Məhkəmə qərarları › İş №1(124)-32/2024

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-32/2024

19.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-32/2024 19.02.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər, Əliyev Hafiz Samir oğlu (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Rzayeva Aynur Tapdıq qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçilər –Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Sumqayıt Regional Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1, Təqsirləndirilən şəxslər - Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, xx.xx.1993-cü ildə Quba rayonu, 2-ci Nügədi kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, subay, məhkumluqları olan, Quba rayonu, 2-ci Nügədi kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs" qətimkan tədbiri seçilməklə halhazırda Ədliyyə Nazirliyinin Pentensiar Xidmətinin 3 saylı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-nin 234.1-1-ci maddəsi, xx.xx.1979-cu ildə Abşeron rayonu, Xırdalan qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, evli, əvvəllər məhkumluğu olmayan, Quba rayonu, Timiryazev qəsəbəsində qeydiyyatda olan və Quba şəhəri, Mehmandarov küçəsi, ev 26-da yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə halhazırda Ədliyyə Nazirliyinin Pentensiar Xidmətinin 3 saylı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 235.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs1 istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə külli miqdarda, yəni ümumi xalis çəkisi 8,880 qram narkotik vasitə heroini və ümumi xalis çəkisi 2,378 qram psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib üzərində daşımaqla tanışı Təqsirləndirilən şəxs2 yaşadığı evdə saxlamış, 03 iyun 2022-ci il tarixdə, saat 02 radələrində həmin narkotik vasitələri və psixotrop maddələri üzərində daşıyaraq saxlamaqla digər tanışı Şahid1 ilə birlikdə Təqsirləndirilən şəxs2 dəvəti ilə sonuncunun yaşadığı ünvan 1 ünvana gəlmiş, özü ilə gətirdiyi həmin heroindən və metamfetamindən birlikdə istifadə etmək məqsədilə onları qeyd olunan ünvanda yerləşən iki mərtəbəli fərdi evin birinci mərtəbəsində masanın üzərinə qoymuş, ev sahibi Təqsirləndirilən şəxs2 onun həyətə çıxmasından və Şahid1 mətbəx otağına keçərək telefonla danışmasından istifadə edərək onların xəbəri olmadan özü gələcəkdə istifadə etmək məqsədilə masanın üzərindəki həmin heroinin 0,480 qramını və metamfetaminin 0,168 qramını gizli şəkildə götürərək siqaret kağızına bükməklə cibinə qoymuş və Şahid1 gələndən sonra cibindəki həmin heroini və metamfetamini boş mobil telefon qutusuna qoyaraq evin mətbəx otağındakı dolabda gizlətmiş, Quba RPŞ- nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində 03 iyun 2022-ci il tarixdə, saat 04 radələrində, sözügedən ünvanda yerləşən həmin evə baxış keçirilən zaman masanın üzərindən ona məxsus 1 (bir) ədəd bükümdə xalis çəkisi 8,400 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 2 (iki) ədəd bükümdə ayrı-ayrılıqda xalis çəkiləri 0,340 və 1,870 qram olmaqla ümumi xalis çəkisi 2,210 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, mətbəx otağında yerləşən dolabdan isə Təqsirləndirilən şəxs2 gizlədərək saxladığı 1 (bir) ədəd bükümdə xalis çəkisi 0,480 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 2 (iki) ədəd bükümdə ayrı-ayrılıqda xalis çəkiləri 0,058 və 0,110 qram olmaqla ümumi xalis çəkisi 0,168 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 03 iyun 2022-ci il tarixdə, saat 02 radələrində, tanışları Şahid1 və Təqsirləndirilən şəxs1 sonuncuda olan narkotik vasitə və psixotrop maddədən birlikdə istifadə etmək məqsədilə yaşadığı ünvan 1 ünvanda yerləşən evinə dəvət etmiş, Təqsirləndirilən şəxs1 istintaqa məlum olmayan tarixdə və mənbədən əldə edib üzərində daşımaqla onun evinə gətirdiyi ümumi xalis çəkisi 8,880 qram narkotik vasitə heroini və ümumi xalis çəkisi 2,378 qram psixotrop maddə metamfetamini birlikdə İstifadə etmək məqsədilə ona məxsus qeyd olunan ünvanda yerləşən iki mərtəbəli fərdi evin birinci mərtəbəsindəki masanın üzərinə qoymuş, o, Təqsirləndirilən şəxs1 həyətə çıxmasından və Şahid1 mətbəx otağına keçərək telefonla danışmasından istifadə edərək onların xəbəri olmadan özü gələcəkdə istifadə etmək məqsədilə masanın üzərindəki həmin heroinin şəxsi istehlak miqdarından artıq miqdarda yəni, 0,480 qramını və metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 0,168 qramını icazəsiz və gizli olaraq götürüb siqaret kağızına bükməklə cibinə qoymuş, Şahid1 gələndən sonra cibindəki həmin heroin və metamfetamini boş mobil telefon qutusuna qoyaraq evin mətbəx otağında yerləşən dolabda saxlamış, Quba RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində 03 iyun 2022-ci il tarixdə, saat 04 radələrində, həmin evə baxış keçirilən zaman masanın üzərindən Təqsirləndirilən şəxs1 məxsus 1 (bir) ədəd bükümdə xalis çəkisi 8,400 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 2 (iki) ədəd bükümdə ayrı-ayrılıqda xalis çəkiləri 0,340 və 1,870 qram olmaqla ümumi xalis çəkisi 2,210 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, mətbəx otağında yerləşən dolabdan isə onun gizlədərək saxladığı 1 (bir) ədəd bükümdə xalis çəkisi 0,480 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 2 (iki) ədəd bükümdə ayrı-ayrılıqda xalis çəkiləri 0,058 və 0,110 qram olmaqla ümumi xalis çəkisi 0,168 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ittiham olunduğu əməl üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, narkotik vasitəni Bakıda Yasamal ərazisindən tapmış, götürüb Qubaya getmişdir. Ruhidlə tanışlıq münasibətləri olmuşdur. Ruhid ondan narkotik vasitə götürmüş, lakin götürəndən sonra ona məlumat vermişdir. Ruhid ondan narkotik vasitə götürməsini polislərə özü demişdir. O, Ruhidgilə gedəndə saat təqribən 12 olmuş, Ruhidin evi 2 mərtəbəlidir, onlar 1-ci mərtəbədə olmuşlar. Stolun üstündəki narkotik vasitələr onun olmuşdur. Polis əməkdaşları gələndə saat təqribən 3-4 radələri olmuşdur. Şəxsi axtarış zamanı o özü narkotik vasitələrin onun olduğunu demişdir. Ruhiddə olan narkotik vasitələri digər otaqdan tapmışlar. Özü stoldan bir-iki dəfə durmuş, Ruhid narkotik vasitələri həmin vaxt ondan xəbərsiz götürmüşdür. Polis əməkdaşları gəlməzdən əvvəl Ruhid ondan narkotik vasitə götürdüyünü ona demişdir. İbtidai istintaqda müstəntiq həmin məzmunda ifadə versələr, ittihamın yüngül olacağını onlara bildirmişdir. O, ibtidai istintaqa verdiyi ifadəni təsdiq etmişdir. Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunaraq araşdırılmış ifadəsində Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə ona elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Quba rayonu, 2-ci Nügədi kəndində atası Bəxtiyarla birlikdə yaşayır. Atası və anası 15 ildir ki, boşanıb, anası Sevda Bakı şəhərində yaşayır. Hamı onu "Ayxan" çağırdığı üçün Ayxan kimi tanıyır. Qanunsuz olaraq narkotik saxladığına görə həbs olunmuş və 10 yanvar 2022-cİ il tarixdə həbsdən çıxmışdır. Tutulmamışdan əvvəl “kakos” kimi tanıdığı narkotik vasitə heroindən, “şüşə” və ya “patı” kimi tanıdığı psixotrop maddə metamfetamindən istifadə etmişdir. 01 iyun 2022-ci il tarixdə Hacıbala kimi çoxdan tanıdığı İran vətəndaşı ilə votsap vasitəsilə zəng edib danışaraq öz istifadəsi üçün 200 manatlıq kakos və patı sifariş edərək Bakı şəhərində Neftçilər metrosunun yaxınlığından Milli Ön ödəmə terminalının yanına qoyulmuş kakos və patını götürmüşdür. 200 manat ödənişi Bakı şəhərində Milli ön ödəniş terminalı vasitəsilə etmiş və ödəniş qəbzinin şəklini çəkib votsapla göndərmişdir. Hacıbala kimi 7-8 ildir ki, tanıyır, qardaşı isnaf adlı şəxs onunla eyni 10 saylı CÇM-də cəza çəkmişdir. Tutulana kimi həmin kakos və patıdan götürüb bir qədər özü tək istifadə etmiş, heç kimə satmamış və əvəzsiz də verməmişdir. Quba şəhər sakini Şahbazı 10 ildir ki, tanıyır, əvvəllər hətta onlar birlikdə narkotik istifadə etmişlər. Quba şəhər sakni Ruhid adlı şəxsi Şahbaz vasitəsilə tutulduğu gün tanmışdır. Onların heç biri ilə düşmənçiliyi və ya ədavəti yoxdur. 03 iyun 2022- ci il tarixdə, saat 02 radələrində Şahbazla zəngləşərək görüşüb çay içməyi planlaşdırmışlar. Şahbaz tanışı Ruhidgilə getməyi təklif etmişdir. Onlar birlikdə Ruhidin yaşadığı evə getmiş və evin birinci mərtəbəsində oturmuşlar. O, 01 iyun 2022-ci il tarixdə İran vətəndaşı Hacıbala adlı şəxsdən əldə edərək həmin vaxt özü ilə apardığı heroini və metamfetamini cibindən çıxarıb masanın üzərinə qoymuşdur ki, üçü birlikdə istifadə etsinlər. Onun Ruhidgilə kakos və patı ilə getməyini Şahbaz əvvəldən bilmiş, onlar planlaşdırmışlar ki, Ruhidgildə üçü istifadə edərlər. Onun apardığı metamfetamindən üçü birlikdə falqada qızdırıb çəkmişlər. Çəkəndən sonra o, həyətdə yerləşən hamama getmişdir ki, əl-üzünü yusun, özü ilə gətirdiyi kakos və patı isə masanın üzərində qalmışdır. Təxminən saat 04 radələrində Ruhid çağırış səsinə çıxmışdır. Özlərini təqdim edən şəxslər Quba RPŞ-nin əməkdaşları olduqları, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı məlumat olduğunu və bu məlumatın yoxlanılmasından ötrü gəldiklərini bildirmişlər. Ruhid səmimi olaraq narkotik istifadəçisi olduğunu, bir qədər əvvəl yaşadığı evin 1-ci mərtəbəsində Şahbaz və onunla birlikdə narkotik qəbul etdiyini bildirərək polis əməkdaşlarını evinə dəvət etmişdir. Polis əməkdaşları həmin vaxt onları daim nəzarətdə saxladıqları üçün evdə olan kakosu və patını kənarlaşdıra bilməmişdir. Əvvəlcə Ruhid şübhəli şəxs qismində tutulmaqla dəvət edilmiş vəkilin və polis əməkdaşlarının iştirakı ilə video çəkilişlə üzərində həyətdə şəxsi axtarış aparılmış, lakin üzərindən qanunla qadağan olunmuş heç nə aşkar edilməmişdir. Sonra o, şübhəli şəxs qismində tutulmaqla dəvət edilmiş vəkilin və polis əməkdaşlarının iştirakı ilə video çəkilişlə evin birinci mərətəbəsində üzərinə şəxsi axtarış aparılmış, onun da üzərindən qanunla qadağan olunmuş heç nə aşkar edilməmiş, şəxsi axtarış zamanı o, özü ilə gətirdiyi kakos və patının masanın üzərində olduğunu etiraf etmişdir. Bundan sonra evə baxış keçirilməyə başlanmışdır. Birinci mərtəbədəki dəhlizdə olan masanın üzərindən siqaret qutusunda kakos və patı bükümləri aşkar edilmişdir ki, o, həmin bükümlərin kola və ya kakos, digər iki bükümün isə şüşə olduğunu, özünə məxsus olduğunu bildirmişdir. Həmin bükümlər elektron tərəziyə qoyulub çəkilərkən kakos bükümü 8.6 qram, iki ədəd patı bükümü isə cəmi 2.2 qram təşkil etmişdir. Bükümlər kağz zərflərə qoyulub qablaşdırılmış və bütün iştirakçılar zərflərin üzərinə imza edərək qablaşmanın tamlığını təsdiq etmişlər. Bundan sonra birinci mərtəbədə yerləşən mətbəx otağına baxış keçirilməyə başlanmışdır. Mətbəx otağında yerləşən dolabda olan qabda bir ədəd kakos, iki ədəd şüşə bükümü aşkar edilmişdir ki, ev sahibi Ruhid həmin kakosu və patını ona məxsus masanın üzərində qoyduğu kakosun və patının üzərindən gizlincə götürüb özü üçün saxladığını etiraf etmişdir. O, həmin vaxt bilmişdir ki, Ruhid ondan icazəsiz masanın üzərində qoyduğu ona məxsus kakos və patının üzərindən götürmüşdür. Həmin bükümlər elektron tərəziyə qoyulub çəkilərkən bir büküm kakos 0.8 qram, iki büküm patı isə cəmi 0.3 qram təşkil etmişdir. Bükümlər kağz zərflərə qoyulub qablaşdırılmış və iştirakçılar zərflərin üzərinə imza edərək qablaşmanın tamlığını təsdiq etmişlər. Video çəkiliş başa çatandan sonra təhqiqatçı tərəfindən şəxsi axtarış aparılması və baxış keçirilməsi barədə protokollar tərtib edilmişdir. Protokolların məzmunu video çəkilişə uyğun yazıldığı üçün o da daxil olmaqla bütün iştirakçılar imza edərək düzgünlüyünü təsdiq etmişlər. Təqsirləndirilən şəxs1 ifadəsində həmçinin göstərmişdir ki, həmin narkotik vasitə və psixotrop maddəni öz istifadəsi üçün saxlamış, heç kimə narkotik vasitə və psixotrop maddə satmamışdır. Polis əməkdaşları tərəfindən saxlanılarkən ona qarşı hər hansı zor tətbiq edilməmiş və zor tətbiq etmə hədəsi işlədilməmiş, həmin vaxt hər hansı xəsarət almamışdır. Təqsirləndirilən şəxs1 əlavə ifadəsində göstərmişdir ki, Ruhid yalan danışır, 02 iyun 2022-ci il tarixdə, günorta saatlarında o, Ruhidin yaşadığı ünvana getməmiş, Ruhidi ilk dəfə tutulan gecə evinə Şahbazla birlikdə qonaq kimi getdiyi vaxt görmüş və həmin vaxt tanımış, ümumiyyətlə, Ruhidə narkotik vasitə və psixotrop maddə verməmiş, masanın üzərindən narkotik vasitə və psixotrop maddəni ondan icazəsiz və xəbərsiz götürmüşdür. Tutulduqları vaxt Ruhudin evinə baxış keçirilərkən Ruhid özü demişdir ki, mətbəx otağındakı dolabdan aşkar edilmiş narkotik vasitə və psixotrop maddəni dəhlizdəki masanın üzərindən gizli olaraq götürümüşdür. O, həmin anda bilmişdir ki, Ruhid ona məxsus masanın üzərində olan narkotik vasitə və psixotrop maddənin üzərindən gizli şəkildə götürməklə oğurlamışdır. Bununla bağlı Ruhidlə üzləşmə aparılmasını istəmir, buna ehtiyac da yoxdur, çünki o, əvvəlki ifadələrində Ruhidin ona məxsus narkotik vasitənin və psixotrop maddənin üzərindən onun icazəsi və xəbəri olmadan götürməklə oğurlamasını bildirmişdir. ( cild 2, iş vərəqə 22-23, 96) Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ittiham olunduğu əməllər üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o İmdullanı 2010-cu ildən tanıyır. Ona irəli sürülən CM-nin 235.1-ci maddəsi ilə özünü təqsirli bilmir. O narkotik vasitə istifadəçisidir. Həmin gün Şahbaz da yanlarında olmuş, İmdulla əl-üzünü yumaq üçün hamama gedəndə stolun üstündən bir az özü üçün narkotik vasitə götürmüşdür. İmdullanın narkotik vasitələrdən istifadə etdiyini bilmiş, ondan narkotik vasitə istəmiş, lakin İmdulla verməmişdir. İmdulla hamamdan çıxanda o, narkotik vasitələrdən biraz götürdüyünü ona demiş, İmdulla isə heç nə deməmişdir. Həmin narkotik vasitəni telefon qutusunun içinə qoymuşdur. Polislər gələn ərəfədə o, narkotik vasitə istifadə etməmiş, İmdulla istfadə etmişdir. Polis əməkdaşları gəlmiş, evə baxış keçirmiş, onu və İmdullanı tutmuş, tanışları Şahbazı buraxmışlar. İttiham aktında qeyd olunan ifadəsini müstəntiq təzyiq altında yazdırmışdır. Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunaraq araşdırılmış ifadəsində 10 sentyabr 2022-ci tarixdə Azərbaycan Respublikası CM-nin 235.1ci maddəsi ilə ona elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Quba rayonu, Timiryazev qəsəbəsində qayınatasıgilin evində qeydiyyatda olsa da, həmin ünvanda yaşamamışdır. ünvan 3rlikdə yaşayır. Böyük övladı bu il 11-ci sinfi bitirib, kiçik Övladının 8 yaşı var. Anası Bakı şəhərində bacısı ilə birlikdə yaşayır. Hal-hazırda heç bir yerdə işləmir. 2 ildir ki, “kakos” kimi tanıdığı narkotik vasitə heroindən iynə ilə əzələyə vuraraq, “şüşə” və ya “patı” kimi tanıdığı psixotrop maddədə metamfetamindən siqaret falqasına doldurub çəkərək istifadə edir. Narkotiki Bakı şəhərində tanımadığı şəxslərdən almışdır. Son 4 ayda narkotikdən istifadə etməyi dayandırmışdır. Quba şəhər sakini avtomobili mühərriki ustası işləyən Şahbaz Abbasovla təxminən 1 il əvvəl təsadüfən tanış olmuşdur. Onlar birlikdə patı çəkmişlər. Quba rayonu, 2-ci Nügədi kənd sakini Ayxan kimi tanıdığı İmdulla adlı şəxsi tutulduğu gün Şahbaz vasitəsilə tanımışdır. Onların heç biri ilə düşmənçiliyi və ya ədavəti yoxdur. xx.xx.2022-ci il tarixdə, saat 02 radələrində telefonla Şahbaz ona zəng edərək demişdir ki, "tanışım Ayxanla gəlirəm sizə, həm çay içərik, həm də ki, narkotikdən istifadə edərik". O, başa düşmüşdür ki, Şahbaz narkotik gətirib gələcək. Ailə üzvləri yaşadığı evin 2-ci, o isə 1-ci mərtəbədə qaldığı üçün Şahbazı yaşadığı evə dəvət edərək planlaşdırmışdır ki, 1-ci mərtəbədə oturarlar. Təxminən 10-15 dəqiqə sonra Şahbaz İmdulla ilə birlikdə onlara gəlmişdir. İmdulla özü ilə gətirdiyi kakos və patı bükümlərini masanın üzərinə qoymuşdur ki, İstifadə edərlər. İmdulanın gətirdiyi metanfetamindən üçü birlikdə falqada qızdırıb çəkmişlər. Çəkəndən sonra İmdulla həyətdə yerləşən hamama getmişdir ki, əl-üzünü yusun. Şahbaz isə telefonla danışmaq üçün mətbəx otağına keçmişdir. O, həmin vaxt İmdullanın və Şahbazın olmamasından istifadə edərək masanın üzərində olan patı və kakosun hərəsindən bir qədər götürmüşdür. Götürdüyü patını iki hissəyə bölərək 2 ədəd, heroini isə 1 ədəd siqaret kağızına bükərək cibinə qoymuşdur. Şahbaz mətbəxdən çıxandan sonra o, mətbəxə keçərək cibindəki patı və kakos bükümlərini şkafda olan ağ qutunun içərisinə qoyaraq gizlətmişdir ki, növbəti günlərdə özü tək istifadə edər. Saat 04 radələrində qapının döyülməsinə və çağırış səsinə evin qarşısına çıxmışdır. Özlərini təqdim edən şəxslər Quba RPŞ-nin əməkdaşları olduqlarını, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı barəsində məlumat olduğunu, bu məlumatın yoxlanılmasından ötrü gəldiklərini bildirmişlər. O, səmimi olaraq narkotik istifadəçisi olduğunu, bir qədər əvvəl yaşadığı evin 1-ci mərtəbəsində Şahbaz və İmdulla ilə birlikdə narkotik qəbul etdiyini bildirərək polis əməkdaşlarını evinə dəvət etmişdir. Polis əməkdaşları həmin vaxt onları daim nəzarətdə saxladıqları üçün evdə olan kakosu və patını kənarlaşdıra bilməmişdir. Əvvəlcə o, şübhəli şəxs qismində tutulmaqla dəvət edilmiş vəkilin və polis əməkdaşlarının İştirakı ilə video çəkilişlə üzərində həyətdə şəxsi axtarış aparılmış, lakin üzərindən qanunla qadağan olunmuş heç nə aşkar edilməmişdir. Sonra İmdulla şübhəli şəxs qismində tutulmaqla dəvət edilmiş vəkilin və polis əməkdaşlarının iştirakı ilə video çəkilişlə evin birinci mərətəbəsində üzərinə şəxsi axtarış aparılmış, İmdullanın da üzərindən qanunla qadağan olunmuş heç nə aşkar edilməmiş, şəxsi axtarış zamanı İmdulla özü ilə gətirdiyi kakos və patının masanın üzərində olduğunu etiraf etmişdir. Bundan sonra evə baxış keçirilməyə başlanmışdır. Birinci mərtəbədəki dəhlizdə olan masanın üzərindən siqaret qutusunda kakos və patı bükümləri aşkar edilmişdir ki, İmdulla həmin bükümlərin kola və ya kakos, digər iki bükümün isə şüşə olduğunu, özünə məxsus olduğunu bildirmişdir. Həmin bükümlər elektron tərəziyə qoyulub çəkilərkən kakos bükümü 8.6 qram, İki ədəd patı bükümü isə cəmi 2,2 qram təşkil etmişdir. Bükümlər kağz zərflərə qoyulub qablaşdırılmış və iştirakçılar zərflərin üzərinə imza edərək qablaşmanın tamlığını təsdiq etmişlər. Bundan sonra birinci mərtəbədə yerləşən mətbəx otağına baxış keçirilməyə başlanmışdır. Mətbəx otağında yerləşən dolabda olan qabda bir ədəd kakos, iki ədəd şüşə bükümü aşkar edilmişdir ki, o, həmin kakosu və patını İmdullaya məxsus masanın üzərində qoyduğu kakosun və patının üzərindən gizlincə götürüb özü üçün saxladığını etiraf etmişdir. Həmin bükümlər elektron tərəziyə qoyulub çəkilərkən bir büküm kakos 0,8 qram, iki büküm patı isə cəmi 0,3 qram təşkil etmişdir. Bükümlər kağz zərflərə qoyulub qablaşdırılmış və iştirakçılar zərflərin üzərinə imza edərək qablaşmanın tamlığını təsdiq etmişlər. Video çəkiliş başa çatandan sonra təhqiqatçı tərəfindən şəxsi axtarış aparılması və baxış keçirilməsi barədə protokollar tərtib edilmişdir. Protokolların məzmunu video çəkilişə uyğun yazıldığı üçün o da daxil olmaqla bütün iştirakçılar imza edərək düzgünlüyünü təsdiq etmişlər.Təqsirləndirilən şəxs2 ifadəsində həmçinin göstərimişdir ki, həmin narkotik vasitə və psixotrop maddəni öz İstifadəsi üçün saxlamış, heç kimə narkotik vasitə və psixotrop maddə satmamışdır. Polis əməkdaşları tərəfindən saxlanılarkən mənə qarşı hər hansı zor tətbiq edilməmiş və zor tətbiq etmə hədəsi işlədilməmiş, həmin vaxt hər hansı xəsarət almamışdır. Təqsirləndirilən şəxs2 20 sentyabr 2022-ci tarixdə Azərbaycan Respublikası CM-nin 234.1 və 235.1-ci maddələri ilə ona elan olunmuş yenidən ittihamla özünü təqsirli bilməmiş və ifadəsində göstərmişdir ki, yaşadığı evə baxış keçirilərkən və əvvəl verdiyi ifadələrində evin mətbəx otağındakı dolabdan aşkar edilmiş narkotik vasitəni və psixotrop maddəni İmdullaya məxsus dəhlizdəki masanın üzərinə olan narkotik vasitənin və psixotrop maddənin üzərindən İmdulladan icazəsiz və xəbərsiz götürməklə oğurladığını göstərsə də, əslində o, İmdullaya məxsus narkotik vasitəni və psixotrop maddəni oğurlamamışdır. Belə ki, mətbəxdəki dolabdan aşkar edilmiş narkotik vasitə heroini 02 iyun 2022-ci il tarixdə, günorta saatlarında yaşadığı ünvana gələn İmdulla ona əvəzsiz olaraq pay kimi vermiş, o da həmin narkotik vasitəni İmdulladan öz şəxsi istifadəsi üçün götürərək boş mobil telefon qutusuna qoyub, bu qutunu ailə üzvlərinin görməməsindən ötrü evinin birinci mərtəbəsindəki mətbəx otağında olan dolabda gizlədərək saxlamışdır. Həmin vaxt kakos götürərkən İmdulladan çəkməyə bir az patı da istəyərəkən İmdulla bildirmişdir ki, axşam onlara narkotik istifadə etməyə gələndə patı da verəcək. Həmin gecə onun evinə qonaq gələn İmdulla hamama gedərkən o, günorta aralarında olan söhbəti nəzərdə tutaraq İmdullaya demişdir ki, "metamfetamindən bir az özüm üçün götürüm də". İmdula "hə, götür" deyərək razılıq vermişdir. İmdula gedəndən sonra özündən icazə almaqla razılığı əsasında masanın üzərindəki metamfetamindən bir qədər özü üçün götürmüş, həmin metamfetamini iki hissəyə bölərək 2 ədəd siqaret kağızına bükərək cibinə qoymuşdur. Şahbaz mətbəxdən çıxandan sonra o, mətbəxə keçərək cibindəki metamfetamin bükümlərini evin mətbəx otağında yerləşən dolabda olan heroinin olduğu boş telefon qutusuna qoymuşdur ki, növbəti günlərdə özü tək istifadə edər. Ona görə də özünü Azərbaycan Respublikası CMnin 235.1-ci maddəsi ilə deyil, həmin məcəllənin 234.1-ci maddəsi ilə təqsirli bilir. Bununla bağlı Təqsirləndirilən şəxs1la üzləşdirmə aparılmasını istəmişdir. ( cild 2, iş vərəqə 31-31, 94-95) Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmədə şahid qismində dindirilmiş Quba RPŞ-nin Cinayət-axtarış bölməsinin rəisi Şahid2 ifadəsində göstərdi ki, Quba şəhər sakini Təqsirləndirilən şəxs2 və evinə qonaq gələn Quba rayonu, 2-ci Nügədi kənd sakini Təqsirləndirilən şəxs1 narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş və həmin şəxslərin qanunsuz əməllərinin ifşa edilməsi məqsədilə əməliyyataxtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul edilmişdir. Məlumat əsasında 03 iyun 2022-ci il tarixdə saat 04 radələrində Təqsirləndirilən şəxs2 yaşadığı ünvana getmişlər. Onların çağırış səsinə evinin qarşısına çıxan Təqsirləndirilən şəxs2 təhqiqatçı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı özünün və evinə qonaq gəlmiş Təqsirləndirilən şəxs1 barəsində məlumat olduğunu, həmin məlumatın yoxlanılmasından ötrü üzərlərinə şəxsi axtarış və yaşadığı evə baxış keçiriləcəyini izah etmişdir. Təqsirləndirilən şəxs2 narkotik vasitə istifadəçisi olduğunu, biraz əvvəl yaşadığı evin 1-ci mərtəbəsində evinə qonaq gələn Şahbaz və İmdulla adlı tanışları ilə birlikdə narkotik qəbul etdiyini bildirərək onları həyətinə dəvət etmişdir. Təqsirləndirilən şəxs2 üzərinə vəkilin iştirakı və video çəkilişlə həyətdə şəxsi axtarış keçirilmiş, lakin üzərindən qanunla qadağan olunmuş heç nə aşkar edilməmişdir. Təqsirləndirilən şəxs2 yaşadığı evə qonaq gələn Təqsirləndirilən şəxs1 məxsus narkotik vasitə heroindən və psixotrop maddə metamfetamindən icazəsiz götürərək evində gizlətdiyini bildirmişdir. Video çəkiliş davam etdirilərək onlar Təqsirləndirilən şəxs2 dəvəti ilə həyətdən evə keçmişlər. Birinci mərtəbədəki dəhlizdə olan Təqsirləndirilən şəxs1 təhqiqatçı özlərini və vəkili təqdim etmişdir. Təqsirləndirilən şəxs1 üzərinə vəkilin iştirakı və video çəkilişlə evin birinci mərətəbəsində dəhlizdə şəxsi axtarış aparılmış, üzərindən qanunla qadağan olunmuş heç nə aşkar edilməmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 özü ilə gətirdiyi narkotik vasitə heroin və psixotrop maddə metamfetamini dəhlizdəki masanın üzərində qoyduğunu bildirmişdir. Bundan sonra videoçəkiliş davam etdirilərək evə baxış keçirilməyə başlanmışdır. Təqsirləndirilən şəxs1 masanın üzərindəki siqaret qutusundakı bükümlərdən birinin heroin, digər iki bükümün isə metamfetamin olduğunu və həmin bükümlərin özünə məxsus olduğunu və masanın üzərində olan Təqsirləndirilən şəxs1 məxsus əl çantasının içərisindən aşkar edilmiş 01 ədəd boş şprislə narkotik vasitə istifadə etdiyini bildirmişdir. Daha sonra mətbəxdə yerləşən dolabda olan boş mobil telefon qutusunun içərisindən üç ədəd büküm aşkar edilmişdir. Təqsirləndirilən şəxs2 bükümlərdən birinin heroin, digər ikisinin metamfetamin olduğunu, Təqsirləndirilən şəxs1 gətirərək birlikdə istifadə etmək üçün masanın üzərinə qoyduğu heroin və metamfetamini Təqsirləndirilən şəxs1 həyətə çıxanda özü üçün götürüb gizlətdiyini və mətbəxdəki dolabdan aşkar edilmiş 01 ədəd boş şprislə narkotik vasitə istifadə etdiyini bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş polis əməkdaşları Şahid3, Şahid4, Şahid5 məhkəmədə ifadəsi alınmış polis əməkdaşı Şahid2 ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları özlərinə aid hissədə təsdiq etmişlər. Məhkəmədə ifadəsi elan olunaraq araşdırılmış Şahid1 ibtdai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Quba şəhəri, H.Əliyev propekti, ev 227-də anası ilə birlikdə yaşayır. Rəsmi olaraq işləmir, fərdi avtomobil mühərriki ustası kimi işləyir. Daimi narkotik istifadəçisi deyil, 2-3 dəfə “şüşə” və ya “patı” kimi tanıdığı psixotrop maddə metamfetamindən istifadə etmişdir. Quba şəhər sakini Ruhidi çoxdandır ki, tanıyır. Ayxan kimi tanıdığı və sonradan əsl adının İmdulla olduğunu bildiyi şəxsi 1 ildən çoxdur ki, tanıyır. Onların heç biri ilə düşmənçiliyi və ya ədavəti yoxdur. 03 iyun 2022-ci il tarixdə, saat 02 radələrində İmdulla istifadəsində olan 070-854-86- 84 mobil nömrəsindən ona zəng edərək görüşüb çay içməyi bildirmişdir. O, tanışı Ruhidgilə getməyi təklif etmişdir. Onlar birlikdə Ruhidin yaşadığı evə getmiş və evin birinci mərtəbəsində oturmuşlar. İmdulla özü ilə gətirdiyi heroini və metamfetamini çıxarıb masanın üzərinə qoymuşdur ki, üçü birlikdə istifadə etsinlər. Həmin metamfetamindən üçü birlikdə falqada qızdırıb çəkmişlər. Çəkəndən sonra İmdulla həyətdə yerləşən hamama getmişdir ki, əl-üzünü yusun. İmdullanın gətirdiyi kakos və patı isə masanın üzərində qalmışdır. O da mətbəxə keçmişdir ki, telefonla danışsın. Təxminən saat 04 radələrində Ruhid çağırış səsinə çıxmışdır. Özlərini təqdim edən şəxslər Quba RPŞ-nin əməkdaşları olduqları, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı məlumat olduğunu və bu məlumatın yoxlanılmasından ötrü gəldiklərini bildirmişlər. Ruhid səmimi olaraq narkotik istifadəçisi olduğunu, bir qədər əvvəl yaşadığı evin 1-ci mərtəbəsində İmdulla və onunla birlikdə şüşə çəkdiyini bildirərək polis əməkdaşlarını evinə dəvət etmişdir. Polis əməkdaşları həmin vaxt onları daim nəzarətdə saxladıqları üçün İmdulla evdə masanın üzərinə qoyduğu kakosu və patını götürüb kənarlaşdıra bilməmişdir. Əvvəlcə Ruhid şübhəli şəxs qismində tutulmaqla dəvət edilmiş vəkilin və polis əməkdaşlarının iştirakı ilə video çəkilişlə üzərində həyətdə şəxsi axtarış aparılmış, lakin üzərindən qanunla qadağan olunmuş heç nə aşkar edilməmişdir. Sonra İmdulla şübhəli şəxs qismində tutulmaqla dəvət edilmiş vəkilin və polis əməkdaşlarının iştirakı ilə video çəkilişlə evin birinci mərətəbəsində üzərinə şəxsi axtarış aparılmış, İmdullanın da üzərindən qanunla qadağan olunmuş heç nə aşkar edilməmiş, şəxsi axtarış zamanı İmdulla özü ilə gətirdiyi kakos və patının masanın üzərində olduğunu etiraf etmişdir. Bundan sonra evə baxış keçirilməyə başlanmışdır. Birinci mərtəbədəki dəhlizdə olan masanın üzərindən İmdullaya məxsus siqaret qutusunda olan kakos və patı bükümləri aşkar edilmişdir ki, İmdulla həmin bükümlərin kola və ya kakos, digər iki bükümün isə şüşə olduğunu, özünə məxsus olduğunu bildirmişdir. Həmin bükümlər elektron tərəziyə qoyulub çəkildikdən sonra kağz zərflərə qoyulub qablaşdırılmış və bütün iştirakçılar zərflərin üzərinə imza edərək qablaşmanın tamlığını təsdiq etmişlər. Bundan sonra birinci mərtəbədə yerləşən mətbəx otağına baxış keçirilməyə başlanmışdır. Mətbəx otağında yerləşən dolabda olan qabda bir ədəd kakos, iki ədəd şüşə bükümü aşkar edilmişdir ki, ev sahibi Ruhid həmin kakosu və patını İmdulaya məxsus masanın üzərində olan kakosun və patının üzərindən gizlincə götürüb özü üçün saxladığını etiraf etmişdir. O, Ruhidin özü polis əməkdaşlarına etiraf edəndə bilmişdir ki, Ruhid onların xəbəri olmadan, yəni İmdulla həyətdə əl-üzünü yuyarkən, o isə mətbəx otağında telefonla danışarkən masanın üzərindən İmdullaya məxsus kakos və patının üzərindən icazəsiz olaraq götürmüşdür. Həmin bükümlər elektron tərəziyə qoyulub çəkildikdən sonra ağz zərflərə qoyulub qablaşdırılmış və iştirakçılar zərflərin üzərinə imza edərək qablaşmanın tamlığını təsdiq etmişlər. Video çəkiliş başa çatandan sonra təhqiqatçı tərəfindən şəxsi axtarış aparılması və baxış keçirilməsi barədə protokollar tərtib edilmiş və bütün iştirakçılar tərəfindən imzalanmışdır. O, video çəkilişdə düşməsə də, həmin zərflərin və protokolların üzərinə imza etməsə də, şəxsi axtarış və baxışı sona qədər müşahidə etmişdir. Şahid1 ifadəsində həmçinin göstərmişdir ki, İmdulla həmin narkotik vasitə və psixotrop maddəni üçünün birlikdə istifadə etməsi üçün gətirərək masanın üzərinə qoyub saxlamışdır. O, heç kimdən narkotik vasitə və psixotrop maddə almamış və satmamışdır. Polis əməkdaşları tərəfindən saxlanılarkən ona qarşı hər hansı zor tətbiq edilməmiş və zor tətbiq etmə hədəsi işlədilməmiş, həmin vaxt hər hansı xəsarət almamışdır. ( cild 1, iş vərəqə 127-128) Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 03 iyun 2022-ci il tarixli “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair” qərardan görünür ki, Təqsirləndirilən şəxs2 narkotik vasitələri istifadə etməsi və evində saxlaması, Təqsirləndirilən şəxs1 narkotik vasitələrdən istifadə etməsi, üzərində gəzdirməsi və satışı ilə məşğul olması barədə daxil olmuş məlumatın yoxlanılması məqsədi ilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır. ( cild 1, iş vərəqə 04-05) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş “baxış keçirilməsi barədə” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 məxsus qeyd olunan evdə Təqsirləndirilən şəxs1 yanında dayandığı stolun üzərindən siqaret qutusunda olan narkotik vasitəyə bənzər kütlə aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs1 həmin kütlənin narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin olduğunu, şəxsi istifadəsi üçün Bakı şəhərəində İran vətəndaşından aldığını bildirmişdir. ( cild 1, iş vərəqə 48) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş “baxış keçirilməsi barədə” xx.xx.2022-ci il protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 məxsus qeyd olunan evdə birinci mərtəbədə yerləşən mətbəxdə şkafın içərisində olan qabda narkotik vasitəyə bənzər kütlə aşkar edilmişdir. Təqsirləndirilən şəxs2 həmin kütlənin narkotik vasitə oan heroin və psixotrop maddə olan metamfetamin olduğunu və özünə məxsus olduğunu bildirmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs2 həmin narkotik vasitənin evinə qonaq gələn Təqsirləndirilən şəxs1 olduğunu və İmdulla hamama getdiyi zaman ondan götürüb şəxsi isifadəsi üçün şkafa qoyduğunu bildirmişdir.(Cild 1, iş vərəqə 49) Baxış keçirilməsi barədə protokollarda qeyd olunan xüsusatların həqiqiliyi, həmin istintaq hərəkətinin qeydə alındığı videogörüntülərin əks olunduğu diskə məhkəmədə baxış keçirilərkən öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş məhkəmə kimyəvi ekspertizasının 03 iyun 2022-ci il tarixli, 6/3128 nömrəli ekspert rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 67” dairəvi möhür əksi üzərində “Vət. Təqsirləndirilən şəxs2 məxsus 01 ədəd istifadə olunmuş şprist..." yazılan zərfdə 1 ədəd üzərində heç bir göstəricisi olmayan içərisi boş şprisin daxilində narkotik vasitə olan heroinin izləri vardır. Heoin izşəklində olduğundan onun çəkisini müəyyən etmək və eynilik tədqiqatı aparmaq mümkün deyildir. Üzərində “Vət. Təqsirləndirilən şəxs2 məxsus 0,8 qram heroin...” yazılan zərfdə 1 ədəd bükümdə təmiz çəkisi 0,480 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Üzərində “Vət. Təqsirləndirilən şəxs2 məxsus 02 bükümdə ....metamfetamin 0,3 qram” yazılan zərfdə 2 ədəd bükümdə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 0,058 qram və 0,110 qram olan ağ rəngli kristalşəkilli maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. "Vət. Təqsirləndirilən şəxs1 məxsus 01 ədəd şprist...” yazılan zərfdə 1 ədəd 1ml həcmli içərisi boş şprisin daxilində narkotik vasitə və psixotrop maddələrin izləri yoxdur. Üzərində "Vət. Təqsirləndirilən şəxs1 məxsus 2,2 qram 2 bükülüdə....” yazılan zərfdə 2 ədəd bükümdə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 0,340 qram və 1,870 qram olan ağ rəngli kristalşəkilli maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Üzərində “Vət. Təqsirləndirilən şəxs1 üzərindən ...8,6 qram çəkidə ....” yazılan zərfdə 1 ədəd bükümdə təmiz çəkisi 8,400 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 aşkar olunmuş heroinlər öz aralarında xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eynidir. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 aşkar olunmuş metamfetaminlər öz aralarında xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eynidir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ), metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri”-in siyahısına (Siyahı İ) daxildir. Qeyd: Heroinin ümumi çəkisi - 8,88 qram, tədqiqata sərf edilən miqdar - 0,1 qram (hər bir obyektən 0,05 qram olmaqla), qalıq - 8,78 qram. Metamfetaminin ümumi çəkisi - 2,378 qram, tədqiqata sərf edilən miqdar - 0,16 (hər bir obyektdən 0,04 qram olmaqla), qalıq - 2,218 qram. (cild 1, iş vərəqə: 62-67) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş məhkəmə-narkoloji ekspertizasının 11 avqust 2022-ci il tarixli, 4428 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs1 opioidlərin və psixostimlyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (cild 1, iş vərəqə 196-197) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş məhkəmə narkoloji ekspertizasının 28 iyul 2022-ci il tarixli, 4121 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs2 opioidlərin və psixostimlyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (cild 1, İş vərəqə 194-195) Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 yaşadığı evdən aşkar edilərək götürülmüş 0,480 qram narkotik vasitə heroin və 0,058 və 0,110 qram olmaqla ümumi çəkisi 0,168 qram psixotrop maddə metamfetamin, Təqsirləndirilən şəxs1 aşkar edilərək götürülmüş 8,400 qram narkotik vasitə heroin 06 iyun 2022-ci il tarixli qərarla cinayət işi üzrə maddi sübut hesab edilmiş, həmin narkotik vasitələrin və psixotrop maddələrin ekspert tədqiqatından sonra qalıq qalmış hissələrinin olduğu Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən qablaşdırılaraq möhürlənmiş 2 (iki) ədəd kağız paket saxlanılması üçün Quba RPŞ-nin Maddi sübutların saxlanma otağına verilmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış, həmçinin sonuncunun yaşadığı evə baxış keçirilərkən aparılmış video çəkilişin köçürüldüyü 1 (bir) ədəd diskə özlərinin və müdafiəçilərinin iştirakları ilə baxış keçirilmiş, həmin disk “sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında" 09 sentyabr 2022-ci il tarixli qərarla maddi sübut hesab edilərək cinayət işinin materiallarına əlavə olunmuşdur. ( cild 1, iş vərəqə 124-126, cild 2, iş vərəqə 246-260) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.2.2, 181.2.1, 181.2.2, 181.2.5-ci maddələri ilə təqsirli bilinərək 09 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və xx.xx.2019-cu il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Bundan başqa o, Bakı Ağır Cinayətlər Məhkməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. ( cild 1, iş vərəqə 156-157) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 178.2.2, 181.2.1, 181.2.2, 181.2.5-ci maddələri ilə təqsirli bilinərək qəti olaraq 09 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilərkən yetkinlik yaşına çatmamışdır. ( cild 1, iş vərəqə 223-232) Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Lakin Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinin tələbinə görə 18 səkkiz yaşına çatmayanlar tərəfindən törədilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Məhkəmə yuxarıda qeyd olunanlara əsaslanaraq qeyd edir ki, Təqsirləndirilən şəxs1 hazırda törətdiyi əməldə Bakı Ağır Cinayətlər Məhkməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə bağlı yaranmış məhkumluğuna görə cinayətlərin residivi vardır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Quba Rayon Məhkməsinin xx.xx.2009-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 04 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və məhkumluğu ödənilmişdir. ( cild 1, iş vərəqə 130) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Quba Rayon İcra Hakimiyyəti başçısının 2-ci Nügədi kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 barəsində nümayəndəliyə hər hansı bir şikayət daxil olmamışdır. ( cild 1, iş vərəqə 169) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Quba Rayon İcra Hakimiyyəti başçısının Quba şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 barəsində nümayəndəliyə hər hansı bir şikayət daxil olmamışdır. . ( cild 1, iş vərəqə 172) İş materiallarına əlavə edilmiş sənədlərin surətindən görünür ki, Təqsirləndirilən şəxs2 himayəsində xx.xx.2011-ci il təvəllüdlü X3 və xx.xx.2012-ci il təvəllüdlü X5 və xx.xx.2014-ci il təvəllüdlü X4 adlı 03 azyaşlı uşağı vardır. Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 polis əməkdaşları tərəfindən təzyiq nəticəsində ifadə vermələri, həmçinin, Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 gizli narkotik vasitə götürdükdən sonra ona polis əməkdaşları gəlməzdən əvvəl məlumat verməsi barədə məhkəmədə verdikləri ifadələrini onların müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiklərii cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətlərini yüngülləşdirməyə yönəlmiş cəhdlər kimi qiymətləndirərək onların ittiham olunduğu cinayət əməllərini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, təqsirləndirilən şəxslərin öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla – cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin məhkəmədə öz müdafiəsi üçün gətirdiyi dəlillər əsasızdır və özünü müdafiə xarakteri daşıyır. Təqsirləndirilən şəxslər törətdiyi cinayət əməli ilə bağlı ibtidai istintaq zamanı dindirilərkən verdikləri və məhkəmə istintaqında tədqiq edilmiş ilkin etiraf ifadələri iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadələri də sübut kimi qəbul edir. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə CM-nin 234.1-1-ci maddəsi ağır cinayətlər kateqoriyasına, CM-nin 234.1 və 235.1-ci maddələri isə az ağır cinayətlər kateqoriyasına aid edilir. Məhkəmədə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin nin 234.1 və 235.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərinin cinayət olmasını aradan qaldıran hallar və onların bu əməllərə görə cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli qərarının izah və tələblərini də rəhbər tutur. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən «heroin» narkotik vasitəsinin və “metamfetamin” psixotrop maddənin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram müəyyən edilmişdir. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini və Təqsirləndirilən şəxs2 qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin nin 234.1 və 235.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətmələri tam sübuta yetirilmişdir. Onlar, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidirlər. Onların cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs1 qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyası həddində, Təqsirləndirilən şəxs2 isə qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin nin 234.1 və 235.1-ci maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onların törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onları səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onların islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 dəfələrlə az ağır və ağır cinayət əməlləri törətmiş və məhkumluqları yaranmış, buna baxmayaraq o, islah olmamış, əksinə yenidən ağır cinayət əməli törətmişdir. Ona görə də, Təqsirləndirilən şəxs1 hazırkı iş üzrə sanksiya çərçivəsində daha ağır cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM- nin 59-cu maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran haldır. Himayəsində üç azyaşlı uşağının olması Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 məsuliyyətini yüngülləşdirən hal kimi müəyyən olunmuşdur Təqsirləndirilən şəxs2 əməlində CM-nin 61-ci maddəsinə nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar yoxdur. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar CM-nin 9.2-ci maddəsində isə deyilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, 03 iyun 2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutulmuş, 04 iyun 2022-ci il tarixdə Quba Rayon Məhkəməsinin həmin tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəməyə qədər icraat dövründə təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış, məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (iş vərəqə 40- 41,109-111) İbtidai həbs müddəti cəza çəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs1 cəza çəkmə müddətinin əvvəli 03 iyun 2022-ci il tarixdən başlanmalı, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. CM-nin 56.1.3-cü maddəsinə müvafiq olaraq cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işinin materiallarından görünür ki, 03 iyun 2022-ci il tarixdə Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutulmuş, 04 iyun 2022-ci il tarixdə Quba Rayon Məhkəməsinin həmin tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəməyə qədər icraat dövründə təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış, məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. İbtidai həbs müddəti cəza çəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs2 cəza çəkmə müddətinin əvvəli 03 iyun 2022-ci il tarixdən başlanmalı, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. CM-nin 56.1.2-ci maddəsinə müvafiq olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə cinayət işində olan olan məhkəmə-narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə cinayət işində olan olan məhkəmə-narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 991.2ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub Quba RPŞ-nin Maddi sübutların saxlanma otağına təhvil verilmiş Təqsirləndirilən şəxs2 yaşadığı evdən və Təqsirləndirilən şəxs1 aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış 8,78 qram heroin və 2,218 qram metamfetamin məhv edilməli, 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 88 (səksən səkkiz) manat təqsirləndirilən şəxslərin hər birindən ayrı-ayrılıqda 44 (qırx dörd) manat məbləğində tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmə hökmü haqqında" 24 dekabr 2021-ci il tarixli 15 nömrəli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və o, 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı 03 iyun 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülsün. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 235.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsi üzrə 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 235.1-ci maddəsi üzrə 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 qəti olaraq 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı 03 iyun 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülsün. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olub Quba RPŞ-nin Maddi sübutların saxlanma otağına təhvil verilmiş Təqsirləndirilən şəxs2 yaşadığı evdən və Təqsirləndirilən şəxs1 aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış 8,78 qram heroin və 2,218 qram metamfetamin məhv edilsin, 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 88 (səksən səkkiz) manat təqsirləndirilən şəxslərin hər birindən ayrı-ayrılıqda 44 (qırx dörd) manat məbləğində tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar