Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-32/2022 03.03.2022 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Rəşad Şəmşir oğlu (sədrlik edən), Əliyev Hafiz Samir oğlu və Hümbətov Fəhmin Zaur oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri X7 oğlu, Müdafiəçi–Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt Regional Vəkil Bürosunun vəkili X5, xx xxxxxx 1996-cı ildə Abşeron rayonu, Qobu qəsəbəsində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, Yevlax rayon Məhkəməsinin 06.02.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi təbiq edilməklə 1 il sınaq müddəti təyin olunmaqla CM-nin 221.3-cü maddəsi ilə şərti olaraq 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (hökmün təsviri-əsaslandırıcı hissəsində CM) 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurma cinayətini törətmişdir. Belə ki, o, 15.11.2020-ci il tarixdə saat 20 radələrində yaşadığı Abşeron rayonu, Qobu qəsəbəsi, Səməd Vurğun küçəsində yerləşən 70 saylı evin həyətində qardaşı Zərərçəkmiş şəxs ona tutduğu haqlı irada görə aralarında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı qardaşı Zərərçəkmiş şəxs onun sifətinə bir dəfə sillə ilə, yerdən götürdüyü dəmir parçası ilə ayağına vurub ona fiziki ağrı yetirdikdən sonra evdən götürdüyü bir ədəd zavod üsulu ilə hazırlanmış deşici-kəsici xassəyə malik məişət təyinatlı soyuq silah hesab olunmayan mətbəx bıçağı ilə yaşadıqları fərdi evin giriş qapısının qarşısında ona üzərinə gəldikdə sol said nahiyəsinin orta 1\3-nin, sağ əlin ön səthinin 4-cü barmağının səthi kəsilmiş yaraları ilə nəticələnən sağlamlığına zərər vurmayan bədən xəsarəti alsa da, Zərərçəkmiş şəxs əlini burub bıçağı ondan alaraq bundan sonra həyat və sağlamlığına hər hansı bir təhlükə olmadığı, Zərərçəkmiş şəxs ona qarşı hərəkətlərinin tam dayandırdığı halda qardaşı Zərərçəkmiş şəxs qisas almaq qərarına gəlib bu niyyətlə əlindəki qırmızı dəstəkli bıçaqla onun qarnının sol yan nahiyəsinə bir dəfə vuraraq ona qarın nahiyəsinin sol yarısının periton boşluğuna nüfuz edərək köndələn çənbər bağırsağı və böyük piyliyi yaralayan bir ədəd kəsilmiş-deşilmiş yarası, sol bazunun yuxarı 1\3-nin bayır səthinin bir ədəd deşilmiş-kəsilmiş yarası ilə müşayiət olunan dərəcəsinə görə insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağir zərər vurmuşdur. Bu hərəkətləri ilə o, CM-nin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona CM-nin 126.1-ci irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bildiyini qeyd edərək, ifadəsində göstərdi ki, özündən kiçik olan qardaşı Mehmanla aralarında problem olmuşdur. Hadisə günü o, yaşadığı ünvan 2 ünvanında olarkən Mehmana qonşudan telefon alsa da, nə pulunu ödəmədiyi, nədə telefonu qaytarmadığı üçün irad tutuduğuna görə aralarında mübahisə baş vermiş və Mehman bir neçə dəfə əli və dəmir parçası ilə ona zərbələr endirmişdir. Hadisə zamanı isə o həyətlərinin qapısının qarşısına getmiş, elə bu vaxt Mehman əlində bıçaq evdən çıxmışdır. O, Mehmanın alindən bıçağı almaq üçün yaxınlaşmış və bıçağı ondan almaq istəyərkən bıçaq Mehmanın qarnına batmışdır. Məhkəməyədək iclas zamanı Təqsirləndirilən şəxs ona CM-nin 126.1-ci irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bildiyini qeyd edərək ifadəsində göstərmişdir ki, ünvan 3 ünvanında qeydiyyatda olmaqla faktiki olaraq həmin ünvanda ailə üzvüləri ilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs qardaşı olmaqla münasibətləri bir qardaş kimi həmişə normal olmuşdur. 15 noyabr 2020-ci il tarixdə saat təxminən 20 radələrində evin həyətində qardaşı Mehman ilə dayanmış, bu zaman Mehman ona demişdir ki, 15 manata qonşusu Raufa satdığı telefonu sonuncu gətirib qaytarıb ki, pulu qaytarsın. O da Mehmana demişdir ki, “apar telefonu ver Raufa”. Mehmanda ona həmin vaxtı kobud cavab qaytarmış, o, cümlədən demişdir ki, bunun ona heç bir aidiyyatı yoxdur. Mehmanın bu kimi hərəkətlərinə görə Mehmanla arasında mübahisə baş vermiş, mübahisə zamanı əsəbləşib Mehmanın sağ üzünə 1 dəfə sillə ilə vurmuş, Mehmanda həyətdən götürdüyü dəmir parçası ilə onun üzərinə gələrək sol ayağından iki dəfə vurmuş, o da dəmiri Mehmanın əlindən alaraq kənara atmışdır. Bundan sonra evin qarşısına küçəyə çıxmış, bu zaman küçədə olarkən Mehmanın əlində bıçaqla onun üzərinə gəldiyini görmüş, belə olduqda Mehman ona yaxınlaşarkən sonuncunun əlindən bıçağı almaq istədikdə bıçaq Mehmanın qarnına batmış, bundan sonra digər qardaşı Əlihüseyin oraya gələrək Mehmanı xəstəxanaya aparmış, o isə evdə qalmışdır. Əlavə olaraq göstərmişdir ki, hadisə vaxtı onların yanında bibisi oğlu Elçin olmuş, onların arasında olan mübahisə təxminən 10 dəqiqə davam etmiş, həmin vaxtı səsə qonşulardan gələnin olub-olmadığını görməmişdir. Hadisə vaxtı Mehman onun sol ayağından dəmir parçası ilə vurmuş, mübahisəsinin yaranmasına səbəb Mehmanın qonşuya satdığı telefonun qaytarıdığı üçün onun həmin telefonu qonşudan götürməsi və bu səbəbdən də ona kobud cavab qaytarması olmuşdur. Məhkəmə iclasında tədqiq olunmuş Təqsirləndirilən şəxs oğlunun ifadəsi hadisə yerində yoxlanılmasına dair protokoldan görünür ki, o, qeyd edilən ifadələrinə uyğun ifadə vermişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadə verərək göstərmişdir ki, hadisə baş verən gün yaşadıqları Abşeron rayonu, Qobu qəsəbəsi, S.Vurğun küçəsindəki 70 saylı evin həyətində avtomobil təmir edərkən içkili vəziyyətdə olan qardaşı Təqsirləndirilən şəxs ona yaxınlaşaraq verdiyi borcu qaytarmaması ilə bağlı onunla mübahisə etməyə başlamışdır. Buna görə o, Təqsirləndirilən şəxs təpiklə döymüş, o cümlədən sonunun ayağına təpiklə zərbə endirərək xəsarət yetirmişdir. Bundan sonra sonuncu həyəti tərk etmiş, lakin bir qədər sonra Təqsirləndirilən şəxs geri qayıdaraq onunla mübahisəni davam etdirmiş və bu vaxt o, Elxanı qorxudaraq həyətdən uzaqlaşdırmaq məqsədi ilə avtomobil təmirində istifadə etdiyi sarı rəngli dəstəyi olan mətbəx bıçağını götürüb ona tərəf getmişdir. Bu zaman Elxan onun əlindən bıçağı almağa çalışmış və aralarında baş verən bu çəkişmə zamanı bıçaq onun qarnına batmışdır. Bundan sonra Elxan xəstəxanaya aparılmışdır. Təqsirləndirilən şəxs ona xəsarət yetirməmişdir. İbtidai istintaq zamanı o, heç kimə bıçaq təqdim etməmişdir. Məhkəmə təqsirləndirilən şəxsin ifadələrini və zərər çəkmiş şəxsin məhkəmə iclasında verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, bu ifadələr həqiqəti əks etdirmir və təqsirləndirilən şəxsi müdafiə etmək xarakteri daşıyır. Belə ki, məhkəməyədək icraat zamanı Zərərçəkmiş şəxs ifadə verərək göstərmişdir ki, qardaşı Təqsirləndirilən şəxs onunla birlikdə ünvan 4 ünvanında yaşayır və aralarında heç bir düşmənçilk və ya ədavət olmamışdır. 15 noyabr 2020-ci il tarixdə saat təxminən saat 20 radələrində evdə namaz qıldığı üçün bir neçə dəfə qardaşı Elxan bununla bağlı irad bildirirək onunla zarafat etmiş, o, isə qardaşının hərəkətlərindən bezdiyi üçün bu hərəkətlərinə son verməsini tələb etmişdir. Elxan iradlarına məhəl qoymayaraq onu əsəbiləşdirməyə başladığına görə o, Elxanın yanına gələrək üzünə bir dəfə şillə vurmuş, sonra isə sonuncunun ona müqavimət göstərdiyini görüb gedib dəmir parçasını götürüb Elxanın ayağından bir dəfə vurmuş, ancaq Elxana heç nə edə bilməyəcəyini anladığına görə geri qayıdaraq evin mətbəxindən mətbəx bıçağını götürüb Elxanın yanına gələrək ona bıçaqla hücum etmişdir. Bu zaman Elxan onun əlini burmuş, nəticədə həmin bıçaq əlindən yerə düşmüş, bunu görən Elxan həmin bıçağı yerdən götürərək onun sol qarın nahiyyəsinə bir zərbə endirmişdir. Bu zaman qarnından qanın gəldiyini görüb yerə yıxılmış, hadisə yerinə qonşusu Əli və qardaşı Əlihüseyn gəlmiş, sonuncular onu avtomobilə əyləşdirərək xəstəxanaya aparmışlar. Məhkəmə icasında Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində Təqsirləndirilən şəxs ona bıçaq zərbəsi endirdiyini bildirdiyi halda məhkəmədə bunu inkar etməsini izah edə bilməmiş, bununla bağlı hər –hansı ağlabatan hala istinad etməmişdir, əksinə açıq şəkildə təqsirləndirilən şəxs olan qardaşı Təqsirləndirilən şəxs məsuliyyətdən yayındırmaq niyyətində olduğunu ifadə etmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs 17 noyabr 2020-ci il tarixli ərizəsindən görünür ki, o həmin ərizəsində məhz qardaşı Elçin tərəfindən bıçaqlandığını bildirmişdir. İşdə olan xəstəlik tarixinin və epikrizin surətlərindən görünür ki, Zərərçəkmiş şəxs xəstəxanaya daxil olarkən qardaşının onun iti alətlə vurduğunu bildirmişdir. İş materiallarında olan 15 noyabr 2020-ci il tarixli raportdan görünür ki, Zərərçəkmiş şəxs hadisədən sonra müalicə müəssisəsinə daxil olarkən bıçaqla onu qardaşı Elxanın vurduğunu bildirmişdir. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs oğlu onun qardaşlarıdır, sonuncularla həmişə normal münasibətdə olmuşdur. 15 noyabr 2020-ci il tarixdə axşam radələrində Bakı şəhəri Qaradağ rayonu ərazisində olmuş, həmin vaxtı qardaşı Elxanın digər qardaşı Mehmanı bıçaqla vurması barədə məlumat alıb dərhal yaşadığı ünvana gəlmiş, qardaşı Mehmanın qarın nahiyəsində kəsilmiş yara olduğunu görüb tez bir anda qardaşını maşına əyləşdirib xəstəxanaya aparmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə Tibbi Ekspertiza və X3» Publik hüquqi şəxs tərəfindən verilmiş 11.02.2021-ci il tarixli 114 saylı rəyin tədqiqata dair hissəsindən görünür ki, Zərərçəkmiş şəxs müayinə zamanı da, qardaşı Təqsirləndirilən şəxs ona bıçaq zərbəsi endirdiyini bildirmişdir. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Əlihüseyn, Elxan və Zərərçəkmiş şəxs qardaşları qonşularıdır. 15 noyabr 2020-ci il tarixdə axşam vaxtı Əlihüseyn ona Elxanın evdən götürdüyü bıçaqla Mehmanın qarın nahiyəsindən bir dəfə vuraraq ona xəsarət yetirdiyi barədə məlumat vermişdir. O gedib Əlihüseynə köməklik edərək Mehmanı avtomobilə qoyub xəstəxanaya aparmışlar. Cinayət işinin materiallarında olan 15 noyabr 2021-ci il tarixli əşyanın götürülməsi və əşyaya baxış keçirilməsinə dair protokoldan görünür ki, iş üzrə maddi sübut kimi tanınmış qırmızı dəstəkli bıçaq və bir ədəd göy rəngli gödəkçə ibtidai istintaq orqanına Təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş və məhz bu bıçaqla Zərərçəkmiş şəxs xəsarət yetirdiyi barədə məlumat vermişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə Tibbi Ekspertiza və X3» Publik hüquqi şəxs tərəfindən verilmiş 11.02.2021-ci il tarixli 114 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı bədəni üzərində aşkar olunmuş xəsarətlər qarın nahiyəsinin sol yarısının periton boşluğuna nüfuz edərək köndələn çənbər bağırsağı və böyük piyliyi yaralayan bir ədəd kəsilmiş-deşilmiş yarası, sol bazunun yuxarı 1\3-nin bayır səthinin bir ədəd deşilmiş-kəsilmiş yarası - iti deşici-kəsici alətin təsirindən törənmişdir, qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni 15.11.2020-ci il tarixdə bıçaq zərbəsi ilə vurulması nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə Tibbi Ekspertiza və X3» Publik hüquqi şəxs tərəfindən verilmiş 23.11.2020-ci il tarixli 2444 saylı rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs məhkəmə tibbi müayinəsi zamanı bədəni üzərində aşkar olunmuş xəsarətlər – sol said nahiyəsinin orta 1\3-nin sağ əlin ön səthinin 4-cü barmağının səthi kəsilmiş yaraları - iti kənara malik olan alətin təsirindən törənmişdir, qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni 15.11.2020-ci il tarixdə dava dalaş nəticəsində əmələ gələ bilərdi, sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin olunmur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə Tibbi Ekspertiza və X3» Publik hüquqi şəxs tərəfindən verilmiş kompleks məhkəmə-tibbi, məhkəmə-bioloji və məhkəmə trasoloji ekspertizasının 06.04.2021-ci il tarixli 98/2021 MTKŞ saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynəyin ön sol yaxalığında bir ədəd və köynəyin sol qolun arxa nahiyəsində bir ədəd dəlib-keçən zədələr aşkar olundu. Bu zədələr deşilmiş-kəsilmiş zədələrdir və küpü olan yastı tiyə tipli deşicikəsici alətin təsirindən o cümlədən ekspertizaya təqdim edilmiş bıçağın tiyəsinin təsirindən törənmişlər. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynəyin ön sol yaxalığında iki ədəd cırılma zədələri aşkar olundu. Bu cırılmalar köynəyin müvafiq nahiyələrinə küt qüvvə tətbiq etməklə gərilib dartılması nəticəsində əmələ gəlmişlər. Ekspertizaya təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış deşici-kəsici xassəyə malik məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab olunmur. Ekspertizaya təqdim olunmuş bıçağın üzərində heç bir düzəliş edilməmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə Tibbi Ekspertiza və X3» Publik hüquqi şəxs tərəfindən verilmiş 133/2021-MTBŞ saylı, 17.03.2021-ci il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs qan qrupu, şəxsiyyəti təsdiq edən sənədlər üzrə axtarış vərəqəsinin kserosurətinə əsasən, ABO sistemin üzrə B alfa (İİİ), ekspertizaya təqdim edilmiq köynək üzərində olan ləkələrdə B alfa (İİİ) qruplu insan qanı aşkar olundu. Bu qan ləkələri B alfa (İİİ)qruplu şəxsə, o cümlədən ABO sistemi üzrə Zərərçəkmiş şəxs məxsus ola bilər. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə Psixiatriya Eksperti Mərkəzi» Publik hüquqi şəxsin 16.03.2021-ci il tarixli, 569 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs “EMOSİONAL DAVAMSİZ ŞƏXSİYYƏT POZUNTUSU” aşkar olunur. Bunu anamnestik məlumatlar və hazırkı psixiatrik müayinənin nəticələri – xasiyyətcə əsəbi, hövsələsiz, affektif reaksiyalara meylli olması, əsəbi gərginlik zamanı özünə xəsarətlər yetirməsi, hərbi çağırış zamanı SN 1 saylı Respublika Psixiatriya Xəstəxanasında müayinə olunarkən yuxarıda göstərilən diaqnozun təyin olunması, hərbi xidmətə yararsız hesab edilməsi, Abşeron rayon poliklinikasında yuxarıda qeyd olunan diaqnozla qeydiyyatda olması, həmçinin hazırkı müayinə zamanı əhvali-ruhiyyəsinin dəyişkənliyi, emosional dayanıqsızlığı və s tətbiq edir. Bununla yanaşı qeyd olunmuşdur ki, Təqsirləndirilən şəxs aşkar edilən emosional şəxsiyyət pozuntusu onu törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadan məhrum etməmişdir. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onlara idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik müşahidə edilmir. Təqsirləndirilən şəxs emosional davamsız şəxsiyyət pozuntusu aşkar olunur. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə cəmiyyətdən təcrid olunmasına və məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malikdir. Təqsirləndirilən şəxs əməli CM-nin 21-ci maddəsinin təsir altına düşmür. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən və Yevlax rayon Məhkəməsinin hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Məhkəmənin 06.02.2020-ci il tarixli hökmü ilə CM-nin 221.3-cü və 70ci maddələri ilə təqsirli bilinmiş və 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, onun üzərinə təyin edilmiş cəza CM-nin 70-ci maddəsinə əsasən 01 il şərti sınaq müddəti şərti olaraq tətbiq edilmişdir. İşdə olan Abşeron rayonu İcra Hakimiyyəti başçısının Qobu qəsəbə İnzibati ərazi nümayəndəliyi tərəfindən verilmiş 20 may 2020-ci il tarixli arayış və xəsiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 5 ünvanında qeydiyyatda olmaqla yaşayır, yaşayış yeri üzrə mənfi xarakterizə olunur. İş materiallarında olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs 17 noyabr 2020ci iltarixdə şübhəli şəxs qismində tutulmuş və məhkəmənin qərarlarına əsasən həmin vaxtdan hal-hazıradək həbsdədir. Beləliklə, məhkəmə icasında tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək məhkəmə bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin CM-nin 126.1-ci maddəsi ilə ittiham olunduğu cinayət əməlini təqsirli olaraq törətməsi tam sübuta yetirilmişdir. Məhkəmə qeyd edir ki, hadisənin qardaşları arasında baş verməsi və zərərçəkmişin ibtidai istintaq dövründə ifadə verərək hadisəni qardaşı Təqsirləndirilən şəxs tərəfindən qəsdən törədilməsini göstərməsi, eləcə də, müalicə olunduğu tibb müəssisəsinə və onu müayinə edən məhkəmə-tibb ekspertinə ona məhz Təqsirləndirilən şəxs xəsarət yetirməsi barədə məlumat verməsi, hadisə yerinə ilk köməyə gələn şəxslərin də, şahid qismində verdikləri ifadələrində, onlara hadisədən dərhal sonra bu kimi məlumatın verilməsi bir daha zərər çəkmiş şəxsin məhkəmədə verdiyi ifadəsində onu Təqsirləndirilən şəxs qəsdən bıçağla vurmasını təkzib etməsinin sonuncunun cinayət məsuliyyətindən yayındırılmasına xidmət etdiyini göstərir. Göstərilənlərə həmçinin Təqsirləndirilən şəxs bu hadisəni törətməməsinə və zərər çəkmiş şəxsi vurmaq niyyətində olmamasına dair göstərdiyi xüsusatların da, özünün müdafiə xarakterli olduğunu bir daha təsdiq edir. Bu isə onu göstərir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini təqsirli olaraq törətməsi tam sübut olunmuş və ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq, onun əməli CM-nin 126.1-ci maddəsi ilə tövsif edilmişdir. Belə olan halda təqsirləndirilən şəxs ittham olunduğu CM-nin 126.1-ci maddəsi ilə təqsili bilinib cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsin cinayəti zərər çəkmiş şəxsin qanunsuz hərəkətləri nəticəsində törətməsini, zərər çəkmiş şəxslə barışıq əldə etməsini və ona dəymiş maddi və mənəvi ziyanı aradan qaldırmasını, zərər çəkmiş şəxsin ondan şikayət və tələbi olmamasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə qeyd edir ki, cinayətin residivi isə təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran haldır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən, CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halların mövcudluğunu və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də, başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Sadalananlara əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyini ilə bağlı məsələni müzakirə edərək bu qənaətə gəlir ki, ona təqsirli bilindiyi CM-nin 126.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanın CM-nin 65.2-ci maddəsinin tələblərinə əsasən təyin edilməsi qanuni, əsaslı və ədalətlidir. Məhkəmə qeyd edir ki, belə olan halda təqsirləndirilən şəxs azalıqdan məhruemtmə cəzasına məhkum olunmalı, CM-nin 56.1.2-ci maddəsinə əsasən ona təyin olunan azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsairləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməli, həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməli və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 17 noyabr 2020-ci il tarixdən hesablanmalıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, CM-nin 71.5-ci maddəsinin tələblərinə uyğun olaraq Yevlax Rayon Məhkəməsinin 06.02.2020-ci il tarixli hökmü ilə təyin edilmiş şərti məhkum etmə ləğv edilməli və CM-nin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin olunan azadlıqdan məhrum etmə cəzası ilə həmin hökmlə təyin edilmiş 2 il azadlıqdan məhrumetmə cəzası qismən birləşdirilməklə çəkməli olduğu qəti cəza müəyyənləşdirilməlidir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmaqla saxlanması üçün Abşeron RPİ-nin saxlanc ambarına təhvil verilmiş zərərçəkmiş Zərərçəkmiş şəxs məxsus köynək və bir ədəd zavod üsulu ilə hazırlanmış deşici-kəsici xassəyə malik məişət təyinatlı mətbəx bıçağı məhv edilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. İş üzrə məhkəmə xərci müəyyən edilməmiş və mülki iddia yoxdur. Göstərilənləri və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Yevlax Rayon Məhkəməsinin 06.02.2020-ci il tarixli hökmü ilə təyin edilmiş şərti məhkum etmə ləğv edilsin və həmin hökmlə təyin edilmiş 2 (iki) il azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin olunan azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilsin və üzərində qəti olaraq 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs oğlunun həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 17 noyabr 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs oğlu cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs oğlunun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək qüvvəsində saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış Abşeron RPİ-də saxlanılan 01 ədəd köynək və 01 ədəd mətbəx bıçağı məhv edilsin. Hökmdən elan olunduğu andan (Təqsirləndirilən şəxs oğluna isə hökmün surətinin ona verildiyi andan) 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-32/2022
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-32/2022
03.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver