Məhkəmə qərarları › İş №1(124)-306/2025

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-306/2025

01.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-306/2025 01.08.2025 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X3 (sədrlik edən), X8 və X7 ibarət tərkibdə, Məhkəmə iclas katibi – X10, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx.xx.1991-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay və himayəsində bir azyaşlı uşağı olan, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2da yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində bazarın yaxınlığında istintaqa məlum olmayan şəxsdən 20 manat müqabilində bir ədəd şəffaf polietilen bükümdə külli miqdarda 2,608 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini satış məqsədi olmadan qanunsuz olaraq əldə edərək əynində olan qara rəngli gödəkçənin sol iç cibinə qoyub saxlamış və daşımış, həmin tarixdə, saat 12:25-də Bakı şəhəri, Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 5 saylı evin yaxınlığında saxlanılaraq Nəsimi Rayon Polis İdarəsinə gətirilmiş, orada həmin gün saat 14:30-dan saat 14:43-ə kimi üzərinə şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli gödəkçənin sol iç cibindən bir ədəd şəffaf polietilen bükümdə külli miqdarda 2,608 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir: “Mən 25 noyabr 2024-cü il tarixdə təxminən səhər saat 10-11 radələrində Xırdalan şəhərinə avtomobilimi avtoyuma məntəqəsində yuduzdurmağa getmişdim. Həmin vaxt polis əməkdaşları avtomobilin qapısını açıb əvvəlcə şəxsiyyətimi dəqiqləşdirdilər, daha sonra iki nəfər qoluma girib məni **-AP-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanına apardılar. Polis əməkdaşları mənə heç bir sənəd təqdim etmədən və hansı əsasla saxlanıldığımı bildirmədən fiziki təzyiq göstərərək avtomobilə mindirdilər. Onlar avtomobildə mənə qarşı işgəncələr edirdilər, vururdular və nalayiq ifadələr işlədirlər. Məni Nəsimi Rayon Polis İdarəsinə apardılar, orada məni 3-4 saat döydülər, təzyiq etdilər və boğdular. Mənə narkotik vasitə verib bunu çəkməsəm, avtomobilimdən 1 kq narkotik vasitə çıxaracaqlarını bildirdilər. Əməliyyatçılar mənə zorla narkotik vasitə çəkdirdilər, mən özüm ayda və yaxud ildə bir dəfə narkotik vasitə istifadə edirdim, marixuana istifadə etmişəm, metamfetamin istifadə etməmişəm. Əməliyyatçılar mənə videoçəkiliş edəcəklərini dedilər və çəkilişdə narkotik vasitənin cibimdən çıxdığını deməyimi tələb etdilər. Məni otağa salıb dövlət hesabına təyin olunan vəkilin yanında döydülər və çəkilişə başladılar, mən avtomobilimdən 1 kq narkotik vasitə çıxaracaqlarına görə məcbur qalıb cibimdən çıxan narkotik vasitəni qəbul etdim. Çəkilişdə bir əməliyyatçı arxamda dayanıb suallara necə cavab verməli olmağımla bağlı mənə təzyiq edirdi. Məndən Azərbaycan yoxsa Rus sektorunda oxuduğumu soruşanda mən Rus sektorunda oxuduğumu bildirdim. Onlar kameranı söndürüb çəkilişi 3-4 dəfə pozduğumu deyərək məni yenidən döyməyə başladılar. Daha sonra tərcüməçi çağırdılar, bir daha çəkiliş günorta deyil, axşam saatlarında oldu və bunu tərcüməçi də təsdiq edə bilər. Çəkiliş bitəndən sonra məni X17 apardılar və bir gecə orada saxladılar. Səhəri gün təhqiqatçı məni otağına çağırıb üzgözümün şişdiyini dedi və mənə narkotik vasitə verib bunu çəksəm düzələcəyimi söylədi. Məni otaqla üzbəüz tualetə aparıb narkotik vasitə və alışqan gətirdilər, narkotik vasitəni çəkdim. Həmin vaxt susuzlamışdım, 1 litr su gətirdilər və mən suyu içdim. Suyun tərkibində nə olduğunu bilmirdim. Bundan sonra məni Maştağaya analiz verməyə apardılar, polis əməkdaşları analiz götürüləndə iki ildir ki, narkotik vasitə istifadə etdiyimi deməyimi istədilər, əks halda başıma oyun açacaqlarını dedilər. Həmin vaxt həkimə narkotik vasitə istifadə etdiyimi bildirdim, yanımda bir əməliyyatçı dayanmışdı, əllərimiz qandallı idi. Bundan sonra məni yenidən X17 apardılar, biraz orada qaldım, döyüldüyümə görə halsız idim. Səhv etmirəmsə, növbəti gün məni məhkəməyə apardılar, orada hakimə döyüldüyümü, mənə işgəncələr verildiyini və təzyiq nəticəsində sənədləri imzaladığımı dedim. Məhkəmədə barəmdə həbs qətimkan tədbiri seçildi və məni yenidən X17 gətirdilər. Orada əməliyyatçılar məni döydüklərini məhkəmədə niyə söylədiyimi soruşdular. Bundan sonra sənədlər gətirib məhkəmədə döyülməyimlə bağlı verdiyim ifadənin yalan olduğunu təsdiq etmək üçün imzalamağımı istədilər.” Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir: “Əvvəllər narkotik vasitə marixuana istifadə etmişəm. Psixotrop maddələr istifadə etməmişəm. Heç bir polis əməkdaşı ilə ədavətim olmayıb. Bir vətəndaşdan 50-100 manat pul götürüb qaytarmamışam, ona görə məni saxlayıblar. Bu hərəkət bir neçə şəxsə qarşı olub. Mən dönər sifariş etmişdim, həmin vaxt “M10” hesabıma pul göndərmələrini istəmişdim və dönəri gətirəndə qaytaracağımı bildirmişdim. 2-3 nəfəri bu formada aldatmışam. Polis idarəsində sənədlər gətirib guya 50-60 nəfəri aldatdığımı qəbul etməyimi istəyirdilər və sənədləri imzaladırdılar. Həmin vətəndaşa mənim internetim olmadığını demişdim, “M10” vasitəsilə internetimi ödəməsini, 200 manatı xırdalamaq üçün pul gətirməsini istəmiş və dönərin pulunu verəcəyimi söyləmişdim. Barəmdə həbs qətimkan tədbiri seçilməsi üçün məhkəmə qarşısına çıxarılarkən hakimi döyüldüyümü bildirmişəm. Nəsimi Rayon Prokurorluğundan iki nəfər prokuror gəlib izahatımı alıb, həmin prokuroru məhkəmədə də görmüşdüm. Polis idarəsində psixotrop maddə metamfetamini çəkməsəm, avtomobilimdən 1 kq narkotik vasitə çıxaracaqlarını bildirdilər. Mən özüm taksi fəaliyyəti ilə məşğul idim. Məni Abşeron Rayon Polis İdarəsinə sonradan aparıblar. Abşeron rayonu ərazisində tutulduğuma görə barəmdə olan cinayət işini Nəsimi Rayon Polis İdarəsindən Abşeron Rayon Polis İdarəsinə verdilər. Səhər saatlarında tutulmuşam, videoçəkilişə axşamüstü döyüldükdən sonra başlayıblar. Təxminən saat 6-7 radələri olardı. Həmin vaxt döyüldüyüm üçün halım özümdə deyildi və saatın neçə olduğunu dəqiq xatırlamıram. Mən tutulduqdan təxminən 6-7 saat sonra vəkil verilib, vəkil videoçəkiliş başlayanda gəlib çıxdı. Polis əməkdaşları məni otağa gətirib çəkilişə başlayırdılar, nəyisə onların istədiyimi kimi deməyəndə çəkilişi dayandıraraq məni aparıb döyürdülər. Məni vəkilin yanında deyil, digər otaqda döyürdülər. Məni Bakı İstintaq Təcridxanasında müayinədən keçirdilər, üzərimdə xəsarət izi qalmamışdı, sadəcə əl barmağımda biraz göyərti var idi. Polis əməkdaşları elə vururdular ki, xəsarət izi qalmırdı, onlar daha çox sinə nahiyəmə vururdular. Müayinə olunarkən üzərimdə xəsarət izi aşkar olunub-olunmadığını bilmirəm. Həmin vaxt polis əməkdaşları tərəfindən döyüldüyümü demişəm. İbtidai istintaq zamanı təzyiq nəticəsində etirafedici ifadə vermişəm, həmin ifadəni qəbul etmirəm.” İbtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində verdiyi ilkin ifadəsi ilə məhkəmədə verdiyi ifadə arasında ziddiyyət yarandığından, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və təqsirləndirilən şəxs müdafiəçinin də iştirakı ilə verdiyi həmin ifadəsində göstərmişdir ki, iki ilə yaxındır ki, psixotrop maddə olan metofetamin qəbul edir. 25 noyabr 2024-cü il tarixdə, səhər saatlarında Abşeron rayonu, Xırdalan şəhərində, bazarın yaxınlığında üzdən tanıdığı, lakin adını bilmədiyi bir nəfər şəxsdən şəxsi istifadəsi üçün 20 manat pul verərək bir ədəd sellofan bükümdə psixotrop maddə metamfetamin almış, həmin metafetamin bükümünü əynində olan gödəkçənin iç cibinə qoyaraq saxlamışdır. Əldə etdiyi psixotrop maddədən istifadə etməmişdir. Həmin gün, saat 12:25 radələrində yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 5 saylı evin yaxınlığında olan zaman iki nəfər mülki geyimli şəxs ona yaxınlaşmış, özlərini polis əməkdaşları olaraq təqdim etmiş, barəsində Bakı şəhəri, Nəsimi rayon polis idarəsində araşdırma aparıldığını bildirərək onu Nəsimi rayon polis idarəsinə dəvət etmişlər. Nəsimi rayon polis idarəsinin növbətçi hissəsində onun anket məlumatları, habelə üzərində narkotik vasitə, psixotrop maddə və digər cinayət xarakterli hər hansı əşya olub-olmadığı barədə soruşulmuş, sorğuya cavab olaraq üzərində psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Bundan sonra polis əmkdaşları tərəfindən müdafiə xərcləri dövlət hesabına ödənilən vəkil dəvət etmiş, və ona vəkil təyin olunmuş, onu cinayət törətməkdə şübhəli şəxs qismində tutmuşlar. Xidməti otaqların birində üzərində şəxsi axtarış aparılacağı bildirilmiş, vkilin və polis əməkdaşlarının iştirakları ilə üzərində şəxsi axtarış və götürmə aparılmışdır. Ondan üstündə və paltarlarında, paltarlarının cibində ola biləcək cinayət xarakterliəşya və predmetləri təqdim etmək təklif olunmuş, o, əynində olan qara rəngli gödəkçənin sol yan cibindən bir ədəd pul kisəsini, gödəkçənin sağ yan cibindən bir ədəd mobil telefonu və avtomobilə aid açarı, gödəkçənin iç cibindən içərisində psixotrop maddə metamfetamin olan bükümü çıxararaq masanın üzərinə qoymuşdur. Üzərindən başqa əşya və predmet aşkar olunmamışdır. Onun təqdim etdiyi əşyalara və psixotrop maddəyə polis əməkdaşları tərəfindən baxış keçirilmiş , onun təqdim etdiyi bir ədəd bükümdə ağ rəngli, kristal şəkilli psixotrop maddə metamfetaminə bənzər maddə aşkar edilmişdir. Pul kisəsindən bir ədəd “Leo banka” məxsus , bir ədəd “Uni-banka” məxsus pul kartları, bir ədəd “Bakı kartı”, şəxsiyyət vəsiqəm, avtomobilimin texniki şəhadətnaməsi və sürücülük vəsiqəm aşkar edilmişdir. Ondan aşkar olunmuş bir ədəd bükümdə ağ rəngli, kristal şəkilli maddənin nə olduğu və haradan əldə etdiyi barədə sorğu edildikdə o, həmin ağ rəngli, kristal şəkilli maddənin psixotrop maddə-metamfetamin olduğunu, həmin metamfetamini polis əməkdaşları tərəfindən saxlanılmağından bir neçə saat əvvəl Abşeron rayonu, Xırdalan şəhərində, bazarın yaxınlığında tanımadığı şəxsdən 20 manat verərək özü qəbul etmək üçün aldığını bildirmişdir. Ondan aşkar olunmuş bir ədəd içərisində psixotrop maddə metamfetamin olan büküm bir ədəd zərfə qoyularaq qablaşdırılmışdır. Şəxsi axtarış və götürmə zamanı aşkar edilmiş avtomobilin açarları, sürücülük vəsiqəsi, şəxsiyyət vəsiqəsi və “Bakı kartı” özünə qaytarılmışdır. Ondan aşkar olunan psixotrop maddədən başqa, mənzilində və digər yerlərdə narkotik vasitə və psixotrop maddə saxlamamışdır. Polis əməkdaşları tərəfindən saxlanılarkan və Nəsimi rayon polis idarəsində olarkan ona polis əməkdaşlsarı tərəfindən heç bir fiziki və ya psixi zorakılıq göstərilməmişdir. Polis əməkdaşları tərəfindən Nəsimi rayon polis idarəsinə gətirilmə səbəbi bir neçə vətəndaşı aldadaraq hər birindən 50 və 100 manat olmaqla pullarını alaraq ələ keçirməsi ilə əlaqədar araşdırma materialı olmuşdur. Həmin materiallar üzrə bir neçə təhqiqatçı tərəfindən ondan izahat alınmışdır (cild 01, iş vər. 85-88). İbtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunduqdan sonra Təqsirləndirilən şəxs ona ünvanlanan suallara cavab olaraq göstərmişdir: “Bu ifadə mənə aid deyil. Polis əməkdaşları məni ittihamda qeyd olunan ünvanda saat 12:25-də deyil, 10-11 radələrində saxlayıblar. Polis əməkdaşları məni birbaşa avtomobildə döyə-döyə polis idarəsinə apardılar. Polis idarəsinə yarım saat ərzində çatmış ola bilərik. Vəkil axşam gəldi. Mən şübhəli şəxs kimi tutularkən yanımda nə tərcüməçi, nə də vəkil olub. Üzərimə şəxsi axtarışı axşamüstü döyüləndən sonra keçiriblər. Məni saxlayanda avtomobilimi idarəyə gətirmədilər. Avtomobil “Chevrolet Cruze” markalı idi, mənə deyil, valideynimə məxsus olub. Məni polis əməkdaşları ilə üzləşdiriblər, həmin vaxt da mənə təzyiq etdikləri üçün protokollara imza çəkmişəm, polis əməkdaşları tərəfindən döyülməyimlə bağlı verdiyim ifadəni yalanlamışam. Anam Baş Dövlət Yol Polis İdarəsində işləyib, bir müddət onun köməkçisi kimi işləmişəm, daha sonra taksi fəaliyyəti ilə məşğul olmuşam. Ümumilikdə, iki dəfə içkili olan vaxt marixuana istifadə etmişəm. Maddi ziyan vurduğum şəxslərin pulunu ödəmişəm.” Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir: “Vətəndaş tərəfindən bizə məlumat daxil oldu ki, ona məxsus olan pul vəsaiti mənimsənilib. Mən və Şahid2 birlikdə əməliyyat-axtarış tədbiri həyata keçirdik və həmin şəxsin Təqsirləndirilən şəxs olduğunu müəyyən etdik. Həmin şəxsin yerini müəyyən etmək üçün Abşeron rayonu, Xırdalan qəsəbəsinə getdik, şəxsi aşkar etdikdə avtoyuma məntəqəsində avtomobilində dostları ilə əyləşmişdi, dostları avtomobilin ön tərəfində, özü isə arxada əyləşmişdi. Şəxsə yaxınlaşıb özümüzü təqdim etdikdən sonra bizimlə birlikdə Nəsimi Rayon Polis İdarəsinə gəlməli olduğunu söylədik, o, əvvəlcə bəhanələr söyləyərək gəlməkdən imtina etdi və aramızda çəkişmə oldu. Daha sonra biz onu polis idarəsinə gətirdik və Növbətçi Hissənin qarşısında ondan üzərində qeyri-qanuni hər hansı əşya və ya predment varsa, təqdim etməyini istədik. Elçin üzərində qeyri-qanuni əşya olduğunu təsdiq etdi və biz onu üzərinə şəxsi axtarışın həyata keçirilməsi üçün təhqiqatçının xidməti otağına gətirdik. Təhqiqatçı ona hüquq və vəzifələrini izah etdi, vəkil təyin olundu və daha sonra üzərinə şəxsi axtarış həyata keçirdik. Şəxsin cibindən telefon, bank kartları, maşın açarı və kristal şəkilli predmet aşkar olundu. Sorğu-sual zamanı şəxs həmin predmentin “patı”olduğunu və istifadəçi olduğunu bildirdi. Predmet bir büküm idi, çəkisini xatırlamıram.” Şahid1 məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir: “Əməliyyat qrupuna mən və Şahid2 daxil idi. Əməliyyat qrupuna mən rəhbərlik edirdim. Mənə əvvəlcə narkotik vasitələr ilə bağlı deyil, vətəndaşa məxsus bank kartlarında olan pul vəsaitlərinin mənimsənilməsi ilə bağlı məlumat daxil olmuşdu. Biz təqsirləndirilən şəxsi polis idarəsinə dəvət edəndə, o valideyni ilə danışmaq istədiyini deyib yayınmağa çalışırdı. Şəxs saxlanılarkən ona heç bir təzyiq göstərilməyib, sadəcə müqavimət göstərəndə tərk silah etmişik. Avtoyuma məntəqəsində avtomobildə şəxsin yanında dostları var idi, biz Təqsirləndirilən şəxs soruşduq və şəxs arxa oturacaqdan düşüb o olduğunu bildirdi. Avtomobilin ön oturacağında başqa bir dostu əyləşmişdi. Biz ona polis idarəsinə gəlməli olduğunu söyləyəndə anası ilə danışırdı, daha sonra başqa şəxslərlə danışacağını deyib yayınmağa çalışırdı, biz də onu avtomobilə əyləşdirdik. Şəxsə avtomobildə təzyiq göstərmədik. Biz avtomobildə şəxsin üzərini yoxlamamışıq. Mən avtomobili idarə edirdim, Şahid2 isə arxada şəxsin yanında oturmuşdu. Avtomobildə şəxsə hər hansı sual vermədik. Şəxsi avtomobillə polis idarəsinə gətirib Növbətçi Hissənin qarşısında ona sual verdik, o da üzərində qeyri-qanuni əşya olduğunu bildirdi, onu təhqiqatçının otağına gətirdik, vəkillə təmin edildi, sonra üzərinə şəxsi axtarış keçirdik və predmeti çıxarıb təqdim etdi. Biz şəxsi avtomobilə əyləşdirməzdən əvvəl üzərinə üst yoxlaması etdik. Həmin vaxt üzərində bıçaq, qumbara və s. kimi hər hansı təhlükəli predmet aşkar etmədik. Çəkişmə zamanı şəxsə qarşı hər hansı fiziki müdaxilə olmayıb və ya xəsarət yetirilməyib. Biz şəxsi saxlayanda onun göz ətrafında hər hansı xəsarət olduğunu xatırlamıram. Ona qarşı hər hansı fiziki güc tətbiq olunmayıb, sadəcə çəkişmə olub. Şəxsə polis idarəsində polis əməkdaşları və ya özü tərəfindən xəsarət yetirdiyinin şahidi olmamışam. İbtidai istintaq zamanı verdiyim ifadəni təsdiq edirəm.” Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir: “Samir adlı bir vətəndaş kartından pul vəsaitinin oğurlanması barədə bizə ərizə ilə müraciət etmişdi. Biz də Təqsirləndirilən şəxs yerini- Xırdalan şəhəri, Heydər Əliyev prospektində olduğunu müəyyən etdik. Həmin ünvana getdik, şəxsi avtomobilində aşkar etdik, öz avtomobilimizə əyləşdirib polis idarəsinə apardıq. Polis idarəsinin X14 Məmmədovun adını qeydiyyatdan keçirdilər və şəxsi təhqiqat otağına təhvil verdik. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın keçirilməsində də iştirak etmişəm. Şəxsin üzərindən mobil telefon, açar və bank kartları, həmçinin bir şəffaf bükümdə az miqdarda narkotik vasitə aşkar olundu.” Şahid2 məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir: “Şəxsi saxlayanda qaçmaq kimi bir niyyəti yox idi, ancaq müqavimət göstərirdi. Onun müqavimətini qırmaq üçün qolundan tutub avtomobilə əyləşdirdik. Şəxsi öz avtomobilimizlə polis idarəsinə gətirdik. Xidməti avtomobillə getməmişdik. Şəxsi saxlayanda avtomobildə əyləşmişdi. Təhqiqatçının otağına gələnə qədər şəxsin üzərinə axtarış keçirmədik. Biz şəxsi saxlayanda yanında dostları var idi. Dostlarının bəziləri avtomobilin içində əyləşmişdi, bəziləri avtomobilin çölündə idi. Təqsirləndirilən şəxs avtomobildə əyləşmişdi. Onun hansı istiqamətdə əyləşdiyini xatırlamıram. Biz şəxsə vəsiqələrimizi təqdim etdik və bizimlə polis idarəsinə gəlməli olduğunu bildirdik. O, anası ilə danışmaq istəyirdi və telefonla danışmağa şərait yaratdıq. O, telefonla danışa-danışa bizimlə getmək istəmirdi, niyə getməli olduğunu soruşurdu, biz də qolundan tutub avtomobilə əyləşdirdik. Həmin vaxt dostları heç nə demədilər. Biz avtomobildə şəxsə heç bir sual verməmişik. Avtomobildə şəxsin yanında mən əyləşmişdim. Şəxsi axtarışı təhqiqatçının otağında keçirdik. Polis idarəsində aşağıda Şahid1 şəxsdən üzərində nəsə olub-olmadığını soruşdu, şəxs olduğunu bildirəndə onu üzərinə axtarış keçirilməsi üçün təhqiqatçının otağına qaldırdıq. Şəxsi polis idarəsinə gətirənə qədər üzərinə axtarış keçirməmişik. Digər polis əməkdaşı şəxsin üzərinə axtarış keçirə bilməzdi, çünki öndə əyləşmişdi və avtomobili idarə edirdi. X27 prospektində saxlamışıq. Şəxsi gündüz saatlarında saxlamışıq, ancaq dəqiq vaxtı xatırlamıram. İbtidai istintaqda verdiyim ifadədə şəxsin saxlanılması ilə bağlı göstərdiyim vaxt düzgündür. Hadisənin üzərindən müəyyən vaxt keçdiyi üçün dəqiq vaxtı xatırlamıram. Mən serjantam. Şəxsi saxlayarkən üzərində hər hansı göyərmə və ya xəsarətin olduğunu xatırlamıram. Şəxs bizə müqavimət göstərməyib. Şəxsə tərəfimizdən heç bir xəsarət yetirilməyib. Polis idarəsində olan müddətdə şəxsə hər hansı polis əməkdaşı tərəfindən xəsarət yetirildiyinin şahidi olmamışam. Şəxs özü-özünə xəsarət yetirməyib. Tam olaraq şəxsin üzündə hər hansı xəsarət olduğunu xatırlamıram. İbtidai istintaq zamanı verdiyim ifadəni təsdiq edirəm.” Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli “Raport”dan görünür ki, X11 pul vəsaitinin ələ keçirilməsi ilə bağlı müraciəti əsasında Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsində araşdırılması aparılan materialın icrasına dair hadisəni törətməkdə şübhəli bilinən, xx.xx.1991-ci il təvəllüdlü Təqsirləndirilən şəxs yeri müəyyən edilərək xx.xx.2024-cü il tarixdə saat 12:25-də Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 5 ünvanının yaxınlığında saxlanılmaqla Nəsimi Rayon Polis İdarəsinə gətirilmişdir. İdarədə gətirilmiş şəxslərin qeydiyyatı ilə bağlı müvafiq kitabda qeydiyyat aparıldığı zaman X24 Məmmədovdan üzərində qanunla dövriyyəsi və ya gəzdirilməsi qadağan edilən əşya və maddə olub-olmadığı soruşulduqda o, üzərində psixotrop maddə olduğunu bildirmişdir (cild 01, iş vər. 04). Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, həmin tarixdə polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, Təqsirləndirilən şəxs üzərində hər hansı əşya və predmet varsa, təqdim etməsi təklif olunmuş, bu zaman o, əynində olan qara rəngli gödəkçənin sol yan cibindən bir ədəd pul kisəsini, gödəkçənin sağ yan cibindən bir ədəd mobil telefonu və avtomobilə aid açarı, gödəkçənin iç sol cibindən bir ədəd şəffaf sellofan bükümü çıxarıb stolun üzərinə qoymuşdur. Həmin əşyalara və pul kisəsinə baxış keçirildikdə, pul kisəsinin içərisindən bir ədəd “Leo banka”, bir ədəd “Uni banka” aid kartlar, bir ədəd “Bakıkart”, Təqsirləndirilən şəxs məxsus Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsi və ona məxsus sürücülük vəsiqəsi aşkar edilmişdir. Mobil telefona baxdıqda onun “Samsunq” markalı olması, açarın “Şevrolit” markalı maşına aid olması və əlavə olaraq yanında iki ədəd ev açarlarının olması müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs şəffaf sellofan bükümdəki maddənin nə olması barədə soruşulduqda o, həmin bükümdə “patı”, yəni psixotrop maddə metamfetamin olduğunu, həmin psixotrop maddəni Abşeron rayonu, Xırdalan şəhərində “bazarın” yaxınlığında tanımadığı şəxsdən 20 manat pul verərək aldığını bildirmişdir. Sellofan bükümdəki maddəyə baxış keçirildikdə içərisindən ağ rəngli, kristallik şəkilli, spesifik iyə malik kütlə aşkar edilmişdir. Aşkar edilmiş, içərisində psixotrop maddə metamfetamin olan büküm bir ədəd zərfə qoyularaq qablaşdırılmış və zərfin üzərində imzalar edilmişdir. Şəxsiyyət vəsiqəsi və mobil telefon götürülmüş, digər əşyalar isə, Təqsirləndirilən şəxs qaytarılmış və çəkilişin əks olunduğu DVD disk protokola əlavə olunmuşdur (cild 01, iş vər. 37-40). Cinayət işinin materiallarında olan materialların məhkəmə ekspertizasının 26 noyabr 2024-cü il tarixli 6/5298 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: “Azərbaycan Respublikası DİN-nin zərflər üçün №186 dairəvi möhür əksi”, “(imza) Təqsirləndirilən şəxs” yazısı olan zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 2,608 qram ağ rəngli, kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddəmetamfetamindir (cild 01, iş vər. 53-56). Cinayət işinin materiallarında olan ambulator məcburi-narkoloji tibbi yoxlamanın xx.xx.2024-cü il tarixli 7477 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixostimulyatorların qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhər görülür (cild 01, iş vər. 71-72). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X21 verilmiş xx.xx.2024-cü il tarixli, 15050 nömrəli sorğuya cavab məktubundan görünür ki, xx.xx.1991-ci il təvəllüdlü, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs qeyd olunan xəstəxanada müalicədə olmamışdır (cild 01, iş vər. 120). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli X2 verilmiş xx.xx.2024-cü il tarixli, 1/5479 nömrəli sorğuya cavab məktubundan görünür ki, xx.xx.1991-ci il təvəllüdlü Təqsirləndirilən şəxs son 10 ildə stasionar müalicə üçün qeyd olunan xəstəxanaya müraciət etməmişdir (cild 01, iş vər. 121). Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli “cinayət işinin ərazi aidiyyəti üzrə göndərilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-in 234.1-1-ci maddəsi ilə istintaq olunan 24007685 nömrəli cinayət işi Azərbaycan Respublikası Baş Prokurorluğu vasitəsilə istintaqın davam etdirilməsi məqsədilə ərazi aidiyyəti üzrə Abşeron Rayon Polis İdarəsinə göndərilmişdir (cild 01, iş vər. 122-124). Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli “Ərizə”dən görünür ki, X5 Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinə müraciət edərək özünü Elnur kimi təqdim edən şəxsin ona qarşı dələduzluq edərək 120 manat pulunu ələ keçirdiyini bildirmiş və əməli törətmiş şəxsin müəyyən olunaraq barəsində tədbir görülməsini xahiş etmişdir (cild 01, iş vər. 136). Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, X11 müraciəti əsasında faktla bağlı toplanmış material üzrə Təqsirləndirilən şəxs barəsində cinayət işinin başlanması rədd edilmişdir (cild 01, iş vər. 137-138). Cinayət işinin materiallarında olan məhkəmə-tibbi ekspertizasının 13 dekabr 2024cü il tarixli 1586 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində xx.xx.2024-xx.xx.2024-cü il tarixlərinə uyğun gələn xəsarət aşkar edilməmişdir. (cild 01, iş vər. 151-153). Cinayət işinin materiallarında olan əməliyyat tapşırığının xx.xx.2025-ci il tarixli 59/1- 17221 nömrəli cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunan külli miqdarda psixotrop maddə metamfetamini əldə etdiyi mənbənin, habelə onun narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olub-olmamasının müəyyən edilməsi məqsədilə Abşeron Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri keçirilmiş, keçirilmiş əməliyyat tədbirləri zamanı qeyd olunan psixotrop maddənin mənbəyini müəyyən etmək mümkün olmamış, Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmasına dair əməliyyat məlumatı daxil olmamışdır, bu istiqamətdə əməliyyat-axtarış tədbirləri davam etdirilir (cild 01, iş vər. 155). Cinayət işinin materiallarında olan xx.xx.2025-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-in 234.4.3-cü maddəsi ilə cinayət işinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar olunan psixotrop maddə metamfetaminin ona məxsus olmaması və polis əməkdaşları tərəfindən döyülməsi barədə bildirdiyi xüsusatlar iş materialları ilə öz təsdiqini tapmadığından rədd edilmiş, aşkar olunan psixotrop maddə metamfetaminin mənbəyinə görə hazırki cinayət işindən material ayrılması qərara alınmışdır (cild 02, iş vər. 163-169). Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə istintaqı zamanı tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanası tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3-16-17/40/2-418/2025 saylı məktub və ona əlavə edilmiş tibbi kitabçanın kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə istintaq təcridxanasına gətirilmiş, ilkin tibbi müayinələrdən keçirilmiş və adına tibbi kitabça açılmışdır. İlkin tibbi müayinə zamanı həbs edilən zaman zədə aldığını bildirmişdir. Bədəninə baxış keçirilən zaman sol gözətrafı nahiyədə, sol bazunun bayır səthində sarımtıl qançır, qarnın ön divarında köhnə çapıq aşkar edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Həmin Məcəllənin 143-145.1-ci maddələrinin tələblərindən isə görünür ki, sübutların toplanması ibtidai araşdırma və məhkəmə baxışı zamanı istintaq və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış həmin sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmçinin hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. CM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. İş materiallarından görünür ki, daxil olmuş müraciət əsasında xx.xx.1991-ci il təvəllüdlü Təqsirləndirilən şəxs yeri müəyyən edilərək xx.xx.2024-cü il tarixdə saat 12:25də Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 5 ünvanının yaxınlığında saxlanılmaqla Nəsimi Rayon Polis İdarəsinə gətirilmiş, şübhəli şəxs qismində tutulduqdan sonra müdafiəçinin də iştirakı ilə video çəkilişlə üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin gödəkçənin iç sol cibindən bir ədəd şəffaf sellofan bükümü çıxarıb stolun üzərinə qoymuş, Təqsirləndirilən şəxs şəffaf sellofan bükümdəki maddənin nə olması barədə soruşulduqda o, həmin bükümdə “patı”, yəni psixotrop maddə metamfetamin olduğunu, həmin psixotrop maddəni Abşeron rayonu, Xırdalan şəhərində “bazarın” yaxınlığında tanımadığı şəxsdən 20 manat pul verərək aldığını bildirmişdir. Təqsirləndirilən şəxs götürülmüş bir ədəd şəffaf rəngli sellofan bağlamada olan psixotrop maddə metamfetamin müvafiq qaydada qablaşdırılmaqla götürülmüşdür. Götürülmüş maddə materialların məhkəmə ekspertizasına təqdim olunaraq müvafiq rəy alınmışdır. Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə kollegiyası hesab edir ki, cinayət işi başlamamışdan əvvəl xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərək narkotik vasitənin aşkar edilməsi zamanı cinayət-prosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma cinayət əməli sayılır və həmin əmələ görə təqsirli bilinən şəxslər bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Eyni zamanda, həmin Məcəllənin 234.1-1-ci maddəsində göstərilmişdir ki, bu Məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə həmin əmələ görə təqsirli bilinən şəxslər üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə kollegiyası məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1- 1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi özünün ibtidai istintaq zamanı verdiyi ilkin etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri, ekspert rəyləri, habelə cinayət işinin materiallarında olan və biri digərini tamamlayan digər sübutlar vasitəsi ilə tam sübuta yetirilmişdir. Odur ki, ona qanunla müəyyən edilmiş qaydada ədalətli cəza təyin edilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onların cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməməsi, bununla bağlı qeyd etdiyi xüsusatlara və irəli sürdüyü arqumentlərə münasibətdə isə məhkəmə kollegiyası aşağıdakıları bildirməyi zəruri sayır. Belə ki, təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ilk növbədə heç də cinayət işinin materiallarında rəsmiləşdirildiyi kimi xx.xx.2024-cü il tarixdə saat 12:25 radələrində deyil, əslində həmin gün saat 10-11 radələrində saxlanıldığını və Nəsimi Rayon Polis İdarəsinə gətirildiyini, həm saxlanılan zaman, həm də polis idarəsində olduğu zaman polis əməkdaşları tərəfindən təzyiq və təsirlərə, işgəncəyə məruz qaldığını, həmçinin ona edilmiş psixoloji təzyiq nəticəsində məcbur qalıb ona aid olmayan psixotrop maddəni boynuna götürdüyünü bildirmişdir. Bununla bağlı məhkəmə kollegiyası ilk öncə onu qeyd edir ki, təqsirləndirilən şəxs hər nə qədər saxlanıldığı zaman, eyni zamanda polis idarəsində polis əməkdaşları tərəfindən döyüldüyünü, təzyiq və təsirlərə, işgəncəyə məruz qaldığını bildirsə də, iş materiallarında olmaqla məhkəmə istintaqı zamanı tədqiq olunan məhkəmə tibbi ekspertizasının rəyindən müəyyən olunmuşdur ki, şəxs saxlanıldıqdan qısa müddət sonra müvafiq ekspertizadan keçirilmiş və həmin şəxsin bədənində xx.xx.2024-xx.xx.2024-cü il tarixlərdə yetirilməyə uyğun heç bir xəsarət izi aşkar olunmamışdır. Eyni zamanda, məhkəmə istintaqı zamanı iş materiallarında olan “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokola əlavə edilmiş görüntüyə baxış keçirilərkən də şəxsin üzərində aydın şəkildə gözlə görünən hər hansı xəsarət aşkar edilməmişdir. Təqsirləndirilən şəxsin Bakı İstintaq Təcridxanasına qəbul edilərkən müayinə zamanı sol gözətrafı nahiyəsində, sol bazunun bayır səthində sarımtıl qançır və qarnın ön divarında köhnə çapıq aşkar olunmasına münasibətdə məhkəmə kollegiyası qeyd etməyi zəruri sayır ki, tibb ədəbiyyatlarında, xüsusilə məhkəmə-tibbi ekspertiza və patologiya dərsliklərində insan bədəninə yetirilmiş xəsarətlərin sağalma müddəti və rəng dəyişməsi çox dəqiq təsvir olunur, çünki bu məlumat hadisənin vaxtını təxmin etmək üçün istifadə olunur. Belə ki, insan bədəninə yetirilmiş xəsarətlərin rəng dəyişməsi zədədən keçən vaxta uyğun olaraq fərqli, yəni ilk 1-3 gün ərzində tünd-mavi və bənövşəyi, 3-6 gün ərzində yaşıl, 6-9 gün ərzində isə sarımtıl olur. Xəsarətin sarımtıl rəngdə olması artıq yaranın sağalma mərhələsində olduğunu və zədənin həmin vaxtdan ən az 6-9 gün əvvəl alındığını göstərir. İş materiallarına əsasən, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə polis əməkdaşları tərəfindən saxlanılmasını və 3 gün sonra, yəni xx.xx.2024-cü il tarixdə Bakı İstintaq Təcridxanasına qəbul edilərkən müayinə edilməsini nəzərə alaraq məhkəmə kollegiyası qeyd edir ki, əgər o, saxlanılarkən polis əməkdaşları tərəfindən döyülmüş olsaydı, onun bədənində aşkar olunan xəsarət sarımtıl deyil, tünd-mavi və bənövşəyi rəng olmalı idi. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs bədənində aşkar olunan xəsarət ona saxlanılan vaxt polis əməkdaşları tərəfindən yetirilməmişdir, həmin vaxtdan daha əvvəl fərqli şəraitdə yetirilmiş ola bilər. Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilərkən məhkəməyə onun üzərindən aşkar olunan psixotrop maddənin ona aid olmaması və saxlanılarkən polis əməkdaşları tərəfindən döyülməsi ilə bağlı qeyd etdiklərinə gəldikdə isə məhkəmə kollegiyası buna da tənqidi yanaşır və hesab edir ki, həmin anda məhkəmə iclasında təqsirləndirilən şəxs məhz bu formada ifadə verməklə cinayət məsuliyyətindən yayınmağa və barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbirinin seçilməməsinə çalışmışdır. Belə ki, iş materiallarından görünür ki, təqsirləndirilən şəxs sözügedən məhkəmə iclasında bu formada ifadə versə də, sonradan onu saxlayan polis əməkdaşları ilə üzləşdirilmiş və üzləşdirmə zamanı məhkəmə iclasında onun barəsində “həbs” qətimkan tədbiri deyil, daha yüngül qətimkan tədbiri seçilməsi üçün yalan ifadə verdiyini, əslində polis əməkdaşları tərəfindən ona heç bir fiziki və ya psixi zor tətbiq edilmədiyini, hər hansı təzyiqə məruz qalmadığını bildirmişdir. Digər tərəfdən, təqsirləndirilən şəxsin xx.xx.2024-cü il tarixdə səhər saat 10-11 radələrində saxlanılaraq Nəsimi Rayon Polis İdarəsinə gətirilməsi ilə bağlı irəli sürdüyü arqumentə gəldikdə isə qeyd edilməlidir ki, bunu təsdiq edən hər hansı bir sübut növü iş materiallarında yer almamış, o cümlədən müdafiə tərəfindən belə bir sübut növü məhkəməyə təqdim olunmamışdır. Eyni zamanda, şəxsin xx.xx.2024-cü il tarixdə saat 12:25 radələrində saxlanılması məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş polis əməkdaşlarının ifadələri ilə də sübut olunur. Odur ki, bütün bunları ümumiləşdirən məhkəmə kollegiyası təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı qeyd etdiklərinin müdafiə taktikasından irəli gələn hərəkətlər olması qənaətinə gələrək Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı qeyd etdiklərinə müdafiə xarakterli ifadə kimi yanaşır, əksinə təqsirləndirilən şəxsin ibtidai araşdırma dövründə müdafiəçinin də iştirakı ilə psixotrop maddənin necə və hansı yolla əldə olunması, saxlanması, daşınması və s. barədə verdiyi ifadələrini işin faktiki halları və mövcud sübutlarla üst-üstə düşdüyünü əsas götürərək, ona elan olunan ittihamın əsasında məhz Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri qoyur. Təqsirləndirilən şəxs təyin olunacaq cəza məsələsinə gəldikdə isə məhkəmə qeyd edir ki, CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 14 iyun 2024-cü il 8 №li qərarının 27-ci bəndin də göstərilmişdir ki, məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikasının cinayət qanununun prinsiplərini, CM-in 58-ci maddəsində göstərilmiş cəzanın təyin edilməsinin ümumi əsaslarını və cəzanın təyini məsələlərini tənzimləyən digər cinayəthüquqi normaların tələblərini rəhbər tutmalı, hər bir halda seçilən cəza növünün, cəzanın həddinin CM-in 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədlərinin təmin edilməsi baxımından məqsədəuyğun və yetərli olub-olmamasını nəzərdən keçirməli, bu məsələ üzrə hüquq tətbiq etmə təcrübəsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli Qərarının müddəalarına uyğun şəkildə formalaşmasını təmin etməlidirlər. Cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, işin digər xüsusatları cəzanın müəyyən edilməsi aspektindən qiymətləndirilərkən cinayətin törədilmə şəraiti və halları, o cümlədən narkotik vasitənin (psixotrop maddənin) növü, miqdarı, cinayətin törədildiyi yerin hərbi hissə, iş yeri, tədris, mədəniyyət müəssisəsi və ya digər ictimai əhəmiyyətli obyekt, yüksək təhlükə mənbəyi olan qurğuların, nəqliyyat vasitələrinin idarə edilməsi ilə bağlı olub-olmaması, cinayətin törədilməsinə digər, xüsusilə də yetkinlik yaşına çatmayanların, psixi, fiziki qüsurları olan şəxslərin cəlb edilib-edilməməsi və ya belə şəxslərə qarşı yönəlib-yönəlməməsi, əməllərin nə kimi zərərli nəticələrə səbəb olması, cinayətin onun açılmasını çətinləşdirən mürəkkəb üsullardan və vasitələrdən istifadə etməklə və ya mütəşəkkil dəstələrin tərkibində törədilib-törədilməməsi və yaxud transmilli xarakterə malik olub-olmaması, bu cinayətlərin törədilməsini asanlaşdırmaq üçün və yaxud qanunsuz olaraq əldə edilmiş narkotik vasitələrdən, psixotrop maddələrdən, onlara aid olmayan güclü təsir edən və ya zəhərli maddələrdən istifadə etməklə CM-in Xüsusi hissəsinin digər fəsillərində nəzərdə tutulmuş başqa cinayətlərin də törədilib-törədilməməsi nəzərə alınmalıdır. Təqsirkarın şəxsiyyəti, onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri baxımından cəzanın qanuniliyini və əsaslılığını təmin etmək üçün isə tələb olunur ki, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar düzgün müəyyən edilsin, təqsirləndiriləni səciyyələndirən və ailəsinin həyat şəraitini aşkarlayan məlumatlar, o cümlədən onun iş, təhsil, yaşayış yerində nə cür xarakterizə olunması, əvvəllər məhkum olunub-olunmaması (məhkumluq ödənilmədiyi və ya götürülmədiyi halda), əvvəlki məhkumluğun narkotik vasitələrin (psixotrop maddələrin, prekursorların, güclü təsir edən və ya zəhərli maddələrin) qanunsuz dövriyyəsi ilə bağlı olub-olmaması, təqsirkarın maddi rifahının təmin edilməsində cinayətkar fəaliyyətin rolu, onun əmək fəaliyyəti, hərbi xidmət, təhsil almaq və s. bu kimi ictimai-faydalı fəaliyyətlə məşğul olub-olmaması, cinayətin törədilməsindən sonrakı dövrdə əməlinə tənqidi münasibətin formalaşıb-formalaşmaması, CM-in müvafiq maddələrinin dispozisiyalarında nəzərdə tutulmuş ictimai təhlükəli nəticələrə və yaxud hər hansı bir digər zərərli nəticəyə səbəb olmuş cinayətlər üzrə ziyanın ödənilməsi, aradan qaldırılması, azaldılması üçün hərəkət edib-etməməsi, yaşı, sağlamlıq vəziyyəti, evli, himayəsində uşaqlarının olub-olmaması və s. bu kimi, o cümlədən Azərbaycan Respublikasının qoşulduğu “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” 1988-ci il 20 dekabr tarixdə Vyana şəhərində imzalanmış beynəlxalq konvensiyanın müddəalarından irəli gələn hallar nəzərə alınsın. Cinayət işinin materiallarında olan arayış, xasiyyətnamə, doğum haqqında şəhadətnamə və atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin, o cümlədən Azərbaycan Respublikası Əfqanıstan X9 tərəfindən verilmiş 0085 nömrəli vəsiqənin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 6 ünvanında "xxxx" MTK tərəfindən inşa edilmş 5 girişli 276 mənzilli yaşayış binasının 4-cü blok, 7-ci mərtəbə, 194 nömrəli mənzilində ailəsi ilə birlikdə yaşayır. Yaşadığı müddət ərzində xüsusi hörmət qazanmış, intizamlı, nəzakətli, təvazökar bir insan kimi özünü tanıtmışdır. Qonşularla heç bir problemi olmamış və onu nüfuzdan salan heş bir məlumat daxil olmamışdır. Himayəsində xx.xx.2018-ci il təvəllüdlü X12 adlı bir uşağı vardır. X4 Azərbaycan Respublikası Əfqanıstan X6 üzvüdür (cild 01, iş vər. 144-149). İş materiallarına əlavə edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 01, iş vər. 133-134). Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını CM-in 59.1.4-cü maddəsinə əsasən, atasının Azərbaycan Respublikası Əfqanıstan X6 üzvü olmasını isə CM-in 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməlində yuxarıda qeyd edilən cəzanı yüngülləşdirən halların mövcudluğunu, habelə cəzanı ağırlaşdıran halların olmamasını, törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, şəxsin şəxsiyyətini, təyin olunacaq cəzanın onun islah olunmasına təsirini, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 14 iyun 2024-cü il 8 №-li qərarında əks olunan tövsiyyələri nəzərə almaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrumetmə növündə cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Eyni zamanda, məhkəmə kollegiyası hesab edir ki, şəxs həmin cəzanı yalnız real olaraq çəkməklə islah oluna bilər. Cinayət işinin materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2024cü il tarixli protokoldan və Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(006)- 668/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, əvvəli də məhz həmin tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmişdir (cild 01, iş vər. 28, 96-100). Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxs CM-in 56.1.2-ci maddəsinə əsasən ona təyin ediləcək cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın başlanğıcı isə onun şübhəli şəxs qismində tutulduğu vaxtdan, yəni xx.xx.2024-cü il tarixdən hesablanmalı, onların həbsdə saxlanıldığı bütün müddət ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Həmçinin, məhkəmə kollegiyası cinayət işinin materiallarında olan ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər tətbiq olunmalı və o, yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. CM-nin 99-1.1-ci maddəsinə əsasən xüsusi müsadirənin əsasları müəyyən edilməmişdir. CPM-in 132-ci maddəsinə əsasən maddi sübut olan və Nəsimi Rayon Polis İdarəsində saxlanılan tədqiqata sərf edildikdən sonra qalıq qalmış 2,508 qram çəkidə psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd DVD diskin iş materiallarında saxlanılması nəzərə alınmalıdır. İş üzrə 114 AZN (bir yüz on dörd manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barədə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, yaşadığı ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Nəsimi Rayon Polis İdarəsində saxlanılan tədqiqata sərf edildikdən sonra qalıq qalmış 2,508 qram çəkidə psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 01 ədəd DVD diskin iş materiallarında saxlanılması nəzərə alınsın. İş üzrə 114 AZN (bir yüz on dörd manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına ödənilsin. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı andan) 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar