Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-320/2023 13.03.2023 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Rəşad Şəmşir oğlu (sədrlik edən), Əliyev Hafiz Samir oğlu və Rzayeva Aynur Tapdıq qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi–Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, xx.xx.1994-cü ildə Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası, Şərur rayonu, Çərçiboğan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Abşeron rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarına əsasən 11 ay 28 gün azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respubilkası Milli Məclisinin xx.xx.2021-ci il tarixli qərarının 2.4-cü bəndinə əsasən cəzadan azad edilmiş, 7-ci bəndinə əsasən isə üzərindən məhkumluq götürülmüş, Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şərur rayonu, Çərçiboğan kəndində qeydiyyatda olmaqla, Abşeron rayonu, Saray qəsəbəsi, fərdi evdə yaşayan barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (hökmün təsviri-əsaslandırıcı hissəsində CM) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 5 bükümdə ümumi təmiz çəkisi 18,561 qram narkotik vasitə olan heroini və 2 bükümdə ümumi təmiz çəkisi 4,444 qram psixatrop maddə olan metamfetamini əldə edib daşıyaraq üzərində saxlamış, xx.xx.2022-ci il tarixdə saat 23.55-də Sumqayıt şəhəri, “Əşya bazarı” deyilən yerdə olan “Linkoln” yanacaq doldurma məntəqəsinin yaxınlığında Sumqayıt şəhər Polis idarəsinin 3-cü Polis bölməsinin əməkdaşları tərəfindən keçirmiş olduqları əməliyyat axtarış tədbirləri nəticəsində saxlanılaraq, Sumqayıt şəhər Polis idarəsinin 3-cü Polis bölməsinə gətirilmiş və orada üzərinə şəxsi axtarış aparılarkən əynindəki göy rəngli cins şalvarının sol yan cibindən 05 ədəd ağ rəngli sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 5,885 qram, 0,317 qram, 5,258 qram, 5,100 qram, 2,001 qram ümumi təmiz çəkisi 18,561 qram olan qəhvəyi rəngli maddə xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eynitərkibli olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 02 ədəd ağ rəngli sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 2,112 qram və 2,332 qram ümumi təmiz çəkisi 4,444 qram olan ağ rəngli kristal şəkilli maddə xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eyni tərkibli olan kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs həmin hərəkətləri ilə CM-in 234.4.3-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsiləndirilən şəxs Təqsirləndirilən şəxs ona qarşı CM-nin 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bildiyini qeyd edərək göstərdi ki, o, 26 avqust 2022-ci il tarixdə növbəti 10-15 gün ərzində istifadə etmək üçün Bakı şəhəri, Əhmədli qəsəbəsindən qramı 15 manata 3 büküm “kokos”, yəni narkotik vasitə heroin və “şüşə”, yəni psixatrop maddə metanfetamin almış və saat 18-19 radələrində Sumqayıt şəhərində yerləşən “Əşya bazarı” adlanan yerdə polis əməkdaşları tərəfindən saxlanılaraq Sumqayıt şəhər Polis idarəsinin 3-cü Polis bölməsinə aparılmışdır. Orada onun üzərinə keçirilən baxış zamanı bükümlərdə heroin və metanfetamin aşkar edilmişdir. Üzərindəın aşkar olanan narkotik və psixotrop maddələr Əhmədlidən aldığı narkotiklə psixotrop maddənin çəkisinə uyğun olsa da, onun tərəfindən çox saylı bükümlərə bölünməmiş, kimin, nə zaman və necə daha çox sayda bükümlərə bölməsini bilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə iclasında verdiyi ifadəsində göstərdiklərindən ona qarşı irəli sürülmüş ittihamla uyğunsuzluq təşkil edən xüsusatlara tənqidi yanaşır və hesab edir ki, bu xüsusatlar həqiqəti əks etdirmir və təqsirləndirilən şəxs tərəfindən özünü müdafiə məqsədi ilə, yəni məsuliyyətini yüngülləşdirmək üçün bu cür göstərilmişdir. Çünki, təqsirləndirilən şəxsin ittiham olunduğu cinayət əməlini təqsirli olaraq törətməsi onun özünün qismən etirafı ilə yanaşı, şahid ifadələri, ekspertiza rəyi, habelə digər mötəbər dəlillərlə tam sübuta yetmişdir. Belə ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs ona qarşı CM-nin 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə özünü təqsirli bildiyini qeyd edərək göstərmişdir ki, son iki ilə yaxın narkotik vasitələrdən və psixotrop maddələrdən əsasən psixotrop maddə olan “patı” adlanan “metamfetamin” və narkotik vasitə olan “kakos” adlanan “heroin”-dən istifadə edir. İstifadə etdiyi narkotik vasitələri və psixotrop maddələri tanımadığı şəxslərdən almışdır. O cümlədən, o xx.xx.2022-ci il tarixdə narkotik vasitə olan “heroin” və psixatrop maddə olan “metamfetamin” lazım olduğundan, adını və telefon nömrəsini bildirmək istəmədiyi bir tanışına müraciət etmişdir. Müraciət etdiyi şəxs, bir nəfər iranlı şəxslə danışıb və onun söyləyəcəyi vaxtda və məkanda gedib lazım olan qədər narkotik vasitəni və psixotrop maddəni götürə biləcəyini demişdir. Həmin şəxsdən aldığı məlumata əsasən o, Bakı şəhəri Əhmədli qəsəbəsinə getmiş, orada təxminən 20 dəqiqə gözlədikdən sonra həmin tanışı ona görüş yeri təyin etmiş və həmin görüş yerinə gedib Əhmədli qəsəbəsində yol kənarından ümumilikdə 07 (yeddi) ədəd sellofan bükümdə narkotik vasitəni və psixotrop maddəni götürmüşdür. Həmin maddəllər beş ədəd bükümdə narkotik vasitə olan “heroin” və iki ədəd bükümdə psixotrop maddə olan “metamfetamin”-dən ibarət olmuşdur. O, götürdüyü narkotik vasitəni və psixotrop maddəni əynində olan şalvarın sol yan cibinə qoyub oradan bir manatlıq taksi ilə “20 Yanvar” dairəsi adlanan əraziyə, oradan da, taksi ilə Sumqayıt şəhərinə gəlmişdir. Bundan bir qədər sonra, yəni saat 23.55-də “Əşya bazarı” adlanan yerdə işi olduğundan ilk olaraq aldığı narkotik vasitələri ilə psixotrop maddələri aparıb evə qoyub uzun müddət özü üçün istifadə etmək üçün “Linkoln” yanacaqdoldurma məntəqəsinin qarşı tərəfindəki avtomobil aksesuarları dükanının qarşısından keçib gedərkən iki nəfər mülki geyimli şəxslər yaxınlaşıb polis əməkdaşları olduqlarını, narkotik vasitələrin qəbulu, saxlanılması və üzərində gəzdİrilməsində şübhəli olduğu üçün saxlanıldığını deyib, onlarla birlikdə Sumqayıt ŞPİ-nin 3-cü PB-nə gəlməli olduğunu bildirmişlər. Bu zaman o, etraz etməmiş və 3-cü PB-nə gətirilmişdir. Sonra ona şübhəli şəxs qismində tutulduğu elan edilmiş, hüquq və vəzifələrim izah olunmuş, təqdim edilmiş vəkillərin siyasısından hüquqlarının müdafiəsi üçün seçdiyi Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X2 dəvət edilmişdir. Bundan sonra Sumqayıt ŞPİ-nin 3-cü PB-də xidməti otaqların birində üzərində şəxsi axtarış keçiriləcəyi elan edilmiş və etiraz etmədiyindən video çəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirməyə başlamışlar. Orada polis əməkdaşları ona üzərində hər-hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşya və predmetin olub-olmaması, əgər vardırsa həmin əşyanı çıxarıb könüllü şəkildə təqdim etməsini təklif etmiş və o, özü əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd “Redmi” markalı mobil telefon, həmin şalvarın sol yan cibindən ümumilikdə 6 ədəd sellofon bükümü çıxarıb təqdim etmişdir. Bundan əlavə üzərində şəxsi axtarış apralırakən həmin cibindən bir ədəd də, ağ rəngli sellofan büküm də, aşkar edilmişdir. Üzərindən aşkar edilmiş 7 ədəd sellofan bükümlərin hamısı açılaraq baxılmış, onlardan beş bükümdə tünd qəhvəyi rəngli “kakos”, iki ədəd göy rəngli bükümdə isə şəffaf rəngli kristal formalı “şüşə” olması müəyyən edilmişdir. Üzərindən aşkar olunmuş beş bükümdə kakosu və iki bükümdə şüşəni xx.xx.2022-ci il tarixdə saat 20 radələrində Bakı şəhəri Əhmədli qəsəbəsi ərazisində yol kənarından bir nəfər tanışının köməkliyi ilə götürüb əldə etdiyini, öz şəxsi istifadəsi üçün üzərində daşıdığını bildirmişdir. Şəxsi axtarış zamanı üzərindən aşkar olunmuş içərisində “kakos” və “şüşə” olan 7 ədəd sellofan bükümlər elektron tərəziyə qoyulub çəkilmişdir. Beş bükümdə olan “kakos”ların ümumi çəkisi 21,08 qram, iki bükümdə ola “şüşənin” çəkisi isə ümumilikdə 4,96 qram olmuşdur. Aşkar olunmuş həmin maddələr qablaşdırılaraq möhürlənmiş, daha sonra müvafiq sənədləşmə aparılmaqla həmin sənədlərlə tanış olaraq, sənədlərə imza etmişdir. Saxlanılarkən, ona qarşı heç kim heç bir psixi və ya fiziki zor tətbiq etməmiş, heç bir hüququ pozulmamışdır. Məhkəmə iclasında şahid qismində Sumqayıt şəhər Polis idarəsinin 3-cü Polis bölməsinin baş əməliyyat müvəkkili Şahid1 və kiçik inspektoru X3, həmçinin Sumqayıt şəhər Polis idarəsinin KTB inspektoru Şahid3 işin məhkəməyədək icraat zamanı verdikləri ifadələrini təsdiq etdiklərini bildirib, həmin ifadələrinə və təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi etibarlı ifadələrinə uyğun ifadə verdilər. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin Məhkəmə fiziki-kimyəvi ekspertizasına dair xx.xx.2022-ci il tarixli 6/4569 saylı rəyindən görünür ki, ekspertizaya tədqiqatına təqdim edilmiş üzərində "Azərbaycan Respubilkası Daxili İşlər Nazirliyinin zərflər üçün N 127” dairəvi möhür əksi olan “Təqsirləndirilən şəxs üzərindən ...’’sözləri, ad, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə 5 ədəd bükümdə ayrı-ayrlıqda təmiz çəkisi 5,885qram, 0,317 qram, 5,258 qram, 5,100 qrqam, 2,001 qram ümumi təmiz çəkisi 18,561 qram olan qəhfəyi rəngli maddə xarici görnüş, əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindİr. Digər iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 2,112 qram, 2.332 qram ümumi təmiz çəkisi 4,444 qram olan ag rəngli kristallik maddə xarici görnüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə- melamfetamindir və tədqiqatdan sonra heroin- 18,361 qram , metamfitamin -4,344 qram qalıq qalmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” Publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 5399 saylı ambulator məcburinarkoloji tibbi yoxlamaya dair rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-tibbi ekspertiza və Patoloji anatomiya birliyi” Publik hüquqi şəxs tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 1300 nömrəli rəyində Ələkbərov Məhərrəm Bəhman oğlunun müayinəsi zamanı bədəni üzərində xəsarət aşkar edilmədiyi göstərilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili işlər nazirliyinin Baş əməliyyat statistik İnformasiya idarəsinin təqdim etdiyi tələbnamədən və Abşeron rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(012)-183/2021 saylı hökmünün surətindən görünür ki, həmin hökmə əsasən Təqsirləndirilən şəxs CM-nin 234.1-cü maddəsi ilə 11 ay 28 gün müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respubilkası Milli Məclisinin xx.xx.2021-ci il tarixli qərarının 2.4-cü bəndinə əsasən cəzadan azad edilmiş, 7-ci bəndinə əsasən isə üzərindən məhkumluq götürülmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş diskdən və xx.xx.2022-ci il tarixli baxış və şəxsi axtarış keçirilməsinə dair protokoldan görünür ki, xx.xx.2022-cu il tarixdə, saat 23:55-da Polis qurumunun xidməti otaqların birində videoçəkiliş aparılmaqla qanunvericiliklə nəzərdə tutulmuş qaydada iştirakçılarının şəxsiyyətləri müəyyən edilmiş, bundan sonra saxlanılan şəxs Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilməklə bildiriş verilmiş və hüquqlarının müdafiə edilməsi üçün Sumqayıt şəhər 1 saylı Vəkil bürosunun vəkili X2 təqdim olunmuşdur. Bunun ardınca Təqsirləndirilən şəxs üzərində hər-hansı bir qanunsuz əşyanın olub-olmaması soruşulmaqla, müsbət halda onu təqdim etməsi təklif olunmuş və sonuncu əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd “Redmi” markalı mobil telefon, həmin şalvarın sol yan cibindən ümumilikdə 6 ədəd sellofan bükümü çıxarıb təqdim etmişdir. Təhqiqatçı tərəfindən şəxsi axtarış davam etdirilərək şalvarının 6 büküm aşkar edilən cibindən daha 1 ədəd şəffaf selofan büküm də, aşkar olunmuşdur. Təqsirləndirilən şəxshəmin 7 büklümdən 5 bükümündə olan tünd qəhvəyi rəngli maddənin “kokos”, yəni narkotik vasitə olan heroin, digər göy rəngli 2 ədəd sellofan bükümlərdə isə narkotik vasitə “şüşə” metafetamin olduğunu bildirmişdir. Həmin bükümlər bir-bir açılaraq 2 ədəd göy rəngli sellofan bükümlərdə şəffaf rəngli kiçik kristal formasında metafetaminə bənzər maddəllər olması, digər 5 ədəd bükümlərdə isə tünd qəhfəyi rəngli narkotik vasitə heroinə bənzər maddələr olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs sorğu zamanı, üzərindən aşkar olunmuş 5 ədəd sellofan bükümlərdə olan “kakos” və 2 ədəd göy rəngli sellofan bükümlərdəki “şüşəni” xx.xx.2022-ci ildə saat 20 radəllərində tanımadığı şəxsin ona konum atması ilə Bakı şəhəri Əhmədli qəsəbəsində yolun kənarından götürdüyünü və özü istifadə etmək məqsədi ilə üzərində saxladığını bildirmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarın sag yan cibindən çıxarıb 1 ədəd “Redmi” markalı mobil telefon təqdim etmiş və üzərində ***-***-**-** və 070- ***-**-** mobil nömrəllərin olduğunu demişdir. İş üçün əhmiyyət kəsb edən başqa əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitəllər və psxotrop maddələr tərəzidə hər biri çəkilmiş, xüsusi qaydada qablaşdırılaraq möhürlənmiş və bundan sonra videoçəkiliş dayandır. Göründüyü kimi məhkəmə iclasında təqsirləndirilən şəxs tərəfindən ona qarşı irəli sürülmüş ittihamın saxlanılma anı ilə, ondan aşkar edilmiş narkotik vasitə və psixotrop maddələrin bükümlərinin sayı mübahisələndirilmişdir ki, tədqiq olunmuş sübutların məcmusu ilə onun gətirdiyi dəlillər təkzib edilmiş və irəli sürülmüş ittiham tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamda qeyd edilmiş digər xüsusatlarla yanaşı, onun mübahisələndirdiyi hallar, məhz onun özünün məhkəməyədək icraat zamanıı etirafı ilə yanaşı, üzərinə baxış keçirilməsinə dair protokol və şəxsi axtarış keçirilərkən qeydə alınmış videogörüntü ilə, habelə şahidlərin ifadələri, ekspert rəyləri və yuxarıda sadalanan digər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini təqsirli olaraq törətməsi məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmuyu ilə tam sübuta yetmişdir. Bu isə ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq, Təqsirləndirilən şəxs əməlinin CM-nin 234.4.3-cü maddəsi ilə tövsüf olunduğunu təsdiq edir. Məhkəmə kollegiyası hesab edir ki, belə olan halda təqsirləndirilən şəxs ittiham olunduğu CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən, CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Sadalananlara əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyini ilə bağlı məsələni müzakirə edərək bu qənaətə gəlir ki, ona təqsirli bilindiyi CM-nin 234.4.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi qanuni, əsaslı və ədalətlidir. Məhkəmə qeyd edir ki, belə olan halda təqsirləndirilən şəxs azalıqdan məhrumetmə cəzasına məhkum olunmalı, CM-nin 56.1.2-ci maddəsinə əsasən ona təyin olunan azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməli, həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan hesablanmalıdır. Bundan əlavə, məhkəmə hesab edir ki, CM-nin 93.1.2-ci maddəsinə müvafiq olaraq təqsirləndirilən şəxsə narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər təyin olunmalı və o, qeydiyyatda olduğu ərazi üzrə narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülməlidir. Maddi sübutlarla bağlı məhkəmə məsələni həll edərkən belə nəticəyə gəlir ki, Sumqayıt şəhər Polis idarəsinin maddi sübutlar saxlancı anbarına təhvil verilmiş verilmiş tədqiqatdan sonra qalıq qalmış sonra qalıq qalmış -18.361 qram heroin və 4,344 qram psixatrop maddə metamfetamin məhv edilsməli və 1 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə məhkəmə məsrəfini təşkil edən ekspertiza tədqiqatına sərf olunmuş 65(altmış beş)manat təqqsirləndirilən şəxsdən tutulmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməldir. İş üzrə əmlak müsadirəsi və mülki iddia yoxdur. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və o, 7(yeddi) il 6(altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 26 avqust 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və o, qeydiyyatda olduğu ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülsün. Hökm qanuni qüvvəsini aldıqdan sonra Sumqayıt şəhər Polis idarəsinin maddi sübutlar saxlancı anbarına təhvil verilmiş verilmiş tədqiqatdan sonra qalıq qalmış sonra qalıq qalmış -18.361 qram heroin və 4,344 qram psixatrop maddə metamfetamin məhv edilsin və 1 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 65(altmış beş) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti ona verildiyi) andan 20 (iyirmi) gün müddətdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-320/2023
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-320/2023
13.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver