkinlik yaşma çatmayan xx.xx.2006-cı il təvəllüdlü Zərərçəkmiş şəxs saçlarını kəsdikdən sonra sonuncudan cinsiyyət orqanını ağzına daxil etməsini tələb etmiş, lakin Zərərçəkmiş şəxs bundan imtina etdikdə, bərbər əşyalarının yığıldığı masadan ülgücü əlinə götürüb onun boynunun yan hissəsinə tutaraq, səsini çıxartdığı təqdirdə başını kəsəcəyi ilə hədə-qorxu gəlib, öz əynində olan şalvarını aşağı çəkərək əli ilə onun boyun nahiyyəsindən tutub sıxaraq, fiziki ağrı yetirib zor tətbiq etməklə yarıəyilmiş vəziyyətə gətirərək iradəsinə zidd olaraq gərginləşmiş cinsiyyət orqanını onun ağzına daxil edib irəli-geri hərəkətlər etdirərək cinsi ehtirasını pozğun formada təmin etməklə yetkinlik yaşma çatmayan Zərərçəkmiş şəxs qarşı seksual xarakterli digər zorakılıq hərəkətləri etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.2.3-cü maddəsi (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 27 dekabr 2022-ci il tarixədək qüvvədə olan redaksiyasında) ilə nəzərdə tutulan cinayəti törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs ona, Azərbaycan Respublikası CM-nin 150.2.3-cü maddəsi ilə elan ittiham üzrə özünü təqsirli bilməyərək sərbəst ifadəsində və ona verilən sualları cavablandırarkən bildirdi ki, Bir nəfər içəri girərək ona “saçımı qırxa bilərsən mi?” demişdir. O da qırxa biləcəyini demişdir. Şəxsi tanımadığı üçün kimlərdən olduğunu soruşmuşdur. Şəxs ona Emilin bacısı oğlu və Knyaz adlı şəxsin nəvəsi olduğunu bildirmişdir. Saçını kəsdirmək üçün əyləşmişdir. Ondan saçını necə bir formada kəsdirmək lazım olduğunu soruşanda “saçımın üstündən bir az götür” demişdir. Saçını kəsməyə başlamışdır. Saçını kəsən zaman şəxsin qolunun sürtündüyünü görmüşdür. Birinci onun qaşınması olduğunu düşünmüş, yəni birinci normal qəbul etmişdir. Digər tərəfə keçmişdir. Həmin tərəfdən də saçını kəsmişdir. O biri tərəfə keçəndə şəxsin qolu yenə ona dəymişdir. O, şəxsin soluna keçəndə şəxs ona əl atmışdır. Ondan nə etdiyini soruşmuşdur. Şəxs onun cinsiyyət orqanına əl atmışdır. Nə etdiyini soruşanda şəxs ona cavab verməmiş, qızararaq başını aşağıya salmışdır. O, şəxsin dayılarını tanımışdır. Onun iki dayısı ilə yaxından ünsiyyəti vardır. Saçını kəsib bitirəndən sonra ödənişi şəxsdən almışdır. Şəxsə “get və bir də yanıma gəlmə” demişdir. Həmin hadisənin üzərindən iki il keçmişdir. Bu iki il ərzində şəxs barəsində çox şey eşitmişdir. Bir gün dayısı oğlu bərbərxananın yanında obyekt tikən zaman ona kömək etmişdir. Torpağı çöldən içəriyə daşıyırmışlar. Üzəri toz olmuşdur. Restorana getmək üçün üst-başını təmizləməyə başlamışdır. Eyni zamanda dayısı oğluna “məni soruşan olsa beş dəqiqəyə gəlir deyərsən” demişdir. Dayısı oğlu razılaşmışdır. Birinci əl-üz yuyan yerdə üst-başını təmizləmişdir. Ayaqyoluna girmək istəmişdir. Ayaqyolundan çıxmaq istəyəndə o biri tərəfdən səs gəlmişdir. Orada tək bir nəfərin olmadığını bilmişdir. Nə qədər boylansa da kim olduğunu görə bilməmişdir. Aşağı əyilən zaman Nasiri görmüşdür. Nasiri görəndə kim olduğunu bilmədiyi şəxsin cinsiyyət orqanı onun ağzında olmuşdur. Nasir onu görəndə üzünü çevirmişdir. O, heç bir şey görməmişdir. Şəxsin cinsiyyət orqanı əməlli başlı Nasirin ağzında olmuşdur. Balaca bir deşikdən cinsiyyət orqanının kimə məxsus olduğunu görməmişdir. Ondan sonra ayağını yuyaraq çıxıb getmişdir. Nasirə bir kəlmə də deməmişdir. O bu söhbəti kiməsə danışmaqla səhv etmişdir. Bu söhbət yayılandan sonra Nasiri işdən də çıxarmışlar. Dayıları bu məsələnin nə olduğunu Nasirdən soruşan zaman onun adını vermişdir. Şəxs ondan acığını çıxmaq üçün Rəcəbin etdiyini demişdir. Ona qarşı bu hərəkəti etmək niyyəti olsaydı, ayaqyolunda şəxsi tutduğu zaman bunu şəxsə qarşı edərmiş, çünki həmin zaman o hərəkəti etməyə imkanı olmuşdur. Onsuz şəxs barəsində o, belə şeyləri eşitmiş və bilmişdir. Bu uşağı bildiyinə görə belə bir şeyi görməyi ona normal gəlmişdir. Üzünü çevirib getmişdir. Şahidlər siyahısında olan Nicat adlı şəxs üç və ya dörd dəfə ifadə vermişdir. Ən sonda Nicat adlı şəxslə üzləşdirməsi olmuşdur. Üzləşdirmə zamanı şəxsə “sən yalan danışırsan” demişdir. O, şəxsə ayaqyolunda bir nəfəri gördüyünü demiş, lakin kimi gördüyünü deməmişdir. Ondan şəxs özü həmin şəxsin Nasir olub-olmadığını soruşmuşdur. O da şəxsə “sən də mi bilirsən” deyəndə “niyə bilməyim ki” demişdir. Şahidlərin özləri ondan məsələnin necə olduğunu ondan yaxşı bilmişlər. O, belə bir iş görsəydi, onu heç kəsə danışmazdı. Özü evlidir və iki övladı vardır. Yoldaşı ilə arasında bir problem olmamışdır. Nicat adlı şəxs onun bərbərxanası ilə üzbəüzdə kafe işlədir. Nicat adlı şəxsin yanına getmiş və onunla söhbət etmişdir. Ona Emilin bacısı oğlunun yanına gəldiyini demişdir. Emilin bacısı oğlunu tanıyıb-tanımadığını soruşmuşdur. Həmin vaxtı Nasiri kənddə heç kim tanımamışdır. Həmin şəxsin yanına gəldiyini və belə bir şeyi etdiyini demişdir. Nicat ona “zarafat etmə” deyəndə “sən öl zarafat etmirəm” demişdir. Bundan sonra Nasiri qovduğunu demişdir. Ondan sonra Nasir haqqında çox şey eşitmişdir. Şöbədə ona “ad ver və səni buraxaq və ya Elvini gördüyünü denən” demişlər. O da bundan imtina etmişdir. Əgər Elvini gördüyünü desə onun işi yüngülləşdiriləcəkmiş, başqa bir şəxsin adını dediyi təqdirdə isə onu buraxacaqmışlar. Bərbərxanada olan hadisəni Nicata həmin gün demişdir. O, Elvinin üzünü görməmişdir. Müstəntiq ona “Elvini tutaq səni buraxaq” demişdir. Həmçinin ona başqalarının da adını deməsini təklif etmişdir. Müstəntiq ona “əgər sən ifadəni dəyişsən Elvin ilə eyni ittiham veriləcək” demişdir. O da müstəntiqə “görmədiyim bir şeyi Elvinin üzünə necə deyə bilərəm” demişdir. MSY-də olarkən rəisin müavinin otağına çıxarılmışdır. Həmin vaxt Nicat adlı şəxs də gəlmişdir. Gördüklərini onun dayısına deməməklə səhv etmişdir. Hər kəs onun dediyini demiş, lakin onun deməsindən əvvəl də danışdıqlarını deməmişlər. Hamı bu məsələni bilsə də, məhkəməyə gələrək məsələni onun üzərinə atmışlar. Feyruz adlı şəxs Zamiq adlı şəxsə demişdir. Onunla təkcə şəxsi-qərəzlik aparan Nasirdir. Onun 29 yaşı vardır. O, bir dəfə Nasirin kiminsə cinsiyyət orqanını ağzına almasını görmüşdür. Onda üzünü görmədiyi bu şəxsin Elvin olmasına dair daxilində bir inam yaranmışdır. O, ayaqyolunda onları görəndən sonra ayaqlarını yumağa davam etmiş və çıxıb getmişdir. Onda həmin şəxsin Elvin olmasına dair heç bir maraq yaranmamışdır. O, Nasirdə zorakılıq hərəkətlərini görsə, müdaxilə edırmiş Kafedən sonra birinci sinif yoldaşlarının yanına getmişdir. Onlardan birinə bu məsələni demişdir. 2021- 2022-ci illərdə o, Nasiri dəfələrlə görmüşdür. Nasir restoranda işləmişdir. Bərbərxananın qarşısından keçmişdir. Sanksiya məhkəməsində Nasir guya onun şəxsi ikinci dəfə bərbərxanaya çağırdığını və nə isə etdiyini demişdir. O, Şahid3 Şahid1lə Nasiri bir yerdə gördüyünü deməmişdir. Şahid3 düzgün ifadə vermədiyini bildirmişdir. Üzləşdirmə zamanı guya Elvini dediyini ona demişdir. Həmçinin də özü haqqında da demişdir. Həmin vaxt ona yalan danışdığını bildirmişdir. Ona orda Elvini gördüyünü deməmişdir. Ona üzləşdirmə zamanı həmin şəxslərdən birinin Nasir olub-olmadığı sualı verilmişdir. Onun Şahid4 ilə münasibəti yaxşı olmuşdur. İstintaq zamanı Elvinin əmisi yeddi nəfərin adını istintaqa vermişdir. Həmin şəxslərin içərisində Şahid4 da adı olmuşdur. Restoranda olarkən ayaqyolunun deşiyindən baxanda Elvinlə Nasiri görmüşdür. Öz xoşu ilə hər şeyi etmişdir. Sonradan həmin şəxsin Elvin olduğunu eşitmişdir. Ondan şikayət olunana qədər Elvinlə Nasiri bir dəfə görmüşdür. Nasirlə aralarında düşmənçilik olmamışdır. Nasiri həmin vaxt gördüyünə görə bu söhbət yayılandan sonra onun adını dayılarına demişdir. Bu söhbəti kəndə o yaydığına görə ondan şikayət olunmuşdur. Ondan digər şəxslər “Nasiri kimlə bir yerdə görmüsən” deyə soruşduqda digər şəxsin kim olduğunu bilmədiyini demişdir. Nasirə qarşı başqa kimsə nəsə hərəkət edibsə onun bundan məlumatı olmamışdır. Birinci dəfə dayısı polisə yeddi nəfərin adını vermişdir. Birinci dəfə etdiyini təsdiqləmişdir. Bundan başqa Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs həmin ifadəsində, özünü Azərbaycan Respublikası CM-nin 150.2.3-cü maddəsi ilə təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Qobustan şəhərində qeydiyyatda olmaqla, orada ailəsi ilə birlikdə yaşayır. Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmişdir. Zərərçəkmiş şəxs 2021-ci ildə cəmi bir dəfə onun fəaliyyət göstərdiyi bərbərxanaya gəlmişdir. Nasiri oradan tanıyır, bu günə qədər aralarında heç bir düşmənçilik və ədavət olmamışdır. Təxminən iki il bundan əvvəl Zərərçəkmiş şəxs işlədiyi bərbərxanaya gələrək saçını kəsdirmək istədiyini bildirmişdir. Nasirin saçlarını kəsdiyi müddətdə Nasir əvvəlcə sağ qolunu, sonra isə sol qolunu onun cinsiyyət orqanına sürtmüş, sonra sağ əli ilə onun əynindəki şalvarının üstündən cinsiyyət orqanından tutmuşdur. Həmin vaxt Nasirə etiraz edərək onu özündən uzaqlaşdırmış və ona bir daha yanma gəlməməsini demişdir. Daha sonra Zərərçəkmiş şəxs bərbərxanadan çıxıb getmişdir. Onunla arasında başqa heç bir söhbət olmamışdır. Bildirmişdir ki, təxminən 2023-cü ilin iyun ayının sonlarında saat 15 radələrində “Seymur” şadlıq sarayının yaxınlığında aparılan tikintidə işləyən dayısı oğlu Elçinə fəhlə kimi kömək etmiş, işini qurtardıqdan sonra üstünü təmizləmək üçün “Seymur” şadlıq sarayının sanitar qovşağına getmişdir. Sanitar qovşağa daxil olduqda şadlıq sarayının həyəti ilə sanitar qovşağını birləşdirən dəhlizdə Fərid adlı həmkəndlisi ilə qarşılaşmışdır. Fərid ilə qarşılaşan zaman o, telefonla danışdığından narahat etməmək üçün ona heç bir söz demədən yanından ötüb keçmişdir. Həmin vaxt Fərid sanitar qovşağın dəhlizindən çöl istiqamətində getmişdir. Daha sonra üstünü təmizləyib orada olan 3 kabinədən birincisinə daxil olmuşdur. Sanitar qovşaqdakı 3 kabinədən soldan birinci kabinənin içərisinə daxil olduqda sağ tərəfində yerləşən ikinci kabinədən fərqli səslər eşitməyə başlamışdır. Kabinələrin arasındakı arakəsmənin üzərindəki deşikdən qonşu kabinəyə baxdıqda üzünü görmədiyi bir nəfər şəxsin öz cinsiyyət orqanını həmkəndlisi Zərərçəkmiş şəxs ağzında dəfələrlə irəli və geriyə doğru hərəkət etdirdiyini görmüşdür. Lakin, həmin şəxsin üzünü görə bilmədiyindən kim olduğunu bilməmişdir. Həmin vaxt Nasir və üzünü görmədiyi həmin şəxs onları gördüyünü bilmişlər. Bundan sonra Nasir kabinədən çıxıb qaçaraq sanitar qovşaqdan uzaqlaşmışdır. Daha sonra kabinədən çıxıb əlüzyuyanın qarşısında dayanıb əllərini yumuşdur. Sonra isə sanitar qovşaqdan çıxıb işlədiyi bərbərxanaya getmişdir. Bildirmişdir ki, Zərərçəkmiş şəxs qarşı heç bir zorakı hərəkətlər etməmiş və seksual xarakterli hərəkətlər törətməmişdir. Həmin vaxt sərxoş olmamışdır. Zərərçəkmiş şəxs ağız nahiyyəsinə cinsiyyət orqanını salan şəxsin kim olduğunu görməmişdir. Həmin şəxsin Zərərçəkmiş şəxs qarşı zorakı hərəkətlər etdiyini görməmişdir. Zərərçəkmiş şəxs etdiyi hərəkəti gördüyü üçün Nasirin onun barəsində polisə şikayət etdiyini düşünür. Zərərçəkmiş şəxs ağız nahiyyəsinə cinsiyyət orqanını salan şəxsin kim olduğunu görməmiş və bu barədə Şahid4 heç bir söz deməmişdir. O, həmçinin bildirmişdir ki, hadisə zamanı Nasiri sanitar qovşağında görərkən, Nasir də onu görmüş, bu səbəbdən dayılarının onu döyəcəyindən qorxduğu üçün bu şər və böhtanı üstünə atmışdır. Həmçinin, 15 gün müddətinə inzibati qaydada həbs edildiyi müddət ərzində polis əməkdaşları ona təzyiq edib, işgəncə edərək Elvinin əleyhinə ifadə verməyini tələb etmişlər və buna nail olmuşlar. Rayon Polis Şöbəsində döyülməsi ilə əlaqədar araşdırma aparılmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs ilkin ifadəsində isə bildirmişdir ki, Zərərçəkmiş şəxs 2021-ci ildə cəmi bir dəfə onun fəaliyyət göstərdiyi bərbərxanaya gəlmiş, həmin vaxtdan Nasiri tanıyır. Bu günə qədər aralarında heç bir düşmənçilik və ədavət olmamışdır. Təxminən iki il bundan əvvəl Zərərçəkmiş şəxs onun işlədiyi bərbərxanaya saçını kəsdirmək üçün gələrək saçını kəsdirmək istədiyini bildirmişdir. Saçlarını kəsdiyi müddətdə Nasir əvvəlcə sağ qolunu, sonra isə sol qolunu onun cinsiyyət orqanına sürtmüş, sonra sağ əli ilə onun əynindəki şalvarının üstündən cinsiyyət orqanından tutmuşdur. Həmin vaxt Nasirə etiraz edərək onu özündən uzaqlaşdırmış və ona bir daha yanma gəlməməsini bildirmişdir. Daha sonra Zərərçəkmiş şəxs bərbərxanadan çıxıb getmiş, Nasirlə aralarında başqa heç bir söhbət olmamışdır. Bildirmişdir ki, təxminən 2023-cü ilin iyun ayının sonlarında saat 15 radələrində dayısı oğlu Elçin Qəribov ilə birlikdə “Seymur” şadlıq sarayının sol tərəfində yerləşən hissəsində fəhlə kimi ona kömək etmişdir. İşlərini qurtardıqdan sonra üstünü təmizləmək üçün “Seymur” şadlıq sarayının sanitar qovşağına getmiş, sanitar qovşağa daxil olduqda Fərid adlı həmkəndlisi ilə qarşılaşmışdır. Fərid ilə qarşılaşan zaman Fərid telefonla danışmışdır. Daha sonra üstünü təmizləyib orada olan 3 kabinetdən birincisinə daxil olmuş, içəri daxil olduqda sağ tərəfində yerləşən ikinci kabinetdən fərqli səslər eşitməyə başlamışdır. O, aralarında olan plastmas lövhənin deşilmiş olan yuvasından içəri baxdıqda Zərərçəkmiş şəxs bir nəfər şəxsin cinsiyyət orqanım ağız nahiyyəsinə daxil etdiyini görmüşdür. Bir az baxdıqda Zərərçəkmiş şəxs ağız nahiyyəsinə cinsiyyət orqanını daxil edən şəxsin həmkəndlisi Şahid1 olduğunu görmüşdür. Bu zaman Nasir onu gördüyünü bilmiş və dərhal kabinetdən çıxıb qaçaraq sanitar qovşaqdan uzaqlaşmışdır. O və Fərid sanitar qovşaqda olan güzgünün qarşısında dayanıb Şahid1 içəridən çıxmasını gözləmişlər. Şahid1 içəridən çıxdıqdan sonra onlar birlikdə sanitar qovşaqdan çölə çıxmışlar. O, şadlıq sarayından çıxdıqdan sonra işlədiyi bərbərxanaya getmişdir. Düşünür ki, Nasirin etdiyi əməli gördüyü üçün Nasir onun barəsində polisə şikayət etmişdir. Zərərçəkmiş şəxs sərbəst ifadəsində və ona verilən sualları cavablandırarkən bildirdi ki, o, saçını kəsdirmək üçün Təqsirləndirilən şəxs bərbərxanasına getmişdir. Stolda əyləşmişdir. Saçını kəsib bitirənə yaxın Təqsirləndirilən şəxs onun qoluna sürtünməyə başlamışdır. Həmin an qolunu çəkmişdir. Yenidən o biri tərəfə keçərək digər qoluna sürtünməyə başlamışdır. Həmin an “nə edirsən” deyə soruşanda heç bir şey etmədiyini demişdir. Ayağa qalxmaq istəyəndə Təqsirləndirilən şəxs ona imkan verməmişdir. Ciynindən onu aşağı basmışdır. Stolun üstündə olan ülgücü onun boğazına dirəmişdir. Ona “səsin çıxsa sənin başını kəsəcəm” demişdir. Ona görə o heç bir şey edə bilməmişdir. Ayağa da qalxa bilməmişdir. Sol əli ilə ülgücü onun boğazına dirəmişdir. Sağ əli ilə öz cinsiyyət orqanını açmış və ona təklif etmişdir. Təklifi qəbul etməyəndən sonra cinsiyyət orqanını ağzına salmağı üçün onun başını aşağı etmişdir. Cinsiyyət orqanını onun ağız nayihəsinə salmışdır. İki və ya üç dəqiqədən sonra cinsiyyət orqanını onun ağız nayihəsindən çıxarmışdır. Proses bitdikdən sonra ülgücü boğazına dirəyərək “bu barədə kiməsə desən sənin başını kəsəcəm” demişdir. Ona görə bu barədə kiməsə bir şey deyə bilməmişdir. Daha sonra bərbərxanadan çıxmışdır. Ondan sonra Təqsirləndirilən şəxs görməmişdir. Şadlıq evində sanitar qovşağında ortadakı kabində olmuşdur. Təqsirləndirilən şəxs sol tərəfdə olmuşdur. O, başını əyəndə Təqsirləndirilən şəxs gözünü görmüşdür. O, ayaqyolundan çölə çıxanda Şahid1 ilə Təqsirləndirilən şəxs əl-üz yuyulan yerin yanında olmuşdur. Bərbərxana Qobustan rayonunun Nərimankənd kəndində yerləşmişdir. O, əvvəl orada qalmışdır. Nənəsigilə gəlmişdir. Hər gün kənddən Şamaxıya kursa getmişdir. Onun uşaqlığı da nənəsigildə keçmişdir. Dərs başlayandan Nərimankənd kəndində yaşamışdır. 2021-ci ilin sentyabr ayı olmuşdur. Təqsirləndirilən şəxsi əvvəldən bərbər kimi tanımışdır. Onun bərbərxanasına əvvəllər getməmişdir. Özü Hacıqabulda yaşamışdır. Təqsirləndirilən şəxslə dostluğu olmamışdır. Saçını kəsdirən zaman bərbərxanada kimsə olmamışdır. Günorta radələri olmuşdur. Hadisə vaxtı təqsirləndirilən şəxsin gözü qırmızı olmuşdur. Spirtli içki qəbul edib-etməməsini bilməmişdir. Saçını kəsib bitiməsinə az qalmış bu hadisə baş vermişdir. Əvvəlcə bir az sürtünmüş, daha sonra ülgücü boynuna dirəmişdir. Saçını kəsdirəndən sonra hadisə baş vermişdir. Ülgücü boğazına dirəyəndən sonra cinsiyyət orqanını çıxarmışdır. Hadisə barədə qorxduğu üçün kiməsə deməmişdir. Daha sonra mən onun bərbərxanasının qarşısından keçməmişdir. Arxa yoldan istifadə etmişdir. Telefon işlətmişdir. Ona zəng etməmişdir. Dayıları söhbəti eşitmiş və ondan soruşmuşlar. Ondan sonra hadisə barədə danışmışdır. Dayısının xalası oğlu dayılarına demişdir. Dayısının xalası oğlu isə söhbəti kənd sakinlərindən eşitmişdir. Həm Şahid1, həm də Təqsirləndirilən şəxs münasibətdə bu hadisəni eşitmişdir. Qobustanda yaşamışdır. Ögey atası vardır. Doğma atasının harada olduğunu bilməmişdir. O, kollecdə oxuduğuna görə Qobustana gəlmişdir. Həm Rəcəb, həm də Elvinlə bağlı söhbətlər kənddə yayılmıdır. Onun istəyi olmamışdır. Təqsirləndirilən şəxsin həmin vaxt sərxoş olub-olmamasını bilməmişdir. Sərxoş kimi görünmüşdür. Rəcəbin işlədiyi yer restoranın yaxınlığındadır. Rəcəb daha sonra Elvinə demişdir. Ondan sonra Elvin ona qarşı restoranda bu hərəkəti etmişdir. Elvinlə Rəcəbi bir yerdə gördüyünə görə onlar arasında dostluq münasibəti olduğunu düşünmüşdür. Onun dayısına məsələni onun xalası oğlu demişdir. Dayısının xalası oğluna kənd sakinləri demişdir. Qobustan rayonunda dərs başlayandan yaşamışdır. Hadisə sentyabr ayının 15-indən sonra baş vermişdir. O, həmişə saçını öz kəndlərində kəsdirmişdir. Birinci dəfə Rəcəbə saç kəsdirmişdir. Aradabir də Mərəzə kəndində saçını kəsdirmişdir. Həmin şəxsi tanımamış və adını da bilməmişdir. Hadisədən sonra isə ancaq öz kəndlərində saçını kəsdirmişdir. Günorta radələrində Rəcəbin yanına gəlmişdir. Ətrafda heç kim olmamışdır. Restoranın ətrafında da heç kim olmamışdır. Heç kimi görməmişdir. Hadisə 2021-ci ildə baş vermişdir. Qorxduğuna görə susmuşdur. Heç kimə deyə bilməmişdir. Onu öldürməklə hədələmişdir. Ülgüc boğazında olmuşdur. Ölməkdən qorxmuşdur. Ülgüc sağ əlində olmuşdur. Dayısı ona “sənin haqqında kənddə belə bir söhbət yayılmışdır” demişdir. Daha sonra olanları açıq danışmışdır. Dayısı onu qorxutmamış və döyməmişdir. Dayısı onu indiyənə qədər döyməmişdir. Təqsirləndirilən şəxsdən spirt iyi gəlib-gəlmədiyini xatırlamamışdır. Ülgücü boğazına sol tərəfdən dirəmişdir. Cinsiyyət orqanını açandan sonra ülgücü sağ əli ilə boğazına dirəmişdir. O qaça bilməmişdir. Qapını bağlamışdır. Həmin vaxtı onun 15 yaşı olmuşdur. Əsgərliyə gedənə qədər telefon istifadə etmişdir. Təqsirləndirilən şəxs ona zəng etməmişdir. Onun nömrəsı yadında deyildir. Bakcell nömrəsi olomuşdur. Əsgərliyə gedənə qədər istifadə etmişdir. Nömrəsi xalası yoldaşı olan Eldəniz adlı şəxsin adına olmuşdur. Bərbərxananın pəncərəsinin yerində pərdə asılmışdır. Kondisioner olmamışdır. 2021-ci ildə baş vermişdir. Hadisəni dayısına danışanda onun 17 yaşı olmuşdur. O söhbətdən sonra kəndə getməmişdir. Ona qarşı nəyə görə bu hərəkəti etdiyini deməmişdir. O, həyət evində yaşayır. O, birinci olaraq Rəcəbin etdiklərini demişdir. Ona heç bir təzyiq olunmamışdır. O, üzləşdirmədə “dayım məni döydüyü üçün Rəcəbin adını vermişəm” sözünü deməmişdir. Rəcəb ona hədə gəldiyinə görə o vaxt dayısına deməmişdir. Şahid8 dediyi özünü asmaq halı olmamışdır. Dayıları ondan məsələni soruşana qədər özü bu məsələni onlara açıb deməyəcəkmiş. Şahid2 dediklərini ona demişdir. O, Şahid2 yalan danışan bir şəxs kimi tanımamışdır. Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, əvvəllər anası X8 ilə birlikdə Hacıqabul rayonunun Atbulaq kəndində yaşamışdır. 2021-ci ildə o, orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanında iştirak etmiş, imtahan nəticəsində topladığı bala uyğun olaraq o, həmin il X16 Kollecinə qəbul olmuş və həmin kollecin “Aqrar-fermer təsərrüfatının təşkili” fakültəsində təhsil almağa başlamışdır. O, hazırda da həmin kollecdə təhsil alır. Həmin kollec Şamaxı şəhərində yerləşdiyinə görə o, 2021-ci ildə tədris ilinin başlandığı ərəfədə, yəni 2021-ci ilin sentyabr ayında Hacıqabul rayonundakı evlərindən Qobustan şəhərində yaşayan nənəsi Nailənin yanma köçmüş və nənəsi ilə birlikdə yaşamağa başlamışdır. 2021-ci ilin noyabr ayında xatırlamadığı tarixdə və gündə saçları uzandığından saçlarını kəsdirməyi lazım gəlmiş, həmin vaxt o, saçını kəsdirmək üçün Qobustan şəhərində yerləşən “Seymur” şadlıq sarayının yaxınlığında yerləşən bərbərxanaya getmək qərarına gəlmişdir. Həmin gün saat 11 radələrində o, ilk dəfə saçlarını kəsdirmək üçün həmyerlisi, şəxsiyyəti ona sonradan məlum olan Təqsirləndirilən şəxs işlədiyi bərbərxanaya getmişdir. O, bərbərxanaya çatdıqda bərbərxananm qarşısında heç kim olmamışdır. Bərbərxanaya daxil olduqda Təqsirləndirilən şəxs içəridə təkbaşına oturduğunu görüb, onunla salamlaşıb, saçını kəsib səliqəyə salmasını xahiş etmiş və saçını kəsdirmək üçün stula əyləşmişdir. Həmin vaxt o, Rəcəbin danışığından sərxoş olduğunu hiss etmişdir. Təqsirləndirilən şəxs əvvəlcə normal qaydada onun saçlarını kəsib sahmana salmış, saçlarını kəsib bitirdikdən sonra öz cinsiyyət orqanını əynində şalvar olduğu halda, əvvəlcə onun sağ qoluna, sonra isə sol qoluna sürtməyə başlamışdır. O, sol əli ilə Rəcəbi kənara itələyərək özündən uzaqlaşdırmağa çalışmış, bu zaman Rəcəb onun sol tərəfində dayanaraq ona cinsiyyət orqanını ağzına salmağını təklif etmiş, o, bununla razılaşmadıqda, Rəcəb bərbər əşyalarının yığıldığı masadan bir ədəd ülgücü sağ əlinə götürüb, onun boynunun sol yan hissəsinə dirəmiş, o, Rəcəbdən nə etdiyini soruşduqda, Rəcəb ona əgər səsini çıxartsa başını kəsəcəyini bildirmişdir. Sonra Rəcəb sol əli ilə əynində olan şalvarı aşağı çəkərək cinsiyyət orqanını alt paltarından çölə çıxartmış, bu zaman o, oradan çıxıb getmək istədikdə, Təqsirləndirilən şəxs sağ əlində olan ülgücü sol əlinə keçirib sağ əli ilə onun boynundan tutaraq getməyinə imkan verməmişdir. Rəcəb onun boynunu sıxdıqda, o, boynunun ağrısının təsirindən özündən ixtiyarsız ağzını açmış və Rəcəb öz cinsiyyət orqanını onun ağzına soxmuşdur. Sonra Rəcəb cinsiyyət orqanını dəfələrlə onun ağızında irəli-geriyə doğru hərəkət etdirmiş, belə hərəkətlərini təxminən 3-5 dəqiqə davam etdirdikdən sonra cinsiyyət orqanını ağzından çıxartmış və öz spermasmı döşəməyə boşaltmışdır. Bundan sonra Rəcəb əlindəki ülgücü onun boğazından götürüb onu buraxmış və əgər kiməsə bu barədə desə, onu öldürəcəyini bildirmişdir. O, Rəcəbin dediklərindən qorxub dərhal bərbərxanadan çıxaraq oradan uzaqlaşıb yaşadığı evə getmişdir. Rəcəbin hərəkətləri ona çox pis təsir etsə də, o, Rəcəbdən qorxduğu üçün hadisə barədə heç vaxt heç kimə deməmişdir. Bundan başqa bildirmişdir ki, o, 2022-ci ilin yay aylarından etibarən Qobustan şəhərində yerləşən “Seymur” şadlıq sarayında ofisiant olaraq işə başlamışdır. Belə ki, o, təhsil aldığı dövrdə yol pulu, geyimi və başqa xərclərini ödəmək məqsədi ilə qazanc əldə etmək üçün yay tətili günlərində işləməyə qərar vermiş, bu məqsədlə 2022-ci ilin yay aylarında “Seymur” şadlıq sarayında ofisiant olaraq işləmişdir. Bundan sonra 2023-cü ilin iyun ayında xatırlamadığı tarixdə o, yenidən “Seymur” şadlıq sarayında ofisiant olaraq daimi işə başlamışdır. 2023-cü ilin iyun ayının sonlarında xatırlamadığı tarixdə və gündə həmişə olduğu kimi keçiriləcək toy mərasiminə hazırlıqla bağlı şadlıq sarayının toy zalının bəzədilməsi üçün şadlıq sarayında işləmiş, həmin gün saat 15 radələrində o, “Seymur” şadlıq sarayının toy zalında işləyərkən əsl adı Rövşən olsa da, hamının Nurlan olaraq tanıdığı iş yoldaşı zala girib onu çağıraraq bir nəfər Elvin adlı şəxsin onu çölə çağırdığını bildirmişdir. O, şadlıq sarayının qarşısına çıxdıqda onu çağıran şəxsin həmyerlisi, əvvəlcədən üzdən tanısa da, adı ona sonradan məlum olan Şahid1 olduğunu bilmişdir. Bu zaman Şahid1 onunla salamlaşıb, ona sözünün olduğunu, onun arxası ilə şadlıq sarayının sanitar qovşağına tərəf getməyini, orada ona sözünü deyəcəyini bildirmişdir. Həmin vaxt danışığından Elvinin sərxoş olması hiss olunmuşdur. O, əvvəlcə işi olduğunu bildirsə də, Elvin təkid etdiyindən razılaşmış və Şahid1 öndə, o isə Elvinin arxası ilə sanitar qovşağa tərəf getmişdir. Onlar sanitar qovşağın qarşısına çatdıqda, üç ədəd kabinədən ibarət olan sanitar qovşaqda ortadakı kabinənin qarşısında dayandıqları vaxt Şahid1 qəflətən ona heç bir söz demədən əvvəlcə onun sağ biləyindən, sonra isə boyun nahiyyəsindən tutaraq onu həmin kabinənin içərisinə salmışdır. Sanitar qovşağın kabinəsinin içərisində Şahid1 sol əli ilə əynindəki qara rəngli cins şalvarını aşağı çəkərək alt paltarından öz cinsiyyət orqanını çıxarıb, ona cinsiyyət orqanını ağzına salmağını təklif etmiş və o, razılaşmadıqda, Elvin onun boyun nahiyyəsindən sıxaraq ona əgər bu barədə kiməsə məlumat versə, dayılarına deyəcəyini bildirərək onu hədələmişdir. Sonra o, boynu ağrıdığına görə qeyri-ixtiyari ağzını açdıqda, Elvin öz cinsiyyət orqanını onun ağzına soxmuş, sonra Elvin cinsiyyət orqanını onun ağzında irəli-geriyə doğru hərəkət etdirmişdir. Həmin vaxt o, kabinənin sol divarında olan deşikdən kiminsə onlara baxdığını görmüşdür. Elvin öz hərəkətlərini təxminən 3-4 dəqiqə davam etdirdikdən sonra o, Elvini itələyib, kabinədən çıxdıqda, Təqsirləndirilən şəxs sanitar qovşaqdakı əlüzyuyanın qarşısında ayaqlarını yumasını görmüşdür. O, Rəcəbi gördükdə gözlərindən tanıyıb kabinənin divarındakı deşikdən baxan şəxsin Rəcəb olduğunu başa düşmüşdür. Bundan sonra o, sanitar qovşaqla şadlıq sarayının həyətini birləşdirən dəhlizlə şadlıq sarayının həyətinə tərəf qaçarkən həmin dəhlizdə sanitar qovşağa tərəf gedən Fərid adlı həmyerlisi ilə rastlaşmış, lakin, qorxduğundan və həyəcanlı olduğundan ayaq saxlamadan qaçıb həyətə çıxmış və şadlıq sarayının binasına girmişdir. Bir qədər sonra o, şadlıq sarayının pəncərəsindən sanitar qovşağa tərəfə boylandıqda Rəcəb və Elvinin sanitar qovşağa aparan həmin dəhlizdən birlikdə çıxdıqlarını görmüşdür. Bundan başqa xx.xx.2023-cü il tarixdə o, həmişəki kimi ofisiant olaraq işləmək üçün “Seymur” şadlıq sarayına getmişdir. Həmin gün keçirilən toy məclisi qurtardıqdan sonra saat 23 radələrində həmyerlisi Şahid2 şadlıq sarayının binasının girişindəki foyedə onu yanma çağırıb ona Rəcəb və Elvinin öz cinsiyyət orqanını onun ağzına saldıqlarını bildirib, onunla bu cür hərəkətlər etmək üçün şadlıq sarayının sanitar qovşağına keçməyini istəmiş, lakin o, Cavadla razılaşmayaraq onun yanından uzaqlaşmışdır. Daha sonra Şahid2 ona başqa təklif etməmiş və özü də oradan uzaqlaşmışdır. xx.xx.2023-cü il tarixdə səhər saatlarında yaşadığı evdə yatdığı zaman nənəsi Nailə onu yuxudan oyatmış və o, nə baş verdiyini öyrənmək üçün evin həyətinə düşdükdə, orada dayısı Emilin qohumları Zamiq və Murad ilə birlikdə həyətdə dayandığını görmüşdür. O, Emilə yaxınlaşdıqda, sonuncu ondan Rəcəbin ona nə etməsi barədə soruşmuş və o, başına gələn hadisəni dayısına danışmışdır. Sonra dayısı Emil böyük dayısı Ramilə zəng edib tez evə gəlməsini xahiş etmişdir. Bir qədər sonra Ramil evə gəlmiş, Ramil Emildən nə baş verdiyini soruşduqda, o, Ramildən ondan soruşmasını xahiş etmişdir. X28, İlyas, Murad, Zamiq və nənəsi Nailə ilə birlikdə ona yaxınlaşıb nə baş verdiyini soruşduqda, o, əvvəlcə həyəcanlanıb danışmaq istəməsə də, dayıları Emil və Ramil heç bir şeyi gizlətməməyini xahiş edərək təkidlə soruşduqda, o, başına gələn bütün hadisələri onlara danışmışdır. Bundan sonra həmin gün o, dayısı Emil ilə birlikdə Qobustan RPŞ-yə gəlib başına gələn hadisələrlə bağlı tədbir görülməsi üçün ərizə ilə müraciət etmişdir. Həmçinin o, bildirmişdir ki, Təqsirləndirilən şəxs ona qarşı seksual xarakterli hərəkətlər edərkən yanlarında heç kim olmamışdır. Təqsirləndirilən şəxs işlədiyi bərbərxanada ona qarşı zor tətbiq etməklə seksual xarakterli hərəkətlər etmiş, yəni boynuna ülgüc dirəyib boğazını sıxaraq öz cinsiyyət orqanını onun ağızına soxmuşdur. Şahid1 ona qarşı seksual xarakterli hərəkətlər edərkən sanitar qovşaqda Təqsirləndirilən şəxs olmuşdur. Lakin, həmin vaxt Rəcəb onlarla eyni kabinədə olmamış, onların olduqları kabinənin sol divarında olan deşikdən onlara baxmışdır. Təqsirləndirilən şəxs və Şahid1 hadisə zamanı yalnız öz cinsiyyət orqanlarını onun ağzına daxil etmişlər. Həmin hadisədən uzun müddət keçdiyinə görə hadisə zamanı əynində hansı geyimlər olduğunu xatırlamır. Həmin hadisədən uzun müddət keçdiyinə görə o, hadisə zamanı Təqsirləndirilən şəxs və Şahid1 əynində hansı geyimlər olduğunu xatırlamır. Təqsirləndirilən şəxs və Şahid1 tərəfindən ona qarşı seksual xarakterli hərəkətlər edildikdən sonra o, insanın immun çatışmazlığı virusu, dəri zöhrəvi və ya cinsi yolla keçən başqa xəstəliyə yoluxmamışdır. Təqsirləndirilən şəxs və Şahid1 ilə sadaladığı hallardan başqa təkrarən ağız yolu ilə və ya qeyri-təbii yol ilə cinsi əlaqədə olmamışdır. Hadisə zamanı Təqsirləndirilən şəxs və Şahid1 ona qarşı sadaladığı seksual xarakterli zorakılıq hərəkətlərini edən zaman həmin şəxslərdən heç biri ona qarşı həmin vaxt ağır iztirab keçirməyinə səbəb ola biləcək hərəkətlər, o cümlədən işgəncə və ya sadist xarakterli hərəkətlər etməmişlər. O, ümumiyyətlə spirtli içkilər içmir. Hadisə zamanı da o, sərxoş olmamışdır. Hadisə zamanı və ya hazırda onun fiziki və ya psixi qüsuru yoxdur. Hadisə zamanı və ya hazırda onun həmcinslərinə meyilliliyi yoxdur. Təqsirləndirilən şəxs və Şahid1 başqa heç kimlə oral və ya qeyri-təbii yolla cinsi əlaqədə olmamışdır. Təqsirləndirilən şəxs və Şahid1 ona qarşı seksual xarakterli zorakılıq hərəkətləri etməsi barədə o, dayıları Emil, Ramil, İlyas, nənəsi Nailə, qohumları Zamiq və Muraddan başqa heç kimə danışmamışdır. O, həmçinin bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə Ramil və Emil adlı dayıları ondan kiminsə ona qarşı əxlaqsız hərəkətlər etməsini soruşan zaman onu döyməklə hədələməmiş və ya döyməmişlər. Baş vermiş hadisə ilə bağlı yalan dediyi təqdirdə dayılarının onu döyəcəklərindən qorxmuşdur. Belə ki, Şahid1 və Təqsirləndirilən şəxs ona qarşı məcburi olaraq seksual xarakterli hərəkətlər edən zaman onu hədələdiklərinə görə onlardan qorxduğundan hadisə barədə heç kimə danışmamışdır. Dayıları ilə söhbət zamanı isə artıq o, həmin hadisədən dayılarının məlumatı olmasını, hadisəni gizlətməyinin əhəmiyyətinin qalmadığını başa düşmüş və yalan danışdığı halda dayılarının buna əsəbiləşib onu döyəcəklərindən qorxduğu üçün həqiqətləri onlara danışmışdır. Çünki, başa düşmüşdür ki, Rəcəb və Elvinin cinsiyyət orqanını məcburi olaraq onun ağzına salaraq ona qarşı seksual xarakterli hərəkətlər etmələrini yaşadığı Qobustan şəhərində artıq çox adam bilir. Təqsirləndirilən şəxs ifadəsində ona şər, böhtan atmağı barədə göstərdikləri tamamilə yalandır. Rəcəb həqiqətən də ona qarşı zorla seksual xarakterli hərəkətlər etmişdir. O, Rəcəbə şər atmamışdır. O, bu günədək valideynləri və ya qohumları olan dayıları tərəfindən zorakılığa məruz qalmamışdır. Onu heç kim, o cümlədən dayıları döyməmişdir. Təqsirləndirilən şəxs 2021-ci ilin noyabr ayının sonlarında saat 11 radələrində Qobustan şəhəri, Beydulla Qəribov küçəsində yerləşən işlədiyi bərbərxanada ona qarşı seksual xarakterli zorakılıq hərəkətləri etmişdir. Şahid1 isə 2023-cü ilin iyun ayının sonlarında saat 15 radələrində Qobustan şəhəri, Beydulla Qəribov küçəsində yerləşən “Seymur” şadlıq sarayının sanitar qovşağında ona qarşı seksual xarakterli zorakılıq hərəkətləri etmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid6 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, təqsirləndirilən şəxsi əvvəldən tanımışdır. Təqsirləndirilən şəxs onun bibisinin nəvəsidir. Təqsirləndirilən şəxs obyekti ilə onların obyekti yanbayandır. Orada bərbərxana işlətmişdir. Onlar da tikinti işi ilə məşğul olmuşlar. Rəcəb orada ona köməklik etmişdir. Təqsirləndirilən şəxs onun yanından post-patrul xidmətinin avtomobili aparmışdır. Qohum kimi nə üçün aparıldığını maraqlanmışdır. Ondan sonra belə bir söhbət olduğunu bilmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs münasibətdə belə bir hərəkətin etməsini öyrənmişdir. X26 münasibətdə seksual xarakterli hərəkətlər etməsini eşitmişdir. Eyni zamanda Nasir onlarla qonşu olmuşdur. O, hadisənin bilavasitə şahidi olmamışdır. Təqsirləndirilən şəxs onun qohumudur. Polis əməkdaşları Təqsirləndirilən şəxs onun yanımdan aparmışdır. Onun yanından aparılanda heç Murad özü nə üçün aparıldığını bilməmişdir. Nasirin başqa bir yolun yolçusu olduğunu eşitməmişdir. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən aparılana qədər onun məlumatı olmamışdır. Onun yanında Rəcəb elə bir məzmunda söhbət etməmişdir. Nasirin yaşadığı evlə onun evi arasında 50-60 metr məsafə vardır. Nasiri davamlı olaraq görməmişdir. Hadisəni ətraflı mən bilməmişdir. Sonradan belə bir şikayət əsasında Rəcəbin aparıldığını bilmişdir. İstintaq zamanı ona təsir və təzyiq olmamışdır. Özü sərbəst ifadə vermişdir. Bu məsələ barəsində Nasirdən heç bir şey soruşmamışdır. Nasir ondan çox balacadır. Onunla elə də əlaqəsi olmamışdır. Qohum kimi şəxsən özü zəng edib məsələni dəqiqləşdirməmişdir. Onun atası Rəcəbin dayısıdır. Onun atası maraqlanmış və o da atasından bilmişdir. Nə qədər vaxt sonra hadisə barədə bilməyi yadında deyil. Təqsirləndirilən şəxs balaca bir bərbərxanası vardır. Bir dəmir və bir plastik qapısı vardır. Taxta pəncərəsi vardır. Dəmir qapının üzərində şüşəsi vardır. Balaca, açıq rəngli bir şüşədir. Həmin şüşədən baxdıqda çöldən içərisi görünmüşdür. Beş daşın üstü demək olar ki, şüşədəndir. İstintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid8 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, təqsirləndirilən şəxsi tanıyır. Zərərçəkmiş şəxs onun bacısının oğludur. O, 2023-cü ilin iyun ayının 30-u toyda olmuşdur. Qonşu Oqtay adlı şəxs onu toya çağırmışdır. Növbəti ayın on dördündə əmisi nəvəsi olan Namiq adlı şəxs toy etməli olmuşdur. Qohum-əqraba həmişə toydan əvvəl heyvankəsdiyə yığışmışlar. Ailəsi ilə hazırlaşıb toya getmək istəmişdir. O, özü Yasamal rayonunda yaşayır. Yaşadığı ərazidən yenicə aralanmış qardaşı Emil ona zəng etmişdir. Ondan harada olduğumu soruşandan “evdən çıxmışam və gəlirəm” demişdir. Qardaşı ona “tez gəl” demişdir. O da həmin günün gecəsi anası ilə danışmışdır. Nəsə baş verdiyini düşünmüşdür. Yol boyu qardaşı ilə danışmış, amma qardaşı ona heç bir şey deməmişdir. Qardaşı ona “tez sür gəl, radara düşsən radar pullarını mən özüm ödəyəcəm” demişdir. Onların evlərinə ferma tərəfdən yol vardır. Həmin yoldan evə tərəf dönəndə 20-yə yaxın avtomobil görmüşdür. Qapıdan içəri girəndə qonşuların hamısını qapılarının ağzında görmüşdür. Evdəkilərdən nə məsələ olduğunu soruşanda ona “narahat olma ölüm hadisəsi baş verməmişdir amma sakit dayan” demişlər. Ona Nasirin başına bir işin gəldiyini demişdir. Atası rəhmətə gedəndən sonra evin ağsaqqalı özü olmuşdur. Nasirin harada olduğunu soruşanda ona hovuzun ətrafında əyləşdiyini demişlər. Nasiri yanına çağırmışdır. Nasir yanına gəlmişdir. Nasirdən nə məsələ olduğunu soruşmuşdur. Nasir o vaxtları on beş yaşı olan zaman Şamaxı rayonuna kollecə oxumaq üçün gəlmişdir. Ona məktəb başlayan zaman saçını kəsdirmək üçün bərbərxanaya getdiyini, bərbərxanaya girdiyini, saçını kəsdirən zaman Rəcəbin əlində ülgücün olduğunu, boğazına ülgücü dirədiyini və cinsiyyət orqanını çıxardaraq “eləməlisən” dediyini demişdir. Əgər dediyini etməsə, boğazını ülgüclə kəsəcəyi barədə Nasiri hədələmişdir. Ona qaçmasının mümkün olmadığını demişdir. Həmin hadisədən sonra Nasirin saçını kəsmişdir. Ona əgər kiməsə desə, başını kəsəcəyəyini demişdir. Nasirə hədə gəlmişdir. Hadisənin baş vermə vaxtını bilməmişdir. Birinci olaraq Rəcəbin ona etdiyini demişdir. Ülgücü boğazına dirədiyini və belə bir şeyi etməsini demişdir. Şalvarını aşağı çəkərək cinsiyyət orqanını ağzına almalı olduğunu demişdir. O daha sonra başqa bir şəxsin də ona nəsə etməsini maraqlananda ona Şahid1 da adını demişdir. O, ayın on dördü kəndə getmişdir. İyun ayının 30-u Oqtayın toyunda olmuşdur. İyul ayının 14-ü yolda olanda qardaşı ona zəng edərək demişdir. Ona qədər onun bu hadisə barədə məlumatı olmamışdır. O, Nasiri bir dəfə də olsun döyməmişdir. Hazırda o, təqsirləndirilən şəxsdən belə bir hadisəni törətməsini gözləyir. Təqsirləndirilən şəxs özü restoranda belə bir hadisənin baş verməsini Feyruz adlı şəxsə demişdir. Hadisənin üstü açılan zaman təqsirləndirilən şəxs özünü asmaq istəmişdir. O, çox adamdan maraqlanmışdır. Ona elə Rəcəblə Elvinin belə bir hərəkət etdiklərini demişlər. Nasirin on altı yaşı olan zaman hadisə baş vermişdir. Bütün millət hadisə barədə danışan zaman Nasir onlara demişdir. O, Nasirdən “axı mən hər dəfə xeyir və şər üçün gəlirəm, mənə nə üçün indiyənə qədər deməmisən” deyə soruşmuşdur. O da Rəcəbin onu başını kəsməsi ilə bağlı hədələdiyini demişdir. Sonradan başqa kimin belə bir hadisə etdiyini soruşanda Şahid1 da Nasirə belə bir hərəkət etdiyini demişdir. O, Elvini tanımamışdır. O hadisəni soruşanda restoranda masalara qab düzən zaman Nurlan adlı şəxsin onu çağırdığını demişdir. Nurlan Nasirə onu çöldə kiminsə çağırdığını demişdir. Çölə çıxanda Elvin onu yanına çağırmışdır. Elvini tanımadığını demişdir. Restoranın ayaqyolusuna gedən yolda onun qolunu buraraq ayaqyoluna salmışdır. Nasir ondan onu hara apardığını soruşanda “mənimlə gəl, hara aparacağımı görəcəksən” demişdir. Nasiri ayaqyoluna salmışdır. Şalvarını aşağı çəkərək, “Rəcəb üçün necə etmisənsə mənim üçün də elə edəcəksən, əgər mənim üçün də elə etməsən dayılarına deyəcəyəm” deməklə onu hədələmişdir. O, bu hadisəni eşitdəndə qardaşına “bıçaq götür gəl” demişdir. Ondan bıçağı nə üçün istədiyini anası soruşmuşdur. Anası ona “Ramil sənin iki övladın vardır. Bu məsələni dövlətə verək” demişdir. Dayıları, bacıları hamısı ona yalvardığı üçün onlar polisə şikayət etmişlər. Bu hadisənin baş verməsini ona qardaşı demişdir. Təqsirləndirilən şəxslə heç bir düşmənçilikləri olmamışdır. Nasir elə birinci Təqsirləndirilən şəxs adını vermişdir. Onlar eyni zamanda onlar törətdikləri əməli Cavada demişlər. Cavada “biz eləmişik və sən də et” demişlər. Təqsirləndirilən şəxslə qərəzliyi yoxdur. Hətta təqsirləndirilən şəxslə qohumluqları olmuşdur. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid7 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, təqsirləndirilən şəxsi əvvəldən tanımışdır. Onun özü taksi fəaliyyəti ilə məşğul olmuşdur. Dayısı oğlu ona zəng edərək onunla işi olduğunu demişdir. Dayısı oğlunun adı Şahid12dır. İşini yarım saxlayaraq onun yanına gəlmişdir. Murad ona uşağın başına belə bir pis oyun gətirdiklərini demişdir. Birinci olaraq Təqsirləndirilən şəxs, daha sonra Şahid1 adını demişdir. O, birinci Elvinin Nasirə qarşı belə bir hərəkət etməsini bilməmişdir. Elvinin adını Nasir özü demişdir. Onlar daha sonra evə getmişlər. Nasir həmin vaxtı yatmışdır. Anasını çağırmış və belə bir şeyin olduğunu demişdir. O, Nasirin dayısıdır. Daha sonra Nasiri çağırmışlar. Nasirdən birinci nə baş verdiyini soruşanda ona deməmişdir. Baş vermiş hadisəni bildiyini deyəndən sonra Təqsirləndirilən şəxs ona qarşı etdiklərini demişdir. Saçını kəsdirmək üçün getdiyini, ülgücü boğazına dirədiyini, şalvarını aşağı çəkərək belə bir şey etməli olduğunu Rəcəb Nasirə demişdir. Başqa kiminsə olduğunu soruşanda Elvinin də belə bir şey etdiyini demişdir. Daha sonra o, böyük qardaşına zəng etmişdir. Ramil həmin vaxtı Bakı şəhərində olmuşdur. Ramilə “evə gəl səninlə işim var” demişdir. Ondan nə baş verdiyini soruşanda “gəl biləcəksən” demişdir. Ramil gələndə qohum və qonşular həyətlərinə yığılmışlar. Qardaşına zəng etdiyi tarixi xatırlamamışdır. Yay ayları olmuşdur. Nasirdən məsələni dəqiqləşdirəndə ona hər hansı bir təzyiq etməmişlər. “Dayılarına deyəcəm və sənin başını kəsəcəklər” deyə Nasiri hədələmişdir. İstintaqa verdiyi ifadəni təsdiq etmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid9 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, təqsirləndirilən şəxsi əvvəldən tanımışdır. O, Nasirin dayısıdır. Təqsirləndirilən şəxs tutulmamışdan bir gün əvvəl Bakı şəhərindən gəlmişdir. O, səhər səsə ayılmışdır. Oyanmış və hər kəsin həyətdə olduğunu görmüşdür. Nə olduğunu qardaşlarından və anasından soruşmuşdur. Ona Təqsirləndirilən şəxs və Şahid1 Nasirə qarşı zorakılıq hərəkətləri etdiklərini demişlər. Hamı onların həyətində olmuşdur. Həyətlərində Zamiq, Emil və Murad olmuşdur. Onlardan məsələnin nə olduğunu soruşmuşdur. Nasirdə orada olmuşdur. Onlar məsələni Emildən soruş demişlər. Məsələni Emildən soruşanda məsələnin bu formada olduğunu demişdir. Zamiqlə Murad demişdir. Zamiqlə Murad birinci məsələni Emilə demişdir. O, yuxudan oyananda həyətdə birinci onların ikisini görmüşdür. İstintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid10 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, təqsirləndirilən şəxsi əvvəldən tanımışdır. Nasir onun nəvəsidir. Körpəliyindən anası ilə Hacıqabul rayonuna getmişdir. Doqquzuncu sinifdə imtahan vermiş və Şamaxı rayonunda kollec oxumağa başlamışdır. İki ay Nasir dərsə getmişdir. O, Nasiri bərbərxanaya saçını qırxdırması üçün göndərmişdir. Bərbərxanada uşağın başına belə bir hadisəni gətirmişlər. İfadəsində açıqlaması ilə qeyd etmişdir. Sonradan uşaq səssiz-səmirsiz dərsini oxumuşdur. Sonradan uşaqlar günü 7 manata restoranda iş olduğunu demişlər. Ona belə bir işin olduğunu deyəndə “bacaracaqsansa get işlə” demişdir. Dayıları “ana biz onun yeddi manatına qalmamışıq. İşləməsi lazım deyildir” demişlər. Restoranda bir çox şəxs işləyir. Nasiri yiyəsiz və yetim bilmişlər. Ona görə Nasirin başına belə bir iş gətirmişlər. Bir il dörd aydır ki, o, utandığından bir kiloqram qənd almaq üçün dükana getməyə utanır. X19 başa salmışdır. Daha sonra Nasir günün günorta vaxtı stolları restoranda düzəldən zaman Elvin onu çağırmış və başına belə bir iş gətirmişdir. Nurlan adlı şəxs Nasirə Elvinin onu çağırdığını demişdir. Sanitar qovşağında dar bir yer vardır. Nasirə söz demək bəhanəsi ilə çağırmışdır. Nasirin bir qolundan tutaraq ağzını açmasını demişdir. Nasiri hədələdiklərinə görə bu məsələ aşkara çıxana qədər Nasir onlara bir söz deməmişdir. İstintaqa verdiyi ifadəni təsdiq etmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, təqsirləndirilən şəxsi əvvəldən tanımışdır. Hadisənin baş vermə ili onun yadında qalmamışdır. Təxminən avqust ayının otuzu olmuşdur. Saat 5-6 radələrində toya gedərkən Təqsirləndirilən şəxs bərbərxanasında həmsöhbət olarkən Təqsirləndirilən şəxs ondan “qonşundan xəbərin var mı?” deyə soruşmuşdur. O, hansı qonşu olduğunu bildirəndə Emilin bacısıoğlu olduğunu bildirmişdir. Nə olduğunu soruşanda Emilin bacısıoğlunun pis yolda olduğunu bildirmişdir. Cinsi azlıq olduğunu bildirmişdir. Hətta onu gördüyünü demişdir. Harada gördüyünü soruşanda restoranın ayaqyolunda gördüyünü bildirmişdir. Kiminlə bir yerdə gördüyünü deməmişdir. Restoranın ayaqyolunda olan deşikdən gördüyünü demişdir. Şəxs özü barəsində heç bir münasibətinin olmadığını bildirmişdir. Bu barədə xatırladığı heç bir şey yoxdur. Toya gedərkən onunla cəmi 15 saniyəlik söhbət olmuşdur. Rəcəbdən məsələni haradan bildiyini soruşanda restoranın ayaqyolusunda gördüyünü bildirmişdir. Kiminlə gördüyünü soruşunada həmin şəxsi görmədiyini bildirmişdir. Təkcə Nasiri gördüyünü bildirmişdir. Hadisənin üzəri açılandan sonra polis idarəsinə dəvət olunmuşdur. Barəsində inzibati tənbeh, inzibati həbs olmamışdır. Sonradan o, restoranın foyesinə Nasiri çağırtdırmışdır. Nasirə Rəcəbin ona dediklərini bildirmişdir. “Nə qələt etmisən” deyə soruşmuşdur. “Əmi mənim işim var” deyərək restorana geri qayıtmışdır. Növbəti dəfə çağırıb məsələni dayısına deyəcəyini bildirəndə yenə də onun yanından qaçaraq restorana girmişdir. Ondan sonra ona heç bir şey deməmişdir. Daha sonra dayısına deməyə çalışsa da deyə bilməmişdir. Nasirlə o həm yaxın qonşu, həm də ailəvi yaxındırlar. Rəcəbin özünə kiminlə gördüyü barədə sual verəndə ayaqyolundakı deşiyin aşağıda olduğunu bildirmiş və görmədiyini demişdir. Nasirin üzünü gördüyünü demişdir. Hətta o, Rəcəbə məsələni Nasirə deyəcəyini və ondan dəqiqləşdirəcəyini demişdir. Toya getdiyinə görə daha məsələni dəqiq maraqlanmamışdır. Nasirin dayısına məsələni deməmişdir. Zərərçəkmiş şəxsə qarşı özü hər hansı bir hərəkət etməmişdir. İstintaqa verdiyi ifadəni təsdiq etmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, təqsirləndirilən şəxsi əvvəldən tanımışdır. O, restoranın ayaqyoluna getmişdir. Əlini və ayağını yuyan yerdə Rəcəbi görmüşdür. O, ayaqyolundan çıxanda ona burada bir nəfəri tutduğunu demişdir. Kimi tutduğunu soruşanda Elvini tutduğunu demişdir. Kiminlə tutduğunu soruşanda Nasirlə tutduğunu demişdir. Elə bir şeyin mümkün olmadığını ona bildirmişdir. Belə bir şeyi danışma deyə Rəcəbə irad bildirmişdir. Ondan sonra evə getmişdir. İfadəsini təsdiq etmişdir. Təqsirləndirilən şəxs Nasiri Elvinlə gördüyünü ona demişdir. Ona Elvinin adını çəkmişdir. O da Elvinin elə bir uşaq olmadığını bildirmişdir. Sonradan xatırlamadığı qonşular ona demişlər ki, təxminən iki il bundan əvvəl Təqsirləndirilən şəxs işlədiyi bərbərxanada Zərərçəkmiş şəxs zor tətbiq edərək ülgücü boyun nahiyyəsinə dirəmiş və cinsiyyət orqanını sonuncunun ağız nahiyyəsinə daxil edərək ona qarşı seksual xarakterli hərəkətlər etmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, restoranın foyesinə daxil olanda çöldən səs gəlmış və içərdən kimsə Nasiri çağırmışdır. Nasiri çağıran şəxsin üzünü görməmişdir. O, içəri girəndə Nasiri çağıran şəxs ağaclıqda olmuş və həmin şəxsi görməmişdir. İçəri girəndə Nasirə onu çağırdıqlarını demişdir. Təqsirləndirilən şəxs üzdən tanımışdır. Nərimankənd kəndində bərbər işlədiyini bilmişdir. Onunla münasibəti olmamışdır. Polis onu idarəyə çağırandan sonra belə bir hadisənin baş verdiyini bilmişdir. Polis onu çağırana qədər nə ilə bağlı onu çağırdığını bilməmişdir. Polis İdarəsində olarkən ondan “Elvini tanıyırsan mı” deyə soruşmuşlar. Elvinlə onu üzləşdirmişlər. Elvini birinci dəfədir gördüyünü demişdir. Nasiri iki və ya üç dəfə restoranda görmüşdür. Onunla daimi olaraq münasibətdə olan biri olmamışdır. Nasir restoranda işləmişdir. Onun qardaşı da restoranda işləmişdir. Bu hadisəyə qədər onun barəsində heç bir şey eşitməmişdir. Sakit bir uşaq olmuşdur. O, Nasirə qarşı əxlaqsız hərəkətlərin təklif olunmasını görməmiş və eşitməmişdir. İstintaqda sərbəst ifadə vermişdir. Bu hadisədən sonra ad olaraq bu məsələni bilmişdir. Hamı danışmışdır. Həmin şəxsin Elvin olduğunu bilmişdir. O, Elvini tanımamışdır. Nasiri kimin çağırdığını görməmişdir. Restoranın giriş hissəsi şüşəbənddir. Yay havası olduğuna görə restoranın qapısı açıq olmuşdur. Restoranın giriş hissəsi ağaclıq olmuşdur. Toyun başlamasına bir saat qalmışdır. Həmin yerdə çox adam olmuşdur. Həmçinin taksilər də dayanmışdır. Onun ikinci adı Nurlandır. X27 çağır demişlər. O həmin şəxsin səsinin kimə məxsus olduğunu bilməmişdir. Onu çağıranın kim olduğunu bilməmişdir. Nasirin yerinə ondan, başqa bir insanı çağırmağını xahiş etsəydilər o, bu dəfədə həmin şəxsi çağırarmış. Elvinin onu çağımağını sonradan görmüşdür. 2023-cü ilin yay aylarında xatırlamadığı tarixdə işlədiyi şadlıq sarayının kim olmasını xatırlamadığı işçilərindən Qobustan şəhər sakinləri Təqsirləndirilən şəxs və Şahid1 Zərərçəkmiş şəxs qarşı məcburi şəkildə seksual xarakterli hərəkətlər etmələri haqqında eşitmiş, lakin özü belə halın şahidi olmamışdır. Amma o, Zərərçəkmiş şəxs hər hansı bir şəxsə qarşı seksual xarakterli hərəkətlər edibetməməsi barədə heç bir şey eşitməmiş və belə halın şahidi olmamışdır. Zərərçəkmiş şəxs valideynləri və qohumları ilə münasibətləri haqqında heç bir məlumatı yoxdur. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid12 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, onun bibisi oğlu onun sürücüsü işləyir. Həmin şəxsin adı Şahid11dur. Bir gün səhər işə gedəndə kənddə belə bir söhbətin yayıldığını demişdir. Nə söhbətin olduğunu ondan soruşmuşdur. X21 şadlıq sarayının ayaqyolunda birlikdə gördüyünü danışmışdır. Cinsi əlaqədə olduqlarını demişdir. Zamiqə də Feyruz adlı şəxs demişdir. Feyruz dayını çağırmış və nə məsələ olduğunu soruşmuşdur. Nailə xanıma deməyə utandığını demişdir. Rəcəbin ona bu sözləri dediyini ona demişdir. Nasirin dayısı Emil onun bibisi oğludur. Emili yanına çağırmış və belə bir məsələ olduğunu demişdir. Nasirlə maraqlanmasını demişdir. Ona “sən nə danışırsan deyəndə” belə bir şeyi eşitdiyini demişdir. Emillə bir yerdə evə getmişlər. Nasirin harada olduğunu soruşanda yatdığını demişdir. Nasiri yuxudan oyatmışlar. Nasirdən soruşanda belə bir şeyin olduğunu demişdir. Nasir şadlıq sarayında olarkən Elvinin onu çağırdığını demişdir. Onlar birinci məsələnin təkcə Elvinə münasibətdə olduğunu bilmişlər. Elvin birinci bu əməlin Rəcəb tərəfindən törədildiyini demişdir. X9 yanına saçını düzəltdirmək üçün gəldiyini demişdir. Bərbərxanada ülgüclə Nasiri qorxutmuşdur. Rəcəb Nasirə “bu məsələni dayına desən səni öldürərəm” demişdir. Dayısı Nasirdən bu məsələnin nə olduğunu soruşmuşdur. Dayısı soruşanda birinci elə bu məsələni Rəcəbin etdiyini demişdir. Məktəb başlayan ərəfələrdə törətdiyini demişdir. Rəcəb kənddə Elvin haqqında danışmışdır. Özünün də etdiyini deməmişdir. X23 X13 ayaqyolunda birlikdə görmüşdür. Onlar Elvinə münasibətdə məsələni eşidib Nasirin dayısına demişlər. Nasirin nənəsi aləmi bir-birinə qatmışdır. Nasirdən Elvin haqqında olan məsələni soruşanda Rəcəbin də ona qarşı belə bir hərəkət etdiyini demişdir. Dayısı Nasirə “denən bu əməli Rəcəb də etmişdir” sözünü öyrətməmişdir. Rəcəblə aralarında bir problemləri olmamışdır. Rəcəb özü bu haqda danışaraq öz məsələsini aşkar etmişdir. Heç kim Nasiri öyrətməmişdir. O, eşitdiyini demişdir. O, sürücü kimi işləyir. Nasir onun bibisinin qız nəvəsidir. Bibisi onu evində saxlamışdır. Çox sakit uşaqdır. Onun cinsi yönümü ilə bağlı bir şey eşitməmişdir. Nasirlə birinci söhbəti onun dayısı etmişdir. Dayısı Nasirdən məsələni birbaşa soruşmuşdur. Nasir utandığından başını aşağı salmış və belə bir şeyin olduğunu demişdir. Elvinin onu çağırdığını demişdir. Nasiri uşaqlıqdan tanımışdır. Onun atasını tanımamış və görməmişdir. O, Nasirdən bu sözləri eşidəndə Rəcəbin və Elvinin bu hərəkətləri etməsinə inanmışdır. İstintaqa verdiyi ifadəni təsdiq etmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid13 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, təqsirləndirilən şəxsi əvvəldən tanımışdır. X14 adminstrator vəzifəsində işləmişdir. Həmin şadlıq sarayından Nasir işdən çıxmışdır. Ondan bir xeyli müddət sonra bu hadisə baş vermişdir. Ondan istintaqda uşağın necə bir uşaq olduğunu soruşanda sakit təbiətli biri olduğunu demişdir. İşdən çıxanda hara getdiyini soruşmuşlar. Restoranda qaldığını və hara getdiyini bilmədiyini demişdir. O, Nasiri sakit bir uşaq kimi tanımışdır. Hadisə barədə söhbət yayılandan sonra eşitmişdir. O, 2023-cü ilin yay aylarında xatırlamadığı tarixdə işlədiyi şadlıq evinin kim olmasını xatırlamadığı işçilərindən Qobustan şəhər sakinləri Təqsirləndirilən şəxs və Şahid1 Zərərçəkmiş şəxs qarşı seksual xarakterli hərəkətlər etmələri haqqında eşitmiş, lakin özü belə halın şahidi olmamışdır. Amma o, Zərərçəkmiş şəxs hər hansı bir şəxsə qarşı seksual xarakterli hərəkətlər edib-etməməsi barədə heç bir şey eşitməmiş və belə halın şahidi olmamışdır. İstintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid16 Dürəsən oğlu ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o, Təqsirləndirilən şəxs həmkəndli kimi tanımışdır. O, zərərçəkmiş şəxs Nasirin qonşusudur. O oyananda onların həyətində səs-küy olduğunu eşitmişdir. dayısı Ramil adlı qonşusundan həmyerliləri Elvin və Rəcəb adlı şəxslərin Zərərçəkmiş şəxs qarşı zorla əxlaqsız hərəkətlər etdiyini eşitmişdir. Səhər saatları olmuşdur. Nə söhbətin olduğunu maraqlanmışdır. Sonradan hadisə barədə eşitmişdir. Uşağa qarşı əxlaqsız hərəkətlər edildiyini eşitmişdir. İfadəsində də yazmışdır. Qapılarında ağlaşma və səs-küy olduğuna görə onların qapılarına getmişdir. Təqsirləndirilən şəxs tanımışdır. Dayıları söhbət edəndə eşitmişdir. Ramil ona uşağın başına oyun açdıqlarını demişdir. O səhər səs eşidəndə Nasirin bibisi və xalası ağlayırmış. Əvvəlcə kiminsə vəfat etdiyini zənn etmişdir. Yaxınlaşanda onların həyətə toplaşdıqlarını görmüşdür. O, həmin vaxt Nasiri görməmişdir. İstintaq zamanı verdiyi ifadəni təsdiq etmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid17 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, onları o qədər də yaxşı tanıyan biri olmamışdır. Nasirin özü ondan ən az 20 il balacadır. Hadisə ərəfəsində orada olmamışdır. Yoldaşının gözləri 10 ildir görmədiyinə görə onu Naftalana müalicə üçün aparmışdır. O gələndən sonra hadisə barədə dayısından eşitmişdir. Evin arxasına siqaret çəkmək üçün çıxanda dayısının qanıqara olduğuna görə ondan nə olduğunu soruşmuş və dayısı ona hadisə barədə demişdir. Başqa olanları ifadəsındə qeyd etmişdir. O, müstəntiqdən onu nə üçün ifadə verməyə çağırdığını soruşmamışdır. İstintaq zamanı verdiyi ifadəni təsdiq etmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o, heç bir şey görməmiş və heç bir şeyin şahidi olmamışdır. Təqsirləndirilən şəxs tanıyır. Onların kəndində bərbər işləmişdir. Təqsirləndirilən şəxs Nasirlə aralarında olan münasibəti ona demişdir. Bərbərxanada Nasir saçını kəsdirmişdir. Nasir iki və ya üç dəfə Rəcəbə əl atmışdır. Birinci dəfə Rəcəb belə bir niyyətinin olacağına inanmamışdır. Rəcəb Nasirin saçını kəsməyə davam etmişdir. Nasir ona əl atandan sonra Rəcəb Nasirə “dur get və bir daha bura gəlmə” demişdir. O, Rəcəbi gördüyünü demiş və harada gördüyünü xatırlamadığını bildirmişdir. Rəcəb restoranın girişində olmuşdur. Harada gördüyünü xatırlamadığını demişdir. Müstəntiq ona güzgünün qarşısını göstərərək Rəcəbin burada olduğunu demişdir. O, Rəcəblə üzbəüz gəldiyini deməmişdir. Onun barəsində 15 sutka cəza təyin edilməmişdir. Rəcəblə Cavadın barəsində 15 sutka cəza təyin edilmişdir. Müstəntiq onlara bir nəfər tutulmalı olduğunu demişdir. Polis rəisin qəbulunda olarkən bu işdə bir nəfər tutulmalıdır demişdir. O, özü “heç kim barəsində məlumat verə bilmərəm” demişdir. Ondan sonra onu içəri salmışlar. Daha sonra Rəcəblə Cavadı içəri salmışlar. Ondan sonra hər üçünü bir yerə yığmışlar. Əməliyyatçı müstəntiqə “mən hansı formada deyirəm elə yaz” demişdir. Polisə müqavimətlə bağlı 15 günlük inzibati sutka vermişlər. “Elvini də 4 ay müddətinə sanksiya ilə 3 saylı İstintaq Təcridxanasına göndər” demişdir. Təxminən 2023-cü ilin iyun ayının sonlarında saat 15 radələrində “Seymur” şadlıq sarayının qarşısı ilə yaşadığı evə gedərkən içəridə, yəni restoranın foyesində qonşusu Zərərçəkmiş şəxs olduğunu görmüşdür. O, əvvəllər yaşadığı ərazidə Nasirin həmcinslərinə qarşı marağı olması barədə söz-söhbət eşitdiyi üçün, həmçinin valideynləri olmadan böyüdüyünü bildiyinə görə Nasirə cəmiyyətdə özünü normal, yəni kişiyə xas olan xarakterdə aparmasını bildirmək istəmişdir. Ona görə də, “Seymur” şadlıq sarayının qarşısında dayanaraq Nasiri əvvəlcə yanına çağırmış, Nasir şadlıq sarayının qarşısına çıxdıqda Nasirə şadlıq sarayının sanitar qovşağına gəlməsini əli ilə işarə etmişdir. O, qabaqda, Nasir isə onun arxasınca sanitar qovşağının qarşısına gəlmişlər. Orada o, Zərərçəkmiş şəxs iradlarını və məsləhətlərini bildirərək həmcinslərinə qarşı belə marağı olacağı halda dayılarına məlumat verəcəyini demişdir. Zərərçəkmiş şəxs onun bu sözlərini əvvəlcə təkzib edərək bu cür hərəkətlər etmədiyini bildirmiş, sonra isə onun yanından uzaqlaşaraq getmişdir. O, bundan sonra sanitar qovşağına daxil olaraq oradan istifadə etdikdən sonra sanitar qovşağın çıxış hissəsində, yəni orada yerləşən güzgünün qarşısında Təqsirləndirilən şəxs ilə qarşılaşmışdır. Daha sonra oradan uzaqlaşaraq restoranın yaxınlığında yerləşən yeni tikilməkdə olan dostu Elçinə məxsus tikilinin qabağına gedib, oradan da yaşadığı evə getmişdir. O, Zərərçəkmiş şəxs qarşı heç vaxt, o cümlədən “Seymur” şadlıq sarayının sanitar qovşağında zor tətbiq etməmiş, Nasirə qarşı heç bir seksual xarakterli hərəkətlər etməmiş, sadəcə olaraq onu restoranın yanına çağırıb həmcinslərinə marağı olması barədə söz-söhbət eşitdiyini, həmçinin, valideynləri olmadan böyüdüyünü bildiyi üçün Nasirə cəmiyyətdə özünü normal, yəni kişiyə xas olan xarakterdə aparmasını bildirmişdir. O, cinsiyyət orqanını Nasirin ağzına daxil etməmişdir. O, Zərərçəkmiş şəxs ilə söhbət edərkən yanlarında etdikləri söhbətə şahid ola biləcək heç kəs olmamışdır. Zərərçəkmiş şəxs həmcinslərinə qarşı marağının olması barədə ona xatırlamadığı şəxslər demişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, təqsirləndirilən şəxs onun həmkəndlisidir. Eyni zamanda təqsirləndirilən şəxsin atası uzun müddət bərbər kimi işləmiş və uşaqlıqdan saçını onun atasına kəsdirmişdir. Atasının səhhətində bir az problem olduğuna görə həmin bərbər yerini Rəcəb özü işlətmişdir. Həmişə gediş-gəlişləri olmuşdur. Təqsirləndirilən şəxs ilə dost olmuşlar. Bir dəfə saçını kəsdirmək üçün onun yanına getmişdir. Ona restoranın sanitar qovşağında bir nəfəri bir nəfərlə gördüyünü demişdir. Birinci onun dediyinə inanmamışdır. Birinci ona həmin şəxsin əynində qara köynək olduğunu demişdir. Şəxsin həmin vaxt içkili olduğunu güman edərək onun dediklərinə inanmamışdır. Bir neçə gün keçəndən sonra həmin şəxsin Elvin olduğunu bilmişdir. Eyni zamanda Elvin də onun həmkəndlisidir. Digər şəxsin kim olduğunu ona deməmişdir. Bir müddətdən sonra digər şəxsin Nasir olduğunu bilmişdir. Bu məlumatı ona Təqsirləndirilən şəxs demişdir. Eləcə də, Rəcəb ona demişdir ki, “iki il əvvəl Zərərçəkmiş şəxs onun bərbərxanasına gəlib saçını kəsdirmiş, həmin vaxt Rəcəb Nasirə qarşı seksual xarakterli hərəkətlər edərək cinsiyyət orqanını Nasirin ağız nahiyyəsinə salmışdır”. Təqsirləndirilən şəxs bu sözləri ona dedikdən 2 gün sonra o, Zərərçəkmiş şəxs ilə söhbət etmiş, Zərərçəkmiş şəxs ona Şahid1 ona qarşı zor tətbiq edərək öz cinsiyyət orqanını onun ağız nahiyyəsinə daxil etdiyini bildirmişdir. Rəcəbə “problemin varsa mənə de” demişdir. Birinci olaraq ona məsələni danışmamışdır. Rəcəb ona Nasirin oğlanlardan xoşu gəldiyini deməmişdir. Rəcəb ona bərbərxanada olan zaman demişdir. Həmin tarixi xatırlamamışdır. Həmin söhbətlər gedən ərəfələrdə demişdir. Rəcəb ona restoranda belə bir işçi olduğunu demişdir. Ondan əvvəl bilməmişdir. Keçən ilin yay ayları olmuşdur. 2023-cü ilin yay ayları olmuşdur. Onlar dəfələrlə Rəcəblə oturub yemək də yemişlər. Həmişə gediş-gəlişləri olmuşdur. Ona bu söhbəti deyəndə inanmamışdır. Həmin ərəfələrdə Rəcəb bir az içki içmişdir. Onun Rəcəblə ədavəti olmamışdır. Rəcəbin ona dediklərini demişdir. Özü hadisəni görməmişdir. Rəcəb ona Elçin adlı şəxsə kömək etdiyini, üst-başını təmizləmək üçün sanitar qovşağına getdiyini, restoranın ayaqyolunda iki nəfəri tutduğunu demişdir. İlkin olaraq həmin şəxslərin adını ona deməmişdir. Həmin şəxslərdən birinin restoranın işçisi olduğunu demişdir. Birinci qara köynək oğlanla ofisantlardan birini tutmuşdur. Daha sonra söhbətin davamında həmin qara köynəkli oğlanın Elvin olduğunu demişdir. Özü 10 ildir ki, həmin restoranda işləyir. O, Rəcəblə iki yaşından bir yerdə olduğuna görə birinci onun dediklərinə inanmamışdır. O, Nasirlə dəfələrlə bir stolda oturub çay içmişdir. Dəfələrlə yemək yemişdir. O, uşağın belə bir uşaq olduğunu bilsəymiş, ən azından ondan iyrənərmiş. Məsələyə birinci Qobustan polisi baxanda onun adını Nasirin dayısı vermişdir. Guya o, Rəcəbə Nasir bu yolun yolçusu olduğunu demişdir. Halbuki onun Nasirə qarşı bir hərəkəti olmamışdır. Onlar üzləşdiriləndə Rəcəb ona “sən bu ifadəni versən Elvin tutulacaqdır” demişdir. Rəcəbin ona deməyinə baxmayaraq onun dediyinə inanmamışdır. Rəcəb ona bərbərxanada olarkən Nasir onun cinsi orqanına əl atmış və o da öz cinsiyyət orqanını onun ağzına vermişdir. Bu sözü ona Rəcəb demişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid11 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, təqsirləndirilən şəxsi tanıyır. Onun evinin yanında kafe olmuşdur. Yay vaxtları olmuşdur. Şahid19 adlı şəxs də orada olmuşdur. Ona Nailə xanıma məsələni deməyə utandığını demişdir. Ona Nasiri restoranın ayaqyolunda bir nəfərlə gördüyünü demişdir. O da Şahid12la bir yerdə işləmişdir. Onun kamazını işlətmişdir. Şahid12 belə bir hadisənin olduğunu və dayılarına demək lazım olduğunu demişdir. Ondan sonra Ələtə qum yığmaq üçün getmişdir. Ondan sonra Muradı Feyruz adlı şəxs yanına çağırmışdır. Ondan “sən kişiliyin nə demişdir” deyə soruşmuşdur. O da “Rəcəb demişdir ki, mən Nasiri restoranın ayaqyolunda görmüşəm” demişdir. Birinci həmin şəxsin Elvin olduğunu bilməmişdir. Onlar məsələni Emilə demişlər. Kimin etdiyini, kimin təzyiq etdiyini bilmədiklərini demişlər. Səhər on bir radələri olmuşdur. Dayısı Nasiri yuxudan oyatmışdır. Nasirdən “kim sənə nə etmişdir” deyə sorşmuşlar. Birinci bu işi ona qarşı Rəcəbin etdiyini, daha sonra Elvinin etdiyini demişdir. Nasir bu məsələni dayısına danışanda eşitmişdir. Özü hadisəni görməmişdir. Nasir dayısına keçən il bu hərəkəti Rəcəbin etdiyini, bu il isə Elvinin etdiyini demişdir. Dayısı Nasirə qarşı heç bir təzyiq etməmişdir. Daha sonra Emil polisə məlumat vermişdir. Bu vaxta qədər nə üçün demədiyini Nasirdən dayısı soruşmuş, amma Nasir deməmişdir. O, Nasirin başını aşağı salmasını görmüşdür. İstintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid14 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, hadisə ilə bağlı heç bir şey bilməmiş və məlumatı olmamışdır. Polis bölməsində onun məlumatı olmuşdur. Ondan izahat almaq üçün çağırdıqlarında onun məlumatı olmuşdur. İzahatında Nasirlə iş yoldaşı kimi münasibətinin olduğunu bildirmişdir. Nasirlə əlavə bir münasibəti olmamışdır. Nasirin başqa bir hərəkətini də görməmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid18 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, hadisə ilə bağlı izahatında bildirmişdir. Rəcəblə Elvini polis bölməsinə aparandan sonra onu çağırmışlar. Ondan “bu şəxslərin belə bir hərəkətləri etməsini görmüsən mi?” deyə soruşmuşlar. İzahatında da görmədiyini bildirmişdir. Həmçinin “Nasir adlı şəxsin artıq bir hərəkətini görmüsən mi?” deyə soruşmuşlar. O da normal olaraq onun heç bir hərəkətini görmədiyini bildirmişdir. Hadisə barədə onu şöbəyə çağırdıqlarından sonra bilmişdir. Ondan əvvəl isə eşitməmişdir. Ona kimsə fərdi olaraq hadisəni danışmamışdır. Rayonda ümumi olaraq danışılanda eşitmişdir. İstintaq zamanı verdiyi ifadəni təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla araşdırılmış Şahid19 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Qobustan şəhərində qeydiyyatda olmaqla, orada ailəsi ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs, Şahid1 və Zərərçəkmiş şəxs həmyerliləridir, həmin şəxslər ilə münasibətləri normal olmuş, aralarında heç bir mübahisə, ədavət və düşmənçilik olmamışdır. 2023-cü ilin iyun ayında qonşularından Təqsirləndirilən şəxs və Şahid1 ayrı-ayrı vaxtlarda Zərərçəkmiş şəxs qarşı əxlaqsız hərəkətlər etdiyini eşitmişdir. Bildirmişdir ki, spirtli içki aludəçisidir, spirtli içkinin təsiri altında olduqda nə dediyini xatırlamır. xx.xx.2023-cü il tarixdə axşam saatlarında Qobustan şəhərində adı olmayan pivəxananın kabinetində Şahid11 ilə pivə içmiş, lakin onunla nə danışdığını xatırlamır. Əvvəllər Zərərçəkmiş şəxs ona qarşı hər hansı bir şəxsin seksual xarakterli hərəkətlər edib-etməməsi barədə ona danışmamışdır. Başqa şəxsə danışıb-danışmaması barədə heç bir məlumatı yoxdur. Zərərçəkmiş şəxs həmcinslərinə qarşı seksual meyilliliyinin olub-olmaması barədə heç bir məlumatı yoxdur. Nasirin həmcinslərinə meyilliliyinin olmasını göstərən hər hansı hərəkətinin şahidi olmamış, belə halın olması barədə Nasirin özündən, yaxud başqa tanışlarından eşitməmişdir. Zərərçəkmiş şəxs valideynləri və qohumları ilə münasibətləri haqqında heç bir məlumatı yoxdur. Məhkəmə istintaqı zamanı ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla araşdırılmış Şahid15 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, X16 Kollecinin Aqrar fermer ixtisasının 3-cü kursunda təhsil alır. Zərərçəkmiş şəxs tanıyır. Zərərçəkmiş şəxs onunla eyni qrupda təhsil alır. Zərərçəkmiş şəxs dərs günlərində adətən səhər saatlarında kollecə gəlib, sinif otağına girib, qrup yoldaşları ilə salamlaşır, keçirilən dərslərdə iştirak edir və dərsdən sonra çıxıb gedir. Zərərçəkmiş şəxs qapalı insan olduğundan o və digər qrup yoldaşları ilə yaxın münasibət saxlamır. Nasir qrupdakı tələbələr və ya kollecin başqa tələbələri ilə dostluq etmir və yaxın münasibət saxlamır. Belə ki, Nasir digər tələbə yoldaşları ilə birlikdə iştirak etdikləri tədbirlərdə onlarla birlikdə iştirak etmir, onlarla vaxt keçirmir, adətən söhbətlərinə qoşulmur. Amma Nasir adətən hamı ilə mehriban davranır, tələbələrə və müəllimlərə qarşı kobud hərəkət etmir. Zərərçəkmiş şəxs həmcinslərinə qarşı seksual meyilliliyinin olub-olmaması barədə heç bir məlumatı yoxdur. O, Nasirin həmcinslərinə meyilliliyinin olmasını göstərən hər hansı bir hərəkətinin şahidi olmamış, belə halın olması barədə Nasirin özündən, yaxud tələbə yoldaşlarından və ya başqa tanışlarından eşitməmişdir. Zərərçəkmiş şəxs qarşı hər hansı bir şəxsin seksual xarakterli hərəkətlər edib-etməməsi, yaxud Zərərçəkmiş şəxs hər hansı bir şəxsə qarşı seksual xarakterli hərəkətlər edib-etməməsi barədə onun heç bir məlumatı yoxdur və belə halın şahidi olmamışdır. Zərərçəkmiş şəxs əmək fəaliyyəti ilə məşğul olub-olmaması, yəni haradasa işləyib-işləməməsi barədə onun heç bir məlumatı yoxdur. Zərərçəkmiş şəxs valideynləri və qohumları ilə münasibətləri haqqında heç bir məlumatı yoxdur. O, Zərərçəkmiş şəxs əlaqə nömrəsini heç vaxt bilməmiş və hazırda da bilmir. Zərərçəkmiş şəxs Facebook, Twitter, İnstagram, Telegram, Whatsapp, yaxud başqa sosial şəbəkələrdən istifadə edib-etməməsi barədə heç bir məlumatı yoxdur. O, son üç il ərzində və hazırda ***-***-**-** və ***-***-**-** saylı nömrələrindən istifadə etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Zərərçəkmiş şəxs 2021-ci ilin noyabr ayının sonlarında Təqsirləndirilən şəxs ona qarşı seksual xarakterli digər zorakılıq hərəkətləri etməsini bildirməsi ilə əlaqədar xx.xx.2023-cü il tarixdə hadisə yerinə baxış keçirilmiş, baxış zamanı hadisənin Qobustan şəhəri, Beydulla Qəribov küçəsində yerləşən, üzərinə “KİŞİ SALONU” yazılmış bərbərxanada baş verməsi müəyyən olunmuş və bu barədə protokol tərtib edilmişdir. Məhkəmə-tibbi ekspertizanın xx.xx.2023-cü il tarixli, 86 nömrəli rəyindən görünür ki, 2006-cı il təvəllüdlü Zərərçəkmiş şəxs bədənində hər hansı bir xəsarət və xəsarət izləri aşkar edilməmişdir. Zərərçəkmiş şəxs qeyri-təbii yolla cinsi əlaqədə olunma əlamətləri yoxdur. Zərərçəkmiş şəxsla ağızla cinsi əlaqədə olmanı məhkəmə-tibbi yolla təyin etmək mümkün deyil. Məhkəmə-Tibbi Ekspertiza və X7 PHŞ-nin Şamaxı rayon şöbəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli, 144 nömrəli məhkəmə-tibbi ekspertiza rəyindən görünür ki, 1996-cı il təvəllüdlü Təqsirləndirilən şəxs müayinəsi zamanı bədən səthində hər hansı bir xəsarət aşkar edilməmişdir. Təqsirləndirilən şəxs xarici cinsiyyət üzvlərində onun cinsi əlaqəyə girə bilməsinə mane ola biləcək hər hansı bir anomaliya və patalogiya aşkar edilmədi. Patensiya simptomları müsbətdir. “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X15 daxil olmuş xx.xx.2023-cü il tarixli, 2219 nömrəli kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertiza rəyindən görünür ki, yoxlanılan şəxs Zərərçəkmiş şəxs hal- hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işi materialları, anamnestik məlumatlar və halhazırki psixiatrik müayinənin nəticələri və sair sübut edir. Belə ki, Zərərçəkmiş şəxs əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, onda hər hansı psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Aparılmış eksperimental-psixoloji müayinə gedişində Zərərçəkmiş şəxs idrak proseslərinin, dünyagörüşü səviyyəsinin, intellektual imkanlarının normaya uyğun olması müəyyən edilir. O, iş üçün əhəmiyyətli halları düzgün qavraya, təsvir edə və bu barədə məlumat verə bilər. Yoxlanılan şəxs Zərərçəkmiş şəxs hadisə zamanı ona qarşı edilənlərin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Zərərçəkmiş şəxs ünsiyyətcillik, çətin situasiyalar zamanı çıxış yolu tapa bilməmək, başqalarının hiss və yaşantılarına qarşı biganə olmamaq, sadəlövhlük kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Onun fərdi-psixi xüsusiyyətlərində başqalarının təsiri altında hərəkət etməyə və özündən uydurmağa meyillilik əlamətləri aşkar edilmədi. “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” PHŞ-dən daxil olmuş xx.xx.2023-cü il tarixli, 3203 nömrəli kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertiza rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM- in 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs əqli-intellektual imkanları normaya uyğundur. Ünsiyyətcillik, adaptivlik, situativlik kimi fərdi-psixoloji xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən psixi-emosional vəziyyətində iş üçün əhəmiyyət kəsb edəcək hər hansı dəyişiklik yaranmamışdır. Təqsirləndirilən şəxs ittiham edilən əməli törədərkən emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır. “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” PHŞ-dən daxil olmuş xx.xx.2023-cü il tarixli, 3274 nömrəli əlavə kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertiza rəyindən görünür ki, yoxlanılan şəxs Zərərçəkmiş şəxs hal-hazırda psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işi materialları, anamnestik məlumatlar və halhazırki psixiatrik müayinənin nəticələri və sair sübut edir. Belə ki, Zərərçəkmiş şəxs əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, onda hər hansı psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Aparılmış eksperimental-psixoloji müayinə gedişində Zərərçəkmiş şəxs idrak proseslərinin (yaddaş, diqqət, qavrama, təfəkkür və s.) intellektinin normaya uyğun olması müəyyən edilir. Yoxlanılan şəxs Zərərçəkmiş şəxs qeyd olunan cinayət törədilən anda xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Yoxlanılan şəxs Zərərçəkmiş şəxs qeyd olunan cinayət törədilən anda öz hərəkətlərini ölçüb-biçmək və ona qarşı törədilənləri düzgün qavrayıb təsvir edə bilmək imkanında olmuşdur. Yoxlanılan şəxs Zərərçəkmiş şəxs hal-hazırda hər hansı psixi xəstəlik aşkar olunmur. Yoxlanılan şəxs Zərərçəkmiş şəxs öz həmcinslərinə meyillilik müəyyən edilmir. Qərarın təsviri hissəsində göstərilən, ona qarşı qanunazidd hərəkətlər edilən zaman Zərərçəkmiş şəxs şüuruna və fəaliyyətinə təsir göstərə bilən emosional vəziyyətdə olmamışdır. Zərərçəkmiş şəxs ünsiyyətcillik, iradi zəiflik, çətin situasiyalar zamanı çıxış yolu tapa bilməmək, başqalarının hiss və yaşantılarına qarşı biganə olmamaq, sadəlövhlük kimi fərdi-psixi xüsusiyyətlər müəyyən edilir. Zərərçəkmiş şəxs yaş xüsusiyyətləri və intellektual inkişafına görə onunla edilən hərəkətlərin xarakter və mənasını anlaya bilərdi. Zərərçəkmiş şəxs əqli imkanlarına görə yaranmış şəraitin mahiyyətini tam dərk etmək və davranışlarının ola biləcək nəticələrini proqnozlaşdırmaq iqtidarındadır. Qərarın təsviri hissəsində qeyd olunan, hadisə zamanı Zərərçəkmiş şəxs psixi-emosional vəziyyətində situasiya ilə əlaqədar qorxu, gərginlik kimi hallar əmələ gələ bilərdi. Zərərçəkmiş şəxs fərdi-psixi xüsusiyyətlərinə görə (sadəlövhlük, iradi zəiflik, çətin situasiyalar zamanı çıxış yolu tapa bilməmək və s.) baş vermiş hadisələr zamanı müqavimət göstərməyə bilərdi. Zərərçəkmiş şəxs əqli-intellektual imkanları normaya uyğundur, gerilik əlamətləri aşkar edilmir. Zərərçəkmiş şəxs əqli inkişafında gerilik və ləngimə əlamətləri müşahidə olunmadı. Zərərçəkmiş şəxs təlqinə qapılmağa və başqalarının təsiri altında hərəkət etməyə meyillilik əlamətləri aşkar edilmədi. Zərərçəkmiş şəxs özündən uydurmağa meyillilik əlamətləri aşkar edilmədi. Zərərçəkmiş şəxs iş üçün əhəmiyyətli halları düzgün qavraya, təsvir edə və bu barədə məlumat verə bilər. Qobustan Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(026)-27/2022 nömrəli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs 19 iyul 2022-ci il tarixdən 21 iyul 2022ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı iki gün müddət Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən bir gün azadlıqdan məhrum etmə iki gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulub hesablanmaqla, ona təyin olunmuş cəzadan çıxılmış və üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən rayon Polis Şöbəsinə daxil olmuş tələbnamədən görünür ki, Muradov X5 rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cinayət işinə əlavə edilmiş şəxsiyyət vəsiqələrinin surətlərindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2019-cu il təvəllüldlü X10 və xx.xx.2023-cü il təvəllüdlü X11 adlı 02 (iki) azyaşlı övladları vardır. Sumqayıt şəhər Probasiya Şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Muradov X5 rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuş və barəsində Qobustan rayon Məhkəməsinin 4(026)- 13/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir. Məhkum Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixə cəzasının 06 ay 01 gününü çəkmiş və cəzasının 01 il 05 ay 25 günü çəkilməmişdir. Şübhəli şəxsin tutulması haqqında protokoldan müəyyən olunur ki, 02 avqust 2023cü il tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. Qobustan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 02.08.23-cü il tarixdən hesablanmaqla 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işi üzrə Təqsirləndirilən şəxs ifadəsində polis əməkdaşları tərəfindən zorakılığa məruz qaldığını göstərməsi ilə əlaqədar həmin xüsusata hüquqi qiymət verilməsi üçün həmin hissədə toplanmış material xx.xx.2023-cü il tarixdə Qobustan rayon prokurorluğuna göndərilmişdir. Həmin xüsusat üzrə Qobustan rayon prokurorluğunun müstəntiqi, İİİ dərəcəli hüquqşünas Göhər Əmiyeva tərəfindən araşdırma aparılmış, araşdırma zamanı Təqsirləndirilən şəxs Qobustan Rayon Polis Şöbəsinin tanımadığı polis əməkdaşları tərəfindən zorakılığa, işgəncəyə məruz qalması, döyülməsi və ya ona qarşı sair qanunsuz hərəkətlərə yol verilməsi barədə göstərdiyi xüsusatlar öz təsdiqini tapmadığından və toplanmış materialda cinayət hadisəsi olmadığından material üzrə xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası CPM-in 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Qobustan Rayon Mərkəzi Xəstəxanası PHŞ-dən daxil olmuş 11 sentyabr 2023-cü il tarixli, 18-1-53/2-782/2023 nömrəli məktubdan görünür ki, Qobustan şəhər sakini Muradov X5 RMX PHŞ-nin Poliklinika şöbəsində Psixonevroloji xəstəliklər kabinetində dispanser qeydiyyatda deyildir. Muradov X4 xəstəliklər kabinetində dispanser qeydiyyatdadır. Qobustan Rayon İcra Hakimiyyəti Başçısının Qobustan şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs həqiqətən də, Qobustan şəhərində qeydiyyatda olmaqla orada yaşayır. Qobustan Rayon İcra Hakimiyyəti Başçısının Qobustan şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamədə mənfi xarakterizə olunur. Qobustan rayon İcra Hakimiyyəti Başçısının Qobustan şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədə Zərərçəkmiş şəxs müsbət xarakterizə olunur. Məhkəmə təqsirləndirilən şəxsin özünü təqsirli bilməməsi ilə əlaqədar məsələyə münasibət bildirməyi zəruri hesab edir. Belə ki, ibtidai istintaq dövründə keçirilmiş məhkəmə psixiatrik və psixoloji ekspertizaların rəylərindən müəyyən olunur ki, təqsirləndirilən şəxs ünsiyyətcillik, adaptivlik, situativlik kimi fərdi-psixoloji xüsusiyyətlərə malik olduğu halda, zərərşəkmiş şəxs Zərərçəkmiş şəxs iradi zəiflik, çətin situasiyalar zamanı çıxış yolu tapa bilməmək, başqalarının hiss və yaşantılarına qarşı biganə olmamaq, sadəlövhlük kimi fərdi-psixi xüsusiyyətlər müəyyən edilir. Bundan başqa təqsirləndirilən məhkəmə istintaqı müddətində zərərşəkmiş şəxsin ümumiyyətlə həmcinslərinə meyilli olmasını onun həmcinsləri ilə əlaqədə olmasını yaşadıqları kəndə hər kəsin bilməsini qeyd edərək zərərşəkmiş şəxsin ona şər atdığını bildirmişdir. Məhkəmə istintaqı zamanı tətqiq edilmiş Məhkəmə-tibbi ekspertizanın xx.xx.2023-cü il tarixli, 86 nömrəli rəyindən görünür ki, 2006-cı il təvəllüdlü Zərərçəkmiş şəxs qeyri-təbii yolla cinsi əlaqədə olunma əlamətləri yoxdur və “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” PHŞ-dən daxil olmuş xx.xx.2023-cü il tarixli, 3274 nömrəli əlavə kompleks ambulator məhkəməpsixiatrik və psixoloji ekspertiza rəyindən görünür ki, yoxlanılan şəxs Zərərçəkmiş şəxs öz həmcinslərinə meyillilik müəyyən edilmir. Qeyd olunan rəylərdə ekspertlərin gəldikləri nəticələr təqsirləndirilən şəxsin bildirdiyi fikirləri tamamilə təkzib edir. Həmçinin “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X15 daxil olmuş xx.xx.2023-cü il tarixli, 2219 nömrəli kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertiza rəyindən görünür ki, Zərərçəkmiş şəxs fərdi-psixi xüsusiyyətlərində başqalarının təsiri altında hərəkət etməyə və özündən uydurmağa meyillilik əlamətləri aşkar edilmədi. Qeyd olunan ekspert rəyi isə zərərçəkmiş şəxsin bildirdiyi halları özündən uydurmamasına və həqiqəti söyləməsinə dəlalət edən sübutdur. Bundan başqa məhkəmə istintaqı zamanı dindirlimiş şahidlərdən heç biri zərərçəkmiş şəxsin həmcinslərinə maraq göstərməsinə işarə və ya təsdiq edən hər hansı bir hala rast gəlmədiklərini bildirmişlər. Bundan başqa məhkəmə təqsirləndirilən şəxsin şəxsiyyətinə qiymət verərək qeyd edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs gənc yaşlarından narkotik istifadəçisi olaraq cinayət məsuliyyətinə cəlb edilmişdir, narkoloji xəstəliklər kabinetində dispanser qeydiyyatdadır və yaşadığı yer üzrə müsbət xarakterizə edilmir. Beləliklə məhkəmə Təqsirləndirilən şəxs Mansur oğlunun məhkəmə baxışında və ibtidai araşdırma zamanı verdiyi ifadələri təhlil edərək təqsirləndirilən şəxs Rəcəb Mansurovun ibtidai araşdırma zamanı və məhkəmə baxışı zamanı verdiyi ifadəsinə tənqidi yanaşır və həmin ifadələri məsuliyyətdən yaxa qurtarmaq məqsədi ilə verilən ifadələr kimi qiymətləndirməklə yanaşı, onun bu ittihamla bağlı məhkəmə baxışı zamanı verdiyi ifadəsində göstərdiyi xüsusatları işin faktiki hallarına uyğun gəlmədiyindən və təkzib edilməz sübutlarla ziddiyyət təşkil etdiyindən inandırıcı hesab etmir və həmin ifadələri qeyri-səmimi verilmiş ifadələr kimi qiymətləndirir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs Mansur oğlu tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi şahidlərin məhkəmə baxışı zamanı vermiş olduqları ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.2.3-ci maddəsinə (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 27 dekabr 2022-ci il tarixədək qüvvədə olan redaksiyasında) əsasən aşkar surətdə yetkinlik yaşma çatmayan zərərçəkmiş şəxsə qarşı zor tətbiq etməklə seksual xarakterli digər zorakılıq hərəkətləri etmə beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Mansur oğlunun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.2.3-ci maddəsi (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 27 dekabr 2022-ci il tarixədək qüvvədə olan redaksiyasında) ilə düzgün tövsif edilmişdir. Onun törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. O, Cinayət Məcəlləsinin 150.2.3-ci maddəsi (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 27 dekabr 2022-ci il tarixədək qüvvədə olan redaksiyasında) ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 №li Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşaqlarının olmasını Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Cinayət Məcəllənin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyətini, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə, qanunun yuxarıda qeyd edilən müddəalarına, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarını, işin faktiki hallarını eyni zamanda Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini və cəzasını yüngülləşdirən halları nəzərə alaraq ona təqsirli bilindiyi Cinayət Məcəlləsinin 150.2.3-cü maddəsinin (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 27 dekabr 2022-ci il tarixədək qüvvədə olan redaksiyasında) sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni, əsaslı və eləcə də ədalətli hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, şəxs həmin cəzanı yalnız real olaraq çəkməklə islah oluna bilər. Bundan başqa məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Qobustan rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən təyin olunan qəti 01 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 01 il 05 ay 25 gün hissəsi Cinayət Məcəllənin 68.1.1-1-ci maddəsinə əsasən iki günə bir gün hesabı ilə hesablanmalı və həmin məcəllənin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş cəzaya birləşdirilməklə Təqsirləndirilən şəxs qəti cəza təyin olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işinin materiallarında olan şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan qərardan görünür ki, Qobustan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Odur ki, təqsirləndirilən Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə hazırki iş üzrə «xüsusi müsadirə» ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən edilməmişdir. İş üzrə mülki iddia və məhkəmə xərcləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.2.3-cü maddəsi (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 27 dekabr 2022-ci il tarixədək qüvvədə olan redaksiyasında) ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Qobustan rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən təyin olunan qəti 01 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 01 il 05 ay 25 gün hissəsi həmin Məcəllənin 68.1.1-1-ci maddəsinə əsasən iki günə bir gün hesabı ilə hesablanmaqla 08 (səkkiz) ay 27 (iyirmi yeddi) gün azadlıqdan məhrum etmə kimi müəyyən edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən 08 (səkkiz) ay 27 (iyirmi yeddi) gün azadlıqdan məhrumetmə cəzası hazırkı hökmlə təyin edilmiş 6 (altı) il 6 (altı) ay azadlıqdan məhrumetmə cəzasına qismən birləşdirilsin və Təqsirləndirilən şəxs qəti olaraq 7 (yeddi) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 02 avqust 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-30/2025
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-30/2025
01.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver