Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-305/2025 04.09.2025 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Hümbətov Fəhmin Zaur oğlu (sədrlik edən), X14 və Rzayeva Aynur Tapdıq qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi - X8 iştirakı ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs və təqsirləndirilən şəxsin iştirakları ilə, xx xxxxxxx 1994-cü il tarixdə Qusar rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olmuş, ünvan 1 ünvanında kirayədə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs 10 noyabr 2024-cü il tarixdə, saat təxminən 18 radələrində spirtli içki qəbul edib sərxoş vəziyyətə düşərək təxminən 1 ildir ailə daxili münasibətləri pisləşərək uşaqları ilə birlikdə anası Şahid1 evində yaşayan, həmin vaxtlarda işləri Qusar rayon məhkəməsində boşanma ərəfəsində olduqları arvadı X3 aralarında mübahisə olarkən əvvəllər ondan ayrı yaşamaqla sərbəst qadın olması barədə dediyi sözlərə görə onun əxlaqsızlıq edəcəyini fikirləşərək onunla görüşüb, danışıb bu məsələlərə aydınlıq gətirmək və övladlarını ona göstərməsini tələb etmək üçün Qənirə Abdullayevanın yaşadığı Qusar rayonu Hil kəndində yerləşən evinin yanına gedib onun işdən qayıtmasını bir müddət gözləmiş, həmin gün, saat təxminən 18:20 radələrində Qənirə Abdullayeva işdən yaşadığı evə qayıdarkən onun evinin yaxınlığında, kənd arası yolda onu görüb yaxınlaşıb söhbət edərkən Qənirə Abdullayevanın ona “get işinlə məşğul ol”, “sənə ehtiyacım yoxdur, uşaqlar da mənimdir, sənə göstərməyəcəyəm, mən də ürəyim istədiyim kimi kef çəkəcəyəm, sənə nə dəxli var” sözlərini kobud formada deməsindən sonra əsəbiləşərək aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı onu öldürmək qərarına gələrək, həmin niyyətlə şalvarının sağ arxa cibində olan məişət təyinatlı qatlama turist bıçağını cibindən çıxardıb Qənirə Abdullayevanın bədəninin həyat üçün təhlükəli olan boğazına dirəyib bıçağı çəkib kəsmək istəyərkən Qənirə Abdullayevanın onu itələyərək müqavimət göstərməsi səbəbindən onun boğazını kəsib öldürə bilməmiş, bu vaxt Qənirə Abdullayeva arxa-arxaya tərəf gedib kürəyi üstə yerə yıxıldığı üçün, öz hərəkətlərinin davamı olaraq sağ əlində tutduğu cib bıçağı ilə onu qəsdən həyatdan məhrum etmək üçün onun üzərinə hücum edib yerdə yıxılı vəziyyətdə bıçaqla onun boğaz nahiyəsini bir neçə dəfə kəsməyə çalışsa da, Qənirə Abdullayevanın ona tərəf əl-qol atmaqla, qolları ilə boğaz nahiyəsini bağlamaqla, çabalamaqla müqavimət göstərib mane olması, eləcə də əynində olan gödəkcə və sviterin boğaz hissələrinin qalın olmasına görə onun boğazını bıçaqla kəsə bilmədiyindən onun sinə nahiyəsinə bir neçə dəfə bıçaq zərbələri vurmuş, Qənirə Abdullayevanın əlləri və qolları ilə bıçaq zərbələrinin qarşısını almağa çalışmasına baxmayaraq, bıçaqla vurmaqla ona “sağ süd vəzinin yuxarı bayır kvadrantının döş boşluğuna nüfuz etməyən deşilmiş-kəsilmiş yarası” ilə ifadə olunan, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid, “sol saidin orta 1/3-nin dəlib keçən bıçaq yarası, sol saidin bıçaq yaralarından sonrakı vəziyyət, yəni sol əlin 3, 4, 5-ci barmaqların əzələ kontrakturası nəticəsində hərəkət məhdudiyyəti” ilə ifadə olunan, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid xəsarətləri yetirməklə qəsdən onu öldürməyə cəhd etmiş, lakin bıçaq zərbələrini vurandan sonra Qənirə Abdullayevanın taqətdən düşərək səsinin kəsildiyini, hərəkətsiz qaldığını görüb onu öldürdüyünü düşünərək onun üstündən durub həmin yerdən qaçaraq uzaqlaşmış, daha sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 Xidməti zəng mərkəzinə zəng edərək X10 öldürməsi barədə məlumat vermiş, sonra isə halsız vəziyyətdə olan Qənirə Abdullayeva özündə güc toplayıb çətinliklə evə getmək istəyərkən təsadüfən mobil telefon ilə ona zəng edən qızı Ofelya Abdullayevaya mobil telefonu anası Şahid1 qızma verməsini deyib onunla danışaraq həmin yerə gəlməsi üçün çağırmış, anası Şahid1 da dərhal ora gəlib Qənirə Abdullayevaya kömək edib evə aparmış, evdən təcili tibbi yardım çağıraraq Qənirə Abdullayevanın tibbi yardım göstərilməsi üçün “Qusar Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nə çatdırılaraq orada ixtisaslı həkimlər tərəfindən təxirəsalınmaz intensiv cərrahiyyə əməliyyatı göstərilməsi nəticəsində, Təqsirləndirilən şəxs Qənirə Abdullayevanı qəsdən öldürmək məqsədi ilə onun bədəninin sinə, sol qol nahiyələrinə bıçaqla vurmaqla bədən xəsarətləri yetirməsinə baxmayaraq, qəsdən onu öldürməyə, yəni qəsdən həyatdan məhrum etməyə yönəldilmiş qəsdən törədilən cinayət əməlini öz iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, 2015-ci ildə ailə həyatı qurmuşdur. 3 övladı var, ailə münasibətləri yaxşı olmuşdur. Ailə münasibətlərinin pozulmasının səbəblərindən biri içki içməyi olmuşdur. Amma o, ailəsini hər şey ilə təmin edirdi. 3-cü uşaq olandan sonra həyat yoldaşı uşaqları da götürüb anasıgilə getmişdir. O, anasıgilə gedəndə onlar rəsmi olaraq boşanmamışlar, hadisədən sonra boşanmışlar. Həyat yoldaşm uşaqları anası evinə apardıqdan sonra onları onunla görüşdürmürdü, əlaqə saxlamağa imkan vermirdi. Anası zəng vurub onu təhqir etmişdi. Hadisə günü o, qərar vermişdir ki, həyat yoldaşının işdən qayıtma vaxtını bildiyi üçün onu evlərinə gedən yolda məhlədə gözləsin. Hadisə noyabrın 10-da 19:00 radələrində Qusar rayonu Hil kəndində baş vermişdir. Niyyəti həyat yoldaşı ilə danışmaq və uşaqları ilə görüşmək idi. Həyat yoldaşı işdən qayıdanda onun qarşısına çıxmış və ona uşaqlarını görmək istədiyini bildirmişdir. O isə cavabında uşaqların onun olduğunu demiş, o da bildirmişdir ki, “uşaqlar təkcə sənin deyil hər ikimizindir”. Həyat yoldaşı isə ardınca onu qıcıqlandıran ifadələrdən istifadə etmişdir. Ona artıq sərbəst insan olduğunu, onun həyatında heç bir rolunun olmadığını, həyatını necə istəyir elə yaşayacağını və s. bildirmişdir. O, ona bir daha uşaqları gətirməyini, yarım saatlıq onları görməyini istəmiş, lakin o yenidən qıcıqlandırıcı ifadələrdən istifadə etmişdir. O da qüruruna sığışdırmamış və hadisə baş vermişdir. Ondan sonra xatırladığı tək məqam onun yerdə uzanması idi. Xəsarət yetirdiyi bıçağı işdə konserv açmaq məqsədi ilə istifadə edirdi. Onlar mübahisə edəndə hava artıq qaralmışdı, ətrafda adam yox idi. Hadisə vaxtı uşaqlar yoldaşının anasının evində idi. Onun yoldaşı ilə görüşməkdə məqsədi uşaqlarını görmək olmuşdur. Heç vaxt həyat yoldaşını öldürmək niyyəti olmamışdır. Həmin gün çox içkili olmuşdur. 8 butulka pivə və 8 butulka “Jaguar” adlı spirtli içki qəbul etmişdir. Hərəkətsiz qaldığını görəndə düşünmüşdür ki, artıq həyat yoldaşı ölüb. O da “102”-ə zəng vurub həyat yoldaşını öldürdüyünü bildirmişdir. Əməlindən peşmandır. Barışıq əldə etməmişlər. Barışıq etməyə cəhdi olub lakin qəbul etməmişlər. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi, məhkəmədə elan olunaraq tədqiq olunan ifadəsində o, Azərbaycan Respublikası CM-in 29, 120.2.4-cü maddəsi ilə ona elan olunmuş ittihamla özünü təqsirli bilərək göstərmişdir ki, fərdi qaydada tikintidə fəhləlik etməklə çörək pulu qazanaraq ailəsini dolandırmışdır. 2015-ci ildə Qusar rayonu Hil kənd sakini kimi həmkəndlisi X6 ilə rəsmi qaydada ailə həyatı qurmuş, onların birgə nikahlarından 2016-cı ildə qızı Ofelya, 2019-cu ildə oğlu Fərid, 2022- ci ildə isə qızı Ayişə dünyaya gəlmişlər. Əvvəllər arvadı Qənirə ilə aralarında ər-arvad kimi mehriban münasibətləri olsa da, sonradan bir neçə dəfə cinayət məsuliyyətinə cəlb edilməsi, miitəmadi olaraq spirtli içki qəbul etdiyinə görə onunla aralarında tez-tez ailədaxili sözsöhbət, mübahisələr, münaqişələr baş vermişdir. 2023-cü ilin oktyabr ayının axırlarında arvadı Qənirə anası Minarənin də təkidi ilə uşaqlarını götürüb onun evinə qayıdaraq bir müddət sonra boşanmaq üçün rəsmi qaydada Qusar rayon məhkəməsinə müraciət etmişdir. Özü isə Qənirə Abdullayevadan boşanmağa razı olmamış, ailəsinin dağılmasını istəməmiş, Qənirə ilə barışmaq üçün dəfələrlə ona yalvarmış, uşaqlarına da bacardığı qədər maddi yardım göstərmişdir. Buna baxmayaraq təxminən son iki ay ərzində Qənirə ona uşaqlarını görməyə icazə verməmiş, hətta onun mobil telefon nömrəsini blok etdiyinə görə ona zəng də edə bilməmiş, “Whatsapp” proqramı ilə mesaj yazmaq da mümkün olmamışdır. Evlərinə gedib uşaqlarını göstərməsini tələb edəndə də, ona uşaqların özünün olduğunu deyib onu qapıdan qovmuşdur. Bunun üstündə aralarında dəfələrlə mübahisələr olmuş, həmin mübahisələr zamanı da Qənirə Abdullayeva onu ər kimi saymadığını, sərbəst qadın olduğunu bildirib özbaşınalıq etmiş, ipə-sapa yatmamışdır. Özü də ona bir neçə dəfə bunun axırının yaxşı olmayacağını demişdir. Bu söz-söhbət ona çox pis təsir göstərib bütün əsəblərini pozmuşdur. Gözünün qabağında ailəsinin dağılması, arvadının onu kişi yerinə qoymaması şəxsiyyətinə toxunmuş, arvadının bu hərəkətlərindən bezərək son vaxtlar demək olar hər gün spirtli içki qəbul etməyə başlamışdır. 10 noyabr 2024-cü il tarixdə, saat təxminən 15 radələrində Qusar şəhərində yerləşən mağazaların birindən 1 ədəd 0,5 litr həcmində şüşə qabda pivə, 1 ədəd “Jaguar” enerji spirtli içkisini alaraq elə küçədə ac qarnına yemək yemədən içmişdir. Spirtli içki qəbul edəndən sonra uşaqları gözünün qabağına gəlmiş, həmçinin X7 ona qarşı etdiyi saymazyana hərəkətlər, dediyi sözlər yadına düşdüyündən Qənirə Abdullayevanın yaşadığı Qusar rayonu Hil kəndində yerləşən atası evinə gedib birdəfəlik bu məsələlərə aydınlıq gətirmək qərarına gəlmişdir. Çünki artıq bu cür yaşaya bilməmiş, həyat gözünə görünməmiş, uşaqlarını istəsə də, onları görə bilməmişdir. Əvvəllər ora gedərkən arvadı Qənirə ilə aralarında olan mübahisələr zamanı 1-2 dəfə onun üzünə dediyi “ayrılacağam, özüm kef çəkəcəyəm, sənə dəxli yoxdur, öz həyatımı özüm yaşayacağam” sözlərini xatırlamış, Qənirənin bu sözlərini heç cür həzm edə bilməmişdir. Gözünün qabağına gətirəndə ki, dekabr ayında məhkəmədə rəsmi qaydada boşanandan sonra Qənirə pozğunluq edib adını biabır edəcəkdir, ona görə də bu sözü unuda bilməmişdir. Onun 3 uşağının, üstəlik də 2 qızının anasıdır. Fikirləşəndə ki, Qənirə gedib pozğunluq edəcəkdir, onun bu hərəkətlərinə göz yuma bilməzdi. Ona görə də həmin vaxt qərara almışdır ki, gedib arvadı Qənirə Abdullayeva ilə görüşüb bu söhbətlərə bir daha aydınlıq gətirsin. Ona görə də bir neçə saat Qusar şəhərində təkbaşına vaxt keçirtdikdən sonra Qusar şəhəri “Avtobaza” adlanan ərazidə yoldan keçən taksi avtomobili ilə Qusar rayonu Hil kəndinə getmiş, İlham adlı həmkəndlisinin işlətdiyi mağazadan 1 ədəd 0,5 litr həcmində şüşə qabda pivə spirtli içkisini alıb kəndin ərazisində piyada gəzə-gəzə içmişdir. Sərxoş olmaq istəmiş və içdiyi spirtli içkilərin təsiri altında sərxoş olmuşdur. Saat təxminən 18 radələrində arvadı Qənirənin anası Şahid1 və uşaqları ilə birlikdə yaşadığı evə tərəf gedib, evlərinin yaxınlığında Qənirəni gözləməyə başlamışdır. Onun Qusar rayonu Qayakənd kəndində yerləşən “Qusar Qala” restoranında işlədiyini, saat neçədə işdən qayıtdığını əvvəlcədən bildiyi üçün orada təxminən 5-10 dəqiqə müddətində gözləmişdir. Bir müddət sonra, saat təxminən 18:20 radələrində Qənirənin işdən qayıtdığını görüb elə küçədə, evlərinin yanında ona yaxınlaşaraq üzbəüz uşaqlarını görmək istədiyini demişdir. Qənirə isə həmişəki kimi yenə də ona kobud formada “get işinlə məşğul ol” sözünü demişdir. Özü də görmüşdür ki, arvadı Qənirə yenə öz fikrindədir, heç cür onu yola gətirə bilməmişdir. Qənirə bir daha ona “sənə ehtiyacım yoxdur, uşaqlar da mənimdir, sənə göstərməyəcəyəm, mən də ürəyim istədiyim kimi kef çəkəcəyəm, sənə nə dəxli var” sözünü demişdir. Bundan sonra özü də onun bu hərəkətindən bezərək, sərxoşluğun təsiri altında həmin an onu öldürmək qərarına gəlib şalvarının arxa sağ cibində, qara rəngli tutacağı olan qatlama cib bıçağını çıxardıb açıb sağ əlində tutaraq onun boğazına dirəyib, sol əli ilə də onun sağ qolundan tutub onu öldürəcəyini demişdir. Bıçağı çəkib Qənirənin başını kəsib öldürmək istəyərkən, Qənirə imkan taparaq onu itələmişdir. Bu vaxt özü bir az aşağıda, Qənirə isə dik yerdə durduğu üçün dal-dala gedib ayağı sürüşüb kürəyi üstə yerə yıxılmışdır. Həmin vaxt Qənirə onu itələyib əlindən çıxaraq mane olduğuna görə onun boğazını əlindəki bıçaqla kəsib öldürə bilməmişdir. Lakin onu öldürməyi beyninə qoyduğundan ondan əl çəkməyərək, Qənirənin yerə yıxılmasından sonra cəld şəkildə onun üstünə hücum edərək, ayağa qalxmağa imkan verməyib, qışqırmasına mane olmaqdan ötrü sol əli ilə onun ağzını tutub, sağ əlində tutduğu bıçaqla onun boğazını kəsməyə çalışmışdır. Qənirə özünü müdafiə etmək üçün ona tərəf əl- qol atmağa, çabalayaraq altından çıxmağa, onun boğazını kəsə bilməməsi üçün qolları ilə boğaz nahiyəsini örtməyə çalışmışdır. Güclə bıçağı onun boğazının üzərinə qoyub bir neçə dəfə bıçaqla boğazını kəsməyə çalışsa da, lakin Qənirənin əynində olan gödəkcəsinin və altındakı sviterinin boğaz hissələri qalın olduğundan onun boğazını kəsməsinə mane olmuşdur. Yoxsa, onun başını kəsib öldürəcəkdi. Qənirənin boğazını kəsə bilmədiyinə görə onu öldürməkdən ötrü əlindəki bıçaqla var gücü ilə onun sinə nahiyəsinə zərbələr endirməyə başlamışdır. Qənirə qollarını qabağa verməklə, sinəsini qolları ilə bağlayıb bıçaq zərbələrinin qarşısını almağa çalışmış, “eləmə Faik, vurma məni” deyib qışqırmışdır. Ancaq onu öldürmək istədiyi üçün onun müqavimət göstərməsinə, bütün bu yalvarışlarına baxmayaraq ona zərbələr endirməyə davam etmişdir. Həmin vaxt Qənirəni öldürmək üçün əlindəki bıçaqla onun sinəsinə və sol qoluna xəsarətlər yetirmiş, bir neçə zərbə vurandan sonra Qənirənin artıq qışqırmadığını və yerdə hərəkətsiz vəziyyətdə qaldığını görüb onu öldürdüyünü fikirləşmişdir. Çünki vurduğu bıçaq zərbələrindən bir-ikisini onun bədəninə batırdığını hiss etmişdir. Qənirəni bıçaqla vurduğunu bildiyi üçün səsi gəlmədiyindən elə bilmişdir ki, onu öldürmüşdür. Özü də içkili vəziyyətdə olduğundan onun üstündən durub bıçaq əlində oradan qaçaraq aralanmış, təxminən 3-4 dəqiqə sonra öz mobil telefonu ilə Qusar şəhərində yaşayan qardaşı Şahid4 mobil telefonuna zəng edərək ona X10 bıçaqla vurub öldürdüyünü bildirmişdir. Bəhruz da onu danlamışdır ki, niyə belə iş tuturdun, nahaq belə etmisən, birdən qaçıb eliyərsən, get polisə təslim ol. Özü də onunla danışdıqdan sonra telefon nömrəsindən Azərbaycan Respublikası DİN-in 102 xidmətinə zəng edərək X10 bıçaqla vurub öldürdüyünü demişdir. Arvadı Qənirəni öldürdüyünü fikirləşdiyindən, özünə gələndən sonra tutduğu bu işdən çox peşman olmuşdur. Bundan sonra qardaşı Bəhruzla telefonda danışarkən ona demişdir ki, DİN-in 102 xidmətinə zəng edib törətdiyi hadisə barədə məlumat vermişdir. Daha sonra əvvəllər tikintidə birlikdə çalışdığı Rumik adlı uzaq qohumuna zəng edib arvadını bıçaqlayıb öldürdüyünə görə ona əvvəldən verməli olduğu 165 manat pulu qardaşı Bəhruza verməsini demişdir. Sonra dostu Şahid2 zəng edib onun üçün siqaret yandırmağa alışqan gətirməsini, arvadını bıçaqlayıb öldürdüyünü bildirmişdir. Bir müddət sonra Şahid2 və digər dostu Şahid3 Qusar rayonu Hil kəndində “7 yol” adlanan ərazinin yaxınlığında onun yanına gəlmişlər. Onlara törətdiyi hadisəni danışıb polisə məlumat verdiyini demiş, alışqan alıb siqaret çəkdikdən sonra onlardan uzaqlaşmışdır. Sonra Qusar rayonu Hil kəndində əsas yolun kənarına gedib polis əməkdaşlarını gözləmiş, bir qədər sonra isə Qusar rayon Polis şöbəsinin əməkdaşları onun olduğu yerə gəlmişlər. Onları görüb bıçağı öz boğazına tutub özünü öldürəcəyini deyəndə, polis əməkdaşları onun arvadının sağ olduğunu bildirmişlər. Həmin vaxt bilmişdir ki, arvadı Qənirəni öldürə bilməmiş, Qənirə sağ qalmışdır. Ancaq həmin vaxta qədər elə bilmişdir ki, onu öldürmüşdür. Bundan sonra polis əməkdaşları ilə Qusar rayon Polis şöbəsinə getmiş, törətdiyi əməli tam səmimiliyi ilə olduğu kimi bildirmişdir. Hadisə vaxtı hava qaranlıq olmuş, küçədə özü və arvadı Qənirə Abdullayevadan başqa heç kəs olmamışdır. Qənirə özünü onun bıçaq zərbələrindən əli ilə qoruyarkən həmin bıçaq zərbələrindən biri onun sinə nahiyəsinə, biri də sol qoluna dəymişdir. Qənirəyə bıçaq zərbələri endirərkən nə etdiyini tam dərk etmiş, Qənirəni öldürməyə çalışarkən ona yalvarıb qışqırmasından, ona dəfələrlə bıçaq zərbələri vurmaqla əzab verdiyini bilmişdir. Ancaq gözü elə dönmüşdür ki, Qənirənin yalvarması, özünün ona ağrı-əzab verməsi heç vecinə olmamışdır. Həmin vaxt onu öldürməkdən başqa heç bir məqsədi olmamışdır. Hadisə zamanı özünün əynində qara rəngli gödəkcə, göy rəngli uzunqol sviter, göy rəngli cins şalvar, arvadı Qənirənin əynində isə qara rəngli gödəkcə, ağ-qara rəngli kofta, qara rəngli cins şalvar olmuşdur. Öz paltarlarının üzərində heç bir zədə olmamışdır. Arvadı Qənirənin əyninə geyindiyi paltarların üzərində isə yəqin bıçaq zədələri olmuşdur, çünki özü ona bir neçə dəfə bıçaq zərbələri vurmuşdur. Baş vermiş hadisə zamanı X10 öldürmək üçün ona xəsarətlər yetirdiyi bıçağı 2024-cü ilin təxminən yaz aylarında Qusar şəhərində bazarda yerləşən mağazaların birindən almış, bu bıçaqdan işə gedəndə nahar vaxtı kolbasa doğramaq, konserv açmaq və digər məişət məqsədləri üçün istifadə etmişdir, fləmin bıçaq uc hissələri dəmir materialdan, orta hissəsi isə qara rəngli tutacağı olan, açılıb-qatlanan cib bıçağıdır. X10 bıçaqla bir neçə dəfə vurduqdan sonra ondan səs gəlmədiyini görüb onu öldürdüyünü fikirləşib bu bıçağı qatlayaraq cibinə qoymuşdur. Heç vaxt ruhi-əsəb, eləcə də hər hansı bir başqa xəstəliyə görə hər hansı tibb müəssisəsində qeydiyyatda olmamış, sağlamlığında heç bir problem yoxdur. Özünün istifadəsində “077 347-06-92" mobil telefon nömrəsi olmuşdur. X7 istifadəsində hansı mobil telefon nömrəsinin olmasını bilməmişdir. Qənirə ondan ayrılandan sonra telefon nörməsini dəyişmiş, ona da deməmişdir. Qənirə ona anası Minarənin “070 811-88-54” mobil telefon nömrəsini vermişdir. Əvvəllər həmin nömrəyə zəng edərək Qənirə və uşaqları ilə əlaqə saxlasa da, lakin son təxminən 2 ay ərzində Qənirə onun telefon nömrəsini blok etdiyinə görə onunla əlaqə saxlaya bilməmişdir. Törətdiyi əmələ görə peşmandır. (Cild 2, iş vərəqləri 111-118) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 2015-ci ilin oktaybrın 18-də Təqsirləndirilən şəxs ilə ailə həyatı qurmuşlar. 9, 6 və 3 yaşında 3 övladı var. Hadisə baş verməmişdən öncə onlar artıq ayrılmış, rəsmi nikahları olsa da, o, uşaqlarını da götürüb anasıgilə gəlmişdir. Anasıgilə gəlməyinin əsas səbəbləri həm onun spirtli içkilərdən istifadə etməsi, həm də onun anası ilə birlikdə ona verdikləri əziyyətlər idi. O da ayrılmağa qərar vermiş və uşaqları da götürüb anasıgilə getmişdir. Anasıgilə gəldikdən sonra onu hər gün narahat edirdi, ilk vaxtlar ona nömrəsini vermişdir ki, zəng vurub uşaqlarla danışsın, əlaqə saxlasın. Lakin hər dəfə o zəng edəndə telefonu öz anasına verirdi, o da istəmirdi, çünki hər şey onun anası üzündən olmuşdu. Ona görə onu bloka atmışdır. Hadisə günü o, axşam tərəfi saat təxminən 7-nin yarısı işdən çıxıb evə gedirdi. O, məhlədə onu gözləyirdi, sonra gəlib onun qabağını kəsmiş, ona salam vermişdir. O da ona cavab vermədən yoluma davam etmişdir. O isə qabağını kəsib niyə onunla danışmadığını soruşmuşdur. O, onun içkili olduğunu görüb ondan əl çəkməsini istəmiş və yenidən evə tərəf getməyə davam etmişdir. O isə onu niyə bloka atdığını soruşmuşdur. O da ona bildirmişdir ki, nömrəni ona öz övladları ilə danışması üçün vermiş, lakin o hər dəfə zəng vurub telefonu anasına verirdi. O da ona görə onu bloka atmışdır. Hətta bu hadisədən öncə Faikin onu narahat etməsi ilə əlaqədar polisə də vermişdir. O, ona bütün olanların anasına görə baş verdiyini demiş, o isə uşaqlarını görməyi istəmişdir. O da bugün artıq gec olduğunu, həm də onun içkili olduğunu, sabah gəlib görüşə biləcəyini demişdir. Bundan sonra o əsəbləşmiş və bu gecə onu aparmağa gəldiyini demiş və sonra qolundan tutmuşdur. O da ona müqavimət göstərəndə o bıçağı çıxartmış və boğazına dirəmişdir. Onunla getməsə boğazını kəsəcəyini demişdir. Ona bunu eləməməsi barədə nə qədər yalvarmış və arxaya gedərkən yıxılmışdır. O yıxıldıqdan sonra onun üstünə gəlmiş və əvvəlcə onun boğazını kəsməyə cəhd etmiş, ona ayaqları ilə müqavimət göstərmişdir. Bundan sonra o boğazını kəsə bilməyəcəyini görmüş, üstünə gəlib zərbələr endirməyə başlamışdır. Sonra bir əli ilə ağzını tutub digər əlində bıçaqla zərbə endirməyə çalışmış, o boğazını qorumağa çalışanda o digər nahiyələrə bıçaqla zərbə endirməyə başlamışdır. Sonra artıq ona müqavimət göstərə bilməmiş, həm də əli kəsildiyi ücün artıq taqəti də qalmamışdı, səsi də çıxmadığı üçün o elə başa düşdü ki, o ölmüşdür. Üstündən qalxıb getmişdir. O, taqətdən düşdüyü üçün müqaviməti dayandırmışdır. Məqsədli şəkildə özünü ölülüyə vurmamışdır. Yəqin ki o taqətdən düşməsəydi, o bıçaq zərbələrinə davam edəcəkdi. O, bir müddət orada qalmış, sonra özünə gəlib telefonu götürüb evə zəng vurmuşdur ki, anası məhləyə, onun yanına gəlsin. Zəngi qızı götürmüş və ona telefonu nənəsinə verməsini demişdir. Anasına uşaqlara heç nə bildirməməsini lakin məhləyə çıxıb ona kömək etməsini söyləmişdir. Anası gəlib onu evə gətirmiş və bundan sonra onlar ambulans və “102”-ə müraciət etmişlər. Hadisə təxmini 15-30 dəqiqə arası çəkmişdir. Şikayətçidir, barışmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, qızı hadisə vaxtı işdən evə gələndə Faik də məhlədə qızının qabağını kəsib onu bıçaqlamışdır. Qızına xəsarət yetirdikdən sonra qızı ona zəng vurmuş və ondana köməyə gəlməyini istəmişdir. O, qızının yanına gedəndə qızı ağır yaralı, qan içində idi. Faiqin onu vurduğunu demişdir. Qızı ilə kürəkəninin münasibəti pis idi, onu tez-tez döyürdü. Qızı bir neçə dəfə evə gəlsə də, həmişə o gəlib yalandan döyməyəcəyi, münasibətlərini düzəldəcəyi ilə bağlı yalandan vəd verirdi. Qızı ərinin evinə qayıtdıqdan sonra yenə pis davranırdı. Onların 3 övladı olmuş, beşini də abort etdirmişdir. Hadisə baş verəndə o, evdə 3 nəvəsi ilə birlikdə olmuşlar. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, qardaşı hadisəni törətdikdən sonra ona zəng vurub yoldaşını bıçaqladığını bildirmişdir. O da ona nahaq belə bir iş gördüyünü demiş və ona polisə təslim olmasını bildirmişdir. Qardaşı ona bir siqaret çəkib sonra gedib polis şöbəsinə təslim olacağını demişdir. O isə ona polis şöbəsinə getməyin artıq gec olacağını buna görə də 102-ə zəng vurub məlumat verməli olduğunu demişdie. Onunla danışdıqdan sonra o 102-ə zəng vurub hadisəni törətdiyini bildirmişdir. Özü də Qusar rayon polis şöbəsinə zəng vurub qardaşının belə bir hadisə törətməsi və “yeddi yol” adlanan ərazidə onu gedib götürə biləcəklərini demişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Faiqi kiçik yaşlardan tanıyır, dostudur. Hadisə günü o, başqa dostu ilə kafedə oturmuş, günortadan sonra ona Faiqdən zəng gəlmişdir. Faiq onların hansı kafedə oturduqlarını öyrənmiş və yarım saat sonra onların yanına gəlmişdir. Yanların gələndə artıq içkili halda idi. Həm də onlarla iki qədəh araq içmişdir. Onlar yemək yemişdir. Lakin Faiqin içkili olduğunu gördükdən sonra onlar içməmişlər. Sonra başqa otağa keçmiş və çay içmişlər. Faiq anasını görməsi üçün harasa getməli olduğunu demiş və o getdikdən yarım saat və ya 1 saat sonra yenidən ona zəng vurub harada olduqlarını soruşmuş, o da kafedə olduqlarını demiş, 2-3 dəqiqədən sonra yenidən zəng vurub harda olduqlarını soruşmuş və o da kafedə olduqlarını və onların gəlməsini demişdir. Bundan sonra o həyat yoldaşını bıçaqladığını demiş və kafenin yaxınlığında olduğunu bildirmişdir. O, Faikin yanına getmiş, əlində qanlı bıçaq var idi və üzü də qanlı idi. Hadisənin necə baş verməsi barədə soruşmuş, o da həyat yoldaşının bəzi qıcıqlandırıcı sözlər dediyinə görə onu bıçaqladığını bildirmişdir. Elə həmin vaxt polis maşınının sayrışan işıqlarını görmüşlər, polislər gəlib Faiqi aparmışlar. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, hadisə günü Faik içkili olmuş, axşam tərəfi ona zəng vurub yoldaşını bıçaqladığını bildirmiş, ardınca da ona verməli olduğu 165 manat pulu qardaşına verməyini demişdir. Sonra o da onun qardaşına zəng vurub hadisə barədə demişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 Əliyar oğlu ifadəsində göstərdi ki, hadisə baş verdikdən sonra Faiq ona zəng vurmuş və görüşmüşlər. Ona yoldaşını bıçaqladığını demişdir. Sonra da polislər gəlib Faiqi aparmışlar. Şahid3 məhkəməyədək icraat zamanı verdiyi, məhkəmədə elan olunaraq tədqiq olunan ifadəsində o, digər Şahid2 ifadəsinə oxşar məzmunlu ifadə verərək onun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. (Cild 2, iş vərəqləri 213-218) Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də tədqiq edir və bu dəlilləri mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işi materiallarında olan və məhkəmədə tədqiq edilən “baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Salidin oğlunun könüllü təqdim etdiyi “FİONOR” markalı smartfon mobil telefona baxış keçirilərkən müəyyən edilmişdir ki, həmin mobil telefonun qara rəngli korpusu və sensor ekranı vardır. Telefon koddadır, kodu 199430 rəqəmlərindən ibarətdir. Mobil telefonun üzərində Təqsirləndirilən şəxs məxsus “077 347-06-92” saylı mobil nömrə vardır. Yazılar rus dilində, kiril qrafıkasındadır. Telefonda tarix və saat düzgündür. Mobil telefonun “Telefon” bölməsinə baxış keçirərkən Təqsirləndirilən şəxs qardaşı Şahid4 məxsus olduğunu bildirdiyi “Birat” adı ilə qeyd edilmiş “077 753-00-38'’ mobil telefon nömrəsi ilə xx.xx.2024- cü il tarixdə, saat 18:25-də 1 dəqiqə 58 saniyə, 18:30-da 1 dəqiqə 52 saniyə, 18:37-də 3 dəqiqə 8 saniyə, dostu Şahid2 məxsus olduğunu bildirdiyi “Bori3” adı ilə qeyd edilmiş “077 733-37-29” mobil telefon nömrəsi ilə xx.xx.2024-cü il tarixdə, saat 18:47-də aralarında 16 saniyə, saat 18:49-da aralarında 37 saniyə, 102 xidməti ilə xx.xx.2024-cü il tarixdə, saat 18:32-də 2 dəqiqə 7 saniyə, 18:40-da isə 1 dəqiqə 52 saniyə, “Abbas Polis” adı ilə qeyd edilmiş “070 850-61-61” mobil telefon nömrəsi ilə xx.xx.2024-cü il tarixdə, saat 19:00-da 17 saniyə, işlədiyi tikintidə Rumik adlı mühəndisə məxsus olduğunu bildirdiyi “Romik qohum” adı ilə qeyd edilmiş “070 312-66-62” mobil telefon nömrəsi ilə xx.xx.2024cü il tarixdə, saat 18:44-də aralarında 59 saniyə danışıq olması müəyyən edilmişdir. (Cild 1, iş vərəq 79) Cinayət işi materiallarında olan və məhkəmədə tədqiq edilən “Könüllü təqdim etmə və götürmə aparılması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs könüllü təqdim etdiyi, xx.xx.2024-cü il tarixdə hadisə zamanı arvadı X4 öldürməyə cəhd edərkən ona xəsarətlər yetirdiyi 01 ədəd bıçağa baxış keçirilərkən müəyyən edilmişdir ki, həmin bıçaq açılıb-qatlanan, dəstəyinin orta hissəsi qara rəngli plastmas materialdan, dəstəyinin kənarları isə boz rəngli metaldan ibarət, boz rəngli metal tiyəsi olan bıçaqdır. Bıçağın üzərində qan ləkələri vardır. (Cild 1, iş vərəqləri 14-16) Cinayət işi materiallarında olan və məhkəmədə tədqiq edilən “Könüllü təqdim etmə və götürmə aparılması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, X1 təqdim etdiyi, xx.xx.2024-cü il tarixdə hadisə zamanı əynində olmuş paltarlara baxış keçirilərkən müəyyən edilmişdir ki, həmin paltarlar - üzərində palçıq ləkələri olan, boynunda olan etiketdə “DUOYİNİ 3XL 180/100A” yazılmış, sinəsinin sol və sağ tərəflərində, sol qolunun bilək hissəsində, sağ qolunun dirsək nahiyəsində, deşilmişkəsilmiş zədələr, sol qolunun iç tərəfində qan ləkələri olan qara rəngli gödəkcə, boynunda olan etiketdə “S 155/80A" yazılmış, ön və arxa tərəfi ağ, qolları və kapeşonu qara rəngli, üzərində qan ləkələri olan sviter, ağ rəngli, üzərində qan ləkələri olan mayka, çəhrayı rəngli, üzərində qan ləkələri olan, iki hissəyə bölünmüş büstqalter, üzərində palçıq ləkələri olan, bel hissəsi manjetli, qara rəngli cins şalvardır. (Cild 1, iş vərəqləri 27-29) Cinayət işi materiallarında olan və məhkəmədə tədqiq edilən “Könüllü təqdim etmə və götürmə aparılması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs könüllü təqdim etdiyi hadisə zamanı əynində olmuş paltarlara baxış keçirilərkən müəyyən edilmişdir ki, həmin paltarlar - qara rəngli, zəncirbəndli, sinə nahiyəsinin sol tərəfində olan dairəvi embleminin üzərində “R”, boynunda olan etiketində “K.E.M.J, KUERMİNGJUE” yazıları olan gödəkcə, ön hissəsi tünd, arxa hissəsi və qolları açıq göy rəngli, sinə nahiyəsinin sol tərəfində emblem olan, boynunda olan etiketində “EDENBERGS” yazıları olan uzunqol sviter, göy rəngli, belinin sağ hissəsində və sağ arxa cibinin üzərində olan etiketdə “DAL-1913, PARİS” yazıları olan cins şalvardır. Sviterin ön tərəfində, şalvarın isə hər iki ayağının diz nahiyələrində qan ləkələri vardır. (Cild 1, iş vərəqləri 75-78) Cinayət işi materiallarında olan və məhkəmədə tədqiq edilən xx.xx.2024-cü il tarixli, 642537 nömrəli alkotester nəticəsindən görünür ki, Təqsirləndirilən şəxs alkoqolun miqdarı 2.513 % olmuşdur. (Cild 1, iş vərəqləri 12-13) Cinayət işi materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qusar rayon qeydiyyat şöbəsinin xx.xx.2025-ci il tarixli, AZ-İ № 505506 saylı nikahın pozulması haqqında şəhadətnaməsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs və X3 nikahı Qusar rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən pozulmuş, bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında xx.xx.2025-ci il tarixdə 10 nömrəsi ilə qeyd edilmişdir. (Cild 2, iş vərəq 181) Cinayət işi materiallarında olan Qusar rayon Polis şöbəsinin xx.xx.2024-cü il tarixli, 3-13-93/2-21976/2024 saylı məktubuna əlavə edilmiş materialların surətlərindən görünür ki, X6 xx.xx.2024-cü il tarixdə ərizə ilə Qusar RPŞ-nə müraciət edərək xx.xx.2024-cü il tarixdə, saat 22 radələrində keçmiş əri Təqsirləndirilən şəxs onun yaşadığı ünvana gələrək onu narahat etməsini bildirmişdir. (Cild 1, iş vərəqləri 243-245) Cinayət işi materiallarında olan Qusar RPŞ-nin xx.xx.2024-cü il tarixli, 3-13-93/2- 22253/2024 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs və X2 RPŞ-də münaqişəli ailə kimi qeydiyyatda olmamışlar. (Cild 2, iş vərəqləri 17-18) Cinayət işi materiallarında olan Qusar rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(029)-320/2024 saylı qətnaməsinin surətindən görünür ki, X3 Təqsirləndirilən şəxs qarşı iddiası qismən təmin edilərək onların aralarında bağlanmış nikahın pozulması, Təqsirləndirilən şəxs Qənirə Abdullayevanın xeyrinə xx.xx.2016-cı il təvəllüdlü Ofelya Abdullayeva, xx.xx.2019-cu il təvəllüdlü Fərid Abdullayev, xx.xx.2022-ci il təvəllüdlü Ayişə Abdullayevanın yetkinlik yaşma çatana kimi saxlanılmaları üçün sabit pul məbləğində hər ay hər uşağa görə 130 manat olmaqla, cəmi 390 manat miqdarında aliment tutulması qərara alınmışdır. (Cild 2, iş vərəqləri 19-23) Cinayət işi materiallarında olan və məhkəmədə tədqiq edilən məhkəmə-tibb ekspertizasının xx.xx.2024-cü il tarixli, 556 nömrəli rəyindən görünür ki, X3 bədən səthində aşkar edilmiş xəsarətlər - sağ süd vəzinin yuxarı bayır kvadrantının döş boşluğuna nüfuz etməyən deşilmiş-kəsilmiş yarası və sol saidin orta 1/3-nin dəlib keçən bıçaq yarası kəsicideşici alətin (alətlərin) təsirindən, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə təqdim edilən bıçaqla yetirilmə nəticəsində əmələ gələ bilərdi. (Cild 1, iş vərəqləri 33-35) Cinayət işi materiallarında olan və məhkəmədə tədqiq edilən məhkəmə-tibb ekspertizasının xx.xx.2025-ci il tarixli, 556 əlavə nömrəli rəyindən görünür ki, X3 bədən səthində aşkar edilmiş xəsarətlər - sağ süd vəzinin yuxarı bayır kvadrantının döş boşluğuna nüfuz etməyən deşilmiş-kəsilmiş yarası və sol saidin orta 1/3-nin dəlib keçən bıçaq yarası kəsici-deşici alətin (alətlərin) təsirindən, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə təqdim edilən bıçaqla yetirilmə nəticəsində əmələ gələ bilərdi. Qeyd olunan xəsarətlərdən sağ süd vəzinin yuxarı bayır kvadrantının döş boşluğuna nüfuz etməyən deşilmiş-kəsilmiş yarası dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Sol saidin bıçaq yaralarından sonrakı vəziyyət, yəni sol əlin 3, 4, 5-ci barmaqların əzələ kontrakturası nəticəsində hərəkət məhdudiyyəti vardır və həmin vəziyyət ağırlıq dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. (Cild 2, iş vərəqləri 77-79) Cinayət işi materiallarında olan və məhkəmədə tədqiq edilən məhkəmə ballistiktrasoloji ekspertizasının xx.xx.2025-ci il tarixli, 3/1946, 3/1956 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilən bıçaq bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, zavod üsulu ilə hazırlanmış məişət təyinatlı turist bıçağıdır, soyuq silah hesab edilmir, sonradan üzərində əlavə, dəyişiklik edilməmişdir və təyinatı dəyişdirilməmişdir. Bıçağın üzərində istehsal yeri və tarixinə aid işarələr olmadığına görə onun harada, nə vaxt istehsal edildiyini müəyyən etmək mümkün deyildir. Tədqiqata təqdim edilmiş bir ədəd maykanın, bir ədəd sviterin, bir ədəd gödəkcənin səthində rəyin tədqiqi hissəsində təsvir edilmiş zədələr vardır. Həmin zədələr bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan predmetin təsiri nəticəsində yaranmağa xarakterikdir. Belə predmetə tiyəsi həmin xassəyə malik bıçaqlar da aiddir. Ümumi əlamətlərinə əsasən bır ədəd maykanın, bir ədəd sviterin, bir ədəd gödəkcənin səthində olan zədələrin təqdim edilmiş bir ədəd bıçağın da təsirindən yaranması mümkündür. Tədqiqata təqdim edilmiş bir ədəd maykanın, bir ədəd sviterin, bir ədəd gödəkcənin səthində olan zədələr bir tərəfi kəsici, ucu deşici xassəyə məlik olan predmetin tiyəsinin iti tərəfi zərərçəkmişə nisbətdə müxtəlif istiqamətlərdə olmaqla yetirilmişdir. Tədqiqata təqdim edilmiş bir ədəd büstqalterin və bir ədəd şalvarın səthində zədə yoxdur. (Cild 2, iş vərəqləri 57-62) Cinayət işi materiallarında olan və məhkəmədə tədqiq edilən materialların məhkəmə ekspertizasının xx.xx.2025-ci il tarixli, 6/5450 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs və X9ma məxsus olduğu qeyd edilən geyim əşyalarının səthləri üzərində kənar lif mikrohissəcikləri vardır. Tərkib və kənar lif mikrohissəciklərinin növü və rəngi rəyin l№-li cədvəlində göstərilmişdir. Tədqiqata təqdim edilmiş X9ma məxsus olduğu qeyd edilən şalvarın səthi üzərindən aşkar edilmiş tünd göy rəngli təbii pambıq liflər rənginə və təbiətinə görə Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən şalvarın tərkib liflərinə uyğun gəlir. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən şalvarın səthi üzərindən aşkar edilmiş qara rəngli təbii pambıq lifləri rənginə və təbiətinə görə X9ma məxsus olduğu qeyd edilən şalvarın tərkib liflərinə uyğun gəlir. (Cild 2, iş vərəqləri 63-69) Cinayət işi materiallarında olan və məhkəmədə tədqiq edilən məhkəmə-genetik ekspertizasının xx.xx.2025-ci il tarixli, 25/313 saylı rəyindən görünür ki, açılıb-qatlanan, dəstəyinin orta hissəsi qara rəngli plasmasdan, dəstəyinin kənarları və tiyəsi boz rəngli metaldan olan 01 (bir) ədəd bıçağın dəstəyi və tiyəsi üzərində, X3 hadisə zamanı əynində olmuş - 01 (bir) ədəd qara rəngli gödəkcə, 01 (bir) ədəd qara rəngli kapeşonlu sviter, 01 (bir) ədəd ağ rəngli mayka, 01 (bir) ədəd çəhrayı rəngli iki hissəyə bölünmüş büstqalter, Təqsirləndirilən şəxs hadisə zamanı əynində olmuş - 01 (bir) ədəd qara rəngli gödəkcə, 01 (bir) ədəd boz rəngli sviter, 01 (bir) ədəd qara rəngli cins şalvarın üzərində aşkar edilmiş qanabənzər ləkələrin tərkibində insan qanma xas olan hemoqlobin zülalı aşkar edilmişdir. Açılıb-qatlanan, dəstəyinin orta hissəsi qara rəngli plasmasdan, dəstəyinin kənarları və tiyəsi boz rəngli metaldan olan 01 (bir) ədəd bıçağın dəstəyi və tiyəsi üzərində aşkar edilmiş qan ləkələri, eləcə də, dəstəyi üzərində olan bioloji mənşəli materiallar Təqsirləndirilən şəxs məxsusdur. X3 hadisə zamanı əynində olmuş - 01 (bir) ədəd qara rəngli gödəkcənin sağ daxili cibi üzərində, sol daxili cibi üzərində, sol qolunun bilək hissəsinin astarında, 01 (bir) ədəd qara rəngli kapeşonlu sviterin ön və arxa hissəsində, 01 (bir) ədəd ağ rəngli maykanın üzərində və 01 (bir) ədəd çəhrayı rəngli iki hissəyə bölünmüş büstqalterin üzərində aşkar edilmiş qan ləkələri X5 məxsusdur. Təqsirləndirilən şəxs hadisə zamanı əynində olmuş - 01 (bir) ədəd qara rəngli gödəkcənin sol qolunun bilək hissəsində, sağ ön ətək hissəsinin astarında, 01 (bir) ədəd boz rəngli sviterin ön hissəsində, 01 (bir) ədəd qara rəngli cins şalvarın sağ və sol diz nahiyyələrində, sağ arxa cibi üzərində və sağ arxa cibin astarında aşkar edilmiş qan ləkələri Təqsirləndirilən şəxs məxsusdur. (Cild 2, iş vərəqləri 194-205) Cinayət işi materiallarında olan və məhkəmədə tədqiq edilən kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx.xx.2024-cıi il tarixli, 3663 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinayət hadisəsi törədərkən və ondan sonra xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs cinayət əməlini törədən zaman öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Ona görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hər hansı psixi xəstəlik aşkar olunmur. Onun barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Onun əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrin təsiri altına düşmür. O, cinayət hadisəsi törədərkən fizioloji affekt vəziyyətində olmamışdır. Təqsirləndirilən şəxs kobudluq, inadkarlıq, öz fikirlərini üstün tutmaq, başqalarının hiss və yaşantılarına qarşı biganəlik, dava-dalaşa, aqressiv davranışlara meyillilik, mənəvi kasadlıq kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Emosional halından asılı olaraq Təqsirləndirilən şəxs hadisə zamanı öz hərəkətlərini tam dərk etmək və qavramaq qabiliyyətinə malik olmuşdur. (Cild 2, iş vərəqləri 70-75) Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ tərəfindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin cavabından görünür ki, Qusar rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən CM-nin 128-ci maddəsi ilə aparılan cinayət təqibinə xitam verilmişdir. Təqsirləndirilən şəxs Qusar rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə 01 il müddətinə islah işləri cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli “Amnistiya elan edilməsi haqqında” Qərarına əsasən xx.xx.2021-ci il tarixdə cəzadan azad edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs Qusar rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə 06 ay müdətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2023-cü il tarixdə cəza müddəti başa çatmışdır. (Cild 2, iş vərəqləri 6-11) Azərbaycan Respublikası CM-nin 83.3.2-1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.6-cı maddəsinin “məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir” tələbinə əsasən hazırki iş üzrə təqsirləndirilən şəxsi məhkumluğu olmayan şəxs kimi tanıyır. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsində göstərdiyi halları, yəni zərərçəkmiş şəxsi öldürmək niyyətində olmaması ilə bağlı ifadəsində göstərdiyi xüsusatları və gətirdiyi dəlilləri onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun ittiham olunduğu cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab etməklə belə nəticəyə gəlir ki, bu dəlillər hadisənin yeganə şahidinin ifadəsi və işin faktiki halları ilə təkzib olunur. Bu səbəbdən də məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi işin obyektiv hallarına uyğun olduğundan, həmin ifadə daha səmimi ifadə və mötəbər sübut kimi qəbul olunmalıdır. Həmçinin Təqsirləndirilən şəxs qabaqcadan cibində bıçaq saxlayaraq Zərərçəkmiş şəxs ilə görüşməsi onun əvvəlcədən planlaşdırılmış şəkildə zərərçəkmiş şəxsin həyatına son qoymaq niyyətini, yəni qəsdən adam öldürmə məqsədinin olduğunu göstərir. Bununla belə yuxarıda şərh olunan sübutları, işin faktiki hallarını və təqsirləndirilən şəxsə verilmiş ittihamı təhlil edərək hesab edir ki, isbtidai istintaq orqanı tərəfindn təsirləndirilən şəxsin əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.2.4-cü maddəsi ilə düzgün töbsif olunmadığından onun əməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.1-ci maddəsinə tövsif edilməli, xüsusi amansızlıq kimi tövsifedici əlamət ona verilmiş ittihamdan çıxılmalıdır. Məhkəmə bu qənaətə gələrkən ilk növbədə mövcud məhkəmə təcrübəsinə istinad edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında» xx.xx.2002-ci il tarixli, 3 №-li Qərarının və həmin qərara dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli, 14 №-li Qərarının izah və tövsiyələrini də rəhbər tutur. Belə ki, həmin Qərarın 8-ci bəndində verilən izaha əsasən təqsirkarın əməli xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi CM-nin 120.2.4-cü maddəsi ilə tövsif edilərkən nəzərə almaq lazımdır ki, burada xüsusi amansızlıq anlayışı həm adam öldürmənin üsulu ilə, həm də təqsirkarın cinayət törədərkən xüsusi amansızlıq göstərdiyini təsdiq edən digər hallarla bağlı olur. Əməl xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilərkən müəyyən edilməlidir ki, təqsirkarın qəsdi ilə zərərçəkmişin xüsusi amansızlıqla həyatdan məhrum edilməsi əhatə olunmuşdur. Yəni sözügedən tövsifedici əlamətin təqsirkarın əməlinə şamil edilməsi üçün buna münasibətdə onun birbaşa və ya dolayı qəsdi müəyyən edilməlidir. Xüsusi amansızlıq həmçinin təqsirkarın zərərçəkmiş şəxsi onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi hallarda öldürməkdə də ifadə oluna bilər. Əməl o halda xüsusi amansızlıqa adam öldürmə kimi tövsif edilə bilər ki, cinayətin törədilmə üsulu, şəraiti, ölümün baş vermə faktı təqsirkar tərəfindən dərk edilir və o, öz əməlini xüsusi amansızlıqla həyata keçirdiyini dərk edir. Təqsirləndirilən şəxs məişət təyinatlı, kiçik ölçülü cib bıçağı ilə mübahisə zəmnində qısa zaman kəsiyində zərərçəkmiş şəxsə xəsarət yetirməsi ona əzab vermək niyyəti deyil, öldürmək məqsədi daşımışdır. İş materiallarından görünür ki, təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə hücum edərkən sonuncuya qarşı xüsusi əzab və ya işgəncə vermək məqsədi güdməmiş, onun üzərində qeyri-insani, uzunmüddətli əzab verən hərəkətlər etməmişdir. Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxsə vurulmuş zərbələr yalnız onu öldürmək niyyəti daşımışdır. Zərərçəkmiş şəxsə yetirilmiş xəsarətlərin sayı, ağırlıq dərəcəsdi və intensivliyə gəldikdə isə verilmiş ittihamdan göründüyü kimi, təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxsə, dərəcəsinə görə yüngül və az ağır xəsarət kimi qiymətləndirilmiş cəmi 2 xəsarət yetirilmişdir: 1) “sağ süd vəzinin yuxarı bayır kvadrantının döş boşluğuna nüfuz etməyən deşilmiş-kəsilmiş yarası” ilə ifadə olunan, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid: 2) “sol saidin orta 1/3-nin dəlib keçən bıçaq yarası, sol saidin bıçaq yaralarından sonrakı vəziyyət, yəni sol əlin 3, 4, 5-ci barmaqların əzələ kontrakturası nəticəsində hərəkət məhdudiyyəti” ilə ifadə olunan, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid. Göründüyü kimi yetirilmiş xəsarətlərin sayı, ağırlıq dərəcəsi və intensivliyinə görə də təqsirləndirilən şəxsin əməli xüsusi amansızlıq kimi qiymətləndirilə bilməz. Bundan başqa məhkəmə qeyd edir ki, hadisə nə zərərçəkmiş şəxsin ailə üzvləri, nə də digər yaxın adamlarının gözü qarşısında baş verməmişdir. Təqsirləndirilən şəxsin hərəkətlərində zərərçəkmiş şəxsin yaxınlarına mənəvi iztirab vermək, onları onun ölümünü görməyə məcbur etməklə xüsusi əzab vermək məqsədi aşkar edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinə görə cəza təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Elektron məhkəmə informasiya sistemindəki məlumatlardan görünür ki, təqsirləndirilən şəxsin himayəsində azyaşlı uşağı vardır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin himayəsində 3 azyaşlı uşağının olması və könüllü gəlib təqsirini boynuna alması Azərbaycan Respublikası CM-nin 59.1.4 və 59.1.10-cu maddələrinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. (Cild 1, iş vərəqi 7; Cild 2 iş vərəqi 37) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 63.3-cü maddəsinə əsasən cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Bundan başqa, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinin tələblərinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi eyni Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə qeyd edri ki, təqsirləndirilən şəxsə təyin ediləcək cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1 və 63.3-cü maddələri ilə müəyyən edilmiş hədlərə görə, Cinayət Məcəlləsinin 62.1-ci maddəsinə istinad etmədən həmin Məcəllənin 120.1-ci maddəsinin sanksiyasının aşağı həddindən də aşağı həddə təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 27 noyabr 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Qusar rayon məhkəməsinin 29 noyabr 2024-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs müddətinin əvvəli tutulduğu vaxtdan hesablanmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (Cild 1, iş vərəqləri) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 27 noyabr 2024-cü il tarixdən hesablanmalıdır. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edərək qeyd edir ki, iş üzrə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. Bundan başqa, məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub Qusar rayon prokurorluğunda saxlanılan turist bıçağı, 02 ədəd gödəkcə, sviter, 02 ədəd şalvar, sviter, mayka, büstqalter məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Təqsirləndirilən şəxs 280 manat 16 qəpik məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsin məhkəmədə müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun məhkəmədə hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin etdilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» xx.xx.2001ci il tarixli, 31 nömrəli Qərarına və həmin Qərara dəyişiklik edilməsi haqqında Nazirlər Kabinetinin 19 noyabr 2020-ci il tarixli, 452 nömrəli Qərarına görə müdafiəçinin (vəkilin) hüquqi yardımın göstərilməsi ilə bağlı təqdim etdiyi hesabata uyğun olaraq ödənilməli məbləğ cinayət prosesini həyata keçirən orqanın əsaslandırılmış qərarı əsasında dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Odur ki, məhkəmə mərhələsində təqsirləndirilən şəxsə göstərilən hüquqi yardımla bağlı müdafiəçiyə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında» 12 dekabr 2002-ci il tarixli, «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 07 (yeddi) il 10 (on) ay 15 (on beş) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin olunan azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli tutulduğu 27 noyabr 2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olub Qusar rayon prokurorluğunda saxlanılan turist bıçağı, 02 ədəd gödəkcə, sviter, 02 ədəd şalvar, sviter, mayka, büstqalter məhv edilsin. Təqsirləndirilən şəxs 280 manat 16 qəpik məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-305/2025
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-305/2025
04.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver