Məhkəmə qərarları › İş №1(124)-304/2023

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-304/2023

31.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-304/2023 31.08.2023 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Hümbətov Fəhmin Zaur oğlu (sədrlik edən), Əliyev Hafiz Samir oğlu və Rzayeva Aynur Tapdıq qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X8 iştirakı ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçilər – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Şimal Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3, zərərçəkmiş hüquqi şəxs (mülki iddiaçı) - Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X28 X3 nümayəndələri X17 və X14, eləcə də təqsirləndirilən şəxsin (mülki cavabdeh) iştirakları ilə, xx xxxxxx 1969-cu il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla faktiki yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.4.2, 247 və 308.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 5 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs tamah niyyəti ilə öz qulluq mövqeyindən istifadə etməklə qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan dövlət mülkiyyətində olan torpaq sahələrini qarışıq süxur götürərək emal edib qazanc əldə etmək məqsədilə özbaşına tutmuş, tamah niyyəti ilə sənayedə və digər obyektdə aparılan istismar işləri zamanı X23 qaydalarına riayət olunması üçün cavabdeh şəxs kimi həmin qaydaları pozması ağır nəticələrə səbəb olmuş, vəzifəli şəxs qismində xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib dövlətin və cəmiyyətin qanunla qorunan mənafelərinə vahid niyyətlə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Belə ki, o, tamah niyyəti ilə Quba rayonunun Qudyal çay hövzəsində yerləşən «Qudyalçay» qum-çınqıl yatağında qarışıq süxur emal etmək üçün Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri X25 Departamentində (hazırki İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X25 Baş İdarəsi) 09 oktyabr 2018-ci il tarixdə ********** nömrəli VÖEN-lə övladı X11 adını dövlət qeydiyyatına aldırmaqla sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsin faktiki rəhbəri - fərdi sahibkar kimi, «Sahibkarlıq fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə əsasən işçiləri işə qəbul etmək və işdən azad etmək, işçilərin əməyinin ödənilməsinin forma və sistemini, onların əmlakının məbləğini və gəlirinin digər növlərini müəyyənləşdirmək, öz məhsulları (işləri, xidmətləri) üçün qiymətlər (tariflər) müəyyənləşdirmək, maliyyə-təsərrüfat fəaliyyətini müstəqil həyata keçirmək, məhsul göndərənləri və istehsal olunan məhsulun (işlərin, xidmətlərin) istehlakçılarını seçmək, dövlət ehtiyacları üçün müqavilə əsasında iş görmək və məhsul göndərmək, pul vəsaitinin saxlanılması, hesablaşma, kredit və kassa əməliyyatlarının bütün növlərinin həyata keçirilməsi üçün banklarda hesablar açmaq və sair təşkilati-sərəncamverici, inzibati-təsərrüfat funksiyalarını həyata keçirən vəzifəli şəxs olaraq, habelə «X23 haqqında» Azərbaycan Respublikası Qanununun 3 və 78-ci maddələrinə əsasən sənayedə və digər obyektdə aparılan istismar işləri zamanı ərazilərdə ekoloji tarazlığın təmin edilməsi, təbii ehtiyatların səmərəli istifadə olunması, təbiətdən istifadənin və X23nin iqtisadi stimullaşdırılmasının tətbiq edilməsi, ətraf mühitə zərər vurulmasının qarşısının alınması, qanunvericiliyin bu kimi hallarının pozulması zamanı isə digər məsuliyyətlə yanaşı Cinayət Məcəlləsində nəzərdə tutulmuş hallarda cinayət məsuliyyəti daşımaqla X23 qaydalarına riayət olunmasına, yəni ətraf mühitdə təbii mövcud olan maddi varlıqların ilkin kəmiyyət və keyfiyyətcə dəyişməsinə yol verilməməsinə, ətraf mühitin qorunmasına cavabdeh şəxs kimi xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük, yəni gəlir əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə edərək, Quba rayonu ərazisində Qudyal çayın vadisində yerləşən «Qudyalçay» qum-çınqıl yatağında 0,77 hektar torpaq sahəsini içərisində qarışıq süxur emal etmək üçün nəzərdə tutulmuş avandanlıq və qurğular olan müəssisə ilə birlikdə 2013-cü ilin sentyabr ayında qeyri-rəsmi qaydada, 10 aprel 2014-cü il tarixli ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında isə rəsmi qaydada övladı Yasər Zərbəliyevin adına satın alıb, faktiki rəhbərlik etdiyi müəssisəyə həmin tarixdən 10 oktyabr 2018-ci il tarixədək torpaq sahəsinin ayrılmasına dair müvafiq sərəncam və yerin təkindən qarışıq süxur hasilatı ilə bağlı müvafiq «Dağ-mədən ayırması» aktı almadan 2013-cü ilin oktyabr ayından 10 mart 2022-ci il tarixədək dövlət mülkiyyətinə məxsus torpaq sahəsini tamah niyyəti ilə hər hansı mülkiyyət, istifadə, icarə hüququ olmadan özbaşına tutub həmin torpaq sahəsində, habelə 10 oktyabr 2018-ci il tarixdən etibarən isə Quba rayonu Qudyal çay hövzəsində yerləşən «Qudyalçay» qum-çınqıl yatağında qum-çınqıl hasilatının aparılması məqsədilə Quba rayon İcra hakimiyyəti başçısının 11 may 2017-ci il tarixli 73 saylı Sərəncamı və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsi tərəfindən övladı Yasər Zərbəliyevin adına verilmiş 10 oktyabr 2018-ci il tarixli 01093 nömrəli «Dağ-mədən Aayırması» aktı əsasında istifadəsinə ayrılmış x302969.50 - y4587124.60, x303510.98 - y4587148.11, x303689.41 - y4587076.78, x303989.36 - y4587050.62, x304001.37 - y4586853.25, x303692.62 - y4586888.65, x303495.68 y4586994.36, x303247.99 - y4587061.32, x302987.76 - y4586983.71 koordinatlarda yerləşən 15 hektar torpaq sahəsində qarışıq süxur xammalının istismarı işlərini həyata keçirməklə gəlir əldə etmək məqsədilə, «Yerin təki haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində nəzərdə tutulmuş yer təkinin, atmosferin, torpağın, meşələrin, suların, binaların və qurğuların yerin təkindən istifadə ilə əlaqədar işlərin zərərli təsirindən qorunmasını reqlamentləşdirən standartlara (normativlərə, qaydalara), eləcə də Azərbaycan Respublikasının qanunvericiliyinə, habelə yerin təkindən istifadə üzrə standartlara (normativlərə və qaydalara) riayət edilməsi, faydalı qazıntıların normadan artıq itkisinə, keyfiyyətinin aşağı düşməsinə yol verilməməsi, yerin təkindən istifadə prosesində geoloji, markşeyder və digər sənədlərin aparılması, həmin sənədlərin, kern və nümunələrin qorunması, yerin təkindən istifadə zamanı torpaq sahələrinin rekultivasiyasının təmin edilməsi, yerin təkindən istifadə ilə əlaqədar işlərin təhlükəsiz görülməsinin təmin edilməsi və digər tələblərə, həmin Qanunun 10-cu maddəsinə əsasən yer təki sahəsi istifadəçisinə yerin təki sahəsində faydalı qazıntıların çıxarılması, faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan yeraltı qurğuları tikmək və istismar etmək üçün icazənin bu Qanunda və «Lisenziyalar və icazələr haqqında» Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sənədlər əsasında «Dağmədən ayırması» statusunun müəyyən edilməsi şəklində verilməsi tələbinə, o cümlədən, həmin Qanunun 21-ci maddəsi ilə müəyyən edilmiş yerin təkinin səmərəli istifadəsinə və mühafizəsinə aid əsas tələblərə, yəni, yer təkinin istifadəyə verilməsinin qanunvericiliklə müəyyən edilmiş qaydasına riayət olunması və yerin təkindən özbaşına istifadəyə yol verilməməsi, faydalı qazıntı yataqlarının işlənilməsi zamanı yerin təkindən çıxarılan və yerin təkində saxlanılan faydalı qazıntıların və yanakı komponentlərin uçotu, ətraf mühitin qorunması, torpaqların rekultivasiyası, dağ qazmalarının konservasiyası qaydalarına əməl edilməsi, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 mart 2000-ci il tarixli 56 nömrəli qərarı ilə təsdiq edilmiş «Su mühafizə zonalarının, onların sahil mühafizə zolaqlarının, ölçülərinin, sərhədlərinin və istifadəsinin müəyyən edilməsi Qaydaları»nın 22-ci bəndinə əsasən su obyektlərinin istifadəsi və mühafizəsinə nəzarət orqanı ilə razılaşdırılmış layihə sənədləri olmadan faydalı qazıntıların çıxarılmasının qadağan edilməsi ilə bağlı tələblərə tamah niyyəti ilə qəsdən əməl etməyib, qanunla müəyyən edilmiş əsaslarla ayrılmış torpaq sahəsindən istifadə etməli olduğu halda, öz qulluq mövqeyindən yararlanaraq müvafiq icazə olmadan yataq ərazisindən kənarda sahibkarlıq fəaliyyətini həyata keçirib, x304433 - y4587321, x304557 - y4587195, x304476 - y4587214, x304416 - y4587197, x304374 - y4587143, x304307 y4587124, x304217 - y4587071, x304165 - y4587000, x304069 - y4586928, x303995 - y4586923, x303989 - y4587051, x303689 - y4587077, x303511 - y4587148, x303294 - y4587141, x303314 y4587174, x303461 - y4587185, x303601 - y4587189, x303732 - y4584145, x303837 - y4587132, x304038 - y4587148, x304196 - y4587203, x304216 - y4587268 koordinatlarda yerləşən dövlət mülkiyyətinə məxsus ümumilikdə 4,68 hektar torpaq sahəsini tamah niyyəti ilə hər hansı mülkiyyət, istifadə, icarə hüququ olmadan özbaşına tutub həmin torpaq sahəsində, 2013-cü ilin oktyabr ayından 10 mart 2022-ci il tarixədək olan müddət ərzində müxtəlif vaxtlarda çayın sol sahilində 3-4 metr, sağ sahilində 4-5 metr, orta istismar dərinliyi 4 metr ölçüdə qazıntı və istismar işləri aparmaqla, sənaye və digər obyektlərin istismarı zamanı X23 qaydalarına riayət olunması üçün cavabdeh şəxs olmaqla ümumilikdə 187.200 m3 həcmində qum-çınqıl xammalından ibarət qarışıq süxuru götürərək emal edib dövlətə və təbiətə vahid niyyətlə cəmi 583.128 manat (beş yüz səksən üç min yüz iyirmi səkkiz) manat məbləğində ziyan vurmuş, həmin əməlləri ilə vəzifəli şəxs qismində xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib «X23 haqqında» Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin 2-ci bəndinə, 13-cü maddəsinin 1.2, 2.2-ci bəndlərinə və 35, 41-ci maddələrinə əsasən, X23 və təbii resursların bərpası üzrə tədbirlərin müəyyən edilmiş qaydada həyata keçirilməsi, ətraf mühitə zərər vurmadan ayrılmış təbii resurslardan qənaətlə istifadə olunması, ətraf mühiti qorumağın vəzifəsi olması, təbii resurslardan istifadə zamanı ekoloji tələbləri yerinə yetirmək və istismar prosesləri aparılarkən X23 üzrə layihədə göstərilmiş bütün ekoloji tələblərin tam həcmdə yerinə yetirilməsi şərtlərinə əməl etməyərək qanunsuz fəaliyyətini yuxarıda qeyd edilən dövrdə davam etdirməsi istismar işlərinin aparıldığı Quba rayonunda Qudyal çayın «Qudyalçay» yatağından keçən dərəsinin genişlənməsinə, çayın məcrasındakı torpaq sahəsinin kəskin erroziyaya məruz qalmasına, çay yatağında yarğanlar əmələ gəlməsinə, yeraltı suların axın istiqamətinin dəyişməsinə, qurunt sularının yer səthinə çıxması nəticəsində torpağın münbit qatının deqradasiyaya uğraması ilə təbiətin bu yöndə mənfi təsirə məruz qalmasına, ətraf mühit üçün təhlükə yaranmasına yəni, ərazinin ekoloji tarazlığının pozulması ilə bağlı bərpası mümkün olmayan və insanların konstitusiya ilə təsbit olunmuş sağlam ətraf mühitdə yaşamaq hüquqlarının qorunması və dövlətin ekoloji tarazlığın saxlanılması istiqamətində siyasətinə, yəni dövlətin və cəmiyyətin mənafeyinə ağır nəticələrə səbəb olan zərər vuraraq vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, habelə öz qulluq mövqeyindən istifadə etməklə qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan, yəni «Dağ-mədən ayırması» aktında göstərilmiş və icazə verilən yataqayırma hüdudundan kənarda yerləşən dövlət mülkiyyətində olan torpaq sahələrini qarışıq süxur götürərək emal edib qazanc əldə etmək məqsədilə özbaşına tutmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.4.2, 247, 308.2-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, qum-çınqıl daşınması və alış-satışı fəaliyyəti ilə məşğul olmağa başlamaq üçün 2010-cu ildən etibarən iki ədəd yük avtomobilini kreditlə alıb həmin avtomobillərə sürücülər tapmışdır. Sifarişlər əsasında Quba, Xaçmaz və Şabran rayonlarında qumçınqıl satışı ilə məşğul olan zavodlardan qum-çınqıl alıb Bakı şəhərində müxtəlif zavodlara, şirkətlərə, fərdi tikintilərə satışını həyata keçirmişdir. 2013-cü ilin sentyabr ayında Sumqayıt Tikinti- Quraşdırma-2 “ATSC”-nin sədri X18 onunla əlaqə saxlayıb Quba rayonu ərazisində Qudyalçayın kənarında qum-çınqıl karxanasını satdığını demişdir. Onunla razılaşmış və sonra Quba rayon İcra hakimiyyətinin başçısına 03 hektar ərazinin özünün istifadəsinə ayrılmasına icazə verilməsi barədə məktub ünvanlamışdır. Quba rayon İcra hakimiyyətinin əməkdaşları həmin ərazinin qeydiyyatını aparmışdır. 2014-cü ildə alqı-satqı müqaviləsi əsasında 0.77 hektar torpaq sahəsini içərisində zəruri avadanlıq və qurğularla birlikdə rəsmi qaydada övladı Yasər Zərbəliyevin adına keçirmişdir. Quba rayon İcra hakimiyyəti başçısının 2017-ci il tarixli sərəncamı və torpaq sahəsinin icarəyə verilməsi haqqında Quba rayon İcra hakimiyyəti başçısı ilə bağladığı həmin tarixli müqavilə əsasında qeyri-rəsmi istifadəsində olan 03 hektar torpaq sahəsindən təxminən 500-600 metr məsafədə yerləşən 15 hektar torpaq sahəsi 25 il müddətinə Yasər Zərbəliyevin adına ayrılmışdır. Həmin vaxt ərazinin yerləşdiyi Zərdabi bələdiyyəsinin sədrinin təsdiq etdiyi sxem əsasında doqquz ədəd künc nöqtəsinin koordinatları müəyyən edilməklə ərazi onun istifadəsinə verilmiş, lakin, həmin ərazidə 2018-ci ilin oktyabr ayınadək heç bir istismar işləri aparılmamışdır. 2018-ci ilin yanvar ayınadək Hüseyn Qasımova icarəyə verilmiş ərazidə işləmiş, həmin dövrdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən aparılan yoxlamalar zamanı istifadə etdiyi əraziyə baxış keçirilərkən sənədləri lazımı qaydada olmadığına görə 7.920 manat məbləğində cərimə olunmuşdur. Həmin hadisə ilə əlaqədar Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılmışdır. 10 oktyabr 2018-ci ildə X20 Nazirliyinin Dövlət Ekspertiza İdarəsinə müraciət edib, həmin tarixli «Dağ-mədən ayırması» aktını almışdır. Fəaliyyəti zamanı aylıq təxminən 600-700 m3 qum-çınqıl hasil edib, karxanda satışını həyata keçirmişdir. 2020-ci ilin oktyabr ayının 28-də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yeni yaranmış X28 X5 monitorinq və nəzarət şöbəsinin müdiri Şahid1 tərəfindən əraziyə baxış keçirilmiş, baxışda iştirak etmiş, Şahid1 karxananın istehsalat sahəsində olan avandanlıqlarda təmir işlərinin aparıldığını, həmin vaxt heç bir istismar işlərinin aparılmamadığını demişdir. Şahid1 akt tərtib etmiş və həmin akt onun tərəfindən oxumadan imzalanmışdır. Ayrılmış torpaq sahəsindən kənara çıxmamış, özbaşına torpaq sahəsini tutub zəbt etməmiş, normadan artıq hasilat aparmamış, ona ayrılmış çayın yatağı hissəsində digər şirkətdə hasilat aparmışdır. Həmin vaxt ərazidə "xxxx" və “Kolin” şirkətləri də işləmiş və xammal hasil etmişlər. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də tədqiq etməklə, onların sübut növü kimi qəbul edilməsi üçün qiymətləndirilməsini zəruri hesab edir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş X28 X5 monitorinq və nəzarət şöbəsinin aparıcı mütəxəssisi Şahid2 ifadəsində göstərdi ki, Nazirliyin əməkdaşları tərəfindən 28 oktyabr 2020-ci ildə Qudyalçay qum-çınqıl yatağında fiziki şəxs Yasər Zərbəliyevə məxsus daş karxanasına baxış keçirilmişdir. Baxış zamanı ayrılmış ərazi xaricində 488.400 m3 həcmində qanunsuz qum-çınqıl hasilatının aparıldığı müəyyən edilmişdir. Bununla bağlı akt tərtib edilmişdir. Növbəti dəfə Təqsirləndirilən şəxs öz iştirakı ilə əraziyə yenidən təkrar baxış keçirilməsilə bağlı agentliyə müraciət edilmişdir. Əraziyə təkrar 23 iyun 2021-ci ildə baxış keçirilmiş və akt tərtib edilmişdir. Həmin aktda ayrılmış sahənin xaricində 370.746 m3 qanunsuz hasilat aparılması faktı müəyyən edilmişdir. Birinci aktla ikinci akt arasında olan fərq onunla izah edilir ki, çaya təbii sel axını gəlməklə həmin boşluq bərpa olunmuşdur. Həmin çay yatağında 70-100 sm aralığında təbii qaysaq əmələ gəlmişdir. 3-cü dəfə Azərbaycan Respublikası Baş prokurorluğunun Cinayət təqibindən kənar idarənin əməkdaşları tərəfindən agentliyə əraziyə təkrar baxış keçirilməsilə bağlı məlumat daxil olmuşdur. Təkrar baxış keçirilən zaman deyilmişdir ki, xx.xx.2021-ci il tarixindən xx.xx.2022-ci il tarixə qədər çıxarılan hasilat müəyyən edilsin. Yoxlama nəticəsində 631.000 m3 həcmində qanunsuz qum-çınqıl hasilatının aparıldığı müəyyən edilmiş və aktla rəsmiləşdirilmişdir. Daha sonra verilən suallara cavab olaraq Şahid2 göstərmişdir ki, xx.xx.2020-ci ildə 488.400 m3 həcmində qanunsuz qum-çınqıl hasilatının aparıldığı müəyyən edilmişdir. Təqsirləndirilən şəxs tərtib edilmiş akta imza edib və bildirmişdir ki, qanunsuz hasilat onun tərəfindən aparılmamışdır. T.Zəbəlizadə akta imza etsə də akta əlavə edilmiş izahatında qanunsuz hasilatın onun tərəfindən aparılmadığını bildirmişdir. Daha sonra Şahid2 göstərmişdir ki, həmin ərazidə hər bir fiziki və hüquqi şəxsə dağ mədən hasilatına dair müvafiq akt verilir. Aktda ayrılmış ərazinin konturu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs 15 ha ərazi ayrılmış və həmin ərazinin kontoru verilmişdir. Onlar tərəfindən əraziyə kordinatlar əsasında baxış keçirmişdir. Müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadəsində olan əraziyə bitişik sahədə 488.400 m3 həcmində qanunsuz qum-çınqıl hasilatı aparılmış, bununla çayın ehtiyat yatağı azalmışdır. Təqsirləndirilən şəxs qanunsuz hasilatın onun tərəfindən aparılmadığını bildirdiyi üçün onda izahat alınmışdır. Sonra qanunsuz hasilatın aparıldığını müəyyən edilib Azərbaycan Respublikası Baş Prokurorluğuna məlumat göndərilmiş və müvafiq sənədlər verilmişdir. Bundan əlavə, Şahid2 ifadəsində göstərdi ki, dağ mədən aktında ümumi həcm 7.500.000 m3 həcmində qum-çınqıl ehtiyatı müəyyən edilmişdir. Təqsirləndirilən şəxs istifadəsində olan ərazi 15 ha-dır. Sahibkarlar dağ mədən fəaliyyəti ilə məşğul olmaq üçün icra hakimiyyətinə müraciət edir və sərəncam alır. Sərəncam yerin üst hissəsinə aiddir. Faydalı qazıntı komponentinə dair icazə almaq üçün ETSN-ə müraciət edilməlidir, dağ mədən ayırmaq üçün 15 ha ərazi müəyyən edilmişdir. ETSN-dən Təqsirləndirilən şəxs 750.000 m3 həcmində hasilat payı verilmişdir ki, o, bu həcmdə hasilat apara bilər. 488.000 m3 həcmində qanunsuz hasilat 750.000 m3 -dən kənar hasilatdır, həmin hasilatın 15 ha-a aidiyyəti yoxdur. Daxili hasilat 222.000 m3 həcmində hasilat aparılıb. 750.000 m3 -dən 222.000 çıxılır və yerində qalan nəzərə alınır. Təqsirləndirilən şəxs ayrılmış 750.000 m3 həcmində hasilatdan istifadə etdiyi 222.000 m3 hasilatın aparılmasında qanunsuzluq olmamışdır. Dağ mədən ayırma agentliyində olan məlumatlarda 15 ha-dan əlavə Təqsirləndirilən şəxs həmin yataqda hasilat ərazisi olmamışdır. T.Zərbəlizdəyə 15 ha-dan əlavə hasilat üçün icazə verilməməmişdir. Ayrılmış sahədən kənarda hasilat aparıldığını müəyyən etmək üçün ayrılmış sahəyə baxış keçirilmişdir. 15 ha hüdudlarında çayın yataq sahəsinə baxanda görünür ki, çayın məcrası genişlənmişdir. Genişlənmə də qanunsuz qazma işləri nəticəsində baş vermişdir. Aktda qeyd edildiyi kimi, çayın dərinliyi 3-5 metr aşağı düşmüşdür. Buna görə də, aktda həmçinin qeyd edilmişdir ki, qazıntı işləri aparılan yer Təqsirləndirilən şəxs ayrılmış yerdən kənardadır. Müəyyən edilmişdir ki, 222.000 m3 həcmində hasilat aparılmış, 488.000 m3 həcmində ehtiyatdan əksik hasilatın aparılmasına isə icazə olmamışdır. Daha sonra, Şahid2 göstərmişdir ki, hasilatın həcmini GPS cihazı vasitəsilə koordinatlar əsasında müəyyən edilmişdir. xx.xx.2021-ci il və xx.xx.2022-ci il tarixlərində baxış keçirilən zamanı hər hansı bir şəxs və ya texnika müşahidə edilməmişdir. Həmçinin şahid ifadəsində göstərdi ki, qanunsuz hasilat aparılan ərazidən Təqsirləndirilən şəxs istifadəsində olan əraziyə yol vardır. Həmin ərazidə Təqsirləndirilən şəxs məxsus dağ mədən ayırma aktı olduğuna görə onu çağırmışlar. Təqsirləndirilən şəxs başqa həmin qanunsuz hasilat aparılan əraziyə yaxın sahibkarlar olmuşdur. Onlar barəsində də prokurorluq orqanına müraciət edilmişdir. Misal üçün çay yatağının 100 ha sahəsi var. Onun 15 ha hissəsi Təqsirləndirilən şəxs istifadəsində, qalanı isə digər sahibkarların istifadəsində olmuşdur. Hər bir sahibkara ayrılmış əraziyə fərdi baxış keçirilmişdir. Bununla belə, qanunsuz hasilat aparılan ərazi Təqsirləndirilən şəxs istifadəsində olan əraziyə bitişik olmuş, digər sahibkarların hasilat apardığı ərazi həmin qanunsuz hasilat aparılan əraziyə 250 metr məsafədə olmuşdur. Bundan əlavə Şahid2 ifadəsində göstərdi ki, qanunsuz hasilatın kim tərəfindən aparılması istintaq müəyyən etmişdir. Qanunsuz hasilat 2013-2018-ci illərdə aparılmışdır. 2022-ci il ona görə qeyd edilmişdir ki, sonuncu aktı həmin vaxt tərtib edilmişdir. Qanunsuz hasilat nəticəsində dövlət büdcəsinə 583.000 manat maddi ziyan vurulmuşdur. 1 m3 hasilatın qiyməti 5 manat müəyyən edilmişdir. Sahibkar 1-ci dəfə cərimələnirsə 0.87 əmsalla, 2-ci dəfə 1, 3-cü dəfə 1.3, daha sonra 1.5 əmsalla hesablanmışdır. 1 m3 çınqıl əmsalsız 5 manatdır. Əmsal qiyməti azaldır. Yəni güzəşt edilir. 2013-cü ildə hasilatın hansı həcmdə olduğunu müəyyən etmək üçün peyk vasitəsilə əraziyə baxış keçirilmişdir. Ərazidə ekskovator vasitəsilə qazıntı işlərinin aparılması nəticəsində ərazi eroziyaya uğramışdır. Məlumatlar “Google Earth”, “Azərkosmos” mənbələrindən sintez edilməklə götürülmüşdür. Həmçinin şahid qeyd etmişdir ki, təbii fəlakət və ya sel çayın məcrasını yuyub apara bilər, lakin 3 metr dərinliyə düşə bilməz. 2021-ci ildə lisenziya ona görə ləğv edilmişdir ki, yer təki istifadəçilərinin dağ mədən ayırma ilə bağlı hüquqdan sui-istifadə olunmuşdur. Bu pozuntuya görə hüququ verən agentlik onu ləğv etmişdir. Lisenziya ləğv ediləndən sonra ora yenidən istifadə edilmişdir. Sonra prokurorluq əməkdaşları yenidən baxış keçirilməsi və hasilat aparılmasının müəyyən edilməsini tələb etmişlər. X28 X5 monitorinq və nəzarət şöbəsinin müdiri Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Onu ərazisinə baxış keçirəndə tanımışdır. Təqsirləndirilən şəxs ərazisinə baxış keçirəndə onun özünün göstərdiyi nöqtələrə GPS vasitəsi ilə koordinatlar vurmuşdur. Tahir Zərbəlizanin çayın mərkəzindən kənarlarına doğru həmin sahələrdə də qazıntı işlərini apardığını, bəzi yerlərin daha çox qazılması səbəbindən xəndəklər formasında qaldığını, digər yerlərin səviyyəsinin bərabər olduğunu düşündüyü üçün digər sahələrdə də koordinatlar vurmuşdur. Baxış nəticəsində ayrılmış sahənin kənarında 488.400 m3 həcmdə hasilat aparıldığını müəyyən edilmişdir. 2021-ci il iyunun 23-də X28 X5 monitorinq və nəzarət şöbəsinin əməkdaşları tərəfindən əraziyə yenidən baxış keçirilərkən tərəfindən keçirilmiş baxış zamanı ayrılmış sahənin kənarında aşkar edilmiş 488.400 m3 həcmdən 370.743 m3 həcmə azalması müəyyən edilmişdir. Bunun səbəbi çay yatağında təbii proseslər nəticəsində 70-100 sm. ölçüdə bərpa prosesinin getməsi ilə əlaqədar olub. Daha sonra, materiallar prokurorluğa göndərilib. Daha sonra, Şahid1 göstərmişdir ki, baxış keçirilən torpaq sahəsi dağ mədən aktında Yasər Zərbəliyevin adına ayrılmışdır. Baxışı 5 saylı regional ərazi idarəsinin nümayəndəsi və agentliyin digər əməkdaşları ilə birgə keçirmişlər. Baxış keçirilən ərazidə qum-çınqıl karxanaları çox olmuşdur. Torpaq yoldan aşağı düşəndə sol tərəfdə Zərbəlizadəyə məxsus karxana, sağ tərəfdə başqa bir zavod olmuşdur. Yolun sol tərəfində Təqsirləndirilən şəxs məxsus karxanadan başqa orada fəaliyyət göstərən karxana olmamışdır. Tərtib edilən aktda göstərilən ərazi, dağ mədən ayırma aktında göstərilən ərazi və ona bitişik olan istismar aparılmış ərazi olmuşdur. Baxış aktını tərtib edilən zaman Təqsirləndirilən şəxs məxsus karxanaya baxış keçirilmişdir. Çay məcrasında qrunt yollarının kənarında aparılan qazıntı işləri karxanaya doğru uzandığı üçün Təqsirləndirilən şəxs ona ayrılmış ərazidən kənarda qazıntı işlərini aparmasına dair şübhələri təsdiq olunmuşdur. Təqsirləndirilən şəxs özü şəxsən demişdir ki, ərazi ona məxsusdur, nümayəndə olaraq Təqsirləndirilən şəxs baxışda iştirak edib, mən aktı Y.Zərbəliyev adına tərtib edilmişdir. Həmçinin baxış zamanı zavod işlək vəziyyətdə olmamış, zavodun ona məxsus olmasını Təqsirləndirilən şəxs özü demişdir. Bundan başqa, Şahid1 ifadəsində göstərdi ki, Şahid2lə bir agentlikdə çalışmışlar. Konkret olaraq həmin ərazinin Təqsirləndirilən şəxs tərəfindən istismar edildiyini, onlar tərəfindən deyil, istintaq orqanı tərəfindən müəyyən edilmişdir. Əraziə baxış keçirilməsi üçün əsas Azərbaycan Respublikası Prezidentinin sərəncamı olmuşdur. Sənədləri araşdırıb baxıdqda Y.Zərbəliyevin dağ mədən ayırma lisenziyası qüvvədə olmuş, akt tərtib etdikdən sonra pozuntuları 3 ay ərzində aradan qaldırmaları üçün lisenziya ləğv edilmişdir. Lisenziyanın ləğv edilməsinə səbəb dağ mədən ayırma aktında olan icazə şərtlərini pozulması, ayrılmış ərazinin kənarında qazıntı işlərini aparması olmuşdur. «X33» proqramı, “Markşeyder” planında olan ayrılmış sahənin koordinatları əsasında kənar qazıntı işlərinin aparılması və həcmi müəyyən edilmişdir. Həmçinin verilən suallara cavab olaraq Şahid1 qeyd etmişdir ki, Qazax sement zavodu ilə T.Zərvəlizadənin sahəsinin ortasında olan torpaqla bağlı ziddiyyətli mübahisənin olduğunu Təqsirləndirilən şəxs özü demişdir. Lakin akt tərtib edilən ərazi onlar arasında olan mübahisənin predmeti olmamışdır. Qazax sement zavodunun istismar torpağının bir qismi yol sağ hissəsinə düşmüş, kənaraçıxma isə yolun solunda Təqsirləndirilən şəxs ərazisində olmuş, başqa sözlə tərəflər arasında olan mübahisə baxış aktı keçirdikləri əraziyə aid olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərdi ki, Sumqayıt İnzibati məhkəməsinin 22 aprel 2022-ci il tarixli qərardadı ilə mühəndis-texniki ekspertizası təyin edilmiş və qərarının icrası ilə bağlı 22 iyulda 2022-ci il tarixdə Zərbəliyev Yasərin iştirakı ilə ona ayrılmış sahəyə baxış keçirilmişdir. Baxış zamanı Yasər Zərbəliyev ona ayrılmış sahəni göstərmiş və göstərilən nöqtələrin koordinatları GPS aparatı vasitəsilə vurulmuşdur. Göstərilən sahələrdə dərinlik müxtəlif olmaqla 1, 2 və 3 metr arasında dəyişmişdir. 2022-ci il avqustun 11-də 5 saylı Xaçmaz ərazi idarəsinin mütəxəssis rəyi Məhkəmə Ekspertiza Mərkəzinə daxil olmuş və həmin rəydə göstərilmişdi ki, X11 istifadəsinə verilmiş 15 hektar torpaq sahəsindən kənarda 0,35 hektar sahədə, habelə, 15 hektar torpaq sahəsinin daxilində 3,73 hektar sahədə hasilat aparılmışdır. Həmin məlumatın əsasında onun tərəfindən 12 sentyabr 2022-ci il tarixli 10/3709 nömrəli rəy tərtib olunmuşdur. Yasər Zərbəliyev baxış zamanı göstərmişdir ki, ona ayrılmış ərazidən başqa heç bir ərazini qazılmamışdır. Daha sonra, verilən suallara cavab olaraq Şahid9 göstərdi ki, məhkəmə və istintaq orqanı tərəfindən qarşısına qoyulmuş suallar əsasında rəy tərtib edilmişdir. Yasərin Zərbəliyevin göstərdiyi koordinatlar bizim tərəfimizdən vurulanda Yasərin ona ayrılmış 15 ha-da əlavə 0.35 ha-da da qazıntı işləri apardığını müəyyən edilmişdir. Lakin Yasər qazıntı işləri apardığı ərazinin ona aid olduğunu, ona ayrılmış ərazidən kənarda qazıntı işləri apardığını qəbul etməmişdir. Yasər 0.35 ha-nın da ona ayrılmış ərazi olduğunu iddia etmişdir. Lakin həmin ərazinin kənaraçıxma olduğu müəyyən edilmişdir. Orada 4.68 ha əlavə hasilat aparıldığı müəyyən edilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid10 ifadəsində göstərdi ki, o, 2014-cü ildə Təqsirləndirilən şəxs iş üçün müraciət etmiş və T.Zərbalizadə onu Karxanaya çağırmaqla texniki avadanlıqlara nəzarət etməyi tapşırmışdır. Əmisi oğlu Şahid4 da ekskavatorda işləmişdir. Onlar çay yatağında çayın içərisini qazmışdırlar. Təqsirləndirilən şəxs məxsus ərazi çay sahəsinə düşən yolun sağ tərəfi olmuş, yol sol tərəfini isə "xxxx" şirkəti qazmışdır. Təqsirləndirilən şəxs ilə 2017-ci ilin aprel-may aylarına qədər işləmiş, 2013-cü illərdə həmin ərazidə başqa şirkətin işləməsinin şahidi olmamışdır. X27 ifadəsində göstərmişdir ki, işlədiyi müddət ərzində “Kolin” şirkətinin qazıntı apardığının şahidi olmamışdır. Təqsirləndirilən şəxs işlətdiyi karxanadan gündəlik 18-20 maşın qum-çınqıl yüklənmişdir. Bununla belə istintaqa verdiyi ifadəsini təsdiq etdiyini deyən Şahid10 ibtidai istintaq zamanı verdiyi ifadəsində Təqsirləndirilən şəxs işlətdiyi karxanadan gündəlik 25-30 maşın qum-çınqıl daşındığını göstərmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs karxanasında kraz yük maşını və ekskavator sürücüsü olmuş, çaydan material daşımış və bunu ona Təqsirləndirilən şəxs tapşırmışdır. Karxana demək olar ki, 1 ay bütün gün işləyə bilməmişdir. İşlədiyi dövrdə karxananın işləməyindən asılı olaraq 2 maşınla 25-20 maşın material daşımışlar. İşlədikləri ərazinin nə qədər olduğunu bilməmişdir. Daş daşıdıqları ərazi karxanaya yaxınında olmuşdur. Ekskavator sürücüsü kimi işlədikdə səhər saat 08:00-da iş başlamış, 17:00-da bitmişdir. Onunla birgə Şahid4 da işləmişdir. Gün ərzində 2 maşın işləməklə 18-20 maşın doldurub daşımışlar. İşlədiyi karyerin yanında "xxxx" şirkəti və başqa bir zavod da olmuşdur. Lakin "xxxx" yolun bir tərəfində, onların karyeri isə digər tərəfində olmuşdur. "xxxx"un öz ərazisi olmuşdur. "xxxx"-la qazıntı aparılan yer üstündə mübahisə düşdüyünü görməmişdir. İstintaq dövründə verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs karxanasında yükləyici işləmiş, karxananın 15 ha istismar ərazisi olmuşdur. Həmin ərazidə başqa şirkətlər də işləmiş, karxana ay ərzində 3-10 gün işləmişdir. Həmin Karxana da o, 2018-2019-cu illərdə işləmiş, gün ərzində 10-15 maşın yükləmişdir. Məhkəmədə elan olunaraq tədqiq olunan Şahid7 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, 2016-cı ilin təxminən ortalarında işlə bağlı Quba rayonunun Mirzəqasım kəndində fəaliyyət göstərən karxananın rəhbəri Təqsirləndirilən şəxs müraciət etmiş, Təqsirləndirilən şəxs onu kon sürücüsü kimi işə götürməklə, hazır məhsulun alıcıların yük maşınlarına yüklənilməsi işini tapşırmış, gördüyü işin müqabilində hər ay 550 manat əmək haqqını Təqsirləndirilən şəxs özündən əlbəəl qaydada almışdır. Karxanada iş vaxtı hər gün səhər saat 08:00-da başlamaqla qış aylarında təxminən saat 18 radələrinə, yay aylarında isə saat təxminən 20 radələrinə kimi davam etmiş, gün ərzində təxminən 35-40 yük avtomobilinin yük yerini hazır məhsul ilə doldurmuşdur. 2018-ci ilin dekabr ayınadək karxanada qeyri-rəsmi işləmiş, daha sonra isə Təqsirləndirilən şəxs onunla əmək müqaviləsi bağlamış, o, 2019-cu ilin mart ayınadək həmin karxanada konu idarə etmiş, əmək haqqı yaxşı olmadığına görə işdən çıxmışdır. Hadisə yerinə baxış keçirilməsi haqqında protokola əlavə olunmuş fotocədvəllərdə göstərilən ərazilərdə, Təqsirləndirilən şəxs faktiki rəhbərlik etdiyi karxananın istehsalat sahəsinin qarşısında çay yatağı istiqamətində dayandıqda, sol tərəfdə çayın içindən keçən avtomobil yolundan sağ tərəf istiqamətində Təqsirləndirilən şəxs tapşırığı ilə qazıntı işləri aparılmışdır. Təqsirləndirilən şəxs karxanasının qarşısında olan və yuxarıda qeyd etdiyi yoldan sağ tərəfə təxminən 300-400 metr uzunluğundakı məsafədə çay yatağının ona aid ərazi olmasını demişdir. Yəni, sonuncu dediyinə görə, karxananın istehsal sahəsinin qarşısında olan və yuxarıda qeyd etdiyi yoldan sağ tərəfə təxminən 300-400 metr uzunluğundakı, sonradan Yasər Zərbəliyevin adına ayrılmış 15 hektar torpaq sahəsinə kimi təxminən 12-14 hektar ərazi məhz ona məxsus olmuş, Yasər Zərbəliyevin adına 15 hektar ərazi də ayrıldıqdan sonra isə Təqsirləndirilən şəxs çay yatağında ümumilikdə 27 hektar ərazinin ona məxsus olmasını bildirmişdir. Təqsirləndirilən şəxs göstərdiyi ərazilərdə hər hansı başqa bir şirkət tərəfindən qazıntı işlərinin aparılmasının şahidi olmamış, Təqsirləndirilən şəxs onlara həmin çay yatağında işləməyə rəsmi qaydada icazəsinin olmasını, təxminən 27 hektar sahəni rəsmi qaydada aldığını demişdir. (Cild 2, iş vərəqləri 272-275) Məhkəmədə şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərdi ki, o, "xxxx" şirkətinin karxanasında işləmişdir. Təqsirləndirilən şəxs karxana qonşusu kimi tanımışdır. Təqsirləndirilən şəxs karxanası ilə işlədiyi "xxxx" şirkətinə aid karxanaların ərazisi müxtəlif olmuş, onlar bir-birinin ərazisində işləməmişlər. Həmçinin o, qeyd etmişdir ki, “Azəravtoyolun” qazdığı ərazidə də karxana operatoru kimi işləmiş, onun ərazisi Təqsirləndirilən şəxs ərazisinin qarşısında olmuş, Təqsirləndirilən şəxs ərazisindən “Azəravtoyol” qum-çınqıl daşımamışdır. Məhkəmədə şəxs qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, 2013-cü ilin sonlarında Təqsirləndirilən şəxs işlətdiyi karxanada ekskavator sürücüsü kimi işə başlamış, sonra kon sürücüsü olmuşdur. Təqsirləndirilən şəxs karxanasında 2016-cı ilə qədər işləmişdir. Daha sonra, o, verilən suallara cavab olaraq göstərmişdir ki, karxanada gün ərzində 15-18 maşın qumçınqıl yüklənmişdir. İşlədiyi 2013-2016-cı illər ərazidə başqa şirkət qazıntı aparmamış, lakin 2016-cı ildən sonra həmin ərazinin yaxınlığında “Kolin” şirkətinin işçilərini görmüşdür. Ümumiyyətlə sonradan gördüyü “Kolin”, "xxxx" şirkətləri və “Azəravtoyol” Təqsirləndirilən şəxs ərazisində qazıntı işləri aparmamışdır. Təqsirləndirilən şəxs istismar ərazisinin yanında başqa böyük şirkətin ekskovatorlarını görməmişdir. Həmçinin Şahid4 göstərmişdir ki, qazıntı aparacağı ərazini ona Təqsirləndirilən şəxs göstərmişdir. Təqsirləndirilən şəxs kənddən çaya düşəndə təxminən 3 ha ərazi göstərmiş, qazıntı işləri apardığı həmin ərazidə başqa şirkət qazıntı aparmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 Gülməddin oğlu ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs işlətdiyi karxana həmin ərazidə 2013-cü ildən fəaliyyət göstərmiş, özü karxanada işləməsə də kənd sakini kimi ərazidən keçəndə karxananın yolun kənarında həftənin 3- 4 günü qazıntı işləri apardığını görmüşdür. Kənd sakinləri özü üçün gedib karxanadan daş və qumçınqıl götürməmişdir. "xxxx" şirkətinin karxanası yolun sol tərəfində olmuş, Təqsirləndirilən şəxs qazıntı apardığı yer yolun sağında olmuşdur. Onların qazıntı apardığı ərazini maşın yolu ayırmışdır. Qazıntı apardıqları yerlər bir-birinə qarışmamışdır. Məhkəmədə elan olunaraq tədqiq olunan Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, mərhum atası X18 «Sumqayıt Tikinti-Quraşdırma-2» ATSC-nin sədri vəzifəsində çalışmış, 2015-ci ilin oktyabr ayında xərçəng xəstəliyindən dünyasını dəyişmişdir. Atası, sağ ikən rəhbərlik etdiyi ATSC-yə Quba rayonu İcra hakimiyyəti başçısının 12 oktyabr 2004-cü il tarixli 231 nömrəli sərəncamı ilə Qudyal çayın yatağında qum-çınqıl emalı məqsədi ilə 03 hektar torpaq sahəsi ayrılmış, bundan əlavə atasının mülkiyyətində həmin çayın kənarında 0,77 hektar torpaq sahəsi olmuşdur. Atası 2007-2009-cu illərdə karxananın tikilməsi və orada müxtəlif qurğuların qoyulması məqsədilə təmir-tikinti işlərini aparmış, lakin, səhhəti imkan vermədiyinə və 2009-cu ildə böyük qardaşı, 2010-cu ildə anası dünyasını dəyişdiyinə görə təmir-tikinti işlərini tamamlaya bilməmişdir. Buna görə də, o, atasına karxananı satmağı təklif etdikdə atası razılaşmış, atasının tanışı Təqsirləndirilən şəxs adlı şəxs həmin karxananı almaq istədiyini bildirmiş, lakin, sonuncu pulu hissə-hissə verə biləcəyini demişdir. Həmin dövrlərdə atasının səhhəti yaxşı olmadığına görə karxananın Təqsirləndirilən şəxs satılması işi ilə o özü məşğul olmuş, 2013-cü ilin sonlarında içərisində qum-çınqıl üyütmə-dağıtma dəzgahı, iki ədəd «Kraz» modelli yük avtomobili və bir ədəd kon olan karxananı faktiki olaraq Təqsirləndirilən şəxs istifadəsinə vermişdir. Onlar karxananı 220.000 manata qiymətləndirmiş, Təqsirləndirilən şəxs həmin pulu tam ödəyib qurtardıqdan sonra karxananın rəsmi qaydada sonuncunun adına keçirilməsinə qərar vermişlər. Təqsirləndirilən şəxs karxanada təmir-tikinti işlərini aparmağa, 2013-cü ilin sentyabr-oktyabr aylarından isə işçiləri ilə birlikdə fəaliyyət göstərməyə başlamışdır. 2014-cü ilin aprel ayında Təqsirləndirilən şəxs ondan karxananın istehsalat sahəsinin yerləşdiyi 0,77 torpaq sahəsini öz adına keçirtmək istədiyini xahiş etmiş, o, Təqsirləndirilən şəxs pulun bir hissəsini ödədiyini və həqiqətən də karxanasının işləməsinə görə qısa zaman ərzində pulun qalan hissəsini də ödəyəcəyini düşünüb 10 aprel 2014cü il tarixdə artıq həmin dövrdə onun adına olan 0,77 torpaq sahəsini Təqsirləndirilən şəxs oğlu Yasər Zərbəliyevin adına keçirtmişdir. Karxananı rəsmi qaydada adına keçirtdikdən sonra Təqsirləndirilən şəxs bir neçə dəfə ödəniş etsə də, təxminən 2015-ci ilin əvvəllərindən etibarən qalan borcunu ödəməməmiş, Təqsirləndirilən şəxs ona hissə-hissə ümumilikdə 120.000 manat pul ödəmiş və hazıradək 100.000 manat məbləğdə borcu qalmışdır. Hər dəfə Təqsirləndirilən şəxs ilə əlaqə saxlayıb pulunu istəsə də, sonuncu müxtəlif bəhanələr gətirmişdir. «Qudyalçay» qum-çınqıl yatağında istismar işlərinin aparılmasına Təqsirləndirilən şəxs rəsmi icazəsinin olub-olmaması barədə heç bir məlumatı olmamış, atası sağ ikən «Sumqayıt Tikinti-Quraşdırma-2» ATSC-yə ayrılmış 03 hektar torpaq sahəsində işləmək üçün Ekologiya və Təbii Sərvətlər, Fövqəladə Hallar nazirlikləri, Quba rayon İcra hakimiyyətindən rəsmi qaydada icazə aldıqdan sonra həmin yerlərdə işləyə biləcəyi barədə Təqsirləndirilən şəxs dəfələrlə xəbərdarlıq etsə də, sonuncu atasının sözlərinə məhəl qoymamışdır. (Cild 3, iş vərəqləri 06-08) Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də qiymətləndirib mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan mühəndis-texniki ekspertizasının 20 iyun 2022-ci il tarixli 10/2471 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş cinayət işi materiallarında və hazırki ekspertizanın təyini haqqında qərarın təsviri hissəsində göstərilmiş məlumatlara görə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsi tərəfindən fiziki şəxs X12 verilmiş 10 oktyabr 2018-ci il tarixli 01093 nömrəli «Dağ-mədən ayırması aktı»na əlavə olunmuş markşeyder planında qum-çınqıl hasilatın aparılması üçün ayrılmış istismar sahəsinin kənarında (xaricdə), eləcə də 27 may 2021-ci il tarixdə «Dağ-mədən ayırması aktı»nın ləğv edilməsinə baxmayaraq ayrılmış sahənin daxilində və xaricində qum-çınqıl hasilatı davam etdirilməklə, dövlət mülkiyyətinə məxsus ümumilikdə 4,68 hektar torpaq sahəsini qanunsuz istismar etdiyinə görə, «Yerin təki haqqında» Azərbaycan Respublikasının Qanunun 9, 10, 21 və 46-cı maddələrinin və «Ümumi yayılmış faydalı qazıntı yataqlarının işlənməsi üçün yer təkinin verilməsi Qaydaları»nın 1.2-ci bəndinin tələbləri pozulmuş və zərər vurulmuşdur. «Google Earth» internet proqramında mövcud olan illər üzrə kosmik peyk təsvirlərindən görünür ki, fiziki şəxs X15 «Dağ-mədən ayırması aktı» ilə ayırılmış istismar sahəsindən kənarda özbaşına zəbt etmiş və bir ədəd (qırmızı) rəngli xətlərlə işarələnmiş sahədə qum-çınqıl qarışığının hasilatının aparılmasından relyeflərdə əmələ gəlmiş dəyişmələrə görə, ilkin hasilat işlərinin aparılması 2013-cü ilin oktyabr ayına təsadüf etmişdir. 20 aprel 2022-ci il tarixli baxışla müəyyən edildiklərinə və cinayət işinin materiallarında olan məlumatlara əsasən, fiziki şəxs X12 məxsus qum-çınqıl karxanası tərəfindən 100 ay ərzində (2013-cü ilin oktyabr ayından 2022-ci ilin mart ayına qədər) ümumi hasil edilmiş qum-çınqıl qarışığının həcmi 187.200 m3, bir ayda isə hasil edilmiş qum-çınqıl qarışığının həcmi 1.872 m3 olduğu müəyyən edilir. Beləliklə, 10 mart 2022-ci il tarixə qədər fiziki şəxs X11 «Azərbaycan Respublikasında yayılmış faydalı qazıntı yataqlarının qanunsuz işlənməsi nəticəsində dəymiş ziyana görə normativləri»nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 mart 2020-ci il tarixli 119 nömrəli qərarının qüvvədə olması dövründə 23 ay, «Azərbaycan Respublikasında yayılmış bəzi faydalı qazıntı yataqlarının qanunsuz işlənməsi nəticəsində təbiətə dəymiş ziyana görə yeni ödəmə normativlərinin təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 dekabr 1998-ci il tarixli 239 nömrəli qərarının qüvvədə olması dövründə isə 77 ay ərzində qumçınqıl hasilatının aparılmasının nəzərə alındıqda, dövlətə vurulmuş ziyanın məbləği birinci dövrü üçün 150.696 (1.872 x 23 x 5 x 0,7 = 150.696) manat, ikinci dövrü üçün isə 432.432 ( 1.872 x 77 x 3 = 432.432) manat, ümumilikdə isə 583.128 manat (150.696 + 432.432 = 583.128) təşkil edir. (Cild 1, iş vərəqləri 239-246) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin ekspertinin, X28 X5, Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin və Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri iştirakları, eləcə də Təqsirləndirilən şəxs özünün iştirakı ilə sonuncunun rəhbərlik etdiyi qum-çınqıl karxanasına baxış keçirilməsi haqqında 20 aprel 2022-ci il tarixli protokoldan görünür ki, fiziki şəxs Yasər Zərbəliyevin adına rəsmiləşdirilmiş qum-çınqıl karxanası Quba rayonunun ərazisində Qudyalçayın Mirzəqasım kəndi ərazisindən keçən Qudyalçay qum-çınqıl yatağında yerləşmiş, həmin karxana üçün ayrılmış istismar sahəsi Qudyalçayın su axınına görə qərbdən şərqə doğru sağ sahilinə və bir hissəsi çayın hövzəsinə düşən ərazidədir. Karxananın istehsalat sahəsi isə istismar sahəsinin şərq sonluğunda çayın sol sahilində yerləşir. Həmin istehsalat sahəsinə gələn avtomobillərin hərəkəti üçün nəzərdə tutulan torpaq örtüklü yol tərəfdən baxdıqda sağ tərəfdə qum-çınqılın emalı üçün nəzərdə tutulmuş maşın-mexanizm və avadanlıqlar vardır. Həmçinin istehsalat ərazisində bir ədəd xırdalayıbçeşidləyici qurğu, bir ədəd ekskavator, bir ədəd kon-buldozer yükləyicisi və bir ədəd yük avtomobili vardır. Bir ədəd «Kraz» modelli yük avtomobili, EO-4121:EO-3322 modelli iki ədəd ekskavator, BT- 75 markalı buldozer Fövqəladə Hallar Nazirliyinin reyestrində qeydiyyatda olmuşdur. Qeyd olunan karxananın sahəsində emal olunmuş ayrıca çınqıl və otsep və çeşidlənməmiş qum-çınqıl qarışığı vardır. Baxış iştirakçıları 10 oktyabr 2018-ci il tarixli 01093 nömrəli «Dağ-mədən ayırması» aktı ilə fiziki şəxs Yasər Zərbəliyevin istifadəsinə ayrılmış 15 hektar torpaq sahəsinin hüdudlarını müəyyən etmək məqsədilə həmin akta əlavə edilmiş Markşeyder planında 09 ədəd künc nöqtələrinin koordinatları «Trimble R8» markalı GPS ölçü cihazı ilə vurulmaqla x302969.50-y4587124.60, x303510.98-y4587148.11, x303689.41-y4587076.78, x303989.36-y4587050.62, x304001.37y4586853.25, x303692.62-y4586888.65, x303495.68-y4586994.36, x303247.99-y4587061.32, x302987.76-y4586983.71 koordinatlarda yerləşməsi müəyyən edilmişdir. Bundan sonra X28 X5 monitorinq və nəzarət şöbəsinin müdiri Şahid1 tərəfindən tərtib edilmiş 28 oktyabr 2020-ci il tarixli 000013 nömrəli baxış aktında hasilat işlərinin hüdudlarını müəyyən edən nöqtələrin koordinatları vurulmaqla x304433-y4587321, x304557-y4587195, x304476-y4587214, x304416-y4587197, x304374-y4587143, x304307-y4587124, x304217-y4587071, x304217-y4587071, x304165y4587000, x304069-y4586928, x303995-y4586923, x303989-y4587051, x303689-y4587077, x303511-y4587148, x303294-y4587141, x303314-y4587174, x303461-y4587185, x303601y4587189, x303732-y4584145, x303837-y4587132, x304038-y4587148, x304196-y4587203, x304216-y4587268 koordinatlarda yerləşməsi müəyyən edilmişdir. Baxış zamanı qeyd olunmuş kənarda hasilat aparılmış sahəni çayın suyunun axımına görə sol sahilin, yəni şimal istiqamətdə və fiziki şəxs Yasər Zərbəliyevə ayrılmış sahədən aşağıda, şərq istiqamətdə yerləşdiyi müəyyən edilmişdir. Həmin sahələrdə və ümumiyyətlə çayın hövzəsinin dibi bərabərləşmiş şəkildədir, eyni səviyyədə olmaqla, bəzi yerlərdə xırda qum-çınqıl topaları mövcuddur və su axımında müxtəlif ölçülü arxlar vardır. Çayın hər iki sahili bir xətt üzrə deyil, relyefə görə müxtəlif hündürlüyə malikdir. Su axımına görə sağ sahildə sahilin kənarları dik olmaqla, hündürlükləri 3 metrdən 4 metrə qədərdir. Sağ sahilinin divarları da dik olmaqla hündürlükləri 4 metrdən 5 metrə qədərdir. Sağ sahilin müxtəlif yerlərində çaya doğru hündürlüyü 2 metrə qədər olan çıxıntılar vardır, onların sahələri müxtəlifdir. Sağ sahilin kənarlarında və Yasər Zərbəliyevə ayrılmış istismar sahəsində qazma işlərindən əmələ gəlməyə bənzər xəndəklər, çuxurlar vardır. Onların dərinlikləri müxtəlif olmaqla, təxminən 1 metrdən 2 metrə qədərdir, sahələri də müxtəlifdir. Qeyd olunan çayın hövzəsinə sahildən müxtəlif yerlərdən, eyni zamanda Yasər Zərbəliyevin istehsalat sahəsinə enən çoxlu sayda torpaq örtüklü avtomobil yolları vardır. Çayın hövzəsinin hüdudları və sahilin kənarlarının koordinatlarının müəyyən edilməsi üçün nöqtələrin koordinatları vurulmaqla x303943.54-y4587134.73, x304018.60-y4587149.41, x304124.32-y4587172.10, x304208.00y4587175.59, x304217.81-y4587072.40, x304178.14-y4587020.71, x304117.06-y4586961.43, x304010.89-y4586915.72 koordinatlarda yerləşməsi müəyyən edilmişdir. (Cild 1, iş vərəqləri 153- 169) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan "xxxx" MMC-dən götürülmüş məlumatlara baxış keçirilməsi haqqında 30 avqust 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus ***-***-**-** saylı mobil nömrənin anten əhatə dairəsi 05 yanvar 2015-ci il tarixdən - 21 fevral 2020-ci il tarixlərdə mütəmadi olaraq qazıntı və istismar işlərinin aparıldığı ərazilərə yaxın məsafədə yerləşən Quba rayonunun Zərdabi, Hacıqayıb, Hacıhüseynli və digər kəndlərində qeydə alınmışdır. (Cild 2, iş vərəqləri 87-88) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan "xxxx" MMC-dən götürülmüş məlumatlara baxış keçirilməsi haqqında 02 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, X9 adına qeydiyyata alınmış ***-***-**-** saylı mobil nömrə 29 noyabr 2017-ci il tarixdən - 13 fevral 2022-ci il tarixədək olan müddət ərzində mütəmadi olaraq qazıntı və istismar işlərinin aparıldığı ərazilərə yaxın məsafədə yerləşən Quba rayonunun Zərdabi kəndində qeydə alınmışdır. Həmçinin 16 fevral 2022-ci il tarixdə Təqsirləndirilən şəxs məxsus ***-***-**-** saylı mobil nömrənin anten dairəsi Quba rayonunun Zərdabi kəndində qeydə alınmışdır. 03-10 mart 2022-ci il tarixlərdə Təqsirləndirilən şəxs məxsus ***-***-**-** saylı mobil nömrənin anten dairəsi Quba rayonunun Zərdabi kəndində qeydə alınmışdır. Təqsirləndirilən şəxs məxsus ***-***- **-** saylı mobil nömrənin anten dairəsi 04 mart 2020-ci il tarixdən 31 dekabr 2021-ci il tarixlər ərzində mütəmadi olaraq qazıntı və istismar işlərinin aparıldığı Quba rayonunun Zərdabi kəndinin ərazisində qeydə alınmışdır. (Cild 2, iş vərəqləri 95-99) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan "xxxx" MMC-dən götürülmüş məlumatlara baxış keçirilməsi haqqında 06 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs adına olan ***-***-**-** saylı mobil nömrənin anten dairəsi 09 avqust 2013-cü il tarixdən - 12 yanvar 2014-cü il tarixədək olan müddət ərzində mütəmadi olaraq qazıntı və istismar işlərinin aparıldığı ərazilərə yaxın məsafədə yerləşən Quba rayonunun Zərdabi kəndində qeydə alınmışdır. (Cild 2, iş vərəqləri 104-106) Göründüyü kimi, mobil operatorlardan əldə edilmiş məlumatların təhlili onu göstərir ki, Təqsirləndirilən şəxs 2015-ci ilin mart ayından etibarən rəhbərlik etdiyi karxana tərəfindən ərazidə fəaliyyət göstərildiyini bildirsə də, 2013-cü ilin yanvar ayından 2022-ci ilin mart ayına qədər olan müddət ərzində ona məxsus mobil telefon nömrələrinin anten əhatə dairələri bir qayda olaraq qazıntı və istismar işlərinin aparıldığı ərazilərdə qeydə alınmışdır. «X33» proqramında X12 ayrılmış 15 hektar torpaq sahəsinə və həmin sahədən kənar ərazilərə baxış keçirilməsi haqqında 17 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, proqramın hazırki və əvvəlki dövrlərdə olan görüntülərinə nəzər yetirdikdə Təqsirləndirilən şəxs rəhbərlik etdiyi karxananın istehsalat sahəsindən çay yatağına çoxlu sayda avtomobil yollarının enməsi aşkar edilmişdir. Bu hal onu göstərir ki, Təqsirləndirilən şəxs 2015-ci ilin mart ayından etibarən rəhbərlik etdiyi karxana tərəfindən ərazidə fəaliyyət göstərildiyini bildirsə də, 2013-cü ilin oktyabr ayından etibarən həmin karxananın istehsalat sahəsindən çay yatağında qanunsuz qazıntı və istismar işləri aparılan sahələrə yollar enmiş, şahid ifadələri ilə isə həmin dövrdə karxanaya məhz Təqsirləndirilən şəxs rəhbərlik etməsi müəyyən edilmişdir. Müvafiq fotoşəkillər cinayət işinin materiallarında vardır. (Cild 2, iş vərəqləri 209-213) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan Quba rayon İcra hakimiyyəti başçısının 12 oktyabr 2004-cü il tarixli 231 nömrəli sərəncamı və torpaq sahəsinin icarəyə verilməsi haqqında 10 dekabr 2007-ci il tarixli müqavilənin surətindən görünür ki, həmin tarixdə Qudyal çayının yatağından 03 hektar sahə «Sumqayıt Tikinti-Quraşdırma-2» ATSCnin istifadəsinə verilməklə, karxana avadanlıqlarının 0,5 hektar sahədə quraşdırılmasına icazə verilmişdir. (Cild 2, iş vərəqləri 115-120) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan Təqsirləndirilən şəxs istintaqa təqdim etdiyi 05 sentyabr 2013-cü il tarixli 027 nömrəli məktubun surətindən görünür ki, «Sumqayıt Tikinti-Quraşdırma-2 ATSC-nin sədri X18 həmin tarixdə Quba rayon İcra hakimiyyətinin başçısına müraciət edərək Quba rayon İcra hakimiyyəti ilə bağlanmış 12 oktyabr 2004-cü il tarixli müqavilə əsasında ATSC-nin istifadəsinə verilmiş 03 hektar sahənin istifadə edilməməsi səbəbindən avadanlıqların Təqsirləndirilən şəxs təhvil verildiyini, qeyd edilən sahənin Təqsirləndirilən şəxs istifadəsinə verilməsinə və ATSC ilə bağlanan müqavilənin davamının sonuncu ilə bağlanmasına etiraz etmədiyini bildirmişdir. (Cild 2, iş vərəqi 114) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan 10 aprel 2014-cü il tarixli ******* nömrəli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, Quba rayonunun Hacıqayıb kəndində yerləşən Şahid3 məxsus 0,77 hektar torpaq sahəsi həmin tarixdə X11 mülkiyyətinə verilmişdir. (Cild 1, iş vərəqləri 121-122) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin RX № ******* nömrəli çıxarışından görünür ki, 01 iyul 2014-cü il tarixdə Quba rayonunun Hacıqayıb kəndində yerləşən ehtiyat fondu torpaqları kateqoriyasına aid 0,77 hektar torpaq sahəsi **********14 reyestr nömrəsi ilə X11 adına qeydiyyata alınmışdır. (Cild 1, iş vərəqi 130) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan Quba rayon İcra hakimiyyəti başçısının 11 may 2017-ci il tarixli 73 nömrəli sərəncamı və torpaq sahəsinin icarəyə verilməsi haqqında həmin tarixli müqavilədən görünür ki, qeyd edilən tarixdə Quba rayonunun Zərdabi inzibati ərazi dairəsinin ərazisində yerləşən Qudyalçay çayının yatağından 15 hektar ərazi X11 istifadəsinə verilmişdir. (Cild 1, iş vərəqləri 63-68) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan "xxxx" MMC-nin Təqsirləndirilən şəxs tərəfindən MMC-yə ayrılmış ərazilərdə qanunsuz olaraq fəaliyyət göstərilməsi barədə 17 may 2017-ci il tarixli müraciəti əsasında Quba rayon polis şöbəsində toplanmış materialın surətindən görünür ki, aparılan araşdırma zamanı izahatı alınmış Təqsirləndirilən şəxs həmin dövrdə çay yatağında ona rəsmi qaydada ayrılmış hər hansı torpaq sahəsi olmadığı halda, rəhbərlik etdiyi karxanaya 27 hektar torpaq sahəsinin ayrılmasını bildirmişdir. (Cild 1, iş vərəqləri 69-71) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən verilmiş «fiziki şəxsin vergi uçotu haqqında» şəhadətnamədən görünür ki, 09 oktyabr 2018-ci il tarixdə X6 Nazirliyi yanında Bakı şəhəri X25 Departamentində (hazırki İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X25 Baş İdarəsi) ********** nömrəli VÖEN-lə qeydiyyata alınmışdır. (Cild 1, iş vərəqi 73) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsinin 10 oktyabr 2018-ci il tarixli 01093 nömrəli «Dağ-mədən ayırması» aktından görünür ki, «Qudyalçay» qum-çınqıl yatağında yer təki sahəsindən açıq (yeraltı) üsulla qum-çınqıl hasilatı məqsədi ilə fiziki şəxs Yasər Zərbəliyevə verilən dağ-mədən ayırması Quba rayonunun inzibati ərazisində yerləşmiş, topoqrafik planın surəti, həmçinin markşeyder planı üzərində 1, 2, 3, 4, 5, 6, 7, 8 və 9 künc nöqtələri ilə nömrələnmiş, dağ-mədən ayırması sahəsinin proyeksiyası yer səthinin planında 15 hektarda yerləşmiş, dağ-mədən ayırmasının müddəti 05 il olmuş, 10 oktyabr 2018-ci il tarixdə qeydiyyata alınmış, markşeyder planına uyğun olaraq x302969-y4587124, x303510-y4587148, x303689-y4587076, x303989-y4587050, x304001-y4586853, x303692-y4586888, x303495y4586994, x303247-y4587061, x302987-y4586983 künc nöqtələrinin koordinatlarında ərazi ayrılmışdır. (Cild 1, iş vərəqləri 58-61) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan X28 X5 28 oktyabr 2020-ci il tarixli baxış aktından görünür ki, baxış zamanı mərz nişanları mövcud olmamış, təyin olunmuş ərazidə və ərazinin kənarında fəaliyyət göstərilmiş, ərazinin kənarında x304433y4587321, x304557-y4587195, x304476-y4587214, x304416-y4587197, x304374-y4587143, x304307-y4587124, x304217-y4587071, x304217-y4587071, x304165-y4587000, x304069y4586928, x303995-y4586923, x303989-y4587051, x303689-y4587077, x303511-y4587148, x303294-y4587141, x303314-y4587174, x303461-y4587185, x303601-y4587189, x303732y4584145, x303837-y4587132, x304038-y4587148, x304196-y4587203, x304216-y4587268 koordinatlarda yerləşən 13,2 hektar sahədə aparılan orta istismarın dərinliyi 3,7 metr olmaqla ümumi hasil edilmiş həcm 488.400 m3 təşkil etmişdir. (Cild 1, iş vərəqləri 10-11) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan X28 X5 23 iyun 2021-ci il tarixli baxış aktından görünür ki, baxış zamanı mərz nişanları mövcud olmamış, ayrılmış ərazinin kənarında 370.743 m3 həcmdə qum-çınqıl hasilatı aparılması, çay yatağında təbii proseslər nəticəsində 70-100 sm ölçüdə bərpa prosesinin getməsi müşahidə olunmuşdur. (Cild 1, iş vərəqləri 12-13) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan X28 X5 10 mart 2021-ci il tarixli baxış aktından görünür ki, baxış zamanı karxananın istehsalat sahəsində bir ədəd suxur üyüdən avadanlıq, bir ədəd ekskavator, iki ədəd yükləyici kon və iki ədəd «Ural» modelli yük avtomobili aşkar edilmiş, sonuncu baxışdan sonra ayrılmış sahənin daxilində 1-ci sahədə 495 m2 sahədə orta istismar dərinliyi 2.0 metr olmaqla ümumilikdə 990 m3 həcmində, ayrılmış sahənin xaricində 1-ci sahədə 1.793 m2 sahədə orta istismar dərinliyi 1.5 metr olmaqla 2.689 m3 həcmində, 2-ci sahədə 1.568 m2 sahədə orta istismar dərinliyi 1.5 metr olmaqla 2.352 m3 həcmində qanunsuz olaraq qum-çınqıl hasilatının aparıldığı aşkar edilmiş, ümumilikdə 376.774 m3 həcmində qum-çınqıl xammal materialının hasil edildiyi müəyyən edilmişdir. (Cild 1, iş vərəqləri 55-57) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X28 X5 İdarə Heyətinin 27 may 2021-ci il tarixli 73 nömrəli qərarından görünür ki, 10 oktyabr 2018-ci il tarixli 01093 nömrəli «Dağmədən ayırması» aktı ilə X12 verilmiş yerin təkindən istifadə hüququ «Yerin təki haqqında» Qanunun 21-ci maddəsi ilə müəyyən edilmiş yer təkinin səmərəli istifadəsinə və mühafizəsinə aid əsas tələblərin, yer təkindən istifadə qaydasının və icazə şərtlərinin pozulmasına görə imzalandığı gündən ləğv edilmişdir. (Cild 1, iş vərəqləri 52-53) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin «Yerin təki sahəsində baş verən hüquq pozuntuları» haqqında 25 yanvar 2021-ci il tarixli 4/194-02-19 nömrəli məktubundan görünür ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyindəki X28 X5 əməkdaşları tərəfindən 2020-ci ilin sentyabr ayından etibarən Quba və Xaçmaz rayonları ərazisində mövcud olan faydalı qazıntı yataqlarında fəaliyyət göstərən karxanalarda monitorinqlər keçirilmiş, həmin monitorinqlərin nəticələrinə əsasən «Dağ-mədən ayırması» aktı icazə sənədi olmadan və ya müddətin bitməsinə baxmayaraq fəaliyyət göstərən, eləcə də istismar sahəsindən kənarda hasilat işləri aparan sahibkarlıq subyektləri aşkar edilmişdir. (Cild 1, iş vərəqləri 08-09) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X22 Xidmətinin 16 may 2022-ci il tarixli **********1 nömrəli məktubundan görünür ki, X11 adından ilk əmək müqaviləsi 10 dekabr 2018-ci il tarixdə, sonuncu isə 15 dekabr 2020-ci il tarixdə bağlanmaqla həmin dövr ərzində atası Təqsirləndirilən şəxs daxil olmaqla ümumilikdə 18 nəfər işə götürülmüş, hazırda Təqsirləndirilən şəxs istisna olmaqla bütün əmək müqavilələri ləğv verilmişdir. (Cild 1, iş vərəqləri 199-200) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan X28 X5 08 iyul 2022-ci il tarixli 19/807 nömrəli məktubuna əlavə edilmiş «Karxana fəaliyyətinin çayların hidrogeoekoloji şəraitinə mənfi təsiri haqqında» arayışından görünür ki, fiziki şəxs Yasər Zərbəliyevin adına rəsmiləşdirilmiş qum-çınqıl karxanasının Qudyalçayın məcrasında «Qudyalçay» qum-çınqıl yatağında fəaliyyəti nəticəsində çay məcrasına, onun dərinliyinin normadan çox artmasına gətirib çıxarmaqla bərabər çayın dib hissəsini tamamilə aşındırdığından yeraltı sular çaydan deyil, əksinə çayların yeraltı sulardan qidalanmasına gətirib çıxarmış, bunlar da öz növbəsində təbiətə ağır nəticələrə səbəb olan ziyan vurmuş, «Yerin təki haqqında» qanunun 46-cı maddəsinə əsasən yerin təki və X23 üzrə standartlar pozulmuş, faydalı qazıntı yatağının istismar üçün yararsız hala düşməsinə səbəb olmuşdur. Həmçinin, təbiət obyektlərinin vəziyyətinin müşahidə olunan dövrdə aradan qaldırılması mümkün olmayan və ya bunun üçün xeyli miqdarda maliyyə və maddi xərclərin tələb olunduğu dərəcədə pisləşmiş, mövcud vəziyyətə görə subyektiv səbəblərdən yaranan içməli və digər təyinatlı suların tez bir zamanda bərpası mümkün olmamışdır. (Cild 2, iş vərəqləri 23-25) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X13 Xidmətinin 14 sentyabr 2022-ci il tarixli 17/343 nömrəli məktubundan görünür ki, 2017-2019-cu illər ərzində Təqsirləndirilən şəxs və X15 tərəfindən X23 Departamentinin X23 üzrə Dövlət Fonduna hər hansı pul vəsaitlərinin ödənilməsi müəyyən edilməmişdir. (Cild 2, iş vərəqləri 194-196) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X28 X4 daxil olmuş 20 oktyabr 2022-ci il tarixli 19/1148 nömrəli məktubdan görünür ki, X12 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən 10 mart 2020-ci il tarixdə Quba rayonunun «Qudyalçay» qum-çınqıl yatağında yerləşən qum-çınqıl karxanasında yerin təkindən istifadə qaydalarını pozaraq istehsal məqsədi ilə 150 m3 həcmində qarışıq süxur götürülməsi faktı ilə əlaqədar 10 mart 2020-ci il tarixli 59254 saylı aktla tərtib olunmuş MN ******* nömrəli protokol əsasında 16 mart 2020-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək sonuncu İnzibati Xətalar Məcəlləsinin 243.0.1-ci maddəsi ilə 3.000 manat məbləğində inzibati cərimə olunmuşdur. Həmçinin, Bakı şəhəri, Binəqədi rayon məhkəməsinin 24 may 2021-ci il tarixli 2(001)-3792/2021 saylı Qətnaməsinə əsasən cavabdeh X10 495 manat təbiətə dəymiş ziyan alınaraq iddiaçı 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə ödənilməsi qət edilmişdir. Quba rayonu ərazisində yerləşən «Qudyalçay» qum-çınqıl yatağında «X31 Sənaye və Ticarət Anonim» şirkətinin qanunsuz qum-çınqıl hasilatı aparılması ilə bağlı cərimə edilməsinə dair hər hansı bir məlumat Agentlikdə mövcud olmamışdır. Sözügedən yataq sahəsindən istifadə üçün «X31 Sənaye və Ticarət Anonim» şirkətinə müvafiq icazə sənədi, yəni «Dağ-mədən ayırması» aktı verilməmişdir. (Cild 3, iş vərəqləri 80-100) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan Azərbaycan Respublikası Baş Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsindən daxil olmuş 18 oktyabr 2022-ci il tarixli ********* nömrəli məktubdan görünür ki, həmin idarədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 192.2.1, 247 və 308.2-ci maddələri ilə istintaq olunmaqla 20 may 2020-ci il tarixdə icraatı dayandırılmış ********* nömrəli cinayət işi üzrə müəyyən edilmiş qanunsuz qum-çınqıl hasilatının aparılmasına görə yalnız «X31 Sanayi və Ticaret Anonim» şirkəti tərəfindən 132.000 manat məbləğdə ödəniş edilməsi istintaq materiallarına əsasən müəyyən edilsə də, həmin ödənişin məhz hansı torpaq sahəsində, o cümlədən qeyd edilən koordinatlarda yerləşən 4,68 hektar torpaq sahəsində qanunsuz qum-çınqıl hasilatının aparılmasına görə həyata keçirilməsini müəyyən etmək mümkün olmamışdır. (Cild 3, iş vərəqi 70) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan Azərbaycan Respublikası Baş Prokurorluğunun Kriminalistika və informasiya texnologiyaları idarəsinin 31 may 2022-ci il tarixli xidməti məktubundan görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. (Cild 2, iş vərəqləri 215-219) Məhkəmə, iş üzrə tədqiq olunmuş yuxarıda şərh edilən sübutlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 188.4.2, 247 və 308.2-ci maddələri ilə düzgün tövsif edilmişdir. İş üzrə hüquqi məsələlərə istinad edərək məhkəmə qeyd edir ki, «Yerin təki haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu «Yerin təki haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində göstərilmişdir ki, yer təkinin, atmosferin, torpağın, meşələrin, suların, binaların və qurğuların yerin təkindən istifadə ilə əlaqədar işlərin zərərli təsirindən qorunmasını reqlamentləşdirən standartlara (normativlərə, qaydalara), eləcə də, Azərbaycan Respublikasının qanunvericiliyinə, habelə yerin təkindən istifadə üzrə standartlara riayət edilməsi, faydalı qazıntıların normadan artıq itkisinə, keyfiyyətinin aşağı düşməsinə yol verilməməsi, yerin təkindən istifadə prosesində geoloji, markşeyder və digər sənədlərin aparılması, həmin sənədlərin, kern və nümunələrin qorunması, yerin təkindən istifadə zamanı torpaq sahələrinin rekultivasiyasının təmin edilməsi, yerin təkindən istifadə ilə əlaqədar işlərin təhlükəsiz görülməsinin təmin edilməsi yer təki istifadəşisinin vəzifələridir. «Yerin təki haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsində göstərilmişdir ki, yer təki sahəsi istifadəçisinə yerin təki sahəsində faydalı qazıntıların çıxarılması, faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan yeraltı qurğuları tikmək və istismar etmək üçün icazənin bu Qanunda və «Lisenziyalar və icazələr haqqında» Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sənədlər əsasında «Dağ-mədən ayırması» statusunun müəyyən edilməsi şəklində verilir. «Yerin təki haqqında» Azərbaycan Respublikası Qanununun 20-ci maddəsində göstərilmişdir ki, yerin təkindən istifadə hüququ verən icazənin sahibi icazədən yalnız özü istifadə edə bilər və onu başqa şəxsə verə bilməz. «Yerin təki haqqında» Azərbaycan Respublikası Qanununun 21-ci maddəsində göstərilmişdir ki, yer təkinin istifadəyə verilməsinin qanunvericiliklə müəyyən edilmiş qaydasına riayət olunması və yerin təkindən özbaşına istifadəyə yol verilməməsi, faydalı qazıntı yataqlarının işlənilməsi zamanı yerin təkindən çıxarılan və yerin təkində saxlanılan faydalı qazıntıların və yanakı komponentlərin uçotu, ətraf mühitin qorunması, torpaqların rekultivasiyası, dağ qazmalarının konservasiyası qaydalarına əməl edilməsi yerin təkinin səmərəli istifadəsinə və mühafizəsinə aid əsas tələblərdir. «X23 haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində göstərilmişdir ki, X23 sosial-iqtisadi, mənəvi-estetik problemlərin qarşılıqlı həlli, ərazilərdə ekoloji tarazlığın təmin edilməsi və pozulmuş təbii ekoloji sistemlərin bərpası, təbii ehtiyatların səmərəli istifadə olunması və bərpası, təbiətdən istifadənin və X23nin iqtisadi stimullaşdırılmasının tətbiq edilməsi, ətraf mühitin bioloji müxtəlifliyinin qorunmasının təmin edilməsi, dövlət nəzarəti, Qanunun və X23 sahəsində digər normativ hüquqi aktların pozulmasına görə məsuliyyət, ətraf mühitə zərər vurulmasının qarşısının alınması və vurulan zərərin qiymətləndirilməsi, X23 sahəsində əhalinin və vətəndaş cəmiyyəti institutlarının iştirakı, X23 sahəsində beynəlxalq əməkdaşlıq, ekoloji ekspertizaya təqdim olunan məlumatların dolğunluğu və düzgünlüyü, ekoloji ekspertizanın həyata keçirilməsində qanunçuluğun, aşkarlığın və şəffaflığın təmin edilməsi, təbiətdən tənzimlənməyən istifadənin potensial təhlükəliliyinin nəzərə alınması kimi prinsiplərə əsaslanır. «X23 haqqında» Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin 2-ci bəndində qeyd olunmuşdur ki, ətraf mühiti qorumaq hər bir kəsin vəzifəsidir. «X23 haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsində göstərilmişdir ki, X23 və təbii resursların bərpası üzrə tədbirləri müəyyən edilmiş qaydada həyata keçirmək təbiətdən istifadəçinin vəzifəsidir. «X23 haqqında» Azərbaycan Respublikası Qanununun 35-ci maddəsində göstərilmişdir ki, torpaqdan, yerin təkindən, havadan, su hövzələrindən, meşələrdən və başqa bitkilərdən, heyvanlar aləmindən, müstəsna ekoloji, elmi və mədəni dəyərə malik olan ətraf mühit obyektlərindən, xüsusi mühafizə olunan təbiət ərazilərindən və ekoloji fəlakət şəraitli olan ərazilərdən istifadədə ekoloji tələblər normativ hüquqi aktlarla tənzimlənir. Təbii ekoloji tarazlıqda olan sistemlərin pozulmasına səbəb olan, habelə insanın, bitki və heyvanlar aləminin genetik fondunun məhv edilməsinə, əhalinin həyat və sağlamlığı üçün təhlükəli olan fəaliyyətlərə icazə verilmir. «X23 haqqında» Azərbaycan Respublikası Qanununun 41-ci maddəsində qeyd olunmuşdur ki, müəssisələrin, qurğuların və başqa obyektlərin istismarı X23 üzrə layihədə göstərilmiş bütün ekoloji tələblərin tam həcmdə yerinə yetirilməsi şərti ilə həyata keçirilir. Son hədləri yol verilən normativlər səviyyəsində zərərli maddələrin və tullantıların zərərsizləşdiriləsi, istifadə edilməsi üzrə təmizləyici qurğularla və avadanlıqlarla təmin edilməyən, təbii resursların səmərəli istifadəsi, bərpası və torpaqların rekultivasiyası üzrə layihələşdirmə işləri başa çatdırılmadıqda müəssisələrin, qurğuların və obyektlərin istismara verilməsi qadağan edilir. «X23 haqqında» Azərbaycan Respublikası Qanununun 78-ci maddəsində göstərilmişdir ki, X23 haqqında qanunvericiliyin pozulmasında təqsirkar olan hüquqi və fiziki şəxslər, o cümlədən vəzifəli şəxslər Azərbaycan Respublikasının Mülki, İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.4.2-ci maddəsinə əsasən, şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsini özbaşına hasarlama, becərmə və ya dəyişdirmə, yaxud həmin torpaq sahəsini başqa üsullarla özbaşına tutma cinayət məsuliyyətinə səbəb olur. Həmin maddədə torpaq sahəsini özbaşına tutma dedikdə, torpağın mülkiyyətçisinin və digər qanuni sahibinin razılığı, yaxud dövlət və ya bələdiyyə torpağının istifadəyə ayrılması haqqında qanunvericiliklə nəzərdə tutulmuş qaydada rəsmiləşdirilmiş sərəncam olmadan torpaq sahəsini ələ keçirmə başa düşülməlidir. Bu zaman təqsirkar qanunsuz ələ keçirdiyi torpaq sahəsinə faktiki sahiblik etməyə və ondan faktiki istifadə etməyə başlamış olur. İbtidai istintaq və məhkəmə istintaqı ilə təsdiq olunmuşdur ki, Təqsirləndirilən şəxs Quba rayonu ərazisində «Qudyalçay» qum-çınqıl yatağında 0,77 hektar torpaq sahəsini içərisində qarışıq süxur emal etmək üçün nəzərdə tutulmuş avandanlıq və qurğular olan müəssisə ilə birlikdə 2013cü ilin sentyabr ayında qeyri-rəsmi qaydada, 10 aprel 2014-cü il tarixdə isə rəsmi qaydada övladı Yasər Zərbəliyevin adına satın almış, 2013-cü ilin oktyabr ayından etibarən tamah niyyətilə öz qulluq mövqeyindən istifadə etməklə işçiləri qeyri-rəsmi qaydada işə cəlb etməklə fəaliyyətə başlamış, 10 oktyabr 2018-ci il tarixədək torpaq sahəsinin ayrılmasına dair müvafiq sərəncam və yerin təkindən qarışıq süxur hasilatı ilə bağlı müvafiq «Dağ-mədən ayırması» aktı almadan, 10 oktyabr 2018-ci il tarixdə isə övladı Yasər Zərbəliyevin adına «Dağ-mədən ayırması» aktı alınsa belə, faktiki rəhbərlik etdiyi müəssisə tərəfindən ayrılmış ərazidən kənarda qanunsuz istismar işlərini davam etdirməklə 10 mart 2022-ci il tarixədək dövlət mülkiyyətinə məxsus 4,68 hektar sahədə yerləşən torpaq sahəsini hər hansı mülkiyyət, istifadə, icarə hüququ olmadan özbaşına tutub həmin torpaq sahəsində qarışıq süxur əldə etmək məqsədilə qanunsuz qum-çınqıl istismarı aparmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 247-ci maddəsinə əsasən, sənaye, kənd təsərrüfatı, elmi və digər obyektlərin layihələşdirilməsi, yerləşdirilməsi, tikintisi, istismara buraxılması və istismarı zamanı X23 qaydalarına riayət olunması üçün cavabdeh şəxslər tərəfindən bu qaydaların pozulması radioaktiv fonun əhəmiyyətli dərəcədə dəyişməsinə, insan sağlamlığına zərər vurulmasına və ya heyvanların kütləvi məhvinə və ya digər ağır nəticələrə səbəb olduqda cinayət məsuliyyətinə səbəb olur. Həmin maddədə sənayedə və digər obyektdə aparılan istismar işləri zamanı X23 qaydalarına riayət olunması üçün cavabdeh şəxslər tərəfindən bu qaydaların pozulmasının ağır nəticələrə səbəb olması dedikdə, göstərilən fəaliyyət nəticəsində ətraf mühitin keyfiyyətinin, yaxud təbiət obyektlərinin vəziyyətinin müşahidə olunan dövrdə aradan qaldırılması mümkün olmayan və ya bunun üçün xeyli miqdarda maliyyə və maddi xərclərin tələb olunduğu dərəcədə pisləşməsi, ayrı-ayrı obyektlərin məhv olması, torpaqların deqradasiyası və ətraf mühitin təbiətdən istifadənin qanuni növlərinin, təbiətin qorunub saxlanılması vəzifələrinin həyata keçirilməsinə mane olan digər neqativ xarakterli dəyişilmələri başa düşülür. Eyni zamanda, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2-ci maddəsinə əsasən, vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulması ağır nəticələrə səbəb olduqda cinayət məsuliyyətinə səbəb olur. Həmin maddədə ağır nəticələr dedikdə, dövlət idarə və müəssisəsinin işini pozma, vətəndaşların hüquq və azadlıqlarını kütləvi şəkildə pozma, vətəndaşlara, dövlətə və ayrı-ayrı təşkilatlara əmlak xarakterli mühüm ziyan vurma və s. başa düşülməlidir. Beləliklə kifayət qədər təsdiq olunmuşdur ki, Təqsirləndirilən şəxs xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə rəhbərlik etdiyi karxana tərəfindən uzun müddət ərzində vahid niyyətlə, yəni 2013-cü ilin oktyabr ayından 2022-ci ilin mart ayınadək çay yatağından qanunsuz qum-çınqıl hasilatının aparılması istismar işlərinin aparıldığı Quba rayonunda Qudyal çayının «Qudyalçay» yatağından keçən dərəsinin genişlənməsinə, çayın məcrasındakı torpaq sahəsinin kəskin erroziyaya məruz qalmasına, çay yatağında yarğanların əmələ gəlməsinə, yeraltı suların axın istiqamətinin dəyişməsinə, qurunt sularının yer səthinə çıxması nəticəsində torpağın münbit qatının deqradasiyaya uğraması ilə təbiətin bu yöndə mənfi təsirə məruz qalmasına, ətraf mühit üçün təhlükə yaranmasına yəni, ərazinin ekoloji tarazlığının pozulması ilə bağlı bərpası mümkün olmayan və insanların konstitusiya ilə təsbit olunmuş sağlam ətraf mühitdə yaşamaq hüquqlarının qorunması və dövlətin ekoloji tarazlığın saxlanılması istiqamətində siyasətinə, yəni dövlətin və cəmiyyətin mənafeyinə ağır nəticələrə səbəb olan zərər vurmuşdur. Məhkəmə təqsirləndirilən şəxsin öz müdafiəsi üçün gətirdiyi dəlilləri əsassız hesab edərək belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Məhkəmə həmçinin qeyd edir ki, Şahid7 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi işin hallarına uyğun olmaqla, toplanmış digər sübutlar və işin obyektiv halları ilə təsdiq olunduğundan, bu ifadə iş üzrə mötəbər sübutlar kimi qəbul edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs tərəfindən qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 188.4.2, 247 və 308.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsi tam sübuta yetirilmişdir. O, bu əməlləri qəsdən törətmiş və bu cinayətlər başa çatmamış cinayət olmaqla təsnifata görə ağır və az ağır cinayətlər kateqoriyasına aid edilirlər. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Ona qanunla müəyyən edilmiş qaydada ittiham olunduğu maddələrin sanksiyaları hədlərində azadlıqdan məhrum etmə növündə əsas cəza təyin edilməli, həmçinin əlavə cəza da təyin edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə qeyd olunan Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Məhkəmə bu qənaətə gəlir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.4.2 və 247 maddələrinin sanksiyalarında əlavə cəza nəzərdə tutulmasa da Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 46.2-ci maddəsində nəzərdə tutulmuş qaydada müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əlavə cəza təyin edilməsi zəruridir. Belə ki, məhkəmə, təqsirləndirilən şəxsin qəsdinin yönəldiyi ictimai münasibətlərin xarakterini, ona istinad edilən cinayət əməlini törətməsinin faktiki hallarını da nəzərə alaraq hesab edir ki, bu əlavə cəzanın yaradacağı digər məhdudiyyətlərlə bərabər həm də mənəvi-psixoloji təsiri cəzanın tənbeh təsirinin gücləndirilməsinə, onun təkrar cinayət törətməsinin qarşısını almağa, bununla da cəzanın Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərinə nail olunmasına xidmət edəcəkdir. Məhkəmə gəldiyi bu qənaəti Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2, 46.3-cü maddələrinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.14-cü maddəsinin şərh edilməsinə dair” 14 noyabr 2011-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqe baxımından da əsaslı hesab edir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin tamah məqsədi ilə öz qulluq mövqeyindən istifadə edərək torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozması, eləcə də, tamah məqsədi ilə işlərin yerinə yetirilməsi zamanı X23 qaydalarını pozması onun məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 21 iyun 2022-ci il tarixdə Bakı şəhəri Binəqədi rayon məhkəməsinin həmin tarixli qərarı ilə həbs edilmiş, həbs etmənin əvvəli eyni tarixdən hesablanmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (Cild 2, iş vərəqləri 02-07) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 21 iyun 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə qeyd edir ki, iş üzrə xüsusi müsadirə edilməli əmlak müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq məhkəmə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar qeyd edir ki, iş üzrə maddi sübut yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsdən 200 (iki yüz) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsin qohumları tərəfindən onun hüquqlarının müdafiəsi üçün müdafiəçi ilə müqavilə bağlandığından, müdafiəçinin hüquqi yardımı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməməlidir. Bundan başqa, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia həmin Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur, 179.2-ci maddəyə əsasən isə mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Həmin Məcəllənin 181.1-ci maddəsinə əsasən ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda və ya ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda, əmlakına dəymiş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır. 187-ci maddəyə əsasən mülki iddianın miqdarından asılı olmayaraq ona cinayət işinin və ya cinayət təqibi ilə bağlı digər materialın aid olduğu məhkəmədə müvafiq olaraq həmin işlə və yaxud materialla birlikdə baxılır və cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə qərarı məhkəmə öz hökmündə göstərir. İş üzrə mülki iddiaçı - zərərçəkmiş şəxs Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Mineral X1 bu və digər tələblərinə əməl etməklə mülki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Qudyalçay” qum-çınqıl yatağından faydalı qazıntıların qanunsuz hasilatı nəticəsində dövlətə vurulmuş 583.128 (beş yüz səksən üç min yüz iyirmi səkkiz) manat məbləğində maddi ziyanın mülki cavabdeh Təqsirləndirilən şəxs tutularaq Mineral-xammal Bazasının Bərpası üzrə Dövlət Fondunun hesabına ödənilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin cinayət əməlləri və bu əməllər nəticəsində dövlətə maddi ziyan vurulması sübuta yetirildiyindən, verilmiş mülki iddia tam təmin edilməklə təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs vurulmuş maddi zərərlə bağlı 583.128 (beş yüz səksən üç min yüz iyirmi səkkiz) manat məbləğində pul tutulmaqla zərərçəkmiş şəxs və mülki iddiaçı olan hüquqi şəxsin mülki iddiada göstərdiyi Mineral-xammal Bazasının Bərpası üzrə Dövlət Fondunun hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346- 347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.4.2, 247 və 308.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.4.2-ci maddəsi ilə həmin Məcəllənin 46.2-ci maddəsi tətbiq olunmaqla 01 (bir) il 06 (altı) ay müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 247-ci maddəsi ilə həmin Məcəllənin 46.2-ci maddəsi tətbiq olunmaqla 01 (bir) il 06 (altı) ay müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddəsinə əsasən təyin edilmiş əsas və əlavə cəzaları qismən toplamaq və əlavə cəzanı əsas cəzaya birləşdirilmək yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin olunan azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli 21 iyun 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə verilmiş mülki iddia təmin edilməklə Təqsirləndirilən şəxs 583.128 (beş yüz səksən üç min yüz iyirmi səkkiz) manat məbləğində pul tutulmaqla Azərbaycan Respublikası Mineralxammal Bazasının Bərpası üzrə Dövlət Fondunun hesabına köçürülsün. Təqsirləndirilən şəxs 200 (iki yüz) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar