Məhkəmə qərarları › İş №1(124)-323/2025

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-323/2025

05.03.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-323/2025 05.03.2026 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X2 (sədrlik edən), X4 və X3 ibarət tərkibdə, Məhkəmə iclas katibi – X6, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi – “Xəzər Konsaltinq” Vəkil Bürosunun vəkili Müdafiəçi3 iştirakları ilə, xx xxxxxx 1993-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Abşeron rayonu, Qobu qəsəbəsi, Sakit Məhəllə yaşayış massivi, nömrəsiz fərdi yaşayış evində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 234.4-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs sosial şəbəkədə tanış olduğu şəxsiyyəti istintaqa məlum olmayan «Rza» adlı İran İslam Respublikasının vətəndaşı və qeyriləri ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, «Rza» adlı şəxsin tapşırığı ilə xüsusilə külli miqdarda narkotik vasitələri və psixotrop maddələri qoyulacağı yerdən götürüb deyiləcək yerlərə yerləşdirməklə Azərbaycan Respublikası ərazisində satışını həyata keçirmək və bunun müqabilində satacaqları hər 1 qram heroinə görə 1 manat, hər 1 qram metamfetaminə görə isə 1 manat 50 qəpik məbləğində ona pul veriləcəyinə dair ümumi razılığa gəlmiş, bu məqsədlə 25 avqust 2024-cü il tarixdə ümumi cinayətkar niyyətə uyğun olaraq bir qrup şəxs halında «Rza» adlı İran İslam Respublikası vətəndaşı ilə «Whatsapp» sosial şəbəkəsində əlaqə saxladıqdan sonra sonuncunun həmin gün Abşeron rayonu, Qobu qəsəbəsi, Qamışlıq adlanan ərazidə qoyduğu xüsusilə külli miqdarda 2412,952 qram (2 kq 412,952 qr) çəkidə narkotik vasitə- heroini və xüsusilə külli miqdarda 608,439 qram çəkidə psixotrop maddə metamfetamini götürərək satış məqsədi ilə qanunsuz əldə edib yaşadığı Abşeron rayonu, Qobu qəsəbəsi, nömrəsiz fərdi evə daşıyıb evdə hissələrə ayırmış, 01 ədəd şəffaf polietilen torbada 380 qram, 05 ədəd üzəri ağ rəngli yapışqan lentlə bağlanmış bükümlərdə, onlardan 04 ədədində hər birində 02 ədəd büküm olmaqla, digər birində isə 03 ədəd büküm olmaqla ümumilikdə 11 ədəd bükümdən: 06 ədədində ayrı-ayrılıqda çəkiləri 49,681 qram, 40,197 qram, 38,764 qram, 19,691 qram, 40,143 qram, 39,963 qram olmaqla ümumilikdə 608,439 qram çəkidə xüsusilə külli miqdarda psixotrop maddə metamfetamini, 05 ədədində ayrı-ayrılıqda təmiz çəkiləri 55,188 qram, 59,222 qram, 39,694 qram, 58,839 qram, 200,009 qram olmaqla ümumilikdə 412,952 qram çəkidə külli miqdarda narkotik vasitə - heroini 01 ədəd qara rəngli sellofan torbanın içərisinə yerləşdirərək əlində saxlamış, 01 ədəd üzərində sarı rəngli it rəsmi olan torbada isə 04 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 500 qram, 500 qram, 500 qram, 500 qram olmaqla ümumilikdə 2000 qram çəkidə xüsusilə külli miqdarda narkotik vasitə - heroini, «KİA K5 MİNİK» markalı, **-FY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin yük hissəsinə yerləşdirib saxlamış, daxil olmuş məlumat əsasında Abşeron Rayon Polis İdarəsinin X18 əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri zamanı 28 avqust 2024-cü il tarixdə, saat 02:30 radələrində Abşeron rayonu Qobu qəsəbəsi, Sakit məhəllə yaşayış massivində saxlanılaraq qeyd edilən avtomobilində Abşeron Rayon Polis İdarəsinin X18 inzibati binasına gətirilib, orada həmin gün saat 04:30-dan 04:53-ə kimi üzərində şəxsi axtarış keçirilərkən əlində saxladığı 01 ədəd qara rəngli sellofan torbanın içərisindən 01 ədəd şəffaf polietilen torbada 380 qram, 05 ədəd üzəri ağ rənli yapışqan lentlə bağlanmış bükümlərdə, onlardan 04 ədədində hər birində 02 ədəd büküm olmaqla, digər birində isə 03 ədəd büküm olmaqla ümumilikdə 11 ədəd bükümdən: 06 ədədində ayrı-ayrılıqda təmiz çəkiləri 49,681 qram, 40,197 qram, 38,764 qram, 19,691 qram, 40,143 qram, 39,963 qram olmaqla ümumilikdə 608,439 qram çəkidə xüsusilə külli miqdarda psixotrop maddə - metamfetamin, 05 ədədində ayrı-ayrılıqda çəkiləri 55,188 qram, 59,222 qram, 39,694 qram, 58,839 qram, 200,009 qram olmaqla ümumilikdə 412,952 qram çəkidə külli miqdarda narkotik vasitə - heroin aşkar edilərək götürülmüş, «KİA K5 MİNİK» markalı, **-FY-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilərkən nəqliyyat vasitəsinin yük hissəsindən 01 ədəd üzərində sarı rəngli it rəsmi olan torbada 04 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 500 qram, 500 qram, 500 qram, 500 qram olmaqla ümumilikdə 2000 qram çəkidə xüsusilə külli miqdarda narkotik vasitə - heroin, üzərində heroin və metamfetamin izləri olan 02 ədəd elektron tərəzi və 01 ədəd üzərində «ELÇİN ALİZADE» sözləri, içərisində riyazi hesablamalarla gəlirlər barədə qeydlər aparılmış göy rəngli kitabça aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir: “Avqustun 27-si 2024-cü il tarixdə, saat 22:30 radələrində anamla bacımgilə getməyi planlaşdırırdıq. Qapıdan çölə çıxanda - qapını kilidləməmiş bir nəfər mənə yaxınlaşaraq əlimdən tutdu. Bundan 30 saniyə sonra çoxlu polis əməkdaşı gəldi. Onlar Baş Narkotiklərlə Mübarizə İdarəsindən olduqlarını və narkotik vasitəyə görə gəldiklərini dedilər. Biz həyətə keçdik. Bundan sonra, məndən narkotik vasitənin yerini göstərməyimi tələb etdilər. Evə keçdik və mən narkotik vasitənin yerini göstərdim. Bu zaman evdə 1,5 qram narkotik vasitənin olduğunu bildirdim. Polis əməkdaşları narkotik vasitənin qalan hissəsini soruşanda, mən başqa narkotik vasitənin olmadığını söylədim. 7-8 nəfər polis əməkdaşı evdə yarım saat axtarış etdilər, ancaq heç nə tapmadılar. Polis əməkdaşları çölə çıxanda valideynlərimə idarəyə getməyi və idarədə, yəni X16 bu məsələni həll edəcəklərini dedilər. Mənim maşınımda ailə üzvlərim əyləşdi, məni isə polis əməkdaşlarının öz maşınlarında, qara rəngli “Hyundai Sonata” markalı maşında əyləşdirdilər, evin qapısını isə bağladılar. Qobu qəsəbəsinin arxa tərəfindən çıxanda yolda bizim maşın sağa tərəf, Hökməli qəsəbəsi, Saray istiqamətində, mənim əyləşdiyim maşın isə üzü sola - Daş karxanasına tərəf getdi. X17 keçdikdən sonra daş karxanası istiqamətində getdik. Həmin yerdə sol tərəfdə mənim maşını saxladılar. Bundan sonra, narkotik vasitənin yerini deməyim üçün 5-6 nəfər polis əməkdaşı mənə yumruq-təpik atmağa başladılar. Bir nəfər polis əməkdaşı digərlərinə məni vurmamağı söyləsə də, onu heç kim dinləmirdi. Məni həmin yerdə incitdilər. Daha sonra məni yenidən qara rəngli “Hyundai Sonata” markalı maşında əyləşdirdilər. Mən 10 dəqiqə maşında qaldım. Az öncə digər polis əməkdaşlarına məni vurmamağı söyləyən həmin polis əməkdaşı heç bir problem olmayacağını, polis bölməsinə getdikdən sonra azadlığa buraxılacağımı dedi. Əvəzində mənə onların dediyini etməyimi söylədilər. Mən polis əməkdaşlarının məni incidəcəyini bildiyimə görə onların dediyini etməli oldum. Polis əməkdaşları məndən 1-2 dəfə səsli mesaj göndərməyimi istədilər. Onlar mobil telefonumu gətirdilər və mənə öz əllərimlə səsli mesaj göndərtdilər. Mən saat 22:30-da tutulmuşam və bundan sonra nə olubsa, mən tutulduqdan sonra baş verib. Məni yarım saat maşında saxladıqdan sonra X21 gətirdilər. Mən 10-15 dəqiqə otaqda oturduqdan sonra bir vəkil gəldi, həmin şəxsin mənim vəkilim olduğunu dedilər. Vəkilə ayaqüstü 1,5 dəqiqə baş verənləri danışdım. Vəkil heç bir problem olmadığını, valideynlərimin də polis bölməsində olduğunu, atamın danışıb bu məsələni həll edəcəyini və mənim buraxılacağımı söylədi. Mənim heç bir şeydən məlumatım yoxdur. Videoçəkiliş etdilər və mənə prosedurun belə olduğunu dedilər. Müxtəlif sənədləri imzalatdılar, daha sonra otaqda əyləşdirdilər. Bundan sonra məni Abşeronda-Xırdalanda yerləşən X12 gətirdilər. Əvvəlcə qeyd etmək istəyirəm ki, polis əməkdaşları evimdə axtarış edib, heç nə tapa bilməyəndə maşınımda axtarış etməli olduqları halda axtarış etmədilər. Videoçəkilişdən də görə bilərsiniz ki, maşınımı Qobu qəsəbəsindən X21 qədər idarə ediblər, ancaq maşının yük yerində olan narkotik vasitə tərpənmədən dayanıb. Belə bir şey mümkün deyil.” Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir: “Üzərimdə narkotik vasitə yox idi. Mənim əlimdə sellofan torba var idi. Atam həyətdən üzüm dərmişdi. Mən üzümü sellofan torbaya qoyurdum ki, polis əməkdaşı telefon qarışıq əlimdən tutdu və sellofan torbanı da götürdü. Bu zaman digər polis əməkdaşları da gəldi. Sellofan torbaya baxanda üzüm olduğunu gördülər və narkotik vasitənin harada olduğunu soruşanda, mən narkotik vasitənin olmadığını dedim. Mən ailəmin yanında xoşəgəlməz hadisə olmaması üçün evə keçib narkotik vasitənin yerini göstərdim. Bu zaman evdə 2 qram narkotik vasitə var idi ki, onun da maksimum 1,5 qram olan hissəsini istifadə etmişdim. Bundan sonra məni orada itələməyə başladılar. Mən də evdə axtarış edə biləcəklərini, heç bir problemin olmadığını dedim. Evdə 1,5-2 qram narkotik vasitə olub. Üzərində Təqsirləndirilən şəxs yazılan kitabça mənim şəxsi biznesimlə bağlı kitabçadır. Mən birjayla məşğul idim və mənim “Forex” hesabım var idi. Mülk deyil, kriptovalyuta-bitcoin alqı-satqısı ilə məşğul oluram. Kitabçada qazancları, 500 dollar qoyub, 100 dollar götürmək kimi, 400 dollar qoyub, 150 dollar götürmək kimi qeydləri, eyni zamanda demoları, yəni ehtimalları qeyd etmişəm. Birinci olanlar nağd puldur, qarşısındakılar isə demo şəklində işlənir. Mənim telefonumda narkotik vasitəyə dair heç bir yazışma olmayıb. Anten dairə məlumatlarımı əldə etsəniz görəcəksiniz ki, mən 22:30-da tutulmuşam. Bundan sonra baş verənlər mən tutulandan sonra olub. Mən polis bölməsinə polis əməkdaşına məxsus qara rəngli “Hyundai Sonata” avtomobili ilə aparılmışam. Məni polis bölməsinə aparan polis əməkdaşı Şahid1 idi. Maşında polis olmayan şəxslər də var idi. Anam və atamı mənim maşınımla apardılar. Mən onların üzü Saray qəsəbəsi istiqamətində döndüklərini gördüm. Məni aparanda 3-4 polis maşını var idi. “Kia Optima” markalı avtomobili icarəyə götürmüşdüm. Mən tutulmamışdan 20-25 gün sonra toyum olmalı idi və öz maşınımın da motoru xarab olduğu üçün məcburiyyətdən icarəyə maşın götürmüşdüm. Toyum sentyabrın 20-si olmalı idi. Mənim özümün “Opel Astra” markalı avtomobilim var idi, ancaq onun motoru xarab idi. Mən də ehtiyacım olduğu üçün icarəyə maşın götürdüm, öz maşınımı düzəltdirəcəkdim. Ancaq toy ərəfəsində olduğum üçün ona imkan yox idi. “Kia Optima” markalı avtomobilin gününə 50 manat icarə haqqı ödəyirdim. Maşını 10 günlük icarəyə götürmüşdüm. Mən maşının icarə müddətini artırmışdım. Ola bilsin ki, maşını 20 günlük müddətə icarəyə götürmüşəm. İbtidai istintaqda verdiyim ifadəni təsdiq etmirəm. Barəmdə həbs qətimkan tədbiri seçilərkən də məhkəmədə narkotik vasitənin mənə məxsus olmadığını bildirdim. Bəlkə də ağrılarım olduğu üçün məhkəmədə nə deyib-demədiyimi dəqiq xatırlamıram. Həbs qətimkan tədbiri seçilərkən verdiyim izahat dəqiq yadımda deyil. Polis əməkdaşları mənə fiziki təsir etdi, məni döydü. Xəsarətim olmayıb, ancaq 4-5 nəfər polis əməkdaşı üzümdən başqa hər yerimə vurub. İbtidai istintaqda ekspertizaya aparıldığımı xatırlayıram. Polis əməkdaşları məni güclü xəsarət qalacaq formada döyməmişdilər. Məni yumruq və təpiklə döymüşdülər. Bir polis əməkdaşı ayağıma badalaq vuraraq yıxdı. Bakı İstintaq Təcridxanasında müayinədən keçərkən döyüldüyümü bildirməmişəm. Mən ora gedəndə ağrıdan özümdə olmamışam və tez bir zamanda istintaq təcridxanasının kamerasına qayıtmaq istəyirdim. Məni 27 avqust 2024-cü il tarixdə, axşam saatlarında tutdular və məndən kiməsə səs atdırdılar. Buna qədər mənim polis əməkdaşlarının səs atdırdıqları şəxslə heç bir əlaqəm olmayıb. Həmin mesajdakı nömrənin kimə məxsus olduğunu bilmirəm. Mən “Euro” adlı şəxslə yazışmamışam. Mənim narkotik vasitəni şəxsi istifadəm üçün onlayn şəkildə əldə etdiyim bir şəxs var. Ancaq “Euro” adlı şəxsin həmin şəxs olduğunu və ya başqa şəxs olduğunu bilmirəm. Mən narkotik vasitə istifadəçisi olduğum üçün narkotik vasitəni almaq üçün həmin adamla əlaqə saxlamışam. Ancaq onun “Euro” adlı şəxs olduğunu bilmirəm. Mən onun adını “Euro” olaraq qeyd etməmişəm. Həmin şəxsin atdığı heç bir səsi mənə qulaq asdırmayıblar. Polis əməkdaşları mənə əgər azadlığa çıxmağımı istəyirəmsə, onların dedikləri kimi səsli mesajı göndərməyimi söylədilər. Mən səhmlər, bitcoin alıbsatırdım. Standart qiymət olmadığı üçün qoyulan və götürülən pul məbləğləri dəyişir. 50 manat pul məbləği qoyub, 10 manat pul götürülməsini qeyd etmişəm. Ondan sonra olanları demo şəklində, yəni real olmayan pul şəklində qeyd etmişəm. Narkotik istifadəçisi idim, televizorun qarşında oturub, kino izləyə-izləyə kitabçada bitcoinlə bağlı qeydlər aparırdım. Kitabçada qeyd olunan pul vəsaitləri narkotikdən əldə olunan pul vəsaitləri deyil. Narkotik vasitə dollarla alınıb-satılmır.” Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və təqsirləndirilən şəxs müdafiəçinin də iştirakı ilə verdiyi həmin ifadəsində ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, o, təxminən 1 il müddətdir ki, narkotik vasitə olan heroin istifadə edir. xx.xx.2024-cü il tarixdə saat 02:30 radələrində Abşeron rayonu, Qobu qəsəbəsi, Sakit məhəllə yaşayış massivində yaşadığı evdən çıxıb əlində içərisinə narkotik vasitə heroin və psixotrop maddə metamfetamin qoyduğu qara rəngli torba ilə yaşadığı evin yaxınlığında küçədə saxladığı, icarəyə götürərək idarə etdiyi «Kia Optima» markalı, **-FY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə minən zaman iki nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşmışlar. Əvvəlcə özlərini təqdim edərək polis əməkdaşları olmalarını bildirmişlər. Sonra onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu, onlarla birlikdə Abşeron Rayon Polis İdarəsinin X21 getməli olduğunu bildirmişlər, onu idarə etdiyi nəqliyyat vasitəsilə birlikdə Abşeron Rayon Polis İdarəsinin X21 aparmışlar. Polis bölməsində onu xidməti otaqlardan birinə dəvət etmişlər. Orada təhqiqatçı tərəfindən ona hüquq və vəzifələri izah olunduqdan sonra xahişi ilə ona müdafiəçi təqdim olunmuş, bundan sonra üzərində şəxsi axtarış aparılacağı bildirilmiş və şəxsi axtarış aparılmağa başlanılmışdır. İlk öncə üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməyi təklif edilmişdir. Bundan sonra əlində olan qara rəngli sellofan torbanı təqdim etmişdir. Həmin torbanın içərisində 01 ədəd şəffaf polietilen torbada və 05 ədəd üzəri ağ rəngli yapışqan lentlə bağlanmış bükümlərdə narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olmasını bildirmişdir. Həmçinin özünə məxsus «İphone XS Max» markalı mobil telefonu və maşının açarını masanın üzərinə qoymuşdur. Ondan aşkar edilərək götürülmüş kütlələr qablaşdırılaraq möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Üzərinə şəxsi axtarış keçirildikdən sonra əlavə olaraq hardasa dövriyyəsi qadağan olunmuş əşya və ya predmet saxlamağı soruşulmuşdur. O da icarəyə götürərək idarə etdiyi «KİA Optima» markalı, **-FY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsində həmin kütlələrdən olmasını bildirmişdir. Bundan sonra X18 həyətində saxladığı «KİA Optima» markalı, **- FY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə baxış keçirilmiş, baxış zamanı ondan dövriyyəsi qadağan edilmiş əşya və predmet olduğu halda təqdim etməyi təklif etmişlər. O da həmin nəqliyyat vasitəsinin arxa yük hissəsini açmış və oraya qoyduğu 01 ədəd üzərində sarı rəngli it rəsmi olan sellofan torbanı təqdim etmişdir. Polis əməkdaşları tərəfindən torbanın içərisindən 04 ədəd şəffaf sellofan bükümdə qəhvəyi rəngli kütlə, 02 ədəd elektron tərəzi, 01 ədəd göy rəngli üzərində ad və soyadı yazılan kitabça çıxarılaraq avtomaşının arxa yük hissəsinin üzərinə qoyulmuşdur. Həmin maddələrin narkotik vasitə heroin olmasını, özünə məxsus olmasını bildirmiş, həmin kütlələr qablaşdırılaraq möhürlənmiş, iştirakçılar və onun tərəfindən imzalanmışdır. Ondan və avtomobilindən aşkar edilmiş bütün kütlələr narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamindir, dəqiq çəkilərini bilmir. Həmin kütlələri Rza adlı İran İslam Respublikası vətəndaşından almış, belə ki, Rza adlı iranlı ilə «Whatsapp» sosial şəbəkəsi vasitəsilə əlaqə saxlamışdır. xx.xx.2024-cü il tarixdə Rza ilə «Whatsapp» sosial şəbəkəsi vasitəsilə əlaqə saxlayan zaman ona narkotik vasitə və psixotrop maddəni deyəcəyi yerdən götürüb tapşıracağı yerə qoymağı müqabilində heroinin hər 1 qramına görə 1 manat, metamfetaminin hər 1 qramına görə 1 manat 50 qəpik qazanacağı barədə razılığa gəlmişdir. Bunun əsasında xx.xx.2024-cü il tarixdə Rza ona «Whatsapp» sosial şəbəkəsində xəritə məkan nöqtəsi göndərmiş, həmin gün axşam saatlarında Abşeron rayonu, Qobu qəsəbəsində qamışlıq adlanan əraziyə xəritə məkan nöqtəsinə getmişdir. Orada 1 ədəd göy rəngli sellofan torbanı götürərək özü ilə yaşadığı evə aparmış, yaşadığı evdə həmin torbanı açmış, içərisində narkotik vasitə və psixotrop maddələrin iri bükümlərdə olmasını görmüşdür. Həmin bükümlərin və hansı maddədən nə qədər olmasını bilməmişdir. Həmin narkotik vasitə və psixotrop maddələri 50 və 100 qramlıq olmaqla bölərək hissələrə ayırmış, bir hissəsini idarə etdiyi maşının arxa yük hissəsinə qoymuşdur. xx.xx.2024-cü il tarixdən tutulduğu tarixədək, yəni xx.xx.2024-cü il tarixədək Qobu qəsəbəsində 3 dəfə müxtəlif yerlərə həmin kütlələrdən atmışdır. Qoyduğu yerin şəklini çəkib Rza adlı iranlıya göndərmiş, həmçinin qoyduğu yerin xəritə məkan məlumatını da Rza adlı iranlıya göndərmişdir. Alıcılarla kontaktda olmamış, Rza adlı iranlı satmaq istədiyi şəxslərə onun göndərdiyi şəkili və xəritə məkan məlumatını göndərib ona məlum olmayan formada satışını realizə etmişdir. Kimə və hansı məbləğ qarşılığında satmasını da bilməmişdir. Rza adlı şəxsi təxminən 3 il müddətdir ki, tanıyır. Onunla sosial şəbəkə vasitəsilə tanış olmuş, bundan əvvəl eyni yolla 1-2 dəfə Rza adlı iranlının vasitəsi ilə narkotik vasitələrin satışını realizə edərək təxminən 15000 manat pul qazanmışdır. Hazırda maddi vəziyyəti pis olduğuna, çoxlu borcları olduğuna görə, qazanc əldə etmək məqsədilə bu əməli etmişdir. xx.xx.2024-cü il tarixdə üzərində şəxsi axtarış aparılarkən təqdim etdiyi narkotik vasitəni və psixotrop maddəni xx.xx.2024-cü il tarixdə axşam saatlarında Abşeron rayonu, Qobu qəsəbəsi, Qamışlıq adlanan ərazidən Rza adlı iranlı ilə əlaqə saxlayaraq əldə etmiş, həmin maddələr ona məxsusdur. Həmin maddələrin satışını təşkil edərək qazanc əldə etmək məqsədilə üzərində saxlamışdır. Ona qabaqcadan pul verməmiş, Rza adlı şəxs satışdan, yəni narkotik vasitə və psixotrop maddəni deyəcəyi yerdən götürüb tapşıracağı yerə qoymağı müqabilində heroinin hər 1 qramına görə 1 manat, metamfetaminin hər 1 qramına görə 1 manat 50 qəpik pul qazandıracaqdı. xx.xx.2024-cü il tarixdə üzərindən və nəqliyyat vasitəsindən aşkar edilmiş narkotik vasitəni və psixotrop maddəni 3 dəfə Qobu qəsəbəsi ərazisində yerləşdirsə də, Rza adlı iranlı ona pul verməmişdir. Razılıqlarına əsasən həmin maddələrin satışı realizə edildikdən sonra ona pul verəcəkdi. Rza adlı şəxsin yalnız adını bilir. +98 919 *** **** mobil nömrəsini işlədir. xx.xx.2024-cü il tarixdə yaşadığı evdən çıxaraq satış üçün narkotik vasitələri aparmaq istəmiş, əlində qara rəngli torbada olan maddələri deyiləcək yerlərə qoyacaqdı. Saat 02:30 radələrində polis əməkdaşları tərəfindən saxlanılmışdır. «KİA» markalı **-FY- *** dövlət qeydiyyat nişanlı avtomaşının marka və modeli əslində sənəddə «KİA K5 MİNİK» kimidir. Həmin nəqliyyat vasitəsini «KİA Optima» kimi də bilinir. Təxminən 10 gün əvvəl «Oscar Rent a car» şirkətindən günlük 50 manata icarəyə götürmüşdür. «İphone XS Max» markalı mobil telefon ona məxsusdur. Həmin mobil telefonunun üzərində ***-***-**- ** və ***-***-**-** mobil nömrələrini işlətmişdir. 2 ədəd tərəzini Sədərək bazarından almış, özündə saxlamaqda məqsədi narkotik vasitə və psixotrop maddələri çəkmək, hissələrə ayırarkən dəqiq çəkisini müəyyən etmək olmuşdur. 1 ədəd kitabça özünə məxsusdur. Türkiyə Respublikasında təhsil alarkən ordan almışdır. İçərisində olan əlyazmaları o özü yazmış, lakin həmin əlyazmaların narkotik vasitələrlə əlaqəsi yoxdur. Əvvəllər bizneslə məşğul olmuş, həmin vaxtdan, yəni təxminən 10 il əvvəl qeyd etmişdir. xx.xx.2024-cü il tarixdə polis əməkdaşları onu saxlayarkən, eləcə də bundan sonra heç bir zorakılıq göstərməmişdirlər (cild 01, iş vər. 66-69). Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir: “28 avqust 2024-cü il tarixdə gecə radələrində Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin daşınmasını və satışını həyata keçirməsi ilə bağlı iş yoldaşım Şahid1 daxil olan əməliyyat məlumatı əsasında sözügedən şəxsin avtomobili ilə birgə narkotik vasitələrin satışını həyata keçirməsi müəyyən edildi. Əməliyyat məlumatı əsasında Şahid1 rəhbərliyi ilə əməliyyat qrupu yaradıldı. Əməliyyat qrupu olaraq Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən yeni tikilən məhəlləyə yaxınlaşdıq. Şəxsi avtomobili ilə saxladıq və X21 dəvət etdik. Şəxsə vəkil təyin olundu və konfidensial görüş üçün şərait yaradıldı. Şəxsin üzərinə baxış keçirməzdən əvvəl üzərində hər hansı qanunsuz əşya, narkotik vasitə və ya psixotrop maddə varsa, təqdim etməsi xahiş olundu. Şəxs əlində olan qara sellofan torbanı təqdim etdi. Sellofan torbanın içərisindən psixotrop maddə metamfetamin və narkotik vasitə heroin aşkar olundu. Daha sonra narkotik vasitə və psixotrop maddə qablaşdırıldı və sənədləşdirildi. Həmçinin, şəxsin üzərindən qeyd kitabçası aşkar olundu.” Şahid2 məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir: “Şəxsin avtomobilinə də baxış keçirildi. Şəxsin avtomobilindən nə aşkar olunduğunu tam şəkildə xatırlamıram. Əməliyyat tədbirində mən də iştirak etmişəm. Şəxs saxlanılarkən ona hər hansı təsir və ya təzyiq göstərilməyib. Əməliyyat qrupunda mən və Şahid1 iştirak edirdik. Şəxsin avtomobilini Qobu qəsəbəsində saxladıq. Şəxsi avtomobilinə minərkən saxladıq. Səhv etmirəmsə şəxsi öz avtomobili ilə polis bölməsinə gətirdik. Ancaq avtomobili kimin idarə etdiyini tam xatırlamıram. Şəxsin üzərindən aşkar olunmuş kitabça özünə məxsus kitabçadır. Kitabçada şəxsin ad-soyadı qeyd olunmuşdu və rəqəmlər yazılmışdı. Kitabça şəxsin satışları ilə bağlı idi. Həmin kitabçanı da qablaşdırıb götürdük. Onun üzərindən tərəzi də aşkar olundu. Mən avtomobildə hansı tərəfdə oturduğumu xatırlamıram. Kitabçada rəqəmlərin yazıldığını xatırlayıram, hansı rəqəmlərin yazıldığını xatırlamıram. Mən təqsirləndirilən şəxsin evinə getdiyimizi xatırlamıram. Şəxsin evinə baxış olmayıb. Şəxs narkotik vasitəni tanımadığı İran vətəndaşından aldığını bildirdi. Şəxs saxlanıldıqdan sonra başqa əməliyyat tədbiri keçirilməyib. Mənim istifamdə ********** nömrəli mobil telefon olub. Əməliyyat tədbiri keçirilən vaxt həmin mobil nömrə üzərimdə olub. Təqsirləndirilən şəxsin üzərindən başqa hansı əşya aşkar olunduğunu xatırlamıram. Təqsirləndirilən şəxsin üzərində bank kartı olduğunu xatırlamıram. Şəxsi saxladıqdan sonra X21 gətirdik. X21 gətirildikdən sonra videoçəkiliş aparıldı, bundan sonra şəxs Abşeron Rayon Polis İdarəsinə gətirildi və X12 aparıldı. Videoçəkiliş aparılan zaman şəxsin vəkili var idi, dövlət hesabına təmin olunmuşdu. Şəxs gecə saat 02:00 radələrində saxlanılıb. Bölməyə gətirildikdən dərhal sonra şəxsin üzərinə baxış keçirildi. Bu zaman səhv etmirəmsə hər hansı bir ləngimə, vəkilin gecikməsi kimi və s. hallar olmadı. Maşın polis bölməsinin həyətində saxlanıldı. Biz polis bölməsinə keçəndə maşının açarlarının kimdə qaldığı yadımda deyil. Maşının açarının təqsirləndirilən şəxsdə olub-olmaması yadımda deyil. Şəxsin üzərinə baxış keçirəndə üzərində maşın açarının olub-olmamasını xatırlamıram. İbtidai istintaq zamanı verdiyim ifadəni təsdiq edirəm. Əməliyyat məlumatı Şahid1 daxil olmuşdu. Daxil olan məlumatla bağlı əməliyyat-qeydiyyat işinin açılıbaçılmadığını xatırlamıram. Əməliyyat məlumatının həmin gün daxil olub-olmadığını xatırlamıram. Əməliyyat məlumatı Şahid1 daxil olduğu üçün dəqiq məlumatı o bilirdi, mən şəxsi saxlayanda Təqsirləndirilən şəxs olduğunu bildim. Şəxs saxlanılarkən heç bir müqavimət göstərməyib, ona hər hansı güc tətbiq etmək məcburiyyətində qalmamışıq. Tərəzi səhv etmirəmsə, sellofan torbada idi.” Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir: “28 avqust 2024-cü il tarixdə X16 gündəlik xidmətdə olduğum zaman bizə daxil olan əməliyyat məlumatı əsasında əməliyyat qrupu yaradıldı. Əməliyyat məlumatı Təqsirləndirilən şəxs Qobu qəsəbəsində “KİA OPTİMA” markalı, **-FY-*** dövlət qeydiyyat nişanlı avtomobillə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz istifadəsi, daşınması və satışı ilə məşğul olması ilə bağlı idi. Şahid2 adlı əməliyyat müvəkkili ilə birlikdə Qobu qəsəbəsində “Yeni Məhəllə” deyilən ünvanda sonradan adı bizə məlum olan Təqsirləndirilən şəxs avtomobili ilə birlikdə saxlayıb polis bölməsinə dəvət etdik. X16 vəkil və təhqiqatçının iştirakı ilə onun üzərinə baxış keçirildi. Daha sonra isə hətta özü avtomobilində də narkotik vasitə olduğunu bildirdi. Şəxsin inzibati binanın həyətində park etdiyi avtomobilə baxış keçirildi. Avtomobilin yük yerindən narkotik vasitə aşkar edilərək götürüldü. Şəxsin həm üzərindən, həm də maşınından narkotik vasitə aşkar olunaraq götürüldü. Şəxsdən həm narkotik vasitə heroin, həm də psixotrop maddə metamfetamin aşkar olunaraq götürüldü. ” Şahid1 məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir: “Narkotik vasitənin və psixotrop maddənin miqdarı dəqiq yadımda deyil. Ancaq külli miqdarda və bir neçə bükümdə olması yadımdadır. Əməliyyat qrupuna mən və Şahid2 daxil idi. Şəxs saxlanılarkən ona heç bir təzyiq olmayıb. Şəxsi avtomobili ilə birlikdə Qobu qəsəbəsində, evinin yaxınlığında saxladıq. Əməliyyat məlumatı şəxsin narkotik vasitələrin həm istifadəsi, həm də satışı ilə məşğul olması barədə idi. Narkotik vasitə və psixotrop maddə şəxsin həm üzərindən, həm də avtomobilindən aşkar olundu. Şəxsi Qobu qəsəbəsində avtomobilinə mindiyi zaman saxladıq. Şəxsi öz avtomobili ilə X21 dəvət etdik. Bir polis əməkdaşı Şahid2 da şəxsin yanında, onun avtomobili ilə polis bölməsinə gəldi. Mən səhv etmirəmsə öz avtomobilimlə polis bölməsinə gəldim. Şahid2 Təqsirləndirilən şəxs maşınını idarə edib-etmədiyini xatırlamıram. X21 gedənə qədər Təqsirləndirilən şəxs evinə getmədik. Polis əməkdaşlarından heç kim Təqsirləndirilən şəxs evinə gedib, baxış keçirməyib. Səhv etmirəmsə, şəxs üzərindəki balaca bükümlərdə olan narkotik vasitəni sağ yan cibindən çıxararaq təqdim etdi. Üzərindən çox müddət keçdiyi üçün dəqiq yadımda deyil. Təqsirləndirilən şəxs polis bölməsinə dəvət edənə qədər onun üzərinə və maşınına baxış keçirməmişik. Şəxsin üzərinə və maşınına polis bölməsində baxış keçirmişik. Şəxsi saxlayarkən üzərimdə ***-***-**-** mobil nömrəli telefon olub. Mobil nömrə öz adımadır, şəxs saxlanılan vaxt həmin mobil nömrədən istifadə etmişəm. Səhv etmirəmsə, Təqsirləndirilən şəxs polis bölməsinə gətiriləndən sonra valideynləri də polis bölməsinə gəlmişdi. Şəxsin həm atası, həm də anası gəlmişdi. Şəxsi saxlayarkən müqavimət göstərməsi, qaçmaq istəməsi kimi hallar olmayıb. Şəxs saxlanılarkən tək idi. Şəxsin yanında heç kim olmayıb. Şəxs saxlanıldıqdan bir müddət sonra valideynləri gəlib. Yəqin ki, təhqiqatçı valideynlərinə məlumat verib. Şəxs barəsində əməliyyat məlumatı mənə daxil olmuşdu. X18 əməkdaşları olmağımıza baxmayaraq, raport yazaraq əməliyyat tədbirində iştirak edə bilərik. Qərar qəbul edildi ki, Qobu ərazisində olan əməliyyat tədbirində X18 əməkdaşları olaraq biz iştirak edək.” Şahid1 məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi arasında ziddiyyət yarandığından, şahidin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və Şahid1 həmin ifadəsində göstərmişdir ki, hal-hazırda Abşeron Rayon Polis İdarəsinin X18 əməliyyat müvəkkili vəzifəsində xidmət edir, polis leytenantıdır. xx.xx.2024-cü il tarixdə gecə saat 02 radələrində Abşeron Rayon Polis İdarəsinin X16 gündəlik xidmətində olan zaman əməliyyat məlumatı daxil olmuşdur ki, Elçin adlı şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğuldur, avtomobilində də həmin narkotik vasitə və psixotrop maddədən daşıyır və hal-hazırda Qobu qəsəbəsində, yeni yaşayış massivindədir. Odur ki, daxil olmuş əməliyyat məlumatı bölmə rəisinə məruzə olunandan sonra qəbul edilmiş qərar əsasında onun və əməliyyat müvəkkili, polis leytenantı Şahid2 ibarət əməliyyat qrupu yaradılmış və birlikdə Qobu qəsəbəsində yerləşən təzə məhlələrə gedib adı və soyadı sonradan ona məlum olan Təqsirləndirilən şəxs idarə etdiyi “Kia Optima” markalı **-FY-*** dövlət qeydiyyat nişanlı avtomobillə birlikdə saxlayıb X21 dəvət etmişlər. Sonradan adının Təqsirləndirilən şəxs olduğunu bildiyi şəxs də heç bir etiraz etməyib onlarla birlikdə polis bölməsinə gəlmişdir. Abşeron Rayon Polis İdarəsinin X18 inzibati binasında Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən hüquqları və üzərinə şəxsi axtarış keçirilməsinin zəruriliyi izah edilərək, ərizəsi əsasında vəkil dəvət edilmiş, vəkili gəldikdən sonra Təqsirləndirilən şəxs ilə onun vəkili arasında konfidensial görüş təmin edildikdən sonra video çəkiliş ilə və müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl ondan paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim edilməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əlində olan qara rəngli sellofan paketi təqdim edərək həmin paketin içində olan ağ kağıza bükülmüş beş ədəd bükümdə olan kütlələri və bir ədəd şəffaf sellofan paketdə olan kütləni təqdim edərək həmin bükümlərdəki kütlələrin psixotrop maddə olan metamfetamin və narkotik vasitə olan heroin olmalarını, bir ədəd şəffaf sellofan paketdə olan kütlənin isə psixotrop maddə olan metamfetamin olmasını bildirmişdir. Sonra Təqsirləndirilən şəxs təqdim etdiyi qara rəngli sellofan paketin içində olan ağ kağıza bükülmüş beş ədəd bükümlər və bir ədəd şəffaf sellofan paketdə olan kütlə qablaşdırılmış, DİN-in 246 saylı möhürü ilə möhürlənmiş, üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra Təqsirləndirilən şəxs icarəyə götürüb sürdüyü ağ rəngli, “Kia Optima” markalı, **-FY-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerindədə narkotik vasitə olan heroin olduğunu, avtomobilinə baxış keçirilməsinə etirazının olmamasını bildirmiş, sonra X18 inzibati binasının qarşısında park edilmiş Təqsirləndirilən şəxs idarə etdiyi “Kia Optima” markalı, **-FY-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış zamanı, Təqsirləndirilən şəxs özünə məxsus avtomobilin yük yerində olan üzərində sarı rəngli it rəsmi olan sellofan paketin içində olan iki ədəd tərəzi və bir ədəd, göy rəngli, üzərinə "Elçin Alizade" yazılmış içində qeydlər olan kitabçanı, dörd ədəd şəffaf sellofana bükülmüş tünd qəhvəyi rəngli kütləni təqdim edərək həmin kütlələrin narkotik vasitə olan heroin olmasını bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs təqdim etdiyi üzərində sarı rəngli it rəsmi olan sellofan paketin içində olan iki ədəd tərəzi və şəffaf sellofana bükülmüş dörd ədəd bükümdə narkotik vasitə olan heroinə bənzər kütlə qablaşdırılmış, DİN-in 246 saylı möhürü ilə möhürlənmiş, üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, lakin Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı sonuncunun üzərindən qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Həmçinin Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd, göy rəngli, üzərinə "Elçin Alizade” yazılmış içində qeydlər olan kitabça sübut əhəmiyyəti kəsb etdiyi üçün götürülərək qablaşdırılmış, DİN-in 246 saylı möhürü ilə möhürlənmiş, üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş narkotik vasitə olan heroinə bənzər kütlələri və psixotrop maddə olan metamfetaminə bənzər kütlələri xx.xx.2024-cü il tarixdə axşam saatlarında Abşeron rayonu, Qobu qəsəbəsi ərazisində tanımadığı İran İslam Respublikasının vətəndaşından aldığını, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir (cild 01, iş vər. 169-171). İbtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunduqdan sonra Şahid1 ona ünvanlanan suallara cavab olaraq göstərmişdir: “Şəxsin təqdim etdiyi qara rəngli sellofandan həm metamfetamin, həm də heroin aşkar olundu. Dəqiq yadımda deyil, qarışıq idi. Şəxs kitabçasını təqdim etdi, üzərində ad və soyadı var idi, əlavə olaraq da tərəzi aşkar olundu. Kitabçanın şəxsin cibində olması dəqiq yadımda deyil, deyəsən şəxsin çantasında idi. Səhv etmirəmsə, kitabça və tərəzi maşından aşkar olundu. Təqsirləndirilən şəxs X16 izahatını aldıq. Şəxs narkotik vasitə və psixotrop maddəni tanımadığı İran vətəndaşından aldığını söylədi. İbtidai istintaqda verdiyim ifadəni təsdiq edirəm.” Məhkəmə istintaqı zamanı müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X7 ifadəsində göstərmişdir: “Biz evdə idik. Qızım əməliyyat olduğuna görə avqustun 27-si 2024-cü il tarixdə, axşam saatlarında oğlum Elçinlə qızıma baş çəkməyə gedirdik. Sonra qonağım gəlməli idi, ancaq gələsi olmadı. Axşam saat 22:20-22:25 radələrində Elçin bacısına baş çəkməyimizi söylədi. Mən əvvəlcə gec olduğuna görə getmək istəmədim, ancaq Elçin yollar açıqkən getməyimizin yaxşı olacağını, sabah işdə olacağımı dedi. Biz hazırlaşıb qapıdan çıxanda rayondan baldızım gətirdiyi üzümlərdən bir azını da sellofan torbaya yığıb götürdük. Elçin və mən qapıdan çıxan kimi iki-üç nəfər polis əməkdaşı yaxınlaşdı və həyətdə də iki-üç polis maşınının dayandığını gördük. Polis əməkdaşları sellofan torbanın içərisindəki üzümü çıxarıb yanında daşdan hörülmüş taxtın üzərinə atdılar. Polis əməkdaşları Elçinin qolunu bağladılar. Mən bunun səbəbini soruşanda bir azdan səbəbini biləcəyimizi söylədilər. Polis əməkdaşları evə daxil oldular və evin hər bir tərəfinə baxış keçirdilər. Yoldaşımın ürəyi xəstə olduğu üçün vəziyyəti pisləşdi, zorla özünə gətirməyə çalışdıq. Evimizin hər bir tərəfinə-həyətimizdəki anbara, itin damına belə baxış keçirdilər, ancaq heç nə aşkar etmədilər. Bu müddətdə həyat yoldaşım da artıq özünə gəldi. Polis əməkdaşları onunla birlikdə X21 getməli olduğumuzu söylədilər. Biz bölməyə çatanda Elçin yox idi. Uzun müddət gözlədik, ancaq Elçin gəlmədi. Polis əməkdaşlarından Elçinin harada olduğunu soruşanda Elçinin gələcəyini bildirdilər. Biz gecə saat 03:00-03:30-a qədər Elçini polis bölməsində gözlədik, ancaq onu görmədik. Polis bölməsinin rəisinin müavini həm bizi polis bölməsinə aparmışdı, həm də polis bölməsindən gətirdi, evimizin həyətinə düşürdü. O, bizə narahat olmamağı, sabah məlumatlandırılacağımızı bildirdi. Səhəri gün yoldaşım polis bölməsinə zəng edəndə, artıq Elçini Xırdalana göndərdiklərini bildirdilər.” Əlavə şahid Mətanət Heydərli məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir: “Biz öz maşınımızda polis bölməsinə getmişik. Həmin maşını Elçin icarəyə götürmüşdü. Maşını idarə edən şəxs bizə polis idarəsinin rəisinin müavini olduğunu bildirdi. Ancaq mən onun xidməti vəsiqəsinə baxmadım. Maşında polis əməkdaşı özü, uşaqları haqqında danışdı. Bizi apardıqları maşın ağ rəngli “Hyundai” markalı maşın idi və polis bölməsinin həyətində qaldı. Bizi polis bölməsinə gətirən polis əməkdaşı da uzun müddət bizimlə birlikdə otaqda oturdu. Biz saat 4-ün yarısı evə gedəndə maşınımız hələ də həyətdə idi. Polis əməkdaşı bizi öz maşınımızla deyil, başqa maşınla evimizə gətirdi. Maşınımızın açarı polisdə idi. Açarı bizə təqdim etmədilər. Mən hadisənin baş verdiyi gün ***-***-**-** nömrəli mobil telefondan istifadə etmişəm. Həmin vaxt yanımda yoldaşım var idi. X23 bizim yaşadığımız evdən xeyli uzaqdadır. Ancaq dəqiq məsafəni bilmirəm. Biz Qobu qəsəbəsində kərpic zavodu ilə üzbəüz yerdə yaşayırıq. Elçinin evdə üzərini yoxlamamışdılar, sadəcə telefonunu götürmüşdülər. Bəlkə də Elçinin üzərini də yoxlamışdılar. Özümüzdə olmadığımıza görə dəqiq yadımda deyil. Həmçinin, mənim və yoldaşımın da telefonunu götürdülər. Elçinin üzərində nazik qısaqol köynək və nazik idman şalvarı var idi. Yəni cibində nəsə olsa bilinərdi. İki övladım-bir qızım və bir oğlum var. Elçin taksi fəaliyyəti ilə məşğul olub. Mən market işlədirəm. Yoldaşım əvvəl işləyirdi, hal-hazırda işləmir. O, təqaüdçü deyil, ev-həyət işləri ilə məşğul olur. Elçin əvvəl sürücü kimi işləyirdi. O, tutulana qədər Çindən gətirilən telefonun aksessuarlarının onlayn satışı ila məşğul idi. Bizim özümüzün “Opel” markalı maşınımız var. Maşın oğlumun adınadır, ancaq həm oğlum, həm də yoldaşım sürürdü. Oğlum tutulmazdan öncə ağ rəngli “Hyundai” markalı maşını icarəyə götürmüşdü. Bizim öz “Opel” markalı maşınımız xarab olmuşdu, motoru dayanmışdı və ustada idi. Mənim mağazaya mal gətirəndə maşına ehtiyacım var idi. Taksi bizə malların gətirilməsində sərf etmirdi. Çünki taksilərin heç bir topdan satış yerlərindən mal alanda uzun müddət gözləmir. Ona görə də Elçinə icarəyə maşın götürməsini xahiş etdim. Mən Elçinin maşını hansı qiymətə icarəyə götürdüyünü dəqiq bilmirəm. Yəqin 30-40 manata icarəyəyə götürərdi. Bizim mağazaya iki gündən bir mal gəlirdi. Bizim həmin vaxt maşına çox ehtiyacımız var idi, qızım da əməliyyat olmuşdu. Ona baş çəkmək üçün də maşına ehtiyacımız var idi. Buna görə də oğlumla belə qərara gəldik ki, maşın icarəyə götürək. Oğlum Çindən onlayn qaydada telefon aksessuarları gətirirdi. Oğlumu bir dəfə dekabr ayında narkotik vasitə istifadəçisi olduğuna görə Asəf Səngərlinin yanında müalicə etdirmişdim. Polis əməkdaşları evə gələndə oğlumun qolunu arxadan bağladılar. Ancaq mən hər hansı döymə və söyüş kimi halların olduğunu görmədim. Oğlum polis əməkdaşlarına narkotik vasitə və ya psixotrop maddə təqdim etmədi. Mənim yoldaşımın vəziyyəti pisləşdi və polis əməkdaşlarının ikisi mənimlə birlikdə həyat yoldaşımın yanında dayandı. Mənim oğlumun polis əməkdaşlarına 1-2 qram narkotik vasitə təqdim etməsindən xəbərim oldu. Ancaq onu harada təqdim etməsindən xəbərim olmadı. Oğlum marketdə də mənə kömək edirdi. O, hər şeyi mənə danışmır. Ancaq onun oyunlar oynadığını bilirəm. Bir neçə dəfə ona etirazımı bildirmişəm ki, əgər uduzsa bizim onu ödəyəcək imkanımız olmayacaq. İndiki uşaqlar hər şeyi valideynləri ilə bölüşmürlər, həmçinin Elçin uşaq deyil ki, mən onun nə etdiyini güdüm. Elçin rəsmi olaraq işləmirdi, lakin marketdə mənə kömək edirdi. Elçin nişanlı idi və oktyabrın 20-si toyu olmalı idi. Biz toyun tarixini dəyişmişdik, öncədən şadlıq evinə beh vermişdik. Mənim Elçinin maşın icarəyə götürməsindən xəbərim var idi. Biz birlikdə qərara gəlmişdik. Maşının icarə pulu ümumilikdə büdcəmizdən gedirdi. Bizim mağazamız var, neçə vaxtdır ki, işləyirik. Biz öz maşınımızı da düzəltdirəcəkdik, ancaq vaxt olmadığı üçün düzəltdirə bilmirdik. Elçin narkotik vasitə istifadə etdiyindən məlumatlı idim, onu müalicə etdirmişdim. Elçinin narkotik vasitənin satışı ilə məşğul olması mümkün deyil. Polis əməkdaşları bizə axşam saat 22:00-23:00 arası gəlmişdi. Ancaq axşam saat 22:30 olmazdı. Qızımgilə gedəcəyim üçün vaxt yadımda idi. Polis əməkdaşları 40 dəqiqə evi axtardılar. Evimiz iki mərtəbəli idi. Həm aşağı, həm də yuxarı mərtəbəni axtardılar. Axşam saat 12-yə işləmiş polis bölməsinə getdik. Biz X16 gözlədik. Elçini polis bölməsinə gətiriləndə görmədik. Öz maşınımızla polis bölməsinə gəldik, Elçini isə polis əməkdaşları öz maşınlarında gətirmişdilər. Biz Elçinin icarəyə götürdüyü maşınla polis bölməsinə gəldik. Maşını idarə edən şəxs özünün bildirdiyinə görə rəis müavini idi. Maşında həyat yoldaşım, mən və rəis müavini var idi. Elçini deyəsən qara rəngli “Mersedes” markalı maşında apardılar. Həmin vaxt mənim maşının markaları dəqiq yadımda qalmamışdı. Biz evə rəis müavinin “Cip” markalı maşını ilə geri qayıtdıq. Bizə məxsus evin təhlükəsizlik kameraları var. Fləşkartda olan kamera görüntüləri qonşuya məxsus təhlükəsizlik kamerasının görüntüləridir, ancaq bizim evi də çəkir. Bizim təhlükəsizlik kameralarını hadisə günü rəis müavini olan şəxs götürdü. Mən nə üçün götürdüklərini soruşanda lazım olduğunu və geri qaytaracaqlarını bildirdilər. Mən onların nəyəsə nəzarət edəcəklərini düşündüm. Bir həftədən sonra təhlükəsizlik kameralarını qaytaranda videogörüntülər silinmişdi. Evdə hadisə günü Elçin, mən və həyat yoldaşım var idi. Biz həyat yoldaşımı evdə qoyub oğlumla qızımgilə gedəcəkdik.” Məhkəmə istintaqı zamanı müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X9 ifadəsində göstərmişdir: “Hadisənin baş verdiyi gün, yəni Elçin polis əməkdaşları tərəfindən tutulub aparılan gün saat 11:30-da Elçin və anası əlində üzüm qızım xəstə olduğu üçün ona baş çəkməyə gedəcəkdilər. Mənə də qızımgilə getməyi təklif etdilər, ancaq mən özümü narahat hiss etdiyim üçün getmədim və onlara getmələrini söylədim. Mən həyətdə balaca küçüklə oynayırdım. Üzərindən müəyyən vaxt keçdikdən sonra 7-8 nəfər içəri daxil oldu. Həmin şəxslər içəri daxil olduqdan sonra mən ayağa qalxdım və nə baş verdiyini soruşdum. Sonuncu şəxsin yanında oğlumun qolu qandallı içəri daxil olduğunu gördüm və nə baş verdiyini soruşdum, həmin şəxslər bir azdan nə baş verəcəyini söyləyəcəklərini bildirdilər. Bundan sonra mən təxminən 15-20 dəqiqə müddətində huşumu itirmişəm. Həyat yoldaşım mənə dərman gətirib vermişdi. Mən özümə gəldikdən sonra evə daxil olan şəxslər mənim vəziyyətimi soruşdular və hər şeyin yaxşı olacağını dedilər. Onlar evə baxış keçirəcəklərini söylədilər. 4-5 nəfər evə daxil oldu, 2-3 nəfər isə evin arxasına gəldilər. Mən yoldaşıma həmin şəxslərlə birgə evə daxil olmağı söylədim ki, birdən evdən pulları götürərlər. Bundan sonra yoldaşımla birlikdə səkidə oturdum. Şəxslər evə girib-çıxdılar, təxminən 30-40 dəqiqə evi axtardılar. Evdən heç nə tapa bilməyib çıxdılar. Onlar bizə onlarla getməyimizi söylədilər. Mən onlarla getməyimizin səbəbini soruşdum. Onlar polis bölməsinə getdikdən sonra biləcəyimi dedilər. Onlar evdən çıxdılar, mən də çıxanda 4 dənə maşının dayandığını gördüm. Deyəsən, həmin maşınların içində “BMW”, “Hyundai” və “Mercedes” markalı maşınlar da var idi. Bizim həyətdə də maşın dayanmışdı. Oğlum həmin maşını “Rent a car”-dan götürmüşdü. Yoldaşım və məni “Rent a car”-dan götürülən maşına otuzdurdular. Polis əməkdaşı da həmin maşını idarə edirdi. Biz polis bölməsinə yola düşdük. Maşının güzgüsündən arxaya baxanda üç maşının bizimlə birlikdə çıxdığını, 1 maşının isə evin həyətində qaldığını gördüm. Biz “Arkanın” yanına çatanda maşını sürən polis əməkdaşına zəng gəldi. 2-3 dəqiqə vaxt keçdikdən sonra yenidən zəng gəldi. Zəng edən adam Elçinin valideynlərini aparmağı söyləyirdi. Biz polis bölməsinə gəldik, bizi xoş münasibətlə qarşıladılar. Hadisəni olduğu kimi danışdıq. Mən Elçinin harada olduğunu soruşdum. Polis əməkdaşları Elçinin gələcəyini söylədilər. Hardasa təxminən 2-3 saat orada oturduq, Elçinin gəlməsini gözlədik. 3-4 saatdan sonra Elçini gətirdilər. Bundan sonra Elçini görmədim. Mən məsələnin nə olduğunu soruşanda polis əməkdaşları sabah gələndə bildirəcəklərini dedilər. Gecə saat 4 olardı ki, polis əməkdaşları bizi öz maşınları ilə həyətə düşürdülər. Onlar bizdən kompüteri istədilər, mən nə üçün istədiklərini soruşanda, onlar baxış keçirib qaytaracaqlarını söylədilər. Polis əməkdaşları kompüteri söküb götürdülər, həyətdəki üzümdən yedilər, mən özüm də onlara 3-4 salxım pay verdim. Daha sonra bizimlə sağollaşdılar və sabah görüşəcəklərini dedilər. Səhəri gün günorta saat 11:00-da rəisin müavininə zəng etdim. O arıq, uzun bir oğlan idi. Mən vəziyyətin nə yerdə olduğunu soruşanda və onun yanına gəlmək istədiyimi söyləyəndə o, artıq iş-işdən keçdiyini dedi. Mən nə baş verdiyini və bir valideyn kimi nə etməli olduğumu soruşdum. O, mənə Abşeron Rayon Baş Polis İdarəsinə getməyi söylədi. Mən ona bizə heç bir şeyin olmadığını və Elçini buraxacaqlarını söylədiklərini bildirdim. Həmin şəxs polis idarəsinə gəldikdən orada bu məsələnin müzakirə ediləcəyini bildirdi. ” Əlavə şahid Güloğlan Əliyev məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir: “Biz “Rent a car”dan götürülmüş “Hyundai Sonata” markalı avtomobillə polis idarəsinə getdik. Avtomobili polis əməkdaşlarından biri idarə edirdi. Maşın polis idarəsində 3-4 saat olanda maşının açarı polis əməkdaşlarında qaldı. Bizi evə həmin maşınla aparmadılar. Polis idarəsinə gedəndə mobil telefonumu polis əməkdaşları almışdılar. Evdə sınıq sökük nə varsa, hər şeyi polis əməkdaşları götürmüşdülər. Polis əməkdaşı bizi evə gətirəndə yoldaşım iş adamı olduğu üçün müştərilərinin ona zəng etdiyini, qaz pulu, işıq pulu kimi kommunal ödənişlərin edildiyini söylədim. Bundan sonra polis əməkdaşı telefonları yoxladıqdan sonra mənim və yoldaşımın telefonunu qaytardı. Həmin gün polis idarəsindən qayıdanda telefonu bizə geri qaytardılar. Həmin gün üzərimdə ********** nömrəli mobil telefon var idi. Oğlum aparılanda üzərində nazik idman geyimi, qara rəngdə, qolu qısa köynək və nazik bir şalvar var idi. Şalvarının cibi elə idi ki, ordan ancaq telefon görünə bilərdi. Oğlumu polis idarəsində gözləyən vaxt vəkilin gəldiyini görməmişəm. Mənim evim iki anbarın arasındadır. Sağda da, solda da anbar var. Yol bizə iki yerdən gəlir. Bizim və qonşunun kameraları anbarın sağını və solunu göstərir. Kamera 7 gün sonra qaytarılanda qohumlar kameraya baxmağımızı söylədilər. Biz kameraya baxanda videolar artıq silinmişdi. Yoldaşımla birlikdə qərara gəldik ki, qonşulara müraciət edib polislərin nə üçün gəldiyini, o cümlədən necə və neçə nəfər polisin bizim evə gəldiyini müəyyənləşdirmək və oğluma kömək etmək üçün kamera görüntülərini götürək. Düşündük ki, bəlkə narkotik vasitə oğlumun üzərinə qoyulub. Mən qonşunun evinə getdim. Onu o qədər də tanımırdım. O, mənə müdiriyyətin olmadığını dedi. Mən ondan telefon nömrəsini verməyi, bir söz soruşacağımı söylədim. Həmin qonşunun adını bilmirəm, mənim onlarla münasibətim olmayıb. Bu qonşudan bir cavab ala bilmədim. Digər qonşunun anbarının mühafizəçisi ilə hər gün görüşüb salamlaşıram, hərdən həyətdə samovar çayı qaynadanda onu çaya dəvət edirəm. Mən Elnura baş verənləri dedim. Elnur kamerasının videogörüntülərinin telefonunda olduğunu, gəlib-gedənə telefondan baxdığını söylədi. Mən onun kamerasından çıxarış istədim. O, məndən çıxarışın nə üçün lazım olduğunu soruşdu. Mən də oğlumun polis əməkdaşları tərəfindən aparıldığını, kimin bizim evə necə daxil olduğunu görmək istədiyimi bildirdim. O, mənə heç bir problem olmadığını dedi və görüntüləri çıxarıb yoldaşımın telefonuna göndərdi. Mən ona təşəkkürümü bildirdim. Mənim yoldaşım mağaza işlədirdi, həmçinin Elçinin toyu ərəfəsi olduğu üçün və toya da maşın gərəkli olduğuna görə maşın icarəyə götürmüşdük. Maşın almaq üçün imkan yox idi, həm də bizim öz maşınımızın motoru xarab idi. Usta təmirinin 10-15 gün vaxt çəkəcəyini söyləmişdi. Elçinlə razılaşdıq ki, icarəyə maşın götürək. Elçin hər gün topdan mağazalardan mal almaq üçün, həm də nişanlısıyla görüşmək üçün maşının vacib olduğunu, öz maşınımız düzəldikdən sonra icarəyə götürdüyü maşını geri qaytaracağını söylədi. Biz polis bölməsində olanda polislər evin açarını alıb yenidən evə qayıtmışdılar. Polislər bizi evdən çıxaranda evin açarının harada olduğunu soruşdum. Açar həm məndə, həm də yoldaşımda var idi. Mənim açarım evdə idi. Yoldaşımdan evin açarını aldım. Hər kəs evdən çıxdıqdan sonra, mən köməkçi qapını bağladım. Bu zaman polis əməkdaşlarından biri açarı ona verməyimi söylədi. Mən düzü onun məndən nə üçün açarı almaq istədiyini fikirləşmədim və açarı verdim. Biz getdikdən sonra, polis əməkdaşlarından biri arxaya baxaraq maşının dayandığını dedi. Mən maşının niyə dayandığını soruşdum. O, həmin maşının bir az nasaz olduğunu söylədi. Həmin maşın qaldı, biz çıxıb getdik. Kamerada bütün görüntülər var. Mən evə gələndə balaca itin ağzına təpik vurulduğu üçün ağzının qanadığını gördüm. İt evdə yad biri olanda içəri daxil olmağa qoymur. Mən evin qapısını bağladıqdan sonra, polis əməkdaşı açarı ona verməyimi söylədi. Həm evin, həm də çöl qapının açarı var idi. Mən elə bildim ki, açarı polis əməkdaşına versəm, problem olmayacaq, çünki mən də, oğlum da təmizik. Mənim özümün “Opel” markalı avtomobilim var idi. “Kia” markalı avtomobil icarəyə götürülmüşdü. Elçinlə məsləhətləşib maşını icarəyə götürmüşdük. Elçin hadisədən 3-4 gün əvvəl rayona xalasıgilə gəzməyə getmişdi. Maşının motoru yolda xarab olmuşdu. Elçin məndən maşını hara qoymağımı soruşanda maşını evakuatora qoyub Lökbatan dairəsinə gətirməsini söylədim. Elçin maşını Lökbatan dairəsinə gətirdi. Elçin evə gələndə mən maşına nə olduğunu soruşdum. O, maşının yağ tökdüyünü və dayandığını söylədi. Maşın xarab olmuşdu. “Kia” markalı avtomobil mağaza işlətdiyimiz üçün gündəlik topdan mağazalardan mal almaq üçün lazım olur. Həmçinin, toy ərəfəsi olduğundan, toya təxminən 20-25 gün vaxt qaldığı üçün maşın lazım idi. Elə gün olur ki, hər gün topdan mağazalara gedirik. Topdan mağaza Hökməli qəsəbəsi dairəsində yerləşir. Bizim evdən Hökməli qəsəbəsinə qədər 6-7 km məsafə var. Mənim taksiylə topdan malları gətirməyim 4-5 saat vaxt alır. Mən topdan mağazadan malları alıb mağazaya gətirirəm. Taksiylə mənim malları gətirməyim baha başa gəlir. Taksiylə getmək təxminən 15-20 manata başa gəlir. Mənim başqa işlərim də olduğu üçün maşın lazım idi. Elçin maşının icarəsinə 30 manat verəcəyini söylədi. Bizi polis əməkdaşları evdən təxminən axşam saat 22:00-22:30 arası apardılar. Hardasa təxminən gecə saat 04:00-da evə gəlib çatmışdıq. Biz həmin müddətdə polis bölməsində idik. Bizi polis əməkdaşları Saray qəsəbəsindəki polis bölməsinə apardılar. Biz polis bölməsində 2 saatdan çox olardı ki, oturmuşduq. Mən rəis müavini kimi özünü mənə təqdim edən şəxsdən Elçinin nə vaxt gələcəyini soruşanda, o, narahat olmamağı, bir azdan gələcəyini söylədi. İbtidai istintaq zamanı məni dindirməyiblər. Məni heç kim bu işdə yaxına qoymayıb. Məhkəməyə qədər heç bir orqana şikayət etməmişəm, ancaq məhkəməyə müraciət etmişəm.” Məhkəmə istintaqı zamanı müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X8 ifadəsində göstərmişdir: “Mən Abşeron rayonu, Qobu qəsəbəsində yaşayıram. Təqsirləndirilən şəxs ilə qonşuyam. Evlərimiz arasında təxminən 10 metr məsafə var. Biz qapı-qapıya qonşuyuq. Mən müdafiə tərəfinə Elçinlə bağlı videogörüntü təqdim etmişəm. Kamera bizim həyət evinin çölü çəkən kamerasıdır. Kamera göstərilən yerə qədər çəkirdi. Kamera iki tərəfdə var. Mən hadisə ilə bağlı nəsə görməmişəm. Mənə Elçingilin evinə onlardan sonra kiminsə daxil olduğunu və videogörüntülərə baxmaq istədiklərini dedilər. Mən də videogörüntüləri telefonda təqdim edib göstərmişəm. Videogörüntülər hadisənin olduğu vaxta aid idi. Tarix olaraq təxminən 2024-cü ilin yay aylarına aid videogörüntülər idi.” Əlavə şahid Elnur Xankişiyev məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir: “Videoda göstərilən tarix və saat doğrudur. Kamera oradakı hər şeyi çəkir. Videogörüntünü hadisədən neçə gün sonra təqdim etməyim dəqiq yadımda deyil. Təqsirləndirilən şəxs valideynləri deyəsən, videogörüntüləri hadisədən 2-3 gün sonra istəyiblər. Videogörüntüdə olan şəxslərin polis əməkdaşı olub-omadığını bilmirəm, onları tanımıram. Mən hadisənin birbaşa şahidi olmamışam, məndən sadəcə videogörüntüləri istəyiblər. Kamera görüntüsünə özüm baxmamışam. Adətən bizim küçədə hər gün hər qapının qarşısında günorta vaxtları 3-4 maşın dayanır. Axşam vaxtları bəzən qapının qarşısında maşın dayanır. Bəzən də hər kəs maşınını evinin həyətində saxlayır.” Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli “Raport”dan görünür ki, həmin tarixdə Abşeron Rayon Polis İdarəsinə 1993-cü il təvəllüdlü, Abşeron rayonu, Qobu qəsəbəsi, “Sakit” məhəllə adlanan ünvanda yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur (cild 01, iş vər. 03). Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək məqsədilə onun ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır (cild 01, iş vər. 04). Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli “Raport”dan görünür ki, həmin tarixdə Əlizadə X5 rayonu, Qobu qəsəbəsi ərazisində saxlanılaraq Abşeron Rayon Polis İdarəsinin X21 gətirilmişdir (cild 01, iş vər. 06). Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli “Şəxsi axtarış və götürmə, nəqliyyat vasitəsinə baxış keçirilmə aparılması haqqında” protokoldan görünür ki, həmin tarixdə polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış, nəqliyyat vasitəsinə isə baxış keçirilmiş, şəxsi axtarış keçirilməzdən əvvəl ondan paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim edilməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əlində olan qara rəngli sellofan paketi təqdim edərək həmin paketin içində olan ağ kağıza bükülmüş beş ədəd bükümdə olan kütlələri və bir ədəd şəffaf sellofan paketdə olan kütləni təqdim edərək həmin bükümlərdəki kütlələrin psixotrop maddə olan metamfetamin və narkotik vasitə olan heroin olmalarını, bir ədəd şəffaf sellofan paketdə olan kütlənin isə psixotrop maddə olan metamfetamin olmasını bildirmişdir. Sonra Təqsirləndirilən şəxs təqdim etdiyi qara rəngli sellofan paketin içində olan ağ kağıza bükülmüş beş ədəd bükümlər və bir ədəd şəffaf sellofan paketdə olan kütlə qablaşdırılmış, DİN-in 246 saylı möhürü ilə möhürlənmiş, üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra, Təqsirləndirilən şəxs icarəyə götürüb sürdüyü ağ rəngli, “Kia Optima” markalı, **-FY-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerində də narkotik vasitə olan heroin olduğunu, avtomobilinə baxış keçirilməsinə etirazının olmamasını bildirmişdir. Daha sonra X18 inzibati binasının qarşısında park edilmiş Təqsirləndirilən şəxs idarə etdiyi “Kia Optima” markalı, **-FY-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış zamanı, Təqsirləndirilən şəxs özünə məxsus avtomobilin yük yerində olan üzərində sarı rəngli it rəsmi olan sellofan paketin içində olan iki ədəd tərəzi və bir ədəd göy rəngli, üzərinə "Elçin Alizade" yazılmış içində qeydlər olan kitabçanı, dörd ədəd şəffaf sellofana bükülmüş tünd qəhvəyi rəngli kütləni təqdim edərək həmin kütlələrin narkotik vasitə olan heroin olmasını bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs təqdim etdiyi üzərində sarı rəngli it rəsmi olan sellofan paketin içində olan iki ədəd tərəzi və şəffaf sellofana bükülmüş dörd ədəd bükümdə narkotik vasitə olan heroinə bənzər kütlə qablaşdırılmış, DİN-in 246 saylı möhürü ilə möhürlənmiş, üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Lakin Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı sonuncunun üzərindən qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Həmçinin Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd, göy rəngli, üzərinə "Elçin Alizade” yazılmış içində qeydlər olan kitabça sübut əhəmiyyəti kəsb etdiyi üçün götürülərək qablaşdırılmış, DİN-in 246 saylı möhürü ilə möhürlənmiş, üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş narkotik vasitə olan heroinə bənzər kütlələri və psixotrop maddə olan metamfetaminə bənzər kütlələri xx.xx.2024-cü il tarixdə axşam saatlarında Abşeron rayonu, Qobu qəsəbəsi ərazisində tanımadığı İran İslam Respublikasının vətəndaşından aldığını, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. Çəkilişin əks olunduğu DVD disk cinayət işinin materiallarına əlavə olunmuşdur (cild 01, iş vər. 28-29) Cinayət işinin materiallarında olan materialların məhkəmə ekspertizasının xx.xx.2024-cü il tarixli, 6/4354 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: "Azərbaycan Respublikası DİN Zərflər üçün №245"-li dairəvi möhür əksi, "Təqsirləndirilən şəxs (imza)" yazısı və imzalar olan qara rəngli polietilen bağlamadaki 1 (bir) ədəd şəffaf polietilen torbada təmiz çəkisi 380 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir, 5 (beş) ədəd üzəri ağ rəngli yapışqan lentlə bağlanmış bükümlərdə, onlardan 4 (dörd) ədədində hər birində 2 ədəd büküm olmaqla, digər birində isə 3 ədəd büküm olmaqla, ümumilikdə 11 ədəd bükümdən: 6 (altı) ədədində ayrı-ayrılıqda təmiz çəkiləri 49,681 qram,40,197 qram,38,764 qram,19,691 qram,40,143 qram 39,963qram, ümumi təmiz çəkisi 228,439 qram ağ rəngli kristalşəkilli maddələr kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir, 5 (beş) ədədində isə ayrı-ayrılıqda təmiz çəkiləri 55,188 qram, 59,222 qram, 39,694 qram, 58,839 qram, 200,009 qram, ümumi təmiz çəkisi 412,952 qram qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Tədqiqata təqdim edilmiş, üzərində: "Azərbaycan Respublikası DİN Zərflər üçün №245"-li dairəvi möhür əksi, "Təqsirləndirilən şəxs (imza)" yazısı və imzalar olan sarı rəngli rəngli polietilen bağlamadaki 4 (dörd) ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 500 qram, 500 qram, 500 qram, 500 qram, ümumi təmiz çəkisi 2000 qram qəhvəyi rəngli tozşəkilli maddələr kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir, 2 (iki) ədəd elektron tərəzinin üzərində metamfetaminin və heroinin izləri vardır. Vət. Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş heroinin ümumi təmiz çəkisi 2412,952 qram (2 kq 412,952 qr) təşkil edir və həmin heroinlər xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eynidirlər. Vət. Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş metamfetaminin ümumi təmiz çəkisi 608,439 qram təşkil edir və həmin metamfetaminlər xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eynidirlər. Təqdim edilmiş iki ədəd tərəzinin üzərində metamfetamin və heroin iz şəklində olduğu üçün, onların təmiz çəkisini və bükümlərdəki metamfetaminlə və heroinlə eyni kimyəvi tərkibli olub-olmamasını müəyyən etmək mümkün deyildir (cild 01, iş vər. 37-43). Cinayət işinin materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli, 1988 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində xəsarət aşkar edilməmişdir (cild 01, iş vər. 107-108). Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli “Mobil telefona baxış keçirilməsi haqqında” protokoldan görünür ki, şəxsi axtarış və götürmə aparılması zamanı Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 01 (bir) ədəd «İPHONE XS MAX» markalı mobil telefona istintaq zamanı baxış keçirilmiş, baxış zamanı mobil telefonun yaddaş qurğusunda «Euro» adı ilə qeydə alınmış «+98-919-583-1976» mobil nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrəyə xx.xx.2024-cü il tarixdə, xx.xx.2024-cü il tarixdə, xx.xx.2024-cü il tarixdə, xx.xx.2024-cü il tarixdə və xx.xx.2024-cü il tarixdə zəng edildiyi müəyyən edilmişdir. Bundan başqa telefonun «Sohbetler» hissəsinə daxil olduqda «Euro» adlı kontaktla əlaqə saxlanılması müşahidə edilir. «Euro» adlı kontaktın üzərinə basaraq daxil olduqda səsli mesajlar, görüntülü və səsli danışıqlar, o cümlədən fotoşəkillər, xəritə-məkan linkləri, mətn mesajları müşahidə edilir. Mesajların bir hissəsi silinmiş və bir neçə yerdə «bu mesaj silindi» ifadəsi qeyd edilmişdir. «Euro» adlı kontaktın profilinə daxil olduqda həmin profilin İran İslam Respublikası ölkə kodlu «+98- 919- 583-1976» mobil nömrəsi ilə qeydiyyatdan keçirildiyi müəyyən edildi. Təqsirləndirilən şəxs 10 dəfə səsli mesaj, 5 ədəd fotoşəkil, 5 ədəd xəritə-məkan məlumatını «+98-919- 583-1976» mobil nömrəsinə göndərməsi müəyyən edilmişdir. Həmin səslərin məzmunlarında olan ifadələr: Səsi: «Qaqa, evdəliklərləyəm, bir dənə gedim evdəkilər! düşürdüm atacam, Saray tərəfə gedirəm» Səs 2: «Qaqa, evdəliklərləyəm, yolum biraz uzaqdır, qoy gedim çatım atacam, biraz səbirli ol» Səs 3: «Hə qaqa yarım saat çəkəcək, dedim axı evdəkilərləyəm, səbirli ol da biraz» Səs 4: «Hə qaqa səhv getdiye» Səs 5: «Gözdə qaqa o biriləri də həll edirəm» Səs 6: «Hə atıram qaqa indi atıram» Səs 7: «Hə qaqa nə idi» Səs 8: «Qaqa evdəkiləri düşürdürdüm, düşürddüm, qoyuram 2 dəqiqəyə» Səs 9: «Hə yaxşı qaqa yaxşı bildim» Səs 10: «Hə yaxşı qaqa evə çatdım, 15-20 dəqiqə gözlə atacam» Həmçinin «+98-919-583-1976» mobil nömrəsindən Təqsirləndirilən şəxs mobil nömrəsinə «WhatsApp» sosial şəbəkəsindən 5 dəfə səsli mesaj göndərilmişdir. Həmin səslərin məzmunlarında olan ifadələr: Səs 1: «Yazısın atda bu neçə dənədi» Səs 2: «Yüz əlli dənə, əlli dənə yoxumuzduki» Səs 3: «Hacı qado alım o qırx, iyirmi varha, yaman tələsir» Səs 4: «Ə telefonu da açmırsan, ürəyimi yeyirəm, arada bir əl qağza, arada söz at» Səs 5: «Ədə qoymaya görə demirəm, ürəyimi yeyirəm ay mass, ən birinci qırx, iyirmini at, ondan sonra bir dənə qırx-altmışı at, onun ikisini gizləyəcəksənha, dərin yerə qoy sübhə yaxın götürəcəklər, sübh görürəcəklər» Təqsirləndirilən şəxs «Kontaktlar» bölməsində «+98-919-583-1976» mobil nömrəsini «Euro» adı ilə qeyd etsə də, həmin nömrənin «Rza» adlı İran İslam Respublikasının vətəndaşına məxsus olmasını bildirmişdir. Həmin mobil nömrəni «Euro» formasında qeyd etməsinin səbəbinin diqqət çəkməməsi üçün etdiyini bildirmişdir. Şəkil və videofaylların saxlanıldığı «Qalereya» bölməsinə daxil olduqda 149 ədəd fotoşəkil müəyyən edilmiş, həmin şəkillərdən 11-i müxtəlif boş ərazilərin fotoşəkilləridir. 1 ədəd fotoşəkildə isə 7 ədəd ağ rəngli yapışqan lentlə bükülmüş və hər birinin üzərində rəqəmlər qeyd edilmiş bükümlər vardır. Bükümlərin üzərində «30-70», «20-40», «40-60», «50-100», «40-60», «40-200», «40-60» rəqəmləri alt alta yazılmışdır. Baxışın əks olunduğu CD disk cinayət işinin materiallarına əlavə olunmuşdur (cild 01, iş vər. 140-149). Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli “Kitabçaya baxış keçirilməsi haqqında” protokoldan görünür ki, şəxsi axtarış və götürmə aparılması zamanı Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 01 (bir) ədəd üzərində «ELÇİN ALİZADE» sözləri, içərisində riyazi hesablamalarla gəlirlər barədə qeydlər aparılmış göy rəngli kitabçaya baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, göy rəngli üz qabığı olan kitabça 10.5 sm uzunluğu və 8.5 sm eni ölçülərindədir. Üz qabğında «ELÇİN ALİZADE» sözləri və 31.12.12 tarixi ağ rəngli boya və çap hərflərlə həkk olunmuşdur. Göy rəngli diyircəkli qələmlə səhifələnmişdir. 75 səhifədən ibarətdir. Üz qabğından sonrakı səhifə və arxa qabığından əvvəlki səhifə nömrələnməmişdir. Üz qabığından sonrakı səhifədə göy rəngli diyircəkli qələmlə «Ya Allah» ifadəsi, qırmızı rəngli boya qələmi ilə «05.11.93» tarixi qeyd edilmişdir. Kitabçanın 1-7 səhifə aralığında 63 ədəd sıra sayı ilə rəqəmlər və hesablamalar göy rəngli diyircəkli qələmlə yazılmış, sətir sonluğunda alınan cəm rəqəm $ işarəsi sonluğuna qeyd edilməklə qırmızı rəngli boyalı qələmlə rənglənmişdir. Ardıcıllıq və rəqəmlər aşağıdakı formada qeyd edilmişdir:

1. 50+10—75+20=95$

2. 400+100—600+200=800$

3. 500+100—750+200=950$

4. 432+200—648+400=1048$

5. 500+200—750+400=1150$

6. 500+200—750+400=1150$

7. 500+200—750+400=1150$

8. 500+200—750+400=1150$

9. 200—400=400$

10. 500+200—750+400=1150$ ..................................

62. 1000+280—1500+560=2060$ Kitabçanın 8-ci səhifəsində «Son Şans» ifadəsi qeyd edilmişdir. Kitabçanın 9-10, 17, 37-44 səhifələrində rəqəmlərlə hesablamalar barədə qeydlər diyircəkli qələmlə yazılmış, səhifənin biri xx.xx.2024 yazısı ilə başlanmışdır. 75-ci səhifənin arxa hissəsində «Təqsirləndirilən şəxs» ifadəsi 2 dəfə alt-alta, «faiz 10.000», «Günel 2500», «intiq 3000», «Tur 2650+890», «kapilk 460» ifadələri qeyd edilmişdir (cild 01, iş vər. 150-151). Cinayət işinin materiallarında olan Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 5(012)-1023/2024 nömrəli qərarından görünür ki, Abşeron Rayon Polis İdarəsinin X18 Cinayət Axtarış üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid1 tərəfindən qəbul edilmiş və Abşeron Rayon Polis İdarəsinin X18 rəisi, polis polkovnik-leytenantı Toğrul Hüseynov tərəfindən təsdiq edilmiş əməliyyat-axtarış tədbirinin aparılması barədə qərar qanuni hesab edilmişdir (cild 01, iş vər. 158-159). Cinayət işinin materiallarında olan əməliyyat tapşırığının xx.xx.2024-cü il tarixli, ********* nömrəli cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs üzərindən və avtomobilindən aşkar edilmiş narkotik vasitə və ya psixotrop maddəni əldə etdiyi mənbəni müəyyən etmək mümkün olmamışdır, bu istiqamətdə əməliyyat-axtarış tədbirləri davam etdirilir (cild 01, iş vər. 174). Cinayət işinin materiallarında olan ambulator məcburi-narkoloji tibbi yoxlama komissiyası tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 7663 nömrəli rəydən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində asılılıq sindromu aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (cild 01, iş vər. 185-186). Cinayət işinin materiallarında olan ambulator məhkəmə psixiatrik ekspertizasının xx.xx.2024-cü il tarixli, 3562 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işi materialları, anamnestik məlumatlar və hal-hazırki psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, onda hər hansı psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin hazırkı müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs ona ittiham olunan əməli törədənədək, cinayət əməlini törətdiyi zaman xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs cinayət əməlini törətdiyi zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Onun əməli CM-in 21.1-ci, 21.3-cü və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hər hansı psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyəti onun istintaq və prosessual hərəkətlərdə iştirak etməsinə və öz prosessual hüquq və vəzifələrini icra etməsinə imkan verir (cild 01, iş vər. 187-189). Cinayət işinin materiallarında olan xx.xx.2025-ci il tarixli “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddəni əldə etdiyi mənbənin müəyyən edilməsi üçün hazırki cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması qərara alınmışdır (cild 02, iş vər. 225-237) Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə istintaqı zamanı tədqiq edilən Azərbaycan Respublikası Baş Prokurorluğunun xx.xx.2025-ci il tarixli, 2-2-110/2- 124634/2025 nömrəli məktubu və ona əlavə edilmiş xx.xx.2025-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Abşeron Rayon Polis İdarəsinin X18 əməkdaşları tərəfindən hədə-qorxuya məruz qalması təsdiqini tapmadığından Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə istintaqı zamanı tədqiq edilən Abşeron Rayon Polis İdarəsinin X23 tərəfindən verilmiş xx.xx.2026-cı il tarixli, 59- 3/7/036 nömrəli məktub və ona əlavə edilmiş “Şəhər, rayon xətt polis orqanlarına gətirilmiş şəxslərin qeydiyyatı” kitabının surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 03:00-da Abşeron Rayon Polis İdarəsinin X21 gətirilmiş, saat 03:20-də Abşeron Rayon Polis İdarəsinin X12 təhvil verilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Həmin Məcəllənin 143-145.1-ci maddələrinin tələblərindən isə görünür ki, sübutların toplanması ibtidai araşdırma və məhkəmə baxışı zamanı istintaq və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış həmin sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmçinin hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. CM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. İş materiallarından görünür ki, daxil olmuş əməliyyat məlumatı əsasında 1993-cü il təvəllüdlü, Abşeron rayonu, Qobu qəsəbəsi, “Sakit” məhəllə adlanan ünvanda yaşayan Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 02:30 radələrində Abşeron rayonu, Qobu qəsəbəsi ərazisində saxlanılaraq Abşeron Rayon Polis İdarəsinin X21 gətirilmiş, şübhəli şəxs qismində tutulduqdan sonra müdafiəçinin də iştirakı ilə video çəkilişlə üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı üzərindən qara rəngli sellofan paketin içində olan ağ kağıza bükülmüş beş ədəd bükümdə psixotrop maddə metamfetaminə və narkotik vasitə heroinə bənzər kütlələr, o cümlədən bir ədəd şəffaf sellofan paketdə psixotrop maddə metamfetaminə bənzər kütlələr aşkar edilərək götürülmüşdür. Daha sonra, Təqsirləndirilən şəxs idarə etdiyi “Kia Optima” markalı, **-FY-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, baxış zamanı avtomobilin yük yerindən üzərində sarı rəngli it rəsmi olan sellofan paketin içində iki ədəd tərəzi, bir ədəd göy rəngli, üzərinə "Elçin Alizade" yazılmış içində qeydlər olan kitabça və dörd ədəd şəffaf sellofana bükülmüş tünd qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər kütlə aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş narkotik vasitə olan heroinə bənzər kütlələri və psixotrop maddə olan metamfetaminə bənzər kütlələri xx.xx.2024-cü il tarixdə axşam saatlarında Abşeron rayonu, Qobu qəsəbəsi ərazisində tanımadığı İran İslam Respublikasının vətəndaşından aldığını bildirmişdir. Aşkar olunmuş kütlələr müvafiq qaydada qablaşdırılmaqla götürülmüş və materialların məhkəmə ekspertizasına təqdim olunaraq müvafiq rəy alınmışdır. Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə kollegiyası hesab edir ki, cinayət işi başlamamışdan əvvəl xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs saxlanılması, o cümlədən üzərinə şəxsi axtarış və avtomobilinə baxış keçirilərək narkotik vasitə və psixotrop maddələrin aşkar edilməsi zamanı cinayət-prosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Həmçinin, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 5(012)- 1023/2024 nömrəli qərarı ilə Abşeron Rayon Polis İdarəsinin X18 Cinayət Axtarış üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid1 tərəfindən qəbul edilmiş əməliyyat-axtarış tədbirinin aparılması barədə qərar qanuni hesab edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 14 iyun 2024-cü il 8 №li qərarının 9-cu bəndinə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Eyni zamanda, sözügedən qərarın 12-ci bəndində göstərilmişdir ki, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi dedikdə, bu cinayətdə onu birlikdə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin qəsdən birgə iştirak etməsi başa düşülməlidir. CM-in 34.2-ci maddəsinin mənasına görə, CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, yəni cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərin icra edilməsinə başlanılana qədər cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Həmçinin, həmin qərarın 16-cı bəndində gösətilmişdir ki, CM-in 234.1-1-ci maddəsində bu Məcəllənin 234.1-ci maddəsində göstərilən əməllərin, 234.4.3-cü maddəsində CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində nəzərdə tutulmuş əməllərin külli miqdarda törədilməsinə, CM-in 234.4-1-ci maddəsində isə həmin Məcəllənin 234.1- 234.4-cü maddələrində nəzərdə tutulmuş əməllərin xüsusilə külli miqdarda törədilməsinə görə cinayət məsuliyyəti müəyyən edilmişdir. Odur ki, CM-in 234.1-ci maddəsində və ya 234.2 və 234.3-1-ci maddələrində nəzərdə tutulan əməllərin külli miqdarda və ya xüsusilə külli miqdarda törədilibtörədilməməsi məsələsi 961-İİQ nömrəli Qanun ilə təsdiq edilmiş müvafiq miqdarları özündə əks etdirən siyahılara uyğun (İ və İİ siyahılar) olaraq həll olunmalıdır. Sözügedən siyahıya (şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarına görə) əsasən narkotik vasitə heroinin 800 qramı, psixotrop maddə metamfetaminin isə 400 qramı xüsusilə külli miqdar təşkil edir. Məhkəmə kollegiyası məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4- 1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi özünün ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri, ekspert rəyləri, habelə cinayət işinin materiallarında olan və biri digərini tamamlayan digər sübutlar vasitəsi ilə tam sübuta yetirilmişdir. Odur ki, ona qanunla müəyyən edilmiş qaydada ədalətli cəza təyin edilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onların cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı özünü təqsirli bilməməsi və bununla bağlı bildirdiklərinə (üzərindən və avtomobilindən aşkar olunan külli miqdarda narkotik vasitə və psixotrop maddələrin, o cümlədən tərəzilərin ona məxsus olmaması, polis əməkdaşları tərəfindən üzərinə və idarə etdiyi avtomobilə qoyulması, əslində ittihamda göstərilən saatdan əvvəl - 27 avqust 2024-cü il tarixdə, saat 22:30 radələrində tutulması, əlində olan sellofan torbada üzüm olması, evində olan 1,5-2 qram narkotik vasitəni polis əməkdaşlarına təqdim etməsi, polis əməkdaşlarının təsiri nəticəsində tanımadığı şəxsə səsli mesajlar göndərməsi, o cümlədən polis əməkdaşlarının fiziki təzyiqi və döyülməsi nəticəsində məcbur qalıb aşkar olunan narkotik vasitə və psixotrop maddələri boynuna alması) gəldikdə isə məhkəmə kollegiyası təqsirləndirilən şəxs tərəfindən göstərilənlərə tənqidi yanaşır və qeyd edir ki, həmin xüsusatlar iş materialları ilə öz təsdiqini tapmamışdır. Belə ki, Təqsirləndirilən şəxs həm şübhəli şəxs qismində ifadə verərkən, həm də təqsirləndirilən şəxs qismində dindirilərkən – ümumilikdə ibtidai istintaq müddətində onun hüquqlarının qorunması məqsədilə ibtidai istintaq orqanı tərəfindən dövlət hesabına təmin olunmuş müdafiəçisi yanında olmuş, lakin bu barədə, yəni üzərindən və avtomobilindən aşkar olunan xüsusilə külli miqdarda narkotik vasitə və psixotrop maddələrin, o cümlədən tərəzilərin ona məxsus olmaması, sözügedən kütlələrin polis əməkdaşları tərəfindən üzərinə və idarə etdiyi avtomobilə qoyulması, əslində ittihamda göstərilən saatdan əvvəl tutulması, əlində olan sellofan torbada üzüm olması, evində olan 1,5-2 qram narkotik vasitəni polis əməkdaşlarına təqdim etməsi, polis əməkdaşlarının təsiri nəticəsində tanımadığı şəxsə səsli mesajlar göndərməsi, o cümlədən polis əməkdaşlarının fiziki təzyiqi və döyülməsi nəticəsində məcbur qalıb aşkar olunan narkotik vasitə və psixotrop maddələri boynuna alması barədə müdafiəçisinə heç bir söz deməmiş, etirazını bildirməmiş, ibtidai istintaq müddətində müstəntiqə, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora məlumat verməmiş, bundan əlavə barəsində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəmə qarşısına çıxarılarkən də bu barədə məhkəməyə bildirməmiş, məhkəmədə hazırki məsələyə aidiyyəti olduğunu, 20 günə toyu olacağını qeyd etmiş və barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə təqdimatla bağlı qərarı məhkəmənin mülahizəsinə buraxdığını bildirmiş, yalnız hazırki məhkəmə istintaqı zamanı bu halları qeyd etmişdir ki, məhkəmə bu halın müdafiə taktikasından irəli gələn hərəkətlər olması qənaətindədir. Həmçinin, iş materiallarında olan məhkəmə tibbi ekspertizasının rəyindən də görünür ki, şəxs polis əməkdaşları tərəfindən saxlanıldıqdan qısa müddət sonra ekspertizadan keçirilmiş və onun bədəni üzərində hər hansı xəsarət aşkar edilməmişdir. Digər tərəfdən, təqsirləndirilən şəxsin xx.xx.2024-cü il tarixdə, saat 22:30 radələrində polis əməkdaşları tərəfindən yaşadığı evin qarşısında anası ilə birlikdə saxlanılaraq evində yarım saata yaxın axtarış aparılması, 23:27-də polis əməkdaşlarının təqsirləndirilən şəxsin evindən çıxmaları, təqsirləndirilən şəxsi özlərinə məxsus “Hyundai Sonata” markalı avtomobillə daş karxanası deyilən yerə, valideynlərini isə təqsirləndirilən şəxsin icarə götürdüyü “Kia Optima” markalı avtomobillə X21 aparmaları, yalnız bir neçə saat sonra təqsirləndirilən şəxsin X21 gətirilməsi ilə bağlı müdafiə tərəfinin irəli sürdüyü arqumentlərə gəldikdə isə qeyd edilməlidir ki, müdafiə tərəfindən qaldırılan bu xüsusat təqsirləndirilən şəxsin üzərindən aşkar olunan və iş üzrə maddi sübut qismində tanınan narkotik vasitə və psixotrop maddələrin şəxsin üzərinə qoyulması ilə bağlı şübhələr yaratmağa əsas verdiyindən, məhkəmə kollegiyası bununla bağlı ətraflı araşdırma aparmaq üçün müdafiə tərəfinin vəsatətlərini təmin etmiş, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin anası, atası və qonşusu əlavə şahid qismində dindirilmiş, müdafiə tərəfinin təqdim etdiyi və içərisində videogörüntülər olan DVD disk məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmışdır. Qeyd olunmalıdır ki, sözügedən araşdırma zamanı da təqsirləndirilən şəxsin, o cümlədən ümumilikdə müdafiə tərəfinin Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 22:30 radələrində saxlanılması və onu saxlayan polis əməkdaşları tərəfindən bir neçə saat sonra Abşeron Rayon Polis İdarəsinin X21 gətirilməsi ilə bağlı irəli sürdüyü arqumentlər öz təsdiqini tapmamışdır. Belə ki, əvvəla sözügedən DVD diskdə olan videogörüntülərə baxış zamanı xx.xx.2024-cü il tarixdə, saat 22:50-dən 22:56-ya qədər olan müddətdə yaşayış evlərinin olduğu küçədə 4 ədəd avtomobilin dayandığı, 22:56-da 5 nəfər şəxsin yaşayış evlərindən birindən çıxaraq avtomobillərin yanında hərəkət etdikləri, 23:01-ə qədər olan müddətdə avtomobillərə minərək uzaqlaşdıqları, 23:21-də 1 avtomobilin həmin yaşayış evinin qarşısına gələrək dayandığı, avtomobildən 1 nəfər şəxsin düşərək orada olan hansısa tikiliyə daxil olduğu, 23:27-ə qədər olan müddətdə bir neçə şəxsin orada olan tikiliyə daxil olub çıxdıqları, 23:27-də həmin avtomobilin və orada olan tikilinin qarşısında dayanmış digər avtomobilin uzaqlaşdıqları görünsə də, həmin küçənin dəqiq hansı ünvan olmasını, gəlib-gedən şəxslərin polis əməkdaşları olub-olmamasını, ümumiyyətlə onların şəxsiyyətlərini, avtomobillərin hansı marka və dövlət qeydiyyat nişanlı olmasını müəyyən etmək mümkün deyildir. Digər tərəfdən, məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə istintaqı zamanı müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilən Mətanət Heydərli və Güloğlan Əliyev təqsirləndirilən şəxsin anası və atası olmaqla onun yaxın qohumları, eyni zamanda Elnur Xankişiyev təqsirləndirilən şəxsin qonşusu olmaqla onu əvvəldən tanıyan şəxsdir. Belə olan halda, həmin şəxslərin təqsirləndirilən şəxsin xeyrinə ifadə verməsi anlaşılandır. Habelə, həmin şəxslərin ayrı-ayrılıqda şahid qismində dindirilərkən qeyd etdiyi xüsusatlar məhkəmə istintaqı zamanı tədqiq olunan digər sübutlar vasitəsi ilə öz təsdiqini tapmamışdır. Belə ki, təqsirləndirilən şəxs ifadəsində polis əməkdaşları tərəfindən saxlanılarkən əlində olan sellofan torbada atasının həyətdən dərdiyi üzümlərin olduğunu bildirsə də, əlavə şahid Mətanət Heydərli bundan fərqli olaraq hazırlaşıb qapıdan çıxanda rayondan baldızının gətirdiyi üzümlərdən bir azını sellofan torbaya yığıb götürdüklərini qeyd etmişdir. Bundan əlavə, təqsirləndirilən şəxsin və əlavə şahidlər Mətanət Heydərli və Güloğlan Əliyevin narkotik vasitə və elektron tərəzilərin aşkar olunduğu “Kia Optima” markalı avtomobilin icarəyə götürülməsi məqsədilə bağlı da bildirdikləri ağlabatan deyildir. Məhkəmə kollegiyası qeyd edir ki, əlavə şahidlər ifadələrində özlərinə məxsus “Opel” markalı avtomobil xarab olduğu və taksiyə gündəlik 15-20 manat vermək sərfəli olmadığı üçün işlətdikləri mağazaya topdan mal gətirmək məqsədilə “Kia” markalı avtomobili icarəyə götürdüklərini bildirsələr də, Təqsirləndirilən şəxs ifadəsində toyu ərəfəsi olduğu üçün həmin avtomobili 20 günlük icarəyə götürdüyünü və buna görə gündəlik 50 manat ödədiyini bildirmişdir. Belə olan halda, mağazaya topdan mal gətirmək üçün icarəyə götürülmüş avtomobildən istifadə edilməsinin məntiqsiz və daha çox xərc çəkilməsinə səbəb olduğu görünür. Həmçinin, özlərinə məxsus avtomobilin xarab olduğu qeyd olunsa da, həmin avtomobilin həqiqətən də xarab olmasını və təqsirləndirilən şəxsin məhz məcbur qalaraq avtomobil icarəyə götürməsinə dair heç bir sübut da məhkəməyə təqdim olunmamışdır. Digər tərəfdən, əlavə şahid Elnur Xankişiyev ümumiyyətlə təqsirləndirilən şəxsin nə vaxt və hansı şəraitdə saxlanılmasını bilavasitə görməmiş, yalnız özünə məxsus həyət evinin çölünü çəkdiyini iddia etdiyi kamerada olan videogörüntüləri müdafiə tərəfinə təqdim etmişdir. Lakin, həmin kameranın həqiqətən onun yaşadığı ünvanın qarşısındaki küçənin olub-olmamasını təsdiq edən hər hansı bir sübut müdafiə tərəfindən məhkəməyə təqdim olunmamışdır. Odur ki, məhkəmə kollegiyası sözügedən əlavə şahidlərin məhkəmə istintaqı zamanı verdiyi ifadələri əsaslı sübut növü olaraq qəbul etmir. Təqsirləndirilən şəxsin üzərindən aşkar olunan kitabçada apardığı qeydlərin şəxsi biznesi-kriptovalyuta (bitcoin) alqı-satqısı ilə bağlı olması, qeyd olunan pul məbləğlərinin nağd və qazanılması ehtimal edilən məbləğlər olması və narkotik vasitələrə heç bir aidiyyətinin olmaması ilə bağlı bildirdiklərinə gəldikdə isə məhkəmə kollegiyası buna da tənqidi yanaşır. Belə ki, texniki imkanların inkişaf etdiyi hazırki dövrdə Təqsirləndirilən şəxs sözügedən məbləğlərin qeydiyyatını telefon, planşet və ya kompüterdə - məhz şəxsi hesabında deyil, yalnız kiçik bir kitabçada aparması məhkəmə kollegiyasında həmin qeydlərin məhz narkotik vasitələrin alqı-satqısı ilə bağlı olduğu və Təqsirləndirilən şəxs məqsədli şəkildə diqqət çəkməmək üçün bu yoldan istifadə etdiyi qənaətini formalaşdırmışdır. Odur ki, bütün bunları ümumiləşdirən məhkəmə kollegiyası təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı qeyd etdiklərinin müdafiə taktikasından irəli gələn hərəkətlər olması qənaətinə gələrək Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı qeyd etdiklərinə müdafiə xarakterli ifadə kimi yanaşır, əksinə təqsirləndirilən şəxsin ibtidai araşdırma dövründə müdafiəçinin də iştirakı ilə narkotik vasitənin və psixotrop maddənin necə və hansı yolla əldə olunması, saxlanması, daşınması, o cümlədən qabaqcadan əldə olunmuş razılığa əsasən pul müqabilində narkotik vasitə və psixotrop maddənin deyilən yerdən götürülüb başqa yerlərə qoyulması və s. barədə verdiyi ifadələrini işin faktiki halları və mövcud sübutlarla üst-üstə düşdüyünü əsas götürərək, ona elan olunan ittihamın əsasına məhz Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri qoyur. Təqsirləndirilən şəxs təyin olunacaq cəza məsələsinə gəldikdə isə məhkəmə qeyd edir ki, CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 14 iyun 2024-cü il 8 №li qərarının 27-ci bəndin də göstərilmişdir ki, məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikasının cinayət qanununun prinsiplərini, CM-in 58-ci maddəsində göstərilmiş cəzanın təyin edilməsinin ümumi əsaslarını və cəzanın təyini məsələlərini tənzimləyən digər cinayəthüquqi normaların tələblərini rəhbər tutmalı, hər bir halda seçilən cəza növünün, cəzanın həddinin CM-in 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədlərinin təmin edilməsi baxımından məqsədəuyğun və yetərli olub-olmamasını nəzərdən keçirməli, bu məsələ üzrə hüquq tətbiq etmə təcrübəsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli Qərarının müddəalarına uyğun şəkildə formalaşmasını təmin etməlidirlər. Cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, işin digər xüsusatları cəzanın müəyyən edilməsi aspektindən qiymətləndirilərkən cinayətin törədilmə şəraiti və halları, o cümlədən narkotik vasitənin (psixotrop maddənin) növü, miqdarı, cinayətin törədildiyi yerin hərbi hissə, iş yeri, tədris, mədəniyyət müəssisəsi və ya digər ictimai əhəmiyyətli obyekt, yüksək təhlükə mənbəyi olan qurğuların, nəqliyyat vasitələrinin idarə edilməsi ilə bağlı olub-olmaması, cinayətin törədilməsinə digər, xüsusilə də yetkinlik yaşına çatmayanların, psixi, fiziki qüsurları olan şəxslərin cəlb edilib-edilməməsi və ya belə şəxslərə qarşı yönəlib-yönəlməməsi, əməllərin nə kimi zərərli nəticələrə səbəb olması, cinayətin onun açılmasını çətinləşdirən mürəkkəb üsullardan və vasitələrdən istifadə etməklə və ya mütəşəkkil dəstələrin tərkibində törədilib-törədilməməsi və yaxud transmilli xarakterə malik olub-olmaması, bu cinayətlərin törədilməsini asanlaşdırmaq üçün və yaxud qanunsuz olaraq əldə edilmiş narkotik vasitələrdən, psixotrop maddələrdən, onlara aid olmayan güclü təsir edən və ya zəhərli maddələrdən istifadə etməklə CM-in Xüsusi hissəsinin digər fəsillərində nəzərdə tutulmuş başqa cinayətlərin də törədilib-törədilməməsi nəzərə alınmalıdır. Təqsirkarın şəxsiyyəti, onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri baxımından cəzanın qanuniliyini və əsaslılığını təmin etmək üçün isə tələb olunur ki, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar düzgün müəyyən edilsin, təqsirləndiriləni səciyyələndirən və ailəsinin həyat şəraitini aşkarlayan məlumatlar, o cümlədən onun iş, təhsil, yaşayış yerində nə cür xarakterizə olunması, əvvəllər məhkum olunub-olunmaması (məhkumluq ödənilmədiyi və ya götürülmədiyi halda), əvvəlki məhkumluğun narkotik vasitələrin (psixotrop maddələrin, prekursorların, güclü təsir edən və ya zəhərli maddələrin) qanunsuz dövriyyəsi ilə bağlı olub-olmaması, təqsirkarın maddi rifahının təmin edilməsində cinayətkar fəaliyyətin rolu, onun əmək fəaliyyəti, hərbi xidmət, təhsil almaq və s. bu kimi ictimai-faydalı fəaliyyətlə məşğul olub-olmaması, cinayətin törədilməsindən sonrakı dövrdə əməlinə tənqidi münasibətin formalaşıb-formalaşmaması, CM-in müvafiq maddələrinin dispozisiyalarında nəzərdə tutulmuş ictimai təhlükəli nəticələrə və yaxud hər hansı bir digər zərərli nəticəyə səbəb olmuş cinayətlər üzrə ziyanın ödənilməsi, aradan qaldırılması, azaldılması üçün hərəkət edib-etməməsi, yaşı, sağlamlıq vəziyyəti, evli, himayəsində uşaqlarının olub-olmaması və s. bu kimi, o cümlədən Azərbaycan Respublikasının qoşulduğu “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” 1988-ci il 20 dekabr tarixdə Vyana şəhərində imzalanmış beynəlxalq konvensiyanın müddəalarından irəli gələn hallar nəzərə alınsın. Cinayət işinin materiallarında olan arayış və xasiyyətnamədən görünür ki, Əlizadə X5 rayonu, Qobu qəsəbəsi, Yeni məhəllədə qeydiyyatsız yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur (cild 01, iş vər. 190-191). Təqsirləndirilən şəxs əməlində CM-in 59-cu maddəsində nəzərdə tutulan cəzasını yüngülləşdirən hallar müəyyən edilmir. Cinayət işinin materiallarında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 01, iş vər. 172-173). CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmir. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, şəxsin şəxsiyyətini, təyin olunacaq cəzanın onun islah olunmasına təsirini, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 14 iyun 2024-cü il 8 №-li qərarında əks olunan tövsiyyələri, aşkar olunan narkotik vasitə və psixotrop maddənin kütləsinin çoxluğunu nəzərə almaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrumetmə növündə cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Eyni zamanda, məhkəmə kollegiyası hesab edir ki, şəxs həmin cəzanı yalnız real olaraq çəkməklə islah oluna bilər. Cinayət işinin materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2024cü il tarixli protokoldan və Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(012)- 625/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, əvvəli də məhz həmin tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmişdir (cild 01, iş vər. 19,78-82). Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxs CM-in 56.1.3-cü maddəsinə əsasən ona təyin ediləcək cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın başlanğıcı isə onun şübhəli şəxs qismində tutulduğu vaxtdan, yəni xx.xx.2024-cü il tarixdən hesablanmalı, onun həbsdə saxlanıldığı bütün müddət ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Həmçinin, məhkəmə kollegiyası cinayət işinin materiallarında olan ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər tətbiq olunmalı və o, yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. CM-nin 99-1.1-ci maddəsinə əsasən xüsusi müsadirənin əsasları müəyyən edilməmişdir. CPM-in 132-ci maddəsinə əsasən maddi sübut olan və Abşeron Rayon Polis İdarəsində saxlanılan tədqiqata sərf edildikdən sonra qalıq qalmış 607,939 qram çəkidə psixotrop maddə metamfetamin və 2412,502 qram çəkidə narkotik vasitə heroin məhv edilməli, iş üzrə maddi sübut qismində tanınmayan 01 ədəd “İPHONE XS MAX” markalı mobil telefon sahibi Təqsirləndirilən şəxs və ya onun razılığı ilə yaxın qohumlarından birinə qaytarılmalı, 01 ədəd üzərində “ELÇİN ALİZADE” sözləri yazılmış kitabça və 01 ədəd DVD diskin iş materiallarında saxlanılması nəzərə alınmalıdır. İş üzrə 114 AZN (bir yüz on dörd manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə

hökmetdi:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və 10 (on) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, yaşadığı ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olmaqla Abşeron Rayon Polis İdarəsində saxlanılan tədqiqata sərf edildikdən sonra qalıq qalmış 607,939 qram çəkidə psixotrop maddə metamfetamin və 2412,502 qram çəkidə narkotik vasitə heroin məhv edilsin, iş üzrə maddi sübut qismində tanınmayan 01 ədəd “İPHONE XS MAX” markalı mobil telefon sahibi Təqsirləndirilən şəxs və ya onun razılığı ilə yaxın qohumlarından birinə qaytarılsın, 01 ədəd üzərində “ELÇİN ALİZADE” sözləri yazılmış kitabça və 01 ədəd DVD diskin iş materiallarında saxlanılması nəzərə alınsın. İş üzrə 114 AZN (bir yüz on dörd manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına ödənilsin. Hökmdən elan olunduğu vaxtdan, (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı andan) 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar