Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-322/2024 30.05.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Hümbətov Fəhmin Zaur oğlu (sədrlik edən), Əliyev Hafiz Samir oğlu və Rzayeva Aynur Tapdıq qızından ibarət tərkib, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və təqsirləndirilən şəxsin iştirakları ilə, xx xxxxx 1981-ci ildə Naxçıvan Muxtar Respublikası Şərur rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında faktiki yaşayan, barəsində həbs qətimkan seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 08 mart 2023-cü il tarixdə istintaqla müəyyən edilməyən mənbədən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda ümumi təmiz çəkisi 0,530 qram olan 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İİ) daxil olan psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib üzərində daşımaqla saxlamış və həmin gün təxminən saat 22:00-23:00 radələrində Abşeron rayonu, Masazır kəndində yerləşən yaşadığı “Qurtuluş 93” yaşayış kompleksinin yaxınlığında olan “Manqal” kafesinin yanında avtomaşında olarkən Abşeron RPİ-nin Post Patrul Xidməti Bölüyünün əməkdaşları tərəfindən saxlanılaraq növbəti gün, yəni 09 mart 2023-cü il tarixdə həmin polis idarəsinə gətirilmiş və orada günorta saatlarında üzərində şəxsi axtarış keçirilərkən təmiz çəkisi 0,530 qram olan psixotrop maddə metamfetamin ondan götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etməyərək və özünü elan olunmuş ittiham üzrə təqsirli bilməyərək göstərdi ki, onun atıq çəki ilə bağlı problemləri olduğundan arıqlamaq istəmiş lakin bunu bacarmamışdır. Təxminən 7-8 ay əvvəl gözəllik salonunda çəki ilə bağlı problemləri olan Seva adlı bir qadının qısa müddətdə arıqladığını görmüş və ondan bunun yollarını soruşmuşdur. Sonra Seva adlı qadın ona “daş” dediyi dərman vermiş və istifadə etməyi demişdir. Həmin dərman onda yuxusuzluq yaratmış, lakin çəkisini salmağa köməklik etmişdir. 08 mart 2023-cü il tarixdə həmin qadına zəng edərək, yenidən ondan “daş” istəmişdir. Qadın isə ona axşam saat 17:00-18:00 radələrində ona zəng etməyimi demişdir. Dediyi vaxtda ona zəng edərək danışmış və qadın ona demişdir ki, “daş” dediyi vasitəni Bakı şəhəri, Binəqədi rayonu ərazisinə qoyacaq və oradan götürməyi demişdir. Binəqədi rayonu ərazisinə gedərək qadının qoyduğu yerdən “daş” dediyi vasitəni götürmüş, sonra Yasamal rayonu ərazisinə getmiş, gecə saatlarında isə yaşadığı Abşeron rayonu, Masazır qəsəbəsi, “Qurtuluş-93”, 14A saylı binanı qarşısına gəlib avtomobilini saxlamaq istəmişdir. Avtomobili saxlamaq üçün yer tapa bilmədiyindən, binanın künc hissəsində avtomobili saxlamış və astma xəstəliyim olduğundan öz dərmanını axtarmağa başlamışdır. Az sonra 3 nəfər polis əməkdaşı avtomobilə yaxınlaşıb ondan vəziyyətini soruşmuşlar. Onlara yaxşı olduğunu bildirmişdir. Avtomobildə balaca qəlyan olduğundan “daş” dediyi vasitəni həmin qəlyan vasitəsilə istifadə etmişdir. Onlardan biri qəlyan və “daş” barədə soruşmuş, buna cavab olaraq onlara qəlyanla çəkdiyini demişdir. Sonra polislərdən biri ön hissədə, digər ikisi isə arxada olmaqla avtomobilə əyləşmişdirlər. Həmin vaxt özünə məxsus boz rəngli çanta da avtomobildə olmuş və polis əməkdaşları həmin çantanı götürmüşlər. Sonra polislər avtomobilə baxış keçirmişlər və onlardan biri onun avtomobilinin sükanı arxasına keçərək, o və digər polislər də maşında oturmaqla avtomobili binanın ətrafında bir neçə dəfə dövr etdirmişlər. Daha sonra gəlib yaşadığı binadan bir az aralıda avtomaşını saxlamışlar və polislər onu buraxmayaraq ondan pul istəmişlər. Bundan sonra, Abşeron rayonu, Xırdalan şəhəri, Masazır qəsəbəsində səhər saatlarınadək polislər onu xeyli vaxt gəzdirmiş və səhər saat 10 radələrində polis idarəsinə gətirmişlər. Orada ona təzyiq göstərmişlər və onlara narkotik vasitə istifadə edən şəxslərdən kiminsə adını verməyi tələb etmişlər. Buna cavab olaraq onlara bu cür insan tanımadığını demişdir. Sonra vəkil gəlmədən polislər onun çantasına baxış keçirmişlər və ora əlavə narkotik vasitələr qoymuşlar. Videoçəkiliş vasitəsilə qadın əməkdaş dəvət edərək onun üzərinə baxış keçirmişlər və sinə nahiyəsindən verdikləri bükümü ona çıxarmağı demişlər. Buna etiraz edərək onda bu cür narkotik vasitənin olmadığını bildirdikdə isə polislər onu aldadaraq 48 saat müddətində onu buraxacaqlarını vəd etmişlər. Polis əməkdaşı 3 övladının canına and içdiyi üçün ona inanmışdır. Daha sonra, yenidən videoçəkiliş olmuş və bu dəfə onların istədiklərini edərək ona verilən narkotik vasitələri təqdim etmişdir. Barəsində həbs qətimkan tədbirinin seçildiyi məhkəmə iclasında ona təzyiqlər edildiyini bildirsə də, hakim ona qulaq asmamışdır. Daha sonra, verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs göstərdi ki, “daş” kimi adlandırdığı ağ rəngli kristal kütlə olan psixotrop maddə metamfetaminin 1 qramını 20 manata almışdır. İttihamda qeyd edilən miqdarda narkotik vasitələr və psixotrop maddələr, eyni zamanda elektron tərəzi isə ona məxsus olmamış, polisdə üzərinə qoyulmuşdur. Metamfetamin növündə psixotrop maddəni qəlyanın üzərində şüşəyə qoyub istifadə etmişdir. Polis əməkdaşları tərəfindən 08 mart 2023-cü il tarixdə gecə saat 22 radələrində saxlanılmışdır. Polis əməkdaşları ondan buraxılması üçün 7.000 manat məbləğində pul istəmişlər, onda isə cəmi 500 manat məbləğində pul olmuşdur. Buna görə polislər telefonunu almışlar və səhərə qədər maşında hərləyərək onlara pul verilməsini tələb etmişlər. Bundan başqa, onda aşkar edilməsi iddia olunan psixotrop maddə və narkotik vasitələrlə bağlı verilən suallara cavab olaraq təqsirıləndirilən şəxs Təqsirləndirilən şəxs göstərdi ki, videoçəkilişdə görünən qırmızı qutu və onun içərisində olan qəlyan ona məxsus olmuşdur. Lakin videoçəkilişdə qutunun içərisindən çıxarılan narkotik vasitə qurudulmuş marixuana, elektron tərəzi və videogörüntülər zamanı birinci aşkar olunan daha çox həcmdə olan metamfetamin növündə psixotrop maddə ona məxsus olmamışdır. Videoçəkilişdə qırmızı qutunun içərisindən aşkar olunan qanunsuz vasitələrdən yalnız kiçik sarı plastik qabdan çıxan metamfetamin növündə psixotrop maddə ona məxsus olmuşdur. Hansının ki çəkisi videoda 0,64 qram göstərilir. Qeyd edilən sarı plastik qab da onun deyildir. Qeyd etdiyi kimi o, 20 manat müqabilində 1 qram metamfetamin almış, onun isə yarısını istifadə etmişdir. Videoçəkiliş zamanı da kiçik sarı plastik qabdan çıxan psixotrop maddənin olduğu sellofanın cırılmış olduğu aydın şəkildə görünür. Həmin sellofanı əli ilə cırmışdır. Təqsirləndirilən şəxs bir daha göstərmişdir ki, o, polis əməkdaşları tərəfindən 08 mart 2023-cü il tarixdə gecə saat 22 radələrində saxlanılmış, videoçəkilişlə və müdafiəçi ilə üzərinə şəxsi axtarış və avtomobilə baxış isə 09 mart 2023-cü il tarixdə saat 11:00- 12:00 radələrində həyata keçirilmişdir. Əməlindən peşmandır, himayəsində olan yetkinlik yaşına çatmayan övladının kimsəsiz qaldığı üçün ona yüngül cəza təyin edilməklə həbsdən buraxılmasını xahiş etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143 və 145ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124.1 və 124.1.1-ci maddələrinin tələblərinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında məhdudlaşdırmaqla əldə olunduqda cinayət təqibi üzrə sübutlar hesab olunur. Həmin Məcəllənin 125.1-ci maddəsinin tələblərinə görə məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Məhkəmə kollegiyası qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən cinayət işinin materiallarında toplanılan və ittiham tərəfinin sübut kimi məhkəməyə təqdim etdiyi dəlillərin mötəbərliyinə və mümkünlüyünə bütövlükdə elə bir şübhələr olmuşdur ki, məhkəmə ittiham tərəfinin həmin sübutları əsasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinməsi və cəzalandırılmasını mümkünsüz hesab edir. Belə ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əsassız olaraq ittiham verilmişdir ondan ötrü ki, o, xx.xx.2022-ci il tarixdə səhər saatlarında Bakı şəhəri, Binəqədi rayonu Binəqədi şossesi adlanan yerdən istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxil olan 200 manat müqabilində iki ədəd şəffaf rəngli sellofana bükülmüş hər birinin ayrı-ayrılıqda çəkiləri 2,190 qram və 7,20 qram olmaqla, ümumi çəkisi 9,390 qram olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı, 2 ədəd sellofan bükümdə 0,620 qram və 6,857 qram çəkilərdə külli miqdarda kustar üsulla hazırlanmış, narkotik vasitə heroini, 2 ədəd sellofan bükümdə 0,530 qram və 4,254 qram çəkilərdə külli miqdarda kustar üsulla hazırlanmış, 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İİ) daxil olan psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib Abşeron rayonu, Masazır kəndinə daşıyaraq saxlamış, 09 mart 2023-cü il tarixdə saat 20:00 radələrində Azərbaycan Respublikası DİN-nin Abşeron RPİ-nin Post Patrul Xidməti Bölüyünün əməkdaşları tərəfindən Abşeron rayonu, Masazır kəndində yerləşən “Manqal” kafesi yaxınlığında narkotik vasitələrin dövriyyəsində şübhəli bilinərək saxlanılıb Abşeron RPİ-yə gətirilmiş, polis idarənin inzibati binasında üzərinə şəxsi axtarış keçirilən zamanı, əlindəki krem rəngli əl çantasının içərisində olan qırmızı rəngli sandıqçadan həmin iki ədəd şəffaf sellofanda, hər birinin ayrı-ayrılıqda təmiz çəkiləri 2,190 qram və 7,20 qram olmaqla, ümumi çəkisi 9,390 qram çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, 1 ədəd sarı rəngli qapaqlı plastik qabın içərisində 1 ədəd sellofan bükümdə təmiz çəkisi 0,620 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 1 ədəd sellofan bükümdə təmiz çəkisi 0,530 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 1 ədəd sellofan bükümdə təmiz çəkisi 4,254 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 1 ədəd sellofan bükümdə təmiz çəkisi 6,857 qram qəhvəyi rəngli tozşəkilli kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 1 ədəd üzərində psixotrop maddə metamfetaminin izləri olan elektron tərəzi və daxilində psixotrop maddə metamfetaminin izləri olan 3 ədəd şüşə borucuq aşkar edilərək götürülmüşdür. Göründüyü kimi istintaq orqanının gəldiyi qənaətə görə Təqsirləndirilən şəxs 09 mart 2023-cü il tarixdə saat 20:00 radələrində polis əməkdaşları tərəfindən saxlanılaraq Abşeron RPİ-nin inzibati binasına gətirilmiş və orada təxirə salınmadan üzərində şəxsi axtarış keçirilməklə ondan psixotrop maddə və narkotik vasitələr aşkar olunmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Abşeron RPİ-nin Post-patrul xidməti bölüyünün polis nəfəri Şahid2 ifadəsində göstərdi ki, 09 mart 2023-cü il tarixdə gecə saat 01 radələrində özü ilə birlikdə 3 nəfər polis əməkdaşı ilə xidmət apararkən Abşeron rayonu, Masazır qəsəbəsi “Manqal” restoranı yaxınlığında Təqsirləndirilən şəxs avtomobildə olarkən ona yaxınlaşmışlar. Təqsirləndirilən şəxs yaxınlaşmaqlarına səbəb onun halının pis olmasının müşahidə etmələri olmuşdur. Yaxınlaşıb vəziyyəti barədə soruşmaq istədikdə o, avtomobilin şüşəsini bir neçə dəfə açıb bağlamış və özünü şübhəli aparmışdır. Bu zaman onun avtomobilində qəlyan görmüşlər. Qəlyan fərqli olduğundan və onun narkotik vasitə istifadə etməsindən şübhələndiklərindən Təqsirləndirilən şəxs Abşeron Rayon Polis İdarəsinə gətirmişlər. Polis idarəsində müdafiəçinin iştirakı ilə və videoçəkilişlə Təqsirləndirilən şəxs üzərinə baxış keşirilmişdir. Bu zaman onun üzərindən marixuana, metamfetamin, heroin və elektron tərəzi aşkar edilmişdir. Daha sonra, verilən suallara cavab olaraq Şahid2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs polis idarəsinə onun idarə etdiyi avtomaşınla gətirmişlər. Onun özü Xədicənin avtomobilində, digər 2 əməkdaş isə xidməti avtomobil ilə hərəkət etmişlər. Təqsirləndirilən şəxs tutulduğu yerdən idarəyədək təxminən 25 dəqiqəyə gətirmişlər. Müdafiəçi isə gecə saat 02 radələrində gəlmişdir. Təqsirləndirilən şəxs səhərədək maşında gəzdirməklə ondan pul istəməmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Abşeron RPİ-nin Post-patrul xidməti bölüyünün polis nəfəri Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs 09 mart 2023-cü il tarixdə saat 01:00 radələrində Abşeron rayonu, Masazır qəsəbəsi, Qurtuluş 93 ərazisində “Manqal” restoranının yaxınlığında “Hyundai Accent” markalı avtomobildə olarkən saxlamışlar. Ona yaxınlaşarkən halının pis olduğunu görmüşlər və vəziyyəti barədə soruşmaq istədikdə o, avtomobilin şüşəsini bir neçə dəfə açıb bağlamaqla özünü şübhəli aparmışdır. Həmin vaxt onun avtomobilində fərqli olan qəlyan görmüşdür. Təqsirləndirilən şəxs narkotik vasitə istifadə etməsindən şübhələndiklərindən onu Abşeron Rayon Polis İdarəsinə gətirmişlər. Daha sonra, idarədə müdafiəçinin iştirakı ilə və videoçəkilişlə onun üzərinə baxış keçirilmişdir. Bu zaman üzərindən marixuana, metamfetamin, heroin və elektron tərəzi aşkar olunmuşdur. Daha sonra, verilən suallara cavab olaraq Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs polis idarəsinə öz avtomaşını ilə gətirilmiş və avtomaşını onun özü idarə etmişdir. Ondan pul tələb edərək səhər saatlarınadək onu avtomaşında gəzdirməmişlər. Təqsirləndirilən şəxs narkotik vasitə istifadə etdiyini etiraf etmiş, onun çantasına və avtomobilinə idarəyə gələnədək baxış keçirməmişlər. Xədicənin saxlanıldığı yerdən idarəyədək təxminən 30 dəqiqə ərzində çatmışlar. Məhkəmədə şahid qismində dindirilmiş Abşeron RPİ-nin Post-patrul xidməti bölüyünün polis nəfəri Şahid3 ifadəsində göstərdi ki, 09 mart 2023-cü il tarixdə gecə saat 01 radələrində Abşeron rayonu, Masazır qəsəbəsi “Manqal” restoranı yaxınlığında Təqsirləndirilən şəxs avtomobildə olarkən ona yaxınlaşmışlar. Onun halının pis olduğunu müşahidə etmişlər. Yaxınlaşıb onun vəziyyəti barədə soruşmaq istədikdə o, avtomobilin şüşəsini bir neçə dəfə açıb-bağlamış və özünü şübhəli aparmışdır. Onun avtomobilində qəlyan görmüşlər və narkotik vasitə istifadə etməsindən şübhələnərək onu Abşeron rayon polis idarəsinə aparmışlar. Orada müdafiəçi iştirakı ilə və videoçəkilişlə onun üzərinə baxış keçirilərkən onda narkotik vasitə, psixotrop maddə və elektron tərəzi aşkar edilmişdir. Bundan başqa, verilən suallara cavab olaraq Şahid3 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs təxminən 30 dəqiqəyə idarəyə polis idarəsinə gətirmişlər və orada saat 02 radələrində üzərinə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs özü narkotik vasitə istifadə etdiyi etiraf etmişdir. İş üzrə mövcud olan kobud prosessual pzountularla bağlı məhkəməyə dəvət edilərək şahid qismində dindirilən Abşeron RPİ-nin baş təhqiqatçısı, polis mayoru X6 və müdafiəçi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Abşeron rayon Vəkil Bürosunun vəkili X4 Təqsirləndirilən şəxs tutulma protokoluna uyğun olaraq məhz 09 mart 2023-cü il tarixdə tutularaq tutulmadan dərhal sonra saat 20:40-da üzərində şəxsi axtarış keçirilməsi, sonra isə avtomaşına baxış keşirilməsini göstərsələr də, şəxsi axtarış və avtomaşına baxış ilə bağlı videogörüntüləri özündə əks etdirən diskə baxdıqdan və videoşəkilişin açıq hava şəraitində günorta saatlarında çəkilməsini gördükdə həm təhqiqatçı, həm də vəkil bununla bağlı verilən suallara izah verə bilməmişlər. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 125.2, 125.2.1, 125.2.3 və 125.2.4-cu maddələrinə əsasən insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud həmin Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda; şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulması ilə; cinayət prosesində iştirak edən şəxsin hüquq və vəzifələrinin izah edilməməsi, tam və ya düzgün izah edilməməsi nəticəsində öz hüquq və vəzifələrini yanlış başa düşməsindən istifadə etməklə; istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Cinayət-Prosessual Məcəlləsinin 125.3-cü maddəsinə əsasən həmin Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Prosessual qanunvericiliyin həmin normalarını rəhbər tutaraq məhkəmə qeyd edir ki, istintaq orqanının Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə ittihamın irəli sürülməsində istinad etdiyi və əsas sübut kimi təqdim etməyə çalışdığı sənəd “Şəxsi axtarış və götürmə aparılması” haqqında 09 mart 2023-cü il tarixli protokol olmuşdur. Həmin protokola, eyni tarixli “Şübhəli şəxs qismində tutma” və avtomaşına baxış keçirilməsi ilə bağlı “Baxış və götürmə” haqqında protokollara, eləcə də cinayət işinin materiallarında olan digər sənədlərə, o cümlədən irəli sürülmüş ittihama əsasən Təqsirləndirilən şəxs 09 mart 2023-cü il tarixdə saat 20:00 radələrində polis əməkdaşları tərəfindən tutularaq Abşeron RPİ-nin inzibati binasına gətirilmiş, saat 20:20-də şübhəli şəxs qismində tutulmuş, saat 20:40-da müdafiəçinin iştirakı ilə və videoçəkilişlə üzərində şəxsi axtarış keçirilməklə onda ittihamda qeyd olunan psixotrop maddələr, narkotik vasitələr, elektron tərəzi və digər əşyalar aşkar edilərək götürülmüş, bundan dərhal sonra isə saat 21:10-da onun idarə etdiyi avtomaşına baxış keçirilmişdir. (Cild 1, iş vərəqləri 19, 24-31, 34-36) Həmin istintaq hərəkətləri videoçəkilşlə aparılmış və videogörüntülərin əks olunduğu bir ədəd “DVD” formatlı disk cinayət işinin materiallarına əlavə edilmişdir. Diskdə olan video görüntülərə tərəflərin iştirakı ilə açıq məhkəmə iclasında baxarkən müəyyən edilmişdir ki, həm təqsirləndirilən şəxsin şəxsi axtarışı, həm də avtomaşına baxış keçirilməsinə dair keçirilən istintaq hərəkətləri, iki müxtəlif prosessual hərəkətlər deyil, davam edən vahid istintaq hərəkətindən ibarət olmuşdur. Protokollarda olan saat qeydiyyatlarına əsasən həmin istintaq hərəkətlərinin axşam saatlarında, yəni saat 20:20dən sonra keçirilməsi göstərilsə də, videoçəkilişdən görünür ki, ilkin olaraq təhqiqatçının xidməti otağına şəxsi axtarışa başlamış, daha sonra videoçəkiliş dayandırılmadan istintaq hərəkətinin iştirakçıları avtomaşına baxış keçirmək üçün otaqdan çölə, yəni Abşeron RPİnin inzibati ərazisinə çıxmışlar. Bu zaman havanın günəşli və günorta saatlarının olması açıq-aydın müşahidə edilir. İstintaq hərəkətinin saat 20-dən sonra keçirilməsi ilə bağlı protokol tərtib edən təhqiqatçı və buna uyğun olaraq təqsirləndirilən şəxsə ittiham verən müstəntiq isə videoçəkilişdə günəşin saçmasına və günorta saatlarının olmasına adi qaydada yanaşaraq heç bir əhəmiyyət verməmişlər. Hətta cinayət işinin materiallarında olan 11 mart 2023-cü il tarixli “Diskə baxış keçirilməsi haqqında” protokoldan da görünür ki, videoçəkilişə baxış keçirməklə bununla bağlı protokol tərtib edən müstəntiq istintaq hərəkətinin günorta saatlarında açıq və günəşli hava şəraitində keçirilməsini gördüyü halda belə, təqsirləndirilən şəxsin şəxsi axtarışının saat 20:20-də keçirilməsi ilə bağlı sübutların mötəbər olmamasına etinasız yanaşaraq ona qarşı faktiki olaraq olmayan sübutlar əsasında ittiham irəli sürmüşdür. (Cild 1, iş vərəqləri 95-96) Bu isə bir daha Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatların, yəni onun 08 mart 2023-cü il tarixdə saat 22 radələrində saxlanılmasının, səhərə qədər ərazidə gəzdirilməsinin və yalnız günorta saat 11-12 radələrində müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarışın keçirilməsinin həqiqət olmasını təsdiq edir. Təqsirləndirilən şəxs 09 mart tarixində deyil, məhz 08 mart tarixində saxlanılmasının daha bir sübutu onun şübhəli şəxs qismində tutulması haqqında protokolda olan tarixlə bağlı qeydiyyatlardır. Belə ki, protokolun mətnində “8” rəqəminin ağardılmasına baxmayaraq həmin rəqəm açıq-aydın görünür, həmçinin protokolun əvvəlində “8” rəqəmi ağardılmaqla üzərində göy rəngli diyircəkli qələm ilə “9” rəqəmi yazılmışdır. Bundan başqa, istintaq orqanı tərəfindən əldə edildikdən sonra cinayət işinin materiallarına əlavə edilməsə də, məhkəmə tərəfindən əldə olunaraq təhlil edilən Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** nömrəsinin anten məlumatlarından görünür ki, sonuncu dəfə o, 08 mart 2023-cü il tarixdə saat 20:37-də “Baki seh.Yasamal rnu.11-ci Xrebtovi kuc.,132” mobil rabitə antenin ərazi hüdudlarında olmuş, 08 mart 2023cü il tarixdə saat 23:05-də “Abşeron rayonu, Masazır qəsəbəsi, Zəngilan şəhərciyi” mobil rabitə antenin ərazi hüdudlarında olmuş, daha sonra 09 mart 2023-cü il tarixsə saat 00:11də “Abşeron rayonu, Masazır qəsəbəsi” mobil rabitə antenin ərazi hüdudlarında olmuş, sonra 09 mart 2023-cü il tarixsə saat 02:54-də “Abşeron rayonu, Masazır qəsəbəsi” mobil rabitə antenin ərazi hüdudlarında olmuşdur. Bundan sonra isə Təqsirləndirilən şəxs daima fəaliyyət göstərən telefonu fəaliyyət göstərməmişdir. Bu hal yenə də Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatların, yəni onun 08 mart 2023-cü il tarixdə təqribən saat 21-dən sonra onun artıq Abşeron rayonu ərazisində ola bilməsini və saat 22 radələrində Masazır qəsəbəsi, “Qurtuluş 93” yaşayış saxlanıla bilməsini, sonra isə polis əməkdaşları tərəfindən maşında gəzdirilməklə sonda onun telefonun alınmasını təsdiq edir. Göründüyü kimi polis əməkdaşları nəinki Təqsirləndirilən şəxs tutulmasını və faktiki olaraq azadlığının məhdudlaşdırılmasını saxlanıldığı yerdə dərhal sənədləşdirilməmiş, onu vəkil ilə təmin etməmiş, hüquq və vəzifələri barədə məlumat verməmiş, hətta qanunla həyata keçirməli olduqları bu hərəkətləri yaxınlıqda olan Abşeron rayon Polis İdarəsində də qısa müddətdə icra etməmiş və onu əsassız olaraq 12 saatdan artıq müddətdə saxlamaqla günorta saatlarında şəxsi axtarış istintaq hərəkətinin keçirilməsi görüntüsü yaratmışlar. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs tutulduğu yerdə üzərində şəxsi axtarış aparılmasını mümkünsüz edən hər hansı bir hal göstərməyən polis əməkdaşları, bu axtarışın yalnız növbəti gün günorta saatlarında aparılmasını axşam saatlarında icra edilməsi ilə pərdələməyə çalışmışlar. Məhkəmə xüsusi qeyd edir ki, saxlanıldıqdan sonra faktiki olaraq azadlığı məhdudlaşdırılmış, 12 saatdan artıq müddətdə polis əməkdaşlarının sərəncamında olan Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və psixotrop maddə, eləcə də elektron tərəzi saxlaması, bu zaman ərzində polis əməkdaşlarının axtarışda olan şəxsin üzərini ən azından öz təhlükəsizlikləri üçün yoxlamaması məhkəmədə əsaslı şübhələr yaradır ki, bu şübhələr təqsirsizlik prezumpsiyasına müvafiq olaraq təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması, üzərində şəxsi axtarışın keçirilməsi və avtomaşınına baxış keçirilməsinə dair 09 mart 2023-cü il tarixli protokollar, həmin protokolların mötəbərliyinə əsaslı şübhələr olduğundan etibarsız sübut kimi qəbul edilməli və bu protokollar ilə müəyyən edilmiş hallar və dəlillər öz hüquqi qüvvəsini itirmiş hesab edilməlidir. Məhkəmə, gəldiyi nəticələri həm prosessual normaların tələbləri baxımından, həm də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli qərarının izah və tövsiyələri baxımından əsaslı hesab edir. Belə ki, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli araşdırılması hüququna malikdir. Konvensiyanın həmin maddəsi çərçivəsində Avropa Məhkəməsi “Layıcov Azərbaycana qarşı” işində qeyd etmişdir ki, ərizəçinin üzərində və onun avtomobilində axtarışın onun həbsindən dərhal sonra həyata keçirilmədiyi tərəflər arasında mübahisə doğurmur. Bu axtarış onun həbs olunduğu yerin yaxınlığında deyil, Zaqatala Rayon Polis Şöbəsində aparılmışdır. Məhkəmə bununla bağlı qeyd edir ki, həbslə axtarış arasındakı təxminən otuz dəqiqəlik vaxt boşluğu sübutun “qoyulması” mümkünlüyü ilə bağlı qanuni narahatlıqlar ortaya çıxarır, belə ki, bu vaxt ərzində ərizəçi tamamilə polisin nəzarəti altında idi. Hər bir halda hazırkı işdə axtarışın ərizəçinin həbsindən birbaşa sonra həyata keçirilməsini mümkünsüz edən hər hansı xüsusi halın mövcud olmasını güman etməyə əsas verən heç bir dəlil yoxdur. Bundan əlavə, onun hansı səbəbə həbs yerindən təxminən beş-on dəqiqə aralıda yerləşən Balakən Rayon Polis Şöbəsinə deyil, Zaqatala Rayon Polis Şöbəsinə aparıldığı aydın deyil. (§ § 69-70) Eyni mövqedən çıxış edən Avropa İnsan Hüquqları Məhkəməsi digər bir iş üzrə də, yəni "Savalanlı və digərləri Azərbaycana qarşı" iş üzrə xx.xx.2022-ci il tarixli Qərarının 91ci bəndində qeyd etmişdir ki, məhkəmə polisin axtarışın aparması qaydası ilə bağlı Azərbaycana qarşı əvvəlki işlərdə gəldiyi nəticələrə istinad edir. Məhkəmə əvvəlki işlərdə müəyyən etmişdir ki, şübhəli şəxsin üzərinə baxışın üzrlü səbəb olmadan tutulduqdan dərhal sonra aparılmaması, əldə edilən sübutların polis tərəfindən yerləşdirilməsinin mümkün olduğu barədə əsaslı şübhə yaradır (Layıcov Azərbaycana qarşı, № 22062/07, § 69, 10 aprel 2014- cü il və Sakit Zahidov Azərbaycana qarşı, № 51164/07, §53,12 noyabr 2015-ci il). Avropa Məhkəməsi hesab etmişdir ki, həmin nəticələr qeyd edilən işin hallarına da aid edilir. Tutulmaları və üzərinə aparılmış baxışlar arasında keçən müddət ərzində ərizəçilər tamamilə polisin nəzarəti altında olduğundan, əldə edilmiş sübutların bu müddətdə onların üzərinə yerləşdirilməsinin mümkün olduğu üçün haqlı şübhəyə əsas yaranır. Üstəlik, axtarışın aparılmasını ərizəçilərin tutulmalarından dərhal sonra qeyrimümkün edən hər hansı xüsusi halların mövcud olması ilə bağlı heç bir əsas aşkar edilmir. Bununla yanaşı, hal şahidlərinin çağırılması və rəsmi axtarış və götürmənin aparılmasından əvvəl tutulan şəxslərin şəxsi əşyalarına polis tərəfindən narkotik vasitə və ya digər sübut əhəmiyyətə malik olan əşyaların qoyulmasına dair çoxsaylı ardıcıl hallar barədə beynəlxalq insan haqları təşkilatlarının hesabatlarında əksini tapan məlumatlara əsaslanaraq, məhkəmə həmçinin hesab etmişdir ki, hazırkı axtarışlar zamanı hal şahidlərinin iştirakının təmin edilməsi mövcud vəziyyətin aradan qaldırılmasına əsas kimi qəbul edib bilməz (İbrahimov və Məmmədov, § 127). Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı özünə qarşı alınmış etirafedici ifadələrə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Həmin Məcəllənin 20.1-ci maddəsinə əsasən heç kəs şəxsən özünün və yaxın qohumlarının əleyhinə ifadə verməyə məcbur edilə bilməz və buna görə hər hansı təqibə məruz qala bilməz. Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində ibtidai istintaq zamanı ondan “etirafedici” ifadə kimi alınmış ifadələri təkzib edərək bu ifadələri aldatma, təzyiq və uzun müddət ərzində müdafiəsiz olaraq polis əməkdaşlarının təsiri altında qalmaqla verməsi ilə izah etmişdir. Məhkəmə istintaqı zamanı da obyektiv sübutlarla tam təsdiq olunmuşdur ki, Təqsirləndirilən şəxs uzun müddət ərzində polisin nəzarəti altında qalmaqla bu müddət ərzində onun müdafiə hüquqları kobud şəkildə pozulmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxsin etirafedici ifadəsi bir sübut növü kimi digər sübutlardan heç bir üstün hüququna malik olmadığı üçün, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edilmədiyi halda şəxsə qarşı irəli sürülmüş ittihamın əsası kimi qəbul edilə bilməz. Bu baxımdan Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarında da milli qanunvericiliyə uyğun mövqe formalaşmışdır. Belə ki, Dikmə Türkiyəyə qarşı 11 iyul 2000ci il tarixli Məhkəmə qərarında göstərilmişdir ki, dindirmə zamanı alınmış, amma məhkəmədə inkar edilən etirafların cinayət işi üzrə sonrakı icraatda müdafiə perspektivləri üçün hər hansı həlledici nəticələr doğurmur. (belə bir mövqe Con Mürreyin işi üzrə qərarda da əks olunub.) Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı özünə qarşı verdiyi ilkin izahatı, şübhəli və təqsirləndirilən şəxs qismində ondan alınmış ifadələr, prosessual normaların və müdafiə hüququnun kobud pozuntusu ilə alındığından, eləcə də bu istintaq hərəkətləri etiraz edilməli təhqiqatçı və müstəntiq tərəfindən icra edilərək, etiraz edilməli müdafiəçinin iştirakı ilə alındığından mötəbərliyinə əsaslı şübhələr olan etibarsız sübut kimi qəbul edilməli və bu sənədlərlə ilə müəyyən edilmiş hallar və dəlillər öz hüquqi qüvvəsini itirmiş hesab edilməlidir. Belə ki, təqsirləndirilən şəxsə qarşı açıq-aşkar əsassız sübutlar toplayan, mövcud olmayan hallarla bağlı prosessual sənədlər tərtib edən təhqiqatçı və müstəntiqin, eləcə də bu hallara göz yummaqla təqsirləndirilən şəxsə qarşı edilən qanunsuz hərəkətlərə dəstək olan müdafiəçinin işdə maraqlı və qərəzli olması ilə bağlı əsaslı ehtimallar özünü aydın şəkildə büruzə verir. Məhkəmə həmçinin Təqsirləndirilən şəxs dövlət hesabına işə buraxılmış müdafiəçinin iştirakı ilə ilkin olaraq ondan şübhəli və təqsirləndirilən şəxs qismində alınan ifadələrin məzmununun, istintaqın sonunda ondan təqsirləndirilən şəxs kimi alınmış ifadənin məzmunu ilə orfoqrafik və qrammatik səhvlər də daxil olmaqla tamamilə eyni olmasına diqqət yetirməyə bilməz. Eyni şəxsin müxtəlif tarixlərdə vermiş olduğu ifadəsinin tamamilə eyni olması, bu ifadələrin şəxsin könüllü və sərbəst şəkildə verdiyi ifadə kimi qiymətləndirilə bilməsini şübhə altına almaqla, məhkəmədə əsaslı ehtimallar yaradır ki, bu ifadələr müstəntiq tərəfindən kompyuterdə mətnin köçürülməsi üsulu ilə yazılmış, təsir altında olan təqsirləndirilən şəxs isə bunları imzalamaq məcburiyyətində olmuşdur. Bundan əlavə, məhkəmə istintaqı zamanı da şahid qismində dindirilən təhqiqatçı və müdafiəçi təqsirləndirilən şəxsin axşam saatlarında saxlanılmasını və həmin vaxt ərzində onunla bağlı prosessual hərəkətlərin icra edilməsinə dair ifadələr verməyə çalışsalar da, istintaq hərəkətinin videogörüntüsünə baxaraq bu görüntülərin axşam deyil, günorta saatlarında aparılmasını əyani şəkildə gördükdən sonra özlərinin tərtib edərək imzaladıqları sənədlərin mötəbərliyini məhkəməyə izah edə bilməmişlər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 19.4.4-cü maddəsinə əsasən, cinayət prosesini həyata keçirən orqan şübhəli və ya təqsirləndirilən şəxsin bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada şəxsən və ya özünün seçdiyi müdafiəçi vasitəsi ilə müdafiə olunmaq, yaxud müdafiəçinin haqqını ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, pulsuz hüquqi yardım almaq hüquqlarını təmin etməlidir. Cinayət-Prosessual Məcəlləsinin 92.10.1-ci maddəsinə əsasən müdafiəçiyə müdafiə etdiyi şəxsin qanuni mənafeyinə zidd olaraq hər hansı hərəkəti etmək, o cümlədən onun törədilmiş cinayətlə əlaqəsini və təqsirini təsdiq etmək, ona qarşı qaldırılmış mülki iddianı qəbul etmək, onun iştirakı ilə aparılan prosessual hərəkətlərdə iştirakdan imtina etmək və onun hüquqlarının həyata keçirilməsinə mane olmaq qadağan olunur. Həmin Məcəllənin 92.16.3-cü maddəsinin mənasına görə cinayət prosesini həyata keçirən orqan müdafiəçinin cinayət prosesində iştirakını istisna edən halları aşkar etdikdə onu kənarlaşdırmalıdır. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra – Konvensiya) 6-cı maddəsinin 3-cü hissəsinin c bəndinə görə, cinayət törətməkdə ittiham olunan hər kəs şəxsən və ya özünün seçdiyi müdafiəçi vasitəsilə özünü müdafiə etmək və ya müdafiəçinin xidmətini ödəmək üçün vəsaiti kifayət etmədiyi zaman, ədalət mühakiməsinin maraqları tələb etdikdə belə müdafiədən pulsuz istifadə etmək hüququna malikdir. Konvensiyanın həmin maddəsi çərçivəsində Avropa Məhkəməsi Vasenin Rusiyaya qarşı iş üzrə 2016-cı il 21 iyun tarixli Qərarında bir daha vurğulamışdır ki, dövlət müdafiəçinin yol verdiyi səhvlərə görə məsuliyyət daşımır... dövlət keyfiyyətsiz hüquqi yardımın göstərilməsinə vaxtında reaksiya verib müvafiq tədbirlər görmüşdürsə, məsələn başqa müdafiəçi təyin etmişdirsə məsuliyyət daşımır. Konvensiya hüquqların nəzəri deyil, praktiki müdafiəsini tələb etdiyindən, dövlət tərəfindən lazımi reaksiyanın verilməməsi onun məsuliyyətinə səbəb ola bilər, belə ki, müdafiəçinin təyin edilməsi özü-özlüyündə göstərilən hüquqi yardımın keyfiyyətinə zəmanət vermir. Odur ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs qarşı edilən qanunsuz hərəkətlərdə iştirak etməklə prosessual qanunvericiliyin normalarının pozulmasına göz yummuş müdafiəçinin iştirakı ilə həyətə keçirilmiş bütün istintaq hərəkətləri mümkünsüz, bununla da hüquqi qüvvəsi olmayan etibarsız sübut hesab edilməlidir. Bundan başqa, təhqiqatçı və müstəntiqin cinayət təqibində maraqlı olmasını təsdiq edən konkret və mötəbər sübutlar olduğundan, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 109.1.8 və 113-cü maddələrinə əsasən onlar etiraz edilməli prosessual şəxslər kimi qəbul edilməli və həmin şəxslər tərəfindən toplanmış bütün dəlil və sənədlər mümkünsüz, bununla da hüquqi qüvvəsi olmayan etibarsız sübut hesab edilməlidir. Təqsirləndirilən şəxs saxlanılmasında iştirak edək polis əməkdaşları Şahid2, Şahid1 və Şahid3 həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı verdikləri ifadələri ilə bağlı isə məhkəmə kollegiyası qeyd edir ki, göstərilən şahid ifadələri onların sübut kimi qəbul edilməsinin mümkünlüyünü istisna edən işin obyektiv halları və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125.2-ci maddəsində sadalanan hallar olduğundan sübut kimi qəbul edilə və Təqsirləndirilən şəxs qarşı Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə irəli sürülmüş ittihamın əsasını təşkil edə bilməz. Bundan başqa, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 95.1-ci maddəsinə əsasən iş üzrə hər hansı əhəmiyyət kəsb edən hallardan xəbərdar olan şəxs ittiham tərəfindən ibtidai araşdırma və ya məhkəmə baxışı zamanı, müdafiə tərəfindən isə məhkəmə baxışı zamanı çağırılıb şahid qismində dindirilə bilər. Təqsirləndirilən şəxsi tutaraq ona qarşı olmayan hallar barədə ifadə verməklə ittihamın təsdiq olunmasında maraqlı olan, eləcə də vəzifələrinə uyğun olaraq biri-digərinə tabe olan polis əməkdaşlarının verdikləri ifadələr qərəzsiz və obyektiv ifadə kimi qiymətləndirilə bilməz. Nəzərə alınmalıdır ki, həmin ifadələr еyni zamanda digər polis əməkdaşlarının fəaliyyətini əks еtdirən informasiya daşıyıcısıdır. Bu ifadələr təqsirləndirilən şəxsə vеrilmiş ittihamın təsdiqi ilə yanaşı, еyni zamanda digər polis əməkdaşlarının hərəkətlərinin qanuni və əsaslı olmasının da təsdiqi vasitəsidir. Polis əməkdaşlarının cinayət təqibi üzrə prosessual fəaliyyətinin əsaslığı və şahid qismində verdikləri ifadələrin mötəbərliyi üzrə qiymətləndirilməsi baхımından Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında uzun müddət formalaşmış yanaşma standartını müəyyən еtmişdir. Məmmədov (Cəlaloğlu) Azərbaycana qarşı 11 yanvar 2007-ci il tarixli, X2rşı 18 yanvar 1978-ci il tarixli qərarında, həmçinin bir sıra qərarlarda Avropa Məhkəməsi sübutları qiymətləndirərkən “əsaslı şübhə yеrinin qalmaması” sübutеtmə standartını tətbiq еdir. Polis əməkdaşlarının fəaliyyət göstərdiyi orqan tərəfindən aparılan istintaq hərəkətlərinə dair onların vеrdikləri ifadələrin qеyd еdilən standarta uyğun gəlməsi üçün ifadələrin mötəbərliyinə hеç bir şübhə yеri qalmamalıdır. Oхşar yanaşma İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Muradova Azərbaycana qarşı 2 aprеl 2009-cu il tariхli qərarında (128-ci bənd) öz əksini tapmış və polis əməkdaşlarının istintaq hərəkətləri barəsində şahid kimi vеrdiyi ifadələrin “əsaslı şübhə doğurmayan” sübut növünə aid olmadığı göstərilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, polis əməkdaşları Şahid2, Şahid1 və Şahid3 verdikləri ifadələr mötəbərliyinə əsaslı şübhələr olan, bununla da hüquqi qüvvəsi olmayan etibarsız sübut hesab edilməlidir. Bundan başqa, cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə elan olunaraq tədqiq edilən məhkəmə-narkoloji ekspertizasının 15 iyul 2023-cü il tarixli, 4488 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (Cild 1, iş vərəqləri 171-172) Həmin rəyin anamnez hissəsində aşağıdakılar qeyd olunmuşdur: “Cinayət işinin materiallarında olan ifadələrindən deməsinə görə, təxminən 5 il olar ki, narkotik vasitə heroindən və psixotrop maddə olan metamfetamindən onu yandırıb tüstüsünü nəfəsinə çəkməklə istifadə edir. Ondan aşkar edilərək götürülmüş narkotik vasitəni və psixotrop maddəni satmaq məqsədi ilə üzərində saxlayıb daşımışdır.” Məhkəmə ekspertin rəyinə tənqidi yanaşaraq qeyd edir ki, cinayət işinin materiallarında təqsirləndirilən şəxsin onda aşkar edilmiş narkotik vasitə və psixotrop maddənin satmaq məqsədi ilə üzərində saxlayıb daşımasını təsdiq edən izahat və ifadələr ümumiyyətlə mövcud olmamışdır. Olmayan ifadələrə istinad edən ekspertlərin öz rəylərində qeyd etdikləri bu kimi iqtibasın əsassız olmasının müəyyən edilməsi, ekspert rəyinin özünün mötəbərliyinə əsaslı şübhələr yaradır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, məhkəmə-narkoloji ekspertizasının 15 iyul 2023-cü il tarixli, 4488 nömrəli rəyi mötəbərliyinə əsaslı şübhələr olan rəy kimi qiymətləndirildiyindən, hüquqi qüvvəsi olmayan etibarsız sübut hesab olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 127.3-cü maddəsinə əsasən ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. Məhkəmə qeyd edir ki, hətta ekspert rəyi mötəbər sübut kimi qəbul edildiyi halda belə, təqsirləndirilən şəxsə verilmiş ittihamın təsdiqi vasitəsi kimi qəbul edilə bilməz. Bununla bağlı “Sakit Zahidov Azərbaycana qarşı” işdə də Avropa Məhkəməsi müəyyən etmişdir ki, narkomaniya xəstəliyinin aşkar olunduğunu təsdiqləyən ekspertiza rəyi özü-özlüyündə şəxsin hətta satış məqsədi olmadan narkotik vasitələri və ya psixotrop maddələrini şəxsi istehlak miqdarından artıq miqdarda görə cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsas kimi qəbul edilə bilməz (bax, Sakit Zahidov Azərbaycana qarşı, № 51164/07, § 51, 12 noyabr 2015). Bundan əlavə, cinayət işinin materiallarında olan 20 may 2023-cü il tarixli “Maddi sübut kimi tanıma və saxlanca təhvil vermə barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülməsi iddia olunan 02 ədəd bükümdə təmiz çəkiləri 2,190 qram və 7,20 qram olmaqla, ümumi təmiz çəkisi 9,390 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, 02 ədəd bükümdə təmiz çəkisi 0,620 qram və 6,857 qram olan, ümumi təmiz çəkisi 7,47 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 02 ədəd bükümdə təmiz çəkiləri 0,530 qram və 4,254 qram olan, ümumi təmiz çəkisi 4,784 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra ümumi qalıq çəkisi 9,29 qram olan narkotik vasitə qurudulmuş marixuana, 7,37 qram olan narkotik vasitə heroin, 4,684 qram olan psixotrop maddə saxlanılması üçün Abşeron RPİ-nin maddi sübutların saxlanılması otağına təhvil verilmişdir. 01 ədəd “DVD” formatlı disk cinayət işinin materiallarına əlavə edilmişdir. Bu zaman təqsirləndirilən şəxsdən götürülməsi iddia olunan 01 ədəd elektron tərəzinin, 03 ədəd şüşə borucuğun aqibəti müəyyən edilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə elan olunaraq tədqiq edilən məhkəmə-kimyəvi və bioloji ekspertizasının 10 mart 2023-cü il tarixli, 6/1452 və 7/360 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində, “İştirakçılar 1) İmza Təqsirləndirilən şəxs....” yazı və imzalar olan zərfdə 2 ədəd şəffaf sellofanda hər birinin ayrı-ayrılıqda təmiz çəkiləri 2,190 qram və 7,20 qram olmaqla, ümumi çəkisi 9,390 qram bitki mənşəli kütlələr çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Həmin zərfin içərisində 1 ədəd sarı rəngli qapaqlı plastik qabın içərisində 1 ədəd sellofan bükümdə təmiz çəkisi 0,620 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 1 ədəd sellofan bükümdə təmiz çəkisi 0,530 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. 1 ədəd sellofan bükümdə təmiz çəkisi 4,254 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. 1 ədəd sellofan bükümdə təmiz çəkisi 6,857 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 1 ədəd elektron tərəzinin və 3 ədəd şüşə borucuğun daxilində psixotrop maddə olan metamfetaminin izləri vardır. Metamfetamin iz şəklində olduğundan onların çəkisini müəyyən etmək və eynilik tədqiqatı aparmaq mümkün deyildir. Tədqiqata təqdim edilmiş marixuanalar tərkiblərinə görə eynidir. Tədqiqata təqdim edilmiş heroinlər öz aralarında xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eynidir. Tədqiqata təqdim edilmiş metamfetaminlər öz aralarında xarici görüşünə və kimyəvi tərkib komponentlərinə görə eynidir. (Cild 1, iş vərəqləri 41-45) Həmin ekspert rəyi ilə bağlı məhkəmə tərkibi qeyd edir ki, bu rəy qeyd olunan narkotik vasitə və psixotrop maddə, eləcə də elektron tərəzinin bütövlükdə məhz Təqsirləndirilən şəxs aşkar edilməsini sübutu və təsdiqi vasitəsi kimi qəbul edilə bilməz. Çünki rəyin özü bilavasitə hər hansı əlavə suallar yaratmır, ekspertə təqdim olunmuş maddələr ilə bağlı əsaslandırılmış tədqiqatla bağlı gəlinmiş nəticə mövcuddur. Bununla belə, həmin rəy Təqsirləndirilən şəxs olması özü tərəfindən təsdiq olunan 0,530 qram çəkidə psixotrop maddə metamfetaminin həqiqətən mövcud olmasını təsdiq edir. Digər hissədə isə, yəni narkotik vasitənin və psixotrop maddənin təqsirləndirilən şəxsə məxsus olmaması ilə bağlı gəlinmiş nəticə ilə bağlı, qeyd edilən ekspert rəyinin təqsirləndirilən şəxsə qarşı deyil, həmin narkotik vasitə və psixotrop maddəni əldə etmiş, hazırlamış, saxlamış, daşımış və satmış şəxsin müəyyən edilməsində sübut kimi istifadə oluna bilməsi mümkündür. Təqsirləndirilən şəxsdə aşkar edilməsi öz təsdiqini tapan 0,530 qram çəkidə psixotrop maddə metamfetaminin və ondan aşkar edilməsi öz təsdiqini tapmayan 4,254 qram çəkidə metamfetaminin xarici görüşünə və kimyəvi tərkib komponentlərinə görə eyni olması ilə bağlı məhkəmə tərkibi qeyd edir ki, praktikada kustar üsulla istehsal edilərək qanunsuz yolla ölkə ərazisinə gətirilən külli miqdarda metamfetaminin eyni mənbədən müxtəlif şəxslərə yayılması müşahidə edildiyindən, xarici görüşünə və kimyəvi tərkib komponentlərinə görə eyni olan metamfetaminin müxtəlif şəxslərdə aşkar olunması mümkün olmaqla təbii bir hal kimi qiymətləndirilə bilər. İbtidai istintaq tərəfindən toplanılmış və ittiham tərəfinin məhkəməyə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirinin təsdiqi kimi təqdim etdiyi bütün sübutlara məhkəmə bir daha münasibət bildirməklə qeyd edir ki, məhkəmə-kimyəvi və bioloji ekspertizasının 10 mart 2023-cü il tarixli, 6/1452 və 7/360 nömrəli rəyindən, eləcə də şəxsi axtarış və avtomaşına baxışı özündə əks etdirən 01 ədəd “DVD” formatlı diskdən başqa, ittiham tərəfinin məhkəməyə təqdim etdiyi bütün sübutlar mümkünlüyünə və mötəbərliyinə əsaslı şübhələr olan, hüquqi qüvvəsi olmayan etibarsız sübut kimi qəbul edilmişdir. Həmin “DVD” formatlı diskdə mövcud olan görüntülər Təqsirləndirilən şəxs onda olmasını etiraf etdiyi 01 ədəd bükümdə olan təmiz çəkisi 0,530 qram çəkidə psixotrop maddə metamfetaminlə yanaşı, ona qarşı edilən qanunsuz hərəkətlərində və digər sübutların etibarsız olmasının təsdiqi vasitəsidir. Məhkəmə istintaqı zamanı verilən ifadələrlə bağlı isə məhkəmə qeyd edir ki, məhkəmə yalnız işin obyektiv halları ilə uzlaşan Təqsirləndirilən şəxs ifadəsini mötəbər sübut kimi qəbul edir, məhkəmədə dindirilmiş bütün digər şahidlərin ifadələrini isə yuxarıda ətraflı təsvir olunmuş əsaslara görə mötəbər sübut kimi qəbul etmir. Sübutların mötəbərliyi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallardan irəli gələ bilər (digər qərarlarla yanaşı bax: “Avşar Türkiyəyə qarşı” (Avşar v. Turkey, no. 25657/94, § 282, ECHR 2001-Vİİ). Sübutun keyfiyyəti, o cümlədən onun əldə edilməsi şəraitinin sübutun mötəbərliyi və ya düzgünlüyünü şübhə altına alıb-almadığı nəzərə alınmalıdır. Sübutun mötəbərliyi mübahisə olunduqda sübutun mümkünlüyünün araşdırılması üçün ədalətli prosedurların olması daha da çox əhəmiyyət kəsb etmiş olur ( “Allan” işi, 47-ci bənd və “Bıkov Rusiyaya qarşı” (Bykov v. Russia [GC], no. 4378/02, § 95, ECHR 2009). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125.5-ci maddəsinə əsasən cinayət-prosessual qanunvericiliyinin tələblərinin ittiham tərəfindən pozulması nəticəsində sübuti əhəmiyyətini itirmiş hesab oluna bilən materialın sübut qismində qəbul edilməsinə müdafiə tərəfinin vəsatəti əsasında yol verilir. Bu halda həmin sübut digər proses iştirakçılarına deyil, yalnız müvafiq şübhəli və ya təqsirləndirilən şəxsə sübut kimi aid olur. Məhkəmə cinayət-prosessual qanunvericiliyinin həmin müddəasını rəhbər tututaraq qeyd edir ki, ittiham tərəfinin narkotik vasitə və psixotrop maddənin götürülməsi, onun qablaşdırılması və sonradan sübut kimi təqdim edilməsi ilə bağlı istintaq hərəkətlərinin etibarsız hesab olunduğu vəziyyətdə, təqsirləndirilən şəxsə qarşı verilmiş ittiham yalnız özünün qəbul və etiraf etdiyi həcmdə əsas götürülə bilər. Təqsirləndirilən şəxs məhkəmədə dəfələrlə dindirilərkən və videoçəkilişdə onda aşkar edilməsi iddia olunan narkotik vasitə və psixotrop maddələr ona nümayiş etdirilərkən, yalnız cırılmış sellofan bükümdə olan videoçəkilişdə elektron tərəzidə ölçülərkən çəkisi 0,64 qram olan, ekspertiza tədqiqatı zamanı isə təmiz çəkisinin 0,530 qram olması müəyyən edilən psixotrop maddə metamfetaminin onda olması qəbul etmiş və göstərmişdir ki, həmin gün 1 qram metamfetamin almış və onun yarısını istifadə etmişdir. Digər bütün narkotik vasitə və psixotrop maddə, eləcə də 01 ədəd elektron tərəzini o, qəbul etməmiş və polis əməkdaşları tərəfindən onun üzərinə qoyulduğunu göstərmişdir. Beləliklə məhkəmə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, narkotik vasitənin satışı ilə bağlı ümumiyyətlə sübut mövcud olmadığı və bununla əlaqədar təqsirləndirilən şəxsə ittiham verilmədiyi vəziyyətdə Təqsirləndirilən şəxs şəxsi istehlak miqdarından artıq miqdarda satış məqsədi olmadan 0,530 qram çəkidə psixotrop maddə metamfetaminin qanunsuz yolla əldə etməsi, daşıması və saxlaması məhkəmə istintaqı zamanı öz təsdiqini tapdığından, ona verilmiş ittihamın digər halları isə öz təsdiqini tapmadığından Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Həmin Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Cinayət və Cinayət-Prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Eyni zamanda, Cinayət-Prosessual Məcəlləsinin 21.3-cü maddəsinə əsasən, cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadələri müvafiq sübutlarla təkzib olunmadıqda və ya yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 138.2-ci maddəsinə müvafiq olaraq təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Həmin Məcəllənin 145.3-cü maddəsinə müvafiq olaraq ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Eyni Məcəllənin 349.5.1-ci maddəsinin tələbinə görə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351.2 və 351.3.4-cü maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. Məhkəmə kollegiyası hesab edir ki, ittiham orqanı tərəfindən təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə ittiham verilərkən onun həmin cinayətdə təqsirli olmasını sübut edə bilməmiş, bu barədə ittiham ehtimallar üzərində qurulmuş, ittiham orqanı sübut kimi istinad etdiyi ifadə və sənədlər yuxarıda qeyd edilən CPM-nin 144-145-ci maddələrinin tələblərinə uyğun qiymətləndirməmişdir. Bununla da məhkəmə, Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilməsini, onun həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmasını qanuni və əsaslı hesab edir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ tərəfindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1 və 61.1-ci maddələrinə əsasən məhkəmədə təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Bununla belə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən həmin Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə cinayət qanunun həmin normasını rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxsin əvvəllər məhkumluğunun olmaması, onun qadın olması, əməlindən peşman olması və himayəsində yetkinlik yaşına çatmayan kimsəsiz qalan övladının olması da onun cəzasını yüngülləşdirən hallar kimi də nəzərə alınmalıdır. Məhkəmə cəzanı təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran halların olmamasını və cəzasını yüngülləşdirən halların olmasını, eləcə də təqsirləndirilən şəxsin törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasının yuxarı hədlərində cəza təyin edilməməli, onun uzun müddət həbsdə olması nəzərə alınmaqla həbsdə olduğu müddətdən artıq olmayan müddətə cəza təyin edilməklə cinayət qanunvericiliyinin ədalət və humanizm prinsiplərinə əməl olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarında olan sənədlərdən və məhkəmə istintaqı zamanı müəyyən edilmiş hallardan görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 08 mart 2023-cü il tarixdə faktiki olaraq tutulmuş, Abşeron rayon məhkəməsinin 11 mart 2023-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilməklə o, fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (Cild 1, iş vərəqləri 88-90) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzasının çəkilməsi müddətinin başlanğıcı onun faktiki olaraq azadlığının məhdudlaşdırıldığı 08 mart 2023-cü il tarixdən götürülməklə hökmün elan olunduğu tarixə həbsdə olduğu 1 il 2 ay 22 gün müddət ona təyin olunan cəzaçəkmə müddətinə hesablanmalı və o, cəzasını çəkmiş hesab edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsin cəzasını çəkmiş hesab edildiyindən Cinayət-Prosessual Məcəlləsinin 357.0-cı maddəsinin tələblərinə əsasən məhkəmənin hökmü elan edildikdən sonra o, həbsdən dərhal azad edilməli və barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməlidir. Həmçinin təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hazırki iş üzrə xüsusi müsadirə edilməli əmlakın olmadığını qeyd edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, maddi sübut kimi tanınmaqla iş materiallarına əlavə edilmiş 01 ədəd “DVD” formatlı və məhkəmənin əldə etdiyi 02 ədəd “CD” formatlı, ümumilikdə isə 03 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Həmçinin maddi sübut kimi tanınmaqla Abşeron RPİ-nin maddi sübutların saxlanılması yerində saxlanılan 0,530 qram çəkidə psixotrop maddə məhv edilməli, qalıq çəkisi 4,154 qram olan psixotrop maddə metamfetamin, 9,29 qram olan narkotik vasitə qurudulmuş marixuana və 7,37 qram olan narkotik vasitə heroin həmin psixotrop maddə və narkotik vasitələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmiş, saxlamış, hazırlamış, istehsal etmiş, emal etmiş, daşımış, göndərmiş, yaxud qanunsuz olaraq narkotik vasitəni satmış şəxsin barəsində cinayət təqibi məsələsinin həll edilməsi üçün cinayət işi üzrə materiallarla birlikdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərməlidir. Belə ki, Cinayət-Prosessual Məcəlləsinin 350.4-cü maddəsinə əsasən cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldıqda, hökm qanuni qüvvəyə mindikdən sonra bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün məhkəmə baxılmış cinayət işi üzrə materialları və ya məhkəməyədək sadələşdirilmiş icraatın materiallarını ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasın Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən ittihamın təqsirləndirilən şəxsin təqsiri sübuta yetirilmiş hissədə təqsirləndirilən şəxsdən 88 (səksən səkkiz) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxs tərəfindən öz hüquqlarının müdafiəsi üçün müdafiəçi ilə müqavilə bağlandığından, həmin müdafiəçinin hüquqi yardımı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 01 (bir) il 02 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs 08 mart 2023-cü il tarixdən 30 may 2024-cü il tarixədək həbsdə olduğu 01 (bir) il 02 (iki) ay 22 (iyirmi iki) gün müddət ona təyin olunan cəza müddətinə hesablansın və o, həmin müddətdən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edildiyindən cəzasını çəkmiş hesab edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, dərhal həbsdən azad edilsin, ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. Təqsirləndirilən şəxs 88 (səksən səkkiz) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə maddi sübut kimi tanınmaqla iş materiallarına əlavə edilmiş 01 ədəd “DVD” formatlı və məhkəmənin əldə etdiyi 02 ədəd “CD” formatlı, ümumilikdə isə 03 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Maddi sübut kimi tanınmaqla Abşeron RPİ-nin maddi sübutların saxlanılması yerində saxlanılan 0,530 qram çəkidə psixotrop maddə məhv edilsin, qalıq çəkisi 4,154 qram olan psixotrop maddə metamfetamin, 9,29 qram olan narkotik vasitə qurudulmuş marixuana və 7,37 qram olan narkotik vasitə heroin həmin psixotrop maddə və narkotik vasitələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmiş, saxlamış, hazırlamış, istehsal etmiş, emal etmiş, daşımış, göndərmiş, yaxud qanunsuz olaraq narkotik vasitəni satmış şəxsin barəsində cinayət təqibi məsələsinin həll edilməsi üçün cinayət işi üzrə materiallarla birlikdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-322/2024
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-322/2024
30.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver