Məhkəmə qərarları › İş №1(124)-325/2025

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-325/2025

09.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-325/2025 09.10.2025 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X2 (sədrlik edən), X6 və X3 ibarət tərkibdə, Məhkəmə iclas katibi – X9, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçilər – Şimal Vəkil Bürosunun vəkili Müdafiəçi3 və Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi1 Salman oğlunun iştirakları ilə, xx xxxxxx 1999-cu il tarixdə Cəlilabad rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli və himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, Cəlilabad Rayon Məhkəməsinin 19 oktyabr 2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 05 ay 19 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2023-cü il tarixdə cəzanın sonu ilə azad edilmiş, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə, xx xxxxxxxx 1973-cü il tarixdə Cəlilabad rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qəsdən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və xeyli miqdarda psixotrop maddələri əldə etmə, saxlama və daşıma barədə tanışları şəxsiyyəti istintaqla araşdırılan "Əfşin” adlı İran İslam Respublikası vətəndaşı və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil elmiş, şəxsiyyəti istintaqa məlum olmayan ’’Əfşin" adlı İran İslam Respublikasının vətəndaşı tərəfindən külli miqdarda ümumi təmiz çəkisi 10995 qram narkotik vasitə qurudulmuş marixuana, xeyli miqdarda ümumi təmiz çəkisi 0,613 qram narkotik vasitə heroin və xeyli miqdarda təmiz çəkisi 0,384 qram psixotrop maddə metamfetamin Astara rayonu ərazisində yerləşdirilib "WhatsApp" ani mesajlaşma mobil tətbiqi vasitəsi ilə Təqsirləndirilən şəxs1 məlumat verildikdən sonra sonuncu istintaqa məlum olmayan vaxtda və şəraitdə Aslara rayonu ərazisinə gedərək əvvəlcədən təyin olunmuş yerdən qeyd olunan narkotik vasitə və psixotrop maddələri götürüb qanunsuz olaraq əldə edərək Abşeron rayonu ərazisinə daşımaqla 10 ədəd bağlamada 8385 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı ünvan 6də, 01 ədəd bağlamada 710 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı Abşeron rayonu, Müşfiq qəsəbəsi, B.Quliyev küçəsində yerləşən nömrəsiz fərdi evdə saxladıqdan sonra əvvəlcədən aralarında olan razılaşmaya əsasən satışını və paylanılmasını həyata keçirmək məqsədilə Təqsirləndirilən şəxs2la görüşərək satış üçün ayırdıqları 02 ədəd bükümdə 0,613 qram çəkidə narkotik vasitə heroini və 01 ədəd bükümdə 0,384 qram çəkidə psixotrop maddə metamfetamini Təqsirləndirilən şəxs1 üzərində, 02 ədəd bağlamada 1900 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı Təqsirləndirilən şəxs2 idarə etdiyi ”Kia Ceed” markalı, **-ER-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa yük yerində saxlamaqla Bakı şəhəri, Nərimanov rayonu ərazisinə daşımış, daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbiri nəticəsində 08 yanvar 2025-ci il tarixdə, saat 22:25-də ünvan 3 ünvanında saxlanılaraq üzəriləri yoxlanılan zaman Təqsirləndirilən şəxs1 əynində olan şalvarın sağ yan cibindən 01 ədəd bükümdə xeyli miqdarda 0,384 qram çəkidə ağ rəngli kristal hissəciklərdən ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfelamin, 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,312 qram və 0,301 qram olmaqla, xeyli miqdarda 0, 613 qram çəkidə tərkiblərinə görə eyni, qəhvəyi rəngli, kustar üsulla hazırlanmış narkotik vasitə heroin, həmin ünvanda Təqsirləndirilən şəxs2 idarə etdiyi "Kia Ceed" markalı, 77-ER- 351 dövlət qeydiyyat nişanlı avtomobil yoxlanılan zaman avtomobilin arxa yük yerindən 02 ədəd bağlamada ayrıayrılıqda təmiz çəkiləri 875 qram və 1025 qram olmaqla, xeyli miqdarda 1900 qram çəkidə eyni tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Əməliyyat tədbirinin davamı olaraq, 08 yanvar 2025-ci il tarixdə, saat 23:35-dən etibarən Təqsirləndirilən şəxs1 müvəqqəti olaraq kirayələdiyi ünvan 6ə baxış keçirilən zaman evin zirzəmisindən 10 ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 60 qram, 1010 qram, 1040 qram, 965 (doqquz yüz altmış beş) qram, 900 (doqquz yüz) qram, 985 (doqquz yüz səksən beş) qram, 970 (doqquz yüz yetmiş) qram, 945 (doqquz yüz qırx beş) qram, 710 (yeddi yüz on) qram və 800 (səkkiz yüz) qram olmaqla, külli miqdarda 8385 qram çəkidə həm öz aralarında, həm də avtomobildən aşkar edilərək götürülmüş narkotik vasitə qurudulmuş marixuanalarla eyni tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və 09 yanvar 2025-ci il tarixdə saat 00:15-dən etibarən Təqsirləndirilən şəxs1 müvəqqəti olaraq kirayələdiyi Abşeron rayonu, Müşfiq qəsəbəsi, B.Quliyev küçəsində yerləşən nömrəsiz fərdi evə baxış keçirilən zaman evin yataq otağında olan dolabın içərisindən 01 ədəd bağlamada xeyli miqdarda 710 qram çəkidə həm avtomobildən, həm də ünvan 6dən aşkar edilərək götürülmüş narkotik vasitə qurudulmuş marixuanalarla eyni tərkibə malik olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir: “Mən 8 yanvar 2025-ci il tarixdə Nərimanov rayonunda, Əliyar Əliyev küçəsində polis əməkdaşları tərəfindən saxlanıldım. Üzərimdən şəxsi istifadəm üçün əldə etdiyim 0,3 qr psixotrop maddə metamfetamin və 0,3 qr narkotik vasitə heroin aşkar olundu. Ancaq Təqsirləndirilən şəxs2 maşınındakı 1,9 kq marixuana mənə aid deyil. Daha sonra polis əməkdaşları mənə narkotik vasitələrin olub-olmadığını müəyyən etmək üçün evə də baxış keçirəcəklərini dedilər. Abşeron rayonu, Qobu qəsəbəsindəki Yeni yaşayış massivində yerləşən fərdi evdə tapılan heç bir şey mənə məxsus deyil. Abşeron rayonu, Müşfiq qəsəbəsindəki fərdi evdə aşkar olunan 710 qram marixuana isə mənə məxsusdur.” Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir: “Təqsirləndirilən şəxs2 ilə heç bir qohumluq münasibətim yoxdur, eyni kənddən olmuşuq. Polis əməkdaşları mənə hər hansı fiziki təzyiq göstərməyib. Ailəliyəm, 2 azyaşlı övladım var. Həyat yoldaşım işləmir, mən özüm ofisiant işləmişəm. 1000 manatı maldarlıqla məşğul olduğum üçün, mal heyvan satıb vermişdim. 710 qram marixuana üçün pul verməmişəm. İbtidai istintaq zamanı verdiyim bütün ifadələr doğrudur. Təqsirləndirilən şəxs2 sadəcə taksi sürücüsü kimi məni aparıb, onun heç bir şeydən xəbəri yoxdur. 710 qram marixuananı Astaradan öz maşınımla alıb gətirmişəm. Narkotik vasitəni asfaltın kənarından öz şəxsi istifadəm üçün götürmüşdüm. Təqsirləndirilən şəxs2 maşınından istifadə edib hər hansı narkotik vasitə götürməmişəm. Polis əməkdaşları bizi Nərimanov rayonunda saxladılar. Mən Müşfıq qəsəbəsindən Nərimanov rayonuna getmək üçün taksi sifarişi vermişdim. Təqsirləndirilən şəxs2 da taksi sürücüsü kimi gəlmişdi. Taksi sürücüsü Təqsirləndirilən şəxs2 20 manat pul verdim. Kamerada hamısı düşüb, sonra isə hamısı pozulubdur. Mən təhdid olunmuşam. İşgəncə olmayıb, sadəcə psixoloji təsir olub. Narkotik vasitəni sadəcə şəxsi istifadəm üçün almışam. 8 yanvar 2025-ci ildə tutulmuşam. Saat neçədə tutulduğum yadımda deyil. Narkotik vasitəni İran vətəndaşından əldə etmişəm, ancaq adını bilmirəm, onunla sosial şəbəkə vasitəsi ilə tanış olmuşam. Narkotik vasitəni əldə etmək üçün heç kimsəylə əlaqəyə girməmişəm, sadəcə şəxsi istifadəm üçün istifadə etmişəm. Təqsirləndirilən şəxs2 yaxından tanıdığım üçün onu taksi kimi çağırdım, ancaq onun mənim üzərimdə olan narkotik vasitədən xəbəri yox idi. Heç bir orqana müraciət etməmişəm. Məni nə deyirlərsə boynuma almağa məcbur etdilər, mən də məcbur qalıb aldım. Mənə sadəcə psixi təzyiq olunub, hər hansı fiziki işgəncə olmayıb. Məhkəmədə verdiyim ifadələr doğrudur, ibtidai istintaq zamanı müstəntiqə verdiyim ifadələr doğru deyil.” İbtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində verdiyi ifadəsi ilə məhkəmədə verdiyi ifadə arasında ziddiyyət yarandığından, Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və təqsirləndirilən şəxs müdafiəçinin də iştirakı ilə verdiyi həmin ifadəsində göstərmişdir ki, təxminən 5 ildir ki, narkotik vasitə olan "nəşə", "kakos”, "metadon" və "şüşə"dən istifadə elmiş, adını qeyd etdiyi maddələri hər dəfə adı və anket məlumatları ona məlum olmayan şəxslərdən almış, təxminən 5-6 ay bundan əvvəl İran İslam Respublikasının vətəndaşı "Əfşin" adlı şəxslə “İnstagram” sosial şəbəkəsində tanış olmuş, iranlı ona narkotik vasitələrin istifadəçisi olduğunu bildirmiş və narkotiklə təmin edə biləcəyini söyləmişdir. Bu minvalla Təqsirləndirilən şəxs1 ondan bir neçə dəfə şəxsi istifadəsi üçün narkotik almış, sonuncu dəfə isə saxlanılmazdan təxminən 20 gün əvvəl iranlı onunla əlaqə saxlayaraq Astara rayonu ərazisinin sərhədyanı olmayan bölgəsinə, ipək yolunun qırağına 10 kiloqram çəkidə nəşə göndərəcəyini, həmin nəşəni götürərək Bakı şəhərinə aparmaqla gizlədərək saxlamağını və göstəriş verildikdə dediyi ünvana apararaq tullamağını, bunun müqabilində 2.000 manat pul verəcəyini vəd etmiş, maddi sıxıntıları olduğuna görə Təqsirləndirilən şəxs1 iranlının təklifi ilə razılaşdığını bildirmiş və narkotik vasitələri Aslara rayonu ərazisindən götürərək Bakı şəhərinə gətirmiş, Bakıda Qobu və Müşfiq qəsəbələri ərazilərində 02 ədəd ev kirayəyə götürmüş və nəşələri yarıbayarı bölərək evlərdə gizlətmişdir. Həmin evlərdə müvəqqəti qalmış, başqa heç kim yaşamamış və orada narkotik saxladığından heç kimin məlumatı olmamışdır. Hadisə baş verən gün avtomobilində nasazlıq yarandığından qohumu Təqsirləndirilən şəxs2 zəng etmiş və məsələ barədə məlumat vermədən onu Qobuda kirayələdiyi evin yanına çağırmış, o da gəlmişdir. Vidadinin Bakı şəhəri ərazisində taksi fəaliyyəti ilə məşğul olmasından məlumatının olmuş, Vidadi gəldikdən sonra ona iranlı ilə olan münasibətini, 10 kiloqram nəşə göndərdiyini, iranlı tərəfindən nəşənin bir hissəsinin onun dediyi ünvana apararaq tullamaq lazım olduğunu, lakin öz avtomobilinin nasaz olduğunu, Vidadinin avtomobili ilə birlikdə gedərək nəşəni deyilən ünvana tullamağı, bunun müqabilində ona 60 manat pul və az miqdarda nəşə təklif etmişdir. Əlavə olaraq Qobudan başqa Müşfiq qəsəbəsi ərazisində kirayələdiyi evdə də nəşə olduğunu, iranlı tərəfindən nəşənin deyiləcək ünvana atılması barədə göstəriş gəldikdə Vidadinin avtomobili ilə birlikdə getməklərini və hər dəfə getdiyinə görə 60 manat pul və az miqdarda nəşə verəcəyini bildirmişdir. Vidadi də onunla razılaşmış və onlar nəşənin müəyyən bir hissəsini axtomobilə qoyaraq iranlı tərəfindən göndərilmiş koordinatlar əsasında Bakı şəhəri. Nərimanov rayonu ərazisinə getmişlər. 08 yanvar 2025-ci il tarixdə, saat 22:25 dəqiqədə ünvan 5 ünvanının yaxınlığında Vidadinin idarə etdiyi “Kia Ceed” markalı **-ER-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanında Vidadi ilə birlikdə olan zaman 3 nəfər mülki geyimdə polis əməkdaşları onlara yaxınlaşaraq özlərini təqdim etmiş, onun və Vidadinin narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəli olduqlarını bildirərək üzərilərində narkotik vasitə olub-olmadığını, varsa təqdim etməklərini təklif etmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs1 əynində olan şalvarın sağ yan cibindən iki ədəd bükümdə heroini və bir ədəd bükümdə metamfetamini təqdim etmiş, sonra həmin kütlələr elektron tərəzidə çəkilmiş, heroinin qablaşdırma ilə birlikdə ümumilikdə çəkisi 0,99 qram, metamfelaminin qablaşdırma ilə birlikdə çəkisi 0,58 qram olmuşdur. Təqsirləndirilən şəxs1 metamfetaminin və heroinin də 20 gün əvvəl iranlı tərəfindən 10 kiloqram nəşə ilə birlikdə şəxsi istifadəsi üçün göndərildiyini bildirmişdir. Sonra həmin kütlələr qablaşdırılmış, onlar, polis əməkdaşı tərəfindən imzalanmış, möhürlənmiş və götürülmüşdür. Sonra həmin şalvarın sol yan cibindən bir ədəd “Motorola” markalı və bir ədəd “Samsung” markalı mobil telefonları da təqdim etmiş, daha sonra üzəri yoxlanılmış, əynində olan şalvarın sol yan cibindən on manat pul aşkar edilmiş və üzərində başqa qanunla qadağan edilmiş hər hansı bir əşya aşkarlanmamışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün iki ədəd mobil telefon götürülmüş, on manat pul isə özünə geri qaytarılmışdır. Daha sonra Vidadiyə eyni təklif olunmuş, bundan sonra o əynində olan şalvarın sağ yan cibindən bir ədəd “Redmi” markalı mobil telefonu, həmin şalvarın sol yan cibindən avtomobil açarını təqdim etmiş, onun üstü yoxlanılmış, əynində olan gödəkçənin sol yan cibindən bir ədəd bank kartı, bir ədəd şəxsiyyət vəsiqəsi, bir ədəd sürücülük vəsiqəsi, əynində olan şalvarın sol yan cibindən beş manat pul aşkar edilmiş, başqa qanunla qadağan edilmiş hər hansı bir əşya müəyyən edilməmişdir. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün bir ədəd mobil telefon, bir ədəd bank kartı, bir ədəd şəxsiyyət vəsiqəsi, bir ədəd sürücülük vəsiqəsi ondan götürülmüş, beş manat pul isə özünə geri qaytarılmışdır. Daha sonra Vidadinin idarə etdiyi “Kia Ceed” markalı, **-ER-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilməmişdən əvvəl avtomobildə ola biləcək külli miqdarda narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik olan digər əşyaları və ya sənədləri verməsi təklif edilmiş, bu təklifdən sonra onlar avtomobilin yük hissəsindən iki ədəd bağlamada qurudulmuş marixuananı təqdim etmişlər. Daha sonra qurudulmuş marixuana elektron tərəzidə çəkilmiş, qablaşdırma ilə birlikdə ümumilikdə çəkisi 1 kq 945 qram olmuş, həmin kütlələr qablaşdırılmış, onlar, polis əməkdaşı tərəfindən imzalanmış, möhürlənmiş və götürülmüşdür. Sonra polis əməkdaşları ilə birlikdə Təqsirləndirilən şəxs1 narkotik vasitələri saxladığı ünvanlara baxmağa getmiş, əvvəlcə ünvan 6 ünvanında Təqsirləndirilən şəxs1 zirzəmidən on ədəd bağlamada qurudulmuş marixuananı təqdim elmiş, sonra həmin kütlələr elektron tərəzidə çəkilmiş, qurudulmuş marixuananın ümumilikdə çəkisi 8 kq 835 qram olmuş, qablaşdırılmış, üzərində müvafiq qeydlər aparıİmaqla möhürlənmiş və götürülmüşdür. Daha sonra ünvan 7 küçəsində yerləşən nömrəsiz fərdi ev ünvanında Təqsirləndirilən şəxs1 yataq otağında olan dolabın içərisindən 01 ədəd bağlamada qurudulmuş marixuananı və 01 ədəd elektron tərəzini təqdim etmiş, sonra həmin kütlə elektron tərəzidə çəkilmiş, qurudulmuş marixuananın çəkisi 705 qram olmuş, aşkar olunmuş kütlə və elektron tərəzi qablaşdırılmış, üzərində müvafiq qeydlər aparılmaqla möhürlənmiş və götürülmüşdür. Daha sonra polis əməkdaşları onları Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparmış, orada təqdim etdikləri kütlələrə yenidən baxış keçirilmiş, onlara verilən suallara eyni cavabları vermiş, sonra hüquq və vəzifələri izah olunaraq müdafiəçi ilə təmin olunmuşdur (cild 01, iş vər. 141- 145). İbtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunduqdan sonra Təqsirləndirilən şəxs1 ona ünvanlanan suallara cavab olaraq göstərmişdir: “Mən barəmdə həbs qətimkan tədbiri seçilərkən məhkəmədə Təqsirləndirilən şəxs2la əvvəllər də narkotik vasitə götürməyimlə bağlı ifadə verməmişəm. Vidadi ilə aramızda üzləşdirmə olmayıb. Özləri nə yazıbsa odur. Məndən dedikləri sənədə imza çəkməyimi istədilər və əgər onların dediyini etsəm, məhkəmədə həbs qətimkan tədbiri seçiləndən 4 aydan sonra məni azadlığa buraxacaqlarını bildirdilər. Mənim yanımda vəkil olmayıb, təkcə müstəntiq olub. İdarədə vəkil olub, ancaq hansısa sənədi imzalayanda və ya hansısa məsələ ilə bağlı söhbət aparılanda yanımda vəkilim olmayıb. Vidadi ilə mənim üzləşdirməm olmayıb. Biz Bakı İstintaq Təcridxanasına gətirildik, Vidadi ilə ayrı-ayrı otaqlarda saxlanıldıq. Müstəntiq bizə sənədə imza çəkdirdikdən sonra hər şeyin yaxşı olacağını söylədi. Bu zaman mənim yanımda vəkilim yox idi. İdarədə Təqsirləndirilən şəxs2la üzləşdirilməmişəm. Bizə əvvəldən məhkəməyə çıxarılacağımızı və həbs qətimkan tədbiri seçildikdən 4 ay sonra buraxılacağımızı söyləyirdilər. Mən sənədə imza çəkəndə vəkilimin də yanımda olmasını istədim, müstəntiq vəkilə ehtiyac olmadığını bildirərək sənədi mənə imzalatdı. İdarədə müstəntiqin otağında və ya X5rkən mənim yanımda vəkil olmayıb. Baş Narkotiklərlə Mübarizə İdarəsinə saat 01:00-də gətirilmişəm. Ancaq səhər saat 5-6-da vəkil gətirilib. Mən saxlanılan zaman üzərimdə telefon olub, ancaq telefonu polis əməkdaşları söndürüb. Daha sonra telefonumu yenidən baxmaq üçün açdılar. Polis əməkdaşları mənim 2 telefonuma da baxış keçirdi və məni azad etmək üçün 2000 manat pul aldılar.Telefonuma baxış keçirdikdən sonra söndürdülər. Telefonuma baxış keçiriləndə vəkil yanımda olmayıb. Səhər saat 5-6 radələrində bir kişi və bir qadın olmaqla iki vəkil idarəyə gəldi. Bizə sənədi imzalamağı söylədilər, vəkil etirazımızın olub-olmadığını soruşdu. Vəkilin sualına cavab olaraq etirazımın olduğunu bildirmədim. Mənim sadəcə evimdə 705 qram narkotik vasitə olub. Nə maşında, nə də üzərimdə narkotik vasitə olub. Mənə maşında təzyiq olmayıb. Polis əməkdaşlarının bir qrupu mənim evimdə olub. Mənə fiziki təsir olub, polis əməkdaşları məni yumruq və təpiklə vurublar. Fiziki təzyiqlə bağlı heç kimə bildirməmişəm. Xəsarətlərimin hamısı dəqiq qeyd olunmamışdı.” Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir: “Mən uzun müddətdir ki, taksi fəaliyyəti ilə məşğul oluram. Əvvəl “Bolt”da işləyirdim, daha sonra alınmadı deyə çıxdım. Daha sonra 20 Yanvar-Hökməli istiqamətində taksi fəaliyyəti ilə məşğul olmağa başladım. Yanvar ayının 7-də İbrahimi Cəlilabad rayonundan Bakıya gətirdim və saat 11:00-da xəstəxanaya getməli olduq. Daha sonra onu gətirib evə qoydum və taksi fəaliyyətimə davam etdim. Ayın 8-i təxminən saat 20:00 radələrində İbrahim mənə zəng etdi ki, gedim və onu götürüm, ancaq mənim həmin vaxt müştərim olduğuna görə gedə bilmədim. O məni gözləyəcəyini dedi. Müştərini təyinat yerinə təslim etdikdən sonra İbrahimi götürdüm. İbrahim marketə girmək üçün Nərimanov rayonu, Əliyar Əliyev küçəsində düşdü. Bundan sonra polis əməkdaşları bizə yaxınlaşdı. Üzərimizdə və maşında axtarış edib şəxsi əşyalarımızı götürdülər. Daha sonra polis əməkdaşları maşınımda çəkiliş edəcəklərini dedilər. Mən əvvəlcə razı olmadım, çünki maşınımda heç bir narkotik vasitə yox idi, ancaq daha sonra razı oldum. Çəkiliş zamanı maşınımdan marixuana tapdılar. Daha sonra polis əməkdaşları məni Abşeron rayonu, Qobu qəsəbəsindəki evə, ondan sonra da Müşfiq qəsəbəsindəki evə apardı və sonda Baş Narkotiklərlə Mübarizə İdarəsinə gətirdilər.” Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir: “Əvvəllər narkotik vasitə marixuana istifadə etmişəm. Amma arabir istifadə etmişəm. Mənə polis əməkdaşları tərəfindən fiziki təzyiq göstərilməsi ilə bağlı heç bir orqana müraciət etməmişəm. Mənə qarşı fiziki təzyiq olub. Oxuma-yazma bilmirəm, müstəntiq də protokolda yazdıqlarını mənə oxumadı. İdarədə vəkillə təmin olunmuşam. İbrahimi Müşfiq qəsəbəsindən götürüb Nərimanov metrosuna aparmalı idim. Polis əməkdaşları mənə narkotik vasitəni maşına qoyub çəkiliş etməli olduqlarını, lakin mənlik bir şey olmadığını dedilər.” İbtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində verdiyi ifadəsi ilə məhkəmədə verdiyi ifadə arasında ziddiyyət yarandığından, Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və təqsirləndirilən şəxs müdafiəçinin də iştirakı ilə verdiyi həmin ifadəsində göstərmişdir ki, təxminən 8-10 aydır ki, narkotik vasitə olan “kakos“dan istifadə etdiyini və adını qeyd etdiyi maddələri hər dəfə adı və anket məlumatları ona məlum olmayan şəxslərdən alır. Hadisə baş verən gün mobil telefonuna Təqsirləndirilən şəxs1 tərəfindən zəng gəlmiş, avtomobilində nasazlıq olduğunu və onun avtomobilinə ehtiyacının olduğunu demişdir. O, Bakı şəhəri ərazisində taksi fəaliyyəti ilə məşğul olmuş və Təqsirləndirilən şəxs1 bundan məlumatı olmuşdur. O, razılaşaraq Təqsirləndirilən şəxs1 yanına gəldikdən sonra sonuncu ona iranlı ilə olan münasibətini, 10 kiloqram nəşə göndərdiyini, iranlı nəşənin bir hissəsinin onun dediyi ünvana apararaq tullamaq lazım olduğunu, lakin öz avlomobilinin nasaz olduğunu, onun avtomobili ilə birlikdə gedərək nəşəni deyilən ünvana tullamağı, bunun müqabilində 60 manat pul və az miqdarda nəşə verəcəyini təklif etmiş, Təqsirləndirilən şəxs1 Qobu və Müşfiq qəsəbələri ərazisində nəşə saxlamışdır. Təqsirləndirilən şəxs1 ona iranlı tərəfindən nəşənin deyiləcək ünvana atılması barədə göstəriş gəldikdə onun avtomobili ilə birlikdə getməklərini və hər dəfə getdiklərinə görə 60 manat pul və az miqdarda nəşə verəcəyini vəd etmişdir. O, Təqsirləndirilən şəxs1la razılaşmış, onlar nəşənin müəyyən bir hissəsini avtomobilə qoyaraq iranlı tərəfindən göndərilmiş koordinatlar əsasında Bakı şəhəri, Nərimanov rayonu ərazisinə getmiş, 08 yanvar 2025-ci il tarixdə, saat 22:25-də ünvan 5 ünvanının yaxınlığında onun idarə etdiyi “Kia Ceed” markalı **-ER-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanında İbrahimlə birlikdə olan zaman 3 nəfər mülki geyimdə polis əməkdaşları onlara yaxınlaşaraq özlərini təqdim etmiş, onun və İbrahimin narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəli olduqlarını bildirərək üzərilərində narkotik vasitə olub-olmadığını, varsa təqdim elməklərini təklif etmişlər. Bu təklifdən sonra İbrahim əynində olan şalvarın sağ san cibindən iki ədəd bükümdə heroini və bir ədəd bükümdə metamfelamini təqdim elmişdir. Sonra həmin kütlələr elektron tərəzidə çəkilmiş, heroinin qablaşdırma ilə birlikdə ümumilikdə çəkisi 0.99 qram, metamfetaminin qablaşdırma ilə birlikdə çəkisi 0,58 qram olmuşdur. Sonra həmin kütlələr qablaşdırılmış, onlar və polis əməkdaşı tərəfindən imzalanmış, möhürlənmiş və götürülmüşdür. Sonra İbrahim həmin şalvarın sol yan cibindən bir ədəd “Motorola” markalı və bir ədəd “Samsung” markalı mobil telefonları da təqdim elmişdir. Daha sonra onun üzəri yoxlanılmış, əynində olan şalvarın sol yan cibindən on manat pulun olduğu müəyyən edilmiş, üzərindən başqa qanunla qadağan edilmiş hər hansı bir əşya aşkarlanmamışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün iki ədəd mobil telefon götürülmüş, on manat pul isə özünə geri qaytarılmışdır. Daha sonra Təqsirləndirilən şəxs2 təklif olunduqda o, əvnində olan şalvarın sağ yan cibindən bir ədəd “Redmi” markalı mobil telefonu, həmin şalvarın sol yan cibindən avtomobil açarını təqdim etmiş, daha sonra üstü yoxlanılmış, əynində olan gödəkçənin sol yan cibindən bir ədəd bank kartı, bir ədəd şəxsiyyət vəsiqəsi, bir ədəd sürücülük vəsiqəsi, əynində olan şalvarın sol yan cibindən beş manat pul aşkar edilmişdir. Onun üzərində başqa qanunla qadağan edilmiş hər hansı bir əşya aşkarlanmamış, iş üzrə əhəmiyyət kəsb etdiyi üçün bir ədəd mobil telefon, bir ədəd bank kartı, bir ədəd şəxsiyyət vəsiqəsi, bir ədəd sürücülük vəsiqəsi götürülmüş, beş manat pul isə özünə geri qaytarılmışdır. Daha sonra Təqsirləndirilən şəxs2 idarə etdiyi “Kia Ceed” markalı, **-ER-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilməmişdən əvvəl avtomobildə ola biləcək külli miqdarda narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik olan digər əşyaları və ya sənədləri verməsi təklif edilmiş, bu təklifdən sonra onlar avtomobilin yük hissəsindən iki ədəd bağlamada qurudulmuş marixuananı təqdim etmişlər. Daha sonra qurudulmuş marixuana elektron tərəzidə çəkilmiş, qablaşdırma ilə birlikdə ümumilikdə çəkisi 1 kq 945 qram olmuşdur. Sonra həmin kütlələr qablaşdırılmış, onlar və polis əməkdaşı tərəfindən imzalanmış, möhürlənmiş və götürülmüşdür. Sonra onlar polis əməkdaşları ilə birlikdə İbrahimin narkotik vasitələri saxladığı evlərə baxmağa getmiş, əvvəlcə ünvan 6 ünvanında İbrahim zirzəmidən on ədəd bağlamada qurudulmuş marixuananı təqdim etmiş, sonra həmin kütlələr elektron tərəzidə çəkilmiş, qurudulmuş marixuananın ümumilikdə çəkisi 8 kq 835 qram olmuşdur. Daha sonra aşkar olunmuş kütlələr qablaşdırılmış, üzərində müvafiq qeydlər aparılmaqla möhürlənmiş və götürülmüşdür. Daha sonra ünvan 7 küçəsində yerləşən nömrəsiz fərdi ev ünvanında İbrahim yataq otağında olan dolabın içərisindən 01 ədəd bağlamada qurudulmuş marixuananı və 01 ədəd elektron tərəzini təqdim etmişdir. Sonra həmin kütlə elektron tərəzidə çəkilmiş, qurudulmuş marixuananın çəkisi 705 qram olmuşdur. Daha sonra aşkar olunmuş kütlə və elektron tərəzi qablaşdırılmış, üzərində müvafiq qeydlər aparılmaqla möhürlənmiş və götürülmüşdür. Daha sonra polis əməkdaşları onları Baş Narkotiklərlər Mübarizə İdarəsinə aparmış, təqdim etdikləri kütlələrə yenidən baxış keçirilmiş, onlara verilən suallara eyni cavabları vermiş, sonra hüquq və vəzifələri izah olunaraq müdafiəçi ilə təmin olunmuşlar (cild 01, iş vər. 159-163). İbtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunduqdan sonra Təqsirləndirilən şəxs2 ona ünvanlanan suallara cavab olaraq göstərmişdir: “Mən oxuma-yazma bilmədiyim üçün ibtidai istintaqda ifadəmdə nə yazıldığını bilmədən imzalamışam. Təqsirləndirilən şəxs1la əvvəllər harasa nəsə aparıb qoymamışam. Mən Nərimanov Rayon Məhkəməsində barəmdə həbs qətimkan tədbiri seçilərkən ifadə verən zaman özümdə olmamışam. Şahid mənim saxlanılmağımda iştirak etməyib. O, yalnız videoçəkilişdə iştirak edib. Videoçəkiliş bir dəfə olub. Videoçəkiliş bizim saxlanıldığımız yerdən 10-15 metr qarşıda olub. Mənim maşınım 10-15 metr qarşıya gətirilib və maşınıma külli miqdarda marixuana qoyulduqdan sonra videoçəkiliş olub. Mənim saxlanılmağımla videoçəkiliş arasında təxminən 20 dəqiqə vaxt olub. Mənim saxlanılmağımda iştirak edən, maşınımı saxlayan, maşında axtarış edən, qolumu qandallayan polis əməkdaşlarının içərisində Şahid olmayıb. Bizim saxlanılmağımızda çox əməliyyatçı iştirak edib. ” Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir: “Bizim idarəyə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Nərimanov və Abşeron rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaları barədə əməliyyat məlumatı daxil oldu. Əməliyyat məlumatı əsasında əməliyyat qrupu yaradıldı. Şəxslər xx.xx.2025-ci il tarixdə 22:00 radələrində Nərimanov rayonu, Əliyar Əliyev küçəsi 36 ünvanında idarə etdikləri avtomobilin yaxınlığında tərəfimizdən saxlanıldı və üzərilərinə baxış keçirildi. Baxış zamanı İbrahimin Kazımovun üzərindən narkotik vasitə heroin və psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar olundu. Daha sonra Təqsirləndirilən şəxs2 idarə etdiyi avtomobildən marixuanaya bənzər kütlə aşkar olundu. Daha sonra Təqsirləndirilən şəxs1 məxsus Abşeron rayonu, Qobu qəsəbəsindəki mənzildən 10 bağlama və Müşfiq qəsəbəsindəki mənzildən isə 1 bağlama narkotik vasitə marixuanaya bənzər kütlələr aşkar olunaraq götürüldü.” Şahid məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir: “Əməliyyat tədbirinə mən rəhbərlik edirdim. Əməliyyat məlumatı mənə daxil olmuşdu. Əməliyyat məlumatı hər iki şəxs-Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində daxil olmuşdu. Əməliyyat qrupunda mən, Həsən Həsənov və Emin Əliyev iştirak edirdik. Şəxslər saxlanılarkən avtomobilin yanında piyada vəziyyətdə idilər. Şəxslərə heç bir təsir, təzyiq göstərilməyib. Şəxsləri videoçəkilişlə saxlamışdıq. Videoçəkiliş şəxslər saxlanıldığı andan olub və videoçəkilişin dayandırılması kimi hallar olmayıb. Şəxslərin üzərlərinə videoçəkilişlə baxış keçirilib. Şəxsləri təxminən saat 22:50 radələrində saxlamışdıq. Biz şəxsləri saxlayanda yerində videoçəkiliş etmişik. Şəxslərin nə vaxt idarəyə gətirildiyini xatırlamıram, videoçəkilişdə və protokolda vaxtı qeyd olunub. Şəxslər idarəyə gətirildikdən sonra vəkil də gəldi, ancaq vəkilin saat neçədə gəldiyi dəqiq yadımda deyil. Şəxslərə qarşı hər hansı təsir və ya təzyiq olmayıb. Əməliyyat məlumatı təqsirləndirilən şəxslərin hər ikisi barəsində daxil olmuşdu. Əməliyyat məlumatı şəxslərin Nərimanov və Abşeron rayonu ərazilərində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaları ilə bağlı idi. Narkotik vasitə Təqsirləndirilən şəxs2 maşınından aşkar olundu və Təqsirləndirilən şəxs2 narkotik vasitə barədə məlumatı olduğunu bildirdi. O, Təqsirləndirilən şəxs1 yardım etmək məqsədilə bunu etdiyini, qarşılığında Təqsirləndirilən şəxs1 ona pul verdiyini bildirdi. Təqsirləndirilən şəxs1 narkotik vasitəni İran İslam Respublikasının vətəndaşı “Əfşan” adlı şəxsdən əldə etdiyini, üzərindən çıxan narkotik vasitəni isə tanımadığı şəxsdən aldığını bildirdi. Təqsirləndirilən şəxs2 üzərindən narkotik vasitə aşkar olunmadı. Təqsirləndirilən şəxs2 maşınında narkotik vasitənin olması barədə məlumatı olduğunu və Təqsirləndirilən şəxs1 narkotik vasitəni iranlının dediyi ünvana yerləşdirməyə kömək etdiyini və bunun qarşılığında Təqsirləndirilən şəxs1 ona 50-60 manat pul vəsaiti verdiyini bildirdi. Şəxslər ünvan 8 ünvanında idarə etdikləri avtomobilin yaxınlığında piyada hərəkətdə olan zaman saxlanılıb. Təqsirləndirilən şəxs1 marketdən çıxan zaman və Təqsirləndirilən şəxs2 maşında saxlanılmayıb. Mən həm şəxslərin saxlanılmasında, həm də videoçəkilişdə iştirak etmişəm. İbtidai istintaqda verdiyim ifadəni təsdiq edirəm. Şəxslər saxlanılan zaman onlara heç bir fiziki təsir və təzyiq olmayıb. Bu şəxslər barəsində əvvəllər bizdə əməliyyat məlumatı olmayıb. Bu şəxslər barəsində əməliyyat məlumatı həmin gün daxil olub. Təxirəsalınmaz tədbir keçirdikdən sonra məhkəməyə müraciət etmişik.” Məhkəmə istintaqı zamanı əlavə şahid qismində dindirilmiş X16 Şahid ilə eyni məzmunlu ifadə verərək onun göstərmiş olduğu xüsusatları təsdiq etmişdir. Cinayət işinin materiallarında olan xx.xx.2025-ci il tarixli “Raport”dan görünür ki, həmin tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinə xx.xx.1999-cu il tarixdə Cəlilabad şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, əvvəllər məhkum olunan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 7 küçəsində yerləşən nömrəsiz fərdi evdə yaşayan Təqsirləndirilən şəxs1 və xx.xx.1973-cü il tarixdə Cəlilabad şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmayan, ünvan 9 ünvanında yerləşən nömrəsiz fərdi evdə yaşayan Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olaraq qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədilə əldə edib Bakı şəhəri, Nərimanov rayonu və Abşeron rayonu ərazilərində dövriyyəsi ilə məşğul olmaları, həmçinin “Kia Ceed” markalı, **-ER-*** dövlət qeydiyyat nişanlı avtomobildə, ünvan 6 və ünvan 7 küçəsində yerləşən nömrəsiz fərdi ev ünvanlarında gizlətmələri barədə əməliyyat məlumatı daxil olmuşdur (cild 01, iş vər. 06). Cinayət işinin materiallarında olan xx.xx.2025-ci il tarixli “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır (cild 01, iş vər. 07-08). Cinayət işinin materiallarında olan xx.xx.2025-ci il tarixli “Əməliyyat-axtarış tədbirinin keçirilməsinə, şübhəli şəxslərin üstlərinin yoxlanılmasına və avtomobilə baxış keçirilməsinə dair” protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qanunsuz əməlləri barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 08 yanvar 2025-ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində onlar həmin gün saat 22:25-də ünvan 3 ünvanının yaxınlığında Təqsirləndirilən şəxs1 idarə etdiyi "Kia Ceed" markalı, **-ER-*** dövlət qeydiyyat nişanlı avtomobilin yaxınlığında saxlanılmış, üzəriləri yoxlanılan zaman Təqsirləndirilən şəxs1 əynində olan şalvarın sağ yan cibindən 01 ədəd bükümdə psixotrop maddə metamfetamin və 02 ədəd bükümdə narkotik vasitə heroinə bənzər kütlələr aşkar edilərək götürülmüş, həmin kütlələr elektron tərəzidə çəkilmiş və psixotrop maddə metamfetaminə bənzər kütlənin ümumilikdə çəkisinin 0,58 qram, narkotik vasitə heroinə bənzər kütlələrin ümumilikdə çəkisinin 0,99 qram olması müəyyən olunmuşdur. Daha sonra Təqsirləndirilən şəxs2 məxsus avtomobil yoxlanılan zaman arxa saxlanc hissəsindən 02 ədəd bağlamada narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələr aşkar edilərək götürülmüşdür. Həmin kütlələr elektron tərəzidə çəkilmiş və ümumilikdə çəkisinin 1 kq 945 qram olması müəyyən olunmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs1 verilən suallara cavab olaraq avtomobildən aşkar olunmuş kütlələri İran İslam Respublikasının vətəndaşı "Əfşin" adlı şəxsin vasitəsi ilə on beş gün əvvəl gizlədilmiş yerdən ayrı-ayrı yerlərə çatdırıb pul qazanmaq məqsədi ilə əldə etdiyini, əvəzində "Əfşin" adlı şəxsin ona 2000 manat pul verəcəyini və Vidadinin ona narkotik vasitələri ayrı-ayrı yerlərə çatdırmaqda köməklik etdiyini, Təqsirləndirilən şəxs2 isə avtomobildə aşkar olumuş kütlələrdən məlumatının olduğunu, narkotik vasitələri ayrıayrı yerlərə çatdırmaqda İbrahimə köməklik etdiyinə görə ona pul verdiyini bildirmişdir. Çəkilişin əks olunduğu DVD disk protokola əlavə olunmuşdur (cild 01, iş vər. 10-14). Cinayət işinin materiallarında olan xx.xx.2025-ci il tarixli “Əməliyyat-axtarış tədbirinin keçirilməsinə və evə baxış keçirilməsinə dair” protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qanunsuz əməlləri barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 08 yanvar 2025-ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində onlar həmin gün saat 22:25-də ünvan 3 ünvanının yaxınlığında Təqsirləndirilən şəxs1 idarə etdiyi "Kia Ceed" markalı, **-ER-*** qeydiyyat nişanlı avtomobilin yaxınlığında saxlanılmış, bundan sonra Təqsirləndirilən şəxs1 yaşadığı ünvan 6ə baxış keçirilmiş və evin zirzəmisindən 10 ədəd bağlamada narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələr aşkar edilərək götürülmüşdür. Həmin kütlələr elektron tərəzidə çəkilmiş və ümumilikdə çəkisinin 8 kq 835 qram olması müəyyən olunmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs1 verilən suallara cavab olaraq evdən aşkar olunmuş kütlələri İran İslam Respublikasının vətəndaşı "Əfşin" adlı şəxsin vasitəsi ilə 20 gün əvvəl Astara rayonu ərazisində gizlədilmiş yerdən ayrı-ayrı yerlərə çatdırıb pul qazanmaq məqsədi ilə əldə eldiyini, əvəzində "Əfşin" adlı şəxsin ona 2000 manat pul verəcəyini, Vidadinin ona narkotik vasitələri ayrı-ayrı yerlərə çatdırmaqda köməklik etdiyini bildirmiş, Təqsirləndirilən şəxs2 isə evdə aşkar olunmuş kütlələrdən məlumatsız olduğunu, narkotik vasitələri ayrı-ayrı yerlərə çatdırmaqda İbrahimə köməklik etdiyinə görə ona hər dəfə gedəndə 50-60 manat pul verdiyini bildirmişdir. Çəkilişin əks olunduğu DVD disk protokola əlavə olunmuşdur (cild 01, iş vər. 15-18). Cinayət işinin materiallarında olan xx.xx.2025-ci il tarixli “Əməliyyat-axtarış tədbirinin keçirilməsinə və evə baxış keçirilməsinə dair” protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qanunsuz əməlləri barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 08 yanvar 2025-ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində onlar həmin gün saat 22:25-də ünvan 10 ünvanının yaxınlığında Təqsirləndirilən şəxs1 idarə etdiyi ”Kia Ceed" markalı, **-KR-*** dövlət qeydiyyat nişanlı avtomobilin yaxınlığında saxlanılmış, bundan sonra Təqsirləndirilən şəxs1 yaşadığı Abşeron rayonu, Müşfiq qəsəbəsi, B.Quliyev küçəsində yerləşən nömrəsiz fərdi evə baxış keçirilmiş və evin yataq otağında olan dolabın içərisindən 01 ədəd bağlamada narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə və 01 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Həmin kütlə elektron tərəzidə çəkilmiş və ümumilikdə çəkisinin 705 qram olması müəyyən olunmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs1 verilən suallara cavab olaraq evdən aşkar olunmuş kütləni İran İslam Respublikasının vətəndaşının vasitəsilə ayrı-ayrı yerlərə çatdırıb pul qazanmaq məqsədilə əldə etdiyini, əvəzində həmin şəxsin ona 2000 manat pul verəcəyini bildirmiş, Təqsirləndirilən şəxs2 isə evdə aşkar olunmuş kütlədən məlumatsız olduğunu, narkotik vasitələri ayrı-ayrı yerlərə çatdırmaqda İbrahimə köməklik etdiyinə görə ona hər dəfə gedəndə pul verdiyini bildirmişdir (cild 01, iş vər. 19-22). Cinayət işinin materiallarında olan xx.xx.2025-ci il tarixli “Raport”dan görünür ki, xx.xx.1999-cu il tarixdə Cəlilabad şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, əvvəllər məhkum olunan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 7 küçəsində yerləşən nömrəsiz fərdi evdə yaşayan Təqsirləndirilən şəxs1 və xx.xx.1973-cü il tarixdə Cəlilabad şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmayan, ünvan 9 ünvanında yerləşən nömrəsiz fərdi evdə yaşayan Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olaraq qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədilə əldə edib Bakı şəhəri, Nərimanov rayonu və Abşeron rayonu ərazilərində dövriyyəsi ilə məşğul olmaları, həmçinin “Kia Ceed” markalı, **-ER-*** dövlət qeydiyyat nişanlı avtomobildə ünvan 7 küçəsində yerləşən nömrəsiz fərdi ev ünvanında gizlətmələrində şübhəli bilindikləri üçün 08.1.2025-ci il tarixdə saat 22:25-də ünvan 3 ünvanının yaxınlığında Təqsirləndirilən şəxs1 idarə etdiyi "Kia Ceed" markalı, **-ER-*** dövlət qeydiyyat nişanlı avtomobilin yaxınlığında saxlanılmış, üzəriləri yoxlanılan zaman Təqsirləndirilən şəxs2 1 ədəd mobil telefon, 1 ədəd bank kartı, 1 ədəd şəxsiyyət vəsiqəsi, 1 ədəd sürücülük vəsiqəsi, Təqsirləndirilən şəxs1 2 ədəd mobil telefon götürülmüş, sonuncudan 1 bükümdə metamfetaminə bənzər, 2 ədəd heroinə bənzər, "Kia Ceed" markalı, **-ER-*** dövlət qeydiyyat nişanlı avtomobildən 2 ədəd bağlamada qurudulmuş marixuanaya bənzər kütlələr, ünvan 6dən 10 ədəd bağlamada qurudulmuş marixuanaya bənzər kütlələr, Abşeron rayonu, Müşfiq qəsəbəsi, B.Quliyev küçəsində yerləşən nömrəsiz fərdi evdən isə 01 ədəd bağlamada qurudulmuş marixuanaya bənzər kütlə və 01 ədəd elektron tərəzi aşkar edilərək götürülmüş və qablaşdırılmışdır. Daha sonra Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinə gətirilmişlər (cild 01, iş vər. 23). Cinayət işinin materiallarında olan materialların məhkəmə ekspertizasının 09 yanvar 2025-ci il tarixli 6/77 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: "Təqsirləndirilən şəxs1..." sözləri olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,384 qram olan ağ rəngli, kristal şəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddəmetamfetamindir, iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,312 qram və 0,301 qram olmaqla ümumi təmiz çəkisi 0,613 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə-heroindir (cild 01, iş vər.77-83). Cinayət işinin materiallarında olan məhkəmə-bioloji ekspertizasının 09 yanvar 2025-ci il tarixli 3-16-16-2-7/36 nömrəli rəyindən görünür ki, Tədqiqata təqdim edilmiş qara rəngli polietilen bağlamadakı 02 ədəd sellofan torbada ayrı-ayrılıqda təmiz çəkiləri: 875 qram; 1025 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Ümumi çəkisi - 1900 qramdır. Tədqiqata təqdim edilmiş qara rəngli polietilen bağlamadakı 10 ədəd sellofan torbada ayrı-ayrılıqda təmiz çəkiləri: 60 qram, 1010 qram, 1040 qram, 965 qram, 900 qram, 985 qram, 970 qram, 945 qram, 710 qram və 800 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə- qurudulmuş marixuanadır. Ümumi çəkisi - 8385 qramdır. Tədqiqata təqdim edilmiş qara rəngli polietilen bağlamadakı 01 ədəd sellofan torbada təmiz çəkisi 710 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Təqdim edilmiş marixuanalar tərkiblərinə görə eynidirlər. Həmin sellofan bağlamadakı 01 ədəd elektron tərəzinin üzərində bitki mənşəli narkotik vasitələrin hissəcikləri yoxdur (cild 01, iş vər.84-87). Cinayət işinin materiallarında olan əməliyyat tapşırığının xx.xx.2025-ci il tarixli 3-13- 7/2-1133 nömrəli cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 aşkar edilmiş narkotik vasitəni satış məqsədilə qaçaqmalçılıq yolu ilə əldə etməkdə qabaqcadan əlbir olduqları “Əfşin” adlı şəxsin, eləcə də cinayətin digər iştirakçılarının, onların yaxın əlaqələrinin şəxsiyyətlərini müəyyən etmək mümkün olmamışdır, bu istiqamətdə əməliyyat-axtarış tədbirləri davam etdirilir (cild 01, iş vər. 237). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X19 Şəxsi ambulator məcburi-narkoloji tibbi yoxlama komissiyası tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 539 nömrəli rəydən görünür ki, Təqsirləndirilən şəxs2 kannabinoidlərin və opioidlərin qəbulu nəticəsində yaranmış asılılıq sindromu aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 02, iş vər. 04-05). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X19 Şəxsi ambulator məcburi-narkoloji tibbi yoxlama komissiyası tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 543 nömrəli rəydən görünür ki, Təqsirləndirilən şəxs1 opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranmış asılılıq sindromu aşkar olunur. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 01, iş vər. 06-07). Cinayət işinin materiallarında olan xx.xx.2025-ci il tarixli “Sübutların qiymətləndirilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində CM-in 32.5,206.3.2, 234.4.2, 234.4.4 və 234.4-1-ci maddələri ilə cinayət təqibinin başlanması rədd edilmiş, külli miqdarda narkotik vasitələrin və xeyli miqdarda psixotrop maddənin əldə edilmə mənbəyinə görə hazırki cinayət işindən başqa cinayət işinin ayrılması qərara alınmışdır (cild 02, iş vər. 28-48). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Həmin Məcəllənin 143-145.1-ci maddələrinin tələblərindən isə görünür ki, sübutların toplanması ibtidai araşdırma və məhkəmə baxışı zamanı istintaq və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış həmin sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmçinin hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. CM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. İş materiallarından görünür ki, xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədilə əldə edib Bakı şəhəri, Nərimanov rayonu və Abşeron rayonu ərazilərində dövriyyəsi ilə məşğul olmaları, həmçinin “Kia Ceed” markalı, **-ER-*** dövlət qeydiyyat nişanlı avtomobildə, ünvan 6 və ünvan 7 küçəsində yerləşən nömrəsiz fərdi ev ünvanlarında gizlətmələri barədə əməliyyat məlumatı daxil olmuş, 08 yanvar 2025-ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində şəxslər həmin gün saat 22:25-də ünvan 3 ünvanının yaxınlığında Təqsirləndirilən şəxs1 idarə etdiyi "Kia Ceed" markalı, **-ER-*** dövlət qeydiyyat nişanlı avtomobilin yaxınlığında saxlanılmış, üzəriləri yoxlanılan zaman Təqsirləndirilən şəxs1 01 ədəd bükümdə 0,58 qram çəkidə psixotrop maddə metamfetamin və 02 ədəd bükümdə 0,99 qram çəkidə narkotik vasitə heroinə bənzər kütlələr aşkar edilmiş, Təqsirləndirilən şəxs2 məxsus avtomobil yoxlanılan zaman isə arxa saxlanc hissəsindən 02 ədəd bağlamada 1 kq 945 qram çəkidə narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələr aşkar edilərək götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs1 yaşadığı ünvan 6ə baxış keçirilən zaman evin zirzəmisindən 10 ədəd bağlamada 8 kq 835 qram çəkidə narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələr, Abşeron rayonu, Müşfiq qəsəbəsi, B.Quliyev küçəsində yerləşən nömrəsiz fərdi evə baxış keçirilən zaman isə evin yataq otağında olan dolabın içərisindən 01 ədəd bağlamada 705 qram çəkidə narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə və 01 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Götürülmüş kütlələr materialların məhkəmə ekspertizasına və məhkəmə-bioloji ekspertizasına təqdim olunaraq müvafiq rəylər alınmışdır. Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə kollegiyası hesab edir ki, cinayət işi başlamamışdan əvvəl xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs1 üstü yoxlanılaraq narkotik vasitə və psixotrop maddənin, Təqsirləndirilən şəxs2 məxsus avtomobil yoxlanılaraq narkotik vasitənin, o cümlədən xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixdə İbrahimov Kazımovun yaşadığı evlər yoxlanılaraq narkotik vasitələrin aşkar edilməsi zamanı cinayət-prosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 14 iyun 2024-cü il 8 №li qərarının 9-cu bəndinə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Eyni zamanda, sözügedən qərarın 12-ci bəndində göstərilmişdir ki, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi dedikdə, bu cinayətdə onu birlikdə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin qəsdən birgə iştirak etməsi başa düşülməlidir. CM-in 34.2-ci maddəsinin mənasına görə, CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, yəni cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərin icra edilməsinə başlanılana qədər cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə kollegiyası məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlləri qəsdən törətmələri özlərinin ibtidai istintaq zamanı verdikləri etirafedici ifadələri ilə yanaşı, şahid ifadələri, ekspert rəyləri, habelə cinayət işinin materiallarında olan və biri digərini tamamlayan digər sübutlar vasitəsi ilə tam sübuta yetirilmişdir. Odur ki, onlara qanunla müəyyən edilmiş qaydada ədalətli cəza təyin edilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərinin cinayət olmasını aradan qaldıran hallar, onların cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı bildirdiklərinə gəldikdə isə məhkəmə kollegiyası təqsirləndirilən şəxslər tərəfindən göstərilənlərə tənqidi yanaşır və qeyd edir ki, həmin xüsusatlar iş materialları ilə öz təsdiqini tapmamışdır. Belə ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ibtidai araşdırma dövründə şübhəli şəxs qismində ifadə verərkən, həm də təqsirləndirilən şəxs qismində dindirilərkən onların hüquqlarının qorunması məqsədi ilə ibtidai istintaq orqanı tərəfindən dövlət hesabına təmin olunmuş müdafiəçiləri yanlarında olmuş, lakin bu barədə, yəni üzərindən, avtomobildən və yaşadığı Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən evdən aşkar olunan psixotrop maddə və narkotik vasitələrin ona aid olmaması (Təqsirləndirilən şəxs1 münasibətdə), aşkar olan psixotrop maddə və narkotik vasitələrə heç bir aidiyyətinin olmaması (Təqsirləndirilən şəxs2 münasibətdə), döyülmələri və təzyiq nəticəsində məcbur qalıb etirafedici ifadə vermələri barədə müdafiəçilərinə heç bir söz deməmiş, etirazlarını bildirməmiş, bundan əlavə barələrində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəmə qarşısına çıxarılarkən də bu barədə heç bir söz söyləməmiş və məhkəmədə ibtidai istintaq zamanı verdikləri ifadələrinə uyğun izahat vermişlər. Təqsirləndirilən şəxslər bütün ibtidai istintaq müddətində deyil, yalnız ibtidai istintaq tamamlanarkən (Təqsirləndirilən şəxs2 iş materialları ilə tanış olarkən ona elan olunmuş ittihamla razı olmadığını qeyd etmiş və barəsində olan cinayət işinə bəraətverici əsaslarla xitam verilməsini xahiş etmişdir) və daha sonra isə yalnız hazırki məhkəmə istintaqı zamanı bu halı qeyd etmişlər ki, məhkəmə bu halın müdafiə taktikasından irəli gələn hərəkətlər olması qənaətindədir. Odur ki, məhkəmə kollegiyası təqsirləndirilən şəxslərin məhkəmə istintaqı zamanı qeyd etdiklərinə müdafiə xarakterli ifadə kimi yanaşır, əksinə təqsirləndirilən şəxslərin ibtidai araşdırma dövründə müdafiəçilərin də iştirakı ilə psixotrop maddə və narkotik vasitələrin necə və hansı yolla əldə olunması, saxlanması, daşınması, o cümlədən qabaqcadan əldə olunmuş razılığa əsasən göstərilən xidmətə görə onlara pul veriləcəyi və s. barədə verdiyi ifadələrini işin faktiki halları və mövcud sübutlarla üst-üstə düşdüyünü əsas götürərək, onlara elan olunan ittihamın əsasına məhz Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadələri qoyur. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin olunacaq cəza məsələsinə gəldikdə isə məhkəmə qeyd edir ki, CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən onların törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətlərini, cəzaları yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzaların onların islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 14 iyun 2024-cü il 8 №li qərarının 27-ci bəndin də göstərilmişdir ki, məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikasının cinayət qanununun prinsiplərini, CM-in 58-ci maddəsində göstərilmiş cəzanın təyin edilməsinin ümumi əsaslarını və cəzanın təyini məsələlərini tənzimləyən digər cinayəthüquqi normaların tələblərini rəhbər tutmalı, hər bir halda seçilən cəza növünün, cəzanın həddinin CM-in 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədlərinin təmin edilməsi baxımından məqsədəuyğun və yetərli olub-olmamasını nəzərdən keçirməli, bu məsələ üzrə hüquq tətbiq etmə təcrübəsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli Qərarının müddəalarına uyğun şəkildə formalaşmasını təmin etməlidirlər. Cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, işin digər xüsusatları cəzanın müəyyən edilməsi aspektindən qiymətləndirilərkən cinayətin törədilmə şəraiti və halları, o cümlədən narkotik vasitənin (psixotrop maddənin) növü, miqdarı, cinayətin törədildiyi yerin hərbi hissə, iş yeri, tədris, mədəniyyət müəssisəsi və ya digər ictimai əhəmiyyətli obyekt, yüksək təhlükə mənbəyi olan qurğuların, nəqliyyat vasitələrinin idarə edilməsi ilə bağlı olub-olmaması, cinayətin törədilməsinə digər, xüsusilə də yetkinlik yaşına çatmayanların, psixi, fiziki qüsurları olan şəxslərin cəlb edilib-edilməməsi və ya belə şəxslərə qarşı yönəlib-yönəlməməsi, əməllərin nə kimi zərərli nəticələrə səbəb olması, cinayətin onun açılmasını çətinləşdirən mürəkkəb üsullardan və vasitələrdən istifadə etməklə və ya mütəşəkkil dəstələrin tərkibində törədilib-törədilməməsi və yaxud transmilli xarakterə malik olub-olmaması, bu cinayətlərin törədilməsini asanlaşdırmaq üçün və yaxud qanunsuz olaraq əldə edilmiş narkotik vasitələrdən, psixotrop maddələrdən, onlara aid olmayan güclü təsir edən və ya zəhərli maddələrdən istifadə etməklə CM-in Xüsusi hissəsinin digər fəsillərində nəzərdə tutulmuş başqa cinayətlərin də törədilib-törədilməməsi nəzərə alınmalıdır. Təqsirkarın şəxsiyyəti, onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri baxımından cəzanın qanuniliyini və əsaslılığını təmin etmək üçün isə tələb olunur ki, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar düzgün müəyyən edilsin, təqsirləndiriləni səciyyələndirən və ailəsinin həyat şəraitini aşkarlayan məlumatlar, o cümlədən onun iş, təhsil, yaşayış yerində nə cür xarakterizə olunması, əvvəllər məhkum olunub-olunmaması (məhkumluq ödənilmədiyi və ya götürülmədiyi halda), əvvəlki məhkumluğun narkotik vasitələrin (psixotrop maddələrin, prekursorların, güclü təsir edən və ya zəhərli maddələrin) qanunsuz dövriyyəsi ilə bağlı olub-olmaması, təqsirkarın maddi rifahının təmin edilməsində cinayətkar fəaliyyətin rolu, onun əmək fəaliyyəti, hərbi xidmət, təhsil almaq və s. bu kimi ictimai-faydalı fəaliyyətlə məşğul olub-olmaması, cinayətin törədilməsindən sonrakı dövrdə əməlinə tənqidi münasibətin formalaşıb-formalaşmaması, CM-in müvafiq maddələrinin dispozisiyalarında nəzərdə tutulmuş ictimai təhlükəli nəticələrə və yaxud hər hansı bir digər zərərli nəticəyə səbəb olmuş cinayətlər üzrə ziyanın ödənilməsi, aradan qaldırılması, azaldılması üçün hərəkət edib-etməməsi, yaşı, sağlamlıq vəziyyəti, evli, himayəsində uşaqlarının olub-olmaması və s. bu kimi, o cümlədən Azərbaycan Respublikasının qoşulduğu “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” 1988-ci il 20 dekabr tarixdə Vyana şəhərində imzalanmış beynəlxalq konvensiyanın müddəalarından irəli gələn hallar nəzərə alınsın. Cinayət işinin materiallarında olan arayışlar və xasiyyətnamə, o cümlədən iş materiallarına əlavə edilmiş elektron məhkəmə-informasiya sistemindən çıxarışdan görünür ki, Kazımov X7 şəhəri, N.Tusi küçəsi 2 saylı ünvanda qeydiyyatda olmaqla yaşayır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur, evlidir və himayəsində X8 və X13 adlı iki azyaşlı (2020 və 2022-ci il təvəllüdlü) uşağı vardır (cild 01, iş vər. 214-216). Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs1 himayəsində iki azyaşlı uşağının olmasını CM-in 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Cinayət işinin materiallarında olan tələbnamədən və hökmün surətindən görünür ki, Kazımov X7 Rayon Məhkəməsinin 19 oktyabr 2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 05 ay 19 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2023-cü il tarixdə cəzanın sonu ilə azad edilmiş, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və götürülməmişdir (cild 01, iş vər. 242-244, 246-248). Belə olan halda, CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 əməlində cəzanı ağırlaşdıran hallardan cinayətin residivi müəyyən edilir. Belə ki, CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs1 Cəlilabad Rayon Məhkəməsinin 19 oktyabr 2022-ci il tarixli hökmü ilə təqsirli bilinərək məhkum olunduğu cinayət əməli az ağır cinayət sayıldığından və CM-in 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum edilən şəxs cəzasını çəkib qurtardıqdan sonra 02 il müddət keçdiyi halda məhkumluq ödənilmiş sayıldığından, Təqsirləndirilən şəxs1 isə həmin müddət keçmədən, yəni məhkumluq ödənilmədən yenidən qəsdən cinayət əməli törətdiyindən, onun əməlində cinayətlərin residivi yaranmış olur. Cinayətlərin residivinə görə Cinayət Məcəlləsində göstərilən əsaslarla və hədlərdə daha sərt cəzanın tətbiq edilməsi nəzərdə tutulmuşdur. Bununla əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18 və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 2010-cu il 6 sentyabr tarixli Qərarında qeyd etmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” 2013-cü il 18 mart tarixli Qərarında isə Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, cinayətlərin residivi müəyyən edildikdə, Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyindən də göründüyü kimi, əvvəllər məhkum olunmuş şəxs tərəfindən yeni cinayətin törədilməsi yüksək ictimai təhlükə təşkil edir. Belə ki, bu şəxs barəsində artıq ittihamedici hökm çıxarılmış və cəza təyin edilmişdir. Dövlətin adından çıxarılmış bu hökmlə cinayət törətmiş şəxsə və onun davranışına mənfi mənəvi-hüquqi qiymət verilmiş, faktiki olaraq gələcəkdə bu cür cinayətkar davranışın yolverilməz olmasına dair xəbərdarlıq edilmişdir. Qəsdən yeni cinayət törətməklə şəxs, ona edilmiş dövlət məcburiyyətinə qarşı aşkar etinasızlıq göstərmiş olur. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs1 əməlində yuxarıda qeyd edilən cəzanı yüngülləşdirən halın mövcudluğunu, həmçinin cəzanı ağırlaşdıran hallardan cinayətlərin sadə residivinin olmasını, törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, şəxsin şəxsiyyətini, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, habelə CM-in 65.2-ci maddəsinin müddəalarını nəzərə almaqla, ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəzanın son həddinin yarısından az olmayan həddə cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Belə ki, CM-in 65.2-ci maddəsində göstərilmişdir ki, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Təqsirləndirilən şəxsin əvvəlki məhkumluğuna diqqət yetirdikdə görünür ki, o, daha əvvəl də eynicinsli cinayət əməlini törətməyə görə Cəlilabad Rayon Məhkəməsinin 19 oktyabr 2022-ci il tarixli hökmü ilə təqsirli bilinərək azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş, lakin bundan nəticə çıxarmamış, sonradan yenidən qəsdən ağır cinayət əməlini törətmişdir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, şəxs hazırki hökmlə ona təyin olunan cəzanı yalnız real olaraq çəkməklə islah oluna bilər. Cinayət işinin materiallarında olan xx.xx.2025-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Kazımov X4 şəhəri, Ə.Cavad küçəsi, 16 saylı ünvanda ailəsi ilə birlikdə yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur (cild 01, iş vər. 219-220). Cinayət işinin materiallarında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır (cild 01, iş vər. 240-241). Təqsirləndirilən şəxs2 əməlində CM-in 59-cu maddəsində nəzərdə tutulan cəzasını yüngülləşdirən hallar, habelə CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmir. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs2 əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, şəxsin şəxsiyyətini, təyin olunacaq cəzanın onun islah olunmasına təsirini, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 14 iyun 2024-cü il 8 №-li qərarında əks olunan tövsiyyələri, aşkar olunan narkotik vasitənin kütləsinin çoxluğunu nəzərə almaqla, ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrumetmə növündə cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Eyni zamanda, məhkəmə kollegiyası hesab edir ki, şəxs həmin cəzanı yalnız real olaraq çəkməklə islah oluna bilər. Cinayət işinin materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2025ci il tarixli protokoldan və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(005)-21/2025 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, əvvəli də məhz həmin tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmişdir (cild 01, iş vər. 53, 181-183). Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs1 CM-in 56.1.3-cü maddəsinə əsasən ona təyin ediləcək cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın başlanğıcı isə onun şübhəli şəxs qismində tutulduğu vaxtdan, yəni xx.xx.2025-ci il tarixdən hesablanmalı, onun həbsdə saxlanıldığı bütün müddət ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Cinayət işinin materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2025ci il tarixli protokoldan və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(005)-23/2025 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, əvvəli də məhz həmin tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmişdir (cild 01, iş vər. 37, 178-180). Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs2 CM-in 56.1.2-ci maddəsinə əsasən ona təyin ediləcək cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın başlanğıcı isə onun şübhəli şəxs qismində tutulduğu vaxtdan, yəni xx.xx.2025-ci il tarixdən hesablanmalı, onun həbsdə saxlanıldığı bütün müddət ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Həmçinin, məhkəmə kollegiyası cinayət işinin materiallarında olan ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəylərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza çəkdikləri müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər tətbiq olunmalı və onlar yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. CM-nin 99-1.1-ci maddəsinə əsasən xüsusi müsadirənin əsasları müəyyən edilməmişdir. CPM-in 132-ci maddəsinə əsasən maddi sübut olan və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılan tədqiqata sərf edildikdən sonra qalıq qalmış ümumilikdə 10993,7 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, 0,513 qram çəkidə heroin və 0,334 qram çəkidə psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş materiallarında olan 01 ədəd “Samsung” markalı mobil telefon sahibi Təqsirləndirilən şəxs1 və ya onun razılığı ilə yaxın qohumlarından birinə qaytarılmalıdır. İş üzrə 159 AZN (bir yüz əlli doqquz manat) ekspertiza xərci Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ayrı-ayrılıqda 79,50 AZN (yetmiş doqquz manat, əlli qəpik) olmaqla tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinsin və 08 (səkkiz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 barədə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, yaşadığı ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinsin və 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 barədə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, yaşadığı ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılan tədqiqata sərf edildikdən sonra qalıq qalmış ümumilikdə 10993,7 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, 0,513 qram çəkidə heroin və 0,334 qram çəkidə psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, iş materiallarında olan 01 ədəd “Samsung” markalı mobil telefon sahibi Təqsirləndirilən şəxs1 və ya onun razılığı ilə yaxın qohumlarından birinə qaytarılsın. İş üzrə 159 AZN (bir yüz əlli doqquz manat) ekspertiza xərci Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ayrı-ayrılıqda 79,50 AZN (yetmiş doqquz manat, əlli qəpik) olmaqla tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına ödənilsin. Hökmdən elan olunduğu vaxtdan, (Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surətini aldıqları andan) 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar