Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-301/2024 16.05.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Hümbətov Fəhmin Zaur oğlu (sədrlik edən), Əliyev Hafiz Samir oğlu, Rzayeva Aynur Tapdıq qızından ibarət tərkib, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 Zərərçəkmiş şəxs4, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə və təqsirləndirilən şəxsin iştirakları ilə, xx xxxxxx 1976-cı il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, Sumqayıt şəhər İcra Hakimiyyəti yanında Mənzil- Kommunal Təsərrüfatı İstehsalat Birliyin 20 saylı Mənzil Kommunal Sahəsinin rəisi vəzifəsində işləmiş, hazırda işləməyən, əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Yasamal rayonu, X8 küçəsi 92A, mənzil 469 B ünvanında yaşayan, barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilməklə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 178.2.3, 29, 178.2.4, 178.3.2, 308.2 və 320.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgəyə məxsus əmlakı vahid niyyətlə ələ keçirib xeyli və külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgəyə məxsus əmlakı vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla dələduzluq yolu ilə ələ keçirməyə cəhd etmiş, vəzifəli şəxs kimi xidməti vəzifəsinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək hüquqi şəxsin hüquqlarına və qanunla qorunan mənafelərinə mühüm zərər və ağır nəticələrə səbəb olan mühüm vurmaqla təkrarən vəzifə səlahiyyətlərindən suiistifadə etmiş, hüquq verən rəsmi sənədləri vahid tamah niyyətilə qanunsuz olaraq istifadə etmək məqsədi ilə saxtalaşdıraraq hazırlamışdır Belə ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər İcra Hakimiyyəti yanında Mənzil- Kommunal Təsərrüfatı İstehsalat Birliyinin rəisinin xx.xx.2021-ci il tarixli, 109-K nömrəli əmrinə əsasən həmin Birliyin 20 nömrəli Mənzil-Kommunal İstismar Sahəsinin rəisi vəzifəsində təyin edilməklə xx.xx.2023-cü il tarixədək olan dövrdə həmin vəzifədə işləyərkən Sumqayıt şəhər İcra Hakimiyyəti yanında Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin rəisi tərəfindən 20 aprel 2019- cu il tarixdə təsdiq edilmiş “Sumqayıt şəhər İcra Hakimiyyəti yanında Mənzil- Kommunal Təsərrüfatı İstehsalat Birliyinin Mənzil- Kommunal İstismar Sahəsi rəisinin vəzifə təlimatfna əsasən xidmət etdiyi ərazidə yaşayış binalarının qorunub saxlanmasına, onlardan təyinatı üzrə istifadə edilməsinə nəzarət etmək, sahənin idarəçiliyində ümumi rəhbərliyi həyata keçirmək, xidmət etdiyi ərazidə əsaslı və cari təmirə ehtiyacı olan obyektləri müəyyənləşdirib, onların təmir edilməsi üçün tədbirlər görmək, tabeliyində olan fəhlə və qulluqçuların səlahiyyət dairəsini təyin etmək, onların vəzifələrini yerinə yetirmələrinə şərait yaratmaq, ərazidə yanğından mühafizə qaydalarına əməl olunmasına nəzarət etmək, vətəndaşların ərizə və şikayətlərinə vaxtında, düzgün baxılmasını təmin etmək, vətəndaşlara lazım olan hüquqi sənədlərin hazırlanıb verilməsinə sərəncam vermək, xidmət etdiyi ərazinin təmiz saxlanmasını, məişət tullantılarının daşınıb zərərsizləşdirilməsinə nəzarət etmək, ştat intizamına riayət edilməsinə nəzarət etmək, mühasibat hesablarının vaxtında verilməsini təmin etmək, tabeliyində olan işçilərin iş planlarının tərtib olunmasını tələb etmək, onların iş planlarını təsdiq etmək kimi təşkilati-sərəncamverici funksiyaları yerinə yetirən vəzifəli şəxs kimi xidməti vəzifəsinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük, yəni qazanc əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə 06 iyul 2022-ci il tarixdə işlədiyi Sumqayıt şəhər İcra Hakimiyyəti yanında Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 20 saylı Mənzil Kommunal Sahəsinin ünvan 3 ünvanında yerləşən inzibati binasında Zərərçəkmiş şəxs4 Sumayıt şəhərində həmin Təsərrüfat Sahəsinin balansında olan yaşayış binasından mənzil almaq üçün özünə müraciəti İlə əlaqədar Sumqayıt şəhəri, 47-ci kvartalda yerləşən 9 mərtəbəli köhnə yaşayış binalarında yerləşən məcburi köçkünlərin məskunlaşdığı 2, 3, 4 otaqlı mənzillərin boşaldığını, boş mənzilləri münasib qiymətə satışını təşkil etdiyini, satışa nəzarətin Sumqayıt şəhər İcra Hakimiyyəti yanında Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin rəhbərliyi tərəfindən edildiyini, şəxsiyyət vəsiqəsini təqdim etməklə, bir neçə ay ərzində mülkiyyəti təsdiq edən sənədin-çıxarışın veriləcəyini, iki otaqlı mənzili 15.000 manat, üç otaqlı mənzili 20.000 manat, dörd otaqlı mənzil isə 25.000 manata satılmaqla, satışdan əldə edilən pul vəsaitlərinin Birliyin rəhbərliyinə veriləcəyini Zərərçəkmiş şəxs4 aldatmaqla bildirib, sonuncunun üç otaqlı mənzil almaqla bağlı 20.000 manat pul ödəməli olmasına dair razılığını alaraq sonuncu ilə sövdələşdikdən sonra, həmin adla 07 iyul 2022ci il tarixdə 20 saylı Mənzil Kommunal Təsərrüfat Sahəsinin Sumqayıt şəhəri, M,Əsədov 80 ünvanında yerləşən inzibati binasında xidməti otağında Zərərçəkmiş şəxs4 18.000 manat, eyni niyyətlə 2022-ci ilin noyabr ayında işlədiyi inzibati binanın qarşısında 300 manat pul vəsaitini alıb, əldə etdiyi ümumilikdə 18.300 manat pul vəsaitini şəxsi ehtiyaclarına xərcləməklə, öz qulluq mövqeyindən istifadə edət ək "aldatma və etibardan sui- istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs4 məxsus cəmi 18.300 (on səkkiz min üç yüz) manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirib ona xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, Zərərçəkmiş şəxs4 qalan 1.700 manat pul vəsaitini verməkdən imtina etdiyindən, bilavasitə cinayət törətməyə yönələn qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyərək, həmin pul vəsaitini ondan ala bilməyib, öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan suiistifadə etmə yolu ilə Zərərçəkmiş şəxs4 məxsus 20.000 (iyirmi min) manat məbləğində pul vəsaitini ona vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla dələduzluq yolu ilə ələ keçirməyə cəhd etmiş, həmin hərəkətləri ilə Sumqayıt şəhər İcra Hakimiyyəti yanında Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin əhali arasında nüfuzdan salıb, yerinə yetirilən fəaliyyətin şəffaf və obyektiv prosedurlar üzrə həyata keçirilməsi ilə əlaqədar qeyd olunan Birliyin normal fəaliyyətinin pozulmasında ifadə olunan hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən qeyd olunan səlahiyyətlərə malik vəzifəli şəxs kimi xidməti vəzifəsinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük, yəni qazanc əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə 2022- ci ilin avqust ayında İşlədiyi Sumqayıt şəhər İcra Hakimiyyəti yanında Mənzil- Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 20 saylı Mənzil Kommunal Sahəsinin ünvan 5 ünvanında yerləşən inzibati binasında Zərərçəkmiş şəxs3 Sumqayıt şəhərində həmin Təsərrüfat Sahəsinin balansında olan yaşayış binasından mənzil almaq üçün özünə müraciəti ilə əlaqədar Sumqayıt şəhəri, 47-ci kvartalda yerləşən 9 mərtəbəli köhnə yaşayış binalarında yerləşən məcburi köçkünlərin məskunlaşdığı 2, 3, 4 otaqlı mənzillərin boşaldığını, boş mənzilləri münasib qiymətə satışını təşkil etdiyini, satışa nəzarətin Sumqayıt şəhər İcra Hakimiyyəti yanında Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin rəhbərliyi tərəfindən edildiyini, şəxsiyyət vəsiqəsini təqdim etməklə, bir neçə ay ərzində mülkiyyəti təsdiq edən sənədin- çıxarışın veriləcəyini, iki otaqlı mənzili 18.000 manat, üç otaqlı mənzili 21.000 manat, dörd otaqlı mənzili isə 25.000 manata satılmaqla, satışdan əldə edilən pul vəsaitlərinin Birliyin rəhbərliyinə veriləcəyini Təqsirləndirilən şəxs aldatmaqla bildirib, sonuncunun və qohumlarının adına 1 ədəd iki otaqlı, 8 ədəd üç otaqlı və 1 ədəd dörd otaqlı mənzil alması ilə bağlı, qeyd edilən mənzillərə görə ümumilikdə cəmi 186.000 manat pul ödəməli olmasına dair Təqsirləndirilən şəxs razılığını alaraq sonuncu ilə sövdələşərək, həmin adla Sumqayıt şəhər Mənzil- Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 20 saylı Mənzil Kommunal Sahəsinin inzibati binasında vahid niyyətlə xx.xx.2022-ci il tarixdə 33.000 manat, xx.xx.2022-ci il tarixdə 23.000 manat, xx.xx.2022-ci il tarixdə 60.000 manat, xx.xx.2022-ci il tarixdə 42.000 manat, xx.xx.2022-ci il tarixdə 20.000 manat və xx.xx.2022-ci il tarixdə isə 8.000 manat olmaqla ümumilikdə 186,000 manat pul vəsaitini alıb, şəxsi ehtiyaclarına xərcləmiş, bundan sonra törətdiyi cinayət əməlini ört-basdır etmək məqsədi ilə cinayətkar niyyətini davam etdirərək vahid tamah niyyətilə 2022-ci ilin dekabr ayında işlədiyi 20 saylı Mənzil Kommunal Sahəsinin arxivindən nömrəsiz, tarixsiz, məzmunu doldurulmamış “Azərbaycan SSR Sumqayıt şəhər xalq deputatları Soveti İcraiyyə Komitəsi mənzillərin qeydiyyatı və bölüşdürülməsi şöbəsi’’nə aid 3 ədəd boş orderləri əldə etməklə həmin tarixdə 20 saylı Mənzil Kommunal Sahəsinin inzibati binasında qeyd olunan orderin birini Təqsirləndirilən şəxs qohumu Şahid3 adına tərtib edib sənədin üzərində “tarixi 13 yanvar 1995-ci il, nömrəni 24/118, otağın sahəsini 39/3, mənzili 66, evi 13, küçəni 47, iş yeri Sumqayıt Kimya Zavodu, vəzifəsi sexdə laborant kimi, orderin verilmə tarixini xx.xx.1995ci il” kimi göstərməklə, eyni niyyətlə digər order sənədini Təqsirləndirilən şəxs qohumu Şahid5 adına tərtib edib sənədin üzərində “tarixi 05 sentyabr 1989-cu il, otağın sahəsini 39/3, mənzili 41, evi 12, küçəni 47, orderin verilmə tarixini xx.xx.1989, iş yeri STTK-2" kimi göstərməklə, eyni niyyətlə digər order sənədini Təqsirləndirilən şəxs qohumu Qurbanov İlyas Bİnnət oğlunun adına tərtib edib sənədin üzərində "tarixi 12 fevral 1994-cü il, nömrəni 14/124, otağın sahəsini 39/3, mənzili 27, evi 13, küçəni 47, iş yeri Sumqayıt Kimya Zavodu, vəzifəsi sexdə naçalnik, orderin verilmə tarixini xx.xx.1993” kimi göstərməklə, həmin saxta sənədləri özünə təhkim edilmiş Sumqayıt şəhər İcra Hakimiyyəti yanında Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 20 saylı Mənzil Kommunal Sahəsinin dairəvi möhürü ilə təsdiq edərək hüquq verən rəsmi sənədi qanunsuz olaraq istifadə etmək məqsədilə saxtalaşdırdıqdan sonra həmin orderləri Təqsirləndirilən şəxs təqdim etməklə, öz qulluq mövqeyindən İstifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs3 məxsus cəmi 186.000 (bir yüz səksən altı min) manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirib ona külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, həmin hərəkətləri ilə Sumqayıt şəhər İcra Hakimiyyəti yanında Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin əhali arasında nüfuzdan salıb, yerinə yetirilən fəaliyyətin şəffaf və obyektiv prosedurlar üzrə həyata keçirilməsi İlə əlaqədar qeyd olunan Birliyin normal fəaliyyətinin pozulmasında ifadə olunan hüquqlarına və qanuni mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, hüquq verən rəsmi sənədləri vahid tamah niyyəti ilə qanunsuz olaraq istifadə etmək məqsədilə saxtalaşdırmaqla hazırlamışdır. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən qeyd olunan səlahiyyətlərə malik vəzifəli şəxs kimi xidməti vəzifəsinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük, yəni qazanc əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə xeyli miqdarda özgə əmlakını əfə keçirmək məqsədilə 2022-ci ilin avqust ayında işlədiyi Sumqayıt şəhər İcra Hakimiyyəti yanında Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 20 saylı Mənzil Kommunal Sahəsinin inzibati binasında Zərərçəkmiş şəxs2 Sumqayıt şəhərində həmin Təsərrüfat Sahəsinin balansında olan yaşayış binasından mənzil almaq üçün özünə müraciəti ilə əlaqədar Sumqayıt şəhəri, 47-ci kvərtalda yerləşən 9 mərtəbəli köhnə yaşayış binalarında yerləşən məcburi köçkünlərin məskunlaşdığı 3 və 4 otaqlı mənzillərin boşaldığını, boş mənzilləri münasib qiymətə satışını təşkil etdiyini, satışa nəzarətin Sumqayıt şəhər icra Hakimiyyəti yanında Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin rəhbərliyi tərəfindən edildiyini, şəxsiyyət vəsiqəsini təqdim etməklə, bir neçə ay ərzində mülkiyyəti təsdiq edən sənədin-çıxarışın veriləcəyini, üç otaqlı mənzili 20.000 və 22.000 manata satılmaqla, satışdan əldə edilən pul vəsaitlərinin Birliyin rəhbərliyinə veriləcəyini Zərərçəkmiş şəxs2 aldatmaqla bildirib, sonuncunun iki ədəd üç otaqlı mənzil alması ilə bağlı üç otaqlı mənzilin bir ədədinə görə 20.000 manat, digorinin isə 22.000 manat ulmaqla, cəmi 42.000 manat pul ödəməli olmasına dair razılığını alaraq sonuncu ilə sövdələşdikdən sonra, 2022-ci ilin noyabr ayında Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Xurşidbanu Natəvan küçəsində 20.000 manat, eyni niyyətlə həmin tarixdə Bakı şəhəri, Yasamal rayonunda yerləşən “Melisa Park” yaşayış kompleksinin qarşısında 22.000 manat olmaqla ümumilikdə 42.000 manat pul vəsaitini alıb, həmin pul vəsaitini şəxsi ehtiyaclarına xərcləməklə, öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs2 məxsus cəmi 42.000 (qırx iki min) manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirib ona xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, həmin hərəkətləri ilə Sumqayıt şəhər İcra Hakimiyyəti yanında Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin əhali arasında nüfuzdan salıb, yerinə yetirilən fəaliyyətin şəffaf və obyektiv prosedurlar üzrə həyata keçirilməsi ilə əlaqədar qeyd olunan Birliyin normal fəaliyyətinin pozulmasında ifadə olunan hüquqlarına və qanuni mənafelərinə təkrarən mühüm zərər vurmaqla səlahiyyətlərindən sui-istifadə etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək ifadəsində göstərdi ki, zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə 2022-ci il tarixdə tanış olmuşdur. Bir gün onunla söhbət zamanı Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 47-ci məhəllə ərazisində zirzəmilərin və 1-ci mərtəbədə yerləşən mənzillərin satışda olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs da ona bu barədə maraqlanmağını, əgər qazanc əldə etmək mümkün olarsa, mənzil ala biləcəyini, hətta bunun üçün müştəri də tapa biləcəyini demişdir. O da rəhbər şəxslərə məlumat verəcəyini, daha sonra ona məlumat bildirəcəyini demişdir. Səlahiyyətli şəxslərlə danışıqlardan sonra Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 47-ci məhəllə ərazisində yerləşən məcburi köçkünlərin işğaldan azad olunmuş ərazilərə köçürüldüyünü, onların əvvəl yaşadığı mənzillərin satışa çıxarıldığını bildirmişdir. Bir müddət həmin mənzillərin başqa şəxslərin adına rəsmiləşdirilməsi prosesi davam etmişdir. O, Təqsirləndirilən şəxs şərtləri demişdir. Həmçinin, bu mənzillərin hər birinin satışından 1000 manat məbləğində qazanc əldə etmək barədə icazəsi olmuşdur. Təqsirləndirilən şəxs satışa çıxarılmış mənzillər üçün alıcı tapacağını bildirmişdir. Təqsirləndirilən şəxs əvvəlcə, 19000 manat məbləğində ödəniş etmişdir. Bu məbləğin 1000 manatı ona çatmalı olan pul idi. Bundan sonra Təqsirləndirilən şəxs bir neçə dəfə də ödənişlər etmişdir. Digər Zərərçəkmiş şəxs4 onun rəisi olduğu mənzil kommunal təsərrüfat sahəsinin sakini kimi tanımışdır. Zərərçəkmiş şəxs4 satışa çıxarılan mənzillərdən birinin onun adına rəsmiləşdirilməsinə kömək etməyi üçün ona müraciət etmişdir. O da bunun mümkün olduğunu bildirmiş, ona qiyməti demişdir. Zərərçəkmiş şəxs4 atası ilə birlikdə onun xidməti otağına gəlmişlər. Orada 18000 manat məbləğində pulu ona vermişlər. Zərərçəkmiş şəxs4 daha sonra da 300 manat məbləğində pul almışdır. Ümumilikdə, Zərərçəkmiş şəxs4 18300 manat məbləğində pul almışdır. Zərərçəkmiş şəxslərə mənzillərin rəsmiləşdirilməsi müddəti olaraq, 3 ay ərzində prosesin yekunlaşacağını bildirmişdir, lakin bu baş tutmamışdır. O, həmin mənzillərin satışından sadəcə 1000 manat məbləğində qazanc əldə edirdi. Qalan pulun hamısını Hüseyn Həsənova verirdi. Bütün proseslər Hüseyn Həsənovun məlumatı və nəzarəti əsasında həyata keçirilmişdir. Bir gün Hüseyn Həsənov onu yanına çağırmışdır. Hüseyn Həsənov xidməti otağında onu qəbul etmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs da Hüseyn Həsənovun xidməti otağının qarşısında gözləyirdi. Hüseyn Həsənov ona irad bildirərək, Təqsirləndirilən şəxs pul almamağını, ümumiyyətlə onunla iş görməməyini demişdir. Buna səbəb kimi, Təqsirləndirilən şəxs qohumlarından birinin yüksək vəzifəli şəxs olduğunu, bu işin nəticəsində həmin adamın problem yaradacağını bildirmişdir. Həmin vaxt Hüseyn Həsənov ona 15000 manat məbləğində pul vermiş və həmin pulu Təqsirləndirilən şəxs verməyini demişdir. Qeyd etdiyi məbləğdə pul verməsinin səbəbi Təqsirləndirilən şəxs şikayətlərinin səngiməsinə nail olmaq idi. Bundan sonra Təqsirləndirilən şəxs otağın qapısını açaraq, içəri daxil olmuş, otaqda şifahi şəkildə şikayətlər etmişdir. Hüseyn Həsənov da həmin vaxt məsələlərdən məlumatı olmadığını bildirmişdir. Otaqdan çıxdıqdan sonra Təqsirləndirilən şəxs 12000 manat məbləğində pul vermişdir. X5 Abbasova verməyi üçün ona təqdim etdiyi 15000 manat məbləğində pulun 3000 manatını ehtiyacı olduğu üçün özünə götürmüşdür. Zərərçəkmiş şəxs2 öz adına mənzil rəsmiləşdirilməsi üçün müraciətini Təqsirləndirilən şəxs ona bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2lə şəxsən görüşməyini demişdir. Zərərçəkmiş şəxs2 ilk dəfə 2000 manat məbləğində pul almışdır. Qeyd etdiyim məbləğdə puldan 18000 manatı mənzilin qiyməti idi, qalan 2000 manat məbləğində pulu isə zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə aralarında bölüşdürmüşlər. O, mənzillərin rəsmiləşdirilməsi üçün zərərçəkmiş şəxslərdən aldığı pulları Hüseyn Həsənova verirdi. Həmin pullardan sadəcə 1000 manat, 1500 manat yaxud 2000 manat məbləğində pul ona qalırdı. Məhkəməyədək icraat zamanı Hüseyn Həsənov ona narahat olmamağını, bu məsələlərin həll olunacağını bildirmişdir. Bu səbəbdən məhkəməyədək icraat zamanı Hüseyn Həsənovun adını hallandırmamışdır.Ümumilikdə, Zərərçəkmiş şəxs3 186000 manat, Zərərçəkmiş şəxs4 18300 manat və Zərərçəkmiş şəxs2 42000 manat məbləğində dəymiş zərər ödənilməmişdir. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində onun ona order təqdim etdiyini bildirmişdir, lakin o, heç kimə order verməmişdir. Ümumiyyətlə, onun orderdən məlumatı olmamışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı şahid ifadələrinin də mümkünlüyü və mötəbərliyi üzrə yoxlanılmasından sonra sübut növü kimi qəbul edilməsi məsələsinə qiymət verilməsini zəruri hesab edir. Belə ki, məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstəri ki, Təqsirləndirilən şəxsla tanışlıqları onun katibi Əfsanə xanım vasitəsilə yaranmışdır. Əfsanə xanım ilə qohumluq münasibətləri mövcuddur. Bir gün Əfsanə xanımdan məcburi köçkünlərin köçürüldüyü sənədsiz evlərin ucuz qiymətə satışa çıxarıldığını öyrənmişdir. Təqsirləndirilən şəxsla əlaqə yaradıb onunla danışmışdır. Qiymət barədə razılaşmışlar. Kredit əsasında lazımi məbləği əldə etmişdir. Atası Şahid1 ilə birlikdə Sumqayıt şəhər 20 saylı Mənzil Kommunal Təsərrüfat Sahəsinə gəlmişlər. Təqsirləndirilən şəxs xidməti otağında 18000 manat məbləğində pul vermişdir. Pulun qalanını isə Təqsirləndirilən şəxs sənədləri təqdim etdikdən sonra verəcəkdi. Daha sonra Təqsirləndirilən şəxs ondan sənədləri göstərmək adı ilə 500 manat məbləğində pul istəmişdir. Onun həmin vaxt 300 manat məbləğində pulu var idi və həmin pulu ona vermişdir. Təqsirləndirilən şəxs pulu verdikdə, vəd verdiyi mənzilin ünvanını demişdir. Lakin oraya hazırda getməmələrini, çünki məcburi köçkünlərin hələ həmin evlərdən çıxamadıqlarını bildirmişdir. Təqsirləndirilən şəxs pul verdiyi anı telefon vasitəsilə lentə almışdır. Təqsirləndirilən şəxsin bundan xəbəri olmamışdır. Təqsirləndirilən şəxs bildirdiyinə görə, satışa çıxarılan mənzillər Sumqayıt şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinə məxsus olmuşdur. Pullar isə Sumqayıt Şəhər İcra Hakimiyyətində vəzifəli şəxsə verilirdi. Lakin, həmin şəxsin adını qeyd etmirdi. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxsla iş yoldaşı olmuşlar. Həmin ərəfələrdə ev axtarırdı. Təqsirləndirilən şəxsə də binanın 1-ci mərtəbəsində satılan ev olsa, ona xəbər verməsini bildirmişdir. Təqsirləndirilən şəxs də Sumqayıt şəhəri, 47-ci məhəllədə yerləşən 9 mərtəbəli binadakı mənzillərin satışa çıxarıldığını, həmin mənzillərin tanıdığı adamlara satıldığını və s. bildirmişdir. Təqsirləndirilən şəxslə birlikdə gedib həmin binaya onun həyətindən baxmışlar. Təqsirləndirilən şəxs iş yoldaşının bacısına da bu mənzillərdən satıldığını, hazırda mənzili təmir etdirdiyini və s. bildirmişdir. O, həmin təmir olunan mənzilə baxmasa da, sonradan maraqlanaraq həqiqətən qeyd edilən şəxsin mənzili təmir etdiyini öyrənmişdir. Əvvəlcə 4 mənzilin pulunu vermiş, həmin puldan təqsirləndirilən şəxs tərəfindən hissə-hissə olmaqla, 8000 manat məbləğində pul geri qaytarılmışdır. Daha sonra da dostlarının adına qeydə alınması üçün 6 mənzil daha almışdır. İlkin olaraq 20000 manat məbləğində pul verəcəyini hesablamış, lakin 18000 manat məbləğində pul ilə razılaşmışlar. O, Təqsirləndirilən şəxs inandığı üçün əvvəlcə Sumqayıt Şəhər İcra Hakimiyyəti yanında Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin rəhbərindən bu barədə soruşmamışdır. Daha sonra təqsirləndirilən şəxs, Hüseyn Həsənov və o birlikdə oturub danışmışlar. Hüseyn Həsənov pul almadığını bildirmişdir. Hüseyn Həsənov təqsirləndirilən şəxsə ondan aldığı pulları qaytarmasını bildirmişdir. Həmin gün təqsirləndirilən şəxs 12000 manat məbləğində pulu ona qaytarmışdır. O, ümumilikdə 10 mənzil almışdır. Bunlardan 1 ədədi 1 otaqlı, 1 ədədi 2 otaqlı, 1 ədədi 4 otaqlı, qalanları isə 3 otaqlı mənzillər olmuşdur. Bu mənzillərin bir çoxunu öz pulu hesabına, lakin adına çox sayda mənzil qeydə alınmasını istəmədiyi üçün dostlarının adına rəsmiləşdirilməsi üçün almışdır. Hazırda təqsirləndirilən şəxs tərəfindən ona 186000 manat məbləğində pul qaytarılmalıdır. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs onun dostudur. Bir gün Təqsirləndirilən şəxs məcburi köçkünlərin yaşadıqları mənzillərin onlar işğaldan azad edilmiş torpaqlara köçürüldükdən sonra satışa çıxarıldığını bildirmişdir. O, ona Təqsirləndirilən şəxs mobil telefon nömrəsini vermişdir. O, təqsirləndirilən şəxslə danışmışdır. Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində təqsirləndirilən şəxslə görüşmüş, ona əvvəlcə 20000 manat məbləğində pul vermişdir. Təqsirləndirilən şəxs onunla görüşə qara rəngli “BMW” markalı, qeydiyyat nişanının son rəqəmləri “444” olan avtomobil ilə gəlmişdir. Onun ətirinin iyindən bahalı ətir olduğu bilinirdi. Bunları gördükdən sonra həmin şəxsin onu aldadacağını düşünməmişdir. O, 2 ədəd 3 otaqlı mənzil almaq istəmişdir. Bu mənzillərdən birinin pulunu vermişdir. Təqsirləndirilən şəxs mənzilin sənədlərinin 3 ay ərzində hazır olacağını bildirmişdi. Daha sonra 2-ci mənzil üçün 22000 manat məbləğində pulu Bakı şəhəri, Yasamal rayonunda yerləşən “Melissa Park” yaşayış kompleksində vermişdir. Təqsirləndirilən şəxsin vəd verdiyi müddət gəlib çatmış, lakin mənzillərin sənədləri təqdim edilməmişdir. Daha sonra təqsirləndirilən şəxslə Abşeron rayonunda yerləşən Xırdalan dairəsi yaxınlığında görüşmüşlər. Mənzillərin aqibəti barədə təqsirləndirilən şəxsdən soruşduqda, mənzillərin rəsmiləşdirilməsinin alınmadığını, 1 həftə sonra Gürcüstan Respublikasına gedəcəyini, orada texnikaları və alacağı pullar olduğunu bildirmişdir. Təqsirləndirilən şəxsə, ümumilikdə 42000 manat məbləğində pul vermiş, həmin puldan heç bir məbləğ ona geri qaytarılmamışdır. Təqsirləndirilən şəxs bu işləri Sumqayıt Şəhər İcra Hakimiyyəti yanında Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin rəhbəri ilə birgə gördüklərini bildirmişdir. Məhkəmədə zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində dindirilmiş Nümayəndə ifadəsində göstərdi ki, Sumqayıt Şəhər İcra Hakimiyyəti yanında Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi mənzil satışı ilə məşğul olmur, mülkiyyəti təsdiq edən sənəd vermir. Bu işlərdə səlahiyyətli qurum Sumqayıt Şəhər İcra Hakimiyyəti yanında Mənzil təsərrüfatı və mənzillərin uçotu şöbəsidir. Həmin mənzillərin satılması barədə o, ilk dəfə indi eşitmişdir. Bu mənzillər hər hansı bir zavod tərəfindən tikilmiş, daha sonra həmin zavod fəaliyyətini dayandırdıqdan sonra məcburi köçkünlər yarımtikili kimi bu evlərdə məskunlaşmışlar. Bu mənzillərin bir çoxu Sumqayıt Şəhər İcra Hakimiyyəti yanında Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin balansına qəbul edilməmişdir, qəbul edilən mənzillərin siyahısı vardır. Sumqayıt Şəhər İcra Hakimiyyəti yanında Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinə konkret olaraq hansı qaydada zərər dəydiyini bilmirəm. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 Əlisafa oğlu ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxsla tanışlığı onun katibi Əfsanə xanım vasitəsilə yaranmışdır. Əfsanə xanım oğlu Zərərçəkmiş şəxs4 həyat yoldaşının qohumudur. Bir gün Əfsanə xanım məcburi köçkünlərin köçürüldüyü sənədsiz evlərin ucuz qiymətə satışa çıxarıldığını bildirmişdir. Oğlu Zərərçəkmiş şəxs4 Təqsirləndirilən şəxsla əlaqə saxlayaraq danışmışdı. Oğlu Zərərçəkmiş şəxs4 ilə birlikdə Sumqayıt şəhər 20 saylı Mənzil Kommunal Təsərrüfat Sahəsinə gəlmişlər. Təqsirləndirilən şəxs xidməti otağında 18000 manat məbləğində pul vermişlər. Pulun qalanını isə Təqsirləndirilən şəxs sənədləri təqdim etdikdən sonra verəcəkdilər. Daha sonra Təqsirləndirilən şəxs 300 manat məbləğində pul vermişlər. Ümumilikdə, təqsirləndirilən şəxsə 18300 manat məbləğində pul vermişlər. Təqsirləndirilən şəxs verilmiş 18300 manat məbləğində puldan heç bir məbləğ geri qaytarılmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, 2020-ci ilin avqust ayından etibarən Sumqayıt şəhər 20 saylı Mənzil Kommunal Təsərrüfat Sahəsində xadimə vəzifəsində işləmişdir. O, hadisənin birbaşa şahidi olmamışdır. Sadəcə Təqsirləndirilən şəxs telefonla danışarkən Sumqayıt şəhəri, 47 və 48-ci məhəllələrdə yerləşən əvvəllər məcburi köçkünlər üçün nəzərdə tutulmuş sənədsiz evlərin münasib qiymətə satıldığını eşitmişdir. Zərərçəkmiş şəxs4 Təqsirləndirilən şəxs pul verməsini o, həmin pulu verdikdən sonra bilmişdir. Xatırladığı qədərilə 18300 manat məbləğində pul vermişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, kürəkəni Niyaməddin Mustafayev onun şəxsiyyət vəsiqəsini götürmüşdür. Şəxsiyyət vəsiqəsini götürdükdə onu dostuna verəcəyini, dostuna onun adına mənzil rəsmiləşdirilməsi üçün lazım olduğunu bildirmişdi. Lakin o, kürəkəni Niyaməddin Mustafayevin dostunu tanımır. Niyaməddin Mustafayevlə onun adına mənzil rəsmiləşdirilməsinə razılıq verdiyi üçün ona hər hansı bir məbləğdə pul verilməsi barədə razılaşmamışlar, o da ona ev alması üçün hər hansı məbləğdə pul verməmişdir.Təqsirləndirilən şəxs və zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs tanımır. Şahid3 məhkəməyədək icraat zamanı verdiyi, məhkəmədə elan olunaraq tədqiq olunan ifadəsində o göstərmişdir ki, Təqsirləndirilən şəxs tanımır, həmin şəxslə hər hansı bir münasibəti olmamışdır. Sonradan bilmişdir ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 20 saylı Mənzil Kommunal Sahəsinin rəisi İşləmişdir və uzaq qohumluq əlaqələrinə malik olduğu Zərərçəkmiş şəxs3 aldatmışdır. Belə ki, təxminən 2022-cİ ilin avqust ayında qohumu Təqsirləndirilən şəxs ona bildirmişdir ki, 20 saylı Mənzil Kommunal Sahəsinin balansında olan, Sumqayıt şəhəri, 47-ci kvartalda yerləşən 9 mərtəbəli köhnə yaşayış binalarından ev almaq istəyir, öz adına da mənzil alacaq deyə, digər alacağı mənzilin onun adına sənədləşməsini xahiş edir. O da düzü qohumu Anara heç bir etirazını bildirməmiş, alacağı mənzili onun adına sənədləşməsində bir problem olmadığını demişdir. Bundan sonra Anar ondan şəxsiyyət vəsiqəsinin sürətini sənədləşmə aparılması üçün istəmiş, o da şəxsiyyət vəsiqəsinin sürətini Anara təqdim etmişdir. Bundan xeyli müddət sonra İsə Təqsirləndirilən şəxs öyrənmişdir ki, qohumu Anar Sumqayıt şəhəri. 47-ci kvartalda yerləşən 9 mərtəbəli köhnə yaşayış binasından bir neçə mənzil almaq üçün 20 saylı Mənzil Kommunal Sahəsinin rəisi Təqsirləndirilən şəxs cəmi 186.000 manat pul vermiş, daha sonra məlum olmuşdur ki, Təqsirləndirilən şəxs qohumunu aldatmışdır, heç bir mənzilin satılmasından söhbət belə getməmişdir. Onun bildikləri bu qədərdir. O, bu proseslərdə iştirak etməmiş, Təqsirləndirilən şəxs qanunsuz əməllərindən də həmin vaxt deyil, dediyi kimi sonradan xəbəri olmamışdır. Şahid3 həmçinin ifadəsində göstərmişdir kı, Sumqayıt şəhər İcra hakimiyyəti yanında Mənzil- Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 20 saylı Mənzil Kommunal Sahəsinin rəisi İşləmiş Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 47-ci kvartalda yerləşən 9 mərtəbəli yaşayış binasında mənzilləri satmaq adı ilə saxta sənədlər (orderlər) tərtib edib Zərərçəkmiş şəxs3 təqdim edərək sonuncunu aldatmasını və 186.000 manat pul vəsaitini ələ keçirtməsini yalnız sonradan qohumu Anarın ona bu barədə danışmasından sonra bilmişdir. 05 sentyabr 1989-cu il tarixli, 12 fevral 1994-cü İl tarixli, 14/124 nömrəli və 13 yanvar 1995-ci il tarixli, 24/118 nömrəli orderlərin surətləri ilə tanış olmuşdur, diqqətlə nəzərdən keçirtmişdir, 13 yanvar 1995-ci il tarixli, 24/118 nömrəli orderin onun adına yazıldığını görmüşdür, həmin orderi, eyni zamanda digər iki orderi də ilk dəfədir ki, görür, ona kimsə hər hansı bir order təqdim etməmişdir. Qeyd edilən orderlərin haradan və necə əldə edilməsi barədə ümumiyyətlə məlumatı yoxdur. O, hər hansı bir mənzil alınmasına görə Təqsirləndirilən şəxs hər hansı bir miqdarda pul verməmişdir. Qohumu Zərərçəkmiş şəxs3 alacağı mənzilin onun adına rəsmişləşdirilməsi üçün xahişi ilə əlaqədar şəxsiyyət vəsiqəsinin sürətini vermişdir. Onun bildikləri bu qədərdir. (Cild 1, iş vərəqləri 48-52) Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, o, hadisənin birbaşa şahidi olmamışdır. Sadəcə bacısı oğlu X4 onun adına mənzil rəsmiləşdirmək istədiyini bildirmişdir. O da buna razı olmuşdur. Bacısı oğlu mənzili Təqsirləndirilən şəxs rəsmiləşdirmək istədiyini bildirmişdi. Lakin, mənzilin harada yerləşməsi barədə məlumatlı deyildir. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxsla qohumluq münasibətləri vardır. Şahid4, həmçinin Şahid5 məhkəməyədək icraat zamanı verdiyi, məhkəmədə elan olunaraq tədqiq olunan ifadəsində onlar digər Şahid3 ilə oxşar məzmunlu ifadə verərək onun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. (Cild 1, iş vərəqləri 138- 142, 53-57) Məhkəmədə əlavə şahid qismində dindirilmiş X3 ifadəsində göstərdi ki, Sumqayıt şəhər İcra Hakimiyyəti yanında Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin mənzillərin rəsmiləşdirilməsinə dair səlahiyyəti yoxdur. Mənzilə Sumqayıt şəhər İcra Hakimiyyəti yanında Mənzillərin qeydiyyatı, bölüşdürülməsi və dəyişdirilməsi şöbəsi tərəfindən order verilir, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Sumqayıt Şəhər Ərazi İdarəsi tərəfindən mənzil özəlləşdirilir. O, mənzil rəsmiləşdirilməsi üçün pul almamışdır. Təqsirləndirilən şəxs müxtəlif şəxslərə satdığı mənzillərin olduğu bina Sumqayıt şəhər İcra Hakimiyyəti yanında Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin balansındadır. Lakin, həmin binanın mənzillərində hələ də məcburi köçkünlər yaşayırlar. Onlar həmin mənzillərdən çıxdıqdan sonra Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının sərəncamı ilə o mənzillər verilə bilər. Daha sonra sənədlər Sumqayıt şəhər İcra Hakimiyyəti yanında Mənzillərin qeydiyyatı, bölüşdürülməsi və dəyişdirilməsi şöbəsinə təsdiq edilməsi üçün göndərilir, təsdiq edildikdən sonra uçota alınması üçün Sumqayıt şəhər İcra Hakimiyyəti yanında Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinə verilirdi. Qeyd olunan mənzillərin rəsmiləşdirilməsində onun hər hansı iştirakı olmamışdır. Hətta, bu barədə eşitdiyi gün müvafiq prokurorluq orqanına məlumat vermişdir. Həmin müraciətlə bağlı müvafiq cinayət işi başlanılmışdır və hazırda cinayət işi baxılması üçün Sumqayıt şəhər Məhkəməsinə göndərilmişdir. Zərərçəkmiş şəxs3 verməsi üçün Təqsirləndirilən şəxs pul verməmişdir. Təqsirləndirilən şəxs atası və dayısı ilə onun yanına gəlmiş, onların yanında ona pul vermədiyini bildirmiş, hansı səbəbə pulları ona verməsi barədə bildirdiyini soruşduqda, başqa çıxış yolu olmadığı üçün belə etdiyini demişdir. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilməklə sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cəfər Cabbarlı filialı tərəfindən verilmiş 10 iyul 2023-cü il tarixli, 485 nömrəli arayışından görünür ki, Mərkəz filialında xx.xx.2022-ci il tarixdə rəsmiləşdirilmiş BİKA5929772A102 saylı kredit müqaviləsi üzrə Zərərçəkmiş şəxs4 48 aylıq 25.000 manat məbləğində bank qarşısında kredit borcu vardır. (Cild 1, iş vərəqləri 119-120) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən Zərərçəkmiş şəxs4 istintaq zamanı daxil olmuş şikayət ərizəsinə əlavə etdiyi “Diskə baxış keçirilməsi barədə” 21 iyun 2023-cü il tarixli protokoldan görünür ki, iki nəfər kişi cinsindən olan şəxsin Sumqayıt şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 20 saylı Mənzil Kommunal Təsərrüfat Sahəsinin İnzibati binasına daxil olduğu, inzibati binaya daxil olduqdan sonra irəliləyərək 20 saylı Mənzil Kommunal Təsərrüfat Sahəsinin rəisinin xidməti otağına daxil olduqları və həmin xidməti otaqda əyləşən bir nəfər kişi cinsindən olan şəxslə görüşüb və daha sonra əyləşərək söhbət etdikləri müəyyən edilmişdir. Həmin şəxslərin arasında baş tutmuş və videogörüntüsü qeydə alınmış danışıqların ümumi məzmunundan görünür ki, xidməti otağa daxil olan şəxslər xidməti otaqda baş stolda əyləşmiş şəxsə alacaqları evə baxmaq istədiklərini, Sumqayıt şəhəri 20 saylı Mənzil Kommunal Təsərrüfat Sahəsinin balansında olan Sumqayıt şəhəri, 47-ci kvartalda yerləşən 9 mərtəbəli köhnə yaşayış binasının 1-ci blokunda 5-ci mərtəbədə yerləşən 3 otaqlı mənzil üçün 18.000 manat pul verəcəklərini, yerdə qalan 2.000 manat pulu isə mənzilə dair sənədlər hazır olub verildikdən sonra verəcəklərini bildirərək şəxsiyyət vəsiqəsini təqdim etmişlər, daha sonra 18.000 manat pulu təqdim edərək həmin şəxsdən pulu saymasını xahiş etmişlər Həmin şəxsə inandıqlarını, problem olmasını istəmədiklərini bildirmişlər. Həmin şəxs isə qəbuluna gələn iki nəfər vətəndaşa söhbət əsnasında yaxın 10-15 gün ərzində birlikdə evə baxa biləcəklərini, həmin evdə hazırda yaşayış olduğunu, yaxın 2-3 ay ərzində mənzilə dair sənəd, çıxarışın veriləcəyini, mənzilin münasib qiymətə olduğunu bildirərək, Sumqayıt şəhəri, 47-ci kvartalda yerləşən 9 mərtəbəli köhnə yaşayış binasının 1-ci blokunda 5-ci mərtəbədə yerləşən 3 otaqlı mənzil üçün 18.000 manat pulu şəxslərdən qəbul etmişdir, eyni zamanda şəxsiyyət vəsiqəsinin əslini də götürmüş, sənədləşmə üçün vəsiqənin bir neçə gün özündə qalacağını demişdir. Daha sonra isə xidmətə otağa daxil olan vətəndaşlara nə verdikləri puldan, nə də mənzildən narahat olmamalarını, hər şeyin yaxşı olacağını, ona inanmalarını, etibar etmələrini, məsələnin tezliklə müsbət şəkildə həll ediləcəyini, mənzilin hazırda yaxşı təmirli olmadığını, mənzil almandan sonra təmir etdirə biləcəklərini demişdir. Baxışda iştirak edən Xəyal Əliyev bildirmişdir ki, videogörüntüdə danışan şəxs odur, atası Şahid1 Əlisafa oğlu və Sumqayıt şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 20 saylı Mənzil Kommunal Təsərrüfat Sahəsinin rəisi işləmiş Təqsirləndirilən şəxsdur. O, atası ilə birlikdə əvvəlcədən danışdıqları kimi 07 İyul 2022-ci il tarixdə Sumqayıt şohər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 20 saylı Mənzil Kommunal Təsərrüfat Sahəsinin inzibati binasına gələrək daxil olmuşlar, inzibati binaya daxil olduqdan sonra 20 saylı Mənzil Kommunal Təsərrüfat Sahəsinin rəisinin əyləşdiyi xidməti otağa daxil olmuşlar, orada otaqda əyləşən rəis Təqsirləndirilən şəxs ilə görüşərək söhbət etmişlər. Söhbətin də məzmunundan göründüyü kimi, o, Sumqayıt şəhəri, 47-ci kvartalda yerləşən 9 mərtəbəli köhnə yaşayış binasının 1-ci blokunda 5-ci mərtəbədə yerləşən 3 otaqlı mənzil üçün 18.000 manat pulu Təqsirləndirilən şəxs təqdim etmiş, həmçinin şəxsiyyət vəsiqəsini də təqdim etmişdir. Yerdə qalan 2.000 manat pulu isə mənzilə dair sənəd hazır olandan sonra verəcəyini demiş və beləcə razılaşmışlar. Anar da öz növbəsində 18.000 manat pulu qəbul edərək, yaxın 2-3 ay ərzində mənzilə dair çıxarış sənədinin hazır olacağını, həmin sənədi tabe olduğu Sumqayıt şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyindən götürərək verəcəyini demişdir. Daha sonra isə kifayət qədər müddət keçəndən sonra, o, Təqsirləndirilən şəxs tərəfindən aldadıldığını başa düşmüş, pulunu Təqsirləndirilən şəxs geri tələb etmişdir, sonuncu İsə müxtəlif bəhanələr gətirərək pulu tabe olduğu idarədən alıb yaxın zamanda verəcəyini deyərək onun pulunu qaytarmamışdır. (Cild 1, iş vərəqləri 77-78) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən 21 iyul 2023-cü M tarixli arayışla əlavə edilmiş 3 ədəd saxtalaşdırılmış 05 sentyabr 1989-cu il tarixli, 12 fevral 1994-cü İl tarixli, 14/124 nömrəli və 13 yanvar 1995-ci il tarixli, 24/118 nömrəli orderlərin sürətlərindən və Azərbaycan dilinə tərcümə edilməsini təsdiq edən sənədlərdən görünür ki, Şahid3 adına tərtib edilən orderin üzərində tarix 13 yanvar 1995-ci il, nömrə 24/118, otağın sahəsi 39/3, mənzil 66, ev 13, küçə 47, iş yeri Sumqayıt Kimya Zavodu, vəzifə sexdə laborant, orderin verilmə tarixi xx.xx.1995-ci il göstərilmişdir. Şahid5 adına tərtib edilən orderin üzərində tarix 05 sentyabr 1989-cu il, otağın sahəsi 39/3, mənzil 41, ev 12, küçə 47, orderin verilmə tarixi 05,04.1989, iş yeri STTK-2 göstərilmişdir. Qurbanov İlyas Bİnnət oğlunun adına tərtib edilən orderin üzərində tarix 12 fevral 1994-cü il, nömrə 14/124, otağın sahəsi 39/3, mənzil 27, ev 13, küçə 47, İş yeri Sumqayıt Kimya Zavodu, vəzifə sexdə naçalnik, orderin verilmə tarixi xx.xx.1993 göstərilmişdir. Həmin saxta sənədlərin üzərinə Sumqayıt şəhər İcra Hakimiyyəti yanında Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 20 saylı Mənzil Kommunal Sahəsinin dairəvi möhürü vurulmuşdur. (Cild 1, iş vərəqləri 152-165) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən "xxxx" MMC-dən xx.xx.2023-cü il tarixli, BKC/LGL-5529/23 saylı məktubla daxil olmuş, telefon məlumatlarını özündə əks etdirən 1 ədəd CD diskə 21 iyul 2023-cü İl tarixdə baxış keçirilmişdir. Baxış protokolundan görünür ki, Zərərçəkmiş şəxs2 istifadəsində olan ***-***- **-** nömrəsi ilə, Zərərçəkmiş şəxs3 istifadəsində olan 050- ***-**-** nömrəsi ilə, Zərərçəkmiş şəxs4 istifadəsində olan 055-887- 76-71 və ***-***-**-** nömrəsi ilə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-** nömrəsi arasında 01 yanvar 2022-ci il tarixdən 19 iyun 2023-cü il tarixədək olan dövrdə çoxsaylı telefon danışıqları aparılmışdır. (Cild 1, iş vərəqləri 170-173) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən Sumqayıt şəhər İcra Hakimiyyəti yanında Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 20 nömrəli Mənzil-Kommunal Sahəsinin rəhbərliyinin xx.xx.2023-cü il tarixli, 40 nömrəli məlumatından görünür ki, xidməti ərazi olan 47-cİ məhəllə ev 9 ünvanında boş mənzil yoxdur. (Cild 1, iş vərəqləri 147) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən Sumqayıt Şəhər İcra Hakimiyyətindən daxil olmuş xx.xx.2023-cü il tarixli, 5-6/2-1148/2023 nömrəli məktubdan və məktuba əlavə edilmiş sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər İcra Hakimiyyəti yanında Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin rəisinin xx.xx.2021-ci il tarixli, 109-K nömrəli əmrinə əsasən həmin Birliyin 20 nömrəli Mənzil-Kommunal İstismar Sahəsinin rəisi vəzifəsinə təyin edilmişdir. Təqsirləndirilən şəxs Sumqayıt şəhər İcra Hakimiyyəti yanında Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin rəisinin xx.xx.2023-cü il tarixli, 55 nömrəli əmrinə əsasən həmin Birliyin 20 nömrəli Mənzil-Kommunal İstismar Sahəsinin rəisi vəzifəsindən azad edilmişdir. (Cild 1, iş vərəqləri 143-151) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən Sumqayıt şəhər İcra Hakimiyyəti yanında Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin rəisi tərəfindən 20 aprel 2019-cu il tarixdə təsdiq edilmiş, Sumqayıt şəhər İcra Hakimiyyəti yanında Mənzil-Kommunal Təsərrüfatı istehsalat Birliyinin Mənzil-Kommunal İstismar Sahəsi rəisinin vəzifə təlimatına əsasən, sahə rəisi xidmət etdiyi ərazidə yaşayış binalarının qorunub saxlanmasına, onlardan təyinatı üzrə istifadə edilməsinə nəzarət etmək, sahənin idarəçiliyində ümumi rəhbərliyi həyata keçirmək, xidmət etdiyi ərazidə əsaslı və cari təmirə ehtiyacı olan obyektləri müəyyənləşdirib, onların təmir edilməsi üçün tədbirlər görmək, tabeliyində olan fəhlə və qulluqçuların səlahiyyət dairəsini təyin etmək, onların vəzifələrini yerinə yetirmələrinə şərait yaratmaq, ərazidə yanğından mühafizə qaydalarına əməl olunmasına nəzarət etmək, vətəndaşların ərizə və şikayətlərinə vaxtında, düzgün baxılmasını təmin etmək, vətəndaşlara lazım olan hüquqi sənədlərin hazırlanıb verilməsinə sərəncam vermək, xidmət etdiyi ərazinin təmiz saxlanmasını, məişət tullantılarının daşınıb zərərsizləşdirilməsinə nəzarət etmək, ştat intizamına riayət edilməsinə nəzarət etmək, mühasibat hesablarının vaxtında verilməsini təmin etmək, tabeliyində olan işçilərin iş planlarının tərtib olunmasını tələb etmək, onların iş planlarını təsdiq etmək kimi təşkilati- sərəncamverici funksiyaları yerinə yetirən vəzifəli şəxsdir. (Cild 1, iş vərəqləri 149-151) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” Publik Hüquqi şəxsdən daxil olmuş 18.07,2023-cü İl tarixli, 9478 nömrəli məktubdan görünür ki, xx.xx.1976-cı il tarixdə Gəncə şəhərində doğulmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Yasamal rayonu, X8 küçəsi 92 A, mənzil 469 B ünvanında yaşayan, Azərbaycan Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs arxiv məlumatına görə "Respublika Psixiatriya Xəstəxanasında müalicədə olmamışdır. (Cild 1, iş vərəqləri 134- 135) Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ tərəfindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin cavabından görünür ki, Təqsirləndirilən şəxs Abşeron Rayon Polis İdarəsi tərəfindən xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, Abşeron Rayon Məhkəməsi tərəfindən CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə xx.xx.2020-ci il tarixdə təqsirli bilinib, CM-nin 73-1.2-ci maddəsinə əsasən cinayət işinə xitam verilərək cinayət məsuliyyətindən azad edilmişdir. (Cild 1, iş vərəqləri 136-137) Bundan başqa, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 178.2.3, 29, 178.2.4, 178.3.2 və 320.1-ci maddələri ilə yanaşı Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə ittiham verilmişdir ondan ötrü ki, o, vəzifəli şəxs kimi xidməti vəzifəsinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək hüquqi şəxsin hüquqlarına və qanunla qorunan mənafelərinə mühüm zərər və ağır nəticələrə səbəb olan mühüm vurmaqla təkrarən vəzifə səlahiyyətlərindən suiistifadə etmişdir. Dövlət ittihamçısı yekun nitqində təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə verilmiş ittihamdan və aparılan cinayət təqibindən imtina etdiyini bildirmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 41.3-cü maddəsinə əsasən, dövlət ittihamçısı məhkəmədə cinayət təqibini istisna edan halları aşkar edərsə, təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina edilməsini bildirməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1 və 43.1.1-ci maddələrinə əsasən məhkəmə baxışı gedişində dövlət ittihamçısı cinayət təqibindən imtina etdikdə təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılır. Bundan başqa, həmin Məcəllənin 314.2-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı dövlət ittihamçısının ittihamın müdafiəsindən imtina etdiyi halda (yekun məhkəmə qərarının çıxarılması üçün məhkəmənin müşavirə otağına getməsindən əvvəl) məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 43.1-ci maddəsinin müddəalarına əsasən cinayət təqibinə xitam verməlidir. “Azərbaycan Respublikası Prokurorluğunun sorğusuna əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.1, 314.2-ci maddələrində nəzərdə tutulmuş «dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə» müddəasının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 fevral 2008-ci il tarixli qərarının nəticə hissəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.1-ci və 314.2-ci maddələrində nəzərdə tutulan dövlət ittihamçısının və xüsusi ittihamçının ittihamın müdafiəsindən (cinayət təqibindən) imtina etməsi ittihamdan həm tam, həm də qismən imtina edilməsini ehtiva edir. Dövlət ittihamçısının verilmiş ittihamdan qismən, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə imtina etməsinə görə məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin barəsində həmin maddə ilə aparılan cinayət təqibinə xitam verilməli, onun əməlləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 178.2.3, 29, 178.2.4, 178.3.2 və 320.1-ci maddələri ilə tövsif edilməli və o, həmin maddələr ilə təqsirli bilinməli və ona qanunla müəyyən edilmiş qaydada həmin maddələrin sanksiyaları hədlərində azadlıqdan məhrum etmə növündə əsas cəza təyin edilməli, həmçinin əlavə cəza da təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə qeyd olunan Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Məhkəmə bu qənaətə gəlir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Məcəlləsinin 29, 178.2.3, 29, 178.2.4, 178.3.2-ci maddələrinin sanksiyalarında əlavə cəza nəzərdə tutulmasa da, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 46.2-ci maddəsində nəzərdə tutulmuş qaydada müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əlavə cəza təyin edilməsi zəruridir. Belə ki, məhkəmə, təqsirləndirilən şəxsin qəsdinin yönəldiyi ictimai münasibətlərin xarakterini, ona istinad edilən cinayət əməlini törətməsinin faktiki hallarını da nəzərə alaraq hesab edir ki, bu əlavə cəzanın yaradacağı digər məhdudiyyətlərlə bərabər həm də mənəvi-psixoloji təsiri cəzanın tənbeh təsirinin gücləndirilməsinə, onun təkrar cinayət törətməsinin qarşısını almağa, bununla da cəzanın Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərinə nail olunmasına xidmət edəcəkdir. Məhkəmə, təqsirləndirilən şəxsin dələduzluq niyyətinin olmaması, heç kimə order verməməsi, zərərçəkmiş şəxslərdən götürdüyü pulları özündən yuxarı vəzifəli şəxslərə verməsi və özünün də aldadılması ilə bağlı ifadəsində göstərdiyi xüsusatları, gətirdiyi dəlilləri və müdafiə tərəfinin irəli sürdüyü fikirləri, təqsirləndirilən şəxsin müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirir. Yuxarıda qeyd olunan sübutların məcmusunə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 178.2.3, 29, 178.2.4, 178.3.2 və 320.1-ci maddələrinin olması zərərçəkmiş və şahidlərin ifadələri, eləcə də digər obyektiv sübutlarla kifayət qədər təsdiqini tapmışdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarından görünür ki, təqsirləndirilən şəxsin himayəsində az yaşlı uşağı var, eləcə də vurulmuş maddi ziyandan 12.000 manatı hissəsini ödəmişdir. Təqsirləndirilən şəxsin himayəsində azyaşlı uşağının olması və dəymiş zərəri qismən ödəməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4 və 59.1.14-cü maddələrinə əsasən onun cəzasını yüngülləşdirən hallar hesab edilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-ci maddəsinə əsasən məhkəmədə təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 24 iyul 2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (Cild 1, iş vərəqləri 229-231) Təqsirləndirilən şəxsə təyin edilən azadlıqdan məhrum etmə növündə cəza təyin edildiyindən onun barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilməli və o, dərhal məhkəmə iclas zalından həbsə alınmalıdır. Cəza çəkilməsi müddətinin başlanğıcı isə hökmün elan olunduğu və təqsirləndirilən şəxsin məhkəmə iclas zalında həbsə alındığı tarixdən hesablanmalı, həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hazırki iş üzrə xüsusi müsadirə edilməli əmlakın olmadığını qeyd edir. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olan 02 ədəd disk, 3 ədəd - 05 sentyabr 1989-cu il tarixli, 12 fevral 1994-cü il tarixli, 14/124 nömrəli və 13 yanvar 1995-ci il tarixli, 24/118 nömrəli orderlərin surətləri iş materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə məhkəmə xərcləri yoxdur. Bundan başqa, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia həmin Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur, 179.2-ci maddəyə əsasən isə mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Həmin Məcəllənin 181.1-ci maddəsinə əsasən ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda və ya ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda, əmlakına dəymiş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır. 187-ci maddəyə əsasən mülki iddianın miqdarından asılı olmayaraq ona cinayət işinin və ya cinayət təqibi ilə bağlı digər materialın aid olduğu məhkəmədə müvafiq olaraq həmin işlə və yaxud materialla birlikdə baxılır və cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə qərarı məhkəmə öz hökmündə göstərir. İş üzrə mülki iddiaçı - Zərərçəkmiş şəxs3 qanunun bu və digər tələblərinə əməl etməklə mülki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona vurulmuş maddi zərərə görə təqsirləndirilən şəxsdən 186.000 manat məbləğində pulun və 476 manat məbləğində dövlət rüsumunun təqsirləndirilən şəxsdən tutularaq ona ödənilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, Zərərçəkmiş şəxs3 tərəfindən verilən mülki iddia təmin edilməklə Təqsirləndirilən şəxs vurulmuş maddi zərərlə bağlı 186.476 məbləğində pul tutulmaqla Zərərçəkmiş şəxs3 ödənilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxs tərəfindən müdafiəçi ilə müqavilə bağlandığından müdafiəçinin haqqı dövlət büdcəsi hesabına ödənilməməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 178.2.3, 29, 178.2.4, 178.3.2 və 320.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 178.2.3, 29, 178.2.4, 178.3.2-ci maddələri ilə həmin Məcəllənin 46.2-ci maddəsi tətbiq edilməklə 01 (bir) il 06 (altı) ay müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 07 (yeddi) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin olunan əsas cəzaları qismən toplamaq və əlavə cəzanı əsas cəzaya birləşdirilmək yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 01 (bir) il 06 (altı) ay müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə aparılan cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz olunsun və o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs təyin olunan azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli hökmün elan olunduğu 16 may 2024-cü il tarixdən hesablansın. İş üzrə maddi sübut olan 02 ədəd disk, 3 ədəd - 05 sentyabr 1989-cu il tarixli, 12 fevral 1994-cü il tarixli, 14/124 nömrəli və 13 yanvar 1995-ci il tarixli, 24/118 nömrəli orderlərin surətləri iş materiallarında saxlanılsın. Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddia təmin edilsin və Təqsirləndirilən şəxs 186.476 manat məbləğdə pul tutularaq Zərərçəkmiş şəxs3 ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-301/2024
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-301/2024
16.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver