Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-316/2022 27.05.2022 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Rəşad Şəmşir oğlu (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Əliyev Hafiz Samir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi–Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, 09 iyun 1981-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, işləməyən, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilərək 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (hökmün təsviri-əsaslandırıcı hissəsində CM) 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 13.01.2022-ci il tarixdə saat 23 radələrində şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı Məryam adlı şəxslə və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında sonuncunun 200 manat müqabilində Bakı şəhəri, Yasamal rayonu ərazisində olan "Bakı Dövlət Universitetin" yaxınlığında qoyduğu satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 11,803 qram çəkidə narkotik vasitə heroini əldə edib saxlamaqla üzərində daşımış, 14.01.2022-ci il tarixdə saat 01:15-də Sumqayıt şəhəri, Koroğlu küçəsində "Dədə Qorqud " adlı şadlıq sarayının yaxınlığında Sumqayıt ŞPİ-nin CAŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri zamanı saxlanılaraq Sumqayıt ŞPİ-nə aparılıb orada üzərində şəxsi axtarış aparılarkən əynində olan qara rəngli qış gödəkçəsinin sağ cibindən 01 (bir) ədəd şəffaf rəngli sellofan bükümdə külli miqdarda 11,803 qram çəkidə narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərədə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittihamla özünü qismən təqsirli bildiyini qeyd edərək göstərdi ki, o təxminən bir il yarımdır ki, heroindən istifadə edir. O, heroini instaqram sosial şəbəkəsində tanış olduğu, ancaq görmədiyi qadınla əlaqə saxlayaraq sonuncunun qoyduğu yerdən götürüb, kartla ödəniş etməklə əldə etmişdir. Bu müddətdə istifadəsində ***-***-**-** nömrəsi olmuşdur. 13 yanvar 2022-ci il tarixdə saat 22-23 radələrində taksi ilə gedib Yasamal rayonunda yenidən sifariş etdiyi 10-11 qram heroini götürmüş və buna görə kart vasitəsi ilə 150 manat ödəmiş və elə getdiyi taksi ilə Sumqayıta qayıtmışdır. Həmin gün saat 24 radələrində Sumqayıtda o taksidən düşərkən saxlanılmışdır. Onun telefonunda yazışmalar olmuş, ancaq bunlar yalnız narkotikin alışı ilə bağlı olmuşdur. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə iclasında verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, təqsirləndirilən şəxs həqiqəti göstərmədən məsuliyyətdən yayınmağa çalışmış, yəni onun məhkəmədə verdiyi ifadəsi özünü müdafiə xarakterlidir. Belə ki, onun ittiham olunduğu cinayət əməlini təqsirli olaraq törətməsi məhkəməyədək icraat zamanı verdiyi qismən etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri, şəxsi müayinəsinə, telefonuna və telefon məlumatlarına baxış keçirilməsi, habelə ekspert rəyləri və digər sübutlarla tam təsdiq olunmuşdur. Məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittihamla özünü qismən təqsirli bilərək göstərmişdir ki, 14.01.2022-ci il tarixdə, təxminən 01:15 radələrində tanışı Fuad Musayevin idarə etdiyi "Toyota Prius" markalı 90-SM-İ30 dövlət qeydiyyat nişanlı avtomobildən Sumqayıt şəhəri, Koroğlu küçəsində düşdüyü zaman polis əməkdaşları ona yaxınlaşmış narkotik vasitələrin qəbulu və üzərində gəzdirməkdə şübhəli olduğu üçün onu saxlamışdılar və üzərində şəxsi axtarış aparılması üçün Sumqayıt ŞPİ- nə dəvət etmişdilər. Ona görə də o, onlarla razılaşdıqdan sonra polis idarəsində üzərində video çəkiliş vasitələrindən istifadə olmaqla şəxsi axtarış aparılacağını demişdilər, o da, buna etiraz etməmişdir. Həmin vaxt ona hüquq və vəzifələrinə dair bildiriş verilmiş və o, əvvəlcədən təqdim edilmiş növbədə olan vəkillərin siyahısından hüquqlarının müdafiəsi üçün seçdiyi vəkil X2 ona təqdim olunmuşdur. Daha sonra üzərində narkotik vasitələrin və digər qadağan edilmiş əşyaların olub-olmadığı ondan soruşulmuşdur. O da, əynindəki gödəkçəsinin sağ yan cibində saxlamış olduğu 1 ədəd şəffaf rəngli sellofan bükümünü təqdim etmiş, həmin sellofan bükümdə qəhvəyi rəngli narkotik vasitə olan heroin (kakos) olduğunu demişdir. Sorğu zamanı aşkar olunan maddənin narkotik vasitə olan "kakos" (heroini) telefon vasitəsi ilə internetdə tanış olduğu, özünü İran İslam Respublikasının vətəndaşı kimi təqdim edən şəxsdən aralarında olan razılaşmaya əsasən almağa razılaşmışdır. Ona görə də, həmin şəxs üzərində aşkar edilmiş narkotik vasitəni ona dəqiq yeri deyildiyi Bakı şəhəri, Yasamal rayonu ərazisində olan yerdən götürmüşdür. O, həmin şəxsdən narkotik vasitəni nisyə almış, gələcəkdə ona 200 (iki yüz) manat verəcəyini söz vermişdir. Daha sonra isə orada o, taksi şirkətində işləyən tanışı Fuada zəng etmiş və onu Sumqayıt şəhərinə aparmağını demişdir. Əlavə olaraq qeyd edərək, həmin vaxt onun üzərində narkotik vasitə olan heroini saxlaması barədə Fuadın heç bir məlumatı olmadığını bildirmişdir. Şəxsi axtarış zamanı üzərində aşkar edilmiş narkotik vasitə olan heroin elektron tərəzidə təhqiqatçı Elsəvər Quliyev tərəfindən çəkilmiş və çəkisi 12,68 qram olduğu müəyyən edilmişdir. Daha sonra üzərində aşkar edilmiş bir ədəd elektron tərəzi və narkotik vasitə kakos Azərbaycan Respublikası ƏN-nin MEM-na təqdim edilməsi üçün müvafiq qaydada qablaşdırılmış və üzərində şəxsi axtarış aparılması ilə bağlı protokol tərtib edilmiş, həmin protokol onlara ucadan oxunmuş və düz olduğu üçün tərəflərindən imza edilmişdir. Əlavə olaraq qeyd etmişdir ki, özünə məxsus "Nokia" markalı mobil telefonda İran İslam Respublikası vətəndaşı ilə "Whastapp" proqram vasitəsi ilə "Mehni Abla" və "Dəmir Qardaş" adlı şəxlərdən öz şəxsi istifadəsi üçün narkotik vasitələri almış, həmçinin özünə məxsus "Nokia" markalı mobil telefonda olan danışıqlar özünə məxsudu. 13.01.2022-ci il tarixdə saat 23 radələrində " Mehni Abla" Məryam adlı şəxs onun üçün narkotik vasitələri Yasamal rayonu ərazisində atdırmış və həmin yerin foto şəkilini və kordinatlarını ona "Whastapp" proqramına göndərmişdir. Oda həmin narkotik vasitələri sifariş etdiyi Toyota Prius markalı taksi ilə gedib oradan götürmüşdür. Məhkəmə iclasında şahid qismində Sumqayıt ŞPİ-nin CAŞ-nin əməliyyat müvəkkili Şahid1, kiçik inspektorları X3 və Şahid3 oxşar ifadələr verərək göstərdilər ki, daxil olmuş əməliyyat məlumatına əsasən keçirilən əməliyyat tədbiri çərçivəsində narkotik vasitələrin dövriyyəsində şübhəli bilinən Təqsirləndirilən şəxs 2022-ci ilin yanvar ayının 13dən 14-nə keçən gecə, yağışlı havada Sumqayıt şəhəri, “Dədə qorqud” şadlıq sarayının qarşısında “Toyota prius” markalı taksidən düşdükdən sonra saxlanılaraq Sumqayıt şəhər Polis idarəsinə gətirilmiş və orada olan xidməti otaqlardan birində üzərinə videoçəkliş aparılmaqla baxış keçirilib, ondan iş üçün əhəmiyyətli olan təxminən heroinə bənzər maddə aşkar edilmişdir. Təqsirləndirilən şəxs bu maddənin heroin olduğunu və onu Bakıdan götürdüyünü bildirib, həmin heroinin onun özünə məxsus olduğunu etiraf etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 14.01.2022-ci il tarixli, 6/253 nömrəli rəyindən görünür ki. tədqiqata təqdim edilmiş üzərində: «Azərbaycan Respublikası DİN-nin Zərflər üçün № 124” dairəvi möhür əksi olan “Saxlanılan şəxs Təqsirləndirilən şəxs” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə olan bir ədəd bükümdə təmiz çəkisi 11,803 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata sərf edildi – 0,05 qram, qalıq-11,753 qram təşkil edir. Məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-narkoloji mərkəzinin 12.03.2022-ci il tarixli, 1260 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opidodlərin birgə qəbulu və psixotrop maddə olan metamfetaminindən sui-istifadə edilməsi ilə nəticələnən asılılıq sindromu narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İstintaq zamanı Təqsirləndirilən şəxs üzərinə Sumqayıt ŞPİ-nin CAŞ-nin əməkdaşları tərəfindən şəxsi axtarış keçirilməsi barədə görüntünü əks etdirən disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. İşdə olan sənədlərdən görünür ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş, tədqiqat və istintaq zamanı aparılmış kimyəvi ekspertizalar nəticəsində qalıq xalis çəkiləri 11,753 qram çəkidə narkotik vasitə heroin maddi sübut kimi tanınmalı və məsul saxlanış üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Cinayət işində olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyar Statistik-informasiya idarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvələr məhkum olunmamışdır. Məhkəmə iclasında tədqiq edilmiş Təqsirləndirilən şəxs istifadəsində olmuş "Nokia" markalı mobil telefona baxış keçirilərmsinə dair protokoldan görünür ki, "Whatsapp" proqramndan təminatında +994-77-380-85-90" nömrə altında qeydə alınmış "Osmanlı" adlı profil mövcuddur, habelə +989-14-533-12-15 nömrə "Dəmir qardaş", +**********31 nömrə "Şirinov Ramil", +989-14-595-70-38 nömrə "Mehni Abla" profilləri ilə qadağan edilmioş basitlərin alqı-satqısı məzmununda əlaqə olmuş, o cümlədən yazılı mətnlər göndərilmişdir. Məhkəmə diqqətə alır ki, həmin protokolda "Osmanlı" ilə "Mehni Abla" profilləri arasında iş üçün əhəmiyyətli yazışma müəyyən olunur. Belə ki, 13.01.2022-ci il tarixdə saat 18:28-də «Osmanlı» profili «Mehni Abla» profilinə "Mümkün olsa bir ondan biraz bundan verərdiz. Bir nəfərdən 200 manat aldım nəsə deyib. Ancaq verdim sizə, yəni karta yüklədim. Ancaq heç nə verməmişəm. Nəsə versəydiz pakrıvat eliyərdik. Alacaqlar var. Alıb sizin borcunuzu verəcəm" məzmunlu səsli mesaj, saat 18:33-də «Mehni Abla» profili «Osmanlı» profilinə "Salam Elnur qardaş. Danışacam oreynan. 15 ondan, 5 ondan 20 sənə atsınlar götür. Heç Əmir bilməsin. Əmir deyir borc azalsın sonra. Məndə istəmirəm siz boş qalasız. Bilirsəndə 1250 borcun qalıbdı" məzmunlu səsli mesaj, 18:40-də «Osmanlı» profili «Mehni Abla» adlı şəxsə "Bu günə düzələr bacı?" məzmunlu səsli mesaj, saat 19:33-də «Mehni Abla» adlı şəxs «Osmanlı» adlı şəxsə "Bir saat sonra Elmler metrosunda ol" məzmunlu səsli mesaj, 23:04-də «Mehni Abla» profilinə göndərilmiş "Elmler metrosunu keçib üzü dövlet universitetine teref düz gelecek. Onu 30 metr keçib solda ağacın dibindedi qara skoçlu 15k 5p” və "Yolun kənarında olan ağaca istiqamətlənmiş bənövşəyi rəngli ox işarəsi" fotoşəkili, məkan barədə məlumatı «Osmanlı» profilinə, saat 23:20-də isə «Osmanlı» profili «Mehni Abla» profilinə "Götürdüm bacı” məzmunlu səsli mesaj göndərmişdir. İstintaq zamanı materiala əlavə edilmiş 02.02.2022-ci il tarixli 003-2049-1222 nömrəli məhktubla DİN-nin NHİX-dən daxil olmuş 01 (bir) ədəd CD diskə baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs əyləşdiyi "Toyota Prius" markalı **-SM-*** dövlət qeydiyyat nişanlı taksi kimi sifariş etdiyi avtomobilə 13.01.2022-ci il tarixdə saat 23:l5-də Bakı şəhəri, Yasamal rayonu Mətbuat prospekti "İmperator Mebel yaxınlığında" olduğu zaman Təhlükəsizlik Kamera sistemi vasitəsi ilə avtomobilin foto şəkili çəkilmiş, daha sonra isə həmin avtomobilə 13.01.2022-ci il tarixdə saat 23:39-da Bakı-Quba yolu 8 km Ekolgiya postu (Sumqayıt şəhər istiqaməti), 13.01.2022-ci il saat 23:57-də tarixdə Sumqayıt şəhəri NTS-Sülh küçəsi şəhərin girişi və çıxışında olmasıda TŞ kameralarından görünür. İbtidai istintaq orqanı Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham çərçivəsində düzgün olaraq belə nəticəyə gəlmişdir ki, "Whatsaap" proqram vasitəsində "Mehni Abla" adlı profildən Təqsirləndirilən şəxs profilinə yazan şəxs 13.01.2022-ci il tarixdə saat 23.04-də " 40°22 30.1 N 49°48'39.2"E " kordinatları göndərmiş və universitetin (BDU) yanınında ağacın altında qara skoçlu " 15k və 5p " olduğugunu yazmış, həmin kordinatlara "Google map" poroqram vasitəsi ilə baxdıqda görmək olur ki, Elnuı Osmanov sərnişin kimi əyləşdiyi "Toyota Prius" markalı 99-SM-İ30 dövlət qeydiyyat nişanlı taksi kimi sifariş etdiyi avtomobilə 13.01.2022-ci il tarixdə saat 23:15-də Bakı şəhəri, Yasamal rayonu Mətbuat propsekti " İmperator Mebel yaxınlığında" olduğu zaman Təhlükəsizlik Kamera sistemi vasitəsi ilə həmin "Toyota Prius" markalı avtomobilin foto şəkili çəkilmişdir. Ona görə də, Təqsirləndirilən şəxs 13.01.2022-ci il tarixdə saat 23 radələrində " 40°22'30.l"N 49°48’39.2"E " kordinatda olub oradan sonuncu üçün ağacın altına atılan narkotik vasitələrin götürməsi sübuta yetmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini təqsirli olaraq törətməsi məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu ilə tam sübut olunmuş və ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq, onun əməli CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsüf edilmişdir. Belə olan halda təqsirləndirilən şəxs ittham olunduğu CM-nin 234.4.1 və 234.4.3cü maddələri ilə təqsirli bilinib həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal himayəsində bir azyaşlı uşağının olmasıdır, cəzasını ağırlaşdıran hal isə müəyyən olunmamışdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən, CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halların və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də, başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Sadalananlara əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyini ilə bağlı məsələni müzakirə edərək bu qənaətə gəlir ki, ona təqsirli bilindiyi CM-nin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi qanuni, əsaslı və ədalətlidir. Məhkəmə qeyd edir ki, belə olan halda təqsirləndirilən şəxs azalıqdan məhrumetmə cəzasına məhkum olunmalı, CM-nin 56.1.1-ci maddəsinə əsasən ona təyin olunan azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməli, həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 14 yanvar 2022-ci il tarixdən hesablanmalıdır. Bundan əlavə məhkəmə hesab edir ki, CM-nin 93.1.2-ci maddəsinə müvafiq olaraq təqsirləndirilən şəxsə narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər təyin olunmalı və o, qeydiyyatda olduğu ərazi üzrə narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülməlidir. Maddi sübutlarla bağlı məhkəmə məsələni həll edərkən belə nəticəyə gəlir ki, Sumqayıt ŞPİ-də saxlanılan 1 ədəd bükümdə 11,753 qram çəkidə heroin əldə edildiyi mənbəyə dair ayrılmış cinayət işinin materiallarına əlavə edilməklə saxlanılmalı, iş üzrə maddi sübut olan, cinayət işinin materiallarına əlavə edilmiş 3 ədəd Kompakt Disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut olan və Siyəzən RPŞ-də saxlanılan 1 ədəd elektron tərəzi xüsusi müsadirə edilməklə əvəzsiz olaraq dövlət nəfinə alınmalı, habelə məhkəmə məsrəfini təşkil edən ekspertiza tədqiqatına sərf olunmuş 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutulmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməldir. Bundan əlavə məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Sumqayıt ŞPİdə saxlanılan “Nokia” markalı mobil telefon narkotik vasitələrin satışı zamanı istifadə edildiyinə görə xüsusi müsadirə edilməklə əvəzsiz olaraq dövlət nəfinə alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 7(yeddi) il 6(altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 14 yanvar 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan, Sumqayıt ŞPİ-də saxlanılan 1 ədəd bükümdə 11,753 qram çəkidə heroin əldə edildiyi mənbəyə dair ayrılmış cinayət işinin materiallarına əlavə edilməklə saxlanılsın. İş üzrə maddi sübut olan, Sumqayıt ŞPİ-də saxlanılan 1 ədəd “Nokia” markalı mobil telefon xüsusi müsadirə edilsin. İş üzrə maddi sübut olan, cinayət işinin materiallarına əlavə edilmiş 3 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 65 AZN (altmış beş manat) ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti ona verildiyi) andan 20 (iyirmi) gün müddətdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim «imza» Rəşad Əliyev Hakim «imza» Hafiz Əliyev Hakim «imza» Fəhmin Hümbətov Əsli ilə düzdür Sədrlik edən hakim Rəşad Əliyev
Məhkəmə qərarları › İş №1(124)-316/2022
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-316/2022
27.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver