Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-312/2024 07.03.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X2 (sədrlik edən), X5 və X3 ibarət tərkibdə, Məhkəmə iclas katibi – X4, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1990-cı il tarixdə Sumqayıt şəhərində doğulmuş, subay, orta təhsilli, işləməyən, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Sumqayıt şəhəri, 29-cu məhəllə, fərdi evdə yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 05 ədəd ayrı-ayrı bükümlərdə ümumi təmiz çəkisi 5,541 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini və 02 ədəd ayrı-ayrı bükümlərdə ümumi təmiz çəkisi 0,167 qram psixotrop maddə olan metamfetamini əldə edib xx.xx.2023-cü il tarixdə saat 16 radələrində Sumqayıt şəhəri Corat qəsəbəsi ərazisində 05 ədəd bükümlərdən 01 ədəd bükümdə təmiz çəkisi 0,827 qram narkotik vasitə olan heroini tanışı Şahid3 10 manata satmış, qalan 04 ədəd ayrı-ayrı bükümlərdə ümumi təmiz çəkisi 4,714 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini və 02 ədəd ayrı-ayrı bükümlərdə ümumi təmiz çəkisi 0,167 qram psixotrop maddə olan metamfetamini daşıyaraq üzərində saxlamış, 31 may 2023-cü il tarixdə saat 01:50-də Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən Sumqayıt şəhəri, Üzeyir Hacıbəyov küçəsində yerləşən “Bravo” marketin qarşısında saxlanılaraq Sumqayıt Şəhər Polis İdarəsinə gətirilərək üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən “Sobranie” siqaret qutusunun içəirisində saxladığı 04 ədəd bükümlərdə hər birinin ayrı- ayrılıqda təmiz çəkiləri 3,443 qram, 0,757 qram, 0,428 qram, 0,086 qram, ümumi təmiz çəkisi 4,714 qram narkotik vasitə olan külli miqdarda heroin, 02 ədəd bükümlərdə hər birinin ayrı-ayrılıqda təmiz çəkiləri 0,096 qram, 0,071 qram, ümumi təmiz çəkisi 0,167 qram psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü CM-in 234.1-1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, Şahnəzərlə bir yerdə işləmiş, hər ikisi narkotik istifadəçisi olmuşdur. Onlara narkotik vasitə lazım olduğundan, həmin vasitəni satan şəxslə əlaqə saxlamış, həmin şəxs ona “Bravo” marketdə olduğunu, narkotik vasitəni isə məhəllədə qapının yanında bir yerə qoyduğunu bildirərək həmin narkotik vasitəni həmin yerdən götürüb ona gətirməyini istəmişdir. Məqsəd də o olmuşdur ki, o, narkotik vasitəni gətirəcəy, həmin şəxs də ona və Şahnəzərə istifadə üçün narkotik vasitə verəcəkdir. O da həmin narkotik vasitəni deyilən yerdən götürüb sözügedən “Bravo” marketin yanına gətirib o, şəxsi gözləyən zaman Şahnəzərlə birlikdə polis əməkdaşları tərəfindən saxlanılmış və polis idarəsinə gətirilmişdir. Polis idarəsində üzərinə baxış keçirilmiş və üzərindən həmin kütlələr aşkar olunmuşdur. O, Şahnəzərə narkotik vasitə satmamışdır. Üzərindən aşkar olunan narkotik vasitə və psixotrop maddə həqiqətən də onda olmuş, lakin o, heç kimə narkotik vasitə satmamışdır. Şahnəzər polis əməkdaşları tərəfindən təzyiqlərə məruz qaldığı üçün məcbur qalıb onun əleyhinə ifadə vermiş, yəni ondan narkotik vasitə aldığını bildirmişdir. Odur ki, məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhərində Elçin adlı şəxsin qanunsuz olaraq narkotik vasitələrin qəbulu və üzərində gəzdirməsi barədə məlumat daxil olmuşdur. Daxil olmuş məlumat əsasında həmin gün saat 01:50-də sonradan anket məlumatları bəlli olan Təqsirləndirilən şəxs tanışı Şahid3 ilə birlikdə Sumqayıt şəhəri Ü.Hacıbəyov küçəsində yerləşən “Bravo” marketin qarşısında saxlanılaraq Sumqayıt Şəhər Polis İdarəsinə gətirilmişdir. Orada xidməti otaqların birində müdafiəçinin də iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan şalvarın cibindən 01 ədəd üzərində Sobranie yazısı olan siqaret qutusunu və 01 ədəd mobil telefonu təqdim etmişdir. Həmin siqaret qutusu açılmış və içərisindən narkotik vasitə heroinə, həmçinin psixotrop maddə metamfetaminə bənzər bükümlər aşkar olunmuşdur. Aşkar olunanlar müvqafiq qaydada elektron tərəzidə çəkilməklə qablaşdırılaraq götürülmüşdür. Şifahi sorğu zamanı Elçin aşkar olunan həmin maddələri xx.xx.2023-cü il tarixdə axşam saatlarında üzdən tanıdığı lakin adını bilmədiyi bir nəfər şəxsin ondan istədiyini, daha sonra onun xahişi ilə tanımadığı İran vətəndaşının adamı olan bir nəfər vasitəsilə İran vətəndaşının adamı olan şəxsin kartına 175 manat onlayn ödəniş etməklə Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində dəniz kənarında yol qırağından götürdüyünü, həmin maddələri ondan istəyən şəxsə verəcəyini, bunun müqabilində ona da istifadə etmək üçün aralarında olan razılığa uyğun olaraq yarım qram həmin maddədən veriləcəyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun göstərmiş olduğu xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, sözügedən tarixdə Təqsirləndirilən şəxsla birlikdə saxlanılsa da, o, Təqsirləndirilən şəxs narkotik vasitə almamışdır. Polis idarəsində döyüldüyündən, təsirə məruz qaldığından, Təqsirləndirilən şəxs əleyhinə ifadə vermiş və ondan on manat müqabilində narkotik vasitə aldığını bildirmişdir. Halbuki belə bir hal baş verməmişdir. Üzləşdirmə zamanı isə ümumiyyətlə heç bir söz deyilməmiş, hazır olan protokola imza çəkmişdir. Şahid3 məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı verdiyi ifadə arasında ziddiyyət olduğundan, sonuncunun məhkəməyədək icraat zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və şahid həmin ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 16-da o Sumqayıt şəhəri Corat qəsəbəsində olarkən tanışı Təqsirləndirilən şəxs 10 manata bir ədəd şəffaf sellofana bükülmüş bükümdə narkotik vasitə heroin almış, bundan əvvəldə Elçindən bir neçə dəfə narkotik almışdır. xx.xx.2023cü il tarixdə saat 01:50 radələrində tanışı Təqsirləndirilən şəxsla birlikdə Sumqayıt şəhəri, Üzeyir Hacıbəyov küçəsi, «Bravo» marketin qarşısına getmişlər ki, Elçinin dediyinə görə tanımadığı Ceyhun adlı tanışına narkotik satacaqdır, ona da üzərində narkotik olduğunu demişdir. Orada olarkən Elçin marketin içərisində olan Ceyhunu çağırdıqda, Ceyhun 5 dəqiqəyə gələcəyini söyləmişdir. Onlar onu gözləyərkən polis əməkdaşları onlara yaxınlaşıb özlərini təqdim edib narkotik vasitələrin qəbulu və üzərində gəzdirilməsində şübhəli olunduqları üçün onları Sumqayıt şəhər polis idarəsinə dəvət etmişlər, onlar da etiraz etmədən onlarla birlikdə İdayərə getmişlər. Orada videoçəkilişlə onun üzərinə şəxsi axtarış keçirilmiş və üzərindən həmin narkotik vasitə aşkar olunaraq götürülmüşdür. Şəxsi axtarış zamanı da o həmin narkotiki Elçindən 10 manata aldığını bildirmişdir. Bununla bağlı Sumqayıt şəhər Polis İdarəsinin İstintaq Şöbəsində barəsində Azərbaycan Respublikası CM-in 234.1 -ci maddəsi ilə cinayət işinin istintaqı aparılaraq, Sumqayıt şəhər məhkəməsinə göndərilmiş, hazırda cinayət işi orada məhkəmə baxışındadır.Təqsirləndirilən şəxs həmin narkotik vasitəni haradan əldə etməsi barədə heç bir məlumatı olmamış, Elçin özü də ona bu barədə heç nə deməmişdir. Ceyhun adlı şəxsi tanımamış, onun anket məlumatlarını, mobil telefon nömrəsini də bilməmişdir. xx.xx.2023cü il tarixdə saat 01:50 radələrində o Elçinin xahişi ilə onunla birlikdə Sumqayıt şəhəri, Üzeyir Hacıbəyov küçəsi, «Bravo» marketin qarşısına getmişlər ki, o həmin Ceyhun adlı şəxsə narkotik satsın. Lakin Ceyhun həmin vaxt marketdə olub onlara gözləmələrini, indi yaxınlaşacağını dediyi üçün onlar marketin qarşısında gözlədikdə polis əməkdaşları onlara yaxınlaşıb İdarəyə aparmışlar. O, Ceyhunu elə ilk dəfə orada görmüş, onunla heç vaxt heç bir əlaqəsi, münasibəti olmamışdır. Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Raport”dan görünür ki, Sumqayıt Şəhər Polis İdarəsinə həmin tarixdə Elçin adlı şəxsin Sumqayıt şəhərində 9-cu mkr. ərazisində qanunsuz olaraq narkotik vasitələri üzərində gəzdirməsi, saxlaması və satması barədə əməliyyat məlumatı daxil olmuş, məlumat yoxlanılarkən həmin şəxsin ünvan 1 ünvanında qeydiyyatda olmaqla Sumqayıt şəhəri, 29-cu məhəllə ərazisində kirayədə yaşayan, xx.xx.1990-cı il təvəllüdlü Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir (cild 01, iş vər. 05). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsinə dair” qərardan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Sumqayıt şəhəri, 29-cu məhəllə ərazisində kirayədə yaşayan, xx.xx.1990-cı il təvəllüdlü Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək məqsədilə Sumqayıt şəhərində vətəndaşların sorğusu əməliyyat tədbirlərinin keçirilməsi qərara alınmışdır (cild 01, iş vər. 07). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Raport”dan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Sumqayıt şəhəri, 29-cu məhəllə ərazisində kirayədə yaşayan, xx.xx.1990-cı il təvəllüdlü Təqsirləndirilən şəxs həmin tarixdə saat 01:50-də Sumqayıt şəhər sakini Şahid3 ilə birlikdə Sumqayıt şəhəri, Ü.Hacıbəyov küçəsində yerləşən “Bravo” marketin qarşısında saxlanılaraq Sumqayıt Şəhər Polis İdarəsinə gətirilmişdir (cild 01, iş vər. 09). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Şəxsi axtarış və götürmə haqqında” protokoldan görünür ki, həmin tarixdə polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, üzərinə şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən “Sobranie” siqaret qutusunun içəirisində saxladığı 04 ədəd bükümlərdə hər birinin ayrıayrılıqda təmiz çəkiləri 3,443 qram, 0,757 qram, 0,428 qram, 0,086 qram, ümumi təmiz çəkisi 4,714 qram narkotik vasitə olan külli miqdarda heroinə, 02 ədəd bükümlərdə hər birinin ayrı-ayrılıqda təmiz çəkiləri 0,096 qram, 0,071 qram, ümumi təmiz çəkisi 0,167 qram psixotrop maddə olan metamfetaminə bənzər kütlələr aşkar olunmuş, aşkar olunan kütlələr elektron tərəzidə çəkilmiş və müvafiq qaydada qablaşdırılmaqla götürülmüş, çəkilişin əks olunduğu CD disk cinayət işinin materiallarına əlavə olunmuşdur (cild 01, iş vər. 32-32, 86). Cinayət işinin materiallarında olan məhkəmə fiziki-kimyəvi eskpertizasının xx.xx.2023-cü il tarixli 6/3102 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №124” dairəvi möhür əksi olan iki ədəd zərfdə üzərində “...imza Saxlanılan şəxs:Təqsirləndirilən şəxs...” sözləri, ad, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki 03 ədəd sellofan bükümdə ayrıayrılıqda təmiz çəkisi 3,443 qram, 0,757 qram, 0,428 qram, 01 ədəd kağız bükümdə təmiz çəkisi 0,086 qram, ümumi təmiz çəkisi 4,714 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir, 02 ədəd kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,096 qram, 0,071 qram ümumi təmiz çəkisi 0,167 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə -metamfetamindir. Təqdim olunmuş 03 ədəd sellofan bükümdə və 01 ədəd kağız bükümdə olan heroin xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynidir. Təqdim olunmuş 02 ədəd kağız bükümdə olan metamfetamin xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynidir. Üzərində “...imza Saxlanılan şəxs:Təqsirləndirilən şəxs...” sözləri, ad, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki 3 ədəd sellofan bükümdə və 01 ədəd kağız bükümdə olan heroinlə üzərində “imza Saxlanılan şəxs:Şahid3...” sözləri, ad, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə olan 01 ədəd sellofan bükümdə olan heroin xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynidir (cild 01, iş vər. 42-45). Cinayət işinin materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023cü il tarixli, 3750 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 01, iş vər. 97-98). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-in 234.4.1 və 206 maddələri ilə cinayət təqibinin başlanması rədd edilmişdir (cild 01, iş vər. 162-172). Cinayət işinin materillarına əlavə edilmiş Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(060)-785/2023 saylı hökmündən görünür ki, həmin hökmlə Şahid3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarının 28-ci bəndində məhkəmələrin diqqətinə çatdırılır ki, Azərbaycan Respublikası CPM-nin 246.2.1ci maddəsinə əsasən məhkəmənin qərarı olmadan şəxsi axtarış şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə aparıla bilər. Azərbaycan Respublikası CPM-nin 153-cü maddəsinin mənasına görə isə tutulmuş şəxs təxirə salınmadan polis və digər təhqiqat orqanlarının müvəqqəti saxlama yerinə gətirilməli və onun tutulması müvafiq protokolla rəsmiləşdirilməlidir. Qanunun bu normalarının düzgün tətbiqi məsələsini nizama salmaq məqsədi ilə məhkəmələrə izah edilir ki, şəxsi axtarışın şübhəli şəxs qismində tutma protokolu tərtib olunmazdan əvvəl (şəxsi axtarış barədə məhkəmə qərarı olmadan) aparılması halı müəyyən edildikdə məhkəmə buna münasibətini bildirməli və bu yolla əldə olunmuş sübutların mümkünlüyü məsələsini Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinə uyğun olaraq həll etməlidir. Bununla bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi lazım bilir: İş materiallarından görünür ki, xx.xx.2023-cü il tarixdə Sumqayıt Şəhər Polis İdarəsinə Elçin adlı şəxsin Sumqayıt şəhərində 9-cu mkr. ərazisində qanunsuz olaraq narkotik vasitələri üzərində gəzdirməsi, saxlaması və satması barədə əməliyyat məlumatı daxil olmuş, məlumat yoxlanılarkən həmin şəxsin ünvan 1 ünvanında qeydiyyatda olmaqla Sumqayıt şəhəri, 29-cu məhəllə ərazisində kirayədə yaşayan, xx.xx.1990-cı il təvəllüdlü Təqsirləndirilən şəxs olduğu müəyyən edilmiş, xx.xx.2023-cü tarixdə əməliyyat axtarış tədbiri keçirilməsi barədə qərar qəbul olunaraq şəxsin olduğu yer müəyyən olunmaqla xx.xx.2023-cü il tarixdə gecə saat 01:50-də şəxs saxlanılaraq Sumqayıt Şəhər Polis İdarəsinə gətirilmiş, şübhəli şəxs qismində tutulduqdan sonra müdafiəçinin də iştirakı ilə video çəkilişlə üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı üzərindən narkotik vasitə heroinə və psixotrop maddə metamfetaminə bənzər kütlələr aşkar olunaraq götürülmüşdür. Götürülmüş maddə məhkəmə fiziki-kimyəvi ekspertizasına təqdim olunaraq müvafiq rəy alınmışdır. Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə kollegiyası hesab edir ki, cinayət işi başlamamışdan əvvəl xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərək narkotik vasitə aşkar edilməsi zamanı cinayət-prosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarının 9-cu bəndinə əsasən, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə kollegiyası məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi onun verdiyi qismən etirafedici ifadəsi ilə yanaşı, Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsi, digər şahid ifadələri, ekspert rəyləri, habelə cinayət işinin materiallarında olan və biri digərini tamamlayan digər sübutlar vasitəsi ilə tam sübuta yetirilmişdir. Odur ki, ona qanunla müəyyən edilmiş qaydada ədalətli cəza təyin edilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs özünü CM-in 234.1-1-ci maddəsi ilə təqsirli bilməsi, o cümlədən Şahid3 narkotik vasitə satmaması ilə bağlı ifadəsinə tənqidi yanaşaraq qeyd edir ki, əldə olunan narkotik vasitənin miqdarının şəxsi istehlak miqdarından, həmçinin külli miqdardan çox olması, narkotik vasitə ilə yanaşı ondan psixotrop maddə metamfetaminin aşkar olunması, habelə həmin kütlələrin xırda bükümlərə bölünməklə saxlanılması, real satışının həyata keçirilməsi (Şahid3lə bağlı epizod) bu nəticəyə gəlməyə əsas verir ki, təqsirləndirilən şəxs sözügedən narkotik vasitəni və psixotrop maddə metamfetamini məhz satış məqsədi ilə əldə edərək üzərində saxlamış, həmçinin satmışdır. İş üzrə Şahid3 məhkəmə istintaqı zamanı verdiyi ifadəyə gəldikdə isə məhkəmə kollegiyası həmin ifadəyə də tənqidi yanaşır və qeyd edir ki, məhkəmə istintaqı zamanı şahid əksini vurğulasa da, məhz məhkəmə istintaqının gedişində tədqiq olunan Şahid3 CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduğu Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(060)-785/2023 saylı hökmündən də göründüyü kimi, həmin məhkəmə istintaqında Şahid3 məhz onda aşkar olunan narkotik vasitəni 10 manat müqabilində Təqsirləndirilən şəxs əldə etdiyini bildirmişdir. Şahid3 təqsirləndirilən şəxslə yaxın dostluq münasibətlərinə malikdir ki, bu hal onun məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin xeyrinə, yəni onu məsuliyyətdən qurtaracaq formada ifadə verməsini anlaşılan edir. Odur ki, məhkəmə kollegiyası Şahid3 məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə razılaşmır, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini daha obyektiv və həqiqətə uyğun hesab edir və məhz şahidin ibtidai istintaq zamanı verdiyi ifadəsini əsaslı sayaraq həmin ifadəni təqsirləndirilən şəxsə elan olunan ittihamın əsasına qoyur. Təqsirləndirilən şəxs təyin olunacaq cəza məsələsinə gəldikdə isə məhkəmə qeyd edir ki, CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarına əlavə edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 01, iş vər. 142). Təqsirləndirilən şəxs əməlində CM-in 59-cu maddəsində nəzərdə tutulan cəzasını yüngülləşdirən hallar, o cümlədən CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, habelə törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, eyni zamanda təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. İş materiallarına əlavə edilmiş şübhəli şəxsin tutulması haqqında protokoldan və Sumqayıt Şəhər Məhkəmənin xx.xx.2023-cü il tarixi qərarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və barəsində məhkəmə tərəfindən əvvəli həmin tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir (cild 1, iş vərəq 24, 78-79). Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən hesablanmalı, onun həbsdə saxlanıldığı bütün müddət ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Həmçinin məhkəmə kollegiyası cinayət işinin materialarında olan məhkəmə narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunmalı və o, yaşadığı ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. İş üzrə xüsusi müsadirənin əsasları müəyyən edilməmişdir. İş üzrə maddi sübut olan və Sumqayıt Şəhər Polis İdarəsində saxlanılan Təqsirləndirilən şəxs üzərindən götürülmüş, tədqiqatdan sonra qalıq qalmış 4,514 qram narkotik vasitə olan heroin, 0,067 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 02 ədəd diskin iş materiallarında saxlanması nəzərə alınmalıdır. İş üzrə 65 AZN (altmış beş manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barədə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, yaşadığı ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Sumqayıt Şəhər Polis İdarəsində saxlanılan Təqsirləndirilən şəxs üzərindən götürülmüş, tədqiqatdan sonra qalıq qalmış 4,514 qram narkotik vasitə olan heroin, 0,067 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 02 ədəd diskin iş materiallarında saxlanması nəzərə alınsın. İş üzrə 65 AZN (altmış beş manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına ödənilsin. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-312/2024
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-312/2024
07.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver