Məhkəmə qərarları › İş №1(124)-308/2024

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-308/2024

23.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-308/2024 23.08.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: X5 (sədrlik edən), X1 və X2 ibarət tərkibdə, məhkəmə iclasının katibi X14 qızının katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1981-ci ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, subay, Şəki Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şəki Apelyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində Azərbaycan Respublikası Milli Məclisinin 8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında qərarının 4, 9.2.3, 9.3 və 30-cu bəndləri tətbiq edilməklə, həmin hökmlə təyin edilmiş cəzası azaldılmış və həmin tarixdə cəza müddəti bitdiyindən cəzasını çəkmiş hesab edilmiş, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və götürülməmiş, işləməyən, Yevlax şəhəri, Q.Quliyev küçəsi, ev 24, mənzil 17 ünvanında qeydiyyatda olmaqla ünvan 1nda kirayədə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 238.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 5 saylı məhkəmə iclas zalında videokonfrans əlaqə sistemindən istifadə edilməklə keçirilən açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni, psixotrop maddəni əldə etmə, saxlama, daşıma və narkotik vasitələrin, psixotrop maddələrin istehlakı üçün tiryəkxana təşkil etmə cinayətlərini törətmişdir. Belə ki, o, istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq satış məqsədi ilə əldə etdiyi, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısı»na daxil edilmiş 2318,814 qram külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroini, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş siyahılar üzrə «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısı»na daxil edilmiş 02 ədəd şəffaf polietilen torbacıqda ayrıayrılıqda təmiz çəkiləri 25,963 qram və 24,165 qram olmaqla, ümumi təmiz çəkisi 50,128 qram, kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olan kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetamini, üzəri yapışqanlı lentlə bağlanmış qara rəngli polietilen bağlamada 02 ədəd sellofan bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri 510,0 qram və 500,0 qram tərkiblərinə görə eyni olan ümumi təmiz çəkisi 1010,0 qram külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı kirayədə yaşadığı ünvan 2 ünvanına daşıyaraq saxlamış, kirayədə yaşadığı həmin evdə narkotik vasitələrin və psixotrop maddələrin istehlakı üçün tiryəkxana təşkil edərək 09 fevral 2023-cü il tarixdə tanışları Şahid1, X6, Şahid2 və Şahid3 narkotik vasitə qəbul etmələrinə şərait yaratmış, bu məqsədlə əldə etdiyi narkotik vasitə olan heroinin 0,665 qram hissəsini Şahid1, 0,783 qram hissəsini Daşqın İsayevə, 0,594 qram hissəsini Şahid2 və 0,252 qram hissəsini Şahid3 təşkil etdiyi tiryəkxanada qəbul etməsi üçün satmış, 09 fevral 2023-cü il tarixdə saat 21:00 radələrində daxil olmuş əməliyyat məlumatı əsasında Abşeron rayon polis idarəsinin Narkotiklərlə mübarizə qrupunun və Cinayət axtarışı şöbəsinin əməkdaşları tərəfindən Abşeron rayonu, Masazır kəndində keçirilən əməliyyat-axtarış tədbirləri zamanı o, kirayədə yaşadığı həmin evdə saxlanılaraq üzərinə videoçəkilişlə keçirilən şəxsi axtarış zamanı əlində olan 01 ədəd bükümdə 0,224 qram çəkidə kustar üsulla hazırlanmış şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroin, yaşadığı evə baxış keçirilərkən mətbəx mebelinin içərisindən 02 ədəd şəffaf polietilen torbacıqda ayrı-ayrılıqda çəkiləri 25,963 qram və 24,165 qram olan ümumi çəkisi 50,128 qram külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 01 ədəd bükümdə 1,296 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və yataq otağındakı dolabdan 01 ədəd bağlamada 2315 qram çəkidə, ümumi çəkisi 2316,52 qram (2 kq 316,52 qram) olan külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin, yataq otağındakı dolabdan 02 ədəd sellofan bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 510,0 qram və 500,0 qram olan ümumi çəkisi 1010,0 qram külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, qonaq otağındakı masanın üzərindən içərisində narkotik vasitə heroin izləri olan 03 ədəd 1 ml-lik şpris və 01 ədəd şüşə ampul, mətbəx mebelinin içərisindən isə üzərində narkotik vasitə heroin izləri olan bir ədəd 1 ml-lik şpris və 01 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 234.4.3 və 238.1-ci maddələri ilə təqsirli bilməyərək sərbəst ifadəsində göstərdi ki, 9 fevral 2023-cü ildə, saat 17 radələrində dostları Daşqın və Samirlə evdə oturub yemək yeyirmişlər. Həmin gün anasının il dönümü idi. X3 ona zəng edib atasının onlarda olub-olmadığını soruşduqda o da birlikdə olduqlarını söyləmiş, onu da dəvət eləmiş və gələrkən aptekdən “insulin” iynəsi almağını xahiş etmişdir. Bildiyinə görə, həmin vaxt polis əməkdaşları Müşviqi narkotik istifadəçisi kimi saxlayıb, evinə axtarış keçiriblər. Evdən heç nə tapılmadıqda Müşviq polis əməkdaşlarına onun evinə gəldiyini, atasının onlarda olduğunu və gələrkən iynə almalı olduğunu bildirib. Sonra əməliyyatçılar onun evinə gəliblər, qapını Müşviq döyüb, o qapını açanda evə giriblər. Həmin vaxt evdə olan azyaşlı uşağı da yan otaqda qorxub ağlamağa başlayıb, evindəki dostlarına da təzyiqlər göstərilib. Ondan evdə narkotik olub-olmadığını soruşduqda o da evdə yox, amma öz üzərində şəxsi istifadəsi üçün 1,4 qram narkotik vasitə olduğunu, 2 qram aldığını, bir hissəsini istifadə etdiyini bildirib. O, polis əməkaşlarına bildirib ki, evində narkotik yoxdur, onlar da evini axtarıb heç nə tapmayıblar. Bu zaman evinə dostu Zaur gəlib, onun da üzərini axtarıblar və heç nə tapmayıblar. Bir saat sonra onu otağa çağırıblar, polis əməkdaşı İbrahim çəkməcəni açıb və qara bağlamada 500 qram marixuananın onun olduğunu söyləyib. O da yetim olduğunu, himayəsində övladının olduğunu və bir xəstə bacısı ilə bacısı oğlu olduğunu söyləyib. Onda da polis əməkdaşları bacısının gəlməsini deyiblər. O da bu vaxt bacısına xəbər vermək adı ilə çəkməcənin şəklini çəkib ona atıb və atdığı şəkilləri silməmələrini yazıb. Bacısına zəng edib polis əməkdaşlarının evinə narkotik qoyduğunu və ondan pul istədiklərini bildirib. Bacısı gəldikdə əməliyyatçı Elnur bacısından 10 min manat pul istəyərək bu işi yoluna qoyacağını bildirib. Bacısı isə o qədər pullarının olmadığını bildirib. Bacısına deyiblər ki, “Aqilin kartı bizdədi, pul düzəlməsə, xəbər edin.” Bacısı qızını da götürüb gediblər. Əməliyyatçılar cinayət-axtarış şöbəsinin rəisi Fikrət müəllimə zəng edib, onun evinə çağırıblar. O, Fikrət müəllimə yetim olduğunu və onu yükləməmələrini desə də, Fikrət müəllim onun narkotik aludəçisi olduğunu və onu yükləyəcəklərini bildirib. Fikrət müəllim gəldikdən bir saat yarım sonra təhqiqatçı və vəkil gəlib. İbrahim adlı əməliyyatçı siqaret qutusunun içində narkotiki dostlarının cibinə qoyub və deyib ki, “çəkiliş zamanı bu narkotiki Aqildən aldığınızı deyin”. Dostları bununla razılaşmadıqda onlara da təzyiqlər göstərilib. Çəkiliş zamanı ona nə etməli olduğunu göstəriblər, o da dediklərini etməyəcəyini bildirəndə başına oyun açacaqlarını deyiblər. O da məcbur olub çəkilişdə narkotikin ona aid olduğunu və tapdığını bildirib. Onu polis bölməsinə aparıb evindən 1 kq marixuana, 1 kq heroin, 1 kq metamfetamin çıxmasını təsdiq edən sənədə imza çəkməyə məcbur ediblər. O isə bununla razılaşmadıqda onu ayaqyoluna aparıb təzyiq göstəriblər. Polis bölməsində onu heç kimlə üzləşdirməyiblər, kimləsə danışmağına da imkan yaratmayıblar. Sanksiya məhkəməsində də hakim onu ekspertizaya aparmalarını deyib. Kürdəxanıda da onun belinin gömgöy olduğunu görüblər. Onun evinə axşamüstü 5-ə qalmış giriblər, lakin ittiham aktında 21 radələrində yazılıb. İttiham aktında yazılan hər şey yalandır. Məhkəmədə Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq bildirdi ki, hazırda onun uşağı uşaq evinə yerləşdirilib. Üzərinə şəxsi axtarışdan əvvəl evinə baxıblar, həmin gün üzərində olan 1,4 qram narkotik vasitəni Əhmədlidən 2 qramını 100 manata alıb, Müşviq və Daşqın həmyerliləridir, Asimlə 2021-ci ildən, Samirlə isə 2022-ci ildən dostdur. Həmin şəxslər də narkotik vasitə istifadə edirlər. İnsulin iynələrini özü üçün istəyib, həmin gün Daşqın xarab olmuş ev avadanlıqlarını düzəltməyə, Samirin yoldaşı rayonda olduğu üçün onlara gəliblərmiş, Asim də cəzaçəkmə müəssisəsindən təzə çıxıb sürücülük vəsiqəsi aldığı üçün maşın arendaya götürmək barədə söhbət etməyə gəlibmiş. Həmin gün anasının il dönümü olduğu üçün narkotik vasitə istifadə etmək fikri olmayıb. Narkotik aldığı şəxslər onu aldatmasınlar deyə evində elektron tərəzi saxlayırmış. Heç vaxt kiməsə narkotik satmayıb. Evindən aşkar olunan dəftərdəki qeydlər onun şəxsi qeydləri olub, orada narkotik vasitələrin miqdarını yazıb. Təzyiqlərə məruz qalması barədə şikayətlər edib. Daşqın və Müşfiqi də polis bölməsinə aparıblar, onu Daşqınla üzləşdirməyiblər. Hadisə günü evinə bacısı Samirə oğlu Cahandarla gəlib. Müşviqi onun evinə polis əməkdaşları özləri ilə gətiriblər, amma sənədlərdə elə yazılıb ki, guya Müşviq də onun evində tutulub. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, sonuncunun məhkəməyədək icraat dövründə müdafiəçinin də iştirakı ilə verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş, o həmin ifadəsində göstərmişdir ki, Yevlax şəhəri, Q.Quliyev küçəsi, ev 24, mənzil 17-də qeydiyyatda olmaqla Abşeron rayonu, Masazır qəsəbəsi, A.Abbasov küçəsi, ev 170-də azyaşlı övladı ilə birlikdə kirayədə yaşamış, narkotik vasitə olan heroin istifadəçisi olmuşdur. xx.xx.2023cü il tarixdə saat 13 radələrində o, Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi ərazisində olduğu zaman tanımadığı şəxsdən 100 manat müqabilində şəxsi istifadəsi məqsədilə 2 bükümdə narkotik vasitə olan heroin alaraq sonra istifadə edəcəyi məqsədilə cibinə qoyub kirayədə yaşadığı evə qayıtmışdır. İçərisində narkotik vasitə olan həmin bükümlərdən birini üzərində cibində, digər 1 ədəd bükümü isə yaşadığı evin mətbəxindəki mebelin içərisində sonra istifadə edəcəyi məqsədilə saxlamışdır. Əlavə olaraq qeyd edir ki, həmin gün saat 20 radələrində tanışları Asim, Müşfiq, Daşqın və Samir adlı şəxslər kirayədə yaşadığı həmin evə gəlmişlər. Onlar bir qədər söhbət etdikdən sonra o, Asimlə birlikdə narkotik vasitə heroin qəbul etmək istəmişdir. Bundan bir qədər sonra, yəni xx.xx.2023-cü il tarixdə saat 21 radələrində kirayədə yaşadığı evə polis əməkdaşları gəlmişlər və onlar özlərini təqdim edərək Abşeron RPİ-nin əməkdaşları olduqlarını bildirdikdən sonra onlara narkotik vasitələrin və psixotrop maddələrin qəbulunda və üzərlərində saxlamaqda, həmçinin ona yaşadığı evdə saxlamaqda, həmçinin kirayədə yaşadığı həmin evdə tiryəkxana təşkil etməkdə şübhəli bilindiyini bildirmişlər. Onlar da hər biri ayrı-ayrılıqda polis əməkdaşlarına bununla bağlı heç bir etiraz etməmişlər. Bundan sonra əvvəlcə dəvət olunmuş müdafiəçinin iştirakı ilə təhqiqatçı tərəfindən şübhəli şəxs qismində ona hüquq və vəzifələri izah olunmuşdur. Daha sonra müdafiəçinin iştirakı ilə və videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarış keçirilməzdən əvvəl ona üzərində qanunla qadağan olunmuş əşya, predmet, narkotik vasitə varsa təqdim etməyi təklif olunmuşdur. Bundan sonra o, əlində bir büküm narkotik vasitə heroin olduğunu bildirmiş və şəffaf sellofan kəsiyinə bükülmüş, yəni içərisində narkotik vasitə heroin olan bir bükümü onlara təqdim etmişdir. Bundan sonra təhqiqatçı tərəfindən kirayədə yaşadığı evə baxış keçirilməsinə etirazının olub-olmadığı soruşularkən bu barədə də heç bir etirazının olmadığını bildirmiş və mətbəx otağındakı mebelin içərisindən də içərisində narkotik vasitə heroin olan bir büküm polis əməkdaşları tərəfindən aşkar edilib götürülmüşdür. Bununla yanaşı polis əməkdaşları tərəfindən həmin yerdən içərisində psixotrop maddə metamfetamin olan 2 ədəd bükümlər də aşkar olunaraq götürülüb qablaşdırılmışdır. Lakin qeyd edir ki, həmin içərisində metamfetamin olan 2 ədəd bükümlər ona məxsus deyil. Daha sonra isə polis əməkdaşları yaşadığı evin yataq otağına baxış keçirərkən oradakı dolabdan da 3 ədəd bağlama, yəni içərisində heroin olan 1 ədəd və içərisində qurudulmuş marixuana olan 2 ədəd bağlamaları aşkar edərək götürüb qablaşdırmışlar. Baxış zamanı kirayədə yaşadığı həmin evdən qanunla dövriyyəsi qadağan olunmuş başqa heç bir şey aşkar olunmamışdır. Həmçinin bu barədə protokol tərtib edilərək ucadan oxunmuş və protokolun doğruluğu da imzalar ilə təsdiq edilmişdir. Bildirir ki, o, içərisində narkotik vasitə heroin olan 2 ədəd bükümü xx.xx.2023-cü il tarixdə saat 13 radələrində Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi ərazisində olduğu zaman tanımadığı şəxsdən 100 manat müqabilində şəxsi istifadəsi məqsədilə almışdır. Lakin içərisində psixotrop maddə metamfetamin olan digər 2 büküm və içərisində narkotik vasitələr və psixotrop maddələr olan bağlamalar isə ona məxsus deyildir. Tanışları bəzi vaxtlarda onun kirayədə yaşadığı evə gəlirlər və etiraf edir ki, onlar bəzi vaxtlarda kirayədə yaşadığı həmin evdə birlikdə narkotik vasitə qəbul edirlər. xx.xx.2023-cü il tarixdə saat 20 radələrində onlardan yalnız Asim onunla birlikdə narkotik vasitə qəbul etmək fikrində olmuşdur. Ümumilikdə isə Asim, Müşfiq, Daşqın və Samir adlı şəxslər onun tanışları olduqlarına görə onlar bundan əvvəl də yaşadığı evə bir dost kimi gəlib-gedirdilər. Lakin onlar kirayədə yaşadığı həmin evdə narkotik vasitə qəbul etməmişlər. O, narkotik vasitə aludəçisi olduğuna görə öz istifadəsi üçün aldığı 2 bükümdəki narkotik vasitələri üzərində və yaşadığı evdə saxlamışdır. Lakin bildirir ki, o, narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Evindən aşkar edilərək götürülmüş cib dəftərçəsi ona məxsusdur. Və içərisindəki yazıları da o, yazmışdır. Həmin yazılar narkotik vasitələri öz şəxsi istifadəsi üçün əldə etdiyi zaman qramlarında aldanmamağı üçün qeyd etdiyi yazılardır. Ona görə də ona Azərbaycan Respublikası CM-nin 234.4.3 və 238.1-ci maddələri ilə elan olunmuş ittihamla razı deyildir və barəsində İstintaqı aparılan cinayət işi üzrə əməlinin Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə tövsif olunmasını istəyir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə tədqiq edib qiymətləndirməklə sübut növü kimi qəbul edir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsini müdafiə edərək göstərdi ki, 09 fevral 2023-cü il tarixdə xidmətdə olduğu zaman Təqsirləndirilən şəxs kirayədə yaşadığı evdə qanunsuz olaraq tiryəkxana təşkil etməsi, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi, satışı ilə məşğul olması barədə Abşeron rayon polis idarəsinə əməliyyat məlumatı daxil olmuşdur. Həmin şəxs yaşadığı evdə tiryəkxana təşkil etməkdə, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində, satışında şübhəli olduğu üçün xx.xx.2023-cü il tarixdə həmin şəxsin müəyyən olunub ifşa olunması istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün müvafiq sənədləşmə işləri həyata keçirilmiş və əməliyyat qrupu yaradılmışdır. 09 fevral 2023-cü il tarixdə saat 21 radələrində Təqsirləndirilən şəxs kirayədə yaşadığı ünvan 1nda saxlanılmışdır. Onun üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl qeyd olunan ünvanda Təqsirləndirilən şəxs ilə birlikdə saxlanılmış Şahid2, X8, Şahid1 və Şahid3 Təqsirləndirilən şəxs yaşadığı evdə hansı məqsədlə gəlmələri və üzərlərində narkotik vasitə və psixotrop maddə olub-olmaması soruşulmuş, bu zaman həmin şəxslər Təqsirləndirilən şəxs kirayədə yaşadığı həmin evə narkotik vasitə istifadə etmək məqsədi ilə gəldiklərini və hal hazırda üzərlərində narkotik vasitə olduğunu bildirmişlər. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs 01 ədəd bükümü təqdim edərək həmin bükümün içərisində narkotik vasitə olan heroin olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və onun üzərində başqa saxlanılması qanunla qadağan edilmiş hər hansı əşya, kütlə aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs razılığı əsasında onun yaşadığı evə baxış keçirilmişdir. Baxış zamanı 04 ədəd şpris, 01 ədəd narkotik vasitə istifadə etmək üçün borucuq formasında kağız parçası və 01 ədəd sındırılmış vəziyyətdə olan ampula aşkar edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs 01 ədəd tərəzi, 01 ədəd şpris və 03 ədəd bükümü təqdim etmişdir. Həmin bükümlər açılarkən onların birinin içində narkotik vasitə heroinə bənzər kütlə, digər 02 ədəd bükümdə isə psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar edilmişdir. Bundan sonra oradan içərisində müxtəlif adlar, yazılar və digər sözlər yazılmış qeyd dəftəri aşkar edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs yataq otağından 03 (üç) ədəd bağlamanı təqdim etmiş və həmin bağlamalar açıldıqda onların içərisində narkotik vasitə heroinə bənzər kütlə, digər 02 ədəd bağlamanın içərisindən isə qurudulmuş marixuanaya bənzər kütlələr aşkar edilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ona verlən suallara cavab olaraq bildirdi ki, təqsirləndirilən şəxsin evindəki digər şəxslər narkotik vasitəni Aqildən aldıqlarını etiraf ediblər, təqsirləndirilən şəxsin bacısı onun evinə təqsirləndirilən şəxsin qızını aparmağa gəlib. Hətta evdəki digər narkotik istifadə edən şəxslər ağrıları olduğunu deyib onlara narkotik vasitə istifadə etmək üçün imkan vermələrini tələb ediblər. Heç kim təqsirləndiirlən şəxsin evinə narkotik qoymayıb. Nə o, nə də digər polis əməkdaşları Aqildən və ya onun bacısından pul istəməyib. Şahidlə sual-cavab zamanı təqsirləndirilən şəxs ona verilən suala cavab olaraq bildirdi ki, hadisə günü evindəki şəxslər anasının ildönümü ilə əlaqədar onlara gəlmişlər, təqsirləndirilən şəxs onun anasının il dönümünə hər hansı qohumunun gəlmədiyini, məhz narkotik istifadəçilərinin gəlməyi ilə bağlı sualı cavablandıra bilmədi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5, Şahid6 və Şahid7 analoji ifadələr verərək Şahid4 qeyd etdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, hadisə baş verən gün Aqilin anasının ildönümü olduğu üçün Aqilin evinə gedib. Bir müddət sonra təxmini saat 4 radələrində polis əməkdaşları yanlarında Müşviqlə Aqilin evinə gəliblər. Onun üstünə narkotik vasitəni polis əməkdaşları qoyublar və ondan həmin narkotik vasitəni ona Aqilin verdiyini deməsini tələb ediblər. O da məcbur olub polislərin dediyi ifadəni verib. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ona verilən suallara cavab olaraq bildirdi ki, o CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilsə də, həmin hökmlə onun narkotik vasitəni Təqsirləndirilən şəxs alması müəyyən olunmayıb. O həmin narkotik vasitəni başqa tanımadığı şəxsdən almışdır. Aqilin evinə saat təxminən 1 radələrində gedib, polis əməkdaşları isə saat 4 radələrində həmin evə Müşviqlə birlikdə gəliblər. Daha sonra evə Aqilin bacısı gəlmiş, sonradan da çıxıb getmişdir. Aqilin evindən heç bir narkotik vasitə aşkar edilməmişdir, evdən çıxanların hamısını ora polis əməkdaşları qoyublar. Şahid1 məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, sonuncunun məhkəməyədək icraat dövründə verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş, Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsində özünü qismən təqsirli bilərək göstərmişdir ki, o, Kürdəmir rayonu, Atakişili ərazi dairəsi, Atakişili kəndində qeydiyyatdadır və təxminən 2 ay olar Abşeron rayonu, Masazır qəsəbəsi, yeni məhəllədə yerləşən nömrəsiz fərdi evdə tək kirayədə yaşayır. Əvvəllər bir neçə dəfə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə məhkumluğu olmuşdur. Hal-hazırda da barəsində Abşeron rayon polis idarəsinin istintaq şöbəsində müstəntiq, polis kapitanı Məmməd Cəfərov tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* saylı cinayət işinin ibtidai istintaqı aparılır. Səmimi olaraq etiraf edir ki, narkotik vasitə aludəçisidir. Təxminən 10-12 gün əvvəl Abşeron rayonu, Masazır qəsəbəsində olduğu zaman əvvəllər onunla Gəncə şəhər 2 saylı İstintaq Təcridxanasında həbsdə olmuş Təqsirləndirilən şəxs ilə təsadüfən rastlaşmışdır. Söhbət əsnasında Aqilin də Masazır qəsəbəsində kirayədə yaşadığı evin yaxınlığında kirayədə yaşadığı ona məlum olmuşdur. Qeyd edir ki, Aqil və o, hər ikisi narkotik vasitə istifadəçisi olduqlarına görə ara-sıra görüşməyə başlamışlar və Aqilin kirayədə yaşadığı evə getmişlər. xx.xx.2023-cü il tarixdə saat təxminən 20:00 radələrində o, yenə də Aqilin kirayədə yaşadığı həmin evə getmişdir. Bu zaman Aqilin yaşadığı evdə ondan başqa 03 nəfər tanımadığı şəxslərin də olduğunu görmüşdür. Həmin vaxt onlar bir qədər söhbət etdikdən sonra Aqil ona birlikdə istifadə etməkləri məqsədilə 01 bükümdə narkotik vasitə olan heroin vermişdir. Lakin bir qədər sonra, yəni saat 21:00 radələrində mülki geyimli şəxslər həmin evə gəlmiş və onlar özlərini təqdim edərək Abşeron rayon polis idarəsinin Cinayət axtarışı şöbəsinin və Narkotiklərlə mübarizə qrupunun əməkdaşları olduqlarını bildirib həmin evdə olan şəxslərin hamısına, eləcə də ona narkotik vasitələri və psixotrop maddələri qəbul etməkdə və üzərlərində saxlamaqda şübhəli bilindiklərini bildirmişlər. İlkin olaraq evdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş və ona şübhəli şəxs kimi hüquq və vəzifələri izah olunmuşdur. Daha sonra müdafiəçinin iştirakı ilə və videoçəkiliş vaitəsilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və kirayədə yaşadığı evə baxış keçirilməyə başlanmışdır. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və yaşadığı evə baxış keçirilərkən üzərindən və yaşadığı evdən qanunla dövriyyəsi qadağan olunmuş narkotik vasitə hesab edilən heroin, qurudulmuş marixuana və psixotrop maddə hesab edilən metamfetamin, həmçinin yaşadığı evdən bir neçə ədəd şpris və tərəzi aşkar olunaraq götürülüb qablaşdırılmışdır. Bundan sonra da onun və Aqilin evində olan digər 03 nəfər şəxsin, yəni sonradan adlarını bildiyi Müşfiq, Daşqın və Samir adlı şəxslərin üzərinə təhqiqatçı tərəfindən vəkilin iştirakı ilə və videoçəkilişlə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl ona üzərində qanunla qadağan olunmuş əşya, predmet, narkotik vasitə varsa təqdim etməyi təklif olunmuşdur. Bundan sonra o, üzərində narkotik vasitə olan heroin olduğunu bildirmiş və əynində olan şalvarının cibindən içərisində narkotik vasitə heroin olan bir bükümü çıxarıb təqdim etmişdir. Sonra həmin büküm ekspertizaya göndərilməsindən ötrü kağız zərfdə qablaşdırılmış və zərfin üzəri iştirakçılar və onun tərəfindən imzalarla təsdiq olunmuşdur. Bir daha qeyd edir ki, üzərindən aşkar olunaraq götürülmüş həmin narkotik vasitə olan heroini ona polis əməkdaşları tərəfindən saxlanmazdan əvvəl Aqil vermişdir. Məqsədləri də həmin narkotik vasitə olan heroini Aqil ilə birlikdə qəbul etmək olmuşdur. Lakin həmin evə polis əməkdaşları gəldiklərinə görə onlar həmin heroini istifadə edə bilməmişlər və cibindən çıxararaq polis əməkdaşlarına təqdim etmişdir. Bir daha bildirir ki, o, Aqilin yaşadığı evə gedərək Aqil ilə birlikdə narkotik vasitə olan heroin qəbul etnək qərarına gəlmişdir. Bundan sonra da Aqil ona 01 (bir) bükümdə narkotik vasitə heroin vermişdir. Lakin Müşfiq, Daşqın və Samir adlı şəxslərin həmin evə hansı məqsədlə getdiklərini bilmir. Polis əməkdaşları tərəfindən saxlanıldığı zaman və polis idarəsinə gətirildikdən sonra ona heç bir fiziki və psixi təsir olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, hadisə baş verən gün Aqilin evinə gedib. Bir müddət sonra polis əməkdaşları gəlib, onların hamısını döyüb, sonra da ona bir büküm verərək cibinə qoymasını və onu Aqildən aldığını deməsini tələb ediblər. Çəkiliş zamanı da polis əməkdaşlarının dediklərini edib. Polis əməkdaşlarının dediklərini onların diqtəsinə əsasən yazmış və imzalamışdır. Polis əməkdaşları Müşviqlə birlikdə gəliblər. Aqilin evindən aşkar olunan narkotik vasitələr Aqilin deyil, onların ora necə qoyulduğunu da bilmir. Sonradan Aqilin bacısı gəlmiş və Aqilin uşağını aparmışdır. Şahid3 məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, sonuncunun məhkəməyədək icraat dövründə verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş, Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsində özünü qismən təqsirli bilərək göstərmişdir ki, o, ünvan 3 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda ailəsi ilə birlikdə yaşayır. Heç bir yerdə işləmir və əvvəllər məhkumluğu olmamışdır. Hazırda barəsində Abşeron rayon polis idarəsinin istintaq şöbəsində müstəntiq Fuad Nəsirov tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* saylı cinayət işinin ibtidai istintaqı aparılır. Səmimi olaraq etiraf edir ki, narkotik vasitə olan heroin istifadəçisidir. Bu səbəbdən də xx.xx.2023-cü il tarixdə saat 19- 20 radələrində narkotik vasitə heroin alıb istifadə etmək üçün tanışı Təqsirləndirilən şəxs Abşeron rayonu, Masazır qəsəbəsində kirayədə yaşadığı evə getmişdir. Həmin vaxt Aqilin yaşadığı evdə ondan başqa 3 nəfər tanımadığı şəxslər də olmuşdur. Onlar hamısı bir qədər söhbət etdikdən sonra o, Aqildən xahiş etmişdir ki, ona narkotik vasitə heroin versin. Lakin pulu olmadığına görə Aqilə həmin heroinin 10 manat pulunu bir neçə günə verəcəyini demişdir. Qeyd edir ki, bundan əvvəl də o, Aqildən bir neçə dəfə narkotik vasitə heroin aldığına və onu tanıdığına görə Aqil ona etiraz etməmiş və ona 01 büküm narkotik vasitə olan heroin vermişdir. Lakin bundan bir qədər sonra, yəni saat 21:00 radələrində mülki geyimli şəxslər həmin evə gəlmişlər və onlar özlərini təqdim edərək Abşeron rayon polis idarəsinin Cinayət axtarışı şöbəsinin və Narkotiklərlə mübarizə qrupunun əməkdaşları olduqlarını bildirib həmin evdə olan şəxslərin hamısına, eləcə də ona narkotik vasitələrin və psixotrop maddələrin qəbul etməkdə və üzərlərində saxlamaqda şübhəli bilindiklərini bildirmişlər. İlkin olaraq evdə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və kirayədə yaşadığı evə baxış keçirilməyə başlanmışdır. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və yaşadığı evə baxış keçirilərkən üzərindən və yaşadığı evdən qanunla dövriyyəsi qüadağan olunmuş narkotik vasitə hesab edilən heroin, qurudulmuş marixuana və psixotrop maddə hesab edilən metamfetamin, həmçinin yaşadığı evdən bir neçə ədəd şpris və tərəzi aşkar olunaraq götürülüb qablaşdırılmışdır. Bundan sonra da onun və Aqilin evində olan digər 03 nəfər şəxsin, yəni sonradan adlarını bildiyi Müşfiq, Daşqın və Asim adlı şəxslərin üzərinə təhqiqatçı tərəfindən vəkilin iştirakı ilə və videoçəkilişlə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl ona üzərində qanunla qadağan olunmuş əşya, predmet, narkotik vasitə varsa təqdim etməyi təklif olunmuşdur. Bundan sonra o, üzərində narkotik vasitə olan heroin olduğunu bildirmiş və əynində olan tünd göy rəngli gödəkçəsinin sağ yan cibindən içərisində narkotik vasitə heroin olan 01 (bir) bükümü çıxarıb təqdim etmişdir. Sonra həmin büküm ekspertizaya göndərilməsindən ötrü kağız zərfdə qablaşdırılmış və zərfin üzəri iştirakçılar və onun tərəfindən İmzaları ilə təsdiq olunmuşdur. Bir daha qeyd edir ki, üzərindən aşkar olunaraq götürülmüş həmin narkotik vasitə olan heroini ona polis əməkdaşları tərəfindən saxlanmazdan bir qədər əvvəl Aqil vermişdir və o, da həmin heroini bir qədər sonra Aqilin kirayədə yaşadığı həmin evdə istifadə edəcəyi üçün cibinə qoymuşdur. Lakin bundan bir qədər sonra həmin evə polis əməkdaşları gəldiklərinə görə o, həmin heroini istifadə edə bilməmiş və cibindən çıxararaq onlara təqdim etmişdir. O, Aqilin yaşadığı evə ondan narkotik vasitə olan heroin almaq və həmin evdə də qəbul etmək məqsədilə getmişdir. Həmçinin Müşfiq, Daşqın və Asim adlı şəxslər də Aqilin evinə ondan narkotik vasitə almaq və həmin evdə də istifadə etmək məqsədilə getmişdirlər. Polis əməkdaşları tərəfindən saxlanıldığı zaman və polis idarəsinə gətirildikdən sonra ona heç bir fiziki və psixi təsir olmamışdır. Hazırki iş üzrə Şahid3 barəsində olan cinayət işinə Abşeron Rayon Məhkəməsində baxılarkən məhkəmədə təqsirləndirilən şəxs qismində yuxarıda elan olunan ifadə ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında Şahid3 hazırkı işin ibtidai istintaqı zamanı, həmçinin özü barədə olan işlə bağlı bu məzmunda ifadə verməsinin səbəbi soruşulduqda o, barəsində olan cinayət işinə məhkəmədə baxılarkən də polis əməkdaşlarından qorxduğundan bu məzmunda ifadə verdiyini bildirmişdir. Məhkəmədə iştirak etməyən Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuş, şahid həmin ifadəsində qeyd etmişdir ki, o, ünvan 4 ünvanında qeydiyyatdadır və hal-hazırda Tərtər rayonu, Sarcalı kəndində nənəsi ilə birlikdə yaşayır. Mahiyyəti üzrə bildirir ki, 2012-ci ildən xx.xx.2023-cü il tarixə kimi olan müddətdə ailəsi ilə birlikdə Abşeron rayonu, Masazır qəsəbəsi, M.Müşfiq küçəsində kirayədə yaşamışlar. 2023-cü ilin əvvəllərində narkotik vasitə olan heroin istifadə etməyə başlamışdır. Bu səbəbdən də xx.xx.2023-cü il tarixdə saat 19-20 radələrində təxminən 3-4 ay olardı tanıdığı Təqsirləndirilən şəxs narkotik vasitə alıb istifadə etmək üçün onunla yaşadığı Abşeron rayonu, Masazır qəsəbəsi, A.Abbasov küçəsində görüşmüş və Aqildən ağ kağız parçasına bükülmüş 01 büküm narkotik vasitə alaraq əynində olan qara rəngli şalvarının sağ yan cibinə qoymuşdur ki, istifadə etsin. Onu da əlavə edir ki, o, narkotik vasitə heroini Aqildən alan zaman ona bunun qarşılığında həmin vaxt pul verməmiş və pulunu sonra ödəyəcəyini bildirmişdir. Daha sonra Aqildən aldığı həmin narkotik vasitəni qəbul etmək üçün Aqil ilə birlikdə onun yaşadığı evə getmişdir. Həmin vaxt Aqilin kirayədə yaşadığı həmin evdə tanışı Samirin atası Daşqının və tanımadığı bir nəfər şəxsin, yəni sonradan adının Asim olduğunu bildiyi şəxslərin də olduqlarını görmüşdür. Qeyd edir ki, həmin şəxslər də narkotik vasitə istifadəçiləridir. Onlar hamısı bir qədər söhbət etdikdən sonra narkotik vasitə qəbul etmək istəyərkən mülki geyimli şəxslər həmin evə gəlmişlər və yaxınlaşaraq özlərini təqdim edib Abşeron rayon polis idarəsinin Narkotiklərlə mübarizə qrupunuin və Cinayət axtarışı şöbəsinin əməkdaşları olduqlarını bildirmişlər. Bundan sonra polis əməkdaşları onlara narkotik vasitələri və psixotrop maddələri istifadə etməkdə və üzərlərində gəzdirməkdə şübhəli olduqlarını bildirmişlər. Daha sonra polis əməkdaşları saxlandıqları evdə hər birinin üzərinə şəxsi axtarış keçiriləcəyini, həmçinin Aqilə yaşadığı evə də baxış keçiriləcəyini bildirmişlər. Onların hər biri də polis əməkdaşlarına etiraz etməmişlər. Daha sonra onlara müdafiəçilər təqdim olunmuş və onlar müdafiəçilərə etiraz etməmişlər. Daha sonra polis əməkdaşları tərəfindən saxlanıldıqları evdə otaqlardan birində videoçəkilişlə müdafiəçinin, polis əməkdaşlarının və təhqiqatçının iştirakı ilə üzərinə şəxsi axtarış keçirilməyə başlanmışdır. Vəkilin iştirakı ilə ona hüquq və vəzifələri izah edilməklə video çəkilişlə üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış keçirilərkən ondan üzərində saxlanılması və ya gəzdirilməsi qadağan edilmiş hər hansı əşya və ya predmet olub-olmadığı soruşulmuşdur. Bu zaman o, əynindəki qara rəngli şalvarının sağ yan cibindən 01 (bir) ədəd ağ kağıza bükülmüş narkotik vasitə olan heroin bükümünü çıxardıb təqdim etmişdir. Təqdim etdiyi həmin bükümə orada olan polis əməkdaşlarının, müdafiəçinin və təhqiqatçının iştirakı ilə baxış keçirilmişdir. Sonra həmin bükülüdə nə olduğu ondan soruşulmuşdur. O, da həmin bükülüdə narkotik vasitə olan heroin olduğunu demişdir. Həmin narkotik vasitəni haradan və nə vaxt aldığı ondan soruşulmuşdur. O, həmin narkotik vasitəni bir qədər əvvəl, yəni xx.xx.2023-cü il tarixdə tanışı Təqsirləndirilən şəxs aldığını və qarşılığında ona pul vermədiyini bildirmişdir. Həmin narkotik vasitə heroini onun evində istifadə etmək üçün burada olduğunu bildirmişdir. Bundan sonra üzərindən aşkar edilmiş 01 (bir) ədəd ağ rəngli kağıza bükülmüş narkotik vasitə olan heroin götürülərək zərfə qoyulmuş, üzəri möhürlənmiş, axtarış və götürmədə iştirak edən polis əməkdaşları və müdafiəçisi tərəfindən, habelə onun tərəfindən imzalanaraq qablaşdırılmışdır. Daha sonra üzərində şəxsi axtarış aparılması barədə protokol tərtib edilmiş, həmin protokol onlara ucadan oxunmuş və imzaları ilə təsdiq etmişlər. Bütün izahatında qeyd etdiyi proses videoçəkiliş vasitəsilə qeydə alınmışdır. Bir daha qeyd edir ki, üzərindən aşkar olunaraq götürülmüş həmin narkotik vasitə olan heroini polis əməkdaşları tərəfindən saxlanmazdan bir qədər əvvəl ona Aqil vermişdir və o, da həmin heroini Aqilin kirayədə yaşadığı həmin evdə istifadə edəcəyi üçün cibinə qoymuşdur. Lakin bundan bir qədər sonra həmin evə polis əməkdaşları gəldiklərinə görə o, həmin heroini istifadə edə bilməmiş və cibindən çıxararaq onlara təqdim etmişdir. Bildirir ki, o, Aqilin yaşadığı evə ondan aldığı narkotik vasitə olan heroini qəbul etmək məqsədilə getmişdir. Həmçinin Samir, Asim və atası Daşqın da narkotik vasitə istifadəçiləri olduqlarına görə onlar da Aqilin evinə ondan narkotik vasitə almaq və həmin evdə də istifadə etmək məqsədilə getmişdirlər. Polis əməkdaşları tərəfindən saxlanıldığı zaman və polis idarəsinə gətirildikdən sonra ona heç bir fiziki və psixi təsir olmamışdır. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən xx.xx.2023-cü il tarixli raportlardan görünür ki, xx.xx.1981-ci təvəllüdlü, ünvan 6 ünvanında qeydiyyatda olmaqla Abşeron rayonu, Masazır qəsəbəsi, Hakim Abbasov küçəsində fərdi nömrəsiz evdə yaşayan Təqsirləndirilən şəxs kirayədə yaşadığı evinə narkotik vasitə aludəçilərinin yığışaraq tiryəkxana təşkil etməsi, eləcə də narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatları daxil olmuşdur və qeyd olunan məlumat yoxlanılmış və Təqsirləndirilən şəxs yaşadığı evdə saxlanılaraq Abşeron RPİ-nə gətirilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən edilmiş 09 fevral 2022-ci il tarixli «şəxsi axtarış, evə baxış keçirilməsi və götürmə aparılması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs 09 fevral 2023-cü il tarixdə saat 21:00 radələrində daxil olmuş əməliyyat məlumatı əsasında Abşeron RPİ-nin Narkotiklərlə mübarizə qrupunun və Cinayət axtarışı şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Əsgərov X10 rayonu, Masazır kəndində kirayədə yaşadığı evdə saxlanılaraq üzərinə videoçəkilişlə keçirilən şəxsi axtarış zamanı əlində olan 01 ədəd bükümdə narkotik vasitə heroin, yaşadığı evə baxış keçirilərkən mətbəx mebelinin içərisindən 02 ədəd şəffaf polietilen torbacıqda psixotrop maddə metamfetamin, 01 ədəd bükümdə narkotik vasitə heroin və yataq otağındakı dolabdan 01 ədəd bağlamada narkotik vasitə heroin, yataq otağındakı dolabdan 02 ədəd sellofan bağlamada narkotik vasitə qurudulmuş marixuana, qonaq otağındakı masanın üzərindən içərisində narkotik vasitə heroin izləri olan 03 ədəd 1 ml-lik şpris və 01 ədəd şüşə ampul, mətbəx mebelinin içərisindən isə üzərində narkotik vasitə heroin izləri olan bir ədəd 1 mllik şpris və 01 ədəd elektron tərəzi aşkar edilərək götürülmüş, həmçinin Təqsirləndirilən şəxs kirayədə yaşadığı həmin evdə ayrı-ayrı şəxslərin narkotik vasitələrin və psixotrop maddələrin İstehlakına şərait yaratması müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş xx.xx.2023-cü il tarixdə saat 21:30 radələrindən saat 22:04 radələrindək olan müddət ərzində Abşeron rayon polis idarəsinin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi və yaşadığı evə baxış keçirilməsi prosesinin köçürüldüyü və istintaqa təqdim edilmiş 01 (bir) ədəd DVD formatlı kompak diskə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, 09 fevral 2023-cü il tarixdə daxil olmuş əməliyyat məlumatı əsasında Abşeron RPİ-nin Cinayət axtarışı şöbəsinin və Narkotiklərlə mübarizə qrupunun əməkdaşları tərəfindən Abşeron rayonu, Masazır kəndində keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs kirayədə yaşadığı həmin evdə saxlanılaraq üzərinə videoçəkilişlə keçirilən şəxsi axtarış zamanı əlində olan 01 ədəd bükümdə narkotik vasitə heroin, yaşadığı evə baxış keçirilərkən mətbəx mebelinin içərisindən 02 ədəd şəffaf polietilen torbacıqda psixotrop maddə metamfetamin, 01 ədəd bükümdə narkotik vasitə heroin və yataq otağındakı dolabdan 01 ədəd bağlamada narkotik vasitə heroin, yataq otağındakı dolabdan 02 ədəd sellofan bağlamada narkotik vasitə qurudulmuş marixuana, qonaq otağındakı masanın üzərindən içərisində narkotik vasitə heroin izləri olan 03 ədəd 1 ml-lik şpris və 01 ədəd şüşə ampul, mətbəx mebelinin içərisindən isə üzərində narkotik vasitə heroin izləri olan 01 (bir) ədəd 1 ml-lik şpris və 01 (bir) ədəd elektron tərəzi aşkar edilərək götürülmüş, həmçinin Təqsirləndirilən şəxs kirayədə yaşadığı həmin evdə ayrı-ayrı şəxslərin narkotik vasitələrin və psixotrop maddələrin istehlakına şərait yaratması müəyyən edilmişdir. Həmin görüntülərdə Təqsirləndirilən şəxs məhkəmədə ifadəsində bildirdiyi kimi, yəni onun evinə yığışan şəxslərin anasının il dönümünə gəlmələrini əks etdirən şərait, yəni yas mərasimini xatırladan hal müəyyən edilməmişdir Diskə baxışda iştirak etmiş Təqsirləndirilən şəxs bildirmişdir ki, həqiqətən 09 fevral 2023-cü il tarixdə polis əməkdaşları tərəfindən kirayədə yaşadığı evdə saxlanılaraq üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilmiş, həmin vaxtı zamanı əlində olan 01 ədəd bükümdə narkotik vasitə heroin, yaşadığı evə baxış keçirilərkən mətbəx mebelinin içərisindən 02 ədəd şəffaf polietilen torbacıqda psixotrop maddə metamfetamin, 01 ədəd bükümdə narkotik vasitə heroin və yataq otağındakı dolabdan 01 ədəd bağlamada narkotik vasitə heroin, yataq otağındakı dolabdan 2 ədəd sellofan bağlamada narkotik vasitə qurudulmuş marixuana, qonaq otağındakı masanın üzərindən içərisində narkotik vasitə heroin izləri olan 03 ədəd 1 ml-lik şpris və 01 ədəd şüşə ampul, mətbəx mebelinin içərisindən isə üzərində narkotik vasitə heroin izləri olan 01 (bir) ədəd 1 ml-lik şpris və bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş xx.xx.2023-cü il tarixdə saat 21:30 radələrindən saat 22:04 radələrindək olan müddət ərzində Abşeron rayon Pİ-nin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və evinə baxış keçirilərkən götürülmüş 03 (üç) ədəd cib dəftərçələrinə baxış keçirilmiş, onlardan 02 (iki) ədədinin üzəri qara rəngli üzlüklü, digər 01 (bir) ədədinin üzəri isə qara-qəhvəyi rəngli olmaqla kiçik ölçülü cib dəftərçələridir, Təqdim edilmiş 1-ci orta ölçülü cib dəftərçəsi açıldıqda onun içərisində üç vərəqi yazılmış olduğu, həmin vərəqlərdə «10k, 3P, 17q, 1T, 6k, 10k, 3k10, 5k5p, 14k3p, 5k, 5k3p, 2qr Ek 48, 1 dərman 70» və sairə rəqəmlər yazılmış, eyni zamanda rəqəmlər toplanaraq ümumi cəm çıxarılmış, eyni zamanda həmin dəftərçənin son üç səhifəsində də eyni tipli yazışmalar olmaqla əlavə «Qalıb Pivə-2İ35, Kvas 2107/05-14 əd», «Rəsul 119-0,5-20, Müşü-05k-18, Şrek-1k10ml-55, Emiş-0,5.19., Məşədi-05k 5 verib 15 sabah» kimi yazışmalar da aparılmışdır. Qeyd edilən cib dəftərçəsinin digər səhifələri isə yazılmamış, boş vəziyyətdədir. 2-ci cib dəftərçəsi qara rəngli süni dəridən hazırlanmış, içərisi açıldıqda 6 ədəd kiçik ölçülü kəsilmiş dəftərçə vərəqləri olduğu müəyyən edildi. Həmin vərəqlərdə «10k, 10k, 4k, 4k, 10k, 45, 60qr, 58 qr, 8k2p, 3k1p, 3k3p, 5k, 10k1 p, 10k10p, 3k, və sairə» kiçi rəqəmlər yazılmış, həmin rəqəmlər 25 yanvar, 26 yanvar, 27 yanvar tarixləri üçün ayrı-ayrılıqda yazılmışdır. 3-cü cib dəftərçəsi isə kiçik ölçülü olmaqla ilk 7 səhifəsində mobil nömrələr və qarşısında adlar qeyd edilmiş, həmin cib dəftərçəsinin digər səhifələrinə isə şerlər köçürülmüşdür. Təqdim edilmiş cib dəftərçələrinə baxışda iştirak etmiş Təqsirləndirilən şəxs bildirmişdir ki, cib dəftərçələrində apardığı qeydiyyatlar ona məxsusdur və həmin qeydlər aldığı narkotik vasitələrin və psixotrop maddələrin qeydləridir. Belə ki, narkotik vasitələri və psixotrop maddələri alarkən və istifadə edərkən özü üçün həmin cib dəftərçələrində qeydlər aparmışdır. Digər üçüncü cib dəftərçəsində olan mobil nömrələr isə tanışlarına və qohumlarına məxsus mobil nömrələrdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş xx.xx.2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs Şahid1 ilə üzləşdirilmiş və üzləşdirmə zamanı onlar ibtidai istintaq zamanı verdikləri ifadələri təsdiq edərək birbirlərinin üzünə qarşı söyləmişdirlər. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş xx.xx.2023-cü il tarixli üzləşdirmə protokollarından görünür ki, Təqsirləndirilən şəxs şahidlər Şahid2 və Şahid3 ilə üzləşdirilmiş və üzləşdirmə zamanı şahidlər ibtidai istintaq zamanı verdikləri ifadələri təsdiq edərək Təqsirləndirilən şəxs üzünə qarşı söyləmişdirlər. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş məhkəmə fiziki-kimyəvi ekspertizasının 10 fevral 2023-cü il tarixli, 6/823 №li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində Azərbaycan Respublikası DİN Zərflər üçün №56-li dairəvi möhür əksi, «Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan heroinə bənzər maddə maddə, 4 ədəd şpris və digər əşyalar» yazısı və imzalar olan paketdəki, 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,224 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 3 ədəd 1 ml-lik şprisin və 1 ədəd şüşə ampulun içərisində narkotik vasitə olan heroinin izləri vardır, bir ədəd 2 ml-lik şprisdə və bir ədəd kağız parçadan düzəldilmiş borucuqda narkotik vasitələrin və psixotrop maddələrin izləri yoxdur. Tədqiqata təqdim edilmiş üzərində «Azərbaycan Respublikası DİN Zərflər üçün №56» dairəvi möhür əksi, «Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş...» yazısı və imzalar olan bağlamadakı 1 (bir) ədəd bükümdə təmiz çəkisi 1,296 qram qəhvəyi rəngli tozşəkilli maddə və 1 (bir) ədəd bağlamada təmiz çəkisi 2315 qram qəhvəyi rəngli tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 1 ədəd 1 ml-lik şprisdə və bir ədəd elektron tərəzinin üzərində narkotik vasitə olan heroinin izləri vardır. 2 (iki) ədəd şəffaf polietilen torbacıqda ayrı-ayrılıqda təmiz çəkiləri 25,963 qram və 24,165 qram, ümumi təmiz çəkisi 50,128 qram ağ rəngli kristallardan ibarət maddələr kimyavi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Vət. Təqsirləndirilən şəxs yaşadığı evdən və üzərindən aşkar edilərək götürülmüş heroinlərin ümumi təmiz çəkisi 2316,52 qram (2 kq 316,52qr) təşkil edir və həmin heroinlər kimyavi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidirlər. Vət. Təqsirləndirilən şəxs yaşadığı evdən və üzərindən aşkar edilərək götürülmüş heroinlər Şahid1 Ramiz oğlunun (ekspert rəyi № 6/834), Şahid2 (ekspert rəyi №6/832), X9 (ekspert rəyi №6/836) və Şahid3 (ekspert rəyi №6/835) üzərlərindən aşkar edilmiş heroinlərlə kimyavi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidirlər. Şprislərdə, ampulada və tərəzinin üzərində heroin iz şəklində olduğu üçün heroinin təmiz çəkisini və Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən, eləcədə Şahid1 Ramiz oğlu, Şahid2, X11 və Şahid3 üzərlərindən aşkar edilmiş heroinlərlə eyni kimyavi tərkibli olub-olmsamasını müəyyən etmək mümkün deyildir. Heroin 28 iyun 2005 il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitlər»-in, metamfetamin «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri»-in siyahısına (Siyahı İ) daxildirlər. Qeyd: Üzərindən götürülmüş heroinin təmiz çəkisi 0,224 qram, sərf edildi 0,05 qram, qalıq 0,174 qram. Evindən götürülmüş heroinin təmiz çəkiləri 2315 qram və 1,296 qram, sərf edildi 0,2 qram və 0,05 qram , qalıqlar 2314,8 qram və 1,246 qram. Metamfetaminin ümumi təmiz çəkisi 50,128 qram, sərf edildi ümumi 0,2 qram, qalıq 49,928 qram. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş məhkəməbioloji ekspertizasına əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən alınmış 10 fevral 2023-cü il tarixli, 7/202 №li rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, ağ kağız üzərində «Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar olunmuş» yazılar və imzalar olan üzəri skaşla bağlanmış qara rəngli polietilen bağlamada 2 ədəd üzərləri skoşla bağlanmış rəngli sellofon bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri - 510,0 qram, 500,0 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Marixuanaların ümumi çəkisi 1010,0 qramdır. Təqdim edilmiş 2 ədəd rəngli sellofon bağlamalarda olan marixuanalar tərkiblərinə görə eynidirlər. Təqdim edilmiş 1 ədəd eletron tərəzinin üzərində bitki mənşəli narkotik vasitənin hissəcikləri yoxdur. Bitki mənşəli narkotik vasitənin hissəcikləri olmadığı üçün onunla müqayisəli tədqiqat aparılmamışdır. Qeyd: marixuanaların ümumi çəkisi 1010,0 qram, tədqiqata sərf edildi - 0,1 qram, qalıq 1009,9 qram. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi tərəfindən verilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 1294 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş kompleks məhkəmə-psixiatrik və psixoloji ekspertizası qərarına əsasən «Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi» X16ndən alınmış xx.xx.2023-cü il tarixli, 720 saylı rəyindən görünür ki, cinayət işi materiallarından və hal-hazırkı psixiatrik müayinənin nəticələrinin tədqiqi və təhlili əsasında belə nəticəyə gəlinmişdir ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham elan olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham elan olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda öz hərəkətlərini dərk etmək və onları idarə etmək intidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs əqli inkişafına və fərdi psixi xüsusiyyətlərinə görə gerilik əlamətləri müşahidə edilməmişdir. O, hövsələsizlik, inadkarlıq, tez özündən çıxmaq, eqosentrizm, kinlilik kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində göstərilən cinayət əməlini törədərkən etdiyi hərəkətləri qavramaq və anlamaq qabiliyyətinə malik olmaqla həmin cinayəti törədərkən öz hərəkətlərini idarə etmək iqtidarında olmuşdur. Cinayət işinin materiallarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,174 qram, 2314,8 qram və 1,246 qram olan narkotik vasitə heroin, 49,928 qram psixotrop maddə metamfetamin, 1009,9 qram qurudulmuş marixuana, içərisində narkotik vasitə heroin izləri olan 4 ədəd 1 ml-lik şpris, 1 ədəd şüşə ampul, 01 ədəd kağız parçadan düzəldilmiş borucuq və üzərində narkotik vasitə heroin izləri olan bir ədəd elektron tərəzi, Təqsirləndirilən şəxs məxsus bir ədəd “Nokia” markalı mobil telefon, bir ədəd “Uni Banka”a məxsus 4098 5844 6829 3822 nömrəli “Leobank” kartı və 3 ədəd cib dəftərçələri maddi sübut kimi tanınmaqla Abşeron RPİ-nin maddi sübutların saxlanılması anbarında saxlanılır, həmçinin Təqsirləndirilən şəxs üzərində və mənzilində şəxsi axtarış və götürülmə aparılması zamanı Azərbaycan Respublikası CPM-nin 246.3-cü maddəsinə uyğun olaraq aparılmış videoçəkilişin yazıldığı 01 (bir) ədəd disk maddi sübut kimi tanınmaqla cinayət işinin materiallarında saxlanılır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi Ekspertiza və X4 X16 tərəfindən verilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 282 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər – sağ kürək nahiyyəsinin sıyrıqları küt əşyanın təsiirndən törənmişdir, müddəti müayinədən 9-11 gün əvvəllə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən fiziki təsirlərin göstərilməsi xüsusatı öz təsdiqini tapmadığından cinayət işinin başlanması rədd edilmişdir. Cinayət işinin materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2012-ci il təvəllüdlü bir azyaşlı uşağı vardır. Cinayət işinin materiallarında olan Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən, Şəki Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünün surətindən və Şəki Apellyasiya məhkəməsinin xx.xx.2022ci İl tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs Şəki Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum edilmə cəzasına məhkum edilmişdir. Şəki Apelyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Milli Məclisinin 8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında qərarının 4, 9.2.3, 9.3 və 30-cu bəndləri tətbiq edilməklə, Təqsirləndirilən şəxs həmin hökmlə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək təyin edilmiş 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası 6 (altı) ay azaldılaraq üzərində 01 il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəlinin xx.xx.2021-ci tarixdən hesablanması nəzərə alınaraq cəzasını çəkmiş hesab edilmiş və barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilərək məhkəmə iclas zalından həbsdən azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 18.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkumluğu olan şəxsdir və onun əməli cinayətin residivi kimi qiymətləndirilir. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. “Elektron məhkəmə” informasiya sistemindən əldə edilərək hazırkı cinayət işinə əlavə olunmuş Abşeron Rayon Məhkəməsinin qanuni qüvvədə olan xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli və xx.xx.2024-cü il tarixli hökmləri ilə hazırkı cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid1, Şahid3 və Şahid2 onlardan aşkar olunmuş narkotik vasitələri Təqsirləndirilən şəxs aldıqları müəyyən olunmuşdur. Yuxarıda göstərilən sübutların məcmusuna və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır və az ağır cinayətlər kateqoriyasına aid edilirlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışı dəqiq və birmənalı şəkildə müəyyənləşdirilmişdir. Qeyd olunan Qanunun həmin maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Məhkəmə təqsirləndirilən şəxsin əməlinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli qərarının, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahıları”nın konkret müddəalarını rəhbər tutmuşdur. İstintaq orqanı təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət verərkən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli Qərarının 9-cu bəndinə istinad edərək göstərmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən halı və ağırlaşdıran halların olmamasını, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır Məhkəmə tərəfindən Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətin residivi Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi müəyyən edilmişdir. Məhkəmədə dindirilmiş şahidlər Şahid1 və Şahid3 ifadələrinə münasibətdə məhkəmə qeyd edir ki, həmin şahidlər təqsirləndirilən şəxslə yaxın münasibəti, yəni dostluq münasibəti olan şəxslərdir. Qeyd olunan səbəbdən onların təqsirləndirilən şəxsin xeyrinə ifadə vermələri anlaşılandır. Belə olan halda, məhkəmə onların məhkəmədə verdikləri ifadələrinə tənqidi yanaşır, onların ibtidai istintaq zamanı heç bir təsir və təzyiq altında qalmadan şahid qismində dindirilərkən verdikləri ifadələrini Təqsirləndirilən şəxs ittihamının əsasına qoyur. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı bildirdiklərinə gəldikdə isə məhkəmə kollegiyası təqsirləndirilən şəxs tərəfindən göstərilənlərə tənqidi yanaşır və qeyd edir ki, həmin xüsusatlar iş materialları ilə öz təsdiqini tapmamışdır. Odur ki, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs məhkəmə istintaqı dövründə qeyd etdiklərinə müdafiə xarakterli ifadə kimi yanaşır, verdiyi ifadəsini cinayət məsuliyyətindən yaxa qurtarmaq, həmçinin məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirir və onun törətdiyi cinayət əməlinin cinayət işi materiallarında olan protokollar, video görüntülər, özünün ibtidai istintaq zamanı verdiyi qismən etiraf edici ifadəsi, şahidlərin ifadələri, ekspertiza rəyləri və iş materiallarında olan digər sübutlarla öz təsdiqini tapdığını qeyd edir. O, Azərbaycan Respublikası CM-nin 234.4.3 və 238.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir, cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Onun əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.4.3 və 238.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Odur ki, ona qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 238.1-ci maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmasını, o cümlədən törədilən cinayətlərin ictimai təhlükəliliyini və xarakterini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddələrin (CM-nin 234.4.3 və 238.1-ci) sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 09 fevral 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Abşeron Rayon Məhkəməsinin 11 fevral 2023-cü il tarixli qərarı ilə barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 09 fevral 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Cinayət Məcəlləsinin 56.1.3-ci maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin əlamətləri aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi, təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicəyə ehtiyacının olmasını və təqsirləndirilən şəxsin ərazi narkoloji dispanserində qeydiyyata alınmalı olduğunu nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində barəsində Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edərək qeyd edir ki, iş üzrə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, Abşeron RPİ-də saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,174 qram, 2314,8 qram və 1,246 qram olan narkotik vasitə heroin, 49,928 qram psixotrop maddə metamfetamin, 1009,9 qram qurudulmuş marixuana, içərisində narkotik vasitə heroin izləri olan 4 ədəd 1 ml-lik şpris, 1 ədəd şüşə ampul, 01 ədəd kağız parçadan düzəldilmiş borucuq və üzərində narkotik vasitə heroin izləri olan bir ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs məxsus bir ədəd “Nokia” markalı mobil telefon, bir ədəd “Uni Banka”a məxsus 4098 5844 6829 3822 nömrəli “Leobank” kartı onun yaxın qohumlarından birinə qaytarılmalı, 03 ədəd cib dəftərçəsi və iş materiallarında olan 01 ədəd disk hazırkı cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 186 (yüz səksən altı) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 238.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona CM-nin 234.4.3-cü maddəsi ilə 10 (on) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 238.1-ci maddəsi ilə 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respulikası CM-nin 66.3-cü maddəsinə əsasən, təyin edilmiş cəzalar qismən toplanılmaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 12 (on iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 09 fevral 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər tətbiq olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olub Abşeron RPİ-də saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,174 qram, 2314,8 qram və 1,246 qram olan narkotik vasitə heroin, 49,928 qram psixotrop maddə metamfetamin, 1009,9 qram qurudulmuş marixuana, içərisində narkotik vasitə heroin izləri olan 4 ədəd 1 ml-lik şpris, 1 ədəd şüşə ampul, 01 ədəd kağız parçadan düzəldilmiş borucuq və üzərində narkotik vasitə heroin izləri olan bir ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olub Abşeron RPİ-də saxlanılan Təqsirləndirilən şəxs məxsus bir ədəd “Nokia” markalı mobil telefon, bir ədəd “Uni Banka”a məxsus 4098 5844 6829 3822 nömrəli “Leobank” kartı onun yaxın qohumlarından birinə qaytarılsın. İş üzrə maddi sübut olub Abşeron RPİ-də saxlanılan 03 ədəd cib dəftərçəsinin və iş materiallarında olan 01 ədəd diskin iş materiallarında saxlanılması nəzərə alınsın. Təqsirləndirilən şəxs 186 (yüz səksən altı) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxsə isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar