Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-323/2024 23.12.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Hümbətov Fəhmin Zaur oğlu (sədrlik edən), Əliyev Hafiz Samir oğlu, Rzayeva Aynur Tapdıq qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X5, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçilər – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Təqsirləndirilən şəxs2 müdafiəçisi Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs1 müdafiəçisi Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, eləcə də təqsirləndirilən şəxslərin iştirakları ilə,
1. xx xxxx 1988-ci ildə Kürdəmir rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Kürdəmir rayonu Mollakənd kəndində qeydiyyatda olan, barəsində “həbs" qətimkan tədbiri seçilmiş, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə,
2. xx xxxxxxx 1987-ci ildə Kürdəmir rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Kürdəmir rayonu, Mollakənd kəndində qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i:
Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs2 və telefon vasitəsi ilə tanış olduğu “Fəyyaz” adlı İran İslam Respublikasının vətəndaşı ilə əlbir olub cinayət əlaqəsinə girərək, sonuncunun satış məqsədi ilə qanunsuz əldə etdiyi külli miqdarda narkotik vasitə və psixotrop maddələrin müəyyən qazanc müqabilində deyiləcəyi yerlərə qoymaqla satışını həyata keçirməkdə vasitəçilik etmək barədə ümumi razılığa gəlmiş, bu məqsədlə bir qrup şəxs halında "Fəyyaz” adlı şəxsin 15 fevral 2023- cü il tarixdə saat 00:30 radələrində Bakı şəhəri, Xəzər rayonu, Albalılıq yaşayış massivində qoyduğu 123,429 qram çəkidə külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroini, 68,819 qram çəkidə külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini və təsiredici maddənin ümumi miqdarı 0,08 qram olan 2 ədəd narkotik vasitə metadon həbini satış məqsədi ilə götürüb qanunsuz əldə edərək yaşadığı Abşeron rayonu. Məmmədli kəndinə daşıyaraq hissələrə bölüb, əvvəlcədən aralarında olan razılığa görə 05 ədəd bükümdə 0,527 qram, 0,521 qram, 0,524 qram, 0,461 qram və 0,681 qram, ümumi 2,714 qram çəkidə psixotrop maddə metamfetamini 30 manata qrupun üzvü Təqsirləndirilən şəxs2 satmış, 05 ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri 14,100 qram, 0,455 qram, 0,489 qram, 0,467 qram, 0,442 qram, ümumi çəkisi 15,953 qram olan qəhvəyi rəngli tozşəkilli kustar üsulla hazırlanmış narkotik vasitə heroini, 01 ədəd bükümdə çəkisi 34,473 qram olan ağ rəngli kristallardan ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini, 10 ədəd bükümlərin içərisində hər birində iki ədəd olmaqla (bir ədədi qəhvəyi rəngli tozşəkilli maddə və bir ədədi ağ rəngli kristallardan ibarət maddə), ümumilikdə 20 ədəd bükümlərdə, onlardan 10 ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri 17,414 qram, 17,432 qram, 17,677 qram, 7,509 qram, 7,049 qram, 11,536 qram, 7,431 qram, 7,591 qram, 7,573 qram, 4,132 qram, ümumi çəkisi 105,344 qram olan qəhvəyi rəngli tozşəkilli kustar üsulla hazırlanmış narkotik vasitə heroini və digər 10 ədəd bükümdə isə ayrı-ayrılıqda çəkiləri 1,548 qram, 1,711 qram, 1,720 qram, 1,707 qram, 8,212 qram, 3,070 qram, 7,380 qram, 1,634 qram, 1,630 qram, 1,615 qram, ümumi çəkisi 30,227 qram olan ağ rəngli kristallardan ibarət küstar üsulla hazırlanmış psixortop maddə metamfetamini “Mersedes-Benz" markalı, 90-SY- 046 dövlət qeydiyyat nişanlı avtomobilində, 2 büküm ayırı-ayrılıqda çəkiləri 1,339 qram və 0,793 qram, ümumi çəkisi 2,132 qram olan narkotik vasitə heroini, 1 büküm 1,405 qram çəkidə psixotrop maddə metamfetamini, təsiredici maddənin ümumi miqdarı 0,08 qram olan 2 ədəd narkotik vasitə metadon həbini yaşadığı Abşeron rayonu, Məmmədli kəndindəki evində saxlamış, 15 fevral 2023-cü il tarixdə saat 21:10-dan 21;40-dək Xəzər RPİ-nin 3-cü Polis şöbəsinin əməkdaşları tərəfindən ünvan ünvanda yerləşən Azərbaycan Respublikası DİN-in Baş X12 İdarəsinin duracağında saxlanılan qeyd edilən avtomobilinə baxış keçirilən zaman avtomobilin salonunda yerləşən sükanın alt hissəsindən həmin 121,297 qram narkotik vasitə heroin və 64,70 qram çəkidə psixotrop maddə metamfetamin və bir ədəd üzərində heroin və metamfetamin maddələrinin izləri olan elektron tərəzi, 18 fevral 2023-cü il tarixdə saat 11:00-dan 11:40dək yaşadığı Abşeron rayonu, Məmmədli kəndində yerləşən evinə baxış zamanı həmin 2,132 qram çəkidə narkotik vasitə heroin 1,405 qram çəkidə psixotrop maddə metamfetamin və 2 ədəd metadon həbi aşkar edilərək götürülmüş, eləcə də onun Təqsirləndirilən şəxs2 satdığı 2,714 qram psixotrop maddə metamfetaminin 2,033 qramı Xəzər RPİ-nin 3-cü Polis şöbəsinin əməkdaşları tərəfindən 15 fevral 2023-cü il tarixdə sonuncunun, 0,681 qramı isə Təqsirləndirilən şəxs2 satdığı X2 üzərindən aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında 15 fevral 2023-cü il tarixdə səhər saatlarında tanışı Təqsirləndirilən şəxs1 ilə cinayət əlaqəsinə girərək ondan Abşeron rayonu, Məmmədli kəndində satış məqsədi ilə 05 ədəd bükümdə hər birinin ayrı-ayrılıqda çəkiləri 0,527 qram, 0,521 qram, 0,524 qram, 0,461 qram və 0,681 qram, ümumi təmiz çəkisi 2,714 qram olan psixotrop maddə metamfetamini 30 manata almaqla Bakı şəhəri, Xəzər rayonu Binə qəsəbəsi Hövsan Südçülük sovxozuna daşıyaraq üzərində saxlamış, həmin psixotrop maddə metamfetaminin 01 ədəd bükümdə çəkisi 0,681 qramını 15 fevral 2023-cü il tarixdə səhər saatlarılnda tanışı X3 10 manata satmış və 15 fevral 2023-cü il tarixdə saat 16 radələrində Xəzər RPİ-nin 3-cü PŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində o, Bakı şəhəri, Xəzər rayonu Binə qəsəbəsində yerləşən “Səda” şadlıq sarayının yaxınlığında psixotrop maddələrin dövriyyəsində, satışında şübhəli şəxs qismində saxlanılaraq Xəzər RPİ-nin 3-cü PŞ-nə gətirilmiş, orada üzərinə şəxsi axtarış, baxış və götürmə aparılan zaman əynində olan açıq yaşıl rəngli şalvarın sağ yan cibindən 04 ədəd bükümdə ayrı-ayrılıqda çəkisi 0,527 qram, 0,521 qram, 0,524 qram və 0,461 qram, ümumi təmiz çəkisi 2,033 qram ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 özünü elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək ifadəsində göstərdi ki, 15 fevral 2023-cü il tarixdə saat 18:00-19:00 radələrində polis əməkdaşları onu saxlamışlar. “Mercedes-Benz" markalı avtomobilində əyləşərkən təxminən 3 yaxud 4 avtomobil ilə ona yaxınlaşmışlar. Həmin vaxt onun avtomobilinin mühərriki işlək vəziyyətdə imiş. O avtomobilini sol istiqamətdə hərəkət etdirmək istəyərkən başqa bir avtomobil ilə toqquşmuşdur. Bundan sonra təxminən 10-12 nəfər polis əməkdaşları onu saxlamışlar, yolun ortasında onu döymüşlər. Daha sonra onu polis bölməsinə aparmışlar. Onu polis bölməsinə aparmazdan əvvəl avtomobilinə baxış keçirilmiş, həmin vaxt avtomobilindən heç bir narkotik vasitə yaxud psixotrop maddə aşkar olunmamışdır. Polis əməkdaşları onu bölməyə gətirdikdən sonra da təxminən 2 saat müddətində döymüşlər. Bundan sonra onu Abşeron rayonu, Xırdalan şəhərində yerləşən duracağa gətirmişlər. Orada da avtomobilinə baxış keçirilmişdir. Bu dəfə də avtomobilindən heç nə aşkar edilməmişdir. Daha sonra ona avtomobildə narkotik vasitə olmasa da, özlərinin avtomobilə narkotik vasitə qoyacaqlarını bildirmişlər. Təxminən gecə saat 02:00 radələrində müdafiəçi gəlmiş və onun iştirakı ilə videoçəkiliş həyata keçirilmişdir. Videoçəkilişdən əvvəl polis əməkdaşları ona avtomobilin sağ hissəsinə narkotik vasitələr qoyduqlarını bildirmişlər. Videoçəkiliş vasitəsilə onun avtomobilinə baxış keçirilmiş, o da həmin narkotik vasitələri götürüb polis əməkdaşlarına təqdim etmişdir. Müdafiəçiyə də avtomobilinə videoçəkiliş olmadan 2 dəfə baxış keçirildiyini, həmin baxışlar zamanı avtomobildən heç bir qanunsuz vasitələrin aşkar olunmadığını bildirmişdir. O sadəcə narkotik vasitə istifadəçisi olduğunu, yaşadığı evdə də istifadəsi üçün narkotik vasitə saxladığını bildirmişdir. Daha sonra onun yaşadığı evdə saxladığı vasitələri polis əməkdaşlarına təqdim etmişdir. Yaşadığı evdə təxminən 0,5 qram miqdarında heroin növündə narkotik vasitə, 0,5 qram miqdarında metamfetamin növündə psixotrop maddə və 2 ədəd metadon həbi aşkar olunmuşdur. “Fəyyaz” adlı İran İslam Respublikasının vətəndaşı ilə bilavasitə əlaqəsi olmasa da, dolayı yolla onun qoyduğu müxtəlif yerlərdən şəxsi istifadəsi üçün narkotik vasitələr götürmüşdür. Bunun müqabilində pulu isə bank kartı vasitəsilə köçürmüşdür. “Fəyyaz” adlı İran İslam Respublikasının vətəndaşı onun şəxsi istifadəsindən artıq miqdarda müxtəlif yerlərə qoyması üçün narkotik vasitələr qoymamışdır.Polis əməkdaşları onu 15 fevral 2023-cü il tarixdə saxlamışlar. Yaşadığı evə baxış polis əməkdaşları tərəfindən saxlanıldıqdan təxminən 2 və ya 3 gün sonra həyata keçirilmişdir. Təqsirləndirilən şəxs2 narkotik vasitə yaxud psixotrop maddəni o satmamışdır, nə də ki hədiyyə kimi verməmişdir. Təqsirləndirilən şəxs2la birlikdə narkotik vasitə istifadə etməmişdir.İran İslam Respublikasının vətəndaşı ilə yazışmaları olmuşdur. Bu yazışmaları şəxsi istifadəsi üçün sifariş verdiyi narkotik vasitələri götürməsi üçün onun qoyulduğu yerin şəkillərindən və danışıqlarından ibarət olmuşdur.Avtomobilinə ümumilikdə, 3 dəfə baxış keçirilmişdir. Bunların sonuncusunda baxış videoçəkiliş vasitəsilə həyata keçirilmişdir. 15 fevral 2023-cü il tarixdə saat 19:00 radələrində saxlanılmışdır.Yaşadığı evdən 2 ədəd metadon həbləri, təxminən 1 qram miqdarında heroin növündə narkotik vasitə və təxminən 0,7 qram miqdarında metamfetamin növündə psixotrop maddə aşkar edilmişdir. Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat zamanı verdiyi, məhkəmədə elan olunaraq tədqiq olunan ifadəsində elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, bir müddətdir ki narkotik vasitə heroin və psixotrop maddə metamfetamindən istifadə edirə. İran İslam Respublikasının vətəndaşı kimi tanıdığı “Fəyyaz” adlı şəxsin dediyi yerlərə 7-8 dəfə narkotik maddə atmışdır, sonuncu dəfə tutulmamışdan 5-6 gün əvvəl Məhəmmədi qəsəbəsində bir neçə ünvana da narkotik maddə qoymuşdur Qoyduğu maddələri İran Respublikasının vətəndaşı olan Fəyyaz adlı şəsin satdığı şəxslər götürmüşdür. 15 fevral 2023-cü il tarixdə təxminən saat 19 radəsində Abşeron rayonu Məhəmmədi kəndində olan zaman ona bir neçə nəfər mülki geyimdə şəxs yaxınlaşmış, bu zaman onları görəndə idarə etdiyi "Mersedes-Benz" markalı, **-SY-*** dövlət nömrə nişanlı avtomobilinə əyləşib oradan qaçmaq istəyərkən avtomobili başqa avtomobilə çırparaq yol nəqliyyat hadisəsi törətmiş, bundan sonra məni həmin mülki geyimdə olan şəxslər onu tutmuş, özlərini təqdim edərək Xəzər RPi-nin 3-cü PŞ-nin əməkaşları olduqlarını deyib şəxsiyyəti barədə məlumat verməsini söyləmişlər, sonra isə həmin yerə X12 İdarəsinin əməkdaşları gəlmiş və avtomobili cərimə meydançasına yerləşdirmişlər. Bundan sonra polis əməkdaşları ona narkotik vasitələrin eləcədə psixotrop maddələrin saxlamasında və daşımasında şübhəli olduğunu bildirib Xəzər RPİ-nin 3-cü PŞ-nə dəvət etmişlər. Bu zaman o, hər şeyin polis əməkdaşlarına aydın olduğunu bilmiş və onlarla birlikdə Xəzər RPi-nin 3-cü PŞ-nə gəlmiş, şöbədə polis əməkdaşları üzərinə video çəkiliş vasitəsi ilə şəxsi axtarış keçiriləcəyini bildirmişlər. ,0 polis əməkdaşları ilə razılaşmış və ona hüquqlarının müdafiəsi üçün Xəzər rayonu ərazisində fəaliyyət göstərən vəkillərdən birini dəvət etmişlər. Onun üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl ona hüquq və vəzifələri izah edilmiş və ona təklif olunmuşdur ki, üzərində qanuna zid əşya və ya predmet varsa təqdim etsin o, polis əməkdaşlarına, üzərmdə qanuna zid əşya və ya predmet olmadığını demişdir. Sonra isə polis əməkdaşları üzərinə şəxsi axtarış keçirəndə ona məxsus iki ədəd mobil telefon aşkar edilmişdir və onun iştirakı ilə həmin telefonlara baxış keçirilərkən X6 vətəndaşı ilə narkotik vasitələrin hara qoyması yazışmaları və həmin maddələrin foto şəkilləri aşkar edilmişdir. Bundan sonra ona təklif olunmuşdur ki, avtomobilində və ya başqa yerdə qanuna zid əşya varsa desin . Bu təklifdən sonra o polis əməkdaşlarına avtomobilimdə psixotrop maddə metamfetamin və narkotik vasitə heroin olduğunu, həmin maddələri təqdim edə biləcəyini demişdir. Vəkili və polis əməkdaşları ilə birlikdə Azərrbaycan respublikası DİN-nin Baş X12 idarəsinin duracağında saxlanılan avtomobilimin yanına getmişlər. Orada video çəkilişlə avtomobilinə baxış keçirilərkən o, avtomoblimin sükan hissəsinin alt hissəsində gizlətdiyi maddələri və bir ədəd elektron tərəzini polis əməkdaşlarına təqdim etmişdir. Təqdim etdiyi maddələr polis əməkdaşları tərəfindən qablaşdırılmış və götürülmüşdür. Bundan sonra 18 fevral 2023-cü il tarixdə ona məxsus Abşeron rayonu, Məmmədli kəndində yerləşən evə polis əməkdaşları tərəfindən onun iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı o, İran İslam Respublikasının vətəndaşı kimi tanıdığı “Fəyyaz”-ın ona verdiyi və avtomobilindən aşkar edilmiş narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin qalıqları olan maddələrin iki bükümü kakos kimi bildiyi narkotik vasitə heroin və bir bükümü isə patı kimi bildiyi psixotrop maddə metamfetamini və iki ədəd metadon 40 həbini çantasından çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Onun avtomobilindən və yaşadığı evdən aşkar edilmiş narkotik vasitə heroini və psixotrop maddə metamfetamini eləcədə iki ədəd metadon 40 həbbi 14 fevral 2023-cü il tarixdən 15 fevral 2023-cü il tarixə keçən gecə saat 00:30 radəsində Bakı şəhəri Xəzər rayonu Albalılıq yaşayış massivindən İranlının qoyduğu yerdən götürmüşdür. İstintaq zamanı ona bütün hüquq və vəzifələrim izah edilmiş, hüquqları pozulmamışdır. Evinə polis əməkdaşları tərəfindən baxış keçirilərkən iki nəfər tanımadığım hal şahidi dəvət edilmiş və o, həmin hal şahidlərini əvvəllər tanımamışdır. Evindən aşkar edilmiş maddələr və iki ədəd metadon həbbi polis əməkdaşları tərəfindən qablaşdırılmış və zərfə qoyularaq götürülmüşdür. Əməlindən peşmandır. (Cild 2, iş vərəqləri 161-163) Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 özünü elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, 15 fevral 2023-cü il tarixdə övladlarını məktəbdə düşürtmüşdür. Həmin tarixdə günorta saatlarında polis əməkdaşları ona yaxınlaşaraq narkotik vasitələrin satışında şübhəli olduğunu, Savalan Cümşüdzadəyə narkotik vasitə satdığını bildirmişlər. O həmin gün səhər saatlarında Savalan Cümşüdzadə ilə birlikdə narkotik vasitə istifadə etmişlər. Polis əməkdaşları tərəfindən saxlanılan zaman onun üzərində 0,5 qram miqdarında metamfetamin növündə psixatrop maddə olmuşdur. O polis əməkdaşları tərəfindən saxlanılmazdan təxminən 2-3 ay əvvəl narkotik vasitə istifadə etməyə başlamışdır. Təqsirləndirilən şəxs1 onun sinif yoldaşı olmuşdur. O vaxtilə Elnur ilə birgə metamfetamin növündə psixotrop maddə istifadə etmişdir. Lakin, o Təqsirləndirilən şəxs1 narkotik vasitə almamışdır. Savalan Cümşüdzadə onunla qonşuluqda yaşayır, birgə psixotrop maddələrdən istifadə etmişlər. Qeyd etdiyi psixotrop maddəni Savalan Cümşüdzadə ilə birgə çəkmişdir. Savalan Cümşüdzadə ilə birlikdə psixotrop maddə istifadə edərkən onun üzərində 4 bükümdə psixotrop maddə olmuşdur. Lakin, o bu bükümlərin miqdarlarını bilmirmiş. Videoçəkiliş zamanı narkotik vasitələrin ona məxsus olmadığını, sadəcə 0,5 qram miqdarında psixotrop maddənin ona məxsus olduğunu bilirmiş. O Savalan Cümşüdzadəyə narkotik vasitə satmamışdır. O məhkəməyədək icraat zamanı verdiyi ifadəni oxumadan imzalamışdır.Onun üzərində olan 4 bükümdə psixotrop maddə təxminən 0,5 qram miqdarında olmuşdur. Polis əməkdaşları tərəfindən saxlanıldıqda, üzərində olan metamfetamin növündə psixotrop maddəni Bakı şəhəri, Balaxanı ərazisindən 30 manat məbləğində pul qarşılığında əldə etmişdir. Taksi sürücüsü kimi müştərini həmin əraziyə aparmışdır. Həmin şəxsin narkotik vasitə almaq üçün getdiyini bilmirmiş. Ona 30 manat məbləğində pul vermiş və əvəzində təxminən 0,5 qram psixotrop maddə almışdır.O 15 fevral 2023-cü il tarixdə saat 13:00-14:00 radələrində “Səda” şadlıq sarayının yaxınlığında polis əməkdaşları tərəfindən saxlanılmışdır. Saxlanılan zaman üzərində 4 bükümdə psixotrop maddə olmuş, həmin psixotrop maddələrin ümumi miqdarı 0,5 qram miqdarındaymış. Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat zamanı verdiyi, məhkəmədə elan olunaraq tədqiq olunan ifadəsində o, elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək etirafedici ifadəsində göstərmişdir ki, təxminən 10 ay olarkı psixotrop maddə metamfetamindən istifadə edir. Təqsirləndirilən şəxs1 tanıyır. O, Təqsirləndirilən şəxs1la bir məktəbdə oxumuş, həmkəndlisidir. Psixotrop maddə metamfetamində istifadə etməyi Təqsirləndirilən şəxs1 ona öyrətmiş və ona Təqsirləndirilən şəxs1 dəfələrlə psixortop maddə satmışdır. X4 tanıyır. O, X7 rayonu Binə qəsəbəsindən tanımış, münasibəti yaxşı olmuş, heç bir ədavəti olmamışdır. Savalan Cümşüdzadənin psixortrop maddə metamfetamindən istifadə etməsindən məlumatı olmuşdur. Savalan Cümşüdzadə ondan bir neçə dəfə psixortop maddə metamfetamin istimiş və buna görədə sonuncuya bir bükümü 10 manata olmaqla psixotrop maddə metamfetamin satmışdır. Belə ki, Savalan ondan istifadə etmək üçün psixotrop maddə metamfetamin istəmiş və Savalana demiş ki, görüşüb verəcək. Buna görədə o sinif yoldaşı Təqsirləndirilən şəxs1la əlaqə saxlamış və sonuncuya demiş ki, psixotrop maddə metamfetamin istəyən var. Bu zaman Elnur onunla razılaşmış və o 15 fevral 2023-cü il tarixdə səhər saatlarında Elnurla Abşeron rayonu Məhəmmədi qəsəbəsində görüşərək Elnurdan 05 ədəd bükümdə metamfetaminə 30 manat ödəməklə almışdır. O, aldığı həmin metamfetaminin bir bükümünü gətirib Xəzər rayonu Binə qəsəbəsində Savalanla görüşüb sonuncuya 10 manata satmış və qalan 04 ədəd bükümü isə üzərində saxlamış ki, həm özü İstifadə etsin həmdə ki, başqa kimsə istəsə bir bükümünü 10 manata sataraq üzərində 20 manat qazanc əldə etsin. Belə ki, 15 fevral 2023-cü il tarixdə saat 16 radəsində o Xəzər rayonu Binə qəsəbəsində yerləşən "Səda” şadlıq sarayının yaxınlığında olan zaman ona mülki geyimdə iki nəfər şəxs yaxınlaşmış və xidməti vəsiqələrini çıxardaraq ona özlərini təqdim edib polis əməkdaşları olduqlarını və ona şəxsiyyəti barədə məlumat verməyini demişlər. Bundan sonra o polis əməkdaşlarına öz şəxsiyyəti barədə məlumat vermiş və polis əməkdaşları ona narkotik vasitələrin eləcədə psixotrop maddələrin saxlamağında və daşımağında şübhəli olduğunu bildirib Xəzər RPİ-nin 3-cü PŞ-nə dəvət etmişlər. Bu zaman o hər şeyin polis əməkdaşlarına aydın olduğunu bilmiş və birlikdə Xəzər RPİ-nin 3-cü PŞ-nə gəlmişdir. Orada olan zaman ona polis əməkdaşları bildirmişlər ki, üzərinə video çəkiliş vasitəsi ilə şəxsi axtarış, baxış keçiriləcək. O, polis əməkdaşları ilə razılaşmış və ona hüquqlarının müdafiəsi üçün Xəzər rayonu ərazisində fəaliyyət göstərən vəkillərdən biri dəvət edilmişdir. Onun üzərinə şəxsi axtarış, baxış keçirilməzdən əvvəl ona hüquq və vəzifələri izah edilmiş və ona təklif olunmuş ki, üzərində qanuna zid əşya və ya predmet varsa təqdim etsin. Bundan sonra o əynində olan açıq yaşıl rəngli şalvarın sağ yan cibindən saxladığı “Vinçestr" markalı siqaret qutusunu çıxartmış və içərisində olan 04 ədəd bükümü təqdim etmişdir. Sorğu sual zamanı polis əməkdaşlarına bildirmiş ki, həmin maddələr şüşə kimi bildiyi psixotrop maddə metamfetamindir. 05 ədəd metamfetamini sinif yoldaşı və həmkəndlisi olan Təqsirləndirilən şəxs1 Savalana satmaq üçün 30 manata almış və həmin maddənin bir bükümünü isə Savalana 10 manata satmışdir. Bundan sonra onun təqdim etdiyi maddələr qablaşdırılmış və müvafiq sənədləşmə aparılmış, tərtib edilmiş sənədlər onun və iştirakçılar tərəfindən imzalanmışdır. (Cild 1, iş vərəqləri 189-192) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növü kimi qəbul edir. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis bölməsinin cinayət-axtarışı üzrə əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində narkotik vasitələrin əldə edilməsi və qəbulunda şübhəli olan Savalan adlı şəxsin ifşa olunması məqsədi ilə əməliyyat qrupu yaradılmışdır. Həmin qrupda o da iştirak etmişdir. Həmin şəxsin ifşa olunması ilə bağlı 15 fevral 2023-cü il tarixdə təxminən saat 14:00 radələrində əməliyyat qrupu ilə birgə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan Südçülük sovxozunun yaxınlığında yerləşən “Fazil Palace” şadlıq sarayının yaxınlığında Savalan adlı şəxsi saxlamışlar və onu Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinə dəvət etmişlər. X3 hüquq və vəzifələri izah edilmiş, daha sonra müdafiəçinin iştirakı və videoçəkiliş vasitəsilə onun üzərinə baxış keçirilmişdir. Baxış keçirilməzdən əvvəl X3 üzərində hər hansısa bir qanuna zidd əşya və ya predmet varsa təqdim etməsi təklif olunmuşdur. Bu zaman Savalan Cümşüdzadə əynində olan qəhvəyi rəngli şalvarın cibindən 1 ədəd bükümü çıxardaraq masanın üzərinə qoymuş, üzərindən aşkar edilənin metamfetamin növündə psixotrop maddə olduğunu bildirmişdir. Həmin maddəni saxlanılmamışdan öncə Səfalı adlı şəxsdən 10 manata aldığını qeyd etmişdir. Sonradan həmin Səfalı adlı şəxsin saxlanılması əməliyyatında o iştirak etməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Xəzər RPİ-nin əməkdaşı Şahid10 ifadəsində göstərdi ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində narkotik vasitələrin əldə edilməsi və qəbulunda şübhəli olan Savalan adlı şəxsin ifşa olunması məqsədi ilə əməliyyat qrupu yaradılmışdır. Həmin qrupda o da iştirak etmişdir. Həmin şəxsin ifşa olunması ilə bağlı 15 fevral 2023-cü il tarixdə səhər saatlarında əməliyyat qrupu ilə birgə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan Südçülük sovxozunun yaxınlığında yerləşən “Fazil Palace” şadlıq sarayının yaxınlığında Savalan adlı şəxsi saxlamışlar və onu Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinə dəvət etmişlər. X3 hüquq və vəzifələri izah edilmiş, daha sonra müdafiəçinin iştirakı və videoçəkiliş vasitəsilə onun üzərinə baxış keçirilmişdir. Baxış keçirilməzdən əvvəl X3 üzərində hər hansısa bir qanuna zidd əşya və ya predmet varsa təqdim etməsi təklif olunmuşdur. Bu zaman Savalan Cümşüdzadə əynində olan qəhvəyi rəngli şalvarın cibindən 1 ədəd bükümü çıxardaraq masanın üzərinə qoymuş, üzərindən aşkar edilənin metamfetamin növündə psixotrop maddə olduğunu bildirmişdir. Həmin maddəni saxlanılmamışdan öncə Səfalı adlı şəxsdən 10 manata aldığını qeyd etmişdir. Əməliyyat tədbirinin davamı olaraq, Təqsirləndirilən şəxs2 da həmin gün Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi ərazisində saxlanılmışdır. Eyni qaydada onun da üzərinə müdafiəçinin iştirakı və videoçəkiliş vasitəsilə baxış keçirilmiş və üzərindən metamfetamin növündə psixotrop maddə aşkar olunmuşdur. Həmin maddə ilə bağlı verilən suallara cavab olaraq, Təqsirləndirilən şəxs2 onu Təqsirləndirilən şəxs1 30 manat pul müqabilində aldığını bildirmişdir. Bundan sonra yenidən əməliyyat tədbirinin davamı olaraq, Əsədov X8 rayonu, Məmmədli kəndində aşkar olunmuşdur və saxlanılarkən idarə etdiyi “Mercedes” markalı, **-SY-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə qaçmağa cəhd göstərmiş və həmin vaxt onun avtomobili “Kia Optima” markalı başqa bir avtomobil ilə toqquşmuşdur. Avtomobil ilə bizdən uzaqlaşa bilməyəcəyini dərk etdikdən sonra Təqsirləndirilən şəxs1 piyada qaçmağa çalışsa da, onlar tərəfdən saxlanılmışdır. Onun idarə etdiyi avtomobil isə yol polisi əməkdaşları tərəfindən duracağa yerləşdirilmişdir. Təqsirləndirilən şəxs1 məxsus narkotik vasitələr onun idarə etdiyi avtomobildən aşkar olunmuşdur. Təqsirləndirilən şəxs1 üzərinə baxış keçirilibkeçirilmədiyini xatırlamır. Təqsirləndirilən şəxs1 idarə etdiyi avtomobildən həm heroin növündə narkotik vasitə, həm də metamfetamin növündə psixotrop maddə aşkar olunmuşdur.Təqsirləndirilən şəxs1 saxladıqları yerdə videoçəkiliş vasitəsilə onun üzərinə baxış keçirmək imkanları yox imiş, belə ki, müdafiəçi və s. şəxslər həmin ərazidə olmamışlar.Təqsirləndirilən şəxsə heç bir təzyiq olmamışdır.Təqsirləndirilən şəxs1 yaşadığı evə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs1 yaşadığı evə onun avtomobilinə baxış keçirilməsindən əvvəl yaxud sonra baxış keçirilməsini xatırlamır. Təqsirləndirilən şəxs1 yaşadığı evə baxış keçirilməsində o iştirak etmişdir. Baxış zamanı hal şahidləri iştirak edirdi, lakin videoçəkilişin həyata keçirilməsini xatırlamır.Videoçəkilişin həyata keçirilməməsi səbəbini o bilmir, həmin sualları təhqiqatçı və müstəntiq dəqiqliklə cavablandıra bilərlər.Əməliyyat qrupuna rəhbərlik edən şəxsi xatırlamır. Əməliyyat qrupunda ondan başqa Şahid2, Şahid6, Şahid1 və s. iştirak etmişlər. Təqsirləndirilən şəxs1 axşam saatlarında saxlamışlar, havanın qaranlıq olduğunu xatırlayır.Təqsirləndirilən şəxs1 idarə etdiyi avtomobilin duracağa yerləşdirilməsini yol polisi əməkdaşları evakuator vasitəsilə təmin etmişlər. Təqsirləndirilən şəxs1 polis şöbəsində olarkən idarə etdiyi avtomobildə sükanın alt hissəsində narkotik vasitə olduğunu bildirmiş, təhqiqatçının iştirakı və videoçəkiliş vasitəsilə onun avtomobilinə baxış keçirilmiş, qeyd etdiyi yerdən narkotik vasitə aşkar olunmuşdur.Təqsirləndirilən şəxs1 yaşadığı evə baxış onun saxlanıldığı vaxtdan bir nüçə gün sonra həyata keçirilmişdir. Onun yaşadığı evdə narkotik vasitə aşkar olunmuşdur. Metadon həbləri də aşkar olunmuşdur.Təqsirləndirilən şəxs1 üzərindən hər hansı qanunsuz vasitələr aşkar olunmamışdır. Lakin, onun idarə etdiyi avtomobildən çoxlu sayda bükümlərdə olan həm heroin növündə narkotik vasitə, həm də metamfetamin növündə psixotrop maddə aşkar olunmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Xəzər RPİ-nin sabiq əməliyyatmüvəkkili Şahid4 ifadəsində göstərdi ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində narkotik vasitələrin əldə edilməsi və qəbulunda şübhəli olan Savalan adlı şəxsin ifşa olunması məqsədi ilə əməliyyat qrupu yaradılmışdır. Həmin qrupda o da iştirak etmişdir. Həmin şəxsin ifşa olunması ilə bağlı əməliyyat qrupu ilə birgə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi ərazisində Savalan adlı şəxsi saxladıq və onu Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinə dəvət etdik. X3 hüquq və vəzifələri izah edilmiş, daha sonra müdafiəçinin iştirakı və videoçəkiliş vasitəsilə onun üzərinə baxış keçirilmişdir. Baxış keçirilməzdən əvvəl X3 üzərində hər hansısa bir qanuna zidd əşya və ya predmet varsa təqdim etməsi təklif olunmuşdur. Bu zaman Savalan Cümşüdzadə üzərində olan narkotik vasitəni təqdim etmiş, həmin vasitə barədə verilən suallara cavab olaraq onu Elnur adlı şəxsdən 30 manata yaxud 40 manata aldığını qeyd etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Xəzər 3-cü PB-nin əməkdaşı Şahid2 ifadəsində göstərdi ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində narkotik vasitələrin əldə edilməsi və qəbulunda şübhəli olan Savalan adlı şəxsin ifşa olunması məqsədi ilə əməliyyat qrupu yaradılmışdır. Həmin qrupda o da iştirak etmişdir. Həmin şəxsin ifşa olunması ilə bağlı 15 fevral 2023-cü il tarixdə səhər saatlarında əməliyyat qrupu ilə birgə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan Südçülük sovxozunun yaxınlığında yerləşən “Fazil Palace” şadlıq sarayının yaxınlığında Savalan adlı şəxsi saxlamışlar və onu Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinə dəvət etmişlər. X3 hüquq və vəzifələri izah edilmiş, daha sonra müdafiəçinin iştirakı və videoçəkiliş vasitəsilə onun üzərinə baxış keçirilmiş və üzərindən narkotik vasitə aşkar olunmuşdur. Həmin maddəni saxlanılmamışdan öncə Elnur adlı şəxsdən aldığını qeyd etmişdir. Əməliyyat tədbirinin davamı olaraq, Təqsirləndirilən şəxs1 saxlanılmış, polis şöbəsinə dəvət edilərək, müdafiəçinin iştirakı və videoçəkiliş vasitəsilə üzərinə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs1 idarə etdiyi avtomobildə narkotik vasitə saxladığını bildirmişdir və bundan sonra onun idarə etdiyi avtomobilə baxış keçirilmişdir. Baxış zamanı avtomobilin sükan hissəsinin alt tərəfində narkotik vasitələr aşkar olunmuşdur.Təqsirləndirilən şəxs1 idarə etdiyi avtomobildən həm heroin növündə narkotik vasitə, həm də metamfetamin növündə psixotrop maddə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs1 qarşı heç bir təzyiq göstərilməmişdir. Əməliyyat qrupuna rəhbərlik edən şəxsi xatırlamır. Əməliyyat qrupunda ondan başqa Şahid3, Şahid6, Şahid1 və s. iştirak etmişlər.Savalan adlı şəxs ondan aşkar olunan narkotik vasitəni Təqsirləndirilən şəxs1 aldığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 tərəfimizdən saxlanılmışdır.Təqsirləndirilən şəxs1 saxlanılarkən idarə etdiyi “Mercedes” markalı avtomobil ilə qaçmağa cəhd göstərmiş və həmin vaxt onun avtomobili başqa bir avtomobil ilə toqquşmuşdur. Avtomobil ilə bizdən uzaqlaşa bilməyəcəyini dərk etdikdən sonra Təqsirləndirilən şəxs1 piyada qaçmağa çalışsa da, tərəfimizdən saxlanılmışdır.Təqsirləndirilən şəxs1 idarə etdiyi avtomobil və onun açarı yol polisi əməkdaşlarına təhvil verilmişdir. Təqsirləndirilən şəxs1 yaşadığı evə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs1 idarə etdiyi avtomobilə onun saxlanıldığı duracaqda baxış keçirilmişdir. Avtomobildən təxminən 16-20 bükümdə narkotik vasitələr və psixotrop maddələr aşkar edilmişdir. Təqsirləndirilən şəxs1 üzərindən tərəzi aşkar olunmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin polis sahə rəisi Şahid6 ifadəsində göstərdi ki, 2023-cü ilin fevral ayının ortalarında Təqsirləndirilən şəxs1 narkotik vasitələrin dövriyyəsini həyata keçirməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin əməliyyat məlumatı əsasında Əsədov X8 rayonu, Məmmədli kəndində aşkar olunmuşdur və saxlanılarkən idarə etdiyi “Mercedes” markalı, **-SY-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə qaçmağa cəhd göstərmiş və həmin vaxt onun avtomobili başqa bir avtomobil ilə toqquşmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs1 tərəfimizdən saxlanılmış və polis şöbəsinə dəvət edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 idarə etdiyi avtomobilə baxış keçirilmiş və avtomobilin sükan hissəsinin alt tərəfindən təxminən 20 bükümdə narkotik vasitələr, psixotrop maddələr, eyni zamanda tərəzi aşkar olunmuşdur. Təqsirləndirilən şəxs1 idarə etdiyi avtomobilin duracağa yerləşdirilməsini yol polisi əməkdaşları evakuator vasitəsilə təmin etmişlər. Avtomobilin açarının kimə təhvil verilməsini bilmir.Təqsirləndirilən şəxs1 üzərindən 2 ədəd mobil telefon aşkar olunmuşdur. Polis şöbəsində Təqsirləndirilən şəxs1 üzərindən narkotik vasitə aşkar olunmamışdır. Təqsirləndirilən şəxs1 19:00 radələrində saxlamışdırlar. Onu polis şöbəsinə gətirdikdən sonra yenidən avtomobilə baxış keçirilməsi üçün duracağın yerləşdiyi Abşeron rayonu ərazisinə gəlmişlər. Proseslərin həyata keçirilməsi üçün təxminən 2 saat vaxt sərf edilmişdir.Təqsirləndirilən şəxs1 idarə etdiyi avtomobildən heroin növündə narkotik vasitə və metamfetamin növündə psixotrop maddə aşkar olunmuşdur. Həmin vasitələri İran İslam Respublikasının vətəndaşı olan şəxsdən aldığını bildirmişdir.Təqsirləndirilən şəxs1 yaşadığı evə baxış keçirilməsində o da iştirak etmişdir, lakin dəqiq xatırlamır. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Xəzər RPİ-nin 3-cü PB-nin əməkdaşı Şahid3 ifadəsində göstərdi ki, “Savalan” adlı şəxsin ifşa olunması məqsədi ilə əməliyyat qrupu yaradılmışdır. Həmin qrupda o də iştirak etmişdir. “Savalan” adlı şəxs onu saxladıqdan sonra barəsində daxil olmuş əməliyyat məlumatına dair suallara cavab olaraq, narkotik vasitələri Təqsirləndirilən şəxs2 aldığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 saxlanılmış, verilən suallara cavab olaraq narkotik vasitələri Təqsirləndirilən şəxs1 aldığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs1 saxlanılması əməliyyatı həyata keçirilmiş və Təqsirləndirilən şəxs1 Abşeron rayonu, Mehdiabad qəsəbəsində saxlanılmışdır. Təqsirləndirilən şəxs1 onu saxlamazdən əvvəl hadisə yerindən qaçmağa cəhd etmişdir. Təqsirləndirilən şəxs1 saxladıqdan sonra onu polis şöbəsinə aparmış, avtomobili isə duracağa yerləşdirmişdir. Təqsirləndirilən şəxs1 müdafiəçinin iştirakı və videoçəkiliş vasitəsilə üzərində olan qanunsuz vasitələri təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs1 2 ədəd mobil telefon təqdim etmişdir. Mobil telefona baxış keçirilən zaman narkotik vasitələrin şəkilləri aşkar edilmişdir. Həmin fotoşəkillər barədə soruşduqda, avtomobilində daşıdığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 avtomobilinə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs1 ümumilikdə, səhv etmirəmsə, 16 ədəd bükümdə narkotik vasitə aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs2 üzərindən də 1 bükümdə metamfetamin növündə psixotrop maddə aşkar edilmişdir. O Təqsirləndirilən şəxs2 saxlanılması əməliyyatında iştirak etmişdir. Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş psixotrop maddə barədə sourşduqda, onları Təqsirləndirilən şəxs1 30 manat müqabilində aldığını bildirmişdir. Onlar Təqsirləndirilən şəxs1 yaşadığı evin yaxınlığında saxlamışlar. Təqsirləndirilən şəxs1 avtomobildə olarkən onları görüb qaçmağa cəhd etmişdir. Bu zaman idarə etdiyi avtomobil ilə qəza törətmişdir. Daha sonra avtomobildən düşərək, piyada qaçmağa başlamışdır. Lakin, onu saxlamışlar. Təqsirləndirilən şəxs1 idarə etdiyi avtomobili yol polisi əməkdaşları duracağa yerləşdirmişlər. Avtomobili evakuator ilə aparmışlar. Avtomobilin idarə edilərək aparılması mümkün olmamışdır. Təqsirləndirilən şəxs1 özü isə polis şöbəsinə aparılmışdır. Təqsirləndirilən şəxs1 üzərindən 2 ədəd mobil telefon aşkar edilmişdir. Onun üzərindən narkotik vasitə yaxud psixotrop maddə aşkar edilməmişdir. Onun avtomobilindən 16 bükümdə narkotik vasitə və psixotrop maddə aşkar edilmişdir.Təqsirləndirilən şəxs1 idarə etdiyi avtomobilə baxış videoçəkiliş vasitəsilə, 1 dəfə həyata keçirilmişdir. Təqsirləndirilən şəxs1 yaşadığı evə də baxış keçirilmişdir. Onun yaşadığı evdən də narkotik vasitə aşkar edilmişdir, lakin aşkar edilən narkotik vasitələrin miqdarını xatırlamır.Təqsirləndirilən şəxs1 saxlanılması əməliyyatı zamanı ona təzyiqlər edilməmişdir. Təqsirləndirilən şəxs2 üzərindən 1 bükümdə narkotik vasitə aşkar edilmişdir, həmin narkotik vasitələri 30 manat müqabilində Təqsirləndirilən şəxs1 aldığını bildirmişdir. Təqsirləndirilən şəxs1 idarə etdiyi avtomobil ilə qəza törətdiyi və hadisə yerinə insanlar toplaşdığı üçün polis şöbəsinə aparılmış, avtomobili isə duracağa aparılmışdır. Təqsirləndirilən şəxs1 saat 19:00 radələrində saxlamışlar, avtomobilinə isə hansı saatda baxış keçirdiklərini xatırlamırlar. Təqsirləndirilən şəxs1 saxlanılması zamanı ona qarşı fiziki təzyiq göstərilməmişdir.Təqsirləndirilən şəxs1 yaşadığı evə hansı tarixdə baxış keçirdiklərini xatırlamır.Təqsirləndirilən şəxs1 saxladıqdan sonra polis şöbəsinə aparmışlar. Həmin vaxt onun idarə etdiyi avtomobil hadisə yerində qalmış və 1 nəfər polis əməkdaşı avtomobilin yanında gözləmişdir. Bundan sonra yol polisi əməkdaşları hadisə yerinə gəlmişdirlər. Təqsirləndirilən şəxs1 idarə etdiyi avtomobilin açarları polis əməkdaşında qalmışdır. Həmin avtomobil evakuator vasitəsilə duracağa yerləşdirilmişdir.Təqsirləndirilən şəxs1 üzərinə polis şöbəsində baxış keçirildikdən sonra onun avtomobilinə yerləşdirldiyi duracaqda baxış keçirilmişdir. Avtomobilin açarları həmin duracaqda olan nəzarətçi polis əməkdaşından götürülmüşdür. Avtomobilin hansı hissəsindən narkotik vasitə və psixotrop maddə aşkar olunduğunu xatırlamır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid8 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiqləyərək ifadəsində göstərdi ki, o, dəmir yığmaq fəaliyyəti ilə məşğul olur. Abşeron rayonu ərazisində dəmir yığarkən polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmişlər. Şübhəli şəxs saxladıqlarını, onun evinə baxış keçirməli olduqlarını bildirərək, onun hal şahidi qismində iştirak etməyimi xahiş etmişlər. O da onlarla razılaşmışdır. Evə baxış keçirilməsində iştirak etmişdir. Baxış zamanı evdən tanımadığı və bilmədiyi müxtəlif maddələr aşkar edilmişdir. Evə baxış keçirilən zaman ***-***-**-** saylı mobil telefon nömrəsi onun istifadəsində olmuşdur. Hal şahidi kimi hüquq və vəzifələri ona izah edilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid9 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiqləyərək ifadəsində göstərdi ki, polis əməkdaşları ona yaxınlaşaraq, şübhəli şəxs qismində saxladıqları bir nəfərin yaşadığı evə baxış keçirilməsində hal şahidi kimi iştirak etməyini xahiş etmişlər. O da polis əməkdaşları ilə razılaşmışdır. Təqsirləndirilən şəxs1 evinə baxış keçirilmiş və evdə olan çantanın içərisindən 3 bükümdə narkotik vasitə aşkar edilmişdir. Həmin narkotik vasitələr barədə soruşduqda Təqsirləndirilən şəxs1 özünə məxsus olduğunu bildirmişdir. O taksi sürücüsü olduğu üçün həmin ərazidə olmuşdur. Polis əməkdaşları yaxınlaşaraq, evə baxış keçirilməsində hal şahidi kimi iştirak etməyini xahiş etmişdilər. Hal şahidi kimi hüquq və vəzifələri ona izah edilmişdir. Əvvəllər heç vaxt hal şahidi qismində iştirak etməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Xəzər RPİ-nin əməkdaşı Şahid7 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiqləyərək ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs1 yaşadığı evə baxışda iştirak etmişdir. Lakin, onun yaşadığı evə hansı tarixdə baxış keçirildiyini xatırlamır. Hadisənin üzərindən xeyli vaxt keçdiyi üçün tam xatırlamır. Təqsirləndirilən şəxs1 yaşadığı evdə olan çantadan heroin növündə narkotik vasitə aşkar edilmişdir. Lakin, hansı miqdarda narkotik vasitə aşkar edildiyini də xatırlamır. Təqsirləndirilən şəxslər Bakı şəhəri, Xəzər rayonu ərazisində, günorta saatlarında saxlanılmışdırlar. Təqsirləndirilən şəxs1 yaşadığı evə baxış keçirilməsində müstəntiq və Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis şöbəsinin əməkdaşları iştirak etmişdilər.Təqsirləndirilən şəxs1 yaşadığı Abşeron rayonu, Digah qəsəbəsində yerləşən evə baxış keçirilməsində iştirak etmişdir.Təqsirləndirilən şəxs1 yaşadığı evdən metamfetamin növündə psixotrop maddə aşkar edilmişdir. Lakin, neçə bükümdə psixotrop maddə aşkar olunduğunu xatırlamır. Təqsirləndirilən şəxs1 yaşadığı evdə olan həmin çantadan metadon növündə həb də aşkar edilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Xəzər RPİ-nin Cinayət-axtarışı Şöbəsinin baş əməliyyat müvəkkili Şahid5 ifadəsində göstərdi ki, 2023-cü ilin fevral ayının ortalarında əldə edilmiş əməliyyat məlumatı əsasında Əsədov X8 rayonu, Məmmədli kəndində aşkar olunmuşdur və saxlanılarkən idarə etdiyi “Mercedes” markalı avtomobil ilə qaçmağa cəhd göstərmiş və həmin vaxt onun avtomobili başqa bir avtomobil ilə toqquşmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs1 tərəfimizdən saxlanılmış və polis şöbəsinə dəvət edilmişdir. Təqsirləndirilən şəxs1 idarə etdiyi avtomobil Abşeron Rayon Dövlət X11 aparılmışdır. Polis şöbəsində Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılmışdır. Onun üzərindən 2 ədəd mobil telefon aşkar olunmuşdur. Mobil telefona keçirilən baxış zamanı tərəzi və s. kimi şəkillər aşkar edilmişdir. Təqsirləndirilən şəxs1 idarə etdiyi avtomobildə narkotik vasitə olduğunu bildirmişdir. Onlar avtomobilin yerləşdirildiyi duracağa getmişlər. Avtomobilə baxış keçirmiş və baxış zamanı sükanın alt hissəsindən tərəzi nə bükümdə narkotik vasitə aşkar etmişlər. Təqsirləndirilən şəxs1 narkotik vasitəni İran İslam Respublikasının vətəndaşı olan şəxsdən aldığını, tərəzini isə narkotik vasitəni ölçmək üçün istifadə etdiyini bildirmişdir. Əməliyyat məlumatının konkret olaraq kim barəsində daxil olduğunu bilmir. Əməliyyat məlumatı polis şöbəsinə daxil olmuşdur, əməliyyat qrupunun rəhbərinin kim olduğunu bilmir. Avtomobilin duracağa kim tərəfindən aparılmasını bilmir. Təqsirləndirilən şəxs1 Abşeron rayonu, Məmmədli kəndində konkret olaraq harada gördüklərini xatırlamır. Həmin vaxt Təqsirləndirilən şəxs1 avtomobili saxlamışdır. Təqsirləndirilən şəxs1 avtomobilinə baxış keçirilməsində o da iştirak etmişdir.Təqsirləndirilən şəxs1 avtomobilinə 3 dəfə baxış keçirilməmişdir. Əməliyyat məlumatı Təqsirləndirilən şəxs1 barəsində daxil olmuşdur. Təqsirləndirilən şəxs1 saxlanılması zamanı ətrafa xeyli adam toplaşdığı üçün onun üzərində həmin an baxış keçirə bilməmişlər.Təqsirləndirilən şəxs1 avtomobilinin açarlarının kimdə olduğunu xatırlamır. Xatırladığı qədərilə, avtomobilin açarları ondan götürülmüşdür. Lakin, avtomobilin duracağa kim tərəfindən yerləşdirilməsini bilmir.Baxış zamanı videoçəkilişin dayandırılıb daha sonra davam etdirilməsi barədə nəsə deyə bilmir.Təqsirləndirilən şəxs1 yaşadığı evə sonradan baxış keçirilmişdir.Təqsirləndirilən şəxs1 yaşadığı evə onun saxlanılmasından 3 gün sonra baxış keçirilməsi barədə nəsə bilmir.Təqsirləndirilən şəxs1 ətrafında keçirilmiş əməliyyat-axtarış tədbirinin nəticələrinə dair əməliyyat-qeydiyyat işinin açılıb-açılmaması barədə məlumatı yoxdur. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş “şəxsi axtarış, baxış və götürmə aparılması haqqında” 15 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilmiş, axtarış zamanı Təqsirləndirilən şəxs2 üzərində olan qanunsuz əşyaları təqdim etməsi təklif olunmuş, Təqsirləndirilən şəxs2 əynindəki açıq yaşıl rəngli şalvarın sağ yan cibindən 1 ədəd siqaret qutusunun içərisində olan 4 ədəd gümüşü rəngli kağıza bükülmüş bükülünü təqdim etmişdir. (Cild 1, iş vərəqləri 77-78) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş “şəxsi axtarış, baxış və götürmə aparılması haqqında” 15 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilmiş, axtarış zamanı Təqsirləndirilən şəxs1 üzərində olan qanunsuz əşyaları təqdim etməsi təklif olunmuş, Təqsirləndirilən şəxs1 əynindəki qara rəngli cins şalvarın arxa sağ cibindən 2 ədəd "Redmi” markalı mobil telefon aşkar edilmiş, sorğu-sual zamanı idarə etdiyi “Mercedes” markalı **-VK-*** dövlət qeydiyyat nişanlı avtomobilində narkotik maddə olmasını bildirmişdir. (Cild 1, iş vərəqləri 106-108) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş edilmiş “şəxsi axtarış, baxış və götürmə aparılması haqqında" 15 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 məxsus DİN BDYPİ-nin duracağında saxlanılan “Mercedes" markalı ** VK *** dövlət qeydiyyat nişanlı avtomobildə sükanın altından şəffaf rəngli sellofana bükülmüş bükülü içərisində 20-10, 13-2, 20, 8-2, 20-5, 8-2, 8-2, 20-2, 8-2, 5-10, 8-2 rəqəmləri yazılmış yaşıl rəngli kağız yapışdırılmış 11 ədəd şəffaf rəngli sellofana bükülmüş büküm, bir ədəd şəffaf rəngli sellofana bükülmüş böyük ölçülü üzərində yazısı olmayan büküm, 4 ədəd şəffaf rəngli sellofana bükülmüş kiçik həcmli büküm və bir ədəd gümüşü rəngli elektron tərəzi aşkar edilərək götürülmüşdür. (cild 1, iş vərəqləri 111-112) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş edilmiş "axtarış və götürmə aparılması haqqında” 18 fevral 2023-cü il tarixli protokoldan görünür ki, 18 fevral 2023-cü il tarixdə saat 11:00-dan 11:40-dək Təqsirləndirilən şəxs1 yaşadığı Abşeron rayonu Digah qəsəbəsi yeni yaşayış sahəsindəki nömrəsiz fərdi evə baxış zamanı mənzildən 3 ədəd büküm və 2 ədəd üzərində “metadon-40 həb" yazısı olan həb aşkar edilmişdir. (Cild 1, iş vərəqləri 258-265) “Şəxsi axtarış, baxış və götürmə aparılması haqqında” 15 fevral 2023-cü il tarixli protokollarda əks olunan əməliyyat-istintaq hərəkətləri videoçəkilişlə aparılmış və bununla bağlı 02 ədəd disk cinayət işi materiallarına əlavə edilmişdir. Həmin videogörüntülərin əks olunduğu disklərə məhkəmədə təqsirləndirilən şəxslərin və digər proses iştirakçılarının iştirakları ilə baxılarkən müəyyən edildi ki, təqsirləndirilən şəxslərin şəxsi axtarışı və avtomobilə baxış zamanı protokollarda qeyd olunan hallar və aşkar olunmuş dəlillər tam olaraq videogörüntülərdə öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan məhkəmə-kimyəvi ekspertizasının 16 fevral 2023-cü il tarixli, 6/966 saylı rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün N244” dairəvi möhür əksi, “şübhəli şəxs S.Cümşüdzadə (imza)” yazısı və imzalar olan zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,681 qram ağ rəngli kristallardan ibarət maddə kimyəvi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. (Cild 1, iş vərəqləri 120-124) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan məhkəmə-kimyəvi ekspertizasının 16 fevral 2023-cü il tarixli, 6/965 saylı rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün N244” dairəvi möhür əksi, “şübhəli şəxs Təqsirləndirilən şəxs2 (imza)” yazısı və imzalar olan zərfdəki 4(dörd) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,527qr, 0,521qr, 0,524qr, 0,461 qr, ümumi təmiz çəkisi 2,033 qram ağ rəngli kristallardan ibarət maddələr kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Vət. Təqsirləndirilən şəxs2 aşkar edilərək götürülmüş 4(dörd) ədəd bükümdəki metamfetamin, X1 aşkar edilərək götürülmüş 1 (bir) ədəd bükümdə olan metamfetaminlə kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidirlər. (Cild 1, iş vərəqləri 125-130) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan məhkəmə-kimyəvi ekspertizasının 16 fevral 2023-cü il tarixli, 6/967 saylı rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: Azərbaycan Respublikası DİN Zətflər üçün N 244” dairəvi möhür əksi olan, “şübhəli şəxs: (imza) Təqsirləndirilən şəxs1 ” yazısı və imzalar olan paketdəki, ağ rəngli salfet kağız bükümdə 5 (beş) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 14,1 qr, 0,455qr, 0,489qr, 0,467qr, 0,442qr, ümumi təmiz çəkisi 15,953 qram qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitəheroindir, 01 (bir )ədəd bükümdə təmiz çəkisi 34,473 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. 10 (on) ədəd bükümlərin içərisində hər birində iki ədəd olmaqla: (bir ədəd qəhvəyi rəngli tozşəkilli maddə və bir ədəd ağ rəngli kristallardan ibarət maddə), ümumilikdə 20 ədəd bükümlərdə, onlardan 10 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 17,414qr, 17,432qr, 17,677qr, 7,509qr, 7,049qr, 11,536qr, 7,431qr, 7,591qr,7,573qr, 4,14 32qr, ümumi təmiz çəkisi 105,344qram qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitəheroindir və digər 10 ədəd bükümdə isə ayrı-ayrılıqda təmiz çəkiləri 1,548qr, 1,711 qr, 1,720qr, 1,707qr, 8,212qr, 3,070qr, 7,380qr, 1,634qr, 1,630qr, 1,615qr, ümumi təmiz çəkisi 30,227qram ağ rəngli kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir - bir ədəd elektron tərəzinin üzərində heroinin və metamfetaminin izləri vardır. İz şəklində olduğu üçün heroinin və metamfetaminin çəkisini və bükümlərdəki heroinlə və metamfetaminlə eyni kimyəvi tərkibli olub-olmamasını müəyyən etmək mümkün deyildir. Təqsirləndirilən şəxs1 aşkar edilərək götürülmüş 15 ədəd bükümdə heroinin ümumi təmiz çəkisi 121,297qram təşkil edir və həmin heroinlər kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidirlər. Vət. Təqsirləndirilən şəxs1 aşkar edilərək götürülmüş 11 ədəd bükümdə metamfetaminin ümumi təmiz çəkisi 64,70 qram təşkil edir və həmin metamfetaminlər, eləcə də vət. S.Cümşüdzadədən aşkar edilərək götürülmüş metamfetamin (16 fevral 2023-cü il tarixli. 6/966 saylı ekspert rəyi) və Təqsirləndirilən şəxs2 aşkar edilərək götürtülmüş metamfetamin (16 fevral 2023-cü il tarixli. 6/965 saylı ekspert rəyi) kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidirlər. (Cild 2, iş vərəqləri 131-136) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan məhkəmə-kimyəvi ekspertizasının 14 mart 2023-cü il tarixli, 6/1057 saylı rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: "Azərbaycan Respublikası DİN Zərflər üçün N43 dairəvi möhür əksi, "Təqsirləndirilən şəxs1 yaşadığı mənzildən aşkar edilmiş 3 ədəd spesifik iyə malik maddələr və 02 ədəd metadon-40 həb” yazısı və imzalar olan zərfdəki 2(iki) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,339qram və 0,793qram, ümumi təmiz çəkisi 2,132qram qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmş narkotik vasitə - heroindir, 1 (bir) ədəd bükümdə təmiz çəkisi 1,405qram ağ rəngli kristalardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir və bir ədəd konvalyutdaki 2(iki) ədəd üzərində "F/M40" yazısı həkk olunmuş qəhvəyi rəngli həb metadon tərkibli dərman preparatıdır. 2(iki) ədəd həbdən ibarət metadon təsiredici maddəsinin ümumi miqdarı 0,08qram təşkli edir ( üzərindəki qeyd olunmuş göstəricisinə əsasən bir həbdə 0,04qram metadon olmaqla). Vət. Təqsirləndirilən şəxs1 yaşadığı mənzildən aşkar edilərək götürülmüş 2(iki) ədəd bükümdəki heroinlər, 15 fevral 2023-cü il tarixdə avtomobildən aşkar edilərək götürülmüş 15(on beş) ədəd bükümdəki heroinlərlə (16 fevral 2023-cü il tarixli 6/967 saylı ekspert rəyi) kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidirlər. Vət. Təqsirləndirilən şəxs1 yaşadığı mənzildən aşkar edilərək götürülmüş 1 (bir) ədəd bükümdəki metamfetamin, 15 fevral 2023-cü il tarixdə avtomobildən aşkar edilərək götürülmüş 11( on bir) ədəd bükümdəki metamfetaminlərlə (16 fevral 2023-cü il tarixli 6/967 saylı ekspert rəyi), X1 aşkar edilərək götürülmüş 1 (bir) ədəd bükümdəki metamfetaminlə (16 fevral 2023-cü il tarixli 6/966 saylı ekspert rəyi) və Təqsirləndirilən şəxs2 aşkar edilərək götürülmüş 4 (dörd) ədəd bükümdəki metamfetaminlərlə (16 fevral 2023-cü il tarixli 6/965 saylı ekspert rəyi) kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidirlər. (Cild 2, iş vərəqləri 24-30) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan ambulator məhkəmə-narkoloji tibbi yoxlamaya dair ekspertizanın xx.xx.2023-cü il tarixli, 2847 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 opoidlərin və psixostimulyatorın birgə qəbulu nəticəsində yaranan asıllıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (Cild 2, iş vərəqləri 117-118) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan ambulator məhkəmə-narkoloji tibbi yoxlamaya dair ekspertizanın xx.xx.2023-cü il tarixli, 2856 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 kannabinoidlərin və psixostimulyatorın birgə qəbulu nəticəsində yaranan asıllıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (Cild 2, iş vərəqləri 119-120) Cinayət işi materiallarında olan və məhkəmədə tədqiq edilən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X12 İdarəsinin Siqnal İxtisaslaşdırılmış Layihə İstehsalat İdarəsindən daxil olmuş məktubdan görünür ki, “Mercedes” markalı, **-SY-*** dövlət qeydiyyat nişanlı avtomobil yol nəqliyyat hadisəsi sonrası xx.xx.2023-cü il tarixdə saat 21:00 radələrində Abşeron RPİ DYPŞ TTÜŞ-nin təhqiqatçısı, polis baş leytenantı Rahim Abdalov tərəfindən BDYPİ “SİQNAL” İdarəsinin 15 saylı müvəqqəti avtomobil dayanacağına yerləşdirilmişdir. Cinayət işi materiallarında olan və məhkəmədə tədqiq edilən Xəzər RPİ-dən daxil olmuş məktuba əlavə edilmiş aktların surətlərindən görünür ki, Xəzər RPİ-nin 3-cü PŞ-nin növbətçi hissəsinə təhvil verilən zaman Təqsirləndirilən şəxs2 bədənində xəsarət izləri aşkar edilməmişdir. Təqsirləndirilən şəxs1 sol dizində qançır, çənəsində cızıq, boğazında qızartı və sağ budun ön nahiyəsində sıyrıq aşkar edilmişdir. Məhkəmə tərəfindən götürülmüş Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 mobil telefon nömrələrinə aid məlumatlar, o cümlədən “SMS” məlumatları məhkəmə tərəfindən tədqiq olunarkən müəyyən edilmişdir ki, narkotik vasitələrin alış-verişinə işarə edən konkret “SMS” mətnləri mövcuddur. Cinayət işinin materiallarında olan “Əşyanın maddi sübut hesab edilməsi haqqında” 17 iyul 2023-cü il tarixli, “Sübutların qiymətləndirilməsi, cinayət işindən başqa cinayət işinin ayrılması və ayrılmış cinayət işinin ərazi aidiyyəti üzrə göndərilməsi haqqında” 27 may 2023-cü il tarixli qərarlardan və ittiham aktının arayış hissəsindən görünür ki, ekspertiza tədqiqatından sonra qalıq qalan 122,879 qram heroin 68,139 qram psixotrop maddə metamfetamin, 1 ədəd narkotik vasitə metadon həbi, 01 ədəd elektron tərəzi maddi sübut kimi tanınaraq Abşeron RPİ-nin maddi sübutları saxlanc yerinə təhvil verilmişdir. 02 ədəd DVD disk maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilmişdir. (Cild 1, iş vərəqləri 1-12, Cild 2, iş vərəqləri 110-111) Məhkəmə, təqsirləndirilən şəxslərin narkotik vasitələri satış məqsədilə əldə etməmələri, o cümlədən Təqsirləndirilən şəxs2 saxlanılan zaman onun üzərində yalnız psixotrop maddənin olması, Təqsirləndirilən şəxs1 isə onun maşınında və evində narkotik vasitələrin və psixotrop maddələrin olmaması, polis əməkdaşları tərəfindən qoyulması ilə bağlı ifadələrində göstərdikləri xüsusatları və gətirdikləri dəlilləri onların müdafiə mövqeyinə söykənən subyektiv mülahizələri, törətdikləri cinayət əməllərinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətlərini yüngülləşdirməyə yönəlmiş cəhdləri kimi qiymətləndirərək, onların ittiham olunduqları cinayət əməllərini törətmələrini tam sübuta yetirilmiş hesab edir. Məhkəmə bu nəticəyə gələrkən onu əsas götürür ki, Təqsirləndirilən şəxs1 avtomaşınında aşkar edilmiş psixotrop maddə metamfetamin kimyəvi təkibinə görə Təqsirləndirilən şəxs2 və Savalan Cümşüdzadənin üzərində aşkar olunmuş metamfetaminlə eynidir. Bundan əlavə, Təqsirləndirilən şəxs1 avtomaşınında aşkar edilmiş heroin kimyəvi təkibinə görə onun evində aşkar edilmiş heroinlə eynidir. Məhz bu əsasa görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 polis əməkdaşları tərəfindən onun avtomaşınına narkotik vasitənin və psixotrop maddənin qoyulmasını göstərməsi ilə bağlı iddiaları əsassızdır. Məhkəmə həmçinin hər iki təsirləndirilən şəxsin əməlinin narkotik vasitələrin satışı ilə bağlı olması qənaətinə gələrkən konkret satışla bağlı sübutların mövcudluğunu, o cümlədən narkotik vasitələrin və psixotrop maddələrin külli miqdarda olmasını, növ müxtəlifliyinin mövcud olması və çoxsaylı bükümlərə bölünməsi, elektron tərərzinin və “sms” mətnlərin mövcud olmasını da əsas götürür. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslərin ibtidai istintaqın ilkin mərhələsində verdikləri ifadələri işin obyektiv hallarına uyğun olduğundan, həmin ifadələr daha səmimi ifadələr kimi qəbul olunmalıdır. Məhkəmə yekun qərar – ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» xx.xx.2024-cü il tarixli Qərarının izah və tövsiyyələrini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən, isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» xx.xx.2024-cü il tarixli, 8 №-li Qərarının 9-cu bəndində göstərilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin törətdiyi əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayətlər olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslərin qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətmələri tam sübuta yetirilmişdir. Onlar qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidirlər. Onların cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxslərə qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələrinin sanksiyaları həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamələrin cavabından və elektron məhkəmə informasiya sistemindəki məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Təqsirləndirilən şəxs1 isə Sabunçu rayon məhkəməsinin 25 avqust 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 127.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətə islah işləri cəzasına məhkum edilmiş, 08 dekabr 2021-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli amnistiya qərarının 2.8-ci bəndinə əsasən təyin edilmiş islah işləri cəzasından azad edilmişdir. (Cild 2, iş vərəqləri 112-115). Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.6-cı maddəsinin “məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir” tələbinə əsasən hazırki iş üzrə Təqsirləndirilən şəxs1 məhkumluğu olmayan şəxs kimi tanıyır. Bundan başqa, elektron məhkəmə informasiya sistemindəki məlumatlardan və iş materiallarında olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində 1, Təqsirləndirilən şəxs2 himayəsində isə 3 azyaşlı uşaqları vardır. Məhkəmə təqsirləndirilən şəxslərin himayələrində azyaşlı uşaqlarının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən onların cəzasını yüngülləşdirən hal kimi qəbul edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən həmin Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə cinayət qanunun həmin normasını rəhbər tutaraq hesab edir ki, hər iki təqsirləndirilən şəxslərin məhkumluqlarının olmaması, onların hər ikisinin evli olmaqla ailə başçısı olması və ailəni dolandıran yeganə şəxs olmaları da onların cəzalarını yüngülləşdirən hallar kimi də nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-in 61.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxslərin cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxslərin cəzalarını yüngülləşdirən halların mövcud olmasını və cəzalarını ağırlaşdıran halların mövcud olmamasını nəzərə alaraq, onlara aşağı hədlərdə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 15 fevral 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Xəzər rayon məhkəməsinin 17 fevral 2023-cü il tarixli qərarları ilə barələrində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli tutulduqları tarixdən hesablanmışdır. Daha sonra Abşeron rayon məhkəməsinin 13 iyun 2023-cü il tarixli və 13 sentyabr 2023cü il tarixli qərarları ilə onların barələrində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxslərin barələrində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (Cild 1, iş vərəqləri 74, 97, 231-240, Cild 2, iş vərəqləri 90-97) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə onların cəzaçəkmə müddətinin başlanğıcı 15 fevral 2023-cü il tarixdən hesablanmalı, barələrində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, cinayət işində olan ekspert rəylərinə əsasən təqsirləndirilən şəxslərdə narkomaniya xəstəliyi aşkar olunur, narkomaniyadan məcburi müalicəyə ehtiyacları vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınmaları məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi və təqsirləndirilən şəxslərə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1-ci maddəsinin tələblərinə əsasən təqsirləndirilən şəxslər barəsində narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməlidir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edərək qeyd edir ki, iş üzrə maddi sübut olub Abşeron RPİ-də saxlanılan 01 ədəd elektron tərəzi xüsusi müsadirə edilərək əvəzsiz olaraq dövlət nəfinə alınmalıdır. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub Abşeron RPİ-də saxlanılan 122,879 qram heroin, 68,139 qram psixotrop maddə metamfetamin, 1 ədəd narkotik vasitə metadon həbi məhv edilməli, 02 ədəd DVD disk iş materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 171 manat məbləğində, Təqsirləndirilən şəxs1 171 manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxslərin müdafiəçilər ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onların məhkəmədə hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçilər təyin etmiş və bu müdafiəçilər tərəfindən məhkəmə istintaqı başa çatdırılanadək onların hüquqları müdafiə olunmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçilərin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» xx.xx.2001ci il tarixli, 31 nömrəli Qərarına və həmin Qərara dəyişiklik edilməsi haqqında Nazirlər Kabinetinin 19 noyabr 2020-ci il tarixli, 452 nömrəli Qərarına görə müdafiəçinin (vəkilin) hüquqi yardımın göstərilməsi ilə bağlı təqdim etdiyi hesabata uyğun olaraq ödənilməli məbləğ cinayət prosesini həyata keçirən orqanın əsaslandırılmış qərarı əsasında dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Odur ki, məhkəmə mərhələsində təqsirləndirilən şəxslərə göstərilən hüquqi yardımla bağlı müdafiəçilərə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» xx.xx.2024-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və o, 05 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı 15 fevral 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 barəsində narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və o, 06 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı 15 fevral 2023-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 barəsində narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olub Abşeron RPİ-də saxlanılan ekspertiza tədqiqatından sonra ümumi qalıq çəkisi 122,879 qram olan narkotik vasitə heroin, ümumi qalıq çəkisi 68,139 qram olan psixotrop maddə metamfetamin və 01 ədəd narkotik vasitə metadon həbi məhv edilsin, cinayət işinin materiallarına əlavə edilmiş 02 ədəd “DVD” formatlı disk iş materiallarında saxlanılsın. 01 ədəd elektron tərəzi xüsusi müsadirə edilərək əvəzsiz olaraq dövlət nəfinə alınsın. Təqsirləndirilən şəxs2 171 (yüz yetmiş bir) manat məbləğində, Təqsirləndirilən şəxs1 171 (yüz yetmiş bir) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 isə hökmün surətinin onlara verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.