Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-307/2024 24.06.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X2 (sədrlik edən), X6 və X4 ibarət tərkibdə, Məhkəmə iclas katibi – X5, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru X10, Müdafiəçi – Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, xx xxxxxxxx 1984-cü il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli və himayəsində iki azyaşlı uşağı olan, ikinci qrup əlilliyi olan, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda, təmiz çəkisi 7,368 qram kustar üsulla hazırlanmış xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eyni tərkibli narkotik vasitə heroin əldə edib daşıyaraq saxlamış, Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən 12 may 2023-cü il tarixdə saat 22:10-da keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri, 2-ci mikrorayon, 36/20 A saylı yaşayış binasının yaxınlığında saxlanılaraq ünvan 2 ünvanında yerləşən Sumqayıt Şəhər Polis İdarəsinin inzibati binasına gətirilib həmin tarixdə saat 22:40-da orada videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış aparılan zaman əynində olan mavi rəngli şalvarının sağ yan cibindən bir ədəd sellofan bükümün içərisində olan üç ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 5,888 qram, 0,631 qram və 0,630 qram olmaqla ümumi təmiz çəkisi 7,149 qram kustar üsulla hazırlanmış xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eyni tərkibli narkotik vasitə heroin aşkar edilərək götürülmüş, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə başlanmış ********* saylı cinayət işinin istintaq zərurəti ilə əlaqədar olaraq 13 may 2023-cü il tarixdə saat 13:50-də Sumqayıt Şəhər Polis İdarəsinin Müvəqqəti Saxlama Yerində tədqiqat üçün nümünələrin götürülməsi istintaq hərəkəti keçirilən zamanı əynindəki şalvarının üzərində göy və qəhvəyi rəngli damaları olan ön sağ yan cibindən kəsilmiş parça hissəsinin içərisində təmiz çəkisi 0,137 qram, şalvarının üzərində göy və qəhvəyi rəngli damaları olan sağ arxa cibindən kəsilmiş parça hissəsinin içərisində təmiz çəkisi 0,082 qram qəhvəyi rəngli kustar üsulla hazırlanmış kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni tərkibli olan narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan olunan ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, 1984-cü ildə Sumqayıt şəhərində anadan olmuş, 1994-cü ildən, yəni 10 yaşından şəkərli diabet xəstəliyindən əziyyət çəkir, ikinci qrup əlildir və ona gün ərzində 4 dəfə insulin iynəsi vurulur. O, xx.xx.2023-cü il tarixdə axşam saat 8 radələrində evdə yemək yedikdən sonra insulin iynəsini vurmuş və iş yerinə getmişdir. O, bərbərlik fəaliyyəti ilə məşğul olmuşdur. Həmin gün saat 21:30 radələrində bir nəfər Təbriz adlı şəxs içəri girərək kamera olub-olmadığını yoxlamaq məqsədi ilə ətrafa baxmış və kamranın olmadığından əmin olduqdan sonra ona müraciət etmişdir. O, həmin şəxsin müştəri olduğunu düşünərək ayağa qalmış, şəxs Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşı olduğunu bildirmişdir. Daha sonra əlavə iki nəfər şəxs də içəriyə daxil olmuşdur. O, şok vəziyyətdə qalaraq polis əməkdaşlarından niyə gəldiklərini soruşmuş, polis əməkdaşları ona səsini kəsməsini söyləmişdir. Polis əməkdaşları onun qara gödəkcəsini götürərək başına keçirmiş və qara rəngli “Mercedes” markalı avtomobilə əyləşdirməklə aparmışlar. Avtomobildə olan zaman iki nəfər polis əməkdaşı ona fiziki təzyiq göstərmişlər. Dada sonra onu Sumqayıt Şəhər Polis İdarəsinə gətirmişlər. Başına gödəkcə keçirdikləri üçün o, ətrafı görməmiş, amma pilləkənlərlə qalxdığını başa düşmüşdür. Onun şalvarının sağ arxa cibinin düyməsi qırıldığı üçün həmin vaxt cibinə nə isə qoyulduğunu hiss etmişdir. Daha sonra onu dizi üstündə əyləşdirərək gödəkcəni qaldırmışlar. Yuxarı başda sonradan adının İlham olduğunu bildiyi bir nəfər şəxsin oturduğunu görmüşdür. Həmin vaxt o, şəkəri olduğu üçün su istəmiş, polis əməkdaşları isə onun başına vuraraq susdurmuşlar. İlham adlı polis rəisi ondan nə etdiyini soruşmuş və cibindəkiləri çıxarmasını söyləmişdir. Həmin vaxt onun cibində lupa, 2 ədəd alışqan, şəkər konfeti və təsbeh olmuşdur. Həmin əşyaları çıxarıb təqdim etdikdən sonra arxa cibindəkiləri çıxarmasını söyləmişlər. O, arxa cibində heç nə olmadığını bildirmişdir. Polis rəisi ona arxa cibinə yaxşı baxmasını söylədikdə o, iki barmağı ilə əlini cibinə aparan zaman əlinin sellofana dəydiyini hiss etmiş və tez əlini çəkərək ona məxsus olmadığını bildirmişdir. Daha sonra polis əməkdaşları onun üzərinə gələrək döyməyə başlamışlar. Kənardan rəis şəkəri olduğu üçün möhkəm döyməmələrini, həmçinin izin qalmaması üçün ehtiyyatla döymələrini bildirmişdir. Onun üzərindən iş yerinin açarını da götürmüşlər. O, etiraz edərək həmin maddənin ona məxsus olmadığını bildirmiş və ekspertiza keçirmələrini tələb etmişdir. Polis əməkdaşları qara sellofan torbada 2-3 kiloqramlıq maddəni qoyaraq həmin maddəni boynuna almasa evindən və iş yerindən narkotik vasitə çıxaracaqlarını bildirmiş, həmçinin onu ailəsi ilə təhdid etmişlər. O, etiraz etməyə davam etdikdə polis əməkdaşları ona rezin dəyənəklə təcavüz etmək istəmişlər. Etiraz etməyə davam etdikdə onun əynindəki şalvarı çıxarmaq istəmişlər, amma o, icazə verməmişdir. Daha sonra rəis polis əməkdaşlarına gedib evdən atasını, ailəsini gətirmələrini söyləmişdir. O, məcbur qalaraq polis əməkdaşları ilə razılaşmışdır. Polis əməkdaşları çəkiliş zamanı əvvəlcə həmin narkotik vasitəni 50 manata aldığını söyləməsini bildirmiş, daha sonra isə fikirlərini dəyişərək 100 manata aldığını söyləməsini bildirmişlər. O, bükümlərə baxdıqda 3 bükümdə sarı torpağa bənzər maddə olduğunu görmüşdür. Həmin maddələri onun sağ cibinə qoymalarına baxmayaraq çəkiliş zamanı sol cibindən çıxarmasını söyləmişlər. Günay adlı vəkil gələn zaman o, vəkilə yaxınlaşıb həqiqəti söyləmək istəmiş, amma onu vuraraq kənara çəkmişlər. Təbriz və Vüsal adlı polis əməkdaşları ona ağır təzyiqlər göstərmiş və təhqir etmişlər. Məcburiyyət altında qalaraq o, çəkiliş zamanı narkotik vasitənin ona məxsus olduğunu etiraf etmişdir. Çəkilişdən sonra insulin iynəsi vurdurmasa öləcəyini bildirmişdir. Üç ədəd bükümdən əlavə onun üzərindən heç nə aşkar olunmamışdır. Hadisə gününün səhəri Təbriz adlı polis əməkdaşı ona yaxınlaşaraq müstəntiq gələcəyini və müstəntiqə də çəkiliş zamanı söylədiklərini deməsini tapşırmışdır. O, eynəksiz heç nə görə bilmədiyi üçün müstəntiq gələn zaman sənədləri oxuya bilmək üçün müstəntiqdən eynək istəmiş, amma müstəntiq eynəyə ehtiyyac olmadığını bildirmişdir. Həmçinin, həmin vaxt o, polis əməkdaşlarının onun boynuna narkotik vasitə qoyduğunu bildirmək istədikdə orada olan kriminalist Elnur Qocayev onun qolundan vuraraq danışmamasını söyləmişdir. Səhəri gün o, analiz verməli olduğunu bildirmiş və onu Fəqan müəllimin yanına aparmışlar. Fəqan müəllimin yanında o, yemək yeməyəcəyini və insulin vurmayacağını bildirmişdir. Fəqan müəllim problemin nə olduğunu soruşduqda o, narkoloji dispanserə gedib analiz vermək istədiyini bildirmişdir. Analizi təmiz çıxdıqdan sonra saat 12-13 radələrində bir şəxs onu çağırıb aldadaraq atası ilə tanış olduqlarını, ona köməklik edəcəklərini və onu buraxacaqlarını bildirmişdir. Polis idarəsində olan zaman çaya nə isə qatıb ona içirtmişlər. Daha sonra onu məhkəməyə gətirmişlər, məhkəmədə olanları danışmış, həmin vaxt o, tərləmiş və başı fırlanmışdır. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir ki, barəsində həbs qətimkan tədbiri seçilən zaman o, narkotik vasitənin ona məxsus olmadığını bildirmişdir. Polis idarəsində onun üzərinə şəxsi-axtarış keçirilən zaman onun gözündə eynək olmamışdır. Polis idarəsində ona halı pis olduğu üçün su vermişlər, səhəri gün isə çay təklif etmişlər. 40 ildir ki, həmin ünvanda yaşayır və 17-18 ildir ki, bərbərlik fəaliyyəti ilə məşğul olur. Polis əməkdaşları ilə heç bir ədavət və düşmənçiliyi olmamışdır. 2010-cu il tarixdə gözü tutulmuş, müalicə üçün bir neçə dəfə İran İslam Respublikasına getmiş və gözünü əməliyyat etdirmişdir. İran İslam Respublikasına getdiyi üçün polis əməkdaşlarının onu tutduqlarını düşünmüşdür. Sonuncu dəfə İran İslam Respublikasına 2017-2018-ci il tarixdə getmişdir. Polis idarəsində olan zaman polis əməkdaşlarının onun boynuna narkotik qoyması barədə Günay adlı müdafiəçisinə məlumat vermişdir. Polis əməkdaşları onu döyən zaman ehtiyyatla döydükləri üçün onda xəsarət izi qalmamış və ekspertiza keçirilən zaman da xəsarət izləri aşkar olunmamış, sadəcə qulağında xəsarət olmuş və ekspert onu nəzərə almamışdır. Təqsirləndirilən şəxs ibtidai araşdırmanın ilkin mərhələsində müdafiəçinin də iştirakı ilə verdiyi ifadəsində göstərmişdir ki, Sumqayıt şəhəri 2-ci mikrorayon ərazisində yerləşən 36/20A sayh yaşayış binasının yaxınlığında 12 may 2023-cü il tarixdə saat 22:10 radələrində olan zaman polis əməkdaşları ona yaxınlaşaraq narkotik vasitələrin qəbulu, üzərində gəzdirilməsi və satışında şübhəli olduğumu bildirərək araşdırma aparılmasından ötrü Sumqayıt ŞPİ-nə dəvət etmişlər. O da etiraz etməyərək polis əməkdaşları ilə birlikdə Sumqayıt ŞPİ-nə gəlmişdir. Polis idarəsində olan zaman üzərinə şəxsi axtarış keçiriləcəyi bildirmiş və buna etiraz etməmişdir. Üzərinə şəxsi axtarışa başlan mazdan əvvəl hüquq və vəzifələri barədə bildiriş və hüquqlarının müdafiəsini təmin edəcək vəkili X7 təqdim olunmuşdur. Daha sonra isə vidoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməyim təklif olunmuşdur. Həmin vaxt özü əynində olan qara rəngli gödəkçənin sol iç cibində saxlamış olduğu 1 ədəd eynəyi, 2 ədəd alışqanı və konfetləri, həmin gödəkçənin sağ iç cibində saxlamış olduğu 1 ədəd pul kisəsini, əynində olan mavi rəngli şalvarın sağ yan cibində saxlamış olduğu mobil telefonu, 1 ədəd lupanı və 1 ədəd şəffaf sellofan bükümü təqdim etmişdir. Həmin büküm açılan zaman bükümün içərisində 3 ədəd ayrı-aynhqda şəffaf sellofan bükümlərin olduğu görülmüşdür. Həmin bükümlər açılan zaman bükümlərin hər birinin içərisində qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitə olan “heroin”ə bənzər maddələrin olduğu aşkar edilmişdir. Sorğu zamanı təqdim etdiyi maddənin “kakos”, yəni, narkotik vasitə olan heroin olduğunu, həmin narkotik vasitələri tutulduğu gün saat 08 radələrində Sumqayıt şəhəri 2-ci mikrorayon ərazisində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 150 manata aldığını və üzərində gəzdirdiyini bildirmişdir. Həmin vaxt üzərindən aşkar olunmuş şəffaf sellofan bükümdəki maddələr elektron tərəziyə qoyulub çəkilən zaman həmin maddələrin hər birinin çəkisinin şəffaf sellofan ilə birlikdə 0,86 qram, 0,81 qram, 6,72 qram, daha sonra həmin 3 ədəd şəffaf sellofan bükümdəki maddələr birlikdə elektron tərəziyə qoyulub çəkilən zaman həmin maddələrin ümumi çəkisinin 8,40 qram olduğu müəyyən edilmiş və aşkar olunmuş həmin maddə Azərbaycan Respublikası ƏN-nin MEM-nə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq Azərbaycan Respublikasının DİN-nin 124 sayh möhürü ilə möhürlənmişdir. Üzərinə şəxsi axtarış keçirilən zaman aşkar edilmiş “Honor X 8” markalı, 050(070)-500-23-04 nömrə ilə işləyən mobil telefon əhəmiyyət kəsb etdiyindən xüsusi qaydada qablaşdırılaraq Azərbaycan Respublikasının DİN-nin 124 saylı möhürü ilə möhürlənmişdir. Bundan başqa üzərinə şəxsi axtarış keçirilən zaman üzərindən aşkar edilmiş ] ədəd təsbeh, 2 ədəd alışqan, açarlar, gün eynəyi, lupa, 2 ədəd konfetlər iş üzrə əhəmiyyət kəsb etmədiyindən özünə geri qaytarılmışdır. Ona məxsus pul kisəsi açılan zaman pul kisəsinin içərisində özümə məxsus sürücülük və şəxsiyyət vəsiqələrLEO bank plastik kartı, Bakı Kart metro kartı, 1 ədəd 100 manatlıq, 8 ədəd 5 manatlıq pul əskinasları, 14 ədəd 1 manatlıq olmaqla 154 manat pul və ödəniş qəbzləri olduğu müəyyən edilmişdir. Aşkar edilmiş pullar LEO bank plastik kartı, Bakı Kart metro kartı və Ödəniş qəbzləri pul kisəsi ilə birlikdə İş üzrə əhəmiyyət kəsb etmədiyindən özünə geri qaytarılmış, sürücülük və şəxsiyyət vəsiqələri iş materiallarına əlavə edilməsi üçün götürülmüşdür. Əvvəllər də həmin şəxsdən bir neçə dəfə naarkotik vasitə aldığını göstərmişdir. Saxlanılan zaman ona qarşı hər hansı bir psixi və ya fiziki zor tətbiq olunmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, daxil olmuş əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs tərəflərindən saxlanılaraq Sumqayıt Şəhər Polis İdarəsinə gətirilmişdir. Təqsirləndirilən şəxsin üzərinə şəxsi axtarış keçirilən zaman narkotik vasitə heroin aşkar olunmuşdur. Hazırda hadisənin üzərindən xeyli vaxt keçdiyi üçün hadisəni tam təfərrüatı ilə xatırlamır. Ona görə də ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq şahid göstərmişdir ki, təqsirləndirilən şəxsin üzərindən aşkar olunmuş narkotik vasitənin miqdarını hazırda dəqiq xatırlamır. O, Sumqayıt Şəhər Polis İdarəsində işlədiyi müddət ərzində Təqsirləndirilən şəxs barəsində əvvəllər əməliyyat məlumatının daxil olmasını hazırda dəqiq xatırlamır. Şəxsi yaşayış binalarının yaxınlığında saxlamışlar. Şəxs saxlanıldıqdan sonra onu Sumqayıt Şəhər Polis İdarəsinin inzibati binasına aparmışlar. Şəxs saxlanılan zaman saxlanıldığı yerdə onun üzərinə şəxsi axtarış və işlədiyi yerə baxış keçirilməmişdir. Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və şahid həmin ifadəsində göstərmişdir ki, Sumqayıt şəhəri 2-ci mikrorayon ev 36/20 A mənzil 15də yaşayan Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla ədavət və düşmənçiliyi olmamışdır. 12 may 2023-ci il tarixdə Natiq adlı şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması, yəni Sumqayıt şəhəri ərazisində üzərində külli miqdarda narkotik vasitə gəzdirməsi, həmçinin Sumqayıt şəhəri ərazisində narkotik vasitələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Natiq adlı şəxsin şəxsiyyətini əməliyyat yolu ilə dəqiqləşdirən zaman həmin şəxsin Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs cinayət başında yaxalanması məqsədilə tərəfindən əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuşdur. Həmin qərar Sumqayıt Şəhər Polis İdarəsinin rəhbərliyi tərəfindən təsdiq olunduqdan sonra cinayət axtarışı şöbəsinin rəisi, polis polkovnik-leytenantı Yelmar Mehdiyevin rəhbərliyi altında Sumqayıt Şəhər Polis İdarəsinin cinayət axtarışı şöbəsinin kiçik inspektorları, polis baş serjantı Vüsal Abbasov, polis baş serjantı Şahid3 və ondan ibarət əməliyyat qrupu yaradılmışdır. Sonra isə tərəfindən Təqsirləndirilən şəxs ola biləcəyi yer müəyyən edilərək həmin tarixdə saat 22:10 dəqiqədə Təqsirləndirilən şəxs yaşadığı Sumqayıt şəhəri 2-ci mikrorayon bina 36/20A-nın qarşısında piyada hərəkət etdiyini görüb əməliyyat qrupunun üzvləri Vüsal Abbasov və Şahid3lə birlikdə ona yaxınlaşaraq özlərini təqdim edərək ondan üzərində narkotik vasitə və ya qanunla qadağan olunmuş hər hansı bir əşya olub-olmamasını soruşmuşlar. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə heroin olmasını bildirmişdir. Həmin yerdə müvafiq sənədlərin tərtib olunması mümkün olmadığından, insanların intensivliyini, əməliyyat şəraitini və hər hansı bir müdaxilə ola biləcəyini nəzərə alıb orada Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparmayaraq üzərində şəxsi axtarış aparılması məqsədi ilə onu Sumqayıt Şəhər Polis İdarəsinin inzibati binasına gətirmişlər. Sumqayıt Şəhər Polis İdarəsində təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq müdafiəçi dəvət olunmuşdur. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılacağı barədə məlumat verildikdə o, üzərində şəxsi axtarış aparılmasına heç bir etirazı olmadığını bildirmişdir. Bundan sonra şəxsi axtarış aparılması üçün Şəhər Polis İdarəsinin X3 ekspert kriminalisti tərəfindən videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasına başlanılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində narkotik vasitə və ya qanunla qadağan olunmuş hər hansı bir əşya və ya maddə varsa təqdim etsin. Təqsirləndirilən şəxs əynində olan mavi rəngli şalvarının sağ yan cibindən bir ədəd mobil telefonu, bir ədəd lupanı və bir ədəd şəffaf sellofan bükümü çıxarıb təqdim edərək həmin bükümün içərisində narkotik vasitə heroin olmasını bildirmişdir. Həmin büküm açılan zaman içərisində 3 ədəd şəffaf sellofan bükümlər olduğu müəyyən edilmişdir. Həmin bükümlər açılan zaman hər birinin içərisində qəhvəyi rəngli spesifik iyə malik qəhvəyi rəngli kütlələr olması müəyyən edilmişdir. Təhqiqatçı tərəfindən sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükümlərin narkotik vasitə “kakos” olduğunu və tutulduğu gün səhər saat 8 radələrində Sumqayıt şəhəri 2-ci mikrorayon ərazisində tanımadığı şəxsdən özünün şəxsi istifadəsi üçün 150 manata aldığını və üzərində gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs aşkar edilmiş bükümlərdən iki ədədi xırda büküm olsa da bir ədədi digərlərinə nisbətən böyük büküm olmuşdur. Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş heroinə oxşar kütlələr elektron tərəzidə çəkilərəkən ümumi çəkisinin 8,40 qram olması müəyyən edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman aşkar edilmiş cəmi 154 manat pul, 1 ədəd təsbeh, 2 ədəd alışqan, eynək, 2 ədəd konfetlər, Leo bank plastik kartı, bir ədəd metro kart əhəmiyyət kəsb etmədiyindən təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. Bundan başqa Təqsirləndirilən şəxs cibindən aşkar edilmiş sürücülük və şəxsiyyət vəsiqələri, bir ədəd Honor X 8 markalı mobil telefon isə təhqiqatçı tərəfindən götürülmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs aşkar edilmiş 3 ədəd bükümdə olan narkotik vasitə heroinə oxşar kütlələr də təhqiqatçı tərəfindən ekspertizaya göndərilməsi üçün qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması barədə protokol tərtib olunaraq ucadan oxunmuş və protokol iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Daxil olmuş əməliyyat məlumatlarında Təqsirləndirilən şəxs narkotik vasitələri və psixotrop maddələri şəxsi istifadəsi üçün əldə etməsi ilə yanaşı onun Sumqayıt şəhəri ərazisində narkotik vasitələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatları daxil olmuşdur. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması ilə bağlı əvvəllər Sumqayıt Şəhər Polis İdarəsinin cinayət axtarış şöbəsinə mütəmadi olaraq əməliyyat məlumatları daxil olsa da o saxlanılan zamanadək onun cinayət başında ifşa edilməsi mümkün olmamışdır (cild 1, iş vərəqi 144- 146). İbtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunduqdan sonra ona ünvanlanan suallara cavab olaraq şahid göstərmişdir ki, həmin ifadəni təsdiq edir, təqsirləndirilən şəxsi hərəkətdə olan zaman saxlamışlar, onlar tərəfindən təqsirləndirilən şəxsə qarşı heç bir təzyiq və təsir olunmamış, təqsirləndirilən şəxs onlara müqavimət göstərməmiş, şəxs barəsində daxil olan əməliyyat məlumatı əsasında təxirəsalınmaz tədbir keşirilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, 2023-cü ilin may ayında daxil olmuş əməliyyat məlumatı əsasında axşam saat 10-11 radələrində Sumqayıt şəhəri 2-ci mikrorayon ərazisində hərəkətdə olan Natiq adlı şəxsi saxlayaraq özlərini təqdim etmiş və polis idarəsinə dəvət etmişlər. Polis idarəsində inzibati otaqların birində təhqiqatçı və müdafiəçinin iştirakı ilə çəkilişlə təqsirləndirilən şəxsin üzərinə şəxsi axtarış keçirilmiş və narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq şahid göstərmişdir ki, əvvəllər Təqsirləndirilən şəxs barədə onlara əməliyyat məlumatı daxil olmamış, şəxs barəsində əməliyyat məlumatı Şahid1 daxil olmuş, şəxsi axşam saat 10-11 radələrində saxlamışlar, şəxsi 2-ci mikrorayon ərazisində binaların yaxınlığında saxlamışlar. Təqsirləndirilən şəxs iş yerini tanımamış, saxlanılan zaman şəxsin üzərinə baxış keçirilməmiş, onlar tərəfindən şəxsə qarşı heç bir təsir və təzyiq olunmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 şahid X8 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsuatları təsdiq etmişdir. Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Raport”dan görünür ki, həmin tarixdə Sumqayıt Şəhər Polis İdarəsinə Sumqayıt şəhəri ərazisində Natiq adlı şəxsin qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin istifadəsi, satışı və üzərində gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuş, əməliyyat yolu ilə həmin şəxsin xx.xx.1984-cü il təvəllüdlü Təqsirləndirilən şəxs olduğu müəyyən olunmuşdur (cild 1, iş vərəqi 04). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsinə dair” qərardan görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək məqsədilə Sumqayıt şəhəri ərazisində vətəndaşların sorğusu əməliyyat tədbirlərin keçirilməsi qərara alınmışdır (cild 01, iş vər. 05). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Raport”dan görünür ki, daxil olmuş əməliyyat məlumatına əsasən Təqsirləndirilən şəxs Sumqayıt şəhəri 2-ci mikrorayon ev 36/20A-nın yaxınlığında saxlanılaraq aidiyyəti üzrə Sumqayıt Şəhər Polis İdarəsinə gətirlmişdir (cild 1, iş vər. 09). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Şəxsi axtarışın keçirilməsi haqqında” protokoldan görünür ki, həmin tarixdə polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş, axtarış zamanı əynində olan mavi rəngli şalvarının sağ yan cibindən bir ədəd sellofan bükümün içərisində olan üç ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 5,888 qram, 0,631 qram və 0,630 qram olmaqla ümumi təmiz çəkisi 7,149 qram kustar üsulla hazırlanmış xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eyni tərkibli narkotik vasitə heroin aşkar olunaraq qanunauyğun qaydada qablaşdırılaraq götürülmüş, şəxsi axtarışın əks olunduğu video görüntü CD diskə köçürülməklə cinayət işinin materiallarına əlavə edilmişdir (cild 01, iş vər. 29-30). Cinayət işinin materiallarında olan məhkəmə-kimyəvi eskpertizasının 13 may 2023cü il tarixli 6/2770 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində "...Təqsirləndirilən şəxs üzərindən...” sözləri və imzalar qeyd edilmiş kağız paketdə 03 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 5,888 qram, 0,631 qram, 0,630 qram ümumi çəkisi 7,149 qram olan maddələr kustar üsulla hazırlanmış xarici əlamətlərinə və kimyəvi komponent tərkblərinə görə eyni tərkibli narkotik vasitə olan heroindir (cild 01, iş vər. 41- 45). Cinayət işinin materiallarında olan məhkəmə-tibbi eskpertizasının 13 may 2023-cü il tarixli 693 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində xəsarət və xəsarət izi aşkar olunmamışdır (cild 01, iş vər. 84-86). Cinayət işinin materiallarında olan məhkəmə-kimyəvi eskpertizasının 24 may 2023cü il tarixli 6/2875 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: "Azərbaycan Respublikası DİN Zərflər üçün Nöl24"-li dairəvi möhür əksi.. - üzərində "Təqsirləndirilən şəxs əynindəki şalvarının ön sağ yan cibindən götürülmüş təqsirləndirilən şəxs(imza) yazısı və imzalar olan zərfdəki ağ üzərində göy və qəhvəyi rəngli damaları olan cibdən kəsilmiş parça hissəsinin içərisində təmiz çəkisi 0,137qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və cibdən kəsilmiş parça hissəsinin üzərində heroinin izləri vardır. Üzərində "Təqsirləndirilən şəxs götürülmüş şalvarın sağ arxa cib nümunəsi ...təqsirləndirilən şəxs (imza)" yazısı və imzalar olan zərfdəki ağ üzərində göy və qəhvəyi rəngli damaları olan cibdən kəsilmiş parça hissəsinin içərisində təmiz çəkisi 0,082qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və cibdən kəsilmiş parça hissəsinin üzərində heroinin izləri vardır. Üzərində "Təqsirləndirilən şəxs götürülmüş dırnaq nümunələri təqsirləndirilən şəxs (imza) Həşimov" yazısı və imzalar olan zərfdəki dırnaq nümunələrinin üzərində narkotik vasitə olan heroinin izləri vardır. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs şalvarının ön sağ yan cibindən və sağ arxa cibindən aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 0,219 qram olan heroin və Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 3(üç) ədəd bükümdəki heroinlər (13 may 2023-cü il tarixli 6/2770 saylı ekspert rəyi) kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidirlər. Təqsirləndirilən şəxs dırnaq nümunələrində və şalvarının ciblərindən kəsilmiş parça hissələrinin üzərlərindəki heroin iz şəkində olduğu üçün, N. Həşimovdan aşkar edilərək götürülmüş heroinlərlə eyni kimyəvi tərkibli olubolmamasını müəyyən etmək mümkün deyildir görülür (cild 01, iş vər. 162-167). Cinayət işinin materiallarında olan kompleks ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2023-cü il tarixli, 1358 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Aparılmış eksperimentalpsixoloji müayinə gedişində Təqsirləndirilən şəxs idrak proseslərinin, dünyagörüşü səviyyəsinin, intellektual imkanlarının normaya uyğun olması müəyyən edilir. Emosionaliradi sferasında hər hansı bir dəyişiklik aşkar olunmur. Təqsirləndirilən şəxs hazırda hər hansı bir Psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri CM-in 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs inadkarlıq, özünümüdafiə elməyə meyillilik, hövsələsizlik kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs baş verən hadisə zamanı emosional halindan asılı olaraq öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. Törətdiyi əməl zamanı Təqsirləndirilən şəxs psixi-emosional sferasında iş üçün əhəmiyyət kəsb edən hər hansı mühüm dəyişiklik yaranmamışdır. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt vəziyyətində olmamışdır (cild 01, iş vər. 168-171). Cinayət işinin materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023cü il tarixli 2999 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 01, iş vər. 172-173). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-in 234.4.1, 167, 167-2.1, 281 və 283-cü maddələri ilə cinayət təqibinin başlanması rədd edilmiş, bu cinayət işinin materiallarından narkotik vasitənin mənbəyinin müəyyən edilməsi məqsədi ilə CM-in 234.4.3-cü maddəsi ilə başqa cinayət işi ayrılaraq ayrıca icraata qəbul edilmişdir (cild 01, iş vər. 219-237). Məhkəmə istintaqı zamanı əldə olunaraq cinayət işinin materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Baş prokurorluğun xx.xx.2024-cü il tarixli 2-2110/2-023018/2024 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən qeyri-insanı rəftara, təsir və təzyiqə, fiziki zorakılığa məruz qalmasını bildirməsi barədə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin məlumatı əsasında Baş Prokurorloğun Xidməti araşdırmalar idarəsində aparılmış araşdırma zamanı gsötərilən xüsusat təsdiqi tapmadığından, material üzrə cinayət hadisəsi olmaması əsası ilə xx.xx.2024-cü il tarixdə cinayət işinin başlanmasının rədd edeilməsi haqqında qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarının 28-ci bəndində məhkəmələrin diqqətinə çatdırılır ki, Azərbaycan Respublikası CPM-nin 246.2.1-ci maddəsinə əsasən məhkəmənin qərarı olmadan şəxsi axtarış şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə aparıla bilər. Azərbaycan Respublikası CPM-nin 153-cü maddəsinin mənasına görə isə tutulmuş şəxs təxirə salınmadan polis və digər təhqiqat orqanlarının müvəqqəti saxlama yerinə gətirilməli və onun tutulması müvafiq protokolla rəsmiləşdirilməlidir. Qanunun bu normalarının düzgün tətbiqi məsələsini nizama salmaq məqsədi ilə məhkəmələrə izah edilir ki, şəxsi axtarışın şübhəli şəxs qismində tutma protokolu tərtib olunmazdan əvvəl (şəxsi axtarış barədə məhkəmə qərarı olmadan) aparılması halı müəyyən edildikdə məhkəmə buna münasibətini bildirməli və bu yolla əldə olunmuş sübutların mümkünlüyü məsələsini Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinə uyğun olaraq həll etməlidir. Bununla bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi lazım bilir: İş materiallarından görünür ki, xx.xx.2023-cü il tarixdə Sumqayıt Şəhər Polis İdarəsinə Sumqayıt şəhəri ərazisində Natiq adlı şəxsin qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin istifadəsi, satışı və üzərində gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuş, əməliyyat yolu ilə həmin şəxsin xx.xx.1984-cü il təvəllüdlü Təqsirləndirilən şəxs olduğu müəyyən olunmuş, həmin tarixdə əməliyyat axtarış tədbiri keçirilməsi barədə qərar qəbul olunaraq şəxsin olduğu yer müəyyən olunmaqla Sumqayıt Şəhər Polis İdarəsinə gətirilmiş, şübhəli şəxs qismində tutulduqdan sonra müdafiəçinin də iştirakı ilə video çəkilişlə üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı üzərindən bir ədəd sellofan bükümün içərisində olan üç ədəd bükümlərdə narkotik vasitə heroinə bənzər kütlə aşkar edilərək götürülmüşdür. Götürülmüş maddələr məhkəmə kimyəvi ekspertizasına təqdim olunaraq müvafiq rəy alınmışdır. Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə kollegiyası hesab edir ki, cinayət işi başlamamışdan əvvəl Təqsirləndirilən şəxs polis şöbəsinə dəvət edilməsi, şübhəli şəxs qismində tutulması, üzərinə şəxsi axtarış keçirilərək narkotik vasitənin aşkar edilməsi zamanı cinayət-prosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Mövcud sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən əldə olunan sübutların mötəbərliyi, mümkünlüyü və mənsubiyyəti şübhə doğurmasa da, ibtidai istintaq orqanının həmin sübutların qiymətləndirilməsi nəticəsində Təqsirləndirilən şəxs qarşı irəli sürülən ittihamla bağlı, yəni Təqsirləndirilən şəxs sözügedən narkotik vasitəni məhz satış məqsədi ilə əldə etməsi və üzərində daşıması ilə bağlı gəldiyi nəticə, dolayısı ilə də sonuncunun əməlinin CM-in məhz 234.4.3-cü maddəsi ilə tövsif olunmasına dair gəldiyi qənaət əsassız olmuşdur. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin başvermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Həmin Məcəllənin 143-145.1-ci maddələrinin tələblərindən isə görünür ki, sübutların toplanması ibtidai araşdırma və məhkəmə baxışı zamanı istintaq və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış həmin sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmçinin hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il tarixli qərarında göstərilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-qeydiyyat işi açılmamış, polis əməkdaşları tərəfindən narkotik vasitənin satışını həyata keçirən şəxs kimi nəzarətə götürülməmiş və konkret olaraq narkotik vasitənin satışını həyata keçirərkən saxlanılmamış, sadəcə barəsində əməliyyat məlumatı daxil olduğu üçün polis şöbəsinə dəvət olunaraq şübhəli şəxs qismində tutulmuş və üzərinə şəxsi axtarış keçirilərkən üzərindən 01 ədəd sellofan bükümün içərisində olan 03 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 5,888 qram, 0,631 qram və 0,630 qram olmaqla ümumi təmiz çəkisi 7,149 qram miqdarda olan narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Sözügedən narkotik vasitənin satış məqsədi ilə əldə olunmasına gəldikdə isə, məhkəmə kollegiyası hesab edir ki, bu hissədə də ittiham yalnız ibtidai istintaq orqanının ehtimalına əsaslanmışdır. Belə ki, cinayət işinin materiallarında olan sübutlar, o cümlədən təqsirləndirilən şəxsin evindən və iş yerindən başqa narkotik vasitənin aşkar olunmaması, telefon məlumatlarında narkotik vasitənin satışına dair SMS-lərin olmaması habelə üzərindən, iş yerindən və evindən elektron tərəzinin aşkar olunmaması onu deməyə əsas verir ki, təqsirləndirilən şəxsin üzərindən aşkar olunan 7,149 qram külli miqdarda olan narkotik vasitə heroin satış məqsədi olmadan əldə olunaraq saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Beləliklə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi özünün ibtidai araşdırmanın ilkin mərhələsində verdiyi etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri, ekspertizanın rəyləri və işə aid biri digərinə uyğun gələn sübutlar vasitəsi ilə tam sübuta yetirilmişdir. Odur ki, onun əməli CM-nin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməli və ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan qanunla müəyyən edilmiş qaydada ədalətli cəza təyin edilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulan əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı bildirdiklərinə gəldikdə isə məhkəmə kollegiyası təqsirləndirilən şəxs tərəfindən göstərilənlərə tənqidi yanaşır və qeyd edir ki, həmin xüsusatlar iş materialları ilə öz təsdiqini tapmamışdır. Belə ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyüldüyünü, narkotik vasitəni üzərinə polis əməkdaşlarının qoyduğunu bildirsə də məhkəmə kollegiyası vurğulamağı zəruri sayır ki, qeyd olunan xüsusatlar Baş prokurorluqda araşdırılmış və həmin xüsusatlar öz təsdiqini tapmadığından, xx.xx.2024-cü il tarixli qərarla cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərar hazırda qüvvədədir. Digər tərəfdən, Təqsirləndirilən şəxs ibtidai araşdırmanın ilkin məhrələrində, yəni həm şübhəli şəxs qismində saxlanılarkən və üzərinə şəxsi axtarış keçirilərkən, daha sonra şübhəli şəxs qismində ifadə verərkən, habelə daha sonra təqsirləndirilən şəxs qismində dindirilərkən onun hüquqlarının qorunması məqsədi ilə ibtidai istintaq orqanı tərəfindən təmin olunmuş müdafiəçisi yanında olmuş, lakin bu barədə, yəni polis əməkdaşları tərəfindən döyülməsi, aşkar olunan narkotik vasitə heroinin polis əməkdaşları tərəfindən onun üzərinə qoyulması ilə bağlı müdafiəçisinə heç bir söz deməmiş, etirazını bildirməmişdir. Təqsirləndirilən şəxs ibtidai araşdırmanın ilkin dövründə deyil, sonradan bu halı qeyd etmişdir ki, məhkəmə bu halın müdafiə taktiksasından irəli gələn hərəkətlər olması qənaətindədir. Odur ki, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs ibtidai istintaqın sonrakı mərhələsində, həm də məhkəmə istintaqı dövründə qeyd etdiklərinə müdafiə xarakterli ifadə kimi yanaşır, əksinə onun ibtidai araşdırmanın ilkin dövründə müdafiəçinin də iştirakı ilə heç bir təsir və təzyiq altında qalmadan verdiyi ifadəsinin işin faktiki halları və mövcud sübutlarla üst-üstə düşdüyünü əsas götürərək, ona elan olunan ittihamın əsasına məhz onun ibtidai araşdırmanın ilkin mərhələsində verdiyi həmin ifadəsini qoyur. Təqsirləndirilən şəxs barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən isə cəza təyin edərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqələrinin surətindən və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2021-ci və 2019-cu il təvəllüdlü iki azyaşlı uşağı var, Təqsirləndirilən şəxs ünvan 1 ünvanda yaşayır, yaşayış yeri üzrə normal səciyyələndirilir (cild 01, iş vərəqi 207-208). İş materiallarına əlavə edilmiş Sumqayıt şəhəri 2 saylı xəstəxanadan daxil olmuş epikrizlərdən görünür ki, Təqsirləndirilən şəxs 1 tip, ağır forma şəkərli diabet xəstəsidir (cild 01, iş vərəqi 209-210). İş materiallarına əlavə edilmiş vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs ikinci qrup əlildir. İş materiallarına əlavə edilmiş arayışın surətindən görünür ki, təqsirləndirilən şəxsin atası Həşimov Mirzəki Səlim oğlu ikinci qrup əlildir. İş materiallarına əlavə edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 01, iş vər. 153). Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olması CM-in 59.1.4-cü maddəsinə əsasən, 1 tip, ağır forma şəkərli diabet xəstəsi olması, ikinci qrup əlil olması, atasının da ikinci qrup əlil olması CM-in 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınır. Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində göstərilən cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Beləliklə, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin əməlində cəzanı yüngülləşdirən kifayət qədər halların olmasını, həmçinin cəzanı ağırlaşdıran halların olmamasını, o cümlədən törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş minimum həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Eyni zamanda, məhkəmə hesab edir ki, şəxs yalnız həmin cəzanı real olaraq çəkməklə islah oluna bilər. Cinayət işinin materiallarında olan protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (cild 01, iş vər. 20). Cinayət işinin materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir (cild 01, iş vər. 73-74). Məhkəmə kollegiyası qeyd edir ki, CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, onun şübhəli şəxs qismində tutulduğu və həbsdə olduğu müddət cəzasına hesablanmaqla cəzasının başlanğıcı şübhəli şəxs qismində tutulduğu vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Həmçinin, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Həmçinin məhkəmə kollegiyası cinayət işinin materialarında olan məhkəmə narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. İş üzrə CM-in 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirənin əsasları müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut olan və Sumqayıt Şəhər Polis İdarəsində saxlanılan 0,097 qram, 0,042 qram və 6,789 qram narkotik vasitə heroinlər, Təqsirləndirilən şəxs əynində olan şalvarının üzərində heroin izləri olan hər iki cibindən kəsilmiş parça hissələri və Təqsirləndirilən şəxs götürülmüş üzərində heroin izləri olan dırnaq nümünələri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 02 (iki) ədəd DVD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. İş üzrə 319 AZN (üç yüz on doqquz manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 351-353, 356, 358-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə narkoloji kabinetdə qeydiyyata götürülsün. İş üzrə maddi sübut olan və Sumqayıt Şəhər Polis İdarəsində saxlanılan 0,097 qram, 0,042 qram və 6,789 qram narkotik vasitə heroinlər, Təqsirləndirilən şəxs əynində olan şalvarının üzərində heroin izləri olan hər iki cibindən kəsilmiş parça hissələri və Təqsirləndirilən şəxs götürülmüş üzərində heroin izləri olan dırnaq nümünələri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 02 (iki) ədəd DVD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. İş üzrə 319 AZN (üç yüz on doqquz manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına ödənilsin. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-307/2024
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-307/2024
24.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver