Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-302/2024 04.09.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X1 (sədrlik edən), X11 və X5 ibarət tərkibdə, Məhkəmə iclas katibi Feyzullazadə Əli Elşən oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X3 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi-Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxsin hüquqi varisi – X6 Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxx 1996-cı ildə Quba şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, Rusiya Federasiyasının Moskva şəhərində fərdi əməklə məşğul olan, Quba şəhəri, 223-cü Atıcı Diviziya küçəsi, ev 19da qeydiyyatda olan, Quba rayon məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1 və 128-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 5 saylı məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ailə üzvlərinə baş çəkmək üçün 01 iyun 2023-cü İl tarixdə yaşadığı Rusiya Federasiyasının Moskva şəhərindən ailə üzvlərinin yaşadığı Bakı şəhərindəki fərdi yaşayış evinə gəldikdən sonra həmin gün saat 21 radələrində bacısı Şahid4 ilə Quba şəhər sakini Zərərçəkmiş şəxs1 arasındakı münasibəti dəqiq öyrənmək məqsədilə anası Şahid5 məxsus mobil telefonun “Whatsapp” sosial şəbəkəsinə daxil olaraq orada anası Şahid5 və bacısı Şahid4 arasında olan yazışmaları oxuyub Zərərçəkmiş şəxs1 bacısı Şahid4 ilə qeyri-rəsmi ər-arvad münasibətində yaşamasını və bacısı Şahid4 qeyri-ciddi olmaqla xoşagəlməz münasibət göstərməsini dəqiqləşdirdikdən sonra Zərərçəkmiş şəxs1 bacısına belə münasibət göstərməsinə görə cəzalandıraraq öldürmək qərarına gəlib bu məqsədlə həmin gün saat 22 radələrində Bakı şəhəri, “Şamaxinka” adlanan ərazidən fərdi olaraq taksi fəaliyyəti ilə məşğul olan Quba şəhər sakini Şahid3 idarə etdiyi “Opel Astra” markalı, “**-SZ-***” dövlət qeydiyyat nişanlı avtomobillə Quba rayonu istiqamətində yola çıxaraq yolda olarkən öz cinayətkar niyyətini həyata keçirmək üçün Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən “Araz market” mağazasından 1 ədəd dəstəyi qara rəngli soyuq silah hesab edilməyən mətbəx bıçağı alaraq 02 iyun 2023-cü il tarixdə saat 01 radələrində Zərərçəkmiş şəxs1 yaşadığı Quba şəhəri, Fətəlixan küçəsi, ev 79 ünvanında yerləşən beşmərtəbəli yaşayış binasının qarşısına gəlib orada Zərərçəkmiş şəxs1 ilə görüşərək ona bacısı Şahid4 qeyri-ciddi münasibət göstərməsini və onunla qeyri-rəsmi ər-arvad münasibətində yaşamasını irad tutan zaman aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs1 bacısı Şahid4 göstərdiyi münasibətə görə cəzalandıraraq öldürmək məqsədilə əvvəlcədən alaraq üzərində saxladığı 1 ədəd dəstəyi qara rəngli, tiyəsinin uzunluğu 130 mm, eni 27 mm, dəstəyinin uzunluğu 115 mm olmaqla ümumi uzunluğu 245 mm olan soyuq silah hesab edilməyən kəsici-deşici xassəyə malik mətbəx bıçağı ilə Zərərçəkmiş şəxs1 bədəninin müxtəlif nahiyələrinə zərbələr endirib ona boynun sol yan səthinin aşağı şöbəsində 1,3x0,4 sm ölçüdə, sol saidin orta 1/3-nin iç səthində 2,5x1,2 sm ölçüdə, sol bazunun yuxarı 1/3-nin iç səthində 2,4x0,9 sm ölçüdə, sol qoltuqaltı nahiyəsinin arxa qoltuqaltı xətti üzrə 1,7x0,6 sm və 1,9x0,6 sm ölçülərdə, belin sağ tərəfininin yuxarı hissəsində 2x0,5 sm ölçüdə kəsilmiş- deşilmiş yaralar kimi dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid 6 bədən xəsarəti, sol qoltuqaltı nahiyəsinin arxa qoltuqaltı xətti üzrə 2x0,7 sm ölçüdə və belin sağ tərəfininin yuxarı hissəsində 3x1 sm ölçüdə kəsilmiş-deşilmiş yaralar kimi döş boşluğuna nüfuz etməklə dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran 2 bədən xəsarəti olmaqla ümumilikdə 8 bədən xəsarəti yetirmiş, bundan sonra üzərinə gəlmiş Zərərçəkmiş şəxs1 qardaşı Zərərçəkmiş şəxs2 ona yumruq atmasını görərək sonuncunu özündən uzaqlaşdırmaq məqsədilə qəsdən həmin bıçaqla Zərərçəkmiş şəxs2 sol qoluna 1 dəfə zərbə endirib ona sol saidin orta 1/3-nin iç səthinin kəsilmiş yarası kimi dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarəti yetirməklə Zərərçəkmiş şəxs2 qəsdən sağlamlığına yüngül zərər vurmuş, Zərərçəkmiş şəxs1 “Quba rayon mərkəzi xəstəxanası" publik hüquqi şəxsinə aparılan zaman yolda almış olduğu xəsarətlər nəticəsində ağciyərlərin deşilmiş-kəsilmiş yaralarından baş vermiş kəskin qanitirmə səbəbindən öldüyündən Zərərçəkmiş şəxs1 qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 120.1 və 128-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək sərbəst ifadəsində və ona verilən sualları cavablandırarkən bildirdi ki, o, axşam saatlarında ora onunla söhbət etməyə getmişdir. Aşağı tərəfdə söhbət etməyi təklif etmişdir. Bir və ya iki dəfə sakit şəkildə danışmaq istədiyini bildirmişdir. Şəxsin üzərində bıçaq olmuşdur. Üç dəfə şəxs əlini bıçağa atmışdır. Şəxs bıçağı çıxardaraq ona nümayiş etdirmişdir. Onun də əli bıçağın üstündə olmuşdur. Onun bıçaqla onu vurmağa imkanı olana qədər özü onu bıçaqla vurmuşdur. Onlar ailədə üç uşaq olmuşdur. Onun iki bacısı vardır. Könül onun bacısıdır. Rəhman Könülü hadisədən bir gün qabaq döymüşdür. Könül ailə həyatı qurmuş və ayrılmışdır. Könülün yoldaşından neçə müddətdir ayrıldığını dəqiq bilməmişdir. Rəhman əvvəldən tanıdığı şəxs olmamışdır. Elşad Rəhmanın onun dostu olduğunu ona bildirmişdir. Könülün yoldaşı ilə Rəhman bir müdddət dost olmuşlar. O, Rəhmanı belə tanımışdır. O, Könül boşanandan sonra Könülün uşağının Rəhmandan olduğunu bilmişdir. Uşağın üç yaşı olmuşdur. O bu məsələləri dəqiqləşdirmək üçün Rəhmanla görüşə getmişdir. Rəhman onunla orada söyüşlə danışmışdır. O isə Rəhmana normal söhbət etməyi təklif etmişdir. Rəhmanla əvvəl heç bir görüş olmamışdır. Hər ehtimala qarşı bıçaq götürmüşdür. Əvvəllər məhkumluğu olmamışdır. O, Rəhmana ilk olaraq zəng etmiş və harada olduğunu soruşmuşdur. Rəhman ona evdə olduğunu bildirmişdir. Şəxsi hadisə yerinə dəvət etmişdir. Hadisə Fətəlixan küçəsində iyunun 1-i, saat gecə iki və ya üç radələrində baş vermişdir. Rəhmanın yanında Ümid adlı qardaşı da olmuşdur. Hadisə vaxtı Ümid orada olmamışdır. Bıçaqlanma olduqdan sonra Ümid gəlmişdir. Rəhman əlini üç dəfə belinə atmışdır. O özü bıçağın tiyəsini görmüşdür. Bıcağın tiyəsi göy, yaşıl və qırmızı rəngdə olmuşdur. Rəhman axrıncı dəfə əlini bıçağa atanda onlar məhəllənin içərisinə keçmişlər. Onun yadında birinci və axrıncı dəfə vurmağı yadında qalmışdır. O, şəxsi yerə yıxıldıqdan sonra vurmamışdır. O, Rəhmanı bud hissəsindən vurmuşdur. Onun Rəhmanla görüşməkdə məqsədi Rəhmanın onun bacısına öz yoldaşına yoldaşı kimi baxmamasını, döyməsini, əzab verməsini aydınlaşdırmaq olmuşdur. O, Rəhmanın bunları etməkdə məqsədinin nə olduğunu öyrənmək istəmişdir. O bu məsələni yoluna qoymaq istəmişdir. O Rəhmanı bıçaq çıxartdığına görə vurmuşdur. Dördüncü dəfə bıçaq çıxartdıqdan sonra Rəhmanı vurmuşdur. O, Rəhmanın üstünə bıçaq çıxartmamışdır. O təkcə Könülün övladının atasız qalmasına görə peşman olmuşdur. Başqa heç bir şey üçün peşman olmamışdır. Rəhmanın qardaşı onun üzərinə hücum etmişdir. Onun üstünə hücum elədiyi üçün onu da vurmuşdur. O bu hadisəni törətdiyi zaman özündə olmamışdır. İstintaqa sərbəst ifadə vermişdir. Ona hər hansı bir təzyiq olmamışdır. Şəxs əlini üç dəfə bıçağa atmışdır. İstintaqa hadisədən sonra ifadə verdiyi üçün elə demişdir. O istintaqdakı ifafdəsində Rəhmanla çox danışmaq imkanının olmadığını bildirmişdir. O, Rəhmanla neçə dəqiqə danışdığını dəqiq xatırlamamışdır. O, əlini bıçağa atmışdır. Hadisə yerindən bıçaqlar aşkar olunmuşdur. Müstəntiq ondan istifadə etdiyi bıçağı soruşduqda müstəntiqə onun istifadə etdiyi bıçağın Rəhmanın üzərində olduğunu bildirmişdir. Təqsirləndirilən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən fərqli ifadə verdiyinə görə ifadəsi elan olunmaqla araşdırılmışdır. Belə ki, Belə ki, Azərbaycan Respublikası CM-nin 120.1 və 128-ci maddələri ilə ittiham elan edildikdə Təqsirləndirilən şəxs özünü təqsirli bilərək verdiyi ifadəsində göstərmişdir ki, o, xx xxxxx 1996-cı ildə Quba şəhərində anadan olmuş, ailədə atası Rza, anası Rəvanə, bacıları Səkinə və Könüllə birlikdə yaşamışdır. Qeydiyyatı Quba şəhəri, 223-cü Atıcı Diviziya küçəsi, ev 19 olsa da, Quba şəhəri, Fətəlixan küçəsində kirayədə yaşamış, Quba şəhəri 2 №-li tam orta məktəbdə təhsil almış, 9-cu sinfə kimi həmin məktəbdə oxuduqdan sonra ailə üzvləri ilə birlikdə Bakı şəhərinə köçmüş və Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon ərazisində kirayədə yaşamışlar. 17 yaşından etibarən mütəmadi Rusiya Federasiyasının Moskva şəhərinə gedərək orada müxtəlif şəxslərin yanında müxtəlif vəzifələrdə - satıcı, aşpaz və sair vəzifələrdə işləmiş, işi Rusiya Federasiyasında olduğundan orada yaşamış, ara-sıra Bakı şəhərinə gələrək ailə üzvlərinə baş çəkib yenidən işinə qayıtmışdır. Atası Rza Bakıda fərdi sürücülüklə məşğul olmuş, bəzən Bakı-Quba istiqamətlərində taksi sürmüş, anası Rəvanə evdar qadın olmuşdur. Böyük bacısı Səkinə ailə quraraq gəlin köçmüş, digər bacısı Könül X23 təhsil almış, sonradan uzaq qohumları Şahid7la ailə qurmuş və Qubaya gəlin köçmüşdür. Könül əri Elşadla birlikdə Quba şəhəri, Köhnə Avtovağzal dairəsi yaxınlığında öz evlərində yaşamışdır. Birgə nikahdan Hüseyn adlı bir övladları olmuşdur. Könül Elşadla normal ailə qurmuş, Quba şəhərində adət-ənənəyə uyğun toy olmuş, onlar və qohumlar həmin toyda iştirak etmişlər. Könül və Elşad ailə quran zaman onların aralarında nəsə qəribə bir hal müşahidə etməmişdir. Könül Elşadla ailə qurduqdan bir neçə il sonra yola getməmiş, bunun səbəbini ailə üzvlərindən soruşan zaman aralarında ümumi problemlərin olmasını, ailədaxili münaqişələrin olmasını demişlər. Təqribən 2 il əvvəl Moskvadan Bakı şəhərinə ailə üzvlərinə baş çəkməyə gələn zaman atası Rza onunla təklikdə söhbət etmiş, ona Quba şəhərində Rəhman adlı şəxsin bacısı Könülü kollecdə oxuyan zaman ləkələməsini, Könüllə cinsi əlaqədə olmasını və onun bakirəliyini pozmasını, bundan sonra bilinməməsi üçün Könülün Elşadla evlənməsini, uşağın da Elşaddan deyil, Rəhmandan olmasını demişdir. O, bunu bildikdən sonra atasına Rəhmanla nə vaxtsa görüşəcəyi təqdirdə onu bıçaqla vuraraq öldürəcəyini demişdir. Atası Rza belə bir şey etməməsini, məsələnin yoluna qoyulacağını bildirmiş və onu bir müddətlik sakitləşdirmişdir. O, atasının vədlərinə inanmış, Hüseynin atasız qalmasını istəmədiyi üçün Rəhmanı vurmaq fikrindən daşınmışdır. Bundan sonra, Moskvaya qayıtmış, bir müddət bu məsələlərə qarışmamış, ailə üzvləri ilə mobil telefonla danışan zaman onlar Könülün vəziyyətinin yaxşı olmasını, Qubada ev tutaraq orada Rəhmanla birlikdə yaşamalarını, münasibətlərinin yaxşı olmasını, ər- arvad kimi yaşamalarını demişlər. O da ailə üzvlərinin sözlərinə inanmış, hər şeyin ailə üzvlərinin dediyi kimi olmasını düşünmüşdür. 01 iyun 2023-cü il tarixdə evdəkilərə baş çəkmək üçün təyyarə ilə Moskva şəhərindən Bakı şəhərinə gəlmiş, atasıgilin yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, “Səfa store” mağazasının yaxınlığındakı evə gəlmiş, bir qədər yatıb istirahət etmiş, saat 21 radələrində yuxudan oyanmış, öz mobil telefonu Rusiya nömrəsi ilə olduğundan internetə daxil ola bilməmiş, bu səbəbdən də anasının mobil telefonunda şəbəkə paylayıcı funksiya ilə internet qoşaraq internətə daxil olmaq istəmiş, həmin vaxt Könülün Rəhmanla münasibətinin hansı formada olmasını öyrənmək üçün anasının “Whatsapp” sosial şəbəkəsindəki hesabına daxil olmuş, Könüllə olan yazışmaları oxumuş, Rəhmanla Könülün münasibətinin bildiyi kimi olmamasını, ailə üzvlərinin ona yalan danışmalarını, Rəhmanın Könüllə eyni evdə yaşamamasını, Rəhmanın Könülə kirayə ev tutmasını, ara-bir gəlib-getməsini, Könülə spirtli içki içirtməsini, bacısına arvad kimi yox, küçə qızı kimi yanaşmasını, bacısına qeyri-ciddi münasibət göstərməsini bilmişdir. Bu barədə Könülün anasına olan giley-güzarını oxumuş və ailə üzvlərinin onun Rəhmana nəsə etməməsi üçün yalan danışmalarını başa düşmüş, bacısına göstərilən bu münasibəti qəbul edə bilməmişdir. Bu yazışmaları oxuduqdan sonra məsələni aydınlaşdırmaq üçün Quba rayonuna getməyi qərara almış, Bakı şəhəri, “Şamaxinka” adlanan ərazidən Bakı-Quba taksilərinə yaxınlaşmış, Rza adlı şəxsin “Opel” markalı, boz rəngli avtomobili ilə Quba rayonu istiqamətində yola çıxmış, avtomobildə başqa sərnişin olmamış, Bakı şəhərindən çıxan zaman taksi Rzanın mobil telefonu ilə Rəhmanın mobil nömrəsinə zəng etmişdir. Onun mobil telefonundakı nömrə Rusiya nömrəsi olduğu üçün öz mobil telefonu ilə zəng edə bilməmiş, Rəhmanın mobil nömrəsini isə anasının mobil telefonundan götürmüş, Rəhmana Quba rayonu istiqamətində yola çıxmasını, 2 saata Quba rayonunda olacağını bildirmişdir. Yolda avtomobili “Saray postu” yaxınlığında saxlatmış, “Araz market”ə daxil olaraq oradan bir ədəd dəstəyi qara rəngli bıçaq almışdır. Bıçaq almaqda məqsədi Rəhmanla söhbət edən zaman nəsə ona qarşı hərəkət edəcəyi halda özünü müdafiə etmək olmuş, həmçinin, bacısına göstərdiyi münasibətə görə xeyli qəzəbli olmuşdur. Rzanın görməməsi üçün bıçağı şalvarının cibində gizlətmiş, əlavə olaraq marketdən 2 ədəd “Tuborg” markalı 0,5 İ pivə almış və yolboyu hər ikisini içmişdir. Quba rayonuna çatan zaman Rzadan onu “Quba meydanı" adlanan əraziyə düşürməsini xahiş etmiş, “Quba meydanfna doğru hərəkətdə olarkən yenidən Rzanın mobil telefonu ilə Rəhmana zəng edərək “Quba meydanı" istiqamətində gəldiyini və həyətə düşməsini bildirmiş, Rəhmanın təsvir etməsinə əsasən onun yaşadığı evin qarşısına gəlmiş, Rəhman da evdən düşərək yanına gəlmişdir. O, Rəhmandan Könülün harda olmasını soruşmuş, Rəhman Könülün aşağı evdə olmasını, Könülün orada yaşamasını demiş, aşağı evin hara olmasını soruşan zaman Rəhman Könülün aşağı evdə, yəni kirayədə ayrıca yaşamasını bildirmişdir. Bu vəziyyətdən bir daha Rəhman və Könülün münasibətinin ailə üzvlərinin ona dediyi kimi olmamasını, Könülün mesajlarda dediyi kimi Rəhmanın onunla yaşamamasını, ara-bir gəlib- getməsini başa düşmüşdür. Gecə saat 01 radələri olmuş, lakin Rəhman öz evində olmuş və bacısının yanında olmamışdır. Bacısını gecə vaxtı tək qoyaraq öz evində qalmasından Rəhmanın Könülə ailəsi kimi yanaşmamasını başa düşmüşdür. O, Rəhmana birlikdə bacısı Könülün yanına getməyi təklif etmiş, bacısına nəyə görə qeyri-ciddi yanaşmasını, onu gecə vaxtı tək qoymasını irad tutmuş, Rəhman isə onun qolundan tutaraq “vapşe bura gəl görüm sən nə deyirsən” deyərək onu yaşadığı binanın həyətinə, qaranlığa tərəf aparmış, qaranlıq tərəfdən adam səsləri gəlmiş, əlavə olaraq Rəhman onunla yekə-yekə danışmış, sanki onun qardaş olduğunu ciddiyə almamış, öz hərəkətləri ilə sanki Könülə etdiklərinin düzgün olmasını bildirmiş, üzrxahlıq etmək əvəzinə, sanki peşmançılıq çəkməmiş, onu dartışdıran zaman əli ilə gödəkçəsini qaldırıb sanki nəsə çıxarmaq istəmiş, Rəhmanın bıçaq çıxarmasını görməsə də, bu vəziyyətdən onun bıçaq çıxaracağını düşünmüş, buna görə də, həm onu cəzalandırmaq, həm də onu qabaqlamaq üçün əvvəlcədən aldığı dəstəyi qara rəngli bıçağı çıxarmış, bir neçə dəfə Rəhmanın bədəninin müxtəlif nahiyələrinə zərbə endirmişdir. Konkret neçə zərbə vurduğunu xatırlamamış, istiqamətsiz formada zərbələr endirmiş, Rəhman zərbələrin təsirindən onu buraxmış, üstünə tərəf gəlsə də, çətinliklə hərəkət etmiş, bu zaman geriyə çəkilib getmək istəyən zaman qaranlıqdan üzərinə bir nəfərin qaça-qaça gəlməsini görmüş, həmin şəxsin kim olmasını bilməmiş, hadisədən sonra həmin şəxsin Rəhmanın qardaşı olmasını bilmiş, həmin şəxs üstünə gələrək yumruq atmış, buna görə də bıçaqla bir dəfə də ona zərbə endirmiş, bıçağın həmin şəxsin konkret harasından dəyməsini bilməsə də, dəyməsini hiss etmişdir. Bundan sonra qaçmış və 3 nömrəli rus məktəbinə tərəf gəlmiş, xalasıgilə gedib ailə üzvlərini çağırmağı və bu barədə onlara bildirərək hərəkət etməyi düşünmüş, bu səbəbdən də, xalasıgilə əli bıçaqlı getmək istəməmiş, bıçağı məktəbin yaxınlığındakı otluq əraziyə tullamış, yaxınlıqda yaşayan xalasıgilə gəlmişdir. Hadisədən sonra əlləri qan içərisində olmuş, əllərində kəsiklər olmuş, xalası Elnarə əllərini döşəküzü parçası ilə sarımışdır. Elnarə, onun əri Ələddin hadisə barədə soruşduqda Könülün qeyri- rəsmi ər-arvad münasibətdə olduğu Rəhmanı öldürdüyünü bildirmişdir. Onlar isə atasıgilə zəng edərək gəlmələrini, onun yaxşı olmamasını bildirmiş və ailə üzvlərini Qubaya çağırmışdır. Bir qədər sonra Quba RPŞ-nin əməkdaşları gəlmişlər. Hadisə yerindən aşkar edilmiş dəstəyi göy-qırmızı-ağ qarışıq rəngli bıçaq onun bıçağı olmamışdır. Ola bilsin ki, həmin bıçaq Rəhmanın hadisə zamanı gödəkçəsinə əl ataraq çıxarmaq istədiyi bıçaq olmuş və hadisə zamanı yerə düşmüşdür. Onun ikinci bıçağı olmamış, hadisə zamanı istifadə etdiyi bıçaq sonradan hadisə yerindən onun iştirakı ilə götürülmüşdür. Rəhmana bıçaqla zərbələr endirən zaman ətrafda kənar şəxs olmamışdır. Rəhmanla “söhbət” etməyə tək gəlmiş, hadisə zamanı yanında kənar şəxs olmamış, məlum hadisəyə qədər Rəhmanla heç vaxt görüşməmişdir. Hadisə zamanı Rəhman ona heç bir zərbə endirməmiş, Ümid onu yumruqla vurmaq istəsə də, çəkildiyi üçün dəyməmişdir. Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini törətməsi ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilməsinə dair məhkəməyə verdiyi ifadəsi ilə yanaşı, məhkəmə baxışında tədqiq edilmiş aşağıdakı sübutlarla da təsdiq olundu. Zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X2 ifadəsində və ona verilən sualları cavablandırarkən göstərmişdir ki, o, təqsirləndirilən şəxsi hadisə ilə əlaqədar tanımışdır. Gecə saat bir radələrində məclisdən qayıtmışlar. Rəhman da onlarla birlikdə məclisdən gəlmişdir. Rəhman evdə olarkən ona zəng gəlmiş və o, telefonla danışdıqdan sonra evdən çıxmışdır. Rəhman evdən çıxarkən bir az gec gələcəyini evdə bildirmişdir. Rəhmanın qardaşı Ümid də evdə olmuşdur. X18 bu vaxtda getməsindən şübhələnmişdir. Təqribən beş dəqiqə yaxın bir vaxtdan sonra həyətdən qışqırıq səslərinin gəldiyini eşitmişlər. Ümid də qaça-qaça Rəhmanın arxasınca getmişdir. O, hadisə yerinə 15 dəqiqə sonra getmişdir. O, hadisə yerinə çatanda yerin qan olduğunu görmüşdür. Onlar xəstəxanaya çatanda Rəhman artıq dünyasını dəyişmişdir. Rəhman evdən çıxanda onun üstündə heç bir şey olmamışdır. Rəhman subay olmuşdur. Rəhmanın 27 yaşı olmuşdur. Könüllə münasibətdə olduğundan onun xəbəri olmuşdur. Könüllə qeyri-rəsmi münasibətdə olmuşdur. Daha sonra Könül ailə həyatı qurmuşdur. Könül boşandıqdan sonra onların arasında münasibətin olub-olmamasından xəbəri olmamışdır. Könülün övladı Rəhmandan olmuşdur. Könül ailə həyatı qurmamışdan qabaq Rəhmanla münasibətləri olmuşdur. Könül boşandıqdan sonra yenə Rəhmanla münasibəti olmuşdur. O, hadisəyə qədər uşağın Rəhmandan olduğunu bilmişdir. Könül onlara gəlinlik etməmişdir. Könülün ailəsi Könülü Qubada tək qoyaraq Moskova şəhərinə getmişlər. Təqsirləndirilən şəxsin öz bacısından xəbəri olmamışdır. Onun bacısının qeyri-rəsmi olaraq üç ildir ki, Rəhmanla bir yaşamasından xəbəri olmamışdır. Rəhman evdən çıxanda Könülün qardaşı ilə görüşəcəyini demişdir. Ümid ona görə Rəhmanın arxasınca getmişdir. Könülün nə qardaşı, nə atası, nə də anası Rəhmanla görüşmüşdür. Qışqırıq səsi gələnə qədər artıq Ümid evdən çıxmışdır. Daha sonra o qışqırıq səsini eşitmişdir. Rəhmanı xəstəxanaya Ümid aparmışdır. Hadisə yeri ilə onların yaşadığı yer yaxın olmuşdur. Ümidin qışqırıq səslərini eşitmişdir. Ondan sonra o hadisə yerinə qaçmışdır. Ordan da xəstəxanaya getmişlər. Rəhman evdən çıxdıqdan iki dəqiqə sonra Ümid evdən çıxmışdır. İstintaqa verdiyi ifadəni təsdiq etmişdir. O, hazırda təqsirləndirilən şəxslə barışmadığını, ondan şikayətçi olduğunu bildirmiş və barəsində ağır cəza təyin olunmasını xahiş etmişdir. Zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 sərbəst ifadəsində və ona verilən sualları cavablandırarkən göstərmişdir ki, o, təqsirləndirilən şəxsi hadisə ilə əlaqədar tanımışdır. Həmin gün qardaşı Rəhman və anası məclisdən gəlmişlər. Özü isə məclisə getməmişdir. Rəhmanla o, mətbəxdə oturmuşdur. Bu zaman qardaşı Rəhmana zəng gəlmiş və Rəhman telefonda danışdığı şəxsə məhlədə gözləməsini bildirmişdir. Həmin vaxt saat bir olmuşdur. O bu vaxtı gələn zəngin xeyir bir zəng olmadığını düşünmüş və həyətə düşmüşdür. O hadisə yerinə çatana qədər Murad artıq qardaşını vurmuşdur. Bütün bıçaq zərbələri onun kürəyindən vurulmuşdur. Təqsirləndirilən şəxs əvvəlcədən gəliş və gediş üçün bilet almışdır. Murad onun qardaşını öldürmək üçün gəlmişdir. Təqsirləndirilən şəxs heç öz ailəsi ilə belə görüşməmiş və birbaşa onların məhəllələrinə gəlmişdir. O daha sonra hadisə yerindən qaçaraq bıçağı gizlətmişdir. O, qardaşının ağır addımlarla getdiyinə şahid olmuş və bundan sonra Muradın üstünə qaçaraq ona yumruq atmışdır. Murad da ona əl ataraq qaçmışdır. Bu zaman o, köynəyindən qan axdığını görərək dayanmışdır. Ancaq bundan sonra onun əlində bıçaq olduğunu və Rəhmanı da bıçaqla vurduğunu dərk etmişdir. O geri qayıdaraq Rəhmanı avtomobilə qoymuş və birlikdə xəstəxanaya getmişlər. Onun qardaşının üstündə bıçaq olmamışdır. İstintaqa verdiyim ifadəni təsdiq edirəm. Könülün onun qardaşından 5 yaşlı uşağı olmuşdur. Rəsmi olaraq onun qardaşı evlənməmişdir. Könüllə qeyri-rəsmi nikahda yaşamışlar. Könül ailəli olanda onlara zəng etmişdir. Sonra Könül öz yoldaşından ayrılmışdır. Könülün yoldaşı ilə onun qardaşı dost olmamışdır. Lakin bir-birinlərini tanımışlar. Könül ailə həyatı quranda ailəli olmuşdur. Yoldaşı da bunu bilirdi. Bunu bilə-bilə Könüllə ailə həyatı qurmuşdur. O, təqsirləndirilən şəxslə barışmadığını ondan şikayətçi olduğunu və barəsində ağır cəza təyin olunmasını xahiş etdi. Məhkəmə baxışında şahid qismində ifadə vermiş Şahid1 sərbəst ifadəsində və sualları cavablandırarkən göstərmişdir ki, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 onun məhlə uşaqları olmuş, Rəhmanla münasibəti daha yaxın olmuş, dost olmuşlar. Ümidlə eyni məhlədə böyüsələr də, yaş fərqi olduğundan elə də yaxın olmamışlar. Rəhman və Ümidin qonşularla hər hansı bir probleminin olmasını görməmişdir. Rəhmanın Şahid4 ilə qeyri-rəsmi münasibəti olmuş, hətta bu münasibətdən Hüseyn adlı bir oğlu da olmuşdur. Rəhman Könüllə evlənməmiş, münasibətləri qeyri-rəsmi olmuşdur. Könül və onun ailəsi əvvəllər onlarla eyni həyətdə ikimərtəbəli binada yaşamış, sonradan Bakı şəhərinə köçmüşlər. Təqsirləndirilən şəxs da eyni həyətdə oynayan zaman uşaqlıqda tanımış, Muradgil Bakı şəhərinə köçdükdən sonra onunla münasibəti qalmamışdır. Rəhmanla isə mütəmadi oturub-durmuşlar. Rəhman söhbət zamanı Könülün qardaşı Muradla münasibətinin yaxşı olmamasını, Muradın bir neçə dəfə “Whatsapp” sosial şəbəkəsinin zəng funksiyası ilə ona zəng edərək onu öldürməklə hədələməsini bildirmişdir. Bu səbəbdən də, o, Rəhmanın Muradla münasibətinin yaxşı olmamasını bilmişdir. Məlum hadisəyə qədər Rəhman Muradla görüşməmişdir. Rəhman Könül və oğlu Hüseyn üçün Quba şəhərində “MTS” adlanan ərazidə kirayə ev tutmuş, Könül oğlu Hüseynlə birlikdə həmin evdə qalmış, onların kirayə pulunu, ərzaqlarını Rəhman alıb vermişdir. Rəhman bəzən Könüllə, bəzən anasıgillə qalmış, daimi olaraq Könüllə yaşamamışdır. Rəhmanın Könüllə tez-tez davaları olmuş, Rəhmanın deməsinə əsasən Könül Rəhmanı yanında olmayacağı halda özünü öldürməklə şantaj etmişdir. Rəhman Könülün israrı nəticəsində ona baxsa da, ehtiyaclarını qarşılasa da, ailəsi kimi qəbullanmamış, Könülə arvadı kimi yanaşmamışdır. Könül bildiyinə görə, Rəhmandan olan uşağın nikahdan kənar olmasını gizlətmək üçün Elşad adlı şəxslə evlənmiş və sonra boşanmışdır. 01 iyun 2023-cü il tarixdə saat 23 radələrində Rəhmanla Quba şəhəri, “Lucky” restoranında oturmuş, Rəhman görüşə içkili gəlmiş, özünün deməsinə əsasən yeyib-içməkdən gəlmiş, bir qədər oturduqdan sonra evə getmişdir. Görüş zamanı Rəhman Muradla danışması, Muradın Qubaya gəlməsi barədə ona nəsə deməmişdir. 02 iyun 2023-cü il tarixdə saat 01 radələrində yaşadıqları binanın həyətində olmuşdur. Yaşadıqları bina bir neçə blokdan ibarət olmuş, Rəhmangil 1-ci blokda, o isə 4-cü blokda yaşamış, həmin vaxt 3-cü blokun qarşısında dayanmış, Rəhman öz binalarından düşərək Fətəlixan küçəsi istiqamətində getmiş, Rəhmandan hara getməsini soruşan zaman mağazaya getməsini bildirmişdir. O, Rəhmanın Muradla “söhbəfə getməsini bilməmişdir. Rəhman getdikdən bir qədər sonra Ümidin qışqırıq səslərini eşitmiş, təcili olaraq səs gələn tərəfə qaçmış, buraya gələn zaman Ümidin bir nəfər şəxsi tutaraq əlbəyaxa olmalarını görmüş, əvvəlcə Ümidin kimləsə dalaşmasını düşünmüş, onları ayırmaq üçün onlara tərəf qaçmış, lakin çatana kimi Ümidin tutduğu şəxs onun əlindən sıyrılaraq Səkinəxanım məscidi tərəfə qaçmışdır. Səsə məhlə sakinləri Eyyub və bir neçə şəxs də çıxmışdır. Ümid qaçan şəxsin arxasınca qaçsa da, onlar Ümidin yenidən dalaşmaması üçün çox getməsinə icazə verməmişlər. Qaçan şəxsin Murad olmasını, onun Rəhmanı bıçaqlamasını hələ bilməmiş, sadəcə Ümidin kimləsə dalaşmasını düşünmüş, Ümidi saxlayıb Rəhmana tərəf baxan zaman Rəhmanın səkinin kənarına yıxılmasını görmüş, Rəhmana yaxınlaşan zaman o danışa bilməmiş, nəfəs alsa da, halsız olmuş, Rəhmanı qaldıran zaman asfaltın qan olmasını görmüş və onun tibbi yardıma ehtiyacının olmasını başa düşmüşlər. Rəhman Eyyubun avtomobili ilə Quba RMX istiqamətində aparılmış, o başqa bir avtomobillə RMX-ya gəlmiş, buraya gəldikdən sonra Rəhmanın artıq avtomobildə olan zaman ölməsini və RMX-ya ölmüş vəziyyətdə daxil olmasını eşitmişdir. O, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 bıçaqla xəsarət yetirməsini görməsə də, Quba RMX-da olan zaman Ümidin qoluna tibbi yardım göstərilməsindən Muradın ona da xəsarət yetirməsini başa düşmüşdür. O, səsə gələn zaman Təqsirləndirilən şəxs yanında kənar şəxs görməmiş, Təqsirləndirilən şəxs tək olmuşdur. Hadisədən sonra asfaltın üzərində dəstəyi göy-ağ- qırmızı rəngli bıçaq görmüş, həmin bıçağı Rəhmangilin evinə gedib-gələn zaman mətbəxdə bir neçə dəfə görmüşdür. Ola bilsin ki, asfaltın üzərində olan bıçaq elə Rəhmanın bıçağı olmuşdur. Eşitdiyinə görə Murad Rəhmanı vuran zaman istifadə etdiyi bıçağı rus məktəbi tərəfə tullamışdır. Məhkəmə baxışında ifadəsi elan olunmaqla araşdırılmış Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 onun məhlə uşaqları olmuşdur. Hər ikisi ilə münasibəti yaxşı olmuş, aralarında hər hansı bir problem olmamışdır. Təqsirləndirilən şəxs uşaq vaxtlarında onun yaşadığı məhlədə yaşamış, sonradan Bakı şəhərinə köçmüşdür. Bakıya köçdükdən sonra Muradla münasibəti olmamışdır. 02 iyun 2023-cü il tarixdə saat 01 radələrində yaşadığı binanın yaxınlığında yolun kənarında dostunun avtomobilinin içərisində olmuş, həmin vaxt öz avtomobili binanın həyətində olmuş, dostunun avtomobilində mobil telefonla danışmış, həmin vaxt Rəhmanın binanın yaxınlığında Muradla görüşməsini, söhbət etmələrini, Muradın Rəhmana bıçaqla zərbələr endirməsini görməmişdir. Həmin gün saat 01 radələrində avtomobildə siqaret çəkən zaman Ümidin qışqırıq səslərini eşitmiş, səsə avtomobildən düşmüş, bu zaman Ümidin Fətəlixan küçəsində yolun ortasında bir nəfər şəxslə əlbəyaxa olmasını, Ümidin həmin şəxsə yumruq atmasını görmüşdür. Həmin şəxs tək olmuş, hadisədən sonra həmin şəxsin Təqsirləndirilən şəxs olmasını bilmişdir. Muradın Ümidə bıçaqla konkret olaraq zərbə endirməsini, əlində bıçaq olmasını görməmiş, gecə saat 01 radələri olduğundan, ətrafda obyektlər bağlı olduğundan və qaranlıq olduğundan hər bir detalı aydın müşahidə edə bilməmişdir. O, Ümidgilə yaxınlaşaraq Ümidin mübahisə etdiyi şəxsi qolundan tutmuş, bu zaman həmin şəxs sıyrılaraq Səkinəxanım məscidi tərəfə qaçmışdır. Həmin vaxt o hələ qaçan şəxsin Rəhmanı bıçaqlamasını bilməmiş, sadəcə, Ümidlə dalaşmasını düşünmüşdür. Həmin şəxs qaçdıqdan sonra Rəhmanın səkinin üzərində avtomobillərin yanında qalmasını görmüş, səsə bir neçə məhlə sakini də gəlmiş, Rəhman nəfəs alsa da, təngnəfəs olmuş, danışa bilməmiş, asfaltın üzərində qan olduğundan ona tibbi yardım göstərilməsi üçün Rəhmanı avtomobilə yerləşdirmiş, o, Rəhman və qardaşı Ümid Quba RMX istiqamətində yola çıxmışlar. Yolda olarkən Rəhman havasının çatmamasını, pəncərələri açmalarını bildirmiş, bir neçə dəqiqə sonra isə Rəhman avtomobildə ölmüşdür. Məhkəmə baxışında şahid qismində ifadə vermiş Şahid3 sərbəst ifadəsində və ona verilən sualları cavablandırarkən göstərmişdir ki, Təqsirləndirilən şəxs və ailəsini əvvəllər tanımışdır. Belə ki, özü Bakı-Quba və Quba-Bakı istiqamətlərində taksi işləmişdir. Gün ərzində ən azı 1 dəfə Bakı-Quba və Quba-Bakı istiqamətində gedib-gəlmişdir. Qubadan Bakıya çıxacaq taksilər Quba şəhəri, Köhnə Avtovağzal dairəsində, Bakıdan Qubaya çıxacaq taksilər isə Bakı şəhəri, 20 yanvar dairəsi, “Şamaxinka” adlanan ərazidə dayanmış və həmin yerlərdən sərnişin toplayaraq yola çıxmışlar. Təqsirləndirilən şəxs atası Şahid6 Bakı şəhərində yaşamış, o, “Şamaxinka” adlanan yerdə dayanaraq Quba, Xaçmaz, Qusar və sair rayonlara çıxan taksilərə sərnişinlərin yığılmasını və rayona göndərilən yük, bağlama, sənəd və sair əşyaların müştərilərdən toplayaraq taksi sürücülərinə çatdırılmasını təşkil etmişdir. Bu xidmətinə görə taksi sürücüləri ona adambaşına 1-2 manat pul vermişlər. Muradı Rzanın oğlu kimi tanımış, bir neçə dəfə Murad atası Rzaya bu işdə köməklik etmişdir. Bundan başqa, Muradla heç bir münasibəti olmamışdır. Bildiyinə görə, Murad uzun müddət Rusiya Federasiyasında yaşamışdır. Mərhum Zərərçəkmiş şəxs1 isə Qubada bir neçə dəfə görmüş, onunla heç bir münasibəti, salam-sağolu olmamışdır. 01 iyun 2023-cü il tarixdə saat 22-23 radələrində Bakı şəhəri, “Şamaxinka” adlanan ərazidə özünə məxsus “Opel Astra” markalı, “90-SZ- 605” dövlət qeydiyyat nişanlı avtomobillə sərnişin gözləmişdir. Adətən, gecə radələrində sərnişin az olmuş və sərnişin tapmaq çətin olmuşdur. Həmin vaxt avtomobili tam boş olmuşdur. Təqsirləndirilən şəxs ona yaxınlaşaraq Quba rayonuna getmək istəməsini, 40 manat ona pul verəcəyini və başqa sərnişin axtarmamasını bildirmişdir. Murad kasıb biri olduğundan ona artıq pul verməməsini, bir qədər gözləməsini, əlavə sərnişin də taparaq getmələrini təklif etmiş, Murad isə tək getmək istəməsini, pulu tam verəcəyini, Rusiyadan təzə gəldiyinə görə üzərində azərbaycan pulu olmamasını, pulu rus rublu ilə verəcəyini bildirmiş və ona 2000 rus rublu pul vermişdir. O, rus rublunun kursun bilməmiş, sadəcə Murada inandığı üçün onun düz danışdığını düşünmüş və Muradla birlikdə Quba rayonu istiqamətində yola çıxmışlar. Yolda Murad avtomobili Abşeron rayonu, Saray qəsəbəsi, “DYP” postu ərazisində saxlatmış və üzərində azərbaycan pulu olmadığından ondan 10 manat alaraq “Araz market” mağazasına yollanmışdır. Murad rayona çatdıqda haqq-hesab edəcəyini bildirmişdir. Mağazadan özü üçün 2 ədəd “Tuborg” markalı pivə, onun üçün 1 ədəd “Bizon” markalı energetik içkisi alıb gəlmişdir. Pivəni yol boyu özü içmiş, “Bizon”u isə o içmişdir. Muraddan nə məqsədlə Quba rayonuna getməsini soruşmuş, Murad ona xalasıgilə qonaq getməsini, ola bilər ki, bacısını və uşağını götürərək Bakıya qayıdacağını bildirmişdir. Hətta onu yenidən gecə ilə Bakıya apara biləcəyini soruşmuş, o isə daha Bakıya çıxmayacağını, növbəti gün apara biləcəyini demişdir. Xızı rayonundan keçən zaman Murad telefonunun rus nömrəsi olmasını, zəng edə bilməməsini bildirmiş və ondan zəng etmək üçün mobil telefonunu istəmişdir. Onda kontur olmamış, ona görə, “Pir” istiqamətində saxlayaraq kontur vuracağını demişdir. “Pir" istiqamətində avtomobildən düşmüş, telefona kontur vurmuş və yola davam etmişlər. Murad yolda onun mobil telefonu ilə bir nəfərə zəng edərək danışmış, həmin şəxsin kim olmasını bilməmiş, heç bu barədə soruşmamışdır. Murad həmin şəxslə danışaraq Quba rayonu istiqamətində yolda olmasını, bir qədər sonra Qubaya çatacağını bildirmişdir. Sonradan Qubaya çatmağa az qalmış yenidən bir dəfə də ondan mobil telefonunu alaraq yenidən danışmışdır. Murad mobil telefonla danışan zaman onda qəribə bir vəziyyət müşahidə etməmişdir. Telefonda çox normal, sakit danışmış, “gəlirəm, yoldayam” kimi ifadələr işlətmiş, bu sözlərdən onun evlə danışdığını düşünmüşdür. 02 iyun 2023-cü il tarixdə saat 00.50 radələrində Qubaya çatmışlar. Murad onu “Quba meydanı” adlanan əraziyə aparmasını xahiş etmiş, “Quba meydam”nın qarşısına gəlmiş, orada avtomobili saxlamış, Murad ondan yenidən mobil telefonunu istəmiş, avtomobildən düşərək aralaşaraq mobil telefonla danışmış, bir qədər sonra yanına gəlmiş, onu Quba şəhəri, Fətəlixan küçəsində, “Topaz”m qarşısında düşürməsini xahiş etmişdir. Dediyi yerə gəlmiş, gec olduğundan ətraf qaranlıq olmuş, küçədə demək olar ki, adam olmamış, obyektlərin çoxu bağlı olmuşdur. Oraya çatan zaman Murad sanki həyəcanlanmış, ətrafa xeyli baxmış, sanki kimisə axtarmışdır. Onun bu vəziyyətindən biraz narahat olmuşdur. Murad ona 2000 rus rublu yol pulu üçün, 350 rus rublu isə 10 manatın əvəzi kimi qaytarmışdır. O, pulunu tam almış və birinci döngədən Quba şəhəri, Səkixanım məscidi istiqamətində geri qayıtmışdır. Bundan sonra, baş verənlərdən məlumatı olmamışdır. Növbəti gün rayonda olarkən Muradın Rəhman adlı Quba sakinini bıçaqlayaraq öldürməsini eşitmişdir. Qubaya gələn zaman avtomobildə yalnız ikisi olmuşlar. Murad Qubaya tək gəlmiş, yanında kənar şəxs olmamışdır. Muradı düşürən zaman da Murad heç kimlə görüşməmiş və tək olmuşdur. Murad onun yanında kimləsə dalaşmağa, mübahisəyə getməsi, kimisə vurmaq istəməsi barədə nəsə deməmiş, ümumiyyətlə, onun yanında Rəhmanla əlaqədar nəsə danışmamışdır. Murad ona mağazadan bıçaq alacağını deməmiş, Muradın üzərində bıçaq olmasını bilməmişdir. Mağazadan qayıdan zaman da pivə və enerji içkisi ilə qayıtmışdır. O, Muradın bacısını və anasını tanımamış, təkcə atasını tanımışdır. Yolda olarkən Murad ailəsi və bacısı haqqında nəsə deməmişdir. Muradın bacısı və onun ailə vəziyyəti barədə heç bir məlumatı olmamışdır. Məhkəmə baxışında Şahid4 təqsirləndirilən Təqsirləndirilən şəxs onun yaxın qohumu, yəni qardaşı olduğu üçün yaxın qohumuna qarşı ifadə verməkdən imtina etmək hüququndan istifadə edərək ifadə verməkdən imtina etmişdir. Qeyd olunan halı nəzərə alaraq məhkəmə Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsini elan etməklə araşdırmışdır. Belə ki, Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, ailədə atası Rza, anası Rəvanə, bacısı Səkinə və qardaşı Muradla birlikdə yaşamışdır. Qeydiyyatı Quba şəhəri, 223-cü Atıcı Diviziya küçəsi, ev 19 olsa da, həmin ev baba evi olmuş və Quba şəhəri, Fətəlixan küçəsində kirayədə yaşamışlar. Zərərçəkmiş şəxs1 da burada tanımışdır. Həmin vaxt 10 yaşı olmuşdur. Rəhman Fətəlixan küçəsində yerləşən beşmərtəbəli binada, onlar isə beşmərtəbəli bina ilə yanaşı ikimərtəbəli binada yaşamışlar. Binalar yanaşı olmuş və həyətdə bir yerdə oynamışlar. Həmin vaxt bir məktəbdə oxumasalar da, eyni həyətdə oynamış və həmin vaxt Rəhmana qarşı içində uşaqlıq sevgisi olmuşdur. Rəhman da uşaqlıqdan onu istəmişdir. Sonradan 11 yaşı olarkən ailəsi ilə birlikdə Bakı şəhərinə köçmüş və Rəhmanla əlaqəsi itmişdir. Həmin vaxt mobil telefon işlətmədiyindən əlaqəsi kəsilmişdir. 2016-cı ildə X21 tibb bacısı fakültəsinə qəbul olmuş, əvvəlcə Quba RMX-nın yaxınlığında, daha sonra isə kollecə yaxın başqa bir ərazidə kirayə ev turaraq orada yaşamışdır. O, tibb kollecində oxumağa başladıqdan sonra Rəhman onu “İnstagram" sosial şəbəkəsində tapmış və ona ismarıc yazmışdır. Bundan sonra, “İnstagram” sosial şəbəkəsində Rəhmanla danışmağa başlamışlar. Həmin vaxt kollecin 2-ci kursunda təhsil almışdır. Bir müddət danışdıqdan sonra aralarında sevgi münasibəti yaranmış, ilk dəfə 2017-ci ilin oktyabr-noyabr aylarında Rəhmanın ailə üzvləri evdə olmadığı vaxtda Rəhmanın dəvəti ilə onun yaşadığı evə getmiş və orada könüllü olaraq öz iradəsi əsasında Rəhmanla təbii yolla cinsi əlaqədə olmuşlar. Bakirəliyi həmin vaxt pozulmuş və bu barədə heç kimə məlumat verməmiş, rəfiqələrinə belə bu barədə deməmişdir. Sonradan mütəmadi Rəhmanla kirayə yaşadığı evdə, Rəhmanın apardığı oteldə və ya dost-tanışının evində görüşərək təbii yolla cinsi əlaqədə olmuşlar. 2017-ci ilin noyabr ayında Quba şəhərində “Favorit" marketdən bazarlıq edən zaman anasının bibisi nəvəsi həmin vaxt həmin marketdə satıcı işləyən Elşad onu görərək bəyənmişdir. Elşad saf biri olmuş, anadangəlmə bildiyinə görə zəifliyi də olmuşdur. Daha sonra Elşad anasına onunla evlənmək istədiyini bildirmiş, anası da onun anasına bu barədə demişdir. Rəhmanla mütəmadi cinsi əlaqədə olsa da, Rəhmanın onunla evlənmək fikrinin olmamasını bilmişdir. Bu səbəbdən də, anası ona Elşadın istəməsini dedikdən sonra razılaşmışdır. Belə ki, Rəhmanın onunla evlənməyəcəyini, lakin bakirəliyinin də pozulmasını nəzərə alaraq Elşadla evlənib bakirəliyinin pozulmasını həmin evliliklə əlaqələndirmək istəmişdir. Elşadla da tanış olan zaman Rəhmanın onunla təbii yolla cinsi əlaqədə olmasını, bakirəliyinin pozulmasını demiş, Elşad da bunu bilmiş və onu qəbul etmişdir. 07 dekabr 2017-ci ildə Bakı şəhərində onun “həri” məclisi olmuş, üzük taxılmışdır. Bundan sonra, yenə də Rəhmanla görüşməyə davam etmişdir. Rəhman onun Elşadla “həri” məclisinin olmasından, onunla gələcəkdə evlənəcəyindən əsəbləşmiş, lakin onunla evlənmək də istəməmişdir. O da artıq bakirəliyi pozulduğundan Elşadla evlənib bunu evliliklə əlaqələndirmək istəmişdir. O, Elşadla “həri” məclisi olmasına baxmayaraq mütəmadi Rəhmanla cinsi əlaqədə olmuşdur. 2018-ci ilin mart ayının 8- də Qubada Elşadla onun nişan məclisi olmuşdur. 2018-ci ilin aprel ayında o Rəhmandan hamilə qalmasını bilmişdir. Rəhmana bu barədə məlumat vermiş, Rəhman uşağı abort etdirməsini bildirmişdir. O isə razılaşmamış, lakin hamilə olduğundan artıq bunu gizlədə bilməmişdir. Elşada Rəhmanla sevgi münasibətinin davam etməsini, mütəmadi cinsi əlaqədə olduqlarını, Rəhmandan hamilə qaldığını bildirmişdir. Elşad onun Rəhmandan hamilə qalmasına əsəbləşsə də, saf və zəif biri olduğundan bu barədə heç kimə məlumat verməmiş, onu bu formada qəbullanmış və onunla bu formada evlənməyə razılaşmışdır. Elşad saf biri olduğundan onun dediyi hər şeyə razılaşmışdır. Elşadla aralarında olan razılığa əsasən Elşad ailə üzvlərinə uşağın özündən olmasını demiş və bütün ailələr, hər kəs guya uşağın Elşaddan olduğunu bilmişdir. Toyundan əvvəl Elşad ailə üzvlərinə onun artıq hamilə olduğunu demiş, Elşadın ailəsi də bunu qəbullanmışdır. Rəhmanla aralarında olan razılığa əsasən Elşadla ailə qursa da, onunla heç vaxt cinsi əlaqədə olmamalı, bir müddət sonra Elşaddan boşanmalı və hər kəs övladının nikahdan olmasını fikirləşməli idi. Nəticədə, heç kəs onun nikahdan kənar uşağının olmasını, başqa şəxs tərəfindən bakirəliyinin pozulmasını düşünməyəcək və biabır olmayacaqdı. 2018-ci ilin iyun ayında Elşadla onun toy məclisi olmuşdur. 2018-ci ilin oktyabr ayının 30-da oğlan övladı dünyaya gəlmiş, adını Hüseyn qoymuşlar. Onun Elşadla rəsmi nikahı olmamış, dini nikahı olmuşdur. Elşadla evlənsə də, onunla heç vaxt cinsi əlaqədə olmamışdır. Uşaq olduqdan bir neçə ay sonra yola getmədiyini bəhanə edərək Elşadla ayrılmışdır. Elşadla ayrılana kimi ailələri Hüseynin Elşaddan olmasını, sadəcə toydan əvvəl olmasını düşünmüşlər. Elşadla ailəli olduğu dövrdə Rəhmanla mobil telefonla danışmış, lakin aralarında hər hansı cinsi əlaqə olmamışdır. Elşadla ayrıldıqdan sonra yenə Rəhmanla münasibətinə davam etmiş, Bakı şəhərində anasıgillə yaşadığından Rəhmanla yalnız mobil telefonla danışmış, kollecdən də ərizə yazıb çıxmışdır. Elşadla ayrıldıqdan sonra təsadüfən xalası Zinyət onun mobil telefonunda Rəhmanla olan mesajlarını görmüş, həmin mesajlarda uşağın, yəni Hüseynin Rəhmandan olması, Elşadın uşağının olmaması bilinmiş, xalası mesajların şəkillərini çəkərək anası Rəvanəyə göndərərək məlumat vermiş, bundan sonra, məcbur qalaraq anası Rəvanəyə hər şeyi danışmış, anasına Quba şəhər sakini Rəhmanla hələ Elşadı tanımamışdan əvvəl münasibətinin olmasını, uşağın da Elşadla hərili olduğu dövrdə Rəhmandan olmasını, Elşadla razılaşaraq yalan danışdığını, hamıya yalandan uşağın Elşaddan olmasını dediyini etiraf etmişdir. O, Elşadla evlənməmişdən və evləndikdən sonra da Rəhmandan başqası ilə cinsi əlaqədə olmamışdır. Bu səbəbdən də, uşaq dəqiq Rəhmandan olmuşdur. Anası gerçəkləri öyrəndikdən sonra bir müddət atasına deməmişdir. Sonradan o, Qubaya köçərək Rəhmanla ər-arvad kimi yaşamışdır. Artıq bu zaman anası məcbur qalaraq atasına hər şeyi danışmışdır. Atası da bu barədə Murada məlumat vermişdir. Quba şəhəri, Cəfər Cabbarlı küçəsində Rəhman kirayə ev tutmuş, Rəhman, o, oğlu Hüseyn birlikdə Quba şəhəri, Cəfər Cabbarlı küçəsində yaşamışlar. Atasıgil də artıq onların birlikdə yaşamalarını qəbullanmışdır. Rəhmangilin çörək sexi olmuş, eyni zamanda, çayxana da işlətmişlər. Bu müddət ərzində qardaşı Murad Rusiya Federasiyasında işləmiş və onların məsələsinə qarışmamışdır. Rəhman mütəmadi spirtli içki içmiş, müxtəlif narkotik maddələr qəbul etmiş, hətta bir neçə dəfə ona da narkotik təklif etmiş, Rəhmanın təklifi ilə o da bir neçə dəfə narkotik qəbul etmiş, son bir neçə ay ərzində Rəhmanla Quba şəhəri, “MTS” adlanan ərazidə yaşamışlar. Lakin, Rəhman artıq daimi onunla qalmamış, 1 gün anasıgildə, 1 gün isə onunla qalmışdır. Rəhmanla yaşadığı müddətdə Rəhman spirtli içki içəndə, narkotik maddə istifadə edəndə onunla pis rəftar etmiş, onu döymüş, söymüşdür. O da bunları anası Rəvanəylə danışan zaman “Whatsapp” sosial şəbəkəsi vasitəsilə anasına yazıb demişdir. Hadisədən sonra bilmişdir ki, Murad onun anası ilə olan yazışmalarını oxumuş və nəticədə onun Rəhmandan etdiyi giley-güzarı görmüşdür. 01 iyun 2023-cü il tarixdə anası Rəvanəylə danışan zaman anası ona Muradın Rusiyadan Bakıya gəlməsini, Muradın Hüseyni görmək istəməsini, bir gün sonra Hüseyni gəlib götürmək istəməsini demişdir. O da gəlib götürə biləcəyini demişdir. Həmin gün axşam evdə olarkən Rəhman 500 ml araq içmiş, həmçinin, yanında narkotik vasitəni siqaret formasında düzəldərək evdən çıxmışdır. Həmin gün axşam oğlu Hüseynlə birlikdə yatmışdır. 02 iyun 2023-cü il tarixdə səhər saat 06-07 radələrində yuxudan oyanan zaman ailə üzvlərindən Muradın Rəhmanı bıçaqlayaraq öldürməsini öyrənmişdir. X22 müharibəsinin iştirakçısı olmuş, müharibədən gəldikdən sonra onun Qubaya köçüb Rəhmanla yaşadığını bilərək Rəhmana zəng edərək onunla görüşmək istəməsini demiş, Rəhman da görüşmək istəyirsə gəlib Qubada görüşə biləcəyini demişdir. Lakin, sonradan hansısa səbəbdən görüşməmişlər. Murad da daha sonra Rusiyaya işləməyə getmişdir. Rəhman 01 iyun 2023-cü il tarixdə evdən çıxıb anasıgildə qalacağını deyən zaman Muradla danışmasını, onunla görüşəcəyi barədə nəsə olmamışdır. O, Muradın bir gün sonra gəlib Hüseyni aparacağını bilsə də, Muradın gecə ilə Qubaya gəlməsindən xəbəri olmamışdır. Təqsirləndirilən şəxs Qubaya gəlməsi barədə ona və ailə üzvlərinə məlumat verməmişdir. Murad Qubaya gizlincə gəlmişdir. Rəhman daimi bıçaq gəzdirmiş, avtomobilində daimi bıçağı olmuşdur. Məhkəmə baxışında şahid qismində ifadə vermiş Şahid5 sərbəst ifadəsində və ona verilən sualları cavablandırarkən göstərmişdir ki, Təqsirləndirilən şəxs doğma oğludur. 1993-cü ildə Quba şəhər sakini Şahid6la rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. Birgə nikahdan Səkinə, Murad, Könül adlı övladları olmuşdur. Aİlə qurduqdan sonra Quba şəhəri, 223-cü Atıcı Diviziya küçəsi, ev 19-da yaşamış, həmin evi qayınatası satdığından Quba şəhərində müxtəlif ünvanlarda kirayədə yaşamışlar. Quba şəhəri, Fətəlixan küçəsində yerləşən ikimərtəbələrdə kirayə yaşayan zaman Zərərçəkmiş şəxs1 ailəsi ilə birlikdə beşmərtəbəli binada yaşamış, uşaqlar həyətdə bir yerdə oynamışlar. Sonradan Bakı şəhərinə köçmüş və həmin vaxtdan Bakı şəhərində yaşamışlar. Səkinə ailə quraraq gəlin köçmüş və Bakı şəhərində ailəsi ilə birlikdə yaşamış, Murad isə əvvəllər Bakı şəhərində müxtəlif işlərdə işləmiş, İkinci Qarabağ müharibəsinin iştirakçısı olmuş, sonradan isə işləmək üçün Rusiya Federasiyasının Moskva şəhərinə getmişdir. 2016- cı ildə Könül Qubada yerləşən X26 qəbul olmuş, Qubaya köçərək burada kirayə yaşamış, əri Rza əvvəllər Bakı-Quba taksisi işlədiyindən mütəmadi Qubaya gəlib-getmiş, Qubaya gələrkən qızı Könülə baş çəkmiş, ərzaq vermiş, nəzarət etmişdir. 2017-ci ilin oktyabrnoyabr aylarında bibisi qızı ona oğlu Elşadın marketdə Könülü görərək bəyənməsini, onunla ailə qurmaq istəməsini bildirmişdir. O da qızına bu barədə demiş, Könül də razılaşmışdır. 2017-ci ilin dekabr ayının 7-də “həri” məclisi olmuşdur. Onun həmin vaxt Könülün Zərərçəkmiş şəxs1la olan münasibətindən xəbəri olmamışdır. 2018-ci ilin mart ayının 8-də Elşadla Könülün restoranda nişan məclisi, 2018-ci ilin İyun ayında İsə toy məclisi olmuşdur. Toya az qalmış Könül ona Elşaddan hamilə qalmasını bildirmişdir. Elşad da öz ailə üzvlərinə Könülün hamilə olmasını, uşağın özündən olmasını demişdir. O, bir valideyn kimi qızını danlayaraq uşağı abort etdirməsini, qohum-əqrəba içərisində biabır olacağını desə də, Könül razılaşmamış və nəticədə çıxılmaz vəziyyətə düşərək qəbullanmışlar. Toydan bir neçə ay sonra uşaq dünyaya gəlmiş, adını Hüseyn qoymuşlar. O, əri Rza, oğlu Murad, digər qızı Səkinə uşağın Elşaddan olmasını, sadəcə toydan qabaq olmasını düşünmüşlər. Bir müddət sonra Könül Elşadla yola getməmələrini, xasiyyətlərinin tutmamasını demişdir. Nəticədə, Könül Elşaddan ayrılmışdır. Elşadın və Könülün rəsmi nikahı olmamış, dini nikahları olmuşdur. Bu səbəbdən də, aralarında rəsmi boşanma olmamışdır. Könül Elşaddan ayrıldıqdan sonra övladı Hüseynlə birlikdə onların yanına gəlmiş və onlarla yaşamışdır. Bu müddət ərzində də Hüseynin Elşaddan olmasını bilmişlər. Bir müddət sonra bacısı Zinyət Könülün mobil telefonunda Rəhman adlı şəxslə olan mesajlarını oxumuş, həmin mesajlarda Hüseynin Elşaddan yox, Rəhmandan olması bilinmişdir. Bu zaman Könül ona uşağın Elşaddan yox, Rəhman adlı şəxsdən olmasını, Rəhmanla tibb kollecində oxuyan zaman sevgi münasibətinin yaranmasını, dəfələrlə cinsi əlaqədə olmalarını, Elşadla nişanlı olan zaman da Rəhmanla cinsi əlaqədə olmalarını, həmin vaxt hamilə qalmasını, Elşadla razılığa gələrək uşağın guya Elşaddan olması barədə yalan danışmalarını, Elşadın da uşağı qəbul etməsini demişdir. Elşad uşağın Rəhmandan olmasını bilsə də, Könülü istədiyindən uşağın guya öz uşağı olması barədə ailə üzvlərinə yalan məlumat vermiş və bu vəziyyəti qəbullanmışdır. O, bunu bildikdən sonra əri Rzaya məlumat vermiş, əri Rza da Murada bu barədə məlumat vermişdir. Murad Rəhmanla görüşüb söhbət etmək etsə də, Muradın Rəhmana nəsə edə biləcəyini düşünərək icazə verməmişlər. Əlavə olaraq bir müddət sonra Könül Qubaya köçərək Rəhmanla ər-arvad kimi yaşayacağını bildirmişdir. X14 münasibətinin yaxşı olmasını, eyni evdə yaşamalarını, ər- arvad kimi münasibətdə olmalarını bildirərək azyaşlı Hüseynə görə bu işə qarışmamasını demişlər və Murad da onun, əri Rzanın təkidləri nəticəsində Könüllə Rəhmanın məsələsinə qarışmamışdır. İlk əvvəl Rəhman və Könülün münasibəti yaxşı olsa da, sonradan qızı Könül Rəhmanın tez-tez spirtli içki içməsini, narkotik maddə qəbul etməsini, ona da içki içirtməsini, narkotik maddə verməsini, tez-tez döyməsini bildirmişdir. Bu barədə Könül ona “Whatsapp” sosial şəbəkəsi vasitəsilə yazmış və mesajları mobil telefonda qalmışdır. Murad həmin vaxt Rusiya Federasiyasının Moskva şəhərində olsa da, tez- tez Muradla telefonla danışmış, Könülün vəziyyətinin yaxşı olmamasını bilsə də, Muradın nəsə bir hərəkət etməməsi üçün yalandan X14 yaxşı olmasını, hər şeyin qaydasında olmasını demişdir. Bu səbəbdən də, Murad onun sözünə əsasən hər şeyin yaxşı olmasını düşünmüşdür. Murad 01 iyun 2023-cü il tarixdə saat 15-16 radələrində yaşadıqları evə gəlmiş, yol yorğunçuluğu olduğu üçün yemək yeyib yatmış, həmin vaxt onun telefonu evdə olmuş, telefonda Könülün narazılıqları olan mesajlar da olmuşdur. O, həmin mesajları unudaraq silməmişdir. Nəticədə, Murad yuxudan durduqdan sonra həmin mesajları oxumuş və əslində Rəhmanın Könüllə yola getməməsini, ona spirtli içki, narkotik maddə verməsini, bir gün evdə, bir gün anasıgildə qalmasını, döyməsini, söyməsini, bir sözlə Könülə qeyri- ciddi münasibət göstərməsini bilmişdir. Muradın onun telefonundakı mesajları oxumasını hadisədən sonra bilmişdir. Həmin gün saat 22 radələrində Murad qazlı su almaq adı ilə evdən çıxmış, o Muradın mağazaya getməsini düşünmüş, Murad Rusiyadan gəldiyindən onun mobil nömrəsi rus nömrəsi olmuş, bu səbəbdən də, nə zəng etmək, nə də internetə bağlanıb şəbəkələrdən istifadə etmək mümkün olmamışdər. Murad evdən çıxdıqdan bir neçə saat keçsə də, evə gəlməmişdir. O, narahat olsa da, Muradın dostları ilə görüşüb harasa gedə biləcəyini düşünmüşdür. Heç bir əlaqə vasitəsi olmadığından Muradla əlaqə saxlaya bilməmişdir. 02 iyun 2023- cü il tarixdə saat 01.30 radələrində bacısı Elnarə zəng edərək Muradın Qubada olmasını, əhval-ruhiyyəsinin yaxşı olmamasını demişdir. O, Qubaya gələnə kimi Muradın Rəhmanı öldürməsini bilməmiş, Qubaya bacısı Elnarəgilə gəldikdən sonra Muradın Rəhmanı bıçaqlayaraq öldürməsini və tutulmasını öyrənmişdir. Zərərçəkmiş şəxs1 Şahid4 döyməsi, söyməsi, ona narkotik maddə verməsi barədə hər hansı hüquq-mühafizə orqanlarına müraciət etməmişlər. Könül ona gileylənsə də, ona nəsə etməyə icazə verməmişdir. O da münasibətləri daha da pisləşdirməmək üçün şikayət etməmişdir. Zərərçəkmiş şəxs1la Təqsirləndirilən şəxs arasında hadisədən əvvəl hər hansı bir danışıq, görüş olmamışdır. O, Rəhmanın Könülə olan münasibətinə görə Muradın ona nəsə edəcəyindən qorxmuşdur. Ona görə də, oğlunu daim Rəhmandan uzaq tutmuş və hər şeyin yaxşı olmasını bildirərək Muradın bu barədə düşünməməsinə çalışmışdır. Lakin, mesajları silmədiyinə görə Murad məsələnin gerçəkliyini öyrənmişdir. Təqsirləndirilən şəxs Qubaya gəlməsi barədə ona və ailə üzvlərinə məlumat verməmişdir. Murad Qubaya gizlincə gəlmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilimiş Şahid6, Şahid5 ilə eyni məzmunlu ifadə verməklə sonuncunun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə baxışında şahid qismində ifadə vermiş Şahid7 sərbəst ifadəsində və ona verilən sualları cavablandırarkən göstərmişdir ki, Şahid4 anasının dayısı nəvəsi olmuş, əvvəllər qonşuluqda yaşamış, sonradan Bakı şəhərinə köçmüşlər. O, “Fovarit” marketdə satıcı işləmiş, Könül həmin vaxt X23 oxumuşdur. Könül marketə gəlib-gedən zaman onu görmüş, Könül özü ona tanışlıq vermiş, söhbət əsnasında qohum olduqlarını bilmişlər. Sonradan bir neçə dəfə Könül marketə gəlib-gedən zaman Könüldən xoşu gəlmiş, mobil nömrəsini almış, ara-sıra danışmışlar. X12 xoşunun gəlməsini, onunla evlənmək istədiyini bildirmişdir. Anası Könülün anası Rəvanəylə danışmış, Könül özü də bu izdivaca razı olmuşdur. O, bu müddət ərzində Könülün Rəhmanla münasibətinin olmasını, Rəhmanla mütəmadi görüşməsini, cinsi əlaqədə olmasını bilməmişdir. Könül özü də bu barədə ona deməmişdir. 2017-ci ilin dekabr ayında “həri" məclisi, 2018-ci ilin mart ayında “nişan” məclisi olmuşdur. 2018-ci ilin mart ayında Könülün evində olan zaman huşunu itirmiş, təqribən 2-3 saat sonra oyandıqda əynində yalnız alt paltarı olmuş, Könülün deməsinə əsasən guya təbii yolla cinsi əlaqədə olmuşlar və o Könülün bakirəliyini pozmuşdur. O, nə baş verməsini xatırlamadığı üçün Könülə inanmış, lakin cinsi əlaqədə olduqlarını xatırlamamışdır. Toydan əvvəl Könülün qarın nahiyəsində şişkinlik olmasını müşahidə etsə də, Könül özü görünüşcə kök olduğundan və Könülün özünün guya ödündən əməliyyat olması nəticəsində şişkinlik olmasını bildirməsi səbəbindən ona inanmış və hamilə olmasını düşünməmişdir. 2018-ci ilin iyun ayının 30-da toy məclisi olmuşdur. Toydan bir neçə gün sonra Könülün hamilə olmasını bilmiş, uşağın kimdən olmasını soruşan zaman mart ayında cinsi əlaqədə olduqlarını və elə həmin vaxt hamilə qalmasını demişdir. Lakin, o buna inanmamış və ürəyində şübhələr yaranmışdır. Sonradan Könülün mobil telefonda bir neçə dəfə kiməsə şəkil göndərməsini, kimləsə danışmasını müşahidə etmiş, telefonunu istəsə də, Könül vermədiyi üçün sübut edə bilməmişdir. 2018-ci ilin avqust ayının 10-da Könül anası Pərvanəyə hamilə olmasını, uşağın da Elşaddan olmasını bildirmişdir. Lakin, anası inanmamış, bu səbəbdən də, Könülün anasına məlumat vermişlər. Könülün ailə üzvləri yaşadıqları evə gəlmiş, əvvəlcə uşağın elə Elşaddan olmasını, toydan qabaq cinsi əlaqədə olmalarını iddia etmişlər. Lakin, o uşağın ondan olmasına çox şübhəli olmuş, ailə üzvləri də Könüldən şübhələnmişlər. Bu səbəbdən də, Könülü ailəsi ilə birlikdə Bakıya göndərmiş, həmin gündən etibarən Könülü qəbul etməmiş və Könül Bakıda atasıgillə yaşamışdır. Sonradan 1-2 günlük Könülü geri qaytarmış, məsələni araşdırmaq istəmiş, Könülün üzərinə çox getdikdən sonra Könül hər şeyi etiraf etmiş, əslində Rəhmanla münasibətlərinin olmasını, Rəhmanla onunla tanış olduğu vaxtdan etibarən mütəmadi cinsi əlaqədə olmalarını, uşağın da Rəhmandan olmasını bildirmişdir. Bundan sonra, o və ailəsi Könülün tamamilə qəbullanmamış və geri qaytarmışlar. 2018-ci ilin oktyabr ayının 30-da uşaq dünyaya gəlmiş, Könülün atası zəng edərək gəlib uşağı görməsini bildirmiş, o isə uşağın ondan olmamasını demiş, lakin Könülün ailəsi israrla guya uşağın onun olmasını bildirmişlər. Könül ona hər şeyi etiraf etsə də, əslində ailəsinə uşağın guya ondan olmasını bildirmiş və ailəsinə gerçəyi deməmişdir. Bu səbəbdən də, Könülün ailəsi ona yox, Könülə inanmışdır. Sonradan Könülün ailəsi də uşağın ondan yox, Rəhmandan olmasını bilmişlər. Könülün qardaşı Muradın bu məsələdən çox sonra xəbəri olmuşdur. Belə ki, Könülün ailəsi Muraddan bu məsələni gizlətmiş, Muradın Rəhmana nəsə edəcəyindən qorxmuşlar. Belə ki, Rəhman Könüllə nikahdan kənar cinsi əlaqədə olmuş və övladları olmuş, Murad bunu biləcəyi halda Rəhmana nəsə etmə ehtimalı olmuşdur. Xüsusilə, Murad bu söhbəti bildikdən sonra onunla Bakı şəhərində görüşmüş, görüş zamanı onun düzgün etdiyini, düzgün edib ayrıldığını, onun namusunun təmizlənməsini, öz namusunun isə çirkli olmasını, Rəhmanı harda görsə vurub öldürəcəyini demişdir. Murad ailə üzvlərindən fərqli olaraq yaxşı insan olmuş, sadəcə, bacısının vəziyyətinə görə çox utanmışdır. Sonradan bildiyinə görə, Muradı yalan vədlərlə guya hər şeyin yaxşı olduğuna inandırmışlar, hətta bir neçə dəfə Könülün anası ona zəng edərək Muradın soruşacağı halda uşağın onun olduğunu deməsini xahiş etmişdir. O, bu vəziyyətdən başa düşmüşdür ki, Muradın Rəhmana nəsə edəcəyindən qorxurlar. Bundan sonra, onun Könüllə və ailəsi ilə heç bir əlaqəsi olmamış, hadisədən bir müddət əvvəl Rəhmanın Könül üçün Qubada kirayə ev tutmasını, Könülün ehtiyaclarını qarşılamasını, ara-bir evinə gedib-gəlməsini, bir növ onu məşuqəsi kimi saxlamasını eşitmiş, lakin bu söhbətlərə qarışmamışdır. Bu müddət ərzində Rəhman bir neçə dəfə işlədiyi yerə gələrək uşağın onun olduğunu qəbul etməsi üçün təzyiq etmiş, lakin o razılaşmamış, DNT edilməsini bildirmişdir. Onun Könüllə və ailəsi ilə əlaqəsi kəsildiyindən Murad və Rəhman arasında nə baş verməsini bilməmişdir. O, toydan əvvəl Könülün Rəhmanla münasibətinin olmasını bilməmiş, hamilə olmasını isə ümumiyyətlə bilməmişdir, biləcəyi təqdirdə Könüllə evlənməzdi. Heç kim hansısa qızı hamilə vəziyyətdə qəbul etməz. O, sadəcə Könülü çox istəmiş, Könül isə bu vəziyyətdən istifadə etmiş, onu uşağın guya onun huşu itən vaxtı olan cinsi əlaqədən olmasına inandırmışdır. O, hər dəfə şübhələnsə də, Könülü çox istədiyi üçün uşağın başqasından olmasına inanmaq istəməmiş, lakin sonradan Könül özü Rəhmanla münasibətini etiraf etmişdir. 02 iyun 2023-cü il tarixdə səhər saatlarında internetdə Muradın Rəhmanı öldürməsi xəbərini görmüşdür. Sonradan bilmişdir ki, Murad ailəsinin yalan danışmasını, əslində Rəhmanın Könülə etdiklərini öyrənmiş və namusunu təmizləmək üçün Rəhmanı öldürmüşdür. Məhkəmə baxışında şahid qismində ifadə vermiş Şahid8 sərbəst ifadəsində və ona verilən sualları cavablandırarkən göstərmişdir ki, Təqsirləndirilən şəxs baldızı Rəvanənin oğludur. Rəvanə əri Şahid6, övladları Səkinə, Murad, Könüllə birlikdə Bakı şəhərində yaşamışdır. Murad Rusiya Federasiyasında işləmişdir. Könül X23 oxumuş, sonradan Quba şəhər sakini Elşadla ailə qurmuşdur. X19 ailə qurmasına qədər kimləsə münasibətinin olmasını bilməmişlər. Könül Elşadla ailə qurmasından bir müddət sonra əslində Könülün övladı Hüseynin Elşaddan yox, Quba şəhər sakini Rəhmandan olmasını, Könülün bunu gizlətməsini bilmişlər. Bu hadisədən xeyli müddət sonra məlumatları olmuşdur. X27 şəhərinə köçmüş, Rəhmanın kirayə tutduğu mənzildə yaşamış, uşağı Hüseynlə birlikdə onların evinə də bir neçə dəfə gəlmişdir. Adətən, Rəhman Könülgili qapıdan qoyub getmişdir. O, Rəhmanın evinə daxil olmasını istəməmiş və buna şərait yaratmamış, səbəb isə Könülün Rəhmanla olan qeyri-rəsmi münasibəti olmuşdur. Təqsirləndirilən şəxs 01 iyun 2023-cü il tarixdə Bakı şəhərinə gəlməsindən məlumatı olmamışdır. X24 Federasiyasında olmasını bilmişlər. 01 iyun 2023-cü il tarixdə saat 23 radələrində yatmışlar. 02 iyun 2023-cü il tarixdə gecə saat 01-02 radələrində qapı döyülmüş, qapını açan zaman Muradın qapıda olmasını, əllərinin qanamasını görmüş və sarıması üçün Elnarəni oyatmışdır. Muradın əllərində kəsiklər olmuş, əlləri qan içərisində olmuş, qanaxmanı dayandırmaq üçün Elnarə döşəküzü parçası ilə Muradın əllərini sarımış, Muraddan nə baş verməsini soruşan zaman Murad Rəhmanla dava etməsini, onu bıçaqla vurmasını, anası Rəvanəgilə bu barədə məlumat vermələrini və bundan sonra Quba RPŞ-yə gedəcəyini bildirmişdir. Murad özü də çox danışa bilməmiş, özündə olmamış, hadisənin təsirində olmuşdur. Rəhmanı bıçaqla vurmasını desə də, hadisə barədə ətraflı məlumat verməmiş, bir qədər sonra Quba RPŞ-nin əməkdaşları gəlmişlər. Məhkəmə baxışında ifadəsi elan olunmaqla araşdırılmış Şahid9 Şahid8 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etdiyi müəyyən olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Hadisə yerinə baxış keçirilməsi haqqında 02 iyun 2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Quba şəhəri, Fətəlixan küçəsi, ev 79 ünvanında yerləşən beşmərtəbəli və ikimərtəbəli yaşayış binalarının həyətinə aparan asfalt yoldur. Hadisə yerinə gəldikdə həyətə daxil olan asfalt yol üzərində topaşəkilli qanabənzər ləkələr və həmin ləkələrin yanında 1 ədəd dəstəyi göy-qırmızı-ağ qarışıq rəngli bıçaq vardır. Həmin bıçağın üzərində qanabənzər ləkələr vardır. Baxış zamanı həmin bıçaq “1” nömrəsi ilə göstərilərək fotoşəkili çəkilmiş və müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Həmçinin, həmin topa şəkilli qanabənzər ləkələrdən pambığa hopdurulmaqla 1 nümunə götürülmüşdür. Həmin topaşəkilli qanabənzər ləkələrdən 4,5 metr məsafədə ikimərtəbəli yaşayış binasının səkisi ilə asfalt yolun birləşən hissəsində topaşəkilli qanabənzər ləkələr vardır. Həmin hissədə topaşəkilli qanabənzər ləkələrin həcmi daha genişdir. Ehtimal olunur ki, ilkin topaşəkilli qanabənzər ləkələr olan hissədə mərhum Zərərçəkmiş şəxs1 müxtəlif zərbələr endirilmiş, daha sonra isə o səki və asfalt yolun birləşən hissəsinə hərəkət edib orada qaldığından həmin hissədə daha çox qanabənzər ləkələr formalaşmışdır. Baxışda iştirak edən Şahid1 əli ilə topaşəkilli qanabənzər ləkələrin çox olduğu yeri göstərərək Zərərçəkmiş şəxs1 hadisədən sonra həmin hissədə oturub qalmasını, bu səbəbdən də, həmin hissədə qanabənzər ləkələrin çox olmasını, daha sonra oradan avtomobillə Quba RMX istiqamətində aparılmasını bildirmişdir. Həmin topaşəkilli qanabənzər ləkələrdən də pambığa hopdurulmaqla 1 nümunə götürülmüşdür. Baxış zamanı iş üzrə əhəmiyyət kəsb edən əlavə hala rast gəlinməmişdir. Meyitə baxış keçirilməsi haqqında 02 iyun 2023-cü il tarixli protokoldan görünür ki, mərhum Zərərçəkmiş şəxs1 meyiti təşrih stolu üzərinə qoyulmuşdur. Təşrih masası üzərindəki meyitin əynində aşağıdakı paltar vardır: 1. Qara rəngli plaşovka materialdan qolsuz gödəkçə. 2. Qara rəngli pambıq materialdan futbolka. 3. Boz rəngli cins materialdan belində qara rəngli kəmər olan şalvar. 4. Qara rəngli pambıq materialdan corablar. Meyit kişi cinsli olub, düzgün bədən quruluşlu, kafi köklükdədir, boyunun uzunluğu 171 sm-dir. Meyit əllə toxunduqda soyuqdur, dəri örtüyü solğundur. Meyitin arxa səthində kafi ifadə olunan, bənövşəyi qırmızımtıl rəngli, barmaqla təyziq etdikdə avazayan və 1-2 dəqiqəyə öz əvvəlki rəngini bərpa edən meyit ləkələri vardır. Meyit qacıması yoxlanılan bütün qrup əzələlərində kafi inkişaf etmişdir. Başında saçı qara rəngdədir, düzdür, 1-4 sm-ə qədər uzunluqdadır. Kəllə sümükləri əllədikdə tamdırlar. Gözləri qapalıdır, bəbəklərin diametri 0,5 sm-dir, buynuz qişa parlaqdır. Xarici qulaq keçəcəkləri sərbəstdirlər. Burun sümükləri əllədikdə tamdırlar. Burun dəlikləri sərbəstdirlər. Ağzı az açıqdır, dişləri təbii və tamdırlar. Dodaqların qırmızı haşiyəsində və uzunluqda kafi köklükdədir. Döş qəfəsi silindrikdir və simmetrikdir. Qarının səviyyəsi qabırğa qövsləri səviyyəsindən aşağıdır. Xarici cinsiyyət üzvləri kişi cinsinə müvafiqdir, düzgün inkişaf etmişdir, qasıqda tüklənmə kişi tiplidir, qırxılmışdır. Xarici cinsiyyət üzvlərində və onun ətrafında hər hansı bir xəsarət və onun izi aşkar edilmədi. Arxa keçəcək qapalıdır, ətrafındakı dəri təmiz və zədəsizdir. Yuxarı və aşağı ətrafları düzgün inkişaf etmişdir, əllədikdə sümükləri tamdırlar. Meyitin bədəni üzərində aşağıdakı xəsarətlər vardır: boynun sol yan səthin aşağı şöbəsində 1,3x0,4 sm köndələn-çəp istiqamətli, sol sağa və az aşağıdan yuxarı istiqamətli, kənarları hamar, yuxarı küncü küt, aşağı küncü isə iti qurtaran yara; sol saidin orta 1/3-nin iç səthində 2.5x1,2 sm, soldan sağ və aşağıdan az yuxarı istiqamətli, kənarları hamar, yuxarı küncü küt, aşağı küncü isə iti qurtaran yara; sol bazunun yuxarı 1/3-nin iç səthində 2,4x0,9 sm, sağdan sola, aşağıdan yuxarı istiqamətli, kənarları hamar, yuxarı küncü küt, aşağı küncü isə iti qurtaran yara; sol qoltuqaltı nahiyəsinin arxa qoltuqaltı xətti üzrə 1,7x0,6 sm, köndələn-çəp, aşağıdan yuxarı, soldan sağa istiqamətlənən, kənarları hamar, yuxarı küncü iti, aşağı küncü isə küt qurtaran yara; həmin yaradan 3 sm arxaya 2x0,7 və 1,9x0,6 sm, köndələn istiqamətli, soldan sağa və yuxarıdan aşağı istiqamətlənən, onlardan biri daxilə (döş boşluğuna nüfuz edən), kənarları hamar, ön küncü küt, arxa küncü isə iti qurtaran yaralar; belində sağ tərəfinin yuxarı hissəsində (onurğa sütunundan 5-8 sm bayra) 3x1 sm və 2x0,5 sm ölçülərdə, bir birindən 3 sm aralı, arxadan önə və aşağıdan az yuxarı istiqamətlənən, kənarları hamar, bir ucu iti, digəri isə küt qurtaran, onlardan biri döş boşluğuna nüfuz edən kəsilmiş-deşilmiş yaralar vardır. Digər xəsarətlər aşkar edilməmişdir. Baxış zamanı iş üçün gələcəkdə sübut əhəmiyyəti kəsb edəcəyindən mərhum Zərərçəkmiş şəxs1 hadisə zamanı üzərində olmuş 1 ədəd qara rəngli qolsuz gödəkçə, 1 ədəd boz rəngli cins şalvar belində kəmər, 1 ədəd qara rəngli qısaqol köynək, 1 ədəd ağ rəngli mayka, 1 ədəd boz rəngli uzunqol köynək, 1 cüt makasin tipli qara rəngli ayaqqabı götürülərək müvafiq qaydada qablaşdırılmaqla götürülmüşdür. Hadisə yerinə əlavə baxış keçirilməsi haqqında 02 iyun 2023-cü il tarixli protokoldan görünür ki, Quba şəhəri, Fətəlixan küçəsi, ev 79 ünvanında yerləşən beşmərtəbəli və ikimərtəbəli yaşayış binalarının həyətinə aparan asfalt yolun qarşısına gəlinmiş, şübhəli şəxs Təqsirləndirilən şəxs əli ilə topaşəkilli qanabənzər ləkələr olan yeri göstərərək mərhum Zərərçəkmiş şəxs1 həmin yerdə bıçaqla zərbələr endirməsini bildirmişdir. Bundan sonra, həmin topaşəkilli qanabənzər ləkələrdən 4,5 metr məsafədə ikimərtəbəli yaşayış binasının səkisi ilə asfalt yolun birləşən hissəsində topaşəkilli qanabənzər ləkələr olan yerə gəldikdə şübhəli şəxs Təqsirləndirilən şəxs hadisədən sonra Zərərçəkmiş şəxs1 həmin hissədə oturaraq qalmasını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs əli ilə qaçdığı yeri göstərmişdir. Müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs hadisədən sonra Quba şəhəri, Səkinəxanım məscidi istiqamətində hadisə yerindən qaçmışdır. Əlavə baxış keçirilməsi haqqında 02 iyun 2023-cü il tarixli protokoldan görünür ki, baxılan yer Quba şəhəri, Qələbə küçəsi ərazisində yerləşən Quba şəhəri, 3 №-li tam orta məktəbin yaxınlığında olan otluq sahədir. Həmin yerə gəldikdə şübhəli şəxs Təqsirləndirilən şəxs əli ilə otluq sahədə bıçağı tulladığı yeri göstərərək hadisə zamanı Zərərçəkmiş şəxs1 zərbələr endirdiyi bıçağı həmin otluq sahəyə tullamasını bildirmişdir. Baxış zamanı həmin otluq sahədən 1 ədəd dəstəyi qara rəngli bıçaq aşkar edilmişdir. Həmin bıçağın üzərində qanabənzər ləkələr vardır. Baxışda iştirak edən Təqsirləndirilən şəxs hadisə zamanı istifadə etdiyi bıçağın həqiqətən də həmin bıçaq olmasını təsdiqləmişdir. Həmin bıçaq iş üzrə əhəmiyyət kəsb etdiyindən müvafiq qaydada qablaşdırılmaqla götürülmüşdür. Video müşahidə kameralarına baxış keçirilməsi haqqında 03 iyun 2023-cü il tarixli protokoldan görünür ki, Şahid3 idarə etdiyi boz rəngli “Opel" markalı avtomobil 01 iyun 2023-cü il tarixdə saat 23.06.00-da Abşeron rayonu, Saray qəsəbəsi, DYP postu yaxınlığında yerləşən “Araz market” mağazalar şəbəkəsinin qarşısında dayanıqlı vəziyyətdədir. Avtomobilin sürücü əyləşən hissəsində və qabaq ön sərnişin hissəsində iki nəfər şəxsin olması görünür. Saat 23.06.09-da bir nəfər şəxs avtomobildən düşərək “Araz market” mağazasının giriş qapısına doğru hərəkət etmişdir. Baxış zamanı həmin şəxsin Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs saat 23.06.24-də giriş qapısından mağazaya daxil olmuş, həmin vaxt onun yanında kənar şəxslərin olmaması müşahidə olunmuşdur. Eyni zamanda, avtomobilin arxa oturacaqlarından da hər hansı şəxsin avtomobildən yerə düşməsi, pəncərənin şüşələrini açması və sair hərəkət etməsi müşahidə edilməmişdir. Ehtimal olunur ki, Təqsirləndirilən şəxs və Şahid3 başqa avtomobildə kənar şəxs olmamışdır. Saat 23.09.13-də Təqsirləndirilən şəxs sol əlində 3 ədəd içki butulkası ilə mağazanın “tekstil" bölməsinə daxil olmuş, əlindəki butulkaları yerə qoyaraq həmin bölmədən bıçaq seçmiş, saat 23.09.28-də bıçaq və 3 ədəd içki butulkalarını götürərək kassaya doğru hərəkət etmişdir. Saat 23.12.20-də Təqsirləndirilən şəxs 2 ədəd yaşıl rəngli “Tuborg” markalı pivə butulkası, 1 ədəd “Bizon” markalı energetik içkisi və 1 ədəd dəstəyi qara rəngli bıçaqla kassaya yaxınlaşmış, saat 23.12.28-də kassada ödəniş etdikdən sonra ilk növbədə bıçağı götürərək gödəkçəsinə və ya şalvarına qoymuş, daha sonra isə pivə və energetik içkilərini götürmüşdür. Saat 23.12.42-də Təqsirləndirilən şəxs hər iki əlində içkilər olmaqla mağazadan çıxaraq Şahid3 idarə etdiyi boz rəngli “Opel” markalı avtomobilin qabaq sərnişin hissəsində əyləşmiş və saat 23.13.10-da Quba istiqamətində hərəkət etmişlər. Baxış zamanı iş üzrə əhəmiyyət kəsb edən əlavə hala rast gəlinməmişdir. Qeyd olunan videoçəkilişlər əhəmiyyət kəsb etdiyindən “DVD” diskə köçürülərək protokola əlavə edilmişdir. Video müşahidə kameralarına baxış keçirilməsi haqqında 08 iyun 2023-cü il tarixli protokoldan görünür ki, mağazanın videomüşahidə kameralarında tarix və saat düzgün deyildir. Bu səbəbdən də, hərəkətlərin konkret tarix və saat ardıcıllığını müəyyən etmək mümkün deyildir. Görüntülərdən görünür ki, Şahid3 idarə etdiyi boz rəngli “Opel” markalı avtomobil ünvan 3 ünvanında yerləşən beşmərtəbəli yaşayış binasının yaxınlığında saxlamış və həmin vaxt avtomobilin qabaq sərnişin hissəsindən bir nəfər şəxs avtomobildən düşmüşdür. Avtomobilin qabaq sərnişin qapısı açılıb-bağlandıqdan sonra Şahid3 idarə etdiyi boz rəngli “Opel” markalı avtomobil hərəkətinə davam etmişdir. Həmin vaxt avtomobilin arxa sərnişin qapılarının açılmaması və oradan hər hansı şəxslərin düşməməsi müşahidə olunmuşdur. Görüntülərdən görünür ki, Təqsirləndirilən şəxs avtomobildən tək düşmüşdür. Bundan başqa iş üzrə əhəmiyyət kəsb edən əlavə hala rast gəlinməmişdir. Qeyd olunan videoçəkilişlər əhəmiyyət kəsb etdiyindən “DVD” diskə köçürülərək protokola əlavə edilmişdir. Video müşahidə kameralarına baxış keçirilməsi haqqında 08 iyun 2023-cü il tarixli protokoldan görünür ki, mağazanın videomüşahidə kameralarından biri (Camera №8) hadisənin baş verdiyi ərazini bir qədər uzaq məsafədən qeydə almışdır. Görüntülərdən görünür ki, 02 iyun 2023-cü il tarixdə, saat 01.00.15-də bir nəfər şəxs hadisənin baş verdiyi Quba şəhəri, Fətəlixan küçəsi, ev 79 ünvanında yerləşən beşmərtəbəli və ikimərtəbəli yaşayış binalarının həyətinə gedən asfalt yoldan Fətəlixan küçəsinə mərkəzi yola doğru geriyə çəkilərək hərəkət etmiş və bir nəfər şəxsin onun üzərinə doğru gəlməsi görünmüşdür. Ehtimal olunur ki, geriyə doğru hərəkət edən artıq Zərərçəkmiş şəxs1 bıçaq zərbələri endirmiş Təqsirləndirilən şəxs, üzərinə gələn şəxs isə hadisə yerinə gəlmiş mərhumun qardaşı Zərərçəkmiş şəxs2dur. Təqsirləndirilən şəxs olması ehtimal edilən şəxs geriyə çəkildikdən sonra kameraların olduğu hissəyə doğru qaçaraq hərəkət etmiş və ilk döngədən dönərək Quba şəhəri, Səkinəxanım məscidi istiqamətində qaçmışdır. Həmin vaxt yaşayış binalarının arasından bir neçə şəxsin Təqsirləndirilən şəxs arxasınca qaçması, lakin sonradan geri qayıtması müşahidə olunmuşdur. Ehtimal olunur ki, həmin şəxslər Zərərçəkmiş şəxs2 səsinə əraziyə gələn şəxslər olmuş, Zərərçəkmiş şəxs2 qardaşı Zərərçəkmiş şəxs1 kömək etmək məqsədilə geri qayıtdığından həmin şəxslər də geri qayıtmışdır. Qeyd olunan videoçəkilişlər əhəmiyyət kəsb etdiyindən “DVD” diskə köçürülərək protokola əlavə edilmişdir. Məhkəmə-tibb ekspertizasının 02 iyun 2023-cü il tarixli 18 nömrəli rəyindən görünür ki, 1997-ci il təvəllüdlü Zərərçəkmiş şəxs1 meyitində aşağıdakı xəsarət aşkar edilmişdir: boynun sol yan səthin aşağı şöbəsində, sol saidin orta 1/3-nin iç səthində, sol bazunun yuxarı 1/3-nin iç səthində, sol qoltuqaltı nahiyyəsinin iki ədəd, belin sağ tərəfinin bir ədəd kəsilmiş-deşilmiş yaralar; sol qoltuqaltı nahiyyəsinin arxa tərəfinin bir ədəd və belin sağ tərəfinin bir ədəd döş boşluğuna nüfuz edən kəsilmiş deşilmiş yaraları. Qeyd olunan xəsarətlər həyatidir və 8 bıçaq zərbəsinin təsirindən Zərərçəkmiş şəxs1 ölümündən az əvvəl qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə yastı tiyə tipli deşici-kəsici alətin güclü təsirindən, ekspertizaya təqdim edilmiş üzərində qanabənzər ləkələr olan dəstəyi qara rəngli bıçaqla, həmçinin eyni konstruktiv tiyəyə malik hər hansı bir digər bıçağın tiyəsinin təsirindən əmələ gəlməsi inkar olunmur. Boynun sol yan səthin aşağı şöbəsində, sol saidin orta 1/3-nin iç səthində, sol bazunun yuxarı 1/3-nin iç səthində, sol qoltuqaltı nahiyyəsinin iki ədəd, belin sağ tərəfinin bir ədəd kəsilmiş-deşilmiş yaralar yetirilən anda dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmanın əlamətlərinə malikdir. Sol qoltuqaltı nahiyyəsinin arxa tərəfinin bir ədəd və belin sağ tərəfinin bir ədəd döş boşluğuna nüfuz edən kəsilmiş deşilmiş yaralar isə yetirilən anda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdir. Mərhum Zərərçəkmiş şəxs1 meyitindən götürülmüş qanın məhkəmə-kimya tədqiqatı nəticəsində 1% etil spirti aşkar edilmişdir, bu da sağlamlığında yüngül dərəcəli alkoqol sərxoşluğu törədə bilərdi. Metil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkaloidlər, fenotiazin. Pirazalon, 1,4 benzodiazepin törəmələri və salisatlar aşkar edilməmişdir. Mərhum Zərərçəkmiş şəxs1 yetirilmiş xəsarətlərdən sonra onun ölümü dəqiqələrlə ölçülən qısa zaman kəsiyində baş vermişdir və məqsədyönlü hər hansı bir hərəkətlər etmək iqtidarında olması az inandırıcıdır. İlkin meyit əlamətlərinin inkişaf səviyyəsinə əsasən demək olar ki, Zərərçəkmiş şəxs1 ölümü onun meyitinin meyitxanada müayinəsi başlanandan 8-10 saat əvvəl baş vermişdir və yuxarıda qeyd olunmuş xəsarət arasında birbaşa səbəbli əlaqə vardır. Mərhum Zərərçəkmiş şəxs1 ölümünə səbəb ağciyərlərin deşilmiş-kəsilmiş yaralarından baş vermiş kəskin qanitirmə olmuşdur. Məhkəmə-tibb ekspertizasının 02 iyun 2023-cü il tarixli 225 nömrəli rəyindən görünür ki, 1996-cı il təvəllüdlü Təqsirləndirilən şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər - sol əlin 1-ci barmağın arxa səthinin, sağ əlinin 2-ci və 3-cü barmaqların iç səthinin tikişli kəsilmiş yaraları kəsici-deşici alətin təsirindən qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni 02 iyun 2023-cü il tarixdə bıçaqla vurulma nəticəsində əmələ gələ bilərdi. Qeyd olunan xəsarətlər dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Məhkəmə-tibb ekspertizasının 02 iyun 2023-cü il tarixli 224 nömrəli rəyindən görünür ki, 1991-ci il təvəllüdlü Zərərçəkmiş şəxs2 bədəni üzərində müəyyən edilmiş xəsarət - sol saidin orta 1/3-nin iç səthinin kəsilmiş yarası kəsici- deşici alətin təsirindən qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni 02 iyun 2023-cü ii tarixdə bıçaqla vurulma nəticəsində əmələ gələ bilərdi. Qeyd olunan xəsarətlər dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Məhkəmə-kimyəvi ekspertizasının 03 iyul 2023-cü il tarixli, 2054/K nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan nümunəsinin tərkibində metil, etil, propil, butil, amil spirtləri, barbitur turşusu törəmələri, alkaloidlər, fenilalkilamin qrupuna aid olan amfetamin və metamfetamin, fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri, salisatlar və kannabinoid aşkar edilməmişdir. Məhkəmə-kimyəvi ekspertizasının 03 iyul 2023-cü il tarixli, 2055/K nömrəli rəyindən görünür ki, Şahid4 götürülmüş qan nümunəsinin tərkibində metil, etil, propil, butil, amil spirtləri, barbitur turşusu törəmələri, alkaloidlər, fenilalkilamin qrupuna aid olan amfetamin və metamfetamin, fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri, salisatlar və kannabinoid aşkar edilməmişdir. Məhkəmə tibbi-kriminalistik ekspertizasının 04 iyul 2023-cü il tarixli, 262/2023- MTKŞ nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs1 məxsus gödəkçənin ön hissəsində solda 01 (bir) ədəd, sol yan hissəsində 01 (bir) ədəd, arxa hissəsində ortada 01 (bir) ədəd, arxa hissəsində bir qədər solda 01 (bir) ədəd; uzunqol köynəyin sol qolun arxa hissəsində 02 (iki) ədəd; qısaqol köynəyin arxa hissəsində ortada 02 (iki) ədəd, arxa hissəsində solda 04 (dörd) ədəd deşilmiş-kəsilmiş zədələr aşkar edilmişdir. Bu zədələr iti ucu, iti ülgücü və küpü olan yastı tiyə tipli deşicikəsici alətin (alətlərin) tiyəsinin təsirindən əmələ gəlmişlər, o cümlədən ekspertizaya təqdim edilmiş dəstəyi qara rəngli və dəstəyi ağ-göy-qırmızı rəngli olan bıçaqların tiyələrinin və ya eyni konstruktiv xüsusiyyətə malik digər bıçağın tiyəsinin təsirindən törənməsi inkar olunmur. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs1 məxsus şalvar, mayka və bir cüt ayaqqabı üzərində əhəmiyyət kəsb edən hər hansı bir zədə aşkar ediilməmişdir. Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus şalvar, gödəkçə, köynək, bir cüt ayaqqabı üzərində əhəmiyyət kəsb edən hər hansı bir zədə aşkar edilməmişdir. Ekspertizaya təqdim olunmuş dəstəyi qırmızı-göy-ağ rəngli bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir. Ekspertizaya təqdim olunmuş dəstəyi qara rəngli bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir. Məhkəmə tibbi-bioloji ekspertizasının 06 iyul 2023-cü il tarixli, 350/2023-MTBŞ nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 ABO sistemi üzrə qrup göstəricisi: Abeta/H/(ll). Təqsirləndirilən şəxs oğiunun ABO sistemi üzrə qrup göstəricisi: Abeta/H/(ll). Zərərçəkmiş şəxs2 ABO sistemi üzrə qrup göstəricisi: Abeta/H/(ll). Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs1 məxsus qolsuz mayka, boz rəngli şalvar, kəmər, qolsuz gödəkcə, uzunqol köynək, qısaqol köynək, bir cüt makasin, Təqsirləndirilən şəxs məxsus gödəkcə, cins şalvar, qısaqol köynək, vilur kişi ayaqqabısı, pambıq tampon N1, N2 və 02 ədəd bıçaq üzərində insan qanı ləkələri aşkar olunmuşdur. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq edildikdə “A” və HH” antigenləri alınmışdır. Aqqlyutininlər isə alınmamışdır. Bu qan ləkələri bir şəxsə məxsus olduğu halda Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs və ya Zərərçəkmiş şəxs2 məxsus ola bilər. Komisyon məhkəmə ambulator psixiatrik-psixoloji ekspertizasının 14 iyul 2023- cü il tarixli, 1675 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Aparılmış eksperimental-psixoloji müayinə gedişində Təqsirləndirilən şəxs idrak prosesləri, dünyagörüşü, intellektual imkanlarının normaya uyğun olması müəyyən edilmişdir. Ümumilikdə adaptiv və ünsiyyətçil olmaqla, özünəməxsus mövqeyə və prinsipə malikdir. Emosional-iradi sferasında, fərdi-psixi xüsusiyyətlərində, hərəkət və davranışını iradi olaraq tənzimləməsində hər hansı dəyişiklik aşkar olunmamışdır. Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmamışdır. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt vəziyyətində olmamışdır. Məhkəmə-genetik ekspertizasının 08 iyul 2023-cü il tarixli, 23/513R nömrəli rəyindən görünür ki, Şahid4 övladı X9 bioloji atası 99,99% ehtimalla Zərərçəkmiş şəxs1dur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 24 iyun 2023-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs əməliyyat-sorğu kartotekasında onun məhkumluğu barədə məlumat yoxdur. Quba Rayon Məhkəməsinin 22 iyun 2023-cü il tarixli, 86 nömrəli məktubundan görünür ki, xx.xx.1996-cı il təvəllüdlü Təqsirləndirilən şəxs barəsində Quba Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi vardır. Həmin qətnamə iş üzrə əhəmiyyət kəsb etməmişdir. Təqsirləndirilən şəxs barəsində Quba Rayon Məhkəməsinin icraatına 2015-ci il tarixdən hazıradək cinayət və inzibati xarakterli iş və materiallar daxil olmamışdır. Quba Rayon Məhkəməsinin 22 iyun 2023-cü il tarixli, 87 nömrəli məktubundan görünür ki, xx.xx.1991 -ci il təvəllüdlü Zərərçəkmiş şəxs2 barəsində Quba Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi və xx.xx.2022-ci il tarixli qərardadları vardır. Həmin qətnamə və qərardad iş üzrə əhəmiyyət kəsb etməmişdir. Zərərçəkmiş şəxs2 barəsində Quba Rayon Məhkəməsinin icraatına 2015- ci il tarixdən hazıradək cinayət və inzibati xarakterli iş və materiallar daxil olmamışdır. Quba Rayon Psixonevroloji Reabilitasiya Mərkəzinin 09 iyun 2023-cü il tarixli, 836 nömrəli məktubundan görünür ki, xx xxxxx 1996-cı ildə Quba şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Quba şəhəri, 223-cü Atıcı Diviziya küçəsi, ev 19-da qeydiyyatda olmaqla, Rusiya Federasiyasının Moskva şəhərində yaşayan Təqsirləndirilən şəxs Quba PNRM-nə müraciət etməmişdir. Quba Rayon Psixonevroloji Reabilitasiya Mərkəzinin 09 iyun 2023-cü il tarixli, 834 nömrəli məktubundan görünür ki, xx xxxxxx 1997-ci ildə Quba şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Quba şəhəri, Fətəlixan küçəsi, ev 79, mənzil 1- də qeydiyyatda olmaqla yaşayan Zərərçəkmiş şəxs1 Quba PNRM-nə müraciət etməmişdir. “Quba rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin 12 iyun 2023-cü il tarixli, PHŞ-6-56/2-827/2023 nömrəli məktubundan görünür ki, xx xxxxx 1996-cı ildə Quba şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Quba şəhəri, 223-cü Atıcı Diviziya küçəsi, ev 19-da qeydiyyatda olmaqla, Rusiya Federasiyasının Moskva şəhərində yaşayan Təqsirləndirilən şəxs Quba Rayon Mərkəzi Xəstəxanasının Poliklinika şöbəsində psixiatrik və narkoloji kabinetlərində qeydiyyatda yoxdur və həmçinin stasionar müalicədə olmamışdır. Təqsirləndirilən şəxs sonuncu dəfə 02 iyun 2023-cü il tarixdə “İTS” sistemi üzərində S60.0 əl barmağının dırnaq lövhəciyinin zədələnməsi baş vermədən əzilmə diaqnozu ilə Quba Rayon Mərkəzi X7 Yardım bölməsinə müraciət etmiş, vətəndaşa orada ilkin yardım göstərildikdən sonra həkim travmatoloqa yönləndirilmişdir. “Quba rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin 12 iyun 2023-cü il tarixli, PHŞ-6-56/2-828/2023 nömrəli məktubundan görünür ki, xx xxxxxx 1997-ci ildə Quba şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Quba şəhəri, Fətəlixan küçəsi, ev 79, mənzil 1-də qeydiyyatda olmaqla yaşayan Zərərçəkmiş şəxs1 Quba Rayon Mərkəzi Xəstəxanasının Poliklinika şöbəsində psixiatrik və narkoloji kabinetlərində qeydiyyatda yoxdur və həmçinin stasionar müalicədə olmamışdır. “Quba rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin 12 iyun 2023-cü il tarixli, PHŞ-6-56/2-829/2023 nömrəli məktubundan görünür ki, xx xxxxxxxx 1991 -ci ildə Quba şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Quba şəhəri, Fətəlixan küçəsi, ev 79, mənzil 1-də qeydiyyatda olmaqla yaşayan Zərərçəkmiş şəxs2 Quba Rayon Mərkəzi Xəstəxanasının Poliklinika şöbəsinin psixiatrik və narkoloji kabinetlərində qeydiyyatda yoxdur və həmçinin stasionar müalicədə olmamışdır. Zərərçəkmiş şəxs2 sonuncu dəfə 02 iyun 2023-cü il tarixdə “İTS” sistemi üzərindən Quba Rayon Mərkəzi X7 Yardım bölməsinə müraciət etmiş və daha sonra həkim travmatoloqa yönləndirilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasının 06 iyun 2023-cü il tarixli, 3-16-17/40/2-2677/2023 nömrəli xüsusi məlumatından görünür ki, 05 iyun 2023-cü il tarixdə təxminən saat 14 radələrində Quba RPŞ-nin MSY-nin əməkdaşları tərəfindən gətirilib təhvil verilən, xx xxxxx 1996-cı ildə Quba şəhərində anadan olmuş, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, 02 iyun 2023cü il tarixdə Quba rayon Prokurorluğu tərəfindən həbs edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1 və 128-ci maddələrinə əsasən həbsdə saxlanılan şəxs Təqsirləndirilən şəxs 06 iyun 2023-cü il tarixdə təxminən saat 11.30 radəiərində Tibbsanitar hissəsində müayinə olunan zaman sağ əlin 2-ci barmağında 4 ədəd, 3-cü barmağında 2 ədəd və sol əlin 1 -ci barmağının bayır səthində 3 ədəd cərrahi tikiş qoyulmuş yaralar aşkar olunmuşdur. Bununla əlaqədar akt tərtib olunaraq izahatı alınmışdır. Bu barədə məhkum Təqsirləndirilən şəxs yazılı izahatında bildirmişdir ki, həmin xəsarətləri törətdiyi cinayət hadisəsi zamanı almışdır. Quba RİHB-nın Quba şəhər İƏD üzrə nümayəndəliyinin 24 avqust 2023-cü il tarixli 1736, 1737 №-li arayışlarından və 1738 №-li xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Quba şəhəri, 223-cü Atıcı Diviziya küçəsi, ev 19-da qeydiyyatda olsa da, faktiki olaraq həmin ünvanda yaşamamışdır. Ailə üzvləri atası Şahid6, anası Şahid5, bacısı Şahid4 olmuşdur Yaşayış yeri üzrə müsbət xarakterizə olunmuş, yaşadığı müddət ərzində nümayəndəliyə barəsində hər hansı şikayət daxil olmamışdır. Quba RİHB-nın Quba şəhər İƏD üzrə nümayəndəliyinin 24 avqust 2023-cü il tarixli 1732 №-li arayış və 1733 №-li xasiyyətnaməsindən görünür ki, mərhum Zərərçəkmiş şəxs1 ünvan 4 ünvanında anası X8, qardaşı Zərərçəkmiş şəxs2 ilə birlikdə yaşamışdır. Yaşayış yeri üzrə müsbət xarakterizə olunmuş, yaşadığı müddət ərzində nümayəndəliyə barəsində hər hansı şikayət daxil olmamışdır. Medalın vəsiqəsinin surətindən müəyyən olunur ki, təqsirləndirilən Təqsirləndirilən şəxs “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilmişdir. Şübhəli şəxsin tutulması haqqında protokoldan müəyyən olunur ki, təqsirləndirilən Təqsirləndirilən şəxs xx.xx.2023-cü ildə saxlanılmışdır. Quba rayon məhkəməsinin 4(027)-37/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs oğlunun barəsində əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Belə ki, “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumun 12 dekabr 2002-ci il tarixli Qərarınnın 4-cü bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-nin 120.2-ci maddəsindəki tövsifedici əlamətlər və CM-nin 121-123, 135-ci maddələrində göstərilən yüngülləşdirici hallar olmadan törədilən qəsdən adam öldürmə cinayətləri (məsələn, xuliqanlıq niyyəti olmadan, mübahisə və dalaşma zamanı, qısqanclıq üzündən, qisas almaq məqsədilə, şəxsi münasibətlər zəminində yaranmış nifrət, paxıllıq, ədavət üzündən törədilən) Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə tövsif edilməlidir. Məhkəmə işin hallarını Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli qərarındakı hüquqi mövqeyinə əsasən təhlil edərək qeyd edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsi öldürmək istəmədiyini bildirsədə, onun yetirdiyi xəsarətlərin lokalizasiyası və sayı bunun əksini sübuta yetirir. Bundan başqa təqsirləndirilən şəxsin sadəcə danışıq aparmaq məqsədilə gəldiyini bildirsə də öncədən görüş yerinə gələrkən bıçaq alması onun bu hissədə də ifadəsinin inandırıcı olmamasına dəlalət edir. Təqsirləndirilən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı özünü təqsirli bilsədə məhkəmə istintaqı zamanı özünü qismən təqsirli bilmişdir. Lakin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm ibtidai istintaq zamanı həm də məhkəmə istintaqı zamanı hadisəni demək olar ki, eyni cür təsvir etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin hadisə vaxtı hərəkətini, davranışını və məhkəmə tibb ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, həmin vaxt təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin onun bacısına olan münasibətini əsas gətirərək onu həyatdan məhrum etmək istəmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışında və ibtidai araşdırma zamanı verdiyi ifadələri təhlil edərək onun məhkəmə baxışı zamanı özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilməsi ilə bağlı verdiyi ifadəsinə tənqidi yanaşır və həmin ifadəni zərərçəkmiş şəxsi öldürmək niyyətinin olmaması bağlı hissədə məsuliyyətdən yaxa qurtarmaq məqsədi ilə verilən ifadə kimi qiymətləndirməklə yanaşı, onun bu ittihamlarla bağlı məhkəmə baxışı zamanı verdiyi ifadəsində özünü qismən təqsirli bilməsi ilə əlaqədar göstərdiyi xüsusatlar işin faktiki hallarına uyğun gəlmədiyindən və təkzib edilməz sübutlarla ziddiyyət təşkil etdiyindən inandırıcı hesab etmir və həmin ifadəni zərərçəkmiş şəxsi öldürmək niyyətinin olmaması bağlı hissədə qeyri-səmimi verilmiş ifadə kimi qiymətləndirir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun özünün qismən etirafedici ifadəsi, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin məhkəmə baxışı zamanı vermiş olduqları ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsinə qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə - doqquz ildən on dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən qəsdən sağlamlığa yüngül zərər vurma, yəni sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma— min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128 və 120.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Onun törətdiyi əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. O, Cinayət Məcəlləsinin 128 və 120.1-ci maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 №li Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs 44 günlük vətən müharibəsində iştirak etməklə “Suqovuşanın azad edilməsinə görə” medalı ilə təltif edilməsini (CM-nin 59.2) cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir, Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə, qanunun yuxarıda qeyd edilən müddəalarına, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarını və işin faktiki hallarını eyni zamanda Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, habelə işdə olan və yuxarıda şərh olunan cəzanı yüngülləşdirən halları nəzərə alaraq ona təqsirli bilindiyi Cinayət Məcəlləsinin 128 və 120.1ci maddələrinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni, əsaslı və eləcə də ədalətli hesab edir. Həmçinin məhkəmə hesab edir ki, şəxs həmin cəzanı yalnız real olaraq çəkməklə islah oluna bilər. Həmçinin təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla qəti cəza təyin olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Şübhəli şəxsin tutulması haqqında protokoldan və Quba rayon məhkəməsinin 4(027)-37/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından müəyyən olunur ki, təqsirləndirilən Təqsirləndirilən şəxs xx.xx.2023-cü ildə saxlanılmış və həmin tarixdə barəsində həbs qətimkan tədbiri seşilmişdi. Odur ki, Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli 02 iyun 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Maddi sübut kimi tanınmış Quba rayon Prokurorluğunun maddi sübutların saxlanması otağında saxlanılan 1 ədəd dəstəyi göy-ağ-qırmızı qarışıq rəngli bıçaq, topaşəkilli qanabənzər ləkələrdən pambığa hopdurulmaqla götürülmüş 2 nümunə, hadisə yerinə baxış zamanı götürülmüş 1 ədəd dəstəyi ağ-göy-qırmızı qarışıq rəngli bıçaq, Təqsirləndirilən şəxs hadisədən sonra tulladığını bildirdiyi yerdən götürülmüş 1 ədəd dəstəyi qara rəngli bıçaq, hadisə yerinə baxış zamanı Zərərçəkmiş şəxs1 bıçaq zərbələri aldığı yerdə asfalt yolun üzərində aşkar edilmiş topaşəkilli qanabənzər ləkələrdən pambığa hopdurulmaqla götürülmüş 1 nümunə, həmin yerdən 4,50 m məsafədə Zərərçəkmiş şəxs1 hadisədən sonra hərəkətsiz qaldığı hissədə topaşəkilli qanabənzər ləkələrdən pambığa hopdurulmaqla götürülmüş 1 nümunə, Zərərçəkmiş şəxs1 hadisə zamanı üzərində olmuş 1 ədəd qara rəngli qolsuz gödəkçə, 1 ədəd boz rəngli cins şalvar belində kəmər, 1 ədəd qara rəngli qısaqol köynək, 1 ədəd ağ rəngli mayka, 1 ədəd boz rəngli uzunqol köynək, 1 cüt makasin tipli qara rəngli ayaqqabı, Təqsirləndirilən şəxs hadisə zamanı üzərində olmuş 1 ədəd qara rəngli qısaqol köynək, 1 ədəd qara rəngli cins şalvar, 1 ədəd qara rəngli gödəkçə, 1 ədəd zamuj tipli qara rəngli ayaqqabı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Məhkəmə hazırki iş üzrə «xüsusi müsadirə» ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən edilməmişdir. İş üzrə mülki iddia və məhkəmə xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1 və 128-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə 11 (on bir) il 6 (altı) ay, Azərbaycan Respublikası Cinayət Məcəlləsini 128-ci maddəsi ilə 7 (yeddi) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olnumuş cəzaları qismən toplanmaqla Təqsirləndirilən şəxs qəti olaraq 12 (on iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 02 iyun 2023-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış, Quba rayon Prokurorluğunun maddi sübutların saxlanması otağında saxlanılan 1 ədəd dəstəyi göy-ağ-qırmızı qarışıq rəngli bıçaq, topaşəkilli qanabənzər ləkələrdən pambığa hopdurulmaqla götürülmüş 2 nümunə, hadisə yerinə baxış zamanı götürülmüş 1 ədəd dəstəyi ağ-göy-qırmızı qarışıq rəngli bıçaq, Təqsirləndirilən şəxs hadisədən sonra tulladığını bildirdiyi yerdən götürülmüş 1 ədəd dəstəyi qara rəngli bıçaq, hadisə yerinə baxış zamanı Zərərçəkmiş şəxs1 bıçaq zərbələri aldığı yerdə asfalt yolun üzərində aşkar edilmiş topaşəkilli qanabənzər ləkələrdən pambığa hopdurulmaqla götürülmüş 1 nümunə, həmin yerdən 4,50 m məsafədə Zərərçəkmiş şəxs1 hadisədən sonra hərəkətsiz qaldığı hissədə topaşəkilli qanabənzər ləkələrdən pambığa hopdurulmaqla götürülmüş 1 nümunə, Zərərçəkmiş şəxs1 hadisə zamanı üzərində olmuş 1 ədəd qara rəngli qolsuz gödəkçə, 1 ədəd boz rəngli cins şalvar belində kəmər, 1 ədəd qara rəngli qısaqol köynək, 1 ədəd ağ rəngli mayka, 1 ədəd boz rəngli uzunqol köynək, 1 cüt makasin tipli qara rəngli ayaqqabı, Təqsirləndirilən şəxs hadisə zamanı üzərində olmuş 1 ədəd qara rəngli qısaqol köynək, 1 ədəd qara rəngli cins şalvar, 1 ədəd qara rəngli gödəkçə, 1 ədəd zamuj tipli qara rəngli ayaqqabı məhv edilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-302/2024
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-302/2024
04.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver