Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-317/2024 23.05.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X2 (sədrlik edən), X6 və X3 ibarət tərkibdə, Məhkəmə iclas katibi – X4, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Müdafiəçi – Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, xx.xx.1981-ci il tarixdə Ermənistan Respublikası, Masis rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Sumqayıt şəhəri, Yaşıldərə bağlar massivi fərdi evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda yəni, 03 ədəd bükümdə ümumi təmiz çəkisi 5,592 qram çəkidə narkotik vasitə olan heroini əldə edib daşıyaraq üzərində saxlamış, 20 may 2023cü il tarixdə saat 22:05 dəqiqədə Sumqayıt Şəhər Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri, 3-cü məhəllə, 8/19 saylı binanın qarşısında saxlanılaraq Sumqayıt Şəhər Polis İdarəsinə gətirilib orada üzərinə şəxsi axtarış keçirilərkən əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən 03 ədəd bükümdə təmiz çəkiləri - 3,902 qram, 0,874 qram və 0,816 qram, ümumi təmiz çəkisi 5,592 qram olan qəhvəyi rəngli maddələr xarici əlamətlərinə və tərkibindəki kimyəvi komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü CM-in 234.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə təxminən saat 21-22 radələrində Sumqayıt şəhəri, 3-cü məhəllə, ərazisində olarkən 5 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini təqdim etdikdən sonra təzyiq göstərərək onu dartışdırmışlar. Həmin vaxt əli cibində olmuş və narkotik vasitəni çıxararaq yerə atmışdır. Polis əməkdaşları onun üzərindən narkotik vasitəni tapa bilmədikdə Şərail adlı polis əməkdaşı həmin yerə qayıtmış və 15-20 dəqiqədən sonra narkotik vasitəni taparaq gətirmişdir. Daha sonra onu yaşadığı evə gətirmişlər və evə baxış zamanı narkotik vasitə aşkar olunmamışdır. Gecə saat 1 radələrində müdafiəçinin iştirakı ilə çəkiliş olmuş və vəkil saatın 1 olduğunu vurğulayan zaman çəkiliş dayandırılmışdır. Daha sonra iştirakçılar arasında mübahisə düşmüş və onu çölə çıxarmışlar. 20-30 dəqiqə gözlədikdən sonra onu təzədən otağa gətirmişlər və cibinə narkotik vasitə qoyaraq çəkilişə davam etmişlər. İfadəsinin davamında ona ünvanlanan suallara cavab olaraq göstərmişdir ki, 2003- 2004-cü ildən heroindən istifadə edir. Həmin vaxt üzərində aldığı 01 qram narkotikin yarısı olmuşdur. O, narkotik vasitəni inyeksiya yolu ilə qəbul edirmiş, həmin narkotik vasitəni “Pərim” adında xanımdan əldə etmişdir. Ödəmə terminalı vasitəsi ilə həmin xanımın kart hesabına pul ödəmişdir. Həmin xanımla canlı görüşməmiş, ancaq telefon vasitəsi ilə əlaqə saxlamışdır. Həmin şəxs İran nömrəsi istifadə etmiş, onun istifadə etdiyi mobil telefon nömrəsi isə ********** olmuşdur. Barəsində həbs qətimkan tədbiri seçilən zaman hakimə hadisəni necə bildirdiyi yadında deyil. Arada bir metamfetamin istifadə etmişdir. Onu saxlayanlar Qurban, Əli, Şərail, Samir və ağ avtomobil istifadə edən şəxs olmuşdur. Onu axşam 21-22 radələrində saxlamışlar və gecə saat 1 radələrində üzərinə şəxsi axtarış keçirilmişdir. Polis idarəsində ona fiziki təsir göstərilmişdir. Üzərindən aşkar olunan 3 ədəd bükümün içərisində onun özünə məxsus büküm də olmuş və digərlərindən seçilmişdir. Ona yazılan SMSlər “tanıdığı şəxs varsa gedək narkotik vasitə alaq” məzmununda olmuş və həmin şəxslərə cavab verməmişdir. Ona evdən pul vermişlər ki, gedib narkotik vasitə alsın. Polis əməkdaşları ona təsir göstərdikləri üçün polis idarəsində olan zaman müdafiəçisinə narkotik vasitənin ona məxsus olmasına etiraz etməmişdir. Polis əməkdaşlarından biri əvvəlcədən ona narkotik vasitə ilə bağlı onu tutacağı barədə hədəqorxu gəlmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etməmişdir. İbtidai istintaq zamanı verdiyi ifadə ilə məhkəmədə verdiyi ifadə arasında ziddiyyət yarandığından məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və təqsirləndirilən şəxs həmin ifadəsində göstərmişdir ki, təxminən bir ay əvvəl o, sosial şəbəkədə özünü “Pərim” kimi təqdim edən bir qadınla tanış olmuşdur. Onun dəqiq adını bilməmişdir. Söhbət əsnasında o, onun narkotik vasitələrdən istifadə etdiyini öyrənmiş və əgər istəsə ona narkotik vasitə olan heroin verə biləcəyini demişdir. xx.xx.2023-cü il tarixdə təxminən saat 21-22 radələrində həmin şəxs ona “whatsapp” vasitəsi ilə gedəcəyi ünvanı (konum) göndərib ondan həmin ünvana gedib orada olan narkotik vasitə olan heroini götürməsini bildirmişdir. Bunun əvəzində o, həmin şəxsin ona verdiyi hesab nömrəsinə 120 manat göndərməli olmuşdur. O, deyilən yerə yəni, Qaradağ rayonu, “Meyvəli” bazarından Lökbatan qəsəbəsi istiqamətinə gedən yolun kənarına getmiş və oradan 03 ədəd bükümdə narkotik vasitə olan heroini götürüb üzərində saxlamışdır. Bundan sonra o, Sumqayıt şəhərinə qayıtmışdır. Sonra isə həmin şəxsin hesabına 120 manat göndərmiş, 30 manat isə borclu qalmışdır. xx.xx.2023-cü il tarixdə saat 22:05 dəqiqədə o, Sumqayıt şəhəri, 3-cü məhəllə, ərazisində yerləşən 8/19 saylı binanın qarşısında olarkən bir neçə mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini təqdim etmişlər və polis əməkdaşları olduqlarını bildirmişlər. Həmin şəxslər ondan adını və soyadını soruşduqdan sonra ona bildirmişlər ki, o, narkotik vasitələrin qəbulunda, qanunsuz üzərində gəzdirilməsində və satışında şübhəli bilinir. Buna görə də onun üzərinə şəxsi axtarış keçirilməsi üçün onu Sumqayıt Şəhər Polis İdarəsinə dəvət etmişlər. O, polis əməkdaşlarına heç bir etiraz etməmişdir. Bundan sonra onlar bir başa Sumqayıt Şəhər Polis İdarəsinə gəlmişlər. Polis İdarəsinə çatdıqdan sonra xidməti otaqların birində videoçəkiliş aparılmaqla ona hüqüq və vəzifələri ilə bağlı bildiriş, eləcədə hüquqlarını müdafiə etmək üçün siyahıdan seçdiyi Sumqayıt regional vəkil bürosunun vəkili X5 təqdim olunmuşdur. Bundan sonra ona üzərində olan əşyaları təqdim etməyini təklif etmişlər. O, əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən 02 ədəd şəffaf sellofan bükümü, 01 ədəd isə çəhrayı rəngli sellofan bükümü, sol yan cibindən isə özüvə məxsus 01 ədəd “Huawei” markalı mobil telefonu çıxarıb təqdim etmişdir. Polis əməkdaşlarının suallarına cavab olaraq bildirmişdir ki, bükümlərin içərisindəki narkotik vasitə olan heroindir və onu ‘Pərim” adlı şəxsin Qaradağ rayonu, Lökbatan qəsəbəsinə gedən yolun kənarında qoyduğu yerdən götürüb üzərində saxlamışdır. Bundan sonra üzərindən aşkar olunmuş narkotik vasitə olan heroin elektron tərəziyə qoyulub çəkilmiş və 1-ci büküm 4,39 qram, 2-ci büküm 0,90 qram, 3-cü büküm isə 0,94 qram olduğu müəyyən olunmuşdur. Bundan sonra isə həmin narkotik vasitə qablaşdırılaraq möhürlənmişdir. O, üzərimdən aşkar olunmuş narkotik vasitə olan heroinin çəkisi ilə bağlı heç bir etiraz etməmişdir. Bundan sonra narkotik vasitə olan heroinin ondan aşkar edilərək götürülməsi ilə əlaqədar protokol tərtib edilmişdir. Tərtib edilmiş protokolu onlar imzaları ilə təsdiq etmişlər. O, saxlanılarkən və polis İdarəsində olarkən ona qarşı heç bir təzyiq və qanunsuz hərəkətlər olunmamışdır. Narkotik vasitələrin satışı ilə məşğul olub- olmaması ilə bağlı suala cavab verərəkən bildirmişdir ki, o, narkotik vasitələrin alqı satqısı ilə məşğul olmamışdır. Ancaq istəyən şəxslərə pay vermişdir. O, polis əməkdaşları tərəfindən saxlanılarkən üzərində mobil telefon olmuş və üzərində 055 ***-**-** CİN mobil nömrəsi olmuşdur. O, üzərindən aşkar olunmuş narkotik vasitə olan heroindən bir neçə nəfərə istifadə etmələri üçün pay vermişdir. O, həmin şəxslərin adını bilməmişdir. Onlarla bazar tərəfdə təsadüfən görüşmüşdür. O, ‘Pərim” adlı şəxslə təxminən bir ay olarki tanış olmuşdur. Əvvəllər həmin şəxsdən narkotik vasitə almamışdır. O, onun adını və ünvanını bilməmişdir. Onun mobil nömrəsinin əvvəli 098 ilə başlamışdır, yəni bizim mobil operatorlara məxsus nömrə istifadə etməmişdir (cild 01, iş vər. 65-67). Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə axşam radələrində əməliyyat qrupu ilə birlikdə Sumqayıt şəhəri, 3-cü məhəllə ərazisində Təqsirləndirilən şəxs onlar tərəfindən saxlanılmışdır. Onlar özlərini təqdim edərək Təqsirləndirilən şəxs özünü təqdim etməsini bildirmişlər. Onlar onun qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama, gəzdirmə və satmaqda şübhəli bilindiyi üçün saxlanıldığını və bu səbəbdən videoçəkilişlə üzərində şəxsi axtarış aparılacağını izah edərək onu Sumqayıt Şəhər Polis İdarəsinə dəvət etmişlər. Ramil heç bir etirazının olmadığını bildirmişdir. Bundan sonra onlar birlikdə Sumqayıt Şəhər Polis İdarəsinə gəlmişlər. Polis idarəsində xidməti otaqlardan birində müdafiəçi və təhqiqatçının iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə heroinə bənzər maddə aşkar olunaraq götürülmüşdür. Ona ünvanlanan suallara cavab olaraq şahid bildirmişdir ki, əməliyyat məlumatı Şərail adlı polis əməkdaşına daxil olmuşdur. Əməliyyat məlumatı şəxsin narkotik vasitəni üzərində saxlaması, gəzdirməsi, istifadəsi və satışı barədə olmuşdur. Üzərindən aşkar olunan narkotik vasitə 3 bükümdə olmuş, həmin bükümlərdən biri fərqli rəngdə olmuşdur. Əlavə olaraq üzərindən telefon və bir ədəd ödəniş qəbzi aşkar olunmuşdur. Təqsirləndirilən şəxsin evinə baxış keçirilməmişdir. Şəxsin saxlanması ilə üzərinə baxış keçirilməsi müddətini xatırlamamış, amma aradakı müddət qısa olmuşdur. Həmin gün işdən evə 22:30-23:00 radələrində qayıtmışdır. Şəxs saxlanılan zaman ona heç bir təsir və təzyiq olunmamış, şəxs özü səmimi etiraf etmişdir. Şəxsi o, Əli və Şərail adlı polis əməkdaşları saxlamışlar. Şəxsi saxlayan zaman bir avtomobillə getmişlər və həmin avtomobillə şəxsi polis idarəsinə gətirmişlər. Şəxsin barəsində əməliyyat qeydiyyat işi açılmamış, təxirəsalınmaz əməliyyat təbirləri keçirilmişdir. Şəxs polis idarəsinə gətirildikdən sonra xidməti otaqda olmuş və onlar da şəxsin yanında olmuşlar. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 və Şahid2 ayrıayrılıqda Şahid3 ilə eyni məzmunlu ifadə verərək onun göstərmiş olduğu xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və həmin ifadəsində şahid göstərmişdir ki, o, Binəqədi rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1, 69.3-cü maddələri ilə təqsirli bilinərək 08 ay 28 gün müddətinə azadlıqdan məhrumetə cəzasına məhkum olunmuşdur. xx.xx.2023-cü il tarixdə o, 1 ay 21 gün müddətinə şərti olaraq vaxtından əvvəl azad edilmişdir. O, Sumqayıt şəhər sakini Təqsirləndirilən şəxs tanımır. 20 may 2023-cü il tarixdə saat 22:05 dəqiqədə Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 3-cü məhəllə, 8/19 saylı binanın qarşısında saxlanılaraq Sumqayıt Şəhər Polis İdarəsinə gətirilib orada üzərinə şəxsi axtarış keçirilərkən əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən 03 ədəd bükümdə təmiz çəkiləri - 3,902 qram, 0,874 qram və 0,816 qram, ümumi təmiz çəkisi 5,592 qram olan qəhvəyi rəngli maddələr xarici əlamətlərinə və tərkibindəki kimyəvi komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülməsi, eyni zamanda Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən üzərindən bir ədəd ödəniş qəbzinin aşkar olunması, qəbzdə M10 hesabı olan +994 99 ***-**-** mobil nömrəsinə xx.xx.2023-cü il tarixdə 120 manat göndərildiyini, Təqsirləndirilən şəxs ifadəsində ona verilmiş hesab nömrəsinə 120 manat pul göndərdiyini və əvəzində ona deyilən yerdən narkotik vasitə götürdüyünü, 994 99 ***-**-** mobil nömrəsi məlumat bazasında yoxlanılarkən həmin nömrənin onun adına olduğunun müəyyən olunması barədə verilən suala cavab olaraq bildirmişdir ki, onun istifadəsində belə bir mobil nömrə olmamışdır və o, heç kimə istifadə etmək üçün nömrə alıb verməmiş. Bundan başqa qeyd edilən tarixdə o, 14 sayh Cəzaçəkmə Müəssisəsində olmuşdur. Əlavə olaraq bildirmişdir ki, o, həbs olunmamışdan əvvəl şəxsiyyət vəsiqəsini itirmişdir. Hal-hazırda da yeni şəxsiyyət vəsiqəsi almaq üçün ASAN xidmətə müraciət etmişdir. Ola bilər ki, kimsə onun şəxsiyyət vəsiqəsindən istifadə edərək mobil nömrə almışdır (cild 01, iş vər. 125-126). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Raport”dan görünür ki, Sumqayıt Şəhər Polis İdarəsininə Sumqayıt şəhər 3-cü məhəllə ərazisində qanunsuz olaraq narkotik vasitələri üzərində gəzdirməsi, saxlaması və satışında şübhəli bilinən xx.xx.1981-ci ildə Ermənistan Respublikası Masis rayonunda anadan olmuş, Sumqayıt şəhəri 41-ci məhəllə ev 5B, mənzil 13-də qeydiyyatda olan və Sumqayıt şəhəri Yaşıldərə massivi fərdi evdə yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri üzərində gəzdirməsi, saxlaması və satması barədə məlumat daxil olmuşdur (cild 01, iş vər. 05). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsinə dair” qərardan görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək məqsədilə əməliyyat tədbirlərinin keçirilməsi qərara alınmışdır (cild 01, iş vər. 07). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Raport”dan görünür ki, Sumqayıt şəhəri, 3-cü məhəllə ərazisində qanunsuz olaraq narkotik vasitələri üzərində gəzdirməsi, saxlaması və satmasında şübhəli bilinən xx.xx.1981-ci ildə Ermənistan Respublikası Masis rayonunda anadan olmuş, Sumqayıt şəhəri 41-ci məhəllə ev 5B, mənzil 13-də qeydiyyatda olan və Sumqayıt şəhəri Yaşıldərə massivi fərdi evdə yaşayan Təqsirləndirilən şəxs ünvan 3 ünvanının yaxınlığında saxlanılaraq, Sumqayıt Şəhər Polis İdarəsinə gətirilmişdir (cild 01, iş vər. 10). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Şəxsi axtarış və götürmə haqqında” protokoldan görünür ki, həmin tarixdə polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, üzərinə şəxsi axtarış keçirilərkən əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 03 ədəd bükümdə təmiz çəkiləri - 3,902 qram, 0,874 qram və 0,816 qram, ümumi təmiz çəkisi 5,592 qram olan narkotik vasitə heroinə bənzər maddə aşkar edilərək götürülmüş, çəkilişin əks olunduğu CD disk cinayət işinin materiallarına əlavə olunmuşdur (cild 01, iş vər. 31-32). Cinayət işinin materiallarında olan məhkəmə-kimyəvi eskpertizasının xx.xx.2023-cü il tarixli 6/2930 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 03 (üç) ədəd bükümlərdəki təmiç çəkiləri - 3,902 qram, 0,874 qram, 0,816 qram, ümumi təmiz çəkisi 5,592 qram olan qəhvəyi rəngli maddələr xarici əlamətlərinə və tərkibindəki kimyəvi komponentlərinə görə eyni olan kustar üsuslla hazırlanmış narkotik vasitə - heroindir (cild 01, iş vər. 44-47). Cinayət işinin materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023cü il tarixli, 5164 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 01, iş vər. 132-133). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-nin 234.1, 234.4.1 və 234.4.4-cü maddələri ilə cinayət təqibinin başlanması rədd edilmişdir (cild 01, iş vər. 176-186). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarının 28-ci bəndində məhkəmələrin diqqətinə çatdırılır ki, Azərbaycan Respublikası CPM-nin 246.2.1ci maddəsinə əsasən məhkəmənin qərarı olmadan şəxsi axtarış şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə aparıla bilər. Azərbaycan Respublikası CPM-nin 153-cü maddəsinin mənasına görə isə tutulmuş şəxs təxirə salınmadan polis və digər təhqiqat orqanlarının müvəqqəti saxlama yerinə gətirilməli və onun tutulması müvafiq protokolla rəsmiləşdirilməlidir. Qanunun bu normalarının düzgün tətbiqi məsələsini nizama salmaq məqsədi ilə məhkəmələrə izah edilir ki, şəxsi axtarışın şübhəli şəxs qismində tutma protokolu tərtib olunmazdan əvvəl (şəxsi axtarış barədə məhkəmə qərarı olmadan) aparılması halı müəyyən edildikdə məhkəmə buna münasibətini bildirməli və bu yolla əldə olunmuş sübutların mümkünlüyü məsələsini Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinə uyğun olaraq həll etməlidir. Bununla bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi lazım bilir: İş materiallarından görünür ki, xx.xx.2023-cü il tarixdə Sumqayıt Şəhər Polis İdarəsininə Sumqayıt şəhər 3-cü məhəllə ərazisində qanunsuz olaraq narkotik vasitələri üzərində gəzdirməsi, saxlaması və satışında şübhəli bilinən xx.xx.1981-ci ildə Ermənistan Respublikası Masis rayonunda anadan olmuş, Sumqayıt şəhəri 41-ci məhəllə ev 5B, mənzil 13-də qeydiyyatda olan və Sumqayıt şəhəri Yaşıldərə massivi fərdi evdə yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri üzərində gəzdirməsi, saxlaması və satması barədə məlumat daxil olmuş, həmin tarixdə əməliyyat axtarış tədbiri keçirilməsi barədə qərar qəbul olunaraq şəxsin olduğu yer müəyyən olunmaqla Sumqayıt Şəhər Polis İdarəsinə gətirilmiş, şübhəli şəxs qismində tutulduqdan sonra müdafiəçinin də iştirakı ilə video çəkilişlə üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı üzərindən 03 ədəd bükümdə təmiz çəkiləri - 3,902 qram, 0,874 qram və 0,816 qram, ümumi təmiz çəkisi 5,592 qram narkotik vasitə heroinə bənzər maddə aşkar edilərək götürülmüşdür. Götürülmüş maddələr məhkəmə kimyəvi ekspertizasına təqdim olunaraq müvafiq rəy alınmışdır. Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə kollegiyası hesab edir ki, cinayət işi başlamamışdan əvvəl xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərək narkotik vasitə aşkar edilməsi zamanı cinayət-prosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarının 9-cu bəndinə əsasən, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə kollegiyası məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi onun ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə yanaşı, şahid ifadələri, ekspert rəyləri, habelə cinayət işinin materiallarında olan və biri digərini tamamlayan digər sübutlar vasitəsi ilə tam sübuta yetirilmişdir. Odur ki, ona qanunla müəyyən edilmiş qaydada ədalətli cəza təyin edilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı bildirdiklərinə gəldikdə isə məhkəmə kollegiyası təqsirləndirilən şəxs tərəfindən göstərilənlərə tənqidi yanaşır və qeyd edir ki, həmin xüsusatlar iş materialları ilə öz təsdiqini tapmamışdır. Belə ki, Təqsirləndirilən şəxs həm şübhəli şəxs qismində saxlanılarkən və üzərinə şəxsi axtarış keçirilərkən, daha sonra şübhəli şəxs qismində ifadə verərkən, habelə daha sonra təqsirləndirilən şəxs qismində dindirilərkən onun hüquqlarının qorunması məqsədi ilə ibtidai istintaq orqanı tərəfindən təmin olunmuş müdafiəçisi yanında olmuş, lakin bu barədə, yəni aşkar olunan narkotik vasitə heroinin çəkisinin polis əməkdaşları tərəfindən artırılması ilə bağlı müdafiəçisinə heç bir söz deməmiş, etirazını bildirməmiş, bundan əlavə barəsində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəmə qarşısına çıxarılarkən də bu barədə heç bir söz deməmişdir. Təqsirləndirilən şəxs bütün ibtidai istintaq müddətində deyil, yalnız məhkəmə istintaqı zamanı bu halı qeyd etmişdir ki, məhkəmə bu halın müdafiə taktikasından irəli gələn hərəkətlər olması qənaətindədir. Odur ki, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs məhkəmə istintaqı dövründə qeyd etdiklərinə müdafiə xarakterli ifadə kimi yanaşır, əksinə onun ibtidai istintaq zamanı müdafiəçinin də iştirakı ilə heç bir təsir və təzyiq altında qalmadan verdiyi ifadəsinin işin faktiki halları və mövcud sübutlarla üst-üstə düşdüyünü əsas götürərək, ona elan olunan ittihamın əsasına məhz onun ibtidai istintaq zamanı verdiyi ifadəsini qoyur. Təqsirləndirilən şəxs barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). Təqsirləndirilən şəxs təyin olunacaq cəza məsələsinə gəldikdə isə məhkəmə qeyd edir ki, CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarına əlavə edilmiş tələbnamədən və hökmlərin surətindən görünür ki, əvvəllər Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 05 ay 29 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.2019-cu il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Təqsirləndirilən şəxs sonuncu dəfə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 01 il 10 ay 12 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.2020-cu il tarixdə cəzasının sonu ilə azad olunmuş, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilmişdir (cild 01, iş vər. 108-110, 115-119). Təqsirləndirilən şəxs əməlində CM-in 59-cu maddəsində nəzərdə tutulan cəzasını yüngülləşdirən hallar, o cümlədən CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, habelə törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, eyni zamanda təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. İş materiallarına əlavə edilmiş şübhəli şəxsin tutulması haqqında protokoldan və Sumqayıt Şəhər Məhkəmənin xx.xx.2023-cü il tarixi qərarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və barəsində məhkəmə tərəfindən əvvəli həmin tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir (cild 1, iş vərəq 22, 78-80). Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən hesablanmalı, onun həbsdə saxlanıldığı bütün müddət ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Həmçinin məhkəmə kollegiyası cinayət işinin materialarında olan məhkəmə narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunmalı və o, yaşadığı ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. İş üzrə xüsusi müsadirənin əsasları müəyyən edilməmişdir. İş üzrə maddi sübut olan və Sumqayıt Şəhər Polis İdarəsində saxlanılan 5,442 qram çəkidə narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 02 ədəd diskin, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən götürülmüş 01 ədəd ödəniş qəbzinin iş materiallarında saxlanması nəzərə alınmalıdır. İş üzrə 92 AZN (doxsan iki manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barədə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, yaşadığı ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Sumqayıt Şəhər Polis İdarəsində saxlanılan 5,442 qram çəkidə narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 02 ədəd diskin, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən götürülmüş 01 ədəd ödəniş qəbzinin iş materiallarında saxlanması nəzərə alınsın. İş üzrə 92 AZN (doxsan iki manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına ödənilsin. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-317/2024
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-317/2024
23.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver