Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-309/2025 19.09.2025 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Rzayeva Aynur Tapdıq qızı (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və X12 ibarət tərkibdə, Məhkəmə iclasının katibi: X6, Dövlət ittihamçıları:Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları, ədliyyə müşaviri Dövlət ittihamçısı və ədliyyə müşaviri X7, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, “Kiçikbəyov və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1996-cı il tarixdə Abşeron rayonu Qobu qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin yerləşdiyi Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yolun kənarından qanunsuz olaraq əldə etdiyi 1 ədəd polietilen bağlamada 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin və psixotrop maddələrin siyahısı»na (Siyahı İ) daxil edilmiş çəkisi 13,665 qram olan külli miqdarda qəhvəyi rəngli kustar üsullarla hazırlanmış narkotik vasitə heroini, çəkisi 38,02 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı və çəkisi 196,281 qram olan külli miqdarda ağ rəngli kristalşəkilli kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini götürüb satış məqsədi ilə qanunsuz əldə edərək Abşeron rayonu Qobu qəsəbəsi Ə.Bayramov küçəsində yaşadığı fərdi evə daşıyıb yaşadığı evin yataq otağındakı paltar dolabının üzərində saxlamış, 12 dekabr 2024-cü il tarixdə saat 14:33 radələrində Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Abşeron rayonu, Qobu qəsəbəsi, Ə.Bayramov küçəsində yaşadığı evin qarşısında saxlanılaraq orada saat 14:33-dən saat 14:51-dək olan müddət ərzində üzərində şəxsi axtarış və əməliyyat tədbirinin davamı olaraq Abşeron rayonu, Qobu qəsəbəsi, Ə.Bayramov küçəsində yaşadığı fərdi yaşayış evinə baxış keçirilərkən yataq otağında olan dolabın üzərindəki 1 ədəd sellofan torbanın içərisindən 1 ədəd sellofan bükümdə 38,02 qram narkotik vasitə qurudulmuş marixuana, 3 ədəd bükümlərdə ayrı-ayrılıqda çəkiləri 7,722 qram, 4,797 qram, 4,146 qram olmaqla ümumilikdə çəkisi 13,665 qram olan külli miqdarda narkotik vasitə heroin, 01 ədəd bükümdə çəkisi 196,281 qram olan külli miqdarda psixotrop maddə metamfetamin və üzərində narkotik vasitə heroinin izləri olan 1 ədəd gümüşü korpuslu elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək ifadəsində təxminən 2-3 ildir ki, narkotik vasitələrdən istifadə etdiyini, ittiham aktında qeyd edilən narkotik vasitə və psixotrop maddələrin onda olduğunu, lakin onları yalnız şəxsi istifadəsi üçün əldə etdiyini, satış məqsədi olmadığını və ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs 25 avqust 2025-ci il tarixdə yenidən verdiyi ifadəsində göstərmişdir ki, polis əməkdaşları onun yaşadığı evə ilk dəfə daxil olanda o, arxa həyətdə olmuş, təxminən 5-6 dəqiqədən sonra isə yenidən evə daxil olaraq onu saxlamışdırlar. O, yaşadığı evdə ittiham aktında qeyd edilən miqdardan daha az narkotik vasitə olduğunu və təxminən 02 qrama qədər narkotik vasitə heroindən başqa heç nə olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs dövlət ittihamçısının suallarına cavab olaraq təxminən 2-3 ildir ki, narkotik vasitə qurudulmuş marixuana və heroin istifadə etdiyini, polis əməkdaşlarının onun yaşadığı evə gəlib basqın etdiklərini, qurudulmuş marixuananı təxminən bir neçə aydır ki, tanıdığı Seyid adlı İİR vətəndaşından aldığını, həmin şəxsin adını telefonunun kontaktında qeyd etmədiyini, lakin nömrəsinin onda olduğunu bildirmişdir. Yaşadığı evdən aşkar olunan narkotik vasitələrdən istifadə etmiş, əvvəlcədən İİR vətəndaşına aldığı narkotik vasitələr üçün pul verməmiş, həmin şəxsdən qramı 40 manat olmaqla, 05 qram narkotik vasitə heroin, qram 8 manat olmaqla isə 50 qram qurudulmuş marixuananı nisyə almışdır. Polis əməkdaşları tərəfindən ona qarşı zor tətbiq olunmamış, lakin icazəsiz yaşadığı evə daxil olmuşdurlar. O, üzləşdiyi qanunsuzluqlarla bağlı barəsində həbs qətimkan tədbiri seçilən məhkəmədə hakimə məlumat vermədiyini, narkotik vasitələri şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs müdafiəçinin suallarına cavab olaraq təxminən 10-12 nəfər polis əməkdaşının onun yaşadığı evə daxil olduqlarını, hadisə günü telefonunda 2 ədəd - ***-***-**-** və ***-***-**-** saylı mobil nömrə olduğunu, ümumiyyətlə narkotik vasitələrin satışı ilə məşğul olmadığını, polis əməkdaşları tərəfindən saxlanılan zaman evdə qardaşı, anası, arvadı, azyaşlı bacısı qızının olduğunu və törətdiyi əməldən peşman olduğunu bildirmişdir. İİR vətəndaşı ona pul qarşılığında narkotik vasitələri ünvanlara yerləşdirməklə bağlı heç nə deməmiş, təzyiq altında qaldığı üçün polis əməkdaşlarının dedikləri ilə razılaşmış, narkotik vasitələri şəxsi istifadəsi üçün əldə etmiş, İİR vətəndaşı ilə münasibəti olmuş, lakin başqa niyyəti olmamışdır. O, tutulan zaman üzərində narkotik vasitə olmamış, polis əməkdaşlarının video çəkiliş apardıqları vaxt özünü itirmiş, evdə ittiham aktında qeyd olunan miqdardan daha az çəkidə - 2 qram narkotik vasitə heroin, təqribən 40 qram isə qurudulmuş marixuana olmuşdur. O, narkotik vasitələrin satışı ilə məşğul olmamış, istifadəsində olan telefon polis əməkdaşlarında olmuş və həmin telefonda mötəbər sübut kimi heç bir şey, həmçinin heç bir mesaj aşkar olunamamışdır. Təqsirləndirilən şəxs məhkəmə tərkibinin suallarına cavab olaraq evdə narkotik vasitə qurudulmuş marixuana və heroin olduğunu, narkotik vasitələri satmaq niyyəti olmadığını, təzyiq altında qaldığı üçün polis əməkdaşlarının dedikləri ilə razılaşdığını bildirmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ibtidai istintaq zamanı Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, ünvan 2 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda ailə üzvləri ilə birlikdə kirayə yaşayır. 3 ilə yaxındır ki, narkotik vasitə heroindən və qurudulmuş marixuanadan çəkmək yolu ilə istifadə edir. Təxminən 6 ay olar ki, internetdə Seyid adlı İran İslam Respublikası vətəndaşı ilə tanış olmuş, Seyidlə söhbət zamanı ona narkotik vasitə istifadəçisi olduğunu bildirmişdir. Seyid ona narkotik vasitə göndərə biləcəyini bildirmiş, bir neçə dəfə Seyid ona +**********19 mobil nömrənin WhatsApp mobil tətbiqi ilə narkotik vasitənin olduğu yerin şəkilini atmaqla onun dediyi bank hesabına pul ödəyərək narkotik vasitə alıb istifadə etmişdir. Təxminən 5- 6 gün əvvəl Seyidlə əlaqə saxlayarkən sonuncu ona bildirmişdir ki, ona narkotik vasitə heroin və psixotrop maddə metamfetamin göndərərsə, həmin narkotik vasitələri sonuncunun dediyi çəkilərdə ünvanlara qoyub fotoşəkillərini çəkib ona göndərsin, sonuncu isə bu işin müqabilində ona 500 manat pul və şəxsi istifadəsi üçün 50 qram qurudulmuş marixuana göndərəcəkdir. Onun pula ehtiyacı olduğu üçün Seyidin təklifi ilə razılaşmış, 08 dekabr 2024-cü il tarixdə Seyid onunla WhatsApp mobil tətbiqi vasitəsilə əlaqə saxlayaraq narkotik vasitəni Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində ona WhatsApp mobil tətbiqi vasitəsilə göndərdiyi yerdən götürməyi bildirmişdir. O isə həmin gün axşam Seyidin ona atdığı məkana gedib 1 ədəd polietilen kisəni tapıb götürmüş, həmin kisənin içərisinə baxanda sellofan bağlamalarda qurudulmuş marixuana, heroin və metamfetamin olduğunu görmüşdür. Seyidlə əlaqə saxlayıb narkotik vasitə olan kisəni götürdüyünü bildirmiş, Seyid özü onunla əlaqə saxlayaraq dediyi çəkidə narkotik vasitə heroini və psixotrop maddə metamfetamini aparıb lazımi yerə qoyaraq ona məlumat verməsini demişdir. Qurudulmuş marixuananı isə ona göndərdiyini bildirmiş, Seyid ona kart nömrəsi göndərməyi və 500 manat pulu hesabına köçürəcəyini bildirmiş, o, isə Seyidə həyat yoldaşının adına olan istifadə etdiyi kart nömrəsini göndərmişdir. Seyid isə həmin hesaba 500 manat pulu köçürmüş, o, həmin narkotiki yaşadığı evə gətirib yataq otağında olan paltar dolabının üstünə qoymuşdur. Qurudulmuş marixuanadan isə bir-neçə dəfə çəkərək istifadə etmiş, həmin narkotik vasitəni evdə saxlamasından heç kimin məlumatı olmamış, metafetamin və heroini müxtəlif yerlərə qoyub həmin yerin foto şəkillərini çəkərək ünvanı Seyidə göndərməli olmuşdur. 12 dekabr 2024-cü il tarixdə saat 14:30 radələrində yaşadığı evdən küçəyə çıxıb getmək istəyəndə 3 nəfər mülki geyimli şəxs yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edərək onun qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirərək, üzərinə şəxsi axtarış aparılması barədə bildirib video çəkiliş aparmaqla üzərində şəxsi axtarış aparmağı başlamışlar. Ona üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və predmet vardırsa, təqdim etməsi təklif olunmuş, o, isə cibində olan 1 ədəd üzərində ***-***-**-** mobil nömrə istifadə etdiyi «Redmi» markalı mobil telefonu təqdim etmiş və başqa hər hansı bir əşya olmadığını bildirmişdir. Polis əməkdaşları onun üzərini axtarmış və üzərində qanunsuz saxladığı hər hansı əşya aşkar olunmamış, Redmi markalı mobil telefonu polis əməkdaşları tərəfindən götürülmüş, bundan sonra polis əməkdaşı onlara daxil olan məlumata görə yaşadığı evdə narkotik vasitə saxladığını soruşmuş, o isə yaşadığı evdə narkotik vasitə olduğunu etiraf etmişdir. Yaşadığı evə baxış keçirilməsinə etiraz etməyərək polis əməkdaşları ilə həyətə daxil olduqda həyətdə qardaşı Tərlanla qarşılaşmış, polis əməkdaşları özlərini təqdim edərək ondan kim olduğunu soruşmuş, Tərlan qardaşı olduğunu bildirdikdən sonra polis əməkdaşları ona narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə bağlı məlumat daxil olduğunu və bu səbəbdən evdə yoxlanış aparacaqlarını bildirib Tərlanın da həmin prosesdə iştirak etməsini demişlər. Tərlan isə etiraz etməmiş və polis əməkdaşları ondan narkotik vasitəni harada saxladığını soruşmuş, o isə evdə olduğunu bildirib polis əməkdaşları ilə birlikdə yataq otağına keçib paltar dolabının üstündə sellofan torbanı götürüb təqdim etmişdir. Həmin torbanın içərisində olan 1 ədəd sellofan bağlamadakı metamfetamini, 1 ədəd sellofan bükümdə qurudulmuş marixuananı, 1 ədəd bükülüdə olan narkotik vasitə heroini və 1 ədəd elektron tərəzini təqdim etmişdir. Polis əməkdaşları qardaşı Tərlandan aşkar olunmuş narkotik vasitələrdən onun məlumatının olub-olmamasını soruşmuş, Tərlan isə məlumatı olmadığını bildirmiş, sonra polis əməkdaşları sellofan bağlamaları açıb içərisinə baxış keçirmiş, polis əməkdaşları 1 ədəd sellofan bağlamada olan metamfetamini elektron tərəzidə çəkmiş və çəkisinin 200 qram olduğu məlum olmuşdur. Qurudulmuş marixuana elektron tərəzidə çəkilmiş, çəkisi 42 qram, narkotik vasitə heroin elektron tərəzidə çəkilmiş, çəkisi 15 qram olduğu məlum olmuşdur. Bundan sonra həmin bağlamaları və elektron tərəzini sellofan kisəyə qoyub qablaşdırmış, həmin qablaşdırma üzərində polis əməkdaşları, o və qardaşı Tərlan imza edərək təsdiq etmiş, polis əməkdaşları aşkar olunmuş narkotik vasitə və psixotrop maddələri haradan və kimdən əldə etdiyini soruşduqda onlara narkotik vasitə və psixotrop maddəni 5-6 gün əvvəl Seyid adlı İran vətəndaşının ona WhatsApp mobil tətbiqi vasitəsilə göndərdiyi Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisindən götürdüyünü, 500 manat pul və 50 qram qurudulmuş marixuananın müqabilində həmin narkotik vasitələri müxtəlif ünvanlara qoyub Seyidə məlumat verəcəyini bildirmişdir. Evində narkotik vasitə olmasından ailə üzvlərinin məlumatının olmadığını bildirmiş, bundan sonra evə baxış keçirilməsi başa çatdırılmış və oradan Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparılmışdır. Üzərində şəxsi axtarış və evində baxış keçirilməsi ilə bağlı protokol tərtib olunmuş, həmin protokolu imzalayaraq təsdiq etmişdir. Bundan sonra təhqiqatçı tərəfindən onun və polis əməkdaşlarının iştirakı ilə yaşadığı evdən aşkar olunaraq götürülmüş narkotik vasitələrə videoçəkiliş aparılmaqla baxış keçirilmiş, təhqiqatçı həmin narkotik vasitənin kimə məxsus olduğunu soruşduqda o, narkotik vasitənin yaşadığı evdən aşkarlandığını, 4-5 gün əvvəl Seyid adlı İran vətəndaşının WhatsApp mobil tətbiqi vasitəsilə göndərdiyi Lökbatan qəsəbəsi ərazisindən əldə etdiyini, 500 manat pul və 50 qram qurudulmuş marixuananın müqabilində müxtəlif ünvanalara qoyub Seyidə məlumat verəcəyini bildirmiş, bundan sonra müdafiəçi dəvət olunaraq cinayət törətməkdə şübhəli şəxs qismində tutlmağı barədə məlumat verilmiş və hüquq və vəziələri izah olunmuş, vəkillə təklikdə görüşməyə şərait yaradılmış və izahatı alınmışdır. Göstərmişdir ki, özü narkotik vasitə istifadə etmiş, ancaq satışı ilə məşğul olmamış, həmin narkotik vasitələrdən və psixotrop maddədən heç kimə satmamış və istifadə etməsi üçün verməmiş, qurudulmuş marixuanadan özü istifadə etmiş, evdə narkotik vasitələri saxlamağını ailə üzvləri bilməmiş, gizli olaraq həmin narkotiki yataq otağında gizlətmiş, buna görə narkotik vasitə və psixotrop maddələrin evdə olmasını ailə üzvləri görməmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsində əməliyyat müvəkkili, polis leytenantı Şahid1 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsin ünvan 3 ünvanında narkotik vasitə saxlaması ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında xx.xx.2024-cü il tarixdə saat 14:33-də Təqsirləndirilən şəxs saxlanılmış, saxlanılan zaman ona hüquq və vəzifələri izah edilmiş və müdafiəçi ilə təmin olunacağı bildirilmişdir. Kifayət qədər əsas olduğundan Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman onun üzərindən bir ədəd telefon götürülmüş, üzərindən hər hansı bir narkotik vasitə aşkar olunmamışdır. Təqsirləndirilən şəxs yaşadığı evdə narkotik vasitə saxladığını etiraf etmiş, bundan sonra isə Təqsirləndirilən şəxs narkotik vasitələri təhvil verməsi təklif edilmiş, evə daxil olduqdan sonra təqsirləndirilən şəxs yaşadığı evin yataq otağındakı dolabın üzərində olan narkotik vasitələri təqdim etmişdir. Narkotik vasitələr qurudulmuş marixuana, heroin və psixotrop maddə metamfetamin aşkar olunaraq elektron tərəzidə çəkilmiş və müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Sorğu zamanı Tamerlan aşkar olunmuş narkotik vasitə və psixotrop maddələri 5-6 gün əvvəl Qaradağ rayonundan İİR vətəndaşının vasitəçiliyi ilə gizlədilmiş yerdən götürdüyünü, həmin şəxsin göstərişi ilə 1 qramına 30 manat olmaqla, pul qarşılığında müvafiq ünvanlara yerləşdirəcəyini bildirmişdir. O, təqsirləndirilən şəxsə qarşı hər hansı psixi və fiziki təzyiq göstərilmədiyini, evə baxış keçirilərkən təqsirləndirilən şəxsin qardaşı Tərlandan başqa evdə heç kimin olmadığını, evə 1 dəfə daxil olub axtarış keçirdiklərini, evə daxil olarkən 3 nəfər polis əməkdaşı olduqlarını və ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsində əməliyyat müvəkkili, polis mayoru Şahid2 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında xx.xx.2024cü il tarixdə, günorta saatlarında Təqsirləndirilən şəxs Qobu qəsəbəsində yaşadığı evin yaxınlığında saxlanılmış, üzərinə və yaşadığı mənzilə baxış keçirilmiş, təqsirləndirilən şəxsin evindən narkotik vasitələr və psixotrop maddə aşkar olunmuşdur. O, Təqsirləndirilən şəxs saxlanılarkən tək olduğunu və ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini bildirmişdir. Şahid2 məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, ünvan 4 ünvanda yaşayan Təqsirləndirilən şəxs kulli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edib Abşeron rayonu ərazisində dövriyyəsi ilə məşğul olması, həmçinin yaşadığı ünvan 5 ünvanında külli miqdarda narkotik maddə gizlətməsi barədə daxil olmuş məlumat əsasında keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı həmin şəxs 12 dekabr 2024-cü il tarixdə saat 14:33 dəqiqədə ünvan 1 ünvanının qarşısında saxlanılmışdır. Təqsirləndirilən şəxs Mardağa oğluna hüquq və vəzifələri, o cümlədən tutulan andan müdafiəçiyə malik olmaq hüququ izah olunmuş, həmin şəxsin saxlanılan zaman paltarında, əşyalarında və ya bədənində narkotik vasitənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan saxlanıldığı yerdə Təqsirləndirilən şəxs üstünü yoxlamağa başlamışlar. Üstünü yoxlama və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs paltarlarında əşyalarında və ya bədənində olması ehtimal edilən külli miqdarda narkotik vasitələri və psixotrop maddələr qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarın sağ yan cibindən 1 (bir) ədəd Redmi markalı üzərində ***-***-**-** nömrəsi olan mobil telefonu təqdim etmişdir. Sonra Təqsirləndirilən şəxs üstü yoxlanılmış, başqa heç bir kütlə və ya əşya aşkar edilməmişdir. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1 (bir) ədəd mobil telefon götürülmüş, sonra ünvan 2 ünvanında narkotik vasitənin, psixotrop maddənin qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan video çəkilişdən istifadə edilməklə baxış aparılmışdır. Baxış və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs ünvanda olması ehtimal edilən külli miqdarda narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadag dilmiş, yaxud ış üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmiş, bundan sonra Təqsirləndirilən şəxs evdə yataq otağında olan dolabın üstündən 1 (bir) dəd sellofan torbanın içərisindən 1 (bir) ədəd bükümdə açıq yaşıl rəngli, narkotik vasitə qurudulmuş marixuananı, 3 (üç) ədəd bükümdə açıq qəhvəyi rəngli, narkotik vasitə heroini, 1 (bir) ədəd bükümdə ağ rəngli kristal şəkilli, psixotrop maddə metamfetamini və 1 (bir) ədəd elektron tərəzini təqdim etmişdir. Sonra həmin kütlələr elektron tərəzidə çəkilmiş, metamfetaminin çəkisi 200 (iki yüz) qram, qurudulmuş marixuananın çəkisi 42 (qırx iki) qram, heroinin ümumilikdə çəkisi 15 (on beş) qram olmuşdur. Sonra həmin kütlələr və elektron tərəzi müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs evdən aşkar olumuş kütlələri İran İR-nın vətəndaşı Seyid adlı şəxsin vasitəsi ilə 5-6 gün əvvəl Qaradağ rayonu ərazisində gizlədilmiş yerdən istifadə etmək məqsədi lə əldə etdiyini, 1 (bir) qramına 30 (otuz) manat pul verəcəyini, yaşadığı ünvanda kütlə olması ilə bağlı heç kimin məlumatı olmadığını bildirmişdir. Həmçinin evdə olan Şahid3 evdən aşkar olunmuş kütlələrdən xəbərsiz olduğunu bildirmişdir. Şahid DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsində əməliyyat müvəkkili, polis kapitanı X13 məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində Şahid2 ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Şahid3 ifadəsində göstərmişdir ki, qardaşı Tamerlan saxlanıldığı gün təxminən 20-25 nəfər polis əməkdaşı yaşadıqları evə iki dəfə gəlmiş, evə daxil olaraq hər yeri dağıdıb axtarış etmiş, evdən heç nə aşkar olunmamış, polis əməkdaşları həyətlərində olan kameraları sındırmış, 1 saat keçdikdən sonra yenidən evə daxil olmuş, həmin vaxtı da evdə öz ailələri olmuşdur. Polis əməkdaşları evə daxil olarkən əllərində silah olmuş, onlara hədə-qorxu gəlmiş və müxtəlif təzyiqlərə məruz qalmışdırlar. Daha sonra isə polis əməkdaşları qardaşı Tamerlanı götürüb aparmışdırlar. Tamerlan təzyiq altında qaldığı üçün ibtidai istintaqda polislərin dediyi formada ifadə vermişdir. Tamerlan narkotik vasitə istifadəçisi olsa da, narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmamışdır. O, polis əməkdaşları tərəfindən təzyiqə məruz qaldığını, müstəntiqin ona qarşı heç bir təzyiq göstərmədiyini, polis əməkdaşlarının dedikləri ilə razılaşmasa, evdə olan “qız-gəlinin” hamısının video çəkilişə düşəcəyi ilə hədələndiyini, buna görə məcbur qalaraq polis əməkdaşları ilə razılaşdığını bildirmişdir. Polis əməkdaşları birinci dəfə yaşadıqları evə gəldikləri zaman qardaşı Tamerlan evdə olmamış, təxminən 1 saatdan sonra onlar yenidən gəldikdə Tamerlan evdə olmuşdur. Tamerlan evə gələndən sonra isə polis əməkdaşları onları çölə çıxarmış, lakin Tamerlan polis əməkdaşları ilə birlikdə evin içərisində qalmışdır. Polis əməkdaşları özləri içərisində narkotik vasitə və psixotrop maddə olan sellofanı aparıb evə yerləşdirmiş və Tamerlan təzyiqlərə məruz qaldığı üçün həmin narkotik vasitə və psixotrop maddələri öz üzərinə götürmüşdür. Həmin gün evdə Tamerlanın arvadı, uşağı, anası və bacısı qızı olmuşdur. O, əvvəllər məhkumluğu olduğunu bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş X8 və X1 Tərlan Mərdağa oğlu ilə oxşar məzmunlu ifadə vermişdirlər. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahid ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş xx.xx.2024-cü il tarixli “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərar, eyni tarix və məzmunlu raportdan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edib Abşeron rayonu ərazisində dövriyyəsi ilə məşğul olması, həmçinin yaşadığı ünvan 6 ünvanında külli miqdarda narkotik maddə gizlətməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli “Əməliyyat axtarış tədbirinin keçirilməsinə, şübhəli şəxsin üstünün yoxlanılmasına və evinə baxış keçirilməsinə dair”, “Təqdim olunan əşyalara baxış keçirilməsi və götürmə haqqında” protokol və həmin protokola əlavə edilmiş disk məhkəmə istintaqı zamanı tədqiq edilərkən aydın olur ki, Təqsirləndirilən şəxs 12 dekabr 2024-cü il tarixdə saat 14:33 dəqiqədə ünvan 1 ünvanının qarşısında saxlanılmış, Təqsirləndirilən şəxs şalvarının cibindən 1 (bir) ədəd Redmi markalı mobil telefonu təqdim etmiş, sonra onun üstü yoxlanılmış, başqa heç bir kütlə və ya əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilərkən qardaşı Şahid3 daxil olmuş əməliyyat məlumatı əsasında evə baxış keçiriləcəyi bildirilmiş, Şahid3 etiraz etməmiş, özü də həmin prosesdə iştirak etmişdir. Təqsirləndirilən şəxs evdə yataq otağında olan dolabın üstündən 1 (bir) ədəd sellofan torbanın içərisindən 1 (bir) ədəd bükümdə narkotik vasitə qurudulmuş marixuananı, 3 (üç) ədəd bükümdə narkotik vasitə heroini, 1 (bir) ədəd bükümdə psixotrop maddə metamfetamini və 1 (bir) ədəd elektron tərəzini təqdim etmişdir. Sonra həmin kütlələr və elektron tərəzi müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs evdən aşkar olumuş kütlələri İran İR-nın vətəndaşı Seyid adlı şəxsin vasitəsi ilə 5-6 gün əvvəl Qaradağ rayonu ərazisində gizlədilmiş yerdən istifadə etmək məqsədi lə əldə etdiyini, 1 (bir) qramı üçün 30 (otuz) manat pul verəcəyini, yaşadığı ünvanda narkotik vasitə və psixotrop maddələrin olması ilə bağlı heç kimin məlumatı olmadığını bildirmişdir. Həmin vaxt evdə olan Şahid3 da evdən aşkar olunmuş kütlələrdən xəbərsiz olduğunu bildirmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2025-ci il tarixli mobil telefona baxış keçirilməsi haqqında protokoldan görünür ki, şəxsi axtarış zamanı aşkar olunaraq götürülmüş “Redmi” markalı mobil telefonda olan SMS bölməsinə və WhatsApp mobil tətbiqinə baxıldıqda iş üçün əhəmiyyət kəsb edən hər hansı məlumat aşkar olunmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-bioloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 7/2007 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş bağlamada bir ədəd sellofon bükümdə təmiz çəkisi 38,02 qram olan bitki mənşəli kütlə - tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Təqdim edilmiş bir ədəd elektron tərəzinin üzərində bitki mənşəli narkotik vasitələrin qalıqları (izləri) yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə fiziki-kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli, 6/5461 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş 01 ədəd bağlamadakı ayrıayrılıqda təmiz çəkiləri 4,722 qram, 4,797 qram, 4,146 qram olmaqla, ümumi təmiz çəkiləri 13,665 qram olan qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Bu kütlələr kimyəvi komponent tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. 01 ədəd bükümdə təmiz çəkisi 196,281 qram ağ rəngli kristalşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. 01 ədəd gümüşü korpuslu elektron tərəzinin üzərində narkotik vasitə heroinin izləri müəyyən edildi. Tərəzinin üzərində heroin iz şəklində olduğundan təmiz çəkisinin müəyyən edilməsi və eyniləşdirmə üzrə tədqiqatın aparılması mümkün olmadı. Heroin xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən «narkotik vasitələr»-in İ siyahısına, metamfetamin Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən «psixotrop maddələr»-in siyahısına daxildir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzin narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 7937 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlər və kannabinoidlərdən istifadə etmə halları olub, lakin halhazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 16 dekabr 2024-cü il tarixli “Maddi sübut kimi tanınma barədə” və 03 mart 2025-ci il tarixli “Cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar olunaraq götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 38,0 qram narkotik vasitə qurudulmuş marixuna, qalıq çəkisi 13,515 qram narkotik vasitə heroin, qalıq çəkisi 196,081 qram psixotrop maddə metamfetamin, bir ədəd elektron tərəzi və Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş bir ədəd “Redmi” markalı mobil telefon maddi sübut kimi tanınaraq Abşeron RPİ-nin maddi sübutların saxlanması otağına təhvil verilmiş, 03 ədəd disk iş üzrə maddi sübut kimi tanınaraq cinayət işi materiallarına əlavə edilmişdir. Cinayət işi materiallarında olan və məhkəmədə tədqiq edilmiş Abşeron rayon icra hakimiyyəti başçısının Qobu qəsəbə İƏD üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamədən görünür ki, ünvan 7 ünvanda ailə üzvləri ilə birlikdə yaşamış Təqsirləndirilən şəxs barəsində Qobu qəsəbə İƏD üzrə nümayəndəliyinə heç bir yazılı və şifahi şikayət daxil olmamışdır. Cinayət işi materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən və “Elektron məhkəmə informasiya sistemi”-dən əldə olunmuş məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşaq — xx.xx.2024-cü il təvəllüdlü X5 vardır. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistika İnformasiya idarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. “Azərbaycan Respublikası CM-nin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Yuxarıda qeyd edildiyi kimi, düzgün tövsifə nail olmaq üçün işin həqiqi halları müəyyən edilməli, daha sonra bu hallara uyğun cinayət qanununun norması seçilərək tətbiq edilməlidir. İşin həqiqi hallarının müəyyən edilməsinin prosessual qaydaları Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuşdur. Məhkəmə, tədqiq olunmuş sübutlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən aşağıdakı əsaslara görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilməmişdir. Belə ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə ittiham verilmişdir ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini, qurudulmuş marixuananı və külli miqdarda psixotrop maddə metamfetamini əldə etmə, saxlama, daşıma və satışının təşkil edilməsinə köməklik göstərəcəyi barədə şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı ilə əlaqə saxlayıb, əvvəlcədən vəd verməklə onlarla razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmişdir. Lakin istintaq orqanı təqsirləndirilən şəxsin narkotik vasitəni satış məqsədi ilə əldə etmə, saxlama, daşıma və satışının təşkil edilməsində İran İslam Respublikasının vətəndaşı ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etməsi barədə nəticəyə gələrkən iş materiallarında olan əsaslı sübutlara istinad etməmiş, yalnız təqsirləndirilən şəxsin verdiyi ifadəsini mötəbər sübut kimi qiymətləndirmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 6 may 2022-ci il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 33.3 və 34.2-ci maddələrinin mənasına görə, cinayətin iştirakçıları (təşkilatçı, təhrikçi və ya köməkçi) cinayət əməlinin obyektiv cəhətini təşkil edən hərəkətlərin icrasında bilavasitə iştirak etmədiyi və ya onların əməlində cinayətin obyektiv cəhətinin tərkib əlamətlərinin mövcud olmadığı halda, əməl qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət kimi qiymətləndirilə bilməz. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli, 8 nömrəli qərarının göstərilmişdir ki, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi dedikdə, bu cinayətdə onu birlikdə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin qəsdən birgə iştirak etməsi başa düşülməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Narkotik vasitəni və ya psixotrop maddəni satan şəxsin və həmin narkotik vasitəni (psixotrop maddəni) ondan əldə edən şəxsin hərəkətləri (hətta aralarında buna dair əvvəlcədən razılaşma olduğu hallarda belə), eyni bir cinayətin birgə törədilməsi kimi qabaqcadan əlbir olan bir qrup şəxs üçün səciyyəvi olan əlamət mövcud olmadığından, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilən cinayət kimi qiymətləndirilə bilməz və onlardan birincisi narkotik vasitənin (psixotrop maddənin) satışına, digəri isə narkotik vasitəni (psixotrop maddəni) əldə etməyə (yəni, müxtəlif əməllərə) görə və CPMin 49.1-ci maddəsinin tələbi nəzərə alınaraq ayrı-ayrı icraatlarda aparılmalı olan cinayət təqibinin gedişində məsuliyyətə cəlb olunmalıdırlar. Yalnız CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində göstərilən hərəkətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi CM-in 234.4.1-ci maddəsinin tərkibini yaratdığı üçün təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Məhkəmə kollegiyası hesab edir ki, cinayət işi üzrə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında cinayət törətməsini təsdiq edən heç bir sübut əldə edilib məhkəməyə təqdim edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs ifadəsində saxlanılarkən üzərinə aşkar olunmuş narkotik vasitəni “Seyid” adlı İran İslam Respublikası vətəndaşından aldığını bildirsə də, lakin bu hal onun öz ifadəsindən başqa digər sənədlərlə təsdiq edilmir. Aparılmış bir sıra təxirəsalınmaz istintaq və əməliyyat tədbirlərinə baxmayaraq Təqsirləndirilən şəxs narkotik vasitələri əldə etdiyi mənbəni müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 34.2-ci maddəsinə əsasən qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə müvafiq olaraq məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası CPM-nin 145.3-cü maddəsinə müvafiq olaraq ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2021-ci il 24 dekabr tarixli Qərarının 38-ci bəndinə irəli sürülmüş ittihamda təqsirləndirilən şəxsin cinayət əməli səhvən cinayət qanununun bir neçə maddəsi ilə tövsif olunmuşdursa, məhkəmə hökmün təsviri-əsaslandırıcı hissəsində qənaətini əsaslandırmaqla, təqsirləndirilən şəxsin əməlinə düzgün şamil edilməmiş cinayət qanununun maddəsinin ittihamdan çıxarılmasını göstərməlidir. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxs barəsində onun qabaqcadan əlbir olan bir qrup şəxs halında, satış məqsədilə, qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, saxlaması, daşıması barədə gəldiyi nəticə əsaslı hesab edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə verilmiş ittiham, ona verilmiş ümumi ittihamdan çıxarılmalı, onun əməli Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməli və o, həmin maddə ilə təqsirli bilinərək ona həmin maddənin sanksiyası həddində cəza təyin edilməlidir. Bununla da, təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş əməli qəsdən törətmiş, həmin əməl başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Məhkəmə Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələrini, şahid ifadələrini, habelə cinayət işinin materiallarında olan çoxsaylı mötəbər sübutları ayrıayrılıqda və məcmu halında təhlil edib nəzərə alaraq və qeyd edilən sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs həqiqətən də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində saxlanılan zaman yaşadığı evdə ittihamda qeyd olunan miqdarda narkotik vasitə olmaması, narkotik vasitələri satış məqsədilə əldə etməməsi, polis əməkdaşlarının təzyiqi nəticəsində ittiham olunduğu narkotik vasitələrin və psixotrop maddələrin özünə məxsus olmasını bildirməklə özünə qarşı ifadə verməsi barədə söylədiyi xüsusatları və gətirdiyi dəlilləri onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun ittiham olunduğu cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab edir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin öz müdafiəsi üçün gətirdiyi dəlilləri əsassız hesab edərək belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmə istintaqı zamanı verdiyi ilkin ifadələri iş üzrə tədqiq edilmiş digər sübutlarla təsdiq edildiyindən əsas götürülməlidir. Həmçinin məhkəmə təqsirləndirilən şəxsin qardaşı Şahid3, anası X8 və arvadı X2 məhkəmə istintaqı zamanı verdiyi ifadələrini mötəbər sübut kimi qəbul etməyərək hesab edir ki, həmin ifadələr onların yaxın qohumlarının cinayət məsuliyyətindən yayındırmasına yönəlməklə həqiqəti əks etdirmir. Şahid3 ibtidai istintaq zamanı verdiyi ilkin ifadəsi iş üzrə tədqiq edilmiş digər sübutlarla təsdiq edildiyindən əsas götürülməlidir. Azərbaycan Respublikası CPM-nin 139.0-cı maddəsində göstərilmişdir ki, cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi, cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlara əsasən müəyyən edilir. Daha sonra qanunverici yuxarıda sadalanan halların sübuta yetirilməsinin qaydalarını da müəyyən edərək CPM-nin 124.1-ci maddəsində sübutların anlayışını, 124.2-ci maddəsində isə sübutların siyahısını vermişdir. Həmin Məcəllənin 143.1-ci maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən isə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 146.2.1-146.2.3-cü maddələrinə əsasən cinayət təqibi üzrə sübutların kifayət etməsi ibtidai araşdırmanın və ya məhkəmə baxışının məqsədyönlü aparılmasına, cinayət təqibi üzrə məhkəmə perspektivinin vaxtında müəyyən edilməsinə, cinayət təqibi üzrə düzgün və əsaslı qərar qəbul edilməsinə nail olunmasına kömək edir. Həmin Məcəllənin 145.3-cü maddəsinə görə isə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Göstərilən normaların tələbləri baxımından baxılan işdəki sübutlara əsasən təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət vermək zəruridir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Qeyd edilən Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Göstərilənləri qeyd etməklə məhkəmə tərkibi qeyd edir ki, iş üzrə sübutların mötəbərliyi şübhə doğurmur, sübutlar Azərbaycan Respublikası CPM-nin tələblərinə əməl edilməklə, təqsirləndirilən şəxsin hüquqları pozulmadan əldə edilmişdir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində 1 azyaşlı uşağının olması onun cəzasını yüngülləşdirən haldır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxs əsasən Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, habelə ailəsinin mövcud durumunu, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır, ancaq onun cəmiyyətdən təcrid edilmədən islah edilməsini qeyri-mümkün hesab edir. Ona görə də Təqsirləndirilən şəxs CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək ona həmin maddənin sanksiyası həddində cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə bu cür cəza təyin etməyi cəzanın məqsədlərinə nail olmaq baxımından ədalət mühakiməsinin tələblərinə uyğun hesab edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Abşeron rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır. Cəza çəkmə müddətinin başlanğıcı da Təqsirləndirilən şəxs tutulduğu xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Buna görə də Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata götürülməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. İş üzrə maddi sübut olub, Abşeron RPİ-nin maddi sübutların saxlanması otağında saxlanılan 01 ədəd elektron tərəzi məcburi qaydada dövlət nəfinə müsadirə olunmalıdır. Məhkəmə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olan və Abşeron RPİ-nin maddi sübutların saxlanması otağında saxlanılan qalıq çəkisi 38,0 qram narkotik vasitə qurudulmuş marixuna, qalıq çəkisi 13,515 qram narkotik vasitə heroin, qalıq çəkisi 196,081 qram psixotrop maddə metamfetamin məhv edilməli, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd “Redmi” markalı mobil telefon onun yaxın qohumlarına qaytarılmalı, 02 ədəd diskin cinayət işinin materiallarında saxlanması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Cinayət işi üzrə məhkəmə ekspertizalarının keçirilməsi ilə əlaqədar cəmi 182 (yüz səksən iki) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin məbləğ Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzanın əvvəli 12 dekabr 2024-cü il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınmış Abşeron RPİ-nin maddi sübutların saxlanması otağında saxlanılan qalıq çəkisi 38,0 qram narkotik vasitə qurudulmuş marixuna, qalıq çəkisi 13,515 qram narkotik vasitə heroin, qalıq çəkisi 196,081 qram psixotrop maddə metamfetamin məhv edilsin, bir ədəd elektron tərəzi müsadirə edilsin, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd “Redmi” markalı mobil telefon onun yaxın qohumlarına qaytarılsın, 02 ədəd diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs 182 (yüz səksən iki) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-309/2025
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-309/2025
19.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver