Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-313/2025 04.09.2025 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X3 (sədrlik edən), X6 və X4 ibarət tərkibdə, Məhkəmə iclas katibi – X8, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi – Şimal Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1985-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 234.1 və 234.1-1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 09 oktyabr 2024-cü il tarixdə axşam saatlarında Bakı şəhəri, Suraxanı rayonu, Cəbrayıl Xanməmmədov küçəsində yerləşən parkın yaxınlığında istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 0,319 qram çəkidə psixotrop maddə metamfetamini 20 manata əldə edib, üzərində saxlamaqla daşımış, 09 oktyabr 2024-cü il tarixdə saat 17:30-da Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Suraxanı rayonu, Cəbrayıl Xanməmmədov küçəsində yerləşən parkın yaxınlığında saxlanılmış, orada həmin gün saat 17:30-dan 17:38-ə kimi üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki tünd göy rəngli cins şalvarın qabaq sağ yan cibində olan 01 ədəd şəffaf sellofan bükümdə xeyli miqdarda 0,319 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan başqa, o, 19 noyabr 2024-cü il tarixdə axşam saatlarında ünvan 2 ünvanında yerləşən 3 saylı Bakı «ASAN xidmət» mərkəzinin qarşısında istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda 2,683 qram çəkidə narkotik vasitə heroini və xeyli miqdarda 0,761 qram çəkidə psixotrop maddə metamfetamini 120 manata əldə edib, üzərində saxlamaqla Abşeron rayonu, Xırdalan şəhərinə daşımış və üzərində saxlamış, 20 noyabr 2024-cü il tarixdə saat 10:17-də Abşeron Rayon Polis İdarəsinin Cinayət-Axtarış Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Abşeron rayonu, Xırdalan şəhəri, Əlihüseyn Əsgərov küçəsində saxlanılmış, orada həmin gün saat 10:17-dən 10:24-ə kimi üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd qara sellofan bükümün içərisində 01 ədəd şəffaf sellofan bükümdə külli miqdarda 2,683 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 01 ədəd şəffaf sellofan bükümdə xeyli miqdarda 0,761 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən, yəni CM-in 234.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir: “Mən 09 oktyabr 2024-cü il tarixdə axşam saatlarında polis əməkdaşları tərəfindən tutuldum. Məni Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinə gətirdilər, üzərimə baxış keçirdilər və üzərimdən psixotrop maddə aşkar olundu. Bir gün polis şöbəsində, bir gün də X9 saxlanıldım. Daha sonra məni buraxdılar. Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən tutularkən üzərimdə heç nə yox idi, idarə rəisi mənə təzyiq göstərərək narkotik vasitəni boynuma götürməli olduğumu dedi. Abşeron Rayon Polis İdarəsinin əməkdaşları məni noyabr ayının 18-i axşam saat 10 radələrində Masazırda tutublar, həmin vaxt üzərimdə heç nə yox idi, sadəcə narkotik vasitələrin istifadəçisi idim. Təzyiq nəticəsində məcbur qalıb sənədlərə imza çəkdim.” Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir: “Abşeron Rayon Polis İdarəsinin rəisi mənə şillə vurdu, narkotik vasitəni boynuma almalı olduğumu, almasam daha betər şeylər olacağını dedi. Əvvəllər məhkumluğum olmayıb. Mən Masazırda saxlanılmışam. Küçənin adını bilmirəm. Noyabr ayının 18-i axşam saat 9-10 radələrində saxlanılmışam. İttihamda qeyd edilən vaxtdan iki gün əvvəl saxlanılmışam. Polis əməkdaşları məni axşam tutdular, səhər idarənin yanına aparıb çəkiliş etdilər. Məni 18-i axşamdan 19-u səhərə kimi idarədə boş otaqda saxladılar. X13 vermədilər. Boş otaqda məndən başqa bir-iki nəfər də var idi. Həmin şəxslərdən birini döymüşdülər, o da narkotik vasitəyə görə tutulmuşdu, lakin adını bilmirəm. Mənə əvvəlcə iki nəfər yaxınlaşdı, sonra maşına mindirib idarəyə gətirdilər. İdarədə rəis mənə şillə vurduğu və şantaj etdiyi üçün narkotik vasitəni boynuma aldım. Üzərimdə xəsarət izi qalmadı. Psixoloji təsir edirdilər. Barəmdə həbs qətimkan tədbiri seçilməsi üçün məhkəmə qarşısına çıxarılarkən hakimə özümü təqsirli bilmədiyimi bildirdim. Mən özümü CM-in 234.1-ci maddəsi ilə təqsirli bildiyimi, lakin CM-in 234.1-1-ci maddəsi ilə təqsirli bilmədiyimi dedim. 234.1-1-ci maddə ilə bağlı qeyd olunan narkotik vasitənin boynuma qoyulduğunu dedim. Müdafiəçim yanımda olanda X9 sənədlərə imza çəkmirdim, rəis əməliyyatçını göndərdi və məni yenə şantaj etdilər. Bundan sonra, müdafiəçim anten-dairə məlumatlarını tələb etməklə bağlı vəsatət yazdırdı, çünki mən axşam saatlarında tutulmuşdum, lakin məni səhər saatlarında tutduqlarını qeyd etmişdilər. Mənə CM-in 234.1-1-ci maddəsi ilə haqsız ittiham elan olunması və narkotik vasitənin mənə məxsus olmaması ilə bağlı hər hansı bir orqana şikayət etməmişəm. Narkotik vasitələrdən 2-3 ildir ki, istifadə edirəm. Mən özüm Yasamal qəbirstanlığında rəngsaz işləyirdim. Polis əməkdaşları məni döyüblər, təhqir ediblər. Polis əməkdaşları məni saxlayanda axşam saatlarında 3 nəfər olmuşuq. Bizi saxlayan polis əməkdaşları 6-7 nəfər idilər. Mənim yanımdakı şəxslər X11 və X7 idi. Hər üçümüzü polis idarəsinə apardılar. Saxlanılan digər iki şəxsi buraxdılar, ancaq məni saxladılar. Saxlanılan digər iki şəxs də mənim yaxın tanışlarım idi.” İbtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində verdiyi xx.xx.2024-cü il tarixli ifadəsi ilə məhkəmədə verdiyi ifadə arasında ziddiyyət yarandığından, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və təqsirləndirilən şəxs müdafiəçinin də iştirakı ilə verdiyi həmin ifadəsində göstərmişdir ki, 19 noyabr 2024cü il tarixdə axşam saatlarında Bakı şəhəri, Yasamal rayonu Şərifzadə küçəsində yerləşən «Asan xidməti»n qarşısında tanımadığı şəxsdən 120 manata bir büküm narkotik vasitə olan heroin və bir büküm psixotrop maddə olan metamfetamin almışdır. Həmin bükümləri üzərimdə saxlamış ki, istifadə edər. 20 noyabr 2024-cü il tarixdə saat 10:17 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, kənd Xırdalan kimi tanınan ərazidə olduğu zaman üç nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edərək narkotik vasitələrin üzərində gəzdirilməsində şübhəli bilindiyini deyərək videoçəkilişlə üzərinə şəxsi axtarış keçirmək istədiklərini bildirmişlər. Şəxsi axtarış aparmazdan əvvəl ona üzərində qanunla dövriyyəsi qadağan edilmiş əşya predmet və ya narkotik maddə olub-olmaması sorğu edilmişdir. O əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən qara rəngli bükümün içərisində bir büküm narkotik vasitə olan heroini və bir büküm psixotrop maddə olan metamfetamini təqdim etmişdir. Təqdim etdiyi narkotik maddələrə baxış keçirildikdən sonra qablaşdırılmışdır. Həmçinin üzərinə şəxs axtarış keçirilmiş və təqdim etdiyi bükümlərdən başqa üzərində qanunla dövriyyəsi qadağan edilmiş əşya aşkar edilməmişdir. Bundan sonra onu Abşeron Rayon Polis İdarəsinə gətirmişlər (cild 01, iş vər. 59-60). İbtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunduqdan sonra Təqsirləndirilən şəxs ona ünvanlanan suallara cavab olaraq göstərmişdir: “Mən əvvəlcə həmin ifadəyə imza çəkmirdim, daha sonra əməliyyatçı və rəis gəldiyi üçün məcbur qalıb imza çəkdim.” Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir: “2024-cü il noyabr ayının 20-də Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsi və üzərində gəzdirilməsində şübhəli bilinməsi ilə bağlı polis idarəsinə məlumat daxil oldu və həmin məlumat əsasında əməliyyat qrupu yaradıldı. Noyabrın ayının 20-si səhər saatlarında əməliyyat qrupu ilə birgə videoçəkiliş vasitəsilə şəxsin olduğu ünvana yaxınlaşdıq, şəxsə özümüzü təqdim etdik, şəxs özünü təqdim etdi və şəxsə nə üçün yaxınlaşdığımızı izah etdik. Şəxsə üzərində hər hansı qanunsuz əşya varsa, könüllü olaraq təqdim etməyini təklif etdik. O, könüllü olaraq cibindən bir bükümün içində olan iki ayrı bükümdə narkotik vasitəni çıxararaq təqdim etdi. Daha sonra şəxsi Abşeron Rayon Polis İdarəsinə dəvət etdik və üzərindən aşkar olunan narkotik vasitəni ekspertizaya göndərilməsi üçün yerindəcə qablaşdırdıq.” Şahid2 məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir: “Əməliyyat məlumatı mənə daxil olmuşdu. Əməliyyat qrupuna mən rəhbərlik edirdim. Əməliyyat qrupuna kiçik inspektor Şahid1 və əməliyyat müvəkkili, polis mayoru Şahid3 daxil idi. Daxil olan əməliyyat məlumatı şəxsin narkotik vasitələrin istifadəsi və daşınmasında şübhəli bilinməsi ilə bağlı idi. Şəxs saxlanılarkən ona qarşı hər hansı təsir və təzyiq göstərilməyib. Şəxs saxlanılmamışdan əvvəl çəkilişə başlamışdıq. Şəxsi noyabr ayının 20-si səhər saatlarında saxlamışıq. Şəxs bir gün əvvəl Abşeron Rayon Polis İdarəsində olmayıb. Şəxsi axşam saatlarında saxlamamışıq. Şəxsi saxlayanda yanında heç kim yox idi. Şəxsi saxlayarkən bizə heç bir müqavimət göstərməyib. Şəxsi Xırdalan şəhəri, Əlihüseyn Əsgərov küçəsində fərdi yaşayış evinin qarşısında saxlamışıq. İbtidai istintaq zamanı verdiyim ifadəni təsdiq edirəm. Əməliyyat tədbiri zamanı üzərimdə ********** nömrəli mobil telefon olub. Əməliyyat tədbiri zamanı bu nömrə üzərimdə olub. Əvvəllər məndə şəxs barəsində hər hansı əməliyyat məlumatı olmayıb. Şəxs barəsində şifahi məlumat polis idarəsinə noyabr ayının 19-u daxil olub, lakin yazılı məlumat noyabrın ayının 20-si səhər saatlarında daxil olub. Təxirəsalınmazlıq məsələsinə görə məhkəməyə müraciət edib qərar almamışıq.” Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 da Şahid2 ilə eyni məzmunlu ifadə verərək onun göstərmiş olduğu xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı iştirak etməyən Şahid3 məhkəməyədək icraat dövründə vermiş olduğu ifadəsi elan olunaraq tədqiq olunmuş və onun da digər şahidlərlə eyni məzmunlu ifadə verərək onların göstərmiş olduğu xüsusatları təsdiq etdiyi müəyyən olunmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir: “09 oktyabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində əməliyyat məlumatı daxil oldu və həmin məlumat əsasında əməliyyat qrupu yaradıldı. Əməliyyat qrupu ilə Suraxanı rayon, Hövsan qəsəbəsi, C.Xanməmmədov küçəsində yerləşən parkın yaxınlığında piyada hərəkətdə olan zaman şəxsə yaxınlaşdıq. Şəxsə üzərində narkotik vasitə daşıması barədə məlumatımız olduğunu bildirdik, şəxs cibindən bir bükümdə olan metamfetaminə bənzər maddəni çıxararaq bizə təqdim etdi.” Şahid4 məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir: “Əməliyyat məlumatı mənə daxil olmuşdu. Əməliyyat qrupuna Şahid5 və Şahid6 daxil idi. Şəxs saxlanılarkən ona hər hansı təzyiq və təsir göstərilməyib. İbtidai istintaq zamanı verdiyim ifadəni təsdiq edirəm.” Məhkəmə istintaqı zamanı iştirak etməyən şahidlər Şahid5 və Şahid6 məhkəməyədək icraat dövründə vermiş olduqları ifadələri elan olunaraq tədqiq olunmuş və onların da Şahid4 ilə eyni məzmunlu ifadə verərək onun göstərmiş olduğu xüsusatları təsdiq etdikləri müəyyən olunmuşdur. Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli “Raport”dan görünür ki, həmin tarixdə Abşeron Rayon Polis İdarəsinə xx.xx.1985-ci ildə Bakı şəhərində anadan olmuş, ünvan 5 ünvanda yaşayan Təqsirləndirilən şəxs Abşeron rayonu və Bakı şəhəri ərazisində narkotik vasitəni və psixotrop maddəni üzərində gəzdirməsi, istifadəsi və satışı ilə məşğul olması barədə əməliyyat məlumatları daxil olmuşdur (cild 01, iş vər. 03). Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərardan görünür ki, xx.xx.1985-ci ildə Bakı şəhərində anadan olmuş, ünvan 5 ünvanda yaşayan Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək məqsədilə təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır (cild 01, iş vər. 04-05). Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli “Əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şəxsin üzərinə baxış keçirilməsinə dair” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 20 noyabr 2024-cü il tarixdə saat 10:17-də Abşeron rayonu, Xırdalan şəhəri, Əlihüseyn Əsgərov küçəsində saxlanılaraq üstü yoxlanılmış, üzərindən 01 ədəd qara sellofanın içərisində 01 ədəd şəffaf sellofanda metemfetaminə bənzər kütlə və 01 ədəd şəffaf sellofanda heroinə bənzər kütlə aşkar edilərək götürülmüşdür. Sorğu sual zamanı Təqsirləndirilən şəxs bükümləri Bakı şəhəri, Yasamal rayonunda tanımadığı şəxsdən 120 manata aldığını bildirmişdir. Çəkilişin əks olunduğu DVD disk cinayət işinin materiallarına əlavə olunmuşdur (cild 01, iş vər. 07-08, 276). Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli “Raport”dan görünür ki, həmin tarixdə daxil olan əməliyyat məlumatları əsasında xx.xx.1985-ci ildə Bakı şəhərində anadan olmuş, ünvan 5 ünvanda yaşayan Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 10:17-də Abşeron rayonu, Xırdalan şəhəri, Əlihüseyn Əsgərov küçəsində fərdi yaşayış evlərinin qarşısında saxlanılaraq Abşeron Rayon Polis İdarəsinə gətirilmişdir (cild 01, iş vər. 10). Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli “Təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında” protokoldan görünür ki, təqdim olunan 01 (bir) ədəd ağ rəngli zərfə və 1(bir) ədəd DVD-yə baxış keçirilmişdir. Üzərində «Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş» yazılı zərfdən 1 (bir) ədəd şəffaf sellofan kəsiyinə bükülmüş tünd qəhvəyi rəngli, narkotik vasitə olan heroinə bənzər kütlə, 1 (bir) ədəd şəffaf sellofan kəsiyinə bükülmüş ağ rəngli kristallardan ibarət psixotrop maddə olan metamfetaminə bənzər kütlə aşkar olunmuşdur. Sonra həmin kütlələr yenidən qablaşdırılıb möhürlənmişdir. Daha sonra 1 (bir) ədəd DVD-yə HP markalı komputerdə baxış keçirilmiş, DVD-də olan görüntülərdə təhqiqata təqdim olunan narkotik maddəyə bənzər kütlələrin aşkar olunması və Təqsirləndirilən şəxs narkotik vasitə aşkar olunması barədə bildirməsi əksini tapmışdır. Çəkilişin əks olunduğu DVD disk cinayət işinin materiallarına əlavə olunmuşdur (cild 01, iş vər. 12-13, 276). Cinayət işinin materiallarında olan fiziki-kimyəvi ekspertizanın 20 noyabr 2024-cü il tarixli 3-16-16/2-6/5248 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, “Təqsirləndirilən şəxs aşkar edilmiş ...” qeydli zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 2,683 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitəheroindir, 01 ədəd bükümdə təmiz çəkisi 0,761 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir (cild 01, iş vər. 34-38). Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli “DVD disk üzrə videoyazı məlumatlarına baxış keçirilməsi barədə” protokoldan görünür ki, birinci diskdə əks edilmiş görüntülər 20 noyabr 2024-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, Əlihüseyn Əsgərov küçəsində qeydə alınır. Video çəkiliş Abşeron Rayon Polis İdarəsinin Cinayət- Axtarış Şöbəsinin kiçik inspektoru, polis baş serjantı Şahid1 tərəfindən aparılır. Videogörüntüdən müəyyən edilir ki, Abşeron Rayon Polis İdarəsinin Cinayət-Axtarış Şöbəsinin əməliyyat müvəkkili, polis kapitanı Şahid2 Sahib oğlu və Abşeron Rayon Polis İdarəsinin Cinayət-Axtarış Şöbəsinin əməliyyat müvəkkili, polis mayoru Şahid3 küçədə Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim edirlər. Çəkilişin davamında əməliyyat müvəkkili Şahid2 Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim edilməsi təklif edir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd bükümü təqdim edir. Əməliyyat müvəkkili Şahid2 tərəfindən qara seloffan büküm açılır və içərisində 02 ədəd büküm aşkar olunur. Həmin bükümlərə baxış keçirildikdə 01 ədəd şəffaf sellofan bükümün içərisində psixotrop maddə metamfetaminə bənzər kütlə, 01 ədəd şəffaf sellofan bükümdə narkotik vasitə heorinə bənzər kütlə aşkar edilir. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs bükümü Bakı şəhəri, Yasamal rayonunda tanımadığı şəxsdən 120 manata aldığını bildirir. Sonra şəxsi axtarış zamanı sonuncunun üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilmir. Sonra aşkar olunmuş həmin kütlələr qablaşdırılır. İkinci diskə baxış zamanı məlum olmuşdur ki, həmin DVD diskdə əks edilmiş görüntü 20 noyabr 2024-cü il tarixdə Abşeron Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı, polis mayoru Zaur Məmmədovun xidməti otağında qeydə alınır. Videogörüntüdən müəyyən edilir ki, görüntüdə Abşeron Rayon Polis İdarəsinin Cinayət-Axtarış Şöbəsinin əməliyyat müvəkkili, polis kapitanı Şahid2 Sahib oğlu və Abşeron Rayon Polis İdarəsinin Cinayət-Axtarış Şöbəsinin əməliyyat müvəkkili, polis mayoru Şahid3 iştirak edir. Video çəkiliş Abşeron Rayon Polis İdarəsinin Cinayət-Axtarış Şöbəsinin kiçik inspektoru, polis baş serjantı Şahid1 tərəfindən aparılır. Təhqiqatçı tərəfindən 02 ədəd bükümə baxış keçirilir. 01 ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər kütlə, 01 ədəd bükümdə narkotik vasitə heroinə bənzər kütlə aşkar edilir. Bükümlər zərflərə qoyularaq qablaşdırılır. Sonra təhqiqatçı tərəfindən təqdim edilmiş görüntüyə baxış keçirilir. 04 ədəd fotoşəkil protokola əlavə olunmuşdur (cild 01, iş vər. 75- 80). Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli “Cinayət işlərinin bir icraatda birləşdirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 234.1ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi və CM-in 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi bir icraatda birləşdirilmişdir (cild 01, iş vər. 86-87). Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli “Raport”dan görünür ki, həmin tarixdə Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinə xx.xx.1985-ci ildə Bakı şəhərində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmayan, Bakı şəhəri, Yasamal rayonu, Dadaş Bünyatzadə ev 5-də qeydiyyatda olmaqla, Xətai rayonu, NZS qəsəbəsi, Yavər Səfərov küçəsi, ev 20-də yaşayan Təqsirləndirilən şəxs Abşeron rayonu və Bakı şəhəri ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur (cild 01, iş vər. 92). Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərardan görünür ki, xx.xx.1985-ci ildə Bakı şəhərində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmayan, Bakı şəhəri, Yasamal rayonu, Dadaş Bünyatzadə ev 5-də qeydiyyatda olmaqla, Xətai rayonu, NZS qəsəbəsi, Yavər Səfərov küçəsi, ev 20-də yaşayan Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək məqsədilə təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır (cild 01, iş vər. 93-94). Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması, baxış keçirilməsi və əşyaların götürülməsi haqqında” protokoldan görünür ki, xx.xx.1985-ci ildə Bakı şəhərində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmayan, Bakı şəhəri Yasamal rayonu Dadaş Bünyatzadə küçəsi ev 5-də qeydiyyatda olmaqla, Xətai rayonu NZS qəsəbəsi, Yavər Səfərov küçəsi ev 20-də yaşayan Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli cins şalvarının qabaq sağ yan cibində 01 (bir) ədəd şəffaf sellofona bükülmüş bükümdə metamfetaminə bənzər kütlənin olduğunu və həmin kütləni Hövsan qəsəbəsində tanımadığı şəxsdən aldığın bildirmişdir. Təqsirləndirilən şəxs aşkar edilmiş 01 ədəd şəffaf sellofonda olan kütlə elektron tərəzidə ölçülərkən 0,38 qram çəkidə olması müəyyən edilmişdir. Çəkilişin əks olunduğu DVD disk protokola əlavə olunmuşdur (cild 01, iş vər. 98-99). Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli “Raport”dan görünür ki, həmin tarixdə saat 17:30 radələrində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik maddələri əldə edib üzərində qanunsuz olaraq saxlamasında şübhəli bilinən xx.xx.1985-ci ildə Bakı şəhərində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmayan, Bakı şəhəri Yasamal rayonu Dadaş Bünyatzadə küçəsi ev 5-də qeydiyyatda olmaqla, Xətai rayonu NZS qəsəbəsi, Yavər Səfərov küçəsi ev 20-də yaşayan Təqsirləndirilən şəxs Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, C.Xanməmmədov küçəsində yerləşən parkın yaxınlığında yaxalanaraq üstü yoxlanılmışdır. Təqsirləndirilən şəxs üzərindən psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar olunaraq müvafiq qaydada götürülməklə qablaşdırılmış və möhürlənmişdir. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 17:45 radələrində Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinə gətirilmişdir (cild 01, iş vər. 100). Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli “Təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında” protokoldan görünür ki, təqdim olunan 01 ədəd şəffaf rəngli sellofana bükülmüş bükümə və DVD-yə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 (bir) ədəd şəffaf sellofana bükülmüş bükümdə narkotik maddəyə bənzər maddə aşkar olunmuşdur. Sonra həmin maddə yenidən qablaşdırılıb möhürlənmişdir. Daha sonra 01 ədəd DVD-yə “Lenovo” markalı kompüterdə baxış keçirilmiş, DVD-də olan görüntülərdə təhqiqata təqdim olunan metamfetaminə bənzər maddənin aşkar olunması, Təqsirləndirilən şəxs narkotik maddə olan metamfetaminin aşkar olunması barədə bildirməsi öz əksini tapmışdır. Çəkilişin əks olunduğu DVD disk protokola əlavə olunmuşdur (cild 01, iş vər. 102-103). Cinayət işinin materiallarında olan materialların məhkəmə ekspertizasının 10 oktyabr 2024-cü il tarixli 3-16-16/2-6/4848 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: “Azərbaycan Respublikası DİN Zərflər üçün №194” dairəvi möhür əksi, “Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş... ” yazısı və imzalar olan zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,319 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir (cild 01, iş vər. 130-134). Cinayət işinin materiallarında olan Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 5(010)-744/2024 nömrəli qərarından görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin Cinayət-Axtarış üzrə əməliyyat müvəkkili, polis kapitanı Şahid4 09 oktyabr 2024-cü il tarixli “Əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsinə dair” qərarının qanuni sayılması qərara alınmışdır (cild 01, iş vər. 147-149). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli X2 verilmiş xx.xx.2024-cü il tarixli, 1/4765 nömrəli sorğuya cavab məktubundan görünür ki, xx.xx.1985-ci il təvəllüdlü Təqsirləndirilən şəxs son 10 ildə stasionar müalicə üçün qeyd olunan xəstəxanaya müraciət etməmişdir (cild 01, iş vər. 181). Cinayət işinin materiallarında olan əməliyyat tapşırığının xx.xx.2024-cü il tarixli 3- 13-54-1/2-11223/24 nömrəli cavab məktubundan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 23 avqust 1985-ci ildə Bakı şəhərində anadan olan, Bakı şəhəri, Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsi, ev-də qeydiyyatda olan, Bakı şəhəri, Xətai rayonu, Y.Səfərov küçəsi, ev 20-də yaşayan Təqsirləndirilən şəxs 09 oktyabr 2024-cü il tarixdə Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən parkın yanında saxlanılaraq üstünə keçirilən şəxsi axtarış zamanı onun üstündən aşkar edilərək götürülmüş xeyli miqdarda 0,319 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini harada, nə vaxt və kimdən əldə etməsini müəyyən etmək mümkün olmamışdır, bu istiqamətdə əməliyyat-axtarış tədbirləri davam etdirilir (cild 01, iş vər. 182). Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli “DVD disk üzrə videoyazı məlumatlarına baxış keçirilməsi barədə” protokoldan görünür ki, birinci diskdə əks edilmiş görüntülər 09 oktyabr 2024-cü il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, C.Xanməmmədov küçəsində yerləşən parkın yaxınlığında qeydə alınır. Video çəkiliş Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin sahə rəisi, polis mayoru Şahid6 tərəfindən aparılır. Videogörüntüdən müəyyən edilir ki, Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin Cinayət-Axtarış üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid5 və Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin Cinayət-Axtarış üzrə əməliyyat müvəkkili, polis kapitanı Şahid4 avtomobili küçədə hərəkətdə olan Təqsirləndirilən şəxs yanında saxlayıb ona yaxınlaşıb özlərini təqdim edirlər. Çəkilişin davamında əməliyyat müvəkkili Şahid5 Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim edilməsi təklif edir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki tünd göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümü təqdim edir. Sonra şəxsi axtarış zamanı sonuncunun üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilmir. Əməliyyat müvəkkili Şahid5 tərəfindən büküm açıldıqda içərisində psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar edilir. Büküm elektron tərəzidə çəkildikdə çəkisinin 0,38 qram olması məlum olur. Sorğu sual zamanı Təqsirləndirilən şəxs bükümü Hövsan qəsəbəsində tanımadığı şəxsdən aldığını bildirir. Sonra aşkar olunmuş həmin büküm zərfə qoyularaq qablaşdırılır. İkinci diskə baxış zamanı məlum olmuşdur ki, həmin diskdə əks edilmiş görüntü 09 oktyabr 2024-cü il tarixdə Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin təhqiqatçısı, polis mayoru Rəhman İsmayılovun xidməti otağında qeydə alınır. Videogörüntüdən müəyyən edilir ki, görüntüdə Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin Cinayət-Axtarış üzrə əməliyyat müvəkkili, polis kapitanı Şahid4 və Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin sahə rəisi, polis mayoru Şahid6 iştirak edir. Video çəkiliş Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin Cinayət-Axtarış üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid5 tərəfindən aparılır. Təhqiqatçı tərəfindən 01 ədəd bükümə baxış keçirilir. 01 ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar edilir. Büküm zərflərə qoyularaq qablaşdırılır. Sonra təhqiqatçı tərəfindən təqdim edilmiş görüntüyə baxış keçirilir. 02 ədəd fotoşəkil protokola əlavə olunmuşdur (cild 01, iş vər. 208-209). Cinayət işinin materiallarında olan ambulator məcburi-narkoloji tibbi yoxlamanın xx.xx.2024-cü il tarixli 7312 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhər görülür (cild 01, iş vər. 213-214). Cinayət işinin materiallarında olan xx.xx.2025-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 234.1 və 234.1-1-ci maddələri ilə yenidən ittiham elan edilmiş, Təqsirləndirilən şəxs əməllərində CM-in 234.2, 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələrinin tərkibi olmadığından, barəsində bu hissədə cinayət işinin başlanması rədd edilmiş, hazırki cinayət işindən bu barədə material ayrılaraq Abşeron rayon prokurorluğuna göndərilməsi və Təqsirləndirilən şəxs psixotrop maddələri və narkotik vasitəni əldə etdiyi mənbə barəsində hazırki cinayət işindən CM-in 234.4.3-cü maddəsi ilə başqa cinayət işinin ayrılması qərara alınmışdır (cild 02, iş vər. 217-228). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Həmin Məcəllənin 143-145.1-ci maddələrinin tələblərindən isə görünür ki, sübutların toplanması ibtidai araşdırma və məhkəmə baxışı zamanı istintaq və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış həmin sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmçinin hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. CM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. İş materiallarından görünür ki, daxil olmuş əməliyyat məlumatları əsasında Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat saat 17:30 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, C.Xanməmmədov küçəsində yerləşən parkın yaxınlığında yaxalanaraq üstü yoxlanılmış, üzərindən psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar olunaraq müvafiq qaydada götürülməklə qablaşdırılmış, daha sonra, o, 20 noyabr 2024-cü il tarixdə saat 10:17-də Abşeron rayonu, Xırdalan şəhəri, Əlihüseyn Əsgərov küçəsində saxlanılaraq üstü yoxlanılmış, üzərindən 01 ədəd qara sellofanın içərisində 01 ədəd şəffaf sellofanda metemfetaminə bənzər kütlə və 01 ədəd şəffaf sellofanda heroinə bənzər kütlə aşkar edilərək götürülmüşdür. Götürülmüş maddələr fzikikimyəvi və materialların məhkəmə ekspertizasına təqdim olunaraq müvafiq rəylər alınmışdır. Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə kollegiyası hesab edir ki, cinayət işləri başlamamışdan əvvəl xx.xx.2024-cü il tarixdə Suraxanı rayonunda və xx.xx.2024-cü il tarixdə Abşeron rayonunda Təqsirləndirilən şəxs üstü yoxlanılaraq narkotik vasitə və psixotrop maddələrin aşkar edilməsi zamanı cinayət-prosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma cinayət əməli sayılır və həmin əmələ görə təqsirli bilinən şəxslər bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Eyni zamanda, həmin Məcəllənin 234.1-1-ci maddəsində göstərilmişdir ki, bu Məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə həmin əmələ görə təqsirli bilinən şəxslər üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə kollegiyası məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs CM-in 234.1 və 234.1-1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini qəsdən törətməsi özünün ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələri ilə yanaşı, şahid ifadələri, ekspert rəyləri, habelə cinayət işinin materiallarında olan və biri digərini tamamlayan digər sübutlar vasitəsi ilə tam sübuta yetirilmişdir. Odur ki, ona qanunla müəyyən edilmiş qaydada ədalətli cəza təyin edilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onların cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı özünü qismən təqsirli bilməsi və bununla bağlı bildirdiklərinə gəldikdə isə məhkəmə kollegiyası təqsirləndirilən şəxs tərəfindən göstərilənlərə tənqidi yanaşır və qeyd edir ki, həmin xüsusatlar iş materialları ilə öz təsdiqini tapmamışdır. Belə ki, təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ilk növbədə heç də cinayət işinin materiallarında rəsmiləşdirildiyi kimi Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən xx.xx.2024-cü il tarixdə saat 10:17 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, Əlihüseyn Əsgərov küçəsində deyil, əslində xx.xx.2024-cü il tarixdə axşam saat 10 radələrində Abşeron rayonu, Masazır qəsəbəsində saxlanıldığını, saxlanılan zaman yanında iki nəfər şəxsin- X11 və X5 olduğunu, həmin şəxslərlə birlikdə Abşeron Rayon Polis İdarəsinə gətirildiyini, polis idarəsində olduğu zaman polis əməkdaşları tərəfindən təzyiq və təsirlərə məruz qaldığını, döyüldüyünü, həmçinin ona edilmiş psixoloji təzyiq nəticəsində məcbur qalıb ona aid olmayan narkotik vasitə və psixotrop maddəni boynuna götürdüyünü bildirmiş, habelə barəsində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəmə qarşısına çıxarılan zaman özünü CM-in 234.1-ci maddəsi ilə təqsirli bildiyini, CM-in 234.1- 1-ci maddəsi ilə təqsirli bilmədiyini və CM-in 234.1-1-ci maddəsi ilə bağlı qeyd olunan narkotik vasitənin boynuna qoyulduğunu bildirdiyini göstərmişdir ki, göstərilənlərlə bağlı məhkəmə kollegiyası ilk öncə onu qeyd edir ki, təqsirləndirilən şəxsin xx.xx.2024-cü il tarixdə axşam saat 10 radələrində Abşeron rayonu, Masazır qəsəbəsində saxlanılaraq Abşeron Rayon Polis İdarəsinə gətirilməsi və həmin vaxt yanında iki nəfər şəxsin olması ilə bağlı irəli sürdüyü arqumentlərə gəldikdə bunu təsdiq edən hər hansı bir sübut növü iş materiallarında yer almamış, o cümlədən müdafiə tərəfindən belə bir sübut növü məhkəməyə təqdim olunmamışdır. Bundan əlavə, Təqsirləndirilən şəxs həm şübhəli şəxs qismində ifadə verərkən, həm də təqsirləndirilən şəxs qismində dindirilərkən onun hüquqlarının qorunması məqsədi ilə ibtidai istintaq orqanı tərəfindən dövlət hesabına təmin olunmuş müdafiəçisi yanında olmuş, lakin bu barədə, yəni Abşeron Rayon Polis İdarəsində polis əməkdaşları tərəfindən döyülməsi, təsir və təzyiqlərə məruz qalması, narkotik vasitə və psixotrop maddənin ona məxsus olmaması barədə müdafiəçisinə heç bir söz deməmiş, etirazını bildirməmiş, bundan əlavə barəsində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəmə qarşısına çıxarılarkən də bu barədə məhkəməyə bildirməmiş, məhkəmədə yalnız hazırki məsələyə aidiyyəti olduğunu bildirmiş və barəsində həbs qətimkan tədbirinin seçilməməsini xahiş etmişdir. Odur ki, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsinə bu hissədə tənqidi yanaşır və onunla razılaşmır, əksinə təqsirləndirilən şəxsin ibtidai araşdırma dövründə müdafiəçinin də iştirakı ilə narkotik vasitə və psixotrop maddələrin necə və hansı yolla əldə olunması, saxlanması, daşınması və s. barədə verdiyi ifadələrini işin faktiki halları və mövcud sübutlarla üst-üstə düşdüyünü əsas götürərək, ona elan olunan ittihamın əsasına məhz Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri qoyur. Təqsirləndirilən şəxs təyin olunacaq cəza məsələsinə gəldikdə isə məhkəmə qeyd edir ki, CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 14 iyun 2024-cü il 8 №li qərarının 27-ci bəndin də göstərilmişdir ki, məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikasının cinayət qanununun prinsiplərini, CM-in 58-ci maddəsində göstərilmiş cəzanın təyin edilməsinin ümumi əsaslarını və cəzanın təyini məsələlərini tənzimləyən digər cinayəthüquqi normaların tələblərini rəhbər tutmalı, hər bir halda seçilən cəza növünün, cəzanın həddinin CM-in 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədlərinin təmin edilməsi baxımından məqsədəuyğun və yetərli olub-olmamasını nəzərdən keçirməli, bu məsələ üzrə hüquq tətbiq etmə təcrübəsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli Qərarının müddəalarına uyğun şəkildə formalaşmasını təmin etməlidirlər. Cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, işin digər xüsusatları cəzanın müəyyən edilməsi aspektindən qiymətləndirilərkən cinayətin törədilmə şəraiti və halları, o cümlədən narkotik vasitənin (psixotrop maddənin) növü, miqdarı, cinayətin törədildiyi yerin hərbi hissə, iş yeri, tədris, mədəniyyət müəssisəsi və ya digər ictimai əhəmiyyətli obyekt, yüksək təhlükə mənbəyi olan qurğuların, nəqliyyat vasitələrinin idarə edilməsi ilə bağlı olub-olmaması, cinayətin törədilməsinə digər, xüsusilə də yetkinlik yaşına çatmayanların, psixi, fiziki qüsurları olan şəxslərin cəlb edilib-edilməməsi və ya belə şəxslərə qarşı yönəlib-yönəlməməsi, əməllərin nə kimi zərərli nəticələrə səbəb olması, cinayətin onun açılmasını çətinləşdirən mürəkkəb üsullardan və vasitələrdən istifadə etməklə və ya mütəşəkkil dəstələrin tərkibində törədilib-törədilməməsi və yaxud transmilli xarakterə malik olub-olmaması, bu cinayətlərin törədilməsini asanlaşdırmaq üçün və yaxud qanunsuz olaraq əldə edilmiş narkotik vasitələrdən, psixotrop maddələrdən, onlara aid olmayan güclü təsir edən və ya zəhərli maddələrdən istifadə etməklə CM-in Xüsusi hissəsinin digər fəsillərində nəzərdə tutulmuş başqa cinayətlərin də törədilib-törədilməməsi nəzərə alınmalıdır. Təqsirkarın şəxsiyyəti, onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri baxımından cəzanın qanuniliyini və əsaslılığını təmin etmək üçün isə tələb olunur ki, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar düzgün müəyyən edilsin, təqsirləndiriləni səciyyələndirən və ailəsinin həyat şəraitini aşkarlayan məlumatlar, o cümlədən onun iş, təhsil, yaşayış yerində nə cür xarakterizə olunması, əvvəllər məhkum olunub-olunmaması (məhkumluq ödənilmədiyi və ya götürülmədiyi halda), əvvəlki məhkumluğun narkotik vasitələrin (psixotrop maddələrin, prekursorların, güclü təsir edən və ya zəhərli maddələrin) qanunsuz dövriyyəsi ilə bağlı olub-olmaması, təqsirkarın maddi rifahının təmin edilməsində cinayətkar fəaliyyətin rolu, onun əmək fəaliyyəti, hərbi xidmət, təhsil almaq və s. bu kimi ictimai-faydalı fəaliyyətlə məşğul olub-olmaması, cinayətin törədilməsindən sonrakı dövrdə əməlinə tənqidi münasibətin formalaşıb-formalaşmaması, CM-in müvafiq maddələrinin dispozisiyalarında nəzərdə tutulmuş ictimai təhlükəli nəticələrə və yaxud hər hansı bir digər zərərli nəticəyə səbəb olmuş cinayətlər üzrə ziyanın ödənilməsi, aradan qaldırılması, azaldılması üçün hərəkət edib-etməməsi, yaşı, sağlamlıq vəziyyəti, evli, himayəsində uşaqlarının olub-olmaması və s. bu kimi, o cümlədən Azərbaycan Respublikasının qoşulduğu “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” 1988-ci il 20 dekabr tarixdə Vyana şəhərində imzalanmış beynəlxalq konvensiyanın müddəalarından irəli gələn hallar nəzərə alınsın. İş materiallarına əlavə edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 01, iş vər. 84). Təqsirləndirilən şəxs əməlində CM-in 59-cu maddəsində nəzərdə tutulan cəzasını yüngülləşdirən hallar, habelə CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmir. Cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs tərəfindən cinayətlərin təkrar törədilməsini CM-in 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi nəzərə almışdır. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlləri eynicinsli olsa da, faktiki olaraq fərqli cinayət əməlləridir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 13 oktyabr 2023-cü il tarixli qərardadındakı hüquqi mövqeyi də bu istiqamətdə inkişaf etdirilmişdir. Belə olan halda, CM-in 16-cı maddəsinin tələbi baxımından sözügedən cinayətlərin törədilməsi təkrarlılıq əlaməti daşımadığından, bu hal təqsirləndirilən şəxsə münasibətdə cəzanı ağırlaşdıran hal kimi qəbul edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, şəxsin şəxsiyyətini, təyin olunacaq cəzanın onun islah olunmasına təsirini, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 14 iyun 2024-cü il 8 №-li qərarında əks olunan tövsiyyələri nəzərə almaqla, ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrumetmə növündə cəzaların təyin olunmasını və təyin olunan cəzalar qismən toplanılmaqla təqsirləndirilən şəxsə cinayətlərin məcmusu ilə cəza təyin olunmasını məqsədə müvafiq hesab edir. Eyni zamanda, məhkəmə kollegiyası hesab edir ki, şəxs həmin cəzanı yalnız real olaraq çəkməklə islah oluna bilər. Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli “Şübhəli şəxsin tutulması haqqında” protokoldan və Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(012)- 801/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, əvvəli də məhz həmin tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmişdir (cild 01, iş vər. 28, 96-100). Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (cild 01, iş vər. 116). Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli “Təqsirləndirilən şəxsin barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbirinin seçilməsi və saxlanıldığı MSY-dən azad edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2024-cü il tarixdə başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş və o, Suraxanı Rayon Polis İdarəsinin X9n dərhal azad edilmişdir (cild 01, iş vər. 163-164). Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxs CM-in 56.1.2-ci maddəsinə əsasən ona təyin ediləcək cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət ona təyin olunan cəzaya hesablanmaqla çıxılmalı, təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın başlanğıcı isə onun şübhəli şəxs qismində tutulduğu vaxtdan, yəni xx.xx.2024-cü il tarixdən hesablanmalı, onun həbsdə saxlanıldığı bütün müddət ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Həmçinin, məhkəmə kollegiyası cinayət işinin materiallarında olan ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər tətbiq olunmalı və o, yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. CM-nin 99-1.1-ci maddəsinə əsasən xüsusi müsadirənin əsasları müəyyən edilməmişdir. CPM-in 132-ci maddəsinə əsasən maddi sübut olan və Abşeron Rayon Polis İdarəsində saxlanılan qalıq çəkisi 0,930 qram olan psixotrop maddə metamfetamin və 2,563 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 04 ədəd diskin iş materiallarında saxlanılması nəzərə alınmalıdır. İş üzrə 224 AZN (iki yüz iyirmi dörd manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunan cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət ona təyin olunan cəzaya hesablanmaqla çıxılsın və üzərində 04 (dörd) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddət azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barədə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, yaşadığı ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Abşeron Rayon Polis İdarəsində saxlanılan qalıq çəkisi 0,930 qram olan psixotrop maddə metamfetamin və 2,563 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 04 ədəd diskin iş materiallarında saxlanılması nəzərə alınsın. İş üzrə 224 AZN (iki yüz iyirmi dörd manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına ödənilsin. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı andan) 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-313/2025
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-313/2025
04.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver