Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-31/2024 02.05.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Hümbətov Fəhmin Zaur oğlu (sədrlik edən), Əliyev Hafiz Samir oğlu, Rzayeva Aynur Tapdıq qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi və təqsirləndirilən şəxsin iştirakları ilə, 25 avqust 1991-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, Bakı şəhəri Yasamal rayon məhkəməsinin 06 may 2022ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni və psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, narkomaniya xəstəliyindən əziyyət çəkərək 24 mart 2022-ci il tarixdə saat 18 radələrində telefon vasitəsi ilə tanış olduğu şəxsiyyəti istintaqa məlum olmayan şəxsin bank hesabına 70 (yetmiş) manat məbləğində pul ödəməklə narkotik vasitə heroini və psixotrop maddə metamfetamini şəxsi istifadəsi üçün sifariş etdikdən sonra, həmin naməlum şəxsin Abşeron rayonu, Masazır qəsəbəsi, H.Arif küçəsində qoyduğu, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələr”-in siyahısına (Siyahı İ) daxil edilmiş 01 ədəd sellofan bükümdə 4,373 qram çəkidə şəxsi istehlak miqdarından artıq - külli miqdarda narkotik vasitə heroini və 01 ədəd sellofan bükümdə 4,706 qram çəkidə şəxsi istehlak miqdarından artıq - külli miqdarda psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış və həmin gün saat 22:10 radələrində Abşeron rayon polis idarəsinin Cinayət-axtarış şöbəsinin əməkdaşlarının həmin ərazidə xidmət aparmaları zamanı oğurluqla bağlı özünü şübhəli aparan Təqsirləndirilən şəxs təsadüfən həmin ünvanda polis əməkdaşları tərəfindən saxlanılaraq Abşeron rayon polis idarəsinin inzibati binasına gətirilmiş və üzərində şəxsi axtarış aparılarkən əynində olan tünd göy rəngli idman şalvarının sağ yan cibindən şəxsi istifadəsi üçün qanunsuz olaraq əldə etdiyi, saxladığı və daşıdığı 4,373 qram çəkidə narkotik vasitə heroin və 4,706 qram çəkidə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, təxminən 3-4 ildir ki, narkotik vasitə heroindən və psixotrop maddə metamfetamindən istifadə etmiş, son zamanlar isə tiryək və marixuanadan istifadə etmişdir. Narkotik vasitələri telefonla tanış olduğu İran İslam Respublikasının vətəndaşından əldə etmişdir. Sonuncu dəfə İran İslam Respublikasının vətəndaşının göndərdiyi bank kartına 70 manat məbləğində pul köçürmüş, həmin pul həm sifariş etdiyi, həm də bir neçə gün əvvəl borclu qaldığı narkotikin pulu olmuşdur. Bundan sonra, 24 mart 2022-ci il tarixdə saat 21-22 radələrində Abşeron rayonu ərazisindən sifariş verdiyi narkotiki götürmək üçün getmişdir. Həmin yerə özünə məxsus moped (motosikl) ilə getmişdir. İranlıya 5 qram tiryək, 4 qram marixuana sifariş vermişdir. Sifariş verdiyi narkotik vasitəni ona vəd edilən yerdə axtarsa da, tapa bilməmişdir. Bu zaman polis əməkdaşları ona yaxınlaşaraq “mopedi haradan oğurlamısan?” deyə sual vermişlər. Onlara mopedi oğurlamadığını, özünə məxsus olduğunu demişdir. Polis əməkdaşları onu avtomobilə mindirmək istəyərkən üzərində olan mobil telefonu avtomobilin altına atmış, lakin onlar bunu görmüşdürlər. Telefonu da götürüb onu Abşeron rayon polis idarəsinə gətirmişlər. Mopedini isə həmin ərazidə olan bir şəxsin evinə qoymuşlar. Həmin vaxt üzərində heç bir narkotik vasitə yaxud psixotrop maddə olmamışdır. Polis əməkdaşı ona moped oğrusu olduğunu deyərək qarşısına 40 qr. narkotik (mal) qoymuşdurlar. Lakin o, buna etiraz etmiş və telefonla narkotik sifariş etdiyi, onu götürmək üçün gəldiyini demişdir. Sonra polis əməkdaşları onun istifadəsində olan ***- ***-**-** nömrəli mobil telefonu götürüb orada olan yazışmalara baxmışlar və onun İranlı şəxslə yazışmasını, narkotik sifariş etməsini görmüşlər. Polis əməkdaşları həmin yerə qedib 5-10 dəqiqədən sonra qayıdaraq İranlının onun üçün qoyduğu narkotikləri götürüb gətirmişlər, özləri dəyişib heroinlə metamfetamin qoymuşlar və ona demişlər ki, boynuna alsın ki, bu narkotiklər onun üzərində olmuşdur. Etiraz etdikdə isə polis əməkdaşları onu hədələmişlər ki, evindən 1 kg. narkotik çıxarıb 206-cı maddə ilə də ittiham veriləcəyi ilə hədələmişlər. Həmçinin polislər onu döymüşlər. Buna görə də onların dediyinə əməl etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs ifadəsində göstərdi ki, polis əməkdaşları onun mobil telefonu götürmüşlər, lakin məhkəməyə təqdim etməmişlər. Həmin mobil telefonunda İran İslam Respublikasının vətəndaşı olan şəxslə narkotik vasitələr barədə yazışmaları mövcud olmuşdur. Həmin yazışmalarda İran İslam Respublikasının vətəndaşı olan şəxsə 4 qram miqdarında marixuana və 5 qram miqdarında tiryək növlərində narkotik vasitə sifariş etdiyi öz əksini tapmışdır. Narkotik vasitələri götürmək üçün getdiyi telefonda olan şəkildə aydın görünmüşdür. Mobil telefonda İran İslam Respublikasının vətəndaşının qoyduğu narkotik vasitənin yeri, miqdarı və növü olmuşdur. Polis əməkdaşları onu moped oğurluğunda şübhəli bildikləri üçün saxlamışdılar. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə tədqiq edərək mötəbərliyi üzrə qiymətləndirməklə sübut növü kimi qəbul edir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Abşeron rayon Polis İdarəsinin Cinayət- Axtarışı bölməsinin əməliyyat müvəkkili Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsindən fərqli ifadə verməklə göstərdi ki, 24 mart 2022-ci il tarixdə saat 20:00 radələrində Abşeron rayonu, Masazır qəsəbəsi, Hüseyn Arif küçəsində polis yoldaşı Şahid1la xidmət apararkən Təqsirləndirilən şəxs görmüşlər. Təqsirləndirilən şəxs həmin vaxt mopedini itələyə-itələyə aparmış, moped işlək vəziyyətdə olmamışdır. Həmin ərazidə oğurluq çox olduğundan və Təqsirləndirilən şəxs kiminsə mopedini oğurladığından şübhələndiklərindən ona yaxınlaşaraq özlərini təqdim etmişlər və bir neçə suallar vermişlər. Təqsirləndirilən şəxs isə mopedinin xarab olmasını və Bakı şəhərində yaşadığını demişdir. Onunla bağlı müəyyən şübhələr yarandığından və həmin şübhələrin aradan qaldırılması məqsədilə onu Abşeron Rayon Polis İdarəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs idarə etdiyi mopedi həmin ərazidə yaşayan şəxslərdən birinin razılığı ilə onun həyətinə qoymuşlar, özünü isə maşına oturtmuşlar. Təqsirləndirilən şəxs xahişi ilə o, anasına zəng edərək mopedin götürülməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs Abşeron RPİ-yə gətirdikdən sonra müdafiəçinin iştirakı və videoçəkiliş vasitəsilə onun üzərində şəxsi axtarış həyata keçirilmişdir. Bu zaman onun üzərindən bir bükümdə metamfetamin və bir bükümdə heroin aşkar olunmuşdur. Təqsirləndirilən şəxs özü də etiraf etmişdir ki, həmin yerə İranlının qoyduğu narkotiki götürməyə gəlmişdir. Təqsirləndirilən şəxs saxlanılmasına səbəb onun moped oğurlanmasında şübhəli olduğu olmuşdur. Həmçinin o, göstərdi ki, Təqsirləndirilən şəxs üzərində bir ədəd mobil telefon olmuşdur ki, həmin telefonda onun İranlı ilə yazışması, sifariş etdiyi narkotik vasitə və onun qoyulduğu yer olmuşdur. Həmin mobil telefon təhqiqatçıya təhvil verilmişdir. Təqsirləndirilən şəxs heç bir təzyiq olmamış və o, hər hansı bir müqavimət göstərməmişdir. Onun saxlanıldığı yer ilə polis idarəsinin arası təxminən 5 dəqiqə olmuşdur. Həmin ərazidə daima oğurluq olduğundan və Bakıdan gəlib tez-tez oradan narkotik götürüldüyündən Təqsirləndirilən şəxs da şübhəli şəxs kimi saxlamışlar. O, Təqsirləndirilən şəxs ilk dəfə görmüş, onunla bağlı hər hansı bir əməliyyat məlumatı olmamışdır. Təqsirləndirilən şəxs ilk dəfə gördüyünü deyən əməliyyat müvəkkili Şahid2 onunla bağlı yazdığı raport və qərarı izah edə bilməmişdir. Hnası ifadəsinin təsdiq etməsini konkret göstərə bilmir. Məhkəmədə şahid qismində dindirilmiş Abşeron rayon Polis İdarəsinin Cinayət- Axtarışı bölməsinin baş əməliyyat müvəkkili Şahid1 Əsvər oğlu ibtidai istintaq zamanı verdiyi ifadəsindən fərqli ifadə verməklə göstərdi ki, 24 mart 2022-ci il tarixdə xidməti ərazidə Şahid2 ilə birlikdə xidmətlərini həyata keçirən zaman Təqsirləndirilən şəxs görmüşdürlər. O, işlək vəziyyətdə olmayan moped ilə olmuş və “eşələnərək” nə isə axtarmışdır. Moped hərəkətdə deyildi. Buna görə Təqsirləndirilən şəxs şübhələnərək ona yaxınlaşmışlar. Belə ki, həmin ərazidə oğurluq çox olduöundan və onun mopedi oğurlamasından şübhələnərək yaxınlaşmışlar. Həmçinin həmin əraziyə narkotikləri “zakladka” yolu ilə qoyulması hallarıda çox olduğundan oradan gəlib narkotik də götürənlər çox olmuşdur. Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim etmişlər və onun mopedi oğurlamasından şübhələr yarandığı üçün onu Abşeron rayon polis idarəsinə aparmışlar. Həmçinin onun mopedi həmin ərazidə yaşayan şəxslərdən birinin razılığı ilə onun həyətinə qoymuşlar. İdarəyə gəldikdən sonra müdafiəçinin iştirakı və videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, bu zaman o, bir bükümdə metamfetamin və bir bükümdə heroin təqdim etmişdir. Daha sonra verilən suallara cavab olaraq Şahid1 göstərdi ki, Təqsirləndirilən şəxs barəsində hər hansı əməliyyat məlumatı daxil olmamış və onu ilk dəfə görmüşlər. Təqsirləndirilən şəxs özünü şübhəli apardığı üçün ona yaxınlaşaraq saxlamışlar. Təqsirləndirilən şəxs üzərində smartfon tipli mobil telefon olmuşdur. Həmin telefonda narkotik vasitələrlə bağlı danışıqlar, onun saxlanıldığı yerin fotoşəkilləri, təyinat nöqtələri və s. olmuşdur. Mobil telefon təhqiqatçı tərəfindən götürülmüşdür. Məhəkəmədə şahid qismində dindirilmiş Abşeron rayon Polis İdarəsinin sabiq təhqiqatçısı X2 ifadəsində Təqsirləndirilən şəxs şəxsi axtarışı zamanı videogörüntülərdə olan smartfon tipli mobil telefonun aqibəti ilə bağlı verilən suallara cavab verə bilməmiş və həmin telefonun harada olmasını izah edə bilməmişdir. Həmçinin Təqsirləndirilən şəxs əməliyyat məlumatı ilə saxlanılmasının iş materiallarında göstərilməsi, lakin onu saxlayan polis əməkdaşlarının bunu təsdiq etməməsini də təqhqiqatçl məhkəməyə izah edə bilməmişdir. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan “Şəxsi axtarış keçirilməsi barədə” 24 mart 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün saat 22:10-da Abşeron RPİ-nin CAŞ-ın əməkdaşları tərəfindən Abşeron rayonu, Masazır qəsəbəsi, H.Arif küçəsində saxlanılaraq Abşeron RPİ-yə gətirilmiş və üzərində şəxsi axtarış keçirilərkən əynində olan tünd göy rəngli idman şalvarının sağ yan cibində olan sellofan paketdə iki ədəd ağ rəngli sellofana bükülmüş narkotik vasitə heroinə və psixotrop maddə metamfetaminə bənzər bükülü təqdim etmişdir. Bundan başqa, onun üzərində iş üçün əhəmiyyət kəsb edən hər hansı bir əşyanın aşkar edilmədiyi göstərilmişdir. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs göstərmişdir ki, ümumilkdə 11 qrama yaxın narkotik vasitəni 70 matan pula almışdır. Şəxsi axtarış video çəkilişlə aparılmış və video görüntülərin əks olunduğu “DVD” formatlı disk protokola əlavə edilmişdir. (Cild 1, iş vərəqləri 28-30) “Şəxsi axtarış keçirilməsi barədə” 24 mart 2022-ci il tarixli protokolda qeyd olunan xüsusatlar, həmin istintaq hərəkətinin qeydə alındığı video görüntülərin əks olunduğu diskə məhkəmədə tərəflərin iştirakı ilə baxış keçirilərkən öz təsdiqini tapmışdır. Bununla belə videoçəkilişə baxarkən müəyyən edilmişdir ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində bir ədəd smartfon tipli mobil telefon olmuşdur. Lakin mobil telefonun aqibəti nə şəxsi axtarış protokolu, nədə ki, cinayət işinin digər materialları ilə müəyyən edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən məhkəmə-kimyəvi ekspertizasının 25 mart 2022-ci il tarixli, 6/1641 nömrəli rəydən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “Azərbaycan Respublikası DİN Zərflər üçün №56 dairəvi möhür əksi olan, “Təqsirləndirilən şəxs üzərindən...” sözləri, soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfdə olanlar: bir ədəd bükümdə təmiz çəkisi 4,373 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, digər bir ədəd bükümdə təmiz çəkisi 4,706 qram olan ağ rəngli kristallik formada maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. (Cild 1, iş vərəqlər 35-40) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş ambulator məcburi-narkoloji yoxlamaya dair ekspertin 18 iyun 2022-ci il tarixli, 3348 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (Cild 1, iş vərəqləri 127-128) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən komisyon ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2022-ci il tarixli, 1607 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21- ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinin faktiki xarakterinin və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. (Cild 1, iş vərəqləri 156-158) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən 14 sentyabr 2022-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərara əsasən Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş və tədqiqatdan sonra qalıq çəkisi 4,656 qram olan psixotrop maddə metamfetamin və 4,323 qram olan narkotik vasitə heroin maddi sübut kimi tanınmaqla Abşeron RPİ-nin maddi sübutları saxlama otağına təhvil verilmişdir. Maddi sübut kimi tanınmış 01 ədəd “DVD” və 01 ədəd “CD” formatlı disklər cinayət işinin materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Cinayət qanunvericiliyinin maddi və prosessual normalarını rəhbər tutaraq, eləcə də tədqiq olunmuş sübutlara əsaslanaraq məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən aşağıdakı əsaslara görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilməmiş və onun əməli Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə tövsif edilməlidir. Belə ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs ittiham verilmişdir ondan ötrü ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında məhz satış məqsədi ilə qanunsuz olaraq 01 ədəd bükümdə külli miqdarda – ümumi təmiz çəkisi 4,373 qram olan narkotik vasitə heroini və 01 ədəd bükümdə külli miqdarda – ümumi təmiz çəkisi 4,706 qram olan psixotrop maddə metamfetamini üzərində saxlamaqla qanunsuz daşımışdır. Lakin istintaq orqanı Təqsirləndirilən şəxs narkotik vasitənin və psixotrop maddəni məhz satış məqsədi ilə əldə etməsi barədə nəticəyə gələrkən iş materiallarında olan heç bir sübuta istinad etməməklə yanaşı, təqsirləndirilən şəxsə bununla bağlı verdiyi ittihamda şəxsin həmin maddə ilə təqsirliliyini müəyyən edən hər hansı dəlil belə göstərməmişdir. İş materiallarından göründüyü kimi, təqsirləndirilən şəxsin üzərində iki bükümdə narkotik vasitə heroin və psixotrop maddə metamfetaminin mövcud olmasından başqa onun bu narkotik vasitə və psixotrop maddənin qanunsuz əldə etməsi, satışı ilə məşğul olması, bu məqsədlə hər hansı bir şəxslə sövdələşməsi, danışıqlar aparması və ya narkotik vasitənin satışına cəhd etməsi ilə bağlı ümumiyyətlə hər hansı bir sübut və dəlil əməliyyat və ya istintaq yolu ilə müəyyən edilməmişdir. Başqa sözlə, həm təhqiqat, həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitə və psixotrop maddəni məhz satış məqsədi ilə əldə etməsini, daşımasını və saxlamasını təsdiq edən heç bir dəlil, birbaşa və ya dolayı sübut müəyyən edilməmişdir. Məhkəmə xüsusi qeyd edir ki, istintaq orqanı Təqsirləndirilən şəxs saxlayan cəmi 2 nəfər polis əməkdaşları Şahid2 və Şahid1 istintaq zamanı verdiyi ifadələrini Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmasını təsdiq edən sübut kimi məhkəməyə təqdim etməyə çalışmışdır. Belə ki, həmin ifadələrə əsasən Bakı şəhərində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələri qəbul etməsi, üzərində daşıması və satışı ilə məşğul olması barədə etimad doğuran məlum və qərəzsiz mənbədən daxil olmuş məlumatın yoxlanılması məqsədilə 24 mart 2022-ci il tarixdə əməliyyat qrupu yaradılmış və həmin gün saat 22 radələrində Təqsirləndirilən şəxs Abşeron rayonu, Masazır qəsəbəsi, Hüseyn Arif küçəsində saxlanılaraq Abşeron RPİ-nə gətirilmişdir. Lakin məhkəmədə şahid qismində ifadə verən polis əməkdaşları Şahid2 və Şahid1 qeyd edilən ifadəni təsdiq etməyərək göstərmişlər ki, onlar əvvəl Təqsirləndirilən şəxs heç vaxt tanımamışlar və onunla bağlı hər hansı bir əməliyyat məlumatı daxil olmamış, əməliyyat qrupu yaradılmamışdır. Onlar 24 mart 2022-ci il tarixdə Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində xidmətdə olarkən Təqsirləndirilən şəxs işlək vəziyyətdə olmayan mopedi itələyərək aparmasını görmüşlər və onun mopedi oğurlamasından şübhələnərək sonuncunu saxlayıb Abşeron RPİ-yə gətirdikdə üzərində narkotik vasitə və psixotrop maddə olmasını aşkar etmişlər. Bundan başqa, iş materiallarında Abşeron RPİ-nin CAŞ-ın əməliyyat müvəkkili Şahid2 tərəfindən tərtib edilmiş və imzası ilə təsdiq edilmiş 24 mart 2022-ci il tarixli raport və “Əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinə dair” qərar vardır. Həmin raport və qərara əsasən Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsi və satışı ilə məşğul olması barədə əməliyyat məlumatları mövcud olmuşdur. Lakin məhkəmədə ifadə verən və Təqsirləndirilən şəxsla bağlı hər hansı bir əməliyyat məlumatının mövcud olmadığını bildirən əməliyyat müvəkkili Şahid2 həmin raport və qərar ilə bağlı verilən suallara cavab verə bilməmiş və bir daha Təqsirləndirilən şəxs təsadüfən ərazidə baş vermiş oğurluqla bağlı saxladıqlarını, onunla bağlı hər hansı bir əməliyyat məlumatının olmadığını bildirmişdir. Bununla da Şahid2 tərəfindən 24 mart 2022-ci il tarixli raport və “Əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinə dair” qərarın mötəbərliyi şübhə altına alınmışdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125.2 və 125.2.8-ci maddələrə əsasən sənədi və ya digər əşyanı tanımağa qadir olmayan, onun həqiqiliyini, mənbəyini, əldə olunma hallarını təsdiq edə bilməyən şəxsdən alındıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Ümumilikdə məhkəmə, ibtidai istintaq orqanının sübutları qiymətləndirilməsinə dair mövqeyi ilə bağlı qeyd edir ki, ibtidai istintaq orqanı “Sübutların qiymətləndirilməsi haqqında” 14 sentyabr 2022-ci il tarixli qərarında, cinayət qanununun normalarına və vahid məhkəmə təcrübəsinə istinad edərək təqsirləndirilən şəxsin əməlində “satış məqsədinin” sübuta yetirlməsini göstərməyə çalışsa da, əksinə toplanmış sübutlar və istinad etdiyi normalar, həmçinin hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsindən irəli gələn izah və tövsiyələr, təqsirləndirilən şəxsin əməlində “satış məqsədinin” olmadığını təsdiq edir. İstintaq orqanı həmin qərarda qeyd etmişdir ki, Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadələrində üzərində aşkar edilmiş narkotik vasitə və psixorop maddənin satış məqsədi ilə deyil, şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. İstintaq orqanı isə hesab etmişdir ki, Məmmədovun ifadəsində qeyd etdiyi xüsusatlar əsassızdır və özünü müdafiə xarakterlidir. Belə ki, istintaq zamanı toplanmış mötəbər sübutlar və işin faktiki halları ilə aşkar edilmiş narkotik vasitə və psixotrop maddənin məhz satış məqsədi ilə əldə etdiyi tam sübuta yetirilmişdir. Qərarda göstərdiyi bu bəndlə istintaq orqanı faktiki olaraq olmayan sübütlara istinad etməklə, hansı mötəbər sübutlar və işin faktiki halları ilə təsirləndirilən şəxsin əməlində “satış məqsədinin” sübuta yetirilməsini belə açıqlaya bilməmişdir. Belə ki, iş üzrə ibtidai istintaq və məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** nömrəli mobil nömrəyə dair mobil rabitə operatorundan götürülmüş “sms” yazışmaları və digər məlumatlara baxış keçirilmiş, bu zaman Təqsirləndirilən şəxs kiməsə narkotik vasitə və ya psixotrop maddə satmasına dair hər hansı bir məlumat aşkar edilməmişdir. (C 1, iş vərəqi 155) Bundan başqa, istintaq orqanı Təqsirləndirilən şəxs əməlinə hüquqi qiymət verərkən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli Qərarının 9-cu bəndinə istinad edərək göstərmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Halbuki, istintaq orqanı Təqsirləndirilən şəxs verdiyi ittihamda və cinayət təqibi ilə bağlı topladığı materiallarda təqsirləndirilən şəxs tərəfindən narkotik vasitə və psixotrop maddənin satacağı istehlakçı ilə razılığın əldə edilməsi, narkotik vasitənin Təqsirləndirilən şəxs tərəfindən çəkilib bir neçə xırda bağlamalara bükülməsi, həmçinin onda tərəzinin və digər vasitələrin olması, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışının həyata keçirilməsi üçün hər hansı bir şəxslə əlbir olması, aralarında razılaşmanın olması və birlikdə narkotik vasitələrin satışının həyata keçirilməsi ilə bağlı ümumiyyətlə heç bir dəlil və sübut gətirməmişdir. Ümumiyyətlə istintaq orqanı Təqsirləndirilən şəxs digər şəxslə qabaqcadan əlbir olduğunu göstərməklə yanaşı, həmin şəxsin şəxsiyyətini belə müəyyən etməmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında qeyd edilmiş həmin nəticə belə ittiham tərəfini “satış məqsədi”-nin sübuta yetirilməsi yükündən azad etmir. Çünki, Plenum qərarında yuxarıda təsvir olunan halların, o cümlədən narkotik vasitənin miqdarının ayrıca olaraq deyil, “başqa sübutlarla yanaşı” nəzərə alınması tövsiyyə olunur. Plenum qərarının tövsiyyələrinin mənasına görə narkomaniya xəstəliyin düçar olan şəxsin şəxsi istehlak miqdarından artıq – külli miqdarda narkotik vasitənin və psixotrop maddənin əldə etməsi, onun bunları məhz satış üçün əldə edib saxlamasına dair nəticəni əvvəlcədən müəyyən edən, satış məqsədinin mövcudluğunu sübuta yetirmək vəzifəsini ittiham tərəfinin üzərindən qaldıran hal kimi şərh edilə bilməz. Belə ki, iş materiallarında olan ambulator məcburi-narkoloji ekspertizasının rəyində qeyd olunmuşdur ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Bu da bir daha Təqsirləndirilən şəxs həm narkotik vasitə heroindən, həm də psixotrop maddə metamfetamindən istifadə etməsini və hər iki növdə narkotiki şəxsi istifadəsi üçün əldə etməsini təsdiq edir. İstintaq orqanı təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin tərkibinin olması qənaətinə gələrkən, narkotik vasitə və psixotrop maddənin külli miqdarda olmasına iş materiallarında öz əksini tapan yeganə sübut kimi istinad etməyə çalışsa da, yalnız bu əlamət özü özlüyündə “satış məqsədinin” qeyd-şərtsiz sübutu kimi əsas götürülə bilməz. Məhkəmə, bir daha ibtidai istintaq orqanının bu qənaətini əsassız hesab edərək qeyd edir ki, həm narkotik vasitə heroinin, həm də psixotrop maddə metamfetaminin istifadəçisi olan Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitənin və psixotrop maddənin miqdarının şəxsi istehlak miqdarından artıq - külli miqdarda olması, digər mötəbər sübutların olmadığı bir halda əməlin satış məqsədilə əldə edilmə kimi qiymətləndirilməsi üçün əsas vermir. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışı dəqiq və birmənalı şəkildə müəyyənləşdirilmişdir. Qeyd olunan Qanunun həmin maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Lakin məhkəmə istintaqı zamanı araşdırılmış sübutlarda və işin materiallarında Təqsirləndirilən şəxs tərəfindən ondan aşkar edilmiş narkotik vasitə və psixotrop maddəni əvəzli və ya qazanc əldə etmək, yaxud sair şəxsi maraq məqsədi ilə yayılmasına yönəlmiş hər hansı hərəkət edilməsini təsdiq edən heç bir sübut müəyyən edilməmişdir. Bununla da, istintaq orqanı həmin qərarda təqsirləndirilən şəxsin əməlinə hüquqi verərkən cinayət işi üzrə toplanmış sübutların Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham verilməsinə kifayət etməsi ilə bağlı öz gəldiyi nəticəni əsaslandırmağa çalışsa da, faktiki olaraq mövcud olmayan sübutlara istinad edib əsassız qənaətə gəlmişdir. Belə ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi bütün izahat və ifadələrində, eləcə də iştirak etdiyi istintaq hərəkətlərində psixotrop maddəni şəxsi istehlakı üçün əldə etdiyini göstərmişdir. Bundan başqa, ibtidai istintaqı orqanı tərəfindən Təqsirləndirilən şəxs götürülmüş narkotik vasitə və psixotrop maddənin mənbəyinin müəyyən edilməsi, onun narkotik vasitələrin satışı ilə məşğul olmasının yoxlanması barədə əməliyyat tapşırığı verilmişdir. Həmin əməliyyat tapşırığının cavabında isə formal olaraq Təqsirləndirilən şəxs “narkotik vasitələrin satışı ilə məşğul olması barədə bir sıra məlumatların daxil olması” qeyd edilsə də, hər hansı bir mötəbər məlumata istinad edilməmiş və Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddəni satmış şəxsin də müəyyən edilməsinin mümkün olmaması göstərilmişdir (Cild 1, iş vərəqə 152) Məhkəmə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən təzyiqə və döyülməyə məruz qalması, onun narkotik vasitəni götürə bilməməsi, polis əməkdaşlarının onun telefonunda olan məlumatlar əsasında sifariş verdiyi tiryək və marixuana növündə narkotik vasitələri götürməklə, heroin və metamfetaminlə əvəz edərək onun üzərinə qoymaları ilə bağlı ifadəsində göstərdiyi xüsusatları və gətirdiyi dəlilləri onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi kimi qiymətləndirərək, onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab edir. Belə ki, cinayət işinin materiallarında olan məhkəmə-tibb ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində hər hansı bir xəsarətin olması müəyyən edilməmişdir. Bundan başqa, ibtidai istintaq zamanı verdiyi ifadəsində Təqsirləndirilən şəxs bu halları göstərməmiş və şəxsi istifadəsi üçün narkotik vasitə heroin və psixotrop maddə metamfetamin əldə etdiyi göstərmişdir. Məhkəmə təqsirləndirilən şəxsin həm ibtidai istintaq zamanı verdiyi, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrində şübhələr və uyğunsuzqluqların olduğunu qeyd etməklə yanaşı hesab edir ki, iş üzrə cinayətin baş vermə mexanizmi və müəyyən edilmiş hallara dair daha mötəbər mənbə kimi polis əməkdaşlarının məhkəmədə verdikləri ifadələr əsas götürülməlidr. Çünki bu ifadələr işin halları ilə uzlaşmaqla yanaşı, hadisənin baş vermə mexanizminə və obyektiv həqiqətə daha uyğun gəlməklə ağlabatan görünür. Məhkəmənin qənaətinə görə, polis əməkdaşları Şahid2 və Şahid1 ibtidai istintaq zamanı verdikləri ifadələrin, eləcə də yuxarıda şərh olunmuş 24 mart 2022-ci il tarixli raport və “əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi haqqında” qərarın mötəbərliyinə əsaslı şübhələr olduğundan və məhkəmə istintaqı zamanı öz təsdiqini tapmadığından bu ifadələr mötəbər sübut kimi qəbul edilməməli, bütün şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin üzərində olan və iş üçün xüsusi əhəmiyyət kəsb edən onun mobil telefonun təhqiqatçı tərəfindən sübut kimi itirilməsi də diqqətdən kənar qala bilməz. Belə ki, həm təqsirləndirilən şəxs, həm də onu saxlayan polis əməkdaşlarının ifadələrindən görünür ki, həmin smartfon tipli mobil telefonda narkotik vasitənin sifarişi, qoyulduğu yer, çəkisi və iş üçün əhəmiyyət kəsb edən digər hallarla bağlı yazışmalar və fotoşəkillər olmuşdur. Mobil telefonun təqsirləndirilən şəxsdən təhqiqatçı tərəfindən götürülməsi şəxsi axtarış zamanı videoçəkilişdə görünsə də, sonradan bu sübut təhqiqatçı tərəfindən itirilmiş və onun aqibəti barədə iş materiallarında hər hansı bir sənəd müəyyən edilməmişdir. Müstəntiqə göndərilmiş sənədlərdə telefonla bağlı hər hansı bir qeyd olmamışdır. Məhkəmə tərəfindən Abşeron RPİ, Abşeron RPİ-nin Müvəqqəti saxlama yerinə və Penitensiar Xidmətin Bakı istintaq təcridxanasına verilmiş sorğuların cavabından görünür ki, Təqsirləndirilən şəxs saxlanıldıqdan sonra onda olan bir ədəd mobil telefon təhvil verilməmişdir. Məhkəmə belə nəticəyə gəlir ki, sübutun itirilməsi və prosessual qanunvericiliyin tələblərinin pozulması ilə bağlı təhqiqatçı barəsində xüsusi qərar çıxarılmaqla Azərbaycan Respublikası Daxili İşlər Nazirinə göndərilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Həmin Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Cinayət və Cinayət-Prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Eyni zamanda, CPM-nin 21.3-cü maddəsinə əsasən, cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadələri müvafiq sübutlarla təkzib olunmadıqda və ya yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmçinin Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 145.3cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.2 və 351.3.4-cü maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxmaq hüququna malikdir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmçinin Cinayət-Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144-cü, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Qeyd olunanlarla bağlı məhkəmə Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməsini əsaslı və qanuni hesab edərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməli və ona həmin maddənin sanksisı hədlərində cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli qəsdən törətmiş, həmin əməl başa çatmış cinayət olmaqla, təsnifata görə az ağır cinayətlər kateqoriyasına aid edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin cavabından və müvafiq məhkəmə hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs 2011 və 2020-ci illərdə məhkum olunmuş, lakin onun həmin məhkumluqları ödənilmiş və götürülmüşdür. Daha sonra, Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal rayon məhkəməsinin 06 may 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək 01 il müddətə, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən isə qəti olaraq 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona cinayətlərin məcmusu üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Məhkəmə qeyd edir ki, hazırki hökm üzrə təyin edilmiş cəza cinayətlərin məcmusu üzrə Bakı şəhəri Yasamal rayon məhkəməsinin 06 may 2022-ci il tarixli hökmü ilə təyin edilmiş cəza ilə tam toplanılmalı və cəza müddətinə hesablanmalı, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun şübhəli şəxs qismində tutulduğu iki gün ümumi cəza müddətindən çıxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5 və 67-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 14 iyul 2022-ci il tarixli Qərarına əsasən, əvvəlki hökmlə təyin edilmiş cəzanın çəkilib qurtarması halı həmin hökmün qüvvəyə minməsindən əvvəl törədilmiş cinayətə görə cinayətlərin məcmusu üzrə cəzanın təyin edilməsinin mümkünlüyünu istisna edən əsas kimi qəbul edilə bilməz. Belə ki, göstərilən halda Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə uyğun olaraq təqsirləndirilən şəxsə cinayətlərin məcmusu üzrə vahid cəza təyin edilməli və birinci hökmə əsasən çəkilən cəza isə qəti cəza müddətinə hesablanmalı, yəni çəkilmiş cəza cinayətlərin məcmusu qaydasında təyin olunan vahid cəzadan çıxılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 24 mart 2022-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş, Abşeron rayon məhkəməsinin 26 mart 2022-ci il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli tutulduğu tarixdən hesablanmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (Cild 1, iş vərəqləri 24, 72-75) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 24 mart 2022-ci il tarixdən hesablanmalıdır. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən təqsirləndirilən şəxsdə narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1-ci maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edərək qeyd edir ki, iş üzrə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub Abşeron RPİ-nin maddi sübutların saxlanc yerində saxlanılan: tədqiqatdan sonra qalıq çəkisi 4,656 qram olan psixotrop maddə metamfetamin və 4,323 qram olan narkotik vasitə heroin məhv edilməli, iş materiallarında olan 02 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsdən 65 (altmış beş) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. İş üzrə mülki iddia verilməmişdir. Bundan başqa, təqsirləndirilən şəxsin məhkəmədə müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun məhkəmədə hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin etdilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» xx.xx.2001ci il tarixli, 31 nömrəli Qərarına və həmin Qərara dəyişiklik edilməsi haqqında Nazirlər Kabinetinin 19 noyabr 2020-ci il tarixli, 452 nömrəli Qərarına görə müdafiəçinin (vəkilin) hüquqi yardımın göstərilməsi ilə bağlı təqdim etdiyi hesabata uyğun olaraq ödənilməli məbləğ cinayət prosesini həyata keçirən orqanın əsaslandırılmış qərarı əsasında dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Odur ki, məhkəmə mərhələsində təqsirləndirilən şəxsə göstərilən hüquqi yardımla bağlı müdafiəçiyə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Yasamal rayon məhkəməsinin 06 may 2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş 01 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzası hazırkı hökmlə təyin edilmiş cəza ilə tam toplanılsın və Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin müddəaları nəzərə alınıb tam çıxılaraq Təqsirləndirilən şəxs qəti olaraq 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 24 mart 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olub Abşeron RPİ-də saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 4,323 qram olan narkotik vasitə heroin və 4,656 qram olan psixotrop maddə metamfetamin məhv edilsin. 02 ədəd disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 65 manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-31/2024
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-31/2024
02.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver