Məhkəmə qərarları › İş №1(124)-306/2022

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(124)-306/2022

28.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(124)-306/2022 28.09.2022 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Əliyev Hafiz Samir oğlu (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Rzayeva Aynur Tapdıq qızından ibarət tərkibdə, Məhkəmə iclasının katibi X3, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri X6, Təqsirləndirilən şəxsin hüquqi varisi X4 Müdafiəçi–Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt 1 Saylı Vəkil Bürosu vəkili X9 xx.xx.1977-ci ildə Bakı şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, ünvan 1 ünvanında pasport qeydiyyatında olan və həmin ünvanda yaşamış, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 234.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksininn 6 saylı məhkəmə zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs CM-nin 234.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi baxılması üçün aidiyyəti üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə daxil olmuş və işə məhkəmədə baxılma müddətində təqsirləndirilən şəxs vəfat etmişdir. Cinayət işi və iş üzrə tərtib edilmiş ittham aktına əsasən müəyyən olunur ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs CM-nin 234.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona ittiham irəli sürmüşdür ki, o, istintaqa məlum olmayan vaxtda və yerdə istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 4,846 qram çəkidə narkotik vasitə heroini və 1,847 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib özündə saxlamaqla daşımış, 24 sentyabr 2021-ci il tarixdə saat 16 radələrində Abşeron rayonu Masazır kəndi Əliağa Vahid küçəsində olarkən özünü şübhəli apardığından Abşeron RPİ-nin PPXB-nin polis nəfərləri tərəfindən saxlanılaraq Abşeron RPİ-nin inzibati binasına gətirilmiş və polis idarəsində üzərində şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli gödəkcəsinin sol yan cibindən bir bükümdə təmiz çəkisi 4,846 qram təşkil edən külli miqdarda həmin narkotik vasitə heroin və bir bükümdə təmiz çəkisi 1,847 qram təşkil edən həmin psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, istintaqa məlum olmayan vaxtda və yerdə, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 0,968 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib özündə saxlamaqla daşımış, 06 yanvar 2022-ci il tarixdə Nəsimi RPİ-nin 19-cu PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat – axtarış tədbirləri nəticəsində həmin gün saat 14:45-də ünvan 2 ünvanın qarşısında saxlanılaraq Nəsimi rayon polis idarəsinin 19-cu polis şöbəsinin inzibati binasına gətirilmiş və polis şöbəsində üzərində şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli qış gödəkcəsinin sol yan cibindəki bir ədəd şəffaf polietilen selofan kəsiyinin içərisindən eyni tərkibli ayrı-ayrılıqda təmiz çəkiləri 0,470 qram, 0,153 qram, 0,140 qram və 0,205 qram olmaqla, ümumilikdə 04 bükümdə təmiz çəkisi 0,968 qram təşkil edən həmin psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs 01 iyun 2022-ci il tarixli məhkəmə iclasında təqsirləndirilən şəxsin müdafiəçinin verdiyi vəsatət təmin olunaraq təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri dəyişdirilərək ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. Təqsirləndirilən şəxsin arvadı X2 təqsirləndirilən şəxsin xx.xx.2022-ci il tarixində yaşadığı evdə ölməsi barədə məlumat daxil olmuşdur. İş materiallarına əlavə edilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə ölmüş, xx.xx.2022-ci il tarixdə Nəsimi rayon qeydiyyat şöbəsində qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş nikah haqqında şəhadətnamədən görünür ki, X1 Sətdar Ağabala oğlunun arvadıdır. Qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəməyə müraciət etmiş Təqsirləndirilən şəxs arvadı X7 təqsirləndirilən şəxsin hüquqi varisi qismində tanınaraq cinayət prosesinə buraxılmışdır. Məhkəmə iclasında dövlət ittihamçısı eyni əsaslarla cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsini təklif etmiş,müdafiəçi isə buna razılığını ifadə etmişdir. Məhkəmə gedişatında təqsirləndirilən şəxsin hüquqi varisi X7 ərizə ilə müraciət edərək, əri Təqsirləndirilən şəxs ölməsi ilə əlaqədar bəraətverici əsaslar olmadan cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib, təqsirləndirilən şəxsin tərəflərin işin sonrakı hərəkəti barədə təkliflərini nəzərə alaraq, hesab edir ki, cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3-1-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində cinayət təqibinə bu Məcəllənin 39.1.5-ci maddəsində nəzərdə tutulmuş halda xitam verilməsinə ölmüş şəxsin hüquqi varisinin, hüquqi varis müəyyən edilmədiyi, o cümlədən bu Məcəllənin 106-1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda müdafiəçisinin razılığı ilə yol verilir. Bu Məcəllənin 106-1.1-ci maddəsinə əsasən ölmüş təqsirləndirilən (şübhəli) şəxsin hüquq və vəzifələrini cinayət işi üzrə icraat zamanı həyata keçirmək istəyini bildirən yaxın qohumlarından biri təqsirləndirilən (şübhəli) şəxsin hüquqi varisi hesab olunur. Həmin Məcəllənin 39.1.5-ci maddəsinə əsasən şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra öldükdə (ölən şəxsə bəraət verilməsi zəruri olduğu hallar istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Göründüyü kimi, cinayət işi üzrə təqsirləndirilən şəxs ölmüş, onun hüquqi varisi qimində tanınaraq cinayət prosesinə buraxılmış arvadı isə cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsinə razılıq vermişdir. Belə olan halda, hazırki cinayət işinə xitam verilməlidir. Çünki, 321.2.1-ci maddəsinə əsasən cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraata xitam verilməsi və ya onun dayandırılması barədə qərar çıxır. Bununla yanaşı məhkəmə hesab edir ki, iş üzrə maddi sübutlar barədə qərar qəbul edilməlidir. Məhkəmə hesab edir ki, cinayət təqibinə xitam verildiyinə görə iş üzrə maddi sübutlar olan və Nəsimi RPİ-də saxlanılan ekspertiza tədqiqatlarından sonra qalıq çəkisi 0,728 qram psixotrop maddə olan metamfetamin, qalıq çəkisi 4.746 qram olan narkotik vasitə heroin, qalıq çəkisi 1,747 qram psixotrop maddə metamfetamin məhv edilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.5 və 43.3-1-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALİR: Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Bu qərar qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və qalıq çəkisi 0,728 qram psixotrop maddə olan metamfetamin, qalıq çəkisi 4.746 qram olan narkotik vasitə heroin, qalıq çəkisi 1,747 qram psixotrop maddə metamfetamin məhv edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar