Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-324/2023 22.11.2023 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Hafiz Samir oğlu (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Rzayeva Aynur Tapdıq qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər- Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs5, Müdafiəçi–Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt 1 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və təqsirləndirilən şəxsin iştirakları ilə xx xxxx 1966-cı il tarixdə Quba rayonu, Qımılqazma kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Quba rayonu, Qımılqazma kəndində qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.2.2, 29, 120.2.3, 29, 120.2.4, 29, 120.2.7, 127.2.3, 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs Quba rayonu, Qımılqazma kəndində yerləşməklə istifadəsində olan 0,07 ha torpaq sahəsinin sənədlərinin düzəldilməsini təmin etməsi üçün 26 avqust 2022-ci il tarixdə saat 13 radələrində etibarnamə əsasında idarə etdiyi ağ rəngli “Lada Niva 21214” markalı, “**-VL-***” dövlət qeydiyyat nişanlı avtomobillə əvvəlcədən ədavətli olduğu Quba rayonu Qəçrəş bələdiyyəsinin sədri vəzifəsini İcra edən Zərərçəkmiş şəxs5 həmin kənddə yerləşən evinin həyətinə gəldikdən sonra Zərərçəkmiş şəxs5 evdə olmadığını bildirən, sonuncunun bacısı Zərərçəkmiş şəxs4 Zərərçəkmiş şəxs5 bələdiyyə sədri kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar ona istifadəsində olan torpaq sahəsini sənədləşdirməyə köməklik etməsini, etməyəcəyi halda Zərərçəkmiş şəxs5 övladlarının xeyir işini görə bilməyəcəyini bildirərək öz şəxsiyyətini digərlərinin fövqündə qoyub cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarında ifadə olunan ictimai qaydanı kobud surətdə pozaraq aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeyidlik və etinasızlıq göstərib cəmiyyətə açıqca hörmətsizlik edərək Zərərçəkmiş şəxs5 və onun ailə üzvlərinin ünvanına nalayiq ifadələr işlədib həmin avtomobillə bir neçə metr uzaqlaşdıqdan sonra qısa müddət ərzində öz düşüncəsində Zərərçəkmiş şəxs5 bələdiyyə sədri kimi ona istifadəsində olan torpaq sahəsini sənədləşdirməyə köməklik etməyəcəyini yəqinləşdirərək bunu dərk edib xidməti vəzifələrinin icrası ilə əlaqədar ondan qisas almaq məqsədilə onun yaxın qohumlarını öldürmək qərarına gələrək xuliqanlıq niyyəti ilə idarə etdiyi “Lada Nİva 21214" markalı, "**-VL-***” dövlət qeydiyyat nişanlı avtomobillə Zərərçəkmiş şəxs5 yaşadığı evə doğru yenidən hərəkət edərək həmin vaxt həyətin giriş darvazasının qarşısında Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5 anası Zərərçəkmiş şəxs3 və arvadı Zərərçəkmiş şəxs2 dayanmalarını görüb avtomobillə onlara zərbə endirəcəyi halda onların hər birinin həyatı üçün təhlükə yarana biləcəyini bilə-bilə baş verə biləcək nəticəni əvvəlcədən görüb bunu arzulayaraq, həmçinin ailə üzvlərinin gözləri qarşısında əzab və iztirab verdiyini dərk edib bunu arzu edərək müstəsna rəhmsizlik və qəddarlıq nümayiş etdirməklə xüsusi amansızlıq və ümumi təhlükəli üsulla iki və daha artıq şəxsi qəsdən öldürmək məqsədi ilə avtomobili onların üzərinə sürərək avtomobilin qabaq hissəsi ilə Zərərçəkmiş şəxs4 vuraraq yerə yıxmış, bundan sonra qəsdən adam öldürməyə yönəlmiş ümumi vahid cinayətkar niyyətini davam etdirərək avtomobili yenidən yerdən qalxmağa çalışan Zərərçəkmiş şəxs4 üzərinə sürərək niyyətini davam etdirmək istəyərkən sonuncunun kənara çəkilməsi nəticəsində öz iradəsindən asılı olmayaraq onu vura bilməmiş, bu zaman hadisə yerinə köməyə gəlmiş Zərərçəkmiş şəxs5 oğlu Zərərçəkmiş şəxs1 onun avtomobilin sürücü əyləşən hissəsində şüşənin açıq olmasından istifadə edərək sağ əlini avtomaşının pəncərəsindən içəri daxil edərək açarı çıxarıb avtomobilin mühərrikini söndürmək istəməsini görüb avtomobili irəli-geri hərəkət etdirərək xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs1 sağ əlin V barmağının əl darağı sümüyünün yerini dəyişməyən qapalı sınığı kimi dərəcəsinə görə sağlamlığa az ağır zərər vurmaya aid bədən xəsarətləri yetirmiş, bundan sonra Zərərçəkmiş şəxs1 kənd sakini Şahid5 köməyi ilə qonşuluqda yaşayan X7 həyətinə girməsini görüb hərəkətlərini dayandırmaq imkanı olduğu halda öz ümumi cinayətkar niyyətini davam etdirib avtomobili Samir Kərimovun evinin giriş darvazasına tərəf sürmüş, həmin vaxt Zərərçəkmiş şəxs4 Zərərçəkmiş şəxs1 köməyə getməsini görüb yenidən avtomobili qəsdən Zərərçəkmiş şəxs4 üzərinə sürüb avtomobilin qabaq hissəsi ilə onu evin hasarına sıxışdırmaqla sonuncuya ümumilikdə döş qəfəsinin, sağ mil sümüyünün küt travması kimi dərəcəsi təyin olunmayan xəsarətlər yetirmiş, bundan sonra da öz hərəkətlərinə davam edərək ümumi cinayətkar niyyətini həyata keçirmək məqsədilə idarə etdiyi avtomobillə Samir Kərimovun evinin giriş darvazasına bir neçə dəfə zərbə endirib darvazanın açılmasına nail olub avtomobili qəsdən həyətdə gizlənən Zərərçəkmiş şəxs1 üzərinə sürmüş, həmin vaxt Şahid5 və Şahid4 cəld hərəkət edərək Zərərçəkmiş şəxs1 kənara çəkmələri nəticəsində öz niyyətini iradəsindən asılı olmayan səbəblərdən tam həyata keçirə bilmədiyindən yenidən avtomobili öz evlərinin bağ sahəsinə qaçmış Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 yaşadığı evin giriş darvazasına tərəf ani sürətlə sürərək darvazanın bağlı olmasını görüb avtomobili irəli-geri hərəkət etdirərək qabaq hissəsi ilə darvazaya bir neçə dəfə zərbə endirib açılmasına nail olduqdan sonra avtomobildən düşərək evin həyətinə daxil olub həyətdə dayanan Zərərçəkmiş şəxs3 görüb bir əli ilə saçından, digər əli ilə isə boğazından tutaraq Zərərçəkmiş şəxs3m boğmağa başlamış, həmin vaxt Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs2 çox çətinliklə Zərərçəkmiş şəxs3m onun əlindən alması nəticəsində öz iradəsindən asılı olmayan səbəblərdən niyyətini həyata keçirə bilməyib idarə etdiyi avtomobilə əyləşərək oradan həyat və sağlamlıq üçün təhlükə törədə biləcək kəsici-deşici xassəyə malik bıçaq götürərək avtomobildən düşmək istəyən zaman onun bibisi qızı Şahid3 əli ilə avtomobilin qapısını tutması və həmin vaxt köməyə gələn öz avtomobili ilə yoldan keçən X4 avtomobildən düşərək onun avtomobilinin qapısını açaraq bıçağı onun əlindən alması nəticəsində öz niyyətini yenidən həyata keçirə bilməyib evin həyətində yalnız Zərərçəkmiş şəxs3 olmasını görüb avtomobili qəsdən onun üzərinə sürərək sonuncunu vurmaq istəsə də həmin vaxt köməyə gələn Zərərçəkmiş şəxs4 Zərərçəkmiş şəxs3m kənara çəkməsi nəticəsində onu vura bilməyərək avtomobili evin künc divarına vuraraq zədələmiş, Zərərçəkmiş şəxs4 evin arxa tərəfindən yerləşən bağ sahəsinə qaçmasından sonra Zərərçəkmiş şəxs3 yalnız olmasını görüb avtomobili qəsdən onun üzərinə sürərək avtomobilin qabaq hissəsi ilə sonuncunu vurub yaşayış evinin divarına sıxaraq ona hər iki bazuda qançır, nazik bağırsağın toxumasının cırılması ilə müşayiət olunan qarının küt travması, qasıq sümüyünün hər iki şaxəsinin, sol sirkə kasasının sınığı, sağ bud sümüyünün aşağı 1/3-dən qapalı sınığı kimi sağlamlığın uzun müddət pozulmasına səbəb olan qəsdən sağlamlığa ağır zərər vurmuş, bu hərəkətləri ilə ümumilikdə Zərərçəkmiş şəxs3 850 (səkkiz yüz əlli) manat məbləğində maddi ziyan vurmuş, bundan sonra, Zərərçəkmiş şəxs3 zərbənin təsirindən huşsuz vəziyyətdə yerə uzanmasına baxmayaraq zərbə ilə kifayətlənməyib məqsədinə tam nail olmaq üçün öz cinayətkər əməlini davam etdirmək məqsədilə avtomobildən düşüb iri addımlarla yaşadığı evə gedərək oradan balta götürüb Zərərçəkmiş şəxs5 yaxın qohumlarının yaşadığı evə qayıdan zaman həmkəndlisi Şahid6 qarşısını kəsərək onun nizam-intizama dəvət edərək mane olması səbəbindən öz iradəsindən asılı olmayan səbəblərdən cinayətkar əməllərini başa çatdıra bilməyərək xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs5 bələdiyyə sədri kimi xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar xüsusi amansızlıqla və ümumi təhlükəli üsulla onun yaxın qohumları olan Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 qəsdən öldürməyə cəhd etmiş və silah qismində istifadə olunan əşyadan istifadə etməklə zərərçəkmiş şəxsə zor tətbiq olunması və əmlakın zədələnməsi ilə müşayiət olunan xuliqanlıq etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadə verməkdən və suallara cavab verməkdən imtina etmişdir. Təqsirəndirilən şəxs Təqsirləndirilən şəxs ibtidai istintaqı zamanı verdiyi məhkəmədə elan olunraq araşdırılmış ifadəsində özünü ona elan olunmuş ittiham üzrə təqsirli bilməyərək göstərmişdir ki, o, Zərərçəkmiş şəxs5 ilə doğma əmioğlu, həm də həmkəndlidirlər. Quba rayonu, Qımılqazma kəndində ailəsinə məxsus 0,27 ha torpaq sahəsi olmuşdur. Onunla qonşuluqda Zərərçəkmiş şəxs5 öz ailəsi ilə, əmisi Mirzə də öz ailəsi ilə yaşamışdır. Vüqarla əvvəldən münasibəti yaxşı olmamışdır. Vüqar Quba rayonu, Qımılqazma kənd məktəbinin direktoru olmaqla, eyni zamanda Qəçrəş kənd bələdiyyəsinin sədri vəzifəsini də icra edir. O, əvvəllər həmin məktəbdə ocaqçı işləmiş, sonradan Vüqar onu işdən çıxarmışdır. Bu səbəbdən Vüqarla münasibəti yaxşı olmamışdır. Bundan başqa, o, əvvəllər həyətindən keçən su xəttini kəsmiş, bu səbəbdən Vüqarla aralarında narazılıq olmuş, lakin əsas narazılığı Vüqarın onu işdən çıxarması ilə bağlı olmuşdur. Həmin gündən etibarən Vüqarla danışmamış, salam-sağolu kəsmişdir. O, 0,27 ha torpaq sahəsinin 0,20 ha hissəsini sataraq kəndin digər tərəfində olan evinə köçmüşdür. Təzə köçdüyü evlə Vüqarın yaşadığı evin arasındakı məsafə 100 metrdən çox olmuşdur. 0,07 ha torpaq sahəsini uzun illərdir istifadə etsə də, torpağa dair sənədi olmamışdır. Vüqarla danışmadığından sənədini düzəltməsi üçün ona müraciət etməmişdir. Əvvəllər Quba RPŞdə ifadə verən zaman bir neçə dəfə Vüqara müraciət etməsini bildirsə də, əslində küsülü olduğu üçün Vüqara heç vaxt müraciət etməmişdir. O, etibarnamə əsasında “Lada Niva 21214” markalı **-VL-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmişdir. Torpağının sənədini düzəltməsi üçün 26 avqust 2022-ci il tarixdə saat 12-13 radələrində həmin avtomobillə Vüqarın yaşadığı evə getmişdir. Vüqarın evinin giriş darvazası açıq olmuş, avtomobili yolun kənarında saxlamış, piyada həyətlərinə girərək Vüqarı səsləmişdir. Qapıya Vüqarın bacısı Könül və Vüqarın arvadı İlhamə çıxmış, onlara Vüqarın onun torpağının sənədlərini düzəltməsini, əks halda özünün düzəldəcəyini demişdir. Belə deyərkən torpaq şöbəsinə müraciət edərək sənədlərini düzəltməsini nəzərdə tutmuş, lakin Könül və İlhamə onun sözünü təhdid kimi qəbul edərək onu təhqir etmiş, buna baxmayaraq onların təhqirinə cavab verməmiş və avtomobilini sürərək öz evinə getmişdir. Vüqarın ailə üzvlərinə övladlarının xeyir işini görə bilməyəcəyini deməmişdir. Həyətdən çıxdıqdan sonra avtomobilinə əyləşib bir qədər aralıdan geriyə dönmüş və öz evinə doğru getməyə başlamışdır. Yenidən Vüqarın yaşadığı evin qarşısından keçən zaman Vüqarın anası əlində dəmir parçası ilə ona zərbə endirməyə başlamışdır. Bu zaman avtomobilini Vüqarın həyət qapısına doğru sürmüş, həyət qapısına doğru hərəkət edəndə Vüqarın anası əlindəki dəmir parçası ilə avtomobilinin şüşələrini sındırmışdır. Daha sonra isə evin həyətinə keçmişlər. Həyət qapısı açıq olduğundan o avtomobillə həyətə daxil olmuş, həyətdə avtomobilini geri döndərmək istəyəndə Vüqarın anası qarşısına çıxmış, avtomobilinin qabaq hissəsi Vüqarın anası Səliməyə dəymiş və xəsarət almışdır. Bundan sonra avtomobilindən enmiş və piyada yaşadığı evə getmişdir. Bundan sonra, baş verənləri xatırlamır. Könül və Rəvanə yalan danışır. Rəvanə onun qudasıdır. O, avtomobillə Könülü bir dəfə də olsun vurmamış, avtomobillə Könülü vurmağa cəhd etməmişdir. Rəvanənin nəyə görə Könülü avtomobillə vurmasını dediyini bilmir. Avtomobili arxaya verən zaman Rəvanəyə dəyməmişdir. Həmçinin, avtomobili heç vaxt Zərərçəkmiş şəxs5 oğlu Zərərçəkmiş şəxs1 üzərinə sürməmişdir. Zərərçəkmiş şəxs1, Şahid5, Şahid4 dedikləri yalandır. Zərərçəkmiş şəxs1 heç bir xəsarət yetirməmiş, qonşu Zahirin həyətinə girməmişdir. Onların ifadələrində dedikləri böhtandır. Bundan başqa, Zərərçəkmiş şəxs3m əli ilə boğmamış, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs2 müqaviməti nəticəsində buraxmamışdır. Bu barədə Könül və Səlimənin ifadələrində dedikləri yalandır. Şahid3 onun bibisi qızıdır. Lakin, onun əlində heç vaxt, xüsusilə də, Zərərçəkmiş şəxs5 yaşadığı evin giriş darvazası qarşısında olan zaman bıçaq olmamış, Şahid3 ona avtomobildən düşməsi üçün mane olmamışdır. Lətifənin dedikləri yalandır. İş materiallarına əlavə edilmiş 36 saniyəlik video çəkilişə əsasən Lətifə onun İdarə etdiyi avtomobilin qapısını əli ilə tutaraq saxlamışdır, lakin Lətifənin nəyə görə qapını əli ilə tutaraq saxlamasını bilmir. Hər bir halda Lətifə yalan danışır. O, avtomobili təsadüfən orada saxlamış və geriyə dönmək istəmişdir. Həmçinin, Namiq Zəkəriyev də yalan danışır. Namiq onun əlindən bıçaq almamışdır. O, Zərərçəkmiş şəxs5 darvazasına heç bir zərbə endirməmişdir. Zərərçəkmiş şəxs5 həyətinə avtomobillə geriyə dönmə əməliyyatını həyata keçirmək üçün girmişdir. Bu zaman da avtomobil təsadüfən Vüqarın anası Səliməyə dəymişdir. Zərərçəkmiş şəxs3m qəsdən vurmamışdır. Avtomobil Səliməyə dəydikdən sonra yol nəqliyyat hadisəsi törətdiyi üçün avtomobili saxlayıb getmişdir. Daha sonra yaşadığı evdən balta ilə deyil, ağac parçası ilə gəlmişdir. O, şəkər xəstəsidir, yeriməkdə çətinlik çəkmiş, həmin ağac parçasından da rahat yerimək üçün istifadə etmişdir.Şahid4 ifadəsində bildirdiyi balta yerimək üçün istifadə etdiyi ağacdır. İş materiallarına əlavə edilmiş 25 saniyəlik video çəkiliş haqqında nəsə deyə bilməz. İş materiallarında olan 23 saniyəlik video çəkilişdə olan və “Lada Niva” markalı, “**-VL-***” dövlət qeydiyyat nişanlı avtomobili idarə edən həqiqətən də odur, həmin vaxt avtomobillə geriyə dönmə hərəkətini icra etmiş, bu zaman avtomobil Səliməyə dəymiş və avtomobili saxlayıb getmişdir. Lakin, videoçəkilişdə avtomobil Səliməyə dəydikdən sonra yenidən avtomobili arxaya verməsi əks olunur ki, bu barədə nəsə deyə bilməz. Onun heç kimi öldürmək niyyəti olmamışdır, bu məqsədlə hərəkət etməmişdir, ifadələrdə göstərilənlər ona qarşı edilən böhtanlardır. O, heç kimin üzərinə avtomobil sürməmiş, bıçaq çıxarmamış, balta ilə hücum etməmişdir. ( cild 2, iş vərəqə 146-151) Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlini ibtidai istintaq və məhkəmə istintaqı zamanı isə qismən etiraf edərək göstərdiyi xüsusatları, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərdi ki, o, Quba rayonu, Qımılqazma kəndində qardaşı Vüqar, Vüqarın ailəsi və anası Səlimə ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs əmisi oğludur. 26 avqust 2022-ci il tarixdə saat 12 radələrində qapıdan Aydının səsi gəlmiş, Aydın qışqıra-qışqıra Vüqarı çağırmışdır. O, qapıya çıxaraq Aydından nə baş verməsini soruşmuş, Aydın onu görən kimi yüksək səs tonu ilə “Vüqara denən mənim işimi həll eləsin, yoxsa mən özüm öz işimi həll eləyəcəm” demişdir. O, Vüqarın evdə olmadığını, dediklərini çatdıracağını demişdir. Bundan sonra Aydın nalayiq ifadələr işlətməyə başlamış, Vüqarı və Vüqarın övladlarını öldürməklə hədələmişdir. Aydının səs tonu yüksək olduğundan səsə gəlinləri İlhamə və anası Səlimə gəlmişdir. O, Aydının problemli adam olmasını bildiyi üçün onu qapıdan küçəyə tərəf aparmışdır. Bundan sonra, Aydın avtomobilə minərək çıxıb getmişdir. Həmin vaxt o, anası Səlimə və gəlinləri İlhamə giriş darvazasının qarşısına çıxmışdır. Aydının səs-küyünə qonşusu Rəvanə də qapıya çıxmış və nə baş verməsini soruşmuşdur. Rəvanə ilə söhbət edan zaman Aydın “Niva” markalı avtomobil ilə sürətlə gələrək onu vurub kənara tullamışdır. O, yerdə uzanıqlı vəziyyətdə olan zaman Aydın onun sağ olduğunu görüb ikinci dəfə avtomobili üzərinə sürmüş, bu zaman o, qaçaraq yolun digər tərəfinə keçmiş, Aydın bunu görüb avtomobili bir neçə dəfə irəli-geri hərəkət etdirərək onu vurmaq istəmiş, bu zaman Aydın fürsət taparaq onu ikinci dəfə avtomobillə vurmuş, hətta avtomobillə Rəvanəyə də xəsarət yetirmişdir. Bu zaman Aydının bu hərəkətlərinə qardaşı oğlu Kərim gəlmiş, Aydın sakitləşməyib öz avtomobilini qardaşı Vüqarın oğlu Kərimin üzərinə sürmüşdür. Bu zaman Kərimin xəsarət almaması üçün kənd sakini Coşqun Kərimi qonşu Zahirin həyətinə salmışdır. Kərim hadisədən bərk təsirlənmiş, özündə olmamış, o, bunu görüb Kərimə su verilməsi üçün qışqırmış, qonşu Rəna ilə birlikdə əlində vedrə ilə Zahirin evinə tərəf gedən zaman Aydın yenidən avtomobili üzərinə sürmüş və onu 3-cü dəfə avtomobillə vuraraq Zahirin həyətinin giriş darvazasına sıxmış, zərbənin təsirindən o hasarla avtomobil arasında sıxılmışdır. Bundan sonra X14 həyətində olmasını görüb avtomobillə Zahirin giriş darvazasına bir neçə dəfə zərbə endirmiş və darvazanı açaraq həyətə daxil olmuşdur. Aydının niyyəti avtomobillə Kərimi vurmaq olmuşdur. Aydının Kərimi vurmaq istəməsini görən kənd sakini X15 kiçik qapı darvazasından çölə çıxarmış və birlikdə öz həyətlərinə keçmişlər. Bundan sonra, hamı öz həyətində olmuş, giriş qapısını bağlamaq istəyən zaman Aydın darvazanı avtomobillə vuraraq həyətə daxil olmuş, avtomobildən düşmüş və anası Səlimənin saçlarından tutmuş, anasının boynundan tutaraq boğmağa başlamışdır. Bu zaman anasını buraxması üçün gəlini İlhamə ilə birlikdə Aydını anasından ayırmağa çalışmışlar. Həmin vaxt səyləri nəticəsində anasını Aydının əlindən almış, bundan sonra Aydın avtomobilə əyləşərək avtomobili onların üzərinə sürmək istəmiş, qonşu Lətifə Aydının avtomobili onların üzərinə sürməməsi üçün avtomobilin qarşısını kəsmiş, lakin Aydın bundan sonra avtomobili anasının üzərinə sürmüş, bu zaman o anasını evə tərəf çəkdiyi üçün anası Səliməni vura bilməmiş və avtomobili evin tininə vurmuşdur. Bundan sonra, Aydın avtomobili bağa tərəf vuran zaman o, anasını tək qoyub İlhamə və Kərimi qorumaq üçün bağ sahəsinə tərəf getmişdir. Bu zaman Aydın anası Səlimənin tək olmasını görərək avtomobili onun üzərinə sürmüş və anasını avtomobillə vuraraq divara sıxışdırmış, anasının avtomobillə divar arasında qalması nəticəsində bağırsaqları partlamış, çanaq və ayaq sümüyü sınmışdır. Bundan sonra, Aydın avtomobildən düşərək getmişdir. Anası Səlimənin səhhəti ilə məşğul olan zaman kənd camaatı qışqıraraq Aydının balta ilə gəlməsini demişdir. O, Aydının balta ilə gəlməsini görməmiş, sonradan qonşulardan Aydının əlində balta ilə onların evinə tərəf gələn zaman qonşu Qurbaninin Aydının qarşısını kəsməsini və evlərinə gəlməsinə mane olmasını eşitmişdir. Onlara dəymiş zərər ödənilməmiş və təqsirləndirilən şəxslə barışmamışdır. Məhkəmə istintaqı zamanı digər zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 Zərərçəkmiş şəxs4 ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları özlərinə aid hissədə təsdiq etmiş və onlara dəymiş zərərin ödənilmədiyini, təqsirləndirilən şəxslə barışmadıqlarını qeyd etmişlər. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun doğma əmisioğludur. Özü 2020-ci ildən Qəçrəş bələdiyyəsinin sədri vəzifəsini icra etmişdir. Aydınla əvvəllər münasibəti normal olmuşdur. Təqribən 7 il əvvəl kəndə su xətti çəkilmiş və Aydın həmin xəttin həyətindən keçən hissəsini dağıtmışdır. Buna görə aralarında narazılıq olmuş, bir müddət küsülü olmuşlar. Lakin, sonradan münasibətləri normallaşmışdır. Buna baxmayaraq, son vaxtlar Aydınla kənddə üzbəüz gələndə Aydın onunla salam-sağol etməmişdir. Aydın ümumiyyətlə problemi biri olmuş, kənd ərazisində də dava-dalaş etmişdir. Aydın heç vaxt torpaq sahəsini sənədləşdirmək üçün nə şifahi, nə də rəsmi olaraq ona müraciət etməmişdir. 26 avqust 2022-ci il tarixdə o Quba şəhərində olmuş, kənddə olmamışdır. Saat 13 radələrində kəndə gələn zaman Rəşad adlı kənd sakini ona zəng edərək yaşadığı evdən dava-dalaş səsləri gəlməsini demiş, o isə məlumatının olmamasını bildirmişdir. Bundan sonra, oğluna, bacısına zəng etsə də, cavab verən olmamışdır. Bir neçə dəqiqə sonra bacısı Könül zəng edərək əmisi oğlu Aydının oğlu Kərimi öldürməsini, tez gəlib çatmasını bildirmişdir. O, evə gəldiyi zaman Aydın artıq həyətdə olmamış, Aydının avtomobili evinin həyətində olmuş, avtomobilin arxa şüşəsi sınmış, avtomobilin qabaq hissəsi isə zədələnmiş, anası Səlimə yerdə halsız, uzanıqlı vəziyyətdə olmuş, yanında arvadı İlhamə, bacısı Könül, oğlu Kərim, qonşular və digər kənd sakinləri olmuşdur. Könülün bir tərəfi tam göyərmiş, nə baş verməsini soruşduqda bacısı Könül baş verənləri danışmışdır. O, dəymiş zərər ödənilmədiyini və təqsirləndirilən şəxslə barışmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs bibisi qızıdır. 26 avqust 2022-ci il tarixdə saat 12-13 radələrində əri Sahiblə birlikdə evin həyətində olmuşlar. Bu zaman Aydın avtomobili ilə siqnal verə-verə öz evinə tərəf getmişdir. Bu zaman qonşuları Rəna onların həyətinə gələrək səs-küyün səbəbini soruşmuş və qışqırıq səsləri eşitməsini demişdir. O isə Aydının avtomobillə siqnal verə-verə getməsini bildirmişdir. Həmin vaxt çölə baxanda qonşu Rəvanənin İlhaməgilin həyətinə keçməsini görmüşdür. Evin həyətində olan zaman qadına məxsus qışqırıq səslərini eşitmişdir. Səs Vüqarın arvadı İlhamənin səsinə oxşamışdır. O və Rəna İlhaməgilin həyətinə keçmiş, bu zaman Aydın avtomobil ilə İlhaməgilin qapısına gəlmiş və darvazanı vuraraq içəri keçmək istəmişdir. Həmin vaxt o Aydının avtomobilinin qarşısını kəsmiş və içəri keçməsinin qarşısını almışdır. Aydın onun bibisioğlu olduğu üçün onu sayacağını düşünmüşdür. Bu zaman Aydın avtomobilin sürücü tərəf qapısını açmış, əlindəki bıçağı ona göstərərək qarşısından çəkilməsini, onunla işinin olmamasını bildirmişdir. O, Aydının əlində bıçaq olmasını görüb avtomobilin sürücü əyləşən tərəfinin qapısını bağlamış və Aydının düşə bilməməsi üçün qapını əli ilə saxlamışdır. Həmin zaman Kərimi kənd sakinləri üzbəüz qonşu Zahirin həyətinə salmışlar. Könül və Rəna Kərimi qorxduğunu görüb vedrə ilə Zahirin həyətinə su aparan zaman Aydın bunu görüb avtomobili Könül və Rənanın üzərinə sürmüş və Könülü Zahirin darvazasına sıxaraq ona xəsarət yetirmişdir. Avtomobil Könülə dəydiyi üçün Könül yerə yıxılmışdır. Aydın avtomobili ilə Zahirin darvazasını vurub açmış və Kərimin arxasınca həyətə daxil olmuşdur. Aydın avtomobil ilə Kərimi vurmaq istəmişdir. Həmin vaxt əri X16 piyada keçmək üçün olan kiçik darvazasından çıxarmış və Kərim, Könül, Rəna qaçıb İlhaməgilin həyətinə girmişlər. O da giriş qapısını bağlayıb Səliməni götürüb evə keçmək istəmiş, evə çatmamış Könül qışqıraraq Aydının gəlməsini demişdir. Aydın bağlı darvazanı avtomobillə bir neçə dəfə vuraraq həyətə daxil olmuş və Səliməni avtomobillə vuraraq evin divarına sıxmışdır. Zərbənin təsirindən Səlimə huşunu itirərək yerə yıxılmışdır. Bundan sonra, Aydın avtomobili həyətdə saxlayaraq getmiş, kənd sakinləri Səliməyə köməyə gəlmişdir. Sonradan Aydının yaşadığı evdən balta götürərək Səliməgilə tərəf gəlməsini, lakin qonşu Qurbaninin onun qarşısını kəsərək mane olmasını öyrənmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 digər Şahid3 ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları özlərinə aid hissədə təsdiq etmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 da arvadı Şahid3 ilə oxşar məzmunlu ifadə vermiş və əlavə olaraq qeyd etmişdir ki, Aydın avtomobili saxlayıb evinə tərəf getdikdən bir neçə dəqiqə sonra kənd camaatı qışqıraraq Aydının balta ilə gəlməsini demiş, o uzaqdan baxan zaman Aydının əlində bel sapına bənzər nəsə olmuş, uc hissəsini görməmişdir. Bu zaman Qurbani Aydının qoluna girərək Aydının Vüqargilin evinə gəlməsini mane olmuş, Qurbani Aydının qoluna girərək onu əks istiqamətə aparan zaman Aydının əlində balta olmasını görmüşdür. Qurbani olmasaydı, Aydının həmin balta ilə Vüqargilin həyətinə girərərk Vüqarın ailə üzvlərinə xəsarət yetirəcəyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, 26 avqust 2022-ci il tarixdə saat 12 radələrində o kəndin mərkəzində olan mağazanın qarşısında kənd sakini Məmmədhüseynlə oturmuşdur. Mağaza ilə Vüqargilin evi arasında 100 metr məsafə olmuşdur. Aydın avtomobillə kəndin yuxarı tərəfindən sürətlə gələrək avtomobili qəsdən Könülün üzərinə sürmüş və onu vuraraq kənara tullamışdır. Hadisə zamanı səs-küyə qonşular çölə çıxmışdır. Həmin vaxt Kərim ondan aralıda Quba şəhərinə getmək üçün taksi gözləmişdir. Kərim bunu görüb Aydının avtomobilinə tərəf qaçmış, o da kömək üçün onlara tərəf gəlmiş, Məmmədhüseyn isə öz evlərinə tərəf getmişdir. Bu zaman Aydın dayanmayaraq avtomobili fırladaraq yenidən Könülün üzərinə sürmüş, lakin Könül qaçdığı üçün onu ikinci dəfə vura bilməmişdir. Bu zaman Kərim avtomobilə çataraq avtomobilin sürücü tərəfdən açıq olan pəncərəsindən əlini salaraq avtomobilin açarlarını götürmək və avtomobili dayandırmaq istəmiş, lakin Aydın bunu görüb avtomobili irəli-geri hərəkət etdirdiyindən Kərim istədiyini edə bilməmişdir. Aydın bu zaman avtomobili Kərimin üzərinə sürmüş, o Kərimi götürərək onu qonşu Zahirin həyətinə salmış, bu səbəbdən Aydın Kərimi vura bilməmişdir. Aydın avtomobillə Zahirin darvazasına bir neçə dəfə zərbə endirmiş, nəticədə darvazanı açmış və əvvəlcə avtomobili divara çırpmış, bundan sonra, avtomobili onların üzərinə üzərinə sürmüş, o ani bir anda Kərimi sağa tərəf qaçıra bilmiş və Aydın nəticədə Kərimi vura bilməmişdir. Aydın avtomobili ora-bura çırpmış və yenidən Vüqarın ailə üzvlərinin üzərinə sürmüş, həmin vaxt Səlimə öz evlərinin həyətində olmuşdur. Bu zaman Aydının Vüqargilin darvazasını bir neçə dəfə avtomobillə vuraraq açmasını, avtomobili həyətdə olan Səlimənin üzərinə sürməsini və avtomobillə Səliməni vuraraq onu geriyə tərəf divara sıxmasını görmüşdür. Bundan sonra, Aydın avtomobili saxlayaraq getmiş, kənd camaatı Səliməyə köməyə gəlmiş, həmin vaxt kənd camaatından kimsə qışqıraraq qaçmalarını və Aydının balta ilə gəlməsini demişdir. Sonradan kənd camaatından kiminsə Aydının qabağına çıxaraq onun balta ilə Vüqargilin evinə gəlməsinin qarşısını aldığını eşitmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərdi ki, 26 avqust 2022-ci il tarixdə saat 12 radələrində mağazada olmuş, kənd sakini Coşqun mağazanın qarşısında dayanmışdır. Bu zaman Vüqargilin evi tərəfdən qadınların qışqırıq səsləri gəlmişdir. Coşqun səsə tərəf getmiş, o mağazanı bağlaylb evlərinə tərəf gəlmişdir. Səs-küyə qonşular da çölə çıxmışdır. Anası Rəvanənin huşsuz olmasını görmüş, kənd camaatından Aydının avtomobili geriyə çevirən zaman Rəvanəyə dəyməsini öyrənmişdir. Təcili tibbi yardim çağırmış və başı öz anasına qarışdığından Aydının idarə etdiyi "Niva” markalı avtomobili konkret olaraq kimin üzərinə sürməsinə fikir verməmişdir, lakin Aydının avtomobili bir neçə dəfə Zərərçəkmiş şəxs5 evinin giriş darvazasına çırpmasını görmüşdür. İşlətdiyi mağazanın video müşahidə kameraları yalnız mağazanın ətrafını qeydə almış, Zərərçəkmiş şəxs5 evi ilə mağaza arasında 100 metr məsafə olduğu üçün hadisəni qeydə almamışdır. İş materiallarına əlavə edilmiş 14 saniyəlik videogörüntü də mağazanın video müşahidə kamerası tərəfindən qeydə alınmışdır. Videogörüntüdə görünən ağ köynəkli şəxs bıçağı hadisə yerindən hər hansı cinayətkar əməl törədilməməsi üçün götürərək öz avtomobilinə qoymuşdur. Şahid1 ibtidai istintaqı zamanı verdiyi məhkəmədə elan olunraq araşdırılmış ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs ilə qudadır. Aydının qızı Səbinə oğlu Sənanın arvadıdır. Aydınla və ailəsi ilə münasibəti normal olmuşdur. Zərərçəkmiş şəxs5 isə üzbəüz qonşusudur. Zərərçəkmiş şəxs5la və onun ailə üzvləri ilə də münasibəti normal olmuşdur. Vüqar ailadə arvadı İlhamə, anası Səlimə, bacısı Könül, övladları Pənah və Kərim ilə birlikdə yaşamışdır. Aydının Vüqarla və onun ailə üzvləri ilə nə kimi problemlərinin olmasını bilməmişdir. Məlum hadisəyə kimi onların arasında hər hansı problem olmasını bilməmiş və eşitməmişdir. Aydın və Vüqar əmi oğlanlarıdır. X13 çəpər qonşusu olmuş, sonradan evini Qubadlı rayon sakini Qurbaniyə sataraq Qımılqazma kəndi ərazisində digər evinə köçmüşdür. Aydın və Vüqar arasında əvvəllər su xəttinin dağıdılmasına görə narazılıq olmuşdur. Ola bilsin ki, bu məsələyə görə aralarında inciklik olmuşdur. 26 avqust 2022-ci il tarixdə saat 12-13 radələrində evin həyətində ev işləri görmüş, bu zaman Vüqargilin evindən qışqırıq səsləri, avtomobil səsi və siqnal səsi gəlmiş, bu vəziyyətdən nəsə problem olmasını başa düşmüş və həyətinin evinin darvazasının qarşısına çıxmışdır. Bu zaman Aydının öz evi tərəfdən “Niva” markalı avtomobillə sürətlə gələrək öz darvazasının qarşısında dayanan Könülü vuraraq kənara tullamasını görmüşdür. Aydın bundan sonra dayanmayıb avtomobili arxaya verəndə avtomobil arxa tərəfi sol yan tərəfinə dəymiş, qorxduğu üçün, həmçinin, şəkəri və təzyiqi olduğu üçün hadisənin təsirindən huşunu itirmişdir. Bundan sonra baş verənlər yadında deyildir. ( cild 1, i.v. 236- 239) Şahid6 ibtidai istintaqı zamanı verdiyi məhkəmədə elan olunraq araşdırılmış ifadəsində göstərmişdir ki, o, əslən Qubadlı rayonundan olmaqla Bakı şəhərində yaşayır. Yay aylarında istirahət məqsədilə gəlib-getmək üçün Quba rayonu, Qımılqazma kəndində Təqsirləndirilən şəxs bacanağı Elçinlə birlikdə 0,20 ha torpaq sahəsi almışlar. Həmin torpaq sahəsində ev tikməyə başlamışdır. Həmin torpaq sahəsinin arxasında 0,07 ha torpaq sahəsi olmuşdur. Aydın ondan həmin ərazini nəyə görə almamasını soruşmuş, o isə pulu olanda alacağını bildirmişdir. Aydınla münasibəti normal olmuş, Zərərçəkmiş şəxs5 ilə isə torpaq sahəsi aldıqdan sonra qonşu olmuş və qonşu kimi münasibəti yaranmışdır. Onunla da münasibəti normal olmuşdur. Aydın və Vüqar arasında problem olmasını bilməmişdir. Hadisədən sonra onların illər əvvəldən müxtəlif səbəblərlə görə aralarında ədavət olmasını eşitmişdir. 26 avqust 2022-ci il tarixdə həyətində olmuş, yatmışdır. Saat 12-13 radələrində səsə oyanmışdır. Çöldən dava-dalaş səsləri gəlmiş, qapıya çıxan zaman insanların Vüqargilin qapısı tərəfdə toplaşmasını görmüşdür. O, çölə çıxanda Vüqarın həyətinə bir çox adam girib- çıxmışdır. O, hələ nə baş verməsini bilməmişdir. Çölə çıxan zaman Təqsirləndirilən şəxs hələ görməmişdir. Kənd camaatından Aydının avtomobillə nəsə hadisə törətməsini eşitmiş, bir qədər sonra kənd camaatı qışqıraraq Aydının təzədən gəlməsini demişdir. O, Aydının üzü aşağı gəlməsini görərək onun Vüqargilin evinə gəlməsinin qarşısını almaq üçün qoluna girərək Vüqargilin evinə girməsinin qarşısını almışdır. Aydının əlində nəsə əşya olmuş, həmin əşyanın nə olmasına fikir verməmişdir. Quba RPŞ-də İfadə verən zaman Aydının əlində dəyənək olmasını bildirsə də, bunu elə-belə demiş, konkret olaraq onun əlində nə olmasına fikir verməmişdir. Bundan sonra, Aydın öz evinə tərəf getmiş, o da öz həyətinə getmişdir. Aydının əlində balta və ya dəyənək olmasına fikir verməmişdir. ( cild 2, i.v. 38-41) Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş, 26 avqust 2022-ci il tarixli hadisə yerinə baxış protokolundan görünür ki, hadisə yeri Quba- Qonaqkənd yolunun üzərində - Quba rayonu, Qımılqazma kəndində yerləşir. Hadisənin baş verdiyi fərdi yaşayış evi Quba şəhərindən Quba-Qonaqkənd yolu istiqamətində hərəkət edərkən hərəkət yolunun sağındadır. Fərdi yaşayış evinin ətrafı mişar daşları ilə hörülmüşdür. Evin həyətə giriş hissəsində dəmir darvaza mövcuddur. Həmin darvazanın üzərində avtomobilin Ön buferinin izinə bənzər iz, həmçinin, darvazanın üzərində metalla cırılmaya bənzər xarakterik əzilmə izləri vardır. Darvazadan həyətə daxil olduqda giriş hissədə sağ tərəfdə “Lada Niva” markalı avtomobilin sınmış ehtiyat hissələri vardır. Qarşıda həyətlə girişlə üzbəüz hissədə evin giriş qapısının divarı zədələnmişdir. Bundan başqa, həyətdə ümumilikdə üç ədəd tikili mövcuddur. Həyətə girdikdə sol tərəfə doğru gedən yolda “Lada Niva” markalı, “**-VL-***” dövlət qeydiyyat nişanlı avtomobil dayanmışdır. Avtomobilin ön bufer hissəsi ortadan əzilmiş, ön alınlıq şüşəsi çatlamış və arxa şüşəsi sınmış vəziyyətdə olmuşdur. Avtomobillə üzbəüz yerləşən evin divarı zədələnmişdir. Bundan başqa, hadisə yerində iş üzrə əhəmiyyət kəsb edən hallar aşkar edilməmişdir. Baxış zamanı fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir.(cild 1, i.v. 9- 14) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş “nəqliyyat vasitəsinə baxış keçirilməsi haqqında” 28 avqust 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs İdarə etdiyi ağ rəngli “Lada Niva 21214” markalı **-VL-*** dövlət qeydiyyat nişanlı avtomobilin alınlıq şüşəsinin sol yuxarı tərəfi çatlamış, qabaq buferi ortadan əzilmiş, arxa şüşəsi ortadan sınmış və sol qapısında əziklər vardır. Avtomobilin hər iki tərəfdən fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir. (cild 1, i.v 86-90) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş “ mobil telefona baxış keçirilməsi haqqında” 10 noyabr 2022-ci il tarixli protokoldan və protokola əlavə edilmiş DVD diskdə olan video görüntülərdən görünür ki, Zərərçəkmiş şəxs5 mobil telefonuna onun özünün iştirakı ilə baxış keçirilmiş və 5 ədəd iş üzrə əhəmiyyət kəsb edə biləcək video görüntülərin olması müəyyən edilmişdir. Həmin video görüntülərdən biri 23 saniyədir, Zərərçəkmiş şəxs5 Kərim oğlunun yaşadığı evlə üzbəüz rakursdan çəkilməsi görünür, videoçəkiliş zamanı “**-VL-***” dövlət qeydiyyat nişanlı, “Lada Niva 21214” markalı avtomobilin Zərərçəkmiş şəxs5 məxsus evin həyətinə daxil olması, evdən qadın cinsinə məxsus qışqırıq səslərinin gəlməsi, daha sonra avtomobilin geriyə doğru hərəkət etdirildiyi görünür. Baxışda İştirak edən Zərərçəkmiş şəxs5 avtomobili İdarə edən şəxsin Təqsirləndirilən şəxs olmasını, qışqıran şəxsin anası Zərərçəkmiş şəxs3 olmasını bildirmişdir. İkinci videoçəkiliş 36 saniyədir, Zərərçəkmiş şəxs5 yaşadığı evdən bir qədər aralıdan daş hasarın kənarından çəkilməsi görünür, görüntüyə əsasən “**-VL-***” dövlət qeydiyyat nişanlı, “Lada Nİva 21214” markalı avtomobil Zərərçəkmiş şəxs5 yaşadığı evin giriş darvazasının qarşısındadır, dayanıqlı vəziyyətdədir, sürücü əyləşən hissənin qapısı açıqdır, içərisində sürücünün olması videoçəkilişdən görünür, bir nəfər qadın cinsinə məxsus şəxs avtomobilin qapısını əli ilə bağlayaraq sürücünün avtomobildən düşməsinə mane olur, həmin vaxt evdən başqa bir qadın cinsinə məxsus şəxsin qışqırıq səsləri gəlir. Baxışda iştirak edən Zərərçəkmiş şəxs5 avtomobildə olan şəxsin Təqsirləndirilən şəxs olmasını, həmin vaxt avtomobildən bıçaqla düşmək istəməsini, avtomobilin sürücü olan hissəsinin qapısını bağlayaraq Aydının avtomobildən düşməsinə maneçilik edən şəxsin isə qonşusu Şahid3 olmasını, qışqıran şəxsin anası Zərərçəkmiş şəxs3 olmasını bildirmişdir. Üçüncü videoçəkiliş 9 saniyədir, video görüntüyə əsasən görünür ki, evin həyətində “99- VL-290” dövlət qeydiyyat nişanlı, “Lada Niva 21214” markalı avtomobil dayanıqlı vəziyyətdədir, avtomobilin arxa şüşəsi sındırılmış vəziyyətdədir, evin həyətində müxtəlif insanlar vardır, bir nəfər şəxs yerdə uzanıqlı vəziyyətdədir, baxışda iştirak edən Zərərçəkmiş şəxs5 həmin şəxsin anası Zərərçəkmiş şəxs3 olmasını bildirmişdir. Dördüncü videoçəkiliş 25 saniyədir, Zərərçəkmiş şəxs5 yaşadığı evdən bir xeyli aralıdan yaxınlaşdırma funksiyasından istifadə edilməklə qeydə alınmışdır, videogörüntü Zərərçəkmiş şəxs5 evinin giriş darvazasının qarşısını və darvazadan bir qədər aralını qeydə almışdır. Videogörüntüdən görünür ki, bir nəfər şəxsin əlində bel sapına bənzər əşya vardır, əşyanın uc hissəsi video görüntüdə görünmür, digər şəxs isə əlində bel sapı olan şəxsi Zərərçəkmiş şəxs5 evinə tərəf getməsinə mane olmaqdadır. Baxışda İştirak edən Zərərçəkmiş şəxs5 əlində əşya olan şəxsin Təqsirləndirilən şəxs olmasını, onu tutaraq evinə getməsinə mane olan şəxsin isə qonşusus Şahid6 olmasını bildirmişdir.Beşinci videoçəkiliş 14 saniyədir, videomüşahidə kamerasından çəkilmişdir. Görüntüdən görünür ki, obyektin qarşısında “QAZEL” markalı, arxasında yük hissəsi olan, sürücü tərəfdən qapısının üzərində "AAY” emblemi olan avtomobil vardır, avtomobilin sürücü əyləşən hissəsinin qapısı açıqdır. Bir nəfər əynində qara rəngli şalvar, ağ rəngli qısaqol idman köynəyi olan şəxs əlindəki bıçağı avtomobilin sürücü əyləşən oturacağının arxa hissəsinə yerləşdirir. Baxışda iştirak edən Zərərçəkmiş şəxs5 həmin şəxsin Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sürücüsü olmasını, adını bilmədiyini, həmin şəxsi üzdən tanıdığını, həmin şəxsin videogörüntüdə görünən bıçağı Təqsirləndirilən şəxs istifadə edə bilməməsi üçün idarə etdiyi avtomobildən götürməsini və öz avtomobilinə yerləşdirməsini bildirmişdir. Baxış zamanı iş üzrə əhəmiyyət kəsb edə biləcək əlavə hala rast gəlinməmişdir. ( cild 1, i.v. 214-217) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş məhkəmə-tibb ekspertizasının 27 avqust 2022-ci il tarixli 769 №-li rəyindən görünür ki, Zərərçəkmiş şəxs3 bədəni üzərində aşkar olunan xəsarətlər - hər iki bazuda qançır, nazik bağırsağın toxumasının cırılması ilə müşayiət olunan qarının küt travması, qasıq sümüyünün hər iki şaxəsinin, sol sirkə kasasının sınığı, sağ bud sümüyünün aşağı 1/3-dən qapalı sınığı küt əşyanın (əşyaların) təsirindən törənməklə yetirilmə müddəti qərarda göstərilən vaxta, yəni 26 avqust 2022-ci il tarixə uyğun gəlir, bu xəsarətlər qərarda göstərilən şəraitdə əmələ gələ bilər, dərəcəsinə görə həyat üçün təhlükə törətdiyindən sağlamlığa ağır zərər vurmaya aiddir. ( cild 1, i.v. 153-154) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş məhkəmə-tibb ekspertizasının 27 avqust 2022-ci il tarixli 770 №-li rəyindən görünür ki, Zərərçəkmiş şəxs4 bədəni üzərində aşkar olunan xəsarətlər - hər iki dirsəkdə və sağ biləyin arxa səthində sıyrıq, belində solda qançır küt əşyanın təsirindən törənməklə yetirilmə müddəti qərarda göstərilən şəraitdə əmələ gələ bilər və sağlamlığa zərər vurmadıqlarından dərəcəsi təyin olunmayan xəsarətlər növünə aiddir. ( cild 1, i.v. 155) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş məhkəmə-tibb ekspertizasının 27 avqust 2022-ci il tarixli 771 №-li rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədəni üzərində aşkar olunan xəsarət - sol dizdə qançır küt əşyanın təsirindən törənməklə yetirilmə müddəti qərarda göstərilən vaxta, yəni 26 avqust 2022-ci il tarixə uyğun gəlir, bu xəsarət qərarda göstərilən şəraitdə əmələ gələ bilər və sağlamlığa zərər vurmadığından dərəcəsi təyin olunmayan xəsarətlər növünə aiddir. ( cild 1, i.v. 156) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş məhkəmə-tibb ekspertizasının 27 avqust 2022-ci il tarixli 772 №-li rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində aşkar olunan xəsarətlər - sağ əlin V barmağının əl darağı sümüyünün yerini dəyişməyən qapalı sınığı küt əşyanın təsirindən törənməklə yetirilmə müddəti qərarda göstərilən vaxta, yəni 26 avqust 2022-ci il tarixdə uyğun gəlir, bu xəsarət qərarda göstərilən şəraitdə əmələ gələ bilər, dərəcəsinə görə sağlamlıqda uzun müddətə pozğunluq törətdiyindən sağlamlığa az ağır zərər vurmaya aiddir. ( cild 1, i.v. 157) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş məhkəmə-tibb ekspertizasının 27 avqust 2022-ci il tarixli 773 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində aşkar olunan xəsarətlər - sol gözün altında qançır, burnunun üstündə sağda əzilmiş yara, sifətində solda qançır küt əşyanın təsirindən törənməklə yetirilmə müddəti qərarda göstərilən vaxta, yəni 26 avqust 2022-ci il tarixə uyğun gəlir, bu xəsarətlər qərarda göstərilən şəraitdə əmələ gələ bilər və sağlamlığa zərər vurmadığından dərəcəsi təyin olunmayan xəsarətlər növünə aiddir. ( cild 1, i.v. 158) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş komisyon kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının 17 sentyabr 2022-ci il tarixli 2487 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl dövründə də hər hansı bir psixi xəstəlik və ya psixi xəstəliyin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar edilməmişdir. Həmin dövrdə o öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham elan olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs əqli və intellektual imkanları normaya uyğundur, hövsələsizlik, inadkarlıq, tez özündən çıxmaq, eqosentrizm, kinlilik kimi xarakterik xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs əqli inkişafında psixi xəstəliklə əlaqədar olmayan gerilik əlamətləri qeydə alınmamışdır. Hadisə zamanı Təqsirləndirilən şəxs psixi-emosional halında hirslilik yaranmışdır. ( cild 1, i.v. 159-162) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş Quba Rayon Məhkəməsinin 13 yanvar 2021-ci il tarixli 3(027)-60/2021 №- li qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 08 (səkkiz) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. ( cild 2, i.v. 66-99) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş “Quba rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsin 05 sentyabr 2022- ci il tarixli PHŞ/6.56-2-2022-513 №-li sorğuya cavab məktubundan görünür ki, Quba rayonu, Qımılqazma kəndində qeydiyyatda olmaqla yaşamış, xx xxxx 1966-cı İl təvəllüdlü Təqsirləndirilən şəxs Quba RMX-nın Poliklinika şöbəsinin psixiatrik və narkoloji kabinetlərində qeydiyyatda yoxdur. ( cild 1, i.v. 100) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 16 sentyabr 2022-cİ il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs əməliyyat-sorğu kartotekasında onun məhkumluğu barədə məlumat yoxdur.(cild 1, i.v. 108) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş faktiki vəziyyətin və dəymiş ziyanın müəyyən edilməsi barədə 14 noyabr 2022-ci il tarixli aktdan görünür ki, tikinti sahibi Zərərçəkmiş şəxs3 dəymiş maddi ziyan 850 manat olaraq müəyyən edilmişdir. ( cild 2, i.v. 45-52) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş Quba RİHB-nın Qəçrəş İƏD üzrə nümayəndəliyinin xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakteristika olunmuşdur.(cild 1, iş vərəqə 230) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş Quba RlHB-nın Qəçrəş İƏD üzrə nümayəndəliyinin 11 noyabr 2022-ci il tarixli, 347 №-li arayışından görünür ki, Təqsirləndirilən şəxs torpaq sənədləşməsi ilə əlaqədar Qəçrəş nümayəndəliyinə heç bir yazılı və şifahi müraciət etməmişdir. (cild 1, i.v.229) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş Quba rayonu, Qəçrəş bələdiyyəsinin 11 noyabr 2022-ci il tarixli 64 №-li arayışından görünür ki, Təqsirləndirilən şəxs Qəçrəş bələdiyyəsinə torpaq alqı-satqısı məqsədilə heç vaxt şifahi və ya yazılı müraciət etməmişdir. (c.1,i.v.235) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş Quba rayon Qımılqazma kənd ümumi orta məktəbinin 10 noyabr 2022-ci il tarixli 14 №-li arayışından görünür ki, Təqsirləndirilən şəxs 01 noyabr 2011-ci il tarixdə məktəb ocaqçısı təyin edilmiş, 29 dekabr 2014-cü ildə əməkhaqqısının az olmasını əsas gətirərək başqa işə keçməsi ilə əlaqədar öz ərizəsi əsasında işdən azad edilmişdir. (cild 1, i.v.219) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş Quba rayonu, Qəçrəş bələdiyyəsinin 11 noyabr 2022-ci il tarixli 65 №-li arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər yaşadığı atası X1 məxsus həyətyanı torpaq sahəsi 0,27 hektardır. Həmin torpaq sahəsinin 0,20 ha hissəsi Qubadlı rayon sakinləri Qurbani və Elçinə satılmışdır. Həmin torpaq sahəsinin 0,03 ha hissəsi vaxtı ilə həmin evdə yaşamış, hazırda ailə quraraq Qəçrəş kəndində yaşayan Təqsirləndirilən şəxs bacısı X2 adına rəsmiləşdirilmişdir. Qalan 0,04 ha hissə isə Qəçrəş bələdiyyəsinin balansındadır. (cild 1, i.v.234) Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs hadisə zamanı idarə etdiyi “Lada Niva 21214” markalı **-VL-*** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut kimi tanınaraq sahibinə geri qaytarılmışdır. ( cild 1, i.v. 103-136) Məhkəmə, Təqsirləndirilən şəxs özünü təqsirli bilməməsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, Təqsirləndirilən şəxs əməli yuxarıda göstərilən sübutlarla – cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir, həmin əməllər qəsdən törədilmişdir, Azərbaycan Respublikası CM-nin 29,120.2.2, 29,120.2.3, 29,120.2.4, 29,120.2.7-ci maddələri başa çatmamış cinayətdir, təsnifata görə ağır cinayətlər kateqoriyasına aiddir, həmin məcəllənin 127.2.3 və 221.3-cü maddələri isə başa çatmış cinayətdir və təsnifata görə az ağır cinayətlər kateqoriyasına aiddir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 120.2.2, 29, 120.2.3, 29, 120.2.4, 29, 120.2.7, 127.2.3, 221.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının qeyd edilən maddələrin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddələsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 26 avqust 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Quba rayon məhkəməsinin 28 avqust 2022-ci il qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 26 avqust 2022-ci il tarixdən hesablanmışdır. Məhkəməyə qədər icraat dövründə təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış, məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. ( cild 1, i.v. 21,91-94) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 26 avqust 2022-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış Lada Niva 21214” markalı **-VL-*** dövlət qeydiyyat nişanlı avtomobil sahibinə qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99.1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. İş üzrə mülki iddia və məhkəmə xərci yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” xx.xx.2021-cı il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.2.2, 29, 120.2.3, 29, 120.2.4, 29, 120.2.7, 127.2.3, 221.3-cü maddələri nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 29, 120.2.2, 29, 120.2.3, 29, 120.2.4, 29, 120.2.7-ci maddələri üzrə 14 (on dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 127.2.3-ci maddəsi üzrə 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 221.3-cü maddəsi üzrə isə 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 17 (on yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzasının əvvəli onun tutulduğu vaxtdan, yəni 26 avqust 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış Lada Niva 21214” markalı **-VL-*** dövlət qeydiyyat nişanlı avtomobil sahibinə qaytarılması nəzərə alınsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-324/2023
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-324/2023
22.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver