Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-303/2025 30.09.2025 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X1 (sədrlik edən), X10 və X3 ibarət tərkibdə, Məhkəmə iclas katibi – X6, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs1, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi və təqsirləndirilən şəxsin iştirakı ilə, xx xxxx 1995-ci ildə Rusiya Federasiyasının Kabardino- Balkar Respublikasında doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla faktiki olaraq ünvan 2 ünvanında yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 126.2.4, 221.2.2 və 296.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində 5 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 28 avqust 2024-cü il tarixdə saat 18 radələrində sərxoş vəziyyətdə Xaçmaz rayonu, Xudat şəhəri, H.Aslanov küçəsində əmisi Cahangir Rzayevə məxsus evin tor hasarının yaxınlığından keçən qaz xəttinin üstündə oturmuş Zərərçəkmiş şəxs1 yaxınlaşaraq heç bir əsaslı səbəb olmadan özünün üstünlüyünü nümayiş etdirərək kənar şəxslərin gözü qarşısında, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış adətənənə və qarşılıqlı davranış qaydalarına saymamazlıq göstərməklə qəsdən ictimai qaydanı kobud surətdə pozub, cəmiyyətə açıqca hörmətsizlik ifadə edərək, ətrafdakı digər şəxslər üçün əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərib, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər edərək, xuliqanlıq niyyətilə Zərərçəkmiş şəxs1 sağ gözünə yumruqla qəsdən bir neçə zərbə vurmaqla sonuncuya sağ göz almasının ağır dərəcəli kontuziyası ilə skleranın dəlib-keçən yaralanması, daxili qişaların xaric olunması ilə nəticələnən dərəcəsinə görə ümumi əmək qabiliyyətinin 1/3dən çox olmaqla əhəmiyyətli dərəcədə dayanıqlı itirilməsinə səbəb olan sağlamlığa ağır zərər vurmuş, daha sonra isə öz cinayətkar davranışını davam etdirərək ictimai qaydanın qorunması üzrə vəzifəsini yerinə yetirərək onları ayırmaq istəyən Zərərçəkmiş şəxs2 alın nahiyəsindən qəsdən bir yumruq zərbəsi vurub sonuncunu yerə yıxmış, bununla da o, xuliqanlıq niyyətilə insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuş, habelə ictimai qaydanın pozulmasının qarşısını alan şəxsə müqavimət göstərməklə xuliqanlıq etmiş, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər etmişdir. Bundan başqa, o, 28 avqust 2024-cü il tarixdə saat 18 radələrində Xaçmaz rayonu, Xudat şəhəri, H.Aslanov küçəsində əmisi Cahangir Rzayevə məxsus evin tor hasarının yaxınlığından keçən qaz xəttinin üstündə oturmuş Zərərçəkmiş şəxs1 sağ gözünə yumruqla qəsdən bir neçə zərbə vurmaqla sonuncuya sağ göz almasının ağır dərəcəli kontuziyası ilə skleranın dəlib-keçən yaralanması, daxili qişaların xaric olunması ilə nəticələnən dərəcəsinə görə ümumi əmək qabiliyyətinin 1/3-dən çox olmaqla əhəmiyyətli dərəcədə dayanıqlı itirilməsinə səbəb olan qəsdən sağlamlığa ağır zərər vurması ilə bağlı Xaçmaz RPŞ-nin İB-də ibtidai istintaqı aparılan ********* nömrəli (hazırki) cinayət işi üzrə 10 yanvar 2025-ci il tarixdə Xaçmaz şəhəri, H.Əliyev prospekti 63 ünvanında yerləşən Xaçmaz RPŞ-nin inzibati binasında təqsirləndirilən şəxs qismində ifadə verərkən bilə-bilə yalan xəbərçilik etməyə görə cinayət məsuliyyəti daşıyacağı barədə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq qəsdən Şahid1 Zərərçəkmiş şəxs1 sağlamlığına qəsdən ağır zərər vurduğunu bildirmiş, bununla da o, şəxsin ağır cinayət törətməkdə ittiham olunması ilə bağlı bilə-bilə yalan xəbərçilik etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 28 avqust 2024-ci il tarixində, övladının 30 avqust tarixində olacaq ad günü münasibəti ilə övladı üçün Bakıdan planşet sifariş vermiş, həmin planşeti “Şamaxinka” adlanan yedən taksi ilə Xudata göndərməli olmuşlar. Bununla bağlı evdən 1-2 saat tez çıxmışdır ki, planşeti götürsün. Saday onun bibisi oğludur, heç bir pis münasibətləri, konfliktləri, ədavətləri olmamışdır, onun çəpər qonşusudur. Evdən çıxan zaman onunla ümumi məzmunda yazışırmış, onun da uşağı dünyaya gəlmiş, qonaqlıq etmək və.s planlaşdırmışlar. Saday ona demişdir ki, pivə içmək istəyir, o isə razılaşmış və “4 nömrəli” adlanan ərazidə Sadayı 5-10 dəqiqə gözləmiş, Saday gəlmişdir, birlikdə “dəmiryolu” adlanan kafeyə yollanmışlar, həmin kafedə əyləşmiş, həmin zaman saat 13 radələri olmuş, təxminən saat 15 radələrində ona zəng gəlmiş, taksi sürücüsü zəng etmişdir ki, çatmışdır, planşet ondadır. O kafedən çıxmış və Sadaya demişdir ki, gözlə məni, taksi tutmuş və lazımi ünvandan planşeti götürüb gəlmişdir və Sadayla həmin kafedə əyləşməyə davam etmişlər. Daha sonra saat 17 radələrində birlikdə kafedən çıxmışlar. Hadisə baş verən yer onların küçəsinin başıdır. Sadayla onların küçəsinə girmişlər və Saday evlərinə getmək istədiyini demiş, o da planşeti qayınatasıgildə olan uşaqlarına aparıb vermək istəmiş, sonra zəngləşərik demişdir. Sadayın qardaşı məhlənin başında işləmiş, ona qardaşının yanına getdiyini demişdir. Birlikdə məhlənin başına gəlmişlər və Kamilin, Muradın və atasının birlikdə oturduğunu görmüşlər. Saday onun yanından ayrılaraq onlarla görüşmüşdür. Kamilin həmişə gözündə eynək olmuşdur. Həmçinin Kamillə onun heç vaxt ədavəti olmamışdır, həmişə bir-birilərinin evlərinə gedibgəlmişlər, pis münasibətləri heç vaxt olmamış və böyük kimi Kamilə həmişə hörməti olmuşdur. Saday Kamillə görüşən zaman “Kamil niyə həmişə eynək taxırsan, gözünün rəngini görək” demiş və əli ilə Kamilin eynəyini qaldırmışdır. Kamil isə ona onun eynəyi ilə nə işi olduğunu soruşmuşdur. Ardınca onun atası Sadaya irad bildirərək, “Kamillə nə işin var, sənin yaşıdın deyil, sərxoşsan evinə qayıt” demişdir. Saday isə atasına “əcəb edirəm, sənin nəyinə lazımdı”demişdir. Saday nalayiq ifadə işlətmiş və atası qalxaraq Sadaya bir yumruq vurmuşdur. O, uşaq vaxtından sağ tərəfdən serebral iflicdir, həmçinin, sol əli zədəli olmuş, gipsə qoya bilməmiş, çünki sağ əlini yaxşı işlədə bilməmişdir. O, Sadayı bel nahiyəsindən tutmuş və ayıbdır demişdir, Saday isə demişdir ki, “görmürsən bu alkaşa görə mənə əl qaldırır”. Atası əsəbi olduğu üçün onların yanlarında dayanmamış, əmisinin yaşayış olmayan evinin həyətinə getmişdir. Atası gedəndən sonra Saday sakitəşdiyini, evə gedəcəyini bildirmiş və o, Sadayı buraxanda sonuncu, atasının arxasınca əmisinin yaşayış olmayan evinin həyətinə daxil olmuşdur. O da Sadayın arxasınca getmiş, həyətə daxil olanda görmüşdür ki, dalaşmışlar və Saday atasının vurub göz nahiyəsini partlatmışdır. Əgər o vursa idi Sadayı vurarmış, onun atasına əl qaldırdığı üçün, “Kamili niyə vursun axı?”. O arxadan Sadayın bel nahiyəsindən tutmuş və saxlamış, ancaq Saday dayanmamışdır. Sadayın ayağında 2-3 ildir ki, “qandal” var, o istəməmişdir ki, iş böyüsün və Sadayın işinin üstünə iş gəlsin. O həyətdən çıxmış, fikirləşmişdir ki, Kamil getmiş olar, lakin Kamil və Muradın oturduğunu görmüşdür. O, onlara yaxınlaşmış Kamilə “Sadayı tanımırsız, qan çıxmağını istəyirsiz” demişdir və Kamili sağ əli ilə tutaraq “Rədd olun, çıxın gedin buradan” demişdir. Həmin zaman Murad nalayiq ifadələr işlətmişdir, şərəf və ləyaqətini alçaldan sözlər demişdir. O, Muradın yanına çatanda Sadayən Kamilin yanına çatdığını və sonuncunu vurmaqda olduğunu görmüşdür. O, Muradın çiynindən tutaraq arxın digər tərəfinə atmış, bu zaman Murad sərxoş olduğu üçün yıxılmışdır. Yerə yıxılandan sonra da söyüşlər söyməyə başlamışdır. O isə sağ əlinin arxası ilə yüngülvari onu vurmuşdur. Onun sağ əlində nə güc vardır ki, kiminsə gözünü çıxara bilsin, əks təqdirdə elə Murada da o cür xəsarət yetirərmiş. Daha sonra Elxan adlı şəxs Murad və onu ayırmışdır. O, oradan uzaqlaşan zaman görmüşdür ki, Saday ayağı ilə Kamilin üz nahiyəsinə vurmuşdur. Ona əhəmiyyət verməmişdir və çıxıb evə getmişdir. O evə gedəndən təxminən yarım saat sonra Sadayın evlərindən səsinin gəldiyini eşitmişdir, çəpəri atlanıb onların həyətinə daxil olmuşdur və Sadayın “işə düşdüm, ayağımda qandal var, işin üstünə iş gələcək və.s” dediyini görmüşdür. O isə “Kamil sənin qohumundur, Kamilin həyat yoldaşı Sadayın bibisi qızıdır, mən gedərəm Kamillə danışaram” demişdir. Oradan küçəyə çıxmış və Kamilgilə getmiş söhbət etmək niyyətində olmuş, Sadayın ayağında qandal olduğundan onun üçün narahat olmuşdur. Kamilgilə getdiyi zaman yolda Elxan qabağına çıxmışdır və hara getdiyini soruşmuşdur, o isə Kamilgilə getdiyini demişdir. Elxan isə demişdir ki, “Sən niyə gedirsən Kamili vuran Sadaydır axı?”. Daha sonra Kamilgilə getmiş və Kamil onu içəri dəvət etmiş, Kamil ona “mən Sadaya belə etsə idim, Sadayın anası üstümə gələcəkdi və.s” demişdir və “sən məni tutdun və Saday məni vurdu” demişdir. O isə onu vurmadığını, sadəcə insanlıq naminə onu oradan qaldırdığını bildirmişdir. Demişdir ki, “Sadayı tanıyırsız, o öz bibisini, qayınanasını vurmuşdur”. Daha sonra oradan çıxıb evə qayıtmışdır və görmüşdür ki, Saday arvadı və oğlu ilə birlikdə Kamilgilə getmək istəyirlər. Onlara Kamilgildən gəldiyini bildirmişdir və onlarla birlikdə onların evinə gəlmişdirlər. Atasına zəng vurmuşlar, atası isə Saday onu vurduğu üçün əsəbi olmuşdur. Atası evə gəlmiş və yarım saat sonra zərərçəkmişin qardaşı onların evinə gəlmişdir və Kamili niyə vurduqlarını soruşmuşdur. Ona Kamilin onlara onun Kamilin əlindən tutduğunu, Sadayın isə vurduğunu dediyini demişdir. Daha sonra zərərçəkmişin qardaşı və onun oğlu onların həyətinə girmişdir və Saday onlardan üzr istəmişdir, onlar isə Sadayı Aynurə üçün bağışladıqlarını demişlər. Sabahsı günü isə məhəlləyə çıxanda Kamilin və qardaşının onların evinə gəldiyini görmüşdür. Daha sonra Saday da onların evinə gəlmişdir, Kamildən dəfələrlə üzr istəmişdir. Daha sonra 3-4 gün keçmiş və polis əməkdaşları yaxınlaşmış şikayət olduğunu demişlər. Polis idarəsində Sadayın qardaşı ondan təqsiri üstünə götürməsini istəmişdir. Verilən suallara cavab olaraq bildirdi ki, Kamili Sadayın vurmağına baxmayaraq sonuncunu onun vurduğunun deməyinin səbəbi Sadayın Kamilin müalicə xərclərini çəkməsi olmuşdur. Muradı vurmuşdur, lakin ağır xəsarət yetirməmişdir, xəsarətli əlinin arxası ilə vurmuşdur. O, Kamilə yaxınlaşmış və “Buradan çıxıb gedin, qan çıxmağını istəyirsiz?” demişdir. Həmin zaman Murad onun şərəf və ləyaqətini alçaldan sözlər demişdir. Elxan adlı şəxs hadisələrin şahidi olmuşdur, Sadayın Kamili vurmasını da görmüşdür. Həmçinin hadisələri Ruslan Əliyev da görmüşdür, ibtidai istintaq zamanı dindirilsə də yalançı şahidlik etdiyinə görə şahidlikdən çıxarılmışdır. O, hadisə yerində Elxanı görmüşdür, Ruslan da bağdan gələndə hadisəni görmüşdür. Hadisədən əvvəl Sadayla hərəsinə 5-6 bakal pivə içmişlər. O hadisə zamanı az sərxoş olmuşdur. İbtidai istintaq zamanı ifadə verən zaman ona təzyiq edən olmamışdır. Hadisələr baş verən zaman orada Səfibəyov Elxan, Əliyev Ruslan olmuşdur. Elxan həmin zaman telefonla danışmış, onlar baş verən hadisələri görmüşlər. O, ilkin verdiyi ifadələrində Ruslanın adını demiş, Elxanın adını deməmişdir. İlk gündən təhqiqatçıya o, Elxanın orada olduğunu demişdir. O həmin vaxt orada Ruslanı görməmişdir, sonradan ona demişlər. Hadisələri həmçinin orada olan çoxlu qadınlar da görmüş, onlar Ruslanı Çingizə demişlər. Təqsirləndirilən şəxs son sözündə Kamilə Bayramov heç bir xəsarət yetirməməsini, himayəsində iki azyaşlı uşağının olmasını, atasının ürək xəstəsi olmasını, özünün isə 3-cü qrup əlil olmasının nəzərə alınaraq barəsində ədalətli qəbul edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, saat 18 radələrində onlar təqsirləndirilən şəxsin atası ilə birlikdə ayaqüstü dayanmış söhbət etmişlər. Çingiz və bibisioğlu Saday onlara yaxınlaşmış və Saday ona “sataşmağa” başlamışdır. Sonuncuların hər ikisi içkili olmuşdur, Saday ona “eynəyini çıxar, eynəyini çıxar” demişdir. Həmin zaman Çingizin atası Sadayı vurmuşdur və onlar Çingizin qeyd etdiyi bağa getmişlər. O, Muradın “turbanın” üstündə oturduğunu görmüş onun yanında oturmuşdur. Onların oturduqları zaman Çingiz gəlmişdir və ona sol əli ilə sağ gözünə 3 yumruq zərbəsi endirmişdir. Həmçinin Muradın boynundan tutaraq başını yerə vurduğunu görmüşdür. O üzünü tutaraq yanlarında olan maşınına oturmuşdur və evə getmişdir. Evə çatdıqdan biraz sonra Çingiz onlara gəlmişdir və ona “mən sizi vurmamışam” demişdir. O isə məhz onun onu vurduğunu bildirmişdir. Çingizin onu vurmağını Saday və atası Malik görməmişlər, Murad görmüşdür. Verilən suallara cavab verərək bildirdi ki, Çingizin Muradı vurmağını görmüşdür, boynundan tutmuşdur və başı yerə dəymişdir. Çingizin atası və yaxınları onun bacı və qardaşlarının evinə getmişlər, ərizəsini geri götürmələrini istəmişlər, ona baxacaqlarını bildirmişlər. Sadayın atası ilə xəstəxanaya getmiş, lakin xərclərini o, ödəməmiş, özü ödəmişdir. Zərifə Əliyeva adına xəstəxanada müalicə almışdır. Ruslanı ifadə verməyə Çingiz gətirmişdir, müstəntiq Ruslana başa salmışdır ki, “sən orada olmayıbsan, yalançı şahidlik etməyə gəlibsən”. X9 orada olmadığını bildirmişdir. Bacısı Kamilə zəng vuranda Kamil Çingizin onu vurduğunu bildirmişdir. Saday və Çingiz onlara ilk yaxınlaşan zaman içkili olmuşlar, Çingiz onu vuran zamanı yanında Murad olmuşdur. Çingiz onu vuran zaman orada qadınlar və.s olmamışdır. Əliyev Ruslan, həmçinin Elxan hadisələr zamanı orada olmamışdır. Həmçinin Çingiz onu vuran zaman Saday və Malik bağda olmuşlar, onlardan 20-30 metr uzaqlıqda olmuşlar, Çingizin onu vurmağını görməmişlər. Çingiz onu vurduqdan sonra o evinə getmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, Malik və Kamilin oturduqlarını görmüşdür, o da gəlib onlarla oturmuşdur. Sonra Saday və Çingiz gəlmişlər. Saday Kamildən eynəyini çıxarmağını istəmiş, demişdir ki, gözlərinə baxacaqmış. Malik də Sadaya “sənə onun gözləri lazımdır?” deyə irad bildirmişdir. Saday və Malik dava etməyə başlamışlar və dava edərək öz qohumlarının evinə girmişlər. Daha sonra Kamil və o oturan zaman Çingiz yaxınlaşaraq Kamili vurmuşdur. O ayağa qalxmış, onları ayırmaq istəmiş və onu da alnından vurmuşdur, nəticədə yerə yıxılmışdır. Təqsirləndirilən şəxsdən şikayətçi olmuşdur. Sadayın Kamilə “sataşması” vaxtı Malik Sadayı vurmuşdur və dava etməyə başlamışlar, gedib evə girmişlər. Onlar onların dalaşdıqları yeri görməmişlər. Ruslanı polis idarəsində görmüşdür, amma sonuncu hadisə yerində olmamışdır. Olduqları yerdən mağaza görünmüşdür, aralarındakı məsafə 20 metr olmuşdur. Həmin mağazanı qadın işlətmişdir. Hadisə baş verdiyi vaxt mağaza fəaliyyətdə olmuşdur. Hadisə təxminən 5 dəqiqə davam etmişdir. Çingiz ona yaxınlaşaraq, “sən də gəl bura” deyərək yumruq atmışdır. Onu asfalta çırpmamış, yumruq atmışdır. Çingiz yaxasından tutmuşdur. Hadisə zamanı orada Elxan, Ruslan adlı şəxsləri görməmişdir. Saday və Malik bağda olmuşlar, hadisələri görməmişlər, dava edib çıxmış getmişlər. Xəstəxanada Çingizin onu vurduğunu bildirməmişdir, daş dəyib demişdir, şikayət etmək istəməmişdir. Kamil hadisədən sonra 1 gün gözləmiş, sağalacağını düşünmüş, xəstəxanaya getmiş və orada ona artıq gözünü itirdiyini bildirmişlər. Polis şöbəsində hadisədən xəbər tutduqdan sonra Murad oraya çağırılmış və ilk onun ifadəsi almışdır. Kamil 6 gün xəstəxanada qalmışdır, xəstəxanadan çıxdıqdan sonra polisə ifadə vermişdir. İfadə verdiyi zaman Çingizin onu vurduğunu bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid3 ifadəsində göstərdi ki, o, münaqişə baş verən zaman həmin yerdə olmamışdır. Zərərçəkmiş şəxs1 onun qardaşıdır. O, hadisə ilə bağlı təxminən 2 gün sonra məlumatlanmışdır və Bakı şəhərinə, xəstəxanaya, qardaşının yanına getmişdir. Orada ona Kamilin gözünün vəziyyətinin pis olduğunu bildirmişlər. Daha sonra rayona qayıtmışdır və polis bölməsinə dəvət olunaraq izahatı alınmışdır. Ona verilən məlumatlara görə müvafiq münaqişədə Saday da, Çingiz də orada olmuşlar. Murad təhqiqatçıya baş verənləri danışarkən ona məlum olmuşdur ki, Saday qardaşına yaxınlaşaraq ona sataşmışdır, Malikin isə Sadaya irad bildirməsi nəticəsində ikisi arasında mübahisə baş vermişdir. Malik və Saday mübahisə edərək bağa getmişlər, lakin sonra Çingiz borunun üzərində əyləşən Murad və Kamilə yaxınlaşmışdır. Kamilə təxminən 3 yumruq zərbəsi endirmişdir. Muradın deməyinə görə Çingiz ona da biriki dəfə vurmuşdur. Verilən suallara cavab olaraq bildirdi ki, Əliyev Ruslan adlı şəxsi tanımamışdır. O, hadisədən bir gün sonra xəbər tutmuşdur, sabahısı günü xəstəxanaya, qardaşının yanına getmişdir. Onun evinə üzr istəmək üçün hadisələrdən bir müddət sonra Çingizin anası və atası gəlmişlər. Onlardan Çingizi bağışlamalarını istəmişlər. Sadayın qayınanası onun bibisidir. Bibisi hadisələrdən sonra sadəcə bir dəfə qardaşı oğlunun yanına, qardaşının yanına gəlmişdir. Mövlud ona zəng vurub “Kamili vurublar” demişdir. İlk dəfə Kamili Çingizin vurmağını Murad təhqiqatçının yanında demişdir. Sadayın qayınanası onların evlərinə üzr istəməyə gəlməmişdir. Xəstəxanada Kamillə söhbət etdikləri zaman sonuncu ona, onu Çingizin vurduğunu bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid1 ifadəsində göstərdi ki, evdə oturduğu zaman Çingiz ona zəng vuraraq pivə içmək təklifi etmişdir. Görüşmüş bir qədər pivə içdikdən sonra o evə getmək istədiyini, Çingiz isə küçənin başında olan marketə borcu olduğundan onunla getməyini, ordan kəsdirmə yol ilə evə gedə biləcəyini demişdir. Gedəndə Malik, Kamil və Muradın birlikdə oturduqlarını görmüşlər. Onlarla görüşdüyü zaman Kamildən eynəyini çıxarmağını, bir-birilərinin gözünə baxaraq görüşmələrini istəmişdir. Söhbət etdikləri zaman dayısı, Malik söyüş söyməyə başlamışdır. Sonra o, niyə söydüyünü soruşduğu zaman qalxaraq onu vurmuşdur və onun gözündən qan açılmış və yıxılmışdır. Malik bağa getmişdir, o da ardınca getmişdir. Sonra oğlu gəlmiş və evə getmişdir. Verilən suallara cavab olaraq bildirdi ki, o, Maliklə bağda olduğu zaman Çingiz də gəlmişdir, amma sonra getmişdir. Evə getdiyi zaman Çingizi görməmişdir. Malik bağda otluğa yıxılmışdır, niyə onu vurduğunu soruşmuşdur, lakin heç nə deməmişdir. Qayınanasının üzr istəyib-istəməməsi ilə bağlı məlumatı olmamışdır. Atası Kamillə xəstəxanaya getmişdir, birlikdə getmələrinin səbəbini bilməmişdir. Atasının xəstəxana xərcləri ödəyib-ödəmədiyini bilməmişdir. Əliyev Ruslanı hadisə yerində görməmişdir. Əliyev Ruslanı polis bölməsində görmüşdür. Ruslan ifadə verən zaman Ruslanın dediklərinin səhv olduğu ortaya çıxmışdır. Elxan Səfibəyov hadisə yerində olmamışdır. O qardaşının Çingizdən işi öz üzərinə götürməsini istəyib-istəməməsini eşitməmişdir. Çingiz ilə birlikdə nə qədər pivə içdiyini dəqiq xatırlamamışdır. Sərxoş vəziyyətində olmuşlar. Bağa oğlu gəlmiş, üzünün qan içərisində olduğunu görmüş ağlamış, sonra evə getdmişlər. O, borunun üstündə kimlər oturmuş və.s görməmişdir. O heç kimi vurmamışdır. Kamili o vurmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid2 ifadəsində göstərdi ki, Kamillə borunun üstündə oturduqları zaman Saday onlara yaxınlaşaraq Kamilə sataşmağa, eynəyini çıxarmağa başlamışdır. Kamil reaksiya verməsə də, o bundan əsəbləşmişdir və Sadayı vurmuşdur, mübahisə etməyə başlamışlar. Sadayla bağa getmişlər, o yıxılmışdır və Saday onu vurmuşdur. Daha sonra Saday “bax, indi Kamilə nə edəcəm” demişdir. Təqsirləndirilən şəxs gəlmişdir və onları ayırmışdır. Daha sonra Saday bağdan çıxmışdır və Kamilgilin oturduğu yerə getmişdir. O bağdan çıxdığı zaman isə Saday ona “bax gör Kamili mən nə günə qoydum” demişdir. Daha sonra o evə getmişdir. Hadisənin səhərisi günü Kamil və qardaşı Mövlud onlara gəlmiş, Saday və həyat yoldaşı da gəlmişdir. Həmin zaman Kamil Sadaya “məni niyə vurdun?” demişdir. Verilən suallara cavab olaraq bildirdi ki, Kamil 3 gündən sonra əməliyyata getmişdir. Kamilgilə bir dəfə üzr istəmək üçün getmişdir. Ona görə getmişdir ki, Bəxtiyara niyə baş verənləri danışmadıqlarını bildirmişdir. Sadayla dalaşdıqları vaxt Çingiz gəlmiş onları ayırmışdır. Sonra Çingiz və Saday getmişlər, o da yavaş-yavaş küçəyə çıxmışdır, həmin zaman Saday gəmiş Kamili döydüyünü demişdir. Saday Kamili vuran zaman o, orada olmamışdır. Sadayın oğlu Şamili orada görməmişdir. O, baş verənləri olduğu kimi danışmışdır. Kamili müdafiə etməsinə baxmayaraq niyə sonuncunun oğlunun onu vurduğunu deməsinin səbəbini bilməmişdir. İbtidai istintaq zamanı şahid qismində verdiyi ilkin ifadəsi ilə məhkəmədə verdiyi ifadə arasında ziddiyyət yarandığından, Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş, həmin ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun oğludur, Şahid1 bacısı oğludur, Xudat şəhərində yaşayan Zərərçəkmiş şəxs1 isə təxminən 30 il olar ki tanıyır. Onun Kamillə münasibəti yaxşı olmuş, aralarında heç vaxt ədavət və ya düşmənçilik olmamışdır. 28 avqust 2024-cü il tarixdə təxminən saat 17:20 radələrində evdən çıxıb piyada Xudat şəhəri, H.Aslanov küçəsində yerləşən qardaşı Cahangirə məxsus yaşayış olmayan evin qarşısına gəlmiş, sonra isə gedib evin yan tərəfindən keçən qaz xəttinin üstündə oturmuşdur. Bir qədər keçdikdən sonra Kamil idarə etdiyi “Vaz-2015” markalı avtomobillə onun yanına gəlmiş və avtomobildən düşüb onun yanında oturmuşdur. Təxminən saat 18 radələrində oğlu Çingizlə bacısı oğlu Saday onların yanına gəlmişlər. Saday əl uzadıb onlarla görüşdükdən sonra Kamilə demişdir ki, həmişə gözündə eynək olur, gözündə olan eynəyi çıxarsın, heç olmasa bir dəfə onun gözünü görsünlər. Kamil də əli ilə gözündə olan eynəyi yuxarı qaldırıb Sadaya demişdir ki, bax bu da mənim gözlərim. Saday Kamilin eynəyini əlinə götürüb neçəyə aldığını soruşmuş, Kamildə ona «eynəkdi də mən nə bilim neçə idi» deməklə cavab vermişdir. O, ayağa durub Sadaya demişdir ki, sənin Kamillə nə işin var, rədd ol buradan. Saday «sənin nə işin var, Kamillə özüm söhbət edirəm, özümüz bilərik» dedikdə o, əsəbləşib sillə ilə Sadayın sifətinə vurmuş və çevrilib qardaşının yaşayış olmayan evinin həyətinə getmişdir. Saday da onun arxasınca həyətə gəlmiş və həyətdə yaxalaşarkən o yerə yıxılmışdır. Həmin vaxt Çingiz həyətə gəlib onları ayırmış və o, evin ön tərəfində olan qapıdan çıxıb öz evinə getmişdir. Sonradan eşitmişdir ki, o gedəndən sonra orada dalaşma olmuş və kimsə yumruqla Kamili vuraraq sağ gözünə xəsarət yetirmişdir. Dalaşma zamanı orada olmadığı üçün Kamili yumruqla kimin vurmasını görməmişdir.(iş.v.34-35) Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid4 ifadəsində göstərdi ki, axşam saatlarında qardaşı ona zəng vuraraq onu vurduqlarını bildirmişdir. Daha sonra o, qardaşının yanına getmiş və üz-başının qanlı olduğunu görmüş, Çingizin onu vurduğunu bildirmişdir. Daha sonra o, Çingizgilə getmiş və niyə belə etdiklərini soruşmuş, lakin boyunlarına almamışlar. Daha sonra qardaşının gözünün pis vəziyyətdə olduğunu görmüş, xəstəxanada isə onlara Kamilin gözünün çıxarılmalı olduğunu demişlər. Kamili xəstəxanaya bacısı və Sadayın atası aparmışdır. Sadayın atası onların qohumları olmuş, xəstəxana xərclərini, müalicə xərclərini isə o özü vermişdir. O onlara əgər Kamilin gözünə bir şey olsa onları bağışlamayacağını demişdir. Bacısı yox, o, Kamilin tərəfini tutmuşdur. Qardaşı Kamil onu Çingizin vurduğunu demişdir. Cinayət işinin materiallarında olan: - xx.xx.2024-cü il tarixli “Raport”dan görünür ki, həmin tarixdə Bakı şəhəri Zərifə Əliyeva adına Göz klinikasının həkimi Əsgərova Xudat PB-nin Növbətçi Hissəsinə zəng edərək Xudat şəhəri, Xəzər küçəsində yaşayan 1976-cı il təvəllüdlü Zərərçəkmiş şəxs1 “sağ gözün sulemanın yaralanması” diaqnozu ilə xəstəxanaya daxil olması barədə Xudat PB-nə məlumat vermiş, xəstənin deməyinə görə 3 gün əvvəl yıxılmışdır. (cild 01, iş vər. 05). - Məhkəmə-tibb ekspertizasının 11 sentyabr 2024-cü il tarixli, 468 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində aşkar edilmiş xəsarət - sağ göz almasının ağır dərəcəli kontuziyası ilə skleranın dəlib-keçən yaralanması, daxili qişaların xaric olunması gözdə görməni tam itməsinə səbəb olduğundan bu əlamətə görə dərəcəsinə görə ağır zərər vurmaya aiddir. Qeyd olunan xəsarət bərk küt əşya təsirindən törənməklə, yetirilmə müddəti qərarda qeyd olunduğu kimi, xx.xx.2024- cü il tarixə uyğun gəlir.(iş.v.15) - Xaçmaz rayon İH başçısının Xudat şəhər İƏD üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamədən görünür ki, Xaçmaz rayon İH başçısının Xudat şəhər İƏD üzrə nümayəndəliyinə Təqsirləndirilən şəxs barəsində heç bir şikayət daxil olmamış, Təqsirləndirilən şəxs ailə tərkibi arvadı X8, qızı 30 avqust 2020-ci il təvəllüdlü X11, oğlu 01 sentyabr 2022-ci təvüllüdlü X4 ibarətdir (cild 01, iş vər. 40). - Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır.(cild 1, i.v. 49) - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X7” X21 09 dekabr 2024-cü il tarixli T 795/2024 nömrəli ekspert rəyindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs1 sağ göz almasının ağır dərəcəli kontuziyası ilə skleranın dəlib-keçən yaralanması, daxili qişaların xaric olunması olmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmiş, qərarın təsviri hissəsində, K.l.Bayramovun ifadəsində göstərilən vaxtda və şəraitdə, yəni xx.xx.2024- cü il tarixdə kənar şəxs tərəfindən yumruqla həmin nahiyələrə zərbələr vurulması nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə ümumi əmək qabiliyyətinin 1/3-dən çox olmaqla əhəmiyyətli dərəcədə dayanıqlı itirilməsinə səbəb olan sağlamlığa ağır zərər vurmaya aiddir.(iş.v.57-60) - 06 yanvar 2025-ci il tarixli “şahidin ifadəsinin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması məqsədilə Xaçmaz RPŞ-nə dəvət edilmiş, Təqsirləndirilən şəxs aralarında baş vermiş mübahisə zamanı Zərərçəkmiş şəxs1 xəsarət aldığı yeri göstərməsi təklif olunmuş, Təqsirləndirilən şəxs bildirmişdir ki,mübahisə etdikləri yer Xaçmaz rayonu,Xudat şəhəri,H.Aslanov küçəsində yerləşir. Onlar Təqsirləndirilən şəxs təklifi ilə avtomobilə əyləşib Xaçmaz-Xudat avtomobil yolu ilə hərəkət edərək Xudat şəhərinə getmiş, Xudat şəhəri, H.Aslanov küçəsinə çatanda Təqsirləndirilən şəxs həmin küçədə sağ tərəfdə yerləşən bir mərtəbəli fərdi yaşayış evinin tor hasarının yaxınlığında olan qaz xəttini göstərərək bildirmişdir ki, 28 avqust 2024-cü il tarixində saat 18 radələrində Zərərçəkmiş şəxs1 həmin qaz xəttinin üstündə oturmuşdur və həmin qaz xəttinin üstündə oturduğu zaman Şahid1 yumruqla vuraraq Zərərçəkmiş şəxs1 sağ gözünə xəsarət yetirmişdir, özü isə həmin yerdə əli ilə Muradın baş nahiyəsinə vurmuşdur. Daha sonra müvafiq foto şəkil çəkilərək protokola əlavə edilmişdir (cild 01, iş vər. 66-67). - “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli CM-in 126.2.4, 221.1 və 296.2-ci maddələrindən həmin Məcəllənin 126.2.4, 221.2.2 və 296.2-ci maddələrinə tövsif edilmiş və ona qeyd olunan maddələr ilə yenidən ittiham elan edilməsi nəzərə alınmışdır. Təqsirləndirilən şəxs barəsində CM-in 299-cu maddəsi ilə cinayət işinin başlanması rədd edilmişdir. X15 ibtidai istintaqda şahid qismində yalan ifadə verməklə Şahid1 ağır cinayət törətməkdə ittiham etdiyinə görə onun əməlinə hüquqi qiymət verilməsindən ötrü cinayət işinin materiallarından başqa cinayət işi ayrılmışdır. (cild 01, iş vər. 159-170) - Komisyon-kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının 13 fevral 2025-ci il, 459 saylı rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Ç. M. Rzayev öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CMnin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırda öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs istintaq hərəkətlərində iştirak etmək, öz hüquqlarını və vəzifələrini müstəqil həyata keçirmək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs psixi inkişafında gerilik əlamətləri müşahidə olunmur. Təqsirləndirilən şəxs əqli və psixi inkişaf xüsusiyyətlərinə görə öz hərəkətlərini idarə etmək qabilliyyətinə malikdir. Təqsirləndirilən şəxs baş vermiş hadisəni düzgün dərk etmək və baş verənləri düzgün təsvir etmək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs yalan danışmağa meyillilik əlamətləri müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törədərkən qəflətən baş vermiş güclü ruhi həyacan (affekt) vəziyyətində olmamışdır.(iş.v.204) Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Elektron məhkəmə” informasiya sistemindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 01 sentyabr 2022-ci təvüllüdlü X12, 30 avqust 2020-ci il təvəllüdlü X11 adında azyaşlı uşaqları vardır. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxslərin məhkəmə istintaqı zamanı, ibtidai istintaq zamanı verdikləri ifadələrinin ziddinə Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək zərərçəkmiş Zərərçəkmiş şəxs2 ağır xəsarət yetirmədiyini, onun sərxoş olduğu üçün yıxılması, Zərərçəkmiş şəxs1 isə ümumiyyətlə xəsarət yetirmədiyini bildirmişdir. Zərərçəkmiş şəxs2 məhkəmə istintaqı zamanı verdiyi Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 vurduğu vaxt onları ayırmaq istəyərkən Çingiz Malikoviçin onun alnına yumruq zərbəsi endirməsi və bu zərbənin təsirindən yerə yıxılması, Zərərçəkmiş şəxs1 isə onu Şahid1 yox, məhz Təqsirləndirilən şəxs döyməsi, onun gözünə sol əli ilə 3 dəfə ardıcıl yumruq vurması və xəsarət nəticəsində hal-hazırda sağ gözünün ümumiyyətlə görmə qabiliyyətini itirməsi ilə bağlı verdiyi ifadələri qiymətləndirərək məhkəmə bu qənaətə gəlir ki, Təqsirləndirilən şəxs bu xüsusatlarda özünümüdafiə məqsədi ilə göstərdiyi ifadələr zərərçəkmiş şəxslərin ifadələri ilə təkzib edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin qeyd olunan mövqeyinə qiymət verməyi zəruri hesab edir. Belə ki, məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışında və ibtidai araşdırma zamanı verdiyi ifadələri təhlil edərək, təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmə baxışı və ibtidai araşdırma zamanı özünü ona elan edilmiş ittihamlar üzrə təqsirli bilməməsi ilə bağlı verdiyi ifadələrinə tənqidi yanaşır və həmin ifadələri məsuliyyətdən yaxa qurtarmaq məqsədi ilə verilən ifadə kimi qiymətləndirməklə yanaşı, onun bu ittihamlarla bağlı göstərdiyi xüsusatları işin faktiki hallarına uyğun gəlmədiyindən və təkzib edilməz sübutlarla ziddiyyət təşkil etdiyindən inandırıcı hesab etmir və həmin ifadələri qeyri-səmimi verilmiş ifadələr kimi qiymətləndirir, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 məhkəmə baxışında və ibtidai araşdırma zamanı verdiyi ifadələri təhlil edərək, onların ifadələrini işin faktiki hallarına uyğun gəldiyindən və digər təkzibedilməz sübutlarla təsdiq olunduğundan obyektiv və səmimi verilmiş ifadələr kimi qiymətləndirir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi, zərərçəkmiş şəxslərin və şahidlərin ibtidai istintaq və məhkəmə baxışı zamanı vermiş olduqları ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən cinayət işi üzrə keçirilmiş eks-pertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4, 221.2.2 və 296.2-ci maddələri ilə düzgün tövsif edilmişdir. Onun törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4, 221.2.2 və 296.2-ci maddələri ilə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 17.3-cü maddəsinə əsasən şəxs bu Məcəllənin müvafiq maddələrinə uyğun olaraq cinayətlərin məcmusunu yaradan hər cinayətə görə cinayət məsuliyyətinə cəlb edilir; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsinə əsasən qəsdən sağlamlığa ağır zərər vurma, yəni insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərər vurma- üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 126.2.4-cü maddəsinə əsasən eyni əməllər xuliqanlıq niyyətilə törədildikdə altı ildən on bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 221.1-ci maddəsinə əsasən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər- min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 221.2.2-ci maddəsinə əsasən eyni əməllər ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə törədildikdə—iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 296.1-ci maddəsinə əsasən cinayət edilməsi haqqında bilə-bilə yalan xəbərçilik etmə—min beş yüz manatdan üç min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz saatadək ictimai işlər və ya bir ildən iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 296.2-ci maddəsinə əsasən eyni əməllər şəxsin ağır və ya xüsusilə ağır cinayət törətməkdə ittiham olunması və ya süni ittiham sübutlarının yaradılması ilə bağlı törədildikdə—iki ildən dörd ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cina-yət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 №li Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli ol-malıdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs oğlunun himayəsində azyaşlı uşaqlarının olması onun cəzasını yüngülləşdirən haldır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs oğlunun cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə, qanunun yuxarıda qeyd edilən müddəalarına, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarını və işin faktiki hallarını eyni zamanda Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, nəzərə alaraq onun təqsirləndirildiyi Cinayət Məcəlləsinin 126.2.4, 221.2.2 və 296.2-ci maddələrinin sanksiyalarında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni, əsaslı və eləcə də ədalətli hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs həmin cəzanı yalnız real olaraq çəkməklə islah oluna bilər. Həmçinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən qəti cəza təyin olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 10 yanvar 2025-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, məhkəmə icraatı dövründə Sumqayıt Ağır Cinayətlər məhkəməsinin qərarı ilə barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (cild 1, səh 113-114,136-138) Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməli və o, dərhal məhkəmə iclas zalından həbs edilməlidir. Məhkəmə, yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsini əsas götürüb belə nəticəyə gəlir ki, təyin edilən azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı həbs qətimkan tədbirinin seçildiyi tarixdən, yəni 30 sentyabr 2025-ci il tarixdən hesablanmalıdır. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hazırki iş üzrə «xüsusi müsadirə» ilə bağlı məsələlərə də hüquqi qiymət ver-məyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddə¬sinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1ci mad-dəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. İş üzrə maddi sübutun, məhkəmə xərcinin, mülki iddianın, üzərinə həbs qoyulmuş əmlakın, habelə xüsusi müsadirə olunması təklif olunan əmlakın olmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4, 221.2.2 və 296.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası, 221.2.2-ci maddəsi ilə 01 (bir) müddətə azadlıqdan məhrum etmə cəzası, 296.2-ci maddəsi ilə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunan cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 30 sentyabr 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barədə seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və qətimkan tədbirinə aid hissədə hökmün icrası Azərbaycan Respublikası Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasına həvalə edilsin, “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı andan) 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-303/2025
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-303/2025
30.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver