Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(124)-314/2025 02.07.2025 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimləri X3 (sədrlik edən), X5 və X1 ibarət tərkibdə, Məhkəmə iclasının katibi X2, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi – Şimal Vəkil Bürosunun vəkili X4, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 228.1, 234.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 5 saylı məhkəmə iclas zalında açıq məhkəmə iclasında videokonfrans əlaqə sistemi vasitəsilə baxaraq məhkəmə, müəyyənetdi: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə 19 mart 2025-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 228.1, 234.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi daxil olmuşdur. 02 aprel 2025ci il tarixdə iş üzrə məhkəmənin hazırlıq iclası keçirilərək Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 228.1, 234.1 və 234.4.3-cü maddələri ilə məhkəməyə verilməsi və iş üzrə məhkəmə baxışının təyin olunması qərara alınmışdır. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, hazırki cinayət işinin məhkəmə aidiyyəti Gəncə Ağır Cinayətlər Məhkəməsinə aiddir. Bekə ki, Təqsirləndirilən şəxs 25 avqust 2023-cü il tarixdə Ağstafa rayonunda istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd siqaretin gümüşü kağızı bükümündə 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələrin siyahısına” daxil olan 1,565 qram çəkidə ağ rəngli, kristalşəkilli kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib üzərində saxlamış və daşımış, 26 avqust 2023cü il tarixdə saat 15:30 radələrində Qazax rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Qazax rayon, Qarapapaq kəndində yaşadığı evin yaxınlığında saxlanılaraq Qazax rayon polis şöbəsinin inzibati binasına gətirilmiş və orada 26 avqust 2023-cü il tarixdə saat 16:30-dan 17:15- dək üzərində şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli cins şalvarının sağ yan kiçik cibindən həmin bir ədəd siqaretin gümüşü kağızı bükümündə 1,565 qram psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Bundan başqa o, tamah niyyətilə özgənin əmlakını gizli talamaq məqsədilə xx.xx.2023-cü il tarixdə gecə saat 01 radələrində Zərərçəkmiş şəxs3 məxsus Abşeron rayonu, Novxanı qəsəbəsi, Nətavan küçəsində yerləşən fərdi yaşayış evinin həyətinə, hasardan keçmə yolu ilə qanunsuz daxil olaraq, həmin evin həyətindən 1000 manat dəyərində dəmir stol və stulları, 05 ədəd 200 manat dəyərində dəmir barmaqlıqları, 15 ədəd diametri 100 mm, uzunluğu 2 metr 60 sm olan 150 manat dəyərində dəmir boruları və 150 manat dəyərində dəmir materialları gizli olaraq talayıb zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 ümumilikdə 1500 manat ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını gizli talamaq məqsədilə 17 yanvar 2024-cü il tarixdə saat 06 radələrində Abşeron rayonu, Saray qəsəbəsi, «Üzümçülük» yaşayış massivində, yeni məhəllədə yerləşən Zərərçəkmiş şəxs1 məxsus yaşayış olmayan fərdi yaşayış evinin plastik materialından olan pəncərəsini özündə olan vintaçanla açıb içəri qanunsuz daxil olaraq oradan 4 top 250 manat dəyərində elektrik naqillərini, 50 qutu 150 manat şurup, 4 ədəd 50 manat dəyərində köpük (pena) 1 ədəd 50 manat dəyərində qəlyanı, cəmi 500 manat dəyərində əmlakını və usta kimi həmin evdə işləyən Zərərçəkmiş şəxs2 məxsus bir ədədinin qiyməti 100 manat olan, 200 manat dəyərində iki ədəd elektrik drellərini, bir ədəd 150 manat dəyərində perferator, bir ədəd 80 manat dəyərində laqonda və bir ədəd 300 manat dəyərində profil lazer aparatını cəmi 730 manat dəyərində əmlakını, ümumilikdə 1230 manat dəyərində əmlakı gizli olaraq talayıb oğurluq cinayət əməlini törətmişdir. Bundan başqa o, 2024-cü ilin yanvar ayının sonunda Bakı şəhəri, mərkəzi avtovağzalda şəxsiyyəti istintaqa məlum olmayan Fəxri adlı şəxsdən satış məqsədilə külli miqdarda 380 manat müqabilində bir ədəd şəffaf selofan bükümdə 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələrin siyahısına” daxil olan 4,447 qram çəkidə qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroini və 0,16 qram üzərində “F/M40” göstəricisi olan 03 ədəd və üzərində “ddp/M40” göstəricisi olan 01 ədəd bozumtul qəhvəyi rəngli narkotik vasitə metadon həblərini əldə edib Qazax şəhərinə daşımış və saxlamış, 02 fevral 2024-cü il tarixdə saat 21 radələrində Qazax rayonu, Qarapapaq kəndində yaşayan tanışı Şahid5 yaşadığı evə gələrək orada tanışı Şahid6 ilə görüşüb həmin narkotik vasitə heroindən 0,951 qram çəkidə bəxşiş kimi sonuncuya verib, özüdə orada gecələmiş, Qazax rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 03 fevral 2024-cü il tarixdə saat 12:28-dən 15:00dək Qazax rayon, Qarapapaq kəndində Şahid5 yaşadığı həmin evdə baxış keçirilərkən onun əynində olan tünd göy rəngli gödəkçənin sol yan iç hissəsindəki cibindən bir ədəd plastik qutuda bir ədəd sellofan kəsiyi bükümündə çəkisi 3,496 qram narkotik vasitə heroin və dörd ədəd metadon həbi aşkar olunaraq götürülmüşdür. Bundan başqa o, xx.xx.2024-cü il tarixdə saat 20 radələrində Sumqayıt şəhəri Corat qəsəbəsində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan şəxsi istifadəsi üçün 20 manat müqabilində bir ədəd şəffaf selofan bükümdə 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələrin siyahısına»(Siyahı İ) daxil olan 0,474 qram çəkidə xeyli miqdarda qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroini qanunsuz olaraq əldə edib Abşeron rayonu, Saray qəsəbəsinə daşıyaraq üzərində saxlamış, 12 may 2024-cü il tarixdə saat 18:00 radələrində Abşeron rayon polis idarəsinin Saray polis bölməsinin əməkdaşları tərəfindən Saray qəsəbəsi ərazisində saxlanılıb Saray polis bölməsinə gətirilərək, həmin gün saat 19:30-dan 19:45-yə kimi bölmənin inzibati binasında xidməti otaqların birində üzərində keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən həmin bir ədəd şəffaf sellofan bükümündə 0,474 qram çəkidə narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Bundan başqa o, xx.xx.2024-cü il tarixdə Sumqayıt şəhəri, Corat qəsəbəsində istintaqa məlum olmayan mənbədən keçmiş SSRİ dövlətində Tula silah zavodunda istehsal olunmuş 01 ədəd nömrəsi silinmiş 7,62 mm kalibrli Tokarev (TT) konstruksiyalı texniki cəhətdən saz və atəş üçün yararlı yivli odlu silah-tapança, 03 ədəd zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 7,62X25 mm kalibrli, döyüş sursatı hesab olunan və atəş üçün yararlı həmin kalibrli Tokarev konstruksiyalı tapançaların, PPŞ-PPS konstruksiyalı tapança-pulemyot silahların ştat patronları və 01 ədəd zavod üsulu ilə istehsal olunmuş 08 ədəd 7,62X25 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Tokarev konstruksiyalı tapançanın komplekt hissəsi hesab olunan, texniki cəhətdən saz və təyinatı üzrə istifadə üçün yararlı darağı əldə edərək Abşeron rayonu, Saray qəsəbəsinə daşımış, saxlamış və gəzdirmiş, xx.xx.2024-cü il tarixdə saat 16:00 radələrində Abşeron RPİ-nin Saray polis bölməsinin əməkdaşları tərəfindən Abşeron rayonu, Saray qəsəbəsi, Duz gölünün yanında saxlanılıb Saray polis bölməsinə gətirilmiş və həmin gün saat 17:55-dən saat 18:05-ə kimi orada üzərində şəxsi axtarış aparılan zaman əynində olan cins şalvarın altında belinə taxılı həmin odlu silah tapançanı, 01 ədəd tapançanın komplekt hissəsi daraq və əynində olan cins şalvarın sağ yan cibindən 03 ədəd döyüş sursatı patron aşkar edilərək götürülmüşdür. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 29-cu maddəsinə əsasən heç kəs onun işinə aidiyyəti qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququndan məhrum oluna bilməz. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. İşin qanuni hakimin icraatından əsassız götürülməsi və ya bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla məhkəmə aidiyyətinin dəyişdirilməsi qadağandır. Hazırkı cinayət işinin materiallarından (mahiyyəti üzrə araşdırma aparmadan) görünür ki, cinayət işinin ağır cinayətlər məhkəməsində baxılmasına, ağır cinayətlər məhkəməsinin aidiyyətinə aid olmasına səbəb olan ağır cinayət əməli, yəni Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini və narkotik vasitə metadonu əldə etmə, saxlama, daşıma və satmasından ibarət cinayət əməli 03 fevral 2024-cü il tarixdə Qazax rayon, Qarapapaq kəndin ərazisində törədilmişdir. Belə olan halda, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini və narkotik vasitə metadonu əldə etmə, saxlama, daşıma və satmasından ibarət cinayət əməli Qazax rayonu ərazisində törədildiyindən, ərazi aidiyyəti üzrə hazırki cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hər bir ağır cinayətlər məhkəməsinə yalnız onun yurisdiksiyasında baş vermiş cinayətlərlə bağlı işlər aiddir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 74-cü maddəsinə əsasən cinayət işinə və digər materiala cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsində baxılır. Həmin Məcəllənin 74.5-ci maddəsində isə göstərilmişdir ki, cinayət işlərindən biri ağır cinayətlər məhkəməsinə, digəri isə rayon (şəhər) məhkəməsinə aid olan bir icraatda birləşdirilmiş cinayət işlərinə ağır cinayətlər məhkəməsində baxılır. “Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinin tələbləri baxımından Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 74.2.1, 74.5 və 74.8-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli Plenum qərarında da göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 74.5-ci maddəsinə müvafiq olaraq, cinayət işlərindən biri ağır cinayətlər məhkəməsinə, digəri isə rayon (şəhər) məhkəməsinə aid olan bir icraatda birləşdirilmiş cinayət işlərinə ağır cinayətin törədildiyi yer üzrə ağır cinayətlər məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 75-ci maddəsinə əsasən, cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat üzrə materialın, xüsusi ittiham qaydasında şikayətin, habelə digər materialın məhkəmənin icraatına qəbul edilməsi məsələsi həll edilərkən onların məhkəmə aidiyyəti mütləq yoxlanılmalıdır. Məhkəməyə daxil olmuş cinayət işinin və ya digər materialın həmin məhkəməyə aid olmadığı müəyyən edildikdə, məhkəmə onu aidiyyəti üzrə göndərməlidir. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının “Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə 14 noyabr 2019-cu il tarixli qərarına əsasən Qazax rayonu Gəncə Ağır Cinayətlər Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahididir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 228.1, 234.1 və 234.4.3cü maddələri ilə təqsirləndirilməsinə dair 1(124)- 314/2025 saylı cinayət işi baxılması üçün ərazi aidiyyəti üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilməlidir. Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 02 aprel 2025-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Odur ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində məhkəmə iclası keçirilənə və qətimkan tədbiri ilə bağlı müvafiq qərar qəbul edilənə qədər Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilmədən saxlanılması barədə sözügedən qərarın mövcudluğu nəzərə alınmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 29, 69, 74, 75-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, qəraraaldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 228.1, 234.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi baxılması üçün ərazi aidiyyəti üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilmədən saxlanılması barədə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 02 aprel 2025-ci il tarixli qərarının olması nəzərə alınsın.
Məhkəmə qərarları › İş №1(124)-314/2025
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(124)-314/2025
02.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver