Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-325/2024 28.10.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X15 Nizami oğlunun sədrliyi, X10 və X5 ibarət tərkibdə, Məhkəmə iclas katibi Feyzullazadə Əli Elşən oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Zərərçəkmiş şəxslər – https://ecms.justice.loc/Documents/CaseParties.aspx?caseId=2547540Zərərçəkmiş şəxs1, https://ecms.justice.loc/Documents/CaseParties.aspx?caseId=2547540Zərərçəkmiş şəxs3 və https://ecms.justice.loc/Documents/CaseParties.aspx?caseId=2547540Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxslərin nümayəndələri https://ecms.justice.loc/Documents/CaseParties.aspx?caseId=2547540Nümayəndə1 və https://ecms.justice.loc/Documents/CaseParties.aspx?caseId=2547540Nümayəndə2, Müdafiəçilər - Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X12, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxx 1960-cı ildə, Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, ali təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 5 saylı məhkəmə iclas zalında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, tamah niyyəti ilə etibardan sui istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib zərərçəkmiş şəxslərə külli miqdarda maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə etibardan sui istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə oğlu X13 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək İbrahim Əliyevin direktor olduğu "xxxx" MMC-nin faktiki sahibi olmaqla özünü nüfuzlu iş adamı kimi təqdim edib "xxxx" MMC-nin direktoru Zərərçəkmiş şəxs1 etibarını qazanmaqla sonuncunun 06 may 2022-ci il tarixdə Belarusiya Respublikasından ölkəyə idxal etdiyi cəmi 40 ton çəkidə, hər kiloqramı 2 manat 90 qəpikdən olmaqla 116.000 manat dəyərində paketsiz toyuqları qısa müddət ərizində pulunu ödəyəcəyinə yalandan vəd verib inandırmaqla aldadaraq, 06 may 2022-ci il tarixdə həmin toyuq məhsulları ünvan 2 ünvanında yerləşən "xxxx" MMC-nin anbarına yerləşdirilməsinə nail olduqlan sonra 06 may 2022-ci il tarixdən həmin ayın sonunadək olan müddətdə götürərək oğlu İbrahim Əliyevlə həmin toyuqların satışını təşkil edib, satışdan əldə etdikləri pulları ələ keçirib Zərərçəkmiş şəxs1 külli miqdarda cəmi 116.000 manat ( yüz on altı min) maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə oğlu X13 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, özünü oğlu İbrahim Əliyevin direktor olduğu "xxxx" MMC-nin faktiki sahibi olmaqla özünü nüfuzlu iş adamı kimi təqdim edib Zərərçəkmiş şəxs1 tanışı Zərərçəkmiş şəxs2 ünvan 3 ünvanında yerləşən «Kapital Bank»ın Gənclik filialından 04 may 2022-ci il tarixdə Belarusiya Respublikasına göndərdiyi maddi vəsait hesabına "xxxx" MMC tərəfindən Belorusiya Respublikasından Azərbaycan Respublikasına idxal olunan iki yük avtomobilində, hər yük avtomobilində 1667 qutuda 20.004 kq olmaqla, ümumilikdə 40.008 kq içalatı çıxarılmış 2-ci növ bütöv toyuqları 27 may 2022-ci il tarixdə və 2 yük avtomobilində, hər yük avtomobilində 1667 qutuda 20.004 kq olmaqla, ümumilikdə 40.008 dondurulmuş, içalatı çıxarılmış polietilen paketdə 2-ci növ bütöv toyuqları 09 iyun 2022-ci il tarixdə onun adından "xxxx" MMC-nin anbarına saxlanca verilməsinə nail olduqdan sonra 09 iyun 2022-ci il tarixdən 14 iyul 2022-ci il tarixədək olan müddətdə ünvan 2 ünvanında yerləşən "xxxx" MMC-nin anbarından zərərçəkmiş şəxsin məlumatı olmadan oğlu İbrahim Əliyevlə hər kiloqramı 2 manat 65 qəpik olmaqla ümumi dəyəri 106.021,2 (yüz altı min iyirmi bir manat iyirmi qəpik) manat 40.008 kiloqram paketsiz 2-ci növ toyuqları və hər kiloqramı 2 manat 75 qəpik olmaqla ümumi dəyəri 110.022 (yüz on min iyirmi iki ) manat olan 40.008 kiloqram polietilen paketli 2-ci növ bütöv toyuqları götürüb, satışından əldə etdiyi pulları vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirib Zərərçəkmiş şəxs2 külli miqdarda cəmi 216.043,2 (iki yüz on altı min qırx üç manat iyirmi qəpik) manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə etibardan sui istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə oğlu X13 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək X4 Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində içərisində yarımtikili olan 0,03 ha torpaq sahəsini satacağına, sonuncunun adına çıxarış alacağına dair yalandan vəd verib inandırmaqla aldadaraq 28 dekabr 2022-ci il tarixdə beh olaraq Abşeron rayonu, Masazır qəsəbəsi ərazisindəki həmin torpaq sahəsinin yanında 500 manat, 29 dekabr 2022-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində Məzahir Dostuyevdən 4.500 manat, 2023-cü ilin yanvar ayınının əvvəllərində X6 **********854930 nömrəli «Kapital bank» kartı hesabına köçürülmüş 2.000 manat pulu, 2023-cü ilin mart ayının əvvəllərində yenə həmin bank kartı hesabına köçürülmüş 500 manat pulu ələ keçirib, sonra isə oğlu X13 ilə guya torpaq üzərində qoyulmuş məhdudiyyəti aradan qaldırmaq məqsədi ilə ünvan 4 ünvanında yerləşən Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Abşeron ərazi İdarəsinin qarşısında 2.500 manat, sonra isə hissə-hissə olmaqla X6 **********854930 nömrəli «Kapital bank» kart hesabına hissə-hissə olmaqla 1.900 manat, sonuncu dəfə isə 05 aprel 2023-cü ildə yenə həmin hesaba ünvan 6 ünvanında yerləşən «E-Manat» ödəmə terminalı vasitəsi ilə köçürülmüş 100 manat pulu ələ keçirib vahid niyyətlə əhatə olunmuş qəsdlə zərərçəkmiş şəxs X4 xeyli miqdarda cəmi 12.000 (on iki min) manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək sərbəst ifadəsində və ona verilmiş sualları cavablandırarkən göstərdi ki, Əliyev ibrahim adlı şəxs bu işlərlə, yəni bizneslə məşğul olmuşdur. Zərərçəkmiş şəxsləri həmin şəxsin vasitəsi ilə tanımışdır. Pulların alınıb verilməsində vasitəçi özü olmuşdur. Onların heç ofisi də olmamışdır. Onların ofisləri olmadığına görə ora gedərək heç bir iş görməmiş və onlardan pul almamışdır. Zərərçəkmiş şəxs1 ondan 116 min məbləğində şikayətçi olmuş, lakin bundan qabaq olan məbləğlərlə bağlı verib-verməməyi ilə bağlı fikir bildirməmişdir. O, Zərərçəkmiş şəxs1 hansı sənədlərin əsasında bu fikrə gəldiyini bilməmişdir. Zərərçəkmiş şəxs1 özü milyon manatlıq dövriyyə olduğunu demişdir. Milyon yarım dövriyyədən sonra 116 min manatlıq boşluq haradan yaranmışdır? O, ümumiyyətlə, neçə maşın gəldiyini bilməmiş, lakin hər maşının gəlməyində aldığı pulu etiraf etmişdir. Hər maşının gəlməsindən onların xeyirləri olmuşdur. Malların alınmasında və satılmasında onların satış ofisləri beş qəpik pul qoymuşdur. Həmin qoyulan pul yol xərcinə getmişdir. Əliyev İbrahim onun oğludur. Onun oğlunun adına MMC olmuşdur. Həmin dövrdə o, müəllimə işləməmişdir. 2014-cü ildə BDU ilə müəllimlik etməyi ilə bağlı müqaviləsi olmuşdur. Daha sonra yarım ştat kimi müəllimlik etmişdir. Daha sonra istəmədiyinə görə işdən ayrılmışdır. 2018-ci ildən 2020-ci ilə qədər başqa bir yerdə müəllimlik etmişdir. Daha sonra Bakı şəhərinə gəlmiş və sənədlərini FHN-nin akademiyasına göndərmişdir. Oğlunun necə biri olduğunu bildiyi üçün onun başqa bir yerlərə pul xərcləməməsi üçün ona nəzarət etmiş və əlindəki pulları başqa bir yerlərə dövr etdirməməsi üçün köməklik etmişdir. Həmin MMC-in təsisçisi oğlu olmuşdur. Bu işə başlayanda o, zərərçəkmiş şəxsləri tanımamışdır. Zərərçəkmiş şəxs1 AFN MMC ilə iş görmüşdür. Birinci dəfə o şirkətdən mal almışdır. Zərərçəkmiş şəxs1la 2021-ci ilin noyabr ayından oğlu İbrahim Sumqayıt şəhərində tanışının olduğunu bildirməyi əsasında iş görmüşlər. 15 il toyuq biznesi ilə məşğul olduğunu demişdir. Anarın nə işlə məşğul olduğunu o vaxt bilməmişdir. Cəlal adlı şəxslə birlikdə oğluna toyuq satmışlar. Cəlalla da Emin vasitəsi ilə tanış olmuşlar. O da iş adamıdır. Anargil toyuq gətirmişlər. Belarusyanın hansısa şirkəti ilə müqaviləsi olmuşdur. Əhməd adlı şəxs var idi. Həmin şəxs də Anara toyuq gətirmişdir. Toyuqları Ramanada saxlamışlar. Birinci dəfə toyuğu oradan gətirmişlər. Oğlu toyuqların satılmasında Anara söz vermişdir. Anarın gətirdiyi toyuqların satışını təşkil etmişdir. Anara pul vermişdir. O, dövriyyənin məbləğini bilməmişdir. Dövriyyəni Anar özü bilmişdir. Onun əlində sənədlər olmamışdır. Ona pulu vermişdir. Malların çoxu bazarda satılırmış. Bazarda satdığı şəxslərdən pulları yığmışdır. O da həmin pulları müxtəlif yerlərdə Anarın şəxsən özünə vermişdir. Axrıncı mallar Qüdrət adlı şəxsin malları olmuşdur. Yeddi maşın gəlmişdir. Onun bir hissəsini şəxsən oğlu satmışdır. Onun pulunu da qəpiyə-qəpik vermişdir. Ofisində vermiş və imza çəkmişdir. Yeddi maşından bu məsələ törəmişdir. Nə qədər pul etdiyini o bilməmişdir. Malları qəbul etmişdir. Anbarda onun Ruzi adlı tanışı olmuşdur. Anarın iştirakı olmuşdur. Axrıncı mallarda Qüdrətin iştirakı olmuşdur. Qida təhlükəsizliyinə nümunə aparılmışdır. Qida təhlükəsizliyi malların satılmasına razılıq verdikdən sonra malları satmaq olarmış. Ondan sonra satış müdiri malların satışını təşkil etmişdir. Malları onların tanıdığı şəxslər götürüb satırmış. O, malların satışında köməkçi olmuşdur. O, satışı təşkil etməmişdir. Bir maşında 20 ton mal olmuşdur. Onlara iki manat yetmiş qəpiyə verilən malın üstünə onlar beş qəpik qoyaraq satmışlar. Ona oğlu hər maşından beş yüz manat qazanc qaldığını demişdir. Hansı şirkətlərlə danışıqların aparılmasını bilməmişdir. Axrıncı yeddi maşından biri borc olmuşdur. 80 min manatdan yuxarı satış məbləği olmuşdur. Aparıb vermişdir. Bir maşından da 52 min pul olmuşdur. Onun da pulunu vermişdir. 12 min manatı Anara vermişdir. 35 min manatı da digər şəxsə vermişdir. Qalan üç maşından xəbəri olmamışdır. Daha sonra o, bu işə davam etmək istəmədiyini demişdir. Satış müdiri dəfələrlə ona bu işə qarışmamasını və bunları Anarla özünün həll edəcəyini demişdir. Hətta onların danışıq səsləri də olmuşdur. Bu məsləni o, müstəntiqə bildirsə də, müstəntiq ona qərəzli yanaşmış və onun sözlərini qulaq ardına vurmuşdur. O hansı maşından söhbət getdiyini və 116 min manat pulun haradan yaranıdığını bilməmişdir. Qüdrəti Anarın vasitəsi ilə tanımışdır. Qüdrətdən pul almamışdır. Malların satışını satış müdiri etmişdir. Qüdrətdən götürdükləri dörd maşın bazada olmuşdur. O faktiki olaraq satdığı malların pullarını vermişdir. Digərlərindən onun xəbəri olmamışdır. Qüdrətin mallarının satışını təşkil etmiş və şəxsən pulları özünə vermişdir. Yeddi maşın gəlmişdir. Biri yolda yoxa çıxmışdır. Qüdrətə nə qədər pul verməli olduqlarını bilməmişdir. O, bu işdə iştirak etdiyinə görə özünü təqsirli bilmişdir. Əvvəlcə onlar Masazırda alqı-satqı ilə məşğul olmuşlar. İbrahimlə Məzahirin aralarında şəxsi qərəzlikləri olmuşdur. Onunla qərəzliyi olduğuna görə onun da adını yazdırmışdır. Ona pul köçürülməmişdir. Ümumiyyətlə onun hesabına pul köçürməmişlər. Özü də heç vaxt şəxsən pul götürməmişdir. Həmin yerlərə münasibətdə də onlara yalan danışmışlar. Oğlu ona pul söhbətlərinə qarışmamasını tapşırmışdır. Pul söhbətlərində o oğlunun yanında olmuşdur. Oğlundan pulu alaraq verilməli şəxsə vermişdir. İbrahimlə Məzahirin danışıqlarında oğlunun yanında olmuşdur. Ancaq notariusa gedəndə olmuşdur. Məzahir İbrahimin belə işlərlə məşğul olduğunu bilmişdir. Həmin şəraiti məhz özü yaratmışdır. 2021-ci ilin noyabr ayında tanış olmuşdur. Birinci dəfə malı Cəlala vermişdir. Oğlu ona İbrahimin onun üzərindən ucuz qiymətə Cəlala mal verdiyini demişdir. Onlara malları iki manat əlli qəpikdən vermişdir. Cəlala isə iki manat iyirmi qəpikdən vermişdir. Daha sonra özü bu söhbətə qarışmamışdır. Pul əlinə gələn kimi gecə saatları olmasına baxmayaraq zəng edərək pulunu çatdırmışdır. Bu cür dəfələrlə olmuşdur. 2021ci ildən 2023-cü ilin aprel ayının axrına qədər onunla tanışlığı və görüşməkləri olmuşdur. Əliyev İbrahim malların satışını təşkil etmişdir. Çox hallarda özü də malların götürülüb satılmasında iştirak etmişdir. Daha sonra malların hara satılmasında iştirak etməmişdir. O, malları götürənin yanında olmamışdır. O sadacə malların qəbulunda iştirak etmişdir. Çox vaxt Anar özü iştirak etmişdir. Anar bəzən malları onların anbarından götürərək başqa bir anbara yığdırmışdır. Arenda pulu çox olduğuna görə dəyişiklik etmişdir. Tanış adam vasitəsi ilə aylığı 600 manata olan anbara mallar köçürülmüşdür. Onlar əvvəlcə bir dəfəyə 600 manat pul verməli olduqlarını zənn etmişlər. Daha sonra hər maşın üçün aylıq 600 manat pul verməli olduqlarını bilmişlər. Anbarın pulunu özləri vermişlər. Belə hal bir neçə maşında baş vermişdir. Həmin anbardan malların satışını təşkil etməmişdir. Malların satılmasında əldə olunan pulların bölünməsində aramızda narazılıq olmuşdur. 2022-ci ilin aprel ayından sonra ona dəfələrlə pul vermişdir. Onun hesabatında pulların məbləği həmişə az çıxmışdır. Ona həmişə çox pul vermişdir. Hesabatda isə az çıxmışdır. O dəfələrlə bunun şahidi olmuşdur. 273 min manat borca imza çəkməyinə onu özü məcbur etmişdir. Onlar o zaman hesabat aparmamış və ona təqribən bildiyini demişdir. Ortada borc vardır. Amma həmin borc şişirdilmişdir. Özüdə həmin borcun məbləğini bilmir. Bir dəfə maşının içərisində altı min manat pul vermişdir. O onlara etibar etmiş, lakin onun etibarından istifadə edilmişdir. Onların ofisləri olmadığına görə hesabat düzgün aparılmamışdır. O orada heç bir vəzifəni icra etməmişdir. O, oğlunun yanında pulları ayrı yerlərə xərcləməsin deyə olmuşdur. Oğlu satış müdiridir. Özü isə rəsmi işçi olmamışdır. Onun orada beş qəpiklik qazancı olmuşdur. Oğlu ona işləmədiyini demişdir. Yanında olmağını xahiş etmişdir. Ona bu işlərdən hər mala görə beş qəpik verəcəyini demişdir. Oğlu həmişə ayın əvvəlində və ayın sonunda 250 manat pul vermişdir. Həmçinin Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində özünü təqsirli bilməyərək göstərmişdir ki, oğlu İbrahimin vasitəsilə Zərərçəkmiş şəxs1 tanımışdır. 2021-ci ilin oktyabr ayında Anargil Belorusiyadan 2 maşın, 40 ton donmuş toyuq gətirmiş, Anar Sumqayıtda toyuq satan bir tanışına demişdi ki, toyuğu satmaqda ona kömək etsin, həmin tanışı da İbrahimi tanıdığı üçün onu Anarla tanış etmişdir. Birinci dəfə İbrahimə dostu Cəlalın vasitəsilə Anardan 50 yeşik toyuq satmışdı, pulunu nağd ödəmək şərtilə Anar İbrahimi tanıdıqdan sonra ona iş birliyi təklif etmiş, İbrahim onların gətirdiyi 40 ton toyuğun satılmasına köməklik etmişdir. Qısa müddət ərizində malın tez satıldığını görən Anar gələcəkdə onunla işləmək istədiyini bildirmiş, 2021-ci ilin noyabr ayından başlayaraq onların gətirdiyi malın əksər hissəsini İbrahim satmağa başlamış, əldə olunan pul əlbəəl olaraq nağd şəkildə Zərərçəkmiş şəxs1 və ya təsiçisi olan Eminə ödənilmişdir. 2022-ci ilin fevral ayının əvvəlində gətirilən malların satışının yaxşı getməsi ilə əlaqədar "xxxx" MMC Belorusiyanın 1 №-li toyuq fabriki lə müqavilə bağlamış, həmin müqaviləyə əsasən hər ay 8-10 maşın buzlaşdırılmış toyuq gətirilməyə başlanmış, İbrahim də satınlan toyuqların pulunu hissə-hissə ödəmişdir. İbrahim satışla məşğul olduğuna görə çox vaxt satış pulunu özü (yəni Həcər) şəxsən Anara və ya Eminə əlbəəl vermişdir. Əvvəlcə onlar bu malların kilosunu 2 manat 70 qəpikdən verib demişlər ki, siz də 5 qəpik üstünə qoyub sata bilərsiniz. İbrahimlə bu şirkətin arasında 2022-ci ilin aprel ayının axırına qədər malların pulunun ödənilməsi ilə əlaqədar heç bir problem olmamışdır. Əvvəl gələn mallar onların özlərinin icarəyə götürdükləri «Meyvə-tərəvəz» bazasında və Ramana qəsəbəsində yerləşən soyuducuda saxlanılırdı. Malların satışı mütəmadi olduğuna görə təklif olunmuşdur ki, həmin malları «Sab», «Halal-Ruzi» şirkətinin soyuducularında yerəşdirməyə razılıq verildikdən sonra Anar həmin anbar ilə müqavilə bağlamış və gələn bütun mallar gömrükdən keçib orada yerləşdirildi. Həmin ərəfədə tanımış, oraya daxil olan hər maşın üçün 600 manat, maşını boşaldan işçi qüvvəsinə 200 manat, mallara ciddi nəzarət etsin deyə Valehin özünə əlavə olaraq hər maşın üçün 200 manat pul ödəmiş, ondan xahiş etmişldir ki, qidanın malların satılmasına razılıq kağızı olmadan satışa icazə verilməsin. Malın gətirilməsinə, gömrükdən keçirilib, qidadan razılıq alınması prosesinə qədər və malların gətirilib anbara təhvil verilməsi Zərərçəkmiş şəxs1 aid olmuşdur. Digər məsələlər, yəni anbarın arenda pulu fəhlə və xırda pul məsələləri onların razılığı ilə onun tərəfindən edilmişdir. Anar İsmaylovun özü də dəfələrlə onun xəbəri olmadan həmin anbardan mal götürüb satmış, çünki malın sahibi Anar idi. 2022-ci ilin may ayında 2 maşın, 40 ton buzlaşmış toyuq gəlmiş, bu onların gətirdiyi axırıncı buzlaşmış toyuq idi. Sonra eşitdiyinə görə Zərərçəkmiş şəxs1 Qüdrət adlı iş adamı ilə görüşüb, gətirilən malların satışının gedişatını göstərərək gələcəkdə onlarla iş görməsini təklif edib. Onun bundan xəbəri olmayıb. Anara pul verən ərəfədə yeni bir təsisçi tapdığını, onun vasitəsilə azərbaycana mal gətirəcəyini bildirmiş, Anargilə gətirilən 40 ton maldan 60.000 manat qədər borc qalmış, yay olduğuna görə malın satılması və ən böyük problem qidadan həmin malların satışına qadağa qoyulması olmuşdur. Bu barədə sənədlər vardır. Həmin ərəfədə Anar bildirmişdir ki, Azərbaycana 20 ton buzlaşmış toyuq budu və 20 ton buzlaşmış file gətirilib, budun qiyməti 80.900 manatdır və satışını İbrahimə təklif edib bildirmişdir ki, bunun pulunu Qüdrətin şəxsən özünə verə bilərsiniz. O, Qüdrəti həmin ərəfədə tanımış və 81.000 manat pulu hissə-hissə olaraq onun Yasamal rayonunda yerləşən oifisində ona vermişdir. Bu təxminən 2022-ci ilin may ayında olmuşdur. Qüdrət bildirmişdir ki, sənin mənə heç bir borcun yoxdur. Bir müddət sonra Anar demişdir ki, filenin pulunu Qüdrətə verə bilmədiyinə görə onların malların satışından qalan pulu mən Qüdrətə çatdır və ona görə də o, 35.000 manat pulu Qüdrətə yenə onun ofisində vermiş, Qüdrət tapşırmışdır ki, «Anargilə nə qədər pul borclusunuzsa həmin pulları mənə çatdırın».Bu ərəfədə Anar ondan tez-tez pul istəməyə başladığı üçün o, məcbur olub, satılan malların pulunu Anara ödəməli olmuşdur. Hissə-hissə olaraq 17.000 manat pul ödəmiş, ümumi məbləğ 52.000 manat olmuşdur. Sonra eşitmişdir ki, Qüdrət Anarın təkidi ilə Belorusiyadan Azərbaycana bir neçə maşın buzlaşmış toyuq vurub. Həmin maşınları Anarın anbarlarla müqaviləsi olduğuna görə oraya boşaldıb. Malın oraya boşaldılmasında onun və İbrahimin iştirakı olmayıb. Çünki Belorusiyadan gələn toyuq məhsullarının o ərəfdə satışına qadağa qoyulmuşdu. Buna səbəb toyuq paketlərinin üzərində «kənd toyuğu» sözü yazıldığına görə icazə verilmirdi. Gələn 4 maşın, 80 ton toyuq Zərərçəkmiş şəxs1 öz şrkətindən İbrahim Əliyevin şirkətinə vurulsa da, İbrahimə ciddi xəbərdarlıq olunduğu üçün o həmin toyuqların hamısını yenidən Zərərçəkmiş şəxs1 şirkətinə qaytarmış, bununla əlaqədar elektron qaimə işə əlavə olunmuşdur. X17 şirkətinə Sumqayıt şəhərinin X3n ciddi xəbədarlıq məktubu vardır. Qüdrətə borcu yoxdur, Zərərçəkmiş şəxs1 qeyd etdiyi 4 maşın toyuqdan mənim xəbəri yoxdur, onun satışı ilə məşğul olmamışdır. Təqsirləndirilən şəxs Məzahir Dostuyevin şikayəti ilə əlaqədar ona oğlu İbrahim Əliyevlə birlikdə Abşeron rayonu, Masazır qəsəbəsində 3 sot torpaq sahəsini və həmin torpaq sahəsində olan yarımtikilini göstərib satacaqlarını vəd edərək onu aldadıb ondan hissə-hissə olmaqla cəmi 12.000 manat pulunu ələ keçirməsi sualına cavab olaraq bildirmişdir ki, həmin sövdələşməni oğlu İbrahim aparmış, pullar da İbrahimə verilmişdir, ona əlbəəl pul verməyiblər. Məhkəmə istintaqı zamanı dindirilən Zərərçəkmiş şəxs1 sərbəst ifadəsində və sualları cavablandırarkən göstərmişdir ki, 2022-ci il mart ayının sonlarına yaxın mən Rafiqlə «Əmlakməkan»da görüş zamanı o, nə işlə məşğul oduğunu soruşmuş, ona Belorusiyadan toyuq və toyuq məhsulları gətrib satmaqla məşğul olduğunu bildirmiş, Rafiq bu işdə pul qoysa mal gətirərək satışını bir yerdə həyata keçirməyin mümkün olduğunu soruşmuş, ona məsləhətləşib cavab verəcəyini demişdir. xx.xx.2022-ci il tarixdə «Minsk 1 Toyuq» fabrikinin rəsmi dilleri olduğuna görə ay ərzində 160 ton toyuq, 7.5 milyon ədəd yumurtanı və aprel ayında Belorusiyadan «Aqrokombinat» toyuq fakbiki ilə də ayda 400 ton broyler toyuq məhsulunun gətirilməsi üçün müqavilə bağlamışlar, pulları az olduğu üçün Rafiqlə danışıb vəziyyət haqqında ona məlumat vermiş, o da onun durumundan istifadə edərək təklif etmişdir ki, gətirilən malın qazancının 80%-i onun, 20%-i isə "xxxx" MMC-nin olsun. Əlacsız olduğu üçün onun təklifi ilə razılaşmış və beləliklə Rafiq Qüdrət adlı şəxslə xx.xx.2022-ci il tarixdə Nərimanov rayonu ərazisində yerləşən «Kapital Bank»da "xxxx" MMC-nin hesabına 83.682 dollar pul qoymuşlar. Rafiqin qoyduğu pula görə 6 gündən sonra 1 maşın file, 1 maşın bud gəlmiş, həmin tarixdə, yəni xx.xx.2022-ci il tarixdə "xxxx" MMC-nin özünə məxsus 2 maşın, hər bir maşında 20 ton olmaqda iki maşında 40 ton, 2-ci sort toyuq gəlmiş, həmin iki maşın 2-ci sort toyuq və 1 maşın bud «Ruzibərəkətin» anabarına boşaldılmış, maşınlar boşaldılan zaman Rafiq, Qüdrət, o və Həcər orada olmuşlar. 1 maşın file isə «Baksoyuducunun» ərazinə gələrək Rəvan tərəfindən aparılmışdır. 1 maşın budu Rafiqin və Qüdrətin razılığı ilə Həcər sataraq 81.000 manat pulu bildiyinə görə Qüdrətin ofisində ona verib. Onlar Qüdrətə maya dəyəri 116.000 manat, satış qiyməti 139.000 manat olan filenin əvəzinə xx.xx.2022-ci il tarixdə gələn 116.000 manat dəyərində 2-ci sort toyuq məhsulunu Qüdrətin oifisində ona olan borc əvəzində vermişlər. Yerdə qalan 27.000 manatın 16.000 manatı özləri tərəfindən mal gələn zaman ödənilmiş, yerdə qalan 11.000 manat isə şirkətə çatan 20% qazancla əvəzlənmişdir. Sonradan Qüdrətgil 2 maşın 2-ci sort toyuğun pulunu yenə hesaba qoymuşlar və xx.xx.2022-ci il tarixdə maşınlar «Ruzi-bərəkətin» soyuducularına boşaldılmışdır. Bu məhsulların ora boşaldılmasının təklifini Qüdrət vermiş, çünki Həcərlə o, özünə məxsus ofisdə bu malın oraya boşaldılması və Həcərin həmin malı satması ilə əlaqədər razılığa gəlmişlər. Hətta budun pulu 49.000 manat kəsir olduğu halda, yəni Qüdrətə tam şəkildə çatmamasına baxmayaraq Qüdrət şəxsən 81.000 manatın çatdığını və Həcərin ona borcunun olmadığını bildirmişdir. Bu bir daha təsdiq edir ki, onları tanış etməyinə baxmayaraq onlar arasında sıx münasibət olmuşdur. X26 RPİ-də verdiyi izahatında bildirmişdir ki, Anarın xəbəri olmadan Qüdrətin oifisində dəfələrlə görüşləri olub, razılaşıblar ki, xx.xx.2022-ci il tarixdə gələn 3 maşın 2-ci sort toyuğun da satışın Həcər özü edəcək. xx.xx.2022-ci il tarixdə gələn 3 maşın, 60 ton toyuğun 20 tonu H.Əliyev prospekti 92 ünvanda yerləşən (Köhnə meyvə-tərəvəz anbarı) soyuducuya, 40 tonu isə "xxxx"in anbarına boşaldılmışdı. Sonradan məlum olmuşdur ki, həmin mallar anbardan əvvəldən mal satdıqları "xxxx" MMC-nin direktoru İbrahim Əliyevin anası Təqsirləndirilən şəxs adlı şəxs tərəfindən çıxarılmışdır. Əvvəllər mal satdığı "xxxx" MMC-nin onlara 720.000 manata yaxın rəsmi borcu vardır. Araşdırma nəticəsində öyrənmişlər ki, həmin MMC bizdən topdan aldığı malları bazarda 20-30 qəpik ucuz qiymətə satmış və bu yolla özünü yaxşı müştəri kimi göstərərək etibarından sui-istifadə edib inandırmış və külli miqdarda malları ona nisyə vermələrinə nail olmuşdur. Bununla yanaşı Təqsirləndirilən şəxs isə hazırda oğlu İbrahimlə birlikdə bizə 173.000 manat məbləğində malın satışını edərək pulu mənimsəyib. Nəticədə dövriyyələrinə ciddi ziyan vurulub və 173.000 manat pul dələduzluq yolu ilə mənimsənilmişdir. Bu azmış kimi, Təqsirləndirilən şəxs iyun 2022-ci il tarixdə məlumatları və razılıqları olmadan özünü onların partnyoru qismundə qələmə verərək "xxxx" MMC-yə məxsus anbarlarda saxlanılan və satış qiyməti 240.000 manat edən, maya dəyəri isə 184.000 manat olan 80 ton İİ sort toyuq ətini çıxarmağa nail olmuş, sataraq pulunu mənimsəmiş və ödəməkdən yayınmışdır. Bu səbəbdən də iş partnyorları arasında narazılıqlar yaranmışdır. Qüdrət və Rafiq adlı şəxslər maya dəyəri 45.000 manat, satış qiyməti 62.000 manat olan 2-ci sort (paketdə olan) toyuq məhsulunu H.Əliyev pr.92 ünvanında yerləşən soyuducu anbardan götürmüşlər. Həcər, Rafiq və Qüdrət ümumilikdə 418.000 manat dəyərində malı heç bir rəsmi, yazılı icazələri olmadan götürüb satıblar. Bu gün isə əsassız olaraq şikayət edən Qüdrətin 41.659 manat, Həcərin oğlu İbrahimlə birlikdə isə 173.000 manat borcları vardır. İlk al-verdən Qüdrətə verməli olduğu 112.000 manatlıq malın əvəzinə 40 ton, dəyəri 116.000 manat dəyərində olan məhsulu borc əvəzi vermişlər. Həmin malın satışını Qüdrət Həcərə verib, özləri götürüb satıblar. Qüdrət Həcərlə yaxın təmasda olublar, dəfələrlə xəbərləri olmadan ofislərində görüşüb mallarla bağlı danışıqlar ediblər. Malı Qüdrət özü Həcərə verib şatışını təşkil edib. Hətta bir dəfəsində onun Qüdrətə borcu qalmaması barədə telefonda bildirmişdir. Halbuki, ödəməli olduğu 81.000 manatın əvəzinə 32.000 manat pul ödəmiş və Qüdrətə 49.000 manat borcu qaldığı halda Qüdrət guya pulun tam ödənilməsini bildirmişdir. Sonradan borcluluq üzə çıxmış və Qüdrətdən niyə belə etdiyini soruşduqda o, bildirmişdir ki, «Biz eyni tayfanın uşaqlayırıq, (Maştağanın seyidlər tayfası) onu ayağa vermək istmədim. Şikayətləri üzrə Abşeron RPİ-nin İstintaq Şöbəsinə araşdırma aparılan zaman Qüdrət Abşeron polis idarəsinə gəlib izahat verməkdən yayınmış, hətta onun vəkili Nümayəndə2 bizə zəng edərək “Həcərlə işiniz yoxdur o bizim adamdır” demişdir. Xahiş edirəm Zərərçəkmiş şəxs2, X14, Təqsirləndirilən şəxs və onun oğlu X13 ilə birlikdə şirkətə 214.659 manat məbləğində ziyan vurmuşlar. Daha sonra Zərərçəkmiş şəxs1 cinayət işinin materiallarına əlavə edilmiş xx.xx.2022ci il tarixli, «EBCB» seriyalı, 204145 №-li «Malların qismən qaytarılması» haqqında elektron qaiməyə (həmin qaimədən görünür ki, həmin tarixdə "xxxx" MMC-dən 40 ton, 106.000 manat dəyərində «Dondurulmuş toyuq» (Sadə) və 60 ton, 159.000 manat dəyərində «Dondurulmuş toyuq» (Paket) geri qaytarılmışdır) aydınlıq gətirərək bildirmişdir ki, Qüdrət görüşlərdə 100 ton malın Həcər tərəfindən satılacağını bildirirmiş və o, da həmin malların elektron qaydada satılmasını Eminə demişdir. Sonradan Qüdrət dediyi sözü dandığı üçün həmin malı elektron variantı ilə geri qaytarma eləmişdir. Gətirdikləri 2-ci sort toyudların satışına AQTA tərəfindən icazə verilib, onların keyfiyyətində heç bir problem olmayıb, sadəcə olaraq həmin toyquların paketi üzərində «kənd toyuğu» sözü yazıldığına görə AQTA tərəfindən istehlakıçıların hüquqlarının pozulması kimi qiymətləndirilib və buna görə "xxxx" MMC-yə ümumi olaraq 6.000 manat cərimə yazılıb və həmin cəriməni ödəmişlər. Təqsirləndirilən şəxs göstərdiyi, guya həmin toyuqlar keyfiyyətsiz olduğu üçün satışına icazə verilməyərək məhv edilməsini göstərməsi tamamilə yalandır, malların keyfiyyətində heç vaxt, heç bir problem olmayıb, satışına heç vaxt qadağa qoyulmayıb və məhv edilməsi tələb olunmayıb. Həcər bununla özünü məsuliyyətdən qurtarmaq istəyir. Qeyd etmək istəyirəm ki, Həcərin "xxxx" MMC-yə 2-ci sort toyuqlardan 173.000 manat, 46.000 manat və 112.000 manat olmaqla cəmi 331.000 mmanat borcu vardır. Bu borclar barədə yuxarıda ətarflı məlumat vermişdir. Həmçinin zərərçəkmiş Zərərçəkmiş şəxs1 ona dəymiş ziyanın bir hissəsinin zərərçəkmiş şəxsin oğluna qarşı eyni maddə ilə verilmiş ittiham üzrə müəyyən olunduğunu bildirdi. Ona görə də hazırda araşdırılan iş üzrə ona dəymiş ziyan 116.0000 manat həcmində müəyyən edilmişdir. Zərərçəkmiş Zərərçəkmiş şəxs1 ifadəsinin davamında ona dəymiş ziyanın ödənilmədiyini və ona görə də təqsirləndirilən şəxsdən şikayətçi olmadığını bildirdi. Məhkəmə istintaqı zamanı dindirilən Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, fiziki şəxs kimi fərdi bizneslə məşğul olur, Şahid2 uzun illərdir ki tanıyır. 2022-ci ilin təxminən aprel ayının əvvəllərində Rafiq təklif etmişdir ki, tanışları Anar və Emin adlı şəxslər toyuq və toyuq məhsulları biznesi ilə məşğul olurlar, yaxşı qazanc əldə edirlər. Rafiqin deməsinə görə o, Anar və Emin adlı tanışları ilə razılıq əldə edib, Belarusiya Respublikasından ölkəyə toyuq məhsulları gətirilməsi ilə bağlı danışıb. Həmin şəxslərə pul verdiyi təqdirdə onlar ölkəyə toyuq məhsulları gətirib guya əldə ediləcək qazancın 80 faizi Rafiqlə onun, 20 faizi isə Anar və Eminin olmalı idi. Bu faizin bu cür olmasının səbəbi ondan ibarət idi ki, Anarla Emin yalnız məhsulların Belarusiya Respublikasından Azərbaycana idxal olması ilə məşğul olmalı, ölkəyə gəldikdən sonra özünün Rafiqlə yaratdığı "xxxx" MMC məşğul olmalı idi. Rafiqlə birlikdə «İnşaatçılar» metrosu yaxınlığında yerləşən “KOLORİT” restoranında Anarla görüşərək işlə bağlı söhbət zamanı öz malları ilə birlikdə özləri üçün toyuq və toyuq məhsullarını gətirəcəklərini bildirmişdir. Belə ki, onlar Belarusiya Respublikasından yalnız toyuğun hissələrini idxal edəcəklərini, bununla yanaşı özlərinə isə toyuq və toyuq məhsullarını gətirəcəklərini bildirmişlər. Ondan sonra Rafiqlə birlikdə yenə eyni adlı restorana gedərək Emin, Anar, Əhməd və Həsənlə görüş zamanı Əhməd onunla və şəriki Rafiqlə tanış olmaq istədiyini, kimlərlə iş görəcəyini bilmək istədiyini bildirmiş, Əhmədlə ilk tanışlıqları həmin zaman olmuşdur. Rafiqlə razılağa gəlmişlər ki, "xxxx" MMC-ni təsis edib, hər ikisi daşınmaz əmlak banka girov qoymaqla hər birinin adına 250.000 manat, cəmi 500.000 manat pul götürüb həmin pulla ölkəyə toyuq məhsulları idxal edək. Lakin, "xxxx" firması təsis olunana kimi Rafiq zəng vuraraq bildirmişdir ki, Belarusiyada bir maşın bud, bir maşın file olmaqla iki maşın məhsul var. Həmin məhsulları indi ölkəyə gətirə bilərik. Bunun üçün bizə təxminən 150.000 manat pul lazımdır. Rafiq dedi ki, qaynına və digər tanışlarına zəng vuraraq onlardan məhsulu gətirmək üçün lazım olan pulu istəyib, onun da eyni iş üçün pul axtarmağını xahiş etmişdir. Bu səbəbdən Rafiqlə Anarla danışıb, 142.262 manat pulu 18 aprel 2022-ci il tarixdə X18 rayon filialından "xxxx" MMC-nin hesabına keçirmiş, təxminən 5-6 gün sonra həmin iki maşın ölkəyə gəldikdə, Anarla öz ofisində görüşərək gömrük və digər xərclər üçün 46.400 manat pulu Anara təhvil vermişdir. Anar gömrükdən malları çıxartdıqdan sonra, Rafiqə zəng edərək onların məhsulları üçün yüksək qiymətə alıcı tapdığını və müştəriyə satmaq üçün verdiyini bildirmişdir. Rafiq budun 1 kilosuna 4.05 manata, yəni 20 ton 81.000 manata, filenin 1 kilosunu isə 6.95 manata olmaqla 20 ton fileni 139.000 manata satdığını bildirərək onu Elmlər akademiyası metrosu yaxınlığında olan çayxanaya dəvət edib bildirmişdir ki, Anar pulu gətirəcək. Rafiqlə çayxanada görüşmüş, Rafiq Anara zəng edərək gəlib-gəlməməyi barədə soruşduqda o, məhsulların pulunu sabah ofisə gətirəcəyini bildirmişdir. Sabahı günü Rafiqlə birlikdə Anar, Emin və Həsənlə görüşdükdə Anar məhsulları budu müəlliməyə, yəni Həcərə, fileni isə Rəvan adlı şəxsə verdiyini bildirdi. Həmin məhsulların ödənişini, filenin pulunu hesablarına köçürüləcəyinə Emin əminlik vermişdir. Budun pulu 81.000 manatın bir hissəssini 8.500 dolları yəni milli valyuta ilə 14.450 manat Anar Rafiqə verdikdən sonra Rafiq pulu ona vermiş, 5.000 manat pulu Anar onun kartına vurmuşdur. Bir neçə gün sonra isə 65.550 manat pulu tanımadığı, Anarın müəllimə kimi təqdim etdiyi, onun toyuq satışı ilə məşğul olan şəxs Həcər adlı xanım həmin məbləği ofisə gətirərək vermişdir. Həmçinin bir neçə gün sonra mallar gömrüyə gəldikdə gömrük üçün 16.650 manat pul keçirmiş, qalan 9.670 manat pulu isə «İnşaatçılar» metrosunun yanında Anara vermişdir. Toyuqlar ölkəyə gəldikdə Rafiq demişdir ki, Anargil deyirlər ki, mallar 14 gün qalmalıdır labaratoriyadan keçdikdən sonra satışa çıxarılacaq. Rafiq həmin vaxtı demişdir ki, 3 maşının da pulunu vermək lazımdır, ona görə də, 01 iyun 2022-ci il tarixdə 3 maşın toyuq üçün Emin, Rafiq, Anarla birlikdə «Kapital Bank»ın Nərimanov rayon filialından "xxxx" MMC-nin hesabına 97.200 manat pul köçürümüş, gömrük və əlavə xərclərə ümumilkdə 38.630 manat pul xərclənmişdir. Belə ki, həmin məbləğdən 24.900 manat gömrüyə 13.730 manat isə digər xərclərə görə xərcləndiyini bildirmişdir. Qeyd edir ki, sözügedən 38.630 manat ona verilməyib, həmin məbləğin 35.000 manatını Həcər xanımdan Anar götürərək xərcləri qarşılamış, yerdə qalan 3.630 manat pulu ondan almışdır. Həcər xanıma satılan malın pulundan yalnız 81.000 manat ona çatmışdır. 35.000 manatı isə ona görə ərizəsində qeyd etmişdir ki, sonuncu gələn maşınların özünə məxsus olduğunu bilirdi, sonradan isə məlum olmuşdur ki, həmin maşınlardakı məhsullar Anargilin öz məhsullarıdır. Bundan sonra öz pulu ilə ölkəyə idxal olunan məhsulların pulunu tələb etməyə başlamış, Rafiq, Anar və Emin müxtəlif bəhanələr gətirərək, pulu verməkdən boyun qaçırmışlar. 1 ay məhsulların X3 yaranan problemə görə anbarda qaldığını bildirmişlər. Daha sonra isə 1 ay 15 gün ərzində adiyyəti qurumlar tərəfindən məhsulların ölkə daxilində satışına icazə verilmədiyini bildirmişlər. Belə ki, 2 ay 15 gün ərzində onlar tərəfindən heç bir ödəniş olunmamışdır. Bu müddətdən sonra bildirmişlər ki, məhsulları “SAB”-ın anbarından oğurlayıblar. Buna görə də məhsulların pulunu verə bilmirlər. Onların deməsinə görə 4 maşında olan məhsulları oğurlayıblar, çünki bir maşın məhsulu Heydər Əliev prospektində anbarda Rafiqə təhvil vermişlər. Qeyd edir ki, ümumilikdə 412.692 manatdan 81.000 manat birinci gələn məhsuldan verilmiş, 45.000 manat isə sonuncu gələn 5 maşından verilmiş, 1 maşındakı məhsulu ucuz qiymətə sataraq pulu əldə etmiş, beləliklə Anar və Eminin vurduğu ziyanın ümumi miqdarı 286.692 manat olmuşdur. Həmçinin şahid onun tərəfindən verilmiş pullar əsasında alınmış malların "xxxx" MMC-yə verildiyini və malların oradan satıldığını bilmişdir. O, Təqsirləndirilən şəxs mal verməmişdir. Sonradan bilmişdir gətirilən toyuq məhsulları saxlanıldığı anbardan satılmışdır. Zərərçəkmiş Zərərçəkmiş şəxs2 ifadəsinin davamında ona dəymiş ziyanın ödənilmədiyini və ona görə də təqsirləndirilən şəxsdən şikayətçi olduğunu bildirdi. Məhkəmə istintaqı zamanı dindirilən zərərçəkmiş şəxs X7 ifadəsində göstərmişdir ki, 26 dekabr 2022-ci il tarixdə qohumu Şahid9 demişdir ki, Masazırda 3 sot torpaq sahəsi yarımtikili ilə birlikdə satırlar. Ona həmin torpaq sahəsini və yarımtikilin almaq istədyimi bildirmiş, Aydın demişdir ki, həmin torpaq sahəsinin sahibini dostu Ayaz tanıyır və 27 dekabr 2022-ci il tarixdə Masazır qəsəbəsində İbrahim Əliyevlə görüşüb tanış olmuş, həmin gün yağış yağdığından satılan torpaq sahəsinə gedə bilməmişlər. Həmin vaxt İbrahim həmin torpaq sahəsinin anası Təqsirləndirilən şəxs adına olması barədə alqı-satqı müqaviləsini göstərmiş, sabah anasını gətirəcəyini və yerə baıxb behləşməyi bildirmişdir. Səhəri gün, 28 dekabr tarixdə yenə həmin yerdə İbrahimin anası Təqsirləndirilən şəxs ilə görüşmüş, İbrahim özü gəlməmiş, o, Aydın və Ayaz ilə olmuş, Həcər satdığı torpaq sahəsini göstərmiş, torpaq sahəsini 17.000 manata razılaşmışlar. Həcər qarşıda bayram gəldiyini və alqı-satqını bayramdan sonra edəcəyini bildirmiş, 500 manat beh almışdır. Ondan sonra çayxanada əyləşib çay içən zaman Həcər Bakı Dövlət Univesitetinin müəllimi olmasını bildirmiş və əlavə olaraq 4.500 manat təcili plul lazım olmasını bildirib, bayramdan dərhal sonra alqı-satqı edəcəyini bildirib, sənədləri, şəxsiyyət vəsiqəsinin surətini verib inandırdığı üçün orada ona əlavə olaraq 4.500 pul vermişdir. O hətta bildirmişdir ki, alqı-satqı etmək üçün etibarnamə də verə bilər. Ondan sonra ayrılmışlar, bayram günlərində Həcər Ayaza zəng vurub yenə də 2.000 manat pul lazım olduğunu bildirmiş, Ayaz bunu demiş, yenə etibar etdiyi üçün 2.000 manat pulu ona vermiş, Ayaz da həmin pulu Nərimanov rayonu ərazisində onun verdiyi kartın hesabına köçürmüşdür. 10 yanvar 2023-cü il tarixdə alqı-satqı etmək üçün «Neftçilər» metrosunun yaxınlığında yerləşən Notariat Kontoruna getmişlər, orada məlum olmuşdur ki, həmin torpağın birinci sahibinin adına torpağın satılmasına mədudlaşdırma qoyulmuşdur. Onda Həcər və İbrahim sənədləri götürüb bildirmişlər ki, 21 gün ərzində mədudlaşdırmanı çıxardıqdan sonra alqı-satqı ediləcək. Sənədləri onlara verdikən sonra ayrılmışlar. Təxminən bir ay keçdikdən sonra Həcərlə telefonla danışıb işin nə yerdə oduğunu soruşduqda o demişdir ki, sənədləri hazırlamağa veriblər, yol pulu yoxdur, 500 manat pul lazımdır. Təxminən mart ayında «MilliÖn» vasitəsilə onun kartına 500 manat pul göndərmiş, ondan təxminən 10 gün sonra Həcər onları BTİ-nin yanına dəvət etmiş, Aydınla oraya gəlib Həcərlə görüşmüş, onun yanında bir nəfər yaşlı bir adam olmuş, sənədləri və 2.500 pulu Həcərə vermiş, Həcərin aldığı 2.500 manat pulu həmin şəxsə verib-verməməsini bilməmişdir. Həmin günü topağın həbsinin çıxarılması barədə kağızı İbrahim gətirib BTİ-yə vermiş, ondan sonra demişlər ki, torpağın sənədləşməsini bölgəyə göndərəcəklər. 04 aprel tarixdə Həcərlə birlikdə Abşeron rayon Reyestr Xidmətinə getmişlər, orada demişlər ki, 18 aprel tarixdə gəlib çıxarışı götürərsiz. 05 aprel 2023-cü il tarixədək 2.000 manat pulu hissə-hissə olaraq, yəni əvvəlcə 1.900 manat, sonuncu dəfə isə 100 manat pulu Nərimanov rayonu ərazisində «MilliÖn» vasitəsilə İbrahimin kartına göndərmişdir. 18 aprel tarixdə çıxarışı götürmək üçün Abşeron rayon Reyestr Xidmətinə getmişlər, orada demişlər ki, Həcər özü gəlməlidir.Ondan sonra Həcərə zəng vursa da ona zəng çatmamış, oğlu İbrahim isə zənglərə cavab verməmişdir.Ondan sonra Aydınla birlikdə Maştağaya gedib onun evini tapmışlar, orada demişlər ki, Həcəri Nərimanov rayon polis İdarəsində tutublar. Ondan sonra bir dəfə İbrahimlə telefonla danışdıqda o demişdir ki, anasını çıxaracaq və aldığı pulu verəcəkdir. Lakin ondan sonra İbrahimlə əlaqə saxlaya bilməmişlər.Beləliklə də, Həcər və oğlu İbrahim onun 12.000 manat pulumu dələduzluq yolu ilə ələ keçirmişlər. X9 ifadəsinin davamında ona dəymiş ziyanın ödənilmədiyini və ona görə də təqsirləndirilən şəxsdən şikayətçi olduğunu bildirdi. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid1 sərbəst ifadəsində və ona verilmiş sualları cavablandırarkən göstərdi ki, Zərərçəkmiş şəxs1 ilə bir il olar ki, tanışlığı var, o, "xxxx" MMC yaradıb, onunla 2021-ci ilin noyabr ayından işləməyə başlamış, birgə işləri Belarus Respublikasından toyuq və toyuq məhsullarını ölkəyə idxal edib satışını təşkil etməkdən ibarət olmuşdur. Şahid1 həmçinin göstərmişdir ki, 2022-ci ilin əvvəllərində toyuq satışı ilə məşğul olan İbrahim Əliyev ilə Zərərçəkmiş şəxs1 vasitəsilə tanış olmuş, İbrahim Belarus Respublikasından gətirdikləri toyuq və toyuq məhsullarından ona vermələrini xahiş etmiş, ondan sonra İbrahim anası Həcər xanımı gətirib onlarla tanış etmişdir. Həcər xanım bildirmişdir ki, Kəmaləddin müəllimin qrup yoldaşıdır, malların gömrükdən keçirilməsinə də, ucuz anbara yerəşdirilməsinə də kömək edəcək və İbrahim satışla məşğul olacaq, o isə pulhesabat işlərini onunla ediləcəyini bildirmişdir. Həmin vaxt İbrahim onlara məxsus şirkətin satış təmsilçisi kimi işləyrdi. Təqsirləndirilən şəxs tanışılığı ilə "xxxx" şirkəti arasında müqavilə bağlanmış, Belarus Respublikasından gətirdikləri toyuq məhsullarını həmin şirkətin anbarında saxlamışlar. 2-ci sort toyuq məhsulunun satışından Təqsirləndirilən şəxs 173.000 manat borcu yaranmış, onunla aralarında elə yaxın işgüzar münasibət yaranmışdır ki, ona etibar etmişlər və həmçinin Həcər xanım gündəlik ödənişlər etmişdir. Həmin vaxt anbarda özlərinə məxsus olan əlavə 2 maşın 2-ci sort toyuq olmuş, Minsk şəhərində yerləşən Aqrokombinat fabiriki ilə müqailə bağlamışlar, oradan bildirilmişdir ki, 1 maşın bud və 1 maşın file hazırdır, götürmələrini tələb etmişlər. Onlarla Minsk şəhərində yerləşən «Minsk 1» və Aqrokombinat fabiriki ilə arasında olan müqaviləyə əsasən aylıq olaraq 7.500.000 ədəd yumurta və 400 ton toyuq məhsulları götürməli idilər. Emin Əliyev daha sonra göstərmişdir ki, onların necə tanış olmalarını bilmir, Anar demişdir ki, Rafiq adlı şəxs bu işdə şəriklik etməyi təklif edib, arada olan razılaşmaya əsasən onların pulu ilə gətiriləcək malın satışından əldə olunan gəlirin 20% özlərinin, 80% isə Rafiqin olmalı idi. Bu razılıqdan sonra o, Anarla birlikdə Rafiqlə görüşmüş, razılığa əsasən Rafiq pul qoyacaq, onlar Belorusiyadan malı gətirib, satmaq üçün Rafiqgilə verəcəklər. Danışıqdan 3-4 gün sonra Rafiq Qüdrət aldı şəxslə Nərimanov rayonu ərazisində yerləşən Kapital Banka gəlmiş, orada görüşdükdə, pulun Qüdrətə və ya Rafiqə məxsus olmasını deməmişlər, 83.600 dollar pul "xxxx" MMC-nin hesabına qoyulmuş. Sonra həmin pul Belarus Respublikasına malların alışı üçün köçürülmüş və 10 gün ərzində 2 maşın mallar Azərbaycan Respublikasına gəlmiş, Anarla Rafiq gömrük rəsmiləşdirilməsində iştirak edib, malları çıxarıb anbara gətirmişlər, bu 2022-ci ilin aprel ayının sonlarında olmuşdur. Həmin malların gömrükdən çıxarılması üçün verilən 46.400 manat pulun 30.000 manatını Qüdrət və Rafiq verib, 16.400 manat pulu isə o və Anar vermişlər. Gələn maldan satış qiyməti 139.000 manat olan 1 maşın file (hər kilosu 6 manat 95 qəpik) Anar tərəfindən Rəvan adlı müştəriyə verilmiş və 81.000 manat olan 1 maşın bud isə "xxxx" MMC-nin anbarına boşaldılmış, bundan sonra Təqsirləndirilən şəxs ilə iş birlikləri yarandığı üçün həmin 1 maşın budu Anardan istədiyi zaman Anar ona bildirmişdi ki, bu bizə aid deyil, onun sahibi başqa şəxsdir. X23 ofisinə gedib, orada tanış olublar, Qüdrətlə Həcər razılaşıblar ki, malı Həcər satsın. Bundan sonra 1 maşın bud Qüdrətin razılığı ilə Həcərə verilib, razılaşıblar ki, Həcər satıb, pulunu 10 günə Qüdrətə verəcək, bunun Anara dəxli yoxdur. Qüdrətin deməsinə görə Həcər pulun bir qismini Qüdrətə ödəyib, lakin Qüdrət Anara deyib ki, Həcər pulun hamısını ödədi. Qüdrət Rəvana verilmiş 1 maşın filenin pulun istəmiş, həmin pulu Rəvandan ala bilmədiklərindən, "xxxx" MMC-nin anbarında olan, özlərinə məxsus 2 maşın, dəyəri 112.000 manat olan 2-ci sort toyuğu Rəvanda olan 139.000 manat pulun əvəzinə Qüdrətə vermək istəmişlər, Qüdrətə təklif etmişdir ki, istəyirsiz özünüz satın, əldə olan gəlirin hər 1 kq-da 05 qəpik Həcər xanıma çatır. İstəyirsiz Həcər xanım həmin malı satıb sizin pulunuzu versin, istəmirsizsə özünüz satın. Bu təkliflə Qüdrət razılaşmış, bu razılıqdan sonra 2 maşın, dəyəri 112.000 manat olan 2-ci sort toyuğu Həcər xanıma vermişlər, Həcər xanım da Qüdrətə hisə-hissə olaraq 35.000 manat pul vermişdir. Bundan sonra Belarus Respublkasından tələb etmişlər ki, bağlanmış müqaviləyə görə mallar fabrikdən çıxmalıdır. Həmin vaxt onlar Rəvandan 185.670 manat pulu ala bilmirdilər, 172.000 manat isə Həcər və oğlu İbrahimdə idi. Ona görə də maddi çətinlik yaranmış, Minskə müqaviləyə görə pul ödəyə bilmirdilər. Sonra əməkdaşları olan Həsən, Əhməd, Rafiq və Qüdrətlə telefon əlaqəsi yaradaraq onlara 2 maşın malın Azərbaycana gətirilməsini təklif etmişdilər, onlarla görüş zamanı demişlər ki, «AFM» firmasına düşən gəlir azdır, onlara çatan gəlirin qaldırılmasını istəmişlər və Qürdrətlə Rafiqə təklif olunmuşdur ki, gəlirin 30% özlərinin, 70% isə Rafiqgilin olsun. Onlar getmişlər və demələrinə görə Həcər xanımla məsləhətləşiblər ki, malı sata bilərmi, o da öz növbəsində deyib ki, 20 maşın da olsa sata bilər. Ertəsi gün zəng edib demişlər ki, razıdırlar, hesaba pul qoymaq istəyirlər və «AFM»-in hesabına pul qoymaq istəyirlər, hesaba 36.400 dollar pul qoyulmuş, həmin pul da Belorusiyaya ödənilmiş, 2 maşın 2-ci sort toyuq Azərbaycana gəlmiş, gömrük rəsmiləşdirilməsində onların hər ikisinin iştirakı ilə Anar da iştirak etmişdir. Həmin malı Bakıda, H.Əliyev prospektində yerləşən meyvə-tərəvəz bazasında yerləşən anabara boşaltmalı idilər, Anar demişdir ki, Qüdrətin təkidi ilə malı "xxxx" MMC-nin anbarına başaltmışlar. Mal boşaldılandan sonra Həcər ilə əlaqə saxlayıb demişlər ki, mal Qüdrət və Rafiqə aiddir, o da demişdir ki, bu malın onlara məxsus olduğunu bilir. Sonra isə əlavə 3 maşın 2-ci sort paketdə olan toyuğun gətirilməsi üçün Qüdrətin ofisində görüşləri olmuş, 3 maşın toyuğun gətirilməsi təklif olunmuş, həmin vaxt qiymətin qalxması gözlənilirdi, ona görə də, razılıq tam olmamış, yenə ertəsi gün Qüdrətgil demişlər ki, görüşüb 3 maşın malın pulunu hesaba qoymaq istəyirlər. Görüşdən sonra 97.200 manat «AFM»-in hesabına qoyulmuş, həmin pul da Belorusyaya köçürülmüşdür. Ondan bir neçə gün sonra 3 maşın 2ci sort paketdə mal Azərbaycana gəlmişdir. Bu ərəfədə Həcər Qüdrətə verəcəyi 112.000 manat pulu tam vermədiyi üçün Qüdrət Anara təklif etmişdir ki, mal «Baksoyuducuya» boşaldılsın. Oraya kodları olmadığından Anar Qüdrətə deyib ki, H.Əliyev prospektində yerləşən meyvə-tərəvəz bazasında "xxxx" MMC-nin anabarına və ya "xxxx"in anbarına kod olduğu üçün oraya boşalda bilər. Malın 1 maşını tərəvəz bazasına, 2 maşın isə "xxxx"in anbarına boşaldılmışdır. Malın özlərinə aid olmadığını və Qüdrətə məxsus olduğunu Həcər bilirdi, ondan bir neçə gün sonra Qüdrət, Rafiq, Anar və Əhməd oraya gedəndə görüblər ki, 4 maşın mal yoxdur, bununla əlaqədar Həcər ilə əlaqə saxladıqda o bildirmişdir ki, maldan xəbəri yoxdur. Valeh adlı anbardar isə deyib ki, həmin 4 maşın malı Həcərin göstərişi ilə aparıblar. Bundan sonra Həcəri dəvət edib, o, Anar, Qüdrət və Rafiq ondan 4 maşın mal barədə soruşmuşlar, Həcər demişdir ki, mal ondadır, o, Qüdrət və Rafiqə demişdir ki, ona bu ilin sentyabr ayının sonuna kimi vaxt verə bilərlərmi, Qüdrət tam olaraq fikir deməmiş, Rafiq isə yox demişdir. Onda Həcər demişdir ki, nə bilirsizsə edin. Ona görə də şikayət etmişlər, araşdırma nəticəsində məlum olmuşdur ki, Həcər Qüdrətlə danışaraq malın satılmasının icazəsini alıb. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid2 sərbəst ifadəsində və ona verilmiş sualları cavablandırarkən göstərdi ki, fiziki şəxs kimi fərdi bizneslə məşğul olur, Zərərçəkmiş şəxs2 uzun illərdir ki tanıyır. 2020-ci ildə Qüdrətlə daha sıx münasibəti yaranmış, Anar adlı əvvəllər işlətdiyi topdan satış məntəqəsinə məhsullar vermişdir. Onunla şəxsi tanışlığı Mətləb adlı dostunun iştirakı ilə olmuşdur. Tanışlıq zamanı Anar özünü Belarusiya Respublikasından toyuq və toyuq məhsullarının Azərbaycana idxal edib satmaqla məşğul olan şəxs kimi təqdim etmiş, tanışlıqdan sonra Anar dəfələrlə Belarusiyadan toyuq və toyuq məhsullarının olduğunu bildirmiş, lakin mən onunla iş birliyi qurmaqdan boyun qaçırmış və sonda qalacaq xeyri hesablayıb demiş, bu işdə qazancın çox olduğunu görüb, 2022-ci ilin təxminən aprel ayının əvvəllərində dostu Qüdrətlə bu barədə məlumat verib, istədiyi təqdirdə Anar adlı şəxslə tanış edə biləcəyini, iş haqqında daha ətraflı məlumat ala biləcəyini bildirmişdir. Qüdrətə söhbət zamanı bu işdə yaxşı pul qaldığını, işin əsas hissəsini Anar və şəriki Emin adlı şəxsin görəcəyini, qalan pulun 80 faizini biz, 20 faizini isə Anar və Eminə adlı şəxslərə qalacağını bildirmişdir. Anar və Eminin işi yalnız məhsulların Azərbaycana idxal edilməsi gömrükdən çıxarılmasından ibarət idi. Məhsullar gömrükdən çıxdıqdan sonra isə Qüdrətlə şərik açdıqları "xxxx" firmasıının məşğul olacağanı planlamışlar. Qüdrətlə birlikdə «İnşaatçılar» metrosu yaxınlığında yerləşən “KOLORİT” restoranında Anarla görüşərək, işlə bağlı söhbət zamanı onlar özləri üçün toyuq və toyuq məhsullarını gətirəcəklərini bildirmişlər. Belarusiyada olan 1 maşın bud, 1 maşında fileni gətirmək üçün lazım olan pulu Qüdrət tapmış, həmin zamanlarda maddi imkanı yaxşı olmadığı üçün məhsulların gəlməsinə lazım olan pula köməklik edə bilməmişdir. Bundan sonra Rafiqlə yenə eyni adlı restorana gedərək Emin, Anar, Əhməd və Həsənlə görüşmüş, orada Əhməd onunla və Qüdrətlə tanış olmaq istədiyini, kimlərlə iş görəcyini bilmək istədiyini bildirmişdir. Görüşdən bir müddət sonra Anar zəng edərək Belarusiya Respublikasında 1 maşın file, 1 maşın da bud hazır olduğunu demiş və pul olduğu təqdirdə sözü gedən maşınları Azərbaycana idxal edə biləcəyimizi bildirmişdir. Qüdrətə zəng vuraraq onunla məsləhətləşmiş, özündə pul olmadığını, onun tapmasını xahiş etmişdir. Beləliklə də Qüdrət tanışları vasitəsi ilə həmin pulu tapdıqdan sonra, Anar, Emin və Qüdrətlə birlikdə Nərimanov rayonunda yerləşən «Kapital Bank»a məhsulların pulunu göndərmişlər. 5-6 gün keçdikdən sonra Anarın deməsinə görə məhsullar artıq Azərbaycanda gəlmiş gömrükdən çıxarılmışdır. Eyni zamanda Anar ona yüksək qiymətə alıcı tapdığını və satdıqlarını bildirmişdir. O da öz növbəsində bu barədə Qüdrətə zəng edib məlumat vermiş və Anarın satdıqları məhsulun pullarını axşam gətirib bizə təhvil verəcəyini, o səbəbdən də görüşməli olduqlarını bildirmiş, axşam saatlarında X11 yaxınlığındakı çay evində görüşərək gecə saat 01 radələrinə kimi onları gözləmələrinə baxmayaraq onlar gəlməmişlər. Zəng etdikdə isə pulun bu gün hazır olmadığını, sabah verəcəklərini bildirdikləri üçün biz Qüdrətlə ayrılaraq evlərinə getmişlər. Sabahsı günü Qüdrətlə görüşərək Anargilə yenidən zəng vurmuşlar, onlar müxtəlif bəhanələr gətirərək pulun verilməsini uzatmışlar. Sonradan Anar 1 maşın budu Həcər xanıma satdığını və pulu ondan almalı olduqlarını bildirmişdir. Belə ki, Azərbaycana idxal etdikləri məhsullardan budun 1 kiloqramının qiyməti 4.05 manat, filenin 1 kiloqramının qiyməti isə 6.95 manatdan hesablanmalı idi. Həcər xanım 20 ton budun qarşılığında 81.000 manat pulu hissə-hissə olmaqla Qüdrətə ödəmiş, qalan filenin pulunu isə demələrinə görə başqa şəxsə satmış, pulunu ala bilmədiklərini bildirmişlər. Sonradan isə onların pulu verə bilmədiklərini görüb 20 ton filenin 1 kiloqramının qiyməti 6.95 manatdan hesablanaraq 139.000 manat pulun əvəzində 100.000 manat dəyərində olan özlərinin 2 maşın toyuqu demələrinə görə Həcər xanıma satmış, pulunun isə bizə verilməli olduğunu demişdir. Yerdə qalan 39.000 manat pulu isə Anar və Emin 20 gün ərzində düzəldib verməli idilər. Bildiyinə görə, sonradan Həcər xanım 35.000 manatı Qüdrətə vermiş, beləliklə də, Həcər xanımın onlara 65.000 manat borcu qalmışdır. Anar və Emin isə 39.000 manat borcdan heç bir ödəniş etməyiblər. Ümumilikdə filedən 104.000 manat pul çatmamışdır. Sonradan Əhməd, Həsən, Anar və Eminlə görüş zamanı bildirmişlər ki, Belarusiyada 5 maşın kənd toyuğu var, həmin məhsulları Azərbaycana gətirək qalan xeyirin 30 faizini özləri 70 faizini isə siz götürəcəksiniz. 5 maşın məhsulun 2-si bir, 3-ü isə bir partiya gəlmişdir. Həmin maşınların gəlməsi üçün pulları Qüdrət şəxsən özü hesaba köçürmüş, əlavə xərclərin və gömrük xərclərinin qeydiyyatını şəxsən özü aparmışdır. Buna görədə ödənişlərin dəqiq tarixini və məbləğlərini bilmir. Azərbaycana idxal olunan 5 maşın məhsuldan yalnız bir maşını onlara çatmış, qalan 4 maşından isə bu günə qədər heç bir ödəniş olunmamışdır. Qeyd etmək istəyirəm ki, Anardan 4 maşının aqibətini soruşduqda o müxtəlif bəhanələr gətirərək vaxtı uzatmışdır. Sonda isə deməsinə görə Qüdrət 4 maşını Həcər xanıma təhvil vermiş, pulunu ondan almalı olduqlarını bildirmişdir. Qüdrətlə çox yaxın münasibətdə olduğu və şərik olduğu üçün əminliklə demişdir ki, Qüdrətin Həcər xanımla heç bir razılaşması olmamış, Anar, Emin və digər şəxslər Qüdrət və onun etibarından sui-istifadə edərək pullarını ələ keçirmişlər. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid3 sərbəst ifadəsində və ona verilmiş sualları cavablandırarkən göstərdi ki, 2012-ci ildən "xxxx" MMC-də anbardar vəzifəsində işləyir. "xxxx" MMC ünvan 7 ünvanda yerləşir, qeyd edilən anbar soyuducuanbardır. İstənilən şəxs gəlib bizi anbarı icarəyə götürə bilər. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, dəqiq tarixi xatırlamır, birinci dəfə o anbara gəlib bildirmişdir ki, Belorusiyadan toyuq və toyuq məhsulları gəlib onu boşaltmaq istəyir və razılaşdıqdan sonra onun maşınlarında olan mallar anbara boşaldılmışdır. Qeyd edim ki, Təqsirləndirilən şəxs razılığı olmadan həmin mallar heç kimə verilə bilməzdi. Onların nə qədər mallarının anbara gəlməsini deyə bilmir, axırıncı dəfə ayrı-ayrı vaxtlarda 4 maşın Təqsirləndirilən şəxs məxsus 2-ci sort toyuq gəlmiş, həmin maşınlarda olan mallar anbara boşaldıldıqdan sonra telefonla ona məlumat vermişdir ki, malın sayı düzdür və anbara boşaldıldı. Maşınlarda olan malları gömrük sənədi əsasında qəbul etmiş, mallar anbara boşaldıldıqdan sonra Təqsirləndirilən şəxs zəngi ilə malları ayrı-ayrı şəxslərə vermiş, yəni Həcər zəng edib gəlib nə qədər mal götürüb aparacaqlarını bildirmiş, onun zəngi ilə də həmin şəxslərə onun dediyi qədər mal vermişdir. Təqsirləndirilən şəxs məxsus 4 maşın maldan qalmış 26 ton malları onun zəngi ilə vermiş, həmin malların kim tərəfindən aparılmasını bilmir. Bütün malların qeydiyyatını Həcər özü aparırdı.Anbara boşaldılan mallar standart qutularda olmuş, o da malları anbardan verən zaman qutuları sayıb vermiş və bu barədə Həcərə məlumat vermiş, o da özündə qeydiyyat aparmışdır. Şahid3 əlavə dindirilən zaman ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs zəngi ilə 3.300 qutuda paketsiz toyuq qəbul etmiş, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs zəngi ilə Zərərçəkmiş şəxs1 3 qutu, 1 qutu «Qidaya», xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs sürücüsü Qismətə 26 qutu, xx.xx.2022-ci il tarixdə yenə Təqsirləndirilən şəxs zəngi ilə Oqtay Hüseynova 385 qutu, xx.xx.2022-ci il tarixdə onların sürücüsü Murada 20 qutu, xx.xx.2022-ci il tarixdə sürücü Murada 200 qutu, xx.xx.2022-ci il tarixdə Murada 187 qutu, xx.xx.2022-ci il tarixdə Oqtaya 400 qutu, xx.xx.2022-ci il tarixdə sürücü Murad və Qismətə 100 qutu, həmin tarixdə yenə onlara 260 qutu, sonra onlara 85 qutu, sonra 76 qutu toyuq vermişdir. xx.xx.2022-ci il tarixdə Murad və Qismətə 85 qutu, xx.xx.2022-ci il tarixdə 178 qutu, xx.xx.2022-ci il tarixdə onlara 60 qutu, «Qidaya» 2 qutu, xx.xx.2022-ci il tarixdə Murad və Qismətə 20 qutu, həmin günü Oqtaya 500 qutu, xx.xx.2022-ci il tarixdə Murad və Qismətə 20 qutu, xx.xx.2022-ci il tarixdə Oqtaya 500 qutu, xx.xx.2022-ci il tarixdə Murad və Qismətə 50 qutu, xx.xx.2022-ci il tarixdə Murad və Qismətə 20 qutu, xx.xx.2022-ci il tarixdə Murad və Qismətə 10 qutu, həmin tarixdə Lənkərana 145 qutu toyuq vermiş, bu ümumilikdə 3.333 qutu, 39.996 kq edir. Bundan əlavə, xx.xx.2022-ci il tarixdə 3.330 qutu sellofanda toyuq gəlmiş, xx.xx.2022ci il tarixdə 2 qutu «Qidaya», xx.xx.2022-ci il tarixdə Murad və Qismətə 495 qutu, xx.xx.2022-ci il tarixdə 26 qutu Murad və Qismətə, xx.xx.2022-ci il tartxdə Murad və Qismətə 75 qutu, xx.xx.2022-ci il tarixdə Murad və Qismətə 35 qutu, xx.xx.2022-ci il tarixdə Murad və Qismətə, xx.xx.2022-ci il tarixdə Oqtaya 2.537 qutu vermişdir. anbara Həcər təhvil verdiyi üçün "xxxx"MMC-yə məlumat verməmişdir. Qeyd edilə mallar-toyuqlar soyuducu anbara Təqsirləndirilən şəxs tərəfindən verildiyi üçün həmin mallar da onun zəngi ilə anbardan buraxılmışdır. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid4 sərbəst ifadəsində və ona verilmiş sualları cavablandırarkən göstərdi ki, təxminən 10 il olar ki, "xxxx" MMC-nin saxlama anbarında fəhlə işləmişdir. Şahid3 isə anbardardır. Bildirir ki, qeyd edilən anbarlar soyuducu anbarlardır. Həmin anbarlara ayrı-ayrı şirkətlər tərəfindən mallar gətirilir, o və digər fəhlələr isə həmin malları maşınlardan abarlara boşaldırlar. O əvvəllər Təqsirləndirilən şəxs tanımamış, dəqiq tarixi xatırlamamış, Təqsirləndirilən şəxs 2022-ci ilin yay aylarında TİR maşınları ilə toyuq gətirmiş və həmin toyuğu Şahid3 göstərişi ilə anbara boşaltmışlar. Həmin toyuqların hansı şirkətə məxsus olması barədə onun məlumatı yoxdur, onun və digər fəhlələrin vəzifəsi anbara gətirilən malların boşaldılması və sonra da həmin malları alan şəxslərin maşınlarına yükləməkdən ibarət olmuşdur. Təqsirləndirilən şəxs gətirdiyi toyuq məhsulları sonradan onun Valehə zəng edib verdiyi göstərişlə, onlar həmin malları avtokarla maşınlara yükləyirmiş. Gətirilən malların sahibi Təqsirləndirilən şəxs olduğu üçün onun Valehə verdiyi göstəriş əsasında anbardan çıxarılmışdır. Təqsirləndirilən şəxs göstərişi olmadan heç kimə mal verilməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş şəxslər X8 və Şahid7 Şahid4 ifadəsində göstərdikləri xüsusatlar ilə bağlı oxşar məzmunlu ifadə verərək həmin xüsusatları təsdiq etmişlər. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid5 sərbəst ifadəsində və ona verilmiş sualları cavablandırarkən göstərdi ki, tanışı Vaqif ilə birlikdə Oqtay adlı şəxsdən xx.xx.2022 və xx.xx.2022-ci il tarixdə 19 ton, xx.xx.2022-ci il tarixdə 20 ton, xx.xx.2022-ci il tarixdə 17 ton 172 toyuq satışı ilə məşğu olan 70 ton Belarusiya istehsalı olan göy paketlərdə, paketin üzərində «Kənd toyuğu» yazılmış toyuğun 1 kq-nı 2 manat 65 qəpikdən almış, Oqtay bildirmişdir ki, aldıqları 70 ton toyuğu Həcər xanımdan almışdır. Oqtaydan aldıqları toyuğun pulunun hamısını Oqtaya ödəmişlər və «Al Market»lə danışıb həmin toyuğun 1 kq-nı 2 manat 95 qəpikdən olmaqla onlara satmışlar. Oqtay həmin toyuğu maşınlarla göndərmiş, həmin toyuğun hamısını «Al Market»in Sumqayıt şəhərində yerləşən anbarına boşaltmışlar. «Al Market» həmin toyuğun satışını təşkil etmiş, sonradan isə bildirmişlər ki, həmin toyuğun paketinin üzərində «kənd toyuğu» yazıldığına görə onların satışına icazə verilmir və ona görə də, toyuğunu satılmayıb qalan təxminən 10 tonunu xx.xx.2022-ci il tarixdə geri qaytarmışlar. Geri qaytarılmış həmin 10 ton toyuğu Oqtaya qaytarmaq istəmişlər, o da öz növbəsində həmin toyuğu Təqsirləndirilən şəxs qaytarmaq isdəmiş, lakin o, yəni Təqsirləndirilən şəxs toyuğu qəbul etməmiş, ona görə də, həmin 10 ton toyuğu «Al Market»in anbarından götürüb, həmin toyuğun yararsızlarını - xarab olanları tullamışlar, qalan hissəsini, yəni 6 ton hissəsini «SAB»ın Xırdalan şəhərində yerləşən anbarına boşaltmışlar. Həmin 6 ton toyuq hazırda həmin anbarda saxlanılır. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid8 sərbəst ifadəsində və ona verilmiş sualları cavablandırarkən göstərdi ki, 2022-ci ilin fevral ayında sosial şəbəkədə kənd toyuqlarının topdan və rərakəndə satışı barədə elan yerləşdirilmiş elanda olan telefon nömrəsinə zəng vurub Təqsirləndirilən şəxs ilə danışıb tanış olmuş, tanışlıqdan sonra o, ölkəyə Belorusiyadan toyuq gətirdiklərini və satdıqlarını bildirmiş və sonra isə onunla görüşüb "xxxx" MMC-nin soyuducu anbarına gedib toyuqlara baxara birinci olaraq 50 qutuda olan 600 kq açıq şəkildə olan toyuğu 2 manat 55 qəpikdən götürüb satmış, ondan sonra isə hissə-hissə olaraq toyuq götürərək satmağa başlamışdır. Ondan sonra isə paketdə olan toyuqlara təklif gəlmiş və bu barədə Təqsirləndirilən şəxs demiş, o da təşkil edəcəyini bildirmişdir. Sonra da ondan həmin toyuqlardan götürüb satmışdır. Təqsirləndirilən şəxs 70 ton paketdə olan toyuğu 2 manat 60 qəpikdən götürmüş, həmin toyuqları Samirlə və Tərlana 2 manat 65 qəpiyə satmış, onlar da öz növbəsində həmin toyuqları «Al Market»ə satmışlar. Təqsirləndirilən şəxs 40 tona yaxın açıq toyuq götürmüş, həmin toyuqların 1 kq-nı 2 manat 55 qəpikdən götürüb 2 manat 60 qəpiyə ayrı-ayrı şəxslərə satmışdır. Təqsirləndirilən şəxs cəmi 110 ton toyuq götürmüş və götürdüyü toyuqların hamsının pulunu ona nağd şəkildə ödəmiş, ona heç bir borcu qalmayıb. O, toyuqları Təqsirləndirilən şəxs 2022-ci ilin may ayının ortalarınadək "xxxx" MMC-nin anbarından götürmüş, toyuqları götürməzdən əvvəl Təqsirləndirilən şəxs zəng vurub nə qədər toyuq lazım olduğunu demiş, o da anbardar Valehə də zəng vurub dedikdən sonra Valeh anbardan toyuqları vermişdir. Yəni Təqsirləndirilən şəxs icazəsi olmadan Valeh anbardan toyuq verməmişdir. Oqtay Hüseynov həmçinin göstərmişdir ki, Belorusiyadan toyuqların ölkəyə kim tərəfindən gətirilməsini bilməmiş, Təqsirləndirilən şəxs demişdir ki, toyuqları ölkəyə onlar gətirmişlər, "xxxx" MMC-nin direktoru Zərərçəkmiş şəxs1 tanımamış, onunla heç bir iş birliyi olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş şəxslər Şahid9 və ifadəsi elan olunmaqla araşdırılmış Şahid10 X9in ifadəsinə uyğun ifadə verməklə, sonuncunun ifadəsində göstərdiyi xüsusatları təsdiq etdikləri müəyyən edilmişdir. Məhkəmə istintaqı zamanı müdafiə tərəfinin vəsatəti sasında əlavə şahid qismində dindirilmiş X1 ifadəsində və sualları cavablandırarkən bildirmişdir ki, onun valideyninin bu iş üzrə heç bir təqsiri yoxdur. O Anarla danışmış onunla ilk gündən alış veriş etmişdir. O Anarı bütün toyuq satışı ilə əlaqəli dükanlarla tanış etmişdir. Onun anası Həcər xanım isə onlara böyüklük edib dayaq olmaq məqsədilə bu işə qoşulmuşdur. Bundan sonra Anar Qüdrət adlı şəxsdən pul götürmüş və iş görmüşdür. Bunun onun anasına heç bir aidiyyatı olmadığını bildirmişdir. Bundan başqa şahid müqavilələrin onunla bağlandığını, biznes işini özünün gördüyünü, anbarın onun vasitəsilə satış etdiyini bildirmişdir. Həmçinin bütün bu hadisələrdə onun anasının heç bir günahının olmadığını bütün günahın ona aid olduğunu göstərmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli qısa idxal bəyənnaməsi, xx.xx.2022-ci il tarixli gömrük bəyənnaməsi və xx.xx.2022-ci il tarixli gömrük bəyənnaməsindən görünür ki, "xxxx" MMC tərəfindən Belorusiya Respubliksından Azərbaycan Respublikasına 1667 qutu, 20.004 kq dondurulmuş, sümükdən ayrılmış toyuq filesi, 1667 qutu, 20.004 kq dondurulmuş, paketsiz içalatı çıxarılmış 2-ci növ bütöv toyuqlar və 1667 qutu, 20.004 kq polietilen paketdə dondurulmuş, içalatı çıxarılmış 2-ci növ bütöv toyuqlar idxal olunmuşdur. AFB Banka məxsus mədaxil qəzlərindən müəyyən olunur ki, zərərçəkmiş şəxslərin ifadələrində göstərdikləri pul ödənişləri həmin bank vasitəsilə hüquqi şəxsin hesabına köçürülmüşdür. Kapital Banka məxsus mədaxil qəzindən müəyyən olunur ki, zərərçəkmiş şəxslərin ifadələrində göstərdikləri pul ödnişləri həmin bank vasitsilə hüquqi şəxsin hesabına köçürülmüşdür. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış arayışa əsasən Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması ilə bağlı heç bir məlumat yoxdur. 06 aprel 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. 08 aprel 2023-cü il tarixli Nərimanov rayon məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 avqust 2023-cü il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. Bakı Dövlət Universitetindən verilmiş arayışa əsasən müəyyən olunur ki, Təqsirləndirilən şəxs 1978-2012-ci illər ərzində həmin universitetdə Coğrafiya fakültəsində müəllim işləmişdir. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs özünü təqsirli bilməməsinə qiymət verərək qeyd edir ki, məhkəmə istintaqı zamanı sözü gedən toyuq məhsullarının məhz təqsirləndirilən şəxs tərəfindən realizə olunması bütün şahid ifadələrinə əsasən sübut olundu. Toyuq məhsullarının təhvil verildiyi saxlanc anbarında çalışan bütün işçilər və əsasəndə anbardar sözü gedən məhsulların çıxarılmasını ancaq Təqsirləndirilən şəxs göstərişi əsasında apardıqlarını bildirmişdir. Həmçinin X9ə qarşı edilmiş dələduzluq epizodu üzrə də şahidlərin ifadələrin əsasən zərərçəkmiş şəxsin ifadəsində göstərdiyi hallar öz təsdiqini tapmışdır. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışında və ibtidai araşdırma zamanı verdiyi ifadələri təhlil edərək Təqsirləndirilən şəxs həm ibtidai araşdırma zamanı, həm də məhkəmə baxışı zamanı özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilməməsi ilə bağlı verdiyi ifadələrinə tənqidi yanaşır və həmin ifadələri məsuliyyətdən yaxa qurtarmaq məqsədi ilə verilən ifadələr kimi qiymətləndirməklə yanaşı, onun bu ittihamlarla bağlı ibtidai araşdırma və məhkəmə baxışı zamanı verdiyi ifadələrində göstərdiyi xüsusatları işin faktiki hallarına uyğun gəlmədiyindən və təkzib edilməz sübutlarla ziddiyyət təşkil etdiyindən inandırıcı hesab etmir və həmin ifadələri qeyri-səmimi verilmiş ifadələr kimi qiymətləndirir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməsi zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən cinayət işi üzrə istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə - külli miqdarda ziyan vurmaqla törədildikdə əmlakı müsadirə olunmaqla və ya olunmamaqla beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Onların hər birinin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilmələri üçün hazırda əsaslar yoxdur. Onlar hər biri Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdırlar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 №li Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs yaşını, ali təhsilli şəxs olmaqla 34 illik müəllim stajını (CM-nin 59.2) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə, qanunun yuxarıda qeyd edilən müddəalarına, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarını və işin faktiki hallarını eyni zamanda Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, nəzərə alaraq onlara təqsirli bilindiyi Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni, əsaslı və eləcə də ədalətli hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs həmin cəzanı yalnız real olaraq çəkməklə islah oluna bilər. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı və cəzaçəkmə müddətinin əvvəli 06 aprel 2023-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə hazırki iş üzrə «xüsusi müsadirə» ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən edilməmişdir. İş üzrə məhkəmə xərci və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 06 aprel 2023-cü il tarixdən hesablanmaqla, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-325/2024
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-325/2024
28.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver