Məhkəmə qərarları › İş №1(124)-310/2023

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-310/2023

30.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-310/2023 30.11.2023 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Hümbətov Fəhmin Zaur oğlu (sədrlik edən), Əliyev Hafiz Samir oğlu və Rzayeva Aynur Tapdıq qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs1 və təqsirləndirilən şəxsin iştirakları ilə, xx xxxx 1975-ci ildə Quba rayonu, Rustov kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, Quba rayonu Rustov kəndində qeydiyyatda olmaqla faktiki olaraq həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.3.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs 20 aprel 2022-ci il tarixdə saat 02 radələrində özgənin əmlakını quldurluq yolu ilə ələ keçirinə məqsədi ilə sonradan onu tanınmaması üçün tibbi maskasını üzünə çəkib Xaçmaz rayonu, Ağyazı-buduq kəndi ərazisinin Xaçmaz-Quba yolunun 7-ci kilometrliyində yolun sol hissəsində yerləşən "İntizar" şadlıq sarayının həyətyanı ərazisinə daxil olaraq arxa hissəsinə gedən yolda sol tərəfdə yerləşən taxta sexindən soyuq silah hesab edilməyən, zavod üsulu ilə hazırlanmış 41-46 ölçülü dəmir açarı götürüb həmin şadlıq sarayının arxa hissəsinə gedən yolda sağ tərəfdə yerləşən mühafizə otağının qapısını açıb otağa qanunsuz girməklə şadlıq sarayında mühafizəçi işləyən, mühafizə otağındakı çarpayıda köməksiz vəziyyətdə, yatmış halda olan, öz qulluq borcunu yerinə yetirən Zərərçəkmiş şəxs1 başından həmin açarla iki dəfə qəsdən vurub sonuncuya baş beyin silkələnməsi və subdural hematoma ilə müşayiət olunmuş sol gicgah sümüyünün sınığı, alın və sol gicgah nahiyələrinin əzilmiş yaralan, sağ saidin sıyrılmış yarası kimi dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirməklə hücuma məruz qalmış şəxsin yəni, Zərərçəkmiş şəxs1 sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın edib ona pul verməsini tələb etmiş, Zərərçəkmiş şəxs1 üzərini yoxlayıb pulun olmadığını bildikdən sonra, sonuncunun 3 manat dəyərindəki gödəkçəsinİ, habelə şadlıq sarayının sahibi Zərərçəkmiş şəxs2 məxsus 1 ədəd "Bolema" markalı 5 manat dəyərində kəlbətini, bundan əlavə təkrar törədilməklə şadlıq sarayının həyətində olan sexdən sonuncuya məxsus 6 ədəd üzərində "ussrv və "3611" sözləri yazılan hər biri 10 manat dəyərində olmaqla ümumilikdə 60 manat dəyərində podşipnikləri, 4 ədəd üzərində "eujeb" və “309 K" sözləri yazılan hər biri 10 manat dəyərində olmaqla ümumilikdə 40 manat dəyərində podşipnikləri və 1 ədəd 7,5 kWlıq, 3 fazalı, 1500 dövrlü 450 manat dəyərində elektrik motorunu qanunsuz olaraq götürüb ümumilikdə 558 manat dəyərində ziyan vurmaqla quldurluq etmiş, bununla da o, özgənin əmlakını ələ keçirmə məqsədi ilə binaya qanunsuz olaraq girməklə, silah qismində istifadə edilən əşyanı tətbiq etməklə, təkrar törədilməklə, zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurmaqla hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın edərək quldurluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ittiham üzrə qismən təqsirli bilərək ifadəsində göstərdi ki, 19 aprel 2022-ci il tarixdə işdən çıxmışdır. İş yoldaşı ilə yemək yemiş və spirtli içki qəbul etmişlər. Daha sonra Xaçmaz şəhərindən Quba şəhəri istiqamətində olan yol ilə pulu olmadığı üçün piyada getmişdir. Həmin vaxt hava da soyuq olmuşdur. . Daha sonra Zərərçəkmiş şəxs1 görmüşdür. Ondan xahiş etmişdir ki, onun olduğu obyektdə qalmağa icazə versin. Düşünmüşdür ki, həmin gecəni orada qalıb növbəti gün evinə gedər. Həmin vaxt Zərərçəkmiş şəxs1 də sərxoş olmuşdur. İkisi də sərxoş olduğu üçün aralarında mübahisə yaranmışdır. O da obyektdəki təmir açarı ilə 2 dəfə ona zərbə endirmişdir. Zərərçəkmiş şəxs1 pul istəməmiş, onunla dalaşdıqdan sonra heç bir əşyasını götürməmişdir. Zərərçəkmiş şəxs1 onu təhqir etdiyi üçün aralarında mübahisə yaranmışdır. İkisi də sərxoş olduğundan onu təhqir etmiş, oda ona xəsarət yetirmişdir. Törətdiyi əməldən peşmandır. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi, məhkəmədə elan olunaraq tədqiq edilən ifadəsində o, Azərbaycan Respublikası CM-nin 181.3.3-cli maddəsi ilə elan olunmuş ittiham üzrə təqsirli bilərək ifadələrində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat təxminən 02 radələrində Xaçmaz şəhərindən Quba şəhəri istiqamətinə pulu olmadığından piyada şəkildə gedirmiş. Həmin zaman spirtli içki qəul etmişdir. Belə ki, Xaçmaz şəhəri ərazisində marketdən kiçik markasını xatırlamadığı araq alaraq bir ədəd konfetlə içmişdir. O Xaçmaz rayonu Yergüc kəndinin ərazisindən keçərkən getdiyi istiqamət üzrə “İntizar" şadlıq sarayını görmüşdür. O pulu olmadığından düşünmüşdür ki, şadlıq sarayının arxasına keçərək orada olan hər hansı bir şeyi oğurlayıb satsın və pııl etsin. O bilirmiş ki, həmin şadlıq sarayında daimi olaraq mühafizəçi olur. Düşünürmüş ki, həmin mühafizəçini zərərsizləşdirər. O şadlıq sarayının arxasına keçmişdir. Şadlıq sarayının arxasında sol hissədə kiçik sex olmasını görmüşdür. Mühafizə otağının İsə bir qədər sexdən kənarda olmasım bilmişdir. Həmin kiçik sex və restoranın həyəti hasarlanmamışdır. Yəni sərbəst şəkildə həmin əraziyə və sexə daxil olmaq olur. O sexdən bir ədəd 41-46 ölçülü dəmir açarı götürərək mühafizə otağına doğru irəliləmişdir. Onun məqsədi mühafizəçini zərərsizləşdirdikdən sonra mühafizəçinin pulunu və ya hər hansı bir əşyasını, həmçinin restoranın həyətindən sexdən götürə biləcəyi əşyaları götürmək olmuşdur. Otağın qapısı həmin zaman açıq olmuşdur. O içəri daxil olduqda bir nəfər şəxsin yəni mühafizəçi otağının girişindən solda uzanmasını görmüşdür. O əlində olan dəmir açarla onun başından iki dəfə vurmuşdur. Mühafizəçi bundan sonra dərhal oyanmışdır. O mühafizəçinin qorxduğunu və ona müqavimət göstərə bilməyəcək halda olmasını görüb bir daha vurmamışdır. O mühafizəçiyə üzərində pul və ya hər hansı bir əşya varsa verməsini demişdir. Mühafizəçi isə ona yalvararaq vurmamağımnı demişdir. Mühafizəçi üzərində pulun olmamasını dedikdə o inanmayaraq üzərini axtarmışdır. Lakin üzərindən hər hansı bir əşya və ya pul çıxmamışdır. O otaqda mühafizəçinin gödəkçəsinin olmasını görmüş və ondan həmin gödəkçəni və həmçinin gödəkçəni qoyacağı sellofan torba istəmişdir. Mühafizəçi onun hər iki istədiyini ona vermişdir. O gödəkçəni sellofana qoymuşdur. Bundan sonra düşünmüşdür ki, sexdə olan bəzi alətlər bərkidilmiş haldadır. Həmin alətləri açmaq üçün ona kəlbətin lazımdır. Mühafizəçidən kəlbətin istəmişdir. Mühafizəçi ona otaqdan kəlbətin vermişdir. Bundan sonra o götürdüyü gödəkçə və kəlbətinlə oradan qaçaraq sexə tərəf getmişdir. Sellofana qoyduğu mühafizəçidən aldığı gödəkçəni sexdə olan bir ədəd kiçik torbaya qoymuşdur. O sexdən bir neçə dəmir alətləri götürərək yolun kənarından tapdığı torbaya yığmışdır. Həmçinin mühafizə otağından götürdüyü kəlbətinlə sexdə bir ədəd matoru açmışdır. O torbaya yığdığı alətləri və torbaya qoyduğu sellofandakı gödəkçəni bir qədər kənara apararaq otların arasında gizlətmişdir. Həmin alətlər dəmir olduğundan ağır imiş. Bundan sonra yenidən sexə tərəf getmişdir. Açdığı motoru da həmçinin digər əşyaları gizlətdiyi yerə apararaq gizlətişdir. O matoru ağır olduğundan sürüyərək həmin yerə gətirmişdir. Mühafizəçini vurduğu açarı isə yaxınlıqda otluğa atmışdır. Bundan sonra o yenidən mühafizəçi otağına gedərək oranı axtarmaq qərarına gəlmişdir. Belə ki, fikirləşmişdir ki, həmin otağ yaxşı axtarmamışdır. Ola bilsin orada dəyərli hər hansı bir şey ola bilər. Bu məqsədlə həmin otağa getmişdir. Lakin artıq mühafizəçi otağı bağlayaraq otaqdan qaçmışdır. O otağa girmək üçün otağın qapısının üst hissəsində olan şüşəni yerdən götürdüyü daşla iki dəfə vuraraq qırmışdır. Lakin həmin anda oraya bir avtomobilin gəldiyini bilib arxa hissədə olan bağla qaçmağa başlamışdır. Həmin zaman otaqdan götürdüyü kəlbətin də üzərində olmuşdur. Lakin kəlbətin onun rahat qaçmağına maneə olduğundan o kəlbətini bağda atmışdır. O qeyd edilən əməli tək löərtmişdir. O mühafizəçini müqavimətini qırmaq məqsədilə sexdən götürdüyüm açarla başından iki dəfə vurmuşdur. Onun mühafizəçini yəni Zərərçəkmiş şəxs1 əvvəllər tanımamış, onlarla aralarında hər hansı bir münaqişə dava dalaş və ədavət olmamışdır. (Cild 1, iş vərəqləri 24-34, 67-70, 88-99. 224-236, 269-284) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmədə zərəçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, Xaçmaz rayonu ərazisində yerləşən “İntizar” şadlıq sarayında mühafizəçi işləyirdi. Həmin şadlıq sarayının arxasında olan anbarın yaxınlığında mühafizəçi otağı vardır ki, həmin otaqda qalaraq əraziyə nəzarət edirdi. 19 aprel 2022-ci il tarixdən 20 aprel 2022-ci il tarixə keçən gecə saat təxminən 01:00 radələrində mühafizə otağında yatmışdır. Yuxuda olduğu zaman ani olaraq başından iki dəfə zərbə endirildiyini hiss etmişdir. Həmin zaman başından şiddətli ağrı hiss edərək və qorxaraq yuxudan oyanmışdır. Oyandıqda başından qan axmış və adını sonradan bildiyi Təqsirləndirilən şəxs başının üzərində dayanaraq, ondan pulun olub-olmamasını soruşmuşdur. O, pulunun olmadığını bildirmiş və həmin otaqda olan gödəkçəni görüb tələb etmişdir. Gödəkçəni götürdükdən sonra kəlbətin istəmişdir. Kəlbətini də vermiş və sonra otaqdan çıxıb getmişdir. Həmin şəxsin uzaqlaşmasını gördükdən sonra dərhal otağın qapısını bağlayaraq ərazinin arxasındakı bağla qaçıb hadisə yerindən uzaqlaşmışdır. Hadisə baş verdiyi vaxt o sərxoş vəziyyətdə olmamışdır.Təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi yoxdur, onunla barışmışlar. Məhkəməyədək icraat zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunan Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Onunla aralarında hər hansı bir münaqişə dava-dalaş və ədavət olmamışdır. Xaçmaz-Quba yolu üzərində yerləşən İntizar şadlıq sarayı ona məxsusdur. Həmin şadlıq sarayının ətrafını hasarlarla əhatələməmişdir. Belə ki, şadlıq sarayının həyətyanı sahəsində özünə məxsus olan meyvə soyuducu anbarı və sexi vardır. O həmin sexdə restoran və anbar üçün lazım olan taxta qutular hazırlatdırır. Həmin sexdə bəzi iş əşyaları motor, açarlar, dəzgah və podşipniklər olur. Zərərçəkmiş şəxs1 ona məxsus olan şadlıq sarayında mühafizəçi işləyərək şadlıq sarayının, sexin və meyvə soyuducu anbarının təhlükəsizliyini qoruyur. Belə ki, şadlıq sarayının arxa hissəsində mühafizəçi üçün yer, otaq tikdirmişdir. Zərərçəkmiş şəxs1 həmin otaqdan əraziyə nəzarət edir. Bəzi zamanlarda ərazini gəzir. xx.xx.2022-ci il tarixdə saat təxminən 02 radələrində onun mobil telefonuna Xaçmaz rayonu Yergııc kənd sakini kimi tanıdığı Şahid1 zəng etmişdir. Vüqar ona mobil telefonda naməlum şəxsin Zərərçəkmiş şəxs1 olduğu mühafizəçi otağına daxil olaraq yatdığı zaman başından alətlə vurduğunu bildirmişdir. O bundan sonra oğlu Şahid2 ilə birlikdə Şadlıq sarayına yola düşmüşdür. Yolda Vüqar və Adgözəli də götürərək şadlıq sarayına getmişdir. Orada o mühafizə otağının qapısının şüşəsinin sınmasım görmüşdür. X5 halının pis olmasını görüb sonuncunu Xaçmaz RMXya aparmışdır. Bir qədər sonra hadisə yerinə polis əməkdaşları gəlmişlər. Gecə saatları olduğundan o həmin zaman sexindən hər hansı bir şeyin götürülməsini bilməmişdir. Belə ki, mühafizəçi otağının pəncərəsi sındırılmış halda olmuşdur. Polis əməkdaşları hadisə yerinə baxış keçirmiş, müvafiq izlər götürmüşlər. Həmin günün səhərisi baxdığı zaman oradan motorun və podşipniklərin götürüldüyünü müəyyən etmişdir. Bu barədə Xaçmaz RPŞ-nə ifadə vermiş və ərizə ilə müraciət etmişdir. Qeyd olunan hadisəni törədən şəxsin Quba rayonundan olan Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs hadisə yerinə gətirildiyi zaman ona məxsus olan alətləri götürərək şadlıq sarayının arxa hissəsindəki ərazidə nisbətən çökəklikdə otların arasında gizlətdiyini bildirərək təqdim etmişdir. Bundan başqa eyni yerdə mühafizəçi otağından götürdüyü bir ədəd Adgözələ məxsus olan, mənə məxsus sexdən götürdüyü torbanın içərisinə sellofan torbaya bükərək qoyduğu gödəkçəni təqdim etmişdir. Bundan başqa Adgözəlin başına vurduğu bir ədəd 41-46 nömrəli açarı sexin yaxınlığından və bir ədəd mühafizə otağından götürdüyü kəlbətini şadlıq sarayının arxasında olan torpaq sahəsindən təqdim etmişdir. Mən həmin baxış zamanı mənə məxsus olan əşyaları xarici görünüşlərindən istifadə izlərindən, üzərlərindəki yazılardan tanımışdım. Hadisə zamanı ona məxsus mühafizə otağından təxminən 5 manat dəyərində 1 ədəd “Bulema” markalı kəlbətin, sexdən 6 ədədinin üzərində “USSR" və "3611” sözləri, 4 ədədinin üzərində “EUJEB" və "309 K" sözləri yazılmış hər biri təxminən 12 manat dəyərində olmaqla ümumilikdə 120 manat dəyərində 10 ədəd podşipniklər, həmçinin sexdən bir ədəd 7,5 kW-lıq, 3 fazalı, 1500 dövrlü təxminən 500 manat dəyərində elektrik motoru oğurlanmışdır. Bundan başqa həmçinin mühafizəçi otağının qapısının daşla sındırılması nəticəsində ona 50 manat maddi ziyan dəymişdir. O cinayət işi üzrə təyin edilmiş məhkəmə əmtəəşünaslıq ekspertizalarının xx.xx.2022-ci il tarixli 9/4705 nömrəli və xx.xx.2022-ci il tarixli 9/5941 nömrəli rəylərində qeyd olunan ona məxsus olan Təqsirləndirilən şəxs tərəfindən götürülmüş əşyaların dəyərləri ilə razı olduğunu bildirmişdir. O ilkin ifadəsində həmin əşyaların dəyərlərini təxmini olaraq bilirdiyini qeyd etmişdir. Həmçinin ona məxsus olan sexdən götürülmüş torba həqiqətəndə tam istifadəyə yararsız torba olmuşdur. (Cild 1, iş vərəqləri 71-80, 245-254) Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Xaçmaz- Quba yolu üzərində yerləşən “İntizar” şadlıq sarayı atası Zərərçəkmiş şəxs2 məxsusdur. Həmin şadlıq sarayının ətrafı hasarlarla əhatələnməmişdir. Belə ki, şadlıq sarayının həyətyanı sahəsində onlara məxsus olan soyuducu anbarı və sexi vardır. Həmin sexdə bəzi iş əşyaları motor, açarlar, dəzgah və s. olurdu. Zərərçəkmiş şəxs1 həmin şadlıq sarayında mühafizəçi işləyərək şadlıq sarayının, sexin və meyvə soyuducu anbarının təhlükəsizliyini qoruyur. Həmin şadlıq sarayının arxa hissəsində mühafizəçi üçün otaq vardır. Zərərçəkmiş şəxs1 həmin otaqdan əraziyə nəzarət etmişdir. 20 aprel 2022-ci il tarixdə saat təxminən 02:00 radələrində mobil telefona zəng gəlmiş və naməlum şəxsin Zərərçəkmiş şəxs1 olduğu mühafizəçi otağına daxil olaraq yatdığı zaman onun başından alətlə vurduğunu bildirmişlər. Bundan sonra atası ilə birlikdə şadlıq sarayına getmişlər. Zərərçəkmiş şəxs1 halının pis olmasını görüb Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına aparmışdır. Şadlıq sarayının həyətyanı sahəsində olan mühafizəçi otağının şüşələrinin qırıq olduğunu və gözətçi üçün nəzərdə tutulmuş yataqda qan izlərini görmüşdür. Lakin, oradan hər hansı bir əşyanın oğurlanıb-oğurlanmadığını bilməmişdir. Hadisə 20 aprel 2022-ci il tarixdə baş vermişdir. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunan Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Sonuncu ilə aralarında hər hansı bir münasibət olmamışdır. Zərərçəkmiş şəxs1 isə uzun müddətdir ki, Yergüc kənd sakini kimi tanıyır. X4 şadlıq sarayında mühafizəçi işləməsini bilir. O özü isə Xaçmaz rayonu Yergüc kəndi ərazisində “Ərzurum" kafesində mühafizəçi işləyir. xx.xx.2022-ci ildə saat 02 radələrində mühafizəçisi olduğundan Ərzurum kafesi ərazisində olmuşdur. Həmin zaman o Adgözəlin qorxaraq ona yaxınlaşmasını görmüşdür. O Adgözəlin üzünə baxdığı zaman başından qan axdığını bilmişdir. Adgözəldən nə baş verməsini soruşduqda Adgözəl ona bir nəfər tanımadığı şəxsin İntizar şadlıq sarayında özünün qaldığı mühafizəçi otağına girərək yatdığı yerdə başına dəmirlə vurduğunu, pul istədiyini, sonra isə gödəkçəsini apardığını bildirmişdir. Adgözəl özünün zərbənin təsirindən başının fırlanmasını bu səbəbdən həmin şəxsə müqavimət göstərə bilmədiyini bildirmişdir. Daha sonra həmin şəxs otaqdan çıxdıqda özünün mühafizəçi otağını açarlayaraq oradan qaçaraq onun yanma gəldiyini bildirmişdir. O Adgözəlin bu barədə İntizar şadlıq sarayının sahibi olan Abbasa bildirməsi lazım olduğunu demiş və özü Abbasa zəng edərək bu barədə bildirmişdir. Bir qədər sonra Abbas oğlu Adillə birlikdə onların olduqları yerə gəlmişlər. Onlar birlikdə şadlıq sarayına getmişlər. Daha sonra Adil Adgözəli xəstəxanaya aparmışdır. O hadisə zamanı Adgözəllə birlikdə olmamışdır. Lakin sonradan bildiyinə görə hadisəni Quba rayonundan olan Asəf adlı şəxs törətmişdir. Asəf həmçinin İntizar şadlıq sarayının həyətindəki sexdən də alətlər götürmüşdür. (Cild 1, iş vərəqləri 109-128) Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən “baxış keçirilməsi haqqında” 20 aprel 2022-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Xaçmaz-Quba yolunun 7-cİ kilometrliyində, həmin istiqamət üzrə yolun sol kənarında, Xaçmaz rayonu Ağyazı-buduq kəndi ərazisində yerləşən "İntizar" şadlıq sarayının arxasındakı mühafizə otağıdır. Baxış zamanı otaqdan maddi sübut əhəmiyyəti kəsb edə biləcək bir ədəd üzərində qan ləkəsi olan yastıq üzlüyü və otaqdakı müxtəlif predmetlər üzərindən 8 ədəd daktilolentdə barmaq izləri götürülmüşdür. (Cild 1, iş vərəqləri 5-11) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən “baxış keçirilməsi haqqında” 21 aprel 2022-ci il tarixli protokoldan görünür ki, “İntizar" şadlıq sarayının ərazisində baxış keçirilmişdir. Təqsirləndirilən şəxs hadisə zamanı “İntizar” şadlıq sarayının ərazisində yerləşən sexdən, mühafizə otağından müvafiq olaraq Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 məxsus olan əşyaları gizlətdiyi və atdığı yerləri təqdim etmişdir. Öz növbələrində zərərçəkmiş şəxslər özlərinə məxsus olan əşyaları xarici əlamətlərindən tanımışlar. Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs xarici əlamətlərindən və səsindən tanıdğını bildirərək mühafizə otağında yatdığı zaman onun başına dəmir alətlə zərbələr endirən şəxsin Təqsirləndirilən şəxs olmasını təsdiq etmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs tərəfindən götürülərək gizlədilən predmetlər müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. (Cild 1, iş vərəqləri 40-50) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən məhkəmə-tibbi ekspertizasının 22 aprel 2022-ci il tarixli 214 saylı rəyinə əsasən 1959-cu il təvəllüdlü Zərərçəkmiş şəxs1 məhkəmə tibbi müayinəsinə və adma tərtib edilmiş xəstəlik tarixində qeyd olunanlara əsasən bədəni üzərində aşkar edilmiş xəsarətlər baş beyin silkələnməsi və subdural hematoına ilə müşaiyət olunmuş sol gicgah sümüyünün sınığı, alın və sol gicgah nahiyələrinin əzilmiş yaralan, sağ saidin sıyrılmış yarası bərk küt əşya (əşyalar) təsirindən törənməklə, yetirilmə müddəti qərarda qeyd olunduğu kimi, xx.xx.2022-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir. (Cild 1, iş vərəq 81) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən məhkəmə-trasoloji ekspertizasının 20 iyun 2022-ci il tarixli 3/762 saylı rəyində qeyd olunmuşdur ki, tədqiqata təqdim edilmiş 1, 2, 3 saylı daktilolenılərin səthlərindəki a əlbarmaq izləri müqayisəli tədqiqat üçün yararlıdır. Tədqiqata təqdim edilmiş 1, 2, 3 saylı səthlərindəki “a” əl-barmaq izləri Təqsirləndirilən şəxs sağ əlinin orta, böyük və şəhadət barmaqlarından qalmışdır. Tədqiqata təqdim edilmiş daktilolentin səthindəki "b" əl-barmaq izi, 2, 3 saylı daktilolentlərin səthlərindəki papilyar naxış izləri, 4-8 saylı daktilolentlərin səthlərindəki papilyar naxış izləri yayıldığına, tam və aydın əks olunmadığına görə, habelə kifayət qədər əlamətlərə malik olmadığından şəxsiyyətin eyniləşdirilməsi üçün yararsızdırlar. (Cild 1, iş vərəq 145) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən məhkəmə əmtəəşünaslıq ekspertizasının 8 iyul 2022-ci il tarixli 9/4705 saylı rəyinə əsasən tədqiqata təqdim edilmiş 1 ədəd ’'Bolema'' markalı kəlbətinin dəyəri 5 manat, üzərində “ussr“ və "361 1" sözləri yazılan 6 ədəd podşipniklər hər biri 10 manat olmaqla ümumilikdə 600 manat, üzərində "eujebv və "309 K" sözləri yazılan 4 ədəd podşipniklər hər biri 10 manat olmaqla ümumilikdə 400 manat və 7, 5 kW-lıq, 3 fazalı, 1500 dövrlü İ ədəd elektrik motoru 450 manat olmaqla həmin malların orta istismar müddəti və istismar intensivliyi parametrlərinə uyğun olaraq 2022-ci ilin aprel ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 1455,00 manat müəyyən edilir. (Cild 1, iş vərəqləri 145-158) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən məhkəmə əmtəəşünaslıq ekspertizasının 16 sentyabr 9/5941 saylı rəyinə əsasən ekspertiza tədqiqatına təqdim edilmiş İ ədəd üzərində ''Metrosem' yazısı olan, M ölçülü boz rəngli kişi üçün gödəkçənin İstifadədə olması nəzərə alınmaqla 2022-ci ilin aprel ayına olan orta bazar qiyməti təxminən 3,00 manat müəyyən edilir. Digət iki adda malların yəni 1 ədəd sellofan paket və 1 ədəd parça torba təyinatı üzrə istifadəyə yararsız vəziyyətdə olduğundan qiymətsiz müəyyən edilir. (Cild 1, iş vərəqləri 212-218) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən komisyon kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx.xx.2022ci il tarixli 1807 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham elan olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o. öz hərəkətlərinin faktiki xaraklerii və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs Məbd oğlu ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hazıki psixi vəziyyətinə görə istintaq hərəkətlərində iştirak etmək iqtidarındadır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. O, hal hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən psixi-emosional halında iş üçün əhəmiyyət kəsb edə biləcək hər hansı bir dəyişiklik yaranmamışdır. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədən zaman fizioloji affekt vəziyyətində olmamışdır. (Cild 1, iş vərəqləri 145-158) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən kompleks məhkəmə-tibbi kriminalistik və soyuq silah ekspertizasının xx.xx.2022-ci il tarixli 336/2022-MTKŞ saylı rəyinə əsasən Zərərçəkmiş şəxs1 müəyyən edilmiş xəsarətlər-baş beyin silkələnməsi və subdural hematoma ilə müşayiət olunmuş sol gicgah sümüyünün basılmış sınığı, alın və sol gicgah nahiyələrinin əzilmiş yaraları, sağ saidin sıyrılmış yaraları xarakterinə, ölçülərinə və onların əmələ gəlinə mexanizminə əsasən və ekspertizaya təqdim edilmiş metaldan hazırlanmış açarın forma, ölçüləri və konstruklik xüsusiyyətlərini nəzərə alaraq demək olar ki, Zərərçəkmiş şəxs1 müəyyən edilmiş xəsarətlərin ekspertizaya təqdim edilmiş açarla yetirilməsi inkar olunmur. Ekspertizaya təqdim edilmiş açar zavod üsulu ilə hazırlanmışdır, təsərrüfat-məişət təyinatlıdır və soyuq silah hesab olunmur. (Cild 1, iş vərəqləri 175-186) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən kompleks məhkəmə-tibbi bioloji ekspertizasının xx.xx.2022-ci il tarixli 424/2022-MTBŞ nömrəli rəyinə əsasən Zərərçəkmiş şəxs1 ABO sistemi üzrə qan qrupu, B/lll/. Şəxsiyyəti təsdiq edən sənədlər üzrə portal axtarış vərəqəsinin kserosurətinə əsasən. Ekspertizaya təqdim edilən hadisə yerindən götürülmüş balış üzlüyü üzərində insan qanı ləkələri aşkar olundu. Ləkələrdə qanın qrup mənsubiyyəti tədqiq olunduqda yalnız B antigeni alındı. Beləliklə bu qan ləkələri B/lll/ qruplu şəxsə, o cümlədən ABO sistemi üzrə zərərçəkmiş Zərərçəkmiş şəxs1 məxsus ola bilər. Təqdim edilən açar üzərində qan aşkar olunmadı. (Cild 1, iş vərəqləri 175-186) Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.3.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxsə qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.3.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinə görə cəza təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 pul istəməməsi, onun heç bir əşyasını götürməməsi ilə bağlı ifadəsində göstərdiyi xüsusatları onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun ittiham olunduğu cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab edir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin öz müdafiəsi üçün gətirdiyi dəlilləri əsassız hesab edərək belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli Qərarının izah və tövsiyyələrini də rəhbər tutur. Təsvir olunan sübutların məcmusuna və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Bundan başqa, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən və müvafiq məhkəmə hökmün surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Quba rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 2 il 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Daha sonra o, Quba rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 67.1-ci maddəsi tətbiq edilməklə 1 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Daha sonra, Bakı şəhəri Suraxanı rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı Azərbaycan Respublikası Milli Məclisinin “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Qərarının tətbiqi nəticəsində cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Milli Məclisinin qeyd edilən Qərarının 7-ci bəndinə əsasən əsas və əlavə cəzanı çəkməkdən azad edilən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş şəxslərin üzərindən məhkumluq götürülməsi müəyyən edilmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.6-cı maddəsinin “məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir” tələbinə əsasən hazırki iş üzrə Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxs kimi tanıyır. Bundan başqa, elektron məhkəmə informasiya sistemində olan məlumatlardan və işmateriallarında olan sənədlərdən görünür ki, təqsirləndirilən şəxs evlidir, himayəsində 2018 və 2019-cu il təvəllüdlü 2 azyaşlı övladı vardır. Həmçinin cinayət işinin materiallarına əlavə edilmiş ərizələrdən görünür ki, hər iki zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışmış, onların hər hansı bir şikayətləri və tələbləri yoxdur. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin himayəsində azyaşlı uşaqlarının olması və zərərçəkmiş şəxslərlə barışıq əldə etməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4 və 59.1.12-ci maddələrinə əsasən onun cəzasını yüngülləşdirən hallar hesab edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin Zərərçəkmiş şəxs1 qarşı yatmış vəziyyətdə, yəni köməksiz vəziyyətdə cinayət törətməsi, habelə cinayəti öz qulluq borcunu yerinə yetirən şəxsə qarşı törətməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.7 və 61.1.8-ci maddələrinə əsasən onun cəzasını ağırlaşdıran hallar hesab edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 21 aprel 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Xaçmaz rayon məhkəməsinin 22 aprel 2022-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs müddətinin əvvəli tutulduğu tarixdən hesablanmışdır. Daha sonra, həmin məhkəmənin 17 oktyabr 2022-ci il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (Cild 1, iş vərəqləri 106-108) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 21 aprel 2022-ci il tarixdən hesablanmalıdır. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə, Azərbaycan Respublikası CPM-nin 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edərək qeyd edir ki, iş üzrə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərinə əsasən, məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut olub Xaçmaz RPŞ-də saxlanılan 1 ədəd gödəkçə, 1 ədəd sellofan paket, 1 ədəd yastıq üzlüyü, 1 ədəd parça torba, 10 ədəd podşipniklər, 1 ədəd elektrik motor, 1 ədəd açar, 1 ədəd kəlbətin sahiblərinə qaytarılmalıdır. 3 ədəd daktilolentlər iş materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 161 manat 29 qəpik məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun məhkəmədə hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin etdilmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» xx.xx.2001ci il tarixli, 31 nömrəli Qərarına və həmin Qərara dəyişiklik edilməsi haqqında Nazirlər Kabinetinin 19 noyabr 2020-ci il tarixli, 452 nömrəli Qərarına görə müdafiəçinin (vəkilin) hüquqi yardımın göstərilməsi ilə bağlı təqdim etdiyi hesabata uyğun olaraq ödənilməli məbləğ cinayət prosesini həyata keçirən orqanın əsaslandırılmış qərarı əsasında dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Odur ki, məhkəmə mərhələsində təqsirləndirilən şəxsə göstərilən hüquqi yardımla bağlı müdafiəçiyə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2005-ci il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.3.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 21 aprel 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs 161 manat 29 qəpik məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə maddi sübut olub Xaçmaz RPŞ-də saxlanılan 01 ədəd gödəkçə, 01 ədəd sellofan paket, 01 ədəd yastıq üzlüyü, 01 ədəd parça torba, 10 ədəd podşipnik, 01 ədəd elektrik motor, 01 ədəd açar, 01 ədəd kəlbətin sahiblərinə qaytarılsın. 03 ədəd daktilolent iş materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar