Məhkəmə qərarları › İş №1(124)-303/2024

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-303/2024

27.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-303/2024 27.05.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: X12 (sədrlik edən), X8 və X9 ibarət tərkibdə, məhkəmə iclasının katibi X17 qızının katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X10, müdafiəçi – Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1980-ci ildə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2rdi yaşayış evində yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 5 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs ani mesajlaşma mübadilə sistemi üçün nəzərdə tutulmuş “Whatsapp” proqramı təminatı vasitəsilə tanış olduğu özünü “Kəmalə” adı ilə təqdim edən X5, “Mamed” adlı İran İslam Respublikasının vətəndaşı və qeyriləri ilə narkotik vasitələri satmaq məqsədi ilə qabaqcadan əlbir olub, cinayət əlaqəsinə girərək, bir qrup şəxs halında, aralarında aparılmış vəzifə bölgüsünə əsasən “Mamed” adlı İran İslam Respublikasının vətəndaşına məxsus narkotik vasitə olan qurudulmuş marixuananı mənfəət qarşılığında satışını həyata keçirəcəyi barədə sonuncu və Güşvərxanım Bənəniyarskaya ilə razılığa gəlib, özünü “Kəmalə” adı ilə təqdim edən X5, “Mamed” adlı İran İslam Respublikasının vətəndaşı və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında istintaqa məlum olmayan vaxtda və yerdə ümumilikdə təmiz çəkisi 288,956 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuananı əldə etdikdən sonra, 07 aprel 2023-cü il tarixdə saat 13:00 radələrində Abşeron rayonu, Digah qəsəbəsi, B.Budaqov küçəsi 549 ünvanın yaxınlığında Güşvərxanım Bənəniyarskayadan “Mamed” adlı İran İslam Respublikasının vətəndaşına məxsus həmin narkotik vasitənin bir hissəsini - 10 (on) ədəd kağız bükümdə ümumi təmiz çəkisi 13,956 qram olan tərkibində narkotik maddələr olan çətənə (kannabis) birkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Güşvərxanım Bənəniyarskaya 08 aprel 2023-cü il tarixdə saat 13:35 radələrində ünvan 3anın qarşısında saxlanılaraq, ünvan 3anına keçirilən baxış zamanı həmin evin mətbəxindən 01 (bir) ədəd elektron tərəzi, həmin tərəzinin üzərində olan 01 (bir) ədəd sellofan torbadan və 01 (bir) ədəd qara rəngli çantanın içərisində olan 01 (bir) ədəd sellofan torbadan ayrı-ayrılıqda təmiz çəkiləri 235 qram və 40 qram olmaqla, ümumi təmiz çəkisi 275,0 qram olan çətənə (kannabis) birkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüş, bununla yanaşı, o, Azərbaycan Respublikası DİN-nİn Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 08 aprel 2023-cü il tarixdə saat 13:30 radələrində ünvan 3anın qarşısında saxlanılaraq, ünvan 4 yerləşən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinin inzibati binasına dəvət olunub, 08 aprel 2023-cü il tarixdə saat 15:23 radələrindən 15:42 radələrinədək olan müddətdə orada onun üzərinə aparılmış şəxsi axtarış zamanı əynindəki qara rəngli şalvarın sağ yan cibindən 01 (bir) ədəd sellofon paketin içərisindən 10 (on) ədəd kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,200 qram, 1,300 qram, 1,384 qram, 1,288 qram, 1,599 qram, 1,093 qram, 1,409 qram, 1,404 qram, 1,491 qram, 1,656 qram və sellofan paketin içərisinə səpələnmiş açıq vəziyyətdə olan 0,132 qram olmaqla ümumi çəkisi 13,956 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) birkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 234.4.1-ci maddəsi ilə təqsirli bilməyərək sərbəst ifadəsində göstərdi ki, Güçvərxanımın ona borcu olmuşdur. Hadisə günü evdə olduğu vaxt telefonuna Güşvərxanımdan mesaj gəlmiş, mesajda yaxşı nəşə olduğunu və pul qarşılığında ona verə biləcəyini yazmışdır. Sonradan bilmişdir ki, Güşvərxanım tutulmuşdur və ona mesajı onun telefonu ilə polis əməkdaşları yazmışdırlar. Həmin mesajdan sonra Güşvərxanımın evinə getmiş, orada BMCMİ-nin əməkdaşları onu saxlayaraq BMCMİ-nin inzibati binasına gətirmişdirlər. Orada rəis ona əgər 10 qram narkotik vasitəni boynuna götürüb onların istədiyi kimi ifadə verməsə, 40 qram narkotik vasitə ilə təqsirləndiriləcəyini bildirmiş, o da 40 qramdansa, 10 qramla ittiham olunmağın daha yaxşı olduğunu düşünərək protokola imza atmış və onalrın istədikləri kimi ifadə vermişdir. Təqsirləndirilən şəxs ona verilən sualları cavablandırarkən bildirmişdir ki, tutulana qədər 1 ay olardı ki, nəşədən istifadə etmişdir. Güşvərxanım Bənəniyarskayanı təxminən 2 ay olardı ki, tanımışdır, onunla narkotik vasitə almaq üçün əlaqə saxlamış, münasibətləri də yalnız bundan ibarət olmuşdur. Ondan yalnız 2 dəfə marixuana almışdır. Sonuncu dəfə ondan 40 qram narkotik vasitə almaq üçün Güşvərxanımın yaşadığı evə getmiş, lakin həmin vaxt polis əməkdaşları ona yaxınlaşaraq bura narkotik vasitə almaq üçün gəldiyini soruşduqda, o da əməlini etiraf etmiş, daha sonra onlarla birlikdə BMCMİ-nə gəlmişdir. BMCMİ-də əvvəl özünü rəis kimi təqdim edən şəxsin dedikləri ilə razılaşmadığı üçün əməliyyatçılar onu incitmişdirlər. Güşvərxanımı tutulmamışdan, 08 aprel 2023-cü il tarixindən 3 gün əvvəl görmüşdür. İttiham aktında qeyd olunduğu kimi 07 aprel 2023-cü il tarixdə ondan narkotik vasitə almamış, ümumiyyətlə, onu görməmişdir. Güşvərxanımı taksi fəaliyyəti ilə məşğul olduqda müştəri kimi tanımış, o özünü Kəmalə kimi təqdim etmişdir. Güşvərxanım ondan narkotik vasitə istifadə edib-etmədiyini soruşduqda o, narkotik vasitə istifadəçisi olduğunu bildirmişdir. Bundan sonra Güşvərxanım onun üçün də pul qarşılığında narkotik vasitə təşkil edə biləcəyini demiş, o da razılaşmışdır. Güşvərxanıma əvvəlcədən 360 manat pul versə də, Güşvərxanım ona narkotik vasitə vermiş, beləliklə, Güşvərxanımın ona borcu yaranmışdır. Güşvərxanım ona demişdir ki, narkotik vasitə onun özündə deyil, ona görə verə bilmir. Bundan əvvəl narkotik vasitəni Bakıda bu işlə məşğul olan şəxslərdən alırmış. İttihamda qeyd olunan Mamed adlı şəxsi tanımamış, onunla heç bir əlaqəsi olmamışdır. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, sonuncunun məhkəməyədək icraat dövründə müdafiəçinin də iştirakı ilə verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində Azərbaycan Respublikası CM-nin 234.4.1-ci maddəsi ilə ona elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək göstərmişdir ki, o, tutulana kimi ünvan 1 ünvanında qeydiyyatda olsa da, ailəsi ilə birlikdə Bakı şəhəri, Nərimanov rayonu, Ə.Qayıbov küçəsi, məhəllə 2095 ünvanında yaşamışdır. Əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmişdir. O, məktəbi azərbaycan dili bölməsində oxumuş, buna görə də latın qrafikalı azərbaycan əlifbası ilə oxuyub yazmağı bacarır. Bir müddət əvvəl narkotik vasitə olan marixuana istifadə etməyə başlamışdır. Narkoik vasitə marixuananı əvvəllər adının Kəmalə olduğunu bildiyi, lakin tutulduqdan sonra polisdə şəxsiyyəti barədə ona məlum olan X1 bir neçə dəfə almışdır. Sonuncu dəfə Güşvarxanımın istifadəsində olan mobil telefon nömrəsinin “Whatsapp’' proqramına ismarıc yazıb ondan marixuana olub-olmadığını soruşduqda Güşvərxanım marixuana olduğunu dediyi üçün o da 07 aprel 2023-cü il tarixdə saat 13:00 radələrində Abşeron rayonu, Digah qəsəbəsi, B.Budaqov küçəsi 549 ünvanının yaxınlığına gedib Güşvərxanımla görüşmüş və ona 100 (bir yüz) manat verib sellofan paketin içərisində 10 (on) ədəd kağız bükümdə marixana alıb üzərində saxlamış və münasib vaxtda həmin narkotik vasitə üçün müştəri tapıb satacağını düşünmüşdür. 08 aprel 2023-cü il tarixdə saat 13:30 radələrində növbəti dəfə Abşeron rayonu, Digah qəsəbəsi, B.Budaqov küçəsi 549 ünvanının yaxınlığında olan zaman mülki geyimdə olan üç nəfər şəxs ona yaxınlaşıb özlərini təqdim edərək xidməti vəsiqələrini göstərib Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları ondan özünü təqdim etməyini xahiş etdikdə o, Təqsirləndirilən şəxs olduğunu dedikdən sonra polis əməkdaşları onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz otaraq satışı ilə məşğul olmaqda şübhəli olduğunu bildirib barəsində qəbul edilmiş "Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında" qərarla onu tanış etmişlər. Yalan danışmağın heç bir əhəmiyyət kəsb etmədiyini başa düşmüş və həmçinin üzərində olan şalvarının sağ yan cibində saxladığı içərisində marixuana olan 10 (on) ədəd kağız bükümü ata bilmədiyi üçün səmimi olaraq etiraf edib bildirmişdir ki, hazırda üzərində narkotik vasitə marixuana vardır. Bundan sonra polis əməkdaşları ona Nərimanov rayonu, Dəmirçizadə küçəsi 7 ünvanında yerləşən Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə getməli olduğunu bildirdikdə o, buna etiraz etməmiş, polis əməkdaşları ilə birlikdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gəlmişdir. İdarədə hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Ona hüquq və vəzifələri izah olunmuşdur. Sonra üzərinə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmışdır. Ondan üzərində daşınması və gəzdirilməsi qanunla qadağan edilən əşya və maddənin olub-olmadığı soruşulmuş, olduğu halda isə təqdim etməyi ona təklif edilmişdir. Bu təklifdən sonra üzərində narkotik vasitə marixuana olduğunu bildirib, əynində olan şalvarının sağ yan cibindən içərisində 10 (on) ədəd kağız bükümdə marixuana olan sellofan paketi çıxarıb təqdim etmiş və 10 (on) ədəd paketdə marixuana olduğunu, marixuananı 100 (bir yüz) manata Kəmalə adlı qadından aldığını demişdir. Daha sonra şalvarının sol yan cibindən "İphone 7" markalı mobil telefonu çıxardıb masanın üzərinə qoymuşdur. 10 (on) ədəd kağız büküm açıldıqda içərisində marixuana olduğu aşkar olunmuşdur. Həmin bükümlərdən biri açılarkən içərisində olan marixuana qırıntıları masanın üzərinə dağıldığı üçün həmin masanın üzərində olan marixuana qırıntıları təhqiqatçı tərəfindən başqa bir bükümə yığılmış və bununla da bükümlərin sayı 11 (on bir) olmuşdur. Bundan sonra bükümlər və mobil telefon zərfə qoyularaq qablaşdırılmış, həmin zərf möhürlənmiş və imzalarla təsdiq edilmişdir. Şəxsi axtarış davam etdirilərkən üzərindən digər qanunsuz əşya və maddə aşkar edilməmişdir. Üzərindən aşkar edilmiş marixuananı satış məqsədi ilə üzərində saxlamaqla daşımışdır. Düşünmüşdür ki, narkotik istifadəçisi olduğunu dediyi halda cinayət məsuliyyətindən azad olunacaq. Hazırda səmimi olaraq etiraf edir ki, üzərindən aşkar edilərək götürülmüş marixuananı satmaq fikri olmuşdur. “Kəmalə” adı istifadəçi əslində X2r. X1 narkotik vasitə marixuananı alsa da, onunla birlikdə, yəni qrup şəklində narkotik vasitə satıb Güşvərxanıma qazanc verməmişdir. X1 narkotik vasitə olan marixuananı 100 manata alıb başqa şəxslərə özü satıb qazanc əldə etmiş və bu qazancdan X3 hər hansı bir məbləğdə pul verməmişdir. Təqsirləndirilən şəxs ifadəsi elan olunduqdan sonra təqsirləndirilən şəxs ona verilən sualı cavablandırarkən bildirdi ki, narkotik vasitəni yalnız özü istifadə etmişdir, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə tədqiq edib qiymətləndirməklə sübut növü kimi qəbul edir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini müdafiə edərək ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat rəhbərliyə məruzə edildikdən sonra Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün rəsmiləşdirmə işləri həyata keçirilmişdir. 08 aprel 2023-cü il tarixdə günorta saatlarında əməliyyat qrupunun digər üzvləri ilə birlikdə Təqsirləndirilən şəxs olacağı Abşeron rayonu, Digah qəsəbəsi, B.Budaqov küçəsinə getmiş və qeyd olunan ərazidə bir qədər müşahidə apadıqdan sonra həmin ərazidə Təqsirləndirilən şəxs bənzər şəxsin hərəkət etməsini gördükdə həmin şəxsi saxlayıb xidməti vəsiqələrini göstərək özlərini təqdim etmiş və onun şəxsiyyətini dəqiqləşdirdikdən sonra Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib, BMCMİ-nə gətirmişdirlər. Orda təhqiqatçı tərəfindən əməliyyat qrupunun və müdafiəçinin iştirakı ilə videoçəkiliş altında Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zamanı Təqsirləndirilən şəxs üzərindəki əşyaları təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirib əynində olan şalvarın ciblərindən 01 ədəd sellofan paketi və 01 ədəd mobil telefonu çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan paketin içərisinə baxış keçirilərkən həmin paketdə 10 ədəd bükümdə özünün nəşə kimi təqdim etdiyi və narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddələr aşkar edilmişdir. Həmin bükümlər təhqiqatçı tərəfindən ekspertiza üçün qablaşdırılaraq götürülmüşdür. Həmçinin iş üzrə əhəmiyyət kəsb etdiyi üçün “İphone” markalı mobil telefon da götürülmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ona verilən sualları cavablandırarkən bildirdi ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı 08 aprel 2023-cü il tarixdə səhər saatlarında ona daxil olmuşdur. Təqsirləndirilən şəxsi həmin gün günorta saatlarında, təxminən 13:30- 13:40 radələrində saxlamışdırlar. Onu BMCMİ-nə apardıqdan sonra müdafiəçi gələnə qədər otaqların birində saxlamışdırlar. Təqsirləndirilən şəxs qarşı heç bir təsir, təzyiq olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 da ifadəsində məhkəmədə dindirilmiş Şahid1 ilə eyni məzmunlu ifadə verərək sonuncunun öz ifadəsində göstərdiklərini təsdiq etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilərək tədqiq edilmiş Şahid2 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili vəzifəsində işləyir və polis kapitanı xüsusi rütbəsini daşıyır. 08 aprel 2023-cü il tarixdə Baş İdarəyə ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 5i yaşayış evində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşöğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat raportla rəhbərliyə məruzə edildikdən sonra Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün qərar qəbul edilmişdir. Əməliyyat qrupunun yaradılması ilə bağlı Baş İdarənin rəhbərliyi tərəfindən əmr verilmişdir. 08 aprel 2023-cü il tarixdə günorta saatlarında əməliyyat qrupunun digər üzvləri ilə birlikdə Baş İdarədən çıxıb həmin gün Təqsirləndirilən şəxs olacağı Abşeron rayonu, Digah qəsəbəsi, B.Budaqov küçəsinə getmişlər. Qeyd olunan ərazidə bir qədər müşahidə apadıqdan sonra saat 13:30 radələrində ünvan 6 ünvanın qarşısında Təqsirləndirilən şəxs bənzər şəxsin hərəkət etməsini gördükdə qeyd edilən ünvanən qarşısında həmin şəxsi saxlayıb xidməti vəsiqələrini gösətərək özlərini təqdim etmişlər. Həmin şəxsdən özünü təqdim etməsini bildirdikdə o, Təqsirləndirilən şəxs Rəfaytıl oğlu olmasını söyləmişdir. Şəxsiyyətini dəqiqləşdirdikdən sonra Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib Təqsirləndirilən şəxs əməliyyat-axtarış təbdirinin keçirilməsi haqqında qərarla tanış edib Baş İdarəyə gətirmişlər. Baş İdarədə Təqsirləndirilən şəxs dövlət hesabına müdafiəçi təyin edildikdən sonra Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuş, sonra inzibati otaqların birində təhqiqatçı tərəfindən əməliyyat qrupunun və müdafiəçinin iştirakı ilə videoçəkiliş altında Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindəki əşyaları təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirib əynində olan qara rəngli şağvann sağ yan cibindən 01 ədəd sellofan paketi, şalvarın sol yan cibindən 01 ədəd “İphone” markalı mobil telefonu çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd sellofan paketin içərisinə baxış keçirilərkən 10 ədəd kağız bükümdə olan narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddələr aşkar edilmişdir. Həmin bükümlər təhqiqatçı tərəfindən qablaşdırılaraq götürülmüşdür.İş üzrə əhəmiyyət kəsb etdiyi üçünHphone” markalı mobil telefon da götürülmüşdür. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, narkotik vasitə qurudulmuş marixuanam “Kəmalə” adlı qadından 100 manat alıb. Bundan sonra şəxsi axtarış keçirilməsi ilə əlaqədar olaraq protokol tərtib edilmiş və protokol onlar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs saxlanılan zaman ona qarşı onlar təfərindən heç bir fiziki və psixoloji təzyiq göstərilməmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş şahid X5 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, ondan əvvəllər də bir neçə dəfə narkotik vasitə alan tanışı Təqsirləndirilən şəxs ona “WhatsApp” proqramı vasitəsilə yazaraq narkotik vasitə olan qurudulmuş marixuananın olub-olmadığını soruşduqda Təqsirləndirilən şəxs onda narkotik vasitə olan qurudulmuş marixuana olduğunu və 01 (bir) bükümünü ona 10 (on) manata verə biləcəyini demişdir. Təqsirləndirilən şəxs ondan 10 (on) ədəd bükümdə, yəni 100 (bir yüz) manat dəyərində qurudulmuş marixuana istəmişdir. Təqsirləndirilən şəxs istəyinə uyğun olaraq o, qeyd olunan narkotik vasitəni 10 (on) ədəd bükümə ayırmış və Təqsirləndirilən şəxs ona 100 (bir yüz) manat pul ödəyib 10 (on) ədəd bükümdə narkotik vasitə marixuananı almışdır. Emil ondan ümumiyyətlə 3-4 dəfə narkotik vasitə olan qurudulmuş marixuana almışdır. Emil ilk dəfə ondan 100 qram çəkidə narkotik vasitəni 800 (səkkiz yüz) manata almışdır. 07 aprel 2023-cü il tarixdə Emilə 10 (on) ədəd kağız bükümdə narkotik vasitəni yaşadığı ünvanda 100 (bir yüz) manata satmışdır. Məhkəmə, cinayət işi üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən şəxsi axtarış və götürmə aparılması haqqında 08 aprel 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə videokameradan istifadə edilməklə şəxsi axtarış aparılmış və şəxsi axtarış zamanı əynindəki qara rəngli şalvarın sağ yan cibindən 01 (bir) ədəd sellofon paketin içərisindən 10 (on) ədəd kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,200 qram, 1,300 qram, 1,384 qram, 1,288 qram, 1,599 qram, 1,093 qram, 1,409 qram, 1,404 qram, 1,491 qram, 1,656 qram və sellofan paketin içərisinə səpələnmiş açıq vəziyyətdə olan 0,132 qram olmaqla ümumi çəkisi 13,956 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) birkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və 01 ədəd “İphone 7” markalı mobil telefon aparatı aşkar edilərək götürülmüş və bu barədə protokol tərtib edilmiş, “Şəxsi axtarış və götürmə” istintaq hərəkətinin gedişatını əks etdirən videogörüntülər “DVD” diskə köçürülməklə “DVD” disk iş materiallarına əlavə edilmişdir. Şəxsi axtarış və götürmə aparılmasını özündə əks etdirən disk məhkəmə iclasında nümayiş etdirilərkən protokolda qeyd edilənlər və cinayət işi üzrə şahid qismində dindirilmiş polis əməkdaşlarının məhkəmədə ifadələrində göstərdikləri xüsusatlar bir daha öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş məhkəməbioloji ekspertizasının 09 aprel 2023-cü il tarixli 7/502 nömrəli rəyindən göründüyü kimi tədqiqata təqdim olunmuş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs aşkar edilmiş yazılar və imzalar olan sarı rəngli kağız paketdə 11 (on bir) ədəd ağız hissəsi bağlanan polietilen paketlərdə 10 ədəd polietilen paketdə kağız bükümlərdə, 1 ədəd polietilen paketdə açıq vəziyyətdə ayrı- ayrılıqda təmiz çəkiləri 1,200 qram, 1,300 qram, 1,384 qram, 1,288 qram, 1,599 qram, 1,093 qram, 1,409 qram, 1,404 qram, 1,491 qram, 1,656 qram, 0,132 qram, ümumi təmiz çəkisi 13,956 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanalardır. Tədqiqata təqdim edilmiş 11 (on bir)ədəd polietilen paketlərdə olan marixuanalar tərkiblərinə görə eynidir. Qeyd: Marixuananın təmiz çəkisi 13,956 qram, tədqiqata sərf edildi 0,22 qram, qalıq 13,736 qramdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 4485 nömrəli rəyindən məlum olur ki, Təqsirləndirilən şəxs kannabİnoidlərdən istifadə etmə halları olub. Lakin hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş ambulator məhkəmə psixiatrik ekspertizasının 31 iyul 2023-cü il tarixli, 2107 nömrəli rəyindən göründüyü kimi Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işi materialları, həmin cinayət işindəki anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri və sair sübut edir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, həmçinin hazırkı müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı psixi xəstəlik qeyd olunmamışdır.Həmin dövrdə Təqsirləndirilən şəxs öz hərəkətlərinin mənasını dərk etmək və onları idadrə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs hər hansı ruhi (psixi) xəstəlik qeyd olunmur, Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə kompüter-texniki ekspertizasının 08.06,2023-cü il tarixli, 5/711 nömrəli rəyindən məlum olur ki,təqdim edilmiş bir ədəd sensor ekranlı “İOS 15.7.3” əməliyyat sistemi ilə təchiz olunmuş “İphone 7” markalı, “1660” modelli “**********56877” imei kodlu mobil smartfon hal-hazırda işlək vəziyyətdədir. Tədqiq olunan “İphone 7” markalı, “A 1660” modelli mobil smartfonun yaddaşında (kontaktlar, zənglər, “SMS” mesajlar, audio, foto, video fayllar, “Whatsapp” proqram təminatı, “İnstagram”, “TikTok” sosial şəbəkəsi vasitəsilə aparılmış məlumat mübadilələri və sairə) mövcud olan məlumat müəyyən olundu. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Təqsirləndirilən şəxs götürlümüş “İphone 7” markalı mobil telefon aparatına baxış aparılmış və “Whatsapp” proqram təminatında “Kəmalə” adlı istifadəçi ilə olan (yəni X5 ilə) ismarıcların və nitqlərin olduğu müəyyən edilmişdir. “İphone 7” markalı mobil telefon aparatında mövcud olan “Whatsapp” proqram təminatında Təqsirləndirilən şəxs “Kəmalə” adlı istifadəçi ilə (yəni X5 ilə) arasında narkotik vasitə marixuananın alıq-satqısı ilə bağlı dialoqun və ismarıcların olduğu müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə kompüter-texniki ekspertizasının xx.xx.2023-cü il tarixli, 5/711 nömrəli rəyinə əlavə edilmiş bir ədəd sensor ekranlı “İOS 15.7.3” əməliyyat sistemi ilə təchiz olunmuş “İphone 7” markalı, “1660” modelli “**********56877” imei kodlu mobil smartfonun yaddaşında (kontaktlar, zənglər, “SMS” mesajlar, audio, loto, video fayllar, “Whatsapp” proqram təminatı, “İnstagram”, “TikTok” sosial şəbəkəsi vasitəsilə aparılmış məlumat mübadilələri və sairə) mövcud olan məlumatların qeyd edildiyi üzərində “Verbatim” yazısı olan bir ədəd DVD-R diskə “HP” markalı kompyuterdən istifadə etməklə tərəfimdən baxış aparılmış, baxış zamanı məlum olmuşdur ki, “İphone 7” markalı, “1660” modelli “**********56877” imei kodlu mobil smartfonun yaddaşında Təqsirləndirilən şəxs istifadəsində olmuş 070 *** ** ** mobil telefon nömrəsinə aid “Whatsapp” proqram təminatı proqramı ilə “Kəmalə” adlı istifadəçinin əlaqəsi olmuşdur. Onların arasında mövcud olan səslərdən və mesajlardan belə məlum olur ki, onlar narkotik vasitələrin satışı ilə məşğul olurlar. Cinayət işinin materiallarından müəyyən olunur ki, 08 aprel 2023-cü il tarixdə Təqsirləndirilən şəxs üzərinə aparılmış şəxsi axtarış zamanı götürülmüş 01 (bir) ədəd polietilen paketdə açıq vəziyyətdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,200 qram, 1,300 qram, 1,384 qram, 1,288 qram, 1,599 qram, 1,093 qram, 1,409 qram, 1,404 qram, 1,491 qram, 1,656 qram, 0,132 qram, ümumi təmiz çəkisi 13,956 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanalar və 01 (bir) ədəd sensor ekranlı “İOS 15.7.3” əməliyyat sistemi ilə təchiz olunmuş “İphone 7” markalı, “1660" modelli “**********56877” imei kodlu mobil smartfonun ********* nömrəli cinayət işi üzrə qəbul edilmiş 04 avqust 2023-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında qərarla” maddi sübut kimi tanındığı nəzərə alınmış və Təqsirləndirilən şəxs maddi sübutlarla tanış olduqdan sonra ekspertiza tədqiqatından sonra qalıq qalmış 13,516 qram narkotik vasitə marixuana və bir ədəd sensor ekranlı “İOS 15.7.3” əməliyyat sistemi ilə təchiz olunmuş “İphone 7” markalı, “1660” modelli “**********56877” imei kodlu mobil smartfon saxlanması üçün Bakı şəhəri Nərimanov RPİ-nin maddi sübutların saxlandığı kameraya təhvil verilmişdir. Cinayət işi materiallarına əlavə olunmuş Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(124)-697/2023 saylı hökmündən görünür ki, X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə təqsirli bilinərək 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 79.1-ci maddəsi tətbiq edilərək Güşvərxanım Zakir qızının himayəsində dörd azyaşlı uşağı olduğundan həmin uşaqlar on dörd yaşına çatanadək ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının çəkilməsi təxirə salınmışdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs oğlu X14 İİ Qarabağ müharibəsində iştirak etmişdir. Cinayət işinin materiallarında olan Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Yuxarıda göstərilən sübutların məcmusuna və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilirlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışı dəqiq və birmənalı şəkildə müəyyənləşdirilmişdir. Qeyd olunan Qanunun həmin maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Məhkəmə təqsirləndirilən şəxsin əməlinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı”nın konkret müddəalarını rəhbər tutmuşdur. İstintaq orqanı təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət verərkən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli Qərarının 9-cu bəndinə istinad edərək göstərmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən halın olmasını, cəzanı ağırlaşdıran halların olmamasını, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs oğlu X11 İİ Qarabağ müharibəsinin iştirakçısı olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran halların olmadığını qeyd edir. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri (narkotik vasitənin şəxsin üzərindən aşkar olunması ilə bağlı), ekspertizanın rəyləri və işə aid biri digərinə uyğun gələn sübutlar vasitəsi ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı bildirdiklərinə gəldikdə isə məhkəmə kollegiyası təqsirləndirilən şəxs tərəfindən göstərilənlərə tənqidi yanaşır və qeyd edir ki, həmin xüsusatlar iş materialları ilə öz təsdiqini tapmamışdır. Belə ki, Təqsirləndirilən şəxs şübhəli şəxs və təqsirləndirilən şəxs qismində dindirilərkən onun hüquqlarının qorunması məqsədi ilə ibtidai istintaq orqanı tərəfindən təmin olunmuş müdafiəçisi yanında olmuş, lakin bu barədə, yəni ondan aşkar olunan narkotik vasitənin ittihamda verilən miqdarda olmaması, eyni zamanda narkotik vasitədən yalnız istifadə etdiyi və satışı ilə məşğul olmaması ilə bağlı müdafiəçisinə heç bir söz deməmiş, etirazını bildirməmiş, bundan əlavə barəsində “həbs” qətimkan tədbiri seçilməsi üçün məhkəmə qarşısına çıxarılarkən də bu barədə heç nə bildirməmişdir. Odur ki, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs məhkəmə istintaqı dövründə qeyd etdiklərinə müdafiə xarakterli ifadə kimi yanaşır, əksinə onun ibtidai istintaq zamanı müdafiəçinin də iştirakı ilə heç bir təsir və təzyiq altında qalmadan verdiyi ifadəsinin işin faktiki halları və mövcud sübutlarla üst-üstə düşdüyünü əsas götürərək, ona elan olunan ittihamın əsasına məhz onun ibtidai istintaq zamanı verdiyi ifadəsini qoyur. Həmçinin onun üzərindən aşkar olunmuş narkotik vasitənin ayrı-ayrı bükümlərdə qablaşdırılması, narkotik vasitənin satışına dəlalət edən telefonundan aşkar olunmuş məlumatlar təqsirləndirilən şəxsin həmin narkotik vasitələrin şəxsi istifadəsi üçün deyil, satış məqsədi ilə üzərində gəzdirdiyini ehtiva edir. O, Azərbaycan Respublikası CM-nin 234.4.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir, cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Onun əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.4.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). Beləliklə, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin əməlində cəzanı yüngülləşdirən halın olmasını və ağırlaşdıran halların olmamasını, o cümlədən törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin (CM-nin 234.1) sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 08 aprel 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 10 aprel 2023-cü il tarixli qərarı ilə barəsində 03 ay müddətinə “həbs” növündə qətimkan tədbiri seçilmiş, məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 08 aprel 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicəyə ehtiyacının olmamasını və təqsirləndirilən şəxsin ərazi narkoloji dispanserində qeydiyyata alınmalı olduğunu nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edərək qeyd edir ki, iş üzrə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, Bakı şəhəri Nərimanov RPİ-nin maddi sübutların saxlanılması anbarında saxlanılan ekspertiza tədqiqatından sonra qalan 13,516 qram olan narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs məxsus 01 ədəd “İphone 7” markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra onun yaxın qohumlarından birinə qaytarılmalı və iş materiallarında olan 01 ədəd “DVD” formatlı disk hazırki cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 152 (yüz əlli iki) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 08 aprel 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut olub Bakı şəhəri Nərimanov RPİ-də saxlanılan ekspertiza tədqiqatından sonra ümumi qalıq çəkisi 13,516 qram olan narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olub Bakı şəhəri Nərimanov RPİ-də saxlanılan Təqsirləndirilən şəxs məxsus 01 ədəd “İphone 7” markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra onun yaxın qohumlarından birinə qaytarılsın. İş üzrə maddi sübut olan 01 ədəd diskin iş materiallarında saxlanılması nəzərə alınsın. Təqsirləndirilən şəxs 152 (yüz əlli iki) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar