Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-32/2023 25.12.2023 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Hafiz Samir oğlu (sədrlik edən), Hümbətov Fəhmin Zaur və Rzayeva Aynur Tapdıq qızından ibarət tərkib, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçilər –Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Sumqayıt Regional Vəkil Bürosunun vəkilləri Müdafiəçi2, Müdafiəçi1 və Müdafiəçi3, Təqsirləndirilən şəxslər- Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, xx.xx.1991-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Sumqayıt şəhəri, 19-cu məhəllə, ev 21/8, mənzil 14-də qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3, xx.xx.1989-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1-də qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2, xx.xx.1963-cü ildə Şamaxı anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, Abşeron rayonu Xırdalan şəhəri, Quşçuluq massivi, 2-ci küçəsi ev 33-də qeydiyyatda olan, Sumqayıt şəhəri Ceyranbatan qəsəbəsi BTZ bağları fərdi tikilmiş evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq məhkəmə, Müəyyən etdi: Təqsirləndirilən şəxs3 Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 10 iyul 2021-ci il tarixdə səhər saat 06 radələrində Təqsirləndirilən şəxs2 Sumqayıt şəhəri, Bağçaşəhər yaşayış kompleksinin yaxınlığında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 3 ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,194 qram, 0,166 qram və 10,929 qram, ümumi təmiz çəkisi 11,289 qram narkotik vasitə olan heroin və külli miqdarda miqdarda 3 ədəd bükümdə, ayrı- ayrılıqda təmiz çəkiləri 0,362 qram, 2,954 qram və 0,075 qram, ümumi təmiz çəkisi 3,391 qram psixotrop maddə metamfetamin əldə edib daşıyaraq saxlamış, 10 iyul 2021-cı il tarixdə saat 16:25 radələrində Sumqayıt şəhəri, 19-cu məhəllə ərazisində yerFəşən Sumqayıt Regional Narkoloji dispanserin yaxınlğında Sumqayıt ŞPİ-nin 5-ci PB-nin əməkdaşları tərəfindən oğurluqda şübhəli bilinib saxlanılaraq Sumqayıt ŞPİ-nin 5-ci PB-nə gətirilmiş, polis bölməsində üzərinə şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən 1 ədəd sellofan bükümdə, 2 ədəd kağız bükümdə ümumilikdə 3 ədəd bükümdə külli miqdarda ayrı-ayrılıqda təmiz çəkiləri 0,194 qram, 0,166 qram və 10,929 qram, ümumi təmiz çəkisi 11,289 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 1 ədəd sellofan bükümdə, 2 ədəd kağız bükümdə ümumilikdə 3 ədəd bükümdə külli miqdarda ayrı- ayrılıqda təmiz çəkiləri 0,362 qram, 2,954 qram və 0,075 qram ümumi təmiz çəkisi 3,391 qram olan ağ rəngli kristallik formada maddə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 2021-ci ilin iyul ayının əvvələrində qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs1 satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 9 ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 2,215 qram, 3,319 qram, 4,169 qram, 2, 876 qram, 1,308 qram, 0,210 qram, 10, 138 qram, 10, 324 qram və 0, 326 qram, ümumi təmiz çəkisi 34,885 qram narkotik vasitə heroin və 1 ədəd sellofan bükümdə təmiz çəkisi 1,411 qram psixotrop maddə metamfetamin, 3 ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,194 qram, 0,166 qram və 10,929 qram, ümumi təmiz çəkisi 11,289 qram külli miqdarda narkotik vasitə olan heroini və külli miqdarda miqdarda 3 ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,362 qram, 2,954 qram və 0,075 qram, ümumi təmiz çəkisi 3,391 qram psixotrop maddə metamfetamini, ümumilikdə külli miqdarda 46,174 qram narkotik vasitə heroini və ümumilikdə külli miqdarda 4,802 qram psixotrop maddə metamfetamini əldə edib daşıyaraq saxlamış, 10 iyul 2021-ci il tarixdə qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs3 satması üçün qanunsuz olaraq külli miqdarda 3 ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,194 qram, 0,166 qram və 10,929 qram, ümumi təmiz çəkisi 11,289 qram narkotik vasitə olan heroin və külli miqdarda 3 ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,362 qram, 2,954 qram və 0,075 qram, ümumi təmiz çəkisi 3,391 qram psixotrop maddə metamfetamin vermiş, sonuncu 10 iyul 202İ-cı il tarixdə saat 16:25 radələrində Sumqayıt şəhəri, 19-cu məhəllə ərazisində yerləşən Sumqayıt Regional Narkoloji dispanserin yaxınlığında Sumqayıt ŞPİ-nin 5-ci PB-nin əməkdaşları tərəfindən oğurluqda şübhəli bilinib saxlanılaraq Sumqayıt ŞPİ-nin 5-ci PB-nə gətirilmiş, polis bölməsində üzərinə şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən 1 ədəd sellofan bükümdə, 2 ədəd kağız bükümdə ümumilikdə 3 ədəd bükümdə külli miqdarda ayrı-ayrılıqda təmiz çəkiləri 0,194 qram, 0,166 qram və 10,929 qram, ümumi təmiz çəkisi 11,289 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 1 ədəd sellofan bükümdə, 2 ədəd kağız bükümdə ümumilikdə 3 ədəd bükümdə külli miqdarda ayrı-ayrılıqda təmiz çəkiləri 0,362 qram, 2,954 qram və 0,075 qram ümumi təmiz çəkisi 3,391 qram olan ağ rəngli kristallik formada maddə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüş, bununla əlaqədar olaraq Sumqayıt ŞPİ-nin 5-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs2 10 iyul 2021-ci il tarixdə saat 20:35 radələrində yaşadığı ünvan 1 ünvanında saxlanılaraq Sumqayıt ŞPİ-nin 5-ci PB-nə gətirilmiş, polis bölməsində üzərinə şəxsi axtarış keçirilərkən üzərindən qanunsuz əşya aşkar edilməsə də, yaşadığı evə baxış keçirilən zaman mənzilin qonaq otağında divan üzərində olan balışın altındakı qara rəngli dəri çantada qanunsuz olaraq əldə etdiyi külli miqdarda 9 ədəd bükümdə ayrılıqda təmiz çəkiləri 2,215 qram, 3,319 qram, 4,169 qram, 2,876 qram, 1,308 qram, 0,210 qram, 10,138 qram, 10,324 qram və 0,326 qram ümumi təmiz çəkisi 34,885 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 1 ədəd selofan bükümdə 1,411 qram ağ rəngli kristallik formada maddə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında xx.xx.2021-ci il tarixdə Bakı şəhəri “Kubinka” deyilən yerdən şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, ümumi təmiz çəkisi 6,844 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini, 9 ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 2,215 qram, 3,319 qram, 4,169 qram, 2,876 qram, 1,308 qram, 0,210 qram, 10,138 qram, 10,324 qram və 0,326 qram, ümumi təmiz çəkisi 34,885 qram külli miqdarda narkotik vasitə heroini, ümumi təmiz çəkisi 1,383 qram psixotrop maddə olan metamfetamini və 1 ədəd sellofan bükümdə təmiz çəkisi 1,411 qram psixotrop maddə metamfetamini, 3 ədəd bükümdə, ayrıayrılıqda təmiz çəkiləri 0,194 qram, 0,166 qram və 10,929 qram, ümumi təmiz çəkisi 11,289 qram külli miqdarda narkotik vasitə olan heroini və külli miqdarda 3 ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,362 qram, 2,954 qram və 0,075 qram, ümumi təmiz çəkisi 3,391 qram psixotrop maddə metamfetamini, ümumilikdə külli miqdarda 53,018 qram narkotik vasitə heroini və külli miqdarda 6,185 qram psixotrop maddə metamfetamini əldə edib bir qismini üzərində digər bir qismini isə yaşadığı ünvana daşıyaraq saxlamış, 9 ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 2,215 qram, 3,319 qram, 4,169 qram, 2,876 qram, 1,308 qram, 0,210 qram, 10,138 qram, 10,324 qram, 0,326 qram, 0,194 qram, 0,166 qram və 10,929 qram, ümumi təmiz çəkisi 46,174 qram külli miqdarda narkotik vasitə heroini və 1 ədəd sellofan bükümdə təmiz çəkisi 1,411 qram psixotrop maddə metamfetamini və ayrı-ayrılıqda təmiz çəkiləri'0,332 qram, 2,954 qram və 0,075 qram, ümumi təmiz çəkisi 3,391 qram külli miqdarda psixotrop maddə metamfetamini qanunsuz olaraq Təqsirləndirilən şəxs2 satmış, xx.xx.2021-ci il tarixdə saat 18.50-də Sumqayıt şəhəri, Ceyranbatan qəsəbəsi BTZ bağları ərazisində yaşadığı evin yaxınlığında Sumqayıt ŞPİ-nin CAŞ-ın əməkdaşları tərəfindən saxlanılaraq, Sumqayıt ŞPİ-ə gətirilmiş və orada üzərinə şəxsi axtarış aparılarkən əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 1 ədəd şəffaf sellofana bükülmüş təmiz çəkisi 0,914 olan ağ rəngli kristallardan ibarət, kustar üsulla hazırlanmış eyni tərkibli miqdarda psixotrop maddə olan metamfetamin, 3 ədəd ayrıayrılıqda təmiz çəkiləri 0,855 qram, 0,780 qram, 0,830 qram, ümumi təmiz çəkisi 2,465 qram olan qəhvəyi rəngli, tozşəkilli, kustar üsulla hazırlanmış eyni tərkibli külli miqdarda narkotik vasitə heroin aşkar olunaraq götürülmüş,əməliyyat tədbirlərinin davamı olaraq Təqsirləndirilən şəxs1 yaşadığı Sumqayıt şəhəri Ceyranbatan qəsəbəsi ərazisində olan 1 otaqlı evinə baxış keçirilən zaman otaqda olan televizor dolabının içərisindən qanunsuz olaraq əldə etdiyi 1 ədəd şəffaf sellofana bükülmüş üzərindən aşkar olunaraq götürülmüş psixotrop maddə ilə eyni tərkibli olan ümumi təmiz çəkisi 0,469 qram olan ağ rəngli kristallardan ibarət, kustar üsulla hazırlanmış eyni tərkibli miqdarda psixotrop maddə olan metamfetamin, 5 ədəd üzərində aşkar olunaraq götürülmüş narkotik vasitə olan heroinlə eyni tərkibli olan ayrı-ayrılıqda təmiz çəkiləri 0,886 qram, 0,869 qram, 0,854 qram 0,882 qram,0,888 qram, ümumi təmiz çəkisi 4,379 qram olan qəhvəyi rəngli,tozşəkilli kustar üsulla hazırlanmış eyni tərkibli külli midarda narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs3 ittiham olunduğu əməllər üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, Turacı tanımır. Narkotik vasitə onda olmuşdur, həmin narkotik vasitəni tanımadığı şəxsdən əldə etmişdir. Vüqarı çoxdan tanıyır. Vüqar ona narkotik vasitə verməmişdir. Narkotik vasitəni tanımadığı adamdan iki dəfə almış, Vüqardan narkotik vasitə almamışdır. Üzərində 11 qram narkotik vasitə olmuşdur. İttiham aktında 34 qram narkotik vasitə olması yazılmış, evindən çıxmışdır. 10 iyul 2021-ci il tarixdə günortadan sonra Sumqayıt şəhər Narkoloji Dispanserin arxasında tutulmuşdur. Özü “Bağça şəhər”də kirayədə qalmış, Vüqar onun evinə qonaq gəlib-getmişdir. Vüqar axırıncı dəfə telefonu ustaya vermək üçün onun evinə gəlmişdir. Vüqarın tutulmağından xəbəri olmamışdır, çünki həmin vaxt özü çöldə olmuşdur. Vüqar onun evində tutulmuşdur. Vüqar telefonu götürməyə gələndə özü evdə olmamış, Vüqar evdə onu gözləmişdir. Həmin gün Vüqarı görməmişdir. Vüqar da, özü də narkotik vasitə istifadəçisidirlər. Birrlikdə narkotik vasitə istifadə etmişlər, Vüqara narkotik vasitəni əvəzsiz vermişdir. İbtidai istintaq zamanı da belə ifadə vermişdir. Yazıb-oxuya bilmir. 4cü sinifə qədər oxumuşdur. Mobil telefon işlətmişdir. Ona “Vüqar səni satıb” deyildiyi üçün Vüqarın acığına elə ifadə vermişdir. Evindən çıxan narkotik vasitə onundur, Vüqar onun evinə narkotik vasitə qoya bilməzdi. Təqsirləndirilən şəxs3 ibtidai istintaq zamanı verdiyi, məhkəmədə araşdırılmış ifadəsində ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, artıq bir neçə müddətdir ki, narkotik vasitələrin istifadəsi ilə ilə məşğul olur. Təqsirləndirilən şəxs2 5 ildir ki, tanıyır. Münasibətləri yaxşı olmuş, aralarında ədavət və düşmənçilik olmamışdır. Bir neçə gün bundan qabaq Vüqar ilə görüşdükdə o, onda olan narkotik vasitələri dediyi yerə çatdırmasını və əvəzində istifadəsi üçün ona metamfetamin verəcəyini demişdir. O, Vüqarın təklifi ilə razılaşmış, 10 iyul 2021-ci il tarixdə saat 06 radələrində Vüqarla yaşadığı Bağçaşəhər yaşayış kompleksinin görüşmüşdür. Vüqar ona “Sobranie” siqaret paketinin içərisində 2-si sellofana, 4 kağıza bükülmüş bükülünü verib üzərində gəzdirməsini və ona zəng edib həmin bükülüdə olan narkotik vasitələri dediyi adamlara verməsini bildirmişdir. O, bükülüdəki narkotik vasitələri ondan götürüb üzərində gəzdirmişdir. 10 iyul 2021-ci il tarixdə saat 16:25 radələrində Sumqayıt şəhəri, 19-cu məhəllədə yerləşən Narkoloji dispenserin yanında gələn zaman 3 nəfər mülki geyimdə polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqoım etdikdən sonra oğurluq törətməkdə şübhəli olduğunu bildirib onu Sumqayıt ŞPİ-nin 5-ci PB-nə dəvət etmişlər. Polis bölməsinə gedərkən yolda polis əməkdaşlarına üzərində 1 ədəd sellofan və 2 ədəd kağıza bükülmüş narkotik vasitə heroin olduğunu, eləcə də 1 ədəd sellofan və 2 ədəd kağıza bükülmüş psixotrop maddə rhetamfetamin olduğunu bildirmişdir. Sumqayıt ŞPİ-nin 5-ci PB-nə gəldikdən sonra xidməti otaqların birində videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçiriləcəyini demiş və ona şübhəli şəxs kimi hüquq və vəzifələri izah olunmuşdur. Daha sonra müdafiəçinin iştirakı ilə videoçəkilişlə üzərinə şəxsi axtarış keçirəcəklərini deyəndən sonra o, buna etiraz etməmişdir. Şəxsi axtarış zamanı ona üzərində qanunla qadağan edilmiş əşya, maddə narkotik vasitə və narkotik vasitə qalıqları varsa təqdim etməsi təklif olunmuşdur. O, polis əməkdaşlarına sağ əli ilə əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən “Sobranie” siqaret paketinin içərisindən 1 ədəd sellofan və 2 ədəd kağıza bükülmüş narkotik vasitə heroini, eləcə də 1 ədəd sellofan və 2 ədəd kağıza bükülmüş psixotrop maddə metamfetamini təqdim etmişdir. Polis əməkdaşlarları bükümləri haradan əldə etdiyini soruşanda, o, həmin bükümləri Vüqar adlı şəxsdən dediyi adamlara vermək üçün götürdüyünü bildirmişdir. Bundan sonra çəkiliş dayanmış və sənədləşmə polis bölməsində davam etdirilmişdir. Üzərindən aşkar olunmuş bükülülər qablaşdırılmış və bu barədə protokol tərtib olunmuşdur. O, və iştirakçılar protokolu imzalamışlar. Üzərindən aşkar edilmiş narkotik vasitələri və psixotrop maddələri Vüqar adlı tanışından götürmüşdür. Polis əməkdaşları tərəfindən ona fiziki və ya psixi təsir və təzyiq göstərilməmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs3 əlavə ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 17 avqust 2021-ci il tarixli 6/3082 nömrəli rəyinə əsasən tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi №65” dairəvi möhür əksləri olan iki ədəd kağız paketə qablaşdırılmış üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün № 242” dairəvi möhür əksi olan zərfdə üç ədəd bükümdə ümumi təmiz çəkisi 11,139 qram olan heroin ilə üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün № 242” dairəvi möhür əksi olan zərfdə 9 ədəd bükümdə ümumi təmiz çəkisi 34,435 qram heroin xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə fərqli olması, digər üç ədəd bükümdə ümumi təmiz çəkisi 3,241 qram olan metamfetaminlər ilə bir ədəd bükümdə təmiz çəkisi 1,361 qram metamfetamin xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eynilik təşkil etməsi barədə bildirmişdir ki, ola bilsin ki, Vüqarın narkotik vasitə heroin və psixotrop maddə metamfetamini aldığı şəxs ona fərqli tərkibli heroinlər satmışdır, ona görə də üzərlərindən aşkar edilmiş narkotik vasitə heroin tərkibinə görə fərqli olmuşdur.(Cild 2, iş vərəqə:88-90) Təqsirləndirilən şəxs2 ittiham olunduğu əməllər üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs1 ümumiyyətlə tanımır. İran vətəndaşı Turacdan narkotik vasitə almışdır, amma həmin şəxs bu Turac deyil. Həmin Turacın nömrəsini Hikmətə vermiş, Hikmət gedib ondan narkotik vasitə götürmüş, ona da 1-2 qram vermişdir. Həmin şəxs ilə tutulmazdan çəx əvvəl instagramda yazışmışdır. Onu saat 12-1 radələrində “Bağça” şəhərdə Hikmətin evində tutmuşlar, Hikmət onu görmüş, onu satdığını düşünmüşdür. O, Hikmətin evinə mobil telefon dalınca getmişdir. Evdə Hikmət yox, onun birlikdə yaşadığı qadın olmuşdur. Qadın onu tanımışdır. O, Hikmətin gəlməsini gözləyərkən polis əməkdaşları evin içində onu tutaraq bölməyə aparmışlar. 2 nəfər gəlmiş, qapını döymüş, özü gəldiyi maşının yiyəsi ilə yuxarı qalxmışlar. Həmin şəxsin adi Elnur olmuş, Bakıda yaşamışdır. Elnur da evə gəlmiş, sonra onu buraxmışlar. Həmin vaxt evə baxış keçirməmişlər. Öz üstündə narkotik vasitə olmamışdır. Sonradan onu apararaq evə baxış keçirmiş, divanın altına narkotik vasitə qoyaraq çıxartmasını bildirmişlər. O, heç evin yerin bilməmiş, qapını açması üçün açarı ona vermişlər, o da səhvən aşağıdakı qonşunun evin açmaq istəmişdir. O, həmin evdə yaşamamışdır. Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi, məhkəmədə araşdırılmış ifadəsində ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, artıq bir neçə müddətdir ki, narkotik vasitələrin qəbulu ilə məşğul olur. 4-5 ay bundan öncə “İnstagram” sosial şəbəkəsində Turac adlı şəxslə tanış olmuş, Turac İran vətəndaşı oduğunu və İranda yaşadığını demişdir, daha sonra vhatsap nömrələrini bir-birinə verib vhatsap vasitəsi ilə yazışmağa başlamışlar. Yazışdıqları müddətdə Turac ona narkotik vasitə lazım olub olmadığım dedikdə o, ilk öncə istəmədiyini desə də, daha sonra özü istifadə edən olduğuna, eyni zamanda ucuz olduğuna görə almaq qərarına gəlib göndərməsini demişdir. Turac ona ilk öncə pulu göndərməsini bildirmirsə Turacın verdiyi xatırlamadığı bank hesabına ilk öncə 300 manat pul göndərmiş, Turac Bakı şəhəri Nefçilər deyilən yerə gedib parkda dediyi ağacın aldından göndərdiyi narkotik vasitə olan heroin və metofetamini götürməsini demiş, o, da Turacın vhatsapda yazdığı yerə gedib oradan 30 qram heroin, 5 qram metafetamini götürmüşdür. Götürdüyü həmin maddələrin bir qismini istifadə edib bir qismini evdə saxlamış və həmin heroin pis olduğundan Turaca yaxşı heroin göndərməsini bildirmişdir. O, xx.xx.2021 -ci il tarixdə Turacın bank hesabına 600 manat pul göndərdikdən sonra Turac ona Nefcilərdə Şaurma restaranınm yaxınlığında gedib göndərdiyi heroini götürməsini bildirmiş, o, da Turacın dediyi yerə gedib ümumi çəkisi 67 qram heroini götürüb yaşadığı evə gətirmişdir. Heroini gətirdikdən sonra gedəcəyi yerlərdə istifadə edə bilmək üçün kiçik qramlarda sellofana və kağıza bükmüşdür. xx.xx.2021-ci il tarixdə 20:35 radələrində üç nəfər şəxs evinə gəlib özlərini təqdim edərək polis əməkdaşları olduğunu bildirib Təqsirləndirilən şəxs3 adlı şəxsin üzərində narkotik vasitə gəzdirməsinə görə tutulduğunu və izahatında həmin narkotik vasitələri ondan aldığını dediyini bildirib onu Sumqayıt ŞPİ-in 5-ci PB-nə dəvət etmişlər, o, polis əməkdaşları ilə bölməyə gəlmiş, 5-ci PB-nə çatdıqda xidməti otaqların birində bir polis əməkdaşı video çəkiliş vasitəsi ilə onun üzərinə şəxsi axtarış keciriləçəyini demiş, ona huquq və vəzifələri izah edildikdən sonra üzərində hər hansısa bir qeyri qanuni maddə, əşya və predmet olub olmamasını deyib üzərində olanları onlara təhvil verməsini bildirmişdir. Üzərində heç bir maddə əşya predmet olmadığını demiş, şəxsi axtarış zamanı üzərindən heç bir gəzdirilməsi qadağan olunmuş maddə predmet aşkarlanmamış, polis əməkdaşı ondan başqa bir yerdə gəzdirilməsi qadağan olunmuş maddə predmet saxladığını soruşduqda o, yaşadığı evdə narkotik vasitə olan heroin və metofetamin olduğunu bildirmişdir. Ona evinə baxış keçiriləcəyini etirazının olub olmadığını demişlər. O, da heç bir etirazının olmadığını demişdir. Bundan sonra video çəkiliş bölmədə dayandırılmış və o, polis əməkdaşları ilə birlikdə yaşadığı ünvan 3 ünvanına getmişdir. Evdə ona həmin maddələri təqdim etməsi bildirilmiş, o, qonaq otağında divanın üzərində olan balışın altındakı qara rəngli dəri çantada olan bükülüləri polis əməkdaşlarına təqdim etmişdir. Təqdim olunmuş bükülərin nə olduğu soruşulduqda o, həmin bükülülərdəki maddələrin heroin və metofetamin olduğunu demişdir. Maddələrin çəkiliş vasitəsi ilə elektron tərəzi üzərində hər birinin çəkisi ayrı ayrılqda çəkilmişdir. Hər bir narkotik vasitə çəkildikdən sonraondan hər hansısa bir etirazının olub olması soruşulmuş, o, da etirazının olmamasını demişdir. Bundan sonra çəkiliş dayanmış və sənədləşmə polis bölməsində davam etdirilmişdir. Evindən aşkar olunmuş bükülülər qablaşdırılmış və bu barədə protokol tərtib olunmuş, o, və iştirakçılar protokolu imzalamışlar. O artıq bir neçə ildir ki, narkotik vasitə istifadə edir.Üzərindən aşkar edilmiş narkotik vasitələri və psixotrop maddələri Turac adlı şəxsdən almış, ona məxsus mobil telefonda olan mobil nömrəsi ***-***-**-**-dur. Həmin narkotik vasitə və psixotrop maddələri həm öz şəxsi istifadəsi üçün əldə etmişdir.(Cild 2, iş vərəqə:130-132) Təqsirləndirilən şəxs1 ittiham olunduğu əməllər üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, 06 oktyabr 2021-ci il tarixdə 9 bükümdə 10 qram narkotik vasitəni “Kubinka”dan almışdır. Vüqar və Hikməti tanımır, onları ilk dəfə videokofrans ilə keçirilən məhkəmədə görmüşdür. Vüqar ondan 3 ay əvvəl tutulmuş, müstəntiq demişdir ki, Vüqar tutulandan 4-5 ay əvvəl guya o, instagramda Vüqarla danışmış, ona narkotik vasitə satmasını bildirmiş, Vüqar da yerini bildirməsini, gedib götürəcəyini demişdir. Ceyranbatan və Sumqayıt arasında narkotik vasitə qoymaq yerinə niyə Neftçilər ərazisinə narkotik vasitə qoymasını sual etmişdir. Deyilən vaxtda özü cəzaçəkmə müəssisəsində olmuşdur. Vüqar tutulandan 3 ay 10 gün əvvəl çıxmışdır. Bu səbəbdən Vüqar tutulandan 4-5 ay əvvəl onunla instagramda tanış ola bilməyəcəyini demişdir. O, 20 il məhkum həyatı yaşamışdır. İş bağlanan vaxtı müstəntiq dəyişmiş, siqaret yandıraraq çəkə-çəkə onun üçün nə fərqi olduğunu soruşmuşdur. O da “Azərbaycanda nə qədər narkotik alan var gətirin verin mənə, işiniz olsun asan” demişdir. Onu yükləməmişlər, özünə məxsus narkotik ilə tutulmuşdur. Hansı cəza verilsə, eləmədiyi cinayət üstündə gedib çəkib gələcəyini bildirmişdir. Vüqar və Hikməti qətiyyən tanımır. Çöldə olduğu müdət ərzində bütün növ narkotik vasitələtdən istifadə etmişdir. “Kubinka”dan aldığı narkotik vasitəni 10 qram adı ilə almış, qramlara ayrılmış vəziyyətdə olmuşdur. Özü ümumiyyətlə telefon işlətməmiş, çöldə 6 aydan, 1 ildən artıq qalmamışdır. 5 oktyabr 2021-ci il tarixdə narkotik vasitə almış, 6-sı tutulmuşdur. Həmin narkotik vasitənin 1,5 qramı metamfetamin, qalanı heroin olmuşdur. Onu düz evinin qabağında tutmuşlar. Evdən çıxanda üstündə 3 büküm heroin, 1 büküm metamfetamin olmuşdur. Oğlu və gəlini namaz qılır. Axırıncı dəfə onlara söz vermişdir ki, birdə bu əməlləri etməyəcək. İbtidai istintaq dövründə Vüqarla Hikməti görməmiş, onlarla üzləşdirilməmişdir. Özü üzləşdirməni tələb edəndə Vüqarın onu fotoşəkildən tanıdığı deyilmişdir. Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi, məhkəmədə araşdırılmış ifadəsində ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə, saat 18:50 radələrində Sumqayıt şəhəri Ceyranbatan qəsəbəsi, BTZ bağlar massivi ərazisində olan zaman polis əməkdaşları ona yaxınlaşıb onu narkotik vasitələrin qəbulu və üzərində gəzdirilməsi üçün saxladıqlarını bildirib onu Pİ-yə dəvət etmişlər və o onlara etiraz etməyərək onlarla birlikdə Pİ-yə getmiş və xidməti otaqların birində üzərinə şəxsi axtarış keçirmək istədiklərini bildirən zaman o buna etiraz etməmiş, ona hüquq və vəzifələr barədə bildiriş, hüquqlarımın müdafiəsi üçün Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili X4 təqdim olunmuşdur. Daha sonra isə vidoçəkiliş vasitəsilə üzərimə şəxsi axtarış keçiriləcəyi bildirilərək üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub -olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməyini təklif edilən zaman özü əynində olan qara rəngli gödəkçənin sağ yan cibində saxlamış olduğu 4 ədəd şəffaf rəngli sellofan bükümləri təqdim etmiş və həmin bükümlər açılan zaman 3 ədədinin içərisində spesifik iyə malik qəhvəyi rəngli maddənin, digər birinin içərisində isə ağ rəngli kristal şəkilli maddənin olduğu müəyyən olunmuşdur. Sorğu zamanı aşkar olunan ağ rəngli kristal şəkilli maddənin “ şüşə”, qəhvəyi rəngli maddələrin “kakos” olduğunu, aşkar olunmuş həmin maddələri xx.xx.2021- ci il tarixdə “Kubinka” adlanan ərazidə tanımadığım şəxsdən alaraq “kakos” adlanan maddələrin bir bükümünə 25 manat, “şüşə” adlanan maddənin bir bükümünə 17 manat pul ödədiyini, almış olduğu həmin maddələrin bir qismini şəxsi istifadəsi üçün yaşadığı ünvanda, bir qismini isə öz üzərində daşıyıb gəzdirdiyini bildirmişdir. Həmin vaxt üzərindən aşkar olunmuş 3 ədəd bükümdə qəhvəyi rəngli toz halında maddələr tərəz^y3^ qoyulub çəkilən zaman həmin maddələrin şəffaf rəngli sellofan ilə birlikdə çəkisinin 0,92 qram, 0,91 qram, 0,91 qram ümumi çəkisinin 2,76 qram olduğu ağ rəngli kristal şəkilli maddə tərəziyə qoyulub çəkilən zaman həmin maddənin çəkisinin 0,99 qram olduğu müəyyən edildi və aşkar olunmuş həmin maddələr Azərbaycan Respublikası ƏN-nin MEM-nə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq Azərbaycan Respublikasının DİN-nin 124 saylı möhürü ilə möhürlənmiş və yaşadığı ünvana baxış keçirilməsindən ötrü Pİ-də xidməti otaqda çəkiliş dayandırılmışdır. Yaşadığı ünvana baxış keçirilməsi üçün polis əməkdaşları və vəkili ilə birlikdə yaşadığı ünvana getmişlər. Yaşadığı ünvana baxış keçiriləcəyi bildirilərək ona bununla bağlı olaraq hər hansı bir etirazı olub-olmadığım sual olunmuş, o bu barədə heç bir etiraz və vəsatətinin olmadığını qeyd etmiş, daha sonra ona yaşadığı ünvanda hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olubolmaması, əgər vardırsa həmin əşyanı təqdim etməsi təklif olunmuşdur. O özü yaşadığı 1 otaqlı fərdi evdə televizor dolabının altındakı dəmir qabda saxlamış olduğu 6 ədəd şəffaf rəngli sellofan bükümləri təqdim etmiş, həmin bükümlər açılmış, bükümlərin beşinin içərisində spesifik iyə malik qəhvəyi rəngli maddənin, digər birinin içərisində ağ rəngli kristal şəkilli maddənin olduğu müəyyən olunmuşdur. Sorğu zamanı yaşadığı ünvandan aşkar olunan ağ rəngli kristal şəkilli maddənin “ şüşə”, qəhvəyi rəngli maddələrin “kakos” olduğunu, aşkar olunmuş həmin maddələri xx.xx.2021-ci il tarixdə “Kubinka” adlanan ərazidə tanımadığı şəxsdən alaraq “kakos” adlanan maddələrin bir bükümünə 25 manat, “şüşə” adlanan maddənin bir bükümünə 17 manata ödədiyimi, almış olduğu həmin maddələrin bir qismini şəxsi istifadəsi üçün yaşadığı ünvanda, bir qismini isə öz üzərində daşıyıb gəzdirdiyini bildirmişdir.Həmin vaxt yaşadığı ünvandan aşkar olunmuş qəhvəyi rəngli toz halında maddələr tərəziyə qoyulub çəkilən zaman həmin maddələrin şəffaf rəngli sellofan ilə birlikdə çəkisinin 1,0 qram, 0,96 qram, 1,0 qram, 0,93 qram, 0,95 qram ümumi çəkisinin 4,82 qram olduğu ağ rəngli kristal şəkilli maddə tərəziyə qoyulub çəkilən zaman həmin maddənin çəkisinin 0,54 qram olduğu müəyyən edilmiş və aşkar olunmuş həmin maddələr Azərbaycan Respublikası ƏN-nin MEM-nə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq Azərbaycan Respublikasının DİN-nin 124 saylı möhürü ilə möhürlənmiş, o narkotik vastələrin satışı ilə məşqul olmur, özü bədənində olan ağrılarla əlaqədar istifadə edir. Polis əməkdaşları tərəfindən saxlanılan zaman ona qarşı heç bir zorakılıq tətqbiq edilməmişdir. Şəxsi axtarış keçirilmədən öncə onun üzərinə baxış keçirilməmişdir. Narkotik vasitə almış olduğu şəxsi tanımadığından onun anket məlumatları barədə barədə heç bir məlumat verə bilməmişdir.( cild 2, iş vərəqə 248-251) Məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxslərin törətdiyi cinayət əməlini ibtidai istintaq zamanı qismən etiraf edərək göstərdiyi xüsusatları, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143- 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 5-ci PB-nin əməliyyat müvəkkili Şahid4 ifadəsində göstərdi ki, 10 iyul 2021-ci il tarixdə saat 16 radələrində Sumqayıt şəhəri, 19-cu məhəllədə yerləşən Narkoloji dispenserin yaxınlığında Təqsirləndirilən şəxs3 yaxınlaşaraq özlərini təqdim etdikdən sonra oğurluq törətməkdə şübhəli olduğunu bildirib onu Sumqayıt ŞPİ-nin 5-ci PB-nə dəvət etmişlər. Polis bölməsinə gedərkən yolda Təqsirləndirilən şəxs3 üzərində 1 ədəd sellofan və 2 ədəd kağıza bükülmüş narkotik vasitə heroin olduğunu, eləcə də 1 ədəd sellofan və 2 ədəd kağıza bükülmüş psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Sumqayıt ŞPİ-nin 5-ci PB-nə gəldikdən sonra Təqsirləndirilən şəxs3 xidməti otaqların birində videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçirəcəklərini deyəndən sonra Təqsirləndirilən şəxs3 buna etiraz etməmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs3 özü sağ əli ilə əynindəki idman şalvarının cibindən siqaret paketinin içərisindən 2 ədəd sellofan və 4 ədəd kağıza bükülmüş kütləni təqdim etmişdir. Təqsirləndirilən şəxs3 bükümlərdəki kütlələrin narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Bükümləri haradan əldə etdiyini soruşanda, o, bükümləri Vüqar adlı şəxsdən dediyi adamlara vermək üçün götürdüyünü bildirmişdir. Daha sonra Vüqar adlı şəxsin şəxsiyyəti onlar tərəfindən müəyyən edildikdən sonra 10 iyul 2021-ci il tarixdə 20 radələrində Təqsirləndirilən şəxs2 onlar tərəfindən saxlanılaraq Sumqayıt şəhəri Pİ-in 5-ci PB- nə dəvət edilmişdir. Sumqayıt ŞPİ-nin 5ci PB-nə çatdıqda xidməti otaqların birində müdafiəçinin iştirakı ilə video çəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs2 üzərində heç bir maddə əşya predmet olmadığını demişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 üzərindən heç bir gəzdirilməsi qadağan olunmuş maddə predmet aşkarlanmamışdır. Təqsirləndirilən şəxs2 başqa bir yerdə gəzdirilməsi qadağan olunmuş maddə predmet saxladığını soruşduqda o, yaşadığı evdə narkotik vasitə olan heroin və metofetamin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs2 evinə baxış keçiriləcəyini deyib, etirazının olub olmadığını soruşmuşlar. Təqsirləndirilən şəxs2 heç bir etirazının olmadığını bildirmişdir. Bundan sonra video çəkiliş bölmədə dayandırılmış və birlikdə Təqsirləndirilən şəxs2 yaşadığı ünvan 3 ünvanına getmişlər. Evdə Təqsirləndirilən şəxs2 həmin maddələri təqdim etməsi təklif edilmiş, Təqsirləndirilən şəxs2 qonaq otağında divanın üzərində olan balışın altındakı dəri çantada olan bükülüləri təqdim etmişdir. Təqdim olunmuş bükülərin nə olduğu soruşulduqda Təqsirləndirilən şəxs2 həmin bükülülərdəki maddələrin heroin və metafetamin olduğunu bildirmişdir. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş polis əməkdaşları Şahid5, Şahid6 eyni məzmunlu ifadə verərək Şahid4 göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin CAŞ-ın əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, 06. Oktyabr 2021-ci il tarixdə Sumqayıt şəhərində Turac adlı şəxsin qanunsuz olaraq narkotik vasitələrin qəbulu və üzərində gəzdirməsi barədə məlumat daxil olmuşdur. Daxil olmuş məlumat əsasında həmin tarixdə, saat 18 radələrində Təqsirləndirilən şəxs1 Sumqayıt şəhəri Ceyranbatan qəsəbəsi BTZ bağlar massivi ərazisində saxlanılaraq Sumqayıt ŞPİ-yə gətirilmişdir. Orada xidməti otaqların birində vəkilin iştirakı və videoçəkilişlə onun üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim edilməsi təklif olunmuş, o da əynində olan gödəkçənin cibində saxlamış olduğu 04 ədəd bükümü təqdim etmiş, həmin bükümlər açıldıqdan onlardan üçü heroin, digər biri isə psixotrop maddə olan metamfetamin olduğu müəyyən olunmuşdur. Sorğu zamanı Turac ondan aşkar olunan heroini 25 manata, metamfetamini 17 manata xx.xx.2021-ci il tarixdə Bakı şəhəri “Kubinka” adlanan ərazidə tanımadığı şəxsdən aldığını, almış olduğu həmin maddələrdən bir qismini şəxsi istifadəsi üçün yaşadığı ünvanda, bir qismini isə öz üzərində daşıyıb gəzdirdiyini bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs1 yaşadığı evinə gedilmiş, orada Turacdan yaşadığı ünvana baxış keçiriləcəyi bildirilərək sonuncuya bununla bağlı hər hansı bir etirazının olubolmadığı soruşulmuş, o da heç bir etirazının və vəsatətinin olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs1 da yaşadığı 1 otaqlı evin televizor dolabının altındakı qabda saxlamış olduğu 06 ədəd ayrı-ayrı bükümləri təqdim etmişdir. Həmin bükümlər açıldıqda, onlardan beşi heroin, biri isə metamfetamin olduğu müəyyən olunmuşdur. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş polis əməkdaşları Şahid2, Şahid3 Məmməd oğlu eyni məzmunlu ifadə verərək Şahid1 göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 10 iyul 2021-ci il tarixli “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair” qərardan görünür ki, xx.xx.1989-ci ildə Sumqayıt şəhərində anadan olmuş ünvan 1-də yaşayan Təqsirləndirilən şəxs2 narkotik vasitələrin qəbulu və üzərində saxlaması barədə əməliyyat məlumat daxil olmuş, həmin məlumatın yoxlanılması məqsədi ilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır. (İ cild, iş vərəqə 155) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş 06 oktyabr 2021-ci il tarixli “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair” qərardan görünür ki, xx.xx.1963-cü ildə Şamaxı anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, Abşeron rayonu Xırdalan şəhəri, Quşçuluq massivi, 2-ci küçəs ev 33-də qeydiyyatda olan Təqsirləndirilən şəxs1 qanunsuz olaraq narkotik vasitə saxlaması, üzərində gəzdirməsi və istifadə etməsi barədə əməliyyat məlumatı daxil olmuş və həmin məlumatın yoxlanması üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır. (İ cild, iş vərəqə 7) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş “şəxsi axtarışın keçirilməsi barədə” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs3 sağ əli ilə əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən “Sobranie” siqaret paketinin içərisindən 2 ədəd sellofan və 4 ədəd kağıza bükülmüş kütləni təqdim etmişdir. Təqsirləndirilən şəxs3 bükümlərdəki kütlələrin narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Bükümləri haradan əldə etdiyini soruşanda, o, bükümləri Vüqar adlı şəxsdən dediyi adamlara vermək üçün götürdüyünü bildirmişdir. ( İ cild, iş vərəqə 136-137) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş “baxış keçirilməsi və maddi sübutun götürülməsi haqqında” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 yaşadığı mənzilə baxış keçirilən zaman o, qonaq otağında divanın üzərində olan balışın altındakı qara rəngli dəri çantada olan bükülüləri təqdim etmişdir. Təqdim olunmuş bükülərin nə olduğu soruşulduqda Təqsirləndirilən şəxs2 həmin bükülülərdəki maddələrin heroin və metafetamin olduğunu bildirmişdir. ( İ cild, iş vərəqə 177-178) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş “diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, baxış zamanı 00191 adlı fayl açıldı. Həmin fayl açılarkən içərisində video görüntünün olması müəyyən oldundu. Həmin fayl 05 dəqiqə 39 saniyədən ibarət videogörüntüdən ibarətdir. Videogörüntü açılarkən orada,Videogörüntü açılarkən orada, əynində qara rəngli idman şalvarı, qarışıq rəngli köynək olan bir nəfər şəxsin Sumqayıt ŞPİ-nin 5-ci Polis bölməsində xidməti otaqların birində olması görünür. Polis forması geyimində olan Sumqayıt ŞPİnin 5-ci PB-nin təhqiqatçısı, polis kapitanı Ramin Əhmədov həmin şəxsə əvvəlcə özünü təqdim edir, sonra polis əməkdaşları özlərini təqdim edir, daha sonra isə həmin şəxsə özünü təqdim etməsini xahiş edir. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs3 olduğunu bildirir. Sonra təhqiqatçı X7 Fərəcova oğurluq törətməkdə şübhəli bilindiyi üçün saxlanıldığını bildirir, lakin Təqsirləndirilən şəxs3 polis bölməsinə gedərkən yolda polis əməkdaşlarına üzərində 1 ədəd sellofan və 2 ədəd kağıza bükülmüş narkotik vasitə heroin olduğunu, eləcə də 1 ədəd sellofan və 2 ədəd kağıza bükülmüş psixotrop maddə metamfetamin olduğunu bildirməsi ilə əlaqədar olaraq təhqiqatçı onun üzərinə videoçəkilişlə şəxsi axtarış keçiriləcəyini bildirir. Həmin vaxt Təqsirləndirilən şəxs3 hüquq və vəzifələri izah edilir,bununla bağlı ona bildiriş təqdim edilir və o, hüquq və vəzifələri ilə tanış olur. Daha sonra müdafiəçinin iştirakı ilə videoçəkilişlə Təqsirləndirilən şəxs3 üzərinə şəxsi axtarış keçirilməmişdən qabaq ona üzərində qanunla qadağan edilmiş əşya, maddə narkotik vasitə və narkotik vasitə qalıqları varsa təqdim etməsi təklif olundu. Təqsirləndirilən şəxs3 polis əməkdaşlarına sağ əli ilə əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən “Sobranie” siqaret paketinin içərisindən 1 ədəd sellofan və 2 ədəd kağıza bükülmüş kütləni, eləcə də 1 ədəd sellofan və 2 ədəd kağıza bükülmüş kütləni təqdim etdi. Təqsirləndirilən şəxs3 bükümlərdəki kütlələrin narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olduğunu bildirdi. Polis əməkdaşları bükümləri haradan əldə etdiyini soruşanda, o, bükümləri Vüqar adlı şəxsdən dediyi adamlara vermək üçün götürdüyünü bildirdi. Həmin kütlələr Təqsirləndirilən şəxs3 götürülür. Bundan sonövjsə* video çəkiliş dayandırılır. Daha sonra cinayət işinin materiallarına əlavə edilmiş ilarici- diskə baxış keçirməyə başladım. Baxış zamanı 00193 adlı və 00194 adlı fayllar açıldı. 00193 adlı fayl açılarkən içərisində video görüntünün olması müəyyən oldundu. Həmin fayl 03 dəqiqə 36 saniyədən ibarət videogörüntüdən ibarətdir. Videogörüntü açılarkən orada, əynində zolaqlı şortik, sarı-ağ rəngli köynək olan bir nəfər şəxsin Sumqayıt ŞPİ- nin 5-ci Polis bölməsində xidməti otaqların birində olması görünür. Polis forması geyimində olan Sumqayıt ŞPİ-nin 5-ci PB-nin təhqiqatçısı, polis kapitanı Ramin Əhmədov həmin şəxsə əvvəlcə özünü təqdim edir, sonra polis əməkdaşları özlərini təqdim edir, daha sonra isə həmin şəxsə özünü təqdim etməsini xahiş edir. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs2 olduğunu bildirir. Sonra təhqiqatçı X9 Əliyevə qanunsuz olaraq narkotik vasitələrin əldə edilməsində, gəzdirilməsində,daşınmasında və satılmasında şübhəli bilindiyi üçün saxlanıldığını bildirir. Təqsirləndirilən şəxs2 huquq və vəzifələri izah edildikdən sonra üzərində hər hansısa bir qeyri qanuni maddə, əşya və predmet olub olmaması, varsa üzərində olanları təhvil verməsi bildirildi. Təqsirləndirilən şəxs2 üzərində heç bir maddə əşya predmet olmadığını bildirdi. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 üzərindən qanunla qadağan olunmuş maddə, predmet aşkarlanmadı, Təqsirləndirilən şəxs2 başqa bir yerdə gəzdirilməsi qadağan olunmuş maddə predmet saxlaması soruşulduqda, o, yaşadığı evdə narkotik vasitə olan heroin və metofetamin olduğunu bildirdi. Təqsirləndirilən şəxs2 evinə baxış keçiriləcəyi, buna etirazının olub-olmadığı soruşulduqda, o, heç bir etirazının olmadığını bildirdi. Bundan sonra video çəkiliş bölmədə dayandırıldı. 00194 adlı fayl açılarkən içərisində video görüntünün olması müəyyən oldundu. Həmin fayl 06 dəqiqə 41 saniyədən ibarət videogörüntüdən ibarətdir. Videogörüntüdə Təqsirləndirilən şəxs2 polis əməkdaşları ilə birlikdə yaşadığı ünvan 3 ünvanına gəlmələri görünür. Mənzildə Təqsirləndirilən şəxs2 həmin maddələri təqdim etməsi bildirildi, o, qonaq otağında divanın üzərində olan balışın altındakı qara rəngli dəri çantada olan bükülüləri polis əməkdaşlarına təqdim etdi. Təqdim olunmuş bükülərin nə olduğu soruşulduqda Vüqar həmin bükülüiərdəki maddələrin heroin və metofetamin olduğunu və İran vətəndaşından onlayn yolla aldığım bildirdi. Maddələrin çəkiliş vasitəsi ilə elektron tərəzi üzərində hər birinin çəkisi ayrı ayrılqda çəkildi. Hər bir narkotik vasitə çəkildikdən sonra Təqsirləndirilən şəxs2 hər hansısa bir etirazının olub olması soruşuldu, Təqsirləndirilən şəxs2 etirazının olmamasını dedi. Bundan sonra çəkiliş dayandırılır. (İİ cild, iş vərəqə 20-23) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş “şəxsi axtarışın keçirilməsi barədə” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli gödəkçənin sağ yan cibində saxlamış olduğu 04 ədəd bükümləri təqdim edir, həmin bükümlər açıldıqdan onlardan üçü heroin, digər biri isə psixotrop maddə olan metamfetamin olduğu müəyyən olunur. Sorğu zamanı Turac ondan aşkar olunan heroini 25 manata, metamfetamini 17 manata xx.xx.2021-ci il tarixdə Bakı şəhəri “Kubinka” adlanan ərazidə tanımadığı şəxsdən aldığını, almış olduğu həmin maddələrdən bir qismini şəxsi istifadəsi üçün yaşadığı ünvanda, bir qismini isə öz üzərində daşıyıb gəzdirdiyini bildirir. (İ cild, iş vərəqə 26-27) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş “baxış keçirilməsi və götürülməsi barədə” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 yaşadığı Sumqayıt şəhəri Ceyranbatan qəsəbəsi ərazisində olan 1 otaqlı evinə baxış keçirilən zaman o, yaşadığı 1 otaqlı evin televizor dolabının altındakı dəmir qabda saxlamış olduğu 06 ədəd ayrı-ayrı bükümləri təqdim etmişdir. (29-30) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş “diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, xx.xx.2021-ci il tarixdə Sumqayıt şəhərində Turac adlı şəxsin qanunsuz olaraq narkotik vasitələrin qəbulu və üzərində gəzdirməsi barədə daxil olmuş məlumat əsasında həmin tarixdə saat 18:50-də Sumqayıt şəhəri Ceyranbatan qəsəbəsi BTZ bağlar massivi ərazisində saxlanılaraq Sumqayıt ŞPİ-yə gətirilmiş və orada xidməti otaqların birində Sumqayıt ŞPİ-nin KTBnin inspektor-kriminalisti tərəfindən videokamera işə salınaraq sonradan anket məlumatları bəlli olan Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl idarənin TŞ-nin baş təhqiqatçısı, polis baş leytenantı Elnur Feyzullayev özünü təqdim edərək, ona da özünü təqdim etməsini xahiş etdi, o da özünü təqdim etdi. Polis əməkdaşları da özlərini təqdim etdilər. Bundan sonra baş təhqiqatçı Elnur Feyzullayev v ona daxil olmuş əməliyyat məlumatına əsasən qanunsuz olaraq narkotik vasitələrin qəbudu və üzərində gəzdirməsi üçün saxlanılıb idarəyə gətirildiyini bildirib, hüquq və vəzifələri barədə bildiriş və hüquqlarının müdafiəsi üçün vəkili Qoşqar Abbasovu təqdim edir, Təqsirləndirilən şəxs1 bildirişlə tanış olaraq, vəkilinə etiraz etmir. Daha sonra videoçəkilişlə onun üzərinə şəxsi axtarış keçiriləcəyi bildiriləcək üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim edilməsi təklif olunur. O da əynində olan qara rəngli gödəkçənin sağ yan cibində saxlamış olduğu 04 ədəd ayrı-ayrı bükümləri təqdim edir, həmin bükümlər açıldıqdan onlardan üçü heroin, digər biri isə psixotrop maddə olan metamfetamin olduğu müəyyən olunur. Sorğu zamanı Turac ondan aşkar olunan heroini 25 manata, metamfetamini 17 manata xx.xx.2021-ci il tarixdə Bakı şəhəri “Kubinka” adlanan ərazidə tanımadığı şəxsdən aldığını, almış olduğu həmin maddələrdən bir qismini şəxsi istifadəsi üçün yaşadığı ünvanda, bir qismini isə öz üzərində daşıyıb gəzdirdiyini bildirir. Həmin vaxt onun üzərindən aşkar olunmuş heroin və metamfetamin tərəzidə çəkilərək qablaşdırılır. Daha sonra videoçəkiliş dayandırılaraq Təqsirləndirilən şəxs1 yaşadığı evinə gedilmiş, orada videoçəkiliş davam etdirilərək Turacdan yaşadığı ünvana baxış keçiriləcəyi bildiriləcək sonuncuya bununla bağlı hər hansı bir etirazının olubolmadığı soruşulur, o da heç bir etirazının və vəsatətinin olmadığını bildirir. Turacdan yaşadığı evində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olmuş əşyanın olub-olmaması, əgər vardırsa onları təqdim edilməsi təklif olunur. Təqsirləndirilən şəxs1 da yaşadığı 1 otaqlı evin televizor dolabının altındakı dəmir qabda saxlamış olduğu 06 ədəd ayrı-ayrı bükümləri təqdim edir. Həmin bükümlər açıldıqda, onlardan beşi heroin, biri isə metamfetamin olduğu müəyyən olunur. Sorğu zamanı Turac bir daha ondan aşkar olunan heroini 25 manata, metamfetamini 17 manata xx.xx.2021 ci il tarixdə Bakı şəhəri “Kubinka” adlanan ərazidə tanımadığı şəxsdən aldığını bildirir. Turacdan götürülmüş həmin 06 bükümlərdə tərəzidə çəkilərək qablaşdırılır. Bundan sonra videoçəkiliş dayandırılır. ( 02 cild, iş vərəqə: 161-162) Qeyd olunan protokollarda göstərilən xüsusatların həqiqiliyi, həmin istintaq hərəkətinin qeydə alındığı videogörüntülərin əks olunduğu disklərə məhkəmədə baxış keçirilərkən öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş məhkəmə kimyəvi ekspertizasının xx.xx.2021-ci il tarixli 6/2783 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “ Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün № 242” dairəvi möhür əksi olan bir ədəd zərfin içərisindən 1 ədəd sellofan bükümdə, 2 ədəd kağız bükümdə ümumilikdə 3 ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri 0,194 qram, 0,166 qram, 10,929 qram ümumi təmiz çəkisi 11,289 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir.Digər 1 ədəd sellofan bükümdə, 2 ədəd kağız bükümdə ümumilikdə 3 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,362 qram, 2,954 qram, 0,075 qram ümumi təmiz çəkisi 3,391 qram olan ağ rəngli kristallik formada maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. (İ cild, iş vərəqə: 145-150) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş məhkəmə kimyəvi ekspertizasının 11 iyul 2021-ci il tarixli 6/2784 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün № 242” dairəvi möhür əksi olan bir ədəd zərfin içərisindən 9 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 2,215 qram, 3,319 qram, 4,169 qram, 2,876 qram, 1,308 qram, 0,210 qram, 10,138 qram, 10,324 qram, 0,326 qram ümumi təmiz çəkisi 34,885 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir.Digər 1 ədəd sellofan bükümdə təmiz çəkisi 1,411 qram olan ağ rəngli kristallik formada maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir.(İ cild, iş vərəqə: 185-190) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş məhkəmə kimyəvi ekspertizasının 17 avqust 2021-ci il tarixli 6/3082 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi №65” dairəvi möhür əksləri olan iki ədəd kağız paketə qablaşdırılmış üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün № 242” dairəvi möhür əksi olan zərfdə üç ədəd bükümdə ümumi təmiz çəkisi 11,139 qram olan heroin ilə üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün № 242” dairəvi möhür əksi olan zərfdə 9 ədəd bükümdə ümumi təmiz çəkisi 34,435 qram heroin xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə fərqlidirlər. Digər üç ədəd bükümdə ümumi təmiz çəkisi 3,241 qram olan metamfetaminlər ilə bir ədəd bükümdə təmiz çəkisi 1,361 qram metamfetamin xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eynilik təşkil edir. (İİ cild, iş vərəqə: 71-75) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş məhkəmə kimyəvi ekspertizasının xx.xx.2021-ci il tarixli 6/4435 saylı rəyindən görünür ki, tədqiqat təqdim olunmuş üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün Nömrəl24” dairəvi möhür əksləri olan iki ədəd zərfdə: Üzərində “X2 üzərində ...” sözləri soyad və imzalar qeyd edilmiş zərfdə üç ədəd bükümdə ayrıayrılıqda təmiz çəkisi 0,855 qram, 0,780 qram,0,830 qram, ümumi təmiz çəkisi 2,465 qram olan qəhvəyi rəngli toz halında olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə -heroindir, bir ədəd bükümdə təmiz çəkisi 0,914 qram olan ağ rəngi kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Üzərində “X2 mənzilində...” sözləri soyadı və imzalar qeyd edilmiş zərfdə beş ədəd bükümdə ayrıayrılıqda təmiz çəkisi 0,886 qram,0,869 qram, 0,854 qram, 0,882 qram, 0,888 qram, ümumi təmiz çəkisi 4,379 qram olan qəhvəyi rəngli toz halında olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə- heroindir, bir ədəd bükümdə təmiz çəkisi 0,469 qram olan ağ rəngli kristallik formada maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Üzərində “X2 üzərində...” sözlər soyad və imzalar qeyd edilmiş zərfdə üç ədəd bükümdə və üzərində “X2 mənzilində...” sözləri soyadı və imzalar qeyd edilmiş zərfdə beş ədəd bükümdə heroinlər xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynidirlər və heroinlərin ümumi təmiz çəkisi 6,844 qram təşkil edir. Üzərində “X2 üzərində ...” sözləri soyad və imzalar qeyd edilmiş zərfdə bir ədəd bükümdə və üzərində “X2 mənzilində ...” sözləri soyad və imzalar qeyd edilmiş zərfdə bir ədəd bükümdəki metkmfetaminlər xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyndirlər və metamfetaminlərin ümumi təmiz çəkisi 1,383 qram təşkil edir. (İ cild, iş vərəqə: 53-58) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş məhkəmə kimyəvi ekspertizasının xx.xx.2021-ci il tarixli, 6/5305 saylı rəyindən görünür ki, Tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi nömrə65” dairəvi möhür əksləri olan iki ədəd kağız paketdə və üzərində “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi Nömrə58” dairəvi möhür əksləri bir ədəd kağız paketdə olan: üç ədəd bükümdə ümumi təmiz çəkisi 11,019 qram olan heroin ilə səkkiz ədəd bükümdə ümumi təmiz çəkisi 6,444 qram olan heroin xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eynilik təşkil edir. Doqquz ədəd bükümdə ümumi təmiz çəkisi 34,075 qram heroin ilə səkkiz ədəd bükümdə ümumi təmiz çəkisi 6,444 qram olan heroin xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə fərqlidirlər. Üç ədəd bükümdə ümumi təmiz çəkisi 3,121 qram olan metamfetamin və bir ədəd bükümdə təmiz çəkisi 1,321 qram metamfetaminlər ilə iki ədəd bükümdə ümumi təmiz çəkisi 1,283 qram olan metamfetamin xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eynilik təşkil edir.(cild 2, iş vərəqə: 203-207) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş məhkəmə narkoloji ekspertizasının xx.xx.2021 -ci il tarixli 4060 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs3 opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür.(cild 2, iş vərəqə: 99- 100) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş məhkəmə narkoloji ekspertizasının Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin xx.xx.2021-ci il tarixli 4376 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (cild 2, iş vərəqə: 211-212) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş məhkəmə narkoloji ekspertizasının Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin xx.xx.2022-ci il tarixli 165 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür.(cild 1, iş vərəqə: 213-214) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş "xxxx" MMC tərəfindən məhkəməyə təqdim olunmuş məktub və ona əlavə olunmuş diskdən görünür ki, Təqsirləndirilən şəxs3 istifadəsində olan mobil nömrəyə narkotik vasitə satışını ehtiva edən çoxsaylı smslər daxil olmuşdur. Təqsirləndirilən şəxs2 isə tutulduğu vaxtda istifadəsində olan mobil nömrəyə məxsus anten əhatəsinə dair məlumatların olmadığı müəyyən edilmişdir. Cinayət işinin materiallarından görünür ki, iş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs3 üzərindən götürülmüş, ekspertiza tədqiqatlarından sonra qalıq qalmış 10,899 qram narkotik vasitə olan heroin və 3,001 qram psixotrop maddə olan metamfetamin, 33,715 qram narkotik vasitə olan heroin və 1,281 qram psixotrop maddə olan metamfetamin, 6,124 qram narkotik vasitə olan heroin və 1,203 qram psixotrop maddə olan metamfetamin saxlanılması üçün Sumqayıt ŞPİ-nin məsul saxlanışına təhvil verilmişdir, HikmSt Fərəcovun, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 üzərinə və evinə şəxsi axtarış keçirilməsini əks etdirən 03 ədəd DVD-R formatlı disklər maddi sübut kimi tanınaraq cinayət işinin istintaq materiallarına əlavə edilmişdir.(cild 3, iş vərəqə: 15-33) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 1000 manat cərimə cəzasına məhkum edilmişdir. Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli qəranna əsasən cərimə cəzası 05 ay 22 gün azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilmişdir. xx.xx.2020-ci il tarixdə Sumqayıt şəhər Probasiya şöbəsinin 760 saylı arayışına əsasən cəza müddəti başa çatmışdır. Azərbaycan Respublikası CM-nin 83.3.2-ci maddəsinə görə o məhkumluğu olmayan, məhkumluq ödənilmiş hesab olunur. (cild 2, iş vərəqə:36-39) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən məlum olmuşdur ki, Təqsirləndirilən şəxs2 Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 2500 manat cərimə cəzasına məhkum edilmişdir. Sumqayıt şəhər məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarı ilə qazancı 15% dövlət nəfinə pul tutulmaqla 02 il islah işləri cəzası ilə əvəz edilmişdir. xx.xx.2016-cı ildə AR Milli Məclisin xx.xx.2016-cı il tarixli aministiya haqqında qərarına əsasən təyin edilmiş cəzadan azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.2-ci maddəsinə əsasən o məhkumluğu olmayan, məhkumluğu ödənilmiş hesab olunur. (cild 2, iş vərəqə:39-41) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən məlum olmuşdur ki, Təqsirləndirilən şəxs1 Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.5-ci maddələri ilə təqsirli bilinərək 02 il 06 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xətai rayon məhkəməsinin qərarı ilə 03 ay 28 gün vaxtından əvvəl şərti azad olunmuş, xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə qeydiyyatdan çıxarılmışdır. Azərbaycan Respublikasnı CM-in 18.1-ci maddəsində qeyd edilmişdir ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmçinin bu məcəllənin 83.3.3-cü maddəsində qeyd edilmişdir ki, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu ödənilmiş şəxslər hesab edilir. Qeyd olunanlara əsasən Təqsirləndirilən şəxs1 məhkumluğu olan şəxsdir və onun əməlində cinayətlərin residivi vardır. (cild 2, iş vərəqə:208-210) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs2 himayəsində xx.xx.2016-cı il təvəllüdlü X5 və xx.xx.2019-cu il təvəllüdlü X10 oğlu adlı iki azyaşlı uşağı vardır. (cild 2, iş vərəqə 42-43) Məhkəmə, təqsirləndirilən şəxslərin narkotik vasitə satmamaları barədə məhkəmədə verdikləri ifadələrini onların müdafiə mövqeyinə söykənən subyektiv mülahizələri, törətdikləri cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdləri kimi qiymətləndirərək onların ittiham olunduğu cinayət əməlini törətmələrini sübuta yetirilmiş hesab edir. Beləliklə, təqsirləndirilən şəxsləri öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla – cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Bundan başqa təqsirləndirilən şəxslərin əldə edərək, saxladığı narkotik vasitənin külli miqdarda və müxtəlif növlərdə olması, onları bükümlərə ayırmaları təqsirləndirilən şəxslərin məqsədinin məhz narkotik vasitələrin satışı ilə bağlı olduğunun bilavasitə təzahürüdür. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin məhkəmədə öz müdafiəsi üçün gətirdiyi dəlillər əsasızdır və özünü müdafiə xarakteri daşıyır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 törətdikləri cinayət əməlləri ilə bağlı ibtidai istintaq zamanı dindirilərkən verdikləri və məhkəmə istintaqında tədqiq edilmiş qismən etiraf ifadələri iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadələri də sübut kimi qəbul edir. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli qərarının izah və tələblərini də rəhbər tutur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununun 10.0.11-ci maddəsində göstərilir ki, «narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir». Azərbaycan Respublikası Ali Məhkəməsinin «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» olan 4 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, «Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanuna əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir.Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən «heroin» narkotik vasitəsinin və “metamfetamin” psixotrop maddəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram müəyyən edilmişdir Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətmələri tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidirlər, cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs3 əməlində CM-nin 59-cu maddəsində nəzərdə tutulan cəzanı yüngülləşdirən hal yoxdur. Təqsirləndirilən şəxs2 himayəsində 02 azyaşlı övladının olması Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən haldır. Təqsirləndirilən şəxs1 əməlində CM-nin 59-cu maddəsində nəzərdə tutulan cəzanı yüngülləşdirən hal yoxdur. Təqsirləndirilən şəxs3 əməlində CM-nin 61-ci maddəsinə nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar yoxdur. Təqsirləndirilən şəxs2 əməlində CM-nin 61-ci maddəsinə nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran haldır. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar CM-nin 9.2-ci maddəsində isə deyilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs3 şübhəli şəxs qismində tutulmuş, barəsində Sumqayıt şəhər məhkəməsinin 12 iyul 2021-ci il tarixli qərarına əsasən 04 (dörd) ay müddətində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 10 iyul 2021-ci il tarixdən hesablanmışdır. Məhkəməyə qədər icraat dövründə təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış, məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (cild 1, iş vərəqə: 129, 247-248) İbtidai həbs müddəti cəza çəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs3 cəza çəkmə müddətinin başlanğıcı xx.xx.2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır, CM-nin 56.1.2-ci maddəsinə müvafiq olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işinin materiallarından görünür ki, xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutulmuş, barəsində Sumqayıt şəhər məhkəməsinin 12 iyul 2021-ci il tarixli qərarına əsasən 04 (dörd) ay müddətində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 10 iyul 2021-ci il tarixdən hesablanmışdır. Məhkəməyə qədər icraat dövründə təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış, məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (cild 1, iş vərəqə: 168, 250-252) İbtidai həbs müddəti cəza çəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs2 cəza çəkmə müddətinin başlanğıcı xx.xx.2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır, CM-nin 56.1.2-ci maddəsinə müvafiq olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işinin materiallarından görünür ki, xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutulmuş, barəsində Sumqayıt şəhər məhkəməsinin 08 oktyabr 2021-ci il tarixli qərarına əsasən 04 (dörd) ay müddətində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 06 oktyabr 2021-ci il tarixdən hesablanmışdır. Məhkəməyə qədər icraat dövründə təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış, məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (cild 1, iş vərəqə: 20, 136-222) İbtidai həbs müddəti cəza çəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs1 cəza çəkmə müddətinin başlanğıcı xx.xx.2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır, 56.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Bundan başqa, cinayət işində olan olan ekspert rəylərinə əsasən Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacları vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınmaları məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicə təyin edilməli və onlar, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Həmçinin, cinayət işində olan olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin xx.xx.2022-ci il tarixli 165 ekspert rəyinə əsasən müayinə zamanı Təqsirləndirilən şəxs1 opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür. Lakin məhəkəmə hesab edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il atrixli, 39 saylı "Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtələrinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə" qərarı ilə təsdiq edilmiş 60 yaşından yuxarı olan kişilərə və 55 yaşından yuxan olan qadınlara, narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.7-ci bəndinə uyğun olaraq hal-hazırda xx.xx.1963-cü il təvəllüdlü Təqsirləndirilən şəxs1 nın yaş həddi ilə əlaqədar olaraq ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub Sumqayıt ŞPİ-nin məsul saxlanışına təhvil verilmiş ekspertiza tədqiqatlarından sonra qalıq qalmış 10,899 qram narkotik vasitə olan heroin və 3,001 qram psixotrop maddə olan metamfetamin, 33,715 qram narkotik vasitə olan heroin və 1,281 qram psixotrop maddə olan metamfetamin, 6,124 qram narkotik vasitə olan heroin və 1,203 qram psixotrop maddə olan metamfetamin məhv edilməli, 03 (üç) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən iş üzrə ekspertiza tədqiqatın dəyəri olan 351,76 (üç yüz əlli bir manat, yetmiş altı qəpik) manat təqsirləndirilən şəxslərin hər birindən 117,26 (yüz on yeddi manat, iyirmi altı qəpik) manat məbləğində tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmə hökmü haqqında" 24 dekabr 2021-ci il tarixli 15 nömrəli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 06 (altı) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs3 ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin başlanğıcı 10 iyul 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülsün. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 06 (altı) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin başlanğıcı 10 iyul 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülsün. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 07 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin başlanğıcı 06 oktyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülsün. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub Sumqayıt ŞPİnin məsul saxlanışına təhvil verilmiş ekspertiza tədqiqatlarından sonra qalıq qalmış 10,899 qram narkotik vasitə olan heroin və 3,001 qram psixotrop maddə olan metamfetamin, 33,715 qram narkotik vasitə olan heroin və 1,281 qram psixotrop maddə olan metamfetamin, 6,124 qram narkotik vasitə olan heroin və 1,203 qram psixotrop maddə olan metamfetamin məhv edilsin, 03 (üç) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 351,76 (üç yüz əlli bir manat, yetmiş altı qəpik) manat təqsirləndirilən şəxslərin hər birindən 117,26 (yüz on yeddi manat, iyirmi altı qəpik) manat məbləğində tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 isə hökmün surətinin onlara verildiyi andan) andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-32/2023
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-32/2023
25.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver