Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-308/2025 30.09.2025 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimləri X7 (sədrlik edən), X10 və X2 ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1991-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı,evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.1-1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində 5 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 10 may 2024-cü il tarixdə Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan külli miqdarda bir ədəd bükümdə çəkisi 2,123 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini qanunsuz olaraq əldə edib ünvan 2 ünvanında daşımış və üzərində saxlamış, Abşeron Rayon Polis İdarəsinin Saray polis bölməsinin və X22 12-ci patrul bölüyünün əməkdaşları tərəfindən 11 may 2024-cü il tarixdə saat 03:30 radələrində ünvan 2 ünvanında yerləşən “Əsləm" marketin yaxınlığında saxlanılıb Abşeron rayonu, Saray qəsəbəsi, V.Axundov küçəsində yerləşən Saray polis bölməsinin inzibati binasına gətirilib, orada xidməti otaqların birində həmin tarixdə saat 04:10-dan 04:20-dək üzərinə keçirilən şəxsi axtarış zamanı həmin 2.123 qram çəkidə narkotik vasitə heroin əynində olan şalvarın sağ yan cibində aşkar olunaraq götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs 05 sentyabr 2024-cü il tarixdə Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan xeyli miqdarda bir ədəd bükümdə çəkisi 0,754 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib Abşeron rayonu, Saray qəsəbəsi ərazisinə daşımış və üzərində saxlamış, barəsində axtarış elan edildiyindən Abşeron Rayon Polis İdarəsinin Saray polis bölməsinin əməkdaşları tərəfindən 06 sentyabr 2024-cü il tarixdə saat 01 radələrində Abşeron rayonu. Saray qəsəbəsi ərazisində saxlanılıb Abşeron rayonu, Saray qəsəbəsi, V.Axundov küçəsində yerləşən Saray polis bölməsinin inzibati binasına gətirilib, orada xidməti otaqların birində həmin tarixdə saat 01:30-dan 01:40-dək üzərinə keçirilən şəxsi axtarış zamanı həmin 0,754 qram çəkidə psixotrop maddə metamfetamin əynində olan şalvarın sağ yan cibində aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 10 may 2024-cü il saat 23-24 radələrində Sulutəpə dairəsində işdən sonra taksi fəaliyyəti göstərdiyi zaman 2 nəfər oğlan ona yaxınlaşmış, o, onları “duz” gölünün yanındakı küçəyə aparmış, həmin küçə ilə gedəndə 3 nəfər polis əməkdaşı qabağını kəsərək üzərini yoxlamış və üzərindən heç nə çıxmamışdır. Avtomobilini axtarmağa başlamışlar, o isə etiraz etmiş, mübahisə etdiyi zaman onun qolunu buraraq maşınlarına otuzdurmuş, Saray Polis İdarəsinə aparmışlar. Daha sonra Saray Polis İdarəsində Orxan adlı polis əməkdaşı ona yaxınlaşmış, ona polis əməkdaşları ilə mübahisə etdiyi üçün cəzalandıracağını bildirmişdir. Onu narkotik vasitə istifadəçisi kimi Abşeron polis idarəsinə aparmışlar. O, narkotik vasitə istifadəçisi olmamış, müstəntiq ona üzərindən 2 qramdan artıq narkotik vasitə aşkarlandığını bildirmiş, o isə ona məxsus olmadığını bildirmişdir. Daha sonra onun əlaqə məlumatlarını alaraq çağırışa gəlməli olduğunu bildirib onu buraxmışlar. Amma daha sonra çağırış gəlməməsinə baxmayaraq onu axtarışa verərək saxlamış, bölməyə aparmışlar. Daha sonra qardaşını çağırmış, qardaşına onu narkotik vasitə istifadəçisi kimi saxladıqlarını və pul müqabilində buraxacaqlarını bildirmişlər. Qardaşı isə polisə əgər elə bir hal varsa, cəzalandırılmasını demişdir. Verilən suallara cavab olaraq bildirdi ki, Xırdalanda onu saxladıqları zaman evinə polis əməkdaşları tərəfindən saat 14:56, 15:02 və 16:17-də zəng vurulmuş, zənglər həyat yoldaşına və qardaşına olunmuşdur. Onu Xırdalanda saat 13-15 radələrində saxlamışlar. Onu ilk dəfə ittiham aktında göstərilən ünvanda saxlamamış, o, Novxanı şosesi, Zəngilan şəhərciyinə gedən yolda saxlanılmış, ikinci dəfə isə Xırdalanda at heykəlinin yanında saxlanılmışdır. 05 sentyabr tarixində üzərində 055 *** ** ** mobil nömrəsi olmuşdur. İbtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində verdiyi ilkin ifadəsi ilə məhkəmədə verdiyi ifadə arasında ziddiyyət yarandığından, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək həmin ifadəsində göstərmişdir ki, o, təxminən 1 ilə yaxındır ki, narkotik vasitə olan kakos kimi tanıdığı heroindən və psixotrop maddə patı kimi tanıdığı metamfelamindən istifadə edir. xx.xx.2024-cü il tarixdə, saat 03:30 radələrində Abşeron rayonu, Saray qəsəbəsi, “Əsləm” marketin qarşısında piyada olaraq hərəkətdə olan zaman ərazidə xidmət aparan polis əməkdaşları və mülki geyimdə olan polis əməkdaşı ona yaxınlaşıb özlərini təqdim etmişlər. Ondan hara getdiyini soruşduqda yaşadığı ünvana getmək üçün taksi sifariş vermək istədiyini bildirmişdir. Polis əməkdaşları ondan narkotik vasitədən istifadə edib-etmədiyini soruşduqda sonuncu dəfə həmin gün istifadə eldiyini bildirmişdir. Daha sonra onu polis bölməsinə aparmışlar. Orada otaqların birində müdafiəçinin iştirakı ilə üzərində çəkilişlə şəxsi axtarış aparılmışdır. Axtarış aparılan zaman ona hüquq və vəzifələri izah olunmuş, sonra üzərində qanunla dövriyyəsi qadağan olunmuş əşya olub-olmaması, varsa təqdim etməyi təklif edilmişdir. O da əynindəki şalvarın sağ yan cibində olan 1 ədəd şəffaf selofanda bükülmüş heroin bükümünü təqdim etmişdir. Həmin vaxt ona məxsus olan narkotik vasitə olan 1 ədəd şəffaf selofanda bükülmüş heroin bükümü ağ kağız zərfə qoyulub, qablaşdırlaraq möhürlənib bağlanmışdır. O da həmin qablaşdırılmış zərfi bununla əlaqədar tərtib olunmuş protokolu imzalmışdır. O, saxlanılan zaman polis əməkdaşları tərəfindən ona heç bir fiziki və psixi zor tətbiq edilməmişdir. Bundan başqa, xx.xx.2024-cü il tarixdə, saat 01 radələrində Abşeron rayonu, Saray qəsəbəsində piyada olaraq hərəkətdə olan zaman mülki geyimdə olan polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edərək əvvəl törədiyi cinayət əməlinə görə barəsində axtarış qərarının qəbul edildiyini bildirib onu polis bölməsinə aparmışlar. Həmin vaxt üzərində bir bükümdə psixotrop maddə metamfetamin də olmuşdur. Bölmədə polis əməkdaşlarının üzərində şəxsi axtarış aparılan zaman onlar tərəfindən həmin psixotrop maddənin aşkar edilməsini istəmədiyi üçün polis əməkdaşlarına üzərində psixotrop maddə olduğunu bildirmişdir. Orada otaqların birində müdafiəçinin iştirakı ilə üzərində çəkilişlə şəxsi axtarış aparılmışdır. Axtarış aparılan zaman ona hüquq və vəzifələri izah olunmuş, sonra üzərində qanunla dövriyyəsi qadağan olunmuş əşya olub-olmaması, varsa təqdim elməyi təklif edilmişdir. O da əynindəki şalvarının sağ yan cibində olan 1 ədəd şəffaf selofanda bükülmüş metamfetamin bükümünü təqdim etmişdir. Üzərindən aşkar edilərək götürülmüş 1 ədəd şəffaf selofanda bükülmüş metamfetamin bükümü ağ kağız zərfə qoyulub, qablaşdırlaraq möhürlənib bağlanmışdır. O da həmin qablaşdırılmış zərfi bununla əlaqədar tərtib olunmuş protokolu imzalamışdır. O saxlanılan zaman polis əməkdaşları tərəfindən ona qarşı heç bir fiziki və psixi zor tətbiq edilməmişdir.(iş vərəqə: 147-149) Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, əməliyyat müvəkkili Şahid1 ilə birlikdə xidmət apardıqları zaman 11 may 2024-cü il tarixdə saat 03 radələrində Saray qəsəbəsində təqsirləndirilən şəxsə yaxınlaşmışlar, təqsirləndirilən şəxs etiraf edərək üzərində narkotik vasitə olduğunu bildirmişdir və bundan sonra onu polis bölməsinə dəvət etmişlər. Bölmədə təhqiqatçı tərəfindən baxış keçirilmişdir. Verilən suallara cavab olaraq bildirdi ki, gecə saatlarında şübhəli şəxslərə yaxınlaşmış, oğurluq, narkotik hadisələri ilə bağlı yoxlama aparmışlar. Təqsirləndirilən şəxsə yaxınlaşdıqları zaman şəxsiyyətini müəyyən edərkən özü də etiraf etmişdir. Saray qəsəbəsində Əsləm marketin yaxınlığında yaxınlaşmışlar. Şahid2, Şahid3 və Şahid1 ilə birlikdə saxlamışlar. Təqsirləndirilən şəxs özünü şübhəli apardığı üçün ona yaxınlaşmışlar. Şəxsin polis gördüyü zaman baxışı, qaçışı ilə və.s şübhəli olduğunu bilirlər. Saat 03 radələri olmuşdur. Təqsirləndirilən şəxsi piyada, tək saxlamış, təqsirləndirilən şəxsin avtomobilinin həmin zaman orada olub-olmaması xatırlamamışdır. 055 *** ** ** mobil nömrəsi həmin vaxt üzərində olmuşdur. Təqsirləndirilən şəxsi Saray qəsəbəsində, Əsləm marketin yaxınlığında saxlamışlar. Təqsirləndirilən şəxsə yaxınlaşmış, ilkin olaraq özlərini təqdim etmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 11 may 2024-cü il tarixdə X22 əməkdaşları ilə gecə gəzintisində- oğurluq hadisələri ilə bağlı, saat 03:30 radələrində Saray qəsəbəsində yerləşən Əsləm marketin yaxınlığında olduqları zaman bir nəfər şəxsin özünü şübhəli apradığını görmüş və ona yaxınlaşaraq özlərini təqdim etdikdən sonra xarici əlamətlərinə görə narkotik vasitə istifadəçisinə oxşadığından ondan narkotik vasitə istifadəçisi və üzərində narkotik vasitə və ya qanunla qadağan edilmiş hər hansı maddə olub-olmadığını maraqlanmışlar. O isə üzərində narkotik vasitə heroin olduğunu bildirmiş və bundan sonra onu üzərində şəxsi axtarış aparılması üçün Saray polis bölməsinə dəvət etmişlər. Vəkil və təhqiqatçının iştirakı ilə baxış keçirilmişdir. Verilən suallara cavab olaraq bildirdi ki, Saray qəsəbəsində Əsləm marketin yaxınlığında saxlanılmışdır. Onlar sayrışan işıqları yandırmışlar, şəxs onları gördükdə yayınmağa çalışmışdır. Dəqiq yadında deyil, ancaq Təqsirləndirilən şəxs dostugildən gəldiyini bildirmişdir. Apardıqları söhbət zamanı narkotik vasitə istifadəçisi olduğunu və üzərində narkotik vasitə olduğunu bildirmişdir. Təqsirləndirilən şəxsi piyada saxlamışlar. Əsləm market və Novxanı şosesi 2-3 kilometr məsafədə olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, əməliyyat müvəkkili Şahid1 və digər polis əməkdaşları ilə ərazidə baş vermiş hadisələrlə bağlı gecə gəzintisində olduqları zaman, saat təxminən 02-03 radələrində “Əsləm” marketin yaxınlığında təqsirləndirilən şəxsə yaxınlaşdıqları vaxt özünü şübhəli aparması ilə bağlı olaraq əməliyyatçının suallarına cavab olaraq üzərində narkotik vasitənin olduğunu etiraf etmiş, şəxs polis bölməsinə aparılmışdır. Verilən suallara cavab olaraq bildirdi ki, Teymuru şübhəli şəxs kimi Saray qəsəbəsində saxlamışlar, Şahid2, Şahid4, ekipaj üzvləri və əməliyyat müvəkkili ilə birlikdə olmuşlar, şəxs onlara müqavimət göstərməmiş, şəxsi əməliyyatçı sual-cavab etmiş, sualları tam, dəqiq xatırlamamış, şəxs saxlanılıdığı yerdə deyil, polis bölməsində narkotik vasitəyə baxış keçirilmişdir. Gecə radələri zamanı şəxs saxlanılmış, şəxsin saxlanıldığı yerdə üzərinə axtarış keçirilməmiş, polis bölməsinə dəvət olunmuş, onlar təqsirləndirilən şəxsi bölməyə təhvil vermişlər. “Əsləm” marketin yanında avtomobil görməmiş, təqsirləndirilən şəxsin avtomobildə olduğunu görməmişdir. Təqsirləndirilən şəxsi saxladıqları vaxt 4 nəfər əməkdaş olmuşlar. Şəxs saxlanıldıqları vaxt piyada olmuş, polis əməkdaşlarından heç biri təqsirləndirilən şəxsi əvvəldən tanımamışlar. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, polis nəfərləri Şahid3, Şahid4 və əməliyyat müvəkkili Şahid1 ilə birlikdə 11 may 2024-cü il tarixdə gecə gəzintisində olan zaman saat 03:30 radələrində Saray qəsəbəsində yerləşən Əsləm marketin yaxınlığında olduqları vaxt təqsirləndirilən şəxsi görmüşlər və ona yaxınlaşaraq özlərini təqdim etdikdən sonra xarici əlamətlərinə görə narkotik vasitə istifadəçisinə oxşadığından ondan narkotik vasitə istifadəçisi və üzərində narkotik vasitə və ya qanunla qadağan edilmiş hər hansı maddə olub-olmadığını maraqlanmışlar. O isə üzərində narkotik vasitə heroin olduğunu bildirmiş və bundan sonra onu üzərində şəxsi axtarış aparılması üçün Saray polis bölməsinə dəvət etmişlər. Verilən suallara cavab olaraq bildirdi ki, təqsirləndirilən şəxs saxlanılarkən piyada olmuş, avtomobilini görməmişlər. Onlar təqsirləndirilən şəxsi piyada saxlamışlar. O, 055 *** ** ** mobil nömrəsini istifadə etmiş, təqsirləndirilən şəxsə Əsləm marketin yaxınlığında yaxınlaşmış, şəxs özünü şübhəli apardığı üçün ona yaxınlaşmışlar. Məhkəmədə ifadəsi elan olunaraq araşdırılmış Şahid5 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunaraq araşdırılmış ifadəsindən görünür ki, o, Abşeron RPİ-nin Saray PB-nin əməliyyat müvvəkkili vəzifəsində işləyir, polis baş leytenantıdır. Təqsirləndirilən şəxs əvvəllər tanımamış və aralarında ədavət və ya düşmənçilik olmamışdır. 06 sentyabr 2024-cü il tarixdə Saray PB-nin polis nəfəri, polis serjantı Şahid6 ilə birlikdə keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində barəsində axtarış elan edilmiş Təqsirləndirilən şəxs tərəflərindən 01 radələrində Saray qəsəbəsi ərazisində saxlanılaraq Saray polis bölməsinə gətirilmişdir. Polis bölməsində olan zaman üzərində psixotrop maddə metamfetamin olduğunu bildirmiş və Abşeron RPİ-nin Saray PB-nin inzibati binasındakı xidməti otaqlardan birində Abşeron RPİ-nin TŞ-nin təhqiqatçısı, polis polkovnik-leytenantı Vüsal Əliyev tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilərək, hüquqlarının müdafiəsi üçün müdafiəçi ilə təmin edilmişdir. Daha sonra isə polis nəfəri Şahid6. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün dəvət edilmiş Abşeron rayon vəkil bürosunun vəkili X5 və onun iştirakı ilə Abşeron RPİ-nin TŞ-nin təhqiqatçısı, polis polkovnik-leytenantı Vüsal Əliyev tərəfindən şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasına başlanılmışdır. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması istintaq hərəkəti videoçəkiliş aparılmaqla qeydə alınmışdır. Şəxsi axtarış zamanı şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs təklif edilmişdir ki, paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki şalvarın sağ yan cibindən 01 ədəd bükülünü çıxardıb təqdim etmişdir. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs təqdim etdiyi bükülünün içərisindəki psixotrop maddəni xx.xx.2024-cü il tarixdə Sumqayıt şəhəri, Corat qəsəbəsindən tanımadığı şəxsdən 10 manata özünün istifadə etməsi üçün aldığını bildirmişdir. Aşkar edilmiş 01 ədəd büküm içindəkilərlə birlikdə axtarış və götürmədə iştirak etmiş şəxslərin iştirakı ilə qablaşdırılaraq imzalanmış, Təqsirləndirilən şəxs saxlanılarkən heç bir təzyiq göstərilməmişdir.(iş vərəqə: 166-167) Məhkəmədə ifadəsi elan olunaraq araşdırılmış Şahid6 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunaraq araşdırılmış ifadəsindən görünür ki, Abşeron RPİ-nin Saray PB-nin polis nəfəri vəzifəsində işləyir, polis serjantıdır. Təqsirləndirilən şəxs əvvəllər tanımamış və aralarında ədavət və ya düşmənçilik olmamışdır. 06 sentyabr 2024cü il tarixdə Saray PB-nin polis nəfəri, polis serjantı Şahid6 ilə birlikdə keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində barəsində axtarış elan edilmiş Təqsirləndirilən şəxs tərəflərindən 01 radələrində Saray qəsəbəsi ərazisində saxlanılaraq Saray polis bölməsinə gətirilmişdir. Polis bölməsində olan zaman üzərində psixotrop maddə metamfetamin olduğunu bildirmiş və Abşeron RPİ-nin Saray PB-nin inzibati binasındakı xidməti otaqlardan birində Abşeron RPİ-nin TŞ-nin təhqiqatçısı, polis polkovnik-leytenantı Vüsal Əliyev tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilərək, hüquqlarının müdafiəsi üçün müdafiəçi ilə təmin edilmişdir. Daha sonra isə polis nəfəri Şahid6 Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün dəvət edilmiş Abşeron rayon vəkil bürosunun vəkili X5 və onun iştirakı ilə Abşeron RPİ-nin TŞ-nin təhqiqatçısı, polis polkovnik-leytenantı Vüsal Əliyev tərəfindən şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasına başlanılmışdır. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması istintaq hərəkəti videoçəkiliş aparılmaqla qeydə alınmışdır. Şəxsi axtarış zamanı şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs təklif edilmişdir ki. paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləeək digər əşyaları və ya sənədləri təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki şalvarın sağ yan cibindən 01 ədəd bükülünü çıxardıb təqdim etmişdir. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs təqdim etdiyi bükülünün içərisindəki psixotrop maddəni xx.xx.2024-cü il tarixdə Sumqayıt şəhəri, Corat qəsəbəsindən tanımadığı şəxsdən 10 manata özünün istifadə etməsi üçün aldığını bildirmişdir. Aşkar edilmiş 01 ədəd büküm içindəkilərlə birlikdə axtarış və götürmədə iştirak etmiş şəxslərin iştirakı ilə qablaşdırılaraq imzalanmış, Təqsirləndirilən şəxs saxlanılarkən heç bir təzyiq göstərilməmişdir. (iş vərəqə: 243-244) Cinayət işinin materiallarında olan: - xx.xx.2024-cü il tarixli “Raport”dan görünür ki, həmin tarixdə keçirilmiş axtarış tədbirləri nəticəsində xx xxxxxx 1991-ci ildə Bakı şəhərində doğulmuş, evli, əvvəllər məhkum olunmuş Təqsirləndirilən şəxs Saray qəsəbəsində saxlanılaraq Saray PB-nə gətirilmiş, Saray PB-də olarkən üzərində metamfetamin olduğunu etiraf etmişdir. (cild 01, iş vər. 03). - Təyin edilmiş məhkəmə-kimyəvi ekspertizasının 06 sentyabr 2024-cü il tarixli, 6/4478 nömrəli rəyində göstərilmişdir ki, 01 (bir) ədəd bükümdə təmiz çəkisi-0,754 qram olan ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına (Siyahı İ) daxildir. Qeyd: metamfetaminin təmiz çəkisi 0,754 qram, tədqiqata sərf edildi 0.05 qram, qalıq 0,704 qram.(iş vərəqə: 27-30) - Təyin edilmiş məhkəmə-kimyəvi ekspertizasının 11 may 2024-cü il tarixli. 3-16- 16/2- 6/2650 nömrəli rəyində göstərilmişdir ki, 01 (bir) ədəd bükümdə təmiz çəkisi-2,123 qram olan açıq qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr"-in siyahısına (Siyahı İ) daxildir. Qeyd: heroinin təmiz çəkisi 2.123 qram, tədqiqata sərf edildi 0.1 qram, qalıq 2.023 qram. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X20 Şəxsi Ambulator X1 dair 18 noyabr 2024-cü il tarixli, 7342 nömrəli rəydən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixostimulyatorların qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniydan məcburi müalicəyə ehtiyac vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür.(iş vərəqə: 207-208) - “Şəxsi axtarış və götürmə aparılması haqqında” 11 may 2024-cü il tarixli protokoldan və protokola əlavə edilmiş 01 ədəd “DVD-R” formatlı diskdən görünür ki, Abşeron RPİ-nin Saray polis bölməsinin inzibati binasındakı xidməti otaqlardan birində X22 12-ci patrul bölüyünün polis nəfərləri Şahid2, Şahid3, Şahid4, Saray PB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid1. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün dəvət edilmiş Abşeron rayon vəkil bürosunun vəkili X4 iştirakı ilə Abşeron RPİ-nin TŞ-nin təhqiqatçısı, polis kapitanı Murad Bəşirov tərəfindən şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasına başlanılmışdır. Şəxsi axtarış zamanı şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs təklif edilmişdir ki, paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki şalvarın sağ yan cibindən içərisində narkotik vasitə heroinə bənzər kütlə olan bir ədəd bükülünü təqdim etmişdir. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs təqdim etdiyi bükülünün içərisindəki narkotik vasitə heroini xx.xx.2024-cü il tarixdə Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisindən tanımadığı şəxsdən 10 manata özünün istifadə etməsi üçün aldığını bildirmişdir. Aşkar edilmiş 01 ədəd büküm içindəki ilə birlikdə axtarış və götürmədə iştirak etmiş şəxslərin iştirakı ilə qablaşdırılaraq imzalanmışdır.(iş vərəqə: 76-77) - “Şəxsi axtarış və götürmə aparılması haqqında” 06 sentyabr 2024-cü il tarixli protokoldan və protokola əlavə edilmiş 01 ədəd “DVD-R" formatlı diskdən görünür ki, Abşeron RPİ-nin Saray polis bölməsinin inzibati binasındakı xidməti otaqlardan birində Saray PB-nin əməliyyat müvəkkili, polis sahə nəfəri Şahid6, Saray PB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid5, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün dəvət edilmiş Abşeron rayon vəkil bürosunun vəkili X5 iştirakı ilə Abşeron RPİ-nin TŞ-nin təhqiqatçısı, polis polkovnik- leytenantı Vüsal Əliyev tərəfindən şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasına başlanılmışdır. Şəxsi axtarış zamanı şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs təklif edilmişdir ki, paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki şalvarın sağ yan cibindən içərisində psixotrop maddə metamfetaminə bənzər kütlə olan bir ədəd bükülünü, sol yan cibindən isə bir ədəd Samsung Al0S markalı mobil telefonu çıxardıb təqdim elmişdir. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs təqdim etdiyi bükülünün içərisindəki psixotrop maddə metamfetamini xx.xx.2024-cü il tarixdə Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisindən tanımadığı şəxsdən 10 manata özünün istifadə etməsi üçün aldığını bildirmişdir. Aşkar edilmiş 01 ədəd büküm içindəki ilə birlikdə axtarış və götürmədə iştirak elmiş şəxslərin iştirakı ilə qablaşdırılaraq imzalanmışdır.(iş vərəqə: 21- 22) - “Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı təqdim etdiyi vəsatətdən görünür ki, birinci dəfə tutulduğu vaxtda istifadəsində olan ********** saylı və ikinci dəfə tutulduğu vaxtda ********** saylı mobil telefon nömrələrinə aid anten dairə məlumatlarının əldə edilməsini xahiş etmişdir. (iş vərəqə: 182) - Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə bağlı Bakcell MMC-yə sorğu verilmiş və Bakcell MMC-nin xx.xx.2024-cü il tarixli BKC7LGL-12352/24 nömrəli məktubuna əlavə edilmiş bir ədəd CD diskdən görünür ki, +**********91 və +**********73 saylı mobil telefon nömrələri Təqsirləndirilən şəxs məxsus olmuşdur. Təqsirləndirilən şəxs 11 may 2024-cü il tarix, saat 03:30 radələrində istifadəsində olan +**********73 nömrəyə aid anten məlumatlarına baxış keçirilən zaman onun həqiqətəndə qeyd olunan vaxtda Abşeron rayon, Saray qəsəbəsi ərazisində olması təsdiq olunur. Bundan başqa, Təqsirləndirilən şəxs əlavə ifadəsində göstərmişdir ki, 05 sentyabr 2024-cü il tarixdə, saat 15 radələrində Xırdalan şəhərində olduğu zaman polis əməkdaşları onu saxlayıb Abşeron rayon polis idarəsinin inzibati binasına gətirmişlər. Həmin gün saat 17 radələrində polis əməkdaşları onun mobil telefonu ilə qardaşına zəng edərək saxlanılması barədə məlumat vermişlər. Saat 21 radələrində isə cibinə narkotik vasitə qoyub Saray polis bölməsinin əməkdaşlarına təhvil vermişlər. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 17 radələrində istifadəsində olan +**********91 nömrəyə aid anten məlumatlarına baxış keçirilən zaman onun Abşeron rayon polis idarəsinin yerləşdiyi ərazidə yox, Bakı şəhəri, Yasamal rayonu. Yeni Yasamal ərazisində olduğunu müəyyən edilmişdir.(iş vərəqə: 231-236) - xx.xx.2025-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 2.123 qram çəkidə narkotik vasitə heroin və 0.754 qram çəkidə psixotrop maddə metamfetamin cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilmiş və qalıq qalmış 2,023 qram psixotrop maddə metamfetamin və 0,704 qram çəkidə narkotik vasitə heroin saxlanılmasından ötrü Abşeron RPİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmişdir. “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanılmasına dair” 11 may 2024-cü il və 06 sentyabr 2024-cü il tarixli istintaq hərəkətinin videoçəkilişi əks etdirilmiş 2 ədəd "xxxx" formatlı disk və Bakcell MMC-nin xx.xx.2024-cü il tarixli BKC7LGL- 12352/24 nömrəli məktubuna əlavə edilmiş bir ədəd CD disk, cəmi üç ədəd disk iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və iş materiallarına əlavə edilmişdir.(iş vərəqə: 261-284) -Azərbaycan Respublikası Tərtər Hərbi Məhkəməsinin 31 iyul 2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən Tərtər Hərbi Məhkəməsinin 13 dekabr 2010-cu il tarixli hökmü ilə təyin edilmiş 300 (üç yüz) manat cərimə cəzası 2011-ci ilin fevral ayında tam ödənilmişdir. -Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki. Bağırov X8 rayon Məhkəməsinin 22 iyul 2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlininin törədilməsində təqsirli bilinərək 2800 AZN cərimə cəzasına məhkum edilmiş, Abşeron rayon Məhkəməsinin 17 noyabr 2014-cü il tarixli qərarı ilə Abşeron rayon Məhkəməsinin 22 iyul 2013-cü il tarixli hökmü ilə təyin edilmiş 2800 AZN cərimə cəzası 01 il 05 ay 09 gün islah işləri (15 %) cəzası ilə əvəz edilmişdir. Binəqədi rayon Məhkəməsinin 28 dekabr 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllinin törədilməsində təqsirli bilinərək 05 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhər Nizami rayon Məhkəməsinin 13 iyul 2018-ci il tarixli qərarı ilə cəzasından şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Azərbaycan Respublikası Tərtər Hərbi Məhkəməsinin 13 dekabr 2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 331.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməllinin törədilməsində təqsirli bilinərək 300 AZN cərimə cəzasına məhkum edilmişdir.(iş vərəqə: 133-135) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməllərini törətdiyi vaxt qanunvericiliyin tələbi ilə müəyyən edilmiş məhkumluğun ödənilməsi müddəti keçdiyindən Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Elektron məhkəmə” informasiya sistemindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 30 avqust 2012-ci il təvəllüdlü X11 və 13 oktyabr 2014-cü il təvəllüdlü X6 adında azyaşlı uşaqları vardır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Həmin Məcəllənin 143-145.1-ci maddələrinin tələblərindən isə görünür ki, sübutların toplanması ibtidai araşdırma və məhkəmə baxışı zamanı istintaq və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış həmin sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmçinin hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. CM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. İş materiallarından görünür ki, daxil olmuş müraciət əsasında xx xxxxxx 1991-ci il təvəllüdlü Təqsirləndirilən şəxs yeri müəyyən edilərək xx.xx.2024-cü il tarixdə saat 03:30 radələrində Saray qəsəbəsi, Əsləm marketin yaxınlığında saxlanılmaqla Saray PB-nə gətirilmiş, şübhəli şəxs qismində tutulduqdan sonra müdafiəçinin də iştirakı ilə video çəkilişlə üzərinə şəxsi axtarış keçirilmiş, Təqsirləndirilən şəxs şəxsi axtarış aparılan zaman narkotik vasitə olan heroin əynində olan şalvarın sağ yan cibindən aşkar olunaraq müvafiq qaydada qablaşdırılmaqla götürülmüşdür. Götürülmüş narkotik vasitə materialların məhkəmə ekspertizasına təqdim olunaraq müvafiq rəy alınmışdır. Həmçinin iş materiallarından görünür ki, daxil olmuş müraciət əsasında xx xxxxxx 1991-ci il təvəllüdlü Təqsirləndirilən şəxs yeri müəyyən edilərək xx.xx.2024-cü il tarixdə Saray qəsəbəsində saxlanılmaqla Saray PB-nə gətirilmiş, şübhəli şəxs qismində tutulduqdan sonra müdafiəçinin də iştirakı ilə video çəkilişlə üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki şalvarın sağ yan cibindən içərisində psixotrop maddə metamfetaminə bənzər kütlə olan bir ədəd bükülünü çıxardıb təqdim etmişdir. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs təqdim etdiyi bükülünün içərisindəki psixotrop maddə metamfetamini xx.xx.2024-cü il tarixdə Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisindən tanımadığı şəxsdən 10 manata özünün istifadə etməsi üçün aldığını bildirmişdir. Aşkar olunan maddə müvafiq qaydada qablaşdırılmaqla götürülmüşdür. Götürülmüş psixotrop maddə materialların məhkəmə ekspertizasına təqdim olunaraq müvafiq rəy alınmışdır. Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə kollegiyası hesab edir ki, cinayət işi başlamamışdan əvvəl xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərək müvafiq olaraq narkotik vasitə və psixotrop maddənin aşkar edilməsi zamanı cinayət-prosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma cinayət əməli sayılır və həmin əmələ görə təqsirli bilinən şəxslər bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Eyni zamanda, həmin Məcəllənin 234.1-1-ci maddəsində göstərilmişdir ki, bu Məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə həmin əmələ görə təqsirli bilinən şəxslər üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə kollegiyası məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.1-1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini qəsdən törətməsi özünün ibtidai istintaq zamanı verdiyi ilkin etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri, ekspert rəyləri, habelə cinayət işinin materiallarında olan və biri digərini tamamlayan digər sübutlar vasitəsi ilə tam sübuta yetirilmişdir. Odur ki, ona qanunla müəyyən edilmiş qaydada ədalətli cəza təyin edilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onların cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməməsi, bununla bağlı qeyd etdiyi xüsusatlara və irəli sürdüyü arqumentlərə münasibətdə isə məhkəmə kollegiyası aşağıdakıları bildirməyi zəruri sayır. Belə ki, təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ilk növbədə heç də cinayət işinin materiallarında rəsmiləşdirildiyi kimi xx.xx.2024-cü il tarixdə saat 03:30 radələrində Saray qəsəbəsi, Əsləm marketin yaxınlığında deyil, əslində Xırdalan ərazisində saxlanıldığı və Abşeron rayon Polis İdarəsinə gətirildiyi, həmçinin xx.xx.2024-cü il tarixdə Saray qəsəbəsində deyil, Xırdalanda at heykəlinin yanında saxlanıldığı, üzərindən aşkar olunan maddələrin ona məxsus olmadığı, 11 may 2024-cü il tarixində avtomobilinə baxış keçirmək istəyən polis əməkdaşları ilə mübahisə yaşadığı üçün həmin maddələrin polis əməkdaşları tərəfindən onun üzərinə qoyulduğu ilə bağlı qeyd etdiyi xüsusatlara və irəli sürdüyü arqumentlərə münasibətdə isə məhkəmə kollegiyası aşağıdakıları bildirməyi zəruri sayır. Təqsirləndirilən şəxs ilkin olaraq onun əleyhinə toplanılan sübutların ona qarşı zor tətbiq etməklə əldə edildiyinə istinad etdiyindən, məhkəmə kollegiyası bu məsələyə xüsusi həssaslıqla yanaşaraq qeyd edir ki, Avropa İnsan Hüquqları Konvensiyasının 3-cü maddəsi demokratik cəmiyyətlərin ən əsas dəyərlərindən birini təsbit edir. Hətta terrorçuluq və mütəşəkkil cinayətkarlıqla mübarizə kimi ən çətin şəraitdə belə Konvensiya işgəncəni və qeyri-insani və ya alçaldıcı rəftarı, yaxud cəzanı qəti şəkildə qadağan edir. Konvensiyanın və onun 1 və 4 saylı Protokollarının müddəalarından fərqli olaraq 3-cü maddə hər hansı istisnanı nəzərdə tutmamışdır və hətta insanların həyatı üçün təhlükə doğuran fövqəladə vəziyyətin olması halında belə 15-ci maddənin 2-ci bəndi ondan hər hansı formada kənara çıxmağa imkan vermir (bax: “Assenov və Digərləri Bolqarıstana qarşı” (Assenov and Others v. Bulgaria, 28 October 1998, § 93, Reports of Judgments and Decisions 1998-Vİİİ) və “Selmuni Fransaya qarşı” (Selmouni v. France [GC], no. 25803/94, § 95, ECHR 1999-V). Qeyd olunan səbəbdəndir ki, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli Plenum qərarında da sözügedən məsələyə diqqət yetirilmiş və həmin qərarın 25-ci bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıbyoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Bununla bağlı məhkəmə kollegiyası ilk öncə onu qeyd edir ki, təqsirləndirilən şəxs hər nə qədər saxlanıldığı zaman, eyni zamanda polis idarəsində polis əməkdaşları tərəfindən təzyiq və təsirlərə məruz qaldığını bildirsə də, bunu təsdiq edən hər hansı bir sübut növü iş materiallarında yer almamış, o cümlədən müdafiə tərəfindən belə bir sübut növü (hər hansı bir məhkəmə tibbi ekspertizasının rəyi, xəsarətlərə dair akt və s.) məhkəməyə təqdim olunmamışdır. Digər tərəfdən, təqsirləndirilən şəxsin xx.xx.2024-cü il tarixdə saat 03:30 radələrində Saray qəsəbəsi, Əsləm marketin yaxınlığında deyil, əslində Xırdalan ərazisində saxlanılması və Xırdalan Polis İdarəsinə gətirilməsi, həmçinin xx.xx.2024-cü il tarixdə Saray qəsəbəsində deyil, Xırdalanda at heykəlinin yanında saxlanılması ilə bağlı irəli sürdüyü arqumentə gəldikdə isə qeyd edilməlidir ki, bunları təsdiq edən hər hansı bir sübut növü iş materiallarında yer almamış, o cümlədən müdafiə tərəfindən belə bir sübut növü məhkəməyə təqdim olunmamış, əksinə təqsirləndirilən şəxsin arqumentləri məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş polis əməkdaşlarının ifadələri ilə də təkzib olunur. Əksinə təqsirləndirilən şəxsin Təqsirləndirilən şəxs saxlanıldığı vaxt istifadəsində olmuş mobil telefon nömrələri üzrə anten dairə məlumatları sorğu edilərək müvafiq mobil operatorlarından götürülməklə məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış, bu araşdırma nəticəsində təqsirləndirilən şəxsin saxlanıldığı tarix və ünvan barədə söylədiklərinin həqiqətə uyğun olmadığı sübuta yetirilmişdir. Belə ki, Təqsirləndirilən şəxs 11 may 2024-cü il tarixdə saat, 03:30 radələrində istifadəsində olan ********** saylı telefon nömrəsi üzrə anten dairə məlumatlarına baxış keçirilən zaman onun həqiqətən də cinayət işinin materiallarında qeyd olunan vaxtda Abşeron rayon, Saray qəsəbəsi ərazisində olması müəyyən olunmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs 05 sentyabr 2024-cü il tarixdə onu 15:00 radələrində Xırdalan ərazisində saxlanıldıqdan sonra evinə polis əməkdaşları tərəfindən onun mobil telefonu ilə saat 17:00 radələrində həyat yoldaşına və qardaşına zəng vurulması, bundan sonra Abşeron Polis İdarəsinə aparılması ilə bağlı qeyd olunur ki, Təqsirləndirilən şəxs 05 sentyabr 2024-cü il tarixdə, saat 17:00 radələrində istifadəsində olan ********** saylı telefon nömrəsi üzrə anten dairə məlumatlarına baxış keçirilən zaman onun Abşeron rayon Polis İdarəsinin yerləşdiyi ərazidə deyil, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal ərazisində olduğu müəyyən edilmişdir. Bütün bunlar isə onu deməyə əsas verir ki, Təqsirləndirilən şəxs bütünlükdə məhkəmə istintaqı müddətində bildirdikləri hər hansı əsaslı bir sübuta söykənməyən ifadələrdir. Odur ki, bütün bunları ümumiləşdirən məhkəmə kollegiyası təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı qeyd etdiklərinin müdafiə taktikasından irəli gələn hərəkətlər olması qənaətinə gələrək Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı qeyd etdiklərinə müdafiə xarakterli ifadə kimi yanaşır, əksinə təqsirləndirilən şəxsin ibtidai araşdırma dövründə müdafiəçinin də iştirakı ilə psixotrop maddə və narkotik vasitənin necə və hansı yolla əldə olunması, saxlanması və s. barədə verdiyi ifadələrini işin faktiki halları və mövcud sübutlarla üst-üstə düşdüyünü əsas götürərək, ona elan olunan ittihamın əsasına məhz Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri qoyur. Təqsirləndirilən şəxs təyin olunacaq cəza məsələsinə gəldikdə isə məhkəmə qeyd edir ki, CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 14 iyun 2024-cü il 8 №li qərarının 27-ci bəndin də göstərilmişdir ki, məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikasının cinayət qanununun prinsiplərini, CM-in 58-ci maddəsində göstərilmiş cəzanın təyin edilməsinin ümumi əsaslarını və cəzanın təyini məsələlərini tənzimləyən digər cinayəthüquqi normaların tələblərini rəhbər tutmalı, hər bir halda seçilən cəza növünün, cəzanın həddinin CM-in 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədlərinin təmin edilməsi baxımından məqsədəuyğun və yetərli olub-olmamasını nəzərdən keçirməli, bu məsələ üzrə hüquq tətbiq etmə təcrübəsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli Qərarının müddəalarına uyğun şəkildə formalaşmasını təmin etməlidirlər. Cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, işin digər xüsusatları cəzanın müəyyən edilməsi aspektindən qiymətləndirilərkən cinayətin törədilmə şəraiti və halları, o cümlədən narkotik vasitənin (psixotrop maddənin) növü, miqdarı, cinayətin törədildiyi yerin hərbi hissə, iş yeri, tədris, mədəniyyət müəssisəsi və ya digər ictimai əhəmiyyətli obyekt, yüksək təhlükə mənbəyi olan qurğuların, nəqliyyat vasitələrinin idarə edilməsi ilə bağlı olub-olmaması, cinayətin törədilməsinə digər, xüsusilə də yetkinlik yaşına çatmayanların, psixi, fiziki qüsurları olan şəxslərin cəlb edilib-edilməməsi və ya belə şəxslərə qarşı yönəlib-yönəlməməsi, əməllərin nə kimi zərərli nəticələrə səbəb olması, cinayətin onun açılmasını çətinləşdirən mürəkkəb üsullardan və vasitələrdən istifadə etməklə və ya mütəşəkkil dəstələrin tərkibində törədilib-törədilməməsi və yaxud transmilli xarakterə malik olub-olmaması, bu cinayətlərin törədilməsini asanlaşdırmaq üçün və yaxud qanunsuz olaraq əldə edilmiş narkotik vasitələrdən, psixotrop maddələrdən, onlara aid olmayan güclü təsir edən və ya zəhərli maddələrdən istifadə etməklə CM-in Xüsusi hissəsinin digər fəsillərində nəzərdə tutulmuş başqa cinayətlərin də törədilib-törədilməməsi nəzərə alınmalıdır. Təqsirkarın şəxsiyyəti, onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri baxımından cəzanın qanuniliyini və əsaslılığını təmin etmək üçün isə tələb olunur ki, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar düzgün müəyyən edilsin, təqsirləndiriləni səciyyələndirən və ailəsinin həyat şəraitini aşkarlayan məlumatlar, o cümlədən onun iş, təhsil, yaşayış yerində nə cür xarakterizə olunması, əvvəllər məhkum olunub-olunmaması (məhkumluq ödənilmədiyi və ya götürülmədiyi halda), əvvəlki məhkumluğun narkotik vasitələrin (psixotrop maddələrin, prekursorların, güclü təsir edən və ya zəhərli maddələrin) qanunsuz dövriyyəsi ilə bağlı olub-olmaması, təqsirkarın maddi rifahının təmin edilməsində cinayətkar fəaliyyətin rolu, onun əmək fəaliyyəti, hərbi xidmət, təhsil almaq və s. bu kimi ictimai-faydalı fəaliyyətlə məşğul olub-olmaması, cinayətin törədilməsindən sonrakı dövrdə əməlinə tənqidi münasibətin formalaşıb-formalaşmaması, CM-in müvafiq maddələrinin dispozisiyalarında nəzərdə tutulmuş ictimai təhlükəli nəticələrə və yaxud hər hansı bir digər zərərli nəticəyə səbəb olmuş cinayətlər üzrə ziyanın ödənilməsi, aradan qaldırılması, azaldılması üçün hərəkət edib-etməməsi, yaşı, sağlamlıq vəziyyəti, evli, himayəsində uşaqlarının olub-olmaması və s. bu kimi, o cümlədən Azərbaycan Respublikasının qoşulduğu “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” 1988-ci il 20 dekabr tarixdə Vyana şəhərində imzalanmış beynəlxalq konvensiyanın müddəalarından irəli gələn hallar nəzərə alınsın. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını CM-in 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməlində yuxarıda qeyd edilən cəzanı yüngülləşdirən halın mövcudluğunu, habelə cəzanı ağırlaşdıran halların olmamasını, törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, şəxsin şəxsiyyətini, təyin olunacaq cəzanın onun islah olunmasına təsirini, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 14 iyun 2024-cü il 8 №-li qərarında əks olunan tövsiyyələri nəzərə almaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrumetmə növündə cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Eyni zamanda, məhkəmə kollegiyası hesab edir ki, şəxs həmin cəzanı yalnız real olaraq çəkməklə islah oluna bilər. Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” xx.xx.2024cü il tarixli protokoldan və Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(012)- 650/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, əvvəli də məhz həmin tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmişdir (cild 01, iş vər. 13, 156-159) Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxs CM-in 56.1.2-ci maddəsinə əsasən ona təyin ediləcək cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın başlanğıcı isə onun şübhəli şəxs qismində tutulduğu vaxtdan, yəni xx.xx.2024-cü il tarixdən hesablanmalı, onun həbsdə saxlanıldığı bütün müddət ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Bundan başqa, 11 may 2024-cü il tarixdə, saat 04:00 radələrində Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuş, 12 may 2024-cü il tarixdə saat 11:00-da təqsirləndirilən şəxs qismində ifadəsi alınmış, 12 may 2024-cü il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməklə saxlanıldığı Abşeron RPİ-nin MSY-dən azad edilmişdir.( iş vərəqə: 59,69, 112-113) Məhkəmə iş materiallarına əsasən nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin azadlığı 24 saatdan artıq məhdudlaşdırıldığından (Təqsirləndirilən şəxs 11 may 2024-cü il 03:30 radələrində şübhəli şəxs qismində tutulmuş, 12 may 2024-cü il tarixdə saat 11:00 radələrində təqsirləndirilən şəxs qismində ifadəsi alınmış, yalnız bundan sonra həbsdən azad edilmişdir) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilən azadlıqdan məhrum etmə müddətinə hesablanmaqla cəzasından 02 gün müddət (11 may 2024-cü il tarixdən 12 may 2024-cü il tarixədək ) çıxılmalıdır. Həmçinin, məhkəmə kollegiyası cinayət işinin materiallarında olan ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər tətbiq olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edərək qeyd edir ki, iş üzrə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. CPM-in 132-ci maddəsinə əsasən maddi sübut olan və Abşeron RPİ-nin maddi sübutların saxlanması otağında saxlanılan tədqiqata sərf edildikdən sonra qalıq qalmış 2.023 qram narkotik vasitə heroin və 0.704 qram çəkidə psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 03 ədəd DVD diskin iş materiallarında saxlanılması nəzərə alınmalıdır. İş üzrə 190 (bir yüz doxsan) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.1- 1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törədilməsində təqsirli bilinsin və ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 01 il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə 04 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs 04 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlandığı 11 may 2024-cü il tarixdən 12 may 2024-cü il tarixədək 02 gün müddət ona təyin olunmuş azadlıqdan məhrum etmə növündə cəzaya hesablanmaqla həmin cəzadan çıxılsın və onun üzərində qəti cəza olaraq 04 il 05 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 06 sentyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülsün. İş üzrə maddi sübut olub Abşeron RPİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 2.023 qram narkotik vasitə heroin və 0.704 qram çəkidə psixotrop maddə metamfetamin məhv edilsin, 03 ədəd disk cinayət işi materiallarında saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə ekspertiza tədqiqatlarının dəyəri olan 190 (bir yüz doxsan) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-308/2025
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-308/2025
30.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver