Məhkəmə qərarları › İş №1(124)-315/2022

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-315/2022

12.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-315/2022 12.10.2022 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Hafiz Samir oğlu (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Rzayeva Aynur Tapdıq qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X7, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəmkir rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, xx xxxxxxx 1991-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, 1 az yaşlı uşağı olan, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1-də qeydiyyatda olmaqla yaşayan, barəsində 14 aprel 2022-ci il tarixli qərarla polisin nəzarəti altına vermə qətimkan tədbirləri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (hökmün təsviri-əsaslandırıcı hissəsində CM) 178.2.2, 178.2.3, 178.2.4 və 32.4, 312.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X8 Xidmətinin Quba rayon Dövlət X4 texnika üzrə rəis müavini vəzifəsində işlədiyi dövrdə öz qulluq mövqeyindən istifadə edərək Şahid1 ona olan etibarından sui-istifadə etmə və onu aldatma yolu ilə əmlakını ələ keçirmək məqsədilə onu Quba Rayon Dövlət X4 yanğınsöndürən vəzifəsinə işə qəbul etdirəcəyini yalandan vəd edərək, həmin işin müqabilində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin vəzifəli şəxslərinə 10000 (on min) manat pul vəsaitinin onun vasitəsi ilə rüşvət qismində verilməsinin zəruri olmasına inandırıb vahid niyyətlə 06 noyabr 2020ci il tarixdə saat 14 radələrində Quba şəhəri, Bəşir Səfəroğlu küçəsində 5000 (beş min) manat və 12 noyabr 2020-ci il tarixdə saat 14 radələrində Quba şəhəri, Vaqif küçəsində yerləşən “Embawood” mebel mağazasının qarşısında 5000 (beş min) manat olmaqla, ümumilikdə Şahid1 10000 (on min) manat məbləğində pul vəsaitini ələ keçirərək ona xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar Şahid1 xeyrinə edəcəyi hərəkət müqabilində vəzifəli şəxsə onun vasitəsilə maddi nemətin verilməsinə sövq etməklə sonuncunu vəzifəli şəxsə rüşvət verməyə təhrik etmişdir. Bundan başqa, o, yuxarıda qeyd olunan vəzifədə işlədiyi dövrdə öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Şahid5 oğlu Şahid6 Quba rayon Dövlət X4 yanğınsöndürən vəzifəsinə işə qəbul etdirəcəyini yalandan vəd edərək bunun müqabilində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin vəzifəli şəxslərinə 11500 (on bir min beş yüz) manat pul vəsaitini onun vasitəsi ilə rüşvət qismində verilməsinin zəruri olduğunu inandırıb vahid niyyətlə 29 dekabr 2020-ci il tarixdə saat 21 radələrdində Quba şəhəri, Qələbə küçəsində yerləşən Quba rayon X1rşısında 11000 (on bir min) manat və 2021-ci ilin may ayında saat 13 radələrində Quba şəhəri, Maksim Qorki küçəsində yerləşən “Quba Yay” şadlıq sarayının qarşısında 500 (beş yüz) manat olmaqla, ümumilikdə Şahid5 11500 (on bir min beş yüz) manat məbləğində pul vəsaitini ələ keçirərək ona xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar Şahid5 oğlu Şahid6 xeyrinə edəcəyi hərəkət müqabilində vəzifəli şəxsə onun vasitəsilə maddi nemətin verilməsinə sövq etməklə təkrarən vəzifəli şəxsə rüşvət verməyə təhrik etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir, heç kimi rüşvət verməyə təhrik etməmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq mərhələsində verdiyi və məhkəmə istintaqı zamanı tədqiq olunmuş təqsirləndirilən şəxs qismində verdiyi ifadəsində özünü tam təqsirli bilərək göstərmişdir ki, 2009-cu ildə Azərbaycan Respublikası Yanğın Texniki Kollecinə daxil olmuş, 2012-ci ildə həmin kolleci bitirmiş, hazırda isə ikinci təhsil kimi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasının 3-cü kursunda qiyabi təhsil alır. 06 dekabr 2021-ci il tarixdə faktiki olaraq təhsilini dondurmuş, 2012-ci ildən 2016-cı ilin sentyabr ayınadək Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin tabeliyində olan Heydər Əliyev adına X14 inspektor vəzifəsində işləmiş, 2016-cı ilin sentyabr ayının 7-dən 2021-ci ilin noyabr ayının 5dək X17 Xidmətinin Quba Rayon X8 Hissəsinin texnika üzrə rəis müavini vəzifəsində işləmişdir. Şahid1 Quba şəhər sakini Şahid4 görə tanımışdır. Belə ki, Şahid1 qohumu Şahid4 müraciət edərək tanışının olub-olmamasını, Fövqəladə Hallar Nazirliyində işə düzəlməli adam olmasını, işə düzəlmədə köməklik edilməsini xahiş etmiş, Emin isə onunla münasibətinin olmasını, onun harada işləməsini, adının Ramil olmasını ona bildirmiş və onu Mehdi ilə tanış etmişdir. Tanışlıq 2020-ci ilin noyabr ayının 5-də saat 19 radələrində Quba şəhəri, «Köhnə avtovağzal» adlanan ərazidə ona məxsus “Hyundai Sonata” markalı, yaş asfalt rəngli, **-KK-*** dövlət qeydiyyat nişanlı avtomobilin içərisində baş tutmuş, Emin onu Mehdi ilə tanış etdikdən sonra çıxıb getmiş, bundan sonra Eminin onun Mehdidən pul alması məsələsində iştirakı və rolu olmamış, onunla Mehdi arasında olan danışıq zamanı Emin iştirak etməmiş, Eminin onun Mehdi ilə razılıq əldə edib-etməməsindən, hansı məbləğə razılaşmalarından məlumatı olmamışdır. Həmin gün avtomobilin içərisində Mehdi ondan Quba Rayon Dövlət X5 növbəli rejimə yanğınsöndürən kimi işə düzəlmək istədiyini demiş, o da bu işi həll edə biləcəyini bildirmiş, Mehdiyə onun işə düzəlməsinin ümumilikdə 12000 manata başa gələcəyini, həmin pulun 10000 manatını əvvəlcədən verməsini, işə düzəldikdən sonra isə 2000 manat verməsini demiş, Mehdi də onunla razılaşaraq əvvəlcə 5000 manat, daha sonra isə 5000 manat verə biləcəyini demişdir. Razılığa əsasən 6 ay ərzində Mehdinin əmri verilməli, əmr veriləndən sonra isə Mehdi ona əlavə 2000 manat pul verməli olmuşdur. Mehdi ilə 06 noyabr 2020-ci il tarixdə Quba şəhərində “Araz Supermarket”lə üzbəüz ara məhlədə idarə etdiyi ağ rəngli “Mercedes Galenvagen” markalı avtomobilin içərisində görüşmüş, avtomobil “Rentacar” avtomobili olmuş, nömrəsini xatırlamamışdır. Mehdi anası ilə birlikdə gəlmiş və avtomobilin içərisində ona 5000 manat pul vermişdir. Bu söhbətdən bir həftə sonra, təxminən 12-13 noyabr 2020-ci il tarixdə Quba şəhəri, Vaqif küçəsində xatırlamadığı avtomobilin içərisində Mehdi ona əlavə olaraq 5000 manat pul vermişdir. Həmin vaxt Mehdi tək olmuşdur. Bundan sonra, o, Mehdiyə 6 ay gözləməsini bildirmiş, Mehdiyə onunla əlaqə saxlayaraq lazım olan sənədləri deyəcəyini bildirmişdir. 6 ay ərzində Mehdi mütəmadi olaraq onunla əlaqə saxlayaraq işi barəsində soruşmuş, o isə ona səbrli olmasını, gözləməsini bildirmişdir. Pulu Mehdidən almazdan əvvəl şəxsi borcları olmuş, həmin borcları bağlamaq üçün pula ehtiyacı yaranmışdır. Ona görə də Mehdi ilə tanış olan zaman ondan işə düzəltmək adı ilə pul alıb borclarını qaytarmağı, daha sonra əlinə pul düşən kimi Mehdinin pulunu qaytarmağını fikirləşmiş və bu məqsədlə ondan 10000 manat pul almışdır. Mehdidən pulu aldıqdan sonra bir hissəsini öz borclarını qaytarmağa, bir hissəsini isə şəxsi ehtiyaclarına istifadə etmişdir. Lakin əlinə pul gəlməmiş və Mehdinin pulunu qaytara bilməmişdir. 6 ay tamam olan zaman Mehdi onunla əlaqə saxlayaraq işi barəsində soruşmuş, o isə səbrli olmasını, yaxın vaxtlarda qəbulun gözlənildiyini bildirərək 1-2 ay vaxt istəmişdir. 1-2 ay keçdikdən sonra da əlinə pul gəlməmiş, ona görə də Mehdinin pulunu yenə qaytara bilməmiş, bu zaman Mehdinin anası onunla əlaqə saxlayaraq pulu geri qaytarmasını tələb etmişdir. O, törətdiyi əməllə bağlı Mehdinin anasına səmimi etiraf etmiş, etdiyi cinayəti tam dərk etmiş, ona bir qədər vaxt verilməsini xahiş etmişdir. Belə ki, hal-hazırda atasının adına olan ünvan 1 ünvanında yerləşən yaşayış evini satışa çıxarmış, ev satılan kimi Mehdinin pulunu tam şəkildə ödəyəcəyini bildirmişdir. Eminin yuxarıda qeyd olunan söhbətlərdə iştirak etməsi ilə bağlı Mehdinin ifadəsində göstərdikləri doğru olmamış, pul söhbəti zamanı Emin orada olmamışdır. Emin sadəcə onu Mehdi ilə tanış edərək getmişdir. Digər tərəfdən, o Mehdiyə 15000 manat deməmiş və 3000 manatı Eminə görə keçdiyini bildirməmiş, Mehdiyə yalnız 12000 manat demiş və pulun kimə çatacağını, hansı formada çatacağını bildirməmişdir. Sadəcə işə düzəldəcəyinə söz vermiş, gözləməsini və 6 ay ərzində əmrinin veriləcəyini bildirmiş, Mehdiyə işin hansı formada düzələcəyini deməmişdir. O, Mehdidən pulu alıb öz borclarımı qaytarmaq, daha sonra pul tapıb Mehdidən götürdüyü pulu geri qaytarmaq istəmişdir. Lakin Mehdinin pulunu qaytara bilmədiyinə görə Mehdinin işinin Fövqəladə Hallar Nazirliyinin işçilərinə görə gecikdiyini inandırmaq üçün və özünə bir azda vaxt qazanmaq üçün istifadəsində olan digər nömrəni telefonunda “Shahin Kadrlar Nazirlik” kimi qeyd etmiş və digər telefonu ilə özünə əmrlərin verilmədiyini və Türkiyədəki məsələlərə görə işin uzandığını yazmış, həmin yazışmanın ekran görüntüsünü Şahid1 inandırmaq üçün ona göndərmişdir. Əslində isə Şahin adlı insan mövcud olmamış, Fövqəladə Hallar Nazirliyinin Kadrlar İdarəsində Şahin adlı şəxs işləməmiş, həmin adı Mehdinin ona inanması, onu aldatdığını anlamaması üçün uydurmuşur. Bundan başqa, o, Şahid5 çoxdan tanımış, lakin hardan tanıdığı yadında qalmamışdır. 28 dekabr 2020-ci il tarixdə Məmmədəli ona zəng edərək görüşmək istədiyini demiş, Məmmədəli Tural adlı oğlu ilə onun xidməti iş otağına gəlmiş, Məmmədəli ona oğlunu Dövlət X5 işə düzəltmək istədiyini demiş, oğlunun hansı şərtlərlə işə düzələcəyini soruşmuş, o da lazımı səndləri Məmmədəliyə deyəcəyini və 4-6 aya işinin həll olunacağını demiş, 11000 manatın Fövqəldə Hallar Nazirliyinin vəzifəli şəxslərinə çatacağını, 500 manatın isə tibbi komissiyadan keçməyə görə alacağını demişdir. 29 dekabr 2020-ci il tarixdə Məmmədəli ilə X17 Xidmətinin Quba rayon X1rşısında özünün avtomobilində görüşmüş, söhbət etdikdən sonra Məmmədəli ona 11000 manat pul vermiş, o da Məmmədəliyə onun oğlunu X17 Xidmətinin Quba rayon Dövlət X5 yanğınsöndürən vəzifəsinə işə düzəldəcəyinə söz vermiş, həmin vaxt yanlarında heç kim olmamışdır. Bir neçə gün sonra Məmmədəlinin oğlu Turala bir neçə həkimdən keçməsini tapşırmış, sonuncu Quba şəhərində poliklinikadan həkimlərdən keçmiş və ona arayış təqdim etmişdir. 1-2 ay sonra Turala Bakı şəhərinə gəlməsini, onu lazım olan yerə aparacağını demiş, onunla Bakı şəhərində avtomobilində görüşmüş, onunla söhbət etdikdən sonra avtomobildən düşüb guya kiminləsə telefonla danışıb yenidən avtomobilə oturmuş və Turala işin gecikdiyini və bir müddət gözləməsini, səbirli olmasını, başqa vaxt çağıracağını demişdir. Bir neçə vaxt sonra Məmmədəlinin evinə gedib ona Türkiyədə olan yanğınlar səbəbindən işin 1-2 ay da uzanacağını demiş, Məmmədəlidən pulu alan zaman onun oğlunu işə düzəltmək kimi bir niyyəti olmamış, külli miqdarda borcu olduğuna görə Məmmədəlidən pul alıb borclarını bağlamaq və sonradan pul tapıb geri qaytarmaq olmuşdur. Lakin sonradan pul tapa bilməmiş, bir neçə ay sonra, yəni 2021ci ilin may ayında Məmmədəliyə zəng edərək görüşərək 500 manat pulu verməsini istəmiş, “Quba Yay” şadlıq sarayının qarşısında Məmmədəli ilə görüşərək 500 manatı ondan almış, həmin pulu da Turalı komissiyadan keçirtmək üçün vəzifəli şəxslərə verəcəyi adı ilə aldığını bildirmiş, həmin vaxt yanlarında heç kim olmamış, bir neçə ay keçəndən sonra Məmmədəli ona zəng edərək işin alınmasında artıq marağının olmadığını və pulunu geri qaytarmasını tələb etmiş, lakin artıq o həmin pullarla öz borclarını ödəmişdir. Təqsirləndirilən şəxs ifadəsində həmçinin göstərdi ki, törətdiyi əməldən peşmandır. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlini ibtidai istintaq zamanı və məhkəmə istintaqı zamanı isə qismən etiraf edərək göstərdiyi xüsusatları, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Şahid1 göstərdi ki, o, Quba rayonu, Zərdabi qəsəbə tam orta məktəbini bitirmiş, heç bir yerdə işləməmiş, Təqsirləndirilən şəxs Quba rayonunda jurnalist fəaliyyəti göstərən Şahid4 vasitəsilə tanımış, 2020-ci ilin oktyabr ayında Şahid4la söhbət edərkən X8 Xidmətinin Quba, Qusar və ya Xaçmaz rayonlarında yanğınsöndürən kimi işə düzəlmək istədiyini bildirmiş, Şahid4 da ona X8 Xidmətinin Quba rayon şöbəsində Təqsirləndirilən şəxs adlı tanışının olmasını, bu barədə ondan maraqlana biləcəyini demişdir. Eminin tövsiyəsi ilə 2020-ci ilin noyabr ayının 5-də saat 19 radələrində Quba şəhəri, «Köhnə avtovağzal» adlanan ərazidə Təqsirləndirilən şəxs məxsus avtomobildə içərisində Şahid4 və Təqsirləndirilən şəxslə görüşmüş, Emin Təqsirləndirilən şəxs onun yanğınsöndürən kimi işə düzəlmək istədiyini, bu məqsədlə ona kömək edə bilib-bilməyəcəyini soruşmuş, Təqsirləndirilən şəxs də onu X8 Xidmətinin Quba rayon şöbəsində yanğınsöndürən kimi işə düzəldə biləcəyini, bunun 15000 manata başa gələcəyini, Şahid4la olan yaxın münasibətinə görə 3000 manat keçdiyini, 10000 manatın Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin rəhbər vəzifəli şəxslərinə çatacağını, işə düzəldikdən sonra isə geri qalan 2000 manatı ona verəcəyini və həmin 2000 manatın onun özünə qalacağını bildirmişdir. Ramilin dedikləri ilə razılaşmış, söhbət zamanı Şahid4 da yanlarında olmuş, Ramil ona işinin 3 aydan 6 aya kimi olan vaxt ərzində düzələcəyini, pulun əvvəlcədən verilməli olduğunu bildirmişdir. Ramilin sözünə inanaraq atası ilə məsləhətləşmiş, Ramillə “Whatsapp” sosial şəbəkəsi vasitəsi ilə yazışmış və işə düzəlmək istədiyini bildirmişdir. Ramil növbəti gün saat 14.00-a kimi əlində olan bütün pulları ona verməsini, həmin pulu Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Bakı şəhərindəki Mərkəzi aparatındakı rəhbər vəzifəli şəxslərə göndərəcəyini, əlavə iki nəfərin də pulunun olmasını, onların da işə düzələcəyini, üçünün pulunu birlikdə Bakıdakı Fövqəladə Hallar Nazirliyinin vəzifəli şəxslərinə göndərəcəyini bildirmişdir. O isə Ramilə növbəti gün saat 14.00-a kimi 5000 manat düzəldə biləcəyini bildirmişdir. Onun özündə 1250 manat pul olmuş, 3750 manat isə Quba şəhərində qızıllarını lombard yolu ilə girov qoyaraq 3750 manat kredit götürmüşdür. Təqsirləndirilən şəxslə görüşərək sonuncunun idarə etdiyi avtomobilə əyləşmiş, həmin vaxt yanında anası Aytəkin də olmuş, Ramil avtomobili “Araz market”lə üzbəüz ara məhəllələrə sürmüş və anası Aytəkinin yanında avtomobilin içərisində ondan 5000 manat pulu götürmüşdür. Pulu alan zaman Ramil yenə də həmin pulun ona çatacağını deyil, Bakı şəhərinə Fövqəladə Hallar Nazirliyinin vəzifəli şəxslərinə göndərəcəyini bildirmişdir. Ramil onun əvvəlcə 10000 manat verməli olduğunu, işə düzəldikdən sonra isə 2000 manat verəcəyini demişdir. O da Ramilə 5000 manatı əvvəlcə, 5000 manatı isə 1 həftə sonra verə biləcəyini demişdir. 12 noyabr 2020-ci il tarixdə borc-xərc edib 5000 manat düzəldərək saat 14 radələrində Quba şəhəri, Vaqif küçəsində yerləşən “Embawood” mebel mağazasının qarşısında Təqsirləndirilən şəxslə görüşmüş, Təqsirləndirilən şəxs avtomobillə gəlmiş, 5000 manat pulu həmin avtomobilin içərisində ona vermişdir. Təqsirləndirilən şəxs bu vaxt da ona həmin pulun Fövqəladə Hallar Nazirliyinin vəzifəli şəxslərinə çatacağını bildirmiş və gözləməsini, 6 ay ərzində əmrinin veriləcəyini demişdir. 6 ay keçdikdən sonra bir xəbər olmamış, Ramildən hər dəfə soruşduqda müxtəlif bəhanələrlə müddəti uzatmış, pulunu qaytarmamışdır. Təqsirləndirilən şəxs pulu ondan onu X17 Xidmətinin Quba rayon şöbəsinə yanğın söndürən vəzifəsinə təyin etdirəcəyini vəd edərək almışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, Şahid1 anası olmuş, oğlu əvvəllər 6 ay müddətində marketdə satıcı işləmiş, daha sonra isə işdən çıxmış, işdən çıxdıqdan sonra 2 il ərzində iş axtarmış, lakin tapa bilməmişdir. Bundan sonra Mehdi ona adam tapdığını və tanışı Şahid4 vasitəsi ilə işə düzələcəyini demişdir. Bu məsələ ilə bağlı o Emini evlərinə dəvət etmiş, Eminlə evdə söhbət etmiş, o, Eminə oğlunun X8 Xidmətinin Quba, Qusar və ya Xaçmaz rayonlarında yanğınsöndürən kimi işə düzəlmək istədiyini bildirmiş, Emin bir nəfər iş görən şəxsin olduğunu və Mehdiyə kömək edə biləcəyini demişdir. Bir müddət sonra X25 adlı şəxslə tanış etmiş, əvvəllər Təqsirləndirilən şəxs tanımamış, Təqsirləndirilən şəxs Dövlət Yanağından Mühafizə Xidmətinin Quba rayon şöbəsində işləmişdir. Ramil ilə görüşdən sonra Mehdi ondan işə düzəlməsi üçün 12000 manat pul istədiyini bildirmiş, həmin pulun 10000 manatını Fövqəladə Hallar Nazirliyinin vəzifəli şəxslərinə verəcəyini, 2000 manatı isə özünə götürəcəyini bildirmişdir. Buna görə də 06 noyabr 2020-ci il tarixdə BOKT "xxxx"dan 3750 manat kredit götürmüş, üstünü düzəldib 5000 manatı aparıb Ramilə vermişlər. 12 noyabr 2020-ci il tarixdə borc-xərc edib 5000 manat da düzəldib Mehdi vasitəsi ilə Ramilə göndərmişdir. Ramil onlara 3-6 ay ərzində işin düzələcəyini demiş, lakin heç bir xəbər çıxmamışdır. Daha sonra Ramil onlardan əlavə 500 manat da istəmiş, lakin onlar ona pul verməmişlər. Növbəti dəfə o Ramil ilə “Meydan” parkının yanında olan “rentacar”ın qarşısında görüşmüş, Ramil ondan iki ay vaxt istəmiş və oğlunun işə düzələcəyini demişdir. Lakin yenə də Ramildən heç bir xəbər çıxmamışdır. Ramil ondan pulu X9 Mühafizə Xidmətinə yanğınsöndürən vəzifəsinə düzəltmək adı ilə almışdır. Ramilə cəmi 10000 manat pul vermiş, 5000 manatı oğlunun vasitəsi ilə vermiş, 5000 manatı isə özü şəxsən vermişdir. Ramil pulu alarkən həmin pulun Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin vəzifəli şəxslərinə verəcəyini bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 göstərmişdir ki, o, 2007-ci ildən "xxxx" MMC-nin Şimal bölgəsi üzrə müxbiri vəzifəsində işləmiş, Təqsirləndirilən şəxs işi ilə bağlı çəkilişlərdən tanımış, Ramil ona yanğın olan yerlərdən məlumat vermiş, bir neçə dəfə ondan müsahibə almışdır. Ramil X17 Xidmətinin Quba rayon X8 Hissəsinin texnika üzrə rəis müavini vəzifəsində işləmiş, aralarında heç bir ədavət və düşmənçilik olmamış, Şahid1 isə əvvəllər tanımamış, Mehdi ilə onu işə düzəlməklə bağlı qohumu tanış etmiş, müxbir olduğuna görə əlaqələri geniş olmuş, Mehdi və onun anası ilə evdə görüşmüş, Mehdiyə işə düzəlməkdə köməklik edəcəyini, lakin Mehdinin ali təhsili olmadığına görə bunun çətin olacağını demişdir. Təxminən 4-5 ay sonra Mehdi ona zəng edərək FHN-ə işə düzəlmək istədiyini bildirmişdir. Daha sonra Ramil ona FHN-də hansısa idarədə boş yer olduğunu, işə adam düzəldə biləcəyini və tanışı varsa ona məlumat verməsini xahiş etmişdir. Mehdinin işə düzəlmək istəməsini Ramilə demiş, görüşmək istədiyini bildirmişdir. 2020-ci ilin payız aylarında Quba şəhəri, Köhnə avtovağzal adlanan ərazidə Mehdi ilə Ramilin idarə etdiyi “Hyundai” markalı avtomobilin içərisində görüşmüş, avtomobilə əyləşdikdən sonra Ramil ilə Mehdini tanış etmiş və çəkilişə tələsdiyinə görə onları orada qoyub çıxıb getmiş, onların nə söhbət etmələri və nə kimi razılığa gəlmələri barədə məlumatı olmamışdır. Sonradan Mehdidən nə söhbət etdiklərini soruşmuş, Mehdi ona Ramilin 10000 manat pul istədiyini demişdir. O isə Ramilə qətiyyən pul verməməsini demiş, sonradan həmin məsələ ilə maraqlanmamış, 6 aydan sonra Mehdinin anasının iş yoldaşının əri ona zəng edərək Ramilin Mehdidən pul aldığını və qaytarmadığını demişdir. Bir müddət sonra Ramil onunla əlaqə saxlamış və 10000 manat pul aldığını etiraf etmiş, işin alınmadığını və Mehdinin pulunu qaytaracağını demişdir. Bu məsələ barədə onun başqa heç bir məlumatı olmamışdır. Məhkəmədə şahid qismində dindirlimiş Şahid3 göstərdi ki, o, Birinci Qarabağ müharibəsi iştirakçısı, İ qrup Qarabağ əlili olmuş, müharibə zamanı hər iki əlini itirmişdir. Şahid1 onun qardaşı oğludur. Təqsirləndirilən şəxs qonşusu olduğu üçün tanımış, Ramil X8 Xidmətinin Quba rayon şöbəsində işləmiş, onunla münasibəti yaxşı olmuş, aralarında heç bir ədavəti və düşmənçiliyi olmamışdır. Günlərin birində qardaşı arvadı Aytəkin ona müraciət edərək oğlu X10 Nazirliyində işə düzəldəcəyini deyərək ondan 5000 manat borc pul istəmişdir. Mehdi Ramilin onu işə düzəltməsi üçün ondan 10000 manat pul istədiyini demiş, Mehdi anası ilə 5000 manat bankdan kredit götürüb Ramilə vermiş, qalan 5000 manat pulu isə 12 noyabr 2020-ci il tarixdə ondan borc olaraq almışlar. Mehdi X8 Xidmətinin Quba rayonunda yanğınsöndürən kimi işə düzəlməli olmuş, lakin əmri verilməmiş, Ramilin onu aldatdığı üzə çıxmışdır. Bununla bağlı o bir neçə dəfə Ramil ilə telefonla danışmış, Ramil 10000 manat pulu almasını etiraf etmişdir. 07 noyabr 2021-ci il tarixdə Zərdabi qəsəbəsində Ramil ilə görüşmüş və 10000 manat pulun geri qaytarmasını tələb etmiş, Ramil ona bir neçə günə pulu qaytaracağını desə də, qaytarmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 göstərmişdir ki, o, oğlu ilə birlikdə kənd təsərrüfatı ilə məşğul olur. Oğlu Tural dövlət işinə düzəlmək istəmiş, buna görə də, o oğluna iş axtarmış, mebel sexində işləyən Xucbala kənindən olan Tural adlı şəxsə müraciət etmiş, o Turaldan mebel sifariş verən zaman oğlunun işə düzəlməsi ilə bağlı söhbət açmış, Tural ona tanışının olduğunu bildirmiş, bir çox adamı işə düzəltdiyini demiş, o Turaldan Ramilin telefon nömrəsin almış, ona zəng edərək nömrəsin Turaldan aldığını və oğlunu işə düzəltmək istədiyini bildirmiş, Ramil isə ona bir söz deyəcəyini bildirmiş, daha sonra Tural ona gedib Ramil ilə görüşə biləcəyini demiş, həmin gün yəni 28 dekabr 2020-ci il tarixdə o Ramilə zəng etmiş və onunla görüşmək istədiyini bildirmiş, Ramil axşam saatlarına görüş təyin etmiş, saat 18 radələrində o Ramil ilə X8 Xidmətinin Quba rayon şöbəsində onun şəxsi kabinetində görüşmüş, Ramil ondan 12000 manat pul istəmiş və oğlunu X8 Xidmətinin Quba rayon şöbəsində yanğınsöndürən kimi işə düzəldəcəyini demiş, lakin o Ramilə 12000 manatının olmadığını və məbləği aşağı salmasını xahiş etmiş, Ramil isə 11000 manat pul əlavə olaraq oğlunun komissiyadan keçməsi üçün 500 manat pul alacağını demişdir. Növbəti gün yəni 29 dekabr 2020-ci il tarixdə o evdən 11000 manat götürərək saat 21 radələrində X8 Xidmətinin Quba rayon şöbəsinin qarşında markasın xatırlamadığı avtomobildə Ramilə vermiş, həmin vaxt yanlarında heç kim olmamış, pulu verədən sonra Ramil ilə bir neçə dəqiqə söhbət etmiş, sonra avtomobildən düşüb getmişdir. Ramilə verdiyi pulu mal-qara və torpaq sahələrini satıb toplamış, pulu verəndən sonra Ramil ona 4-6 ay ərzində oğlu Turalın əmrinin veriləcəyini demiş, lakin iş düzəlməmiş, uzanmışdır. Ramil bir neçə dəfə onun qapısına gələrək narahat olmamasını demiş, Ramil bir neçə dəfə oğlu X15 Nazirliyinə komissiyadan keçməyə göndərmiş, lakin hər dəfəsində bu təxirə salınmışdır. Ramil bir müddət də Türkiyə Cümhuriyyətində olan yanğınları bəhanə edərək işin gecikdiyini bildirmişdir. 2021-ci ilin may ayında Ramil ona zəng edərək komissiyanın olacağını və oğlunu göndərəcəyini deyərək əlavə 500 manat pul istəmiş, o Ramil ilə 2021-ci ilin may ayında saat 13 radələrində Quba rayonu, Nügədi kənd yolunda olan “Quba Yay” şadlıq sarayının qarşısında görüşmüş, ora öz “VAZ 2107” markalı avtomobili ilə getmiş, Ramil onun avtomobilinə əyləşmiş, bir müddət söhbət etdikdən sonra o Ramilə 500 manat pul vermiş, Ramil ona səbirli olmasını, bir-iki günə işlərin düzələcəyini demiş və çıxıb getmiş, lakin işlər düzəlməmiş, o Ramil ilə bir neçə dəfə bu barədə danışmış, lakin Ramil hər dəfə bir şey bəhanə gətirərək işi uzatmış, oğlu Turalı 7-8 dəfə komissiyada keçmək adı ilə Fövqəladə Hallar Nazirliyinə göndərmiş, lakin nazirlikdə işlə bağlı oğluna heç bir şey deməmişlər. Təqsirləndirilən şəxs pulu ondan oğlunu işə düzəltmək adı ilə almış, Ramil ona oğlunun 4-6 aya əmrinin veriləcəyini və X8 Xidmətinin Quba rayon şöbəsində yanğınsöndürən kimi işə düzələcəyini demişdir. O, Ramil ilə ilk dəfə görüşən zaman yanında oğlu olmuş, Ramil ondan pulu alarkən isə yanlarında heç kim olmamış, lakin Ramil özü pul almasını etiraf etmişdir. O ilk dəfə 11000 manat pulu Təqsirləndirilən şəxs 29 dekabr 2020-ci il tarixdə saat 21 radələrində X8 Xidmətinin Quba rayon şöbəsinin qarşısında onun avtomobilində vermiş, 500 manat pulu isə 2021-ci may ayında saat 13 radələrində Quba rayonu, Nügədi kənd yolunda yerləşən “Quba Yay” şadlıq sarayının qarşısında öz avtomobilində vermişdir. Təqsirləndirilən şəxs ondan 11000 manat pul alarkən həmin pulun Fövqəladə Hallar Nazirliyinin vəzifəli şəxslərinə çatacağını, özünə həmin puldan 400-500 manat qalacağını demiş, 500 manat pulu alan zaman isə Turalın komissiyadan keçməsi üçün vəzifəli şəxslərə verəcəyini bildirmiş, lakin konkret şəxsin adını çəkməmiş, əmrin də hansı formada verilməsi barədə heç bir şey deməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 göstərdi ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, dövlət işində işləmək istədiyi üçün şəxsi heyvanlarını satıb işə düzəlmək istəmiş, Ramil ilə tanış olduqdan sonra sonuncu onu işə düzəldə biləcəyini demişdir. 28 dekabr 2020-ci il tarixdə saat 18 radələrində atası ilə X8 Xidmətinin Quba rayon şöbəsinə Ramilin şəxsi kabinetinə gedərək onunla görüşmüş, Ramil ona 5 ay ərzində X8 Xidmətinin Quba rayon şöbəsində yanğınsöndürən vəzifəsinə təyin etdirəcəyini demiş və bunun 11000 manata başa gələcəyini bildirmişdir. Ramil həmin vaxt X17 Xidmətinin Quba rayon X8 Hissəsinin texnika üzrə rəis müavini vəzifəsində işləmişdir. Növbəti gün, yəni 29 dekabr 2020-ci il tarixdə atası evdən 11000 manat pul götürərək Ramilə vermiş, pulu verəndən sonra 2 ay müddətində Ramili gözləmiş, Ramil ona zəng edərək xüsusi karantin rejiminə görə işinin gecikdiyini demiş, bir dəfə Ramil ona zəng edərək bəzi həkimlərdən keçməsini demiş, o da Quba Rayon Mərkəzi Xəstəxanasına gedərək oradan Ramilin dediyi müayinələrdən keçmiş və sənədləri Ramilə vermişdir. Ramil ona yenə gözləməsini demişdir. 2021-ci ilin may ayında Ramil atası ilə əlaqə saxlayaraq onun komissiyadan keçməsi və komissiyada heç bir problemin çıxmaması üçün 500 manat pul istəmiş, atası Ramil ilə görüşüb tələb etdiyi pulu Ramilə vermişdir. Bundan sonra Ramil onu Bakı şəhərinə göndərmiş, lakin komissiyadan keçə bilməyəcəyini deyib yenidən Quba şəhərinə qaytarmışdır. O bir neçə dəfə Bakı şəhərinə gedib qayıtmışdır. Ramil hər dəfəsində bir səbəbi bəhanə edərək işinin gecikdiyini demişdir. Bir dəfə də Ramil ona zəng edərək əmrinin verildiyini, gedib əmrini götürməsini demiş, o da Bakı şəhərinə getmiş, lakin yenə bir neçə gün Ramil onu gözlətmiş və axırda onlar Xətai rayonunda Ramil ilə görüşmüş, onun avtomobilinə əyləşmiş, X20 Nazirliyinin hansısa vəzifəli şəxsinin Azərbaycan Respublikasında olmamasını demiş, bir neçə gün gözləməsini bildirmişdir. Bir müddət sonra Ramil onu yenə Bakı şəhərinə gətizdirmiş, lakin yenə işin alınmadığını demişdir. Ramilin bu hərəkətlərindən sonra onun yalan danışdığını anlamışdır. Təqsirləndirilən şəxs pulu atasından onu X8 Xidmətinin Quba rayon şöbəsində yanğınsöndürən kimi işə təyin etdirəcəyi adı ilə almışdır. Atası Ramilə pul verən zaman onların yanında olmamış, lakin onun atasından pul alması barədə məlumatı olmuşdur. X20 Nazirliyində öz adamının olduğunu, onun vasitəsi ilə onu işə düzəldəcəyini, bundan qabaq da bir neçə nəfəri işə düzəltdiyini demiş, konkret olaraq əmrinin hansı formada veriləcəyi barədə isə heç bir şey deməmişdir. Şahid7 məhkəmədə elan olunaraq araşdırılmış ifadəsindən görünür ki, o, 1999-cu ildə Daxili İşlər Nazirliyinin Bakı Yanğın Texniki məktəbini bitirmiş, 1997-1999-cu illərdə Abşeron Rayon X4 rəis köməkçisi işləmiş, 2011-ci ildə X6 İnstitutunu bitirmiş, 2013-ci ilin dekabr ayından Fövqəladə Hallar Nazirliyinin X17 Xidmətinin Quba rayon Dövlət X5 rəis vəzifəsinə təyin olunmuşdur. Təqsirləndirilən şəxs tanımış, sonuncu 07 sentyabr 2016-cı ildən 05 noyabr 2021-ci ilədək X17 Xidmətinin Quba rayon X8 Hissəsinin texnika üzrə rəis müavini vəzifəsində işləmiş, onun xidmət və texnika üzrə müavini olmuşdur. Ramilin işlədiyi dövrdə onunla bağlı hər hansı bir şəxs şikayət etməmiş, işlədiyi dövrdə çox məsuliyyətli, nizam-intizamlı olmuş, daxili intizam qaydalarına riayət etmişdir. Ramil 05 noyabr 2021-ci ildə öz ərizəsi əsasında xidmətdən xaric edilmişdir. Ramildən ərizə yazmasının səbəbini soruşmuş, Ramil də Zərdabi və Çartəpə kəndlərində yaşayan şəxslərdən onları işə düzəlmək üçün pul aldığını, ona görə də işdən öz arzusu ilə çıxmaq istədiyini, vətəndaşların pulunu qaytarandan sonra yenidən işə bərpa olunması barədə ərizə ilə müraciət edəcəyini demişdir. Onun özünün hissə rəisi kimi və ya hissənin başqa bir işçisinin kimisə işə qəbul etmək kimi səlahiyyətləri olmamışdır. O, Şahid1 və Şahid5 tanımamışdır. (cild.1, i.v.202-205) Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsləri və zərərçəkmiş şəxslərin hüquqi varislərinin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinə əlavə edilmiş CD diskə baxış keçirilməsi haqqında 06 və 10 yanvar 2022-ci il tarixli protokollardan görünür ki, Şahid1 tərəfindən könüllü olaraq təqdim edilmiş 1 ədəd CD diskə Şahid1 və Təqsirləndirilən şəxs iştirakı ilə baxış keçirilmişdir. Müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs müxtəlif vaxtlarda Şahid1 və onun əmisi Şahid3 ilə mobil telefon və “Whatsapp” sosial şəbəkəsi vasitəsi ilə danışıqlar aparmış, danışıqlar zamanı Şahid3 Şahid1 10000 manat pul almasını etiraf etmiş, Şahid1 götürüdüyü pulu qaytarmaq üçün sonuncudan vaxt istəmiş, ona hüquq-mühafizə orqanlarına şikayət etməməsi üçün xahiş etmiş, Mehdinin işi ilə bağlı Bakı şəhərində bir nəfər şəxslə görüşəcəyini demiş və bu kimi digər danışıqlar olmuşdur. Baxış zamanı Təqsirləndirilən şəxs danışıqların ona məxsus olmasını və dediklərinin həqiqət olmasını bildirmişdir. (cild.1, i.v.58-66, 82-90) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəməfonoskopik ekspertizasının 16 mart 2022-ci il tarixli 4/116 nömrəli rəyinə əsasən ekspertizaya təqdim olunmuş 1 ədəd ağ rəngli CD diskdə olan mübahisəli fonoqramlardakı danışıqların məzmunu təqdiqi hissədə verilmiş yazılı mətnlərdən ibarət olmuşdur. Ekspertizaya təqdim olunmuş 1 ədəd ağ rəngli CD diskdə olan mübahisəli fonoqramdakı danışıqların tədqiqi hissəsində verilən yazılı mətnlərində “K2” kimi işarə olunmuş diktorun səsi və nitqi Təqsirləndirilən şəxs məxsusdur. (cild.1, i.v.113) Cinayət işinə əlavə edilmiş könüllü təqdim edilən mobil telefona baxış keçirilməsi haqqında 06 yanvar 2022-ci il tarixli protokolundan görünrü ki, Şahid1 Sərvər oğluna məxsus telefonun “Whatsapp” proqramının “Söhbətlər” bölməsində daxil olduqda, orada bir neçə nəfər ilə danışıqların olduğu, həmçinin “FHN Melim” kimi qeyd olunmuş kontakt ilə yazışmaların olması aşkar olunmuşdur. Şahid1 həmin nömrənin Təqsirləndirilən şəxs məxsus olmasını bildirmişdir. Həmin ad altında “***-***-**-**” mobil nömrəsi qeydə alınmışdır. “FHN Melim” kimi adı ilə qeyd olunmuş kontakda daxil olduqda orada Şahid1 ilə Təqsirləndirilən şəxs arasında onu işə təyin edilməsi barədə söhbətlər olması müəyyən edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs özünün “Whatsapp” sosial şəbəkə vasitəsi ilə “Shahin Kadrlar Nazirlik” adlı şəxslə danışıqları əks etdirən yazışmaların ekran görünüşün Şahid1 göndərmişdir. Şahid1 Təqsirləndirilən şəxs həmin yazışmaları ona göndərərək işinin Fövqəladə Hallar Nazirliyinin işçisinə görə gecikdiyini bildirmişdir. Həmin danışıqlarıdan görünür ki, “Shahin Kadrlar Nazirlik” kimi adı qeyd edilmiş şəxslə Təqsirləndirilən şəxs arasında yazışmalar olmuş, həmin şəxs Təqsirləndirilən şəxs işin Türkiyə Respublikasındakı yanğınlara görə gecikməsini bildirmiş, Ramil isə Şahid1 narahat olmasını və ona izah edəcəyini demişdir. İş üzrə istintaq zamanı Təqsirləndirilən şəxs ifadəsində “Shahin Kadrlar Nazirlik” adı ilə qeyd etdiyi şəxsin uydurma olmasını, özünün başqa bir telefonunu “Shahin Kadrlar Nazirlik” adı ilə qeyd edərək özü ilə yazışmasını, inandırıcı olması üçün həmin yazışmaları ekran görüntüsünü qeyd edərək Şahid1 göndərməsini bildirmişdir. (cild.1, i.v.38-39) Cinayət işinə əlavə edilmiş ödəniş cədvəlindən görünür ki, Şahid1 06 dekabr 2020ci il tarixdən 06 may 2022-ci il tarixdə aylıq 284.31 manat ödəmə öhdəliyi olmaqla BOKT "xxxx" QSC-dən ümumilikdə 3750 manat pul kredit götürmüşdür. (Cild 1.1, i.v.12) Cinayət işinə əlavə edilmiş Quba RPŞ-nin 02 fevral 2022-ci il tarixli 146-7/2998- 1221 №-li məktubu ilə daxil olmuş 31 yanvar 2022-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statiska İnformasiya İdarəsinin əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. (cild 1, i.v.109) İstintaq zamanı Şahid1 təqdim etdiyi bir ədəd disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri, Binəqədi RİHB-nın Biləcəri qəsəbə İƏD üzrə nümayəndəliyindən verilmiş 31 yanvar 2022-ci il tarixli 301 və 302 nömrəli arayışlarından görünür ki, Təqsirləndirilən şəxs həqiqətən Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Binəqədi yolu, döngə 5, ev 41-də qediyyatdadır və ailə tərkibi arvadı X11, qızı X16, atası X12 və anası X3 ibarətdir. (cild.1, i.v.117-119) İş materiallarına əlavə edilmiş Bakı şəhəri, Binəqədi RİHB-nın Biləcəri qəsəbə İƏD üzrə nümayəndəliyindən verilmiş 31 yanvar 2022-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunmuş, qeydiyyatda olduğu ünvanda yaşadığı müddət ərzində barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. (cild.1, i.v.120) İş materiallarına əlavə edilmiş X8 Xidmətinin Quba rayon Dövlət X4n verilən 09 mart 2022-ci il tarixli 37/34-067 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs 07 sentyabr 2016-cı il tarixdən 05 noyabr 2021-ci il tarixədək Fövqəladə Hallar Nazirliyi X8 Xidmətinin Quba rayon Dövlət X4 texnika üzrə rəis müavini vəzifəsində işləmişdir. İşlədiyi müddət ərzində müsbət xarakterizə olunmuş, nizam-intizamlı, bacarıqlı və qarşısına qoyulmuş vəzifələrinin icrasını təmin edən əməkdaş kimi göstərmişdir. Fövqəladə Hallar Nazirliyinin 05 noyabr 2021-ci il tarixli 1593/ş nömrəli əmri ilə (öz arzusu ilə) xidmətkeçməsinə xitam verilmişdir. (cild.1, i.v.144-145) Cinayət işinə əlavə edilmiş AZ-İV 456826 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs övladı X16 03 iyul 2020-ci il tarixdə anadan olmuşdur. (cild.1, i.v.81) Məhkəmə, Təqsirləndirilən şəxs heç kimi rüşvət verməyə təhrik etməməsi barədə məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmədə öz müdafiəsi üçün gətirdiyi dəlillər əsassızdır və özünü müdafiə xarakteri daşıyır. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir, başa çatmış cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4 və 32.4, 312.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4 və 32.4, 312.2-ci maddələrinin sanksiyaları həddində cəza təyin edilməlidir. Təsnifata görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş əməllər az ağır, Cinayət Məcəlləsinin 32.4, 312.2-ci maddəsi ilə nəzərdə tutulan əməl isə ağır cinayətlər kateqoriyasına aid edilir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən onu səciyyələndirən halları, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cəza təyin edərkən məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən cinayət törətmiş Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə qeyd olunan Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Məhkəmə bu qənaətə gəlir ki, təqsirlndirilən şəxs Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4 və 32.4, 312.2-ci maddələrinin sanksiyasında əlavə cəza nəzərdə tutulmasa da təqsirləndirilən şəxsə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 46.2-ci maddəsində nəzərdə tutulmuş qaydada müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əlavə cəza təyin edilməsi zəruridir. Belə ki, məhkəmə, təqsirləndirilən şəxsin qəsdinin yönəldiyi ictimai münasibətlərin xarakterini, ona istinad edilən cinayət əməlini törətməsinin faktiki hallarını da nəzərə alaraq hesab edir ki, bu əlavə cəzanın yaradacağı digər məhdudiyyətlərlə bərabər həm də mənəvi-psixoloji təsiri cəzanın tənbeh təsirinin gücləndirilməsinə, təqsirləndirilən şəxsin təkrar cinayət törətməsinin qarşısını almağa, bununla da cəzanın Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərinə nail olunmasına xidmət edəcəkdir. Məhkəmə gəldiyi bu qənaəti Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2, 46.3-cü maddələrinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.14-cü maddəsinin şərh edilməsinə dair” 14 noyabr 2011-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqe baxımından da əsaslı hesab edir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4 və 32.4, 312.2-ci maddələrinin sanksiyaları həddində azadlıqdan məhrum etmə növündə cəza, həmçinin müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əlavə cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilməli, o, dərhal məhkəmə iclas zalından həbs edilməli və həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinin tələblərinə əsasən məhkəmə hesab edir ki, maddi sübut kimi tanınmış bir ədəd disk cinayət işinin materiallarına saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 200 (iki yüz) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli, «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4 və 32.4, 312.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4-cü maddələri ilə həmin Məcəllənin 46.2-ci maddəsinə əsasən 1 il 6 ay ( bir il altı ay) müddətə dövlət və yerli özünüidarə etmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə, 3 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzası, CM-nin 32.4, 312.2-ci maddəsi ilə həmin Məcəllənin 46.2-ci maddəsinə əsasən 1 il 6 ay ( bir il altı ay) müddətə dövlət və yerli özünüidarə etmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 5 (beş il) müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respulikası CM-nin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin edilmiş əsas və əlavə cəzaları qismən toplamaq yolu və əlavə cəzanı əsas cəzaya birləşdirmək yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 2 il 6 ay (iki il altı ay) ay müddətinə dövlət və yerli özünüidarə etmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin edilən əlavə cəza dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilmə cəzasının müddəti əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunsun. Təqsirləndirilən şəxs təyin olunmuş cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı 12 oktyabr 2022-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 200 (iki yüz) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar