Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-31/2025 20.02.2025 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Hümbətov Fəhmin Zaur oğlu (sədrlik edən), Əliyev Hafiz Samir oğlu, Rzayeva Aynur Tapdıq qızından ibarət tərkib, məhkəmə iclasının katibi X1, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları X2 və Dövlət ittihamçısı, müdafiəçilər – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 və təqsirləndirilən şəxslərin iştirakları ilə,
1. xx xxxx 1979-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həbs edilənədək həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə
2. xx xxxxxxxx 1981 -ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmayan, ünvan 2 ünvanında qeydiyyatda olmaqla həbs edilənədək həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 2023-cü ilin iyun ayının sonlarında Şahruz adı ilə məlum olan İran İslam Respublikasının ərazisində yaşayan şəxslə cinayət əlaqəsinə girərək qəsdən tamah niyyəti ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin və psixotrop maddələrin»in siyahısına daxil olan narkotik vasitə sayılan heroin, qurudulmuş marixuana və psixotrop maddə olan metamfetaminin satış məqsədi ilə qanunsuz olaraq saxlanması və daşınması barədə razılıq əldə edərək bu məqsədlə Şahruz adlı şəxsin külli miqdarda narkotik vasitə olan heroin, külli miqdarda qurudulmuş marixuana və külli miqdarda psixotrop maddə olan metamfetamini ümumi cinayətkar niyyətə uyğun olaraq 2023-cü ilin iyun ayının sonlarında naməlum şəraitdə Azərbaycan Respublikasının İmişli rayonu ərazisində gizlədilməsini təşkil edərək 01 iyul 2023-cü il tarixdə təxminən saat 14 radələrində Təqsirləndirilən şəxs2la sonuncunun istifadəsində olan 077 ***-**-** nömrəsi ilə telefon əlaqəsi saxlayıb ona İmişli rayonunun İran İslam Respublikası ilə həmsərhəd olan Hacırüstəmli kəndi ərazisindən keçən avtomobil yolunun kənarında yerləşən və üzərində 22 rəqəmi yazılmış lövhənin yanında gizlədilmiş həmin narkotik vasitələri və psixotrop maddəni götürməsini tapşırmış, 02 iyul 2023-cü il tarixdə təxminən saat 01 radələrində Təqsirləndirilən şəxs2 ümumi cinayətkar niyyətin həyata keçirilməsi məqsədi ilə Vasif adlı şəxsin idarə etdiyi taksi ilə Bakı şəhərindən İmişli rayonuna gələrək içərisində külli miqdarda narkotik vasitələr və psixotrop maddə olan bağlamaları Şahruz adlı şəxsin bildirdiyi yerdən əldə edərək Təqsirləndirilən şəxs1la birlikdə kirayəçi kimi yaşadıqları Abşeron rayonu Masazır qəsəbəsindəki evə daşıyaraq orada saxlamış, 04 iyul 2023-cü il tarixdə isə Təqsirləndirilən şəxs1la birlikdə yeni kirayələdikləri Abşeron rayonu, Xırdalan şəhərində yerləşən “Kristal Abşeron-1” yaşayış kompleksi ev 7, mənzil 5 ünvanına daşıyaraq orada saxlamağa davam etmişlər, 06 iyul 2023-cü il tarixdə saat 18 radələrində Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı onların birgə kirayəçi kimi yaşadıqları ünvan 3 ünvanda yerləşən evə həmin gün saat 18:05-dən 18:25-dək keçirilmiş baxış nəticəsində, evdə yerləşən paltar dolabının içərisindən bir ədəd qara rəngli sellofan bağlamada 6 ədəd şəffaf polietilen torbalarda ayrı-ayrılıqda çəkiləri 545 qram, 850 qram, 385 qram, 805 qram, 585 qram, 410 qram olmaqla ümumi çəkisi 3.580,05 qram külli miqdarda tünd qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin, üç ədəd qara rəngli polietilen torbada ümumi çəkisi 14.980,10 qram külli miqdarda tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və bir ədəd qara rəngli sellofan bağlamada ümumi çəkisi 688,35 qram külli miqdarda ağ rəngli kristal şəkilli kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 özünü elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs2 əvvəlcədən tanıyır, onunla eyni kənddə böyümüşlər. Təqsirləndirilən şəxs2la birlikdə marixuana növündə narkotik vasitə istifadə etmişlər. Lakin narkotik vasitələr daşımaq, satmaq və s. ilə məşğul olmamışlar. O, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində işləmişdir və ittihamda qeyd olunan tarixdə Laçın şəhərində olmuşdur. Həmin vaxt onun orada olduğunu anten məlumatları ilə də müəyyən etmək mümkündür. O, Abşeron rayonu, Xırdalan şəhəri, Kristal Abşeron yaşayış kompleksində kirayə əsasında yaşamışdır. O, Laçın şəhərində olduğu müddət ərzində həmin evdə Təqsirləndirilən şəxs2 qalmışdır. Bir gün həmin yaşayış kompleksində yaşadığı binanın komendantı ona zəng edib binanın su borusunun partladığını, onun düzəldilməsi xərcinin ödənilməli olduğunu bildirmişdir. O da Laçın şəhərindən Bakı şəhərinə qayıtmışdır. Komendanta zəng edib onunla görüşərək, su borusunun təmir xərcini verməyi düşünürdü. Daha sonra Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları onu saxlamışlar. Kirayə yaşadığı evə baxış zamanı həmin evdən qanunsuz vasitələr aşkar olunmuşdur. Həmin qanunsuz vasitələri oraya o qoymamışdır. Şahruz adlı şəxsi tanımışdır. Narkotik vasitə istifadəçisi olduğu üçün ondan bir neçə dəfə narkotik vasitə almışdır. Təqsirləndirilən şəxs2 da Şahruz adlı şəxs ilə o tanış etmişdir. Laçın şəhərindən gəldikdən sonra o heç kirayə götürdüyü, narkotik vasitələrin aşkar olunduğu evə girməmişdir. Komendantla ona pul vermək üçün görüşmüş, daha sonra saxlanılmışdır. Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat zamanı verdiyi, məhkəmədə elan olunaraq tədqiq olunan ilkin ifadəsində o, elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, təxminən iki il bundan əvvəl dostu Azər vasitəsilə iran İslam Respublikasının vətəndaşı Şahruz adlı şəxs ilə tanış olmuşdur. Bu tanışlıq vasitəsilə Şahruzla aralarında dostluq münasibəti yaranmışdır. Bir müddət Şahruzla mobil telefon vasitəsilə əlaqə yaratmış, həmin telefon danışıqlarında bir-biri ilə müxtəlif məişət mövzularında söhbətlər etmişlər. Beləcə onlar arasında dostluq münasibətləri yaranmışdır. Təxminən 2023-cü ilin aprel ayında dostu Təqsirləndirilən şəxs2 evində olarkən İİR vətəndaşı Şahruzla “WhatsApp” sosial şəbəkəsi vasitəsilə görüntülü əlaqə saxlayan zaman Şahruzla dostu Rasimi bir-biri ilə tanış etmişdir. Danışıq zamanı X6 rayonunun Hacı Rüstəmli kəndi ərazisində külli miqdarda narkotik vasitələr olduğunu və qeyd olunan narkotiki oradan götürərək Bakı şəhərinə gətirməyi və orada satışı həyata keçirməyi tapşırmışdır. Rasim isə bir müddət onunla danışdıqdan sonra istifadəsində olan 077-405- 79-89 mobil nömrəsini Şahruza vermişdir. 28 iyun 2023-cü il tarixdə Rasim onunla əlaqə saxlayaraq Şahruzun qeyd etdiyi narkotik vasitələrin gələcəyini və birlikdə narkotik vasitələri götürməli olduqlarını bildirmişdir. Daha sonra Rasim qeyd olunan narkotik vasitələri götürəcəkləri halda malları saxlamaq üçün mənzil olmadığını bu səbəbdən kirayə ev tutmalı olduqlarını bildirmişdir. O, kirayə ev tutmaq üçün pulunun olmadığını Rasimə bildirmişdir. Rasim bundan sonra Şahruzla əlaqəyə girərək narkotik vasitəni saxlamaq üçün kirayə mənzil tutmalı olduqlarını, lakin kifayət qədər pul vəsaitlərinin olmadığını bildirmişdir. Bundan sonra Şahruz onun kartına 300 manat pul vəsaiti göndərmişdir. 29 iyun 2023-cü il tarixdə Rasimlə birlikdə Masazır qəsəbəsində “Gold” marketin yaxınlığında kirayə fərdi yaşayış evi götürmüş və o, bu barədə Şahruza məlumat vermişdir. 30 iyun 2023-cü il tarixdə o, işləri ilə əlaqədar Laçına getməli olmuşdur. Bu səbəbdən Rasim qeyd olunan narkotik vasitələri tək götürmüşdür. Bundan sonra Şahruz onunla telefon vasitəsilə əlaqə yaradaraq Rasimin malları götürdüyünü və Xırdalanda yerləşən kirayə mənzildə saxladığını ona bildirmişdir. Şəhruz isə ona dərhal Bakı şəhərinə gedərək narkotik vasitələrə nəzarət etməyi tapşırmışdır. O, səbəbini soruşduqda Şahruz ona Rasimə güvənmədiyini və malları sata biləcəyindən şühhələndiyini bildirmişdir. Bu hadisədən bir müddət sonra yəni 03 iyul 2023- cü il tarixdə o, Abşeron rayonu Masazır kəndində yerləşən həmin kirayə mənzilə getmişdir. Həmin mənzildə onu Rasim qarşılamışdır. Rasim ona narkotik vasitələrin saxlanıldığı ərazini göstərmişdir. O, narkotik vasitələrin müxtəlif torbalarda saxlanıldığım və həmin torbaların açılmadığım görmüşdür. Bundan sonra Rasim ona Şəhruzdan zəng gözlədiyini və malları harada aparmalı olduğunu Şəhruzun söyləyəcəyini bildirmişdir. Bir müddət sonra Şahruz Rasimlə "WhatsApp” sosial platforması vasitəsilə əlaqəyə girərək sonuncuya söylədiyi miqdarlarda narkotik vasitələri hazır etməli olduğunu və özünün müəyyənləşdirdiyi bir əraziyə gedərək orada gizlətməli olduğunu bildirmişdir. Bundan əlavə harada gizlətdiyi barədə dərhal ona məlumat verməli olduğunu da qeyd etmişdir. Beləliklə Rasim 3-4 dəfə müxtəlif vaxtlarda malları Şahruzun qeyd etdiyi miqdarda hazırlayıb müxtəlif ərazilərdə gizlətmişdir. Bu hadisədən bir müddət sonra Rasimin Masazırda tutduğu həyat evindən narkotik vasitələrin qoxusu gəldiyindən həmin mənzildən çıxmaq qərarına gəlmişlər. Bundan sonra o, ev üzrə satış mütəxəssisi vasitəsilə Xırdalan şəhərində “Köhnə Bazar” adlanan ərazidə 5 mərtəbəli binanın 2-ci mərtəbəsində yerləşən mənzili kirayə götürmüşdür. Bir müddət sonra həyət evindən taksi vasitəsilə narkotik vasitələri Xırdalan şəhərində yerləşən yeni tutduqları kirayə mənzilə gətirmilər. Həmin mənzilə narkotik vasitəni taksi vasitəsilə gətirdikləri zaman taksi sürücüsü onlardan şübhələnsə də lakin heç bir söz deməmişdir. Bundan əlavə bildirmək istəyirəm ki həmin mənzildə 2 günə yaxın qalmışlar. Orada olduqları zamanda Rasim yenidən Şəhruzun qeyd etdiyi miqdarlarda malları hazırlayaraq müxtəlif yerlərə yerləşdirmiş, o, isə öz növbəsində həmin mallar üzərində nəzarəti həyata keçirmişdir. Bundan sonra Şahruz onun şəxsi kartına 1000 manat məbləğində pul vəsaiti vurmuşdur. Pul vəsaitini hansı səbəbdən kartına göndərdiyini soruşduqda Şahruz ona narkotik vasitələri daim nəzarəti altında saxlamağı üçün olduğunu qeyd etmişdir. 06 iyul 2023-cü il tarixində Xirdalan şəhərində yerləşən həmin kirayə mənzilə narkotik vasitələri yoxlamaq məqsədilə gəlmişdir. Orada olduğu zaman isə Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən saxlanılmışdır. O, özü hazırda narkotik istifadəçisidir. O,əvvəllər Şahruzla sadəcə şəxsi istifadə etməsi üçün narkotik vasitə verə biləcəyi barədə söhbətlər aparmış. Müxtəlif vaxtlarda Şahruzun ona dediyi ərazilərdən şəxsi istifadə etmək məqsədilə narkotik vasitə götürmüşdür.Şahruz onunla mobil telefonla əlaqə yaratdığı zaman malların İran İslam Respublikasında olduğunu və onları qaçaqmalçılıq yolu ilə Azərbaycana keçirəcəyini bildirmişdir. (Cild 1, iş vərəqləri 94-97) Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 özünü elan edilmiş ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, ümumiyyətlə, narkotik vasitələr istifadə etməmişdir. O, narkotik vasitələri ehtiyat hissələri adı ilə götürmüş, götürdüyü vasitələrin narkotik vasitələr olduğunu bilməmişdir. Həmin vaxt o, rayona mal-material almağa getmişdir. Təqsirləndirilən şəxs1 ona zəng edərək, ondan onun üçün avtomobil ehtiyat hissəsi götürüb gətirməyini xahiş etmişdir. O da onunla razılaşmışdır. Daha sonra Təqsirləndirilən şəxs1 avtomobil ehtiyat hissələrini ona verməli olan şəxs tələsdiyi üçün onları yol kənarına qoyub getdiyini, onun yol kənarından götürməyini bildirmişdir. O da içərisində avtomobil ehtiyat hissələri olduğunu bildiyi paketi götürüb gətirmiş və Təqsirləndirilən şəxs1 vermişdir. O, Biləsuvar rayonuna Vasif adlı şəxs ilə getməmişdir. Oraya yoldan keçən hər hansı bir avtomobil ilə getmişdir. Avtomobil ehtiyat hissələrini Rüstəmbəyli kəndi ərazisindən təxminən saat 17:00 radələrində götürmüşdür. Rüstəmbəyli kəndi təxminən Biləsuvar rayonunun inzibati ərazisinə düşür. O, ittiham aktında qeyd olunan tarixlərdə İmişli rayonunda olmamışdır. Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat zamanı verdiyi, məhkəmədə elan olunaraq tədqiq olunan ilkin ifadəsində o, elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, Təqsirləndirilən şəxs1la uzun müddətdir ki, dostluq edir. Belə ki, Əli llyasov onun qonşusudur. Onunla dostluq münasibətləri vardır. Təxminən 2023-cü ilin aprel ayında Təqsirləndirilən şəxs1 onların evində olan zaman İranlı Şəhruz adlı şəxslə “WhatsApp” sosial şəbəkəsi vasitəsi ilə görüntülü danışmış. Həmin vaxt Əli onu Şahruzla tanış etmiş və o, iranlı Şahruzla danışmışdır. Şahruz təxminən 43-44 yaşlarında, seyrək saçlı normal bədən quruluşlu, qarayanız şəxsdir. Şahruzun iranın hansı şəhərində qalması barədə məlumatı yoxdur. Danışıq zamanı Şahruz İrandan Azərbaycana narkotik vasitələr göndərdiyini bildirmiş və ona həmin narkotikləri lazım olduqda götürə bilib- bilməyəcəyini soruşmuşdur. O, Şahruza narkotikləri deyilən yerdən götürə biləcəyini bildirmişdir. Bundan sonra o, iranlı Şahruza istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsini vermişdir. Bundan sonra Şahruzla 2-3 ay ərzində mobil telefonun “WhatsApp” sosial şəbəkəsi vasitəsilə danışmışdır. Həmin danışıqlarda onlar narkotik vasitələrdən danışmamışlar. Sadəcə məişət xarakterli söhbətlər etmişlər. 28 iyun 2023-cü il tarixdə Şahruz ona zəng edərək İrandan narkotik vasitələr göndərəcəyini və Əli ilə birlikdə gedib həmin narkotik vasitələri İmişli rayonundan götürüb Bakı şəhərinə gətirməyini təklif etmişdir. Həmçinin danışıq zamanı narkotiklərin iranda olduğunu, onlar razı olacağı təqdirdə Azərbaycana göndərəcəyini bildirmişdir. O, razılıq versə də narkotik vasitələri gizlətməyə yerləri olmadığını bildirmişdir. Bundan sonra bu barədə Əli ilə danışmışdır. Əli Şahruza zəng edərək gələcək narkotik vasitələri saxlamaq üçün kirayə ev tutmaq istədiklərini bildirmişdir. Şahruz da Əlinin bank kartına 300 manat göndərərək kirayə ev tutmalarını tapşırmışdır. 29 iyunda Əli ilə birlikdə Abşeron rayonu Masazır kəndində “Gold” marketin yaxınlığında kirayə fərdi yaşayış evi götürmüşlər və bu barədə Əli Şahruza məlumat vermişdir. 30 iyunda Əli işi ilə əlaqədar Laçın rayonuna getməli olmuşdur.01 iyul 2023-cü il tarixdə saat 14 radələrində o, işdə olan zaman Şahruz ona zəng edərək İrandan narkotik vasitələr gələcəyini, Əlinin rayonda olduğundan narkotik vasitələri götürməyə tək getməyini və təcili olaraq İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsinə getməli olduğunu bildirmişdir. Həmin vaxt o, Şahruza işdə olduğunu işini yekunlaşdırıb gedə biləcəyini bildirmiş və Əliyə zəng edərək necə getməli olduğunu maraqlanmışdır. Təxminən 2 saat sonra Şəhruz yenidən ona zəng edərək gedib- getməyəcəyi ilə maraqlanmış, o, Şahruza gedəcəyini demişdir. Şahruz ona imişli rayonunun Bəhrəmtəpə qəsəbəsində “dörd yol” deyilən əraziyə getməsini tapşırmışdır. O, qonşuluqda yaşayan Vasif adlı şəxslə əlaqə saxlamışdır. Vasif “Kia” markalı avtomobili ilə fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olmuşdur. O, Vasifə zəng edərək imişliyə gedib-qayıtmaq lazım olduğunu bildirmiş və nə qədər zəhmət haqqı alacağını soruşmuşdur. Vasif ondan 150 manat zəhmət haqqı istəmiş və o, Vasiflə razılaşmışdır. Saat təxminən 16 radələrində onlar Bakı şəhərindən imişli rayonu istiqamətində yola çıxmış, saat 20 radələrində imişli rayonunun Bəhrəmtəpə qəsəbəsindəki “4 yol” deyilən əraziyə gedib bu barədə Şahruza məlumat vermişdir. Bundan sonra Şahruz bir qədər gözləməyini tapşırmışdır. Təxminən 3-4 saat gözlədikdə sonra Şahruz ona “WhatsApp” sosial şəbəkəsi vasitəsilə mesaj yazaraq imişli rayonun Hacırüstəmli kəndinə getməyi, kəndə gedən yolun 22-ci kilometrliyini bildirən “22” rəqəmləri yazılmış yol nişanın yanından narkotik vasitələri götürməyi tapşırmışdır. 02 iyul gecə saat 01 radələrində qeyd edilən yol nişanın yanına çatdıqda Vasifdən avtomobili saxlamasını tapşırmışdır. Avtomobildən düşüb yol nişanına yaxınlaşmış və orada sarı rəngli üç ədəd kisə olduğunu görmüşdür. Kisənin birini götürüb maşına yaxınlaşdıqda Vasif kisələrdə narkotik vasitə olduğunu bilib avtomobilin baqajının açılmasına imkan verməyərək qorxduğunu və onu Bakıya aparmaqdan imtina etdiyni demişdir. O, bir müddət Vasiflə danışdıqdan sonra həmçinin 150 manat əlavə, yəni ümumilikdə 300 manat verəcəyini dedikdən sonra Vasif onunla razılaşaraq avtomobilə əyləşmiş və o, yük yerini açaraq içərisində narkotik vasiətlər olan kisəni yerləşdirmişdir. Eyni qaydada digər kisələri də, ümumilikdə 3 ədəd kisəni avtomobilin yük yerinə yerləşdirərək Bakı şəhəri istiqamətinə hərəkət etmişlər. Yolda olan zaman o, Vasifə zəhmət haqqı kimi çatacaq 150 manat və sonradan söz verdiyi 150 manat olmaqla ümumilikdə 300 manat pul vermişdir. 02 iyul saat 06 radələrində Vasiflə birlikdə Xırdalan şəhərinə çatıb və narkotik vasitələri düşürərək kirayə tutduqları evdə yerləşdirmişdir. Vasif getdikdən sonra o, Şəhruza videogörüntülü zəng edərək narkotik vasitələrin evdə olduğunu bildirmiş və kisələri açaraq göndərilən narkotik vasitələri Şahruza göstərmişdir. Qeyd edilən kisələrdə qurudulmuş marixuana, heroin və metamfetamin olmuşdur. Narkotik vasitələrin ünvana çatdığım bildikdə zəhmət haqqı kimi ona nə qədər pul verəcəyini soruşmuşdur. O, bu işləri bilmədiyini, ilk dəfə narkotik vasitə gətirdiyini bildirərək Əli ilə danışmasım bildirmiş və Şahruz ona zəhmət haqqı kimi 2500 manat məbləğində pul verəcəyini bildirmişdir. O, Şahruzun təklifi ilə razılaşmışdır. Onun istifadəsində bank kartı olmadığıdan Şahruz pulu Əlinin bank kartına atacağını bildirmişdir. 03 iyul 2023-cü il tarixdə Əli Laçın rayonundan geri qayıtmış və birlikdə narkotik vasitələri yoxlamağa getmişlər. Əli orada olan zaman Şahruzun göndərdiyi 2500 manatı ona vermişdir. O, həmin puldan Əliyə pul verməmişdir. Həmin günü qurudulmuş marixuanadan bir qədər götürüb istifadə etmişdir. Həmin günü Şahruz onlara zəng edərək sifariş olduğunu bildirmiş və hazırda xatırlamadığı narkotik vasitələrdən evdə olan elektron tərəzidə çəkərək qablaşdırmışlar. Əli ilə birlikdə Xırdalan şəhəri ərazisində müxtəlif yerlərə ataraq “WhatsApp” sosial şəbəkəsi vasitəsilə “mövqe” atmışdır. Həmçinin kirayə tutduqları evin sahibəsi yaxınlıqda yaşadığından onlar evi dəyişmək qərarına gəlmişlər. 05 iyulda 2023-cü il tarixdə işdə olan zaman Əli ona zəng edərək başqa yerdə bina evi kirayə tutduğunu bildirmiş və narkotik vasiətləri həmin ünvana aparmalı olduqlarını demişdir. Bundan sonra axşam saat 22 radələrində Əli ilə birlikdə narkotiklər olan mənzilə gedib taksi sifariş verərək kisələri taksinin yük yerinə yerləşdirib Əlinin kirayə tutduğu təzə mənzilə aparmışlar. Mənzil Xırdalan şəhərində “Köhnə Bazar” adlanan ərazidə 5 mərtəbəli binanın 2-ci mərtəbəsində yerləşirdi. Təzə kirayə götürdükləri mənzildəndə 2 dəfə Şəhruzun dediyi sifarişlər əsasında narkotik vasitələrdən götürüb Xırdalan şəhəri ərazisində müxtəlif yerlərdə gizlətmişlər.Ümumilikdə 3 dəfə Şahruzun sifarişlərini Xırdalan ərazisində müxtəlif yerlərdə gizlədərək Əli və yaxud o, Şahruza “WhatsApp” vasitəsilə mövqe göndərmişlər. Həmin narkotik vasitələri kimlərin götürməsi barədə, həmçinin həmin narkotik vasitələrə hansı məbləğdə pul verməsi barədə məlumatı olmamışdır. Narkotik vasitələri müxtəlif yerlərə qoymalarına görə zəhmət haqqım Şahruzla Əli danışmışdır. Həmin işlərə görə zəhmət haqqı almamışdır. Şahruzun Əlinin bank kartına zəhmət haqqılarını atıb-atmaması barədə məlumatı yoxdur. 06 iyul 2023-cü il tarixdə işdə olan zaman DTX əməkdaşları tərəfindən saxlanılmış, həmin vaxt narkotik vasitələrin aşkarlandığı və Əlinin DTX əməkdaşları tərəfindən saxlanıldığı məlum olmuşdur. (Cild 1, iş vərəqləri 109-112) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri iş üzrə sübut növü kimi qəbul edir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Azərbaycann Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşı Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiqləyərək ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs1 saxlanılmasında iştirak etmişdir. Digər şəxsin saxlanılmasında o iştirak etməmişdir. Təqsirləndirilən şəxs1 külli miqdarda narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat əsasında əməliyyat qrupu yaradılmış və əməliyyat tədbirləri həyata keçirilmişdir. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 saxlanılmışdır. Təqsirləndirilən şəxs1 barəsində daxil olmuş əməliyyat məlumatı barədə bildirilmiş, o da yaşadığı evdə narkotik vasitə olduğunu etiraf etmişdir. Yaşadığı evə baxış keçirilməsinə etirazı olub-olmaması barədə soruşulduqdan sonra Təqsirləndirilən şəxs1 etirazı olmadığını bildirmiş və onun evinə baxış keçirilmişdir. Baxış zamanı evdən külli miqdarda narkotik vasitələr və psixotrop maddələr aşkar olunmuşdur. Təqsirləndirilən şəxs1 yaşadığı evdən təxminən 14-15 kiloqram miqdarında marixuana növündə narkotik vasitə aşkar olunmuşdu.Təqsirləndirilən şəxs1 saxlanılması zamanı ona qarşı heç bir təzyiq göstərilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycann Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşı Şahid3 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiqləyərək ifadəsində göstərdi ki, daxil olmuş məlumat əsasında 2 əməliyyat qrupu yaradılmış, onlardan biri Təqsirləndirilən şəxs1, digəri Təqsirləndirilən şəxs2 saxlanılmasını həyata keçirmişdir. O, Təqsirləndirilən şəxs2 saxlanılmasında iştirak etmişdir. Əldə edilən məlumata görə İran İslam Respublikasının vətəndaşı olan şəxslə əlbir olan şəxslər onun tapşırığı ilə narkotik vasitələri dövriyyəsini həyata keçirirlər. Belə ki, sərhəd rayonlarında götürülməli olan narkotik vasitələri Təqsirləndirilən şəxs1 şəxsən gedə bilmədiyi üçün Təqsirləndirilən şəxs2 götürməyi tapşırmış, Təqsirləndirilən şəxs2 həmin vasitələri götürüb Abşeron rayonu ərazisinə daşımışdır. Narkotik vasitələrin bir qismi Təqsirləndirilən şəxs1 kirayə yaşadığı evdə saxlanılmış, bir qismi isə realizə edilmişdi. Təqsirləndirilən şəxs2 saxlanılması zamanı ona qarşı heç bir təzyiq göstərilməmişdir. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunan Şahid2 ifadəsinə əsasən 2023-cü ilin mart ayında Dövlət Təhlükəsizlik Xidmətinə 22 mart 2023-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Ələkbərov küçəsi ev 21-də qeydiyyatda olan Təqsirləndirilən şəxs1 külli miqdarda narkotik vasitələrin qaçaqmalçılığı və qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Təqsirləndirilən şəxs1 qeyri-qanuni fəaliyyətinin aşkarlanıb sənədləşdirilməsi, maddi sübut bazasının yaradılması üçün vacib olan məlumatların əldə olunması məqsədi ilə əməliyyat tədbirlərinin aparılmasına dair xidmət rəhbərliyi tərəfindən Azərbaycan Respublikasının Baş Prokurorunun müavini qarşısında vəsatət qaldırılmışdır. Baş prokurorun müavininin Bakı şəhəri, Səbail rayon məhkəməsinə verdiyi təqdimat əsasında məhkəmə tərəfindən 14 mart 2023-cü il tarixdə Təqsirləndirilən şəxs1 ətrafında 6 ay müddətində əməliyyat-axtarış tədbirlərinin aparılması barədə qərar qəbul olunmuşdur. Qeyd olunanlarla əlaqədar DTX əməkdaşları Şahid1 və Şahid3la birlikdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə İran İslam Respublikasından qaçalmalçılıq yolu ilə gətirilmiş narkotik vasitələri Xırdalan şəhərində kirayə tutduqları mənzildə saxlamaları barədə daxil olmuş məlumatlarla bağlı 06 iyul 2023-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, Kristal Abşeron-1 yaşayış kompleksində olarkən əvvəlcədən xarici görünüşü məlum olan Təqsirləndirilən şəxs1 onlar tərəfindən saxlanılmışdır. Təqsirləndirilən şəxs1 özlərini təqdim edərək qanunsuz olaraq qaçaqmalçılıq yolu ilə külli miqdarda narkotik vasitə əldə edib mənzilində saxlamaqda şübhəli olması barədə bildirdikdən sonra sonuncuya mənzilində axtarış aparmaq istədiklərini bildirmişlər. Təqsirləndirilən şəxs1 etiraz etməyərək onları Kristal ünvan 4 ünvanına gətirmişdir. Həmin mənzildə axtarış aparılmazdan əvvəl Təqsirləndirilən şəxs1 hüquq və vəzifələri izah olunaraq yaşadığı mənzildə axtarış aparılması barədə məlumat verilmişdir. Videoçəkiliş aparılmaqla əvvəl Təqsirləndirilən şəxs1 mənzilinin qarşısında ona mənzildə qanunla qadağan olunmuş narkotik vasitə, silah və sair əşya və predmet olub-olmadığı soruşulmuşdur. Təqsirləndirilən şəxs1 mənzildə narkotik vasitə olması barədə bildirmiş, bundan sonra mənzilin açarını Təqsirləndirilən şəxs1 alıb qapını açıb içəri daxil olmuşlar. Həmin mənzil bir qonaq, bir yataq otağı, mətbəx və sanitar qovşağı, bir eyvanı olan mənzil olmuşdur. Təqsirləndirilən şəxs1 mənzildəki paltar dolabını göstərib narkotik vasitələrin dolabın içərisində olduğunu bildirmişdir. Paltar dolabınınn qapısını açdıqda 3 ədəd qara rəngli sellofan bağlamada qablaşdırılmış içərisində qurudulmuş marixuanaya bənzər maddələr olan bükülülər, 1 ədəd qara sellofan bağlamada açıq şəkildə qablaşdırılmış halda içərisində spesifik iyli, şəffaf rəngli, kristal formada olan, psixotrop maddə olan metamfetaminə bənzər maddə və 1 ədəd qara sellofan bağlamada 6 ədəd şəffaf sellofanda bölünmüş halda kəskin spesifik iyli, tünd qəhvəyi rəngli, heroinə bənzər maddə aşkar edilmişdir. Təqsirləndirilən şəxs1 həmin bağlamaların içərisindəki maddələrin narkotik vasitə qurudulmuş marixuana, heroin və psixotrop maddə metamfetamin olduğunu, sözü gedən maddələri Şahruz adlı İran vətəndaşının satış məqsədi ilə göndərdiyini və Təqsirləndirilən şəxs2 adlı tanışının narkotik vasitələri İmişli rayonu Hacırüstəmli kəndindən götürüb narkotik vasitələri saxlamaq məqsədi ilə kirayə tutduqları mənzilə gətirdiyini bildirmişdir. Qablaşdırılmış halda təxmini çəkisi 14 kq 755 qram çəkidə olan qurudulmuş marixuanaya bənzər kütlələr, qablaşdırılmış halda təxmini çəkisi 3 kq 880 qram olan heroinə bənzər maddə və qablaşdırılmış halda təxmini çəkisi 690 qram olan metamfetaminə bənzər maddə polietilen bağlamalara qoyularaq DTX-nin 95 №-li möhürü ilə möhürlənərək qablaşdırılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs1 üzərində qanunla qadağan edilmiş hər hansı bir maddə, əşya olub-olmadığı soruşularaq təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs1 üzərində olan 1 ədəd “Redmi” markalı mobil telefon və mənzil açarları aşkarlanaraq götürülüb kağız zərfdə qablaşdırılmış və DTX-nin 95 nömrəli möhürü ilə həmin zərf möhürlənmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 üzərində başqa hər hansı bir əşya aşkar olunmamışdır. Bundan sonra baxış və axtarış aparılması ilə bağlı protokol tərtib olunmuş və həmin protokol Təqsirləndirilən şəxs1 tərəfindən imza olunaraq təsdiq olunmuşdur. Baxış aparılması mobil telefon vasitəsi ilə çəkilərək həmin çəkiliş diskə köçürülərək protokola əlavə edilmişdir. Təqsirləndirilən şəxs1 izahatı alındıqdan sonra onun narkotik vasitəni İmişli rayonundan gətirdiyini qeyd etdiyi tanışı Təqsirləndirilən şəxs2 DTX əməkdaşları tərəfindən Bakı şəhərində müəyyən edilərək DTX-nin Abşeron rayon şöbəsinə gətirilmiş və üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 üzərindən 1 ədəd “Blackview” markalı mobil telefon, 1 ədəd mənzil açarı, 100 manat 80 qəpik pul aşkar olunaraq həmin əşyalar və pullar kağız zərfdə qablaşdırılıb DTX-nin 95 nömrəli möhürü ilə möhürlənərək götürülmüşdür. Bu barədə protokol tərtib olunaraq Təqsirləndirilən şəxs2 həmin protokolu imza edərək təsdiq etmişdir. Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış mobil telefon vasitəsi ilə video çəkilişlə aparılmış və həmin çəkiliş diskə köçürülüb protokola əlavə edilmişdir. Təqsirləndirilən şəxs2 izahatı alınarkən o, Şahruz adlı İran İslam Respublikası vətəndaşı tərəfindən göndərilmiş narkotik vasitə və psixotrop maddəni sonuncunun tapşırığı ilə satış məqsədi ilə İmişli rayonu Hacırüstəmli kəndindən gizlədilmiş yerdən götürüb Vasif adlı taksi sürücüsü ilə Abşeron rayonu Masazır qəsəbəsində kirayə tutduğu evə gətirdiyini, sonra isə həmin narkotikleri Təqsirləndirilən şəxs1la birlikdə sonuncu tərəfindən kirayə götürdüyü Xırdalan şəhərində Kristal Abşeron yaşayış kompleksindeki mənzilə daşıdıqlarını, Şahruzun sifarişi əsasında narkotik vasitə və psixotrop maddədən bir hissəsini müxtəlif ünvanalara aparıb qoyduqlarını, bunun müqabilində Şahruzun ona karta köçürmək yolu ilə 2500 manat pul göndərdiyini, həmçinin narkotik vasitələri saxlamaları üçün kirayə ev tutmaq üçün Şahruzun 300 manat Əliyə pul göndərdiyini təsdiq etmişdir.Bundan sonra Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 toplanmış materiallar əsasında şübhəli şəxs qismində tutularaq barələrində cinayət işi başlanmışdır. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 DTX əməkdaşları tərəfindən saxlanılan zaman və DTX-nə aparılarkən onalara qarşı hər hansı bir fiziki təsir və psixi təziq göstərilməmişdir. (Cild 2, iş vərəqləri 27-28) Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən 06 iyul 2023-cü il tarixli baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilmiş, 1 ədəd “Blackview” markalı mobil telefon, 1 ədəd mənzil açarı, 100 manat 80 qəpik pul aşkar olunaraq götürülmüşdir. (Cild 1, iş vərəqləri 18-20) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən 06 iyul 2023-cü il tarixli baxış protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 birgə kirayəçi kimi yaşadıqları Abşeron rayonu Xırdalan şəhəri “Kristal Abşeron-1” yaşayış kompleksi ev 7 ünvandakı evə baxış keçirilərkən həmin evdə yerləşən paltar dolabının içərisindən götürülmüş üç ədəd bağlamada narkotik vasitə heroinə və psixotrop maddə metamfetaminə bənzər maddələr aşkar olunaraq götürülmüşdür. (Cild 1, iş vərəqləri 12-14) 06 iyul 2023-cü il tarixli protokollarda əks olunan “baxış və götürmə aparılması” və “şəxsi axtarış və götürmə aparılması” istintaq hərəkətlərinin videogörüntülərini özündə əks etdirən 2 ədəd disk iş materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən həmin videogörüntülərin əks olunduğu diskə məhkəmədə təqsirləndirilən şəxslərin və digər proses iştirakçılarının iştirakları ilə baxılarkən müəyyən edildi ki, 06 iyul 2023-cü il tarixli protokollarda qeyd olunan hallar və aşkar olunmuş dəlillər tam olaraq videogörüntülərdə öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən məhkəmə-bioloji ekspertizasının 12 oktyabr 2023-cü il tarixli, 3-16-16/2-7/1397 nömrəli rəydən görünür ki, tədqiqata təqdim edilmiş, 2 ədəd ağ rəngli torbalarda ümumi çəkisi 14.980,0 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. (Cild 1, iş vərəqləri 216-219) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən məhkəmə kimyəvi ekspertizasının 20 oktyabr 2023-cü il tarixli, 3-16-16/2-6/5301 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidməti Arayışlar üçün №214»-li dairəvi möhür əksi olan bağlamadaki -bir ədəd göy rəngli polietilen torbadaki 6 ədəd şəffaf polietilen torbalarda qablaşdırılmış ümumi təmiz çəkisi 3.580 qram tünd qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. -bir ədəd qara və ağ rəngli torbadaki təmiz çəkisi 688,3 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə -metamfetamindir. ( cild 1, iş vərəqləri 238-243) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən Təqsirləndirilən şəxs2 barəsində təyin edilmiş məhkəmə-narkoloji ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X3 daxil olmuş 02 sentyabr 2023-cü il tarixli 5656 nömrəli rəydən görünür ki, Təqsirləndirilən şəxs2 Kannabinoidlərin qəbulu nəticəsində yaranan Asılılıq Sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür.(Cild 1, iş vərəqləri 212-213) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən Təqsirləndirilən şəxs1 barəsində təyin edilmiş məhkəmə-narkoloji ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X3 daxil olmuş 02 sentyabr 2023-cü il tarixli 5658 nömrəli rəydən görünür ki, Təqsirləndirilən şəxs1 Opoidlərin və Psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan Asılılıq Sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (Ciıd 1, iş vərəqləri 214-215) Cinayət işinin materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” 17 yanvar 2024-cü il tarixli qərardan görünür ki, ekspertiza tədqiqatından sonra qalıq qalan 3578,8 qram narkotik vasitə olan heroin, 14979,85 qram narkotik vasitə olan qurudulmuş marixuana və 688,1 qram təşkil edən psixotrop maddə olan metamfetamin maddi sübut kimi tanınaraq Abşeron RPİ-nin maddi sübutları saxlanc yerinə təhvil verilmişdir. 02 ədəd disk maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilmişdir. (Cild 2, iş vərəqləri 51- 64) Məhkəmə, təqsirləndirilən şəxslərin narkotik vasitələrin satışı ilə məşğul olmamaları, Təqsirləndirilən şəxs2 götürdüyü narkotik vasitənin avtomobil ehtiyat hissələri olduğunu bilməsi ilə bağlı ifadəsində göstərdiyi xüsusatları və gətirdiyi dəlilləri onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun ittiham olunduğu cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab etməklə belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Bu səbəbdən də məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslərin ibtidai istintaqın ilkin mərhələsində verdikləri ifadələri işin obyektiv hallarına uyğun olduğundan, həmin ifadələr daha səmimi ifadə və mötəbər sübut kimi qəbul olunmalıdır. Bundan başqa, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxslərə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə yanaşı Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə ittiham verilmişdir ondan ötrü ki, onlar, külli miqdarda narkotik vasitəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ondan gizli keçirmişdir. Dövlət ittihamçısı yekun nitqində təqsirləndirilən şəxslərin barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə verilmiş ittihamdan və aparılan cinayət təqibindən imtina etdiyini bildirmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 41.3-cü maddəsinə əsasən, dövlət ittihamçısı məhkəmədə cinayət təqibini istisna edan halları aşkar edərsə, təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina edilməsini bildirməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1 və 43.1.1-ci maddələrinə əsasən məhkəmə baxışı gedişində dövlət ittihamçısı cinayət təqibindən imtina etdikdə təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılır. Bundan başqa, həmin Məcəllənin 314.2-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı dövlət ittihamçısının ittihamın müdafiəsindən imtina etdiyi halda (yekun məhkəmə qərarının çıxarılması üçün məhkəmənin müşavirə otağına getməsindən əvvəl) məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 43.1-ci maddəsinin müddəalarına əsasən cinayət təqibinə xitam verməlidir. “Azərbaycan Respublikası Prokurorluğunun sorğusuna əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.1, 314.2-ci maddələrində nəzərdə tutulmuş «dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə» müddəasının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 fevral 2008-ci il tarixli qərarının nəticə hissəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.1-ci və 314.2-ci maddələrində nəzərdə tutulan dövlət ittihamçısının və xüsusi ittihamçının ittihamın müdafiəsindən (cinayət təqibindən) imtina etməsi ittihamdan həm tam, həm də qismən imtina edilməsini ehtiva edir. Dövlət ittihamçısının verilmiş ittihamdan qismən, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə imtina etməsinə görə məhkəmə hesab edir ki, təqsirləndirilən şəxlərsin barəsində həmin maddə ilə aparılan cinayət təqibinə xitam verilməli, onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilməli və o, həmin maddələr ilə təqsirli bilinib cəzalandırılmalıdırlar. Beləliklə, məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslərin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətmələri məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən bu əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayətlər olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilirlər. Məhkəmədə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərinin cinayət olmasını aradan qaldıran hallar və onların bu əməllərə görə cinayət məsuliyyətindən və cəzadan azad edilmələri üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» xx.xx.2024-cü il tarixli və “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 02 iyun 2016-cı il tarixli qərarlarının izah və tövsiyyələrini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən, isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» xx.xx.2024-cü il tarixli, 8 №-li Qərarının 9-cu bəndində göstərilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahılarının təsdiq edilməsi” haqqında Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş siyahılara əsasən heroin, tiryək «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələr»in, metamfetamin «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr» in siyahısına daxildir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ tərəfindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamələrin cavabından görünür ki, Təqsirləndirilən şəxs1 Bakı şəhəri, Binəqədi rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 09 ay 29 gün azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2020-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Azərbaycan Respublikası CMnin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardığı gündən iki il keçdikdə məhkumluğu ödənilmiş hesab olunur. Təqsirləndirilən şəxs1 məhkumluğu ödənildiyindən o, hazırki iş üzrə məhkumluğu olmayan şəxs kimi qəbul edilməlidir. Həmçinin Təqsirləndirilən şəxs2 əvvəllər məhkumluğu olmamışdır. (Cild 2, iş vərəqləri 47-50) Cinayət işi materiallarında olan səndlərin surətindən görünür ki, Təqsirləndirilən şəxs2 2023-cü il təvəllüdlü azyaşlı uşağı vardır. (Cild 1, iş vərəqləri 188-189) Təqsirləndirilən şəxs2 himayəsində azyaşlı uşağının olması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal hesab edilir. Azərbaycan Respublikası CM-in 61.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 59.1 və 61.1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxslərə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza həmin Məcəllənin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 06 iyul 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Səbail rayon məhkəməsinin 08 iyul 2023-cü il tarixli qərarları ilə barələrində həbs qətimkan tədbiri seçilmiş, həbs müddətinin əvvəli tutulduğu tarixdən hesablanmışdır.Daha sonra Abşeron rayon məhkəməsinin 02 noyabr 2023-cü il, 03 noyabr 2023-cü il və 02 fevral 2024-cü il tarixli qərarları ilə barələrində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxslərin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (Cild 1, iş vərəqləri 128-136, cild 2, iş vərəqləri 15-21, 157-166) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslərə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 06 iyul 2023-cü il tarixdən hesablanmalıdır. Onların barələrində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən təqsirləndirilən şəxslər narkomaniya xəstəliyindən əziyyət çəkir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacları vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınmaları məsləhət görülür. Odur ki, təqsirləndirilən şəxslər barələrində narkomaniyadan müalicə məqsədilə tibbi xaarakterli məcburi tədirlər tətbiq edilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. İş üzrə xüsusi müsadirə ediləsi əmlak yoxdur. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub Abşeron RPİ-də saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 3.578,8 qram olan narkotik vasitə olan heroin, 14.979,85 qram olan narkotik vasitə olan qurudulmuş marixuana və qalıq çəksi 688,1 qram olan psixotrop maddə olan metamfetamin məhv edilməlidir. 02 ədəd disk iş materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 93 manat məbləğində, Təqsirləndirilən şəxs1 93 manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs2 tərəfindən öz hüquqlarının müdafiəsi üçün müdafiəçi ilə müqavilə bağlandığından, həmin müdafiəçinin hüquqi yardımı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməməlidir. Təqsirləndirilən şəxs1 məhkəmədə müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun məhkəmədə hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin etdilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» xx.xx.2001ci il tarixli, 31 nömrəli Qərarına və həmin Qərara dəyişiklik edilməsi haqqında Nazirlər Kabinetinin 19 noyabr 2020-ci il tarixli, 452 nömrəli Qərarına görə müdafiəçinin (vəkilin) hüquqi yardımın göstərilməsi ilə bağlı təqdim etdiyi hesabata uyğun olaraq ödənilməli məbləğ cinayət prosesini həyata keçirən orqanın əsaslandırılmış qərarı əsasında dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Odur ki, məhkəmə mərhələsində təqsirləndirilən şəxsə göstərilən hüquqi yardımla bağlı müdafiəçiyə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» xx.xx.2024-cü il tarixli, “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 02 iyun 2016-cı il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1, 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və o, 11 (on bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə aparılan cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs1 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı 06 iyul 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 barəsində narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə aparılan cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs2 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı 06 iyul 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 barəsində narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs1 93 manat məbləğində, Təqsirləndirilən şəxs2 93 manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə maddi sübut olub Abşeron RPİ-də saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 3.578,8 qram olan narkotik vasitə olan heroin, 14.979,85 qram olan narkotik vasitə qurudulmuş marixuana və qalıq çəkisi 688,1 qram olan psixotrop maddə metamfetamin məhv edilməlsin. 02 ədəd disk iş materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.