Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-319/2024 16.09.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X13 Nizami oğlunun sədrliyi, X10 və X9 ibarət tərkibdə, Məhkəmə iclas katibi - Feyzullazadə Əli Elşən oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər – Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Müdafiəçilər – Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1, Müdafiəçi2 və Müdafiəçi3, Təqsirləndirilən şəxslər – Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 iştirakları ilə, xx.xx.1982-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, barəsində xx.xx.2022-ci il tarixdə həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.4, 185.3.3-cü maddələri, xx.xx.1990-cı ildə Füzuli şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 2 ünvanda yaşayan, barəsində xx.xx.2022-ci il tarixdə həbsqətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.4, 185.3.3 və 234.1-ci maddələri, xx.xx.1989-cu ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 3 ünvanda yaşayan, barəsində xx.xx.2022-ci il tarixdə həbsqətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.4, 180.1, 185.3.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 5 saylı məhkəmə iclas zalında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında xx.xx.2022-ci il tarixdə, saat 22 radələrində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyinin Qusar rayonu Samur qəsəbəsində yerləşən terminalının qarşısında dayanmış Qusar rayonu, Samur qəsəbəsinin sakini Zərərçəkmiş şəxs1 sükan arxasında oturduğu “Opel Zafıra” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilini arxa oturacağında Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə birlikdə əyləşdikdən sonra hər üçü Zərərçəkmiş şəxs1 avtomobili Xaçmaz rayonu Nabran qəsəbəsinə sürməsini tələb etmiş, sonuncu bundan imtina etdikdə həyat üçün təhlükəli olan zor tətbiq edəcəkləri ilə hədəsi ilə Təqsirləndirilən şəxs2 üzərində gəzdirdiyi istintaq zamanı müəyyən edilməsi mümkün olmayan bıçağı, Təqsirləndirilən şəxs1 üzərində gəzdirdiyi soyuq silah hesab edilməyən turist bıçağını, Təqsirləndirilən şəxs3 isə istintaq zamanı müəyyən edilməsi mümkün olmayan əlindəki əsanın içində xüsusi quraşdırılmış şişi silah qismində istifadə edib Kamran Qarabəndini qorxutmaq üçün nümayiş etdirərək həmin alətlərlə sonuncuya xəsarət yetirəcəklərini deyərək hədələmələri ilə müşayiət edilən əməlləri nəticəsində Kamran Qərbəndi avtomobildən düşüb, oradan uzaqlaşmış, bundan sonra Təqsirləndirilən şəxs3 qeyd olunan müddətdə, həmin ünvanda qabacadan əlbir olduqları digər iştirakçılarının qəsdi ilə əhatə olunmayan ümumi niyyətdən kənara çıxaraq avtomobildən düşüb Kamran Qərbəndinin yanına gedərək əlində olan sonuncuya məxsus dəyəri 230 manat olan 01 ədəd “Redmi-10” markalı, “21061119AG” modelli, Çin istehsallı mobil telefonunu, həmin telefonun üzərindəki dəyəri 2 manat olan qoruyucu (kabro) və dəyəri 4 manat olan ***-***-**-** saylı GSM nömrə ilə birgə ümumilikə 236 manat dəyərində əmlakı əlindən alıb açıq talamaqla soyğunçuluq etmiş, geri qayıdaraq Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında talama məqsədi olmadan qanunsuz olaraq ələ keçirmək barədə razılaşdıqdan sonra qanunsuz olaraq ələ keçirmək barədə razılaşdırılmış Kamran Qərbəndiyə məxsus “Opel Zafıra” markalı avtomobilin ön sağ oturacağında Təqsirləndirilən şəxs3, avtomobilin sükan arxasında Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 isə avtomobilin arxa oturacağında əyləşdikdən sonra avtomobilin açarlarının avtomobildə olmasından istifadə edib, avtomobili həmin yerdən Quba şəhərinə sürməklə avtomobili talama məqsədi olmadan qanunsuz olaraq ələ keçirməklə Quba rayonu ərazisində idarə edib, Quba şəhərində yerləşən Qırmızı qəsəbə adlanan yerdə avtomobili bir evin qarşısında saxlayaraq avtomobildən düşdükdən sonra qapını bağlamaqla, avtomobilin açarını orada olan su motorunun altında gizlətməklə avtomobili saxladıqları, eləcə də avtomobilin açarının gizlətdikləri yer barədə əlbir olduqları Təqsirləndirilən şəxs3 istifadəsində olan mobil telefonundan zərərçəkmiş şəxsin istifadəsində olan mobil telefonuna zəng vurub, avtomobili, eləcə də avtomobili gizlətdikləri ünvan barədə məlumat verməklə avtomobili həyat üçün təhlükəli olan zor tətbiq etmə hədəsi ilə, talama məqsədi olmadan qanunsuz olaraq ələ keçirməklə qaçırmışlar. Bundan başqa Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək qərarına gəlmiş, bu məqsədlə gizli olaraq talamaq niyyəti barədə qabaqcadan razılaşdıqdan sonra xx.xx.2022-ci il tarixdə saat 22 radələrində Zərərçəkmiş şəxs1 məxsus Qusar rayonundan Quba şəhərinə sürüməklə talama məqsədi olmadan qanunsuz olaraq ələ keçirib qaçırdıqları “Opel Zafıra” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobili həmin gün saat 23 radələrində Təqsirləndirilən şəxs1 idarə etdiyi həmin avtomobili Quba şəhəri, Qırmızı qəsəbə, Mikayıl Müşfiq küçəsində yerləşən 11 nömrəli fərdi yaşayış evinin qarşısında saxlamış, avtomobilin salonundan özgəyə məxsus dəyərli əşya və pul vəsaitini Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3lə axtaran zaman aralarındakı razılaşmaya əsasən Təqsirləndirilən şəxs3 tərəfindən avtomobilin salonunda olan Zərərçəkmiş şəxs1 tanışı Zərərçəkmiş şəxs2 tərəfindən Rusiya Federasiyasında yaşayan övladına göndərilməsi üçün verilmiş, avtomobilin sürücü oturacağının yan hissəsindən üzəri bağlanmış və cib dəsmalına bükülmüş 317.000 rus rublu, hadisə gününün məzənnəsi ilə 9731,9 manat pulu və Zərərçəkmiş şəxs1 tanışı Zərərçəkmiş şəxs3 məxsus avtomobilin sürət qutusunun yan hissəsində saxlanılmış dəyəri 160 manat dəyərində 01 ədəd “Redmi-9” markalı, “M2006C3LG” modelli, Çin istehsallı mobil telefonunu, həmin telefonun üzərindəki dəyəri 2 manat olan qoruyucunu (kabro) və dəyəri 4 manat olan ***-***-**-** saylı GSM nömrəni, cəmi 166 manat, ümumilikdə 9897,90 (doqquz səkkiz yüz doxsan yeddi manat, doxsan qəpik) dəyərində özgənin xeyli miqdarda əmlakını oğurlamışlar, sonradan Bakı şəhəri Nəriman rayonu ərazisində istintaqa məlum olmayan ünvanda qrup üzvü olan Təqsirləndirilən şəxs3 tərəfindən ələ keçirilmiş pul vəsaitindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, hər birinə 105 000 rus rublu verməklə, pulun qalan hissəsini, eləcə də 01 ədəd “Redmi-9” markalı, “M2006C3LG” modelli, Çin istehsallı mobil telefonunu, həmin telefonun üzərindəki dəyəri 2 manat olan qoruyucunu (kabro) və ***-***-**-** saylı GSM nömrəni Təqsirləndirilən şəxs3 özü üçün götürüb, qabaqcadan əlbir olan bir qrup şəxslə birlikdə özgənin əmlakı gizli yolla talayıb xeyli miqdarda ziyan vurmaqla oğurlamışlar. Bundan başqa Təqsirləndirilən şəxs2, istintaqa dəqiq məlum olmayan vaxt və mənbədən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda, yəni ümumi təmiz çəkisi 0,08 qram çəkidə, 02 ədəd konvalyut kəsiyində üzərində “F/M40” göstəricisi olan 2 ədəd qəhvəyi rəngli dairəvi formalı dərman həbləri olan narkotik vasitə metadonu qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, bu barədə daxil olmuş məlumat əsasında 09 avqust 2022-ci il tarixdə, saat 19:30 radələrində Gəncə şəhər BPİ-nin 1-ci polis şöbəsinin CAB-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhəri, Şahsevənlər küçəsində saxlanılaraq Gəncə şəhəri, H.Əliyev prospekti 476 ünvanında yerləşən 1-ci polis şöbəsinə gətirilmiş, Polis Şöbəsinin inzibati binasında üzərində şəxsi axtarış aparılan zaman əynində olan əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 02 ədəd konvalyut kəsiyində üzərində “F/M40” göstəricisi olan 2 ədəd qəhvəyi rəngli dairəvi formalı dərman həblərindən ümumi təmiz çəkisi 0,08 qram çəkidə narkotik vasitə metadon aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.4, 185.3.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək sərbəst ifadəsində və ona verilən sualları cavablandırarkən bildirdi ki, hadisənin baş vermə gününü və saatını dəqiq xatırlamamışdır. Dostunun evinə qonaq gəlmiş və orada qalmışlar. Bəşir ona Qusar şəhərinə gedəcəyini bildirmişdir. Ona dostundan pul götürəcəyini bildirmişdir və o da həmin məqsədlə oraya getmişdir. Orada yüngül mübahisə düşmüşdür. Onlar avtomobildən düşmüşlər. O, Bəşiri əvvəldən tanımışdır. Şamili isə hadisədən əvvəl bir iş ilə bağlı yeni tanımışdır. O, şəxsi qarşılamış və onunla yemək yemişdir. O, Bakı şəhərində olmuşdur. Ona Qusara getmək istədiyini yemək yeyən zaman demişdir. Ona pul veriləsi bir nəfərin olduğunu bildirmişdir. Bəşir Şamillə birlikdə gəlmişdir. O, Bəşirə kimin borclu olması barədə maraqlanmamışdır. Onlar axşam tərəfi yola düşmüş və bir gün orada qalmışlar. Ondan sonra Bəşirlə avtomobilin sahibi görüşmüşdür. Yolun yarısında şəxs avtomobili saxlamış və onları aparmadığını bildirmişdir. Bundan sonra aralarında mübahisə olmuşdur. O, avtomobildən düşərək onları sakitləşdirmişdir. Əsa onda olmuşdur. Kamrana bıçaq göstərən şəxsi o görməmişdir. O özü şəxsə bıçaq göstərməmişdir. Kamranın əlindən telefonu alan şəxsi görməmişdir. Götürülən puldan nə qədərinin ona verildiyini dəqiq xatırlamamışdır. Təxminən 2000-3000 manat arası olmuşdur. Pulu ona ehtiyacı olduğu üçün vermişlər. Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.4-cü maddələri ilə özünü təqsirli bilməmişdir. Talama məqsədi olmadan avtomobili qaçırtmaqda özünü təqsirli bilmişdir. Onlar ora şəxsə zor tədbiq etmək üçün getməmişlər. Zərərçəkmiş şəxsdən pulu Bəşir götürmüşdür. Pulu götürəndə o görməmişdir. O, daha sonra telefonun və pulun götürülməsini bilmişdir. Ona 2000-3000 manat arası pul vermişdirlər. Pulun miqdarı dəqiq yadında qalmamışdır. Ona çatan hissədə ziyanı ödəmiş və zərərçəkmiş şəxslə barışıq əldə etmişdir. 105 min rus rublu miqdarında pul vermişlər. Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmə istintaqı zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğundan onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla araşdırılmışdır. Belə ki təqsirləndirilən Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsində özünü ona elan olunmuş ittihamlar üzrə qismən təqsirli bilərək göstərmişdir ki, Gəncə şəhərində yaşayan Bəşiri təxminən 5 ildir ki tanımış, onunla münasibəti yaxşı olmuşdur. Buna görə də 20 iyun 2022-ci il tarixdə Bəşir telefonla ona zəng etmiş, “Qusar rayonunda dindar bir oğlan var, onun pul borcu var, gedək onu götürək, onun ətrafında dindar şəxslər var, səni başa düşərlər" demişdir. Bu vaxt Bəşirə “gedək problem yoxdur, söhbət edərik” demiş, razılıq əldə olunduqdan sonra Bakı şəhərində “Şamaxinka” adlanan ərazidə Bəşirlə görüşmüş, onun yanında bir nəfər tanımadığı adını sonradan bildiyi Şamil adlı şəxs də olmuş, oradan birlikdə Qusar rayonu Samur qəsəbəsinə taksi ilə gəlmiş, xx.xx.2022-ci il tarixdə gecə saatlarında Samur qəsəbəsinə çatmış, orada hostel kimi istifadə edilən yerə getmiş, birlikdə gecə bir otaqda gecəmişlər. Həmin günün səhəri saat 10 radələrində yuxudan oyandıqdan sonra Şamil və Bəşirlə səhər yeməyi yemiş, saat 11 radələrində “Azpetrol”un yaxınlığına yaxınlaşmış, həmin vaxt Bəşir tərəfindən avtomobilinin qeydiyyat nişanı əvvəlcədən onlara deyilmiş, borclu olan Kamranı Bəşir və Şamillə birlikdə tapmış, onunla görüşmüş, həmin vaxt Kamrana “borclu olduğun 14.000 manat pulu verməlisən” demiş, Kamran isə həmin puldan bizə verəcəyini söyləmiş, qalanını isə Dağıstana borclu olduğu şəxsə göndərəciyini demişdir. Bundan sonra “votsap” vasitəsi ilə Dağıstanlı şəxslə canlı bağlantı ilə Bəşir Kamranı danışdırmış, bu vaxt Kamranın Bəşirin yanında olan Şamilə pul borclu olmadığını bilmiş, bu barədə Bəşirə iradını söyləmiş, “oranın borcuna görə məni bura niyə gətirmisən” demişdir. Bundan sonra Bəşir və Şamilə Nabrana gedəcəyini demiş, lakin onlar “biz də gələcəyik” dediyinə görə həmin ünvana getməkdən imtina etmişdir. Buna səbəb tanışının evinə Şamil və Bəşiri aparmaq istəməməsi olmuşdur. Həmin söhbətdən sonra Kamran 20- 25 dəqiqəyə qədər pul gətirə biləcəyi qədər pul gətirəcəyini söyləyib, anasının xəstə olduğunu deyərək oradan getmiş, getməzdən əvvəl Kamrana “get sonra görüşərik” demiş, Kamranın isə onlara “siz biryerdə oturun mənim adımdan nahar eləyin” dediyinə görə restoranlara yaxınlaşmış, lakin restoranlara Kamranın borcu olmasına görə onun hesabından onlara nahar verilməmişdir. Buna görə də yenidən hostelə qayıtmış, orada Kamranı gözləmiş, Bəşir bir neçə dəfə Kamrana zəng etmiş, onunla saat 22 radələrində əlaqə saxlamış, ona “haradasan gəl görüşək” demiş, onlar birlikdə “SDK” marektin yaxınlığında görüşmüşlər. Həmin vaxt onlar Kamranın avtomobilinə əyləşmiş, sonuncunun yanında Nadir adlı şəxs olmuş, avtomobilə əyləşdikdən sonra Kamran 20.000 rus rublu pulu Bəşirə vermiş, sonra o Bəşirdən həmin pulu alaraq öz cibinə qoymuşdur. Avtomobildə olan zaman Bəşir Kamrana “o qədər pulun qabağında bu nədir” söyləmiş, ona öz iradını bildirmiş, buna görə Kamran ona “kartla hissə-hissə Dağıstana olan borcumu göndərəcəm, hal-hazırda pulum yoxdur” demişdir. Bundan sonra Kamranın dələduz olması haqqında eşitdiyindən ona heçnə deməmiş, Kamran avtomobili Terminalın qarşısında saxlamış, bu vaxt Şamil və Bəşirlə birlikdə Kamrana və onun yanında olan Nairə “avtomobili sürün bizi Qubaya düşürün, oradan biz taksi ilə gedəcəyik” demiş, lakin onlar qulaq asmamış, avtomobildən düşüb qışqırıq-haray salmağa başlamışlar. Onlar haray salmasın deyə onların arxasınca Bəşir və Şamil düşmüş, sonra Quba şəhərinə getmək üçün Kamranın avtomobilinə əyləşib avtomobili işə salaraq oradan aparmış, Bəşir və Şamil də avtomobildə olmuş, Quba şəhərində yerləşən Qırmızı qəsəbə adlanan yerdə avtomobili bir evin qarşısında saxlamış, həmin vaxt içəridə olan bar hissəni Bəşir açmışdır. Bəşir bar hissəyə baxaraq orada milli pul axtarmış, taksiyə vermək üçün bunu etsə də, lakin bar hissə də pul tapa bilməmişdir. Avtomobildən düşdükdən sonra qapını pultla bağlamış, pultu da orada olan su motorunun altında gizlətmişdir. Həmin vaxt o, Şamil və Bəşirə “zəng edin maşını buradan götürsünlər” demişdir. Bundan sonra Bakı şəhərinə getmək üçün birlikdə Quba şəhərinə gəlmiş, tanımadıqları “Mersedes” markalı taksi ilə Bakı şəhərinə getmişlər. Gedərkən yolda Bəşir ön oturacaqda əyləşmiş, Bəşirə zəng gəlmiş, avtomobilin sahibi Bəşirə nə dediyini eşitməmiş, amma Bəşir onlara “avtomobili gəlin Nabrandan götürün” demişdir. Bundan sonra Bəşir telefon danışığını bitirmiş, həmin vaxt ona “de gəlib avtomobili Qubadan götürsünlər” demiş, lakin Bəşir ona qulaq asmamışdır. Bakı şəhərində olan zaman Bəşir və Şamil ona “biz ona zəng edə bilmirik, onların telefonlarını Qubada maşından götürmüşük” söyləmişlər. Bundan əsəbləşərək Bəşir və Şamilə “camaatın telefonunu niyə götürmüsünüz” demiş, həmin vaxt onlar da telefonları satıb pula çevirəcəyik söyləmişlər. Buna görə də Bəşirdən ona aid olan barsetkanı götürmüş, avtomobildən götürülmüş telefonlarda orada olmuşdur. Bakı şəhərində Bəşir və Şamildən ayrılmış, həmin telefonları saxlanılarkən polis bölməsində Nərimanovun əməkdaşlarına təhvil vermiş, Bəşirdən götürdüyü 20.000 rus rublunu isə xırdalayaraq xərcləməyə cibinə qoymuşdur. xx.xx.2022-ci il tarixdə günorta saatlarında Bəşirə zəng etmiş, ona artıq zəng çatmamışdır. Avtomobildə olan 317.000 rus rublundan xəbəri olmamış, həmin pulların Bəşirgilin tərəfindən götürülməsini, amma bundan məlumatı olmadığını demişdir. Həmin vaxt ancaq 20.000 rus rus rublu pulu Kamrandan avtomobildə Bəşir vasitəsi ilə götürmüş, avtomobildə olan telefonları satmaq üçün Bəşir və onun yanında olan Şamil götürmüş, bundan ancaq Bakı şəhərində xəbər tutmuşdur. Avtomobili qaçırmaqda məqsədi Quba şəhərinə getmək olmuş, başqa heç bir məqsədi olmamış, əlində bıçaqla onlara zor tətbiq etməmiş, Bəşirin əlində olan əsada şişin olmasını görmüşdür. Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.4, 185.3.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək sərbəst ifadəsində və ona verilən sualları cavablandırarkən bildirdi ki, 2022-ci ildə Təqsirləndirilən şəxs3 ona zəng etmiş və Qusar rayonunda bir nəfər üçün iş gördüyünü, həmin adamın ona pul verməli olduğunu, bununla bağlı oraya getməli olduqlarını bildirmişdir. Ona görüşməyi təklif etmiş və görüşmək üçün Bakı şəhərinə gəlmişlər. Bakı şəhərində olarkən birlikdə yemək yemişlər. Onlar Bəşirin dediyi yerə gedərək onunla görüşmüşlər. Onlardan zərərçəkmiş şəxsə heç bir zərər dəyməmişdir. Şəxs avtomobildən düşərək getmək istəmədiyini bildirmişdir. Onlar avtomobilə əyləşmişlər. Daha sonra da avtomobil saxlayaraq zərərçəkmiş şəxsə gəlib avtomobilini götürməsini demişlər. Avtomobildə Bəşir pul tapmışdır. Bu pul zərərçəkmiş şəxsə məxsus olmuşdur. Onlar həmin pulu avtomobildən götürmüşlər. Onlar o pulu oğurlamamışlar. Həmin pulu borcun əvəzi olaraq götürmüşlər. Narkotiklə bağlı dörd və ya beş il bundan qabaq travmalarının olduğunu bildirmişdir. Dərmanlarından arada istifadə etmişdir. Onu saxlayaraq Polis Bölməsinə gətirmişlər. Onun üzərindən özünə məxsus iki ədəd narkotik maddə aşkar olunmuşdur. O gedəndə onun üzərində bıçaq olmamışdır. İstintaqa verdiyi ifadəni qismən təsdiq etmişdir. O, zərərçəkmiş şəxsə qarşı bıçaq nümayiş etdirməmişdir. Şəxsin telefonunu Təqsirləndirilən şəxs3 götürmüşdür. Götürülmüş puldan ona 1000-1500 manat pul çatmışdır. Ona çatan hissədə zərər ödənilmişdir. Narkotiklə bağlı hissəni də etiraf etmişdir. Onlar əvvəlcə şəxsdən onları avtomobillə aparmasını təklif etmişlər. Şəxs əvvəlcə onları aparmağa razılaşmış, lakin bir az yol gedəndən sonra onları aparmaqdan imtina etmişdir. Mübahisə olandan sonra onlar bir-birilərindən uzaqlaşmışlar. Bundan sonra onlar şəxsin avtomobilinə əyləşərək çıxıb getmiş və şəxsə avtomobili şəhərin girişində götürməsini söyləmişlər. Zərərçəkmiş şəxsə qarşı zor tətbiqi və ya onu zorla avtomobilindən düşürməkləri ilə bağlı hərəkətlər etməmişlər. Avtomobildən düşdükdən sonra bir və ya iki dəqiqəlik mübahisə olmuşdur. Zərərçəkmiş şəxs orada hay-küy salaraq köməyə digər şəxsləri çağırmamışdır. Avtomobildə əvvəlcə beş nəfər olmuşlar. Daha sonra zərərçəkmiş şəxs çıxıb getmiş və onlar açarı avtomobilin üzərində gördükdən sonra avtomobili götürərək çıxıb getmişlər. Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmə istintaqı zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğundan onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla araşdırılmışdır. Belə ki, təqsirləndirilən Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.4, 185.3.3 və 234.1-ci maddələri ilə elan edilmiş ittihamla özünü qismən təqsirli bilərək göstərmişdir ki, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 onun dostlarıdır. Onun Bəşir və Qədir ilə əvvəllər aralarında düşmənçilikləri və ədavətləri olmamışdır. Bəşir bir müddət imiş ki, Kamran adlı şəxslə görüşmək istəyirmiş. Həmin şəxs Bəşirin Rusiya Federasiyasında yaşayan tanışına pul borclu imiş. Təxminən 14.000 manat onların arasında pul məsələsi var imiş. Buna görə də o, Bəşir və Qədirlə birlikdə Kamranla görüşməkdən ötrü xx.xx.2022-ci il tarixdə gecə saatlarında Qusar şəhərinə getmişlər. Onlar Qusarda hostel kimi yerə gedib bir gecə otaqda gecələmişlər. Səhəri gün saat 10 radələrində yuxudan oyanmış və birlikdə səhər yeməyi yemişlər. Həmin günü Bəşir saat 16 radələrində “Azpetrolun yaxınlığına yaxınlaşmış orada borclu olan şəxsin maşının nömrəsini söyləmiş, o Şamil ilə birlikdə Bəşirin dediyi yerə gedib Kamranla görüşmüşlər. X26 adlı şəxsə olan 14.000 manat pulu onlara verməsini bildirmişdir. Kamran isə həmin puldan bir qədərini onlara verəcəyini, qalan hissəsini isə Dağıstana borclu olduğu şəxsə göndərəciyini demişdir. Həmin vaxt Bəşir mobil telefonun Vatsap proqramı vasitəsi ilə Kamranı Dağıstanda yaşayan Elçin adlı şəxslə də danışdırmışdır. Bundan sonra Qədir ona və Bəşirə onlardan ayrılıb Nabranda yaşayan tanışının yanına gedəcəyini bildirmişdir. Onlar da, Qədirə Nabrana birlikdə getmələrini təklif etdikdə, Qədir Nabrana getmək fikrindən daşındığını bildirmişdir. Bundan sonra Kamran onlara 20-25 dəqiqəyə verə biləcəyi qədər pul gətirəcəyini deməklə anasının xəstə olduğunu bildirmişdir. Qədir də, Kamrana “anan xəstədir get sonra görüşərik” demişdir. Sonra Kamran onlara əli ilə göstərdiyi kafeyə yaxınlaşıb çörək yeməyi təklif etmişdir. Onlar Kamranın dediyi kafeyə yaxınlaşmış və onlara Kamranın özünün kafeyə pul borcu olduğunu bildirərək, onlara yemək verməyəcəklərini bildirmişlər. Bundan sonra onlar yenidən hostelə qayıtmış orada Kamranın gəlməyini gözləmişlər. Bəşir də, bir neçə dəfə Kamrana zəng etmişdir. Həmin gün xx.xx.2022-ci il tarixdə Bəşir Kamrana 22 radələrində zəng edərək danışmış, sonuncu Bəşirə SDK marektin yaxınlığında görüşməyi təklif etmişdir. Onlar qeyd olunan marketin yanında Kamranın avtomobilinə əyləşmişlər. Həmin vaxt avtomobilin salonunda Kamranın yanında adını sonradan bildiyi Nair adlı şəxs olmuşdur. Onlar maşına əyləşmiş Kamran, 20.000 rus rublu pul Bəşirə vermiş, Bəşir də, Kamrandan pulu götürdükdən sonra ona vermişdir. Həmin vaxt Bəşir Kamrana “o qədər pulun qabağında bu nədir gətirmisən” demişdir. Bəşir də, Kamrana, hissə-hissə kartla borclu olduğu pulu Dağıstana göndərəcəyini və hal-hazırda pulunun olmadığını bildirmişdir. Onlar artıq Kamranın dələduz olması barədə eşitdiklərindən sonuncuya heç nə deməmiş və o maşınını terminalın qarşısında saxlamışdır. Sonra onlar Kamrana onları Bakı şəhərinə getməkdən ötrü aparıb Quba rayonu ərazisində düşürtmələrini bildirmişlər. Lakin Kamran və Nair onlara məhəl qoymayaraq maşından düşüb qışqırmaqla haray salmağa başlamışlar. Həmin vaxt sonuncuların arxası ilə Bəşir və o düşmüşlər ki, səs-küy yaratmasınlar. Bu vaxt Qədir Kamranın maşınının sükanına oturmuş və sonuncu onları çağıraraq avtomobilə minməyi bildirmişdir. Qədir Quba şəhərində yerləşən Qırmızı qəsəbə adlanan yerdə maşını bir evin qarşısında saxlamışdır. Həmin vaxt Bəşir avtomobilin bar hissəni sındırıb axtarış aparmışdır. Onlar maşından düşdükdən sonra Qədir qapıları pultla bağlamışdır. Avtomobilin açarını da, yaxınlıqda olan su motorunun altında gizlətmişdir. Sonra Qədir onlara Kamrana zəng edib avtomobili saxladığı yerin izah etməyi və avtomobili gəlib götürmələrini bildirmişdir. Onlar birlikdə Bakı şəhərinə getmək üçün Quba şəhərindən “Mersedes” markalı taksi ilə Bakı şəhərinə getmişlər. Yolda olduğu zaman Bəşir qabaqda oturmuş və həmin vaxt ona zəng gəlmiş, maşının sahibinin Bəşirə nə dediyini eşitməmişdir. Amma Bəşir mobil telefonda ona zəng edən şəxsə avtomobili Nabrandan götürmələrini bildirmişdir. Telefon danışığını bitirdikdən sonra Qədir Bəşirə avtomobili Quba rayonu ərazisində saxladığını, avtomobili Quba rayonu ərazisindən aparmalarını bildirmişdir. X21q asmamışdır. X27 mobil telefonları da, götürdüyünü bilmişdir. Həmin vaxt Qədir Bəşirə iradını bildirmişdir. Bəşir də, Qədirə telefonu satıb pul edəcəyini bildirmişdir. Yolda Qədir 20.000 rus rublunu xırdalayıb pulu cibinə qoymuşdur. Həmin puldan onları Quba rayonu ərazisindən Bakı şəhərinə gətirdən taksi sürücüsünə, eləcə də, ərzaq malları mağazasından aldığı ərzaqa xərcləmişlər. Onlar Qədirin Bakı şəhəri Nərimanov rayonu ərazisində kirayə tutduğu evdə gecələmişlər. Ertəsi günü yəni 22 iyun 2022-ci il tarixdə saat 09 radələrində onlar yuxudan oyanmış və Bəşir Qədirə rus pulu verərək, həmin pulu Kamrana məxsus Opel makalı avtomobilin sərnişin oturacağının yanından götürdüyünü bildirmişdir. Sonra Qədir pulu saymış və pulun 317.000 min rus rublu olduğunu müəyyən etmişdir. Bəşirin təklifi ilə onlar pulu üç yerə bölmüş və onun payına 105.000 rus rublu düşmüşdür. Sonra Bəşir və o, Qədirin kirayədə yaşadığı mənzili tərk edib getmişlər. O sonradan Qədirin polis tərəfindən tutulduğunu eşitmişdir. 12 avqust 2022-ci il tarixdə Qusar rayon polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılmışdır. Kamrana məxsus avtomobili qaçırmaqda məqsədləri Quba şəhərinə gedib oradan taksi ilə Bakı şəhərinə getmək olmuşdur. Onların həmin avtomobilə dair digər məqsədləri olmamışdır. Avtomobildən aşkar edilmiş 01 ədəd bıçaq ona nümayiş etdirilmiş və bıçaq ona məxsus olmadığını bildirmişdir. Hadisə zamanı onun üzərində 01 ədəd bıçaq olsa da, o həmin bıçağı aşkaranə şəkildə nümayiş etdirməmiş və həmin bıçağı kimsə görməmişdir. Onlar taksi ilə Bakı şəhərinə geri qayıdan zaman o Sumqayıt şəhəri yaxınlığında bıçağı avtomobilin yan şüşəsini aşağı edib yolun kənarına atmışdır. Hadisə zamanı Qədirin əlində bıçaq və ya kəsici-deşici aləti görməmişdir. Bəşirin əlində isə əsa var imiş. Həmin əsanın ucunda bıçaq da, var imiş. Kamran və Nair özləri maşından düşüb haray salmışlar. Lakin aralarında bir müddət dartışma olmuşdur. O Kamrana və Nairə bıçaq çəkməmişdir. Bir müddət avtomobildən düşərkən belində olan bıçağı çıxarıb yenidən həmin yerə qoymuşdur. Bundan başqa hərdən baş ağrıları olduğuna görə narkotik vasitə heroindən istifadə etmişdir. 31 iyul 2022-ci il tarixdə saat 16 radələrində Bakı şəhərində yerləşən Beynəlxalq avtovağzalın yaxınlığında olan zaman yerdə 3 ədəd qəhvəyi-qızı rəngli həb olduğunu görmüş və diqqətini cəlb etmişdir və həmin həblərin nə olduğuna baxmaq istəmişdir. Həmin həbləri yerdən götürüb baxmış və üzərində olan yazılardan həmin həblərin onun baş ağrılarına yaxşı təsir edə biləcəyini anlamışdır. Əvvəllər bir tanışı həmin həblərin ağrıkəsmə üçün yaxşı təsir etdiyini ona demişdir. O, özü istifadə etmək üçün həmin həbləri götürüb özündə saxlamışdır, həmin həblərdən birini hissə-hissə istifadə etmiş, iki ədəd isə özündə qalmışdır. O xx.xx.2022-ci il tarixdə saat 19:30 radələrində Gəncə şəhəri Şahsevənlər küçəsində piyda gəzən zaman mülki geyimli şəxslər ona yaxınlaşaraq özlərini təqdim etmiş, polis əməkdaşları olduqlarını deyərək onu saxlamışlar. Narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu polis əməkdaşları ona deyərək onu polis idarəsinə gətirmişlər. Polis şöbəsində ona hüquqlarını müdafiə etməsi üçün vəkil seçməyə şərait yaradılmış və o, təqdim edilən vəkillərin siyahısından hüquqların müdafiə etmək üçün vəkil X4 xahiş etmişdir ki, hüquqları dövlət hesabına sonuncu, müdafiə etsin. Bundan sonra seçdiyi vəkil X22 dəvət olunaraq ona təqdim olunmuşdur. Bundan sonra vəkilinin iştirakı və vidoçəkiliş vasitəsi ilə üzərində şəxsi axtarış keçiriləcəyi bildirildi, həmin vaxt ona hüquqları izah olunmuşdur. Şəxsi axtarış keçirilməmişdən qabaq polis əməkdaşları ona üzərimdə qanunla saxlanılması qadağan edilmiş və ya dövriyyəsi məhdudlaşdırılmış hər hansı bir əşya varsa çıxarıb təqdim etməyi, əks təqdirdə üzərinə məcburi şəxsi axtarış keçiriləcəyini bildirmişlər. O da artıq polis əməkdaşlarının üzərində saxladığı narkotik vasitədən xəbərlərinin olmasını bilmiş, polis əməkdaşlarına yalan danışmağın mənasız olmasını başa düşmüş və məcbur qalıb əynində olan göy rəngli cins şalvarın sağ yan cibində saxladığı narkotik vasitə metadon həbini 02 ədəd listdə çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Həmin vaxt polis əməkdaşlarına bildirmişdir ki, təqdim etdiyi həblər narkotik vasitə metadondur, onu təxminən 10 gün bundan qabaq Bakı şəhərində yerdən tapmış, 03 ədəd list olmuş, 01 ədəd listini özü istifadə etmişdir, qalanını isə ehtiyac olanda özü üçün istifadə etmək məqsədi ilə üzərində saxlamışdır. Həmçinin həmin həbdlərdən bu günə qədər heç kimə satmadığını, heç kimə pay olaraq, borc olaraq vermədiyini bildirmişdir. Bundan sonra həmin həblər elektron tərəzidə çəkilmiş və ümumi çəkisi 1,2 qram olmuşdur. Bundan sonra polis əməkdaşları tərəfindən həmin həblərin tərkibinin və miqdarının dəqiq müəyyən edilməsi üçün ekspertizaya təqdim etmək məqsədi ilə qablaşdırılaraq götürülmüş və üzəri möhürlənərək imzalarla təsdiq olunmuşdur. Bundan başqa üzərində şəxsi axtarış keçirilməsi ilə əlaqədar protokol tərtib edilmiş, protokol doğru tərtib edildiyi üçün protokola o da imza etmişdir. Daha sonra ekspertizanın rəyi gəlmiş, həmin rəy ona elan edilmiş və rəydə göstərilmişdir ki, şəxsi axtarış zamanı üzərindən aşkar olunaraq götürülmüş həblərin ümumi təmiz çəkisi 0,08 qram olmaqla narkotik vasitə metadondur. Onun digər yerdə saxladığı narkotik vasitə, psixotrop maddə, eləcə də, qanunla dövriyyəsi qadağan edilmiş əşyası yoxdur. O, üzərindən aşkar edilmiş narkotik vasitə metadonu şəxsi istifadəsi üçün üzərində saxlamışdır və onu satmaq niyyəti olmamışdır. Təqsirləndirilən şəxs3 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.4, 180.1, 185.3.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək sərbəst ifadəsində və ona verilən sualları cavablandırarkən bildirdi ki, onlar çoxdandır giriş və çıxış etmişlər. O zəng vuraraq problemləri aradan qaldırmasını və ona zənglərin gəldiyini, müxtəlif sözlərin deyilməsini bildirmişdir. Ən sonda məcbur olub və ona zəng vurmuşdur. Onunla görüşərək məsələni yoluna qoymağı istəmişdir. Ona o uşağın axmaq olduğunu və işdən uzalaşdırılacağını demişdir. O da öz növbəsində şəxsin verəcəyinin olduğunu və onu ödəməsini istəmişdir. Şamil onun çoxdan tanıdığı şəxsdir. O, Şamilə getmək lazım olduğunu demişdir. Qədiri aparmaq fikri olmamışdır. Qədir özü onlarla getmək istəmişdir. Ondan sonra onlar birlikdə getmişlər. Əsa onda olmuşdur. Əsa ittihamda göstərilən kimi olmuşdur. Əvvəllər məhkumluğu olmuşdur. Kamranın ona borcu olmuşdur. O əsgərlikdə Rusiyada olmuşdur. Atası özü orada işləmişdir. Avtomibilin oturacağının aşağısından pulu götürmüşdür. Ön oturacaqda oturmuşdur. O, pulu götürəndə digər şəxslər görməmişdir. Onlar avtomobildən düşüb getmək istəyəndə pulu görmüşdür. Pulları şəxslərin arasında bölüşdürmüşdür. O, gömrükdə rəsmi olaraq bu işlə məşğuldur. Zərərçəkənə dəyən zərər ödənilmişdir. Onun 2 yaşlı bir oğlu vardır. Təqsirləndirilən şəxs3 ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmə istintaqı zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğundan onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla araşdırılmışdır. Belə ki, təqsirləndirilən Təqsirləndirilən şəxs3 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.4, 180.1, 185.3.3cü maddələri ilə elan edilmiş ittihamla özünü qismən təqsirli bilərək göstərmişdir ki, Gəncə şəhər Nizami rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.2, 127.2.3, 221.2.1-ci maddələri ilə təqsirli bilinib, 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 onun dostlarıdırlar. Onun Şamil və Qədir ilə əvvəllər aralarında düşmənçilikləri və ədavətləri olmamışdır. Rusiya Federasiyasının Dağıstan Respublikasında yaşayan Elçin adlı şəxslə münasibəti olduğundan sonuncu ona 2022-ci ilin may ayının əvvəllərində Vatsap proqramı vasitəsi ilə Qusar rayonunun Samur qəsəbəsində yaşayan Kamran adlı şəxsin ona pul təxminən 500.000 rus rublu pul borcu olduğunu bildirmişdir. Elçin hər dəfə onunla danışan zaman sonuncu ondan Kamrandan həmin pulu götürməyini xahiş edirmiş. O da buna görə 2022-ci ilin iyun ayının əvvəllərində Kamranla mobil telefon vasitəsi ilə danışıb sonuncudan pulun verilməsini xahiş etmişdir. Lakin Kamran bir neçə dəfə danışsa da ona qulaq asmadığını görüb özü qərara almışdır ki, Kamranla üzbəüz söhbət edib pulu alsın. Buna görə 2022-ci ilin iyun ayının 20-də dostu Şamilə məsələni izah edib Bakı şəhərinə gəlmişdir. Şamil özü də onunla gəlmək istədiyini söyləmişdir. Onlar Bakı şəhərinə gəlmiş orada onun tanışı Qədirlə görüşərək yemək yemiş, yemək zamanı o Qədirə demişdir ki, Şamillə birlikdə Qusar rayonuna Kamran adlı şəxsdən pul almağa sonuncunun tanışı Elçinə borcu olduğunu bildirmişdir. Həmin vaxt Qədir pulun ona çatacağını demişdir. Həmin vaxt Qədirdə, ona birlikdə getməyi təklif etmişdir. O Qədirə bu barədə razılıq verdikdən sonra həmin gün Bakı şəhərindən Samur qəsəbəsinə taksi ilə getmişlər. Onlar xx.xx.2022-ci il tarixdə gecə saatlarında gəlib Qusar rayonu Samur qəsəbəsinə çatmış, orada hostel kimi yerə getmiş bir gecə otaqda gecələmişlər. Səhəri gün saat 10 radələrində yuxudan oyanmış və birlikdə səhər yeməyi yemişlər. Saat 12 radələrində birinci tək özü “Azpetrol’un yaxınlığına getmiş,orada telefonuna kontur vurmuşdur. Həmin vaxt Şamil və Qədir isə hosteldə imişlər. Bundan sonra o həmin yerdə Kamranın maşının nömrəsini soruşmuş və sonuncunun avtomobilinin orada dayandığını görmüşdür. O, həmin yerdə dayanaraq siqaret çəkmiş, bu vaxt görmüşdür ki, Kamran başqa bir avtomobildən düşərək öz maşınının yanına gəlir. O Kamranı canlı telefonla danışan zaman və votsap şəkillərindən gördüyündən tanımışdır. Bunun üçün o avtomobilə yaxınlaşan zaman Kamrana özünü təqdim etmiş və sonuncuya, mən “Bəşirəm gəncədən gəlmişəm borclu olduğun pulun məsələsini həll etməyə” demişdir. Sonra Kamranın avtomobilinə əyləşmiş həmin vaxt birbaşa canlı olaraq Elçinə zəng etmişdir və sonuncu ilə Kamranı danışdırmışdır. Elçin Kamrana “pulu artıq Bəşirə borclusan mənə verməyə ehtiyac yoxdur. Pulu Bəşirə qaytar bu gündən pulun sahibi odur” demişdir. Danışığı bitirdikdən sonra Kamran “Anam xəstədir mən evə getməliyəm gələcəm söhbət edərik” demişdir. Həmin vaxt o mobil telefonla Qədir və Şamili də yanına çağırmış, sonuncular gələn kimi birlikdə Kamrana mədəni şəkildə izah etmişlər ki, pulun heç olmasa bir hissəsini qaytarmalısan. Lakin Kamran olara işlərinin olduğunu, bir-iki saata görüşəcəklərini bildirmişdir. Sonra o dəfələrlə Kamrana zənglər etmiş və Kamran telefona cavab verərək hər dəfəsində 20 dəqiqəyə orada olacağını bildirmişdir. Saat 22 radələrində Kamran onların yanlarına gəlib çıxmış və onlar Kamranla Samur qəsəbəsində Gömrük postunun yaxınlığında “SDK” marektin yanında görüşmüşlər. Görüş zamanı Kamran maşınından düşüb ona 20.000 rus rublu uzadaraq “bu qədər tapmışam, artıq düzəldə bilmədim” demişdir. O həmin vaxt Kamrana “Sən bizi ələ salmısan gəlirəm-gəlirəm deyərək saatlarla bizi burada gözlətmisən gətirdiyin pul da borcunun 10 faizini etmir” demişdir. Bundan sonra onlar maşına minmiş həmin vaxt Kamranın yanında bir nəfər tanımadığı, adını sonradan bilkdiyi Nair adlı şəxs də əyləşmişdir. Onlar maşında olan zaman Kamran pulu uzadaraq arxa hissəyə vermiş, ya Qədir, ya da Şamil pulu Kamrandan götürmüşdür. Onların ciblərində pul qalmadığından həmin pulu onlar götürmüşlər. O maşında Kamrandan onları Nabrana aparmaqlarını xahiş etmişdir. Lakin Kamran öz bildiyini deyərək avtomobili saxlamış və onları aparmaq istəmədiyini söyləmişdir. Bu vaxt onun əlində əsa var imiş. Əsanın uc hissəsi yəni tutacağı burulma açılırmış onun içərisində bizə bənzər metal deşici hissə var imiş. Həmin vaxt Kamranı qorxutmaq üçün o əsanın biz hissəsini sonuncuya nümayiş etirirmiş və demişdir ki, “sən çox alçaq adamsan”. Həmin vaxt Kamran avtomobili terminalın qarşısında saxlayıb aşağı düşmüşdür. Kamrandan qabaq da maşın dayandığından sonuncu avtomobildən aşağı düşəndə o da, həmin Kamran tərəfdən maşından düşmüşdür. Kamran cibində olan mobil telefonu əlinə götürən zaman o, sonuncunun əlindən dartıb telefonu almış və telefonu cibinə qoymuşdur. Sonra o Kamrana “Gəl otur maşına sür gedək Nabrana” demişdir. X28 birlikdə ona getmək istəmədiklərini deyərək onlardan kənara yəni terminal tərəfə getmişlər. Sonra Qədir avtomobilin sükanına əyləşmiş və onlar üçü də, Kamranın yanından uzaqlaşmışlar. Avtomobili Qədir idarə etmiş, avtomobil tərpənən kimi o qışqıraraq “Nabrana gəlin” demişdir. Avtomobillə Quba rayonu ərazisinə getmiş, avtomobili qəsəbə kimi bir yerdə saxlamışlar. O avtomobilin bar hissəsinə baxmış, həmin vaxt hətta bar hissəsinin qapağı qopub yerə düşmüşdür. O avtomobildə heçnə tapa bilməmiş, avtomobildən yerə düşmək istəyərkən qapı ilə oturacaq arasında qara rəngli dəsmal görmüş və ona baxış keçirən zaman pulun olduğunu görmüşdür. O, həmin vaxt rezinlə bağlı pulları götürmüşdür. Avtomobilin açarlarını yaxınlıqda olan evin qarşısında olan su sayğacının yanına qoymuşlar və həmin yerdən ayaqla getmişlər. Körpünü keçdikdən sonra oradan taksi taparaq avtovağzala gəlmişlər. Onlar birlikdə həmin yerdən Bakı şəhərinə getmək üçün tanımadığı taksiyə minmişlər. Onlar birlikdə Bakı şəhərinə yola düşərkən yolda onun Kamrandan götürdüyü mobil telefona zəng gəlmiş və telefona cavab vermişdir ki, “Nabrana gəlin”. Bundan sonra Bakı şəhərində Şamil və Qədir birlikdə Nərimanov rayonu ərazisində Qədirin kirayəyə götürdüyü evə getmişlər. Kamrandan aldığı 20.000 rubldan taksinin gediş haqqını ödəmiş və ərzaq malları mağazasından su və yemək aldıqdan sonra Qədirin kirayə götürdüyü evə daxil olub yatmışlar. Ertəsi günü yəni xx.xx.2022-ci il tarixdə onlar yuxudan oyanmış və Kamrana məxsus avtomobildən götürdüyü 317 min rus rubulunu masanın üzərinə qoyaraq Şamil və Qədirə həmin pulları Kamranın avtomobilindən oturacağın kənarından götürdüyünü bildirmişdir. Sonra o Qədirdən pulu üç yerə bölməyi xahiş etmişdir. Qədir özünə 105 min, Şamilə də, 105 min rubl pul vermişdir. Yerdə qalan pulu isə o götürmüşdür. Telefonlar və 20.000 rus rublundan qalan qalıq pul isə Qədirdə qalmışdır. Telefonların biri maşında, digəri isə o özü Kamrandan götürmüşdür. Bundan sonra o Şamil birlikdə Qədirdən aralaşıb Bakı şəhəri ərazisində gəzməyə getmişdir. Onlar Bakı şəhərində gəzdikdən sonra Şamildən ayrılmış, həmin hadisədən sonra nə Şamili nə də Qədiri görməmişdir. Gəncə RPİ-nin əməkdaşları tərəfindən saxlanıldıqdan sonra onu xx.xx.2022-ci il tarixdə Qusar RPŞ-nin əməkdaşların təhvil vermişlər. Avtomobili qaçırmaqda məqsədləri Quba şəhərinə gedib oradan taksi ilə Bakı şəhərinə getmək olmuşdur. Digər məqsədləri olmamışdır. O, əsəbləşib avtomobildə əlində olan əsanın deşici hissəsini Kamrana göstərib sonuncuya onları Nabrana aparmasını bildirmişdir. Kamrana başqa zor tətbiq etməmişdir. Avtomobildə olan bıçaq ona nümayiş etdirilmiş həmin bıçağın kimə məxsus olduğunu bilməmişdir. Qədirin və Şamilin bıçaq çıxardaraq Kamranı və Nairi hədələmələrini o görməmişdir. Hadisə zamanı soyuq silaha bənzər şiş olan əsanı yol Bakı şəhərinə gedən zaman yol kənarına atmışdır. Zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 sərbəst ifadəsində və ona verilən sualları cavablandırarkən göstərmişdir ki, Rusiya Federasiyası Dağıstan Respublikasında yaşayan əvvəllər tanıdığı “Elçin” adlı şəxsə 150.000 rubl (2500 manat) pul borclu olmuş, həmin şəxsə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyinin Qusar rayonu Samur qəsəbəsində yerləşən terminalında İşlədiyi vaxt “TİR”larin sığortalanması ilə əlaqədar borcu qalmışdır. Borcun qaytarılmasına görə Elçin adlı şəxs telefon nömrəsini Bəşirə vermişdir. 21 iyun 2022-ci il tarixdə, saat 16 radələrində o, Quba şəhərindən tanışı ilə Qusar rayonu Samur qəsəbəsində yerləşən “Azpetrol” yanacaq doldurma məntəqəsinin qarşısına gəlmiş, orada avtomobildən düşüb öz avtomobili tərəfə, yəni “Opel-zafira” markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanına getmiş, həmin vaxt avtomobilin yanında adını sonradan bildiyi Bəşirin olduğunu görmüş, avtomobilə yaxınlaşan zaman Bəşir “oturaq sənin avtomobilinə səninlə söhbətim var” demiş, biraz sonra zənglə ora digər iki tanışını çağırmış, sonra hər iki şəxs ora gəlmiş, onlarda avtomobilə əyləşmiş, orada Bəşir “sənin Elçinə olan borcun bizə iki qat formada çatacaq, sən o, pulu bizə verməlisən” demişdir. Həmin vaxt Bəşir və onun yanında olan şəxslərə “axşam görüşərik, hal-hazırda mənim işim var” söyləmiş, ora gələn iki nəfərdən birinin adı Qədir digərinin isə Şamil olmuş, Qədir saqqalı olmuş, onlarla razılaşdıqdan sonra oradan çıxıb getmişdir. Həmin gün saat 17 radələrində həmkəndlisi Nairlə Xaçmaz şəhərinə getmiş, yola düşməzdən əvvəl yaşadığı evdən həmin şəxslərə vermək üçün 20.000 rus rublu götürmüşdür. Xaçmaz şəhərinə gedərək orada olan işlərini bitirdikdən sonra Nairlə birlikdə yaşadıqları kəndə qayıtmış, yolda votsap vasitəsi ilə bir neçə dəfə Təqsirləndirilən şəxs3 zəng etmiş, bununla yanaşı tanışı Zaur da telefonla zəng edərək oğluna çatdırılmalı pulu ona vermək istəməsini bildirmişdir. Buna görə də Samur qəsəbəsində yerləşən Terminalda tanışı Fərmanla görüşmüş, həmin şəxs telefonunu onun avtomobilinə şarj etmək üçün qoymuş, daha sonra Samur Gömrük postunun yaxınlığına gəlmiş, orada Zaurla görüşmüş, Nairin yanında 317.000 rus rublu pulu saymaqla həmin şəxsdən təhvil almış, sonra pulları cibinə qoymuşdur. Həmin vaxt Zaur pulu Rusiya Federasiyasına oğlunun toy mərasimi ilə əlaqədar göndərməli olmuş və tanışları ilə yola salmasını xahiş etmişdir. Bundan sonra Zaurdan götürdüyü rezinlə bağlanılmış pulları cibində saxlamış, daha sonra avtomobildə olan zaman saat 22 radələridə votsap vasitəsi ilə Bəşir zəng etmiş, onunla danışmış, həmin şəxsin dediyi yerə “SDK” marketin yanına getmiş, Şamil, Bəşir və Qədiri avtomobilə mindirməmişdən əvvəl pulları iki oturacağın arasında olan saxlama yerinə qoymuşdur. Həmin şəxslər bundan sonra onlarla terminal tərəfə getmiş, ön oturacaqda dostu Nair oturmuş, həmin vaxt yolda 20.000 rus rublu çıxararaq Bəşirə vermiş, onlar avtomobilin Nabrana sürülməsini tələb etmiş, o, avtomobili Nabrana sürməyərək terminalın yanında saxlamış, avtomobildən düşmək istəmiş, onlar buna imkan verməmişdir. Bundan sonra Bəşir əlində olan əsasının tutacağında silah qismində istifadə edilən şiş kimi aləti üstünə tutaraq “Bizi Nabrana apar, avtomobildən düşmə” demişdir. Bu vaxt hər üç şəxs həmin formada Nair və ona “Nabrana getməliyik” deyərək təzyiq etmişlər. Həmin vaxt Zaurun pulunu gizli şəkildə yanında oturmuş Nairə ötürmüş, o, həmin pulları özü tərəfdə oturacağın yanında saxlamış və Nair “Fərmanın telefonu məndədir, gedib qaytarım” demiş, lakin onlar razı olmamış, “bizi Nabrana aparmalısınız” demişlər. Bundan sonra avtomobildən Nairlə birlikdə düşmüş, Qədir onun tərəfə getmiş və Nairi həmin yerdən getməyə qoymamışdır. Həmin vaxt Bəşir və Şamil onun tərəfə gəlmiş, onlar hər ikisi biri əlində olan əsanın şiş kimi hissəsini və digəri isə əlində olan bıçaqla “bizi Nabrana aparın, bizə problem yaratmayın, kimə istəsəniz deyin amma faydası yoxdur” deyərək öz sözlərini təkrar etmiş və bu vaxt onun əlindən telefonu qəfildən götürmüş özündə saxlayaraq qaytaracam demişdir. Bu vaxt onların əlindən kənara çıxaraq Nairlə birlikdə qışqıraraq terminal tərəfə qaçmış, kömək çağırmış, “terminal”a gedərək həmkəndlisi Tərlana bu barədə bildirmiş, həmin şəxs onunla zarafat etdiyini düşünmüş, ona əhəmiyyət verməmiş, lakin oradan kömək gələnə qədər Bəşirgili avtomobili idarə edərək həmin yerdən uzaqlaşmışlar. Həmin vaxt avtomobili qaçıran şəxslər onlara “Nabrana gəlin” demişlər. Onların avtomobili qaçırdıqlarını görmüş, bu barədə Azərbaycan Respublikası DİN-nin “102” xidməti zəng mərkəzinə məlumat vermiş, həmin vaxt Nair pulların da avtomobildə qalmasını söyləmiş, bununla yanaşı “Redmi 10” markalı telefonunun və tanışları Fərmana məxsus “Redmi 9” markalı digər mobil telefonun da avtomobildə qalmasını bilmişdir. Buna görə də bir neçə saat sonra avtomobilin Quba şəhəri Qırmızı qəsəbə adlanan yerdə tapılması müəyyən edilmiş, həmin şəxslərin pulları və avtomobildə olan telefonları da alaraq oradan getmələri, həmin vaxt avtomobilin salonunda aşkarlanan 01 ədəd bıçağın kimə aid olmasını bilməmiş, hətta onlar getdikdən sonra tanışı Abduləzizin mobil telefonu ilə avtomobildə qalan telefonuna zəng etmiş, onlara sonuncu harada olmasını söyləmiş, onlardan kimsə “Nabrana gəl” deyib telefon danışığını saxlamışdır. Həmin vaxt avtomobilin bardoçokunun üst qapağı yapışqanından qoparılmış, avtomobildə axtarış aparılmış, lakin avtomobilə heç bir maddi ziyan dəyməmişdir. Avtomobilindən baxış keçirilən zaman aşkar olunmuş 01 ədəd bıçaq ona məxsus deyil. Bəşir, Şamil və Qədir ondan pulu aldıqdan sonra maşını Nabrana sürməyini tələb etmişlər. Onlar getmək istəməyən zaman Nairə bıçaq göstərərək onları buna məcbur etmişlər. Lakin onlara bıçaq və şiş kimi aləti nümayiş etdirib onlardan pul tələb etməmişlər. Bəşir əlində olan şişlə onu maşından düşərkən telefonunu qəfildən əlindən almış, ancaq Nabrana getmələrini söyləmişlər. Onlar maşınında olan ona məxsus olan 2021-ci il tarixdə aldığı 550 manatlıq “Redmi” mobil telefonunu və Fərman adlı şəxsə məxsus “Redmi” markalı telefonunu da maşında olmaqla götürüb çıxıb getmişlər. Bəşir Qədir və Şamil hər üçü birlikdə ondan avtomobili Nabrana sürməyini tələb etmişlər. Bəşir telefonu onun əlindən qəfil almışdır. Avtomobilimin bardoçokun üz qapağını kleydən qoparsalar da, o qapağı yerinə bərkidən kimi, üzərində olan kley üz qapağını bardaçoka yenidən yapışdırmışdır. Ona nümayiş etdirilən alətlərin bıçaq olduğunu bilsə də, hava qaranlıq olduğuna görə mən həmin bıçaqların əlamətlərini və xarici görünüşləri yadında saxlamamışdır və həmin bıçaqları görəcəyi təqdirdə o bıçaqları tanıya bilməz. İş üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2022-ci il tarixli 9/4677 nömrəli rəyi ilə razıdır. Rəy ilə bağlı hər hansı bir vəsatəti və əlavəsi yoxdur. Təqsirləndirilən şəxs3 ona zəng etmiş və Gəncəli olduğunu bildirmişdir. Telefonda onun olduğu ünvana gələcəyini demişdir. Azpetrolun yaxınlığında olan banka getmiş və qayıdanda avtomobilin qarşısında kiminsə dayandığını görmüşdür. Həmin şəxs ona bir məsələnin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs2 ilə Təqsirləndirilən şəxs1 gələndən sonra məsələni ona danışmışdır. 150 min rublluq bir məsələnin olduğunu demiş və Təqsirləndirilən şəxs3 pulu ondən götürməyə gəlmişdir. O da 20 min rubl verərək getməsini istəmişdir. Axşam vaxtı ondan avtomobili qabağa sürməsini demiş və bıçağı çıxararaq böyrünə dayamışdır. O da avtomobil saxlayaraq yerə düşmüş və söhbət etmişlər. Avtomobildən düşəndə açarı götürməyi unutmuşdur. Avtomobilin markası “Opel” olmuşdur. O digər şəxslərin yanına keçəndə avtomobili işə salaraq qaçmışdırlar. O digər şəxslərin yanına kömək çağırmağa getmişdir. Bıçağ ona göstəriləndə avtomobildə olmuşdur. Nair onun dostudur. Nair onun sağ tərəfində oturmuşdur. Təqsirləndirilən şəxslərin hər biri arxada oturmuşdur. O hadisədən qabaq Təqsirləndirilən şəxs3 20 min rubl vermişdir. Onun pul qabısı avtomobildə olmuşdur. Avtomobilin saxlanc yerində olan 9500 manat olmuş, lakin həmin pullar ona məxsus olmamışdır. Onun özünə məxsus telefonu da avtomobilin içərisində olmuşdur. Avtomobili Qubada saxlamışdır. Avtomobili polislər axtarıb tapmışlar. Təqsirləndirilən şəxs1 hərəkətləri ilə Təqsirləndirilən şəxs3 hərəkətləri eyni olmuşdur. Ondan pul yox, avtomobili sürməyi tələb etmişlər. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 valideynləri ona 7000 manat pul qaytarmışlar. Təqsirləndirilən şəxs3 ona pul qaytarmamışdır. O, Təqsirləndirilən şəxs3 şikayətçidir. Pulu qaytarılacağı halda şikayətçi olmayacağını bildirmişdir. Onlar Nairi avtomobildən düşməyə qoymamışlar. Onları Qubaya aparmağı xahiş etmişlər. O da onlara özlərinin getməsi üçün pul təklif etmişdir. Təqsirləndirilən şəxs3 əlində bıçaq olmuşdur. Hadisədən sonra o həmin günü Şöbədə olmuşdur. Təqsirləndirilən şəxs3 ona bıçaq doğrultmuşdur. Digər şəxslərdə bıçaq olmasına baxmayaraq ona bıçaq doğrultmamışdırlar. Hər üçünün əlindəki bıçaqlar açılmış vəziyyətdə olmuşdur. Zərəçəkmiş Zərərçəkmiş şəxs1 təqsirləndirilən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ona dəymiş ziyanın 7000 manat hissəsini qaytardıqları üçün onlardan şikayətçi olmadığını bildirmişdir. Həmçinin təqsirləndirilən Təqsirləndirilən şəxs3 ona dəymiş ziyanın qalan hissəsini qaytarmadığı üçün ondan şikayətçidir. Zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 sərbəst ifadəsində və ona verilən sualları cavablandırarkən göstərmişdir ki, doğma oğlu Farid Rusiya Federasiyasında karantindən əvvəl qalmış, evlənmək üçün orada hazırlıq görmüş, buna görə də oğluna Mahaçqala şəhərinə pul göndərməli olmuşdur. Bununla əlaqədar həmkəndlisi Kamranın “Tir” yük avtomobillərinin sığortası ilə məşğul olduğundan, ona 21 iyun 2022-ci il tarixdə, saat 21 radələrində Qusar rayonu Samur qəsəbəsində 317.000 rus rublu pul vermiş və həmin istiqamətdə gedən tanış şəxslərlə oğluna pulu çatdırmasını söyləmişdir. Həmin vaxt Kamran razılaşmış, heç bir problem yoxdur deyib pulu götürmüş, pulu götürən zaman Nair və Kamran bir yerdə olmuşdur. Onlar Kamranın maşını ilə pulu götürüb çıxıb getmiş, təxminən 2 saat sonra polis əməkdaşları ona zəng etmiş, hadisə ilə bağlı məlumat vermiş, Kamran və Nair pulun maşında qaldığını, maşının isə naməlum şəxslər tərəfindən qaçırıldığını söyləmişlər. Ona nümayiş etdirilən alətlərin bıçaq olduğunu bilsə də, hava qaranlıq olduğuna görə mən həmin bıçaqların əlamətlərini və xarici görünüşlərini yadında saxlamamışdır və həmin bıçaqları görəcəyi təqdirdə belə o bıçaqları tanıya bilməyəcəyini bildirmişdir. İş üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2022-ci il tarixli 9/4677 nömrəli rəyi İlə razıdır. Rəy ilə bağlı hər hansı bir vəsatəti və əlavəsi yoxdur. O vaxtın məzənnəsinə uyğun olaraq 10 min manat olmuşdur. Pul 317 min rus rublu olmuşdur. Pulun hamısı geri qaytarılmışdır. Şikayətçi deyil. O, pulu Kamrandan almışdır. Hadisədən iki ay sonra Kamran pulu ona qaytarmışdır. Təqsirləndirilən şəxslər ona beş min manat pul qaytarmışdır. Pulları ona Şamil ilə Qədir qaytarmışdır. O təkcə Təqsirləndirilən şəxs3 pulunu tələb etmiş və ondan şikayətçi olmuşdur. 21 iyun 2022-ci ildə ona pul qaytarılmışdır. Sərhəd Buraxılış məntəqəsində pulu ona qaytarmışdırlar. Təqsirləndirilən şəxslərlə o barışmışdır. O, təqsirləndirilən şəxsləri birinci dəfə görmüşdür. Zərərçəkmiş şəxs2 təqsirləndirilən şəxslərdən şikayətçi olmadığını bildirdi. Məhkəmə istintaqı zamanı ölkə hüdudlarından kənarda olduğu üçün proses iştirakçılarının ümumi razılığına əsasən ifadəsi elan olunmaqla araşdırılmış Zərərçəkmiş şəxs3 sərbəst ifadəsində və ona verilən sualları cavablandırarkən göstərmişdir ki, Kamran və Nairlə sinif yoldaşı olmuş, münasibətləri yaxşı olmuş, o, Qusar rayonu Samur qəsəbəsində yerləşən terminalda dönərxanada işləmişdir. 21 iyun 2022-ci il tarixdə saat 21 radələrində işlədiyi yerin qarşısına Kamran İdarə etdiyi “Opel” markalı avtomobili ilə gəlmiş, onun yanında Nair də olmuşdur. Həmin vaxt telefonun şarjı zəiflədiyindən Kamrandan icazə alaraq telefonu onun avtomobilində şarj doldurma cihazına qoşmuş, bundan sonra işlədiyi dönərxanaya qayıdaraq dönər satmaqla məşğul olmuşdur. Həmin yerdən gəldikdən biraz sonra Kamranın avtomobilinin orada olmadığını görmüş, biraz sonra gələcəklərini, lakin onların gəlmədiyini görmüş, təxminən 30 dəqiqə sonra Kamranın avtomobilinin qaçırılmasından xəbər tutmuşdur. Avtomobil qaçırılan zaman 5-6 ay əvvəl 300 manata aldığı “Redmi 9A” markalı mobil telefonuda avtomobildə qalmışdır. İş üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2022-ci il tarixli 9/4677 nömrəli rəyi ilə razıdır. Məhkəmə istintaqı zamanı ölkə hüdudlarından kənarda olduğu üçün proses iştirakçılarının ümumi razılığına əsasən ifadəsi elan olunmaqla araşdırılmış Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 21 iyun 2022-ci il tarixdə, saat 17 radələrində Qusar rayonu Samur qəsəbəsində yaşadığı evdə olan zaman tanışı Kamran ona zəng etmiş, küçəyə çıxmasını bildirmiş, bundan sonra küçəyə çıxaraq onun avtomobilinə əyləşmiş, onlar avtomobil ilə Xaçmaz şəhərinə getmək üçün yola düşmüş, həmin yerdə işinin olmasını bildirmişdir. Həmin vaxt Kamranla Xaçmaz gedərkən, sonuncu yolda “mənim yanıma, borclu olduğum Elçin adamlar göndərib, onlar borcu istəyirlər” demişdir. Onlar Xaçmaz şəhərinə gedib axşamüstü yenidən Qusar rayonu Samur qəsəbəsinə qayıtmaq üçün yola düşmüş, bu vaxt yolda Kamranın votsapına həmin şəxslər zəng etmiş, Kamran onlara cavab verərək gələcəyini söyləmişdir. Bundan sonra Samur qəsəbəsinə gələrək Terminalda Fərmanla görüşmüş, o telefonunu Kamranın avtomobilinə şarj etmək üçün qoymuş, bundan sonra Samur Gömrük postunun qarşısına Kamranla birlikdə getmiş, həmin vaxt saat 21-22 radələri olmuş, orada Zaur həmkəndliləri Kamrana 317.000 rus rublu pul sayaraq vermiş, həmin pulları Kamran öz cibinə qoymuş, bundan sonra “SDK” marketin yaxınlığına getmişlər. Həmin vaxt Kamran, Elçin adlı Dağıstan vətəndaşına pul borclu olması ilə əlaqədar Gəncə şəhərindən gələn şəxslərə 20.000 rus rublu pul verəcəyini, borcundan çıxacağını bildirmişdir. Onunla razılaşdıqdan sonra “SDK” marketin yanında 3 nəfər tanımadığı, təxminən 25-35 yaşlarında olan şəxslərin avtomobilin arxa oturacağına əyləşdiklərini müşahidə etmişdir. Həmin şəxslərdən birinin əlində əsa olmuş, onun yaşı digərlərindən çox olmuşdur. Onlar avtomobilə əyləşərkən Kamran salamlaşdıqdan sonra 20.000 rus rublunu onlara vermiş, həmin pulu Elçinə çatdırmalarını söyləmişdir. Həmin vaxt onlar pulu götürdükdən sonra “bizimkilərdən biri Nabrandadır, bizi ora aparın” demişlər. Bu vaxt Kamran onlara gedə bilməyəcəyini söyləmiş və terminalın qabağında avtomobili saxlamış, “mən gedə bilməyəcəm” demişdir. Həmin vaxt onlar Kamranla razılaşmayaraq, ona qulaq asmamışlar. Buna görə də özü onlara dostuna məxsus olan telefonun avtomobildə qalmasını söyləmiş, qaytarıb gələcəyini, demiş, avtomobildən düşmək istəmiş, həmin an dostuna məxsus telefonu Kamran 317.000 rus rublu ilə birlikdə gizli şəkildə ona vermişdir. Bu vaxt Kamrandan pulu alaraq cibinə qoymaq istəyərkən arxada oturanlar Bəşir adlı şəxs əlində olan bıçağa bənzər əsanın başı ilə Qədir adlı şəxs isə avtomobildən düşüb onu qapıdan çıxmağa qoymamış, Qədir əlinin içində gizlətdiyi bıçaqla “heç yerə getmiyin, siz bizi Nabrana aparmalısınız” söyləmiş, avtomobildən düşməmiş, bir təhər gizli şəkildə qapının yanında oturacağın yan hissəsinə pulları qoymuş və avtomobildən dərhal düşmüş, sonra isə Kamran və arxa da oturan iki şəxsdə avtomobildən düşmüşlər. Həmin vaxt onlardan biri Bəşir adlı şəxs Kamranın əlindən telefonu almış, buna görə də terminaldan köməyə adam çağırmağa qaçmışlar. Oradan qayıdan zaman həmin şəxslər orada qalmamış, Kamrana məxsus olan “Opel zafıra” markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilidə götürüb oradan çıxıb getmişdilər. Həmin vaxt Kamran avtomobilin açarlarını maşının üzərində qoymuş, buna görə də onlar avtomobili rahat işə salaraq oradan çıxıb getmişlər. Həmin vaxt avtomobildə olan şəxslərin onu hədələmədiyini, avtomobildə təxminən 5-10 saniyə qalaraq yerə düşdüyünü və həmin yerdən terminal tərəfə qaçaraq kömək çağırmağa çalışdığını, onların əsas tələbinin isə Nabrana onları aparmaq olmasını bildirmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid1 sərbəst ifadəsində və ona verilən sualları cavablandırarkən göstərmişdir ki, 21 iyun 2022-ci il tarixdə saat 22-23 radələrində Qusar rayonu Samur qəsəbəsində yerləşən Terminalın həyətində tanımadığı “TİR” yük avtomobillərinin sürücüləri ilə oturmuş, həmin vaxt Kamran adlı tanıdığı şəxs qaçaraq təngə-nəfəs vəziyyətdə ona yaxınlaşıb kimlərinsə onun üstünə bıçaq çıxarıb onu hədələməsini «bildirmiş, ilk dəfə ona inanmamış, lakin onun yanlarından getməsindən 2-3 dəqiqə sonra nə baş verdiyini bilmək üçün oradan çıxaraq terminalın qarşısına getmiş, həqiqətən də orada bir nəfər şəxsin Kamranın avtomobilin salonundan qışqıraraq “Nabrana gələrsən” deyib avtomobilin sürüb getməsini görmüşdür. Hava qaranlıq olduğundan həmin şəxslərin neçə nəfər olmasını və kimlərin olduğunu görə bilməmiş, avtomobil oradan hərəkət etdikdən sonra Kamran “102” xidmətinə zəng edərək məlumat vermişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid3 sərbəst ifadəsində və ona verilən sualları cavablandırarkən göstərmişdir ki, Gəncə şəhəri, Ş.Hüseynov küçəsi ev 11, mənzil 12-də qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs2 əvvəllər tanımamış, sonuncu ilə heç bir düşmənçiliyi və yaxud da ədavəti olmamışdır. 09 avqust 2022-ci il tarixdə saat təxminən 19:00 radələrində Gəncə şəhər BPİ-nin 1-ci polis şöbəsində gündəlik xidmətində olan zaman məlumat daxil olmuşdur ki, Gəncə şəhər sakini Şamil adlı şəxs narkotik vasitələrin qanunsuz dövriyəsi ilə məşğuldur və hal-hazırda Şahsevənlər küçəsindədir. Odur ki, daxil olmuş məlumat şöbə rəisinə məruzə olunandan sonra əməliyyat qrupu yaradılmış, o, əməliyyat müvəkkili, polis leytenantı Şahid4 ilə birlikdə adı sonradan ona məlum olan Təqsirləndirilən şəxs2 Gəncə şəhəri, Şahsevənlər küçəsində saxlayaraq 1-ci polis şöbəsinə gətirmişlər, Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində hüquq və vəzifələri elan olunduqdan sonra sonuncuya dövlət hesabına vəkil X22 müdafiəçi təyin edilmiş və sonra video çəkiliş vasitəsi ilə Şamilə üzərində qanunla saxlanılması və daşınması qadağan edilmiş və ya dövriyyəsi məhdudlaşdırılmış hər hansı bir əşya varsa çıxarıb təqdim etməsi, əks təqdirdə üzərinə məcburi şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs2 əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 02 ədəd qızılı-qəhvəyi rəngli, üzərində “methadone, scored, teblets, Faran” sözləri olan ağzı bağlı həbi çıxarıb təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunaraq götürülmüş kütlənin narkotik tərkibli dərman olduğunu, özü istifadə etmək üçün üzərində saxladığını, həmin dərmanı təxminən 10 gün bundan əvvəl Bakı şəhərində olan zaman yerdən tapdığını və özü istifadə etmək məqsədi ilə üzərində daşıdığını, həmin dərmandan heç kimə satmadığını bildirmişdir. Bundan sonra həmin dərman preparatları elektron tərəzidə çəkilmiş, ümumi çəkisi 1,2 qram olmuşdur. Bundan sonra həmin dərman preparatları ekspertizaya təqdim edilməsi məqsədi ilə qablaşdırılaraq götürülmüş və üzəri möhürlənərək imzalarla təsdiq olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilməsi ilə əlaqədar protokol tərtib edilmiş, protokol doğru tərtib edildiyi üçün imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs2 narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olması barədə bizdə hər hansı bir əməliyyat məlumatı yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 Şahid3lə eyni məzmunlu ifadə verdi və onun ifadəsində göstərdiyi xüsusatları təsdiq etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli “Raport”dan görünür ki, Fizuli Şəhəri B.Eyvazov küçəsi ev 10-da qeydiyyatda olan və Gəncə şəhəri Ş.Hüseynov küçəsi ev 11 mənzil 12-də yaşayan Təqsirləndirilən şəxs2 mütəmadi olaraq narkotik vasitə qəbul etdiyi və narkotik vasitəni saxlayaraq üzərində gəzdirməsi barədə məlumat daxil olmuşdur. xx.xx.2022-ci il tarixli “Əməliyyat tədbirinin keçirilməsi barədə” qərardan görünür ki, Fizuli Şəhəri B.Eyvazov küçəsi ev 10-da qeydiyyatda olan və Gəncə şəhəri Ş.Hüseynov küçəsi ev 11 mənzil 12-də yaşayan Təqsirləndirilən şəxs2 cinayət əməlini ifşa etmək məqsədilə əməliyyat tədbirlərinin keçirilməsi qərara alınmışdır. xx.xx.2022-ci il tarixli “Raport”dan görünür ki, Təqsirləndirilən şəxs2 mütəmadi olaraq narkotik vasitə qəbul etməsi, üzərində saxlaması və gəzdirməsində şübhəli olduğu üçün xx.xx.2022-ci il tarixdə Gəncə şəhəri Şahsevənlər küçəsinin yaxınlığında saxlanılaraq Gəncə şəhər 1-ci Polis Bölməsinə gətirilmişdir. Məhkəmə-kimyəvi ekspertizasının 10 avqust 2022-ci il tarixli 6/4262 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “Vət. Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş...” sözləri, ad, spyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki 2(iki) ədəd konvalyut kəsiyində üzərində "F/M40" göstəricisi lan 2 ədəd qəhwəyi rrəngli dairəvi formalı dərman həblərində metadonun təsir maddəsinin miqdarı 0,08 təşkil edir. Məhkəmə-narkoloji ekspertizasının 05 noyabr 2022-ci il tarixli 1688 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs2 narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan metadondan sui istifadə etmə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var, narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. “Şəxsi axtarış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan və protokola əlavə edilmiş 1 ədəd DVD diskdə olan videogörüntüdən müəyyən olunur ki, 09 avqust 2022-ci il tarixdə saat 19:30 radələrində Təqsirləndirilən şəxs2, Gəncə şəhəri, Şahsevənlər küçəsində saxlanılaraq Gəncə şəhər BPİ-nin 1-ci polis şöbəsinin inzibati binasına gətirilmişdir. Təqsirləndirilən şəxs2 hüquqlarını müdafiə etmək üçün Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili X22 dövlət hesabına müdafiəçi kimi dəvət olunur. Bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs2 şübhəli şəxs kimi Azərbaycan Respublikası CPM-nin 90-cı maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilir, şübhəli şəxs Təqsirləndirilən şəxs2 üzərində saxlanılması qanunla qadağan edilmiş və ya dövriyyəsi məhdudlaşdırılmış hər hansı bir əşya varsa çıxarıb təqdim etməsi təklif edilir, təklifdən sonra Təqsirləndirilən şəxs2 əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 02 ədəd qızılıqəhvəyi rəngli, üzərində “methadone, scored, teblets, Faran” sözləri olan ağzı bağlı həbi çıxarıb təqdim edir. Sorğu zamanı Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunaraq götürülmüş kütlənin narkotik tərkibli dərman olduğunu, özü istifadə etmək üçün üzərində saxladığını, həmin dərmanı təxminən 10 gün bundan əvvəl Bakı şəhərində olan zaman yerdən tapdığını və özü istifadə etmək məqsədi ilə üzərində daşıdığını, həmin dərmandan heç kimə satmadığını polis əməkdaşlarına bildirir. Bundan sonra həmin dərman preparatları elektron tərəzidə çəkilir, ümumi çəkisi 1,2 qram olur. Bundan sonra həmin dərman preparatları ekspertizaya təqdim edilməsi üçün polis əməkdaşları tərəfindən qablaşdırılaraq götürülür, üzəri isə möhürlənir. Şəxsi axtarış keçirilməsi ilə əlaqədar təhqiqatçı tərəfindən protokol tərtib edilir, protokol düzgün tərtib edildiyi üçün imzalarla təsdiq olunur. Təqsirləndirilən şəxs2 verilən suallara cavab olaraq bildirir ki, o saxlanılan andan hal-hazırda qədər olan müddət ərzində ona qarşı hər hansı bir fiziki güc tətbiq etmə, döymə halları baş verməmişdir. Bununla da şəxsi axtarışın başa çatdırılması elan edilir. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2022-ci il tarixli 9/4677 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş malların istifadədə olması nəzərə alınmaqla 2022-ci ilin iyun ayına olan orta bazar qiyməti təxminən Zərərçəkmiş şəxs1 məxsus olan 01 ədəd “Redmi 10” markalı, “21061119AG” model, Çin istehsalı olan mobil telefonun satış üçün komplektləşdirilməsinə daxil edilən aksessuarların olmaması və istifadədə olması nəzərə alınmaqla 230.00 manat, 01 ədəd “Redmi” olan mobil telefonun üzərində olan qoruyucu kabro-2.00 manat, 01 ədəd “Redmi” mobil telefonun üzərində olan 070-631- 50-53 saylı GSM nömrə-4,00 manat, Zərərçəkmiş şəxs3 məxsus olan 01 ədəd “Redmi-9” markalı, “M2006C3LG” model, Çin istehsalı olan mpbil telefonun satış üçün komplektləşdirilməsinə daxil edilən aksessuarların olmamamsı və istifadədə olması nəzərə alınmaqla-160,00 manat, 01 ədəd “Redmi-9” mobil telefonun üzərində olan qoruyunu kabro-2.00 manat, 01 ədəd “Redmi” mobil telefonun üzərində olan ***-***-**-** saylı GSM nömrə-4,00 manat olması müəyyən edilmişdir. Məhkəmə- əmtəəşünaslıq ekspertizasının xx.xx.2022-ci il tarixli 9/4677 nömrəli rəyi iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən, sübut növü kimi tanınmalı və cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmə-trosoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 3/1115 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 (bir) ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan turist bıçağıdır, soyuq silah hesab edilmir, üzərində təyinatını dəyişdirən əlavə və dəyişdiklər edilməmişdir. Məhkəmə-tosoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 3/1115 nömrəli rəyi iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən, sübut növü kimi tanınmalı və 01 ədəd bıçağın Qusar RPŞnin Maddi Sübutlar otağında saxlanılması nəzərə alınmışdır. Məhkəmə-psixatrik ekspertizasının xx.xx.2022-ci il tarixli 2226 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs2 həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəailiyyıtin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs2 ona ittiham olunan əməl barəsində, yəni 2022-ci ilin iyun ayının 21-də qeyd olunan cinayət əməlini törədərkən anlaqlı hesab olunmalıdır. Məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2022-ci il tarixli 2226 nömrəli rəyi iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən, sübut növü kimi tanınmalı və cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmə-psixatrik ekspertizasının xx.xx.2022-ci il tarixli 2227 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs1 həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəailiyyıtin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs1 ona ittiham olunan əməl barəsində, yəni 2022-ci ilin iyun ayının 21-də qeyd olunan cinayət əməlini törədərkən anlaqlı hesab olunmalıdır. Məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2022-ci il tarixli 2227 nömrəli rəyi iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən, sübut növü kimi tanınmalı və cinayət işinin materiallarına əlavə edilmişdir. Zərərçəkmiş Zərərçəkmiş şəxs1 məxsus olan “Redmi 10” markalı və zərərçəkmiş Zərərçəkmiş şəxs3 məxsus olan “Redmi 9” markalı mobil telefon gündəlik tələbatda istifadə edildiyindən sahiblərinə qaytarılması nəzərə alınmışdır. Bundan başqa Zərərçəkmiş şəxs1 idarə etdiyi doğma anası X7 məxsus olan “Opel-Zafira” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobil cinnayət işi üzrə maddi sübut kimi tanınmış və həmin avtomobilin zərurət aradan qalxıdığından sahibinə qaytarılması nəzərə alınmışdır. Hadisə yeri olan avtomobilə baxış keçirilməsi haqqında 22 iyun 2022-ci il tarixli protokoldan görünür ki, avtomobilin sükanının ayaqaltı hissəsində bir ədəd bıçaq aşkar edilərək götürülmüş, eləcə də avtomobilin saxlanc yeri isə dağıdılmaqla sındırılmış vəziyyətdədir. Məktubundan məlum olur ki, Təqsirləndirilən şəxs2 Gəncə şəhər rayonlarası X3 asılılıq diaqnozu ilə qeydiyyatdadır. Məktubundan məlum olur ki, Rəhimov X11 Dispanserdə qeydiyyatda yoxdur. Cinayət işinə əlavə olunmuş məktubundan məlum olur ki, Əliyev X12 Dispanserdə qeydiyyatda yoxdur. Cinayət işinə əlavə olunmuş məktubundan məlum olur ki, Əliyev X5 Dispanserdə qeydiyyatda durmur. Cinayət işinə əlavə olunmuş məktubundan məlum olur ki, Nağıyev X1 Dispanserdə qeydiyyatda durmur. Cinayət işinə əlavə olunmuş məktubundan məlum olur ki, Rəhimov X6 Dispanserdə qeydiyyatda durmur. Qusar Rayon İcra Hakimiyyəti Samur qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş arayışdan müəyyən olunur ki, Şahid2 həqiqətəndə Qusar Rayonu Samur qəsbəsində qeydiyyatdadır , lakin hal-hazırda müvəqqəti olaraq Rusiya Federasiyasında yaşayır. Qusar Rayon İcra Hakimiyyəti Samur qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş arayışdan müəyyən olunur ki, Zərərçəkmiş şəxs3 həqiqətəndə Qusar Rayonu Samur qəsbəsində qeydiyyatdadır, lakin hal-hazırda müvəqqəti olaraq Rusiya Federasiyasında yaşayır. Elektron Məhkəmə İnformasiya Sistemində Təqsirləndirilən şəxs1 məxsus qohumluq haqqında məlumatlardan müəyyən olunur ki, onun himayəsində xx.xx.2007-ci il təvəllüdlü X17 və xx.xx.2009-cu il təvəllüdlü X20 adlı iki yetkinlik yaşına çatmayan uşağları vardır. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistiq İdarəsindən alınmış tələbnamədən müəyyən olunur ki , Təqsirləndirilən şəxs3 əvvəllər Gəncə şəhər Nizami rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.2, 127.2.3, 221.2.1-ci maddələri ilə təqsirli bilinib, 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Suraxanı rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə 04 ay 19 gün vaxtından əvvəl şərti azad edilmişdir. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İdarəsindən alınmış tələbnamədən müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistiq İdarəsindən alınmış tələbnamədən müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. Qusar rayon Məhkəməsinin 19 oktyabr 2022-ci il tarixdə qərarı ilə Təqsirləndirilən şəxs3 barəsində qiyabi olaraq 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. 19 oktyabr 2022-ci il tarixdə ********* nömrəli cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən yenidən dayandırılmışdır. Təqsiriləndirilən şəxs Təqsirləndirilən şəxs3 29 noyabr 2022-ci il tarixdə tutulduğundan ********* nömrəli cinayət işi üzrə icraatı təzələnmiş, 30 noyabr 2022- ci il tarixdə sonuncuya CM-nin 177.2.1, 177.2.2, 177.2.4, 180.1, 185.3.3-cü maddələri üzrə ittiham elan edilmiş, barəsində qiyabi seçilmiş həbs qətimkan tədbiri öz qüvvəsində saxlanılmışdır. Qusar rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 4 (029)-11/2022 saylı qərarilə Təqsirləndirilən şəxs1 barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. 09 avqust 2022-ci il tarixdə Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutulmuş, 11 avqust 2022-ci il tarixdə ona Azərbaycan Respublikası CM-nin 234.1-ci . maddəsində nəzərdə tutulmuş ittiham elan edilmiş və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Qusar rayon Məhkəməsinin 12 avqust 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs2 barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarından görünür ki, Fizuli Şəhəri B.Eyvazov küçəsi ev 10-da qeydiyyatda olan və Gəncə şəhəri Ş.Hüseynov küçəsi ev 11 mənzil 12-də yaşayan Təqsirləndirilən şəxs2 mütəmadi olaraq narkotik vasitə qəbul etdiyi və narkotik vasitəni saxlayaraq üzərində gəzdirməsi barədə məlumat daxil olmuş, həmin tarixdə əməliyyat axtarış tədbiri keçirilməsi barədə qərar qəbul olunmuş, şəxs saxlanılaraq polis bölməsinə gətirilmiş və müdafiəçi ilə təmin edilməklə onun üzərinə video çəkilişlə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı üzərindən həb aşkar olunaraq götürülmüş, bundan sonra həmin maddələr materialların məhkəmə ekspertizasına təqdim olunaraq müvafiq rəy alınmışdır Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə tərkibi hesab edir ki, cinayət işi başlamamışdan əvvəl xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs2 üzərində video çəkilişlə şəxsi axtarış keçirilərək həbin aşkar edilməsi zamanı cinayət-prosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxslər onlara qarşı irəli sürülümüş ittihamlar üzrə özlərini qismən təqsirli bilmişlər və hər üç təqsirləndirilən şəxs özlərini Azərbaycan Respublikası Cinayət məcəlləsinin 185.3.3-cü maddəsi ilə təqsirli bilməmişlər. Məhkəmə bu hissədə qeyd edir ki, hadisə yerinin müayinəsi zamanı avtomobildən bıçaq aşkar edilmişdir. Həmçinin zərərçəkmiş şəxslər öz ifadələrində təqsirləndirilən şəxslərin üzərində bıçaq olduğunu bildirmişlər. Bundan başqa məhkəmə qeyd edir ki, zərərşəkmiş şəxsin özünə məxsus avtombilin açarlarını avtomobilin üzərində qoyub qaçması,başqasına məxsus pulu avtomobilində qoyaraq qaçması onu deməyə əsas verir ki, təqsirləndirilən şəxslər həqiqətəndə onlara qarşı təhlükəli zor tətbiq etmişlər. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 məhkəmə baxışında və ibtidai araşdırma zamanı verdiyi ifadələri təhlil edərək Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 məhkəmə baxışı zamanı özlərini onlara elan edilmiş ittihamlar üzrə qismən təqsirli bilmələri ilə bağlı verdikləri ifadələrinə tənqidi yanaşır və həmin ifadələri məsuliyyətdən yaxa qurtarmaq məqsədi ilə verilən ifadə kimi qiymətləndirməklə yanaşı, onların bu ittihamlarla bağlı məhkəmə baxışı zamanı verdikləri ifadələrində göstərdiyi xüsusatları işin faktiki hallarına uyğun gəlmədiyindən və təkzib edilməz sübutlarla ziddiyyət təşkil etdiyindən inandırıcı hesab etmir və həmin ifadələri qeyri-səmimi verilmiş ifadələr kimi qiymətləndirir. Həmçinin məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 özlərini qismən təqsirli bilmələrinə dair ibtidai araşdırma zamanı vermiş olduqları ifadələrini isə işin faktiki hallarına uyğun gəldiyindən və digər təkzibedilməz sübutlarla təsdiq olunduğundan daha obyektiv və səmimi verilmiş ifadələr kimi qiymətləndirir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 tərəfindən ittihamda qeyd olunan əməlin törədilmələri onların özlərinin ibtidai istintaq zamanı verdikləri qismən etirafedici ifadələri ilə yanaşı, zərərçəkmiş şəxslərin və şahidlərin məhkəmə baxışı zamanı vermiş olduqları və elan olunmaqla araşdırılmış ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.4 və 185.3.3-cü maddələri, Təqsirləndirilən şəxs3 həmin məcəllənin 177.2.1, 177.2.2, 177.2.4, 180.1-ci və 185.3.3-cü maddələri və Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.4, 234.1-ci və 185.3.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Onların törətdikləri əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.4 və 185.3.3-cü maddələri, Təqsirləndirilən şəxs3 həmin məcəllənin 177.2.1, 177.2.2, 177.2.4, 180.1-ci və 185.3.3-cü maddələri və Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.4, 234.1-ci və 185.3.3-cü maddələri ilə təqsirli bilinib cəzalandırılmalıdırlar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 17.3-cü maddəsinə əsasən şəxs bu Məcəllənin müvafiq maddələrinə uyğun olaraq cinayətlərin məcmusunu yaradan hər cinayətə görə cinayət məsuliyyətinə cəlb edilir; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 №li Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən kimi hal onun himayəsində iki yetkinlik yaşına çatmayan uşaqlarının olmasını nəzərə alır, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən X14 cəzasını yüngülləşdirən və Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən və Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxslər X18, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onların şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar(müəyyən olunmamışdır), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmalarına və onun ailələrinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə, qanunun yuxarıda qeyd edilən müddəalarına, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarını və işin faktiki hallarını eyni zamanda təqsirləndirilən şəxs X18, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 törətdikləri cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, nəzərə alaraq onların hər birinin ayrı-ayrılıqda təqsirləndirildikləri Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.4, 185.3.3, 180.1 və 234.1-ci maddələrinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni, əsaslı və eləcə də ədalətli hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər həmin cəzanı yalnız real olaraq çəkməklə islah oluna bilər. Həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxslərə qəti cəza təyin olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Cinayət işinin materiallarında olan tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan qərardan görünür ki, Qusar rayon Məhkəməsinin xx.xx.2022-cü il tarixli qərarı ilə qiyabi olaraq Təqsirləndirilən şəxs3 barəsində həbs qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən Təqsirləndirilən şəxs3 xx.xx.2023-cü il tarixdə saxlanılmış və məhkəmənin qərarının icrası həmin gündən hesablanmışdır. Cinayət işinin materiallarında olan tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan qərardan görünür ki, Qusar rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 4(029)-11/2022 nömrəli qərarına əsasən müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 barəsində əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan qərardan görünür ki, Qusar rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 4(029)-16/2022 nömrəli qərarı ilə əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs2 09 avqust 2022-ci il tarixdən 11 avqust 2022-ci il tarixədək tutulduğu 02(iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına bir günə bir gün hesabı ilə hesablanmaqla ona təyin edilmiş cəzadan çıxılmalıdır. Odur ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 cəzasını çəkməsinin əvvəli 29 noyabr 2023-cü il tarixdən, Təqsirləndirilən şəxs2 cəzasını çəkməsinin əvvəli xx.xx.2022-ci ili tarixdən və Təqsirləndirilən şəxs1 cəzasını çəkməsinin əvvəli xx.xx.2022-ci ili tarixdən hesablanmalı, təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər və barələrində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Həmçinin, məhkəmə tərkibi cinayət işinin materiallarında olan məhkəmə narkoloji ekspertizasının rəylərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunmalı və onlar yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdırlar. Məhkəmə kimyəvi ekspertizasına sərf olunmuş 65 ( altmış beş manat) manat məhkəmə məsrəfi Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin, məhkəmə ballistik və məhkəmə əmtəəşunaslıq ekpertizasına sərf olunmuş 114 (yüz on dört) manat məhkəmə məsrəfi isə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 hər birindən ayrı-ayrılıqda 38 (otuz səkkiz) manat alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Az.MEM, VÖEN **********, Hesab № Az. 34 CTRE ******************** Büdcə təsnifatının kodu 142319 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X8, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944SWİFT BİK CTREAZ22) hesabına keçirilsin. Gəncə şəhər BPİ-nin anbarına təhvil verilmiş ekspertiza tədqiqatından sonra istintaqa qaytarılmış 01 ədəd qalıq “Methadoone 40” həbi, 01 ədəd soyuq silah hesab edilməyən turist bıçağı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, eləcədə içərisində Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilən zaman çəkilmiş video görüntü olan bir ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalı, cinayət işi üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs1 məxsus 01 ədəd “Redmi 10” markalı, “21061119AG” model, Çin İstehsalı olan mobil telefon, 01 ədəd “Redmi 10” olan mobil telefonun üzərində olan qoruyucu kabro, 01 ədəd “Redmi 10” mobil telefonun üzərində olan 070- ***-**-** saylı GSM nömrə, “Opel Zafira” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobil, Zərərçəkmiş şəxs3 məxsus 01 ədəd “Redmi-9” markalı, “M2006C3LG” model, Çin istehsalı olan mobil telefon, 01 ədəd “Redmi-9” mobil telefonun üzərində olan qoruyucunu kabro, 01 ədəd “Redmi” mobil telefonun üzərində olan ***-***-**- ** saylı GSM nömrənin sahiblərinə qaytarılması nəzərə alınmalıdır. Məhkəmə hazırki iş üzrə «xüsusi müsadirə» ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən edilməmişdir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.4, 185.3.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.4-cü maddələri ilə 2 (iki) il müddətə, Azərbaycan Respublikası Cinayət Məcəlləsini 185.3.3-cü maddəsi ilə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olnumuş cəzaları qismən toplamaqla qəti olaraq 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 23 iyun 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.4, 185.3.3 və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.4-cü maddələri ilə 2 (iki) il müddətə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.3.3-cü maddəsi ilə 6 (altı) il müddətə və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olnumuş cəzaları qismən toplamaqla qəti olaraq 7 (yeddi) 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 09 avqust 2022-ci il tarixdən 11 avqust 2022-ci il tarixədək tutulduğu 02(iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına bir günə bir gün hesabı ilə hesablanmaqla üzərində 7 (yeddi) il 5 (beş) ay 28 (iyirmi səkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 11 avqust 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunsun və o, yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.4, 180.1, 185.3.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.4-cü maddələri ilə 3 (üç) il müddətə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.3.3-cü maddəsi ilə 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olnumuş cəzaları qismən toplamaqla qəti olaraq 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 29 noyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Məhkəmə kimyəvi ekspertizasına sərf olunmuş 65 ( altmış beş manat) manat məhkəmə məsrəfi Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin, məhkəmə ballistik və məhkəmə əmtəəşunaslıq ekpertizasına sərf olunmuş 114 (yüz on dört) manat məhkəmə məsrəfi isə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 hər birindən ayrı-ayrılıqda 38 (otuz səkkiz) manat alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Az.MEM, VÖEN **********, Hesab № Az. 34 CTRE ******************** Büdcə təsnifatının kodu 142319 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X8, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944SWİFT BİK CTREAZ22) hesabına keçirilsin. Gəncə şəhər BPİ-nin anbarına təhvil verilmiş ekspertiza tədqiqatından sonra istintaqa qaytarılmış 01 ədəd qalıq “Methadoone 40” həbi, 01 ədəd soyuq silah hesab edilməyən turist bıçağı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, eləcədə içərisində Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilən zaman çəkilmiş video görüntü olan bir ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Hazırkı cinayət işi üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs1 məxsus 01 ədəd “Redmi 10” markalı, “21061119AG” model, Çin İstehsalı olan mobil telefon, 01 ədəd “Redmi 10” olan mobil telefonun üzərində olan qoruyucu kabro, 01 ədəd “Redmi 10” mobil telefonun üzərində olan 070- ***-**-** saylı GSM nömrə, “Opel Zafira” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobil, Zərərçəkmiş şəxs3 məxsus 01 ədəd “Redmi-9” markalı, “M2006C3LG” model, Çin istehsalı olan mobil telefon, 01 ədəd “Redmi-9” mobil telefonun üzərində olan qoruyucunu kabro, 01 ədəd “Redmi” mobil telefonun üzərində olan ***-***-**- ** saylı GSM nömrənin sahiblərinə qaytarılması nəzərə alınsın. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 isə surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-319/2024
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-319/2024
16.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver