Məhkəmə qərarları › İş №1(124)-300/2024

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-300/2024

25.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-300/2024 25.07.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Hümbətov Fəhmin Zaur oğlu (sədrlik edən), Əliyev Hafiz Samir oğlu, Rzayeva Aynur Tapdıq qızından ibarət tərkib, məhkəmə iclasının katibləri X1, X5, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı və kiçik ədliyyə müşaviri X6, müdafiəçilər – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, "Xəzər Konsaltinq" Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi5, Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi4 və fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi1, zərərçəkmiş şəxsin hüquqi varisi X3 və təqsirləndirilən şəxslərin iştirakları ilə, xx xxxxxx 1997-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, “Uğur Yolu’’ MMC-də direktor vəzifəsində işləmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla faktiki yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 309.2-ci maddəsi ilə, xx xxxxxx 1992-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 2 ünvanında qeydiyyatda olmaqla faktiki olaraq Bakı şəhəri, Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsi, ev 101 A, mənzil 58-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 309.2-ci maddəsi ilə, xx xxxxxx 1997-ci il tarixdə Türkmənistan Respublikasında doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta-ixtisas təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 4 ünvanında qeydiyyatda olmaqla faktiki yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 309.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində 5 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Vəzifəli şəxs Təqsirləndirilən şəxs1 vəzifə səlahiyyətlərini aşaraq, xidməti səlahiyyətlərindən açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etməklə, fiziki şəxsin hüquqlarına və qanuni mənafelərinə, habelə cəmiyyət və dövlətin qanunla qoruna mənafelərinə ağır nəticələrə səbəb olan zərər vurmuş, vəzifəli şəxs olmayan Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 isə bu cinayət əməlinin törədilməsində köməkçi qismində iştirak etmişlər. Belə ki, Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdə 11 saylı Ərazi Vergilər İdarəsində ********** nömrəli VÖEN-lə qeydiyyata alınıb, hüquqi ünvanı Yevlax rayonu, Yevlax şəhəri, C.Əzizov ev 0, mənzil 17 olsa da, faktiki olaraq ünvan 5 ünvanında X11 məxsus, sonuncu ilə bağlanmış xx.xx.2022-ci il tarixli, 01/22 nömrəli icarə müqaviləsinə əsasən icarəyə götürülmüş 3 mərtəbəli fərdi yaşayış evində fəaliyyət göstərən, əsas fəaliyyət istiqaməti narkotik və psixoaktiv maddələrə aludə olan şəxslərin qeyri-tibbi sosial reabilitasiyası və resosiallaşdırılması olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində (bundan sonra MMC) xx.xx.2022-ci il tarixli "xxxx"nə və MMC-nin təsisçisi Şahid4 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 1 nömrəli əmrə əsasən direktor vəzifəsində işləyib xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxaraq, fiziki şəxsin hüquqlarına və qanuni mənafelərinə, cəmiyyət və dövlətin qanunla qorunan mənafelərinə zidd olaraq, "xxxx" MMC-yə müraciət edən şəxslərlə "xxxx" müqavilələri MMC-nin adından bağlamaq hüququna malik təşkilati-sərəncamverici funksiyanı həyata keçirən vəzifəli şəxs kimi, MMC-nin xx.xx.2022-ci il tarixdə təsdiq edilmiş “Əsasnamə”sinin “Reabilitasiya mərhələsinin başlanğıcı” bölməsində qeyd edilən “Reabilitasiya mərhələsi xəstə ilə "xxxx" MMC arasında könüllülük prinsipi əsasında reabilitasiya xidmətlərinin göstərilməsi haqqında müqavilə, daha sonra xəstənin yaxın qohumu ilə "xxxx" MMC arasında müqavilə imzalandıqdan sonra başlayır” müddəasına, habelə müraciət edən bütün şəxslərlə bağlanmış "xxxx" müqavilənin 2.1-ci maddəsində qeyd edildiyi kimi “Xidmətlərin göstərilməsinin ilkin əsası – Kömək alanın (müraciət edən şəxs, yəni xəstə) bu müqaviləni imzalamaqla reabilitasiya mərkəzinin xidmətlərinə razılıq verməsidir” və 2.3cü maddəsində qeyd edildiyi kimi “Kömək göstərən ("xxxx" MMC adından direktor Təqsirləndirilən şəxs1) xidmətlərin icrasına kömək alan tərəfindən müqavilədə göstərilən ödəniş qaydalarına əməl edilməsindən sonra başlayır” müddəalarına müvafiq olaraq "xxxx" MMC-yə göstərilən xidmətlər üçün müraciət edən şəxslərlə və yaxın qohumları ilə könüllülüyə əsaslanan müqavilələr bağlayıb ödənişi qəbul etdikdən sonra reabilitasiya xidmətlərinin göstərilməsinə başlamalı olduğu halda, vəzifəli şəxs olmayan, ictimai əsaslarla həmin MMC-nin fəaliyyətinə köməklik göstərən könüllülər - Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə birgə açıq-aşkar surətdə vəzifə səlahiyyətlərindən kənara çıxan, fiziki şəxsin hüquqlarına və qanuni mənafelərinə, habelə cəmiyyət və dövlətin qanunla qorunan mənafelərinə zidd olan, bununla da Azərbaycan Respublikası Konstitusiyası və digər qanunvericilik aktlarında təsbit olunmuş vətəndaş hüquq və azadlıqlarının açıq-aşkar kobud surətdə pozulması ilə müşayiət olunan hərəkətlər edib, 2023-cü ilin yanvar ayında X2rdaşı Zərərçəkmiş şəxs narkotik vasitə və psixotrop maddələrdən sui-istifadə etməklə narkomaniyadan əziyyət çəkməsi ilə əlaqədar sonuncunun ödənişli əsasla reabilitasiyası məqsədilə həmin MMC-yə şifahi qaydada müraciətini əsas tutub Zərərçəkmiş şəxs əvvəlcədən razılığını almadan, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2lə birgə və sonuncuların köməyi ilə Albina Fataxovanın təklifinə uyğun olaraq reabilitasiya xidmətlərinə cəlb etmək niyyətilə Zərərçəkmiş şəxs Bakı şəhəri, Səbail rayonu, Cəfərov qardaşları 18 ünvanında kirayə yaşadığı evdən çıxmasını gözləyib, sonuncu evdən çıxmadığı üçün həmin ərazini tərk etmiş, xx.xx.2023-cü il tarixdə yenidən Albina Fataxovanın şifahi müraciətinə əsasən MMC-nin könüllüləri Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2lə birgə MMC-nin təsis sənədlərində nəzərdə tutulmayan və vətəndaşın əsas hüquq və azadlıqlarını tənzimləyən normativ aktlara zidd olaraq qeyri-qanuni əməllərinin icrası üçün sonuncuya məxsus “Chevrolet Malibu” markalı, **-FN-*** dövlət qeydiyyat nişanlı avtomobillə qeyd olunan ünvanın yaxınlığına gəlib, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2lə öz hərəkətlərini qarşılıqlı şəkildə uzlaşdırıb qabaqcadan əlbir olan bir qrup şəxs halında həmin gün saat 21 radələrində Zərərçəkmiş şəxs faktiki yaşadığı evdən çıxmasını görüb sonuncuya yaxınlaşaraq, özlərinin "xxxx" MMC reabilitasiya mərkəzinin əməkdaşları olmasını, hansı məqsədlə Zərərçəkmiş şəxs yaşadığı ünvana gəlməsini bildirmədən, reabilitasiya xidmətinin göstərilməsinə dair sonuncunun razılığını almalı olduğu təqdirdə bunu etmədən, Zərərçəkmiş şəxs onlarla birgə avtomobilə əyləşərək getməsini təklif edib xidməti səlahiyyət hüdudlarından açıq-aşkar kənara çıxan hərəkətlərə yol verməklə Zərərçəkmiş şəxs onların hüquq-mühafizə orqanı əməkdaşı olmasını zənn etməsi səbəbindən həmin avtomobilə könüllü surətdə əyləşməsindən sonra, əvvəlcədən Albina Fataxovanın anası Şahid3 ilə birgə şəraiti ilə tanış olub bəyəndikləri, ünvan 5 ünvanında yerləşən 3 mərtəbəli fərdi yaşayış evinə çatıb yalnız həmin mərkəzdə özlərinin reabilitasiya xidməti göstərən mərkəzin əməkdaşları olduğunu bildirməsindən sonra yaşayış evinin 1-ci mərtəbəsində yerləşən “Konsultant otağı” adlı otağa daxil olaraq, Zərərçəkmiş şəxs anası və bacısının şifahi müraciəti və təkidinə əsasən narkotik vasitə və psixotrop maddələrin asılılığından müalicə olunmaq üçün reabilitasiya tədbirlərinə cəlb ediləcəyini bildirib, narkotik vasitə və psixotrop maddələrdən istifadənin zərərlərindən danışıb, özünün də bu yoldan keçdiyini izah edib Zərərçəkmiş şəxsla müalicə olunmağın faydaları barədə profilaktik söhbətlər apararkən sonuncu tiryək qrupuna aid alkoloidlərdən istifadə nəticəsində narkotik vasitənin təsiri altında olub müalicə olunmaq niyyətində olmadığını bəyan edərək üzərindən ümumi uzunluğu 180 mm. olan, dəstəyi qəhvəyi, tiyəsi gümüşü rəngli, soyuq silah hesab edilməyən, zavod üsulu ilə hazırlanmış, məişət təyinatlı cib bıçağını çıxararkən dərhal otaqda olan könüllü Şahid2 bıçağı Zərərçəkmiş şəxs əlindən almasının ardından o, sonuncunun hüquq və azadlıqları və qanuni mənafelərinə, eyni zamanda cəmiyyət və dövlətin qanunla qorunan mənafelərinə zidd olaraq, Azərbaycan Respublikası Konstitusiyası və digər normativ sənədlərdə təsbit olunmuş, dövlət orqanlarının müstəsna səlahiyyətinə aid olan, yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və qaydada səlahiyyətli dövlət orqanları tərəfindən həyata keçirilməsi mümkün olan hərəkətləri edib, yəni Zərərçəkmiş şəxs üzərində narkotik vasitə, psixotrop maddə, kəsici-deşici predmet və digər qanunsuz əşya olub-olmamasını müəyyən etmək üçün təhlükəsizlik tədbiri kimi paltarlarını soyunmalı olduğunu bildirmiş, sonuncu üzərində olan tumandan başqa digər paltarlarını soyunduqdan sonra o, həmin paltarlara baxış keçirərək 01 ədəd içərisində saç olan silindrik qab və 01 ədəd zavod üsulu ilə hazırlanmış, soyuq silah hesab edilməyən gümüşü rəngli dəmir predmet aşkar edib götürərək vəzifə səlahiyyətlərini aşmış, bundan sonra Zərərçəkmiş şəxs ünvansız söyüşlər söyüb səs-küy salmasına cavab olaraq o, həmin zaman otaqda olan könüllülər – Şahid2 və Şahid1 Zərərçəkmiş şəxs səs-küy salmaması, özünə gəlməsi və mərkəzdə müalicə alan xəstələrin psixologiyasına mənfi təsir etməməsi üçün otaqdan bayıra çıxmasını bildirməsinin ardından sonuncu 3 şəxs yaşayış evinin girişindən sağda, evə bitişik, qapalı hovuz olan otağa daxil olmuş, bundan bir neçə dəqiqə sonra, saat 22 radələrində Zərərçəkmiş şəxs narkotik vasitənin təsiri altında eni 4 m, uzunluğu 10 m, dərinliyi 170 sm olan, içərisi su ilə dolu hovuza özünü atması ilə əlaqədar ağız-burun dəliklərinin, tənəffüs yollarının maye-su ilə tutulması nəticəsində əmələ gəlmiş mexaniki asfiksiyadan ölümə səbəb olan, canlı şəxslərdə həyat üçün təhlükəli mexaniki asfiksiya ilə nəticələnərək ölümə səbəb olduğundan dərəcələrinə görə sağlamlığa AĞİR zərərvurmaya aid ağciyərlərin ödemi, plevra altında qansızmalar (Rasskarov-Lukomiski-Palthauf ləkələri), tənəffüs yollarında ağ və açıq-çəhrayımtıl rəngli köpüyün olması kimi morfoloji dəyişikliklər xəsarətləri alıb öldüyündən o, vəzifəli şəxs kimi xidməti səlahiyyətlərindən açıq-aşkar surətdə kənara çıxan, Zərərçəkmiş şəxs hüquqlarına və qanuni mənafelərinə, cəmiyyət və dövlətin qanunla qorunan mənafelərinə zərər vuran hərəkətləri vəzifəli şəxs olmayan qabaqcadan əlbir olan bir qrup şəxslə birgə edib vəzifə səlahiyyətlərini aşmaqla Zərərçəkmiş şəxs ölümünə, yəni ağır nəticəyə səbəb olmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, əvvəllər narkotik vasitə istifadəçisi olmuşdur və direktoru olduğu reabilitasiya mərkəzi kimi yerdə sağalmışdır. Sonra narkotik vasitə asılılığından əziyyət çəkən şəxslərə kömək etmək üçün reabilitasiya mərkəzi açmaq qərarına gəlmişdir. "xxxx" reabilitasiya mərkəzi barədə reklam şirkətləri ilə danışıqlar apardıqda da onlara reabilitasiya mərkəzində ancaq təbii müalicə aparıldığını bildirmişdir. Bundan sonra, "xxxx" reabilitasiya mərkəzinin direktoru vəzifəsində işləməyə başlamışdır. Təqsirləndirilən şəxs2 orada könüllü olaraq fəaliyyət göstərirdi. Təqsirləndirilən şəxs2 danışıq qabiliyyəti yaxşı olduğu üçün reabilitasiya mərkəzinin telefon danışıqları ona həvalə olunmuşdur. Təqsirləndirilən şəxs2 bir dəfə Albina Fataxova və anası Şahid3 reabilitasiya mərkəzində qarşılamışdır. Həmin vaxt özü orada olmamışdır. 2023-cü ilin yanvar ayının 29-da müalicəyə ehtiyacı olan şəxs ilə konsultasiya edilməli olduğu barədə ona deyilmişdir. Lakin şəxsin olduğu yer barədə ona məlumat verilməmişdir. Növbəti gün, yəni 30 yanvar 2023-cü iıl tarixdə axşam saatlarında Təqsirləndirilən şəxs2 ona müalicəyə ehtiyacı olan şəxsin, yəni Zərərçəkmiş şəxs qohumları tərəfindən çölə çıxarılacağını bildirmişdir. Bu məqsədlə Bakı şəhəri, “İçərişəhər” metrosu yaxınlığında Zərərçəkmiş şəxs görüb ona yaxınlaşmışdır. Zərərçəkmiş şəxs onunla danışmaq istədiyini bildirmişdir. Zərərçəkmiş şəxs yaxınlaşdıqda Təqsirləndirilən şəxs2 sükan arxasında, Təqsirləndirilən şəxs3 isə avtomobilin arxa oturacağında əyləşmişdir. Zərərçəkmiş şəxs yaxınlaşdıqda onunla 1-2 saatlıq işi olduğunu bildirib, onunla gəlməsini xahiş etmiş və o, bu təklif ilə razılaşmışdır. Həmin vaxt Zərərçəkmiş şəxs qardaşına zəng etmək istədimiş, lakin ona ona gedəcəkləri yerdən qardaşının da məlumatı olacağını bildirmişdir. Bundan sonra, Zərərçəkmiş şəxs əlində olan mobil telefonu avtomobilə çırparaq maşına əyləşmişdir. Avtomobildə olarkən müəyyən məbləğdə pul verməklə onun buraxılmasını xahiş etmişdir. Bu təklifdən sonra Zərərçəkmiş şəxs polis əməkdaşı olduqlarını demişdir. Bundan sonra, onun aqressiyası azalmış və o, çaşqınlıq içində olmuşdur. Reabilitasiya mərkəzinə çatdıda orada Şahid1 və Şahid2 onları qarşılamışlar. Zərərçəkmiş şəxs otağa aparmışlar və ora onunla birgə Təqsirləndirilən şəxs2, Şahid1 və Şahid2 da daxil olmuşlar. Daha sonra, Təqsirləndirilən şəxs2 otağı tərk etmiş, Təqsirləndirilən şəxs3 isə ümumiyyətlə, otağa daxil olmamışdır. O, müəssisənin içəri qapısından içəri keçməmişdir. Müəssisəyə çatdıqda Zərərçəkmiş şəxs passiv aqressiya göstərməyə başlamışdır. Müəssisəyə müalicə almaq üçün yeni şəxs gəldikdə, onun üst-başı yoxlanıldığı və yeni paltar verildiyi üçün Zərərçəkmiş şəxs üst başının yoxlanılmasını və soyunmasını xahiş etmişlər. Zərərçəkmiş şəxs isə öz bacısı və anasının ünvanına nalayiq ifadələr səsləndirməyə başlamaqla onların onu müalicə müəssisəsinə gətizdirdiklərini demişdir. Yoxladıqda Zərərçəkmiş şəxs üzərində bıçaq aşkar etmişlər. Zərərçəkmiş şəxs paltarını soyundurduqda isə onun aqresiyası artmağa başlamışdır. Onu sakitləşdirmək üçün Şahid1 və Şahid2 onunla birlikdə çölə çıxmalarını demişdir. Zərərçəkmiş şəxs hava alaraq sakitləşməsini istəmişdir. Onlar çölə çıxdıqdan təxminən 15- 20 dəqiqə sonra çağırıldığını eşitmişdir. Hovuz olan otağa daxil olduqda Zərərçəkmiş şəxs uzanıqlı vəziyyətdə olmasını, Şahid1 isə ona süni nəfəs verməyə çalışdığını görmüşdür. Zərərçəkmiş şəxs qıcolma yarandığını düşünərək mətbəxdən qaşıq götürərək, onun dilini saxlamaq istəmişdir. Bundan sonra, qonşudan naşatır spirti alıb gətirmiş və Zərərçəkmiş şəxs iylətmiş, sonra isə onu hamam otağına aparıb isti su ilə yumuşlar. Lakin bu tədbirlərin heç biri nəticə verməmişdir. Sonra Zərərçəkmiş şəxs maşına qoymaqla dərhal Şahid1, Şahid2 və Təqsirləndirilən şəxs2lə xəstəxanaya aparmışlar. Əvvəlcə onu Saray qəsəbəsində yerləşən bir xəstəxanaya aparmışlar, lakin orada xəstəxana işləmədiyindən Xırdalan şəhəri ərazisində yerləşən Abşeron rayon Mərkəzi Xəstəxanasına aparmışlar və xəstəxanada Romanın öldüyünü demişlər. Daha sonra, verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs1 göstərdi ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi Şahid4 olmuşdur. Müəssisə “12 addım” proqramı əsasında fəaliyyət göstərmişdir. Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 isə müəssisədə könüllü olaraq fəaliyyət göstərmişlər. Zərərçəkmiş şəxs müalicəsi üçün ailəsi ilə 1500 manata razılaşmışlar. Psixoloji söhbət üçün isə əlavə olaraq 600 manat ödəməli olmuşlar. Müalicə metodikası barədə isə Təqsirləndirilən şəxs1 gösətrmişdir ki, müalicə etdikləri şəxsdə narkotik vasitələrdən fiziki asılılıq sindromunun tərkib hissəsi olan şiddətli bədən ağrıları yarandıqda onu Bakı şəhəri, Sabunçu Rayonu, Maştağa qəsəbəsində yerləşən Respublika Narkoloji Mərkəzinə göndərməli olmuşlar. Bundan başqa, Təqsirləndirilən şəxs1 göstərmişdir ki, Zərərçəkmiş şəxs avtomobil ilə müəssisəyə gətirilməsində Təqsirləndirilən şəxs3 xüsusi bir rolu olmamışdır. Belə ki, Təqsirləndirilən şəxs3 olmasaydı da, Zərərçəkmiş şəxs müəssisəyə gətirəcəkdirlər. Həmçinin Təqsirləndirilən şəxs1 göstərdiklərinə əsasən ilkin olaraq Zərərçəkmiş şəxs bacısı Albina və anası Sədaqət müəssisəyə gəlib baxış keçirmişlər və bəyəndikləri üçün növbəti gün qiymətlə bağlı razılaşmaq üçün gələcəklərini demişlər. Bundan başqa, Təqsirləndirilən şəxs1 sözlərinə görə Zərərçəkmiş şəxs ilə fərdi söhbət aparılmadığından hər hansı bir müqavilə bağlanılmamışdır. Həmçinin Təqsirləndirilən şəxs1 qeyd etmişdir ki, hərbi və idman müəllimi ixtisası üzrə təhsil aldığından, narkomaniyadan müalicə ilə bağlı təhsili olmamışdır. "xxxx" reabilitasiya mərkəzində psixoloji dərmansız dəstək olduğundan, bu mərkəzin fəaliyyət göstərməsi üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən lisenziya verilməsinə ehtiyac olmamışdır. "xxxx" MMC-nin təsisçisi Şahid4 olmuşdur. Cəmiyyətinin nizamnaməsi olmuş, 2 işçisi olmaqla vergi ödəyicisi kimi qeydə alınmışdır. Bundan əlavə, ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunduqdan sonra Təqsirləndirilən şəxs1 verilən suallara cavab olaraq göstərmişdir ki, Zərərçəkmiş şəxs müəssisəyə gətirildikdən sonra “məni buraxın” və s. məzmunda etirazlar etməmişdir. O, sadəcə ailəsindən gileylənmişdir. Həmin vaxt müalicə mərkəzində 16-17 nəfər müalicə alan şəxs olmuşdur. Hadisə baş verən zaman mərkəzdə müalicə alan şəxslər “günün yekunu” deyilən dərsdə olmuşlar. Zərərçəkmiş şəxs ölümünü bədbəxt hadisə kimi qiymətləndirə bilər. Bununla belə o, Romanın boyunun hündürlüyündən daha dayaz səviyyədə olan suda boğulmasının onun artıq dozada narkotik vasitə qəbul etdiyi üçün asfiksiya yaranması ilə də izah etmnişdir. Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi və məhkəmədə elan olunaraq tədqiq edildiyi ifadəsinə əsasən o, özünü elan olunmuş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərmişdir ki, mərhum Zərərçəkmiş şəxs ölümündən təxminən 2-3 həftə qabaq iş yoldaşı olan könüllü Təqsirləndirilən şəxs2 ona narkotik vasitələrdən asılı olan 1 şəxsin valideyninin zəng etməsini, həmin şəxsin oğlunun həm narkotik istifadəçisi olduğunu, həm də satışı ilə məşğul olduğunu söylədiyini bildirmişdir. O, həmin zamana kimi Zərərçəkmiş şəxs və ailə üzvlərini tanımamış və görməmişdir. Zərərçəkmiş şəxs ailə üzvləri o işdə olmayanda mərkəzə gəlmiş, oranın şəraiti ilə tanış olmuş və bəyəndikləri üçün Zərərçəkmiş şəxs müalicəsi məqsədilə sonuncunu onların mərkəzinə yerləşdirmək istədiklərini demişlər. Romanın ailəsi ilə Mərkəzin könüllüsü Təqsirləndirilən şəxs2 ayı 1500 AZN pul müqabilində müalicə olunması üçün danışıq aparmış, mərhumun ailəsi də razılaşaraq tam kursu, yəni 6 aylıq paketi seçmişlər. Lakin Zərərçəkmiş şəxs ailəsindən beh kimi pul götürülməmiş və müqavilə bağlanmamışdır. Bundan sonra Zərərçəkmiş şəxs anası oğlunun narkotik vasitələrdən istifadə edərək öləcəyini və yaxud satışı ilə məşğul olduğuna görə polis tərəfindən tutulacağından qorxduğunu söyləmiş və israrla reabilitasiya mərkəzinə Romanı gətirmələrini xahiş etmişdir. Anası Zərərçəkmiş şəxs öz ailəsi ilə bir evdə qalmadığını və hazırda qaçıb gizləndiyini əlavə olaraq bildirmişdir. Mərhumun ailəsi Romanın yerini tapan kimi onlara xəbər edəcək, onlar da həmin ünvana gedəcək, Roma ilə danışıq apararaq sonuncunu reabilitasiya xidmətinə cəlb etməyə çalışacaqmış. 30 yanvar 2023-cü il tarixdə Zərərçəkmiş şəxs bacısı X12 Bakı şəhəri, “İçərişəhər” metrosunun yaxınlığında kirayədə qaldığı evin ünvanını videogörüntü vasitəsi ilə Turxana göndərmişdir. O, Turxan və digər könüllü Elman həmin gün gecə saat 12 radələrində Albinanın qeyd etdiyi ünvana getmişlər. Gecə getmələrinin məqsədi o imiş ki, Romanın ailə üzvləri onlara Romanın gündüz vaxtı adətən yatdığını, gecələri çölə çıxdığını bildirmişdir. Onlar 31 yanvar 2023-cü il gecə təxminən 4 radələrinə qədər orada olmuş, lakin Roma evdən bayıra çıxmamış, belə də olduqda onlar oranı tərk etmişlər. 31 yanvar 2023-cü il tarixdə axşam radələrində Albina Turxana zəng edərək qardaşı Romanın ailəsi ilə əlaqə saxladığını, bir müddət sonra qardaşının Roma ilə görüşəcəyini bildirmiş və elə həmin vaxt onların Romanı reabilitasiya mərkəzinə aparmalarını xahiş etmişdir. Həmin gün təxminən saat 20 radələrində o, könüllü Elman və Turxanla birlikdə sonuncuya məxsus “Chevrolet Malibu” markalı avtomobillə Romanın faktiki qaldığı evinin qarşısına gəlmiş, təxminən 30-40 dəqiqə müddətində ünvanın yaxınlığında gözləmişlər. O, evin yaxınlığında, Elman isə küçənin baş tərəfində dayanmış, Turxan isə maşından düşməmişdir. Romanın anası və bacısının planlaşdırdığı görüş küçənin baş tərəfində pilləkanların yanında olmalı imiş. Təxminən saat 21 radələrində, yəni axşam 10-a işləmiş, Roma həyətdən küçəyə çıxmışdır. Roma, saqqallı və hündürboy imiş və sonuncunu Albinanın onlara göndərdiyi şəkilə görə tanıya bilmişdir. Romaya tərəf yaxınlaşmış və sonuncudan avtomobilə əyləşməsini xahiş etmişdir. Bu vaxt Roma “Siz kimsiz?” deyə sual vermiş, onlar isə “Zəhmət olmasa, otur maşına, biz sənə hər şeyi izah edəcəyik” deyə cavab vermişlər. Roma heç nə demədən avtomobilə tərəf gəlmiş, lakin avtomobilə əyləşmədən anidən əlində olan mobil telefonu avtomobilin üst hissəsinə bir neçə dəfə vurmuş və daha sonra telefonu yerə ataraq ayağı ilə taptalamağa başlamışdır. Telefon avtomobilin qabağına düşmüş, Turxan da telefonu götürüb maşına atmış, lakin telefon artıq sınıq vəziyyətdə olmuşdur. Roma heç bir məcburiyyət və təzyiq olmadan könüllü olaraq Turxanın avtomobilinə əyləşmişdir. Roma yolda onların kim olduqlarını soruşmuş, onlar isə “Getdiyimiz yerdə sənə deyəcəyik, narahat olma, bizdən sənə zərər gəlməz” demişlər. Roma həmin zaman yorğun, meyxoş və gərgin görünmüş, sifətindən tər axmış və narkotik vasitənin təsiri altında olduğu hiss olunmuşdur. Sonra onlar Romadan narkotik vasitə istifadəsi və satışı ilə məşğul olub-olmadığını soruşmuşlar. Roma ilk öncə bunu inkar etsə də, təkrar suallardan sonra həm istifadəçi, həm satışla məşğul olduğunu etiraf etmişdir. Roma onlara “Qardaşıma yığım, sizə 10.000-15.000 AZN pul gətirsin, məsələ həll olunsun” söyləmişdir. Onlar Romaya konkret heç nə demədən səbirli olmasını və ünvana çatdıqda özü ilə ətraflı söhbət edəcəklərini söyləmişlər. Sonradan başa düşmüşdür ki, onlar Romaya yaxınlaşanda sonuncu onların polis əməkdaşı olduğunu düşünmüş, əlindəki telefonda narkotik vasitə istifadəsi və ya satışı ilə bağlı məlumatlar ola biləcəyini və bunun polis əməkdaşlarının əlinə keçəcəyini zənn etmiş, bundan yaxa qurtarmaq üçün telefonu sındırmışdır. Ümumiyyətlə, Roma avtomobildə olarkən onlara müqavimət göstərməmiş, qaçmağa cəhd etməmiş, yaxud sərbəst buraxılmasını tələb etməmişdir. Təxminən saat 22 radələrində onlar Novxanı kəndində yerləşən reabilitasiya mərkəzinə çatmışlar. Darvazadan içəri daxil olduqda mərhum Roma sakit imiş, fərdi yaşayış evinin giriş qapısına yaxınlaşdıqda o, Romaya buranın reabilitasiya mərkəzi olduğunu, burada narkotik asılılığından əziyyət çəkən şəxslərin müalicə olunduğunu bildirmişdir. Roma bunu eşidən kimi rus dilində söyüşlər söyərək deyinməyə başlamışdır. Könüllü Elman bundan sonra şəxsi işinin olduğunu bildirib çıxıb getmişdir. Mərkəzin könüllüləri Samir və Asif adlı şəxslər yanlarına gəlmiş və onlar bir yerdə evin 1-ci mərtəbəsində yerləşən konsultant otağına daxil olmuşlar. Otağa girəndən bir neçə saniyə sonra Turxan otağı tərk etmiş və xəstələr üçün günün yekun dərsinin keçirildiyi mərtəbəyə qalxmışdır. Otaqda o, Asif, Samir və Roma qalmışdır. Otaqda olarkən o, Romaya mərkəzin fəaliyyəti haqqında danışmış, burada narkotik asılılığından əziyyət çəkən şəxslərin müalicə olunduğunu, onun və digər işçilərin də əvvəllər bu xəstəlikdən əziyyət çəkdiyini, sonra müalicə olunduqlarını, Romanın da narkotik asılılığından əziyyət çəkdiyi üçün bacısı və anasının istəyi və çoxsaylı xahişi ilə burda olduğunu başa salmışdır. Roma gah ünvansız olaraq “blət, suka” kimi sözlər işlətmiş, gah da onu bu müalicə etdirmək istədiyinə görə anasının və bacısının ünvanına rusca nalayiq ifadələr söyləmişdir. O, Roma ilə müalicə haqqında fərdi söhbət apararkən anidən sonuncu belinə əl atmış, bıçaq çıxarmaq istədikdə dərhal Samir Romanın əlində olan bıçağı almışdır. Daha sonra o, Romanın üzərində narkotik vasitə, kəsici-deşici alət və digər qanunsuz əşyaların olubolmamasını yoxlamaq məqsədi ilə sonuncuya əynində olan qara rəngli palto, boz rəngli mayka və cins şalvarını çıxarmasını bildirmişdir. Ümumiyyətlə, mərkəz direktoru, işçiləri və ya könüllülərin müqavilə bağlamadan ailə üzvlərinin sifarişi əsasında narkotik asılılığından asılı olan şəxsi reabilitasiya mərkəzinə cəlb etmək, eyni zamanda xəstənin geyimlərinə baxış keçirmək səlahiyyəti olmamış, yəni belə səlahiyyət mərkəzin əsasnaməsi və müqavilələrdə qeyd edilməmişdir. Sadəcə olaraq bu proseduru o, müalicə üçün gələn digər xəstələrə də etmiş, çünki belə xəstələr narkotik vasitənin təsirində olmuş, çox vaxt özündə olmamış, belə vəziyyətdə həm özünə, həm də başqalarına zərər yetirə bilmiş, üzərlərində kəsici-deşici alət, narkotik vasitə və s. ola bilərmiş. Adətən yeni gələn xəstələr paltarları soyunduqdan sonra paltarlarına o, baxış keçirmiş, qanunsuz əşyaları götürmüş, sonra təzə paltarlarla təmin etmişdir. Roma müqavimət göstərmədən paltarlarını soyunmuş, yalnız əynində tuman qalmışdır. O, sonra mərhumun paltarlarına ətraflı baxış keçirmiş, bu zaman şalvarının arxa cibindən ülgücə oxşayan 1 ədəd kəsici-deşici predmet və 1 ədəd qadın saçı olan qab aşkar edilmişdir. Roma bundan əsəbləşərək yüksək səslə rusca söyüşlər demiş, o isə Romaya sakit olmağını və burada söyüş söyməməyini bildirmişdir. Lakin Roma buna fikir verməmiş və öz hərəkətlərini təkrarlamışdır. Yuxarı mərtəbədə günün yekunu kimi təlim dərsləri getdiyinə görə xəstələrə psixoloji cəhətdən mənfi təsir edəcəyini düşünüb Asif və Samirə “Romanı çölə çıxarın, hovuz tərəfə aparın, özünə gəlsin” demişdir. Asif və Samir də Roma ilə birgə otaqdan çıxıb hovuzun yerləşdiyi yerə getmiş, o isə həmin şəxslərlə birgə getməmiş və öz otağında qalmışdır. Roma “konsultant otağı”nda olarkən onlara müqavimət göstərməmiş, qaçmağa cəhd etməmiş, yaxud sərbəst buraxılmasını tələb etməmişdir. Ümumiyyətlə, Romanın mərkəzdə olarkən hər hansı şəxs tərəfindən döyülməsi, amansız rəftar, şərəf və ləyaqətinin mütəmadi olaraq alçaldılması, yaxud mərhumun digər qanunsuz və əxlaqsız hərəkətlərə məruz qalması halı baş verməmişdir. Asif, Samir və Roma otaqdan çıxdıqdan təxminən 5-10 dəqiqə sonra o, oradan Asifin yüksək səslə qışqırmağını eşitmişdir. Dərhal hovuzun olduğu yerə gəldikdə Romanın hovuzun kənarında yerdə uzandığını, Asifin ona süni nəfəs verdiyini, Samirin isə onun ayaqlarını masaj etdiyini görmüşdür. Həmin zaman Romanın çənəsi sıx bağlı imiş və ağzından ağımtıl rəngli köpük gəlirmiş. Asifdən nə baş verdiyini soruşduqda sonuncu “Roma ilə hovuzun yanında profilaktik söhbət aparanda o, özünü birdən hovuza atdı, əvvəlcə biz düşündük ki, o sudan çıxacaq, çünki boyu hündürdü, lakin sonra gördük ki, çabalayır, əvvəlcə mən əynimi soyunub hovuza girdim ki, belindən tutub çölə çıxarım, lakin onu çölə çıxarmaq çətin idi, cəhd edirdim, lakin alınmırdı, sonra Samirlə birgə güclə onu hovuzun çölünə çıxardıq” demişdir. Onlar bundan sonra Romanı qaldırıb hamam otağına gətirmiş, orada döşəmə üzərinə uzadıb isti su tökmüşlər. O, sonra bağın mühafizəçisindən naşatır spirti alıb Romanın burnuna sürtmüş, lakin heç bir reaksiya olmamışdır. Belə də olduqda onlar Romanı xəstəxanaya aparmaq qərarına gəlmişlər. Onlar Turxanı çağırmış, sonuncu dərs keçirilən otaqdan aşağı düşmüş, avtomobilini işə salmış və avtomobilə Romanı yerləşdirmişlər. Asif arxada oturmuş, o isə qarşıda sərnişin oturacağında imiş. Ərazini yaxşı tanımadıqları üçün ilk öncə naviqasiya proqramında evə ən yaxın xəstəxananın Saray qəsəbəsində yerləşdiyini görmüş və oraya yollanmışdır. Lakin həmin xəstəxananın işləmədiyini öyrənib dərhal Xırdalanda yerləşən Abşeron RMX-na gəlmişlər. Həmin gün saat təxminən 23:30-da Abşeron RMX-na çatmış, onlar xəstəxanaya daxil olaraq Romanı həkimlərə təhvil vermiş, elə bir neçə dəqiqə sonra həkimlər şəxsin artıq vəfat etdiyini söyləmişdir. Həkimlər onların şəxsi məlumatlarını qeyd etmək istədikdə o və yanındakı şəxslər qorxularından xəstəxananı tərk etmişlər. Evə çatdıqda bacısından xahiş etmişdir ki, mərhumun bacısı Albinaya zəng edərək hadisə barəsində məlumat versin. Daha sonra polis əməkdaşları onun atasına zəng etmiş və o, xəstəxanaya geri gəlmişdir. Polis və prokurorluq əməkdaşları da hadisə yerinə gəlmiş və o, hadisəni danışıb Romanın üzərindən çıxan əşyaları və paltarları istintaqa təqdim etmişdir. Romanın ölümü ilə bağlı qeyd etmişdir ki, mərhumun konkret olaraq nə məqsədlə özünü hovuza atdığını bilməmiş, bəlkə Roma narkotik vasitənin təsiri altında olduğu üçün, bəlkə də onları və ailə üzvlərini qorxutmaq üçün belə addım atmışdır. Onlar Roma və ailəsi ilə xidmət müqaviləsi bağlamamış və xidmət haqqı almamışlar. Bunu hadisənin səhəri günü etmək istəmiş, lakin hadisə anidən baş verdiyindən buna macal tapmamışlar. (Cild 3, iş vərəqləri 80-85) Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs əvvəlcədən tanımamış, onu öz valideyni və bacısının müraciəti əsasında tanımışdır. Belə ki, könüllük əsasında işlədiyi "xxxx" reabilitasiya mərkəzində növbətçi olmuşdur. Mərkəzin qaynar xəttinə zəng gəldikdə telefona cavab vermişdir. Zəng edən Albina Fataxova olmuş və o, qardaşının narkomaniya xəstəliyindən əziyyət çəkməsini və müalicəyə ehtiyyacının olmasını demişdir. Danışıqdan 1-2 gün sonra Zərərçəkmiş şəxs bacısı və anası Abşeron rayonu, Novxanı kəndində yerləşən "xxxx" reabilitasiya mərkəzinə gəlmişlər və Zərərçəkmiş şəxs narkomaniya xəstəliyindən əziyyət çəkməsini demişlər. Onlara reabilitasiya mərkəzində reabilitasiya prosesi barədə məlumat verdikdən sonra onlar Zərərçəkmiş şəxs könüllü olaraq mərkəzə gəlmək istəmədiyini bildirmişlər. Bir neçə gün sonra X15 Fataxovun evə gəlmədiyini, lakin onun hazırda yaşadığı ünvanı öyrənib ona deyəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs1 ilə birlikdə olarkən Albina ünvanı demişdir. Sonra Təqsirləndirilən şəxs3 də zəng etmiş və onun da Novxanıya aparılmasını xahiş etmişdir. Sonra Elman və Şamil ilə görüşüb birlikdə kafedə əyləşib çay içmişlər. Bu zaman Albina Fataxova ona zəng edərək qardaşı Romanın başqa bir bəhanə ilə digər qardaşı tərəfindən çölə çıxaracağını demişdir. Bakı şəhəri, “İçərişəhər” ərazisində avtomobildə Zərərçəkmiş şəxs gözləmişlər və o, gəldikdə Təqsirləndirilən şəxs1 avtomobildən enərək onunla bir qədər söhbət etmişdir. Bundan sonra Roma mobil telefonunun avtomobilə əyləşməzdən öncə çırparaq sındırmışdır. Narkotik vasitələrin istifadəsi ilə məşğul olan şəxslər polis əməkdaşlarından qorxduqlarından Roma da telefonunu sındırmışdır ki, narkotiklərlə bağlı məlumatlar başqa şəxslərin əlinə keçməsin. Mobil telefonu çırpdıqdan sonra Zərərçəkmiş şəxs öz razılığı ilə avtomobilə əyləşmiş və birlikdə Abşeron rayonu, Novxanı kəndində yerləşən "xxxx" reabilitasiya mərkəzinə gəlmişlər. Yolda olarkən reabilitasiya mərkəzinin işçiləri olduqlarını o, anlamamış, polis əməkdaşları olduqlarını düşündüyündən hətta buraxılmağı üçün pul da təklif etmişdir. Mərkəzə çatdıqda Təqsirləndirilən şəxs3 oradan uzaqlaşmışdır. Daha sonra, Zərərçəkmiş şəxs mərkəzin inzibati binasının içərisinə dəvət etmişlər və onun 2 saniyəlik videogörüntüsünü qeydə alaraq Albinaya ailə üzvlərinin narahat olmamaları üçün göndərmişdir. Bundan sonra binanın 3-cü mərtəbəyə qalxmış və orada “günün yekunu” deyilən dərsə qoşulmuşdur. Bir qədər sonra çağırıldığını eşidərək dərhal aşağı düşmüşdür. Orada Zərərçəkmiş şəxs uzanıqlı vəziyyətdə olduğunu, Təqsirləndirilən şəxs1 ona naşatır spirti iylətdiyini görmüşdür. Sonra Şamil ona dərhal avtomobilini işə salmağı və Romanın xəstəxanaya aparılmasını demişdir. Xəstəxanada isə Zərərçəkmiş şəxs öldüyünü bilmişlər. Daha sonra verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs2 göstərdi ki, Albina Fataxovanın dediyi ki, 800 manat qarşılığında Zərərçəkmiş şəxs özlərini polis kimi təqdim edilməsi ilə bağlı razılaşmaları olmamışdır, onların məqsədi sadəcə köməklik etmək olmuş, Zərərçəkmiş şəxs bacısı və anası ağlayaraq, yalvarmasaydılar, xahiş etməsəydilər, kömək etməyə də çalışmazdır. Onlar tərəfindən Zərərçəkmiş şəxs hər hansı bir şəkildə zor tətbiq edilməmişdir. Romanın hovuza tullanması zamanı orada olmamış, lakin sonradan eşitdiyinə görə həmin vaxt orada Şahid1 və Şahid2 olmuşlar və Zərərçəkmiş şəxs hovuzdan çıxarmışlar. Romanın tullandığı hovuzda özü də əvvəl üzmüşdür. Həmin hovuzun dərinliyi 1,70 metr, Zərərçəkmiş şəxs boyunun hündürlüyü isə təxminən 1,80 metr olmuşdur. Onun nə üçün hovuza tullanması və s. səbəbləri barədə məlumatı olmamışdır. Lakin deyə bilər ki, gələndə Roma narkotik vasitənin təsiri altında olmuşdur. Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi və məhkəmədə elan olunaraq tədqiq edildiyi ifadəsinə əsasən o, elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək Təqsirləndirilən şəxs1 istintaq zamanı verdiyi ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. (Cild 3, iş vərəqləri 184-188) Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, hadisə baş verdiyi gün Abşeron rayonu, Novxanı kəndinə getməli olmuş və avtomobili olmadığı üçün Turxana zəng etmişdir. Təqsirləndirilən şəxs2 onsuzda Abşeron rayonu, Novxanı kəndində yerləşən "xxxx" reabilitasiya mərkəzinə gedəcəyini və onu da apara biləcəyini demişdir. Turxanla görüşdükdə onunla Təqsirləndirilən şəxs1 də olmuşdur. Birlikdə kafedə oturb çay işdikdə Turxana zəng gəlmiş və o, kiminləsə danışaraq Bakı şəhəri, İçərişəhər ərazisindən bir nəfəri götürməli olduqlarını demişdir. Həmin yerə getdikdə Təqsirləndirilən şəxs1 avtomobildən düşüb bir nəfərlə danışmışdır. Həmin şəxsin sonradan Zərərçəkmiş şəxs olduğunu öyrənmişdir. Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxsla bir qədər söhbət etdikdən sonra onlar Təqsirləndirilən şəxs2 idarə etdiyi avtomobilə əyləşmişlər və birlikdə Abşeron rayonu, Novxanı kəndində yerləşən "xxxx" reabilitasiya mərkəzinə getmişlər. Zərərçəkmiş şəxs avtomobilin arxa hissəsinə onun yanında oturmuşdur. Təqsirləndirilən şəxs2 avtomobili idarə etmiş, Təqsirləndirilən şəxs1 isə avtomobilin öndə əyləşmişdir. Yolda gələrkən Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs1 ilə rus dilində danışmışlar, Romanın səs tonunda hər hansı etiraz reaksiyası olmamışdır. Zərərçəkmiş şəxs avtomobilə əyləşməzdən əvvəl mobil telefonunu avtomobilin üzərinə çırparaq sındırmışdır. Lakin, avtomobilə əyləşdikdən sonra onun hərəkətlərində və danışığında aqressiya hiss etməmişdir. Romanın onların polis əməkdaşı olmasını düşünməsini bilməmişdir. Reabilitasiya mərkəzinin qarşısına çatdıqda, o, avtomobildən düşüb getmiş, çünki Abşeron rayonu, Novxanı kəndi ərazisində başqa işi olmuşdur. O, heç reabilitasiya mərkəzinə daxil olmamışdır. Daha sonra verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs3 göstərdi ki, hadisə baş verdiyi ərəfələrdə o, "xxxx" reabilitasiya mərkəzində könüllü kimi fəaliyyət göstərmiş, lakin mərkəzin Mərdəkan qəsəbəsində yerləşən filialında könüllü olaraq işləmişdir. Təqsirləndirilən şəxs2 də həmin mərkəzdə könüllü kimi işləmiş, direktor isə Təqsirləndirilən şəxs1 olmuşdur. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə birlikdə kafedə əyləşib çay içərkən, aralarında yaxud Təqsirləndirilən şəxs2 ilə Təqsirləndirilən şəxs1 arasında özlərini Zərərçəkmiş şəxs polis əməkdaşı kimi təqdim etmə barədə hər hansı söhbət olmamışdır. Ümumiyyətlə, kafedə əyləşib çay içən zaman Təqsirləndirilən şəxs2 mobil telefonuna zəng gələnədək, kimisə götürmək və s. barədə heç bir söhbət olmamışdır. Təqsirləndirilən şəxs3 ibtidai istintaq zamanı verdiyi və məhkəmədə elan olunaraq tədqiq edildiyi ifadəsinə əsasən o, elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 istintaq zamanı verdikləri ifadələrinə oxşar məzmunlu ifadə vermişdir. (Cild 3, iş vərəqləri 176-179) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmədə dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X7 ifadəsində göstərdi ki, qardaşı Zərərçəkmiş şəxs narkotik vasitə qəbul etdiyini öyrənib onu bu əməlindən çəkindirmək istəmişlər. Anası Şahid3 "xxxx" reabilitasiya mərkəzinin reklamlarını görmüş və həmin mərkəzin əlaqə nömrələrini götürmüşdür. Bir gün həmin əlaqə nömrələrinə zəng etdikdə adını sonradan öyrəndiyi Təqsirləndirilən şəxs2 ilə danışmışdır. Təqsirləndirilən şəxs2 qardaşının vəziyyəti barədə dedikdə, sonuncu ona "xxxx" reabilitasiya mərkəzinə yaxınlaşmağını demişdir. Bu zaman Təqsirləndirilən şəxs2 özünü həmin mərkəzdə könüllü olaraq işləyən şəxs kimi deyil, mərkəzin rəsmi işçisi kimi təqdim etmişdir. Anası ilə birlikdə "xxxx" reabilitasiya mərkəzinə getdikdə orada Təqsirləndirilən şəxs2lə görüşmüşlər. Təqsirləndirilən şəxs2 həyata keçiriləcək müalicə üsulu, müddəti və s. barədə soruşmuşlar. Turxan isə “medikamentoz” müalicə üsulundan istifadə ediləcəyini, bu üsulu təyin edəcək həkimlərinin olduğunu, müalicə müddətinin isə ən çoxu 1 həftə davam edəcəyini bildirmişdir. Həmçinin, müalicə zamanı “tramadol” tipli dərmanlardan istifadə olunacağını demişdir. Müalicənin qiyməti barədə isə aylıq 1.500 manat ödəniş olacağı ilə razılaşmışlar. Hətta qardaşının müalicə almaq istəmədiyini də bildirmişdir. Buna görə Təqsirləndirilən şəxs2 "xxxx" reabilitasiya mərkəzinin işçilərinin özlərini polis kimi təqdim edərək qardaşı Zərərçəkmiş şəxs yaxınlaşacaqlarını, onu saxladıqdan sonra "xxxx" reabilitasiya mərkəzinə gətirəcəklərini və bu effektiv üsuldan teztez istifadə etdiklərini demişdir. Qardaşım Zərərçəkmiş şəxs bu cur üsulla "xxxx" reabilitasiya mərkəzinə gətirilməsi üçün Təqsirləndirilən şəxs2 ondan əlavə olaraq 800 manat məbləğində pul istəmiş və qardaşı Romanın müalicəsinə görə bu məbləğ ilə razılaşmışdır. Sonra Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs tutduqları və onu "xxxx" reabilitasiya mərkəzinə apardıqlarını demiş, hətta bununla bağlı qısa video da göndərmişdir. Daha sonra Təqsirləndirilən şəxs2 onas zəng edərək, qardaşı Zərərçəkmiş şəxs epilepsiya xəstəliyinin olub-olmaması barədə soruşmuş və ona belə bir xəstəliyinin olmadığını demişdir. 31 yanvar 2023-cü il tarixdə Təqsirləndirilən şəxs2 zəng etdikdə o, zəngə cavab vermiyərək, telefonu söndürmüşdür. Sonra isə özünü Təqsirləndirilən şəxs1 bacısı kimi təqdim edən Səbinə adlı qadın ona zəng edərək qardaşı Zərərçəkmiş şəxs öldüyünü demişdir. Bundan başqa, Albina Fataxova ifadəsində göstərmişdir ki, "xxxx" reabilitasiya mərkəzi ilə onların arasında hər hansı bir müqavilə bağlanmamışdır. Onlarla birlikdə yaşamayan qardaşı Zərərçəkmiş şəxs yaşadığı evin ünvanını Təqsirləndirilən şəxs2 özü bildirmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 şikayətçidir, çünki onlar qardaşının müalicəsi ilə bağlı onu aldatmışlar, onun ölümünə səbəb olmuşlar, Təqsirləndirilən şəxs3 isə şikayətçi deyil, onu həmin işlə bağlı tanımamış, Təqsirləndirilən şəxs3 ona və qanun ailəsinə qarşı qanunsuz hərəkət etməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 övladı Albina Fataxova ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, "xxxx" reabilitasiya mərkəzində müalicə olunmuş və əvvəllər narkotik vasitə istifadəçisi olmuşdur. Müalicə kursunu bitirdikdən sonra isə 3 ay olardı ki, həmin mərkəzdə könüllü olaraq fəaliyyət göstərmişdir. Mərkəzin direktoru Təqsirləndirilən şəxs1 olmuşdur. 31 yanvar 2023-cü il tarixdə Zərərçəkmiş şəxs mərkəzə gətirmişdilər. Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxsla həvəsləndirmə məqsədil danışmışdır. Zərərçəkmiş şəxs isə rus dilində nalayiq ifadələr səsləndirmişdir. Daha sonra, Zərərçəkmiş şəxs cibindən bıçaq və ülgüc çıxarmışdır. Ümumiyyətlə, mərkəzə yeni xəstə gəldikdə onun üzərində narkotik vasitə və s. olması ehtimalını nəzərə alaraq əynindəki paltarların əvəzinə yeni paltarlar verilmişdir. Zərərçəkmiş şəxs əsəbi olmuş və qışqırmışdır. 3-cü mərtəbədə isə dərs keçirilmişdir. Roma narkotik təsiri altında olduğundan havası çatmadığını bildirmişdir. Bu səbəbdən Təqsirləndirilən şəxs1 onlara Romanı çölə çıxarmağı demişdir. Roma, Şahid2 və o, hovuz olan əraziyə çıxmışlar. Orada Zərərçəkmiş şəxsla həvəsləndirici söhbətlər edən zaman o, yenidən qışqırmağa və nalayiq ifadələr səsləndirməyə başlamışdır. Qəflətən Roma özünü hovuza atmışdır. Şahid2la nə baş verdiyini anlamamış və Samir ona suya girməyi demişdir. 10-15 saniyə keşməmiş paltarını çıxarıb suya girərək Romanı çıxarmaq istədikdə Roma əli ilə onu itələmişdir. Yenidən Zərərçəkmiş şəxs tutub hovuzun kənarına doğru gətirdikdə o, soyuqdan əsməyə başlamışdır. Daha sonra hovuzun kənarından Şahid2 Zərərçəkmiş şəxs dartıb yuxarı qaldırmışdır. Zərərçəkmiş şəxs qıcolma baş vermişdir. Hovuzun kənarında Zərərçəkmiş şəxs süni nəfəs vermiş, sonra isə onu içəri gətirmişlər. Təqsirləndirilən şəxs1 ona naşatır spirti iylətmiş, lakin, Zərərçəkmiş şəxs yenə də ayılmamışdır. Buna görə onu avtomobil ilə xəstəxanaya aparmışlar, xəsatəxanada isə onun öldüyünü demişlər. Bundan başqa, verilən suallara cavab olaraq Şahid1 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs "xxxx" reabilitasiya mərkəzinə Təqsirləndirilən şəxs2 avtomobili ilə gəlmişdir. Romanı mərkəzin giriş qapısında görmüşdür. Onun yanında Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 olmuşdur. Təqsirləndirilən şəxs3 isə görməmişdir. Elmanın Zərərçəkmiş şəxs gətirib qoyduqdan sonra getdiyini sonradan bilmişdir. Romanın üzərinə Təqsirləndirilən şəxs1 tərəfindən baxış keçirilmişdir. Zərərçəkmiş şəxs aqressiv olsa da, paltarlarını könüllü olaraq soyunmuş, ona qarşı heç bir təzyiq olmamışdır. Roma paltarını soyunduqdan sonra reabilitasiya üçün gəldiyini anlamış, onun üçün verilən yeni paltarları geyinmək istəməmiş, əsəbləşərək, qışqırmağa və nalayiq ifadələr səsləndirməyə başlamışr. Bundan sonra onu hovuz olan otağına çıxarmışlar və orada Roma tumanda olmuşdur. Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxsla nə danışdığını bilməmiş, onlar rus dilində danışmışlar. Zərərçəkmiş şəxs qarşı hər hansı bir zor tətbiq edilməmiş, onda xəsarət olmasını görməmişdir. dir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 Şahid1la oxşar məzmunlu ifadə verməklə onun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmədə şahid qismində Şahid4 ifadəsində göstərdi ki, "xxxx" reabilitasiya mərkəzi 2023-cü il tarixdə təsis edilmişdir. "xxxx" reabilitasiya mərkəzinin təsisçi özü, direktoru isə Təqsirləndirilən şəxs1 olmuşdur. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 isə "xxxx" reabilitasiya mərkəzində könüllü olaraq fəaliyyət göstərmişlər. "xxxx" reabilitasiya mərkəzində dərmansız olaraq psixoloji dəstək göstərilmiş, qəbul edilmiş Əsasnaməyə uyğun olaraq işlər görülmüşdür. "xxxx" reabilitasiya mərkəzində narkotik vasitə aludəçiləri ilə danışıqlar aparılaraq onların reabilitasiyası həyata keçirilmişdir. Reabilitasiya mərkəzində psixoloqlar, mütəxəssislər fəaliyyət göstərmişdir. Daha sonra o, göstərdi ki, reabilitasiya mərkəzinə xəstələr könüllülük əsasında qəbul olunmuşlar. Xəstə razılıq verdiyi halda onun reabilitasiyaya qəbuluna dair müqavilə bağlanılır, razılıq olmadıqda isə müqavilə bağlanılmır. Müalicə olunan şəxslər tabesizlik etdiyi, yəni müalicə olunmaq istəmədiyi halda dərhal reabilitasiya mərkəzindən buraxılmalıdırlar. Ümumiyyətlə, "xxxx" reabilitasiya mərkəzinə müalicə olunmaq üçün qəbul edilən şəxsin müalicəyə qəbul edilməsi zamanı 2 ədəd yazılı razılaşma nəzərdə tutulmuşdur. Bunlardan biri saziş, digəri isə müqavilə adlanır. Saziş müalicə olunmaq üçün qəbul edilən şəxs ilə, müqavilə isə müalicə olunmaq üçün qəbul edilən şəxsin ailəsi ilə "xxxx" reabilitasiya mərkəzi arasında bağlanılır. Əvvəlcə, müalicəyə qəbul olunan şəxs ilə saziş bağlanılır, daha sonra onun ailəsi ilə müqavilə bağlanılır. Şəxs müalicə olunmağı qəbul etmədiyi halda onunla saziş bağlanılmırdı. Şəxs müalicə olunmaq üçün mərkəzə qəbul edilməzdən əvvəl onunla konsultasiya aparılır, reabilitasiya mərkəzi ilə tanış edilir. Reabilitasiya mərkəzinin şəraitindən, şərtlərindən və s.-dən razı qaldığı halda onunla saziş bağlanılır, bu zaman valideynlər də iştirak edir. "xxxx" reabilitasiya mərkəzinin hər hansı bir əməkdaşının hər hansı şəxsi aldadaraq mərkəzə gətirmək səlahiyyəti olmamışdır. Reabilitasiya mərkəzinin adından sazişi direktor imzalamalı olmuşdur. Daha sonra verilən suallara cavab olaraq Şahid4 göstərdi ki, hadisə baş verməzdən 2 həftə əvvəl bir nəfər şəxsin valideynləri onun reabilitasiya olunması üçün "xxxx" reabilitasiya mərkəzinə qəbul edilməsinə dair müraciət etmişlər. "xxxx" reabilitasiya mərkəzinin əməkdaşları onunla danışıq aparmağa getmişlər. Daha sonra həmin şəxs "xxxx" reabilitasiya mərkəzinə gəlmişdir. Mərkəzə gəldikdən sonra həmin şəxsdə “aqressiv simptomlar” müşahidə olunmuş və o, özünü hovuza atmışdır. “Aqressiv simptom” dedikdə, şəxsin sağalmaq istəməməsini, onun fikri alınmadan valideynlərinin onun reabilitasiyası üçün danışıqlar aparmasına göstərdiyi etirazı nəzərdə tutulur. Hər bir halda şəxs reabilitasiya mərkəzində müalicə olunmaq istəmirsə, onun getməyinə icazə verilməlidir. Lakin Zərərçəkmiş şəxs getməyinə icazə verilib-verilmədiyi o, bilmir. Fikirinə görə Zərərçəkmiş şəxs qisas almaq üçün özünü hovuza atmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, o, "xxxx" reabilitasiya mərkəzində könüllü olaraq fəaliyyət göstərmiş, orada müalicə olunan şəxslərlə öz təcrübəsini bölüşmüşdür. Belə ki, özü də əvvəllər narkotik vasitə aludəçisi olmuş və sağalmaq üçün "xxxx" reabilitasiya mərkəzinə müraciət etmişdir. "xxxx" reabilitasiya mərkəzində sağaldıqdan sonra orada qalıb narkotik vasitə aludəçiliyindən əziyyət çəkən şəxslərə kömək etmişdir. "xxxx" reabilitasiya mərkəzində müalicə alan şəxslər gündəlik olaraq yazılar yazır, dərsləri dinləyirdilər. Onların yazılarına nəzarət etmiş, illuziyalardan və s. danışmışdır. "xxxx" reabilitasiya mərkəzində olduğu müddətdə hər hansı bir şəxsin narkotik vasitə istifadə etmədiyi üçün ağrıları yarandığını görməmişdir. Mərkəzdə sadəcə söhbətlər aparılaraq, psixoloji dəstəklə müalicələr olunmuşdur. Reabilitasiya mərkəzində ölüm hadisəsinin baş verdiyi gün o, “günün yekunu” deyilən dərsdə olmuşdur. “Günün yekunu” adlanan dərs bitdikdən sonra isə eşitmişdir ki, bir nəfər şəxs özünü pis hiss etdiyi üçün dərhal xəstəxanaya aparılmışdır. Mərkəzin təsisçisi Şahid4, direktoru isə Təqsirləndirilən şəxs1 olmuşdur. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 reabilitasiya mərkəzində könüllü olaraq fəaliyyət göstərmişlər. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Hadisə yerinə ilkin və əlavə baxış keçirilməsi haqqında protokollardan görünür ki, hadisə yeri ünvan 8 ünvanındakı fərdi yaşayış evi olmuş, evin həyətyani sahəsinə 2 giriş mövcud olmuşdur. 1-ci giriş qəhvəyi rəngli 2 taylı dəmir darvazadan olmuş, avtomobillərin daxil olması üçün nəzərdə tutulmuşdur. 2-ci giriş hissə həmin darvazanın sağında olan qəhvəyi rəngli qapıdan olmuş və insanların girişi üçün nəzərdə tutulmuşdur. Qapıdan içəri daxil olduqda təxminən 25 m qarşıda 3 mərtəbəli fərdi yaşayış evi müşahidə edilmişdir. Girişdən sağ tərəfdə kiçik ev olmuş, 1-ci ev "xxxx" MMC reabilitasiya mərkəzinin fəaliyyət göstərdiyi ev olmuş, orada xəstələr müalicə olunmuş, 2-ci ev isə bağban və ailəsinin qaldığı ev olmuşdur. Həyətin ortası tamet daşları ilə örtülü olmuş, sağ və sol tərəfi isə torpaq örtüklü olmuşdur. Daha sonra 3 mərtəbəli evə tərəf gedilmiş, evin girişi qəhvəyi rəngli qapıdan olmuş, baxış zamanı açıq vəziyyətdə olmuşdur. Evin 1-ci mərtəbəsində solda üzərində “konsultant otağı” adlanan otaq olmuşdur. Müəyyən edilmiş ki, Zərərçəkmiş şəxsla müalicə barədə ilkin profilaktik söhbətlərin aparılması, onun bıçaq çıxarması, paltarlarını soyunması, paltarlarına baxış keçirilməsi məhz bu otaqda olmuşdur. Otaqda məişət əşyaları, oturacaqlar və divarda MMC-yə aid sertifikatlar olmuşdur. Bundan başqa 1-ci mərtəbədə 01 ədəd mətbəx, 01 ədəd sanitar qovşağı və 01 ədəd qonaq otağı yerləşmişdir. Evin 2-ci və 3-cü mərtəbələrində isə müalicə alan xəstələr üçün nəzərdə tutulmuş yataq otaqları, mühazirələrin keçirildiyi otaqlar, qonaq otaqları və sanitar qovşaqları yerləşmişdir. Evin girişindən sağda evə bitişik formada qapalı hovuz olmuş, oraya giriş qəhvəyi rəngli plasmas qapıdan olmuşdur. Hovuzun eni 4 m, uzunluğu 10 m, dərinliyi isə təxminən 170 sm olmuşdur. Hovuzun içərisi su ilə dolu olmuş, hovuzun girişində paltar qurutma vasitələri olmuşdur. Hovuzun girişdən sağ tərəfində isə hovuza düşmək üçün 2 ədəd dəmir predmet yerləşmişdir. Müəyyən edilmiş ki, “konsultant otağı”nda söhbətdən sonra Zərərçəkmiş şəxs, həmçinin mərkəzin könüllüləri Şahid1 və Şahid2 buraya gəlmiş, Roma özünü məhz bu hovuza atmış və ölmüşdür. Hovuzun yerləşdiyi otaqda müşahidə kameraları olmamış, ümumiyyətlə, evin və həyətin hər hansı tərəfində videomüşahidə kameraları quraşdırılmamışdır. Həmçinin baxış zamanı reabilitasiya mərkəzinin fəaliyyət göstərdiyi yerdə hər hansı narkotik vasitə, psixotrop maddə, tibbi preparat və s. aşkar edilməmişdir. Baxış zamanı Zərərçəkmiş şəxs hadisə zamanı üzərində olan paltarlar, 01 ədəd bıçaq, 01 ədəd zədələnmiş mobil telefon, 01 ədəd kəsici predmet və 01 ədəd içərisində saç olan qab götürülmüşdür. (Cild 1, iş vərəqləri 05- 21; Cild 2, iş vərəqləri 198-203) Meyitə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs meyiti üzərində yaş halda qara rəngli kişi alt tumanı olmuşdur. Meyit düzgün bədən quruluşlu, kafi köklükdə olmuş, boyunun uzunluğu 190 sm olmuşdur. Meyit əllə toxunduqda soyumuşdur, dəri örtüyü solğun olmuşdur. Meyitin gövdəsinin arxa və qismən yan səthlərində qırmızımtıl-bənövşəyi rəngli, barmaqla təyziq etdikdə itən, 2-3 dəqiqəyə əvvəlki rənginə bərpa olan meyit ləkələri olmuşdur. Meyit qacıması yoxlanılan bütün əzələ qruplarında yaxşı inkişaf etmişdir. Kəllə sümükləri əllədikdə tam, gözləri qapalı, bəbəklərin diametri 0,5 sm, buynuz qişa tutqun, qüzehli qişa qəhvəyi rəngdə olmuşdur. Arxa keçəcək dəliyi qapalıdır, ətraf dərisi təmiz və zədəsizdir, şüəvari büküşlər hamarlaşmamışdır. Meyitin bədən səthində sol bazu nahiyəsinin yuxarı 1/3-nin bayır səthində 2,5 x 0,2 sm, sağ dirsək oynağının arxa səthində 1,2 x 0,7 sm ölçülərdə ətraf dəri səviyyəsindən aşağıda yerləşən qırmızımtıl rəngli sıyrıqlar aşkar edilmiş, meyitin bədən üzərində digər xəsarət aşkar olunmamışdır. Meyitə baxış zamanı Zərərçəkmiş şəxs üzərindəki tuman götürülmüşdür. (Cild 1, iş vərəqləri 54-59) Zərərçəkmiş şəxsin əşyalarına baxış keçirilməsi haqqında protokoldan görünür ki, baxış keçirilən əşyalar Zərərçəkmiş şəxs hadisə zamanı üzərində olmuş boz qısaqol düyməsiz köynək, qara palto, göy cins şalvar, qara tuman, qara ayaqqabı, qara rəngli saç qabı, bıçaq və dəmir predmet olmuşdur. Palto - qara rənglidir, uzunqoldur, üzərində zədə və zədə izləri, o cümlədən qanabənzər ləkələr aşkar edilməmişdir. Köynək - boz rənglidir, qısaqoldur, düyməsizdir. Köynəyin üzərində zədə və zədə izləri, o cümlədən qanabənzər ləkələr aşkar edilməmişdir. Şalvar - göy rənglidir, cins materialdandır, üzərində zədə və zədə izləri, o cümlədən qanabənzər ləkələr aşkar edilməmişdir. Tuman - qara rənglidir, üzərində zədə və zədə izləri, o cümlədən qanabənzər ləkələr aşkar edilməmişdir. Bir cüt ayaqqabı - qara rənglidir, üzərində zədə və zədə izləri, o cümlədən qanabənzər ləkələr aşkar edilməmişdir. Bıçaq - dəstək və tiyədən ibarətdir. Ümumi uzunluğu 180 mm-dir. Bıçağın tiyəsi - paslanmayan bozumtul gümüşü metaldandır. Bir kənarı itilənmişdir. Tiyənin ülgücü itidir, sol səthinin əsasında “STAİNLESS” məzmunlu yazı həkk olunmuşdur. Tiyənin uzunluğu 70 mm-dir. Bıçağın dəstəyi - iki ədəd bozumtul gümüşü rəngli paslanmayan metal lövhələrdən ibarətdir. Dəstəyin aşağı kənarında tiyə üçün yuva var. Dəstəyin uzunluğu 110 mm-dir. Dəmir predmet - Ölçüsü 80 x 55 mm-dir. Bir səthi üzərində bozumtul rəngli təsvir vardır, bir kənarı açıq vəziyyətdədir. Daxilində gümüşü rəngli yastı metal predmet aşkar olunmuşdur. Bir kənarında "staınless steel" məzmunlu yazı vardır. Saç qabı – Silindrik boru şəklindədir. Hər iki tərəfdən açılıb-bağlanan qara qapağı vardır. Boru boz rənglidir. Üzərində “Bubble” sözləri yazılmışdır. Uzunluğu 12,5 sm, diametri 8 sm-dir. İçərisində qara saç nümunəsi aşkar edilmiş, lakin kimə məxsus olması müəyyən edilməmişdir. (Cild 1, iş vərəqləri 80-88) Məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-сü il tarixli, 15 nömrəli və əlavə məhkəmə-tibb ekspertizasının xx.xx.2023-cü il tarixli, 15 nömrəli rəylərindən görünür ki, Zərərçəkmiş şəxs meyitinin məhkəmə-tibbi müayinəsi zamanı aşağıdakı xəsarətlər və morfoloji dəyişikliklər aşkar edilmişdir: Ağciyərlərin ödemi, plevra altında qansızmalar (Rasskarov-Lukomiski-Palthauf ləkələri), tənəffüs yollarında ağ və açıq-çəhrayımtıl rəngli köpüyün olması kimi morfoloji dəyişikliklər və sol bazu, sağ dirsək oynağı nahiyələrinin sıyrıqları xəsarətləri. Sol bazu, sağ dirsək oynağı nahiyələrinin sıyrıqları xəsarətləri Zərərçəkmiş şəxs ölümündən az əvvəl və ya ölümü zamanı küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdirlər, ölümlə səbəbli əlaqəsi yoxdur, sağlamlığa zərər vurmayan xəsarətin əlamətlərinə malik olduqlarından dərəcəli təyin edilməmişdir. Xəsarətlərin xarakterini və lokalizasiyanı nəzərə alaraq demək olar ki, həmin xəsarətlərin Zərərçəkmiş şəxs yerin bərk səthinə dəyməsi (sürtünməsi) nəticəsində əmələ gələ bilmələri mümkündür. Zərərçəkmiş şəxs meyitinin məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş Ağciyərlərin ödemi, plevra altında qansızmalar (Rasskarov-Lukomiski-Palthauf ləkələri), tənəffüs yollarında ağ və açıq-çəhrayımtıl rəngli köpüyün olması kimi morfoloji dəyişikliklər dərəcələrinə görə həyat üçün təhlükəli mexaniki asfiksiya ilə nəticələnərək ölümə səbəb olduğundan sağlamlığa AĞİR zərər vurmanın əlamətlərinə malikdirlər. Zərərçəkmiş şəxs ölümü ağız-burun dəliklərinin, tənəffüs yollarının maye-su ilə tutulması nəticəsində əmələ gəlmiş mexaniki asfiksiyadan baş vermişdir. Bunu meyitdə aşkar olmuş yuxarıda qeyd olunan həmin xarakterik morfoloji dəyişiklər təsdiq edir. İlkin meyit əlamətlərinə əsasən demək olar ki, ölüm meyitin meyitxanada müayinəsindən (xx.xx.2023-cü il, saat 10:00) 8- 12 saat əvvəl baş vermişdir. Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəməkimya tədqiqatı nəticəsində tiryək qrupuna aid olan alkoloid aşkar edilmişdir. Qanda metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, fenotiazin, fenkilamin qrupuna aid olan amfetamin və metamfetamin, pirazalon 1,4 benzodiazepin törəmələri və salisitlər aşkar edilmişdir. (Cild 1, iş vərəqləri 244-248; Cild 3, iş vərəqləri 21-24) Məhkəmə-tibbi-bioloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 321/2023-MTBŞ nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus cins şalvar, 01 ədəd dəmir predmet və 01 ədəd bıçaq üzərində qan, palto, kofta, 01 cüt ayaqqabı və tuman üzərində isə qana şübhəli ləkələr aşkar olunmamışdır. (Cild 2, iş vərəqləri 210-214) Məhkəmə-tibbi-kriminalistik ekspertizasının xx.xx.2023-cü il tarixli, 236-MTKŞ/2023 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus palto, köynək, şalvar, alt tumanı və bir cüt ayaqqabı üzərində zədə və zədə izləri aşkar edilməmişdir. Ekspertizaya təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı qatlanan cib bıçağına aiddir və soyuq silah hesab edilmir. Təqdim edilmiş dəmir predmet zavod üsulu ilə hazırlanmışdır və soyuq silah hesab edilmir. (Cild 2, iş vərəqləri 204-209) Kompleks komisyon ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 1999 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs2 qərarda göstərilən baş vermiş hadisə zamanı hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri olmamışdır. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs2 təqsirləndirilən şəxs qismində cəlb edilib ona ittiham elan edilərsə, o zaman onun hərəkətləri Azərbaycan Respublikası CM-in 21.1, 21.3 və ya 22.1ci maddəsinin təsiri altına düşmür, yəni anlaqlı hesab edilir. Onun məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs2 hal-hazırki psixi vəziyyəti onun istintaq və prosessual hərəkətlərdə iştirak etmək, öz prosessual hüquq və vəzifələrini icra etmək iqtidarındadır. Təqsirləndirilən şəxs2 intellektual imkanları normaya uyğundur, əqli inkişafında gerilik əlamətləri aşkar olunmur. O, iş üçün əhəmiyyətli halları düzgün qavraya, təsvir edə və bu barədə məlumat verə bilər. Ünsiyyətçilik, adaptivlik, özünəməxsus mövqe və prinsipə malik olmaq və s. kimi xarakterik xüsusiyyətlərə malikdir. O, emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək qabilliyətinə malikdir. (Cild 3, iş vərəqləri 25-29) Kompleks komisyon ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 2006 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs3 hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda qərarda göstərilən baş vermiş hadisə zamanı hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri olmamışdır. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs3 təqsirləndirilən şəxs qismində cəlb edilib ona ittiham elan edilərsə, o zaman onun hərəkətləri Azərbaycan Respublikası CM-in 21.1, 21.3 və ya 22.1-ci maddəsinin təsiri altına düşmür, yəni anlaqlı hesab edilir. Onun məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs3 hal-hazırki psixi vəziyyəti onun istintaq və prosessual hərəkətlərdə iştirak etmək, öz prosessual hüquq və vəzifələrini icra etmək iqtidarındadır. Təqsirləndirilən şəxs3 intellektual imkanları normaya uyğundur, əqli inkişafında gerilik əlamətləri aşkar olunmur. O, iş üçün əhəmiyyətli halları düzgün qavraya, təsvir edə və bu barədə məlumat verə bilər. Ünsiyyətçilik, adaptivlik, özünəməxsus mövqe və prinsipə malik olmaq və s. kimi xarakterik xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs3 emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək qabiliyətinə malikdir. (Cild 3, iş vərəqləri 30-33) Kompleks komisyon ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 2008 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs1 qərarda göstərilən baş vermiş hadisə zamanı hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri olmamışdır. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs1 təqsirləndirilən şəxs qismində cəlb edilib ona ittiham elan edilərsə, o zaman onun hərəkətləri Azərbaycan Respublikası CM-in 21.1, 21.3 və ya 22.1ci maddəsinin təsiri altına düşmür, yəni anlaqlı hesab edilir. Onun məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs1 hal-hazırki psixi vəziyyəti onun istintaq və prosessual hərəkətlərdə iştirak etmək, öz prosessual hüquq və vəzifələrini icra etmək iqtidarındadır. Təqsirləndirilən şəxs1 intellektual imkanları normaya uyğundur, əqli inkişafında gerilik əlamətləri aşkar olunmur. O, iş üçün əhəmiyyətli halları düzgün qavraya, təsvir edə və bu barədə məlumat verə bilər. Ünsiyyətçilik, adaptivlik, özünəməxsus mövqe və prinsipə malik olmaq və s. kimi xarakterik xüsusiyyətlərə malikdir. O,emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək qabiliyətinə malikdir. (Cild 3, iş vərəqləri 34-37) Cinayət işi materiallarında olan “dövlət qeydiyyat şəhadətnaməsi”ndən görünür ki, "xxxx" MMC xx.xx.2022-ci il tarixdə ********** nömrəli VÖEN-lə 11 saylı Ərazi Vergilər İdarəsində dövlət qeydiyyatına alınmış, hüquqi ünvanı Yevlax rayonu, Yevlax şəhəri, C.Əzizov ev 0, mənzil 17, təsisçi və qanuni təmsilçisi Şahid4, nizamnamə kapitalı 10 AZNdir. (Cild 1, iş vərəqi 115) Cinayət işi materiallarında olan “əmr”dən görünür ki, "xxxx" MMC-nin təsisçisi Şahid4 xx.xx.2022-ci il tarixli, 1 nömrəli əmrinə əsasən cəmiyyətin qanuni təmsilçilik funksiyasına malik direktoru vəzifəsinə Təqsirləndirilən şəxs1 təyin edilmişdir. (Cild 1, iş vərəqi 126) Cinayət işi materiallarında olan “əmək müqaviləsi bildirişi”ndən görünür ki, Təqsirləndirilən şəxs1 (işçi) ilə Şahid4 (işəgötürən) arasında xx.xx.2022-ci il tarixdə əmək müqaviləsi bağlanmış, elektron əmək müqaviləsi bildirişi həmin sistemə daxil edilmiş, müqavilə üzrə vəzifəsi “direktor” olmuşdur. (Cild 1, iş vərəqləri 127-128) "xxxx" MMC-dən daxil olmuş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, "xxxx" MMC-də könüllülük proqramı mövcuddur. Bu proqram 6 aydan 1 ilə kimi reabilitasiya keçmiş xəstələri əhatə edir. Mərkəzdə reabilitasiya müddətini keçmiş şəxslər bu proqramda iştirak edirlər. Könüllülər reabilitasiya müddətində əldə etdikləri təcrübələri yeni realitantlarla bölüşürlər. Hadisə baş verən zaman, yəni Zərərçəkmiş şəxs öldüyü vaxt, yəni xx.xx.2023-cü il tarixində Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2, Şahid1 və Şahid2 ("xxxx" MMC-də reabilitasiya keçmiş) könüllü kimi fəaliyyət göstərmişlər. (Cild 2, iş vərəqi 112) "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli əsasnaməsinin “Ümumi Müddəalar” bölməsində qeyd edilmişdir ki, proqram narkotik və psixoaktiv maddələrdən asılı olan şəxslərin fiziki, əqli, sosial və mənəvi bərpasına yönəlib. Proqram "xxxx" reabilitasiya mərkəzinin fəaliyyətini tənzimləyən sənəddir. Əsasnamənin “Reabilitasiya mərhələsinin başlanğıcı” bölməsində qeyd edilmişdir ki, “Reabilitasiya mərhələsi xəstə ilə "xxxx" MMC arasında könüllülük prinsipi əsasında reabilitasiya xidmətlərinin göstərilməsi haqqında müqavilə, daha sonra xəstənin yaxın qohumu ilə "xxxx" MMC arasında müqavilə imzalandıqdan sonra başlayır”. (Cild 1, iş vərəqləri 98-111) Cinayət işi materiallarında olan “reabilitasiya xidmətlərinin göstərilməsi və qarşılıqlı öhdəliklər haqqında müqavilələr”dən görünür ki, "xxxx" MMC adından direktor Təqsirləndirilən şəxs1 (kömək göstərən) ilə müraciət edən xəstələr (kömək alan) arasında xidmət müqavilələri bağlanmış, hər bir müqavilənin 2.1-ci maddəsində “Xidmətlərin göstərilməsinin ilkin əsası – Kömək alanın bu müqaviləni imzalamaqla reabilitasiya mərkəzinin xidmətlərinə razılıq verməsidir”, 2.2-ci maddəsində “Kömək alan müqaviləni imzalamaqla xidmətlərə könüllü razılıq verdiyini, razılaşdırılmış xidmətlərdən imtina edəcəyi hallarda müqavilə şərtlərinə uyğun olaraq məsuliyyəti öz üzərinə götürdüyünü, mərkəzin xidmət göstərməsi üçün razılaşdırılmış şərtlərə razılığını bəyan edir” və 2.3-cü maddəsində “Kömək göstərən xidmətlərin icrasına kömək alan tərəfindən müqavilədə göstərilən ödəniş qaydalarına əməl edilməsindən sonra başlayır” ifadələri göstərilmişdir. Cinayət işi materiallarında olan “valideynlər ilə saziş”lərdən görünür ki, "xxxx" MMC adından direktor Təqsirləndirilən şəxs1 ilə kömək alanların valideynləri arasında kömək alanların psixososial reabilitasiyasına etiraz olunmaması və MMC-nin reabilitasiya qaydaları ilə tanış edilməsi bağlı sazişlər imzalanmışdır. (Cild 1, iş vərəqləri 155-215) Bundan başqa, məhkəmə prosesində zərərçəkmiş şəxsin hüquqi varisi Albina Fataxova təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ona “Vatsapp” tətbiqi vasitəsi ilə göndərdikləri səs yazılarını nümayiş etdirmişdir. Həmin səs yazılarının onlara məxsus olması təqsirləndirilən şəxslər tərəfindən də qəbul olunmuşdur. Səs yazılarında Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Roma Fattaxovun bacısı Albina Fataxovaya onun müalicəsi ilə bağlı vədlər vermişlər, Zərərçəkmiş şəxs aldatma yolu ilə və polis kimi özlərini göstərməklə götürəcəklərini demişlər, bunun üçün isə Albina Fataxovadan əlavə olaraq 800 manat pul istəmişlər. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 309.2, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Cinayət Məcəlləsinin 32.5, 309.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmələri tam sübuta yetirilmişdir. Onlar, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidirlər. Onların cinayət məsuliyyətindən və cəzadan azad olunmaları üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxslərə qanunla müəyyən edilmiş qaydada, məhkəməyə verildikləri maddənin sanksiyası həddində, əsas və əlavə cəza təyin edilməlidir. Bundan başqa, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarı ilə müəyyən edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. İbtidai istintaq orqanı tərəfindən irəli sürülmüş ittihama əsasən cinayətin icraçısı olan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 309.2-ci maddəsi ilə, cinayətin köməkçisi olan Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 isə Cinayət Məcəlləsinin 32.5, 309.2-ci maddəsi ilə ittiham irəli sürülmüşdür ondan ötrü ki, cinayətin icraçısı olan Təqsirləndirilən şəxs1, cinayətin köməkçiləri olan Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3lə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət törətmişlər. Həmçinin onların qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət törətmələri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.3-cü maddəsinə əsasən onların cəzalarını ağırlaşdıran hal kimidə nəzərə alınmışdır. Şərh edilən məsələ ilə bağlı məhkəmə tərkibi qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 06 may 2022-ci il tarixli Qərarına əsasən cinayət əməli bir neçə şəxs tərəfindən əlaqəli şəkildə törədildiyi zaman hər bir iştirakçı cinayətin törədilməsi üçün müvafiq hərəkətləri (hərəkətsizliyi) yerinə yetirərkən digər iştirakçılara müəyyən dərəcədə vasitəçilik etmiş olur. Plenumun mövqeyinə görə icra olunan hərəkətlərdən asılı olaraq onların rolu fərqlənir və cinayətin törədilməsində iştirak edən şəxslər cinayətin obyektiv cəhətinin əlamətlərini tamamilə əhatə edən hərəkətləri icra etdikdə onlar cinayətin icraçıları kimi çıxış edirlər. Cinayətin törədilməsində iştirak edən şəxslər cinayətin obyektiv cəhətini təşkil edən hərəkətləri qismən icra etdikdə, onların hərəkətləri icraçının hərəkətini tamamlamış olur və bu cür iştirakçılar cinayətin birgə icraçısı sayılmaqla cinayət tərkibinin obyektiv cəhətini səciyyələndirən hərəkəti əlaqəli şəkildə icra edirlər. Konstitusiya Məhkəməsi Plenumunun gəldiyi nəticəyə görə: 1) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 33.3 və 34.2-ci maddələrinin mənasına görə, cinayətin iştirakçıları (təşkilatçı, təhrikçi və ya köməkçi) cinayət əməlinin obyektiv cəhətini təşkil edən hərəkətlərin icrasında bilavasitə iştirak etmədiyi və ya onların əməlində cinayətin obyektiv cəhətinin tərkib əlamətlərinin mövcud olmadığı halda, əməl qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət kimi qiymətləndirilə bilməz; 2) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 33.3 və 34.2-ci maddələrinin tələbləri baxımından cinayətin iştirakçısı icraçı ilə birlikdə cinayətin obyektiv cəhətinə daxil olan hərəkətlərdə iştirak etmədikdə, yəni cinayət qabaqcadan əlbir olan iki və daha çox şəxs tərəfindən törədilmədikdə, onun əməlləri həmin Məcəllənin 32-ci maddəsinə istinad edilməklə Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsinə uyğun tövsif edilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə tərkibi belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslərə verilmiş ittihamlardan onların həmin cinayəti qabaqcadan əlbir olan bir qrup şəxs halında törətmələri əlaməti xaric edilməli, eyni zamanda bu əlamət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.3-cü maddəsinə əsasən onların cəzasını ağırlaşdıran hal kimi də qiymətləndirilə bilməz. Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 onların hər birinə elan olunmuş ittiham üzrə təqsirlərinin olmaması, Zərərçəkmiş şəxs ölümündən ibarət ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərini aşma və bu cinayətə köməkçilik kimi cinayəti törətməmələri ilə bağlı ifadələrində göstərdikləri xüsusatları və gətirdiyi dəlilləri onların un müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun ittiham olunduğu cinayət əməllərini törətməsini tam sübuta yetirilmiş hesab edir. Bu səbəbdən məhkəmə təqsirləndirilən şəxslərin ibtidai istintaq zamanı verdiyi ifadələrini daha obyektiv və işin hallarına uyğun olan ifadələr kimi qəbul edir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxslərin özlərinin və bir-birilərinin müdafiəsi üçün gətirdiyi dəlilləri əsassız hesab edərək belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin törətdikləri əməl ibtidai istintaq orqanı tərəfindən cinayət qanunun normasına münasibətdə düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlərlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onların törətdikləri cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətlərini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onları səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onların islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamələrin cavabından görünür ki, təqsirləndirilən şəxslərin heç biri əvvəllər məhkum olunmamışlar. Bundan başqa, cinayət işinin materiallarından və elektron məhkəmə informasiya sistemində olan məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs1 evlidir, himayəsində 2019 və 2023-cü il təvəllüdlü iki azyaşlı uşağı vardır. Təqsirləndirilən şəxs2 də evlidir himayəsində 2018-ci il təvəllüdlü bir azyaşlı övladı vardır. Təsirləndirilən şəxs Təqsirləndirilən şəxs3 isə zərərçəkmiş şəxsin hüquqi varisi olan yaxın qohumu ilə barışıq əldə etmiş, ondan şikayət və tələb yoxdur. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 himayələrində azyaşlı uşaqlarının olması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən, eləcə də Təqsirləndirilən şəxs3 zərərçəkmiş şəxsin hüquqi varisi olan yaxın qohumu ilə barışıq əldə etməsi Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən onların cəzalarını yüngülləşdirən hallar kimi qəbul edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən həmin Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə cinayət qanunun həmin normasını rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxslərin əvvəllər məhkumluğunun olmaması, onların ilk dəfə cinayət məsuliyyətinə cəlb edilmələri, Təqsirləndirilən şəxs1lə Təqsirləndirilən şəxs2 evli və ailəni dolandıran yeganə şəxs olmaqla ailə başçısı olmaları da onların cəzalarını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Bundan əlavə, məhkəmə qeyd edir ki, iş materiallarına əlavə edilmiş sənədlərin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 atası X10 Dövlət Təhlüksizlik Xidmətinin Heydər Əliyev adına Akademiyasının fiziki hazırlıq kafedrasının baş müəllimi vəzifəsində işləyir, Azərbaycanın “Əməkdar Məşqçisi” adına layiq görülmüşdür. Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşı kimi X10 ümummilli lider Heydər Əliyev tərəfindən “İgidliyə görə” medal ilə təltif edilmişdir. Həmçinin Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşı kimi “Qüsursuz xidmətə görə” 1-ci, 2-ci və 3-cü dərəcəli medallar ilə təltif olunmuşdur. Bundan başqa, X10 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməklə müharibə veteranıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsini rəhbər tutaraq təqsirləndirilən şəxs Şamil Mənyayevin atası Albert Menyayevin Azərbaycan Dövləti qarşısında və onun ərazi bütövlüyü uğrunda xidmətlərini də Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hal kimi qəbul edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxslərin cəzasını ağırlaçdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Cəzanı yüngülləşdirən qeyd olunan halların mövcud olduğunu, təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs3 münasibətdə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiq edilməsini qanuni hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Beləliklə məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, təqsirləndirilən şəxslərin törədilmiş cinayətdə iştirak dərəcələrini və cəzanı yüngülləşdiurən halların məcmusunu nəzərə alaraq belə nəticəyə gəlir ki, cinayətin icraçısı olan Təqsirləndirilən şəxs1 və cinayətin köməkçiləri olan Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 məsuliyyəti Cinayət Məcəlləsinin 33.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakterindən və dərəcəsindən asılı olaraq müəyyən edilməlidir. Məhkəmə həmçinin yuxarıda sadalanan halları, eləcə də cinayət qanunun ədalət və humanizm prinsiplərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs3 azadlıqdan məhrum etmə növündə cəzanı şərti olaraq çəkməklə də islah oluna bilər. Məhkəmə bu nəticəyə gələrkən ən əsası zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisinə münasibətdə cəzanın sosial ədalətin bərpası funksiyasını nəzərə alır. Belə ki, zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi təkcə Təqsirləndirilən şəxs3lə barışdığını bildirməklə, ondan şikayət və tələbinin olmadığını göstərmişdir. Bundan başqa, məhkəmə Təqsirləndirilən şəxs3 cinayətin törədilməsində onun köməkçi qismində iştirak etməsinin və törətdiyi əməlinin digərilərinə münasibətdə yüngüllüyünü də diqqətdən qaçırmaya bilməz ki, məhz bu amil də zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən onunla barışıq əldə edilərkən nəzərə alınmışdır. Verilmiş ittihamdan da göründüyü kimi Təqsirləndirilən şəxs3 avtomobildə olmaqla yalnız mərhum Zərərçəkmiş şəxs reabilitasiya mərkəzinə gətirilməsində köməkçi qismində iştirak etmiş, reabilitasiya mərkəzinə gəldikdə isə həmin mərkəzə daxil olmadan çıxıb getmişdir. Təqsirləndirilən şəxs3 Zərərçəkmiş şəxs ailə üzvləri ilə danışıqlarda, həmçinin onun reabilitasiya mərkəzinə gətirilməsindən sonra baş vermiş hadisələrdə ümumiyyətlə iştirakı olmamışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsində göstərilir ki, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Cinayət törətmiş şəxs barəsində şərti məhkum etmənin tətbiqi məsələsi həll olunarkən, cinayət qanununun yalnız bu instituta həsr olunmuş normaları deyil, cinayət cəzasının təyin edilməsi ilə bağlı qanunda nəzərdə tutulmuş bütün uyğun normaların tələbləri nəzərə alınmalıdır. O cümlədən, təqsirə görə məsuliyyət (maddə 7), ədalət (maddə 8), humanizm (maddə 9) prinsipləri gözlənilməli, cəzanın məqsədləri və cəzanın təyin edilməsinin ümumi əsasları haqqında Cinayət Məcəlləsinin müvafiq olaraq 41.2 və 58-ci maddələrinin göstərişlərinə riayət olunmalıdır. Təsvir edilən normaların mənasına görə, təqsirkar şəxsin təyin olunmuş cəzanı çəkmədən islah olunacağına dair inam onun barəsində şərti məhkum etmə institutunun tətbiqini şərtləndirən əsas kimi çıxış etməli, bu cür inam isə Cinayət Məcəlləsinin 58.3-cü maddəsində göstərilən bütün halların məcmusundan, o cümlədən cinayətin xarakterinin və ictimai təhlükəlilik dərəcəsinin, təqsirkarın şəxsiyyətinin, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların düzgün müəyyən edilib nəzərə alınmasından irəli gəlməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci maddəsinin həmin Məcəllənin 70 və 79-cu maddələri baxımından şərh edilməsinə dair” 08 dekabr 2021-ci il tarixli qərarında göstərilmişdir ki, Şərti məhkum etmə və cəzanın çəkilməsinin təxirə salınması cinayəthüquqi məsuliyyətin qanunvericilikdə müəyyən edilmiş hallarda və əsaslarla tətbiq edilən güzəştli formasıdır. Qanunverici humanizm prinsipindən çıxış edərək müəyyən kateqoriya şəxslərin cəzanı real olaraq çəkmədən, cəmiyyətdən təcrid edilmədən də islah olunmasını mümkün hesab etdiyi təqdirdə, bu cinayət-hüquqi vasitələrdən istifadə edilməsinin mümkünlüyünü təsbit etmişdir. Avropa İnsan Hüquqları Məhkəməsi də qeyd edir ki, hüquq pozuntusunun azadlıqdan məhrumetmə ilə cəzalandırılması özü-özlüyündə həlledici səciyyə daşımır, belə ki, veriləcək cəzanın nisbətən yüngül olması hüquq pozuntusunun cinayət hüququ xarakterini aradan qaldıra bilməz. (Öztürk Almaniyaya qarşı, § 53; X4rşı, § 26). Göstərilənlərə əsasən məhkəmə Təqsirləndirilən şəxs3 münasibətdə şərti məhkum etmənin tətbiq edilməsini qanuni və əsaslı hesab edir. Məhkəmə həmçinin qeyd edir ki, şərti məhkum etmə təyin edilərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.3-cü maddəsində göstərilən hədlər daxilində sınaq müddəti müəyyən olunmalıdır. Təqsirləndirilən şəxsin üzərinə sınaq müddəti ərzində öz davranışı ilə islah olunmasını sübut etmək, davranışı üzərində nəzarəti həyata keçirən orqanın məlumatı olmadan daimi yaşayış yerini dəyişməmək vəzifələri qoyulmalıdır. Sınaq müddətinin əvvəli hökmün qanuni qüvvəyə minib icraya yönəldiyi tarixdən hesablanmalıdır. Bundan başqa, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 309.2-ci maddəsinin sanksiyasında əlavə cəza növü kimi müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilmə cəzası da nəzərdə tutulduğundan təqsirləndirilən şəxslərə bu növdə əlavə cəza da təyin edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, təqsirləndirilən şəxslərin barələrin 09 oktyabr 2023cü il tarixdə həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslərə təyin olunacaq cəza müddətinə onların həbsdə olduğu müddət daxil edilməklə nəzərə alınmalıdır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzasının çəkilməsi müddətinin başlanğıcı onların həbsə alındığı 09 oktyabr 2023-cü il tarixdən hesablanmalı, barələrində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs3 barəsində şərti məhkum etməklə ittiham hökmü çıxarıldığndan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 357.0.3-cü maddəsinə əsasən o, dərhal həbsdən azad edilməklə barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməlidir. Təqsirləndirilən şəxs3 09 oktyabr 2023-cü il tarixdən 25 iyul 2024cü il tarixədək 09 ay 16 gün müddətdə həbsdə olması nəzərə alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə xüsusi müsadirə edilməli əmlak müəyyən etməmişdir. Məhkəmə yekun qərar çıxararkən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə meyitə baxış zamanı götürülməklə maddi sübut kimi tanınmış və Abşeron rayon prokurorluğunda saxlanılan 01 ədəd boz qısaqol düyməsiz köynək, 01 ədəd qara palto, 01 ədəd göy cins şalvar, 01 cüt qara ayaqqabı, 01 ədəd qara rəngli saç qabı, 01 ədəd açılıb-qatlanan bıçaq, 01 ədəd qara rəngli tuman, 01 ədəd dəmir predmet məhv edilməli, 01 ədəd “Samsung" markalı mobil telefon sahib kimi zərərçəkmiş şəxsin hüquqi varisinə qaytarılsın, iş materiallarına əlavə edilən 02 ədəd “DVD” formatlı disk iş materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən məhkəmə qeyd edir ki, iş üzrə məhkəmə xərcləri yoxdur. İş üzrə mülki iddia verilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxslər və onların yaxın qohumları tərəfindən müdafiəçi ilə müqavilə bağlandığından müdafiəçinin haqqı dövlət büdcəsi hesabına ödənilməməlidir. Bununla belə Təqsirləndirilən şəxs2 müdafiəsi ilkin olaraq dövlət hesabına müdafiəçi tərəfindən həyata keçirildiyindən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən həmin müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» xx.xx.2001ci il tarixli, 31 nömrəli Qərarına və həmin Qərara dəyişiklik edilməsi haqqında Nazirlər Kabinetinin 19 noyabr 2020-ci il tarixli, 452 nömrəli Qərarına görə müdafiəçinin (vəkilin) hüquqi yardımın göstərilməsi ilə bağlı təqdim etdiyi hesabata uyğun olaraq ödənilməli məbləğ cinayət prosesini həyata keçirən orqanın əsaslandırılmış qərarı əsasında dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Odur ki, məhkəmə mərhələsində təqsirləndirilən şəxsə göstərilən hüquqi yardımla bağlı müdafiəçiyə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 309.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 01 (bir) il 06 (altı) ay müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı 09 oktyabr 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 təyin edilən əlavə cəza dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilmə cəzasının müddəti əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunsun. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 309.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 01 (bir) müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı 09 oktyabr 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 təyin edilən əlavə cəza dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilmə cəzasının müddəti əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunsun. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 309.2ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 01 (bir) il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs3 təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 01 (bir) il sınaq müddəti ilə şərti hesab edilsin. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, dərhal həbsdən azad edilsin. Təqsirləndirilən şəxs3 üzərinə sınaq müddəti ərzində öz davranışı ilə islah olunmasını sübut etmək, davranışı üzərində nəzarəti həyata keçirən orqanın məlumatı olmadan daimi yaşayış yerini dəyişməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs3 davranışı üzərində nəzarət Bakı Şəhər Probasiya İdarəsi tərəfindən həyata keçirilsin. Təqsirləndirilən şəxs3 təyin edilmiş sınaq müddətinin və əlavə cəzanın icrasının əvvəli məhkəmənin hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablansın. İş üzrə maddi sübut kimi tanınmaqla Abşeron rayon prokurorluğunda saxlanılan 01 ədəd boz qısaqol düyməsiz köynək, 01 ədəd qara palto, 01 ədəd göy cins şalvar, 01 cüt qara ayaqqabı, 01 ədəd qara rəngli saç qabı, 01 ədəd açılıb-qatlanan bıçaq, 01 ədəd qara rəngli tuman, 01 ədəd dəmir predmet məhv edilsin. 01 ədəd “Samsung" markalı mobil telefon, sahibi kimi zərərçəkmiş şəxsin hüquqi varisinə verilsin. İş materiallarında olan 02 ədəd “DVD” formatlı disk iş materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surətinin onlara verildiyi andan 20 (iyirmi) gün müddətdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar