Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(124)-304/2024 27.11.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X1 (sədrlik edən), X8 və X3 ibarət tərkibdə, Məhkəmə iclas katibi - Feyzullazadə Əli Elşən oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər https://ecms.justice.loc/Documents/CaseParties.aspx?caseId=2531789Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxsin nümayəndəsi - Nümayəndə2, Cinayət törətdiyi zaman anlaqsız vəziyyətdə olmuş şəxs Təqsirləndirilən şəxs Şıxı oğlunun müdafiəçiləri - Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Cinayət törətdiyi zaman anlaqsız vəziyyətdə olmuş şəxs Təqsirləndirilən şəxs Şıxı oğlunun qanuni nümayəndəsi – https://ecms.justice.loc/Documents/CaseParties.aspx?caseId=2531789Nümayəndə1 iştirakları ilə, xx.xx.1953-cü il tarixdə Qusar rayonu, Xuray kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanda qeydiyyatda olan, cinayət törədərkən və hazırda anlaqsız vəziyyətdə olan, psixi vəziyyətinə görə cinayət prosesində iştirak edə bilməyən, cinayət prosessual fəaliyyət qabiliyyəti olmayan, barəsində xüsusi tibb müəssisəsinə (psixiatrik stasionara) yerləşdirmək təhlükəsizlik tədbiri tətbiq edilmiş, məhkəmənin qərarı ilə Səhiyyə Nazirliyi Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilmiş, təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.2.3, 29, 120.2.4, 29, 129.2.7, 29, 120.2.9-cu maddələrində nəzərdə tutulmuş ictimai təhlükəli əməli törədən zaman anlaqsız vəziyyətdə olmuş Təqsirləndirilən şəxs Şıxı oğlunun cinayət məsuliyyətindən azad edilməsi və barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə dair cinayət işinin materiallarına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Şıxı oğlu əziyyət çəkdiyi “üzvi sayıqlama pozuntusu” psixi xəstəliyindən sayıqlama fikirlərinin təsiri altında anlaqsız vəziyyətdə, yəni öz əməlinin faktiki xarakteri və ictimai təhlükəliliyini dərk etmək və onu idarə etmək iqtidarı olmadan 28 fevral 2023-cü il saat 20 radələrində oğlu Şahid2 ilə rəsmi nikahda olan gəlini Zərərçəkmiş şəxs1 ailəsinə xəyanət etməsindən şübhələnib, sonuncunun xəyanətini ifşa etmək üçün azyaşlı uşaqları 2014-cü il təvəllüdlü Ayla, 2019-cu il təvəllüdlü Melissa və 2022-ci il təvəllüdlü Kamilla Mirzəmmədovaları gəzintiyə çıxardığı vaxtda izləmiş, yolda olarkən Sumqayıt şəhər İcra Hakimiyyətinin binasının yaxınlığında Zərərçəkmiş şəxs1 xəyanət etdiyi şəxs ilə telefonda danışdığını güman edərək həqiqətdə mövcud olmasa da, şübhəsinin həqiqət olduğunu zənn edərək etdiyi xəyanətə görə qisas almaq niyyəti ilə Zərərçəkmiş şəxs1 qəsdən öldürmək qərarına gəlmiş, bu məqsədlə 1 mart 2023-cü il tarixdəsaat 10 radələrində birgə yaşadıqları Sumqayıt şəhəri 4-cü məhəllə 28A/27 saylı binanın 1 nömrəli mənzilinin yataq otağından eyvana açılan qapısının arxasında özünə məxsus soyuq silah hesab edilməyən məişət-təsərrüfat təyinatlı baltanı əlində saxlayaraq pusquda durub cinayətkar niyyətini həyata keçirmək üçün gözləmiş, saat 10:30-da eyvana keçdiyi vaxtda Zərərçəkmiş şəxs1 başından həmin balta ilə qəsdən vurub pəncərənin qarşısında yerə yıxmış, bunu görən azyaşlı qızları Ayla və Şahid1lar ondan anası Zərərçəkmiş şəxs1 öldürməmək üçün aman dilədikdə, yalvarışlarına məhəl qoymayaraq müstəsna dərəcədə qəddarlıq və rəhmsizlik göstərib, gözləri qarşısında xüsusi əzab verdiyini dərk edərək xüsusi amansızlıqla Zərərçəkmiş şəxs1 balta ilə boynundan və başından qəsdən vurub zərbələr yetirməyə davam etmiş, onun qarşısına keçib hərəkətlərini dayandırmaq istəyən sonuncunun qızı, azyaşlı olduğuna görə özünü müdafiə etmək iqtidarında olmadığını bildiyi aşkar surətdə köməksiz vəziyyətdə olan 2014-cü il təvəllüdlü nəvəsi Zərərçəkmiş şəxs2 ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar öldürmək məqsədi ilə anası Zərərçəkmiş şəxs1 və bacısı Şahid1 gözü qarşısında müstəsna dərəcədə qəddarlıq və rəhmsizlik göstərib, xüsusi əzab verdiyini dərk edərək xüsusi amansızlıqla eyvana qonaq otağından açılan qapının qarşısında eyni balta ilə başından qəsdən bir dəfə vurub açıq kəllə beyin travması, baş beyinin yüngül dərəcəli əzilməsi, sağ alın nahiyəsinin kiçik həcmli epidural hematoması, alın sümüyünün sağ tərəfli basılmış sınığı, sağ alın nahiyyəsinin çapılmış yarası kimi həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid xəsarət yetirdikdən sonra Zərərçəkmiş şəxs1 onun əlindəki baltanı tutub Zərərçəkmiş şəxs2 zərbələr yetirməsinin qarşısını aldığından öz iradəsindən asılı olmayan səbəblərə görə Zərərçəkmiş şəxs2 öldürməyə yönələn qəsdən etdiyi hərəkətləri başa çatdıra bilməmiş, Zərərçəkmiş şəxs1 ilə qarşılıqlı mübarizə şəraitində mənzilin yataq otağına keçərək sonuncunu oradakı çarpayının üstünə yıxmış və çarpayıdan sürüşdürüb döşəmədə sonuncunun üstündə oturaraq eyni balta ilə qəsdən zərbələr yetirməyə davam etmiş, ümumiliklə Zərərçəkmiş şəxs1 başından, boynundan, bədənindən ən azı 15 dəfə balta ilə qəsdən vursa da, əynindəki paltarın qalınlığına və bəzi zərbələrdən yayındığına görə yalnız 4 balta zərbəsi ilə qəsdən ümumilikdə qapalı kəllə beyin travması, baş beynin silkələnməsi, alın nahiyəsinin və sağ təpə gicgah nahiyəsinin çapılmış yarası, sağ əlin ovuc səthinin İİ barmağının vətərinin kəsilməsilə kəsilmiş yarası, sol əlinin birinci barmağının vətərinin kəsilməsilə kəsilmiş yarası kimi sağlamlığın uzun müddət pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid xəsarətlər yetirmiş, zərbələrdən fürsət tapan Zərərçəkmiş şəxs1 fəal müqaviməti nəticəsində onun sağ əlini dişləyib sol əli ilə tutduğu baltanı dartıb əlindən aldıqdan sonra eyvana, oradan da həyətyanı sahəyə çıxaraq yolun kənarına həmin baltanı tullayıb hadisə yerindən uzaqlaşdığına, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 hadisə yerində gələn polis əməkdaşları tərəfindən Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasına aparılaraq onlara vaxtında adekvat tibbi yardım göstərilməsi nəticəsində öz iradəsindən asılı olmayan səbəblərə görə aşkar surətdə köməksiz vəziyyətdə olan Zərərçəkmiş şəxs2 ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar xüsusi amansızlıqla qəsdən öldürməyə, Zərərçəkmiş şəxs1 isə qisas almaq niyyətilə xüsusi amansızlıqla qəsdən öldürməyə, yəni iki şəxsi qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs Şıxı oğlu barəsində təqdim edilmiş sübutlar aşağıdakı qaydada tam, hərtərəfli və obyektiv araşdırılmış və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.2.3, 29, 120.2.4, 29, 129.2.7, 29, 120.2.9-cu maddələrində nəzərdə tutulan ictimai təhlükəli əməlin onun tərəfindən anlaqsız vəziyyətdə törədilməsi tam təsdiq olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs Şıxı oğlu məhkəmə qərarı ilə cinayət prosessual fəaliyyət qabiliyyətsiz hesab edildiyindən, onun ibtidai araşdırma dövründə müdafiəçinin də iştirakı ilə təqsirləndirilən şəxs qismində dindirilərkən verdiyi ifadələri elan olunaraq tədqiq olunmuş və Təqsirləndirilən şəxs Şıxı oğlu anlaqsız vəziyyətə cinayət törətməsi müəyyən edilməzdən əvvəl təqsirləndirilən şəxs qismində cəlb edildikdə özünü elan olunmuş ittihamlar üzrə qismən təqsirli bilərək ifadələrində göstərmişdir ki, Sumqayıt şəhəri, 4-cü məhəllə bina 28A/27, 1 nömrəli mənzil onun mülkiyyətindədir. Burada mərhum arvadı Təhminə ilə yaşamış, sonradan oğlu Ruslan da Zərərçəkmiş şəxs1 ilə evlənib burada yaşamışdır. Sevinc gəlin gələndə arvadı Təhminə hələ sağ idi. Həmin ünvanda gəlini Zərərçəkmiş şəxs1, nəvələri Ayla, Melissa və Kamilla ilə birlikdə yaşamışdır. Oğlu Ruslan isə işləmək üçün Rusiya Federasiyasına gedib-gəlirdi. Mənzili 3 otaqlıdır, eyvanı və eyvandan açılan həyətyanı sahəsi vardır. Eyvana açılan otaqda özü qalır. Digər iki otaqda isə gəlini Zərərçəkmiş şəxs1 və nəvələri qalırlar. Ona məxsus soyuducu evin mətbəxindən ayrıdır, gəlini Sevinc bir neçə ildir kı, ona diqqətlə yanaşmır, paltarını yumur, yeməyini bişirmirdi. Bundan narazılığını dəfələrlə oğlu Ruslana və qızına demişdir. Ruslanın bütün söhbətlərdə arvadı Sevincin tərəfini tutduğuna görə artıq Ruslana da heç nə deməmişdir. O, 2016-2017-cı ilərdə insult keçirib Sumqayıt Təcili Yardım Xəstəxanasında müalicə almış, həmin vaxtdan da sağ qolu va ayağında hissiyyat olsa da, məhdud hərəkət qabiliyyətlidir. Belə vəziyyətdə məcbur olub paltarını özü yuyur, yeməyini özü bişirir, gəlini Sevinc sanki o yox imiş kimi davranaraq onunla heç maraqlanmamışdır. Son vaxtlar isə onun belə davranışları lap artmışdır. 28 fevral 2023-cü il tarixdə axşam saatlarında gəlini Zərərçəkmiş şəxs1 azyaşlı nəvələri Kamilla, Melissa və Aylanı birlikdə havada gəzdirmək üçün yaşadığı evdən çıxdıqda onların arxasınca düşərək güdməyə başlamışdır. Sevincin onun oğlu Ruslana xəyanət etməsindən xeyli vaxt əvvəldən şübhələndiyi üçün bu hərəkətlərinin üstunu açmaq istəmişdir. Buna görə də son vaxtlar ciddi şəkildə izləmək, hər gördüyü işə, danışdığı səxslərə və davranışlarına nəzarət etmək fikrində olmuşdur. Yaşadığı binadan çıxan Sevinc uşaqlarla birlikdə hərəkət edərkən Sumqayıt şəhər Polis idarəsinin 3-cu polis bölməsinin yaxınlığında nəvəsi Melissa onu gördükdə sevinərək onu "baba" deyə səsləmiş və gəlini Sevinc də onun arxasında düşdüyünü görmüşdür. Sevinc ondan nə üçün arxasınca düşdüyünü soruşduqda, bir ailə kimi arxasınca gəlməyinin qəbahət olmadığını demişdir. Bundan sonra Melissa onunla getmək istəmişdir. O, Melissa ilə hərəkət etsə də, yenə də Sevinci izləmişdir. Sevinc uşaq arabasında Kamilla və Ayla ilə birlikdə Sumqayıt şəhər İcra Hakimiyyətinin yanında telefonla danışmışdır. Bu vaxt əks yolda əvvəllər tanımadığı bir nəfər kişinin də telefonu götürüb qulağına qoyduğunu gördükdə gəlini Sbvincin telefonda elə bu şəxs ilə danışdığını güman etmişdir. Elə Sumqayıt şəhər icra Hakimiyyətinin yanında artıq Sevinc geri dönərək evə doğru Kamilla və Ayla ilə birlikdə qayıtmışdır. O da Melissa ilə eyni yolla evə qayıtsa da, Sevinc onunla eyni yoldan qayıtmışdır. Bu onun Sevincin ərinə, yəni oğlu Ruslana xəyanət etməsində şübhələrini artırmışdır. O, Melissa ilə evə qayıtdıqdan 10 dəqiqə sonra Sevinc Ayla və Kamilla ilə birlikdə evə qayıtmışdır. Sevinc evə gələn kimi onunla mübahisə edərək nəyə görə arxasında düşdüyünü soruşmuş və ona bir daha bu hərəkətini, yəni onun arxasınca düşərək izləməyi dayandırmağını tələb etmişdir. O da Sevincə əgər belədirsə, artıq heç vaxt Sevinci güdməyəcəyini demişdir. Həmin gecə artıq Sevincin ona qarşı saymazyana hərəkətləri onu hirsləndirmişdir. Bundan 5-6 gün əvvəl evdə olanda Melissadan xəlvəti olaraq anası Sevinc ilə nələr etdiyini soruşduqda, Melissa ona “bir əmi var idi, maşına mindik ora əmi pis sürürdü, amma, başqa əmi var idi, o maşını yaxşı sürürdü" sözlərini demişdi. Melıssanın bu dedikləri ilə əlaqədar nə Sevincdən, nə də başqasından heç nə soruşmamış, eyni vaxtda başqa yolla da Sevincin hansı maşına minməsini aydınlaşdırmamışdır. Həmin gecə Melissanın bu sözləri də onu hiddətləndirmişdir. Onsuz da, gəlini Sevinc ona qaynata kimi münasibət göstərmir, hörmətimi saxlamır, paltarımı yumur, yeməyimi bişirmirdi. X7 xəyanət etməsi ilə ona qarşı hörmətsizlik etməsini götürə bilməmiş, bununla razılaşa bilməmişdir. Bu səbəblərdən Sevinci qorxutmaq üçün balta ilə vurmaq qərarına gəlmişdir. O, əvvəllər usta işlədiyi üçün eyvandakı çamadanda təsərrüfat baltası var idi. Həmin günün səhərisi Sevincin uşaqların paltarlarını yuyacağını bilirdi və elə həmin vaxt da Sevinci balta ilə vurmaq fikrində olmuşdur. 1 mart 2023-cü il tarixdə səhər oyandıqdan sonra paltaryuyan maşının işlədiyini, yəni uşaqların paltarlarının yuyuldüğunu gördükdə, artıq əvvəlki gecə planlaşdırdığı kimi Sevinci vurmaq imkanının olduğunu başa düşmüşdür. Saat 9 radələrində paltaryuyanda paltarların yuyulması başa çatdığı üçün səsi kəsilmiş, bir qədər sonra Sevincin paltarları ipdən asacağını yəqin edərək evyana çıxıb oradakı çamadandan təsərrüfat baltasını götürmüşdür. Balta sellofanda olmuşdur. Baltanı yatdığı otaqdan eyvana açılan plastik qapının arxasına qoymuşdur. Saat 10:30-da Sevinc paltarları ipdən sərmək üçün eyvana girmiş, eyvanda Sevinc üzü eyvan tərəfə əyilərək içərisində yuyulmuş paltarlar olan plastik zəmbili götürüb qaldırdıqda onun arxasından əlimdəki baltanın iti tərəfi ilə Zərərçəkmiş şəxs1 başına vurmuşdur Zərərçəkmiş şəxs1 onu balta ilə vurmağından yerə yıxılmışdır. Sevinci vuranda baltanı sol əlimdə tutmuşdur. İkinci dəfə Zərərçəkmiş şəxs1m balta ilə vuranda əli ilə baltanın sapından tutaraq əlimdən almaq istəmişdir. Qışqırığa digər otaqdan azyaşlı nəvəsi Ayla onun yatdığı otaqdan eyvanı görmüşdür. Ayla içəri girəndən sonra anası Sevinc ilə yanaşı Ayla da onun əlindən baltanı götürmək istəmişdir. Həmin vaxt Melissa da eyvana baxmış, ona “ay baba vurma, qurban olum vurma” sözlərini demişdir. Sevinc Aylaya qışqıraraq qonşuya getməsini tapşırmışdır. Ayla da eyvandan onun yatdığı otağa keçərək oradan da evdən çıxmışdır. O isə Sevinc ilə baltanı dartışdıraraq yataq otağına keçmişdir. Ayla otağa qayıdanda onun əynindəki paltarı qanlı görüb əlindəki baltanı dartışdırdığı zaman ona xəsarət yetirdiyini başa düşmüşdür. Ancaq, dəqiq olaraq Aylaya harada və necə xəsarət yetirməyi yadında deyil. Bircə onu bilir ki, həmin vaxt otaqda Sevinc idi və əlindən baltanı almaq istəyirdi, Melissa isə kənardan qışqıraraq ağlayırdı. Yataq otağında Zərərçəkmiş şəxs1m yerə yıxıb üstünə oturmuş, balta ilə Sevincə zərbələr yetirmiş, Sevinc isə əli ilə zərbələri dəf etmişdir. Sevin onun sağ əlimdən dişləmiş və əlindəki baltanı alaraq eyvana qaçmışdır. O da Sevincin arxasında eyvana qaçanda Sevincin əlində balta eyvandan çıxaraq həyətyanı sahədən küçəyə çıxdığını görmüşdür. O da Sevinc arxasında eyvandan çıxdıqdan sonra səs-küyə qonşuların yığıldığım görmüşdür. Yığılan qonşulardan ancaq Leyla, Leylanın anası adını bilmədiyi qadın yadındadır. Digər qonşuların kim olması yadında deyil. Qonşular yığıldığına görə küçədən baltanı götürsə də, evə girməmiş, həyətyanı sahədəki çalaya baltanı tullayaraq oradan uzaqlaşmışdır. Onun Sumqayıt şəhər Polis idarəsinin 3-cü polis bölməsinə gedərək könüllü təslim olmaq fikri olmuş, bir qədər yol getdikdə 16-cı məhəllədə polislər xidməti avtomobil ilə onu saxlayıb avtomobilə mindirərək polis idarəsinə gətirmişdirlər. Təqsirləndirilən şəxs həmçinin ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1m ona hörmətsizlik etməsinə görə qorxutmaq istəmiş, bunun üçün balta ilə onu vurmuşdur. Zərərçəkmiş şəxs2 isə baltanın təsadüfən dəydiyini güman edir. Dəqiq olaraq onu necə vurduğu yadında deyil. Eyvanda olanda Sevincin başının arxasından bir dəfə vurduqdan sonra onun müqaviməti ilə qarşılaşmış, bundan sonra da eyvanda və onun yatdığı otaqda Zərərçəkmiş şəxs1 ilə mübarizə şəraitində olmuşdur. Sevinc onun əlindən baltanı almaq istədiyi vaxtda gücü çatdığı qədərilə balta ilə zərbələr yetirmişdir, ancaq, zərbələrin sayı dəqiq yadında deyildir. Çarpayıda da Sevinc ilə tutaşmış ola bilər, ancaq, Sevinci orada neçə dəfə balta ilə vurmağı dəqiqliklə xatirində deyil. Hadisə təxminən 20 dəqiqə çəkmişdir. Sevinci balta ilə vuranda nəvələri Melissa və Ayla orada olmuşdur, onlar Sevinci vurduğunu görüb ağlaymışdırlar. Melissanın həmin “ay baba vurma, qurban olum vurma" sözlərini deməsi yadındadır. Sevincin oğlu Ruslan xəyanət etməsini gözü ilə görməmiş, kimdənsə eşitməmiş, sadəcə bundan şübhələnmiş, Sevinci güdüb bunun üstünü açmaq istəmişdir. Sevincin heç vaxt uşaqları evdə tək qoyub getməsini görməmişdir. Hadisə vaxtı Sevinc sağ qolunu dişləyib əlindən balytanı almışdır, ayağında olan xəsarəti isə hansı şəraitdə aldığını xatırlamır. Həyətdəki çalanı lap əvvəldən, payız aylarından tökülən yarpaqları yığmaq üçün qazmışdır. Törətdiyi əmələ görə peşmandır, maddi vəziyyəti yaxşı olmasa da, pensiya pulu ilə Ayla və Sevincin müalicə xərclərini ödəməyə hazırdır. Məhkəmə iclasında cinayət törətdiyi zaman anlaqsız vəziyyətdə olmuş şəxs Təqsirləndirilən şəxs Şıxı oğlunun qanuni nümayəndəsi – Nümayəndə1 şahid qismində dindirilərkən ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun atasıdır. Qardaşı Ruslan 2013-cü Sevinc ilə evlənmiş, valideynləri ilə birlikdə Sumqayıt şəhəri 4-cü məhəllə bina 28A/27, 1 nömrəli mənzildə yaşamışdır. Anası Təhminə dünyasını dəyişdikdən sonra da atası Şahbala ilə birlikdə yaşamağa davam etmişdir. Əri dünyasını dəyişmiş, bundan sonra 2015-ci ilin noyabr ayından 2017-ci ilin dekabr ayınadək Sumqayıt şəhəri 4-cü məhəllə bina 28A/27, 1 nömrəli mənzildə onlar ilə birlikdə yaşamışdır. Birlikdə yaşadıqları dövrdə atası Şahbalanın məişət qayğıları ilə özü məşğul olmuşdur. Anası Təhminə öldükdən sonra 2016-cı ilin sentyabr ayında atası Şahbala beyin insultu keçirmiş, bundan sonra sağ tərəfli hərəkət məhdudluğu olmuşdur. Atasıgildə yaşadığı müddətdə atası Şahbalanın gəlini Sevinc ilə münasibətləri artıq pisləşmişdir. Buna səbəb Sevincin yersiz narazılıqları, ailədaxili söz-söhbət yaratması olmuşdur. Qardaşı Ruslan da işləmək üçün Rusiya Federasiyasına mütəmadi gəlib-getdiyi vaxtda Sevinc ilə atası Şahbala arasında mübahisələr baş vermişdir. Evin gəlini Sevinc atası Şahbalanın paltarlarını yumamış, yemək bişirməmiş, onun qayğısına qalmamışdır. Sevincin bircə məqsədi atası Şahbalanın evdən çıxıb getməsi olub, buna görə də hər şeydən narazılıqlar yaratmışdır. Atası Şahbala öz nəvələrinə qarşı qayğıkeş olmuşdur. Ancaq, son vaxtlar Sevinc öz qohumları ilə atası Şahbala barədə narazılıqlar etmiş, böyük qızı Aylanı atası Şahbalaya nifrət hisslərinə öyrətmişdir. Onun yanında da Ayla anası Sevincin öyrətməsi ilə atası Şahbalaya qarşı “çıx evimizdən, get evimizdən” sözlərini deyirdi. Sevincin Aylanı belə öyrətməsi, babası Şahbalaya nifrət yaratması atası Şahbalaya qarşı böyük təhqir olmuş, Ruslan da arvadı Sevincin hərəkətlərinə son qoya bilməmişdir. 1 mart 2023-cü il tarixdə qonşulardan atası Şahbalanın gəlini Sevinc və Aylaya balta ilə xəsarət yetirməsi barədə xəbər tutmuş, Sumqayıt şəhəri 4-cü məhəllə bina 28A/27, 1 nömrəli mənzilə getmişdir. Evdə heç kim yox idi, atası Şahbalanı qaldığı otaq, onun yatağı və eyvanda qanlar var idi. Mənzilin açarlarını tapıb qapını kilitləyərək Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına gəlmişdir, burada da hadisə barədə ətraflı məlumat almışdır. Hadisədən sonra da Sevinclə və ailəsi ilə münasibəti normal olmuş, onların səhhəti ilə sıx maraqlanmışdır. Hətta xəstəxanada Aylanın yanında da qalmış, Sevinc ona üz göstərməsə də, baldız kimi diqqətdən kənar onları saxlamamışdır. Ancaq, Ruslan Rusiyadan qayıtdıqdan sonra mənzildən atası Şahbalanın əşyalarını çıxarıb çölə tullamaqları ona çox pis təsir etmiş və buna görə də qardaşı Ruslanın ailəsi ilə münasibəti kəsmişdir. Zərərçəkmiş şəxs2 hələ 2 yaşından bəri belə atmacalar atırdı, atası Şahbalaya qarşı kobud ifadələr işlədir, evdən getməsini deyirdi, bunları birgə yaşayanda özü də görüb şahidi olmuşdur. Sevinc açıq-aşkar Aylanın yanında həddən çox belə danışdığına görə Ayla da bunu görüb-götürmüşdür. Melissa isə heç vaxt belə sözlər işlətməyib, şirindil qız olub və atası Şahbalaya qarşı çox mehriban davranmışdır. Atası Şahbala özü etdiyi əməli ona da etiraf etmişdir, ancaq, atası Şahbalanı bu vəziyyətə gətirən Sevincin öz hərəkətləri, yəni birgə yaşadığı atası Şahbalaya qarşı saymazlığı, hörmətsizliyi, evin gəlini kimi deyil, düşməncəsinə davranışı olmuşdur. Sevinc evi yığışdırmamış, qabları, paltarları yumamış, insult keçirmiş atası Şahbalanın qayğısına qalmamışdır. Atası Şahbala ona Sevinclə bağlı gileylənirdi, xəyanəti barədə heç nə deməsə də, laqeydliyi, səliqəsizliyi və saymazlığından şikayət edirdi. Ancaq, gəlini Sevinc, yaxud Aylaya xəsarət yetirəcəyinə dair ona heç nə deməmişdir. Gəlini Zərərçəkmiş şəxs1 heç vaxt qardaşı Şahid2 xəyanət etməmişdir. Belə xəyanəti nə görmüş, nə də Ruslandan, yaxud başqasından eşitməmişdir. Atası Şahbala da ona xəyanətdən heç nə danışmamışdır. Atası həbs edildikdən sonra da atası Şahbala ilə görüşlərində ona xəyanətdən heç nə deməmişdir. Onun fikrincə, Sevinc telefonla həddən artıq anası, bacısı və qohumları ilə danışdığına görə atası Şahbala yanılıb, Sevinc də saymamazlıq göstərdiyinə görə atası Şahbalada şübhə yaradıb. Həqiqətdə isə Sevincin qardaşı Ruslana xəyanət etməsinə inanmır, bu mümkün deyildir. Zərərçəkmiş şəxs1 sərbəst ifadəsində və ona verilən sualları cavablandırarkən göstərmişdir ki, hadisədən bir müddət əvvəl fevral ayında bizi qayınatası onları güdməyə başlamışdır. Qızının allergiyası var idi. Allerqoloq ona Aylanın açıq havada gəzməli olduğunu demişdir. Uşaqlarını gəzdirməyə çıxarmışdır. Bir gün qızı ona babasının onların arxasınca gəldiyini demişdir. Özü də həmin kiminsə pəncərədən boylandığını görmüşdür. Məhəllədə söhbət yayılmışdı manyak var və insanları güdür. Amma onlara baxan qayınatası olmuşdur. Qayınatası ondan hara getdiyini soruşmuşdur. O, uşaqları havaya çıxartdığını bildirmişdir. O, uşaqları İcra hakimiyyətinin ətrafında gəzdirib evə gətirirmiş. Bu gəzinti 30-40 dəqiqə çəkmişdir. Onun telefonda valideynlər qrupundakı səsə qulaq asmasını qayınatası yəqin ki, telefonla danışırmış kimi başa düşüb. Qızı yenə babasının gəldiyini bildirmişdir. O, qayınatasından onların arxasınca gəlməməsini xahiş etmişdir. Bu sözdən sonra qayınatası evə qayıtmışdır. Sonra özü də evə qayıtmışdır. Qayınatası onlardan qabaq evə çatmışdır. Kiçik qızı babası ilə qayıtmışdır. O, qayınatasından bir də belə etməməsini xahiş etmişdir. O da gülərək yaxşı demişdir. Məsələ onun üçün bağlanmışdır. O, martın 1-i uşaqlara səhər tezdən alış-veriş edib evə qayıtmışdır. O, paltarları asmağa keçəndə özünə küt nəsə alətlə zərbənin dəydiyini hiss etmişdir. Bu zərbədən sonra o müvazinətini itirərək yıxılmışdır. Sonra qızı gələndə qayınatası uşağa da vurmuşdur. Təkcə başından 5-6 dəfə vurmuşdur. Qızına kömək çağırmasını demişdir. Qayınatası onun ayağına balta ilə vurmuşdur. O, qayınatasının əlini dişləyib baltanı ondan alaraq qaçmışdır. Qapını açarla güclə açıb çıxmış və baltanı hasarın qırağına atmışdır. Bundan sonra kömək çağırmışdır. Quş saxlayan Yasin özünü köməyə yetirmişdir. Qonşu Leylanın anası ona qaşmasını söyləmişdir. Sonra qonşuları Xaliq gəlmiş və onun uşaqlarına kömək etmişdir. Aynur da köməyə gəlmişdir. Aynura uşaq xəbər vermişdir. Leyla ilə qardaşı onların başlarına sarğı bağlamışlar. Onun əri ilə münasibəti yaxşı olmuşdur. O özü müstəntiqə telefonunun araşdırılmasını demişdir. O, qayınatasında heç bir psixoloji problem görməmişdir. Qayınatası 3 yaşlı və 6 aylıq uşaqların qayğısına qalırmış. Həyətdə çalanı dekabr ya da yanvarda qazmışlar. Ələsgər qazmışdır. Ələsgər içki düşkünü adam olmuşdur. Onunla bərabər qayınatası da içmişdir. Evdə sanitar qovşaqda hər hansı problem yarandıqda qayınatası Ələsgəri düzəltmək üçün çağırmışdır. Çala dərin olduğu üçün o, uşaqlara görə narahat olmuşdur. Çala qazılan vaxt onlarla dalaşmışdır. Baltanın hansı hissəsinin sellofanda olduğunu bilməmişdir. O özü ekspertdən şikayət yazmışdır. Hal-hazırda şikayətçidir. Qeyri-adekvat davranışlar görməmişdir. Ekspertin rəyindən xəbəri olmamışdır. Müstəntiq avqust ayında onun beyninin quruduğunu bildirmişdir. Sonra ciyərlərinə su yığıldığı üçün onu xəstəxanaya yerləşdirmişlər. Yoldaşı onunla görüşmək istəyəndə ona zərər yetirmək ehtimalı olduğu üçün icazə verməmişlər. İstintaq başa çatanda müstəntiq ona xəbər vermişdir. Materiallarla tanış olmamışdır. Tanış olmağa imza çəkmiş, amma mahiyyəti ilə tanış olmamışdır. O 10 ildir evlidir. Qayınatası əvvəllər heç nə etməmiş, son dövrlər fevralda belə hərəkətlər etməyə başlamışdır. Zərərçəkmiş şəxs2 sərbəst ifadəsində və ona verilən sualları cavablandırarkən göstərmişdir ki, Sumqayıt şəhəri, 4-cü məhəllə 28A/27, mən. 1-də anası Zərərçəkmiş şəxs1, bacıları Melissa və Kamilla ilə birlikdə yaşamışdır. Sumqayıt şəhəri 1 nömrəli tam orta məktəbdə 2 K sinfində oxuyur. Hər gün saat 08:00-da dərsə gedir, həftədə 5 gün dərsi olur. 1 mart 2023-cü il tarixdə isə səhər dərsə getməmişdir. Çünki müəlliməsi Bellanı Sevinc adlı başqa bir müəllimə əvəz etmiş, Sevinc müəllimə isə dərsləri nahardan sonraya salmışdır. Dərsə tez getməyə öyrəşdiyi üçün erkəndən oyanmışdır. O yuxudan oyandıqda babası Şahbala oyaq olmuş və yumurta yediyini görmüşdür. Anası Sevinc isə ona və bacılarına səhər yeməyi hazırlamışdır. O yemək yedikdən sonra, babası Şahbalaya anası Sevincdən tualetin lampasını dəyişməsini istəmiş, anası Sevinc lampanı dəyişdikdə, babası da anasının yanında olaraq ehtiyatlı olmasını demişdir. Ö, anası Sevincin hazırladığı “kaşa”- nı yedikdə anası Sevincin qışqırtı ilə “sən niyə belə edirsən?” dediyini eşitmişdir. Anası Sevinc həmin vaxt balkonda paltar asacaqdı. Buna görə də balkona (eyvana) çıxdıqda babası Şahbalanm əlində sellofan keçirib anası Sevinci balta ilə vurduğunu görmüşdür. Babasının əlində balta anası ilə qarşı-qarşıya dayanmış, anasını balta ilə vurmuş, anası isə əli ilə baltanı saxlamağa çalışmışdır. Anası Sevinc qışqıraraq ona “qaç!, qaç!” demiş, o isə qaçmamışdır. Onun gəldiyini gördükdə babası sola dönmüş, onu (balkonun) eyvanın qapısının yanında başından bir dəfə vurmuş, onun başından qan gəlmişdir. Həmin vaxt babasının otağının qapısında isə bacısı Melissa ağlayaraq qışqırmışdır. Anası qışqıraraq ona “qonşuları çağır” demişdir. O, yuxarı mərtəbədə yaşayan qonşusu Aynura babasının balta ilə anasını vurduğunu demişdir. Onun sözündən sonra Aynur telefonla polis çağırmış, o isə evə qayıtmışdır. Evə qayıdanda babasının otağında anası yerdə xalçanın yanında, üzərində babası Şahbala oturmuş, babası balta ilə anasının ayaqlarından vurmaq istəmişdir. Anası isə əli ilə babasının əlindəki baltanı tutub saxlamışdır. Anası ona qaçmasını desə də, o, kənarda gözləmişdir. Babası Melissa da bunları görüb qışqıraraq ağlamışdır. Anası Sevinc babası Şahbalanın altından çıxıb babasını itələmiş, babasının əlindən çıxıb getmişdir. Babası da anasının arxasınca getmişdir. Evə qonşusu Xalıq gəlmiş, Xalıq otağa girmiş, anası da eyvandan gəlmişdir. Qapının ağzında birgə çıxıb qonşusu Leyla onları binanın dəhlizində qarşılamışdır. Sonra da xəstəxanaya getmişdirlər. O, babasının heç vaxt belə edəcəyini düşünməmiş, onu heç bir vaxt belə görməmişdir. Zərərçəkmiş Zərərçəkmiş şəxs2 həmçinin ifadəsində göstərmişdir ki, babası tez-tez evdə qaşıqları, darağı, başqa əşyaları itirəndə onlarla danlamış, ancaq, heç vaxt onları öldürəcəyini deməmişdir. Hadisə vaxtı babası onu bir dəfə, anasını isə çoxlu-çoxlu vurmuşdur. Xalıq adlı atası Ruslanın dostu televizor təmir etmək üçün onlara gələrmiş, həmin vaxt babası Şahbala da evdə olmuş, Xalıq televizoru təmir edib çıxıb getmişdir. Hadisədən bir gün əvvəl anası və bacıları ilə birlikdə gəzintiyə getdikdə babası Şahbala onları arxasınca güdmüşdür. Həmin vaxt hava qaranlıq olmuşdur. Əvvəllər atası ilə də belə gəzintiyə çıxmışdılar, indi isə atası ölkədə olmadığına görə özləri gəzməyə çıxmışdırlar. Yolda olanda anası geriyə çönüb babasına “bizi niyə "takip” (müst.-təqib) edirsən?” sualını vermişdir. Babası ilə cavabında uşaqlarla gəzişmək üçün çıxdığını demişdir. Ancaq, babası onlar ilə yanbayan getməmişdir. Anasının yanında olan Melissa babasını görüb babası ilə birlikdə getmək istədiyini demiş, o anası ilə, Melissa isə babası ilə getmişdir. Anası ilə birlikdə piyada qayıtmışdır. Yolda olanda anası Melissanın babası ilə getməyinə hirslənmiş, onları görməyib qorxması və bir daha yanlarından ayrılmaması üçün ayrı yol ilə qayıtmışdırlar. Hadisə vaxtı babası anasını balta ilə vurub öldürmək istəmişdir, o babasına anasını buraxması üçün yalvarıb “anamı burax” sözlərini demiş, neçə dəfə babasına yalvarsa da, babası onu eşitməmişdir. Həmin vaxt anası babasına “niyə belə edirsən?” sualını verdikdə, babası “özün bilirsən, niyə belə edirəm" cavabını vermişdir. O heç vaxt anası ilə hansısa maşına minib getməmişdir. Həmişə anası ilə birlikdə qalmış, bəzən ana babasıgildə qaldıqda bacısı Melissa həmişə anası ilə qalmışdır. Anası ona heç vaxt baxımsız davranmamışdır. Hadisə vaxtı babası əlinə sellofan keçirib sol əli ilə sapından tutaraq onu və anasını vurmuşdur. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid3 sərbəst ifadəsində və ona verilmiş sualları cavablandırarkən göstərdi ki, Sumqayıt şəhəri, 42-ci məhəllə ev 9, mən. 11 faktiki olaraq yaşayır. Əvvəllər dülgər sexində işləmiş, indi isə işləmir. Sumqayıt şəhəri 4-cü məhəllədə qardaşı Yasim yaşayır. O da həmin məhəllədə qardaşı Yasinin qarajının arxasında göyərçin quşu saxlayır. Təqsirləndirilən şəxs 1990-cı illərdən tanıyır. Həmin məhəllənin sakinidir, bir oğlu var, Rusiyaya gedir-gəlir. Gəlini Sevinc və üç qız nəvəsi ilə bir yerdə qalırdı. Təqsirləndirilən şəxs ilə yaxın münasibəti olmayıb, qonşuluqda yaşayan bir şəxs kimi sadəcə aralarında salam-sağol olmuşdur. Şahbala, yaşadığı evin evyanı tərəfdə dəmir setka ilə hasarlanmış həyətdə oturardı. 1 mart 2023-cü il tarixdə saat 11 radələrində Sumqayıt şəhəri 4- cü məhəllədə göyərçin damında quşların zir-zibili əlində ağ vedrə yaxınlıqdakı zibilxanaya tullamaq üçün getmişdir. Şahbalanın qaldığı evdən onun gəlini Sevincin qışqırıq səsini eşitmiş, daha sonra Sevinc Şahbalanın evinin eyvan qapısından həyət sahəsinə əl-qolu kəsilmiş qanlar içində çıxmışdır.. Şahbalanın əlində qan içində balta olmuşdur. Onu görəndə Sevinc qışqırıb ondan kömək istəmişdir. O nə baş verdiyini başa düşməyərək, Sevinci də qan içində görüb qorxuduğuna görə yaxına getməmişdir. Sevinc əlindəki qana bulaşmış baltanı eyvandan çıxdıqdan sonra yol tərəfə atmış və həyətə qaçmışdır. Sevinc qışqıraraq babası Şahbalanın onu və nəvəsini vurduğunu demişdir. Bundan sonra Şahbala da evdən eyvan qapısından çıxıb yol tərəfə keçərək baltanı götürüb əli ilə həyətə tullamışdır. Baltanın həyətin içində hara düşdüyünü görməmişdir. O, Şabalaya yaxınlaşmamış, kənardan Şahbalanın iti addımla yol ilə uşaq bağçası ilə binaların arasında getdiyini görmüşdür. Şahbalanı bu vəziyyətdə görəndə balta ilə Sevinci vurduğunu başa düşmüşdür. Sonradan Təqsirləndirilən şəxs gəlini Zərərçəkmiş şəxs1 və nəvəsi Aylanı balta ilə vurduğunu eşitmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid4 sərbəst ifadəsində və ona verilmiş sualları cavablandırarkən göstərdi ki, ünvan 2 ünvanda arvadım Aynur Nuşirəvanlı və azyaşlı uşaqlarım ilə birlikdə yaşayıram. 1 mart 2023-cü il tarixdə saat 11 radələrində Bakı şəhəri, Xətai rayonu, Zığ yolu “Nargilə" kafesinin yaxınlığında yerləşən işlədiyim “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin İnsan resursları xidmətinin fəaliyyət göstərdiyi binada işdə olmuşdur. Saat 10:40 radələrində arvadı Aynur ona öz istifadə etdiyi mobil nömrəsindən istifadəsində olan ***-***-**-** mobil nömrəsinə zəng edərək demişdir ki, onlarla eyni binada yaşayan Sevincin azyaşlı qızı Aylanın qan içində binada qışqırıb ağlayaraq, babası Şahbalanın əlində balta ilə nəvəsi Ayla və gəlini Sevinci vurduğunu demişdir. O arvadı Aynura tapşırmışdır ki, Aylanı evə buraxsın, ancaq, özü aşağı düşməsin və qapını bağlı saxlasın, özü isə polisə zəng edəcəkdir. Bundan sonra istifadəsində olan 055- ***-**-** mobil nömrəsindən DİN-nin 102 zəng xidmətinə zəng edərək qonşuluqda yaşayan Şahbalanın əlində balta ilə nəvələrinə hücum etdiyini və hər tərəfin qan içində olduğunu demişdir. Daha sonra yenidən arvadı Aynurla telefonda danışanda, ona qaynatası Şahbalanın balta ilə gəlini Sevinc və nəvəsi Aylanı vurduğunu, təcili yardımın Sevinci və Aylanı xəstəxanaya apardığını, digər azyaşlılar Melissa və Kamillamn isə onun evində olduğunu öyrənmişdir. Bu xəbər onu narahat etdiyinə görə işdən icazə alaraq evə gəlmişdir. Evə gəldikdə azyaşlılar onlarda olmuşdur, saat 15 radələrində uşaqları Sevincin qohumlarına təhvil vermişdir. Təqsirləndirilən şəxs gəlini Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 hansı səbəbdən balta ilə vurub xəsarət yetirdiyini bilməmişdir. Onların qohumlarından ancaq Sevincin əri Ruslanı tanıyır. Ruslanı da 15 mart 2023-cü ildə görmüşdür, onda da hadisə barədə heç nə soruşmamışdır. O Şahbala və Sevinc arasında arasında hər hansı mübahisənin olmasının şahidi olmamışdır, bir neçə il əvvəl Şahbala ilə gəlini Sevinc arasında hansısa anlaşılmazlıq olduğunu eşitsə də, onların ciddi mübahisələrinin, dava-dalaşlarının olmasını bilməmişdir. Hər gün saat 07:00-dan saat 19:00- 20:00-dək işdə olduğuna görə qonşuların ailə-məişətində baş verənlərdən bir o qədər də xəbəri olmamışdır və bunlara maraqlı deyildir. Təqsirləndirilən şəxs uşaqlığından bəri tanıyır. Şahbala xəstə adam idi, qonşu kimi pis biri olmamışdır, usta işləmiş, sakit, münaqişəli bir şəxs olmamışdır, 4-5 il əvvəl insult keçirmişdir, birtərəfli iflic olmuşdur, ləng yerimişdir. Zərərçəkmiş şəxs1 isə 10 il bundan əvvəl yaşadığı məhəlləyə gəlin köçdüyü vaxtdan tanımışdır, əxlaqsız, yüngül həyat tərzi keçirən, uşaqlarını nəzarətsiz qoyan, diqqət göstərməyən biri olmamışdır, heç vaxt uşaqlarını üstbaşı çirkli, yaxud baxımsız vəziyyətdə görməmişdir. Qonşu kimi də heç vaxt Sevincdən narazılıqları olmamışdır, Sevinc çox ünsiyyətcil biri olmamış, onunla da sadəcə qonşu kimi üz-üzə gələndə salam-sağolu olmuşdur. Əri Ruslanı uşaqlığından tanımışdır, eyni məhəllədə doğulmuşlar, tez-tez Rusiyaya gedib-gəlirmiş, hadisə vaxtı da Rusiyada olmuşdur. Sevincin əri Ruslan ilə münasibəti yaxşı olmuşdur, heç vaxt Ruslan ona arvadının xəyanət etməsini deməmişdir, bunu başqalarından da eşitməmişdir, görməmişdir. Ona görə də Təqsirləndirilən şəxs gəlini Sevincin əri Ruslana xəyanət etməsini nəyə əsasən fikirləşdiyini, belə bir xəyanət vardırsa, bunu haradan xəbər tutmasını, yaxud nə vaxt, harada bunu aşkarlamasını nə Şahbaladan, nə də başqasından eşitməmişdir, bilməmişdir. Məhkəmə istintaqı zamanı ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla araşdırılmış Şahid1 ifadəsində göstərmişdir ki, bacısı Ayla ilə “kaşa” yediyi vaxtda anası paltar yumuşdur. Anası qışqırmış, o və Ayla balkona qaçmışdırlar. Babası Şahbala anası Sevinci balta ilə vurmuşdur. Anası Sevincin əli qanlı olmuşdur. O qorxmuş, qışqırmış və ağlamışdır. Babası Şahbalaya anası Sevinci vurmamasını demişdir. Babası Şahbala ona baxmış, ancaq, yenə də anası Sevinci balta ilə vurmuşdur. Ayla otağa girəndə babası Şahbala otağının qapısının balkona açılan yanında Aylanı da başından balta ilə vurmuşdur. Sonra anası Sevinc baltanı babası Şahbalanın əlindən tutub almışdır. Aylanı babası Şahbala balta ilə vuranda qışqırıb ağlamış, babası Şahbalaya “vurma" demişdir. Anası Sevinc babasını əlindəki baltanı tutanda Ayla qaçmış, anası Sevinc ona “get, qonşulara de!” demişdir. Sonra babası Şahbala anası Sevinci yenə öz otağında balta ilə vurub yerə yıxmış, anası Sevinc qışqırmışdır. O bundan çox qorxmuş və sonra heç nəyə baxmamışdır. Həmin gündən əvvəlki gün babası Şahbala ilə evə qayıdarkən yolda olanda, yaxud da başqa vaxt babasına "biz maşına mindik, orada əmi pis sürürdü, başqa əmi də var idi, amma o yaxşı sürürdü” sözlərini deməmiş, anası ilə maşına minib getməmişdir. Məhkəmə istintaqı zamanı ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla araşdırılmış Şahid2 ifadəsində göstərmişdir ki, 2013-cü ildə Zərərçəkmiş şəxs1 ilə evlənmişdir, valideynləri Təhminə və Şahbala ilə birlikdə ünvan 3 ünvanda yaşamışdır. Nikahdan Ayla, Melissa, Kamilla adlı qızları doğulmuşdur. 2015-ci ildə anası Təhminə dünyasını dəyişmişdir. O işləmək üçün Rusiya Federasiyasına vaxtaşırı gedib- gəlmişdir. Rusiya Federasiyasında restoranda ofisiant işləyib, pul qazanaraq ailəsinin dolanışığını təmin etmişdir. 2016-cı ildə atası Şahbala beyin insultu keçirmiş, bundan sonra sağ tərəfində hərəkət məhdudluğu yaranmışdır. Sonuncu dəfə 2022-ci ilin iyun ayında Rusiya Federasiyasına gedərək 9 ay Kazan vilayətində işləmişdir. Bu müddət ərzində isə atası Şahbala, arvadı Sevinc və azyaşlı uşaqları ünvan 3 ünvanında yaşamışdırlar. Atası Şahbala ilə arvadı Sevincin münasibətləri normal olmuşdur. Atası Şahbala insult keçirdikdən sonra arvadı Sevincə paltarını yumağa, yeməyini bişirməyə və ona qulluq etməyə icazə verməmişdir. Atası Şahbala 2021-ci ildə hazırda xatırlamadığı tarixdə Rusiyada olarkən arvadı Sevincin qulağına sillə ilə bir dəfə vurmuşdur. Bunun səbəbi Sevincin atası Şahbalanın iradına acıqlı cavab verməsi olmuşdur. Bundan əlavə son vaxtlar münasibətləri əvvəlki kimi olmamışdır. Sevinc onunla danışığında son vaxtlar Şahbalanın özünü qəribə apardığını, Sevinci pusduğunu, ağacların arasında gizlənərək ani şəkildə qarşısına tullandığını və Sevincin yolunu saxlayaraq nəyinsə üstünü açmış kimi sayıqladığını ona demişdir. O bununla bağlı atası Şahbala ilə telefon vasitəsilə Rusiyada olarkən danışmaq istəmiş, ancaq, atası Şahbala onunla bu barədə söhbət etməmişdir. 1 mart 2023- cü il tarixdə dostu Xaliqdən atası Şahbalanın evdə olarkən balta ilə arvadı Sevinc, qızı Aylanı vurduğunu, Ayla və Sevincin xəstəxaya yerləşdirildiyini, atası Şahbalanın isə polis tərəfindən saxlanıldığını eşitmişdir. 7 mart 2023-cü il tarixdə bilet alaraq hava yolu ilə Rusiya Federasiyasından Azərbaycan Respublikasına qayıtmışdır. Atası Şahbala ilə həbs yerində görüşmək istəsə də, əlaqə saxlasa da, onunla ünsiyyətdən imtina etmiş, buna görə də arvadı Sevinc, qızı Aylanı nəyə görə balta ilə vurduğunu özündən öyrənə bilməmişdir. Sevincdən atası Şahbalanın bu hərəkətinin səbəbini soruşduqda, atası Şahbalanın son vaxtlar özünü qəribə apardığını və Sevinci balta ilə vurarkən xəyanətlə şərlədiyini demişdir. Onun arvadı Sevinc ona qarşı sədaqətlidir, arvadı Sevinc ona xəyanət etməmişdir və heç vaxt belə bir şey ola bilməz. Buna görə də atası Şahbalanın guya arvadı Sevincin ona xəyanət etməsinə dair dedikləri tamamilə həqiqəti əks etdirmir. Bundan əlavə atası Şahbala ilə arvadı Sevinc arasında adi gündəlik məişət mübahisələrindən kənar ciddi düşmənçilik və həllini tapa bilməcəyək problemlər olmamışdır. Atası Təqsirləndirilən şəxs ümumiyyətlə heç vaxt arvadı Zərərçəkmiş şəxs1 xəyanətinə dair aralarında söhbət olmamışdır. Atası Təqsirləndirilən şəxs bugünədək ona bununla bağlı heç nə deməmişdir. X11 həbs edidikdən sonra bacısı İlhamə ilə mübahisə yaranmışdır. Amma, atası Təqsirləndirilən şəxs bu hadisəni törətdiyi vaxtadək aralarında heç vaxt evlə bağlı mübahisə olmamışdır. Məhkəmə istintaqı zamanı ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla araşdırılmış Şahid5 ifadəsində göstərmişdir ki, ünvan 5 ünvanda arvadı Tahirə Abdullayevə və uşaqları ilə birlikdə yaşayır. Şahid2 ilə uşaqlıq dostudur, eyni məhəllədə yaşamışdır. Atası Şahbala ilə yaxşı münasibəti olmuşdur. Şahid2 evlidir, arvadı Sevinc və uşaqları Melissa, Kamillə, Ayla atası Şahbala ilə birlikdə ünvan 1 ünvanda yaşamışdır. Ruslan mütəmadi Rusiya Federasiyasına işləməyə gedib-gəlirdi. Şahid2 olmadığı vaxtda Şahbalanın xahişi ilə evlərində lampanı dəyişməyə, yaxud oxşar texniki işləyə kömək etmişdir. Sonuncu dəfə 2023-cü ilin fevral ayının əvvəlində Şahbala onu televizorunu təmir etmək üçün evlərinə çağırmışdır, Şahbalanın televizoru öz otağında, yəni evlərində eyvana açılan orta otaqda idi. Şahid2 arvadı Zərərçəkmiş şəxs1m tanıyır, qonşu kimi aralarında salam- sağolu olmuş, lakin, bundan kənar ünsiyyəti, danışığı, münasibəti yoxdur. 1 mart 2023-cü il tarixdə saat 11 radələrində yaşadığı ünvan 5 ünvanda idi. Birdən qışqırtı səsi eşitmişdir, həmin qışqırıq səsləri Təqsirləndirilən şəxs 4-cü məhəllə ev 28A/27, mən. 1 ünvanın həyətyanı sahəsindən gəlmişdir. Onun evinin yataq otağının pəncərəsi həmin həyətyanı sahə istiqamətinə açılır. Pəncərədən baxdıqda həyətyanı sahənin qırağına qadınların yığıldığını görmüşdür. Qaçaraq həyətyanı sahəyə yaxınlaşdıqda Sevinc əlləri və başı qanlı vəziyyətdə həyətyanı sahənin içərisində olmuş, Sevinc qışqıraraq “Kömək elə, kömək elə” sözlərini demişdir. Onu uzaqdan görəndə isə tanıyıb “Xaliq, uşaqlar evdədir, kömək et” sözünü demişdir. O həyətyanı sahəyə çatıb çəpər olan məftilləri aça bilmədiyinə görə üstündən tullanıb sahəyə keçdikdə, Sevinc həyətyanı sahədən pilləkanla qalxıb evyanın qapısından içəri girib, Şahbala əlində balta ilə Sevincin arxasınca getmişdir. Şahbala onun gəldiyini görüb içəri girməməsi üçün eyvanın qapısını çöldən açarla kilitləmiş, o Şahbalaya qışqırıb “sən nə edirsən, başın xarabdır, sənin” sözlərini demişdir və Şahbala açarı çıxarmağa macal tapmadan əli ilə açarı çevirib qapını açmış, Şahbala isə onun sözlərindən dayanmışdır. O içəri daxil olduqda eyvanda və Şahbalanın qaldığı otaqda qan izləri var idi. Ayla başında qanlı koridorda qabağına çıxmışdır, Ayla onu görəndə ağlayıb başını göstərərək “baba məni vurdu” sözlərini demişdir. Melissa zaldan çıxmış, Sevinc də qucağında Kamilla zaldan çıxmışdır, o Ayla və Melissanı qucağına alıb mənzildən bloka çıxarmışdır. Leyla onu blokda qarşılamışdır. Daha sonra polis əməkdaşları mənzilə gəlmişdirlər, Ayla və Sevinc polis əməkdaşlarının köməyilə Sumqayıt şəhər təcili yardım xəstəxanasına aparılmışdır. O da piyada xəstəxanaya getmiş, sonra da dostu Ruslana zəng edərək baş vermiş hadisə barədə xəbər vermişdir. O gələn kimi Ayla ona babası Şahbalanın balta ilə onu başından vurduğunu demişdir, Sevinc də Şahbalanın balta ilə onu və qızı Aylanı vurduğunu ona orada demişdir. Şahbalanı əlində qanlı balta, üzünə də qan sıçramış halda görmüşdür. Buna görə də Şahbalanın balta ilə Sevinc və Aylanı vurduğunu başa düşmüşdür. Heç vaxt Şahbalanın gəlini Sevinc arasında problem olmasını eşitməmişdir. Şahbala nəvələrinə həmişə mehriban davranmışdır. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 balta ilə hansı səbəbdən vurduğunu bilməmişdir, indi də bilmir. Şahbalanın oğlu Ruslan ilə uşaqlıqdan bəri dostluğu var, Şahbala heç vaxt onun barədə Sevinclə bağlı qısqanclığı düşünə, habelə onu gəlini Sevincə qısqana bilməzdi. Şahbalanın gəlini Sevinci başqasına qısqanmasını eşitməmişdir. Təqsirləndirilən şəxs, yaxud başqasından gəlini Zərərçəkmiş şəxs1 ərinə xəyanət etməsini eşitməmişdir. Sevincin eyvandan içəri girməsini görəndə həyətyanı sahəyə çatmışdır. Həyətyanı sahədə ancaq Sevinc olmuşdur. Ola bilsin ki, ondan əvvəl də Şahbala qapını bağlayıb və sonradan qonşuların təkidilə açıbdır, əvvəlcə Ayla içəri girib, arxasınca da Sevinc, çünki o Aylanı həyətdə görməmişdir. Şahbalanın əlində balta görməyi yadındadır. Ancaq, baltanı haradan götürməsini və çalaya atmasının şahidi olmamışdır, çünki o yardım etmək üçün Sevincin arxasında evə girmişdir. Leyla da həyətdən binanın ətrafından keçib bloka gələrək onları blokda qarşılamışdır. Məhkəmə istintaqı zamanı ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla araşdırılmış Şahid6 ifadəsində göstərmişdir ki, hadisə vaxtı və anası Roza ilə ünvan 7 ünvanda yaşamışdır. Təqsirləndirilən şəxs öz uşaqlığından bəri tanıyır, qonşudurlar. Təqsirləndirilən şəxs qonşuluqda normal, mülayim və xoşxasiyyət biri olmuşdur, ağır təbiətli idi. Şahblanın 2 qızı və bir oğlu var. X18 Respublikası vətəndaşı olan bir şəxs ilə evlənib Azərbaycan Respublikasından köçmüşdür, digər qızı İlhamə isə hazırda evlidir. Oğlunun adı Ruslandır, Ruslan 7-8 il olar ki, evlidir. Ruslanın arvadı Sevincdir, onların nikahından 3 azyaşlı qızları vardır. Sevincin əxlaqsız hərəkətlərini, uşaqlarına qarşı laqeydliyini görməmişdir. Heç vaxt da Sevincin ailədə bu məsələrlə bağlı narazılıq olmasını eşitməmişdir. Əksinə həmişə Sevinci əri Ruslan ilə mehriban görmüşdür. 1 mart 2023-cü il tarixdə saat 11 radələrində yaşadığı ünvan 7 ünvanda olmuşdur. Həyətdən qonşusu Sevinc və onun qızı Aylanın qışqırıq səsini eşitmişdir. O, həyətə düşəndə Şahbalanın mənzilin həyətyanı sahəsində Aylanı başı qanlı, Sevinci isə əl-qolu və başı qanlı görmüşdür. Şahbala eyvandan açılan qapını açarla bağlamışdır. Buna görə də Ayla və Sevinc evə girə bilməmişdir. Qonşular səs-küy salıb, Şahbala qapını açmasını demişdirlər. Şahbala da qonşuların təkidindən sonra qapını açmış, Sevinc və Ayla da mənzilə girmişdirlər. Daha sonra Şahbala yola çıxmış və qanlı baltanı götürüb həyətdəki qazılmış çalaya atmışdır. Həmin vaxt qonşular Şahbaladan gəlinini nəyə görə vurduğunu soruşmuşdurlar, Şahbala onun yanında "qəhbəliyə görə vurmuşam” sözünü işlətmiş, o özü bu sözü Şahbalanın ağzından eşitmişdir. Bu sualı Şahbalaya hansı qonşunun verdiyi yadında deyil. Daha sonra 103 zəng xidmətinə zəng edərək təcili yardım çağırmış, mənzilə həyətyanı sahədən girməmiş, binanın blokundan qalxanda Sevinc və uşaqların yuxarı qonşu Aynurun yaşadığı mənzildə görmüşdür. Təcili yardım gələnədək Sevinc və Aylanın başını bağlamışdır. Ayla və Sevinc xəstəxanaya aparılmış, digər azyaşlılar Melissa və Kamilla Aynurun yanında qalmışdır. Sevinc və Ayla ona qaynatası Şahbalanın onları balta ilə vurduğunu demişdir. Səbəbini ondan soruşduqda isə Sevinc “kişinin Allah bəlasını versin, mənə əxlaqsızlığa görə şərt atır” demişdir. O, əri Ruslanın bu işə nə dediyini soruşduqda isə “Ruslan guya məni tanımır?, belə bir şey yoxdur” demişdir. O, qonşu kimi Sevincin heç vaxt əxlaqsızlığını görməmişdir. Amma Sevinc qaynatası Şahbalanın gündəlik məişət qayğılarını çəkməmiş, Şahbala özü özünə yemək bişirmiş, paltarını yumuşdur. Həyətdə neçə dəfə Şahbalanın öz paltarını yuyub sərdiyini görmüşdür. Həmin vaxt orada olan qonşuların kim olmasına həyəcanlı olduğundan fikir verməmişdir. Təqsirləndirilən şəxs onun yanında özü gəlini Sevinci əxlaqsızlığa görə vurduğunu demişdir. Nəvəsi Aylanı isə hansı səbəbdən vurduğunu bilmir. Sevincin əri Ruslan ilə münasibəti yaxşıdır, heç vaxt Sevincin ərinə xəyanət etməsini, başqa kişilərlə münasibət yaşamasını eşitməmişdir. Şahbalanın qızı İlhamə ilə münasibəti var, İlhamə də heç vaxt gəlinləri Sevincin xəyanətinə dair ona heç nə deməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Sumqayıt şəhər Polis İdarəsinin 4-cü polis bölməsində “törədilmiş və ya hazırlanan cinayətlər barədə məlumatların qeydiyyatı” kitabında qeydə alınmış 502 nömrəli xx.xx.2023cü il tarixli raporta əsasən vətəndaş Şahid4 1 mart 2023-cü il tarixdə saat 10:47-də Daxili İşlər Nazirliyinin 102 zəng xidmətinə Şahbala adlı qonşusunun əlində balta qonşu uşaqları üstünə hücum edərək baltalaması, hərtərəfin qan içində olması barədə məlumat vermişdir. Sumqayıt şəhər Polis İdarəsinin Post Patrul Xidməti Taborunun əməkdaşlarının həmin İdarənin 4-cü polis bölməsinin rəisinə ünvanladıqları bölmədə qeydə alınmış 58-4/1-3474/23 nömrəli xx.xx.2023-cü il tarixli raportdan görünür ki, həmin taborun əməkdaşları efir vasitəsilə çağırılmış 91/38 çağırışlı avtopatrulda Sumqayıt şəhəri 4-cü məhəllə 27/28 saylı binaya yaxınlaşdıqda orada 1 nəfərin 2 nəfər vətəndaşa balta ilə xəsarət yetirilib uzaqlaşması barədə məlumat almış, xəsarət alan iki nəfəri (ana və uşağı) avtopatrula mindirib Təcili Tibbi Yardım Xəstəxanasına aparmışdırlar. Avtopatrulun ekipajları isə xəsarət yetirən vətəndaşın getdiyi istiqamətdə hərəkət edib 16-cı məhəllə ərazisində onu saxlayaraq 91/37 saylı patrula əyləşdirib aidiyyəti üzrə Sumqayıt şəhər 4-cü polis bölməsinə gətirilib təhvil vermişdirlər. Bölmədə həmin şəxslərin Zərərçəkmiş şəxs1, X9, Mirzəmməd Şahbala Şixİ oğlu olması müəyyən edilmişdir. Məhkəmə tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 768 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs Şıxı oğlunun bədəni üzərində aşağıdakı xəsarətlər aşkar edilmişdir: sağ saidin və sol baldırın yarası və onlara uyğun çapıq toxuması. Qeyd olunan xəsarətlər küt əşya təsirindən törənmişdir, qərarın təsviri hissəsində lən şəraitdə kənar şəxs tərəfindən qarşılıqlı mübarizə zamanı küt alətlə, dişlə və s. yetirilə bilər, müddəti qərarda göstərilən tarixə, yəni xx.xx.2023-cü il tarixə uyğun gələ bitər və dərəcəsinə sağlamlığın qısa müddətə pozulmasına şəbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aid edilir. Məhkəmə tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 327 saylı rəyinə əsasən “Zərərçəkmiş şəxs1 bədəni üzərində aşağıdakı xəsarətlər aşkar edilmişdir: qapalı kəllə beyin travması, baş beyin silkələnməsi, alın nahiyyəsinin və sağ təpə gicgah nahiyəsinin çapılmış yarası, sağ əlin ovuc səthinin İİ barmağın vətərinin kəsilməsi ilə kəsilmiş yarası, sol əlin İ barmağının vətərin kəsilməsi ilə kəsilmiş yarası. Qeyd olunan xəsarətlər küt əşya təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə kənar şəxs tərəfindən təqdim olunmuş balta ilə vurulmaqla əmələ gələ bilər, müddəti zərərçəkənin Sumqayıt şəhər TTYX-na daxil olduğu vaxtdan bir qədər əvvəl olmaqla, xx.xx.2023-cü il tarixə uyğun gələ bilər və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa ağır zərərvurmaya aid edilir.” Məhkəmə tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 503 saylı rəyinə əsasən “Zərərçəkmiş şəxs2 bədəni üzərində aşağıdakı xəsarətlər aşkar edilmişdir: Açıq kəllə beyin travması. Baş beynin yüngül dərəcəli əzilməsi. Sağ alın nahiyyəsinin kiçik həcmli epidural hematoması. Alın sümüyünün sağ tərəfli basılmış sınığı. Sağ alın nahiyyəsinin çapılmış yarası. Qeyd olunan xəsarətlər küt əşya təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə kənar şəxs tərəfindən təqdim olunmuş balta ilə vurulmaqla əmələ gələ bilər, müddəti zərərçəkənin Sumqayıt şəhər TTYX-na daxil olduğu vaxtdan bir qədər əvvəl olmaqla xx.xx.2023-cü il tarixə uyğun gələ bilər və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərərvurmaya aiddir.” “Maddi sübutların bioloji tədqiqatinə dair” xx.xx.2023-cü il tarixli 194/2023- MTBŞ nömrəli rəyinə əsasən müəyyən olunur ki, “Zərərçəkmiş şəxs1 şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən qan qrupu ABO sistemi üzrə A(ll)-dir. Zərərçəkmiş şəxs2 şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən qan qrupu ABO sistemi üzrə 0(l)-dir. Ekspertizaya təqdim olunmuş balta, 03 ədəd çubuğa sarınmış pambığa hopdurulmuş ləkədə, yastıq üzlüyü, mələfə, Zərərçəkmiş şəxs2 məxsus palto, köynək, kalqotka(şalvar), mayka üzərində olan ləkələrdə insan qanı aşkar olundu. Bu qan ləkələrinin ABO sistemi üzrə qrupu tədqiq olunduqda çubuğa sarınmış pambığa hopdurulmuş ləkədə (№2,3), Zərərçəkmiş şəxs2 məxsus palto, köynək, kalqotka(şalvar), mayka üzərində olan ləkələrdə yalnız H antigeni alındı. H antigeni 0(1) qrupun əsasını təşkil edir. Beləliklə bu qan ləkələri ABO sistemi üzrə 0(1) qruplu şəxsə, o cümlədən də Zərərçəkmiş şəxs2 məxsus ola bilər. Təqdim olunmuş çubuğa sarınmış pambığa hopdurulmuş ləkədə (№1), balta, mələfə, yastıq üzlüyü üzərindəki qan ləkələrində A və H antigenləri alındı. Həmin qan ləkələri ABO sistemi üzrə A/H/(ll) qruplu bir şəxsə, o cümlədən də A.Məhərrəmovaya məxsus ola bilər.( Əgər onun qanında müşayiətçi H antigeni varsa) Lakin bu qan ləkələrinin bir neçə şəxsin qarışmış qanı hesabına yaranma ehtimalını nəzərə alsaq, həmin ləkələrdə ABO sistemi A(ll), A/H/(ll) və O (İ) qruplu şəxslərin qanlarının olması mümkündür və bu halda ləkələrdə A.R.Mirzəməmmədovanm və Zərərçəkmiş şəxs1 qarışmış qanının olması inkar olunmur. Ekspertizaya təqdim olunmuş S.A.Məhərrəmo vaya məxsus gödəkçə (üst geyimi) üzərində qana şübhəli hər hansı ləkə aşkar olunmadı.Hal hazırda elmə əsaslandırılmış metod olmadığına görə qan ləkələrinin əmələ gəlmə müddətini təyin etmək mümkün olmadı.” “Maddi sübutların məhkəmə-tibbi kriminalistik və məhkəmə-kriminalistik ekspertizalarının tədqiqinə dair” xx.xx.2023-cü il tarixli 138-2023/MTKŞ nömrəli rəyinə əsasən müəyyən olunr ki, Ekspertizaya təqdim edilmiş və Zərərçəkmiş şəxs1 qızma məxsus gödəkçənin ön səthinin sağ yarısında 02 (iki) ədəd, kapuşonunda 04 (dörd) ədəd və sağ qolunun arxa səthində 02 (iki) ədəd (cəmi 08 (səkkiz) ədəd) kombinə olunmuş kəsilmiş-məhdud cırılma zədələri vardır. Bu zədələlər əvvəlcə iti kənara malik hər hansı bir əşyanın (əşyaların /alətin, alətlərin/) tiyəsinin təsirindən kəsilməsi və sonradan gödəkçənin müvafiq nahiyələrinin həmin əşyaya (əşyalara /alətə, alətlərə/) ilişib dartılması nəticəsində əmələ gələ bilərdilər. Ekspertizaya təqdim edilmiş və Zərərçəkmiş şəxs1 qızma məxsus gödəkçənin sağ qolunun arxa səthində 01 (bir) ədəd səthi kəsilmiş zədə vardır. Bu zədə iti kənarı olan hər hansı iti alətin (predmetin) təsirindən əmələ gələ bilərdi. Ekspertizaya təqdim edilmiş mələfənin üzərində küt yaranma mexanizminə malik 02 (iki) ədəd məhdud cırılma zədələri vardır. Bu zədələr mələfənin müvafiq nahiyəsinin hər hansı bir küt əşyaya (əşyalara /alətə, alətlərə/) ilişib dartılması nəticəsində əmələ gələ bilərdilər. Ekspertizaya təqdim olunmuş və Zərərçəkmiş şəxs2 məxsus köynək, mayka, kalqotka və paltonun üzərində əhəmiyyət kəsb edən heç bir zədə aşkar edilmədi. Ekspertizaya təqdim olunmuş yastıq üzlüyünün üzərində əhəmiyyət kəsb edən heç bir zədə aşkar edilmədi. Ekspertizaya təqdim olunmuş balta işçi metalhk hissəsi zavod üsulu ilə və dəstəyi kustar üsulla hazırlanmış, kəsici-çapıcı, vurucu-dağıdıcı xassəyə malik olan məişəttəsərrüfat təyinatlı baltadır və soyuq silah hesab edilmir. Ekspertizaya təqdim olunmuş və Zərərçəkmiş şəxs2 qızma məxsus köynək, mayka və kalqotkanın üzərində, paltonun isə boyunluq nahiyəsi, qollarının sərbəst kənarları, daxili səthinin əsasən boyunluq nahiyəsində və qoltuqaltı nahiyədə aşkar olunmuş qan ləkələri qan mənbəyi ilə (qanlı səthlə) statik (hərəkətsiz) kontakt nəticəsində əmələ gəlmişdir, sonra isə fiziki kapilarlıq faktoru üzrə səthə hopmuşdur. Ekspertizaya təqdim edilmiş və Zərərçəkmiş şəxs2 qızma məxsus paltonun digər nahiyələrində olan qan ləkələri qan mənbəyindən səthə az hündürlükdən şaquli istiqamətdə düşən damcılar nəticəsində əmələ gələ bilərdilər. Ekspertizaya təqdim olunmuş mələfənin üzərində aşkar edilmiş qan ləkələri qan mənbəyi ilə (qanh səthlə) statik (hərəkətsiz) kontakt nəticəsində əmələ gəlmiş, sonra isə fiziki kapilarlıq faktoru üzrə səthə hopmuşdur. Mələfənin üzərində aşkar olunmuş xırda ölçülü qan ləkələrinin bəziləri qan mənbəyindən səthə az hündürlükdən şaquli istiqamətdə düşən damcılar nəticəsində əmələ gələ bilərdilər, bəziləri isə qan mənbəyi və ya qanh səthlə dinamik (hərəkətli) kontakt nəticəsində əmələ gəlmişdirlər və yaxma xarakterlidirlər. Təqdim olunmuş yastıq üzlüyünün şərti “A” hərfli səthinin üzərində aşkar olunmuş qan ləkələri qan mənbəyi ilə (qanlı səthlə) statik (hərəkətsiz) kontakt nəticəsində əmələ gəlmişdir, sonra isə fiziki kapilarlıq faktoru üzrə səthə hopmuşdur, şərti “B” hərfli səthinin üzərində aşkar edilmiş qan ləkələrinin bəzisi qan mənbəyindən səthə az hündürlükdən şaquli istiqamətdə düşən damcılar nəticəsində əmələ gələ bilərdilər, qan ləkələrinin bəziləri qan mənbəyi və ya qanh səthlə dinamik (hərəkətli) kontakt nəticəsində əmələ gəlmiş yaxma xarakterlidirlər. Təqdim olunmuş baltanın üzərində aşkar olunmuş qan ləkələri qan mənbəyi və ya qanlı səthlə dinamik (hərəkətli) kontakt nəticəsində əmələ gəlmişdirlər və yaxma xarakterlidirlər. Ekspertizaya təqdim olunmuş və Zərərçəkmiş şəxs1 qızma məxsus gödəkçənin üzərində qana şübhəli ləkə aşkar edilməmişdir. Kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 1041 saylı rəyinə əsasən müəyyən olunur ki, “Yoxlanılan şəxs Zərərçəkmiş şəxs2 əvvəllər xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Zərərçəkmiş şəxs2 hazırda da hər hansı psixi xəstəlik aşkar edilmir. Yoxlanılan şəxs Zərərçəkmiş şəxs2 xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən olunmur. Zərərçəkmiş şəxs2 öz hərəkətlərinə cavab vermək, onlara rəhbərlik etmək iqtidarındadır. Zərərçəkmiş şəxs2 idrak prosesləri (diqqət, hafizə, qavrayış, təfəkkür və s.) normaya uyğundur, ünsiyyətçillik, fəallıq, özünü ifadə etməkdə çətinlik çəkməmək və s. kimi xarakterik xüsusiyyətlərə malikdir. Həmin xüsusiyyətlərin qərarın təsviri hissəsində göstərilən hadisə zamanı anasını müdafiə etməsinə təsiri olmuşdur. Zərərçəkmiş şəxs2 əqli inkişafında psixi xəstəliklə əlaqədar olmayan gerilik əlamətləri müşahidə olunmur. O, yaş xüsusiyyətlərinə uyğun olaraq yaranmış şəraitin mahiyyətini tam dərk edə, davranışının nəticələrini görə, əqli inkişaf xüsusiyyətlərinə görə baş vermiş hadisə barədə düzgün məlumat verə bilər. Zərərçəkmiş şəxs2 təlqinə tapılmağa, başqalarının təsiri altında hərəkət etməyə və özündən uydurmağa meyillilik əlamətləri müşahidə edilmədi. Zərərçəkmiş şəxs2 yaş xüsusiyyətləri və intellektual inkişafı nəzərə alınmaqla ona qarşı hərəkətlərin xarakterini və mahiyyətini başa düşmək və qavramaq iqtidarına malik olmuşdur. Zərərçəkmiş şəxs2 ona qarşı edilən hərəkətlər zamanı və həmin hərəkətlərdən sonra psixi-emosional halında qorxu, həyəcan yaranmışdır. Zərərçəkmiş şəxs2 azyaşlı olmasına baxmayaraq fərdi-psixi xüsusiyyətlərindən, intellektual inkişafı və emosional halından (anasına mənəvi cəhətdən bağlı olması, ona qarşı sevgisi, anasını itirmək qorxusu və s.) müqavimət göstərmək qabiliyyətinə malik olmuşdur.” Kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 841 saylı rəyinə əsasən müəyyən olunur ki, “Şahid1 hal-hazırda və əvvəllər hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, əqli gerilik və sair psixi xəstəlik qeyd edilməyib. Şahid1 öz yaş xüsusiyyətləri çərçivəsində iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavrayıb təsvir etmək qabiliyyətinə malikdir. Şahid1 əqli və psixi inkişafında ləngimə, gerilik kimi əlamətlər aşkar olunmadı. Şahid1 yaş xüsusiyyətlərinə uyğun olmaqla, baş vermiş hadisəni qavraya və təsvir edə bilər. Şahid1 azyaşlı olduğundan göstərilən halları (təlqinə qapılmaq, başqalarının təsiri altında hərəkət etmək, uydurmağa meyillik) onda müəyyən etmək mümkün olmasa da, hadisə ilə əlaqədar özündən uydurmadığı qənaətinə gəlinir. Şahid1 şahidi olduğu hadisəni öz yaşına uyğun şəkildə təsvir edə və bu barədə məlumat versə də, azyaşlı olduğundan həmin hadisənin xarakterini, mahiyyətini və nəticələrini dərk etmək qabiliyyətinə malik deyildir”. İstintaq zamanı Təqsirləndirilən şəxs Şıxı oğlu barəsində komisyon kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizası təyin edilməklə ekspertizanın aparılması Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-X4 X16 tapşırılmışdır. “Komisyon kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizasının” xx.xx.2023-cü il tarixli 1242 saylı ekspert rəyinə əsasən müəyyən olunur ki, “Yoxlanılan şəxs Mirzəməmmədov Şahbala Şıxı oğlunun hazırki psixi vəziyyətini ambulator.şəraitdə düzgün qiymətləndirmək, barəsində istintaqın qərarda qoyduğu sualları ambulator şəraitdə cavablandırmaq mümkün olmur. Qeyd olunanları nəzərə alaraq Mirzəməmmədov Şahbala Şıxı oğlunun psixi vəziyyəti ilə əlaqədar anlaqlı olub-olmamasını müəyyən etmək, ekspertlər qarşısında qoyulmuş digər sualları cavablandırmaq üçün daha əsaslı və uzun müddətli müayinə məqsədi ilə onun stasionar məhkəmə psixiatrik ekspertiza şöbəsinə göndərilməsi zəruridir." “Komisyon kompleks stasionar məhkəmə psixiatrik və psixoloji ekspertizasının” xx.xx.2023-cü il tarixli 83 saylı ekspert rəyinə əsasən müəyyən olunur ki, “Təqsirləndirilən şəxs Şıxı oğlu üzvi sayıqlama pozuntusundan əziyyət çəkir. Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində şərh edilən və ona ittiham olunan cinayət əməlini törədərkən keçirdiyi üzvi sayıqlama pozuntusu nəticəsində öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onlan idarə etmək iqtidarında olmamışdır. Buna görə Ş.Ş.Mirzəməmmədov təqsirləndirildiyi cinayət əməlinə görə anlaqsız hesab edilməlidir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs Şıxı oğlunun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşür. Təqsirləndirilən şəxs halhazırda da üzvi sayıqlama pozuntusundan əziyyət çəkdiyindən hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onlan idarə etmək iqtidarında deyildir. Özü və ətrafdakılar üçün ciddi sosial təhlükə kəsb edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 97.3-cü maddəsinə əsasən öz psixi vəziyyətinə görə daimi müşahidə tələb edən şəxslərə xüsusi ixtisaslaşdırılmış psixiatriya stasionarlarında məcburi müalicə təyin edilə bilər. Təqsirləndirilən şəxs hal-hazırkı psixi vəziyyəti daimi müşahidə tələb etdiyindən onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 95.0.3-cü maddəsinə əsasən ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsi məsləhət görülür. Təqsirləndirilən şəxs hal- hazırkı psixi vəziyyətinə görə istintaq hərəkətlərində iştirak etmək, öz prosessual hüquq və vəzifələrini icra etmək qabiliyyətinə malik deyildir. Təqsirləndirilən şəxs Şıxı oğlunun fərdi-psixi xüsusiyyətlərində inamsızlıq, şübhəlilik, impulsivlik, emosional dayanıqsızlıq, subyektivzm, xarici qıcıqlara qarşı həssaslıq aşkar olunur. Təqsirləndirilən şəxs Şıxı oğlu psixi vəziyyəti ilə əlaqədar öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmamışdır. Təqsirləndirilən şəxs Şıxı oğlu cinayət əməlini törədərkən psixi- emosional vəziyyətində impulsivlik, aqressiya, qəzəb kimi hallar yaranmışdır. Cinayət əməlini törədərkən Təqsirləndirilən şəxs Şıxı oğlunun keçirdiyi emosional halın yaranma səbəbi psixi vəziyyətində yaranmış patoloji dəyişikliklə əlaqədar olmuşdur. Təqsirləndirilən şəxs Şıxı oğlunun cinayət əməlini törədərkən fizioloji (psixoloji) affekt halında olmamışdır. Təqsirləndirilən şəxs Şıxı oğlunda uydurmağa meyillilik əlamətləri müəyyən edilir, lakin qeyd edilməlidir ki, həmin əlamətlər patoloji xarakter daşımaqla psixi vəziyyəti ilə əlaqədar olmuşdur.” “X12 stasionar məhkəmə psixiatrik və psixoloji ekspertizasının” xx.xx.2023-cü il tarixli 102 saylı rəyinə əsasən müəyyən olunur ki, Yoxlanılan şəxs Təqsirləndirilən şəxs Şıxı oğlunda «ÜZVİ SAYİQLAMA POZUNTUSU» müəyyən edilir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini sayıqlama fikirlərinin təsiri altında törətdiyi üçün öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarında olmamışdır. Buna görə də Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməli barəsində anlaqsız hesab edilməlidir.
1. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs Şıxı oğlu təqsirləndirildiyi cinayət əməlini törədərkən üzvi sayıqlama pozuntusundan əziyyət çəkdiyindən və hadisəni sayıqlama fikirlərinin təsiri altında törətdiyindən ittiham olunduğu cinayət əməlinə münasibətdə anlaqsız hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşür. Təqsirləndirilən şəxs hal-hazırda da «Üzvi sayıqlama pozuntusu» formasında psixi patologiyadan əziyyət çəkir. Təqsirləndirilən şəxs sayıqlama məzmunlu fikirləri korreksiya olunmadığından və tam dezaktuallaşmadığından, habelə törətmiş olduğu cinayət əməlinə tənqidi münasibəti formalaşmadığından həmin şəxs halhazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarında deyildir. Təqsirləndirilən şəxs özü və ətrafdakılar üçün ciddi sosial təhlükə kəsb edir. Təqsirləndirilən şəxs hal-hazırkı psixi vəziyyəti daimi müşahidə tələb etdiyindən onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 95.0.3-cü maddəsinə əsasən ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsi məsləhət görülür.
2. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs Şıxı oğlunun hal-hazırkı psixi durumu onunla istintaq hərəkətlərinin aparılmasına imkan vermir. Belə ki, Təqsirləndirilən şəxs cinayət hadisəsini və iş üçün əhəmiyyət kəsb edən halları, etdiyi hərəkətləri düzgün qavramaq və təsvir etmək, hərəkətlərinin məsuliyyətini dərk etmək, onlara cavab vermək və rəhbərlik etmək, həmçinin öz prosessual hüquq və vəzifələrini şəxsən həyata keçirmək və onları lazımi səviyyədə yerinə yetirmək, digər məhkəmə-istintaq hərəkətlərində iştirak etmək qabiliyyətinə malik deyildir.
3. Təqsirləndirilən şəxs Şıxı oğlunun fərdi-psixi xüsusiyyətlərində hirslilik, inadkarlıq, qıcığa qarşı həssaslıq, şübhəlilik, impulsivlik, emosional dəyişkənlik aşkar olunur.
4. Təqsirləndirilən şəxs Şıxı oğlunda müəyyən edilən psixi pozuntu, onu öz hərəkətlərini dərk etmək qabiliyyətindən məhrum etmişdir.
5. Qərarın təsviri hissəsində qeyd olunan cinayət əməlini törədə zaman Təqsirləndirilən şəxs Şıxı oğlunun psixi-emosional vəziyyətində aqressiya, qəzəb, impulsivlik kimi hallar yaranmışdır.
6. Cinayət əməlini törədərkən Təqsirləndirilən şəxs Şıxı oğlunun keçirdiyi emosional halın yaranma səbəbi, psixiatrik müayinə zamanı onda müəyyən edilən üzvi sayıqlama pozuntusu ilə şərtləşmişdir.
7. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs Şıxı oğlu cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır.
8. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs Şıxı oğlu psixi vəziyyəti ilə əlaqədar, patoloji xarakterli özündən uydurma fikirlər söyləyə biləcəyi müəyyən edilir.“ “Hadisə yerinə baxış barədə” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, 1 mart 2023-cü il tarixdə Sumqayıt şəhəri 4-cü məhəllə bina 28A/27, 1 nömrəli mənzilə baxış zamanı mənzilin giriş hissəsində, yataq otağında yerləşən yataq dəstinin üzərində qanabənzər ləkələrin olması, mənzilin içərisində otaqdan otağa keçid hissəsində üzərində qanabənzər ləkələrin olduğu sellofan torba, həmçinin həyətyanı sahədə yerləşən dayaz çalada sellofan torbaya keçirilmiş üzərində qanabənzər ləkələrin olduğu taxtadan balta müəyyən edilmişdir. Baxış nəticəsində mənzilin eyvanından çıxış qapısı olan həyətyanı sahəsində qazılmış çaladan aşkar edilmiş bir ədəd üzərində qanabənzər izlər olan balta müvafiq qaydada götürülmüşdür. 15 mart 2023-cü il tarixdə hadisə yeri olan Sumqayıt şəhəri 4-cü məhəllə bina 28A/27, 1 nömrəli mənzilə Zərərçəkmiş şəxs1 iştirakı ilə təkrar baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, binanın divarında “128” ədədi yazılmış, bina sarı rəngə boyanmışdır. Binaya daxil olduqda birinci mərtəbə kürsülüdür. Mənzilin giriş qapısı tünd qırmızı rəngli dəmir qapıdır, qapı çölə açılır, qapının kilidində heç bir zorakılıq əlaməti aşkar edilməmişdir. Mənzil üç otaqlıdır, daxil olduqda koridor yerləşir, koridorla hərəkət etdikdə sol tərəfdə qonaq otağıdır. Qonaq otağı səliqəsiz vəziyyətdədir, buradan sübut əhəmiyyəti kəsb edən heç bir əşya və ya iz aşkar edilməmişdir. Mənzildəki mənzil və yataq otağında da eynilə sübut əhəmiyyəti kəsb edən heç bir əşya və ya iz aşkar edilməmişdir. Koridordan qonaq otağına açılan qəhvəyi rəngli taxta materialdan qapıdan keçib içəri daxil olduqda üzbəüz eyvana açılan plastik materialdan hazırlanmış ağ rəngli qapı vardır. Həmin otaqda iki qapı arasında məsafədə hündürlükdən damcılamağa xarakterik qanabənzər izlər mövcuddur, bu izlərin intensivliyi eyvana açılan qapı tərəfdə nisbətən çoxdur. Həmin otağa girdikdə sağda çarpayı vardır. Çarpayı səliqəsiz vəziyyətdədir, üzərində döşək, yastıq və yarıaçıq vəziyyətdə yorğan mövcuddur. Döşəyin üzərindəki mələfədə iki ədəd çapıq xarakterli zədələr və qurumuş halda qanabənzər ləkələr vardır, bu ləkələrin bəziləri damcılama, bəziləri isə sürtülmüş şəkildədir. Yastığın üzərində də oxşar qanabənzər ləkələr mövcuddur. Bu otaqda qeyd edilənlərdən başqa sübut əhəmiyyəti kəsb edən iz və ya əşya aşkar edilməmişdir. Həmin otaqdan eyvana keçdikdə qapı ilə üzbəüz divarda pəncərənin qarşısında yerdən 60 sm hündürlükdə şkaf, yanında isə göy rəngli paltar səbəti, səbətin içərisində yuyulmuş halda uşaq paltarları mövcuddur. Eyvana açılan həmin qapının üzərində 25 sm və 7 sm uzunluqda şaquli istiqamətdə düzxəttli formada, qapının qarşısında yerə damcılamış şəkildə 2 ədəd və yanındakı xalçanın üzərində bir-birinə yaxın şəkildə damcılamış şəkildə qanabənzər izlər aşkar edilmişdir. Eyvandakı göy rəngli paltar səbətinin yanında 10 ədəd müxtəlif ölçülü qanabənzər ləkələr aşkar edilmişdir. Eyvana mənzildən daxil olduqda sağ tərəfdə eyvandan həyətyanı sahəyə açılan boz rəngli dəmir qapı mövcuddur. Eyvandan qapı istiqamətdə sağda və eyvana girdikdə sağdakı küncdə taxta materialdan hazırlanmış şkaf vardır. Həyətyanı sahə dəmir məftillər ilə çəpərlənmişdir, sahədə dərinliyi 40 sm olan çala vardır, çalanın torpağı bərkdir və içərisinə çör-çöp, köhnəlmiş konservə qapağı, kiçik yanmış və yanmış əşyaların qalıqları mövcuddur. Baxışda iştirak edən Zərərçəkmiş şəxs1 qaynatası Təqsirləndirilən şəxs əvvəlcə onu eyvandakı pəncərənin qarşısında balta ilə başının sağ təpə nahiyəsindən vurduğunu, plastik qapının qarşısında isə Zərərçəkmiş şəxs2 başından vurduğunu, qaynatasının əlindən baltanı almaq istəyərkən qarşılıqlı mübarizə şəraitində eyvana açılan Təqsirləndirilən şəxs qaldığı qonaq otağına keçdiklərini, sonuncunun onu çarpayının üstünə yıxıb, sonra da sürüşdürüb xalçanın üstündə balta ilə ona zərbələr yetirdiyini, hadisədən sonra mənzildə ilk dəfə gəldiyini, mənzilin bu müddətdə heç kim tərəfindən açılmadığını bildirmişdir. Baxış nəticəsində mənzilin eyvanının həyətyanı sahəyə tərəf divarının həyətyanı sahəyə açılan qapı tərəfində, göy rəngli paltar səbətinin yanında döşəmədə olan qurumuş qanabənzər ləkələrdən (№1), mənzilin otağından eyvana açılan ağ rəngli plastik qapıdan və qapının ağzından qurumuş qanabənzər ləkələrdən (№2), mənzilin eyvana açılan qapısı tərəfdə Təqsirləndirilən şəxs istifadə etdiyi yataq otağının döşəməsindən qurumuş qanabənzər ləkələrdən (№3) nümunələr tampona hopdurulmaqla götürülmüşdür. Bundan başqa həmin otaqdakı çarpayının üzərində qanabənzər ləkələri olan yastığın üzlüyü (№4) və çarpayının üstünə salınmış mələfə (№5) müvafiq qaydada götürülmüşdür. Hadisə yerindən aşkar edilərək götürülmüş 1 ədəd balta, 1 ədəd yastıq üzlüyü, 1 ədəd mələfə, Zərərçəkmiş şəxs1 könüllü təqdim etdiyi hadisə vaxtı üzərində olan 1 ədəd göy rəngli üst geyimi, Zərərçəkmiş şəxs2 hadisə vaxtı əynində olan paltarlara tərəfimdən baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki:
1. Hadisə yerindən aşkar edilən balta sapı və küplə tiyədən ibarət olub, tünd qəhvəyi rəngli qara metaldandır, çirkənib paslanmışdır. Baltanın tiyəsi eni 4,7sm, ülgüc kənarından 11 sm, hündürlüyü 8,5 sm ölçüdədir, tiyəsi qövsvaridir. Baltanın üzərində tünd qonur rəngli qanabənzər ləkələr vardır. Baltanın sapı 33,5 sm uzunluqda, 3,5 sm-dan 6 sm-dək endən, 2,3mm-dən 2,5mm-dək qalınlıqdan ibarət ölçülərdə olmaqla düz silindirikdir, taxta materialdan hazırlanmışdır.
2. Zərərçəkmiş şəxs1 götürülmüş 1 ədəd gödəkçə tünd göy rəngli “balonka” tiplidir, qabaq tərəfdən zəncibəndlə açılıb-bağlanır, zəncirbənd plastikdir, iki ədəd yan cibləri vardır, ciblərinin zəncirbəndlə açılıb-bağlanır. Etiketi boyun tərəfdədir, həmin etiketdə “Chasesun” sözü yazılmışdır, gödəkçənin uzunluğu 83 sm, aşağı tərəfdən sərbəst kənarları 55 sm, qollarının uzunluğu 62 sm ölçülüdür. Gödəkçənin səthində 9 ədəd ümumi zədə aşkar edildi. Aşkar edilən zədələrdən 2 ədədi gödəkçənin ön tərəfinin sağ yarısında, 2 ədədi kapuşonun ön tərəfində və 2 ədədi kapşonun arxa boyun tərəfində, 3 ədədi sağ qolunun arxa səthində yerləşir. Gödəkçənin ön tərəfinin sağ yarısındakı 2 ədəd zədə təxminən 10 mm və 21 mm ölçülərdə düzxəttli olmaqla, sağ yarının aşağı və ortasındadır, kapuşonda olan zədələr 14 mm, 16 mm, 18 mm, 23 mm ölçülərdə düzxəttli olmaqla, onlardan ikisi arxa, iki ön tərəfdədir, sağ qolun arxa tərəfindəki səthində aşağı hissədə 5mmx7mm ölçülü “L” şəkilli, 2mmx4mm ölçülü dördbucaqlı formaya bənzəyən, 71 mm ölçülü düzxəttlidir.
3. Zərərçəkmiş şəxs2 məxsus 1 ədəd ağ rəngli qolsuz 43 sm uzunluğunda, aşağı sərbəst kənarında 33 sm enindədir, etiketində “Ceysan” sözü yazılıb, mayka üç yerdən kəsilmişdir. Üzərində tünd qonur-qəhvəyi rəngli qanabənzər ləkələr vardır.
4. Zərərçəkmiş şəxs2 məxsus köynək mavi rəngli uzunqolludur, 40 sm uzunluğunda, sərbəst kənarında 32 sm enindədir, köynəyin önündə “X19” sözü, etiketində “Elit Star” yazıları vardır. Üzərində tünd qonur-qəhvəyi rəngli qanabənzər ləkələr vardır.
5. Zərərçəkmiş şəxs2 məxsus palto boyunluqlu uzunqol ağ-qara rənglidir, üzərində qəhvəyi damaları vardır. Öndən metal zəncirbəndlə bağlanılır, iki ədəd yan cibi vardır. Paltonun uzunluğu 70 sm, aşağı sərbəst kənarında 54 sm enindədir, qollarının uzunluğu 67 smdir. Etiketində “Robin” sözü yazılmışdır. İç tərəfindən qonur-qəhvəyi rəngli qanabənzər ləkələr vardır.
6. Zərərçəkmiş şəxs2 qızma məxsus kalqotka boz rənglidir, uzunluğu 77 sm, beli sərbəst 20 sm enindədir. Üzərində tünd qonur-qəhvəyi rəngli qanabənzər ləkələr vardır.
7. Yastıq üzlüyü 64smx63sm ölçülü ağ rəngli düzbucaqlı formalıdır, üzərində naxışları vardır. Üzərində tünd qonur-qəhvəyi rəngli qanabənzər ləkələr vardır.
8. Mələfə 233 smx104 sm ölçülü çəhrayı-boz rəngli düzbucaqlı formalıdır, mələfənin ortasında “L” şəkilli zədələr vardır, bu zədələrdən biri 9smX11sm ölçülü, digəri 0,5smX0,5sm ölçülüdür. Üzərində tünd qonur-qəhvəyi rəngli qanabənzər ləkələr vardır. Baxış başa çatdıqdan sonra əşyalar: Zərərçəkmiş şəxs1 təqdim etdiyi göy rəngli gödəkçə, A. Şahid2 məxsus palto sellofan torbada, digər əşyalar kağız paketlərdə qablaşdırıldı, xüsusi qaydada qablaşdırılan hər bir əşya birkalandı, möhürlənməklə və bu kimi hərəkətlər yerinə yetirilməklə onun üzərindəki izlərin əlamətlərinin və xüsusiyyətlərinin əhəmiyyətli surətdə dəyişdirilməsi imkanı aradan qaldırılmış hala gətirilmişdir. X12 Stasionar Məhkəmə Psixiatrik və Psixoloji Ekspertizasinin xx.xx.2024-cü il tarixli 116 saylı rəyinə əsasən müəyyən olunur ki, Yoxlanılan şəxs Təqsirləndirilən şəxs Şıxı oğlunda üzvi sayıqlama pozuntusu aşkar olunur. Təqsirləndirilən şəxs Şıxı oğlu törətdiyi əməl dövründə sayıqlama fikirlərinin təsiri altında olduğundan öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onlan idarə etmək iqtidarında olmamışdır. Buna görə də, Təqsirləndirilən şəxs Şıxı oğlu törətdiyi əməl barəsində ANLAQSİZ hesab edilməlidir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs Şıxı oğlunun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşür. Təqsirləndirilən şəxs Şıxı oğlu onda olan psixi pozuntu səbəbindən öz hərəkətlərinə cavab vermək iqtidarında deyil. Təqsirləndirilən şəxs Şıxı oğlunun hazırkı vəziyyəti onun istintaq və prosessual hərəkətlərdə iştirak etmək, öz prosessual hüquq və vəzifələrini icra etmək imkanından məhrum edir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs Şıxı oğlunda qeyd olunan psixi pozuntunun simptomlan rəyin motivləşdirici hissəsində ətraflı şərh edilmişdir. Qeyd olunmalıdır ki, "üzvi sayıqlama pozuntusunun” əsas aparıcı simptomu sayıqlama fikirləridir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs Şıxı.yoğlu emosional dayanıqsızlıq, şübhəlilik, impulsivlik, inamsızlıq, emosional reaksiyalara meyillilik, qıcığa qarşı həssaslıq kimi fərdipsixoloji xüussiyyətlərə malikdir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs Şıxı oğlu əziyyət çəkdiyi psixi pozuntu ilə əlaqədar öz hərəkətlərini dərk etmək iqtidarında deyildir. Cinayət əməlini törədən zaman Təqsirləndirilən şəxs Şıxı oğlunun psixi-emosional vəziyyətində aqressiya, qəzəb, impulsivlik kimi hallar yaranmışdır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs Şıxı oğlunun törətdiyi əməl zamanı keçirdiyi emosional halın yaranma səbəbi, psixiatrik müayinə zamanı onda müəyyən edilən üzvi sayıqlama pozuntusu ilə şərtləşmişdir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs Şıxı oğlu cinayət əməlini törədərkən fizioloji (psixoloji) affekt halında olmamışdır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs Şıxı oğlu psixi vəziyyəti ilə əlaqədar, patoloji xarakterli özündən uydurma fikirlər söyləyə biləcəyi müəyyən edilir. X13 Məhkəmə Psixiatrik Ekspertizasinin xx.xx.2024-cü il tarixli 171 sayli rəyinə əsasən müəyyən olunur ki, Yoxlanılan şəxs Təqsirləndirilən şəxs Şıxı oğlunun halhazırkı psixi vəziyyəti daimi müşahidə tələb etdiyindən onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 95.0.3-cü maddəsinə əsasən ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsi məsləhət görülür. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş sorğunun cavabından görünür ki, Təqsirləndirilən şəxs Şıxı oğlu əvvəllər məhkum olunmamışdır. Sumqayıt şəhər məhkəməsinin 3 mart 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Şıxı oğlunun barəsində əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Sumqayıt şəhər məhkəməsinin 4 avqust 2023-cü il tarixli qərarından görünür ki, anlaqsız vəziyyətdə cinayət törətmiş Təqsirləndirilən şəxs Şıxı oğlu istintaqı aparılan cinayət işi üzrə cinayət-prosessual fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunmuşdur. Sumqayıt şəhər məhkəməsinin 4 avqust 2023-cü il tarixli qərarından görünür ki, anlaqsız vəziyyətdə cinayət törətmiş Təqsirləndirilən şəxs Şıxı oğlu barəsində xüsusi tibb müəssisəsinə (psixiatrik stasionara) yerləşdirmək təhlükəsizlik tədbiri tətbiq edilmiş və Səhiyyə Nazirliyi Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilmişdir. AZ-İ No.: 857958 nömrəli nikah haqqında şəhadətnamə, AZ-İV No.: 774143, AZ-İV No.: 398677, AZ-İİİ No.:386568 nömrəli doğum haqqında şəhadətnamələrdən görünür ki, Şahid2 ilə Zərərçəkmiş şəxs1 11,06.2013-cü ildə nikahları bağlanmış, həmin nikahdan xx.xx.2014-cü ildə Ayla Mirzəmmədovä, xx.xx.2019-cu ildə Şahid1, xx.xx.2022-ci ildə Kamilla Mirzəmmədova doğulmuşdur. Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil X5 Birliyinin 3 saylı mənzil kommunal sahəsinin 428, 429, 431, 432, 434 nömrəli xx.xx.2023-cü il tarixli arayışlar və 430, 433 nömrəli eyni tarixli xasiyyətnamələrdən görünür ki, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs Şıxı oğlu ünvan 8 ünvanda yaşamışdırlar, yaşadıqları müddətdə heç bir qonşu onlardan şikayət etməmişdir. Sumqayıt şəhəri İ.Qayıbov adına 1 nömrəli tam orta məktəbin Zərərçəkmiş şəxs2 barəsində tərtib etdiyi xasiyyətnamədən görünür ki, Zərərçəkmiş şəxs2 hadisə vaxtı həmin məktəbdə 2-ci sinifdə təhsil almış, oxuduğu müddətdə sinif yoldaşları və müəllim kollektivinin hörmətini qazanmış, bütün fənnlərə münasibəti yaxşıdır, xasiyyətcə utancaq, mehriban, dərs prosesində nizam-intizamlı və tərbiyəli şagird olmuş, 1 mart 2023-cü il tarixdə dərsdə iştirak etməmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin iş yeri üzrə Zərərçəkmiş şəxs1 barəsində tərtib etdiyi xx.xx.2023-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Zərərçəkmiş şəxs1 həmin Cəmiyyətdə Marketinq üzrə aparıcı mütəxəssis işləyir, iş yeri üzrə müsbət səciyyə olunur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs Şıxı oğlu tərəfindən araşdırılan əməlin törədilməsi zərərçəkiş şəxslərin, şahidlərin məhkəmə baxışı zamanı vermiş olduqları ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Lakin məhkəmə istintaqı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.3, 29,120.2.4, 29,120.2.7 və 29,120.2.9-cu maddələrində nəzərdə tutulan ictimai təhlükəli əməlin Təqsirləndirilən şəxs Şıxı oğlu tərəfindən törədilməsi nəticəsinə gəlinsə də, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs həmin ictimai təhlükəli əməli anlaqsız vəziyyətdə törətmişdir, hazırda da şəxs anlaqsız vəziyyətdədir. Odur ki, şəxs cinayət məsuliyyətindən azad olunmalı və onun barəsində ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən ictimai təhlükəli əməli (hərəkət və ya hərəkətsizliyi) törətdiyi zaman anlaqsız vəziyyətdə olmuş, yəni xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, əqli gerilik və ya sair psixi xəstəlik nəticəsində öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etməyən və ya onu idarə edə bilməyən şəxs cinayət məsuliyyətinə cəlb edilmir; 21.2-ci maddəsinə əsasən anlaqsız vəziyyətdə ictimai təhlükəli əməl (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs barəsində məhkəmə tərəfindən bu Məcəllə ilə nəzərdə tutulmuş tibbi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər; 93.2-ci maddəsinə əsasən 93.1-1-ci maddəsində nəzərdə tutulmuş şəxslərə tibbi xarakterli məcburi tədbirlər o halda təyin edilir ki, psixi pozuntu şəxsin özünə və ya başqa şəxslərə zərər yetirilməsi təhlükəsi yaradır; 93.1-1-ci maddəsinə əsasən şəxsin psixi pozuntusu ilə əlaqədar tibbi xarakterli məcburi tədbirlər məhkəmə tərəfindən təyin olunur; 93.1-1.1-ci maddəsinə əsasən tibbi xarakterli məcburi tədbirlər həmin məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş əməli (hərəkət və ya hərəkətsizliyi) anlaqsız vəziyyətdə törətmiş şəxslərə təyin olunur; 93.3-cü maddəsinə əsasən Tibbi xarakterli məcburi tədbirlərin tətbiqi qaydası Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunur; 94-cü maddəsinə əsasən psixi pozuntusu olan şəxslərə tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi məqsədi bu Məcəllənin 93.1-1-ci maddəsində göstərilən şəxslərin müalicə olunması və ya psixi vəziyyətinin yaxşılaşdırılmasından, habelə həmin şəxslər tərəfindən yeni cinayət törədilməsinin qarşısının alınmasından ibarətdir. 95.0.3-cü maddəsinə əsasən ixtisaslaşdırılmış psixiatriya stasionarlarında məcburi müalicə; “Məhkəmələr tərəfindən tibbi xarakterli məcburi tədbirlərin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 08 noyabr 2012-ci il tarixli, 8 nömrəli Qərarında göstərilmişdir ki, məhkəməyə ittiham aktı və ya məhkəməyədək sadələşdirilmiş icraatın nəticələrinə dair yekun protokolu ilə daxil olmuş işin məhkəmə araşdırması zamanı şəxsin ictimai təhlükəli əməl törədərkən anlaqsız vəziyyətdə olması və ya cinayət törətdikdən sonra onun öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və ya onları idarə etmək iqtidarından məhrum edən psixi xəstəliyə tutulması müəyyən edildikdə məhkəmə cinayət işini ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarmadan CPM-nin LV və LVİ fəsillərində nəzərdə tutulmuş qaydada icraatı davam etdirir və icraatın nəticələrinə dair müvafiq qərar qəbul edir. Tibbi xarakterli məcburi tədbirlərin növünü müəyyən edərkən məhkəmə qəbul etdiyi qərarı CM-nin 96-98-ci maddələrinin göstərişlərini rəhbər tutmaqla barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqi nəzərdə tutulmuş şəxsin psixi vəziyyəti barədə məhkəməpsixiatrik ekspertizasının rəyini və iş üzrə toplanmış başqa sübutları müqayisəli şəkildə qiymətləndirməklə əsaslandırmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 468-ci maddəsinə əsasən, anlaqsız vəziyyətdə cinayət törətmiş şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üzrə icraat bu Məcəllənin 468-478-ci maddələri ilə nəzərdə tutulmuş xüsusiyyətlər nəzərə alınmaqla bu Məcəllənin ümumi qaydaları əsasında aparılır. Həmin Məcəllənin 477.3-cü maddəsinə əsasən, şəxs tərəfindən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin anlaqsız vəziyyətdə törədilməsini sübuta yetirilmiş hesab etdikdə, məhkəmə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi və barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi barədə qərar çıxarır. Beləliklə, məhkəmə kollegiyası cinayət prosessual qanunvericiliyin tələbləri çərçivəsində qanuni şəkildə əldə olunmaqla cinayət işinin materiallarına əlavə olunan və məhkəmə istintaqı zamanı tədqiq edilən biri digərini tamamlayan sübutlar vasitəsi ilə Təqsirləndirilən şəxs Şıxı oğlunun CM-in 29,120.2.3, 29,120.2.4, 29,120.2.7 və 29,120.2.9cu maddələrində nəzərdə tutulan cinayət əməlini anlaqsız vəziyyətdə törətməsini sübuta yetirilmiş hesab edərək belə nəticəyə gəlir ki, o, yuxarıda qeyd olunan maddələr ilə cinayət məsuliyyətindən və cəzadan azad olunmalı, ekspertlərin rəyinə və həmçinin Azərbaycan Respublikası CM-nin 95.0.3-cü maddəsinin tələblərinə uyğun olaraq, ona ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin olunmalıdır. Qərarın icrası Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 1 saylı Respublika Psixiatriya Xəstəxanasının rəhbərliyinə həvalə edilməli, Təqsirləndirilən şəxs Şıxı oğlunun barəsində tətbiq olunan təhlükəsizlik tədbiri qərar qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “Məhkəmələr tərəfindən tibbi xarakterli məcburi tədbirlərin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 08 noyabr 2012-ci il tarixli, 8 nömrəli Qərarında göstərilmişdir ki, cinayət qanununda nəzərdə tutulmuş əməlin şəxs tərəfindən anlaqsız vəziyyətdə törədilməsi sübuta yetirildikdə və tibbi xarakterli məcburi tədbirlərin tətbiqi əsasları müəyyən edildikdə məhkəmə CM-nin 21.1-ci maddəsinə əsasən onun cinayət məsuliyyətindən azad edilməsi və barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi barədə qərar qəbul edir. Bu zaman qərarın təsviri hissəsində məhkəmə tərəfindən tədqiq edilmiş sübutlara əsasən müəyyən edilmiş şəxsin törətdiyi əməlin halları, əməllərinə hüquqi qiymət verilməsi və qəbul edilmiş qərarın motivləri, nəticə hissəsində isə şəxsin cinayət məsuliyyətindən azad edilməsi və ona tətbiq edilən tibbi xarakterli məcburi tədbirin növü, habelə maddi sübutların taleyinin həlli göstərilməlidir. İş üzrə maddi sübut maddi sübut olan və Sumqayıt şəhər prokurorluğunun maddi sübutların saxlanma otağında saxlanılan cinayət işi üzrə hadisə yerindən götürülmüş bir ədəd soyuq silah hesab edilməyən balta cinayətin aləti olduğuna görə, Zərərçəkmiş şəxs1 məxsus bir ədəd gödəkçə üzərindəki zədələrə, həmin zədələr cinayətin aləti olan balta vasitəsilə yetirildiyinə və hadisə vaxtı onun əynində olduğuna görə, Zərərçəkmiş şəxs2 məxsus bir ədəd mayka, bir ədəd köynək, bir ədəd palto, bir ədəd kalqotka hadisə vaxtı onun əynində olduğuna və üzərindəki qan izlərinə görə, hadisə yerindən götürülmüş bir ədəd mələfə üzərində olan zədələrə və qan izlərinə, həmçinin həmin zədələr cinayətin aləti olan balta vasitəsilə yetirildiyinə görə, bir ədəd yastıq üzlüyü üzərində hadisə vaxtı yaranmış qan izlərinə görə, hadisə vaxtı zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 qanının töküldüyü yeri müəyyən etdiyinə görə həmin ləkələrdən nümunələrin götürülməsində istifadə olunmuş 3 ədəd pambıq ucluqlu çubuq qərar qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Məhkəmə hazırki iş üzrə «xüsusi müsadirə» ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən edilməmişdir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346,348, 477 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə
q ə r a r a a l d ı:
Təqsirləndirilən şəxs Şıxı oğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 120.2.3, 29, 120.2.4, 29, 129.2.7, 29, 120.2.9-cu maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini anlaqsız vəziyyətdə törətməsi sübuta yetirilmiş hesab olunsun və o, cinayət məsuliyyətindən azad olunsun. Təqsirləndirilən şəxs Şıxı oğlu barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 95.0.3-cü maddəsinə uyğun olaraq ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin. Qərarın icrası Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 1 saylı Respublika Psixiatriya Xəstəxanasına tapşırılsın. Təqsirləndirilən şəxs Şıxı oğlu barəsində barəsində tətbiq olunan təhlükəsizlik tədbiri qərar qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və Sumqayıt şəhər prokurorluğunun maddi sübutların saxlanma otağında saxlanılan cinayət işi üzrə hadisə yerindən götürülmüş bir ədəd soyuq silah hesab edilməyən balta cinayətin aləti olduğuna görə, Zərərçəkmiş şəxs1 məxsus bir ədəd gödəkçə üzərindəki zədələrə, həmin zədələr cinayətin aləti olan balta vasitəsilə yetirildiyinə və hadisə vaxtı onun əynində olduğuna görə, Zərərçəkmiş şəxs2 məxsus bir ədəd mayka, bir ədəd köynək, bir ədəd palto, bir ədəd kalqotka hadisə vaxtı onun əynində olduğuna və üzərindəki qan izlərinə görə, hadisə yerindən götürülmüş bir ədəd mələfə üzərində olan zədələrə və qan izlərinə, həmçinin həmin zədələr cinayətin aləti olan balta vasitəsilə yetirildiyinə görə, bir ədəd yastıq üzlüyü üzərində hadisə vaxtı yaranmış qan izlərinə görə, hadisə vaxtı zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 qanının töküldüyü yeri müəyyən etdiyinə görə həmin ləkələrdən nümunələrin götürülməsində istifadə olunmuş 3 ədəd pambıq ucluqlu çubuq qərar qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Qərardan elan olunduğu 20 gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərardan göstərilən müddətdə apellyasiya şikayəti və protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir.