Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-315/2025 09.07.2025 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X5 Nizami oğlunun sədrliyi, X4 və X2 ibarət tərkibdə, Məhkəmə iclas katibi Feyzullazadə Əli Elşən oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçi- Şimal Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1977-ci ildə Sumqayıt şəhərində anadan olmuş, evli, orta təhsilli, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, hazırda barəsində həbs qətimkan tədbiri seçilərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi ilə şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikası vətəndaşı “Babək” adlı şəxsdən qanunsuz olaraq külli miqdarda 9045 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana əldə edib yaşadığı ünvan 1 ünvanına daşımaqla orada saxlamış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 10 dekabr 2024-cü il tarixdə saat 22:15-də yaşadığı ünvanın qarşısında müəyyən edilərək saxlanılmış, bundan dərhal sonra həmin tarixdə saat 22:20-dən etibarən Təqsirləndirilən şəxs üstü yoxlanılmaqla, ardınca yaşadığı ünvana özünün razılığı və iştirakı ilə keçirilən baxış zamanı mətbəxdə yerləşən dolabın içərisindən 12 ədəd bağlamada ayrı-ayrılıqda çəkiləri 1115 qram, 1055 qram, 1100 qram, 1060 qram, 1050 qram, 1020 qram, 1005 qram, 995 qram, 420 qram, 130 qram, 45 qram və 50 qram olmaqla ümumilikdə külli miqdarda 9045 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana və 01 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək sərbəst ifadəsində və ona verilən sualları cavablandırarkən göstərdi ki, polislər onu saxlamağa gələndə o, evdə olmuşdur. İttiham aktında yazılan evdən aşkar olunan narkotik vasitələr evdə olmuşdur. İttiham aktında yazılan kimi olmamışdır. Bir az başqa cür olmuşdur. Evə o, balaca bir bağlama gətirmişdir. Çəkisini bilməmişdir. Onun fikrincə heç 200 qram olmazmış. Narkotik vasitəni o, heç kimə satmamışdır. O, narkotiki Bakı şəhərindən götürüb evə gətirmişdir. Dörd və ya beş dəqiqədən sonra polis əməkdaşları evə girmişlər. O, narkotiki Bakı şəhərinin Buzovna adlanan ərazisindən götürmüşdür. O tutulana qədər narkotik vasitələrin marixuana növündən istifadə edirmiş. O, narkotik vasitələrin digər növlərindən istifadə etməmişdir. Əvvəllər narkotik vasitələrin istifadəsinə görə məhkumluğu olmuşdur. Gürcüstan Respublikasında narkotiklə bağlı məhkumluğu olmuşdur. Amma satışı ilə olmamışdır. Altı il cəza çəkmişdir. Gürcüstan Respublikasında narkotik vasitələrin istifadəsinə görə səkkiz ilə qədər cəza verilir. Satış olmamışdır. Tutulmamışdan dörd və ya beş dəqiqə əvvəl narkotiki o evə gətirmişdir. Həmin narkotik vasitəni tanışından 1100 manata almışdır. Hansı ki, həmin şəxslə birlikdə o cəza çəkmişdir. 150 qram narkotik verməli olmuşdur. Amma bir az artıq miqdarda narkotik vermişdir. Ona həmin qiymətdə vermişdir. O, qara bazarda narkotikin hansı qiymətə satıldığını bilməmişdir. Şərtlər daxilində o, polis əməkdaşlarının dedikləri ilə razılaşmışdır. Ona fiziki təsir olmamışdır. Ona psixoloji təzyiq olmuşdur. Polis əməkdaşları gələndə yoldaşı evdə olmuşdur. Yoldaşını da rəsmiləşdirəcəkləri ilə hədələmişlər. O da ona görə razılaşmışdır. Ailədə anası, uşaqları və yoldaşıdır. İki övladı vardır. Anası təqaüd almışdır. Yoldaşı işləmir. O, zərgər işləmişdir. Gürcüstanda cəza çəkib bitirdikdən sonra da zərgərliklə məşğul olmuşdur. Elə gün olmuşdur ki, günə 100 manat qazanmışdır. Cəza çəkib gələndən sonra əlində bir az pulu olmuşdur. Təxminən 5-6 min manat pulu olmuşdur. İttiham aktını oxumuşdur. Babəklə aralarında sövdələşmə olmamışdır. Babək adlı şəxsdən sırf şəxsi istifadə məqsədi ilə əldə etmişdir. Hər gün istifadə edirmiş. Alanda bir aylıq ona bəs edirmiş. 150 qramı o bir aya çəkirmiş. Sanksiya məhkəməsində nə dediyi yadında deyildir. Sanksiya məhkəməsinin qərarında yazılanları demişdir. Daxili İşlər Nazirliyinin əməkdaşlarının tabeliyində olmuşdur. Məhkəmədən sonra onlarla birgə gedəcəyinə görə ifadəsinin nəticəsindən çəkinmişdir. Bəlkə də, istintaq zamanı elə bir ifadə vermişdir. Yadında deyildir. Amma istintaq zamanı verdiyi ifadəni təsdiq etməmişdir. O, Sumqayıt şəhərindən Buzovna adlanan əraziyə narkotik vasitəni götürmək üçün gedirmiş. Onu evinin içərisində tutmuşlar. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsilə məhkəmə istintaqı zamanı verdiyi ifadəsi arasında ziddiyət yarandığından onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla araşdırılmışdır. Təqsirləndirilən Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərmişdir ki, əvvəllər narkotik vasitə heroindən, hazırda isə qurudulmuş marixuanadan istifadə edir. ***-***-**-** və ***-***-**-** saylı nömrələri istifadə edir. 2018-ci il tarixdə Gürcüstan Respublikasında olan zaman üzərində narkotik vasitə heroin olduğuna görə saxlanılmış, Bolnisi Rayon Məhkəməsinin hökmü ilə 08 il müddətə azadlıqdan məhrum edilmiş, 2023-cü ilin sentyabr ayında azad edilərək ölkəyə qayıtmışdır. Gürcüstanda çəzaçəkmə müəssisəndə olan zaman onunla birlikdə cəza çəkən İran İslam Respublikasının Aslandüz adlanan qəsəbəsindən olan Babək adlı şəxs ilə münasibəti yaranmışdır. Babək də külli miqdarda narkotik vasitə ilə saxlanılmışdır. Bildiyinə görə ona 17 il həbs cəzası verilsə də, cəzasının 2 ilini çəkdikdən sonra İran İslam Respublikasına ekstradisiya olunmuş və orada azadlığa buraxılmışdır. 2023-cü il sentyabr ayında azadlığa çıxdıqdan sonra yaşadığı Sumqayıt şəhərinə gəlmiş və həmin tarixdən qeyd olunan ünvanda yaşamışdır. Şahid2 həyat yoldaşıdır. Hər ikisi ikinci dəfə ailə qurmuşlar. Belə ki, 2008-ci ildən Aidə və onun 3 övladı ilə birgə yaşamağa başlasalar da, həmin tarixdə rəsmi nigaha daxil olmamışlar. Sonradan bir qız övladları olmuş və təxminən 2-3 il olar ki, nigaha daxil olmuşlar. Hazırda qız övladının 12 yaşı vardır. 2024-cü ilin əvvəllərində dəqiq xatırlamadığı sosial şəbəkələrdən birində əvvəllər birlikdə məhbusluq həyatı yaşamış Babəklə münasibəti yaranmışdır. Bir-birlərinin nömrələrini götürüb ünsiyyət qurmağa və görüntülü danışmağa başlamışlar. Danışıq zamanı Babəkə onlarda yaxşı ot olmasını və imkan varsa özünə çəkmək üçün arada göndərməsini xahiş etmişdir. Babək isə heç bir problem olmadığını, bu işlərin onluq olduğunu yaşadığı Aslandüz adlanan qəsəbədə olan narkotikin heç harda olmadığını demişdir. Belə ki, dəqiq xatırlamadığı tarixdə Babək onunla watsapp proqramı vasitəsi ilə əlaqə saxlayıb Bakıdakı adamlarında yaxşı nəşə olduğunu deyib istədiyi halda Bakıda bir ünvana yerləşdirə biləcəklərini söyləmişdir. O da çəkmək istədiyini demişdir. Bundan sonra Babək dəqiq xatırlamadığı tarixdə Bakı şəhərində ünvan göndərib oraya gedib qurudulmuş marixuananı götürməyini söyləmişdir. Həmin ünvana gedib 10-15 qram çəkidə qurudulmuş marixuananı götürüb özü istifadə etmişdir. Belə ki, Babək həmin narkotik vasitəni ona pay etdiyini demişdir. Təxminən 5-6 dəfə Babək istifadə etmək üçün qurudulmuş marixuana göndərmişdir. Təxminən 2024-cü ilin yay aylarında Babək ona söyləmişdir ki, Bakı şəhərində öz adamları tərəfindən yerləşdirilən ünvanlarda narkotik vasitə qurudulmuş marixuanalar vardır. Həmin 100 qrama yaxın çəkidə narkotik vasitəni deyəcəyi yerdən götürüb özündə saxlayıb sonradan bildirəcəyi yerə yerləşdirəcəyi halda həmin narkotik vasitənin yarısını, yəni 50 qramını ona verəcəyini demişdir. Babəkin dedikləri ilə razılaşmış və 2 dəfə bu qaydada onun üçün iş görüb götürdüyü narkotik vasitənin yarı hissəsini özündə saxlamışdır. Sonuncu dəfə 10 dekabr 2024-cü il tarixdə Babək onunla watsapp proqramı vasitəsi ilə danışan zaman bir kiloqram qurudulmuş marixuananı Bakıya göndərəcəyini, onu götürüb özündə saxlayıb sonradan ayrı-ayrı çəkilərə ayırmaqla deyəcəyi ünvanlara yerləşdirəcəyi halda həmin narkotik vasitədən də verəcəyini demişdir. Babəkin dediyi ilə razılaşmışdır. Həmin gün saat 19 radələrində Babək ona watsapp proqramı vasitəsi ilə konum göndərib həmin ünvana gedib narkotik vasitə olan bağlamanı, yəni 1 kiloqram qurudulmuş marixuananı götürməyini demişdir. O da həmin vaxt idarə etdiyi avtomobil ilə Babəkin göndərdiyi konum üzrə Mərdəkan-Buzovna yolu istiqamətində hərəkət etmişdir. Artıq Mərdəkan yolunda olan zaman Babək ona səs atıb oraya öz adamı tərəfindən səhvən 10 kiloqrama yaxın narkotik vasitə qurudulmuş marixuana yerləşdirildiyini, lakin heç bir problemin olmadığını gördüyü işin çəkisinə uyğun onu dəyərləndirəcəyini demişdir. Babəkə bu formada razılığa gəlmədiklərini, geri dönüb evə qayıtmaq istədiyini demişdir. Babək birlikdə məhbusluq həyatı yaşadıqlarını və ona heç bir zaman problem yaratmayacağını demişdir. Ona inanıb qeyd olunan yerə gedib 01 ədəd böyük torbanı götürüb avtomobilə qoymuşdur. Yaşadığı ünvana gəlib həmin torbanı götürüb mətbəxdəki dolabın qarşısına gətirmişdir. Həmin vaxt həyat yoldaşı Şahid2 mətbəxdə iş görsə də, o, torbanın içərisində nə olmasını görməmiş və bu barədə hər hansı söz soruşmamışdır. Torbanın içərisinə baxıb orada 12 ədəd bağlamanın içərisində narkotik vasitə qurudulmuş marixuana olmasını görmüşdür. Bir qədər evdə oturduqdan sonra telefonla danışmaq üçün küçəyə çıxmışdır. 10 dekabr 2024-cü il tarixdə saat 22:15də ünvan 1 ünvanının yaxınlığında 3 nəfər mülki geyimdə polis əməkdaşları yaxınlaşaraq özlərini təqdim etmişlər. Narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəli olduğunu bildirərək üzərində narkotik vasitə olub olmadığını, varsa təqdim etməyini təklif etmişlər. Bu təklifdən sonra əynində olan göy rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd Redmi markalı mobil telefon, əynində olan boz rəngli şalvarın sağ yan cibindən 01 ədəd özünə aid şəxsiyyət vəsiqəsi və 100 manat pulu təqdim etmişdir. Sonra üstü yoxlanılmışdır. Yoxlama zamanı heç bir əşya predmet aşkar edilməmişdir. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 01 ədəd mobil telefon və 01 ədəd şəxsiyyət vəsiqəsi götürülmüş, pul isə özünə qaytarılmışdır. Şifahi sorğu zamanı yaşadığı ünvanda narkotik vasitə saxladığını demişdir. Bundan sonra özü və polis əməkdaşları ünvan 1 ünvanına daxil olmuşlar. Yaşadığı ünvanda saxladığı narkotik vasitələrin yerini göstərməyi təklif olunmuşdur. Bu təklifdən sonra yaşadığı evin mətbəxindəki dolabın içərisində olan 12 ədəd bağlamada narkotik vasitə qurudulmuş marixuananı və 01 ədəd elektron tərəzini təqdim etmişdir. Sonra həmin kütlələr elektron tərəzidə çəkilmişdir. Daha sonra aşkar olunmuş predmetlər, tərəzi qablaşdırılmış, üzərində müvafiq qeydlər aparılmaqla möhürlənmiş və götürülmüşdür. Evin digər otağlarına və hissələrinə baxış keçirilmiş, əlavə olaraq iş üzrə əhəmiyyət kəsb edən əşya predmet maddə aşkar edilməmişdir. Verilən suallara cavab olaraq aşkar olunmuş narkotik vasitələri Gürcüstan Respublikasında birgə məhkumluq həyatı yaşadığı İran İslam Respublikası vətəndaşı “Babək” adlı şəxsin vasitəsi ilə xx.xx.2024-cü il tarixdə Xəzər rayonu (Mərdəkan-Buzovna yolut) ərazisindən gizlədilmiş yerdən ünvanlara çatdırmaq məqsədi ilə götürdüyünü, narkotik vasitədən istifadə etdiyini bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə əlaqədar keçirilən məhkəmə iclasında özünü təqsirli bilərək tanışı Babək adlı şəxsin göstərişi ilə narkotik vasitəni götürüb saxladığını,onun üçün bildirəcəyi vaxt başqa ünvana yerləşdirəcəyini, bunun müqabilində Babək tərəfindən ona narkotik vasitə veriləcəyini söyləmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid1 sərbəst ifadəsində və ona verilmiş sualları cavablandırarkən göstərdi ki, təqsirləndirilən şəxsi saxlamaqları ilə əlaqədar tanımışdır. Təqsirləndirilən şəxs barəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Şəxsin Sumqayıt şəhəri ərazisində olması göstərilmişdir. 10 dekabr 2024-cü ildə saat təxminən on birə işləmiş, 23-cü məhəllənin yaxınlığında şəxsə yaxınalaşaraq özünü təqdim etmişdir. Üzərində və evində narkotik vasitələrin olması barədə əməliyyat məlumatının daxil olduğunu bildirmişdir. Üzərinə baxış keçiriləndə heç bir şey aşkar olunmamışdır. Yaşadığı mənzilə baxış keçirilərkən 12 bükümə yaxın qurudulmuş marixuanaya bənzər maddə aşkar olunmuşdur. Sənədləşdirilmişdir. Özü Gürcüstanda cəza çəkərkən tanış olduğu İran vətəndaşı Babək adlı şəxsdən əldə etdiyini demişdir. Xəzər rayonunun ərazisinə daxil olan, Buzovna adlanan ərazidən əldə etdiyini bildirmişdir. Babək adlı şəxsin dediyi ünvanlara narkotik vasitəni qoyacağını demişdi. Təqsirləndirilən şəxs özünü müdafiə etmək məqsədi ilə guya onlar tərəfdən təzyiq olunduğunu bildirmişdir. Təqsirləndirilən şəxslərin əksəriyyəti məsuliyyətdən boyun qaçırmaq üçün elə ifadə verirlər. Babək adlı iranlı ilə birlikdə cəza çəkdiyini və onunla yaxşı ünsiyyətinin olduğunu demişdir. Şəxsi evinin qarşısında saxlamışlar. Məlumatda narkotik vasitələrin külli miqdarda dövriyyəsi ilə məşğul olması göstərilmişdir. Məlumat satışla bağlı olmuşdur. Şəxs özü evində narkotik vasitənin olduğunu bildirmişdir. Eyni zamanda mənzilində də narkotik vasitənin olduğu məlumatda göstərilmişdir. Mənzilə girib baxmağa şəxs öz razılıq vermişdir. Şəxs özünü müdafiə etmək məqsədi ilə evində tutduqlarını demişdir. İstintaq zamanı verdiyi ifadəni təsdiq etmişdir. Şəxs onlara hər hansı bir müqavimət göstərməmişdir.Şəxsə qarşı fiziki və ya psixi təsir etməmişlər. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid2 sərbəst ifadəsində və ona verilmiş sualları cavablandırarkən göstərdi ki, təqsirləndirilən şəxs onun həyat yoldaşıdır. Saat on radələri olmuşdur. Ondan əvvəl o, Sarayda olan evlərində olmuşdur. Səhər yoldaşının anasının ad günü olmuşdur. Galaxy firmasında qab-qacaq yerində işləmişdir. Yoldaşı onu oradan götürmüşdür. Oradan onu qayınanasıgildə qoymuşdur. Yoldaşı daha sonra harasa getmişdir. Qayınanası pensiya aldığı üçün evə alış-veriş etmişlər. Səhərisi gün qayınanasının 70 yaşı olurmuş. Onu evə qoyandan sonra bir stəkan çay içərək evdən çıxmışdır. İki saata yaxın evdə olmamışdır. Səhəri gün üçün yeməkləri bişirmişdir. Yoldaşı evə gələndə əlində qara paket olmuşdur. Onların evlərində qırmızı rəngdə mətbəxdə istifadə etdikləri tərəzi olmuşdur. O, səhər üçün balığı təmizlədiyi zaman arxadan səs gəlmişdir. Yoldaşı ona telefonunun avtomobildə qaldığını və gedib götürməyini ona demişdir. O, telefonu götürmək üçün gedəndə qapını bağlamamışdır. Telefonu yoldaşına verəndən sonra balığı təmizləməyə davam etmişdir. Heç 10 dəqiqə keçməmişdir ki, səs gəlmişdir. O, birinci elə bilmişdir ki, övladları evə gəlmişdir. O, arxaya baxanda əli silahlı və taxta tutacaqlı dubinkalı şəxslər içəriyə girmişlər. Təxminən sayları 7-8 nəfər olmuşdur. O, həmin anın şokundan adamların dəqiq sayını bilə bilməmişdir. Hamısı birdən yoldaşının üzərinə qaçmışlar. Qayınanasını otaqdan çıxarmışlar. Qayınanası ilə evdə olan uşağı başqa bir otaqda gizlətmişlər. Ona “əgər sən şahidlik etməsən səni də onunla birgə rəsmiləşdirəcəyik” demişlər. Yoldaşının əlini qandallamışlar. Həmin an yoldaşının ürəyi getmişdir. 103 xidmətinə zəng etmək istəyəndə qətiyyən olmaz demişlər. Onu, qayınanasını və qızını başqa bir otağa salmışlar. Yoldaşını çölə çıxarmışlar. 30 dəqiqədən sonra yoldaşı ona “sənə nə desələr denən yaxşı” demişdir. Onu çağırmışlar. İçəri girəndə mətbəxin masasının üzərinə sellofan bükümdə nəsə qoymuşlar. Sellofanın içərisində bağlamalar olmuşdur. Tərəzini götürəndə tərəzinin qayınanasına məxsus olduğunu və evdə istifadə edildiyini demişdir. Bu sözündən sonra onu aparmış və bir gecə saxlamışlar. Səhəri gün onu buraxmışlar. Qara sellofanın içərisində nə olduğunu o soruşa bilməmişdir. Yoldaşının yanına qayınanası oturmasaydı, qara sellofanın içərisində nə olduğunu o yoldaşından soruşarmış. Yoldaşının narkotik vasitələrdən istifadə etməsini bilmişdir. Onun sözü və hökmü onun yanında keçməmişdir. Yoldaşı birinci gələndə əlində qara sellofan olmuşdur. Ondan daha sonra evə gələnlər sellefon torba istəmişlər. O, videoçəkiliş zamanı tərəzinin evlərinə məxsus olduğunu deyəndən sonra onu şahid kimi yazmışlar. Yoxsa onu şahid kimi yazmayacaqmışlar. O, sabah evə qonaq gələcək deyə evi təmizləmişdir. Həmin vaxtı sabah üçün salatları hazırlayırmış. Evdə qara sellofan aşkarlamamışdır. Polislərin evdə olmasını qonşunun oğlu da görmüşdür. Qonşunun oğlunu söyərək evinə keçməsini bildirmişlər. Onları yataq otağına salmış və qapını da bağlamışlar. Yoldaşını evdən çölə çıxarmışlar. Çöldə nə danışdıqlarını o bilməmişdir. Evə keçdikdən sonra onu yanlarına çağırmışlar. Stolun üstündən tərəzini götürəndə tərəzinin evə məxsus olduğunu bildirmişdir. Mətbəx tərəzisinin olduğunu demişdir. Ondan sonra onu polisə aparmış və şahid kimi yazmışlar. Tərəzini mətbəxdə iş görən zaman istifadə edirmiş. Onu da, qayınanasını da başqa bir otağa salmışlar. Onları otağa salandan sonra yoldaşı ilə çölə çıxmışlar. 20 dəqiqə evdən çöldə söhbət etmişlər. Onlar həmin müddət ərzində otaqda qalmışlar. Müstəntiq ona nə deyibsə, onu yazmışdır. O, ifadə verən zaman “bu sizin xeyrinizədir və Allahınıza şükür edin ki, başqa bir şey aşkar olunmamışdır” demişdir. Evə gələn polislər üç nəfər olmamışdır. Üç avtomobildə gəlmişlər. O, heç Xəzər rayonunun harada yerləşdiyini bilməmişdir. O Sumqayıt şəhərində doğulmuş və orada böyümüşdür. İfadənin altında yazılan sözlər onun xətti ilə yazılmışdır. O ifadəsi ilə razı deyildir. Hazırda olanları düzgün formada danışmışdır. Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsilə məhkəmə istintaqı zamanı verdiyi ifadə arasında ziddiyyət olduğundan, ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla araşdırılmışıdır. Belə ki şahid ifadəsində göstərmişdir ki, ünvan 10 ünvanında qeydiyyatdadır, ünvan 11r. Hazırda ***-***-**-** saylı nömrəni istifadə edir. 2000- ci il tarixdə ilk dəfə ailə həyatı qurmuş, həmin nigahdan 3 oğlan övladı olmuş, 2007-ci il tarixdə həyat yoldaşı ilə ayrılmışdır. 2008-ci il tarixdə Təqsirləndirilən şəxs ilə ailə həyatı, qurmuş və həmin nigahdan bir qız övladları olmuşdur. Həmin tarixdən birlikdə 4 övladı və həyat yoldaşı Təqsirləndirilən şəxs, qaynanası Nəsibə Qarayeva sonuncuya məxsus Sumqayıt şəhərindəki evdə yaşayırlar. 2017-ci ilin dekabr ayında həyat yoldaşı Təqsirləndirilən şəxs Gürcüstanda narkotik vasitə əldə etdiyinə görə saxlanılmış və ona 08 il müddətində azadlıqdan məhrumetmə cəzası verilmişdir. 2023-ci ilin sentyabr ayında o həbsdən azad edilərək ölkəyə qayıtmış və yenidən birlikdə yaşamışlar. Firudin azadlığa çıxdıqdan sonra bir daha narkotik vasitə istifadə etməyəcəyinə dair ona və ailə üzvlərinə söz vermişdir. Onun narkotik vasitə istifadə etməsindən şübhələnməmişdir. 10 dekabr 2024-cü il tarixdə qaynanası təqaüd aldığına görə və xx.xx.2024-cü il tarixdə ad günü olduğu üçün evə bazarlıq etməkdən ötrü birlikdə bankomatdan pul çıxarıb həmin ərazidə fəaliyyət göstərən “Army” marketə daxil olub oradan evə lazım olan qida məhsullarını almışlar. Həmin vaxt özü və qaynanası marketin içərisinə daxil olsalar da, Firudin onları mağazanın qarşısında idarə etdiyi avtomobilin içərisində gözləmişdir. Alış-veriş etdikdən sonra yaşadıqları ünvana qayıtmışlar. Saat təxminən 18-19 radələrində evdə olmuşlar. Əşyaları evə düşürtdükdən sonra Firudin onlara bayırda 40 dəqiqə-1 saatlıq işinin olmasını bildirib işini bitirdikdən sonra qayıdacağını söyləyib evdən çıxmışdır. Təxminən 1 saat yarımdan sonra Firudin əlində böyük bir bağlama ilə evə gəlmişdir. Həmin vaxt mətbəxdə iş gördüyü üçün arxası ona tərəf olmuşdur. Bağlamanı görsə də, içərisində nə olmasını bilməmişdir. Yoldaşı bağlamanı mətbəxdəki dolaba qoymuşdur. Firudin ona mobil telefonunun avtomobildə qalmasını və gətirməyini xahiş etmişdir. O da avtomobilin açarını götürüb küçəyə çıxmış, avtomobili açıb mobil telefonu götürüb geriyə qayıtmışdır. Daha sonra öz işlərini görməyə başlamışdır. Firudin bir qədər evdə qaldıqdan sonra yenidən küçəyə çıxmışdır. Saat 22 radələrində yaşadığı evə Firudin ilə birlikdə 3 nəfər mülki geyimdə polis əməkdaşları daxil olmuşlar. Onlar Firudindən narkotik vasitələri harada saxlamasını soruşmuşlar. Firudinə narkotik vasitələri təqdim etməyi təklif etmişlər. Bu təklifdən sonra Firudin mətbəxdə dolabın içərisindən bağlamaları çıxarıb təqdim etmişdir. 12 ədəd bağlamada qurudulmuş marixuana kütlələri olmasını demişdir. Sonra həmin kütlələr elektron tərəzidə çəkilmişdir. Daha sonra aşkar olunmuş predmetlər, tərəzi qablaşdırılmış üzərində müvafiq qeydlər aparılmaqla möhürlənmiş və götürülmüşdür. Evin digər otağlarına və hissələrinə baxış keçirilmiş, əlavə olaraq iş üzrə əhəmiyyət kəsb edən əşya predmet maddə aşkar edilməmişdir. Həyat yoldaşı verilən suallara cavab olaraq aşkar olumuş narkotik vasitələri Gürcüstan Respublikasında cəza müəssisəsində birgə məhkumluq həyatı yaşadığı İran İslam Respublikası vətəndaşı “Babək” adlı şəxsin vasitəsi ilə bu gün Xəzər rayonu (Mərdəkan-Buzovna tərəf) ərazisindən gizlədilmiş yerdən ünvanlara çatdırmaq məqsədi ilə götürdüyünü, narkotik vasitədən istifadə etdiyini bildirmişdir. Özü isə verilən suallara cavab olaraq aşkar olunmuş narkotik vasitələrdən xəbərsiz olduğumu bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli “Raport”dan görünür ki, xx.xx.1977-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, əvvəllər məhkum olunan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edib Sumqayıt şəhəri ərazisində dövriyyəsi ilə məşğul olması, həmçinin yaşadığı ünvan 1 ünvanında külli miqdarda narkotik maddə gizlətməsi baradə məlumat daxil olmuşdur. xx.xx.2024-cü il tarixli “Əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərardan görünür ki, xx.xx.1977-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, əvvəllər məhkum olunan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək məqsədilə əməliyyat tədbirlərinin keçirilməsi qərara alınmışdır. Məhkəmə-bioloji ekspertizasının 11 dekabr 2024-cü il tarixli, 3-16-16-2-7/1998 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs evindən...” yazısı və imzalar olan boz rəngli sintetik bağlamadakı: 05(beş) ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri: 1115 qram; 1055 qram; 1100 qram; 1060 qram; 1050 qram, həmin boz rəngli sintetik bağlamada 07(yeddi) ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri: 1020 qram; 1005 qram; 995 qram; 420 qram; 130 qram; 45 qram; 50 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuanaların ümumi çəkisi 9045 qramdır. Təqdim olunmuş 05(beş) ədəd bağlamalarda olan marixuanalar öz aralarında eynidirlər və təqdim olunmuş 07 (yeddi) ədəd bağlamalarda olan marixuanalardan fərqlənirlər. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 728 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyində qeyd edilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs Kannabinoidlərin qəbulu nəticəsində yaranan Asılılıq Sindromu(Narkomaniya Xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddəni əldə etdiyi mənbənin, şəxsiyyəti istintaqa məlum olmayan “Babək” adlı şəxsin müəyyən edilməsi istiqamətində əməliyyat tədbirlərinin keçirilməsi məqsədi ilə istintaq tapşırığı verilmişdir. Tapşırığa verilən xx.xx.2025-ci il tarixli 3-13-7/2-684/2025 nömrəli məktubdan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs narkotik vasitələri əldə etdiyi mənbənin, “Babək” adlı şəxsin kimliyini müəyyən etmək mümkün olmamışdır. Həmçinin narkotik vasitə və psixotrop maddələri satdığı şəxslərin müəyyən edilməsi və istintaqa təmin edilməsi istiqamətində tədbirlər keçirilsə də, müsbət nəticə əldə etmək mümkün olmamışdır. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistika İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2018-ci il tarixdə Gürcüstan Respublikasının CM-nin 260.3.6-cı maddəsi ilə Bolnisi Rayon Məhkəməsi tərəfindən təqsirli bilinərək 08 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2019-cu ildə Tbilisi şəhər Apellyasiya Məhkəməsinin qərarı ilə Bolnisi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Bakı Ağır Cinayətlər məhkəməsi tərəfindən verilmiş cavab məktubuna əsasən müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində Gürcüstan məhkəmə orqanları tərəfindən çıxarılmış hökmlərin Azərbaycan Respublikası ərazisində tanınmasına dair həmin məhkəməyə hər hansı bir təqdimatın daxil olmamışdır. 10 dekabr 2024-cü il tarixli “əməliyyat-axtarış tədbirinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması və evinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs 10 dekabr 2024-cü il tarixdə saat 22:15-də ünvan 1 ünvanın qarşısında saxlanılaraq həmin tarixdə saat 22:20-dən etibarən Təqsirləndirilən şəxs üstünün yoxlanılması və yaşadığı ünvan 1 ünvanına keçirilən baxış zamanı mətbəxdəki dolabın içərisindən 12 ədəd sellefon bağlamada narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddə və 01 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. 10 dekabr 2024-cü il tarixli “təqdim olunmuş əşyaya baxış keçirilməsi və götürmə haqqında” protokoldan görünür ki, 01 ədəd mobil telefon 01 ədəd şəxsiyyət vəsiqəsi, 01 ədəd torba və 01 ədəd DVD disk təhqiqata təqdim olunmuş və əşyalara baxış keçirilmişdir. 01 ədəd torbanın içərisində 12 ədəd sellefon bağlamada narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələr olması müəyyən edilmişdir. Qeyd olunan əşyalar təhqiqatçı tərəfindən götürülmüşdür. “Şübhəli şəxsin tutulması haqqında protokol”dan müəyyən olunur ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə tutulmuşdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2024-cü ildən hesablanmaqla 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarından görünür ki, xx.xx.2024-cü il tarixdə Baş Narkotiklərlə Mübarizə İdarəsinə xx.xx.1977-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, əvvəllər məhkum olunan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edib Sumqayıt şəhəri ərazisində dövriyyəsi ilə məşğul olması, həmçinin yaşadığı ünvan 1 ünvanında külli miqdarda narkotik maddə gizlətməsi barədə əməliyyat məlumatı daxil olmuş, həmin tarixdə əməliyyat axtarış tədbiri keçirilməsi barədə qərar qəbul olunmuş, şəxs saxlanılaraq, müdafiəçi ilə təmin edilməklə onun üzərinə video çəkilişlə şəxsi axtarış və yaşayış yerinə video çəkilişlə baxış istintaq hərəkətləri keçirilmiş, şəxsi axtarış zamanı üzərindən qanunla qadağan olunmamış heç bir narkotik vasitə aşkar edilməsə də, yaşayış yerinə baxış zamanı narkotik vasitə və 01 ədəd elektron tərəzi aşkar olunaraq götürülmüş, narkotik vasitə materialları məhkəmə ekspertizasına təqdim olunaraq müvafiq rəy alınmışdır. Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə tərkibi hesab edir ki, cinayət işi başlamamışdan əvvəl xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs üzərinə və yaşadığı evə müdafiəçinin iştirakı ilə video çəkilişlə şəxsi axtarış və baxış istintaq hərəkəti keçirilərək narkotik vasitənin aşkar edilməsi zamanı cinayət-prosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı psixi təsirə məruz qaldığı üçün küllü miqdarda narkotikin satış məqsədilə əldə etməsini boynuna götürdüyünü bildirsədə də qeyd etdiyi hal heç bir mötəbər sübutla öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” qərarının 9cu bəndində qeyd olunmuşdur ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitənin şəxsi istehlak miqdarından dəfələrlə artıq olmasını, narkotik vasitənin ayrı-ayrı bağlamalarda olmasını və aşkar edilmiş şəxsə aid olan elektron tərəzini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən həmin qadağan olunmuş narkotik vasitələri satış məqsədilə əldə etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 təqsirləndirilən Təqsirləndirilən şəxs həyat yoldaşıdır. Məhkəmə həmin şahidin məhkəmə istintaqı zamanı verdiyi ifadəsini məhkəmə istintaqı zamanı araşdırılımış sübutlarla qarşılıqlı şəkildə müqayisə edərək hesab edir ki, həmin şahid məhz təqsirləndirilən şəxsin həyat yoldaşı olduğundan onun mövqeyini müdafiə etmək məqsədilə ifadə vermişdir. Çünki məhkəmə istintaqı zamanı araşdırılmış sübutlara əsasən şahidin ifadəsində göstərdikləri halların heç biri öz təsdiqini tapmır. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışında və ibtidai araşdırma zamanı verdiyi ifadələri təhlil edərək təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilməsi ilə bağlı verdiyi ifadəsinə tənqidi yanaşır və həmin ifadəni məsuliyyətdən yaxa qurtarmaq məqsədi ilə verilən ifadə kimi qiymətləndirməklə yanaşı, onun bu ittihamla bağlı məhkəmə baxışı zamanı verdiyi ifadəsində göstərdiyi xüsusatları işin faktiki hallarına uyğun gəlmədiyindən və təkzib edilməz sübutlarla ziddiyyət təşkil etdiyindən inandırıcı hesab etmir və həmin ifadəni qeyrisəmimi verilmiş ifadə kimi qiymətləndirir. Qeyd olunanlara əsasən məhkəmə Təqsirləndirilən şəxs özünü ona qarşı verilmişittiham üzrə təqsirli bilməsinə dair ibtidai araşdırma zamanı vermiş olduğu ifadəsini isə işin faktiki hallarına uyğun gəldiyindən və digər təkzibedilməz sübutlarla təsdiq olunduğundan daha obyektiv və səmimi verilmiş ifadə kimi qiymətləndirir. Bundan başqa məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə verilmiş ittiham, ona verilmiş ümumi ittihamdan xaric edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Məhkəmə kollegiyası hesab edir ki, cinayət işi üzrə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında cinayət törətməsini təsdiq edən heç bir sübut və ya sübutlar əldə edilib məhkəməyə təqdim edilməmişdir. Belə ki, iş materiallarından göründüyü kimi Təqsirləndirilən şəxs ətrafında əməliyyat tədbirləri keçirilmiş, onun bilavasitə narkotik vasitələrin qanunsuz olaraq satışı ilə məşğul olması öz təsdiqini tapmış, lakin Təqsirləndirilən şəxs verilmiş ittiham üzrə külli miqdarda narkotik vasitəni əldə edildiyi mənbəni, o cümlədən “Babək” adlı İran islam Respublikası vətəndaşını müəyyən etmək mümkün olmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs ifadəsində saxlanılarkən üzərinə aşkar olunmuş narkotik vasitəni “Babək” adlı İran İslam Respublikası vətəndaşından aldığını bildirsə də, lakin bu hal onun öz ifadəsindən başqa digər sənədlərlə təsdiq edilmir. Belə ki, ibtidai istintaqda təqsirləndirilən Təqsirləndirilən şəxs “Babək” adlı şəxslə necə və hansı vasitə ilə əlaqə qurması, onlar arasında hansısa telefon və.s danışığın, sms yazışmaların, ümumiyyətlə “Babək” adlı şəxsin şəxsiyyəti müəyyən edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 6 may 2022-ci il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 33.3 və 34.2-ci maddələrinin mənasına görə, cinayətin iştirakçıları (təşkilatçı, təhrikçi və ya köməkçi) cinayət əməlinin obyektiv cəhətini təşkil edən hərəkətlərin icrasında bilavasitə iştirak etmədiyi və ya onların əməlində cinayətin obyektiv cəhətinin tərkib əlamətlərinin mövcud olmadığı halda, əməl qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət kimi qiymətləndirilə bilməz. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “14” iyun 2024-cü il tarixli, 8 nömrəli qərarının göstərilmişdir ki, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi dedikdə, bu cinayətdə onu birlikdə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin qəsdən birgə iştirak etməsi başa düşülməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Narkotik vasitəni və ya psixotrop maddəni satan şəxsin və həmin narkotik vasitəni (psixotrop maddəni) ondan əldə edən şəxsin hərəkətləri (hətta aralarında buna dair əvvəlcədən razılaşma olduğu hallarda belə), eyni bir cinayətin birgə törədilməsi kimi qabaqcadan əlbir olan bir qrup şəxs üçün səciyyəvi olan əlamət mövcud olmadığından, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilən cinayət kimi qiymətləndirilə bilməz və onlardan birincisi narkotik vasitənin (psixotrop maddənin) satışına, digəri isə narkotik vasitəni (psixotrop maddəni) əldə etməyə (yəni, müxtəlif əməllərə) görə və CPM-in 49.1-ci maddəsinin tələbi nəzərə alınaraq ayrı-ayrı icraatlarda aparılmalı olan cinayət təqibinin gedişində məsuliyyətə cəlb olunmalıdırlar. Yalnız CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində göstərilən hərəkətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi CM-in 234.4.1-ci maddəsinin tərkibini yaratdığı üçün təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsif edilməsinə əsas ola bilər. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun özünün ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsilə yanaşı, şahidin məhkəmə baxışı zamanı vermiş olduqları ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-in 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Eyni zamanda, həmin Məcəllənin 234.4.3-cü maddələrində göstərilmişdir ki, bu Məcəllənin 234.2-ci maddəsində nəzərdə tutulmuş əməllər satış məqsədi ilə külli miqdarda törədildikdə həmin əməllərə görə təqsirli bilinən şəxslər beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Onun törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. O, Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən Təqsirləndirilən şəxs qarşı verilmiş ittihamdan 234.4.1ci maddə xaric edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 №li Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən, həmin Məcəllənin 61-ci maddəsinə əsasən isə cəzasını ağırlaşdıran hal müəyyən etməmişdir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən (müəyyən olunmamışdır) və ağırlaşdıran hallar (müəyyən olunmamışdır), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə, qanunun yuxarıda qeyd edilən müddəalarına, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarını və işin faktiki hallarını eyni zamanda Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, nəzərə alaraq ona təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni, əsaslı və eləcə də ədalətli hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, şəxs həmin cəzanı yalnız real olaraq çəkməklə islah oluna bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işinin materiallarında olan protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Bakı şəhər Nərimanov rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Odur ki, Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli 12 dekabr 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Həmçinin, məhkəmə tərkibi cinayət işinin materialarında olan məhkəmə narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunmalı və o, yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Məhkəmə ekspertizalarına sərf olunmuş 78 (yetmiş səkkiz) məhkəmə məsrəfi Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Az.MEM, VÖEN **********, Hesab № Az. 34 CTRE ******************** Büdcə təsnifatının kodu 142319 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944SWİFT BİK CTREAZ22) hesabına keçirilməlidir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq maddi sübut kimi tanınıb, Baş Narkotiklərlə Mübarizə İdarəsinin maddi sübutların saxlanması otağına təhvil verilmiş ekspertiza tədqiqatından sonra ümumi qalıq çəkisi 9043,8 qram olan narkotik vasitə qurudulmuş marixuana və 01 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 02 ədəd DVD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. Məhkəmə hazırki iş üzrə «xüsusi müsadirə» ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən edilməmişdir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 10 dekabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunsun və o, yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Məhkəmə ekspertizalarına sərf olunmuş 78 (yetmiş səkkiz) manat məhkəmə məsrəfi Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Az.MEM, VÖEN **********, Hesab № Az. 34 CTRE ******************** Büdcə təsnifatının kodu 142319 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944SWİFT BİK CTREAZ22) hesabına keçirilsin. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq maddi sübut kimi tanınıb, Baş Narkotiklərlə Mübarizə İdarəsinin maddi sübutların saxlanması otağına təhvil verilmiş ekspertiza tədqiqatından sonra ümumi qalıq çəkisi 9043,8 qram olan narkotik vasitə qurudulmuş marixuana və 01 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 02 ədəd DVD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-315/2025
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-315/2025
09.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver