Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-307/2025 04.07.2025 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X1 (sədrlik edən), X11 və X4 ibarət tərkibdə, Məhkəmə iclas katibi - Feyzullazadə Əli Elşən oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Şimal Vəkil Bürosunun Vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1967-ci il tarixdə Siyəzən rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, Siyəzən rayonu Yenikənd kəndində qeydiyyatda olmaqla, Z.Tağıyev qəsəbəsində yaşayan, barəsində barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1 və 237.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 5 saylı məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 2024-ci ilin may ayında istintaqa məlum olmayan mənbədən və vaxtda qanunsuz olaraq tərkibində narkotik maddələr olan külli miqdarda, ümumi sayı 41 ədəd yaş vəziyyətdə, ümumi çəkisi 81,0 kiloqram olan bitkilər tərkiblərinə görə eyni olub, əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkilərini yaşadığı Siyəzən rayonu Yenikənd kəndi ərazisində yerləşən fərdi yaşayış evinin daş hasarla əhatə edilmiş həyətyanı sahəsində sol tərəfində yerləşən ətrafı şiferlərlə əhatə olunmuş üstü açıq ərazidə əkərək yetişdirməklə kultivasiya etmiş, satış məqsədi olmadan həmin çətənə bitkilərinin yarpaqlarından kustar üsulla qurutmaqla əldə etdiyi külli miqdarda, ümumi təmiz çəkisi 996,72 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuananın 985 qramını çətənə bitkiləri aşkar edilən tikilinin sağ tərəfində olan köməkçi tikilidə ağ rəngli sellofan torbada saxlamış, iki ədəd kibrit qutularda və bir ədəd kağız bükülüdə nəm vəziyyətdə olan, ayrı-ayrılıqda quru çəkiləri 5.66 qram, 5.63 qram, 0,43 qram olan bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə marixuanaları isə əynində olan boz rəngli şalvarın sağ cibində saxlamaqla daşımışdır. 13 avqust 2024-ci il tarixdə, saat 18:42 radələrində Siyəzən RPŞ- nin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs yaşadığı evin qarşısında saxlanılaraq, yaşadığı ünvana baxış keçirilən zaman həmin evin daş hasarla əhatə edilmiş həyətyanı sahəsinin sol tərəfində yerləşən ətrafı şiferlərlə əhatə olunmuş üstü açıq ərazidə əkmiş olduğu yaş vəziyyətdə ümumi çəkisi 81,0 kiloqram olan külli miqdarda 41 ədəd tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkiləri, həmin tikilinin sağ tərəfində olan köməkçi tikildə ağ rəngli sellofan torbada ümumi təmiz çəkisi 985 qram olan narkotik vasitə qurudulmuş marixuana və üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində boz rəngli şalvarın sağ cibindən şəffaf sellofan bükülünün içərisində olan iki ədəd kibrit qutusunda hər birinin ayrıayrılıqda quru çəkiləri 5.66 qram, 5.63 qram olan narkotik maddə marixuana və bir ədəd kağız bükülüdə ümumi təmiz çəkisi 0,43 qram olan narkotik maddə marixuana, ümumilikdə təmiz çəkisi 996.72 qram olan külli miqdarda narkotik maddə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1 və 237.2.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilib sərbəst ifadəsində və ona verilən sualları cavablandırarkən, ibtidai istintaq zamanı verdiyi ifadəsinə uyğun ifadə verərək bildirdi ki, o özü əkmişdir. Özü istifadə etmişdir. O, özü xəstədir. Xəstəliyinə görə əkmişdir. İki ildir ki, ankoloji xəstədir. Toxumlarını tapmışdır. O, xəstə olmuş və çox vaxt halsız olmuşdur. Onun sidik kisəsində xərçəng xəstəliyi vardır. Beş dəqiqədən bir ağrı vermiş və şişkinlik yaratmışdır. Ona görə o özü istifadə edərək rahatlaşmışdır. Həmin vaxt ağrıları kəsilmişdir. İttiham aktında göstərilən hasarın kənarında aşkarlanan narkotik vasitəni o, özü əkmişdir. 980 qram qurudulmuş marixuana da ona məxsusdur. Kibrit qutusunun içərisində cibindən də aşkar olunmuşdur. 13 avqust tarixində saxlanılmışdır. Polis ona təzyiq göstərməmişdir. İttiham aktında göstərilən narkotik tərkibli bitkiləri o, özü əkmişdir və istifadə etmək məqsədi ilə etmişdir. O satan olmamışdır. Xəstəliyinə görə istifadə etmişdir. Törətdiyi əməldən peşmandır. Narkotik vasitəsinin adı ağırdır. O, ona görə öz yaşadığı rayondan başqa bir yerə köçmüşdür. Utandığından başqa bir yerdə yaşayır. Onun xəstəliyi onu bu yola düşməyinə vadar etmişdir. Polislər ona təzyiq etməmişdir. O, xəstəxanada olduğu müddətdə bir tanışı onun yanına gəlmişdir. Bir ildir ki, istifadə edirmiş və hər gün çəkirmiş. Ağrılarına görə siqaret kimi çəkirmiş. Gündə üç və ya dörd dəfə çəkirmiş. Çəkən zaman ağrıları səngimişdir. O, əməliyyat olunana qədər çəkmişdir. Əməliyyat olunandan sonra çəkməmişdir. 1 ildən çoxdur ki, o, əməliyyat olunmuşdur. Əməliyyatdan sonra o narkotik tərkibli bitkiləri əkməmişdir. Əməliyyat olunmamışdan əvvəl əkmişdir. Əməliyyatdan sonra isə istifadə etməmişdir. Əməliyyatdan üç ay sonra tutulmuşdur. 2024-cü ilin may ayının beşi əməliyyat olunmuşdur. Avqustda narkotik tərkibli bitkilər aşkar olunmuşdur. Üç ay ərzində narkotik vasitə qəbul etməmişdir. Xəstəxanada yatmışdır. Əməliyyatdan sonra müalicələrə getmişdir. Orqanlarını yumuşlar. Ximyadan və şüalanmadan keçmişdir. Ayda dörd dəfə orqanlarını yuyurmuşlar. İstintaqa verdiyi ifadəsini təsdiq etmişdir. 26 və 27 yaşlarında olan iki övladı vardır. Özünün 58 yaşı vardır. Əvvəl o bələdçi olaraq işləmişdir. Daha sonra isə heyvandarlıqla məşğul olmuşdur. Dəmiryolunda bələdçi işləmişdir. O, Rusiya Federasiyasında bələdçi olaraq işləmişdir. Biletsiz şərnişin daşımaqla bağlı məhkumluqları olmuşdur. O, Siyəzən rayonunda yaşayır. O, kimdənsə narkotik almamışdır. Birinci dəfədir ki, bu işlə məşğul olmuşdur və törətdiyi əməldən peşmandır. Ən son üç ay bundan əvvəl narkotik vasitəsindən istifadə etmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid1 sərbəst ifadəsində və ona verilmiş sualları cavablandırarkən göstərdi ki, o, 13 avqust 2024-cü il tarixdə xidmətdə olarkən icraatına Siyəzən rayonu Yenikənd kəndində qeydiyyatda olmaqla, həmin ünvanda fərdi yaşayış evində yaşayan Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində çətənə kolları əkib becərməsi haqqında məlumat daxil olduğunu, bununla əlaqədar tərəfindən raport yazıldığını və raportu əsasında əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair müvafiq qərar tərtib olunduğunu və RPŞ-nin rəisinin imzası ilə qərarın təsdiq edildiyini, daha sonra isə həmin qərarın icra olunması ilə bağlı əməliyyat qrupunun təşkil olunduğunu və 13 avqust 2024-cü il tarixdə, saat 18.42 radələrində Siyəzən RPŞ-nin İstintaq Bölməsinin rəisi, polis mayoru X26, İstintaq Bölməsinin müstəntiqi, polis baş leytenantı X29, NMQ-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2, Siyəzən RPŞ-nin PPXB-nin manqa komandiri, polis baş serjantı X17, PPXB-nin polis nəfərləri, polis serjantları X13, X9 və X22 ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı evin yerləşdiyi Siyəzən rayonu Yenikənd kəndinə gəldiklərini, sonuncunu kənd ərazisində görərək yaxınlaşdıqlarını və özlərini təqdim edərək yaşadığı evin həyətyanı sahəsində çətənə kolları əkib becərməkdə şübhəli olduğunu və həmin məlumatı yoxlamaq istədiklərini bildirdiklərini, Təqsirləndirilən şəxs, onlara etirazının olmadığını bildirdiyini, bundan sonra Təqsirləndirilən şəxs müdafiə hüququnun izah olunaraq baxış zamanı müdafiəçi X12 iştirakının təmin edilməsinin təklif edildiyini, Təqsirləndirilən şəxs yaşadığı ünvana və həyətyanı sahəsinə keçiriləcək baxış və üzərinə keçiriləcək şəxsi axtarış zamanı müdafiəçi X12 iştirak etməsini istədiyini bildirdiyini, eləcə də, Təqsirləndirilən şəxs baxış zamanı iştirak etməsi üçün mütəxəssis qismində dəvət olunan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Dövlət X21 böyük məsləhətçisi vəzifəsində işləyən, aqronom mütəxəssis, X5 təqdim olunduğunu, Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində qanunsuz olaraq narkotik vasitə əkib-becərməkdə şübhəli olması bildirilərək, üzərinə şəxsi axtarış və yaşadığı evin həyətyanı sahəsinə videoçəkilişdən istifadə edilməklə baxış keçiriləcəyi və bu barədə Siyəzən RPŞ tərəfindən əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarın olduğunun bildirildiyini, Təqsirləndirilən şəxs evin həyətyanı sahəsinə videoçəkiliş ilə baxış keçirilməsinə etirazının olmadığını bildirərək bu barədə ərizəsini təqdim etdiyini, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CPM-nin 90-cı maddəsində nəzərdə tutulan hüquq və vəzifələrinin və müdafiə hüquqlarının izah olunduğunu, bundan sonra baxışın keçirilməsinə başlanıldığını, Təqsirləndirilən şəxs baxış zamanı yaşadığı evin həyətyanı sahəsində qanunla qadağan olunmuş hər hansısa əşya və predmet varsa könüllü təqdim etməsinin təklif olunduğunu və baxışa başlanıldığını, Təqsirləndirilən şəxs yaşadığı ünvanın həyətyanı sahəsində qanunsuz olaraq tərkibində narkotik maddə olan çətənə bitkiləri əkib-becərdiyini bildirdiyini və yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilməsindən ötrü polis əməkdaşlarını həyətə dəvət etdiyini, həmin yaşayış evinin çöldən giriş qapısının kənarlarının qara və orta hissələrinin ağ rəngli dəmir qapı vasitəsilə olduğunu gördüyünü, giriş qapısından həyətə daxil olduqda qapı ilə üzbəüzdə yaşayış evi və onun qarşısında həyətyanı sahə yerləşdiyini, Təqsirləndirilən şəxs həyətə girişdən sol tərəf istiqamətinə hərəkət edərək yaşayış evinin sağ tərəfindən keçərək həmin evin yan tərəfində olan bağın içərisində tövləyə birləşik şifer hasarla əhatə edilmiş üstü açıq sahənin qarşısına gəldiyini və həmin şifer ilə əhatə edilmiş sahənin giriş hissəsində qapının olmadığını, Təqsirləndirilən şəxs həmin açıq yerdən keçərək sahəyə daxil olduğunu və həmin sahədə yerdə, torpağa əkilmiş bitki kollarını göstərərək, həmin kolların çətənə bitkisi olduğunu bildirdiyini, bundan sonra həmin bitkilərə aqronom Seymur Müxtəsənov tərəfindın baxış keçirildiyini, həmin kollara aqrotexniki qulluq olunması və ən uzununun ölçüsünün 250 sm olmasının müəyyən olunduğunu, bundan sonra həmin kolların Siyəzən RPŞ-nin PPXB-nin əməkdaşları tərəfindən torpaqdan kökündən çıxarıldığını və tək-tək sayılaraq torpağın üzərinə qoyulduğunu, kolların sayının 41 ədəd olduğunu, həmin kolların sayları çox olduğu üçün cəmi 15 ədəd kisələrə baş, ayaq və orta hissəlləri örtülmüş şəkildə yerləşdirildiyini və 5 ədəd bağlama əldə edildiyini, həmin 5 ədəd bağlamanın müvafiq olaraq 1,2,3,4,5 nömrələri ilə nömrələndiyini, üzəri zərflər üçün nəzərə tutulmuş 96 nömrəli möhürdən istifadə olunmaqla möhürləndiyini, o, Təqsirləndirilən şəxs və bütün digər iştirakçıların ardıcıllıqla bağlamaların üzərində imza etdiklərini, həyətyanı sahəyə baxış keçirildiyini, heç bir qanunla qadağan edilmiş əşya və predmet aşkar edilmədiyini, bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində olan köməkçi tikililərdə narkotik vasitə, digər qanunla qadağan edilmiş əşya və predmetlərin olub-olmamasının soruşulduğunu, M.Ramaanovun həyətyanı sahədə tövlənin sağ tərəfində yerləşən köməkçi tikilinin içərisinə girərək orada ağ rəgli içərisində qurudulmuş marixuana olan sellofan torbanı təqdim etdiyini, həmin sellofan torbaya baxış keçirilərkən torbanın içərisində yaşıl rəngdə kəskin qoxulu narkotik vasitənin olmasının müəyyən olunduğunu, sonra sellofan torbanın 01 ədəd ağ rəngli kisəyə qoyularaq üzəri zərflər üçün nəzərə tutulmuş 96 nömrəli möhürdən istifadə olunmaqla möhürləndiyini, o, Təqsirləndirilən şəxs və bütün digər iştirakçıların ardıcıllıqla bağlamaların üzərində imza etdiyini, sonra Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş əşya predmet varsa könüllü təqdim etməyin təklif edildiyini, sonuncunun əynində olan boz rəngli şalvarın sağ yan cibindən sellofan bükülünü çıxararaq içərisində saxladığı 02 ədəd özünün bildirməsinə görə qurudulmuş marixuana olan kibrit qutusunu və içərisində qrudulmuş marixuana olan 01 ədəd kağız bükülünü təqdim etdiyini, bundan sonra həmin bükülünün 01 ədəd içərisi boş olan ağ rəngli zərfə qoyulduğunu və üzərinin zərflər üçün nəzərə tutulmuş 96 nömrəli möhürdən istifadə olunmaqla möhürləndiyini, sonra o, Təqsirləndirilən şəxs və bütün digər iştirakçıların ardıcıllıqla zərfin üzərində imza etdiyini, müstəntiq Anar Əmirovun vermiş olduğu göstərişə əsasən əməliyyat müvəkkili Şahid2 tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparıldığını və şəxsi axtarış zamanı əlavə olaraq heç bir qanunla qadağan edilmiş əşya və predmet aşkar edilmədiyini, şəxsi axtarış, baxış və götürmə zamanı polis serjantı X9 tərəfindən “Poco X3 Pro” markalı mobil telefon vasitəsi ilə videoçəkiliş aparıldığını qeyd etmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid2 digər Şahid1 ifadəsinə uyğun ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli “Raport”dan görünür ki, Siyəzən Rayon Polis Şöbəsinə xx.xx.1967-ci il təvəllüdlü Siyəzən rayonunda anadan olmuş, Siyəzən rayonu, Yenikənd kəndində fərdi yaşayış evində yaşayan Təqsirləndirilən şəxs qanusuz olaraq yaşadığı evin həyətyanı sahəsində çətənə kollarını əkib-becərməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. xx.xx.2024-cü il tarixli “əməliyyat axtarış tədbirlərinin keçrilməsi barədə” qərardan görünür ki, xx.xx.1967-ci il təvəllüdlü Siyəzən rayonunda anadan olmuş, Siyəzən rayonu, Yenikənd kəndində fərdi yaşayış evində yaşayan Təqsirləndirilən şəxs qanusuz olaraq yaşadığı evin həyətyanı sahəsində çətənə kollarını əkib-becərməsi barədə daxil olmuş məlumata əsasən əməliyyat axtarış tədbirlərinin keçrilməsi qərara alınmışdır. xx.xx.2024-cü il tarixli “Raport”dan görünür ki, həmin tarixdə Siyəzən RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində xx.xx.1967-ci il təvəllüdlü Siyəzən rayonunda anadan olmuş, Siyəzən rayonu, Yenikənd kəndində fərdi yaşayış evində yaşayan Təqsirləndirilən şəxs qanusuz olaraq yaşadığı evin həyətyanı sahəsində çətənə kollarını əkib-becərməsi barədə kifayət qədər əsaslar olduğundan saat 18:42 radələrində Siyəzən rayonu, Yenikənd kəndində saxlanılaraq onun üzərinə, evinə və həyətyanı əkin sahəsinə baxış keçirilmişdir. xx.xx.2024-cü il tarixli “Raport”dan görünür ki, həmin tarixdə Siyəzən RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saat 18:42 radələrində Siyəzən rayonunun Yenikənd kəndində fərdi yaşayış evində yaşayan Təqsirləndirilən şəxs yaşadığı evin daş hasarla əhatə edilmiş həyətyanı sahəsində sol tərəfdə üstü açıq yarımtikilidə əkmiş olduğu 41 ədəd tərkibində narkotik maddələr olan çətənə bitkisinə bənzər kollar və 3 ədəd quru halda tərkibində narkotik maddələr olan çətənə bitkisinə bənzər kollar aşkar edilərək götürülmüş, həmin tikilinin sağ tərəfində olan köməkçi tikildiə ağ rəngli sellofan torbada narkotik maddə olan marixuanaya bənzər kütlə və üzərinə keçirilmiş şəxsi axtarış zamanı isə əynində boz rəngli şalvarın sağ cibindən şəffaf sellofan bükülünün içərisində oaln iki ədəd kibrit qutusunda və bir ədəd kağız bükülüdə narkotik maddə qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilərək götürülmüşdür. Məhkəmə-bioloji ekspertizasının 14 avqust 2024-cü il tarixli 3-16-16/2-7/1354 №-li ekspert rəyindən müəyyən olunur ki, tədqiqata təqdim edilmiş beş ədəd sintetik torbalarda ümumi sayı 41 (qırx bir) ədəd yaş vəziyyətdə ümumi çəkisi 81,0 kq (səksən bir) olan bikilər tərkiblərinə görə eyni olub, əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə(kannabis) bitkisidir. Aqronomun rəyinə əsasən həmin bitkilərə aqrotexniki qaydada qulluq edilmişdir. Tədqiqata təqdim edilmiş bir ədəd sellofan bağlmamada təmiz çəkisi 985.0 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş iki ədəd kibrit qutularda və bir dəəd kağız bükülüdə nəm vəziyyətdə olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik marixuanadır. Həmin marixuanaların ayrı-ayrılıqda quru çəkiləri 5,66 qram, 5,63 qram və 0,43 qramdır. Qurudulmuş marixuananın ümumi çəkisi 996,72 qramdır. Çətənə (kannabis) bitkisində olan və həmin növ bitkidən hazırlanan marixuanada kannabinoidli komponentlər eynidir. Marixuananın ümumi 996,72 qramdır, tədqiqata cəmi 0,2 qram sərf edildi (hər obyektdən 0,05 qram) qalıq 996,52 qramdır. Çətənənin ümumi təmiz çəkisi 81.0 kq, tədqiqata cəmi 2,05 qram sərf edildi, (hər obyektdən 0,05 qram) qalıq 80 kq 997,95 qram. Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindən, yanındaki tikilidən və üzərindən aşkarlanan maddələrin tədqiqat üçün nümunə götürüldükdən sonra maddələrin qalığı mərkəzə məxsus iki ədəd kağız paketdə və 05 ədəd təqdim edilmiş sintetik torbalarda qablaşdırılaraq “Məhkəmə Ekspertizası Mərkəzi Tədqiqat Obyekti № 73” mətninə malik ştampla ştamplanmış vəziyyətdə saxlanılmasından ötrü Siyəzən RPŞ-nə qaytarılmışdır. Məhkəmə-narkoloji ekspertizasının 31 avqust 2024-cü il tarixli 5979 nömrəli rəyinə əsasən müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərdən istifadə etmə halları olub. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Halhazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının 07 dekabr 2024-cü il tarixli, 3585 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işi materialları, həmin cinayət işindəki anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, həmçinin hazır ki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Aparılmış ekspertimental-psixoloji müayinə gedişində Təqsirləndirilən şəxsn əqliintellektual imkanlarının normaya uyğun olması müəyyən edilir. Emosional-iradi sferasında, fərdi-psixi xüsusiyyətlərində, hərəkət və davranışını iradi olaraq tənzimləməsind hər hansı dəyişiklik aşkar olunmur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində Anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəlik qeyd olunmur və öz hərəkətlərini idarə edib qiymətləndirmək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiqinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən psixi- emosional vəziyyətində iş üçün əhəmiyyət kəsb edəcək hər hansı bir dəyişiklik yaranmamış və cinayət əməlini törədərkən fizioloji affekt halında və ya güclü ruhi həyəcan vəziyyətində olmamışdır. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X37 “Siyəzən Rayon Mərkəzi Xəstəxanası” X24 xx.xx.2024-cü il tarixdə daxil olmuş 18-1-69/2-902/2024 nömrəli məktubdan görünür ki, Siyəzən rayonu Yenikənd kəndində yaşayan Təqsirləndirilən şəxs Siyəzən RMX PHŞ-in poliklinika şöbəsində ruhi-əsəb və narkoloji xəstə kimi qeydiyyata alınmamışdır. “Şəxsi axtarış, baxış və götürmə haqqında” xx.xx.2024-cü il tarixli protokoldan” və protokola əlavə edilmiş diskdən müəyyən olunur ki, 13 avqust 2024-cü il tarixdə saat “18:42”-dən saat “19:48”dək olan müddət ərzində Siyəzən RPŞ-nın İB-nın rəisi polis mayoru X18, Siyəzən RPŞ-nin CAB-ın əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1, Siyəzən RPŞ-nin NMQ-nın əməliyyat müvəkkili polis leytenantı Şahid2, PPXB-nin polis nəfəri, polis serjantı X6, Siyəzən RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı X14, Siyəzən RPŞ-nin PPXB-nin manqa komandiri, polis baş serjantı X10, çəkilişi aparan Siyəzən RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı X3, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Dövlət X21 böyük məsləhətçisi vəzifəsində işləyən, aqronom mütəxəssis, ünvan 2 ünvanında yaşayan X5, fərdi qaydada fəaliyyət göstərən vəkil X12 iştirakları ilə, xx.xx.1967-ci ildə Siyəzən rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, evli, fərdi əməklə məşğul, əvvəllər məhkum olunmamış, Siyəzən rayonu, Yenikənd kəndində fərdi yaşayış evində yaşayan Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və yaşadığı ünvana baxış keçirildiyi görünür. Çəkiliş müstəntiq Anar Əmirovun çıxışı ilə başlayır. Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində qanunsuz olaraq narkotik vasitə əkib-becərməkdə şübhəli olması bildirilərək, onun yaşadığı evin həyətyanı sahəsinə və evə videoçəkilişdən istifadə edilməklə baxış keçiriləcəyi və bu barədə Siyəzən RPŞ tərəfindən əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarın olduğu bildirilir. Təqsirləndirilən şəxs evin həyətyanı sahəsinə videoçəkiliş ilə baxış keçirilməsinə etirazının olmadığını bildirərək bu barədə ərizə ilə müraciət edir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CPM-nin 90-cı maddəsində nəzərdə tutulan hüquq və vəzifələri və müdafiə hüquqları izah olunur. Baxış zamanı Təqsirləndirilən şəxs müdafiə hüququ izah olunaraq baxış zamanı müdafiəçinin iştirakının təmin edilməsi təklif olunur. Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə keçiriləcək baxış zamanı müdafiəçi X12 iştirak etməsini istədiyini bildirir. Baxışın keçirilməsinə başlanılır. Təqsirləndirilən şəxs baxış zamanı yaşadığı evin həyətyanı sahəsində qanunla qadağan olunmuş hər hansısa əşya və predmet varsa könüllü təqdim etməsi təklif olunur və baxışa başlanılır. Təqsirləndirilən şəxs yaşadığı ünvanın həyətyanı sahəsində qanunsuz olaraq tərkibində narkotik maddə olan çətənə bitkiləri əkib-becərdiyini bildirir və yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilməsindən ötrü polis əməkdaşlarını həyətə dəvət edir. Həmin ərazinin giriş qapısı kənarları qara və orta hissələri ağ rəngli dəmir qapı vasitəsilə olduğu görünür. Giriş qapısından həyətə daxil olduqdan qapı ilə üzbəüzdə yaşayış evi və onun qarşısında həyətyanı sahə yerləşdiyi görünür. Təqsirləndirilən şəxs həyət ilə girişdən sol tərəf istiqamətinə hərəkət edərək yaşayış evinin sağ tərəfindən keçərək həmin evin yan tərəfində olan bağın içərisində tövləyə birləşik şifer hasarla əhatə edilmiş üstü açıq sahənin qarşısına gəlir. Həmin şifer ilə əhatə edilmiş sahənin giriş qapısında qapının olmadığı və açıq vəziyyətdə olması müəyyən edilir. Təqsirləndirilən şəxs həmin açıq yerdən keçərək sahəyə daxil olur və həmin sahədə yerdə, torpağa əkilmiş bitki kollarını göstərərək, həmin kolların çətənə bitkisi olduğunu bildirir. Bundan sonra həmin bitkilərə aqronom Seymur Müxtəsənov tərəfindın baxış keçirilir. Həmin kollara aqrotexniki qulluq olunması və ən uzununun ölçüsünün 250 sm olması müəyyən olunur. Bundan sonra həmin kollar Siyəzən RPŞ-nin PPXB-nin əməkdaşları tərəfindən torpaqdan kökündən çıxarıldılır və tək-tək sayılaraq torpağın üzərinə qoyulur. Kolların sayının 41 ədəd olması müəyyən edilir. Daha sonra həmin kollar sayları çox olduğu üçün cəmi 15 ədəd kisələrə baş, ayaq və orta hissəlləri örtülmüş şəkildə yerləşdirilir və 5 ədəd bağlama əldə edilir. Həmin 5 ədəd bağlama müvafiq olaraq 1,2,3,4,5 nömrələri ilə nömrələnir, üzəri zərflər üçün nəzərə tutulmuş 96 nömrəli möhürdən istifadə olunmaqla möhürlənir. Daha sonra Təqsirləndirilən şəxs və bütün digər iştirakçılar ardıcıllıqla bağlamaların üzərində imza edirlər. Daha sonra həyətyanı sahəyə baxış keçirilir, heç bir qanunla qadağan edilmiş əşya və predmet aşkar edilmir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində olan köməkçi tikililərdə narkotik vasitə, digər qanunla qadağan edilmiş əşya və predmetlərin olub-olmaması soruşulur. O, həyətyanı sahədə tövlənin sağ tərəfində yerləşən köməkçi tikilinin içərisinə girərək orada ağ rəgli içərisində qrudulmuş marixuana olan sellofan torbanı təqdim edir. Həmin sellofan torbaya baxış keçirilərkən torbanın içərisində yaşıl rəngdə kəskin qoxulu narkotik vasitənin olması müəyyən olunur. Sonra sellofan torba 01 ədəd ağ rəngli kisəyə qoyularaq üzəri zərflər üçün nəzərə tutulmuş 96 nömrəli möhürdən istifadə olunmaqla möhürlənir. Daha sonra Təqsirləndirilən şəxs və bütün digər iştirakçılar ardıcıllıqla bağlamaların üzərində imza edirlər. Sonra Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş əşya predmet varsa könüllü təqdim etmək təklif edilir. O, əynində olan boz rəngli şalvarın sağ yan cibində sellofan bükülünü çıxararaq onun içərisində saxladığı 02 ədəd içərisində özünün bildirməsinə görə qurudulmuş marixuana olan kibrit qutusunu və içərisində qrudulmuş marixuana olan 01 ədəd kağız bükülünü təqdim edir. Bundan sonra həmin bükülü 01 ədəd içərisi boş olan ağ rəngli zərfə qoyulur və üzəri zərflər üçün nəzərə tutulmuş 96 nömrəli möhürdən istifadə olunmaqla möhürlənir. Daha sonra Təqsirləndirilən şəxs və bütün digər iştirakçılar zərfin üzərində imza edirlər. Bundan sonra müstəntiq Anar Əmirovun vermiş olduğu göstərişə əsasən əməliyyat müvəkkili Şahid2 tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılır və şəxsi axtarış zamanı əlavə olaraq heç bir qanunla qadağan edilmiş əşya və predmet aşkar edilmir. Bundan sonra isə baxış və şəxsi axtarış istintaq hərəkəti yekunlaşdırılır. Çəkiliş “01” saat “07” dəqiqə “14” saniyədə başa çatır. Cinayət işi materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş Təqsirləndirilən şəxs adına tərtib olunmuş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, o, əvvəllər məhkum olunmuş lakin məhkumluğu ödənilmişdir. xx.xx.2024-cü il tarixli aqronom (mütəxəssis) rəyinə əsasən müəyyən olunur ki, Təqsirləndirilən şəxs yaşadığı həyətyanı sahəyə keçirilmiş baxış zamanı həyətyanı sahənin bağ ərazisində saman tayasının önündə it damına bitişik şəkildə taxta və şifer ilə hasara alınmış üstü açıq kiçik sahənin içərisində orta hissəsindən kəsilmiş 3 (üç) ədəd və tam kollanmış şəkildə 38 (otuz səkkiz) ədəd olmaqla ümumilikdə 41 (qırx bir) ədəd əkib becərilməsi qanunla qadağan edilmiş narkotik tərkibli çətənə kolları aşkar edilmişdir. Aşkar edilən çətənə kollarının ən kiçiyinin hündürlüyü 30 sm ən böyüyünün hündürlüyü isə 250 sm olduğu müəyyən edilmişdir. Aşkar edilmiş çətənə kollarına dayaq məqsədi ilə ağ iplər bağlanılmış və zəruri aqrotexniki qaydada qulluq olunduğundan kolların inkişafı yaxşı getmişdir. Orta hissəsindən kəsilmiş 3 (üç) ədəd çətənə kollarından götürülmüş hissələr baxış keçirilən ərazinin kənarında qurumuş şəkildə saxlanılmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyindən daxil olmuş “xəstəlik tarixindən çıxarış (epikriz)”dən görünür ki, Təqsirləndirilən şəxs sidik kisəsinin xərçəngi xəstəliyi (Termal mərhələ) müəyyən olunur. Şübhəli şəxsin tutulması haqqında protokola əsasən müəyyən olunur ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə sübhəli şəxs qismində tutulmuşdur. Siyəzən Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(059)-27/2024 saylı qərarına əsasən müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Siyəzən RPŞ İB-nin baş müstəntiqi, polis kapitanı Murad Məmmədli tərəfindən qəbul edilmiş qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 13 dekabr 2024-cü il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Siyəzən Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 5(059)-46/2024 saylı qərarından müəyyən olunur ki, Siyəzən RPŞ-nin ƏİÜ rəis müavini X19 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinə dair qərar qanuni və əsaslı hesab edilmişdir. İş materiallarından görünür ki, xx.xx.2024-cü il tarixdə Siyəzən Rayon Polis Şöbəsinə Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində çətənə kollarını əkib becərməsi barədə əməliyyat məlumatı daxil olmuş, həmin tarixdə “Şəxsi axtarış, baxış və götürmə haqqında”qərar qəbul olunmuş, Siyəzən rayonu, Yenikənd kəndində yaşayış evində yaşayan Təqsirləndirilən şəxs üzərinə və evinin həyətyanı sahəsinə polis əməkdaşları, vəkil və aqronomun iştirakı ilə videoçəkilişlə baxış keçirilmişdir. Baxış zamanı həyətyanı sahədən 41 ədəd narkotik təbiətli çətənə bitkiləri, evinin həyətində olan köməkçi tikilidən qurudulmuş marixuana olan sellofan torba, üzərinə baxış keçirilən zaman isə 02 ədəd kibrit qutusu içərisində və 01 ədəd kağız bükülüdə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bundan sonra həmin bitkilər materialların məhkəmə ekspertizasına təqdim olunaraq müvafiq rəy alınmışdır Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə tərkibi hesab edir ki, cinayət işi başlamamışdan əvvəl xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs həyətyanı sahəsinə və üzərinə videoçəkilişlə baxış keçirilməsi barədə müdafiəçinin iştirakı ilə keçirilərək narkotik təbiətli çətənə bitkilərinə bənzər bitkilərin və narkotik vasitə olan qurudulmuş marixuanın aşkar edilməsi zamanı cinayət-prosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun özünün etirafedici ifadəsi ilə yanaşı, şahidlərin məhkəmə baxışı zamanı vermiş olduqları ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma cinayət əməli sayılır və həmin əmələ görə təqsirli bilinən şəxslər bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Eyni zamanda, həmin Məcəllənin 234.1-1-ci maddəsində göstərilmişdir ki, bu Məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə həmin əmələ görə təqsirli bilinən şəxslər üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-ci maddəsinə əsasən qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri külli miqdarda kultivasiya etmə (əkmə və ya yetişdirmə) üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsin 234.1-1 və 237.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Onun törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. O, Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 62-ci maddəsinə əsasən cinayətin məqsəd və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. 66.3. Cinayətlərin məcmusuna az ağır, ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Cinayətlərin məcmusuna daxil olan cinayətlərdən birinə görə ömürlük azadlıqdan məhrum etmə növündə cəza və ya iyirmi il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edildikdə isə az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə qəti cəza təyin edilir Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 №li Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs təqsirini boynuna almaqla əməlindən səmimi peşiman olmasını və xərçəng xəstəliyindən əziyyət çəkməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi müəyyən edir. Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə, qanunun yuxarıda qeyd edilən müddəalarına, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarını və işin faktiki hallarını eyni zamanda Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı ağırlaşdıran halların olmamasını, yuxarıda sadalanan yüngülləşdirici halları nəzərə alaraq ona təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.1-1 və 237.2.3-cü maddələrinin sanksiyasında müəyyən edilmiş azadlıqdan məhrum etmə cazasından daha yüngül cəza olan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədlərini təmin etmək üçün kifayət etdiyi qənaətinə gəlir. Belə ki, cinayət işinin materiallarına əlavə edilmiş arayışdan müəyyən olunur ki, təqsirləndirilən Təqsirləndirilən şəxs xərçəng xəstəliyindən əziyyət çəkir. Təqsirləndirilən şəxsin özünündə bildirdiyi və cəmiyyətdə xüsusi tibbi biliklər olmadanda məlum olan hall budur ki, xərçəng xəstəliyi yaşadığımız dövrdə ən çox insanların ölümünə səbəb olan, sağalması demək olar ki, qeyri mümkün olan və müalicə olunması üçün isə xüsusi prosedurlar tələb olunan bir xəstəlikdir. Təqsirləndirilən şəxs barəsində təqdim olunmuş arayışa əsasən müəyyən olunur ki, Təqsirləndirilən şəxs sidik kisəsinin xərçəngi xəstəliyində düçar olumuşdur və hazırda onda aşkar edilən xəstəlik termal mərhələdədir. Qeyd olunanlara əsasən məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşiman olmasını, həm ibtidai istintaq dövründə, həm də məhkəmə istintaqı dövründə əməlini səmimi etiraf etməklə araşdırmaya kömək etməsini və yuxarıda qeyd olunan kimi xərçəng xəstəliyindən əziyyət çəkməsini müstəsna hal kimi qiymətləndirərək Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 62.1-ci maddəsini onun təqsirləndirildiyi hər iki maddəyə münasibətdə tətbiq etməklə, ona ittiham olunduğu Cinayət Məcəlləsinin 234.1-1 və 237.2.3-cü maddələrinin sanksiyalarında müəyyən edilmiş azadlıqdan məhrum etmə cəzasından daha yüngül cəza olan azadlığın məhdudlaşdırılması cəzasının təyin olunmasını qanuni, əsaslı və eləcə də ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1-ci maddəsinə əsasən yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2-ci maddəsinə əsasən elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3-ci maddəsinə əsasən məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4-ci maddəsinə əsasən müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə müvafiq vəzifələrinin qoyulmasını zəruri hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə müayinə və müalicə olunmaq üçün ixtisaslaşdırılmış səhiyyə qurumuna getmək halları istisna olmaqla Sumqayıt şəhərinin ərazi hüdudlarını tərk etməmək, gün ərzində saat 22:00-dan 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cinayət işinin materiallarında olan protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan Siyəzən Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(067)-27/2024 qərarından görünür ki, əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Siyəzən RPŞ İB-nin baş müstəntiqi, polis kapitanı Murad Məmmədli tərəfindən qəbul edilmiş qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 13 dekabr 2024-cü il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Odur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-ci il ütarixədək həbsdə olduğu 4 (dörd) ay müddət ona təyin olunan azadlığın məhdudlaşdırılması cəzasına bir günə iki gün hesabı ilə hesablanmaqla qəti cəzadan çıxılmalıdır. Təqsirləndirilən Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Sumqayıt şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilməli və cəzasını çəkməsinin əvvəli, cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin, məhkəmə kollegiyası cinayət işinin materialarında olan məhkəmə narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Məhkəmə ekspertizalarına sərf olunmuş 72 (yetmiş iki) manat məhkəmə məsrəfi Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Az.MEM, VÖEN **********, Hesab № Az. 34 CTRE ******************** Büdcə təsnifatının kodu 142319 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X7, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944SWİFT BİK CTREAZ22) hesabına keçirilməlidir. Siyəzən rayon polis bölməsinin saxlanc anbarında saxlanılan ekspertiza tədqiqatından qalıq qalmış Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindən, yanındaki tikilidən və üzərindən aşkar olunaraq götürülmüş, 996,52 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana və 80 kq 997,95 qram ümumi sayı 41 (qırx bir) ədəd yaş vəziyyətdə narkotik tərkibli çətənə bitkisi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 13 avqust 2024-cü il tarixdə keçirilmiş şəxsi axtarışın və baxışın görüntülərinin köçürüldüyü 01 (bir) ədəd diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. Məhkəmə hazırki iş üzrə «xüsusi müsadirə» ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən edilməmişdir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1 və 237.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin və Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə barəsində həmin Məcəllənin 62.1-ci maddəsi tədbiq edilməklə 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması, Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə barəsində həmin Məcəllənin 62.1-ci maddəsi tədbiq edilməklə 3 (üç) il 6 (altı) müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaqla qəti olaraq 4 (dörd) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək həbsdə olduğu 4 ay müddət ona təyin olunan 4 (dörd) il azadlığın məhdudlaşdırılması cəzasına bir günə iki gün hesabı ilə hesablanmaqla çıxılsın və üzərində 3 (üç) il 4 (dörd) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılnsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə müayinə və müalicə olunmaq üçün ixtisaslaşdırılmış səhiyyə qurumuna getmək halları istisna olmaqla Sumqayıt şəhərinin ərazi hüdudlarını tərk etməmək, gün ərzində saat 22:00-dan 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Sumqayıt şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Məhkəmə ekspertizalarına sərf olunmuş 72 (yetmiş iki) manat məhkəmə məsrəfi Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Az.MEM, VÖEN **********, Hesab № Az. 34 CTRE ******************** Büdcə təsnifatının kodu 142319 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X7, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944SWİFT BİK CTREAZ22) hesabına keçirilsin. Siyəzən rayon polis bölməsinin saxlanc anbarında saxlanılan ekspertiza tədqiqatından qalıq qalmış Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindən, yanındaki tikilidən və üzərindən aşkar olunaraq götürülmüş, 996,52 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana və 80 kq 997,95 qram ümumi sayı 41 (qırx bir) ədəd yaş vəziyyətdə narkotik tərkibli çətənə bitkisi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 13 avqust 2024-cü il tarixdə keçirilmiş şəxsi axtarışın və baxışın görüntülərinin köçürüldüyü 01 (bir) ədəd diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-307/2025
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-307/2025
04.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver